Category: Azərbaycan ədəbiyyatı

  • “Buta” Türk Dünyası almanaxının təqdimat mərasiminin keçirilmə vaxtı dəyişdirilib

    b

    Paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Ziyalı Ocağı” İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində işıq üzü görən “Buta” Türk Dünyası Şairlərinin bədii yaradıcılıq nümunələri toplusunun təqdimat mərasiminin keçirilmə vaxtı dəyişdirilib.Birliyin mətbuat xidmətindən Edebiyyat-Az.Com-a bildiriblər ki, toplunun təqdimat mərasimi gələn ilin yaz aylarında respublikanın paytaxtı Bakı şəhərində keçiriləcək.Layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi (Gundelik.info) və Azərbaycanın Mədəniyyət və Portalı (Edebiyyat-Az.Com) olacaq.Təqdimatda mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, bədii yaradıcılıq nümunələri çap olunan müəlliflərin də iştirakı gözlənilir.
    Qeyd edək ki, Buta” Türk Dünyası Şairlərinin almanaxının redaktoru “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanı, Sumqayıt Dövlət Univetsitetinin mətbu orqanı “Sumqayıt Universiteti” qəzetinin baş redaktoru, araşdırmaçı-yazar İlahə Bayandurdur.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Şəfa VƏLİYEVA.”Gele bilirmisin?”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gele bilirmisin?
    Gel…
    Gide bildiyin gibi gel …
    Gidişini kucaklayan yolları
    Sana tarif edemem…
    Bitanem…
    Gel…
    Bildiyin gibi gel….

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ŞƏNGÜLÜMLƏ, ŞÜNGÜLÜM

    “Uşaq şeirlərim” – silsiləsindən

    Saqqalları əlçim-əlçim,
    Vardır iki bala keçim.
    Bilmirəm ki, necə seçim?
    Hansı- alagöz Şəngülüm?-
    Hansı qaragöz Şüngülüm?.

    Ikisi də, ala-bula,
    Ikisi də, üzü yola.
    Giribdilər, bax qol-qola,
    Hansı –alagöz Şəngülüm?-
    Hansı- qaragöz Şüngülüm?.

    Səs-küyləri göyə çatır,
    Bir- birinə buynuz atır.
    Biri durur, biri yatır,
    Hansı –alagöz Şəngülüm?-
    Hansı –qaragöz Şüngülüm?…

    ÖMRÜN FƏSİLLƏRİ

    “Mənim dünyam” – silsiləsindən

    Bu dünyada hər şeyin var zamanı,
    Yaradandır nizamlayan hər anı.
    Dərə çəni, dağlar sevər dumanı,
    Yaz gəlməsə axan çaylar çağlamaz,
    Gül- çiçəklər qönçə, buta bağlamaz.

    Yay zamanı hamı sevər yaylağı,
    Zümrüd meşə, yaşıl çəmən, bulağı.
    Yal- yamaclar olar könül oylağı,
    Duman, nə sis qar yağdırıb çığlamaz,
    Şən buludlar, gözün sıxıb ağlamaz.

    Son baharda quşlar çıxar səfərə,
    Elat enər dağdan- düzə, şəhərə.
    Hacət yoxdur ağlamağa, qəhərə,
    Təbiətin taxtı, tacı laxlamaz,
    Ulu dağlar qışda qonaq saxlamaz.

    Ahıl, qoca möhkəm tutar əsasın,
    İstər sürsün hər anının səfasın.
    Fani dünya sonda alar qisasın,
    Dövran, əcəl xəzan çiçək qoxlamaz,
    Payız- yazı, nə qış- yayı haxlamaz…

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GÖTÜRMƏZ

    Öz yükünü özün daşı,
    Bu dünya şələ götürməz.
    Gözlərindən axan yaşı,
    Bir kimsə ələ götürməz.

    Gözün tox, qəlbin dolusa,
    Bəndəsən, Allah qulusan.
    Getdiyin haqqın yolusa,
    Əyri əmələ götürməz.

    Sevgi ələm yanğısıdır,
    Vüsalsız qəm yanğısıdır,
    Bu od Kərəm yanğısıdır,
    Bu dərdi Lələ görürməz.

    Həyatın hər cür üzü var,
    Eniş-yoxuşu, düzü var,
    Qəlbində ki, qəm izi var,
    Ürəyin çilə götürməz,

    Ömür yollarda əsirdir,
    Hər yolun məramı sirrdir,
    Sonsuzluğun yolu birdir,
    Hər yol əcələ götürməz.

    VAR

    Görünən hər bir şeyin,
    İlkini, təməli var.
    Yaxşılığın, pisliyin,
    Mütləq bir bədəli var.

    Dünya tək şənlik deyil,
    Dərdləri sənlik deyil.
    Uyma, beş günlük deyil,
    Axırı, əvvəli var.

    Varın artsa öyünmə,
    Qürurdan don geyinmə,
    Bəxtin yatsa deyinmə,
    Eniş-yoxuş, bəli, var.

    Asi olma heç zaman,
    Çıx şübhə dumanından,
    Qorxmaz haqq divanından,
    Kimin düz əməli var.

    Həyatın hikmətində,
    İnsanın xislətində,
    Hər kəsin qismətində,
    Allahın öz əli var.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SEVİMLİ DOSTUM, ƏZİZ BACIM RAYA XANIMIN CİYƏRPARASI CULİDANI DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİR.
    NƏNƏSİNƏ VƏ VALİDEYİNLƏRİNƏ TƏBRİKLƏRİMİ GÖNDƏRİRƏM. CULİDE

    Nənənin gül balası,
    Gözü mərcan Culide.
    Al yanaqlı lalası,
    Culidə, can Culide.

    Gözümün qarasısan,
    Dərdimin çarasısan.
    Qəlbimin parasısan,
    Culide, can Culide.

    Şükür səni verənə,
    Dünya bəxş edib mənə.
    Xoş sevincsən nənənə,
    Culide, can Culide.

    Ömrün yaz, bahar olsun,
    Allah sənə yar olsun.
    Atan, anan var olsun,
    Culide, can Culide.

    Yaşam –həyat oyunu,
    Böyü, tanıt soyunu,
    Nənə görsün toyunu,
    Culide, can Culide.

    KOROĞLU DASTANI

    “Uşaq şeirlərim” – silsiləsindən

    Babam mənə danışıb,
    “Koroğlu “ dastanını.
    Rövşən necə alıbdır,
    Atasının qanını.

    Hasan Paşa çıxarmış,
    Atasının gözünü.
    Rövşən “misri” qılıncla,
    Demiş ona sözünü.

    Həmin gündən adına,
    Deyilib Qoç Koroğlu.
    Yetib məzlum dadına,
    Olub Vətənin oğlu.

    Çapa-çapa “Qırat”ın,
    Yurd seçib “Çənlibel”i.
    Dastan edib həyatın,
    Qoruyub doğma eli.

  • Kənan AYDINOĞLU.Türkmənçay sülh müqaviləsi ilə ilgili şeirlər

    1902788_614529541965133_896121757_n

    DAĞILSIN TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

    “Dağılsın Türkmənçay müqaviləsi,
    O tayda, bu tayda kədərlə birgə”.
    Müəllif

    On fevral həminki Türkmən kəndində,
    Sənəd imzalanır xalq əleyhinə.
    Ortada ikiyə bölünən vətən,
    Yenə də bölünür rusun xeyrinə.

    Ruslar qarşılayır bunu fərəhlə,
    Onun nə vecinə torpaq kimindi.
    Şimalı cənubdan ayıran zaman,
    Torpaq bizimdisə günah kimindi?!

    Ovuca sığmayan bu Ana torpaq,
    Rusun nəzərində bu gün kiçilir.
    Tökülən millətin bax o al qanı,
    Qədəhə süzülüb
    burda içilir.
    Əsgərlər durubdu dəstəbədəstə,
    Onların içndə biri seçilir.

    Danlaya-danlaya fikri içində,
    Əhdindən indicə dönmək istəyir.
    Əynində boz şinel, başında papaq,
    Elə bil kim isə dinmək istəyir.

    Bax budur həminki bizim qəhrəman,
    Yenə də içində fəryad qoparır.
    Fikirlər, duyğular aləmi onu,
    Özündən uzağa-haqqa aparır.

    Səhərdən ətrafa boylanan günəş,
    Ömrü gül-çiçəklə yenə bəzəyir.
    Axı o neyləsin onun da ömrü,
    Aldanmış sahibsiz itə bənzəyir.

    SƏNƏD İMZALANDI TÜRKMƏN KƏNDİNDƏ

    “Pozulsun Türkmənçay müqaviləsi,
    Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
    Nəriman Həsənzadə

    Sənəd imzalandı Türkmən kəndində,
    İkiyə bölündü bu ana torpaq.
    Düzü, gözləməzdim rus öz əliylə,
    Xalqın tarixinə kədər yazacaq.

    Şimalla cənubu ayrı saldılar,
    O tayda, bu tayda axdı göz yaşı.
    Araz da çağladı tarixlə birgə,
    Yasa qarışanda millətin başı.

    Təbriz qardaşından ayrı düşəndən.
    Bakının gözləri yenə yol çəkir,
    İnana bilməsən həmin sənədə,
    Gəl, gör ki, millətin başı nə çəkir.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Şair etdilər

    Tək özün düşünər, düşüncəsi dar,
    Elə nəsə umar, kara gəlməz o.
    Könül ovundurmaz, ancaq qəlb qırar,
    İnsafa gəlməz o, ara gəlməz o.

    Hərə öz kefində, öz halındadı,
    Zənmətsiz qazanclar, başa dəyibdi.
    Kişinin vüqarı kamalındadı,
    O qədər sözüm var, daşa dəyibdi.

    Haqq-divan olmayıb, yoxdu bu yerdə,
    Oturub haqlıyla, haqsız diz-dizə.
    Haqqı tanımayan çoxdu bu yerdə,
    Haqsıza rast gəldim, haqq gəzə-gəzə.

    Özümə güvənib qələbə çaldım,
    Məni mən eləyən, mənliyim oldu.
    Haqqı uca tutdum, özüm ucaldım,
    Haqqa aparan yol, ən ali yoldu.

    Arzularım yatıb köksümdə dən-dən,
    Hər nə etdilərsə, bir-bir etdilər.
    İndi minnətdaram, ətrafıma mən,
    Mənə dərd verdilər, şair etdilər.

    Hər kəs vicdanıyla, qalsın baş-başa,
    Bir belə təlaşdan, kar aşmaz Polad.
    İnsanlıq məhv olub, dönməsin daşa,
    Bədbin olmaq sənə, yaraşmaz Polad.

    10.08.2015.

    Ömrü

    Haqq ucadır, biz quluyuq,
    Vermək olmaz boşa ömrü.
    Olmasın buz kimi soyuq,
    Döndərməyək qışa ömrü.

    Həyatın hər naxışında,
    Hər kəs yaşar öz xoşunda,
    Ey gül, eniş yoxuşunda,
    Bir keçirək qoşa ömrü.

    Odda qovrul, közdə yaşa,
    Ürəkdə qal, gözdə yaşa,
    Xoş müqəddəs sözdə yaşa,
    Qoyma dəysin daşa ömrü.

    Saç ağardıb yüz çağında,
    Ata baba ocağında,
    Aşiqinin qucağında,
    Kim vurmaz ki, başa ömrü?

    Qəlb oxşayar ismətli yar,
    Abır, həya, mərifət, ar,
    Polad, bil ki, hər üzü var,
    Sevə-sevə yaşa ömrü.

    2.01.2015.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    MISRAMSAN MƏNIM!

    Camalın ay kimi, xoşdur niyyətin,
    Görənlər gizlədə bilmir heyrətin,
    Sən mənim ismətim, namus, qeyrətim,
    İgid xatunumsan, Saramsan mənim!

    Gündə milyon kərə kəşf eləsm də,
    Taleyə, ömrümə yar diləsəm də,
    Şerimlə, sətrimlə vəsf eləsəm də,
    Hələ deyilməmiş misramsan mənim!

    Sən mənim dağ gülüm, yanağı laləm,
    Telləri alnında cığalı haləm,
    Nə vaxtdır vurğunam, sənə mailəm,
    Qaşları, gözləri qaramsan mənim!

    RUhum səndə qalıb, gözüm sənlədi,
    Nitqim səndə qalıb, sözüm sənlədi,
    Qəlbim səndə qalıb, özüm sənlədi,
    Canıma, ürəyə paramsan mənim!

    06. 11. 2016

    ..NƏ DƏ İSTƏYİM

    Tanrı üz göstərmir, dönübsə yada,
    Əlim asılısa, yetmirsə dada,
    Ümidi, arzunu atmışam oda,
    DAha nə arzum var, nə də istəyim!

    İçimdə baharım qışa dönübdü,
    Ürəyim bir parça daşa dönübdü,
    İztirab gözlərdə yaşa dönübdü,
    Daha nə arzum var, nə də istəyim!

    İndi zirvəsində soyuyan qaram,
    İndi sinə üstdə çalmayan taram,
    Ürəkdə qan saçır, sızlayır yaram,
    Daha nə arzum var, nə də istəyim!

    İndi sözə baxmır sərrast yerişim,
    DƏyişib, tərsinə dönüb gərdişim,
    Daha bacarmıram tutum, dirəşim,
    Daha nə arzum var, nə də istəyim!

    06 11 2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÇOX DA ARXALANMA

    Güvənmə rütbəyə, səlahiyyətə,
    Dağ olsan qəddimi əyməz varlığın.
    Çox da arxalanma vara, dövlətə,
    Bircə misrama da dəyməz varlığın.

    Bu gün hökm sənin, meydan sənindir,
    Çap yalın atını belədən belə.
    Yer sənin, göy sənin, ümman sənindir,
    Nə qədər istəsən xor bax bu elə.

    “Burda mən, Bağdadda kor xəlifədir,
    Kimsə çıxa bilməz qarşıma “— dedin.
    “Burdakı nemətlər mənə töhfədir,
    Qonub şahlıq quşu başıma”—dedin,

    Dövləti taladın doymadı gözün,
    Yetim-yesirin də haqqını yedin,
    O qədər qudurdun, sırtıldı üzün,
    “Mənəm bu yerlərin allahı”—dedin.

    Vətən səlahiyyət, rütbə verəndə,
    Nəfsə yox, güvənər adam ağlına.
    Millət qəhrəmanı olmaq yerinə,
    Oldun xalq düşməni, qadam ağlına.

    BİR DƏ XƏBƏR TUTURSAN Kİ…

    Bu dünya xəlbir dünyadır,
    İçində saxlamaz bizi.
    Gəlib sahmana salarıq,
    Gedəndə ağlamaz bizi.

    Hər gün keçdiyim yolları,
    Oxuyub bitirəm gərək.
    Daşıdığım qısa ömrü,
    Mənzilə yetirəm gərək.

    Qırılan son umuddan da,
    Sıxılır canı admaın.
    Azca qara buluddan da,
    Qaralır qanı adamın.

    Hər şey verib Tanrı, hətta,
    Aşımızı qarışdırır.
    Ömrü də oyuncaq verib,
    Başımızı qarışdırır.

    Bir də xəbər tutursan ki,
    Bir anlıq aman qalmayıb.
    Ruh da yır-yığış eləyib,
    Qalmağa zaman qalmayıb.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    OLUR

    Nə ağırmış bu dünyanın gedişi,
    Gəlişimiz bayram olur toy olur.
    Nə zamansa bu dünyadan köçməmiz,
    Ağrı olur, haray olur, vay olur.

    Ata Ana sevinir biz gələndə,
    Laylay süzür Anaların dilində.
    Görürsən ki, vaxt yetişib öləndə,
    Arzuların, əməllərin zay olur.

    Gəlişinlə dünyada yer edirsən,
    Həyat boyu taleyini güdürsən.
    Vaxt yetişir bu dünyadan gedirsən,
    Arxanca göz yağışları çay olur.

    Zeynəb, səndə tanı fani dünyanı,
    İtirdin qardaşı, Ata, Ananı.
    Bu həyatda, xoşbəxt gün görən hanı,
    Hərə üçün dərddən, qəmdən pay olur.

    QARDAŞ YARASI

    Gözümü yumuram, gözümdə odur,
    Həsrətdən saralan üzümdə odur.
    Hər dilimə gələn, sözümdə odur,
    Necə ağır imiş qardaş yarası.

    Ətrafa baxıram yanımda odur,
    Cismimdə qaynıyan canımda odur.
    Damarımda odur, qanımda odur,
    Necə ağır imiş qardaş yarası.

    Əlimi açıram, əlimdə odur,
    Sızlayan qəlbimdə, dilimdə odur.
    İçim odsuz yanır külümdə odur,
    Necə ağır imiş qardaş yarası.

    Zeynəbəm, bu ağır cağımda odur,
    Gülü xəzan olmuş bağımda odur.
    Zirvəsi qan sızan dağımda odur,
    Necə ağır imiş qardaş yarası

  • Kənan AYDINOĞLU.”Nəriman Həsənzadəyə”

    1902788_614529541965133_896121757_n

    “Yenə gözlərindən həsrət tökülür,
    bu səhər sübh çağı işıq yerinə”.
    Müəllif

    Yenə də yol çəkir gözlərin, şair,
    Duyub yaşadıqca ömrün gününü.
    Bəzən də bir insan tapa bilməyir,
    Sevib-sevilməyin əsl yönünü.

    Amma bu işdə də təcrübən çoxdu,
    Çünki sən bir ömrü girov qoymusan.
    Qadınsız bir ömrün hər bir anını,
    Qadınsız yaşayıb birgə duymusan.

    Dərd-səri saydıqca sətirbəsətir,
    Mətləbdə gəlmədin de, hara qədər?!
    Bəlkə də sevmirdi Fərhad Şirini,
    Həsrətin çəkdiyin bir Sara qədər.

  • Nəğməkar-şairə Zeynəb Dərbəndli şeiri “Pinar” dərgisində çap olunub

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, nəğməkar-şairə Zeynəb Dərbəndlinin “Elim Karabağ” şeiri Türkiyə türkcəsində İraq Respublikasında ən böyük 4-cü böyük şəhəri Kərkükdə fəaliyyət göstərən “Pinar dərgisində çap olunub.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yanğından çıxmış kimiyəm…
    Saçlarımda kül qoxusu…
    Yerin göyə naz dəmiyəm,
    Ovcumda məhşər qorxusu…

    Boyumdan böyük sevdalar
    Sığa bilmir ürəyimə.
    Döngə-döngədisə yollar
    Bu dünya mənim nəyimə?!

    Büküb saxladığım dərdi
    Bilməyə adam gəzirəm…
    Üzülməyə ömür yetir,
    Gülməyə məqam gəzirəm…

    Şəklin üçün …

    Sürüşür əllərim, gözündən düşür,
    Yarımçıq gülüşün bütöv həsrətdi.
    Ürəyimə bir qar havası düşüb…
    Donuq baxışların pis əlamətdi.

    Bunun adı yoxdur…
    Sənin adın var
    Başlayan cümlədə, bitən ümiddə.
    Sənə oxşatdığım neçə kədər var
    Sənə yaşatdığım hisslər içində?

    Büküb əllərini dərddi çəkdiyin?
    Özümə dərd edib nəyə yanıram?
    Bəlkə sənə göndərim bu şəklini?
    Bəlkə…
    Yox ey, yox, utanıram…

    (2015)

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    Gedir

    (Daha dünən körpə uşaq olduğu halda bu gün gəlin köçən qızlarımıza)

    Hərə öz köçünü tapır dünyada,
    Durna qatarı tək düzülür gedir.
    Körpə qızlarımız böyüyür, Allah,
    Əlləri yuvadan üzülür, gedir.

    İllər göz qırpımı uçur beləcə…
    Neçə ki körpədi anlamaq olmur.
    Hər xırda şey üstə danlamaq olmur,
    O incə dodağı büzülür gedir.

    “Vağzalı” sədası çalınır, Allah!
    Evdən inci gedir, evdən dürr gedir.
    Özü qanad açır, ancaq göz yaşı,
    Məsum yanağından süzülür, gedir.

    SEVGİ

    Sevgi elə belə olmur ki?!
    Sevginin gülən gözləri olur.
    Sevgi sən görən deyil ki?!
    Sevginin bapbalaca əlləri olur.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dadı var, şirin bal kimi.
    Sevgi sən görən deyil ki?!
    Sevginin qəlbi olur körpə quş kimi.

    Sevgi elə belə olmur ki?!
    Sevgi ayaq tutub evdə də gəzir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi hərdən şıltaqlıq edir.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dili var, danışa bilir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi ata deyir, ana söyləyir…
    Sevgi elə belə olmur ki!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Səni

    Yandın eşqin oduna külləri apardı səni,
    Azdın eşq bağçasında gülləri apardı səni,

    Göz yaşın dumduruydu, qarışmazdı dəryalara,
    Bəs nədəndi əğyarın selləri apardı səni?

    Şam kimi əritməkdən qorxmadım mən ömrümü,
    Yanmadın, həm ömrünün illəri apardı səni.

    Qarışıb fəsli xəzana üzünün rəngi nədən,
    Soldurub bağın fələk, yelləri apardı səni?

    Nisəyəm,alnı açıq,nəfsi toxam dünyada,
    Aldadıb xəyanətin dilləri apardı səni.

    ŞƏHİD

    Yolu haqqın yoludur, haqqı ömür bilər şəhid,
    Adı qan yaddaşıdır, kim deyir ki, ölər şəhid?

    Sarılıb torpağa verdi canını, sönmədi de,
    Açılan hər sabahın gündüzünə dönər şəhid.

    Axsa qanın su təki, kimsəyə de faydası nə,
    Könlündə vətən eşqi, dərdlərinə gülər şəhid.

    Bir çiçək soraqladım, adı qərənfildi demə,
    Çöküb məzar daşına, göz yaşını silər şəhid.

    Kömək ol bizlərə Tanrım, sən özün eylə nəsib,
    Azad olsa vətənim, rahat uyuyar hər şəhid.

    Nisəni boğsa qəhər-qəm, ümidi itməz həmən,
    Düşünər küllü-dərdi çəkdi sinədə ər şəhid.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Mətləb verib

    Həmişə qayğımla, diqqətimlə mən,
    O qədər üzləri ğüldürdüm qağa,
    Öz bəxtim üzümə gülmədi, heyif,
    Hissimi içimdə öldürdüm qağa.

    Könlüm meyl etmədi bərə, bəzəyə,
    Ömrümün bəzəyi adım sanımdır.
    Tənə vurmadım mən sınmış ürəyə,
    Halalıq, dürüstlük tək ünvanımdır.

    Kimin cibi dərin, ağlı dayazsa,
    Bəyənməz ağıldan güc alanları.
    Allah el içində uca saxladı,
    Halal zəhmətiylə ucalanları.

    Dünyanı dərk edib, duyandan bəri,
    Gözümə yolları göründü qəmin.
    Ah çəkdim yerindən tərpətdim yeri,
    Pislər dörd tərəfin tutub aləmin.

    Alnımın yazısı, alın tərimdi,
    Əlimin qabarı, fərəhim mənim.
    Çoxu sevincindən sığmır dünyaya,
    Sevinc göz yaşlarım, bəh-bəhim mənim.

    Tək bircə gümanım təbimə gəlir,
    Şükür ki, Allahım mənə təb verib.
    Hər yazı yazanda, ruhum dincəlir,
    Ay Polad, hərəyə bir mətləb verib.

    22.11.2016.

    Mənə Allah köməkdir

    Həm bu günəm, həm dünən,
    Boğulsam da, seldə mən,
    Amma yenə keçmərəm,
    Namərd tikən körpüdən.

    Dərd üstümə yeridi,
    Ürək yağım əridi,
    Diri var ölüyə tay,
    Ölü var ki,diridi.

    Güvəndiyim o dağın,
    Qar aldı hər xoş çağın,
    Gözümə kül üfürür,
    İşinə bax alçağın.

    Verdiyin tam veribdir,
    Arzuma kam veribdir,
    Şükr edirəm Allaha,
    Mənə ilham veribdir.

    Polad sərtlik deməkdir,
    O, hər kəsə örnəkdir,
    Kömək olmaz minnətli,
    Mənə Allah köməkdir.

    15.08.2014.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    SÖYLƏYİR

    Əlimə toxunan əlinə qurban,
    Sevirəm söyləyən dilinə qurban,
    Qəlbində desən də çatacaq mənə
    O,sözdü qəlbimə, könlümə dərman!

    O, sözün çəkisi cahandan ağır,
    İstərsən pıçılda, istərsən çığır,
    Əzizim, o parlaq, sevən gözündən,
    Üstümə elə bil səadət yağır!

    Sevirəm söyləyir rəngi gözünün,
    Sevirəm söyləyir rəngi üzünün,
    Sevgiyə bürünmüş mələk kimisən
    Canlı heykəlisən “sevgi” sözünün!

    Nə qədər ruhum var sevəcəm səni,
    Eşqimin baş tacı edəcəm səni,
    İlahi bəxş etsin bizə bir ömür
    Vüsalla gül açsın sevda gülşəni!

    02.11.2016

    SEVGI NAXIŞI

    Bu ürəyə, alov düşüb, qor düşüb,
    ALovu görünmür, içindən yanır.
    Ağlamaqdan gözlərinə tor düşüb,
    Damlayan göz yaşı, içinə damır!

    Divarı yuxalıb, yoxdu tavanı,
    Döyür pəncərəsin sevgi yağışı.
    Günəş boylansa da duymur havanı,
    Qapısı, bacası sevgi naxışı.

    Fikri, düşüncəsi yarı, nigarı,
    Bir başqa düşüncə qapısın açmır.
    Eşq düşüb qismətə, olub biyarı,
    Parlamır qəməri, nurunu saçmır.

    Vüsal arzusunda inləyir ürək,
    Həsrətə, hicrana tabı qalmayıb.
    Özü -öz səsini dinləyir ürək,
    Yaxşı ki, Sükuta ürək dalmayıb! !!!

    05. 11. 2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÖYRƏNİRƏM

    Dünya mənim yaşıdımdır,
    Mən dünyanın uşağıyam.
    Ömür məndən yuxarıdır,
    Mən ölümdan aşağıyam.

    Bu dünyanı seyr edirəm,
    Tale adlı pəncərədən.
    Fələk ölü hazırlayır,
    Mənim kimi biçarədən.

    Ömrü ömrüm qədərdirsə,
    Qədər nədən qədir bilmir.
    İnsafını Allah kəsib,
    Möhlət, aman nədir bilmir.

    Bu dünya tək mənzillidir,
    Rahat ömür sürən yoxdur.
    Qapısında bir giriş var,
    Çıxışını görən yoxdur.

    Yaşamağı hamı blir,
    Yaşanmağı öyrənirəm.
    Çox daşıdım, son mənzilə
    Daşınmağı öyrənirəm.

    TAMAH

    Adəmin yediyi buğda dənidir,
    Bütün bəlalara təməldir tamah.
    İnsanın şeytana uyan günüdür.
    Şərin törətdiyi əməldir tamah.

    Ondan pöhrələdi əyrilik, yalan,
    Düzlük, mənəviyyat edildi talan,
    Diddi bir-birini aldanan, alan,
    Bəşərin məhvinə yönəldi tamah.

    Varlıya, kasıba bölündü bəşər,
    Düşdü qarışığa xeyir ilə şər,
    Nəfs güc gələndə daşı da deşər,-
    Qarından başacan yüksəldi tamah.

    Daim fikirləri məşğul edən o,
    İnsanı özünə bir qul edən o.
    Bütün cinayəti məqbul edən o,
    Ürəyə uzanan bəd əldir tamah.

    Nə yerdən göyərib, nə göydən enib,
    Könüldə doğulub, fikirdə dinib,
    Çox zaman, çox yerdə nahaqqa dönüb,
    Haqqa, ədalətə güc gəldi tamah.

  • Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət vətənpərvərlik layihəsinə yekun vurdu

    “Dövlətimizin gələcəyi sizin əlinizdədir”

    Noyabrın 23-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması” layihəsinin yekun tədbirini keçirib. Tədbir Nizami rayonundakı 328 saylı tam orta məktəbdə baş tutub. Əvvəlcə layihənin rəhbəri Məlahət Xəlilova layihənin yekunları ilə bağlı məlumat verib. Bildirib ki, günümüzün əsas prioritet mövzusuna çevrilən vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu yöndə davamlı olaraq tədbirlər keçirilir. Layihə rəhbəri bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində son tədbirini keçirir: “Avqustun 5-dən dekabrın 5-dək 4 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində Bakı şəhərində, ziyalılar və mətbuat nümayəndələrinin iştirakı ilə 5 dəyirmi masa və mətbuat konfransı keçirilib: “KİV-də vətənpərvərlik hissinin təbliği ilə bağlı silsilə məqalələr dərc edilmişdir. 2 şəhid ailəsini- aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət etdik. Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqların media vasitəsilə ictimailəşdirilməsi üçün müsahibələr alındı. 2 orta məktəbdə müasir bədii tarixi romanlar müəlliflərinin- Yunus Oğuz, Aqil Abbas, Elçin Hüseynbəylinin əsərləri ilə(“Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur”, “Sultan Arpaslan”, “Batman qılınc”, “Şah Abbas” və s.) bağlı müəllim və şagirdlərdən ibarət geniş auditoriyaya və mətbuat vasitəsilə ictimaiyyətə geniş məlumat verildi”.
    328 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nadir Həsənov bildirib ki, gənc nəsil vətənpərvərlik nümunəsini Azərbaycanın qəhrəman oğulları və yaradıcı şəxsiyyətlərindən əxs etməlidir.
    Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsil vətənpərvər olmaq üçün yaxşı oxumaq lazımdır. Gənclərin vətənpərvər olması üçün doğma vətənimiz Azərbaycan haqda bilikləri yetərli olmalıdır: “Torpaqlarımızın 20 faizinin işğal olunmasının səbəblərindən biri də bu məmləkət haqqında biliklərin yetərli olmamasıdır. Yaxşı ki, hazırda ölkəni tanımaq üçün “Vətəni tanıyaq” adlı kampaniya həyata keçirilir”. Onun sözlərinə görə, gənc nəslin vətənpərvər kimi formalaşmasında bu ruhda yaradılan əsərlərin rolu böyükdür: “Vətənpərvərliyin dərk edilməsi üçün yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarını oxumağa ehtiyac var. Onun əsərləri sadə, şagirdlərin başa düşəcəyi dildə yazılıb. Düzdür, vətənpərvərlik mövzusuna müxtəlif tərzdə yanaşmaq olar. Ancaq onun əsil mahiyyətini dərk etmək təhsildən keçir. Əslində, təhsil almadan da vətənpərvər olmaq olar. Lakin, dövlətimiz gənc nəslin savadlanması üçün hər şeyi edirsə bundan yalnız yararlanmaq gərəkdir. Dövlətin və valideynlərin qayğısını qiymətləndirmək özü də vətənpərvərlikdir. Əgər indiki nəsil təhsilli, savadlı vətənpərvər olacaqsa, onların övladları da bu yolu davam etdirəcəklər”.
    Qarabağ qazisi, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı qeyd edib ki, Vətən uğrunda döyüşə atılan qazilər özlərinə Vətənin daşını yastıq, torpağını yorğan biliblər. Bu isə o deməkdir ki, Vətən uğrunda döyüşmək vətənpərvərlikdən irəli gəlir: “Vətəni sevmək güc ilə yox, ağılla olmalıdır. Yəni, vətənpərvər olmaq üçün yazıçıların əsərlərini oxumaq kifayət etmir, həm də bu hissləri yaşamaq lazımdır. Biz hələ bütöv Azərbaycan deyilik, bölünmüş, işğal altında qalan torpaqlarımız var. Azərbaycanın bütövlüyünü təmin etmək üçün gələcək nəslin fiziki və mənəvi gücünə ehtiyac var. Bu gücü vətənpərvər oğullardan və ərsəyə gətirilən əsərlərdən almaq olar”.
    Yazıçı, publisist, ABUC-un sədri Yunus Oğuz qeyd edib ki, ərsəyə gətirdiyimiz əsərlərdə əsas məqsədimiz vətənpərvər övladlar yetişdirməkdir: “Siz fəxr etməlisiniz ki, müstəqi Azərbaycanın övladlarısız. Mənim ömrümün 31 ili Sovet imperiyasının dövrünə düşüb. Bu nəslin qafasını dəyişdirmək çətin olduğundan işimizi gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək üzərində qurmuşuq. Biz istəsək də istəməsək də dövlətimizin gələcəyi sizin əlinizdə olacaq. Bu dövlətin aparıcıları-ziyalıları, aydınları, məmurları siz olacaqsınız”. Onun sözlərinə görə, vətənpərvərliyin təbliğinin əsası uşaq bağçalarında qoyulmalıdır. İnsanlar hələ uşaq olarkən dərk etməlidirlər ki, millətin mövcud olması üçün onun dili, tarixi, mədəniyyəti olmalıdır: “Şübhəsiz ki, buna qarşı xarici təsirlər olacaq. Çalışacaqlar ki, millətin dilini, tarixini, mədəniyyətini dəyişsinlər. Ancaq millətin ziyalıları belə halların qarşısını almağa borcludurlar. Necə ki, dahi Üzeyir Hacıbəyov “tarixi Nadiri yarıya qədər oxumuşam” ifadəsi ilə millətə xatırlatdı ki, sizin Nadir şah kimi böyük şəxsiyyətiniz var”. O, əlavə edib ki, Sovet dönəmidə tariximiz təhrif olunmuş formada təqdim edilirdi, yad ideologiyalar təbliğ olunurdu: “Hüseyn Cavid, Mikayıl Müşfiq inkar edilirdi. Millət, dil, tarix uğrunda çalışanlar güllələnirdi. Bu gün isə biz öz tarix, dil və mədəniyyətimizin sahibiyik”. Y.Oğuz əlavə edib ki, Avropa kosmopolit ideologiyasını sərgiləməkdədir: “Bu ideologiyada ailə, dövlət düşüncəsi yoxdur. Bizdə isə ailə kiçik dövlət hesab olunur. Odur ki, gənclər anlamalıdırlar ki, vətənpərvərlik təkcə döyüşlə bitmir. Vətənpərvərlik gözəl sənətlə, elinə, obasına, Vətəninə yaxşılıqla müşahidə olunur”.
    Çıxışlardan sonra mövzu ilə əlaqədar media nümayəndələrinin və şagirdlərin sualları cavablandırılıb. Sonda 328 saylı məktəb adından yazıçı-publisist Yunus Oğuza xatirə plaketi təqdim olunub.

    “Olaylar” İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Rafiq ODAY.”Bəşəriyyətin ən böyük möcüzəsi”

    rafiq-oday

    Xilas edər bəşəriyyəti
    ən qorxunc bəlalardan,
    Dünyanı ən böyük
    müsibətlərə sürükləyər.
    Alovu bir anda ram edər,
    Yanar odu körükləyər.
    Sevincindən ənginliklər
    göy qurşağına dönüşər,
    Qəzəbindən iki qara bulud,
    İki qara qoça dönüb
    bir-biri ilə döyüşər.
    Güləndə düzü-dünya,
    çiçək açar,
    Ağlayanda yer üzü
    Nuhun tufanına dönər,
    Hərdən sevgisi nifrətə,
    nifrəti sevgiyə çevrilər,
    Gün olar mələklər
    ziyarətinə enər.
    Bəzən ağzına qıfıl vursan da
    susdura bilməzsən,
    Bəzənsə məsum-məsum baxar,
    nə danışar, nə dinər.
    Bəzən bir kitaba dönər –
    Bir anın içində oxuyub
    çıxarsan başa,
    Bəzən bir səhifəsinin üstündə
    aylarla baş sındırarsan,
    Sonra da hər şeydən bezib
    öz başında daş sındırarsan.
    Nə etsən faydası yox,
    nə desən faydası yox,
    Bir amansız döyüşdü,
    üsulu, qaydası yox.
    Amma yenə də sevər, sevər, sevərsən,
    tükənməz bir eşqlə sevərsən.
    Əriyərsən sevincində, sevgisində,
    kədərində, nifrətində,
    Bəzən özü də mat qalar
    yaratdığına
    Uca Qüdrətin də…
    Bütün bunlara rəğmən,
    Qoruyub saxlar
    Cənnətin ayaqları altında olma statusun,
    Ən uca, ən ülvi adın,
    Bəşəriyyətin ən böyük möcüzəsi –
    qadın, qadın, qadın…

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    C Ü C Ə L Ə R İ M

    “Uşaq şeirlərim” – silsiləsindən

    Ipək kimi yup-yumuşaq,
    Mənım qəşəng cücələrim.
    Tumarlayır hər bir uşaq,
    Mənım qəşəng cücələrim.

    Cik- cikləri sevinc yayır,
    Bir-birinə çox oxşayır.
    Görməyiblər heç çöl-bayır,
    Mənim qəşəng cücələrim.

    Yup- yumuru sarı yumaq,
    Baxmaq ilə olmur doymaq.
    Biz nə qədər gen dayanaq?
    Mənim qəşəng cücələrim.

    Su içəndə baxır göyə,
    Dən tökürəm bəlkə yeyə.
    İstəyirəm tez böyüyə,
    Mənim qəşəng cücələrim.

    AĞRI DAĞ

    Ey türk torpağının qüdrət simvolu,
    Varlığın düşməni əzir, ağrıdır.
    Zirvəndən başlanır kəhkəşan yolu,
    Yurdun qeyrətisən adın Ağrıdır.

    Sıldırım qayalar nəhəngdən nəhəng,
    İgid babaların başda börküdür.
    Mərd oğlun, mərd qızın qəzəbli pələng,
    Qartal avazları mahnı, türküdür.

    Köksündə neçə min düyünlü sirr var,
    Laçınlar, şahinlər qıyya çəkərlər.
    Parlayan ulduzlar qəndil, çıraqlar,
    Buludlar çiçəyi şehə bükərlər.

    Haçadağ bir ömür qəmini çəkdi,
    Külək gətirərdi sənə xəbəri.
    Qardaşsız qəlbinə qaranlıq çökdü,
    Səndən böyük idi onun kədəri.

    Sənə qovuşalı bilmirəm nədən,
    Türkün zəfərinə ellər əl çalır.
    Sevincdən yatmıram gecə sübhəcən,
    Zirvən ucaldıqca düşmən alçalır.

    Ağrı, Haçadağa sarılıb deyə,
    Dövranam, zamanı alqışlayıram.
    Həsrət buxovları qırılıb deyə
    Tarixin səhvini bağışlayıram

    23.11.2015.

  • “Olaylar” İnformasiya Agentliyndə gənc yazar Kənan Aydınoğlunun məqaləsi dərc edilib

    1902788_614529541965133_896121757_n

    Noyabrın 23-də “Olaylar” İnformasiya Agentliyndə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbir”i, nəğməkar-şairə Zeynəb xanım Dərbəndlinin həyat və yaradıcılığına həsr olunan “Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri” (http://olaylar.az/news/sosial/200564)sərlövhəli məqaləsi dərc edilib.
    Qeyd edək ki, bundan öncə cari ilin yanvar ayının 27-də Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şair-jurnalist Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist-jurnalist Rahilə Dövranın bədii yaradıcılıq fəaliyyətindən bəhs edən “Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti” adlı sərlövhəli məqaləsi dərc edilərək, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Təvəkkül GORUSLU.”Göyərçin xəyal”

    tm

    Yenə göyərçinə dönüb xəyalım,
    Sənə- mələyinə məktub gətirir.
    Yenə zirvələrdən enib xəyalım,
    Sənə ətəklərdə güllər bitirir.

    Məktubu-naməni açmaram , demə,
    O , zərfdə sevdalı ürək döyünur!
    Güllərə dəymərəm, biçmərəm, demə,
    Bu qəlbim bir dəli eşqlə öyünür!

    Yenə göyərçintək süzür xəyalım,
    İlahi bir eşqlə göyə millənir.
    Yenə ümmanlarda üzür xəyalım,
    Həsrətli ney kimi dinir, dillənir!

    Əzizim, tez göndər öz cavabını,
    Ürək qəfəsində səkdikcə səkir!
    Xəyal lələklərə düz, cavabını,
    Könül intizarda, gözlər yol çəkir!

    03.11.2016

  • Müzəffər MƏZAHİM.”Bir gün”

    mm

    Bir gün Babək inamından doğulub,
    Bu dünyaya gələsiyəm, gələsi.
    Xəyanətin yarasından sağalıb,
    Ömrüm boyu güləsiyəm, güləsi.

    Sinəmdədir ağrıları hər dağın,
    Daha yada fürsət verməz korluğum,
    Vətən adlı bu müqəddəs varlığın,
    Gözlərinin giləsiyəm, giləsi.

    Şöhrətimi yadellilər çox danıb,
    Arzularım tonqal-tonqal qalanıb,
    Dustaq olub ulu dilim, talanıb,
    Hələ yadlar köləsiyəm, köləsi.

    Bu torpağa bəd fikirlə gələnin,
    Millətimə tənə edib gülənin,
    Vətənimi parçalayıb bölənin,
    Ürəyini böləsiyəm, böləsi.

    Coşqun-coşqun dalğalardan keçərəm,
    Araz-Araz sularından içərəm,
    Sərhədləri doğrayaram, biçərəm,
    Koroğlunun dəlisiyəm, dəlisi.

    Misri qılınc, – misri qəzəb əlimdə,
    Oğuzların cəng havası dilimdə,
    Geci-tezi bu böhtanlar selində,
    Varlığımı biləsiyəm, biləsi.

    Qalx a Dədə, al Qopuzu, çal görək,
    Bəlkə onda cana gələk, kükrəyək,
    Bu min ilin yuxusunu ləkətək,
    Tariximdən siləsiyəm, siləsi.

    Bağışlama günahımı, amandır,
    Yollarımız hələ çəndir, dumandır,
    Belə gündə bağışlanmaq yamandır,
    Bir də yatsam öləsiyəm, öləsi.

  • Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi

    Sumqayıt şəhər Poeziya Evində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılğı ilə “Ruhuna ruzidir mənim yazdığım” adlı tədbir keçirilib.
    AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə keçirilən tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub.
    Tədbirdə balaca oxucular Əli Hüseynov, Nəzrin Hüseynova, Zəhra Bəşirova, Zərifə Ataşova, Gülarə Məlikrzayeva, İlkanə Yusifzadə, Aysu Hüseynli, Xoşqədəm Bağıyeva, Nəzrin Ağayeva, Rəqsanə Bayramova və Şəbnəm Quliyeva şairin müxtəlif illərdə yazdığı şeirləri ifa ediblər, kitablarından ibarət sərgi haqqında biblioqrafik xülasə veriblər.
    Tədbirdə həmçinin valideyn Şəlalə Bağıyevanın ifasında “Rəqqasə” şeri, balaca rəssam Ayan Ağayevanın şairin yubileyinə həsr etdiyi portreti, Surxay Abdullayevin sazda ifası, o cümədən, şairə Gülnarə Cəmaləddinin yubilyarla bağlı xatirələri böyük maraqla qarşılanıb.
    Daha sonra şair Sabir Sarvan şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb, xatirə şəkli çəkdirib.
    Sonda S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Uşaqlara və valideynlərə kollektiv adından öz təşəkkürünü bildirib.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Ata yurdum

    Nə vaxt gedirəmsə ata yurduma,
    Məni kədər qovur, qəm qucaqlayır,
    Bir ata harayı, qardaş nisgili,
    Açıb qollarını məni haqlayır.

    Nə atam hay verib çıxır qarşıma,
    Nə də ki, qardaşım ötürür məni.
    Ələnir dünyanın qasrı başıma,
    zaman damla-damla itirir məni.

    atamın əkdiyi bar ağacları,
    ayrılıqdan için-için qovrulur.
    quruyub gilənar, nar ağacları,
    elə bir həsrətdən külü sovrulur.

    körpə ağacların körpə budağı,
    qardaş salamını yetirir mənə.
    qəfil dolu vurmuş solan yarpağı,
    kövrəlib öpürəm mən dönə-dönə.

    Beləcə, gəzirəm bağı-bağçanı,
    Həsrətin dumanı çöküb hər şeyə.
    itib səliqəsi, itib sahmanı,
    Atamın əlləri dəyməyir deyə…

    Özümüzə tale yazdıq

    Üzülməyən sevgimizin,
    ürəyini niyə üzdük?!
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinıə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq..

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    QARABAĞA QAR YAĞIR

    Qardaş daha qalmadı,
    Gediləsi bir məkan,
    Qapım çoxdan bağlanıb,
    Sınıb köhnə nərdivan.

    Uzun çəkdi deyəsən,
    Yağan qəmli yağışlar,
    Yavaş-yavaş seyrəlir,
    Köhnə dostlar, tanışlar.

    Yollar itir, bağlanır,
    Uçur bir-bir körpülər,
    O yerləri görmədən,
    Böyüyəcək körpələr.

    Saman çöpü qalmayıb,
    İndi hardan yapışaq.
    Bu dağ yaman qəlbidi,
    Bu dağı necə aşaq.

    Belə də zülm olarmı,
    Qılınc qında paslanır.
    Qarabağa qar yağır,
    Burda ürək, can yanır.

    ÖLƏM

    Ümidim hələ sönmür ki,
    Bu göylər susub, dinmir ki,
    Ruhum dağlardan dönmür ki,
    Bir rahat can verəm, öləm.

    Boynu bükük qalıb dağlar,
    Qürbətdə bir qərib ağlar,
    Tanrıdan bir istəyim var,
    O yurdu bir görəm, öləm,

    Dinə tarın sarı simi,
    Unudam həsrəti, qəmi,
    Ürəyimi süfrə kimi,
    Yamaclara sərəm, öləm.

    Bülbüllər qalmyıb bağda,
    Bəyquşlar dolaşır dağda,
    Cəbrayılda, Diridağda,
    Bir bənövşə dərəm, öləm.

  • Rafiq ODAY.”Kamil bir insandi Əbülfəz Ülvi”

    cenabrafiqoday

    İstedadlı şair dostum, qardaşım Əbülfəz Ülviyə

    Haqqa kəc baxanın kor olar gözü,
    Şər dərs şər gətirər, ülvi dərs ülvi.
    Tanrısız olanın sevilməz sözü,
    Tanrıdan gələnlər müqəddəs, ülvi.

    Dedin gül göyərməz qanqal içində,
    Di gəl bu hikməti qan, qal içində,
    Şişə çəkilərəm manqal içində, –
    Olmasa içimdən qopan səs ülvi.

    Doğulduq, dünyanı, aləmi gördük,
    Neçə dərdi gördük, ələmi gördük,
    Əlinə alandan qələmi gördük,
    Qələm sahibində bu həvəs, ülvi.

    Qopdu Əlincədən Nuhun tufanı,
    Ərzi lərzə saldı bu Hun tufanı,
    Şerin tufanıdı ruhun tufanı,
    Gətirər özüylə o, nəfəs ülvi.

    Şeirdən alınmaz qala yaratdı,
    İstədi əbədi qala, yaratdı,
    Demirəm Sokratdı, Hippokratdı, –
    Kamil bir insandi Əbülfəz Ülvi.

  • Şəfa EYVAZ.”Qapı”

    1423756700_sefa-xanim

    İnsan əşyalaşır, yalnız qalanda…
    Qapı, pəncərənin dili olurmuş.
    Evinə dönəndə salam verəni,
    Qapı dəstəyinin əli olurmuş…

    Günəş incidirmiş yuxulu gözü,
    Divar eşidirmiş dediyi sözü.
    Oyanıb çıxanda oxşayan üzü
    Çırpılan qapının yeli olurmuş…

    Olmurmuş sən demə uçmaq həvəsi,
    İnsan asılırmış qanadlarından…
    Tuturmuş adamın əl-ayağından,
    Qapılar taleyə zəli olurmuş.

    Döngə tərs olurmuş düz yerisən də,
    Yollar dolaşırmış illər içindən.
    İnsan da çıxırmış ömür çərxindən,
    Qapılar ardında dəli olurmuş…

    20.11.2016

  • Rahilə DÖVRAN.”Yorubdur”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Ömürdən, gündən” – silsiləsindən

    Dindirməyin, dop-doludur ürəyim,
    Bir kimsəyə bükülməyib biləyim.
    Xəncər yeri, ox yeridir kürəyim,
    Namərd düşmən hey arxadan vurubdur,
    Çərxi- fələk artıq, məni yorubdur.

    Ruha, cismə, qana hopub mətanət,
    Olmayıbdır əməlimdə xəyanət.
    Tomrisəm mən, əkizimdir dəyanət,
    Qeyrət, iffət, namus məni sorubdur,
    Şərxi- fələk artıq, məni yorubdur.

    Bənzərim yox bir kimsəyə dünyada,
    Simurğ olub, hey çatmışam, mən dada.
    Sovuşmayıb ətrafımdan qan- qada,
    Mənfur yağı fitnədən tor qurubdur,
    Çərxi- fələk artıq məni yorubdur.

    Qasırğalar, fəlakətlər, bəd illər,
    Qışa dönüb yurdda bütün fəsillər.
    Qara geyib neçə- neçə nəsillər,
    Zalım fələk sanki qəsdə durubdur,
    Çərxi- fələk artıq məni yorubdur.

    Halı fəna, halı yaman hər yanın.
    Görəmmədik ömrün- günün xoş anın,
    Düzəlmədi heç nizamı dünyanın,
    Yaş da ötdü- Dövran,ömür qürubdur,
    Çərxi – fələk məni yaman yorubdur…

  • Nisə QƏDİROVA.”Məni”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Gözlərim buludtək dolub,
    Qınama, qınama məni.
    Allah, dözümüm qalmayıb,
    Sınama, sınama məni.

    Bir eşqim var adı xəta,
    Mən yandıqca yanır o da.
    Ay ellərim, yetin dada,
    Bürüyün ahıma məni.

    Haqq adlanan divandayam,
    Usandığım bir candayam.
    Gecələr ah-fəğandayam,
    Gömün sabahıma məni.

  • Polad SABİRLİ.”Mənə”

    Polad Sabirli

    Utancaq sevgilitək, ilhamım gecə gəlir,
    Mən ilhamıma yaram, ilhamım da, yar mənə.

    Mən sözü də sevirəm, yarı sevdiyim kimi,
    Məni uca tutdular, verdilər vüqar mənə.

    Hər sözü öz yerində, söyləyənə min əhsən,
    Sözün özü eylədi, bax bunu iqrar mənə.

    Qaynayanda sözüm də, bulaq kimi sinəmdə,
    Ruhum göylərdə gəzir, dayanır qahmar mənə

    Şam kimi əriyirəm, hər sözün üstündə mən,
    Çünki ilhamım edir, hər vaxt etibar mənə.

    Ölürəm, dirilirəm bir sözüm söz olunca,
    Sözü boş buraxmıram,o olur şikar mənə.

    Minnətdaram təbimə, məni üzü ağ etdi,
    Mən onu əziz tutdum, o da xoş rəftar mənə.

    Poladam, sədaqətlə, sözün xidmətindəyəm,
    Sözün də sevgilimtək, çox inamı var mənə.

    13.11.2016.

  • Təvəkkül GORUSLU.”Olsun!

    tm

    Göz görüb, ürək sevib,
    Girmisən ürəyimə.
    Ümman eşqimdən içib,
    Dönmüsən mələyimə.

    Hara baxsam da ,inan,
    Səni görür bu gözlər.
    Acı həsrətdən yanan,
    Ürək yolunu gözlər!

    Qalıb qulağı səsdə,
    Nəğmə səsini istər.
    Döyünür eşq həvəsdə,
    Gəl ki, camalın göstər.

    Qapını döyür payız,
    Qoyma saralsın, solsun.
    Qəm çəkir, qalıb yalqız,
    Gəl ki, səninki olsun!

    31.10.2016

  • Müzəffər MƏZAHİM.”Sevinə-sevinə”

    mm

    Düşmə xəbisin dilinə,
    Uyma yamanın felinə,
    Yaxşılar öz əməlinə
    Baxar sevinə-sevinə.

    Haqqı bu dünyada tanı,
    Təlim elə ruhu canı–
    Yoluna savab karvanı,
    Çıxar sevinə-sevinə.

    Düyünləmə kələfini,
    Pozma halallıq səfini.
    Ayıq ol,
    xain evini
    Yıxar sevinə-sevinə.

  • Təvəkkül GORUSLU.”Ürəyim”

    tm

    Bir sevgi oduna atıb özünü,
    Çevirib külünü, eşib közünü,
    Yar yoxsa söyləsin kimə sözünü,
    Həsrətdən, hicrandan xəstə ürəyim!

    Ağladır, sızladır qəm, qüssə, qəhər,
    Köksümdə dayanıb, durub bir təhər,
    Gözləyir yolunu hər gecə , səhər,
    Bağlayıb güllərdən dəstə, ürəyim!

    Hüsnünün rəsmini hörüb divara,
    Sevdadan, sevgidən qalıb avara,
    Könül baxçasında eşqmi suvara?
    Özü döyüntüdə, səsdə , ürəyim!

    Sevib vurulmusan dağlar qızına,
    Dönüb taleyinə, alın yazına,
    Dözüb qəmzəsinə, dözüb nazına,
    Səbrlə, dözümlə istə, ürəyim!

    10. 10. 2016

  • Müzəffər MƏZAHİM.”Qəlb odu gərək”

    mm

    Göz yaşı ürəkdən süzülər , axar,
    Kiprikdən qopdusa , yanaqda durmaz.
    Hər şeyin öz yeri , öz məqamı var,
    Meyvə yetişdisə budaqda durmaz.

    Fələk öz işində , – qan-qadasında,
    Sevinc əsir qalıb qəm adasında,
    Ağa günahından , qul xatasından,
    Tanrı kərəmindən qıraqda durmaz.

    Təndir soyuqdursa kündə neyləsin,
    Mərd ,
    namərd işlədən fəndə neyləsin,
    Allah dağıdana bəndə neyləsin,
    Özülü çürük ev dayaqda durmaz.

    Hər ocaq başında isinməz ürək,
    Üzü ağ eləyər halal duz-çörək,
    Duyub anlamağa qəlb odu gərək,
    Sevənlər bu oddan uzaqda durmaz.

  • Kənan AYDINOĞLU.”ATATÜRKÜN qürurudu Sənin torpağın, Şairim!”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük şairi,
    Ustadım Yunus Əmrəyə sevgi və sayqılarla!

    Şamdan öncə nə yaxşı ki, Ulu Tanrının hökmüylə,
    Azərbaycan torpağına dəydi ayağın, Şairim!
    Misraların qəlbindəki güc-imandan xəbər verir,-
    Tək Tanrıdı bil ki, yenə sənin dayağın, Şairim!

    Xatirələr yada düşür görünəndə duman, çən də,
    Görüşünə gəlmək üçün çox çalışdım, Ustad, mən də,
    Şeirlərdən inci-inci düzdün təsbih kimi Sən də,
    Sən elə bir ocaqsan ki, sönməz ocağın, Şairim!

    Mövlanamla bir məclisdə oturubsan, danışıbsan,
    Bir ümmansan ömrü boyu sən çaylara qarışıbsan.
    Kin-küdurət saxlamadın, küsülüylə barışıbsan,
    ATATÜRKÜN qürurudu Sənin torpağın, Şairim!

    Atilladan yadigardı Böyük Türkün soyu, Ustad!
    Çox görmüşəm bu dünyada mən də yası, toyu, Ustad!
    Kənan Sənin həsrətini çəkdi ömrü boyu, Ustad!
    Məzarının önündədi, Sənin qonağın, Şairim!

    Bakı şəhəri.17 noyabr 2016-cı il.

  • Rafiq ODAY.”Mərhəmətli olmağa tələsin, əzizlərim”

    cenabrafiqoday

    “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı

    Tanrı bizə beş verib, birini də biz verək,
    Əyriylə işimiz yox, nə veririk düz verək,
    Bunu hər il etməyi özümüzə söz verək,
    Elə edək bir kimsə bilməsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Böyük Vətən sevgisi kiçik kənddən başlayır,
    Kiməsə arxa durmaq bircə fərddən başlayır,
    Bilin, Cənnətin yolu mərhəmətdan başlayır,
    Bu hiss canında yaşar hər kəsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Tanrının mərhəməti başınızdan ələnsun,
    Düzü-dünya saflığa, ülviliyə bələnsin,
    Bir körpə gülüşündən hər yana nur çilənsin,
    Musiqiyə dönüşsün – bir həzin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    Sinəsində ürək yox, qara daş bəsləyən var,
    Pulu övladından çox oxşayıb-süsləyən var,
    Baxın, orda – uzaqda deyəsən səsləyən var,
    Gedəyin arxasınca bu səsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    İmkanım yoxdur deyib, amandır, dad etməyək,
    Bir qoğal da bəs eylər kimsəni şad etməyə,
    Bir nağıl da bəs eylər könlü abad etməyə,
    Kərəm görüb sevinsin Lələsin, əzizlərim,
    Mərhəmətli olmağa tələsin, əzizlərim.

    16.11.2016

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Dadmışam

    Nazik biləklərin, çiçək əllərin,
    Ən xoş çağın, ən xoş halın dadmışam.
    Lalə yanaqların, şəkər ləblərin,
    Ay üzlü camalın, xalın dadmışam.

    Mənə candan əziz, can deyən yarın,
    Eşqimə vəfadar, düz etibarın,
    Sevgi bağındakı əncirin, narın,
    Dünyanın ən gözəl malın dadmışam.

    Dümdüz şux qamətin, ipək bədənin,
    Məni sərməst edən, salxım gilənin,
    Ağappaq buxağın, mərmər sinənin,
    Hələ yetişməmiş, kalın dadmışam.

    Öldürdü Poladı, şən gülüşlərin,
    Nəvaziş göstərən xoş vərdişlərin,
    Qönçə dodaqların, sədəf dişlərin,
    Arasından beçə balın dadmışam.

    20.03.2015.

    Təzədən doğuluram mən

    Əgər dərd sinəmdə dağ olmasaydı,
    Hünərim hardaydı şeir yazmağa.
    Sözüm çiçək açıb bağ olmasaydı,
    Bədxah başlayardı ayaq qazmağa.
    **
    Bədxah əl çəkməyir bəd əməlindən,
    Onun ki,əzəldən niyyəti budur.
    Düz işi əyir o, lap təməlindən,
    Neyləsin yazığın adəti budur.
    **
    Şair ilham alır öz vuruşundan,
    Bədxahı yoxdur ki, istedadsızın.
    Mən qalib çıxmışam söz vuruşundan,
    İşi sürünməkdi qol-qanadsızın.
    **
    Qələmim varağı qaraldır, çünki,
    Sözün qarşısında ağarır üzüm.
    Sözə ona görə baş əydim mən ki,
    Məni söz dağına qaldırır sözüm.
    **
    Kağızın üstündə gəzdi qələmim,
    Mən sözə əyildim, ucalım deyə.
    Sözü əzizlədi, əzdi qələmim,
    Sözdən bəhrələnim güc alım deyə.
    **
    Ürəkdən süzülür, dilimdən gəlir,
    Elə bil pətəkdən baldı süzülən.
    Yaxşı ki, söz yazmaq əlimdən gəlir,
    Müzəffər əsgərtək sözdü düzülən.
    **
    Məni uca tutdu kağızla qələm,
    Öz yolumu tapdım, azdım kağızda.
    Niyyəti xoş olan, heç edərmi qəm?
    Şeirlərim gəzdi dildə, ağızda.
    **
    Qarşımda ağ varaq qaralan təki,
    Elə bil təzədən doğuluram mən.
    Poladın şeirdi, sözdü məsləki,
    Əgər sözüm varsa, tox oluram mən.
    6.11.2016.Polad Sabirli.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    MƏNƏM

    Əl tutmağı şərəf sayan,
    Elə həyan, yurda həyan,
    Dərd içində çapalayan,
    Yaxşıların biri mənəm.

    Öndə oldum mən həmişə,
    Adım düşdü dilə- dişə,
    Mat qalmışam mən bu işə,
    Tay hamıdan geri mənəm.

    Zirvələrdə əsdim, coşdum,
    Vətənə nəğmələr qoşdum,
    Şəhid getdi neçə dostum,
    Neyləyim ki, diri mənəm,

    Gözü yaşlı, gözü nəmli,
    Hər misrası zilli, bəmli,
    Bu dünyanın dərdli, qəmli,
    Həsrət adlı şeiri mənəm.

    GÖZƏL NƏ VARSA

    Ay güllərin tacı, sən olan yerdə,
    Çiçəyi neynirəm, gülü neynirəm,
    Sən elə mənimçün dünya malısan,
    Qızılı neynirəm, ləli neynirəm.

    Sən olan dünyada ömür bahardı,
    Ətrindən doymuram gülüm, çiçəyim.
    Sən varsan bu aləm könlümə yardı,
    Səninlə xoşbəxtəm hüri, mələyim.

    Zülmətə qərq olar sevgisiz həyat,
    Ömrümün Ayı sən, Günəşi sənsən.
    Sevgindi qəlbimə, ruhuma qanad,
    Vallah gözəllikdə sən bir dənəsən.

    Eşqinlə nəğmələr qoşuram sənin,
    Sən varsan heç zaman batmaram yasa.
    Mən səni de nəyə bənzədim axı?
    Sənə bənzədirəm gözəl nə varsa.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Nədir

    Dərin rəğbət bəslədiyim Reyhan xanim Baxşıyevanın oğlu

    Orxan balamizın əziz xatirəsinə. Reyhan Baxshiyeva

    Yaman ağır imiş dost xəyanəti,
    Sən hardan biləydin xəyanət nədir?
    Dostluğu ayaqlar altina salan,
    Nankorlar bilmədi dəyanət nədir.

    Sən könül sindirmaq bilməzdin, oğul,
    Dostlar ağlayanda gülməzdin, oğul.
    Coşub çağlayardım dinməzdin, oğul,
    Bir yol soruşmazdin bu xiffət nədir?

    Nələri düşünmür ana ürəyi,
    Alışır sinəsi. yanır kürəyi.
    Əsərdi qəlbimdə şübhə küləyi,
    Şübhəm gerçək oldu, bu qismət nədir?

    Ahımdan çatlayır daşlar, hardasan,
    Sinəmdə ağır bir daş var, hardasan,
    Səni darda qoydu dostlar, hardasan,
    Dön, göstər onlara sadaqət nədir?

    Dəniz gözlərimdə, təlaşdayam mən,
    Hər gün dalğalarla savaşdayam mən,
    Sormayin necəyəm, nə yaşdayam mən,
    Ömrümə verdiyim əsarət nədir?

    Orxanim ən gözəl dərdim, sərimdi,
    Hər bir xatirəsi ləl-cövhərimdi.
    Səbri özü versin Allah kərimdi,
    Dözüm, deyim ya rəbb, bu qüdrət nədir?

    Bir gün

    Bir gün unudular sənin də adın,
    Başına- gözünə döyərsən sən də.
    Bağrını yandıran alovun, odun
    Tüstüsü gözünə dolar güləndə.

    Bir gün əməllərin çıxar qarşına,
    Başını yamanca qatar bu dünya.
    Üstündə əsdiyin hər nəyin varsa,
    Əlüstü özgəyə satar bu dünya.

    Bir gün gözlərindən yaş gilə-gilə,
    Süzülər gizlicə yanaqlarına.
    Qonar yuvasına dönən quş kimi,
    ‘Bağışla” kəlməsi dodaqlarına.

  • Şair-publisist Fikrət Sadıq dünyasını dəyişib

    Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, şair-publisist Fikrət Sadıq 86 yaşında dünyasını dəyişib.
    Qeyd edək ki, görkəmli şair Fikrət Sadıq 1975-ci ildən bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi vəzifəsində çalışmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Xalq şairi Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildi “Kitabxana.net” saytında

    Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildinin elektronn versiyası-pdf formatda Yeni Yazarlar ve Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanaya-“Kitabxana.net” saytına yerləşdirilib. Yeni Yazarlar ve Sənətçilər Qurumunun mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, sevimli Xalq şairimizin “Seçilmiş Əsərləri”nin 7 cildliyinin hər birinin elektron versiyası Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.Əsas məqsəd yeni nəsli çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi olan şair-filosof Nəriman Həsənzadənin poemaları ilə yaxından tanış etməkdən ibarətdir.
    Qeyd edək ki, AYB Ağsaqqallar Şurasının sədri, Fərdi prezident təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadənin Seçilmiş Əsərləri”nin 7 cildliyi Bakı şəhərində “Promotey” nəşriyyatı tərəfindən 2010-cu ildə nəfis tərtibatla işıq üzü görmüşdü.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsinin iştirakçıları Biləsuvarda

    Cəbrayılın Biləsuvardakı 11 nömrəli məcburi köçkün qəsəbəsində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, 20 minə qədər əhalinin məskunlaşdığı ərazidə rayon icra hakimiyyəti də yerləşir.

    Görüşdə Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası” İctimai Birliyinin sədri, şair Dəyanət Osmanlı, “Ədalət” qəzeti baş redaktorunun birinci müavini, şair-publisist Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-publisist Elçin Hüseynbəyli iştirak ediblər.

    Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov bildirib ki, qələm adamlarının bölgəyə səfəri və məcburi köçkünlərlə görüşü çox əlamətdardır və silahla qələmin birliyinə işarədir.

    Elçin Hüseynbəyli layihənin məqsədi barədə danışarkən bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və ordumuza dəstək, Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

    Tədbirdə çıxış edənlər torpaqlarımızın tezliklə azad ediləcəyinə və insanların gözlərində görünən kədərin sevinclə əvəz olunacağına inandıqlarını bildiriblər. Rayon ziyalıları bu xoş missiyanı alqışlayıblar, şairlər vətənpərvərlik mövzusunda yazdıqları şeirləri oxuyublar.

    Sonda yazarlar öz kitablarını qəsəbə kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdiriblər.

    Mənbə: azertag.az

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    Mən qəlbimi itirdim,
    Bir yoxuş çıxanda.
    Sən enirsən indi, əzizim.
    Qaytararsan qəlbimi
    əgər rastına çıxsa…
    Mən qəlbimi itirdim,
    O gün yağış yağanda.
    Siz tərəflər gündü, bilirəm…
    Qurudarsan qəlbimi
    əgər rastına çıxsa…
    Mən qəlbimi itirdim,
    Bu qış soyuğunda.
    Könlüm üşüyəndi mənim, əzizim,
    İsidərsən qəlbimi
    əgər rastına çıxsa…
    Mən qəlbimi itirdim…
    Yad insanlar çoxluğunda.
    Tək qalmağa qorxurdu o,
    Əzizim,
    Ovudarsan qəlbimi
    əgər rastına çıxsa…
    08.11.2016. Shefa Eyvaz

    Qorxu…

    Qorxaq doğulduq bu həyata…
    qorxaq.
    daha gözümüz açılmadan
    üsyan etdik həyata, qorxularla
    səsimizlə…
    qorxduq həyatın bizə hazırladıqlarından…
    bəlkə daha doğular-doğulmaz,
    əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
    həyat bu olsa gərək…
    bizi azadlıqdan ayıran bələk.
    bəlkə də.

    Qorxaq doğulduq həyata…
    yetmədi, qorxaq böyüdük…
    uşaqkən əllərimizə vurdular
    öyrənmək istədiyimizə toxunduğumuzda,
    istiyə toxunduq… oddan qorxduq,
    yıxıldıq, yeriməkdən…
    həyata ilk addımlar atdığımızda.

    Qorxaq doğulduq həyata…
    qorxduq.
    qarşımıza çıxan təpələri dağ sandıq,
    kiçicik baryerləri yüksək divarlar…
    öyrəndik lazımsızları gözümüzdə böyütməyə
    beləcə aldandı gözlərimiz də…
    qorxaq böyüdük…

    Qorxmamaq lazımdı halbuki…
    qorxmamaq.
    barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
    savaşa bilmək əllərimizi yandıran odla,
    mübarizə aparmaq dizimizi sıyıran
    daşla-torpaqla…
    yenmək qorxularımızı
    irəliyə addımlamaq, ancaq irəli
    hətta bəlkə həyatımız bahasına…
    bacarmadıq…

    Biz həyata qorxaraq doğulduq…
    qorxaraq böyüdük…
    qorxaraq öləcəyik
    Əcəl adlı zəngin son sədasından…

    nə idi qorxu, qorxmaq?!
    Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
    kim bilir???
    11 sentyabr 2012…

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    QAÇMA BU EŞQİMDƏN, A ZALIM OĞLU

    Mən könül duyğusu, könül açarı,
    Qaçma bu eşqimdən, a zalım oğlu.
    Bağlama üzümə üzünü barı,
    Qaçma bu eşqimdən, a zalım oğlu.

    Tellərim nə vaxtdır bir ələ həsrət,
    Qönçə məhəbbətim bir dilə həsrət,
    Solur sevda bağım bir gülə həsrət,
    Qaçma bu eşqimdən, a zalım oğlu.

    Ümidlər pərəndi, arzular daşqın,
    Ömür vəfasızdı, zamansa çaşqın,
    Gəl məni özündən eyləmə qaçqın,
    Qaçma bu eşqimdən, a zalım oğlu.

    Mən eşqin dəlisi, mən eşqin açı,
    Çəkmişəm bu yolda çox ehtiyacı,
    Ya öldür, ya da ki, eylə əlacı,
    Qaçma bu eşqimdən, a zalım oğlu.

    Məni məndən alıb zamanım, vaxtım,
    Eşqin sarayında əyilib taxtım,
    Sən gəlin taleyim, ya da qız baxtım,
    Qaçma bu eşqimdən, a zalım oğlu.

    Bir dağam, dərdimi kimə söylərəm,
    Yolunda can qoyub, ömür ələrəm,
    Nəcibə adında huri mələyəm,
    Qaçma bu eşqimdən a zalım oğlu.

    BƏLALI EŞQİN

    Eh…mənim ömrümü yarı eylədi,
    Utancaq, ismətli, həyalı eşqin.
    Ağardıb saçımı, qarı eylədi,
    Sənin daş ürəkli, qayalı eşqin.

    Saldı, körpü saldı, könlüm evinə,
    Hicranı qoymadı vüsalım dinə,
    Düşüb gözlərimin yenə sehrinə,
    Oxlayır qəlbimi bəlalı eşqin.

    Sinir ürəyimə dərd boxçasıyla,
    Könlümü oxşayır xoş baxışıyla,
    Bir rəssam əlinin qəm fırçasıyla,
    Min yol naxışlayır boyalı eşqin.

    Sevda bağçasında səfil eyləyib,
    Məni Leyli kimi o kül eyləyib,
    Hər nə eyləyibsə qəfil eyləyib,
    Düşübdü bəxtimə sayalı eşqin.

    AY ÖMRÜMÜ ALAN ADAM

    Ömrümün birçək vaxtıdı,
    Yaşımın çiçək vaxtıdı,
    Sevgimin ləçək vaxtıdı,
    Ay ömrümü alan adam.

    Ürəyimlə məzələndim,
    Eşqim üçün çox ələndim,
    Bu sevgim üçün diləndim,
    Ay ömrümü alan adam.

    Nə olum həvəsim qalıb,
    Nə ölüm həvəsim qalıb,
    Səndən özgə kimsəm qalıb?
    Ay ömrümü alan adam.

    Qış bəxtimə xoş kimiyəm,
    Bir az əliboş kimiyəm,
    Öz ömrümə bir günüyəm,
    Ay ömrümü alan adam.

    Gündüzümün gözü qara,
    Can kəlməmin üzü qara,
    Kəfən adlı bezim qara,
    Ay ömrümü alan adam.

    16.11.2016.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    MEYİN İÇİBDİ

    Eşqin bu könlümə ərməğan kimi,
    Ayazda, şaxtada gün doğan kimi,
    Alovlu səhraya nur yağan kimi,
    Könlümdə nazının gülü açıbdı!

    Ömrümə nur saçan çıraq kimisən,
    Qələminə sadiq varaq kimisən,
    Nə olsun uzaqsan, qıraq kimisən,
    Könlümə qəmzənin odu saçıbdı!

    Sevginin ətrini alıb bu könül,
    Meylini üzünə salıb bu könül,
    Rəsmin, xəyalınla qalıb, bu könül,
    Minlərin içindən səni seçibdi!

    Yanaq lalə kimi, xəfif allıdı,
    Ləçəyə oxşayan dodaq ballıdı.
    Ruhum nəğmə deyir, yaz əhvallıdı,
    Bu könül nazının meyin içibdi!

    12.10.2016

    “HƏ” SÖZÜN

    İsmətə qısıldın, susdun, dinmədin,
    Deyəsək bir kəlmə dilində qaldı.
    Qürur zirvəsindən düşüb enmədin,
    Sevda baxçasını duman, çən aldı!

    Hələ də dilində o, bircə kəlmə,
    Rəsmim ürəyinin küncündə, əsir!
    Dodaqda yarpaqtək əsdikcə kəlmə,
    Hicran divə dönür, yolları kəsir!

    Tutaş kipriklərin qaldırıb gülüm,
    Çəkmə gözlərimdən ahu gözünü.
    Dilindən könlümə saldırıb, gülüm,
    Pıçılda qəlbimə bir “HƏ” sözünü!

    11.10. 2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    KEÇİNCƏ

    Kim deyir ki, mən dayaqsız yıxıllam,
    Damla kimi ümmanlarda boğullam?..
    Öz boynuma ilgək olub sıxıllam,
    Örkən olub doğanaqdan keçincə.

    Məqam gəzir hələ düşmən hiyləsi,
    Gah qılıqdır, gah qorxudur tələsi,
    Belimizi yağır edir şələsi,
    Ayılmırıq badalaqdan keçincə.

    İçimdəki vüqar adlı gücü duy,
    Bu, inamın, əqidənin gücüdür,
    Birləşəndə ağıl ilə gec udur,
    Dözəsiyəm bu sınaqdan keçincə.

    Duyammasam günahımı, cəbrimi,
    Öz uyrdumda yad qazacaq qəbrimi,
    Dişlərimə tutam gərək səbrimi,
    O tənədən, bu qınaqdan keçincə.

    Qoşulmaram, yolda qalar yedəklər,
    Mən azadam, qoy eşitsin güdüklər,
    Çox olacaq aşırımlar, gədiklər,
    Bu tufandan, boğanaqdan keçincə.

    VƏTƏNDİR

    (Balalar üçün)

    Sənə çörək, su verən,
    Bolluca ruzu verən,
    Şip-şirin arzu verən,
    Ulu torpaq Vətəndir.

    Müqəddəsdir Ana tək,
    Qoynu əlvan gül-çiçək,
    Qoyma sola, becər,ək,
    Bu barlı bağ Vətəndir.

    Bu gördüyün çöl-çəmən,
    Sarı zəmi, bollu dən,
    Zirvəsi bulud əmən,
    Vüqarlı dağ Vətəndur.

    Gözəl göllər, guşələr,
    Şəlalələr, köşələr,
    Gur çaylar, sıx meşələr,
    Qaynar bulaq Vətəndir.

    Ayla, ulduzla qalxan,
    Üç məğrur rəngələ baxan,
    Uğrunda qanlar axan,
    Uca bayraq Vətəndir.

    Himni könül dindirən,
    Coşduran, sevindirən,
    Qəlbini isindirən,
    Bu gur ocaq Vətəndir.

  • Esmira RƏHİMLİ.”Bayatılar”

    er

    Əzizinəm, yaxşı gül,
    Yaxşı danış, yaxşı gül.
    Biçərsən, qanqal ölməz,
    Amma solar yaxşı gül.

    Əzizinəm, gül olmaz,
    Arpadan sümbül olmaz.
    Yüz il eşşək qanqalı
    Çiçək aça, gül olmaz!

    Divanədə tac olmaz,
    Od yanmasa sac olmaz.
    Ağıllı baş can saxlar,
    Qanadlı quş ac olmaz.

    Quş vurular gözündən,
    İnciməyin sözümdən.
    Bəni adəm görmüşəm
    İlan baxar gözündən.

    Gördüm, görməmiş olum,
    Bildim, bilməmimiş olum!
    Qələt etdim, üzünə
    Güldüm, gülməmiş olum.

    Belə, yalandı dünya,
    Dərdə salandı dünya.
    Bir üzü doğru olsa,
    Biri yalandı dünya.

    Dağ vardı dağlar üstə,
    Qönçə budağlar üstə.
    İndi bayquş oxuyur
    Büllbüllü bağlar üstə.

    2009

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ŞEİR YARANIR

    “Mənim dünyam” – silsiləsindən

    Önümdə bəm- bəyaz,
    təzə gəlinlik kimi,
    yazılmamış ağ vərəq.
    Yazacağım şeir üçün toplayıram
    fikrimi,…
    Əlimdə- kamana qoyulub gərilmiş,
    atışa hazır oxa bənzər,
    tək olan qara gözünü hədəfinə,
    məsum ağ kağıza tuşlamış qələm.
    Həyəcanla gözləyir ki,
    təbimlə razılaşam,
    ilk misralarımı yazmaq üçün,
    qərara gələm.
    Qulağımda- beynimi döyəcləyən,
    məni uyumamağa səsləyən,
    divar saatının susmayan ritmi –
    tıq, tıq, tıq…
    Aydındır. Yenə yoxdur mənə,
    nə dinclik, nə də ki,
    rahatlıq…
    Əlacım hər şeydən üzülür.
    Sevgili qələmimdən,
    sevdiyim ağ vərəqə,-
    ürəyimdə, əqlimdə bəslədiyim,
    nə varsa süzülür…

    MƏN OLDUM

    “Könül dəftərim” – silsiləsindən

    Qəlbində qurdum pusu,
    Oldum könül ovçusu.
    Sevdiyimin yox suçu,
    Aşiq olan, mən oldum.

    Sevdanı asan sandım,
    Alışdım, alovlandım.
    Ov edərkən, ovlandım,
    Qəlbi talan, mən oldum.

    Eşqdə olmaz qadağa,
    Canım yara sadağa.
    Mən qul oldum,o ağa,
    Ağlar, nalan, mən oldum.

    Yazan yazdı yazını,
    Sevdim xoş avazını,
    Çəkdim cəfa, nazını.
    Gültək solan, mən oldum.

    Dövrandır Haqq qisməti,
    Hörmət, iffət, isməti.
    Eşqindən dönməz qəti,
    Ona qalan, mən oldum…

  • Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib

    Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə AYB üzvü, Qarabağ müharibəsi əlili, şair Ədalət Nicatın 50 illik yubileyi və yeni nəşr olunmuş “Sözüm üşüyür” adlı şeirlər kitabının imza günü münasibətilə tədbir keçirilib.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki,
    gecəni giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Ədalət Nicatın ömür və yaradıcılıq yolundan söz açıb, yubilyarı təbrik edib.
    Daha sonra yazıçı-dramaturq Əyyub Qiyas, professor Vaqif Yusifli, filologiya elmləri doktoru, BSU-nun professoru Rüstəm Kamal, XAQANİ Poeziya Evinin direktoru, şairə Aybəniz Əliyar, şair-publisist Sevinc Məmmədova çıxış edərək Ədalət Nicatın yaradıcılığı haqqında fikirlərini bildirib, şairi təbrik edərək xoş arzularını çatdırıblar.
    Şairin dostları Ayaz Arabaçı, Həmid Ormanlı, Zirəddin Qafarlı, Nadir Azayoğlu, Əli Nəcəfxanlı, Xan Rəsuloğlu, Süleyman Sərraf, Elvin Əlizadə, Şəfaqət Ağayeva çıxış edərək qələm dostlarına yubileyi münasibətilə ürək sözlərini çatdırıblar.
    Gənc aşıqlardan Anar və Seymur Laçınlı yubilyarı saz havaları ilə təbrik edib.

  • Təvəkkül GORUSLU.”İtmə”

    tm

    Qəlbinin, könlünün qapısı bağlı,
    Ona bir nəfəslik qoyaydın , barı!
    Günlər ötüşdükcə qaralı, ağlı,
    Həsrətdən, hicrandan doyaydın, barı!

    Könlümdən, gözümdən uzaqda durub,
    İztirab odunda alışıb yanma!
    Kədərdən, qəhərdən bir xeymə qurub,
    İçində gizlənib, sevgini danma!

    Qəlbinin qapısın açıb önümə,
    Bu eşqli könlümə bir künc verəydin!
    Ya da ki , yas tutub qara günümə,
    Məzarım üstünə çiçək sərəydin!

    Könlündə söndürüb sevda işığın,
    Qəlbini zülmətə gəl oda etmə!
    Gəlib də vüsala yetir aşiqin,
    Qəhərdə ərimə, həsrətdə itmə!

    13. 10. 2016.

  • Müzəffər MƏZAHİM.”Layiq olsam”

    mm

    Ana yurdum,-taleyimin, baxtımın,
    Ana dilim,- varlığımın aynası.
    Səndən ayrı qəlbim bir an toxtamır,
    Sən anamın şirin-şəkər laylası.

    Od ürəkli oğulları görənlər,
    Odlar yurdu söylədilər adına.
    Şöhrətinə uzananda yad əllər,
    Kür biləkli Babək çatdı dadına.

    Şah Xətai qələmiylə dilini,
    Qılıncıyla torpağını qorudu.
    Yad sözlərin sovurduqca külünü,
    Düşmənlərin dili, qəddi qurudu.

    Düşündükcə taleyini bu gün mən,
    Nə Arazda günah gördüm, nə səndə.
    Baş açmadıq bu qarışıq düyündən,
    Gec ayıldıq,- yolumuzu kəsəndə.

    Ürəyinə od götürüb odundan,
    İgidlərin qanda qeyrət bəsləyir.
    Yüz illərdir ad saxlayıb yadında,
    Dədəm Qorqud sahibini gözləyir.

    Layiq olsam o inama, o ada,
    Halal etsən çörəyini, bəsimdir.
    Sərhədlərə sığışmayan inadam,
    Şimşəklərim harayımdır, səsimdir.

    Babalardan əmanətim, mirasım,
    Sevincinlə, kədərimlə mənimsən.
    Gələcəyə qanadlanan murazım,
    Əsrlərdən keçib gələn ünümsən.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    V Ə T Ə N İ M
    /Qəzəllərim – silsiləsindən/

    Sevin, gül, fəxr et könül, vardır şöhrət, şanım mənim,
    Var Odlar Yurdu kimi, dövrü-qədim bir Vətənim.

    Dostuna-dost olubdur, düşmənini edib zəlil,
    Həm daşı, həm torpağı xainlərə olub qənim.

    Ərləri, ərənləri at belində, əldə qılınc,
    Tarixi hünər dolu, həm bu günüm, həm dünənim.

    Ucaldıb bayrağını beş qitənin üstə bu gün,
    Xalqları, ölkələri valeh edir şux gülşənim.

    Dillərdə dastan olub ehtişamı, əzəməti,
    Qurbanam qeyrətinə, qeyri hara mən güvənim?…

    Dövrana fəxarətdir olmaq ona “vətən daşı”,
    Haqqımdır cənnətməkan, vətənimlə qürrələnim.

    05.11.2015.

    DUZ DAĞI
    /”Vətənimdir ” – silsiləsindən/

    Ay elimin sevinci,
    Naxçıvanın duz dağı.
    İlahidən dürr-inci,
    Naxçıvanın duz dağı.

    Saf, ağ duzu təzə-tər,
    Yer altında qızıl, zər.
    Hər qayası şah əsər,
    Naxçıvanın duz dağı.

    Bir varsan ki, tükənməz,
    Düşmənlərin çəkənməz.
    Sənə eşqim heç sönməz,
    Naxçıvanın duz dağı.

    Ləçəyisən gülümün,
    Sərvətisən elimin.
    Ləzzətisən dilimin,
    Naxçıvanın duz dağı.

    Qayaların şir, aslan,
    Baxışından qorxarsan.
    Ay Nun eli Nuh çıxan,
    Naxçıvanın duz dağı.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    ATAMIN ƏLİNƏ BAXIRAM,GÜLÜM!
    (“Tələbəlik illəri” silsiləsindən)

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    İyirmi yaşımı haqlasam belə,
    Əl tuta bilmirəm ata-anama.
    Bacara bilmirım ürəyim ilə,
    Hələ tələbəyəm məni qınama.

    Mən ki bir ocağı qoyub gəlmişəm,
    Orda məndən həsrət gizləyənlər var.
    Demirəm-obamdan doyub gəlmişəm,
    Yolumu ümidlə gözləyənlər var.

    Hələ ki sevinci qüssə dalayır,
    Hələ ki arzular çeşmə-çeşmədir.
    Arzuya yön olan yollar dolayı,
    Ümidlə yaşanan ömrüm çeşmədir.

    Hələ bu cahandan tələblərim çox-
    Hələ ev tikməli,ad almalıyam.
    Səndəsə gözləmək hövsələsi yox…
    Görünür mən sənə yad olmalıyam.

    Çəkmə imtahana baxışla məni,
    Qınama ürəkdən gələn sözümü.
    Bağışla gözəlim,bağışla məni,
    Hələ ki,gəzirəm özüm-özümü.

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    Azərbaycan.Bakı.1984

    ÜZÜNÜN SUYUNDAN GÖZÜM SU İÇMİR

    Üzünü ağ etmir üzgörənliyin,
    Üzünün suyunu töküb gedirsən.
    İçindən bulanıb üzünün suyu,
    Suyunda lillənib çıxıb gedirsən.

    O qədər üz görüb üzün dünyada,
    Üzünün ağlığı üzdə qalmayıb.
    Üzünü çevirib üzlər üzündən,
    Üzünə üz tutan üz də qalmayıb.

    Üzünün suyundan gözüm su içmir,
    Üzündə bozarır saxta qürurun.
    Səndə bu üz ki var,çətin durula
    Üzündə,gözündə Məhəmməd(s.) nuru.

    Üzünə tutmağa ələk gəzirsən,
    Üzündə üz varmı ələk tutası?
    Hələ söz deməyə bir üzün də var-
    Üzünə çökdükcə içinin pası?!

    Çevirib astarın üzünə üzün,
    Üz varmı bir daha üzə çıxasan?
    Çətin ki qədərin bataqlığından,
    Nəfsinin üzündən üzə çıxasan.

    Azərbaycan.Quba.
    30.05.2000.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    GƏLDİM

    Nə vaxtdı mən sənə gələ bilmirdim,
    Sevdanı səninlə bölə bilmirdim,
    Danışa bilmirdim, gülə bilmirdim,
    Yolları yollara calayıb gəldim.

    Yar oldum mehrabdan enən sevginə,
    Yel oldum külünə dönən sevginə,
    Eşqimi qor etdim, sönən sevgnə,
    Sevgi tonqalını qalayıb, gəldim.

    Könlüm ki, Könlünə olubdu həmdəm,
    Daha olmayacaq nə kədər, nə qəm,
    İnan, getməyəcəm, yenidən gələm,
    Həsrəti, hicranı talayıb, gəldim.

    17. 10. 2016

    GÜNAHA BATIR

    Bulud tutub göz – qaşını,
    Payız tökür göz yaşını,
    Yerə sərib üst – başını,
    Ağaclar günaha batır!

    Yuvasının yox tavanı,
    Atıb, tərk edib yuvanı,
    Gözə alıb ab – havanı,
    Quşlar kol, ağacda yatır.

    Geyib qara çuxasını,
    Səma açıb yaxasını,
    Alıb şimşək toxasını,
    Dağı çapır, düzü çapır.

    16. 10. 2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GÖYLƏRİN EŞQİNƏ

    İtirsək borcu, hesabı,
    Ruh çəkəcək bu əzabı.
    Göylərdən gələn kitabı,
    Oxu, göylərin eşqinə.

    Nurlandıraq qəlbimizi,
    Qoy tox olsun qəlbin gözü,
    Yaradıbdır Tanrı bizi,
    Axı, göylərin eşqinə.

    Mənəviyyat bilsək nədir,
    Rahat olar qəlb məbədi,–
    Tutanda bizi əbədi
    Yuxu, göylərin eşqinə.

    Yaxşılıq et savab qazan,
    Allaha yaxın olasan,
    Bu ömrü sanır imtahan,
    Çoxu göylərin eşqinə.

    TORPAQLARIMIZ

    Fərəhim, iftixarım, ey qarı torpaqlarımız,
    Ən qədim tariximin memarı torpaqlarımız.

    Keçdi düşmən əlinə fitnə-fəsad, hiylə ilə.
    İndi yoxdur əlimizdə yarı torpaqlarımız.

    Hərə bir tarix icad eyləyərək işğal edib,
    Amma hifz etmədədir aşkarı torpaqlarımız.

    Başqasından kömək ummaqla qorunmaz ki, Vətən.
    Qayıda öz gücümüzlə barı torpaqlarımız.

    Gücümüz, qeyrətimiz bəs eləyər, tarixə bax,
    Yetirib gör nə qədər sərdarı torpaqlarımız.

    Yurdumun tarixini təhrif edənlər bilsin,
    Əsla qəbul eləməz murdarı torpaqlarımız.

    Bir çiçəkdir bu Vətən, bəslə, Müzəffər, gec-tez,
    Göməcək üstünə qonmuş xarı torpaqlarımız.

  • Rahilə DÖVRAN.”Üçrəngli, al bayrağım!”

    azerbaycanbayragi

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Dövlət bayrağı gününüz mübarək!

    Pak duyğudur, dum- duru,
    Könüllərin qüruru.
    Ay- Ulduzu göz nuru,
    Qayə, amal bayrağım!

    Yüksəlibdir Ayacan,
    Ülvi hisslər, həyəcan.
    Simvolu,- Azərbaycan,
    Hürr, istiqlal bayrağım!

    Türk oğlunun şöhrəti,
    Azad, güclü dövləti.
    Köks qabardır qüdrəti,
    Ulduz, Hilal bayrağım!

    Dövranın iftixarı,
    Əzəməti, vüqarı.
    Milli sərvəti, varı,
    Üçrəngli, al bayrağım!

  • Abdulla MƏMMƏD.”Dərd göyərir asıldığım sözümdən!”

    abdullamuellim

    Niyə məni tək yaratdın,Allahım,
    Necə dözüm bu ağrıya,acıya?
    Görən nədir bu dünyada,günahım?
    Anam da yox bu halıma acıya.

    Nə bacım var,nə qızım var dünyada,
    Varaq üstə hönkürürəm sözbəsöz.
    Gözdən düşən,dərdimə yar dünyada
    Söz atanın neştərinə dözhadöz.

    Çiçəklənən sevdamı yel vurandan,
    Çiçək-çiçək çiçəklənən kədərəm.
    Qədərimlə misra-misra dərd udan,
    Bu dünyanın boğazında qəhərəm.

    İndən belə çiçəkləməz gözümdə,
    Kipriyimdə muncuqlanan gümanım.
    Göz dağıymış yerə düşən sözüm də,
    Qəlb dağlayır məni məndən umanım.

    Hara getsəm üz döndərib özümdən,
    Qəlbə dinclik verən deyil yaddaşım.
    Gün görmədim bu dünyanın üzündən,
    Bəlkə sənlə sənsizliyə yadlaşım?!

    Sözüm yerə düşənəcən sən demə
    Kaş düşəydi inamsızlıq gözündən.
    Yazılana döz ürəyim,qəm yemə,
    Dərd göyərir asıldığım sözümdən!

    Azərbaycan.Quba.
    11.01.2016.