Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 2641 - 2700 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Alnımda göynəyən güllə yeri…Müşfiqin ruhuna… – Günel EYVAZLI yazır

Post Views: 131 Daşkəndə qastrol səfərinə yollanan Vaqif Mustafazadə pərdələr açılanda zalda heç kimi görmür. Zalda yalnız müxtəlif yerlərdə tək-tək əyləşmiş klub nümayəndələri olur. Konsertə şövqlə, həvəslə yollanan Vaqif dəhşətli sarsıntı keçirir. Onu aldatmışdılar, xəyanət etmişdilər. Konserti düzənləyənlər proqram haqqında heç yerdə elan verməmiş, hamı Vaqifin Daşkəndə gələcəyindən xəbərsiz olmuşdu. Təsəvvür edirsiniz? Vaqif piano arxasına …

Azərbaycan ədəbiyyatı

Tərcüməçilərə Əhməd bəy Ağaoğlu adına mükafat təqdim ediləcək

Post Views: 97 Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaqdır. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir …

Azərbaycan ədəbiyyatı

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibi gənc şair Emin Piri olub

Post Views: 109 Anadilli fəlsəfi qəzəlin ilk nümayəndəsi Dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalı ilə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının keçirtdiyi şeir müsabiqəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin Məsul katibi, Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər

Post Views: 109 İnciyir İşə düzəldə bilmirəm, dost-tanış məndən inciyir. Dünən gəlib salam verən gen gedir, gendən… inciyir. Utanıram həyalıdan, dili-ağzı dualıdan. Ziyalısı – ziyalıdan, dindarı dindən inciyir. Özüm zəng vurub deyirəm, bəzən qaralar geyirəm. Mən məmurdan inciyirəm, o da vətəndən inciyir. Yaşat məni Təkəm, evdə qoyub getmə – ruhlarla baş-başa məni. Gəlib yenə salacaqlar …

Azərbaycan ədəbiyyatı

Nizami Gəncəvinin daha bir əsəri Daşkənddə özbək dilində çap edildi

Post Views: 84 Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib. Qeyd edək ki, “Xosrov və Şirin” poemasını Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə tərcümə edib. Kitabın layihə rəhbəri …

Azərbaycan ədəbiyyatı

AYB bir qrup şair və yazıçını mükafatlandırdı

Post Views: 124 Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Prezident İlham Əliyevin təşkilatımıza ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara almışdır. Bu il yubileyləri Dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğiində 12 mükafat nəzərdə tutulur. İmadəddin Nəsimi adına …

Azərbaycan ədəbiyyatı

Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi

Post Views: 114 Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Edebiyyatqazeti.az-a verilən məlumata görə xəbər verdiyimiz kimi aprelin 3-də ədəbi orqanların redaktorlarının iştirakıyla Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi. İclasda Hörmətli Prezidentimizin Yazıçılar Birliyinə ayırdığı 800 min manatın istifadə olunması barədə bir çox təkliflər səsləndi. Sonra redaktorlar təkliflərini yazılı şəkildə də Katibliyə təqdim etdilər. Mayın 1-də katibiliyin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Dəyişim getsin”

Post Views: 88 Çarpışmada çoxum, azım, Nə yol getdim, nə də azım?! Arxaya bəzək nə lazım? – Önünü dəyişim getsin. Bu səs – bu səmirin deyil, Bu baş – bu dəmirin deyil, Bu su – bu xəmirin deyil, Yönünü dəyişim getsin. Bu çayın suyu lildimi? Baxdım – əksimi sildimi? Bu yaşda necə cildimi, Donumu dəyişim …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər

Post Views: 107 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı SƏNİN NƏYİN QALACAQ = Bir varlı kimisi mənə lağ edib, – bu qədər yaşadın, yığdığın var hanı, e?- dedi Mənə gülmə varınla, Quru səyin qalacaq. Elə …

Azərbaycan ədəbiyyatı

Vüsalə Vətənxan MEHRİ.Yeni şeirlər

Post Views: 102 “İçmişəm” Yoxdu çarəm ey könül, əlbət bu gündən içmişəm, Aşiqəm, meyxanədən xəlvət bu gündən içmişəm. Çün nigarım yox, könül gülşəndə bülbül binəva, Hali rüsvayəm, edib işrət bu gündən içmişəm. Saqiya, meydir bu badəm içrə, ya şərbətmidir? Süzdügün dəmdən dilim şərbət bu gündən içmişəm. “Mərifətdən qıl həzər” söylər Nəsimi adəta, Əl-həzər ondan, edib …

Azərbaycan ədəbiyyatı

Dilarə SÜLEYMAN.Yeni şeirlər

Post Views: 92 İNSANOĞLU Dizinə daş dəyər,yoldan bilərsən, Saçına dən düşər,ildən bilərsən, Adın dilə düşər eldən bilərsən, Eybini özündə gəz, insan oğlu. Haqqın tapdalanar,dilin tutular, Mənasız şənliklə başın qatılar, Göz aç ,oyan desəm qaşın çatılar, Onda məzlum yaşa döz, insan oğlu! Şiri nər olarsan söz arxasında, Pərdələr asılır göz arxasında, Neçə üz var hələ üz …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Məhəmməd Əmin Rəsulzadənin Əksi Qarşısında”

Post Views: 102 Üzündə xalqının böyük kədəri, Xəyalında Vətən xatirələri. Öldü yurdumuzun igidi, əri, Qəbri qazılmadı öz torpağında. Azərbaycan!-dedi o son nəfəsdə, Bir xalqın həsrəti vardə bu səsdə. Üçrəngli bayrağı başının üstə, Öldü, o müqəddəs söz dodağında. Ruhuna min rəhmət, Məhəmməd Əmin! Yurdu qurtarmağa etmişdin əmin. Apardın könlündə bu elin qəmin, Yurdun dar günündə, yaman …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Mənimiydi”

Post Views: 92 Bir saat bir yerdə tutmazdı qərar, Araz mənimiydi, Kür mənimiydi. Ömrümün, günümün gəlhagəlində, İnci mənimiydi, dür mənimiydi. Səsim gah Qazaxda, gah Qarabağda, Meşədə, çəməndə, çayda, bulaqda, Meyvəli aran da, çiçəkli dağ da, Elə bilirdim ki, bir mənimiydi. Hüseyn Arifin bağrını deşdin, Harda qərar tutub, haraya köçdün? Ay oğul, sən niyə qabağa düşdün, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Qara torpaq”

Post Views: 87 Bu yaxşı cənnətdir, unutmayasan- Görürəm gəlirsən hərdən bağa da. Bircə meyvələrə baxrısan, ey dost, Sən göz qoy arabir bu torpağa da. Torpağa qulluq et, yoxsa nə çıxar, Min dəfə budağa, gülə baxmaqdan? Budaqlar gövdədən, gövdə köklərdən, Köklər də can alır qara torpaqdan. Məni kim tanımır, görməyən kimdir? Öyünmək bilmirəm, demirəm ağam. Özüm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ana”

Post Views: 99 Pək cocuğdum, yerə gömdülər səni, Həyata qanadsız atdılar məni. Bax, necə pozulub ömür gülşəni, Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər, Layiqdir səcdəyə sənə mələklər, Nerdəsən, gözlərim həp səni bəklər, Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın, Yazıq evladını qəmlərə atdın. Bir cavab ver, hanki …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mənim bircə dinim var, dinimin adı sevgi”

Post Views: 113 Dillər ayırır bizi, dinlər ayırır bizi, Şeytanlar nifaq salır, cinlər ayırır bizi. Sevgilər yox, qəzəblər, kinlər ayırır bizi, Həyatımın, ömrümün, dinimin adı sevgi. Mənim bircə dinim var, dinimin adı sevgi. Ruh Adəmə verildi, Adəmi ruh yaratdı, Bəşəri xilas üçün gəmini Nuh yaratdı. Savaşı, qan-qırğını, qara günü yaratdı, Harayımın, səsimin, ünümün adı sevgi. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Larisaya”

Post Views: 119 On üç yaşlı körpə bala, Yazıq anan necə dözsün Bu kədərə, bu məlala? Məzarının baş ucunda kuklan da var. Bu gün layla çalmalıykən sən kuklana Kuklan sənə laylay çalar. Sən özün də kukla idin. Bu dünyanın əvvəlini, axırını Heç bilmədin. Kim kuklaya güllə atar? Atan oldu. İnsanlığı, mərhəməti, Ədaləti, həqiqəti Bir qərəzə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Fikrət QOCA.”Almas İldırımın birinci yüzilliyinə”

Post Views: 84 Bakıda İldırım çaxdı, Baxt ulduzun göydən axdı. Dövran yandı, ellər yaxdı, Bilinməz güzara kimi. Yaşamaq çox ağır işdi, Ürəyini həsrət deşdi. Doqquz cəhənnəmdən keçdi – Rəncbərdən yazara kimi. Nərd kimidir bu kainat, Al özünü zər kimi at. Oyun oldu ömür, həyat Bu zərdən o zərə kimi. Tale əkib, baxtı biçib, Göz yaşların …

Azərbaycan ədəbiyyatı

Azərbaycan mətbuatının ilki: “Əkinçi” qəzeti

Post Views: 188 Sahib(lər) Həsən bəy Zərdabi Təsisçi(lər) Həsən bəy Zərdabi Baş redaktor Həsən bəy Zərdabi Yazıçılar M.F.Axundzadə S.Ə.Şirvani N.Vəzirov Ə.Gorani İsa Sultan Şahtaxtli Məhəmmədtağı Əlizadə Şirvani Əlimədəd Abdullahzadə (Məhbus Dərbəndi) Məmnun Əlqədari Ələkbər Elçizadə Xaçatur Qorxmazov Yaranma tarixi 22 iyul 1875 Dil Azərbaycan dili Nəşrini dayandırıb 29 sentyabr 1877 Baş qərargah Bakı Tiraj 300-400 …

Azərbaycan ədəbiyyatı

“Molla Nəsrəddin” (jurnal)

Post Views: 128 “Molla Nəsrəddin” jurnalı — Azərbaycan dilində satirik-yumoristik jurnal.[1][2][3] “Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bizim şeir gecəmiz”

Post Views: 120 Xalq şairi Söhrab Tahirə Yuxuda gördüm ki, yenə görüşdü, yığılıb el gəlir yanıma səssiz. Bakı elə böyük, elə genişdi; Söhrab, bildirişsiz, dəvətnaməsiz Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən, gəlib şerimizi dinləyir Vətən. Anan Nəsibəni görürəm, Söhrab, Al! – deyib, çörəyi batırır duza. Baş əyib, mən salam verirəm, Söhrab, bizim o taydakı oxucumuza. Uşaqlar görürəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Çöllərəmi tapşırdın məni”

Post Views: 2. 347 Gözlədə-gözlədə qocaltdın məni, Mən ki, yuxudaydım, ayıltdın məni. Nə tutdun əlində, nə atdın məni, Özgə əllərəmi tapşırdın məni? Ətrimi gül aldı, çiçək apardı, Üzümün rəngini bir rəng apardı. Çağırdım, səsimi külək apardı, Əsən yellərəmi tapşırdın məni? Bu günü gözlədim, sabaha qaldı, Sevincin axırı bir aha qaldı. Yeganə ümidim Allaha qaldı, Gələn illərəmi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

Post Views: 106 Poyluda mən doğulmuşam, Poyluda Nazim yaşayır. Könüldə sevgi-məhəbbət, sazda sarı sim yaşayır. Ağstafa, Poylu, salam! Alməhəmməd oğlu, salam! Ata payım, oğul balam, mənim əvəzim yaşayır. Atamın çırağı yanır, anamın ocağı yanır. Səni anır, məni anır – eşqim, həvəsim yaşayır. Poyluda bir ünvan qalıb, O, məndən nigaran qalıb. Gedən gedib, qalan qalıb, tanış-bilişim …

Azərbaycan ədəbiyyatı

Hörmətli poeziyasevərlər!

Post Views: 86 Hörmətli poeziyasevərlər! Sizi 27 aprel saat 12:00-da gənc şairlər, prezident təqaüdçüləri – Emin Piri və Ulucay Akifin görüşünə və imza gününə dəvət edirik. Görüş Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində Əli Kərim adına Poeziya Evinin və AYB-nin Sumqayıt bölməsinin təşkilatçılığı ilə keçirilir. Ünvan: Sumqayıt şəh., 9-cu mk/r, Heydər Parkı, Poeziya Evi

Azərbaycan ədəbiyyatı Mədəniyyət

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi

Post Views: 96 22 aprel 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Bu axşam”

Post Views: 91 Mənim nə gülüşüm, nə göz yaşım var, Doğru bildiyiniz yalan adamam. Sevincin, şadlığın tamına baxıb, Özünə tamarzı qalan adamam. Hər gün əlçim-əlçim buluda dönüb, Özü-öz başına yağan yağışam. Bayırdan qurulu saray görünüb, Könlü içəridən talan adamam. Məni tanımağa çalışma, adam, Sənə tanışamsa, özümə yadam. Nə qoruya bildim, nə də saxlaya, Bir ömrü …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qədəhimdə son damla”

Post Views: 101 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Qədəhimdə son damla, masamda üç şeirim… qorxuram, bu ağılla yenə sənə yenilim… bilirəm, xoşbəxtlikdi insan kimi doğulmaq… bəs ölmək? o necədi? necədi bəxt ovlamaq? adını anmamaq üçün dilimi dişləyirəm… ölü doğulan eşqin dayəsi işləyirəm…

Azərbaycan ədəbiyyatı

Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi ilə bağlı Əli Kərim adına Poeziya Evi tərəfindən həyata keçirilməsi təklif edilən tədbirlər haqda M Ə L U M A T

Post Views: 152 I. Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü geniş oxucu auditoriyasına təqdim etmək məqsədi ilə Sumqayıta həsr edilmiş şeir və esselələrdən ibarət «Səni vəsf edirəm, doğma şəhərim» adlı almanaxın nəşr edilməsi. Kitab Sumqayıt Regional Mədəniyyət idarəsinin təsdiq etdiyi tərkibdə 5 nəfərdən ibarət redaksiya şurası tərəfindən …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı xanım yazar İradə Aytelin hekayələri Tehranda işıq üzü görüb

Post Views: 104 İran İslam Respublikasının paytaxtı Tehran şəhərində nəşr olunan “Qorxunun rəngi” adlı hekayələr toplusunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist İradə Aytelin “Virtual sevgi”, “Pozqun mələk”, “Yetim laylalar”, “Və mən onu sevirdimmi?” hekayələri dərc olunub. Qeyd …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Sevgi nağılı”

Post Views: 103 Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi. O nağılda biri vardı – o Səndin, O nağılda biri yoxdu – o məndim. O nağılda Sən Günəşdin, mən gecə. O nağılda Sən məndəydin, Mən təkcə! O nağılda gözlərin göz işığım, Səsin İlahi səsi, Səsin “Azan”ım idi. O nağılda baxışın ürək dağım, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Qadınların 13 xəyanəti”

Post Views: 154 Hardasa oxumuşdum: “Əməli xəyanət fikri xəyanətin açıq-aşkar davamıdır”. Sevmədən ailə qurmaq qaçılmazdır, lakin sevmədən ömür sürmək günahdır! Sevmədiyi kişi ilə gecələrini paylaşmaq bədənini satmağın bir növüdür. Nə fərqi var; məhrəminə, ya naməhrəminə, hər iki halda bədən təcavüzə məruz qalır. Qadın ərinə övladlarından biri kimi, həm də ən ərkəsöyün övladı kimi yanaşmalıdır: əzizləməli, …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Mərdim, mərdim, yığış gedək”

Post Views: 81 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək! Mənbə: http://www.kultur.az

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 92 QALMADI Bu gün olanlar oldu ta, Sabaha nəsə qalmadı. Yollar yoxuşa dirəndi, Getməyə kəsə qalmadı. Son ümid də axtalandı, Gözlərdə qan laxtalandı. Fələk satan, bəxt alandı, – Biz düşdük nəhsə, qalmadı. Dan söküldü, qürub getdi, Yalandan vay qurub getdi. Gedənlər hayqırıb getdi, Bir söz də pəsə qalmadı. Gülüm, saçların qulacdı, Baxdım – …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın şeirləri “Hece Taşları” dərgisində çap olunub

Post Views: 136 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Susursan… dinmirsən yenə …

Azərbaycan ədəbiyyatı

Atakişiyeva Leyla CƏMİL QIZI.Mənsur şeirlər

Post Views: 104 Atakişiyeva Leyla Cəmil qızı 2002-ci ildə Rusiyanın Tomsk şəhərində anadan olub.Tomsk şəhər 7 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. Hazırda Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli orta məktəbin 10-cu sinfində, rus bölməsində təhsil alır. Bütün fənnləri yaxşı oxuyur, humanitar fənnləri xüsusilə sevir. Ən böyük arzularından biri psixoloq olmaqdır. *** Bir gün …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Şirin Xosrovun virtual sevgilisi idi”

Post Views: 106 Olmuş hadisədir: evlərinin dəcəl, nazlı-duzlu, gözəl-göyçək qızı olan Almaz heç vaxt inanmazdı ki, gün gələcək könlünü üzünü görmədiyi, tanımadığı birisinə – Arifə verəcək. Bu sevgi həm də Almaz ali təhsilə yiyələnəndən sonra, işlədiyi müddətdə doğulacaq. Bəli, o sevirdi, yalnız səsini eşitdiyi bir nəfəri – Arifi. İş saatında işlədiyi idarə, evdə isə ev …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Qadın haqqında şeirlər

Post Views: 191 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qadının özünə minnətdaram mən “Mənim həyatımın nə mənası var, Sizin üzünüzdə gülüş olmasa”. Nəriman Həsənzadə. İnsanın özündən xəbərsiz, inan, Narahat duyğular bu gün də yatmır. Duyub yaşadıqca ömrün gününü, Bəzən görürsən ki, nəyinsə çatmır. Sonradan keçdikcə ömürdən günlər, İlk …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 91 ÖLMƏDİM Nələr görmədim – tələdən qarmağa kimi – ölmədim. Başımdan basdılar, girdim torpağa kimi – ölmədim. Dedim, gendən az hür, tula, Pozulmasın hüzur, tula. İlan ağzından qurtulan qurbağa kimi – ölmədim. Atılsan çöptək səbətə, Çox olar qoşan şəbədə. Adam oldum mən təpədən dırnağa kimi – ölmədim! ARTIQ Yeni dünya düzəninin Təməli görünür …

Azərbaycan ədəbiyyatı

Mirzə Ələkbər Sabir

Post Views: 487 Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı – 12 iyul 1911, Şamaxı) — Azərbaycanlı şair,satiranın ustadı, ictimai xadim, filosof və müəllim olmuşdur. Həyatı Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. …

Azərbaycan ədəbiyyatı

Cəlil Məmmədquluzadə

Post Views: 521 Cəlil Məmmədquluzadə (tam adı: Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə; 10 fevral 1869[1], Naxçıvan, İrəvan quberniyası, Rusiya İmperiyası – 4 yanvar 1932, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri.[2][3][4][5] Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq …

Azərbaycan ədəbiyyatı

Mirzə Fətəli Axundov

Post Views: 542 Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; azərb-ərəb: میرزا فتحعلی آخوندزاده) və ya Mirzə Fətəli Axundov (Axundzadə) (12 iyul 1812, Nuxa, Şəki xanlığı – 9 mart 1878, Tiflis, Rusiya İmperiyası) — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi; Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, “müsəlman …

Azərbaycan ədəbiyyatı

Əbdürrəhim bəy Haqverdiyev

Post Views: 181 Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev(Ahverdoff) (азерб. عبدالرحیم بَی حق وئردیف, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev[* 1]; 17 (28) may 1870 , Şuşa — 12 dekabr 1933, Bakı) — Azərbaycanın yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Teatr və İctimai Xadim, Klassik Azərbaycan ədəbiyyatının Korifeyi. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1928), Birinci Rus …

Azərbaycan ədəbiyyatı

Nəcəf bəy Vəzirov

Post Views: 137 Nəcəf bəy Vəzirov — azərbaycanlı yazıçı və dramaturq. Dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş …

Azərbaycan ədəbiyyatı

İsmayıl bəy Qutqaşınlı

Post Views: 181 Qutqaşınlı bəy İsmayıl Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı Həyatı İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir. Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin …

Azərbaycan ədəbiyyatı

Abbasqulu ağa Bakıxanov

Post Views: 405 Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi d. 21 iyun 1794, Əmircan, Bakı xanlığı – ö. 31 may 1847, Məkkə) — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi.[1] XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. “Qüdsi” təxəllüsü ilə …

Azərbaycan ədəbiyyatı

Seyid Əzim Şirvani

Post Views: 388 Seyid Əzim Şirvani (9 iyul 1835 — 20 may 1888) — XIX əsr Azərbaycan şairi və maarifçisi.[1] Həyatı Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin …

Azərbaycan ədəbiyyatı

Xurşidbanu Natəvan

Post Views: 379 Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Həyatı Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, …

Azərbaycan ədəbiyyatı

Qasım bəy Zakir

Post Views: 170 Qasım bəy Əli bəy oğlu Zakir (1784[1], Şuşa, Qarabağ xanlığı – 1857[1], Şuşa, Şamaxı quberniyası, Rusiya İmperiyası) — Azərbaycan şairi. Həyatı Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada …

Azərbaycan ədəbiyyatı

Molla Vəli Vidadi

Post Views: 203 Molla Vəli Vidadi (1709-cu il, Şəmkir, ‒ 1809-cu il, İkinci Şıxlı) — XVIII əsr azərbaycan şairi. Həyatı Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. …

Azərbaycan ədəbiyyatı

Molla Pənah Vaqif

Post Views: 166 Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[7][8], Yuxarı Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər imperiyası – 1797[7][8], Şuşa, Qarabağ xanlığı) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri. Vaqif təxminən 1717-ci ilin Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının …

Azərbaycan ədəbiyyatı

Məhəmməd FÜZULİ.”Şikayətnanə”

Post Views: 107 Salam verdim – rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar. Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm’i sualıma cavab verdilər. Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe’li-xəta vü çini-əbrudur? Dedilər:- Müttəsil bizim adətimiz budur. Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl XƏTAİ.”Bir söz”

Post Views: 156 10 Sözünü bir söyləyənin Sözünü edər sağ bir söz. Pir nəfəsin dinləyənin Yüzünü edər ağ bir söz. Bir söz vardır xalq içində, Dəxi söz var xülq içində, Оlmaya ki, dəlq içində Deyəsən çarqadağ bir söz. Söz vardır, kəsdirər başı, Söz vardır, kəsər savaşı, Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl XƏTAİ.”Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır”

Post Views: 207 Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır, Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır. Ayrılır ol yari-sǝrdarım, gedir, qoymuş mǝni, Sǝd hǝzaran dadü bidad, bǝnddǝn can ayrılır. Ey könül, fǝryadü nalǝ vaxtıdır, eylǝ fǝğan, Şimdi şǝhrindǝn sǝnin ol şahi-sultan ayrılır. Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şol ǝzǝldǝn yari-hǝmdǝm, …