Post Views: 43 MƏN BİR DƏLİ RƏSSAMAM Oturub ömrün içində Çiçək şəkli çəkirəm. Yalan rəngləri götürüb, Gerçək şəkli çəkirəm. Çəkirəm ciyərlərimə Faniliyin ətrini. Məndən əziz tutan varmı, Bu faninin xətrini?! Kimsə bilməz nə çəkdirir, Mənə mən çəkdiklərim. Ölümlərə cücərirlər Olmağa əkdiklərim. Dəryalar mənə çəkilir, Tufanlar məndən qopur. Başıma odlar ələnir, Ruhuma sular hopur. Şəkillənir …