Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 301 - 360 of 6. 677 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

“Biri ikisində” – Banu Muherremin şeirləri

Post Views: 217 “Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Banu Muherremin şeirləri təqdim edilir. Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır. Xoş mütaliələr. BANU MUHERREM, MƏSƏLƏ 10-DA DEYİL Özümdən yıxılanda bircə  kömək olmur  heç, Bax necə də izinsiz ürəyimdən keçirsən!.. Səni yol-yol axtaran gözümdən də özün keç, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Bu yaşıl ağacın altı bizimdir”

Post Views: 221 Kök üstə budağı neçədir, bildim,Budaqda yarpağı neçədir, bildim,Salxımı,saçağı neçədir, bildim,Bu yaşıl ağacın altı bizimdir. Saçağı tərpənir tellərin kimi,Yarpağı oynaşır əllərin kimi,Düyməsi açılıb tüllərin kimi,Bu yaşıl ağacın altı bizimdir. Bu sevgi,bu layla,bu beşik bizim,Çəkər növbəmizi bu keşik bizim.Nəyimizə lazımdır ev-eşik bizim?Bu yaşıl ağacın altı bizimdir. Su içər sevginin kökü ömürdən,Sevgi əl üzməsin təki …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Od-alov rəssamı”

Post Views: 211 Görkəmli Xalq rəssamı Sakit Məmmədova Bu da belə ov oldu,tor tutdum – tilov oldu.Adı – Sakit olanınÖzü od-alov oldu. Yer çiçəkli, göy aydın,Yaz şehi gömgöy, aydın.Müşfiq rəssam gəzənə –Kaş, dünyada olaydın. Ay doğub-batan oldu,Oyanıb-yatan oldu.Cəhrəmdə ip əyirdim –Ölümsüz kətan oldu. Kətana boya çəkdi,Qalmadı saya – çəkdi.Mübarək fırçasıylaSakit bir dünya çəkdi… 16.04.2026 Mənbə: https://edebiyyatqazeti.az/

Azərbaycan ədəbiyyatı

Şeir saatı – Nərmin Hüseynin şeirləri ilə

Post Views: 210 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə yeni imza tanıtdıracaöıq: Nərmin Hüseyn. Səninlə şərabın başqadır dadı… Masada təkliyin rəsmini cızdım,Sən gələn yollara adını yazdım. Qədəhi doldurub, sükutu pozdumSəninlə şərabın başqadır dadı… Gələrsən deyərək, şamları yaxdım.Alovun rəqsində kölgəni tapdım,Ruhumu ən qəmli nəğməyə satdımSəninlə şərabın başqadır dadı… Sükut boy veribdir boş otağımda,Yenə xatirələr …

Azərbaycan ədəbiyyatı

Nurcan Sandal – Uzaqların səsi

Post Views: 236 Şəhərlər dəyişirdi, amma bəzi insanlar insanın içində olduğu yerdə qalırdı. Qatar vağzallarında, yad dillərin içində, siqaret tüstüsünə qarışmış gecələrdə, hostel pəncərələrindən görünən boz küçələrdə…  Hər yerdə bir az onu axtarırdı. Bir dəfə dəniz qırağında oturmuşdu. Soyuq idi. Dalğalar sahilə vurduqca elə bil zaman geri çəkilirdi. Çantasından köhnə şəkli çıxardı. Şəkildə ikisi də …

Azərbaycan ədəbiyyatı

Şeirlər – İntiqam YAŞAR

Post Views: 164 *** Yenə yağış yağır bu boş şəhərə,Yenə ağacların duası çindir.Adamsız şəhərdə bir ağac olmaqSusuz səhralardan daha çətindir. Meyvəsi kölgədir, kölgəsi meyvə,Uduzur ömrünü gündə bir yoxa.Bu ağac bəxtindən haçan yarıya,Öyrənib, ümidi hey boşa çıxa. Göylər… ümid yeri… son güman yeri,Göylər əl uzadar yerdəkilərə…Yarıyolda qalmaz göydən gələnlər,Gec də olsa çatar yerdəkilərə. *** Hər gedən …

Azərbaycan ədəbiyyatı

Mənsur şeirlər… – Yeqzar CƏFƏRLİ

Post Views: 168 Məlikməmmədin ölümü Məlikməmmədi hamı sevər… Axı o güclüdür, hamıdan, hamıdan güclüdür… Məlikməmmədin ətini duz yandırar – dinməz, qəlbini söz yandırar – dinməz… Divin əsir etdiyi qız qorxusundan səsini çıxarmaz. Hər dediyini edər… Məlikməmməd qurtarar onu əzabdan. Bir qəhrəman kimi sevər Məlikməmməd. Amma bircə an belə sevməkdən yorulsa, üzərinə hücum çəkər ordular… Hamı, …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Firudin İbrahimi”

Post Views: 211 “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və “Kommunist” qəzetində dərc olunmuş məqaləsi (İxtisarla) Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: “Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?”. O: – Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.Şeirlər 

Post Views: 320 Yaxşılıq Bir Allah var, yaxşılıqdır gözümdə,O var olub hər bir kəsin özündə,Gəz Allahı sən yaxşılıq sözündə,Kasıbların pənahıdır yaxşılıq,Allahların Allahıdır yaxşılıq. Yaxşı olma yaxşılıqdan ötəri,Yaxşılıq et, qoy olmasın xəbəri,Ək, dünyada birə yüzdür səməri,Qızıl taxıl dənəsidir yaxşılıq,Kimə versən dönəsidir yaxşılıq. Ay acı dil, şirin söz qoy dilinə,Əl uzatdım, əlini ver əlimə,Sən də əl tut …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”DOSTUN OLMAQ ÜÇÜN GƏLDİM DÜNYAYA”

Post Views: 224 Ey Haqqın varlığı, mәni sәn qoru,Mәn sәni qәlbimtәk duyanlardanam.Sәsindәn güc alıb, sözündәn tәpәr,Sevgimi dünyaya yayanlardanam. Çiçәklәr açılar gün işığında,İmanlar paklaşar din işığında.Sәhәr aynasında, dan işığında,Sәni gözüm nuru sayanlardanam. Canımda, qanımda halaldan maya,Sinәm qәm çәpәri, köksüm sal qaya.Dostun olmaq üçün gәldim dünyaya,Allahın özünә әyanlardanam. Var olsun bu dünya, sabahı varsa,Yox olsun, sabahın tamahı …

Azərbaycan ədəbiyyatı

Milli Qəhrəman Vəzir Orucovun əziz xatirəsinə….

Qlobus

Post Views: 392 I Tərtərdən baxanda dəvə boynuna oxşayan bir yüksəklik vardı. Ağdərədən baxanda həmin yüksəklik ağzıüstə çevrilmiş yarımkürəyə bənzəyirdi. Ağdamdan baxanda isə heç nəyə oxşamırdı, adi yüksəklik idi, vəssalam. Bu yüksəklik üç rayonun sərhədində yerləşirdi. İllər öncə Bakıda məktəb oxuyub gələn ağdərəlilərdən biri Papravənd yolunun üstündəki bu yüksəkliyə baxıb-baxıb: “Bu ki qlobusdur”, – demişdi. …

Azərbaycan ədəbiyyatı

“Allaha əl açırdım dua üçün – növbəydi” – Həyat Şəminin yeni şeirləri

Post Views: 286 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri  Kulis.az Həyat Şəminin yeni şeirlərini təqdim edir. SULU-SULU PIÇILTILAR Ələnib bitmiş çiskini əmir torpaq,susadım…Ağaca sırğa olan damcılar,zamanın donmuş anıdı.Öpür havanı tumurcuqlar,hava yüksəlir ağır-ağır,darıxmaqdı bunun adı,anladım. Doğulmaq istəyən günəş yox,Tərk və dərk olunan həqiqətdir.Bitmiş bir …

Azərbaycan ədəbiyyatı

Könül NURİYEVA.”İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinlə”

Post Views: 216 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinləayağına məktub bağlanan Şərq göyərçini kimiyikyorulmuşuq ikimiz dəgöydə daha qoya bilmirik iz dəyerə qayıda bilmərikqəbul etməz bizi dəniz də…!Kimə deyə bilərik?-məni əzizləbəlkə birlikdə olsaydıq, ruhumuzu əcələ verə bilərikbir-birimizin olmadan görəsən, ölərdik hansı diz də?!Daha axtarmırıq bir-birimizi,uça bilmir səbrimiz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin “Krımın səsi” qəzetində işıq üzü görən şeirləri

Post Views: 176 Nazım Ahmetli Kırımınsesi Gazetesi Azerbaycan Temsilcisi Nəcibə İlkin Şeirlər Azərbaycan əsgəri Hər adın bir tarixdi, boy atdım qüdrətinlə, Yaşadıq zaman-zaman, sənin rəşadətinlə, Sarsılmaz hünərinlə, sönməz dəyanətinlə, Lərzəyə sal dünyanı,  titrət  sən göyü, yeri Azərbaycan əsgəri!                     * Dağsan, əzəmətin var, çinarsan, mən kölgənəm, Mərmi-mərmi boy atan arzularında dinəm, Ayağın dəyən yerə vətən deyib sürünəm, Öləm …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Ömürlük məhəbbət olmur, əzizim!”

Post Views: 235 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ömürlük məhəbbət olmur, əzizim,Hər yazın qış payı, payız payı var.Mürgülü dənizin, susqun dənizinKüləklər yuxusun oğurlayırlar. Bir də görürsən ki, boşalıb için, –Əlindən salmısan, düşüb dağılıb.Daha heç kim deyil o kəs səninçün,Baxırsan, yerində sınıqlar qalıb. Toxunsan, əlini yaralar o qəm,Qınayıb …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”MƏKTUB”

Post Views: 315 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. “Ölmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”ÇOX ŞÜKÜR”

Post Views: 240 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bu qədər ölü içindəDiri qaldıqsa – çox şükür.Beş-üç haqq deyən kişidənBiri qaldıqsa – çox şükür. Bitib taqəti dizlərin,İtib gülüşü üzlərin,Haqqa xor baxan gözlərinTiri qaldıqsa – çox şükür. Dəni sovruldu xırmanın,İstər lap göyə dırmanın.Çaqqalla dolu ormanınŞiri qaldıqsa – çox şükür.

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”KİMLƏR DƏYİŞMƏDİ, YAVRUM”

Post Views: 225 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Toplananlar dəyişsə də,Cəmlər dəyişmədi, yavrum.Sevinc də təzə don geydi,Qəmlər dəyişmədi, yavrum. Azıb ömrün qırışında,Qaraldı o sarışın da.“Giriş-çıxış yarışı”ndaÇəmlər dəyişmədi, yavrum. Ömürdə beş fəslim oldu,Qorqud soyum, əslim oldu.Qopuz saza təslim oldu,Simlər dəyişmədi, yavrum. Bax, dediyin “həmin key”ik,Həmin yerik, həmin göyük.Şükr et ki, biz həminkiyik,Kimlər dəyişmədi, …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Kimsə dərk eləməz içimdəkini”

Post Views: 184 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Kimsə dərk eləməz içimdəkini,Qapalı qutuyam, qaranlıq quyu.Mən sülhə dəyişdim içimdə kini,Zamanla duruldu bulanıq suyum. Zamanla kiridi fırtınalarım,Sussdum səhra kimi, sussdum çöl kimi.Kiçildim, bir üzü torpağa sarı,Uzandım göylərə sarı-əl kimi. Duayam, mən daha qarğış deyiləm,Yox, yağış deyiləm, yağış deyiləm…

Azərbaycan ədəbiyyatı

Aysel XANLARQIZI.Yeni şeirlər(2026)

Post Views: 254 Yenə köhnə qayıq, yenə tənha mən,Fırtına həsrətə avar çəkirəm… Köhnə xatirələr açır yelkəni,Bulud yaddaşımda göylər tərpənir. Yoxluğun dünyamda qasırğa, tufan,Nuhun gəmisiylə savaşda zaman. Sahildə dayanan balıqqulağı,Yenə döyəcləyir qumun ayağın… Tanrının əlində Musa əsasıSuda tükənməkdə balıq nəfəsim… Sahildə boğulur gözyaşım hədər,Tutub saçlarımı atıram lövbər. Yenə köhnə qayıq, yenə tənha mən,Asıb dor ağacın sahillərimdən …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Göy üzündə, yer üzündə”

Post Views: 197 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Göy üzündə, yer üzündəGecəsində, gündüzündə..Hər yeni gün aydınlıqdır.Sənin olmaq əminlikdir,-amanlıqdır.Sənə uzaq, səndən uzaqSənsizliklər bizə tuzaq..Ümidlər də bulanıqdır.Sənsiz olmaq sonsuzluqdur,-qaranlıqdır.Fırtınada ,qar -ayazdaDərinliyəm dayazlarda..Dəli külək qərarsızdır.Həsrət,hicran nə arsızdır..-amansızdır.Gül də açsa, quş da uçsaBir ahıma dağlar uçsa,Mən sağ çıxsam-imkansızdır.Deməzlərmi: – “bu qansızdır?..”-imansızdır?Sənsiz …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 182 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Nəyim varıydı ki, guya?!Gecəm vardı, yuxum yoxdu.Mənim səni unutmağaSehirli çubuğum yoxdu. Ürəyimdə nələr çəkdimÜrəyimdən atmaq üçün.Ayrılıq münbit torpaqmışHəsrəti çoxaltmaq üçün. Ərimişəm, sel olmuşam-Gözlərində dağ qalmışam…Mən sənsiz ölə bilərdim,Şükür, yenə sağ …

Azərbaycan ədəbiyyatı

Fərqanə Səfərlinin şeirləri

Post Views: 225 GƏLİRƏM Yerin pis əməlindənÜşüyürəm, İlahi –Göydə bir ocaq qala,Qızınmağa gəlirəm. Çiynimdəki hörüklərMələklərə yol açıb –Dəftərimi bilməkçünArınmağa gəlirəm. Qaranlıq peşimandı,Qardaş bilib işığı –Kəfənin iç üzünəSarınmağa gəlirəm. Biz uçmaq vərdişiniDoğuluşdan itirdik –Bir kəpənək belindəBarınmağa gəlirəm. GÜNƏŞDƏN YUXARI Yoxdur buğdanın qanadı;Yük olmadan qarışqayaUçsun sünbüldən yuxarı,Bitsin torpaqdan aşağı. Sən də bir gün külək olsan,Yağışın yolunu kəssən,İslatdığı …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEVGİ BURULĞANI”

Post Views: 214 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Həsrət alovunda şam tək əridim,Ürəyim bələndi çənə, əzizim.Sözün işığında bəxtəvər idim,Onu da çox gördün mənə, əzizim. Eşqin öləziyən bir xırda közdü,Ayrılıq yelləri əsir deyəsən.Təkcə umacağım bir quru sözdü,Onu da sən məndən əsirgəyirsən… Deyirsən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.“Müəllimim”

Post Views: 244 O elə şəfqətli, elə gözəldi,Yox idi gözümdə heç bərabəri.O, bir arzu idi, xoş bir əməldi,Yaşayır könlümdə illərdən bəri… Necə məlahətli, qəşəngdi səsiAxan saf suların təranəsitək;Necə də istiydi doğma nəfəsi,Necə də böyükdü köksündə ürək! Qarlı qış axşamı soyuq küləklərKörpə ürəklərə gətirəndə qəm,Onun bir sözüylə açar çiçəklər,Nura qərq olardı elə bil aləm! Min nəğmə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.””YADA SAL MƏNİ”

Post Views: 214 Aşıq Şəmşir, Dəlidağdan keçəndə,Kəklikli dağlardan xəbər al məni.Ceyran bulağından qızlar içəndə,Saz tutub, söz qoşub yada sal, məni. Hay vurub, qıy vurub, səs sal dağlara,Gözəllər oylağı göy yaylaqlara.Mənim bu dərdimi de oylaqlara –Sinəmdən oxladı bir maral məni. O ceyran baxışlı baxdı uzaqdan,Canımı odlara yaxdı nahaqdan.Yüz il də dolanıb keçsə o vaxtdan,Unutmaz aləmdə əhli-dil …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”SON PEŞMANLIQ…’

Post Views: 315 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Yolun kənarı ilə fikirli-fikirli gedən Bəxtiyar müəllim işıqfora çatanda nə düşündüsə, əlini cibinə atdı və telefonun evdə qaldığını görüb başını yelləyərək geri qayıtdı. Pilləkənlə yuxarı qalxarkən həyat yoldaşı Sənubərin telefonla yüksək səslə danışdığını eşitdi. – Niyə telefonla danışanda qışqıra-qışqıra danışırsan axı?.. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”KÖÇƏR BU DÜNYADAN HƏR KƏS BİR CÜRƏ”

Post Views: 231 Havalar isinir,dağların qarıqopur damla-damla, ya parça-parça,eyniylə bu cürdür ömrün qatarıgedir ləngər ilə, yaqaça-qaça. Hərdən bir cür olur səhərin nazı-üfüq ya boz olur, yada qırmızı,sakitcə ötüşür vaxt qapımızıbağlaya-bağlaya, yaaça-aça, Gözəldir yağmurlar həzin yağanda,by vaxtlar olasan çay qırağında,düşər budaqlar da Eşqlər bağındaya çarpaz dolaşıq, yahaça-haça, Dünya gerçəkdən də sirli pəncərə;kaş ki, tapılaydı hər dərdə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNİ BİR QIZ GÖZLƏYİR”

Post Views: 200 Bəstəkar Rüstəm Rüstəmzadə Mən görüşə gedirəm,Məni bir qız gözləyir.Gün əyilir, yel əsir,Yarpaq yarpağa dəyir.Məni bir qız gözləyir.Tələsirəm… bilmirəm,Heç niyə tələsirəm…O qızın gülüşünügörməyə tələsirəm…Çənəsindən, üzündənöpməyə tələsirəm.Dəyişmərəm mən onudünyada heç bir qıza.Gözü moruğa bənzər,ətri təzə yarpıza.Elə ki, axşam olur,yarpaq yarpağa dəyir;bir bağçada hər axşamo qız məni gözləyir.Mən görüşə gedirəm;Balam məni gözləyir,Qızım məni gözləyir.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”NƏ OLAR?”

Post Views: 208 Nə olar gül özünə məni əgər yar eləsə,gənc ikən- qocalmadan ömrü bəxtiyar eləsə,ya duyub sevdiyimi, qəlbinin hökmüylə edib,yada ki, heyran olubqeyri-ixtiyar eləsə? Nə olar gözlərini- gözlərimə zilləyəyərək,dərdimi ya bilərək, yada bunu bilməyərək,bircə an rəhm eləyib göylər üzündən enərəkdərdimnən öldüyünü yer üzünə car eləsə? Nə olar çəxri-fələk dönsə yönü mən tərəfə,yönəlsə illərimi taleim …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”HAQQINI YEDİK”

Post Views: 306 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Öndə keçilməz dağ durub,Qara bildiyin ağ durub.Yağışa tərif yağdırıb,Buludun haqqını yedik. İslanmışı tinə çəkib,Çox qurunu günə çəkib,Bağıranı önə çəkib,Sükutun haqqını yedik. Bu alaçıq, bu da dəyə,(Dizdən sapan buda dəyər.)“Sonda ölür” deyə-deyəUmudun haqqını yedik. Hər günümüz şaxsey, vaxsey,Bax, acı eyləyir tox seyr.Ulu Tanrım, bizdən çox …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Meydan oxuyub şəst ilə dünyayə pir olmuş”

Post Views: 328 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Meydan oxuyub şəst ilə dünyayə pir olmuş,Dözdü ürəyim bir belə qovğayə pir olmuş. Qoşma başını Məcnuni-divanəyə əsla,Düşmə boşuna bir belə xülyayə, pir olmuş. Çatmaz dadına sərvəti sevda bazarında,Eşqin özüdür aşiqə sərmayə, pir olmuş. Mövla sevənin qorxusu olmaz dərisindən,Dikdim gözümü usluca sərpayə, pir olmuş. Dünya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”İlahi! Xırdalama, həmişə böyüt bizi!”

Post Views: 191 Bir-iki kəlmə dua, beş-altı kələmə arzu,Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi.Sənə üz çevirən gün üzümüzə nur çilə,Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə,Qızını doğma bacı, oğlunu qardaş elə.İnsanlığı unutsaq, bağrımızı daş elə,Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mən öz dastanımı yazıb gəlmişəm”

Post Views: 265 Ey qərib məmləkət, ey qürbət diyar,Demə, yollarımı azıb gəlmişəm.Alnıma nə yazıb, Allahım bilir,Mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım ordadı,Mən burda xəstəyəm, sağım ordadı.Qayalı, bulaqlı dağım ordadı,Damlayam, qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni,Ağlada-ağlada güldürmə məni.Sən Allah, qürbətdə öldürmə məni,Vətəndə qəbrimi qazıb gəlmişəm.

Azərbaycan ədəbiyyatı

Qulu ZƏRDABİ.”Qədrini”

Post Views: 200 Hər zər atan usta olmaz,Zərgər bilər, zər qədrini.Karvan gedər yol, yorulmaz,Sarvan bilər nər qədrini. Aşığın söz, saz ətri var.Gözəllərin naz ətri var.Hər çiçəyin yaz ətri var,Bilirsənsə dər qədrini Min illərdi zaman mənəm.Köhnə kəşkül şaman mənəm.Çəkilən ah aman mənəm.Billəm dərdü, sər qədrini Yolçu yolda daş ağardarÇün çıxanda,qaş ağardarGözləməkdən baş ağardarKim bilirsə ər qədrini.

Azərbaycan ədəbiyyatı

Qulu ZƏRDABİ.”Yaşamaq olmur”

Post Views: 284 Sənin baxışların yadbaxışıdı.Biraz ötəridi, yaz yağışıdı.Buda bir taledi bir naxış idiDaha ürəyində yaşamaq olmur. Qış olub ruhumu üşüdür hərdənYaş olub qəlbimə süzülür bəzənÇox vaxt boğuluram mən bu qəhərdənSənin ürəyində yaşamaq olmur. Köçəri quş kimi uçub gedəcəmGözündən yaş kimi düşüb gedəcəmBaşqa bir ürəyə köçüb gedəcəmSənin ürəyində yaşamaq olmur. Mənə çox uzaqsan, heç çatmır …

Azərbaycan ədəbiyyatı

Qulu ZƏRDABİ.”Ağlayan gərək”

Post Views: 239 Bir ağız bayatı, bir ağız sözlə,Özüm öz günümə ağlıyam gərək.Bir cüt həsrət çəkən yaşarmış gözlə,Özüm öz günümə ağlıyam gərək. Həsrətin ağırdı, yaşamaq olmur,Bu yükü , bu dərdi, daşımaq olmur,Sənsiz deyib gülüb danışmaq olmurÖzüm öz günümə ağlıyam gərək. Mənə təsəllidir xatirələrinYanımda hər zaman görünür yerinVaxt tapıb əlindən qəmin kədərinÖzüm öz günümə ağlıyam gərək. …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim!”

Post Views: 217 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bahar nəfəsli sinən güllələrə tuş gəldi,Ağu dedi bülbülün, qaranquşun nəğməsi.Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,Daraldı hər bir yerdə təbiətin nəfəsi.Şəhid ayım, aprelim! Qönçə-qönçə gül açan güllərin …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”2 aprel gününə”

Post Views: 204 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru 2 aprel gününə,Göy də matəm saxlıyır.Dünəndən dolub gözü,İçin-için ağlıyır….. Ağla millətim, ağla,Yurdun qana boyanlb.Amma bir az sevin ki,Qeyrətimiz oyanıb. Sən də qarşıla Vətən,Yenə şəhidin gəlir.Xidmətin …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”SƏNİ İLK GÖRDÜYÜM YER”

Post Views: 224 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Səni ilk gördüyüm bir Yer vardı,Öz oxu ətrafında fırlanan,Yaydan çıxan oxunuİndi ürəyimdə gəzdirirəm. Səni ilk gördüyüm bir yer vardı,İşığı işıq deyildi ki, nur idi,İndi o nuru balıq gözlərimdəgecə-gündüz üzdürürəm. Səni ilk gördüyüm bir səs vardı –heç kimdə tapammıram…O səsin gözündən keçiribqulaqlarıma sırğa …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”QUM SAATI”

Post Views: 250 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Daşın da canı var, qumun da dişi,Gəmirir ömrümü bu qum saatı.Əqrəbə dönürdü boğazdan keçib,Fikir tunelində uddum saatı. Nə daşlar oynadı,  nə qum töküldü,Sevgiylə hörülən divar kimiydim.Sən məni göylərə qaldıracaqdın,Əsirdim üstündə, hava kimiydim. Gün gəldi, divara qondu ürəyin,Ritmini könlümdə hiss eləyirdim.Sənin gəlişinə qurub …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Sonra necə oldusa.”

Post Views: 212 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Sonra necə oldusa..Dünən axşam qəribsədim bir qucaq.Bu şəhəri gizləməyə çalışdımgözlərimdə.Doluxsundu od-ocaq. Sonra necə oldusa,Çərşənbələr yekunlaşdı o gecə.Dedilər ki: “elimizdə bayramdı” .Telefonlar təbrikləşdi eləcə.Hər bəhəsə şahid olduq- seyrandı. Sonra necə oldusa,bağlı qapı arxasında böyüklər,bağlı qapı qarşısında kiçiklərgizləndilər,qapıları döydülər.Gözlədilər..Gözlədilər..Olmadı..Papaqları əllərində qayıtdılar-içiboş.Ürək …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Ara-sıra yadıma da düşürsən”

Post Views: 215 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Ara-sıra yadıma da düşürsən,Ara-sıra darıxıram da sənsiz.Əvvəliydi, yarısıydı, sonuydu,Harasından qayıtmışdıq yolu biz? Hər şey eyni- bilmədinsə, bilmə heç,Düzəldirəm dağıtdığın düzəni.Belə asan, belə sadə, belə tezNə bilmişdin, unudarammı səni? Ara-sıra gülürəm …

Azərbaycan ədəbiyyatı

Fərqanə SƏFƏRLİ.Yeni şeirlər

Post Views: 156 GÜNƏŞDƏN YUXARI Yoxdur buğdanın qanadı;Yük olmadan qarışqayaUçsun sünbüldən yuxarı,Bitsin torpaqdan aşağı.Sən də bir gün külək olsan,Yağışın yolunu kəssən,İslatdığı hər telininDilini, boyunu kəssən,Ağlar ürəkdən yuxarı,Susar daraqdan aşağı.Gözləginən yarasanıAlatoran düşən vaxtı.Gündüzləri haraylama,Gecələrə düşər baxtı.Qaçar gözündən yuxarı,Enməz qulaqdan aşağı.Yıxılmısan, əzilmisən,Qanamısan zaman-zaman.Dizlərinə vaxtın iziDüşüb qapaqdan yuxarı,Sızıb topuqdan aşağı.Adını da unutmusan,Gözünün rənginə kimi.Eşqin yaman çaşbaş qalıbSəni gözləyənə …

Azərbaycan ədəbiyyatı

ŞEİR SAATI- Fərqanə Səfərlinin şeirləri

Post Views: 189 “Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında sizlərə Fərqanə Səfərlinin şeirlərini təqdim edir. GƏLİRƏM Yerin pis əməlindənÜşüyürəm, İlahi –Göydə bir ocaq qala,Qızınmağa gəlirəm. Çiynimdəki hörüklərMələklərə yol açıb –Dəftərimi bilməkçünArınmağa gəlirəm. Qaranlıq peşimandı,Qardaş bilib işığı –Kəfənin iç üzünəSarınmağa gəlirəm. Biz uçmaq vərdişiniDoğuluşdan itirdik –Bir kəpənək belindəBarınmağa gəlirəm. YENƏ Yenə durna qatarı,Yenə sazaq bir …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Kəlbəcərim”

Post Views: 156 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Mark xatırladıqca mən də yada salıram… (Kəlbəcər alınandan sonra bir anlıq özümü orda hiss etdim) Qoynunda keçibdir uşaqlıq çağım,Necəsən a çiçək, gül Kəlbəcərim.Doyub həsrətindən cana …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Burax əllərimi….”

Post Views: 162 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Burax əllərimi, qoy çıxım gedim,Nəyinə lazımdır sənin bu sevgi.Həsrəti gözümə qoy sıxım, gedim,Olsun üryəyimə qənim, bu sevgi. Nə əlhəd daşıyam, nə ümid yeri,Yonulub, yoğrulan qəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BU EVDƏ İSİNMİR ÇOXDAN HAVALAR…”

Post Views: 240 Bir vaxtlar Məcnunla-Leyli kimiydi,Ər-Arvad oldular“Fərhadla- Şirin”,davavaşız-şavasız ötüşmür indigünləri bu, ömrü kəmşirinlərin, Sanki, kərəntilər daşa dirənir,öyüd-nəsihətlər düşür kəsərdən,“küçə uşaqları” söyüş öyrənirdünənki “divanə sevgililərdən!” Bu evdə isinmir çoxdan havalar,iki alovlu baş, buz kimi ürək,arada bölünməz iki körpə var-yazıqlar bunlardan nə götürəcək? Bəlkə məhəbbət də özü bir yalan,eşqi qayğılarmı dəyərdən salır?Bu evdə insanı göyə ucaldanindi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HAMIMIZ…”

Post Views: 209 Bilmək olmur-“Azıq, çoxuq?”,gəldi-gedərik hamımız,bir gün varıq, bir gün yoxuq-bax, bu qədərik hamımız! Vaxt ayırmış Dünya bizə,nur çiləmiş sevgimizə,söyərlərmi qəbrimizə,nə cür gedərik hamımız? Vücudların can- içində;həm dahidə, həm gicində,dönsək günahla köçənə-gözdən itərik hamımız, Ucalarda bəxtlər yazan,bəd olanlar pərgar pozan,əbədidir məkan, zaman,ötərilərik hamımız…

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Bahar gələ bu dağın da başına”

Post Views: 261 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Bahar gələ bu dağın da başına,Bir əsirlik qarı axa, sel ola.Ağacın da, budağın da başına,Yarpaq ola, çiçək ola, gül ola. Pəncərəmin palçığını, tozunu,Anam silə, mən qurudam, nə olar.Bir də baxam, dönülməyən səfərdən,Atam dönə, ev eşiyim şən ola. Bahar gələ …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Məsələ onda deyil.”

Post Views: 192 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Özümdən yıxılanda bircə kömək olmur heç.Bax , necə də, izinsiz ürəyimdən keçirsən…!Səni yol-yol axtaran gözümdən də özün keç.Məsələ onda deyil. Bir xəyal qurduğumda tökülür qırıqları.Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə;məni məğrur gəzdirir qəlbimin sınıqları.Məsələ o da deyil. Bəzən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Ayağım yerdən kəsilir”

Post Views: 201 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Ayağım yerdən kəsilir,Uçmağın dadın bilirem.Onu dayağım bilirəm,Onu qanadım bilirəm. Yaşadımmı bundan əvvəl?Həyat varmış sondan əvvəl.Kimiydim ki, ondan əvvəl?Mən indi qadın bilirəm. Bu nə təhər, bu necə sirr?Hayandan baxsan, bilinir.Yadım, yaddaşım …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı ANAR RZAYEV.”Ad günüm”

Post Views: 168 Bir vaxtlar doğmam idi ad günüm. İndi ögey olubdu yad günüm. Zaman qürbətinə düşməyəydim kaş, barı. Qəribistandan betərdir qəbiristan diyarı. Ancaq yuxudan gəlir İydənin yaz qoxusu. Solubdu, saralıbdı Yuxuların çoxusu. İlişməyən qarmaqtək, Qoparılmış yarpaqtək, İtirilmiş torpaqtək, Yada düşürlər bəzən Gəncliyin ümidləri. Keçmişin xoş günləri. Yada düşürlər nələr, Yandıran xatirələr. Uzaqlardan səslənir Həzin, …

Azərbaycan ədəbiyyatı

Çilənay Nur Faiqdən yeni şeirlər

Post Views: 160 Sınmış ürəklərin çilik şüşəsi Gedilən yollarda ayaqları dəlir.Həsrətin çəkirəm o insanın ki,Gedilə bilməyən yollardan gəlir. Durub kənardan da seyr etmək olmur,Qabağa getməyə hünərim yoxdur.Ümidi, arzunu nəyə bağlayım?Sabaha çıxacaq dünənim yoxdur. 21.08.2023 Getdiyin yollardan baxma geriyə,Baxsan da, qayıtmaq şansını itirdin.Sevgidən bir addım öndə gedəndən,Bütün şanslarını tamam itirdin. Seçdiyin həyatı get yaşa indi!Amma ki, …

Azərbaycan ədəbiyyatı

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şeirlər

Post Views: 237 Qadının özünə minnətdaram mən! “Mənim həyatımın nə mənası var,Sizin üzünüzdə gülüş olmasa”.Xalq şairi Nəriman Həsənzadə. İnsanın özündən xəbərsiz, inan,Narahat duyğular bu gün də yatmır.Duyub yaşadıqca ömrün gününü,Bəzən görürsən ki, nəyinsə çatmır. Sonradan keçdikcə ömürdən günlər,İlk görüş, ilk gülüş yadına düşür.Sən demə, bu ömrün ən çətin günü,Gəlib bu dünyada qadına düşür. Duyulsa, uzaqdan …