Category: Azərbaycan ədəbiyyatı

  • Nemət HACIƏLİYEV.”Kitab təki varaqla”

    11944703_995676973815966_1787362592_n

    Kitab təki varaqla
    Ömrümü,hər anımı
    Bəzən ürəkdən ağla
    Nəm elə varağımı

    Bəyəndikcə izlər qoy
    Karadaşla,qələmlə
    Fikrini fikrim ilə
    Calaq elə,qələmlə

    Qoyma toz bağlayım mən
    Hədiyyə et birinə
    Paylaşdıqca enəcək
    Bu məhəbbət dərinə

    Çay içə-içə oxu
    Ətirlənsin düşüncə
    Yolda,metroda oxu
    Qatarlardan düşüncə

    Bağışla ki,bitirəm
    Epiloqum tükənir
    Gözlərindən itirəm
    Fikirlərim səslənir

    Bəzən ürəkdən ağla
    Nəm elə varağımı
    Kitab təki varaqla
    Ömrümü,hər anını

  • Nemət HACIƏLİYEV.”Neçin qarşıma çıxdın?”

    11944703_995676973815966_1787362592_n

    Neçin qarşıma çıxdın?
    Biz ayrılandan sonra.
    Könül mülkümü yıxdın,
    Biz ayrılandan sonra.

    Ağladı tər çiçəklər,
    Ağladı saf mələklər,
    Ağladı ağ ürəklər,
    Biz ayrılandan sonra.

    Doğmalar da yad oldu,
    Adım çıxdı ad oldu,
    Düşmənlər də şad oldu,
    Biz ayrılandan sonra.

    Özümə qapanmışam,
    Səhv edib inanmışam,
    Axırı oyanmışam,
    Biz ayrılandan sonra.

    Qarşıma çıxma daha,
    Hisləri yıxma daha,
    Qəlbimi sıxma daha,
    Biz ayrılandan sonra.

    Şeir də yazdım sənə,
    Qəzəl də yazdım sənə,
    İlk dəfə yazdım sənə,
    Biz ayrılandan sonra.

  • Zəlimxan YAQUB

    AXŞAMÜSTÜ

    Göylərdə kövrələn buludlar deyil,
    Beynimin içinə dolan tüstüdü.
    Bilirəm qarşıdan qaranlıq gəlir,
    Yaman darıxıram, axşamüstüdü.

    Qəlbin həm sevinci, həm də yası var,
    Hər günün öz hökmü, öz dünyası var.
    Ömrün səhəri var, günortası var,
    Yaman darıxıram, axşamüstüdü.

    Dünyanın üzünə gələndən bəri,
    Həmişə sevmişəm nurlu səhəri.
    Kimə xeyir verib axşamın şəri,
    Yaman darıxıram, axşamüstüdü.

    Alınmaz qalanı kim tikib görən,
    Nə deyir hördürən, nə deyir hörən.
    Geriyə qayıtmır qapıdan girən,
    Yaman darıxıram, axşamüstüdü.

    Səhər bu dünyanın hər şeyi təzə,
    Günorta gözəllik gətirir gözə.
    Axşam qaranlığı heç baxmır sözə,
    Yaman darıxıram, axşamüstüdü.

    SƏN YORULMADIN

    Yollara baxmaqdan gözüm yoruldu,
    Səni çağırmaqdan sözüm yoruldu.
    İradə yoruldu, dözüm yoruldu,
    Ey mənim inadım, sən yorulmadın.

    Yerlərə, göylərə saldın səs-səda,
    Uca zirvələri gətirdin yada.
    Üfüqlər nə qədər geniş olsa da,
    Ey qolum, qanadım, sən yorulmadın.

    Bütün ömrün boyu yardın, yaratdın,
    Arzuya yetişdin, mətləbə çatdın.
    Ruhuma uyuşdun, könlümə yatdın,
    Zəhmətim, ustadım, sən yorulmadın.

    Düşmən bostanıma xeyli daş atdı,
    Gah möhkəm tutdurdu, gah yavaş atdı.
    Təmizlik, halallıq səni yaşatdı,
    Məğrur istedadım, sən yorulmadın.

    Allah, gözlərə bax

    Belə baxış olmaz, bele göz olmaz,
    Allah, gözlərə bax, nə gözəl baxır.
    Belə atəş olmaz, belə köz olmaz,
    Allah, gözlərə bax, nə gözəl baxır.

    Göylər ulduz verib, ay verib ona,
    Yerlər çeşmə verib, çay verib ona.
    Peyğəmbər nurundan pay verib ona,
    Allah, gözlərə bax, nə gözəl baxır.

    Haqqın dərgahından enən işıqdı,
    Ömrə naxış vuran bir yaraşıqdı.
    Mən gül ağacıyam, o sarmaşıqdı,
    Allah, gözlərə bax, nə gözəl baxır.

    Baxışlar nə qədər həlim olarmış,
    Gözün zarafatı zülüm olarmış.
    Zülmün axırı ölüm olarmış,
    Allah, gözlərə bax, nə gözəl baxır.

    Ürək yüz parçadır, könül yüz para,
    Bir gözəl gözündə çəkildim dara.
    Öldürməz, əlindən canım qurtara,
    Allah, gözlərə bax, nə gözəl baxır.

    Çin qızı çin gözəli

    Yanağın güldən zərif,
    Belin telindən incə.
    Dilin sözündən şirin
    Sözün dilindən incə
    Göy suların ağ quşu
    Qızdan, gəlindən incə
    Sən mənim nəzərimdə
    Dünyanın ən gözəli,
    Çin qızı, Çin gözəli!

    Bu ağlıq ki, səndə var,
    Süd gölündə çimənsən.
    Bu ətir ki, səndə var,
    Yamyaşıl bir çəmənsən
    Yerini verə bilməz
    Dünyanın min gözəli!
    Çin qızı, Çin gözəli.

  • Xalq şairi Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olunacaq

    11 yanvar 2016-cı il tarixində, saat 12:00-14:00-da Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”,
    Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, şair, ictimai xadim Zəlimxan Yaqub ilə son vida mərasimi Bakı şəhərində Təzə Pir Məscidində keçiriləcək.Sonra Xalq şairi Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olunacaq.Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dair böyük xidmətlər göstərmiş sevimli Xalq şairimiz Zəlimxan Yaqub yanvar ayının 9-da saat 16 radələrində dünyasını dəyişib.
    Qeyd edək ki, bundan öncə keçən ilin yanvar ayında Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi prezident təqaüdçüsü, şair, dramaturq, publisist Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn olunmuşdu.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Xalq şairi Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olunub

    Yanvar ayının 11-də saat 12:00-14:00-da respublikanın paytaxtı Bakı şəhərində TəzəPir Məscidində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, şair, ictimai xadim Zəlimxan Yaqub ilə son vida mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət və hökumət nümayəndələri, eləcə də mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərhumun ailəsinə və qohumlarına başsağlığı verib.Sonra Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub və mərhum Xalq şairimiz I Fəxri Xiyabanda torpağa tapşırılıb.
    Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.Yanvar ayının 9-da saat 16 radələrində 65 yaşında ikən dünyasını dəyişib.Müalicə olunmaq üçün dəfələrlə dövlət hesabına Almaniya Federasiyana göndərilmişdi və ən ünlü həkimlərinin nəzarəti altında müalicəsini davam etdirmişdi.

    Gülnarə ŞÖHRƏDDQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib

    Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

    Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

    Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

    Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

    Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

    Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

    Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

    Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

    Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev
    Artur Rasizadə
    Oqtay Əsədov
    Ramiz Mehdiyev
    Elçin Əfəndiyev
    Hacıbala Abutalıbov
    Fatma Abdullazadə
    Əbülfəs Qarayev
    İsa Həbibbəyli
    Anar Rzayev
    Rafael Hüseynov
    Fikrət Qoca
    Söhrab Tahir
    Nəriman Həsənzadə
    Sabir Rüstəmxanlı
    Ədalət Nəsibov

  • Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, şair, ictimai xadim Zəlimxan Yaqubun “Məni sabahıma qovuşdur, ana” adlı yeni kitabı Bakı şəhərində, “Elm və təhsil” Nəşriyyatı tərəfindən 228 səhifə həcmində işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan” jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.Kitaba müəllifin heç bir kitabına daxil edilməyən şeirləri, “Çanaqqala dastanı” və “Şuşada balam qaldı” poemaları bir neçə hekayəsi daxil edilib.
    Qeyd edək ki, bundan öncə Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə “Şərq-Qərb” nəşriyyatı tərəfindən “Dünya çiçək, insan oğlu arıdı” adlı kitabı işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Qarğış et

    Sazağından çəkim,ah,
    Baharımı,qar-qış et.
    Kölən olum,ay Allah,
    Onu mənə qarğış et.

    Dəlisov,ərkəsöyün,
    De ki,yıxılsın öyün.
    Dilucu düyün-düyün,
    Onu mənə qarğış et.

    Sevincim qala-qala,
    Kədərimi,yırğala.
    Sağ,bəxtimi soy,tala,
    Onu mənə qarğış et.

    Bəxtəvərə,xoşbəxt demə,
    Bəxt odur ki,bəxtə dinə.
    Qədərimə,ya bəxtimə,
    Onu mənə qarğış et.

    08.01.16.

    Boylanır nə boylanır?..

    Qoyun-quzu yamaclara,
    Haylanır nə haylanır.
    Solğun günəş boz qaclara,
    Boylanır nə boylanır?

    Göyündən quş gəlib,gedib,
    Dərdindən cuş gəlib,gedib.
    Dağından qış,gəlib,gedib,
    Yaylanır nə yaylanır?

    Duman,dağların ətəyi,
    Donub çobanın tütəyi.
    Baldır,qüssəmin pətəyi,
    Taylanır nə taylanır?

    Ağdır,zirvələr üstü nə?
    Dərdini çəkmiş üstünə.
    Durmuş Nigarın qəsdinə,
    Huylanır nə huylanır?

    07.01.2015.

    Qac-biz tərəflərdə şumlanmış və dincə qoyulmuş sahə anlamında.

  • Mehri ƏLİYEVA.Yeni şeirlər

    me

    QƏRİBLİK ÖMRÜMÜN YÜKÜ OLUBDUR

    Həsrət dağlarını aşıram hər gün.
    Qeriblik ömrümün yuku olubdur.
    Dumanlı dağlara baxıram hər gün.
    Xəzan saçlarımı yaman yolubdur.
    Qeriblik ömrümün yuku olubdur.

    Sən varkan sənsizəm ay elim-obam.
    Sönübdü Ağdamda çoxdandı sobam.
    Hələdə qövr edir sinəmdə yaram.
    Açılan güllərim çoxdan solubdu.
    Qeriblik ömrümün yuku olubdur.

    Mehri deyər Qarabağsız neylərəm.
    Qürbət eldə için-için göynərəm.
    Mən Şuşamı,Cıdırımı istərəm.
    Həsrət oxu ürəyimi oyubdu.
    Qeriblik ömrümün yuku olubdur.

    QƏRİBLƏR AĞLAYANDA

    Daş-kəsək də ağlayar,
    Qəriblər ağlayanda.
    Dünya ona dar olar,
    Qəriblər ağlayanda .

    Bulud dolar,boşalar,
    Çaylar daşar,dolanar,
    Yas saxlayar sonalar.
    Qəriblər ağlayanda .

    Dağlarda dilə gələr,
    Susar güllər-bülbüllər.
    Solar eldə çəmənlər,
    Qəriblər ağlayanda .

    Göyərər qara daş da,
    Yanağa düşər yaş da.
    Əgər ki,görsən harda?
    Qəriblər ağlayanda .

    Mehri qərib,qəmlidi
    Dərdi,vətən dərdidi.
    Ömürdə tez gedəndi,
    Qəriblər ağlayanda .

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    SONU OLARMIŞ.

    Şirin nağılların sonu olarmış,
    Uydurub yalandan ,büküb yalana,
    Əyninə geydiyi donu olurmuş,
    Şirin nağılların sonu olurmuş.

    Vədəsi,zamanı gəlib çatanda,
    Şirin yalanlara ,acı qatanda,
    İnanıb ,uyuyub ,şirin yatanda,
    Şirin nağılların sonu olurmuş.

    Vədəsi boş olan biri varmışın,
    Biri yoxmuşuna çatıb dayandıq,
    Şirin nağılların oduna yandıq,
    Şirin nağılların sonu olarmış.

    Uşaqkən inandıq biri varmışa,
    Biri yoxmuşunu tamam unudub,
    Bir gün acısını yamanca daddıq,
    Şirin nağılların sonu olarmış.

    Həqiqət axtarmaq düşmədi yada,
    Vədəyə inanıb ,inandıq yada,
    Bəzən unutduq ki bir gün dünyada,
    Şirin nağılların sonu olarmış.

    Şirin nağılların sonu olarmış,
    Uydurub yalandan,büküb yalana,
    Əyninə geydiyi donu olarmış,
    Bir gün nağılların sonu olarmış.

    08 01 2016.

    YUXUMA GƏLƏRSƏN.

    İllərin qanadlarından qanadlanıb,
    Könlümdə dolanır bir arzu ,istək.
    Ötən günlərin üstündən adlayıb,
    Qərib bir axşama,qərib qonaq tək ,
    Yuxuma gələrsən yenə bir axşam.

    İşinin-gücünün ağırlığından,
    Yorulub gündüzün yorğunluğundan.
    Düşüb yollarının cığır ,izinə,
    Baxıb ürəyinin gizli sözünə,
    Yuxuma gələrsən yenə bir axşam.

    Qürurum yolhmu kəsən sərhəddim,
    Bir zaman səsinə laqeyd dayandım,
    Qərib həsrətimi yoluna sərdim,
    Bu həsrət oduna birgə yanmağa,
    Yuxuma gələrsən yenə bir axşam.

    Bir tale yaşayıb şirin yuxuda,
    Həyatın ən şirin laylası kimi,
    Könlüm səksəkədə,qara -qorxuda,
    İtmiş günlərimin qayğısı kimi,
    Yuxuma gələrsən yenə bir axşam.

    İllərin qanadlarından qanadlanıb,
    Könlümdə dolanır bir arzu ,istək.
    Ötən günlərin üstündən adlayıb,
    Qərib bir axşama qərib qonaq tək,
    Yuxuma gələrsən yenə bir axşam.

    14 11 2015

  • Fidan ABBASOVA.”Nə var olduğuna inandır məni”

    Zamana buraxdım olub keçəni
    yara da sağalır keçən zamanla
    qəlbim unudarmı bilmirəm səni
    bələdə unudar gəl bunu anla…

    Dözmür həsrətinə yuxum gecəmdə
    döyünən ürəkdə yanır sinəmdə
    baharda ən gözəl lalə çəməndə
    gözəldir bax o da solur zamanla…

    Ruhum içim sudur sevginə möhtac
    nə qədər var olsan duyar ehtiyac
    qaça bilərsənsə bu yol səndə qaç
    axı qaçmaq olmur ötən zamanla…

    Nə var olduğuna inandır məni
    yada ki elə et unudum səni
    bir alma birinə bənzəyər yəni
    yanağı qızarar yetişən anda…

    Qoy mənim ruhumu bəzəsin duam
    Fidanam mən belə çətin qocalam
    hər gün mən sevginə verərək salam
    qaynayır elə bil coşqun qanımda
    nə yaxşı sevgin var mənim yanımda…

  • Rahilə DÖVRAN.”Ustad Babam”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Ustad Şəhriyarın xatirəsinə

    Ustad babam, ildırımlar səngiyib,
    Sellər, sular cilovlanıb, ləngiyib.
    Sənsiz qəlbim yavaş vurur, təngiyib,
    Şair babam adın yenə dildədir,
    Şan- şövkətin qəlbimizdə,eldədir.

    Ustad babam, artıq sular durulub,
    Şimalımda azad dövlət qurulub.
    Həsrət qoyan məftillər də yorulub,
    Indi xalqın bir- birini yad edir,
    Şimal gülür, Cənubu da şad edir.

    Ustad babam,zamananı haxladım,
    Qismət oldu gəlib səni yoxladım.
    Sevə- sevə məzarını qoxladım.
    Övladınam, Səni deyib gəlmişəm,
    Yas içində ustada baş əymişəm.

    Ustad babam səd duvarlar uçuldu,
    Düyünlənmiş düyünümüz açıldı.
    Qələmindən qəlbimə nur saçıldı,
    Ömür sənə kaş ki, vəfa edəydi,
    Şəhriyarla, Bəxtiyar cüt gəzəydi.

    Ustad babam, ruhun gəzir yelinən,
    Çağlayırsan Arazımda selinən.
    Qovuşmusan o tay, bu tay- elinın,
    Şair babam tam vüsala az qalıb,
    Heyratımız ənginliyə ucalıb.

    Ustad babam, sis,dumanım çəkilib,
    Yaman günün vərəqəsi bükülüb.
    Övladların ayrılmayıb, bərkiyib,
    Yaxşılığı gözə çıraq ediblər,
    Yamanlığı eldən qıraq ediblər.

    Ustad babam, gözün yolda qalmasın,
    Soyunacaq bir gün elin çalmasın.
    Millət niyə “haqq etdiyin”almasın?
    Yüksəldəcək günəştəkin bayrağı,
    Təbriz, Baki bir- birinin dayağı.

    07.01.2016.

  • Rahilə DÖVRAN.”Təbrizim”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Həsrətimdən qisas alım doyunca,
    Görməmişdim səni ömrüm boyunca.
    Torpağını gözüm üstə qoyunca,
    Dalğalandı ürək adlı dənizim,
    Təbrizim, ay Təbrizim.

    Qurban olum Şəhriyarın sözünə,
    Düşdüm doğma nəğmələrin izinə.
    Könül verdim hər dağına, düzünə,
    Çiçək açdı qızılgülüm, nərgizim,
    Təbrizim, ay Təbrizim.

    Məğrur başın illərdi ki, dumandı,
    Qov üstündən buludları amandı.
    Türk düşməni hiyləgərdi, yamandı,
    Türkdür türkün dostu, yarı, əzizim,
    Təbrizim, ay Təbrizim.

    İnqilablar şimşəyindir hey çaxan,
    Qəhrəmanlıq salnaməsi Səttar Xan.
    Xiyabani, Pişəvəri, Bağır xan,
    Qaranlıqdan doğan parlaq gündüzüm,
    Təbrizim, ay Təbrizim.

    Qoy başını bir də duman almasın,
    Heydər baba, zirvəndə qar qalmasın.
    At başından istibdadın çalmasın,
    Sevicinə, vüsalına gül düzüm,
    Təbrizim, ay Təbrizim.

    06.01.2016.

  • Şəfa VƏLİYEVA.”Dostum… küsə bilərsən”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dostum… küsə bilərsən
    Yenə ikinci oldun…
    Getdi bütün sevgilər…
    Mənsə seyrçi oldum…

    Sənə “bağışla” demək
    Günahım sayılacaq…
    Dodağım büküləcək…
    Gözlərim qıyılacaq…

    Bu qız sənə tanışdı…
    Darıxar özü üçün…
    Gəl, bir şeir danışım…
    Elə-belə… söz üçün…

    Küssək də hər axşamdan
    Bu günlə barışmışıq…
    Bir də… soruşmasan da
    “O”nunla ayrılmışıq…

  • Rahilə DÖVRAN.”Xan Arazım”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Həsrət küləyitək aradan əsən,
    Dedilər qayçısan vətəni kəsən,
    Bu qara yalana necə dözəsən?
    Sənsiz nəyə lazım baharım, yazım
    Yurdun yaraşığı ,ey Xan Arazım.

    Qaldın qovğasında illərin, ayın,
    Seyrindən doymayır o tay, bu tayın,
    Tezliklə başlanar büsatın, toyun,
    Budur ürəkdəki ən böyük arzum
    Yurdun yaraşığı, ey Xan Arazım.

    Lal axan suların dərindir, dərin,
    Əbədi yox olsun qəmin, kədərin,
    Gümüş kəmərindir, xan Xudafərin,
    Şəninə söz deyir sədəfli sazım,
    Yurdun yaraşığı ,ey Xan Arazım.

    Qüssə də, kədər də eldən qaçacaq,
    Sərhəd dirəkləri çiçək açacaq,
    Daha çox bəndlərin işıq saçacaq,
    Dövranla səsləşən şirin avazım,
    Yurdun yaraşığı ,ey Xan Arazım.

    05.01.2016.

  • Etibar VƏLİYEV.”Yazım, yazmayım?!”

    12305585_1494065097563795_938509399_n

    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “MƏŞƏL” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibi , Şair Etibar Vəliyev – Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının ekspert şurasının üzvü Şair Qəşəm Nəcəfzadəyə şeir həsr etdi.

    (Şair dostum Qəşəm Nəcəfzadəyə)

    Oğul fəryadıdır “Ay vətən” şeiri.
    Vətən vuqarımdı, yazım, yazmayım?!
    Doğmadır vətənin hər qarış yeri.
    Dövlətim, varımdı, yazım, yazmayım?!

    Zəngilan, Qubadlı, Şuşa, Laçınım.
    Cəbrayıl, Xocalı, canımdı, canım.
    Ağdam, Kəlbəcər də qaynayan qanım.
    Dərdim, qubarımdı, yazım, yazmayım?!

    Bu həsrət, bu hicran olmayaydı kaş.
    Həsrətli gözlərdə qurumur ki yaş.
    Səninlə Şuşaya gedərik qardaş.
    Arzum, muradımdı. yazım, yazmayım?!

    Ev nədi, daxmanı yozanlar da var.
    Ayağın altını qazanlar da var.
    Bir quru sağola yazanlar da var.
    Xəcalət, arlmdl, yazım, yazmayım?!

    Sönməyən bir ocaq, can Azərbaycan.
    Torpağın alacaq, can Azərbaycan.
    Tam, butöv olacaq, can Azərbaycan.
    Arzum, diləyimdi, yazım, yazmayım?!

  • Əlirza HƏSRƏT.”Son nəğmə rəsmidir Qu ayrılığın”

    ehe

    Lalənin bağrına elə qan çıxıb,
    Görsən,deyərsən ki,burda can çıxıb.
    Məni xatırlamaq yadından çıxıb,
    Sevdası başqadır bu ayrılığın.

    Sazın sinəsinə hər eşq sim çəkib,
    Məni bu görüşə öz nəfsim çəkib.
    Bunu kim yaradıb,belə kim çəkib,-
    Son nəğmə rəsmidir Qu ayrılığın?!

    Hələ barışmaz ki bu eşq,bu dinlə,
    Sevib adam oldun ibadətinlə.
    Hər gün həsrətimi üst-üstə çinlə,-
    Tökdüyüm qanını yu ayrılığın!

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXXI hissəsi

    http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

    Cəmilə oğlunu Lamiyəni evə çağırdığı üçün danlayırdı.
    – Bəs, sən boşanmaq istəyirdin? Nə tez dəyişdin fikrini?
    Səfər – Pis-yaxşı ailəmdi. İstəmirəm dağılsın.
    – Dünənəcən belə danışmırdın, az qala yalvarırdın ki, boşanasan.

    Səfər səsini bir az yüksəltdi.
    – Dünənəcən Fidanın ailəli olduğunu bilmirdim çünki. Unutma, Lamiyə içkili vəziyyətimdən istifadə edənəcən onun başına məni sən salmışdın. Lamiyəylə ailə qurmağımın günahkarı da sənsən
    – Yenə günahkar mən oldum. Neynək. Gedin yaşayın. Amma o gəlini birdə evimdə görməyim. Get, sənə xəyanət edən qadınla yaşa.
    – Ufff… Sənə qalsa, Fidan da xəyanət etmişdi.

    Cəmilə özünü itirdi, Fidana tələ qurduğunu bir anliq unutdu. Cavab verməyə tələsdi.
    – Fidan sənə xəyanət etməmişdi.

    Səfər şübhəylə anasına baxdı.
    – Nə bilirsən? Şəkili sən göstərmişdin.

    Cəmilə cavab verə bilməyib susdu. Səfər anasının əvəzinə cavab verdi
    – Fidanı tələyə saldığını boynuna alırsan.
    – Mən heç kimə tələ qurmamışam. Neçə ildir atan da, sən də mənə şübhəylə baxırsız. Bəzən ikinizdən də yoruluram.

    Səfər şübhəli baxışlarla anasına baxa-baxa otaqdan çıxdı. Pilləkənləri düşüb qonaq otağına keçdi. Otaqda bacısı Aybənizdən başqa heç kimi görmədi.
    Səfər – Lamiyə hardadı?
    Aybəniz – Eve getdi.
    – Məni niyə gözləmədi?

    Səfər cibindən telefonunu çıxardıb Lamiyəyə zəng etdi. Lamiyə taksidən şəhərə baxırdı. Gözləri dolmuşdu. Telefonun zəngini eşidib çantasından götürdü
    Səfərin adını görüb telefona cavab verdi.
    – Allo
    – Məni niyə gözləmədin?
    – Aybəniz məni evdən qovdu.
    – Necə? Yaxşı. Mən özüm gələcəm
    Səfər telefonu cibinə qoydu, astaca Aybənizə yaxınlaşdı.
    – Sənin Lamiyəylə problemin nədir?
    – Mən ona heç nə deməmişəm.
    – Evdən qovmusan.
    – Həmişəki Lamiyədir. Artistlik elədi yenə.
    – Sən yaxşısı budur öz problemlərinlə başını qat, qızınla məşğul ol. Sənin seçimin mənimkindən uğurlu deyil.
    Səfər otağına getmək üçün ikinci mərtəbəyə çıxdı. Deyilənlər Aybənizin qəlbinə dəysə də, fikir vermədi. Telefonunda Elçinlə birgə çəkdirdiyi şəkillərə baxdı. (daha&helliip;)

  • Rafiq ODAY.”Arxa dan gəlir”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Dərdi dərd edəndə dərdə çevrilir,
    Ürəkdə boy atır, sərdə çevrilir,
    Dərd var, öndə durur – mərdə çevrilir,
    Dərd var namərd kimi arxadan gəlir.

    Haçandı bu çax-çax baş aparmayır,
    Zirvənin gözünü yaş aparmayır,
    Sel gəlib gərədən daş aparmayır,
    Daşlar kövrək vurur, çarxa qan gəlir.

    Qanqallar calanır yolumun üstə,
    Tonqallar qalanır yolumun üstə,
    Ümidim can verir qolumun üstə,
    Mən candan oluram, xalxa can gəlir.

    Tufandı, şimşəkdi, qasırğalı el,
    Firon qulağında bir sırğalı el,
    Buğdanın ətrinə yadığardı el,
    Bəs bu nə tamdı ki, arpadan gəlir.

    Vaxtdı, qara ruhu odandan ayır,
    Bəxtdə uduzanı, udandan ayır.
    Buyur bu şəfəqi o dandan ayır,
    Suya şəfəq düşür, arxa dan gəlir.

  • Rafiq ODAY.”Yəqin”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Haray yox, bir titrək havaram sənsiz,
    Çatmaram arzuma – ha varam – sənsiz.
    Fərqi nə, ya yoxam, ya varam sənsiz,
    Silinməz bu qəlbin yarası yəqin.

    Səhv etsəm el-aləm yamanlar məni,
    Tərk etməz qəlbimə damanlar məni.
    Alar ağuşuna dumanlar məni,
    Bilmərəm dünyanın harası yəqin.

    Əyilməz – bu yurdun nər manı varsa,
    Tanrının haqq adlı fərmanı varsa.
    Bir dərdin minbir də dərmanı varsa,
    Tapılar bunun da çarası yəqin.

    Boş qalmış ələyin yiyəsi mənəm,
    Oxlanmış kürəyin yiyəsi mənəm.
    Bu sınıq ürəyin yiyəsi mənəm,
    Parası gümandı, parası yəqin.

    Doğmadan yan qaçıb yada varalı,
    Yurdumun hasarı yaman daralır.
    Bir ömür yaşaram – ağlı, qaralı,
    Aği müəmmədı, qarası – yəqin!

  • Əziz MUSA.”Qalıbdı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Didərgindi qarabağlı,
    Pərişandı indi halı,
    Neçə-neçə dağ qartalı,
    Qolsuz, qanadsız qalıbdı.

    Yurd-yuvasız qalmışıq biz,
    Qaçqın, köçkündü elimiz,
    Dünyaya çıraq ölkəmiz,
    İşıqsız, odsuz qalıbdı,

    Başımızı qatıb nağıl,
    Dağıl belə dünya dağıl,
    Vətən deyən neçə oğul,
    Qılıncsız, atsız qalıbdı,

    Məddahlar plov, bal yeyir,
    Gecə-gündüz tərif deyir,
    ,Haqq söyləyən neçə şair.
    Təltifsiz, adsız qalıbdı.

  • Əziz MUSA.”Ana”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Günəş tək nurludu ömrü, həyatı,
    Hər anı mənalı layla, bayatıı,
    Canıdı, gözüdü doğma övladı,
    Müqəddəs varlıqdı, mələkdi, ana.

    Sevgisi tükənməz ürəkdə, canda,
    Ümidin itirməz ən çətin anda,
    Dünyanın tacıdı, qocalanda da,
    Hər evə çıraqdı, bəzəkdi, ana.

    Təbiət nurlanır üzü güləndə,
    Daş da muma dönür onun əlində,
    Bir sirr, möcüzə var şirin dilində,
    Hamıya, hər kəsə gərəkdi, ana,

    Ürəyi günəş tək sönməyən məşəl,
    Hamıdan ucadı, hamıdan gözəl,
    Ən incə nəğmədi, ən şirin qəzəl,
    Gül kimi zətifdi , kövrəkdi ana.

    Hər sözü mənalı, hər kəlməsi “can”,
    Qızına, oğluna doğma, mehriban,
    Ömrünü şam kimi əridər hər an,
    Heç zaman solmayan çiçəkdi ana.

  • Zeynəb DƏRBƏNDLİ.”Dərbənd”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Tarixləri ötüb yaşın,
    Min tarixdir dağın, daşın..
    Göylərə ucalıb baışın,
    Dağ vüqarım ulu Dərbənd.

    Divarların min əsərdir,
    Keçmişlərdeən edir təsir.
    Səndə dağ küləyi əsir,
    Dağ vüqarım ulu Dərbənd.

    Dədəm Qorqud yaddaşısan,
    Koroglunun savaşısan.
    Əsrin bilinməz yaşısan,
    Dağ vüqarım ulu Dərbənd.

    Göz oxşayan meşələrin,
    Şixsalahın suyu sərin.
    Anasısan göy xəzərin,
    Dağ vüqarım ulu Dərbənd.

    Tarixlərdən qoymusan iz,
    Bir diyarsan candan əziz.
    Sənə kəşik cəkir dəniz,
    Dağ vüqarım ulu Dərbənd.

    Zeynəbin vuran ürəyi,
    Səndə yazılıb taleyi.
    Ozan Qorqudun beşiyi,
    Dağ vüqarım ulu Dərbənd.

  • Zeynəb DƏRBƏNDLİ.”Qarabağım”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Kimlər durub keşiyində?
    Sökülüb ev, eşiyin də.
    Ilan yatır beşiyində,
    Yol gözləyir Qarabağım.

    Qəribsəyib cıdır düzü,
    Görən yoxdur əyri, düzü.
    Xəcalət çəkirəm duüzü,
    Yol gözləyir Qarabağım.

    Topxanası viran olub,
    Isa bulağı qan dolub.
    Xarı bülbül saçın yolub,
    Yol gözləyir Qarabağım.

    Xankəndi göz yaşı tökür,
    Xocalım qəddimi bükür.
    Aglar qəlbim hönkür hönkür,
    Yol gözləyir Qarabağım.

    Qız, gəlinim əsarətdə,
    Can qalmadı bu millətdə.
    Laçınım, Şuşam həsrətdə,
    Yol gözləyir Qarabağım.

    Zəngilan, Zəngəzur, Ağdam,
    Viran oldu elim, obam.
    Alınacağ bu intiqam,
    Yol gözləyir Qarabağım.

    Fizuli, Qubadlı, qandı,
    Kəlbəcər od tutub yandı.
    Yolunda düşmən dayandı,
    Yol gözləyir Qarabağım.

    Ağdərə göyə sovruldu,
    Ağdaban yandı qovruldu.
    Göyçəmə qıfıl vuruldu,
    Yol gözləyir Qarabağım.

    Daglarım küsgün dayanıb,
    Şəlaləm qana boyanıb.
    Düşmən çox erkən oyanıb,
    Yol gözləyir Qarabağım.

    Zeynəbəm, aglayır sözüm,
    Həsrətdir yurduma gözüm.
    Bu aciya necə dözüm?
    Yol gözləyir Qarabağım.

  • Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

    yt

    Dəyişən bir sənsən, birdəki zaman
    Yer də həmən yerdir göy də həmən göy
    Sənin bu dünyayla işin olmasın,
    Yetər deyindiyin arxasınca hey.

    Bir damla göz yaşın sonda ölən köz,
    Dilinlə gor eşmə ürəyimdə sən.
    Dünən sevincimə şərik olan, qız,
    Bu gün kədərinlə ürəyimdəsən.

    Əllərim bulaşır göz yaşlarına,
    Alın yazısıdır-göz yaşı deyil,
    Qucub dizlərini hönkürmə belə ,
    Dizlərin eşqinə baş-daşı deyil.

  • Abdulla MƏMMƏD.”Qapımı açmışam dağlara sarı”

    yt

    Qapımı açmışam dağlara sarı,
    Dağlardan əsən meh üzümdən öpür.
    Neçə kədərimə dağlar hasarım,
    Gözüm zirvələrin gözündən öpür.

    Qürubun gözündən qərib bir həsrət,
    Günəşin üzündən qəm-qüssə yağır.
    Bu günüm ömrümə yazılan qismət,
    Sabahım RƏBBİMİN əlinə baxır.

    Solur buludların qızıl yanağı,
    Qaralır səmanın mavi bənizi.
    Çəkdikçə ay üzdən bəyaz düvağı,
    Əriyir göylərin zülmət dənizi.

    Ulduzlar səmada yanan çıraqban,
    Gecənin qoynunda Ay ocaq çatır.
    Bu gecə sükuta qərq olur hər yan,
    Bu gecə hər nə var ürəyə yatır.

    An ana calanıb gecədən keçir,
    Bir də ayılıram- gecə yarıdır.
    Sən demə xəyalım gecədən keçib
    Yuxumu qaçıran sözün yarıdır.

    Bu gecə sıgınıb tənhalığıma,
    Barışa bilmirəm dərdlə,qədərlə.
    Bürünüb ümidin bəyazlığına,
    Vaxtı öldürürəm xatirələrlə.

    Gecəmi vaxt yeyir,özümü sözüm,
    Söz-söz boşalıram varağın üstə.
    Sözümün əlindən əlimi üzüb,
    Yeriyə bilmərəm ayağım üstə.

    Qapımı açmışam dağlara sarı,
    Dağlardan əsən meh üzümdən öpür.
    Neçə kədərimə dağlar hasarım,
    Gözüm zirvələrin gözündən öpür.

    Azərbaycan Quba
    04.05.2001.

  • Rəhim MEHNƏT.”Bürünüb xəyalına”

    rm

    Bayırda külək əsir,
    Vıyıltısı içimdə.
    Sazaq qəlbimi kəsir,
    Bürünüb xəyalına.

    Birazdan qar yağacaq,
    Həyat mətəl qalacaq.
    Misralar da donacaq,
    Bürünüb xəyalına.

    Ağaclar yarpağını,
    Saxlaya bilmir daha.
    Bir-bir yerə düşürlər,
    Bürünüb xəyalına.

    Sevgi tablosu çəkir,
    Göy üzündə buludlar,
    Küləklər rəngi yayır,
    Bürünüb xəyalına.

    Ürək damarlarımda,
    Sən adlı tromb gəzir.
    Ölüncə daşıyacam,
    Bürünüb xəyalına.

    29.12.2015

  • Rəhim MEHNƏT.”Üzünün üstə”

    rm

    Günəş olub həyatıma doğanım,
    Sənsən ilham pərim, sözümün üstə.
    Sevinc verib, qəm-kədəri boğanım,
    Demərəm qaşın var gözünün üstə.

    Məni məndən alıb, aparan səni,
    Çəkib xəyalımı qoparan səni.
    Hər gecə yuxuda taparam səni,
    Qoymaram yanasan közümün üstə.

    Söz vermişəm, and içmişəm düzünə,
    Ömür böyü düz baxaram gözünə.
    Bir telini dəyişmərəm yüzünə,
    Xəyalın baş qoyar dizimin üstə.

    Yadlar baxıb bizə, köksün ötürüb,
    Bu sevgi günahın Tanrı götürüb.
    Nur yağışda sənə pənah gətirib,
    Söykərəm üzümü üzünün üstə.

    30.12.2015

  • Mais TƏMKİN.”Dərdimin”

    10646868_273655359498567_6620189188081019440_n

    Nəşəm qəmdən aşağıdır,
    Üzümdəki yaş, ağıdır.
    Gözlərimdən yaş axıdır,
    Yoxdur həyası- dərdimin.

    Tükənməyir, yetmir sona,
    Vərdiş edib, qəlbə qona.
    Gündə girir dondan-dona,
    Mindi boyası,-dərdimin.

    Hay verən yoxdur səsimə,
    Nə zilimə, nə pəsimə.
    Necə qıyım özgəsinə,
    Özüm geyəsi dərdimi?

    Pəl qatır, xoş diləyimə,
    Hopub qana, iliyimə.
    Neştər olub ürəyimə
    Batır tiyəsi dərdimin.

    Könül sızlar, hər gün, hər ay,
    Bir kimsədən gəlməz haray.
    Ürəklərdə qurub saray,
    Üzdə dəyəsi*- dərdimin.

    Andıra qalmış birdimi?
    Dərdim açılmaz sirdimi?
    Mən belə dərd istəmirəm,
    Gəlib aparsın dərdini,

  • Qalib ŞAMXALOĞLU.”Yavaş-yavaş”

    qsm

    Ay ellər , deyəsən yenə sökülür ,
    Eşqin səmasında dan yavaş-yavaş .
    Möhnətin yüküylə belim bükülür ,
    Yenə də üzülür can yavaş-yavaş .

    Yenə də başlanır əzab , əziyyət ,
    Yenə halım fəna , pisdir vəziyyət .
    Bu halda da vardır özgə məziyyət ,
    Eşq ilə qaynayır qan yavaş-yavaş .

    İdrakım sevgiyə tuşlanır yenə ,
    Yuxusuz gecələr başlanır yenə .
    Gözlərimin yaşı daşlanır yenə ,
    Dəryalar yaranır , san , yavaş-yavaş .

    Qalib Şamxaloğlu sevgi xəstəsi ,
    Dərmanı yarının bircə busəsi .
    Yara yetişməsə bu şikəstəsi ,
    Viranəyə dönər kan yavaş-yavaş .

  • Qalib ŞAMXALOĞLU.”Nə yazım?”

    qsm

    Deyirlər , dünyadan yaz ,
    Dünyadan mən nə yazım ?!
    Әyrisi baz , düzü qaz ,
    Dünyadan mən nə yazım ?!

    Dərdlərimlə dərdləşən ,
    Gündən günə sərtləşən ,
    Mərdləri namərdləşən ,
    Dünyadan mən nə yazım ?!

    Dahiləri xəstədir ,
    Cahil dəstə-dəstədir ,
    Haqq işimiz nəhsdədir ,
    Dünyadan mən nə yazım ?!

    Artıb pulu , parası ,
    Xançoban üz qarası ,
    Dübaydadır Sarası ,
    Dünyadan mən nə yazım ?!

    Başbiləni baş qatan ,
    Millətin haqqın satan ,
    Haqqı qəflətdə yatan ,
    Dünyadan mən nə yazım ?!

    Bizlərə torba tikir ,
    Başları bir-bir əkir ,
    Şamxaloğlu dad çəkir ,
    Dünyadan mən nə yazım ?!

    17 sentyabr 2009

  • Rahilə DÖVRAN.”Bayatılar”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Aşiqəm, qadan allam,
    Qolum boynuna sallam.
    Amandır uzaq getmə,
    Mən sənsiz necə qallam?

    Aşıq deyər başından,
    Torpaqından, daşından.
    Söhbət yurddan düşəndə,
    Boğular göz yaşından

    Yollarımı alıb çən,
    Ürəyimdə kədər, qəm.
    Həsrətin pəncəsində,
    Sənsiz necə qalım mən?

    Öz- özümü öymərəm,
    Boşuna söz demərəm.
    Mənə qismət olmasan,
    Toy libasın geymərəm.

    Şimşək təkin çaxaram,
    Atəş olub yaxaram.
    Yar gözümə görünsə,
    Ulduz kimi axaram.

    Qəm neyin çalana gəl,
    Qaydına qalana gəl.
    Əğyar qədrini bilməz,
    Qadanı alana gəl.

    03.01.2016.

  • Rahilə DÖVRAN.”Naxçıvanım”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Əfsanəmdir, tariximdir, həm varlığım,
    Yenilməyən, od bayraqlı sərdarlığım.
    Əshabül-kəhf, Nuh yaddaşlı, daş yarlığım,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Daş dövründən bu günümə iz salmısan,
    Hünərinlə, qeyrətinlə, ucalmısan.
    Zəmanənin tufanından ad almısan,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Hər qarışı savaşlardan söhbət açan,
    Zirvəsində şahinləri yüksək uçan.
    Ata-Ana Odlar Yurdu,-Azərbaycan,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Bir kimsənin torpağında tamahı yox,
    Tarix boyu gözü, könlü olubdur tox.
    Bol sərvəti yad gözlərə tuşlanmış ox,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Dağlarında bənd olubdur göyün tağı,
    Sipəridir,səngəridir hər bir dağı.
    Kəmki, Darı, Əlincəsi, Haçadağı,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Döyüşlərdə oğulları öndə gedər,
    Alimləri, dahiləri,-bax nə qədər.
    Məmməd Səid, Cəlil, Cavid,, Ata Heydər,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    04.01.2016.

  • Şəfa VƏLİYEVA.”Falçı deyib gəlişini…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

    Unutmuşdum…Bu görüşə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən naşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Ayrılığı unutmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Gəncə

  • Şəfa VƏLİYEVA.”Adını deyib gəlmişəm”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir qədəh sevinc icmişəm
    sağlığına… sağlığına…
    Utanmayıb oynamışam
    yoxluğuna… yoxluğuna…

    Adını deyib gəlmişəm,
    düşmüşəm yolun ağına…
    Adımı yaza bilmişəm
    çəkdiyin həsrət dağına…

    Bağışla… Ömrüm günahdı…
    Batırma eşqi günaha…
    Dilimdəki bu son “ah”dı…
    Badədir, sağlığına…

    Gəncə

  • Şəfa EYVAZ.”Kim bilir”

    1423756700_sefa-xanimfa

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Xəyalə SEVİL.”Gözümüzün içi sudu,üzü nəm”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Məni bir az fağır saxla , ilahi,
    Boyum çatmır səsim çatan yerə ki.
    Sözlərimi ağır saxla, ilahi,
    Ağır olub hər qapıdan girə ki…

    Yerin, göyün yiyəsi bildim səni,
    Yerdə, göydə səbrin yiyəsisənmiş.
    Heç baxmırsan nələr olur dünyanda,
    Dünyanın yox, qəbrin yiyəsisənmiş.

    Göy üzündən yaxşı görünmürmü yer?
    Bir yerə düş, yeri tanıdım sənə.
    Ölüsündən xəbərin var, bilirəm,
    İnsanlari diri tanıdım sənə.

    Gözümüzün içi sudu, üzü nəm,
    Boğuluruq, yaxşılara qayıq ol.
    Seçmək olmur əyrisini düzünnən,
    Birdən sən də aldanarsan, ayıq ol.

  • Xəyalə SEVİL.”Asaram özümü göyün üzündən”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, ilahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

  • Mehri ƏLİYEVA.”Niyə bu tarixi düzgün yazmırlar?”

    me

    Ay ellər,bilmirəm niyə dinmirlər,
    On bir yox,on iki oylağım gedib.
    Xankəndinin adın niyə demirlər,
    Məktəb dərsliyində on bir yazırlar.
    Niyə bu tarixi düzgün yazmırlar?

    İyirmi altı dekabr ilk gedən şəhər,
    Xankəndi olubdu bəlkə bilmirlər.
    Min doqquz yüz doxsan birdə ay ellər,
    Xankəndindən elimi qovladılar.
    Niyə bu tarixi düzgün yazmırlar?

    On iki yara var mənim qəlbimdə,
    On iki ad yatır bu ürəyimdə.
    On iki qisas var bu əllərimdə,
    Qövr edir sinəmdə axı yaralar.
    Niyə bu tarixi düzgün yazmırlar?

    Məktəb dərsliyində bunları gördüm,
    Qalmadı kimsəyə qalmadı sözüm,
    On iki şəhəri axtardı gözüm.
    Məni dara çəkdi yenə o dağlar,
    Niyə bu tarixi düzgün yazmırlar?

    Mehri deyir,on iki şəhər gedib,
    Düşmən ürəyimin başını didib.
    Yenə o yurdlardan xəbərlər gəlib,
    Pozulur sərhədlər,heç dayanmırlar,
    Niyə bu tarixi düzgün yazmırlar?

    Kiyev 07-04-2015

  • Mehri ƏLİYEVA.”Xankəndimdə düşmən gəzir”

    me

    (İşğal oldu26-12-1991 )

    Mən gəzdiyim oylaqlarda,
    Xankəndimdə düşmən gəzir.
    Qızıl kimi torpaqlarda,
    Xankəndimdə düşmən gəzir.

    Biz yer verdik erməniyə,
    Nankor çıxdı bu çörəyə,
    Həsrətliyik el görməyə,
    Xankəndimdə düşmən gəzir.

    Xankəndiydi onun adı,
    Özü boyda bir dünyaydı,
    Yapışdı Stepan adı,
    Xankəndimdə düşmən gəzir.

    Vətən, bir gün gələcəyəm,
    Öz adını verəcəyəm,
    Səninlə bir güləcəyəm,
    Xankəndimdə düşmən gəzir.

    Mehri deyib,deyəcəkdi,
    Vətəninə gələcəkdi,
    Düşmənləri əzəcəkdi,
    Xankəndimdə düşmən gəzir.

    Kiyev 04-04-2015

  • Mehriban İBRAHİMOVA.”Özümü tanıyıram”

    Ürəyimə axıb dolan,
    Bu həyatdan qüvvət alan,
    Arzularım ,istəklərim,
    Könlümdəki duyğularım,
    Ömrün tale qarğışına,
    Duyğu seli yağışına,
    İslanmışam,ömür yarı,
    Könül dolu arzularım ,
    Mənim varım,dövlətimdir,
    Həsrət dolu yanğılarım,
    Topladığım sərvətimdir.
    Yoxdur daha ağrı acım,
    Bu həyatın çətinliyi dərd əlacım,
    Alışmışam bu həyatın sərt üzünə,
    Arzularım,istəklərim,
    Könlümdəki duyğularım,
    Ömrü sarmış qayğılarım,
    Nəyim varsa alışmışam,
    Mən həyatın sərt üzüylə barışmışam.
    Yoxdur daha qorxum mənim,
    Boranından ,tufanından,
    Lap dəhşətli bir anından.
    Mən özümü tanıyıram,
    Bu həyatın sərt üzündən gəlib keçən,
    Çətin yolda çətinliyə alışmışam.
    MEHRİBAN. 01 01 2016.

  • Mehriban İBRAHİMOVA.”Dünyadı”

    Zaman keçir dövran keçir ,gün keçir,
    Öz ömrümüz hərdən bizdən yan keçir,
    Taleyimiz bəxt əlindən su içir,
    Yarı gerçək,yarı yalan dünyadı.

    Bu dünyada kim qazana ,kim yeyə,
    Yalan görən ,hər yalana düz deyər,
    Nəyin var talayıb ,qəddini əyər,
    İndi yaman götür,talan dünyadı.

    Taxt üstünə taxt gətirsən fayda yox,
    Ömürlərdi gəldi-gedər qayda yox,
    Neçə gəldi,neçə getdi say da yox,
    Taxtlısını taxtdan salan dünyadı.

    Böl əlində qazandığın tikəni,
    Əlin tutsun yükü ağır çəkən
    Yamanları yaxşı yola çəkən ol,
    Yaxşı adla sənə qalan dünyafı.

  • Arzu RÜSTƏMSOY.”Qar üstündə bir iz donar,büsbütün”

    Salxımlanar,yolların buz naxışı,
    Qar üstündə bir iz donar,büsbütün.
    Ağacların koğuşunda can verər,
    Həsrətimi keçər,adlayar çətin.

    Buz ürəyin köləsiyəm,haçandı,
    Qarı qışa,qışı qara qatmışam.
    Vücudumda rüzgarı var,nəmi var,
    Öləziyir,ömür adlı yanan şam.

    Bəs deməzmi,çəkdirdiyi fələyin,
    Yığmayır,bu dərdin əlin-ətəyin.
    Çalammazsan,bu dağların havasın,
    Çoban qızı buz tutanda tütəyin.

    Gileyini,xalıtəki dürmələ,
    Əzəl-axır anan-dədən dünyadı.
    Çağasında çırtma çalıb sevinən,
    Diri gəlib ölü gedən dünyadı.

    02.01.16.

  • Arzu RÜSTƏMSOY.”Yağış yağır,qar yağır”

    Yeriyib yıxılaram,
    Duraram,ağır-ağır.
    Sənsizəm,yollarıma,
    Yağış yağır,qar yağır.

    Mənə həsrət rəngini,
    Çöz dedin,sonucu sən.
    Bu yoldan o yana yox,
    Bu yolun son ucu sən.

    Sərmişəm,başım üstə,
    Çəkib,dərdimi bir-bir.
    Dilim qabar,deməkdən,
    Ay insafsız,ya səbir!

    Toxu məni,ilməyəm,
    Nədir,bunca qaş-qabaq.
    Gileyin əlindəyəm,
    Yığıldım,yumaq-yumaq.

    Yeriyib yıxılaram,
    Duraram,ağır-ağır
    Sənsizəm,yollarıma
    Yağış yağır,qar yağır…

    03.01.16.

  • Mayisə ƏSƏDULLAQIZI.”Sarı yarpaqlar”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Qələm dostumuz Qədiməli Əhmədin “Hələ də baxırsan” şeirinə cavab olaraq.

    Uzaq yollara baxıram,
    Sənsizlikdə üşüyürəm,
    Bəzən öz-özümə,
    Yetmək üçün hey qaçıram,
    Tövşüyürəm.
    Deyirsən, yarpaqların,
    Vaxtsız saraldı…
    Ruhumu çiskin aldı.
    Sənsiz heç nəyin,
    Ətri, dadı yox!
    Qəlbimdə sənsizliyin adı yox!
    Nə yanında ola bilmirəm,
    Nə sənsiz qala bilmirəm.
    Sonra deyirsən ki,
    Hələ də baxırsan uzaq yollara,
    Ruhundan tökülən sarı yarpaqlara!!

  • Mayisə ƏSƏDULLAQIZI.”Əbədilik sevdası”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Qələm dostumuz Qədiməli Əhmədin “Dibi görünmür bataqlıqların” şeirin oxudum. Xəyalən məni çox uzaqlara apardı. Ürəyimdə belə bir şeir qaynaqlandı.

    Ölüm bir keçiddir,
    Axirət dünyasına.
    Əbədilik sevdasına.
    Bəlkə də,
    Məhəbbətdə dərinlik azalıb,
    Yanan ürəklərə
    Sərinlik azalıb.
    Kəndimizə gedəndə,
    Xəyalımdan uşaq vaxtı gördüyüm
    Qayıtmayan səhər keçir.
    Gəlin köçdüyüm,
    Havası tutqun,
    Bəzən, gecələri qorxunc şəhər keçir.
    Ölüm də axirətə qədər,
    Bu dünyada
    Yaşayır qəribliyini.
    Özümüz bilmədən,
    Körpələrimiz də,
    Gözümüz önündə,
    Yaşayır gələcək yetimliyini.
    … Ölüm bir keçiddir,
    Axirət dünyasına.
    Əbədilik sevdasına.
    Fikirləşəndə…ürəyə salmamaq olmur,
    Vaxtı çatıbsa,
    Bu dünyada qalmaq olmur…

  • Nəcibə İLKİN.”Eşqimin qış harayı”

    1318

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Nəcibə İLKİN.”Sən getdin”

    1318

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

  • Təranə ŞƏMS.”Kilimlər toxunmur”

    ts

    ( ilin ilk şeiri)

    Vəsf edə bilmirəm ötən illəri,
    Ömrümə yazılıb, qaradan-qara.
    Hansı gözəlliyi tutub gözümə,
    Deyim ki, cəfakeş oldun ömrümə.

    Sözüm var dilimdə bitməz tükənməz,
    Bu dövran, dilimi, lal eləyibsə,
    Rəssam tək, firçanı çəkib üzümə,
    Bəs necə baxım mən, elin gözünə.

    Hər ötən illərin yarası dərin,
    Qatbaqat şerimdə, qövr eyləyibdir.
    Çevrilib bir azda arxaya baxsam,
    İllərin, naləsi dövr eyləyibdir.

    Deyirəm, bu ildə ilk sözüm kimi,
    Bilmirəm ələkdən, ələnən nədir.
    Ən böyük istəyim, zalım fələkdən,
    Verməsin dərdləri bir dözüm kimi.

    Ağırdı, çəkməyək dərdlərin yükün,
    Çiynimiz qabardı, əllər buxovlu.
    Nənələr əyirən kələf dolaşıb,
    Kilimlər toxunmur, əldə bu xovlu.

    02.01.2015.

  • Təranə ŞƏMS.”Öl demək üçün”

    ts

    Bir daha görməzsən gözündə məni,
    Həsr edib yazdığın sözündə məni.
    Ayaqlar altında kölgələr kimi,
    Axtarıb tapmazsan özündə məni.

    Sürüyər dolanbac bu dövran səni,
    Yadından çıxarmaz bu mövlan səni.
    Ruhuma qarışıb, uçsan göylərə,
    Sındırıb yıxacaq bu cövlan səni.

    Soruşub demərəm, hara detmisən,
    Qəlbimi dəlib sən, yara getmisən.
    Vəfasız, bəlkə də məni unudub,
    Bir başqa sevdaya, yara getmisən.

    Yoluna çıxmaram dön demək üçün,
    Yandırdın canımı sön demək üçün.
    Sevgimlə kiçildin, azdın yolunu,
    Ümidsiz buraxdım öl demək üçün.

    02.01.2016.

  • Qiymət MƏHƏRRƏMLİ.”Göz yaşım – sevgidi, ahım – sevgidi”

    1836816_10200683320604901_1150158201_o

    “Sən yalnız sevgi şeirləri yaz!” – bunu çoxları deyib mənə…

    Sevgi nə cür olur – izahı varmı?
    Düşüncəm – sevgidi, ruhum – sevgidi.
    Görəsən sevənin günahı varmı?
    Göz yaşım – sevgidi, ahım – sevgidi.

    Sevgidən doğulub mənim hər anım,
    Ota da sevgim var, quşa da sevgim.
    Hər kiçik zərrəyə qaynayır qanım,
    İnsana da sevgim, daşa da sevgim.

    Minbir rəngə çalır təbiət yenə,
    Hər gülün ləçəyi öpülsün gərək.
    Çöllərə imılıq yağış yerinə
    İnsanın sevgisi səpilsin gərək.

    Torpaqdan cücərən yaşıllıq deyil,
    Sevgidir – Tanrının öz ülfət payı.
    Sevgiyə dönməsə, bil ki, haqq deyil –
    Təmizlik, halallıq, mərifət payı.

    Bu da bir sirr olub yer yaranandan,
    İnsan olan niyə insanı sevdi?!
    Hikmətin nuruyla qəlb daranandan,
    Məhəmmədi sevdi, İsanı sevdi.

    Adəmin Həvvaya mehri yaşatdı
    Bu sonsuz ərzi də, insanlığı da.
    Möcüzə yaradan sehri yaşatdı
    “Quran”ı, “İncil”i, İsalığı da.

    İdrakın gücü yox – dərk edə bilsin,
    Yer niyə Göy ilə həmahəng durur?
    Sevgi qanad verir – yol gedə bilsin
    İnsanın sınmayan eşqi – qüruru.

    Sevgi – ürəklərdə çağlayan bulaq,
    Bu sudan dadmağa tələsər hər kəs.
    Bir qəlbi min qəlbə bağlayan bulaq,
    Min il aşıb-daşa, eşqi tükənməz.

    Sevgiylə doğulur insan anadan,
    Qonur çiynimizə sevgi mələyi,
    Sevir ölə-ölə, ölür sevdadan,
    İnsanın sevgiyə təşnə ürəyi.

    29. 06.2009

  • Qiymət MƏHƏRRƏMLİ.”İndi”

    1836816_10200683320604901_1150158201_o

    Bayırda qar yağır… bayır üşüyür,
    Çəmən soyuqlayır, çayır üşüyür.
    Qar altda sərçənin payı üşüyür,
    Qar üstdə iz salır ləpirlər indi.

    Bacanın tüstüsü donur havada,
    Lopa qar qar üstə qonur havada.
    Dəni bir-birindən qapıb havada,
    Qarğalar gözünə təpirlər indi.

    İtlər dayaq gəzir bir cüt, bir təkə,
    Qayanın burnunda silkinir təkə.
    Nənələr böyrünə yığıb mütəkkə,
    Nağılı noğultək səpirlər indi.

    Ocaqda çırthaçırt odun alışır,
    “Ruhlardır, yəqin ki, bizdən danışır”.
    Müqəddəs göylərdə gəzib-dolaşır
    O ulular indi, o pirlər indi…
    26.01.2005

  • Rahilə DÖVRAN.”Yüksəlsin adın”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İstedadli qələm sahibi, görkəmli jurnalist, şair-publisist-Kənan Aydınoğluna Yeni il hədiyyəsi

    Nə vaxtdı ürəkdən, qəlbdən keçirdi,
    Səninçün qardaşım, bir şeir yazım.
    Qismət bu günəymiş, təbb izin verdi,
    Çağladı ilhamım, coşdu avazım.

    Bilmədim əziz dost,nədən başlayım?
    Haradan başlayım, harda qurtarım?
    Necə tərif edim,ya alqışlayım?
    Ram oldu qələmə tam ixtiyarım.

    Əqidən, əməlin hamıya bəlli,
    Bir anın keçməyib yurdsuz, vətənsiz.
    Özü düz, sözü düz, saleh əməlli,
    Çox şey itirərdik, olsaydıq sənsiz.

    Qələmindən axan dürlər, incilər,
    Olub könüllərin bəzəyi, zəri.
    Zər qədrin əziz dost,zərgərlər bilər,
    Iti qələminin yoxdur bənzəri.

    Bütün yazdıqların dillər əzbəri,
    Yeddidən- yetmişə, künül həmdəmin.
    Hikmət sərrafısan, illərdən bəri,
    Ümmanlar fəth edir poetik gəmin.

    Ədəbi aləmin mətin dərvişi,
    Geydin dəmir çarıq, dəmirdən əsa.
    Sevmədin bitməmiş, yarımçıq işi,
    Tutduğun yolundan, dönmədin əsla.

    İllərlə dinlədin qəlbinin səsin,
    Könülsüz bir cümlə, kəlmə yazmadın.
    Bu xalqa sən yetir zəfər müjdəsin,
    Parlasın “Portal”ın, yüksəlsin adın.

    O1.01.2016-cı il.Naxçıvan Muxtar Respublikası.

  • Saqif QARATORPAQ.”Sən ey payız çiçəyi”

    saqif muellim

    Sən ey payız çiçəyi,
    Gör nə düşüb bəxtinə.
    Içimdə bir sevgi var,
    Necə oxşayır sənə.

    Durnalar köçdü getdi,
    Yoxsa yoxdu xəbərin?
    Ömrü gödək olurmuş
    Payızda sevgilərin…

    Mən bilmədim bu sevda
    Hardan düşdü könlümə.
    Indi gizli dərdimi
    Deyəmmirəm heç kimə.

    Külək əsir,tökülür
    Ağacların yarpağı.
    Məni həsrət üşüdər,
    Səni payız sazağı.

    Səhərdi…günəş çıxıb…
    Gəl sevinmə bu başdan.
    İndi hələ payızdı,
    Xəbərin yoxdu qışdan.

  • Saqif QARATORPAQ.”Yollarına boylanıb”

    saqif muellim

    Yollarına boylanıb
    səni gözləmək gözəl…
    Gözümü yolda qoyma,
    nolar, bir azca tez gəl.

    Qısılıb bir bucağa
    boynumu bükmüşəm bax.
    Gedib sənə çatdımı
    gizlicə çəkdiyim ah?

    Kipriyimlə gecənin
    Pərdəsini sökmüşəm.
    Həsrətin kölgəsində
    özümə ev tikmişəm…

    Axı, girov qoymuşam
    eşq yolunda bu canı.
    Yaxşıca tanıyırsan
    sən bu qərib ünvanı.

    Sən ki yaxşı bilirsən
    nələr çəkib bu ürək…
    Yadından çıxmasın ha,
    dönəndə mənə baş çək.

  • Aysel ABDULLAZADƏ.”Bu gecə qayğılar da yatıb”

    Bu gecə qayğılar da yatıb
    Dərdlər də yorğanını üstünə çəkib
    Səssizcə yuxuya dalıb…

    Bu gecə sabaha hamilədir
    Səhərin yeddisində doğulacaq günəş
    Xəfif rüzgar qığıltısı ilə gülümsəyəcək…
    Bu gecə unudulub keçmiş sevgilər
    Keçilən küçələr,
    Yaşanılan evlər
    Və bütün şəhərlər.

    Bu gecə dabanına tüpürüb qaçıb
    Mənalı və mənasız ayrılıqlar…

    Yatsa da bütün dünya
    Azan səsinə oyanan şəhərlər
    Qapısı açıq məscidlərdə dua edən ürəklər
    Göyə açılan əllər
    Və dodaq altında deyilən sözlər –
    “Sən – var oluşumuzun səbəbi!”
    Bütün çıxışların istiqamətdir.
    Bu gecə sabahı dünyaya gətirdi…

  • Zeynəb DƏRBƏNDLİ.”Vəfalı dostum”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Murquzov Kənan Aydınoğluna

    Mənim Dərbəndimə dəyər verdiniz,
    Təşəkkür edirəm vəfalı dostum.
    Sözə, weyriyata hörmət etdiniz,
    Təşəkkür edirəm vəfalı dostum

    Hər zaman mənimlə olduz bərabər,
    Igid el oglu tək, göstərdiz hünər.
    Sizin bu qayğınız milyona dəyər,
    Təşəkkürr edirəm vəfalı dostum.

    Zeynəbəm, hər zaman sizinləyəm mən,
    Mənim vüqarımdır, bu dogma Vətən.
    Belə ogullara, deyərək əhsən,
    Təşəkkürr edirəm vəfalı dostum.

  • Rafiq ODAY.”Kimi”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Yenə gözüm buludlardan nəm aldı,
    İstəyini həm almadı, həm aldı.
    Ağrılarım ürəyimə cəm oldu,
    Vay görmədim hələ belə vay kimi.

    Dəli sevdam xəzan gərir, – bar deyil,
    Bu sevgidə etirafım ar deyil.
    Küllü-aləm daha mənə dar deyil,
    Yığılıram öz içimə yay kimi.

    Dərd yolçusu qəm atına süvarsa,
    Selə dönər gözlərində su varsa.
    Göz yaşıyla boz səhranı suvarsa,
    Qəbul olar bu Tanrıdan pay kimi.

    Hava deyil, «Göyçəgülü» havardı,
    Bir ahımla Göyçə gölü qabardı.
    Neçə-neçə qönçə gülü apardı,
    Fələk, yenə saydığını say, kimi.

    Adım adlar sırasından silgidə,
    Mən baş oldum, yenə bu nəhs bölgüdə.
    Kərəm, Məcnun, Fərhad qaldı kölgədə,
    İndi tutum mən özümə tay kimi?!

  • Rafiq ODAY.”Oynayırdı”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bir qolundakı qüsuruna görə ömrü boyu oynamayan və ilk dəfə meydana çəkilərək oynamağa məcbur edilən gözəl-göyçək bir xanımın oynamağını müşahidə edərkən

    Elə bil duz yüküydü çiynində gəzdirirdi,
    Bir iman, minbir güman beynində gəzdirirdi,
    Sanki yad libasıydı əynində gəzdirirdi,
    Bir əlindən xəbərsiz bir əli oynayırdı.

    Əsmər gördüyüm qızın bənizi ağarmışdı,
    Dünyanın Qara adlı dənizi ağarmışdı,
    Saçlarında yox idi dən izi – ağarmışdı,
    Bir çiynini vermişdi irəli oynayırdı.

    Ürkək-ürkək sağına, soluna boylanırdı,
    Hərdən dönüb gəldiyi yoluna boylanırdı,
    Hərdən də oğrun-oğrun qoluna boylanırdı,
    Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

    Neçə dərdi, sitəmi düzür cana tərpədir,
    Baxan deyir özünü ağayana tərpədir,
    Bilmirdi ki, əlini hansı yana tərpədir,
    Sanki öz əli deyil yad əli oynadırdı.

  • Kənan AYDINOĞLU.”Günəş boylanmasa, səhər sübh çağı”

    Photo Kenan

    Günəş boylanmasa, səhər sübh çağı,
    Görünməz, inan ki, divarda kölgə.
    Çoxdandı gəlmirik üz-üzə yenə,
    Bölərdim dərdimi səninlə birgə.

    Görəydin dərdindən illər uzunu,
    Şair qələmimlə nələr çəkmişəm.
    Əridib həsrətdən yerin üzünü,
    Kim bilir bəlkə də başa çəkmişəm?!

    Leylini gözləyən bir Məcnun kimi,
    Səni düşünmüşəm, səni anmışam.
    Sevgini yollarda axtaran gündən,
    Yenə də eşqinlə alovlanmışam.

    Dolsa da, qəlbimə qəribəliklər,
    Güc tapıb yanından mən düz keçmişəm.
    Gör neçə döyünən qəlbin içində,
    Həsrətli gözündə səni seçmişəm.