Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 63 NƏTİCƏLƏR
Publisistika

Rafiq ODAY.”Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsi.

Post Views: 41   Salam, Əziz və hörmətli gənc yazarlar! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı (edebiyyat-az.com) Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarları (14-30 yaş arası) “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsinə qoşulmağa dəvət edir.Layihənin Rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Rafiq …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 42   GÖTÜRMÜR Əsmə hər bir yarpaq üstə, Bu ağac balta götürmür. Yük olanı torpaq üstə, Torpağın altı götürmür. Nə sızlarsan, viran könlüm, Öz içinə varan könlüm. Dərdə könül verən könlüm Başqa ovqatı götürmür. Bıçaq kürəyə yol tapır, Haram – çörəyə yol tapır. Çat hər ürəyə yol tapır, Ürək hər çatı götürmür. Ölümü …

Azərbaycan ədəbiyyatı

Məhəbbət KƏLBƏCƏRLİ.Həyatı və Yaradıcılığı

Post Views: 52   Tərcümeyi-hal Məmmədov Məhəbbət Şamil oğlu 1957-ci il oktyabr ayının 7-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.1976-cı ildə Zar kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Gəncə Dövlət Univeristetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin Univeristeti bitirmişdir.1987-ci ildə Zəylik kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.1993-cü ildə məlum Kəlbəcər …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR QARAXANLI.Yeni şeirlər

Post Views: 45   ANA Sökülməzdi dan yeri Açılmazdı heç səhər O şirin laylaların Olmasaydı gecələr Mən dünyaya gəlməmiş Tanıdıb bir mələyi Mənə əmr etdi Xudam Anacan söyləməyi Saçmasaydı Günəş nur Itərdi zülmətdə Ay Ana,sən bir Günəşsən Mən sənə nisbətdə A * * * Daha məni heç nə təəccübləndirmir. Daha mənə heç nə qeyri-adi gəlmir. …

Azərbaycan ədəbiyyatı

Nemət Tahir QARAXANLI.Yeni şeir

Post Views: 41   DƏRDLƏRİMİ YAZMIŞAM BUZ ÜSTÜNƏ Ümidlər qəbiristanlığıdır sanki Daş kimi soyuyub mənim ürəyim. Oxa dönmüş başdaşları dəlir sinəmi… İnsanlığa həsrət…Vətənə həsrət… Azadlığa həsrət… kəfənə həsrət diri ikən ölülərik biz… nəfəsim içimdə boğulur göz yaşlarım yanağımda quruyur Dodaqlarım çat-çat olub Suya həsrət torpaq kimi… Dərdlərimi yazışam buz üstünə Gözləyirəm günəşin doğmağını. Azalıb inancım,Taqətdən …

Azərbaycan ədəbiyyatı

Hüseyn Arifin arxivindən şeirlər.Eksklüziv

Post Views: 82   Tələsmə Baxıb sola, baxıb sağa Tər qoxulu bağça-bağa -Vaxtıdır!-deyə açılmağa Tələsmə, ay gül, tələsmə! Çən-çiskin versə də ara Azmı tutulmuşuq qara Bel bağlayıb ilk bahara Tələsmə, bülbül, tələsmə. Çat haraya, yet köməyə, Qoyma namərd mərdi əyə. Bir sözlə dostdan dönməyə Tələsmə, könül, tələsmə. Oldu Xəyal zirvələrə səslədi məni, Torpaqda əzilən dizlərim …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 38   MƏHƏBBƏT Bu qoca dünyada biztək insana Ömür verib yaşadandır məhəbbət. Bu qoca dünyada qıza, oğlana Əmrin verib aldadandır, məhəbbət. Can, can deyib çağıran o dillərin, Şux qaməti qucaqlayan əllərin, Ətir saçan gözəl-göyçək güllərin, Təsirindən yaranandır, məhəbbət. Bəzən sevindirib, bəzən ağladan, Ürək qapısını üzə bağlayan, Sevənləri xəyallara daldıran, Ağılı başdan alandır, məhəbbət. …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 92   GÜL FİDANI Gül fidanı, bəxtimin gülüsən sən, Nə tez mehin ətrilə soldun belə? Hey nazlanıb, ağlayıb, gülürsən sən, Nəğmələr olub düşdün dildən-dilə. Gül fidanı, ətirli bir çiçəksən, Eşq bağımda birdənəsən, sən təksən. Yağışam, ruhuna qidayam, gülüm, Bil, həsrətindən döyünən ürəksən, Gül fidanı, adın kimi gözəlsən, Gül bir yana, qadın kimi gözəlsən. …

Publisistika

“Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” keçiriləcək

Post Views: 37   Zamanı, həvəsi olan bütün dostlarım çağrılıdır: Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Türk dünyası gənc yazarların Bakı toplantısı” layihəsi çərçivəsində “Dünya Gənc Türk Yazarlar Birliyi-15: ödül törəni və Türk dünyası şeir şöləni” düzənlənəcək.2013-cü il iyul ayının 1-də Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 17:00-da gerçəkləşəcək. …

Publisistika

Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək

Post Views: 34   Diqqət! Sayğılı Dünya Gənc Türk Yazarlar Birliyi ( DGTYB) üzvləri və təəsübkeşləri! 2013-cü il iyul ayının 2-də Bakı şəhərində Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək.Əgər sizlərdən indiyədək nümayəndə ( yaxud müşahidəçi) olması barədə bilgi əldə etməmişlər varsa, bu qurultayda iştirak etmək istəyirsinizsə, lütfən, dgtyb@box.az; yazar55@rambler.ru elektron poçtları vasitəsilə …

Türkiyə ədəbiyyatı

Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

Post Views: 41   Sevgimsin(GÜLCE-BULUŞMA) Ey gurup vaktinin hazin güneşi Sevdamın üstüne batma ne olur Karşımda dururken gönlümün eşi Derdime ayrılık katma ne olur Ey sevgili; Sevgi sözcüğünün ifadesi nedir? Dendiğinde Seni gösteresim geliyor. Ben seni gelmiş geçmiş zamanlara inat Sen yokken bile sevdim. Boncuk gözlerinden akan yaşlarda, Hayalime dolup taşarken sevdim seni. Kara gecelerime …

Publisistika

Təranə NAZİMQIZI.”Mənim vicdanım qələmimə qara ləkə deyil…..!” (Məqalə).

Post Views: 39 MƏNİM VİCDANIM  QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..!  Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə   sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin  yaxşı heçnə görmür ki, yaxşıdan  yazasan, niyə həmişə fikirlərin iradlı olur?  Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN …

Publisistika

Təranə NAZİMQIZI.”Canımızın boğazdan çıxacağı vaxt” (Məqalə).

Post Views: 37               CANIMIZIN BOĞAZDAN  ÇIXACAĞI VAXT                                              HƏLƏLİK MƏLUM DEYİL!!!…  İnkişaf etmiş dövlətin əzəməti onun mədəniyyətindən, təhsilindən, səhiyyəsindən və apardığı siyasətlə bağlı xalqının maddi rifahından asılıdır. Görəsən, nefti – qazı ilə varlı yaşaya biləcək qüdrətə malik olan  Azərbaycan bu göstəricilərə cavab verirmi? Məncə kənardan nə qədər qollu – …

Azərbaycan ədəbiyyatı

Debüt: Elşad TALEHOĞLU (Ağdam).Yeni şeirlər

Post Views: 58 Elşad TALEHOĞLU Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik …

Azərbaycan ədəbiyyatı

Elşad TALEHOĞLU.Yeni şeirlər

Post Views: 43 GƏRƏK Bülbüllər gülsüzdü, yalqız alıbdı, Bülbülün gülünü axtaran gərək! Erməni torpağı bizdən alıbdı, Onu düşmənlərdən qurtaran gərək! Düşdüm bülbülümdən, gülümdən ayrı, Gözəl AĞDAM kimi elimdən ayrı. Gəzib-dolanmadım qəmimdən ayrı, Qəmimin dərdini sağaldan gərək! Mən məcbur oluban bura gəlmişəm, Nə qədər göz yaşı töküb silmişəm. Körpəkən haqq-nahaqq nədi bilmişəm, HAQQIN meydanında ər duran …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı

Post Views: 578   Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli …

Azərbaycan ədəbiyyatı

Debüt: Səbinə DƏNİZ (Sumqayıt).Araşdırma

Post Views: 44   Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl …

Azərbaycan ədəbiyyatı

Səbinə DƏNİZ.”Hərdən olur…”.

Post Views: 60   Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan… Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur. Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir. Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir. Hərdən də olur, səssizliyinlə içindəkiləri bildirə bilirsən. Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir. Sənin səssizliyn …

Publisistika

“Zəka və Ülviyyət” jurnalı haqqında bilgilər

Post Views: 47   Beynəlxalq ictimai-elmi jurnal “Zəka və Ülviyyət” ayda bir dəfə 60 səhifə olmaqla dərc olunur.2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını əsas götürüb.   Təsisçi-Direktor: Elmira NÜSRƏTQIZI (Ağayeva)   Redaksiyanın fəxri üzvləri: …

Publisistika

“Respublika Gəncləri” qəzetinin növbəti buraxılışı işıq üzü gördü

Post Views: 34 Müstəqil ictimai-siyasi-hüquq qəzeti “Respublika Gəncləri” həftədə bir dəfə 16 səhifə olmaqla 5000 tirajla dərc olunur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.2003-cü ildən nəşr olunur. Baş redaktor: Nazilə RAFİQ Redaktor: Mirvari RƏHİMZADƏ I müavin: Nazlı ZEYNALOVA Məsul katib: Samir ƏLİYEV Korrektor: Səadət YUSİFQIZI Redaksiyanın fəxri heyəti: Alı MUSTAFAYEV Osman MİRZƏYEV Salatın ƏSGƏROVA Rafiq ƏLİYEV …

Publisistika

Nazilə RAFİQ.”O YERLƏRƏ QAYITMALIYIQ!” ( Məqalə)

Post Views: 43   O yerlərə qayıtmalıyıq!   “Ya Qarabağ, ya ölüm” adlı filmin təqdimat mərasimi keçirildi   Bir neçə il bundan öncə İran İslam Respublikasında yaşadığım hissləri bu günlərdə təkrarən bir də yaşadım… O hisləri təkcə mən deyil, Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə …

Publisistika

Anar ƏHMƏDOV.”BADAMDAR ŞƏHİDLƏRİ” (Məqalə).

Post Views: 65 BADAMDAR ŞƏHİDLƏRİ   Badamdar qəsəbəsinin şəhid olmuş igid oğullarından üçü məhz Daxili Qoşunların hərbi qulluqçusu idi….   Son dövrlər paytaxt və rayonlarda aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri, salınan park və xiyabanlar ölkə vətəndaşları ilə yanaşı, respublikamıza səfər edən qonaqlar tərəfindən də müsbət qarşılanır. Bu baxımdan görülən kompleks tədbirlərin tərkib hissəsi kimi …

Türkiyə ədəbiyyatı

Hasan AKAR ( Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

Post Views: 50   KAYBOLMUŞ BAHARLAR Yıl bindokuzyüzellisekiz Mevsimlerden karakış Evin direği gitmiş Yarına güümseyiş bitmiş Henüz söylenirken”baba” Kaybolmuş baharlar Umutlar eriyip gitmiş. Zaman acımasız,vefasız İnadına mıydı hayırsız Üçyüz haneli bir köyde Olur mu,amcasız,dayısız Karlar kapatırken damları Yıldız’da dul bir kadınla Kalmış beş çocuğu kapısız Yılbindokuzyüz ellidokuz Çökmüş Yedipınar’a son güz Yavrular biçare,yollar uzun Kuruöz,Çırçır,Çakmakbeli …

Azərbaycan ədəbiyyatı

Süleyman BABA.Həyatı və Yaradıcılığı

Post Views: 37   Süleyman Camalov 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947-1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir. 1963-1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 49   Sızlama qəlbim, sızlama Bu ürəyin nə günahı, Sızlama qəlbim, sızlama. Unut bu fəryadı, ahı, Sızlama qəlbim, sızlama. Yarpağın solur deyəsən, Ümid puç olur deyəsən. Bahar saç yolur deyeəsən… Sızlama qəlbim, sızlama. Açılmayır qaş-qabağın, Pərişandır keyfin, halın. Ağı deyir baxışların, Sızlama qəlbim, sızlama, Nadana könül bağlama, Onu yadında saxlama. Baxıb rəsminə ağlama, …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 45   SEN DEYİR Hisslərim ağlımı üstələyəndə, Ürəyim sən deyir, dilim sən deyir. Leysan yağmurları çırpıb döyendə Ürəyim sən deyir, dilim sən deyir. Gözümü qırpmağa qorxuram bilsen… Qorxuram gözümdən tez çəkilərsən. Neylərəm əksini gözümdən silsən, Ürəyim sən deyir, dilim sən deyir. Yaralı ruhumun mehəmisən bil, Yollar ayrıcının yolçusuyam, gül, Bilirem başıma sovrulacak kül, …

Türkiyə ədəbiyyatı

Gülten ERTRÜK ( Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

Post Views: 47   Bayrağım (Gülce-Buluşma) Günaydın; Hilal kaşlım, yıldız gözlüm Günaydın; Ülkemin gelincik çiçeği Sevda denizine can katan selim Her seher ruhumu okşayan yelim Dalgalan; Yurdumun semalarında sönmeyen ateş Ezelden ebede batmayan güneş Dalgalan; Nur yüzlüm, gönülden sözlüm Hilâlin benzersiz yıldızına yoktur eş Gazimin şehidimin selamını alan sen! Yüreğe kanat olup sonsuzluğa salan sen! …

Türkiyə ədəbiyyatı

Nilufer DURSUN ( Türkiye Cümhuriyyeti, Çanakkala).Hayatı veYaratıcılığı

Post Views: 56 Nilüfer Dursun 1947 yılında Türkiye Cumhuriyeti’nin Çanakkale doğumlu olub.İbtidai ve ortaöğretim Çanakkale şehrinde alıb.Sonra Türkiye Cumhuriyeti’nin Ankara şehrinde faaliyet gösteren Ankara Gazi Eğitim Enstitüsü İngilizce bölümüne kabul olmuşdur.İyirmi iki yıl Gümüşxana, Çanakkale, Ankara lise ve meslek liselerinden İngilizce öğretmeni olarak çalıştı. Literatüre, şiire erken yaşlardan ilgi göstərir.Türkiyə Cumhuriyeti’nin çeşitli yayın organlarında şiirleri …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).

Post Views: 54 QANLI YANVAR GECƏSİ (poema) O gecə , qanlı gecə, Güllələndi bir səhər. Bakı qana büründü, Azadlıq doğdu səhər. Bakının üstə gəldi, O gecə qan içənlər. Durdu şərlə üz-üzə, Vətənə and içənlər. Güllələr yağış kimi, Yağırdı hər tətəfə. Düşmənlərin əlinə, Keçmişdi bir girəvə. Soxulmuşdu şəhərə, Ağır tanklar, maşınlar. Şəhərə axışırdı, Dörd tərəfdən qoşunlar. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 40 YƏQİN Haray yox, bir titrək havaram sənsiz, Çatmaram arzuma – ha varam – sənsiz. Fərqi nə, ya yoxam ya varam sənsiz, Silinməz bu qəlbin yarası yəqin. Səhv etsəm, el-aləm yamanlar məni, Tərk etməz qəlbimə damanlar məni. Alar ağuşuna dumanlar məni, Bilmərəm dünyanın harası yəqin. Əyilməz – bu yurdun nər manı varsa, Tanrının …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 41 QAYITMAZ Dərd məndən elə bezib ki, Bir də üstümə qayıtmaz. Durum bir boylanım baxım, Birdən üstümə qayıtmaz. Şahım gözlər qiyaməti, Ahım gözlər qiyaməti, Ruhum göylər əmanəti, Yerdə üstümə qayıtmaz. Hanı ötən o kef-damaq, Niyə mən səni sevdim, ah… Can çıxdımı – örtün dümağ, Pərdə üstümə – qayıtmaz. NEYLƏYİB AXI Yuvası pərən leyləyik, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 58 QUBA «SOYQIRIM MƏZARLIĞI» ÖNÜNDƏ DÜŞÜNCƏLƏR Səninləyəm, Türk oğlu, Ruhunu oyaq saxla, Bu yerdən keçən zaman Bir anlıq ayaq saxla. Silahını əldə tut, Patrondaşı saz eylə, Yannıda daraq saxla. Bu dərdləri sözbəsöz, Misra-misra yazmağa Qələm və varaq saxla. Mürəkkəbi heç zaman Qurumasın qələmin, Bir sonluğu olmalı Bu yaşın, bu ələmin! Sonsuz fitnə-fəsaddan, Bəd …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 46 SƏNƏ EHTİYACIM VAR Yaxamı ruzgarların Əlində qoyub getdin. Elə bil ki, vüsalın Gözünü oyub getdin. Mən səndən doymamışdım, Sən nə tez doyub getdin?! Duymadınmı sinəmdə Neçə ağrım-acım var?! Sənə ehtiyacım var. Suvar oldu xoş günüm Yel qanadlı atına, Bülənd oldu fəğanım Göyün yeddi qatına. Daha kim anar məni, De, kim salar yadına?! …

Publisistika

Təranə ŞƏMS.”AY İŞIĞINDA DÖYÜNƏN ÜRƏKLƏR ” (Məqalə).

Post Views: 41 Görkəmli ədəbiyyatşünas, tənqdçi-alim, filologiya elmləri doktoru, bir neçə dəyərli kitabın müəllifi İmamverdi Əbilov tənqidçi olmasına baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına tənqidi prizmadan deyil, aralarındakı dostluq münasibətlərini önə çəkərək, qəlbində yatan mürgülü xatirələrin toplusu kimi bu kitabda əks etdirərək, oxuculara təqdim etmişdir. Bizlər bu kitabı oxuduqca, hər iki insanı dostluğun zirvəsində görürük. Oxucuların ixtiyarına …

Publisistika

Təranə ŞƏMS.”CAVİDNAMƏ, yaxud HAQQA GEDƏN YOL…” (Məqalə).

Post Views: 47 Bu yaxınlarda görkəmli türkçülərimizdən olan tədqiqatçı-alim Azər Turanın “Cavidnamə” adlı sanballı tədqiqat əsəri ilə tanış oldum. Kitab, adından da göründüyü kimi, unudulmaz millət fədaisi, Böyük Turan sevdalısı Hüseyn Cavidin qaşqabaqlı taleyinə, həyat və yaradıcılıq yollarına ayna tutan ən dəyərli mənbələrdəndir, desək, heç də yanılmarıq. Ədəbi mühitdə şeirə, sənətə marağım olduğundan bu müstəvidə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 45 YAZIĞIM GƏLİR Bir dərdinə, yüz dərdinə, Vermə belə üz dərdinə. Adam dura öz dərdinə Oynaya – yazığım gəlir. Danda, qürubda baxdığım, Nədən? – sorub da, baxdığım, Hərdən durub da, baxdığım Aynaya yazığım gəlir. Söz kar etməz utanmaza, Yaşarmı haqqı danmasa? Nola, qanım bu qanmaza Qaynaya – yazığım gəlir. OLUNCA Ömür-gün vədədən keçir, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 41 ÖLDÜ «SONA BÜLBÜLLƏR» Qədir Rüstəmov öldü deyən bir xanıma Özünə yağı deyən, Bir sinə dağı deyən, Dərdinə ağı deyən Dildi «Sona bülbüllər». Tüm sirlərə çəm olan, Həm olmayan, həm olan, Bir yumruqda cəm olan, Eldi «Sona bülbüllər». Ümid yeriydi sanki, Zəfər şeriydi sanki, Tanrı sirriydi sanki, Soldu «Sona bülbüllər». Axdı gözün qorası, …

Publisistika

“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi

Post Views: 39 “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri dərc olunub ictimaiyyətin nəzərinə çatdırılacaq.Layihənin Rəhbəri “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 46 OLMAZ Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz, İnnən belə bir ayrı sitəmkar tapım, olmaz! Haqqa və mürüvvət deyilən ülvi məkana, Girməkçün, inan, sevgidən özgə qapım olmaz. İman işığı yollarıma nur ələməkdə, Bu nurda durum öz yolumu mən sapım, olmaz. Qəlblərdə barış saxlamağın fürsəti varkən, Nifrət və ədavət toxumu mən səpim olmaz. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 45 HİCRAN MƏNƏ QALDI Getdi yenə vüsal dəmi, hicran mənə qaldı, Tərk etdi könül həmdəmi, hicran mənə qaldı. Sanki yönünü tərsə salıb öz mayakından, Dəryada üzən bir gəmi, hicran mənə qaldı. Aləmlər içrə bir o idi zəndi-gümanım, Güldürdü mənə el-aləmi, hicran mənə qaldı. Heç bilməz idim bir belə sədd var aramızda, Həm həmdəmi, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 46 GENOSİDDƏN Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab Dəm vur, Karapet, sən yenə saxta genosiddən, Adətdi, salar hay-həşir axta, genosiddən. Əsla bu kötü vərdişini sən yerə qoyma, Bir gör nə qədər yal düşür baxta genosiddən. Əyləşmədiyin qaldımı bir kimsə qucağı? – Gördüm ki, olub qan gölü latxa genosiddən. Andın keçi andı, uzağı qırx …

Publisistika

“Möhtəşəm Azərbaycan” qəzetinin növbəti buraxılışı işıq üzü gördü

Post Views: 52 Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet olan “Möhtəşəm Azərbaycan” qəzeti ayda bir dəfə 16 səhifə olmaqla 1000 tirajla dərc olunur.Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.Əlyazmalar geri qaytarılmır.Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb səhifələnir, “Ekspress-servis” mətbəsində çap olunur.Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.Dərc olunan materiallara müəlliflər cavabdehdirlər. “Möhtəşəm Azərbaycan” qəzeti yalnız Azərbaycan Respublikasında yayımlanmır.Eyni zamanda …

Publisistika

“MÖHTƏŞƏM AZƏRBAYCAN” QƏZETİ HAQQINDA BİLGİLƏR

Post Views: 76 “Möhtəşəm Azərbaycan” Müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzet Azərbayan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının mətbu orqanı Qəzet 2008-ci ildən nəşr olunur. Qeydiyyatı: 2527 Tiraj: 500 Dövrülüyü: ayda 1 dəfə Təsisçi və Baş redaktoru: Rafiq ODAY Telefon: ( 018) 642 01 80; ( 070) 630 88 42 E-mail: Rafiq.Oday70@mail.ru Elektorn orqan: http://edebiyyat-az.com Ünvan: Sumayıt şəhəri, …

Publisistika

Rafiq Odayın yeni kitabı işıq üzü gördü

Post Views: 43 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Ədəb-Tənqidi Məqalələr” adlı kitabı “Elm və təhsil” nəşriyyatında …

Publisistika

Rafiq Odayın yeni kitabı işıq üzü gördü

Post Views: 45 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, ”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı Rafiq Odayın “Şərur folkloru” ( əsrlərdən gələn səslər) kitabı “Elm …

Publisistika

“Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsi

Post Views: 37 Salam, Əziz və Hörmətli Qardaş Türkyəli Yazarlar! İnşallah “Ziyalı Ocağı” İctimi Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı iyun ayının 9-dan iyulun 10-a qədər “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihəsini həyata keçirəcək.Layihənin rəhbəri “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt …

Publisistika

Təranə ŞƏMS.Məqalə

Post Views: 34 MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..! Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin yaxşı heçnə görmür ki, yaxşıdan yazasan, niyə həmişə fikirlərin iradlı olur? Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN …

Publisistika

Qiymət Məhərrəmlinin “Təzadlar” qəzetində dərc olunmuş müsahibəsi

Post Views: 53 Qiymət Məhərrəmli: “Mən başqa cür yaşamağı bacarmadım…” Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət xanım Məhərrəmlidir. – Qiymət xanım, sizinlə həmsöhbət olan jurnalistlər çox olub. Və sizi yetərincə tanımağa və tanıtmağa çalışıblar. Mən suyunu içib, çörəyini yediyimiz bir elin övladı kimi, yəni sizin elliniz kimi, sizi tanıdığım gündən fikirlərimizin üst-üstə düşdüyünü bilirəm. …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 82 Meni basdır gözlərində Gözlərinə qurban olum, Meni basdır gözlerinde. Qoyma bulud teki dolum, Qebir qazdır gözlerinde. Apar meni öz yanına, Hasret kalmışam canına. Susamışam al qanına, Meni basdır gözlərində. Bağlanıb uzanan yolum, Qırılıb qanadım-qolum. Düşmən olub sağım-solum, Meni basdır gözlərində. Dəymiş durub, yaş tökülüb, Şahanə mülküm sökülüb. Ayağım altdan yer çöküb, Meni …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 40 SEVDİYİM GÜNAH Gəl ah göndərək dağlara, Dağları bu ah saxlasın. Kasıb daxması könlümdə, Səni də allah saxlasın. Hava eşq,torpaq eşq,su eşq, Ölümə oxuyan Qu eşq. Sevdiyim günahdı bu eşq, Bizi bu günah saxlasın. Ayna tutub ötən çağa,- Belə kim girsə bu bağa, Gözümdə suya qoymağa, Bir cüt ətirşah saxlasın. AHIMLA VERDİM EŞQƏ …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.”MƏNİM ANASIZ DÜNYAM!”(Esse).Eksklüziv

Post Views: 82 MƏNİM ANASIZ DÜNYAM! Elə anlar olur ki, insan özünü tək – tənha hiss edir və özünü tanıya bilmır. Lakin bu tənhalıq onun daxili dünyasını tanıyacaq qədər yardımçı olur və hiss edir ki, sonu olmayan boşluqlar onu çəkib aparır. Bu boşluqlar içərisində yşaqlıq illəri istər – istəməz yadına düşür, göz önündə ata – …

Publisistika

Sevinc NOVRUZOVA ( Sumqayıt).Məqalə

Post Views: 43 YODLAŞDIRIMAMIŞ DUZLAR İNSANLARDA BİR ÇOX XƏSTƏLİKLƏRƏ YOL AÇIR Duz məişətdə ən çox işlətdiyimiz nemətlərdən biridir. Duz – çörək anlayışı ümumiyyətlə, biz azərbaycanlılarda çox müqəddəs sayılıb. Duz – çörəyi itirməmək, onun qədrini bilmək kimi ifadələr də xalqımız arasında ən çox işlənən sözlərdən biridir. Bir sözlə məişətimizi duzsuz təsəvvür etmək mümkün deyil. Ancaq keyfiyyəti …

Azərbaycan ədəbiyyatı

Debüt: Şahinə KÖNÜL (Ağsatafa).Yeni şeirlər

Post Views: 93 Şahinə Könül Ağstafada doğulub.İbtidai və orta təhsilini Ağstafada alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri”, “Təzadlar”, “Azad Qələm”, Qədim Oğuz”, “İlham Çeşməsi”, “Elin sözü”, “Kaspi” qəzetllərində, “Ziyalı Ocağı”, “Azərbaycan”, “Ulduz”,”Məshəti” jurnallarında, “Ana” antologiyasında, …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 59 Tanrım, yerə sığmıram Tanrım, yerə sığmıram, Göyünə qaldır məni! Bu gen ömrə sığmıram, Ömür daraldır məni. Çaşıb gəldim dünyaya, Mənim yerim deyilmiş. Yazdığım bu şeir də, Mənim şerim deyilmiş. Tanrım, eşit səsimi, Mən ki, sənin bəndənəm. Yalanmış atam, anam, Ruh Səninsə, Səndənəm! Məni Özünə qaytar – Özünə çatsın ruhum. Bəsdi, bu boyda …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 56 DÜNYA YAMAN SOYUQDU Dünya yaman soyuqdu, İstilər, ay istilər. Başım üstən küləklər, Əsdilər, ay, əsdilər. Yordu məni o ki, var, Boş-bekara qayğılar. Təmiz hisslər, duyğular Küsdülər, ay, küsdülər. Ha dedim, ürək, qorun, Çiçəksən, çiçək, qorun. İndi də korun-korun Tüstülə, ay, tüstülə *** Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, Nərgiz, …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 75 NAĞIL Gəlsənə sənə danışam, Bir qaragöz qız nağılı. Gözlərindən axıb getsin, Bir şıdırğı yaz nağılı. Söyləyim, öyrən qədərin Şahididir gör nələrin- Qara-qara gecələrin Dümağ, bəmbəyaz nağılı. Köksü üstdə buludu var, Köksü altda umudu var. Birdən ölər, unudular, Götür, qardaş, yaz nağılı. ALÇAQ ÜRƏYİM Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”DEYİRLƏR, NƏVƏ ŞİRİN OLUR!”.Uşaq şeirləri

Post Views: 534 Deyirlər, nəvə çox şirin olur Deyirlər ki, nəvə çox şirin olur, Həyatın ən gözəl mənasıdı o. Ömür bağçasının təbi, loğmanı, Məhəbbət gölünün sonasıdı o. Deyirlər ki, nəvə çox şirin olur, Bənzəmir bu sevgi, ülfət heç nəyə. Dərddən qüssələnib, əsib coşanda, Onun bir gülüşü gəlir köməyə. Deyirlər ki, nəvə çox şirin olur, Atadan, …

Publisistika

Azərbaycan mətbuatında yeni dərgi işıq üzü gördü

Post Views: 46 2013-cü ilin may ayı Azərbaycan mətbuatı üçün önməli hadisələrin cərəyan etməsi ilə yadda qaldı.Belə ki, məhz may ayında Azərbaycan mətbuatında “Ali Ziyalı” dərgisi-jurnalı dünyaya ilk addımlarını atdı.May ayından etibarən dərc olunmağa başlayan dərgi ayda bir dəfə 63 səhifə olmaqla 300 tirajla dərc olunacaq.”Ali Ziyalı” dərgisinin təsisçisi və baş redaktoru Azərbaycan Yazıçılar və …

Publisistika

Təranə Şəmsin yeni kitabı işıq üzü gördü

Post Views: 50 Çağdaş Azərbaycan ədəbi mühitində öz şeirləri və məqalələri ilə dövri mətbuat səhifələrində dərc olunan istedadlı xanım yazar Təranə Şəmsin “Araz” nəşriyyatı tərəfindən “Sevdalıyam bu həyata” adlı ilk kitabı işıq üzü görüb.Kitabın naşiri Əlirza Sayılov, redaktoru Ramin Qurbandır.152 səhifədən ibarət olan kitabda istedadlı və son dərəcə zəhmətkeş müəlliflərdən olan Təranə Şəms son illərdə …