Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 108 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Nemət Tahir QARAXANLI.Hekayə

Post Views: 43 SEVGİ…NİFRƏT…XƏYANƏT…! Ərhun dərsdən gəldi.Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi.Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür …

Publisistika

Əlirza Həsrət: “Mən AYB-nin ögey və qərib balasıyam”

Post Views: 35 Son vaxtlar ədəbiyyatımızda bir canlanma müşahidə olunur. Baş verənlərə çaxnaşma, qaynama da demək olar. Təəssüf ki, bütün bunlar ədəbi müstəvidə yox, şəxsi münasibətlər çərçivəsində cərəyan edir. Bu hərəkətlilik Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı öncəsi bəlkə də təbii sayıla bilər. Özünü ədəbiyyat adamı sayan bir çoxları özünü bu hadisələrin mərkəzində görməyə can atır. …

Publisistika

Qubadlının işğalından 20 il ötür

Post Views: 73 Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur. APA-nın məlumatına görə, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub. İşğala qədər …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 30 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən YADIMA DÜŞÜBDÜ Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay yadıma düşübdü! Neçə vaxtdı bir dərd əyib qəddimi, Bölə bilmir köhnə …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 29 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən SORUŞ = Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh, sizin nə dərdiniz var e, bütün kommunal – işıq, qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi = Mənə dərdsiz deyən, ay zalım oğlu, …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 37 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən BATIRAM İÇİMİN HIÇQIRIĞINDA Yenə xəyallarla mən başıdaşlı, Qopub öz içimdən uzaqlaşmışam. Ürəyim ağrılı, gözlərim yaşlı, Gedib o yerlərlə qucaqlaşmışam! Gümanın itirmiş yalquzaq kimi, Düşüb dolaşıram viran yurdları. Gəzirəm yad kimi, bir uzaq kimi, Bir vaxt növrağımı quran yurdları! Gah “Qara qaya”da, gah “Ağ …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 33 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən SIZILDAŞIRMI Görən o yerlərdə yenə, ay Allah, Şimşəklər oynaşıb şaqqıldaşırmı?! Buludlar sıxanda kirpiklərini, Sellər dərələrdə aşıb-daşırmı?! Zümrüd bulaqların xoş nəğmələri, Yenə oxşayırmı gen dərələri?! Kükrəyən Bərgüşad, coşan Həkəri, Çırpılıb daşlara qıjıldaşırmı?! Şahinlər, şonqarlar ucalıqlarda, Durnalar, turaclar ovalıqlarda, Xınalı kəkliklər qayalıqlarda, Veribən səs-səsə qaqqıldaşırmı?! …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 38 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən DƏLİ KÖNÜL Dəli könül, necə gülüm-sevinim, Qatan qatıb, zəhər töküb şiləmə! Bir tərəfdən zalım fələk budayıb, Sən də düşüb bir tərəfdən şiləmə! Nə umursan yurd-yuvsı talandan, Hər şər vaxtı didələri dolandan. Dərdim azmı, sən də düşüb bu yandan, Yetim qalmış quzu kimi mələmə! …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU. “Doğma yurd-yuva həsrəti” silsiləsindən

Post Views: 36 Qubadlının işqalından 20 il ötür “Doğma yurd-yuva həsrəti” silsiləsindən QİSMƏTİM OLSUN Gözüm o dağlara calanıb, Allah, Dumanı – qəhərim, çəni – göz yaşım! Içimdə bir ocaq qalanıb, Allah, Qurum dura-dura alışır yaşım! Içimdə bir ocaq qalanıb, Allah, Tüstüsü burulub təpəmdən şıxır. Odu bir yanadır, közü bir yana, Külünü qaldırıb gözümə soxur! Içimdə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 44 MİNACAT – DİVANİ Bir divani bağlamaqda, Xudam, kömək ol mənə, Saz götürüm, dərgahında izininlə söz deyim. Halallıqla haqqa varmaq qəsdim oldu dünyada,– Nəfsim çəkdi imtahana imanımı – düz deyim. Tapındığım Adın oldu, tanıdığım kərəmin, «La İlahə İlləllah!»dı cövhərində zərrəbin. Günahlardan yan ötmədim, ver cəzamı birə min, Könlüm evi abad olsun, can evimə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 36 YA DAĞLAR (təcnis) Mənim yüküm binəsindən bəllidi, Çiynimdədi ya dəryalar, ya dağlar. Zalım fələk, nədi mənə tutduğun?- Hallarıma yaxın göynər, yad ağlar. Dost buyurdu:–od ol dedi, odam da, Dosta qurban ocağım da, odam da. Üç gündən bir müsafirdi odamda, Ya zülümlər, ya sitəmlər, ya dağlar. Sinəm üstü qəmə xırman yeridi, Qəm karvanı, …

Publisistika

Şərif AĞAYAR.”Lirik xalqımız” (Məqalə).

Post Views: 50 Bizə şair xalq deyirlər. Bu ifadəni əslində özümüz öz barəmizdə işlədirik. Ancaq bəzən başqa millətlərin nümayəndələri də bizdən «şair xalq» epitetini əsirgəmirlər. Məzə üçün… Bu gün məsələlərə poetik yanaşan insanları psixi cəhətdən problemli sayanlar haqlıdırlar. Uzağa getməyək, elə Bakının özündə bir neçə xarici dil bilən, kompyuterdən başı çıxan, bir sözlə müasir insan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 40 ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM Gözəlliyin önündə əriyəndən qar kimi, Dənələnib dünyada səpələnən nar kimi, Hüsnü camalına mən heyran qalan yar kimi, Arayaraq dünyada göz yaşına dönürəm. Torpağın hər daşına ruh kimi hopa-hopa, Bəzən ömrün bir günü tufan tək qopa-qopa, Camalını düşünüb mən səni tapa-tapa, Arayaraq dünyada göz yaşına dönürəm. Axı sənsiz …

Azərbaycan ədəbiyyatı

Kənan AYIDNOĞLU.Şeirlər

Post Views: 40 GÖZÜMÜN AĞINDA, QARASINDASAN Yanaqdan göz yaşı süzüləndə də, Dastanlar torpağa düzüləndə də, Həsrətdən dodaqlar büzüləndə də, Gözümün ağında, qarasındasan, De, görüm dünyanın harasındasan?! Sevinc göz yaşına dönsəm də belə, Gözəlin qaşına dönsəm də belə, Torpağın daşına dönsəm də belə, Gözümün ağında, qarasındasan, De, görüm dünyasının harasındasan?! Torpağın canına hopub gələrəm, Borana çevrilib …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 37 TORPAĞIM QƏDƏR ƏZİZ, EY HARAY ÇƏKƏN DİLİM! Səninlə qürurlanıb tarixi varaqladım, Nəsimi, Xətayidən mən səni soraqladım. Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım, Torpağım qədər əziz, ey garay çəkən dilim! Bayrağım qədər əziz, ey haray çəkən dilim! Nəsiminin üsyanı, Vaqifin harayısan, Füzulinin qəlblərdə düzülən sarayısan. Dünyada hər bir türkün günəşisən, ayısan, Torpağım qədər …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeir

Post Views: 37 ELƏ Nə mənim halıma acı,nə də yan, Nə də, mənə görə belə qəm elə. Dağılıb gedirəm,bir az dur,dayan, Yığ məni bir yerə,topla,cəm elə. Elə gözlərin də ayaq saxlasın, Olsun da bir azca dayaq,saxlasın. Qoyma həsrətin də oyaq saxlasın, Bir şirin yalan de,uyut,dəm elə. Olmazmı belimi büküb getməsəm, Beləcə batmasam,çöküb getməsəm. Əlimi əlindən …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeir

Post Views: 42 Məni hələ tanıya bilmirsən,deyirsən… Göstər,bir dəfə də üzünü göstər, Könlümün qibləsin,yerin tanıyım… Ədanı,işvəni,nazını göstər, Beşin tanımayım,birin tanıyım… Sən sus da gözlərin dil açsın yenə, Üzü mən tərəfə yol açsın yenə. Açsın,dodaqların gül açsın yenə, Dərim öz əlimlə,dərim,tanıyım… Yığ məni əlinə,yığ al,qadınsan, Gəl olma bu qədər cığal,qadınsan. Çəkim saçlarına sığal,qadınsan, Darayım tanıyım,hörüm,tanıyım… Sən …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 36 NAMAZ HAQQINDA MƏSNƏVİ İmana gəl, qıl namazı, Gözləmə sən gələn yazı! O dünyanı düşün, inasan, İbadət et, vardır imkan! Düşünmə dünya malını, Saflaşdır sən xəyalını! Xasiyyətin, mərifətin, Düzgünlüyün, ədalətin,- Verilib hədiyyə sənə, Tanrı bəxş edibdi sənə. Şeytan azdırsa, yolunu,- Tövbə et, düzəlt yolunu! Unutma sən sağ, solunu, Həm acı, həm yoxsulunu! Hər …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 31 * * * Həyat bir dənizdi üzəsən gərək, Dayansan sən boğularsan, batarsan. Həyat bir ağacdi kölgəsində ol, Getsən kənara istidən yanarsan. Həyat bir oyundu sınağnan dolu, Çaliş diqqətli ol yoxsa azarsan. Həyat bir imtahan əgər ki bezsən, Açıb sən Quranı varaqlayarsan. Həyat bir sevgidi, sevgidə həyat, Yadına salıb məni ağlayarsan. Həyat bir …

Publisistika

Şərif Ağayarın “Pozuq fotoşəkillər” kitabı işıq üzü gördü

Post Views: 65 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Pozuq fotoşəkillər” adlı növbəti kitabı “Zero” nəşriyyatı tərəfindən 88 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin öncə qələmə alınan şeirləri toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.

Azərbaycan ədəbiyyatı

Şərif Ağayarın “Xanım T.” kitabı işıq üzü gördü

Post Views: 63 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Xanım T ” adlı növbəti kitabı “Yazıçı” nəşriyyatı tərəfindən 174 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin qələmə aldığı 39 hekayət toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.

Publisistika

Daha bir yazıçının səhhətində problem yaşandı

Post Views: 37 Müasir Azərbaycan ədəbiyyatının klassiki sayılan, bir-birindən dərin, maraqlı əsərləri ilə nəsrimizi işıqlandıran, “İdeal” kimi nəhəng tarixi-fəlsəfi romanı ilə Azərbaycan ədəbiyyatında böyük dönüş yaradan hamının İsa Muğanna kimi tanıdığı xalq yazıçısı İsa Hüseynovun səhhətində problemlər yaranıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ilə əlaqə saxladıq. Ə. Əsgəroğlunun sözlərinə …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Mənsur şeir

Post Views: 38 MƏHBUS QADIN Barmaqliqlar arasinda məhbus ömrü yaşar qadin…məhbus qadin.hər gün eyni həsrət ilə zindan pəncərəsinə düşən zəif günəş şüasina baxar qadin.məhbus qadin. Bir zamanlar keçərdi o billur ayna qarşisina… Indisə haradansa əlinə keçmişdi siniq ayna parçasi.yenə eyni həvəslə özünə baxmaq istər qadin..nəsə fikrindən keçirsə…kənar edir o aynani…kimin üçün?…bəzənir axi o kimin üçün? …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Mənsur şeir

Post Views: 34 SƏNİ KİMSƏ MƏNİM QƏDƏR SEVƏ BİLMƏZ Sənə elə inanmışdəm ki,bir gün xəyanət edə biləcəyin hec ağlıma gələrdimi?Səni elə sevmişdim ki,bir gün nifrətə çevriləcəyini düşünərdimmi ? Sənə…Sənə elə bağlanmışdım ki,bir gün vüsalın hicran olacağını bilərdimmi? Doğurdanmı elə bilirsən əğyar mənim qədər səni… sevə bilər?…Heç kim ,heç vaxt heç zaman mənim qədər səni sevə …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 40 *** kimsə bilməz qəlb sirrimi könül evim dərdən oyuq qəhərlənəndə gülürəm elə bilrlər dəliyəm Qocalıram mən gənc ikən Ağardıram qara saçı Sızıldayır yaralarım Həb almadan mən təbibəm İşıqsızdır gündüzlərim Çıraqsızdır gecələrim Yarı yolda qaldı eşqim Aya həsrət mən günəşəm Heç bir arzuma çatmadım Ümüdümdən kam almadım Ay allah hələ ölmədim Diriykən ölü …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Bayatılar

Post Views: 64 BAYATILAR Əzizim tikanı var, Gül üstə tikanı var Hər paxılın qəlbində, İynə tək tikanı var *** Əzizim butası var, Gül üstə butası var Xalçanın da üstündə, Naxışlı butası var *** Əzizim mesajı var, İl k sevgi mesajı var Yarımın telfonunda, Bir yığın mesajı var *** Əzizim qara gözlər, Billur tək qara gözlər …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 32 QIZLARA NƏSİHƏT Bir baxışa allanıb, Ömrünüzə qıymayın Qönçə kimi budaqda , Siz gül kimi solmayın Kiminiz ehtirasa , Kiminiz şan-şöhrətə, Kiminiz var-dövlətə, Allanıb satılmayın İsməti para-pula, Qisməti əyri-yola, Ömürü yarı yola, Gətirib çatdırmayın Siz Leyli yadigarı, Siz Həcərin övladı, Siz Azəri övladı Yad ölkəyə uymayın. BACILARIM Bir aynaya baxsam əgər Bənzərimi görmək …

Azərbaycan ədəbiyyatı

Baloğlan CƏLİL.Yeni şeir

Post Views: 35 Sənin pəncərəndə göyərən ağac Bu körpə,balaca, inadkar yolun Kökü gözlərimin yaşını dərib. Döşənib ayağın altına sənin, Sənin pəncərəndə gəlib göyərib. Sənin pəncərəndə göyərən ağac, Hər gecə dəhşətli yuxular görür. Yastığın üstünə dağılmış saça, Yorulmuş qoluna baxıb hönkürür… Gecə köynəyinin yaxası açıq, Bəyaz göyərçinlər az qala uça. Sanki qəfəsindən çıxmaq istəyir, Qoşa qanadları …

Azərbaycan ədəbiyyatı

Baloğlan CƏLİL.Yeni şeir

Post Views: 39 YAŞAYIR (Böyük şairimiz M.İsmayılın yubileyində deyə bilmədiyim şeir) Səni unudammaz bu dağ, bu dərə, Çoxun çırpılsa da, azın yaşayır. Göylərə uçsa da, şair dostların Hamının sözündə izin yaşayır. Gözəl xatırlayır «Natəvan» səni, O masa, o kürsü, o tavan səni. Həsrətlə gözləyir yurd-yuvan səni, Kül örtmüş ocaqda közün yaşayır. Taleyi ovcunda yazılan şair, …

Publisistika

Elnurə AĞAZADƏ.Məqalə

Post Views: 34 ÇOX EVLİLYİN SƏBƏB OLDUĞU ÇƏTİNLİKLƏR Yazacağım bu məqalə çox evliliyin və ya qeyri-qanuni yaşayamların çox zaman törətdiyi ziyanlı nəticələrlə bağlıdır.Baxmayaraq ki,nəinki müsəlman ölkələrdə,başqa dinə mənsub ölkələrdə də ta qədimdən çoxevlilik olmuş,hal-hazırda da davam edir.Bu bəzən normal qarşılansada çox zaman tənqid hədəfi olmuşdur.Müasir zəmanəmizdə texnikanın sürətlə inkişafı telefon,internet vasitələri,xüsusi tanışlıq ünvanları artıqca çox …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Hekayə

Post Views: 38 KİFİR QIZIN GÖZƏLLİYİ Həyatında ən böyük düşməni ayna idi.Bəli…ayna…xüsusən qadın və qızların öz gözəlliyinə baxmaqdan doymadığı ayna onun görmək istəmədiyi düşməni idi…O dünyaya gələndə adını Günəş qoymuşdular.Dünyada gözəlliyinin tayı-bərabəri olmayan yeri-göyü öz nuruna qərq edən günəşin adaşı idi.Ancaq o bu adla fəxr etmirdi.Əksinə çox utanırdı.Çünki onun günəş adına ,günəş gözəlliyinə bir azda …

Azərbaycan ədəbiyyatı

Şərif AĞAYAR.Həyatı və Yaradıcılığı

Post Views: 155 Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2013-dək). Həyatı Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin …

Publisistika

Şərif AĞAYAR.”Kol-kos müsəlmanı”.

Post Views: 48 Bizim qonşu kənddə Möhübbət adlı yaşlı bir kişi var. İndi Masazır qəsəbəsində qalır. Yaşı xeyli irəliləmiş bu ortaboy kişinin işi-gücü Bakı-Sumqayıt yolunun kənarında hinduşka otarmaqdı. Hinduşkaları üçün alıcıları da bu strateji əhəmiyyətli magistralın həndəvərində tapır. Möhübbət kişiyə el arasında Möhüş deyirlər. Mən gözümü açandan onun adını Möhüş bilmiş və zahiri görkəmini elə …

Publisistika

Şərif AĞAYAR.”Azərbaycanlının cinsi xəstəliyi”

Post Views: 33 Ötən həftə rayonda yaşayan dostum mənə zəng vurdu ki, bəs qardaşım xəstələnib, anam tab gətirmir, ona görə bu gün Bakıya yola salıram, sabah onlarla əlaqə saxla və tanış, etibarlı bir həkimin yanına apar. Dostum məni yükə saldı da bir az: “Sən ordasan deyə mən gəlmədim. Sənə arxeyinəm!” “Xub!” deyib sağollaşmaq istəyirdim ki, …

Türkiyə ədəbiyyatı

Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

Post Views: 38 BİR YANGINA GİRDİM Küllenmiş sandığın ateşten gün olur duman çıkar Söndürmek istesen de boğar seni gücünü yıkar Kaybolur zaman damla damla baharıyla kışıyla Korlanır yeniden duyguların yüreğini yakar Bir pervane oldum, eridim içinde han denilen dünyanın Bütün mevsimleri yaşadım başkası da var mı zamanın Ne güneş esirgedi ateşini, ne eksik etti ay …

Türkiyə ədəbiyyatı

Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

Post Views: 38 SEVGİ Pir-i Türkistan’dır Asya’da aşkın ocağı Anadolu Türk’ün-İslam’ın ana kucağı Alperenler fethetmiş imanla dört bucağı Ahmet Yesevi’nin yolunda söylenir sevgi “Yaradılanı hoş gör,Yaradan’dan ötürü” Onunla yaşar hâlâ tasavvufun közleri Sevmek-sevilmek değil mi Yunus’un sözleri Dergaha giden odunlarda korlanır sevgi, Tevhit ordusunu kuran o mübarek zat “Elini,belini,dilini” felsefene kat Horasan’ımı,Karahöyük Dergahı’nda tat Hacı …

Türkiyə ədəbiyyatı

Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

Post Views: 32 BU BAKIŞLAR DÜNEDİR Urumeli Hisarı’nda biz de Stanbul’da “Türküler tutturmuşuz ”Orhan Veli gibi. Baharın sarhoşluğuna yakalanmışız bugün “Minareler katında geçen Gökyüzü Mahallesi’nde” Cahit Sıtkı’nın. Karşımızda maviliğinde yine Boğaz, Neredeyse martısız deniz. Boşuna çalıyor sanki kampanalar Her geçişte bilirim bir yürek yaralar. Ve Urumeli Hisarı’nda Tarihle soluklanan eski bir bankta Aziyade’si ile oturmuşuz …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Şeir

Post Views: 57 METENİ GÖRDÜM DÜNƏN Əkbər Qoşalıya Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Qucaqlaşdıq, görüşdük. Üst-başından, saçından Yovşan qoxusu gəldi, Təzə yağmış qar ətri, Turan qoxusu gəldi. Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Əlini sıxdım onun, Ürəyim dağa döndü, Qayalar çiçəklədi, Səhralar bağa döndü. Şükr elədim Tanrının Kərəminə, lütfünə, Yuxularım çin oldu. Meteni gördüm dünən, Köçəsgərə …

Publisistika

Kənan AYDINOĞLU.İlham MİKAYIL haqqında düşüncələr

Post Views: 30 İlham Mikayıl-şeirlərini sevə-sevə oxuyub dövri mətbuatda qəzet və jurnal səhifələrində böyük məmnuniyyətlə çap etdirmək istədiyim gənc qələm yoldaşım və şair dostum. Şair ürəyinin çırpıntıları təkcə şeirlərində deyil, eyni zamanda adi danışığında da duyulur.Axı o bu mənada şairdi.İstər poeziyada, istərsə də adi danışığında belə. Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün …

Publisistika

Kənan AYDINOĞLU.Orxan ZAMAN haqqında düşüncələr

Post Views: 35 Orxan Zaman-Müasir Azaərbaycan ədəbi mühitində cərəyan edən hadisələrə öz münasibətini, duyğu və hisslərini obrazlı şəkildə bildirən gənc qələm sahiblərindən biri.Vaxtı və zamanı düzgün qiymətləndirməyi bacaran və nəticə çıxaran müasir ruhda şeirlər yazan gənc müəllif. Dövrün sosial hadisələrinə biganə qalmayan və bir göz qırpımında dünyanı bütövlükdə dərk etmək istəyən həqiqi mənada uydurmaçılıqdan uzaq …

Publisistika

Kənan AYDINOĞLU.Mövlud MÖVLUD haqqında düşüncələr

Post Views: 45 Mövlud MÖVLUD-Yetişməkdə olan Yeni nəsil Azərbaycan ədəbiyyatının ən istedadlı gənc yazarlarından biri.Həm adi danışığında, həm yazılarında həyatda olduğu kimidir.Sadə, yumorlu və gülüş dolu sözləri ilə. “Gənc Ədiblər Məktəbi”nin müdavimi və Azərbaycan Aşıq sənəti üçün zaman-zaman Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi …

Azərbaycan ədəbiyyatı

Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

Post Views: 29 * * * Bir gilə su! Bir udum hava! Bir ovuc torpaq! Bir parça işıq! Bir sən! Bir mən! Atəşlər içində cismim yananda Bir gilə suyum ol, bu yetər mənə! Sənin həsrətindən mən boğulanda Nəfəs ol, hava ol, bu yetər mənə! Yerə dirənən ayaqlarıma Güc veərn torpağım, möhkəm dayağım… Zülmətə qərq olan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeir.

Post Views: 32 YENƏ ÖMÜR UZUNU TANRI SƏNƏ YAR OLSUN! Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası, TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla! Məndən şeir istədin, istəməyə haqqın var, Yenə ömür uzunu TANRI sənə yar olsun! Gözəl körpə balanın gözlərinə ələnən, Bir nur damlası kimi dümağ, dümağ qar olsun! …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 49 MƏN YOX OLUM Gecə olsun, Bir otaqda bir şam olsun,bir də mən. Ağlasın şam öz eşqinə Ona vurğun pərvanəyə Ağlayım mən öz eşqimə Həsrət sənə çəkdiyimə Ağlasın şam,ərisin şam yox olsun şam Mən əriyim,mən yanım,mən yox olum Bir gül olsun Bülbülündən ayrı düşən bir gül olsun Ağlasın gül,ağlayım mən Ağlasın gül,solsun gül,yox …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.Yeni şeirlər

Post Views: 36 SEVƏCƏYƏM QƏBRƏ KİMİ Bilirəm ki çox sevirsən, Dərd çəkirsən bu sevgidən Mesajlarında həsrət var, Darıxırsan mənim üçün sən. Hələ çox var toy gününə, Bir il qədər sanki bir gün İnan canım hər bir hissi, Keçirdirəm sənin kimi Gündüz uzun gəlmir gecə, Gecə uzun bitməz sanki Yuxumdada xəyalınla, Açıram mən səhərimi Darıxma sən …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Həyatı və Yaradıcılığı

Post Views: 62 Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuta səhifələrində şeirləri dərc olunmaqdadır. 2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 31 RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN Rəngini itirmiş eşqdir həsrətin, Girib aramıza yaman uzandı. Səni tanımağım ayrılığından,- Yarı cinayətim,yarı cəzamdı. Qəlbimdən süzülən şirin duyğusn, Hələ yaz nəfəsin gəzir üzümdə. Ahdan köz götürən bir ocaq kimi,- Yanır baxışının yeri üzümdə. Hər gün göz yaşımla suvardım deyə,- Cücərdi qəlbimdə bu eşq tumu da. Bir qız yuxusunda …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 33 ANA Böyüdüb uçurtdun yuvandan məni, Harda gecələsin bu quşun,ana? Səni incidəndə dəcəl vaxtımda, Üstümdə duanmış qarğışın,ana. Gəlsə hüzuruna,baş əyər şah da, Şah baş əyən yerdə susar silah da. Saçının qarını əritməz ah da, Kiçik çiləsiyəm bu qışın,ana. Balandı qayıdıb səfərdən elə, Saçını üzümə aç pərdəm elə. Ömrə səpələnmiş bir dərdəm elə, Çək …

Azərbaycan ədəbiyyatı

Debüt: Günel ƏLİYEVA (Bakı şəhəri).Yeni şeirlər

Post Views: 38 Günel ƏLİYEVA (Əliyeva Günel Gündüz qızı) 1994-cü il mart ayının 9-da Bakı şəhərində anadan olub.2001-2012-ci illərdə Zakir Əhmədov adına 64 saylı orta məktəbdə, 5 saylı Bakı Peşə Liseyində təhsil alıb. * * * Sevirəm, Sevgimi qəlbimə yazıb çıxıb gedirəm… Sevirəm, Sənsizliklə yaşamağı da bilirəm… Sevirəm, Səni sevirəm… qəlbimdə sən gedirəm… Sən heç …

Publisistika

Əziz MUSA: “Milli adət-ənənələrimizi dərindən öyrənsinlər!”.

Post Views: 33 Müsahibimiz haqqında qısa bilgilər Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin …

Publisistika

Elmin NURİ.Məqalə

Post Views: 31 Mövlanə Cəlaləddin Rumi bəşəriyyətin təfəkkür tərzini, düşüncə parametrlərini dəyişdirən beş böyük şəxsiyyət sırasındadır. Hazırda dünyada ən çox satılan kitablar məhz, bu böyük türk şairi və filosofunundur. Hətta İngiltərədə Şekspirdən də çox mütaliə olunan Mövlanə Cəlaləddin Rumidir. Qərb alimlərindən olan M.Barresin belə bir fikri var “Mövlanəni tanıyandan sonra Hüqo, Höte və Şekspirdə nəyin …

Azərbaycan ədəbiyyatı

Mövlud MÖVLUD.Məqalə

Post Views: 32 Pərzad arvad iyirmi doqquz yaşından dul qalıb. Əri öləndən sonra əlinə kişi əli dəyməyib. Bunu bütün rayon bilir. Şəxsən mən nənəmə o qədər arxayın deyiləm, nəinki Pərzad xalaya. Hələ neçə illər əvvəl çox adam xəbər göndərsə də, istəyənləri çıxsa da, rədd eləyib. Oturub-durub bircə kəlmə deyib: “Yetimlərimi böyüdəcəm!” Pərzad xala bütün ömrü …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Şeirlər

Post Views: 37 SƏN DÖNYAYA YARAŞIRSAN Zeynəb bibinin nəvəsi balaca Zeynəbə Hər ananın arzusudur, Qismət olsun ona nəvə. Hər atanın arzusudur, Qismət olsun ona nəvə. Gözləri göy, xumar Zeynəb, Hər kəs sənə baxar, Zeynəb. Baxan gözlər axar, Zeynəb, Sən dünyaya yaraşırsan. Saçı, qaşı sarı qızdır, Özü şirin, yaşı azdır, Hər hərəkəti bir nazdır, Sən dünyaya …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 31 O QIZI UNUTMARAM MƏN Gozlərim bir gozəl gordu, Məni gorub o da suzdu, Naz eləyib, həm də uzdu, O qızı unutmaram mən. Aşiq oldum zumrud gozə, Həsrət qaldım şirin sozə, Deyin, bu dərdə kim dozər, O qızı unutmaram mən. Urəyimdə arzu qaldı, O qız canımdan can aldı, Duşduyum bu hal nə haldır, …

Azərbaycan ədəbiyyatı

Kəmaləddin QƏDİM.Yeni şeirlər

Post Views: 36 Deyirsən mən məndə deyiləm ki… Çıxar, bu kəlməni çıxar sözündən, Nə daş bil,nə buz bil,nə qar,özünü. Adam da heç belə çıxmaz özündən, Adam da heç belə qovar özünü?.. Bəlkə də bir çayda durulub qalıb, Bir yolda,cığırda yorulub qalıb. Bəlkə də, kiməsə vurulub qalıb, Tələs də,ayır da,qopar özünü. Bu adam deyilən sözündə durar, …

Azərbaycan ədəbiyyatı

Debüt: Mövlud MÖVLUD (Bakı şəhəri).Məqalə

Post Views: 52 Abdullayev Mövlud İsmayıl oğlu 1989-cü il avqust ayının 15-də Bakı şəhərində anadan olub.Hal-hazırda Bakı Slavyan Universitetinin Rus dili və pedaqogikası üzrə ali təhsil alır.Yazıları dövri mətbuat səhifərində müntəzəm olaraq dərc olunur. Mövlud Mövlud Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim. …

Publisistika

Mövlud MÖVLUD.Məqalə

Post Views: 34 Bizim- Adəmin yetimçələrinin qəribə bir xasiyyəti var: nə vaxtsa, hansısa məqamda qəlbimizin mübhəm yerində gəlib çıxdığımız amma bir türlü sözə çevirə bilmədiyimiz həqiqətləri bir şairin şeirində, yazıçının yazısında görəndə, dünyanın xoşbəxti oluruq. Elə bil, dünyaları bizə verirlər. Yer üzünün hansısa köşəsində bizimlə eyni fikirdə olan adamların olmasına sevinirik. Bu həmfikirlərin söz adamı …

Publisistika

Mövlud MÖVLUD.Məqalə

Post Views: 36 Mövlud Mövlud Gənc yazar Cəil Cavanşir saytların birinə verdiyi müsahibədə Azərbaycan Yazıçılar Birliyini, onun yarıtmaz ədəbi siyasətini, həmin birliyin rəhbərliyində təmsil olunan şair-yazıçıları tənqid edib. AYB katibi Fikrət Qoca isə Cəlil bəyə belə cavab verib: “Demaqoqluq eləməsin, səsini başına atmasın!” Qəribə ittihamdır. Adam deməyə söz tapmır. Rusiyanın xüsusi xidmət orqanlarının əyilməyən, mənsəbə-şöhrətə …

Azərbaycan ədəbiyyatı

“Güldar”ın təqdimatı keçirildi

Post Views: 43 Şahnaz KAMAL (Şahnaz Novruz qızı Kamalova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir. Xanım yazar ailəlidir, iki övladı var. DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın “Güldar” …

Azərbaycan ədəbiyyatı

Debüt: Bahadur ƏLİZADƏ (Bakı şəhəri).Yeni şeir

Post Views: 67 Bahadur Sabir oğlu Əlizadə 1995-ci il aprel ayının 3-də Bakı şəhərində doğulub.2001-2012-ci illərdə Binəqədi rayonundakı 182 saylı orta məktəbdə təhsil alıb.2012-ci il Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki “Gənc Ədiblər” Məktəbinin üzvüdür. Unutmayın siz məni!.. Mənim adım Xocalı, Qəlbim dərdlə yaralı, Keçdi illər… aralı, Unutmayın, siz məni!.. Mənim adım …