Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 137 NƏTİCƏLƏR
"Yeni nəşrlər"

Qürbətdə yaşayıb-yaradan (İspaniya Santander şəhəri) şair Səfa Rəşidin “Ayrılığı sal yadıma” ilk şeirlər kitabı işıq üzü görüb

Post Views: 36 Şair Səfa Rəşidin “Adiloğlu” nəşriyyatı tərəfindən reallaşan “Ayrılığı sal yadıma” kitabı 128 səhifə həcmində 300 tirajla çapa verilmişdir. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki kitab müəllifi istedalı şair Aysel Səfərli, məsləhətçi isə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali …

"Yeni nəşrlər"

“Buta-4” Türk Dünyası Şairləri Almanaxı işıq üzü görüb

Post Views: 38 Salam əziz Dostlar! Türk Dünyası Şairlərinin bir arada birləşdiyi “Buta-4” Almanaxı Sizlərlə görüşə gəlir! Yeri gəlmişkən onu da qeyd edim ki, Butanın bu sayı Türk Dünyasının böyük fikir ustadı, şairi, filosof İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur. “Buta-4”-də cəm olan şairləri Sizə təqdim edirik. Abdulhadi BAY –Türkiyə Abdurauf ABDUQAFFAROV –Qazaxıstan Ağasəf İMRAN …

AJB Sumqayıt şəhər təşkilatı

İlahə Bayanduru doğum günü münasibətilə təbrik edirik! (18 iyul 1970-ci il)

Post Views: 36 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir. Mətbuat …

"Zərif kölgələr"

“Zərif kölgələr” 2 layihəsinə start verildi

Post Views: 42 “Zərif kölgələr” mənim həyatımda oyanış oldu. Heç ağlıma gəlməzdi ki, yazılarımı dərc edərəm. Və kitab çıxdıqda o qədər xoş qarşılandı ki, məni yazmağa ruhlandırdı. Bu kitabdakı yazarlarla bir arada olmaq mənim üçün şərəfdir. Gözəl, incə qəlbli xanımlar bir araya bu layihədə toplaşdı. Dəyərlərimizi cəmlədik. Kitabı oxuduqca zərif kölgələrin əslində güclü bir ruha …

Publisistika

Təhminə VƏLİYEVA.“Xatirələr” aynasında görünən Əhməd bəy Ağaoğlu şəxsiyyəti!

Post Views: 44 Müstəqillik sözlərə, fikirlərə ədəbiyyata da yeni can, yeni ruh gətirdi. Xalqımızın mədəni-mənəvi irsinin öyrənmək, özünü tanımaq fürsəti ələ düşdü. Bizdən gizli saxlanılan həqiqətləri, bizə yanlış tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında mürtəce romantizmin nümayəndəsi kimi verilən, “pantürkist”, “panislamist”, “paniranist” damğaları vurulan Əhməd bəy Ağaoğlu da bu şəxslər sırasında idi. Əlbəttə, partiya ideologiyası elmi ədəbiyyata …

Publisistika

Təhminə VƏLİYEVA.“Rus ədəbiyyatının ümumi səciyyələri”nə xüsusi nəzər

Post Views: 152 Dünya ədəbi prosesinə əsaslı təsir göstərən rus ədəbiyyatı, xüsusilə də XIX əsr rus ədəbiyyatı Avropa və dünyanın görkəmli fikir adamlarının diqqətini necə özünə çəkmişdisə, eləcə dəƏhməd bəy Ağaoğlu və xalqımızın digər mütəffəkirlərində bu ədəbi inkişaf prosesini izləməyə dair bir maraq oyanmışdı. Ə.Ağaoğlu rus ədəbiyyatının tənqidi problemlərinə xüsusi həssaslıqla yanaşmış, onun görkəmli nümayəndələrinin …

Publisistika

Nizami CƏFƏROV.”Dilçi missiyası…Və dilçilikdə “elm poeziyası””

Post Views: 49 Oljas Süleymenovun dilçilik marağının köklərinin nə qədər dərin olduğunu, yəqin ki, böyük şairin yaradıcılığı ilə az-çox tanış olanların hamısı bu və ya digər dərəcədə bilir. Neçə illərdir “1001 söz” universal etimologiya sözlüyü üzərində çalışdığı da məlumdur. Lakin “Sözün kodu” kitabçasının nəşri əsərin tərtib prinsipləri barədə müəyyən təsəvvür yaratmaqla güman etmirəm ki, dilin …

Azərbaycan ədəbiyyatı

Ədəbiyyat İnstitutunun əməkdaşlarının altı ayda 24 monoqrafiyası çap olunub

Post Views: 32 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının bu ilin altı ayı ərzində 545 məqaləsi, 24 monoqrafiyası, 12 tərtib kitabı və 3 bədii əsəri çap olunub. AZƏRTAC xəbər verir ki, bu, Ədəbiyyat İnstitutunun 2019-cu il üçün yarımillik hesabatında əks olunub. Hesabatda bildirilir ki, bununla yanaşı, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin bu …

Sumqayıt RMTİ

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib

Post Views: 47 Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinin iştirakı ilə keçən tədbirdə kitabxanaçı Bəturə Lazımova Sumqayıt şəhərinin yaranması, dünəni və bu günü haqqında geniş məlumat verib. …

Azərbaycan ədəbiyyatı

“Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək

Post Views: 29 23 İyul 2019-cu il saat 15.00-da Azərbaycanda ATATÜRK Mərkəzində “Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək. Təqdimatda Qırğız Respublikası Yazıçılar Birliyinin başqanı sayın Nurlan Kalıbekov başda olmaqla, 14 qırğız şairi də iştirak edəcək. Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir. Mənbə: http://edebiyyatqazeti.az

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Ölümlü gecəm”

Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru İslatdı dərdimi göz yaşlarımda, Qucağında ölüm gətirən gecə. Hönkürtü səsində açılan səhər, Kəsdi kələyimi dan yerinəcən. Donmuş nəfəsimdə şehə bələndi, Ruhumun can adlı sızıltıları. Sən …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GECƏLƏR Yuxum itgin düşər sənsiz gecələr, Sən gəlsən, üzümə gülər bu dünya. Xəyalım yolları gəzər gecələr, Sənsiz quzu kimi mələr bu dünya. Gecə tək qaradı hicranın üzü, Hər dərd bir ürəyi axtarıb seçər, …

Azərbaycan Prezidenti

R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 30 R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, …

Mədəniyyət

Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb

Post Views: 34 Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və …

Mədəniyyət

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitab işıq üzü görüb

Post Views: 34 Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında …

Mədəniyyət

“İdrakın üfüqləri” kitabı işıq üzü görüb

Post Views: 34 Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik …

Mədəniyyət

Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Post Views: 40 Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Ruslan Ağazadənin “İnsan” filmi Xorvatiyada keçirilən “Croatian One-Minute” festivalında ikinci yerə layiq görülüb. Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, ekran əsərinin rejissoru və operatoru Ruslan Ağazadə, prodüseri Çingiz Qulaməliyevdir. Mənbə: http://www.azertag.az

Sumqayıt RMTİ

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxan Klubda sumqayıtlı yazarlarla görüş keçirilib

Post Views: 33 Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxan Klubda AYB Sumqayıt bölməsi ilə birlikdə sumqayıtlı yazarlar: Əşrəf Veysəlli, Qüdrət Muğanlı, Rafiq Yusifoğlu, Əli Nəcəfxanlı ilə görüş keçirilib. Sumqayıtın 70 illik yubiley tədbirləri çərçivəsində keçirilən görüş “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İçtimai Birliyinin üzvləri üçün təşkil olunub. Tədbiri giriş …

AJB Sumqayıt şəhər təşkilatı

Tural Sahabı doğum günü münasibətilə təbrik edirik! (16 iyul 1989-cu il)

Post Views: 39 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Tural Sahabı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah! Mətbuat xidməti

Sumqayıt RMTİ

Xızıda “Qızıl əllər, Şən ürəklər” adlı tədbir keçirilib

Post Views: 45 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzi və Xızı MKS-in birgə təşkilatçılığı ilə “Qızıl əllər, Şən ürəklər” adlı tədbir keçirilib. Əhalinin asudə vaxtlarını səmərəli təşkili məqsədi ilə keçirilən tədbir Xızı rayon Heydər Əliyev parkında baş tutub. Tədbirdə C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında şən mahnıar səslənib, …

Mədəniyyət

Akif Səməd –60

Post Views: 34 21 iyul 2019-cu il, saat 16:00 da R.Behbudov adına Dövlət Mahnı Teatrında şair, publisist Akif Səmədin 60 illik yubileyinə həsr edilmiş anım tədbiri keçiriləcəkdir. Tədbirin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi, Uluslararası Aktivist Sanatçılar Birliyi və Qazax Xeyriyyə İctimai Birliyidir. Gecənin birinci hissəsində ədəbiyyat adamları ilə yanaşı rəsmi qonaqlar, UASB başqanı, şair Ümit Yaşar …

Mədəniyyət

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir

Post Views: 39 Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq …

Mədəniyyət

Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

Post Views: 34 Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Silsilə tədbirlərdə Nəsimi poeziyası, …

Mədəniyyət

İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsi elan edilib

Post Views: 35 https://c.radikal.ru/c37/1907/cb/683abc6170d9.jpg Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir. Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, flomaster, qrafika və s. texnikalarla …

Mədəniyyət

Xalq şairinin məzarı ziyarət edilib

Post Views: 31 Xalq şairi Mirvarid Dilbazinin ruhuna ehtiram olaraq bir qrup ziyalı onun qəbrini ziyarət edib. AZƏRTAC xəbər verir ki, ziyarət Mirvarid Dilbazi Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə reallaşıb. Anım mərasimində Xalq şairinin qızı Xatirə Dilbazi xanım və yaxın qohumları, eyni zamanda, professor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, “Mişov” jurnalının …

Mədəniyyət

Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Post Views: 40 İyulun 13-də Yasamal qəbiristanlığında Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şairin məzarı önünə əklil qoyub, qərənfillər düzüblər. Anım mərasimində Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, vəfatından 18 il ötən M.Dilbazi Azərbaycanın …

"Yeni nəşrlər"

Yazıçı Eyvaz Zeynalovun Türkiyədə yeni kitabı işıq üzü görüb

Post Views: 27 Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun yaxın günlərdə Türkiyənin “Asmaaltı yayınevi”ndə “Kış güneşi” (“Qış günəşi”) adlı romanı nəşr olunacaq. Kitabın tərcüməçisi və çap təşəbbüskarı Ömər Küçükmehmetoğludu. O, yazıçının Türkiyədə çıxan kitablarının, demək olar, hamısının tərcüməçisidir. Əsərdəki hadisələr …

"Yeni nəşrlər"

Hikmət Məlikzadənin növbəti kitabı işıq üzü görüb

Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Hikmət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları” adlı növbəti monoqrafiyası işıq üzü görüb. Kitab tanınmış şair-publisist, “Yada düşdü” jurnalının baş redaktoru, Respublika “Xatirə” Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədlinin yaradıcılığına həsr olunub. AZƏRTAC xəbər verir ki, kitabda N.Məmmədlinin yaradıcılığı, xüsusən də, “Yurd dediyim bu torpaq…” kitabı elmi aspektdən, …

Sumqayıt RMTİ

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Post Views: 28 Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladı, böyük intibahın təməli qoyuldu. Qısa müddət ərzində müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə respublikamızın keçmiş SSRİ-nin …

Sumqayıt RMTİ

Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib

Post Views: 30 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Xidmət və Uşaq Şöbələrinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışova həsr olunmuş tədbir keçirilib. Şəhidlərimizin doğum günləri ilə əlaqədar olaraq keçirilən tədbir uyuduqları son mənzildə- Sumqayıtın Şəhidlər xiyabanında baş tutub. Tədbiri giriş sözü ilə açan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yanar ürək…” (Ustadın xatirəsi)

Post Views: 39 Əziz Ülkər Xanıma Bir gün yerə qoymadı: nə gözündən – eynəyi, nə əlindən – qələmi. Görənlər, belə gördü Şirməmməd müəllimi. Qalxdı – şax baxa-baxa, tay-tuşunun üzünə, – Müəllim kürsüsündən. Şirməmməd kürsüsünə. Qızlarının atası, xanımının əriydi. “Cümhuriyyət” – sonuncu şahanə əsəriydi. Sinədəftər deyirdi Varaq-varaq tarixi. Ya Qədim tarix olsun, ya Qarabağ tarixi. İstiqlal …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 150 TƏBRİZDƏN AYRILANDA Ayrılıq anları gəldi, yetişdi, Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan! Çox qala bilməzsən bu şəhərdə sən, Göz yaşın olsa da göl, ay Zəlimxan! Mən kimə yalvarım, kimə diz çöküm, Sərhədi nə qədər dağıdım, söküm? Başıma haranın daşını töküm, Nə qədər bağlanar yol, ay Zəlimxan?! Hicran sinən üstə çökər qış kimi, Göynədər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”ALLAH!

Post Views: 372 (“Fəryad” pyesindən) Idraka yol açmış gecədən gündüzə ALLAH! Güldürməsən öz könlünü gülməz üzə ALLAH! Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş. Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH! ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH? Ən yüksək haqda olan həqiqətdir ALLAH! Dondunsa təkamülcə gözəllik qabağında. Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH. Bildik,bilirikgizlidir insandakı qüdrət. Hər kəs onu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.Əxlaqi-fəlsəfi şeirlər

Post Views: 63 * * * Kobudluqla cəsarəti qarışdırma! Yaltaqlıqla nəzakəti qarışdırma!.. … Tülkülüklə fərasəti qarışdırma! Düşmənliklə rəqabəti qarışdırma!.. * * * Zəlil haqqın kəsən zalım, Əlil haqqın kəsən zalım, Ziyarətgaha can atma, Can atma, xalqı aldatma! * * * Sular gömgöy, səma mavi. Ağzı köpüklü-köpüklü, Başı havalı-havalı, Ədalarla üzür gəmi. Boynu yedək kəndirində Üzür …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Qəzəllər

Post Views: 67 *** Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər, Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər. Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən, Hər kim olsa, el içində, məncə hörmətdən düşər. Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə, Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər. Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez, Xalqına …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Şirin dilim”

Post Views: 55 Saçlarından tel əsəndə, Telinə qurban olmuşam. Dilin sözə tələsəndə, Dilinə qurban olmuşam. Təzə çıxan süd dişinə, Qəh-qəhəli gülüşünə. Tırıp- tırıp yerişinə, Çox baxıb heyran olmuşam. Yanağının gülü solsa, Könlün bir an tutqun olsa, Bir ağrıyla gözün dolsa, Mən ürəyi qan olmuşam. Keçib getdi ayım, ilim, Sən açıldın, qönçə gülüm, ” Ana” deyən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Gəlib gözlərimin keçir önündən”

Post Views: 53 Gəlib gözlərimin keçir önündən, Sinəmi qabağa gərdiyim günlər. Əynimdə boz şinel alov içindən, Fırtına qoynuna girdiyim günlər. Yatmaqdıq atəşdən atəşə qədər, Sədası torpaqdan günəşə qədər, Qırx birinci ildən qırx beşə qədər, Döyüşdə imtahan verdiyim günlər. Sellər-sular kimi qaynayıb-daşar, Dastanlar yaradıb, mahnılar qoşar, Canlı xatirəyə çevrilib yaşar, Bir vaxt gözlərimlə gördüyüm günlər.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Dağlar”

Post Views: 101 Binələri çadır- çadır Çox gəzmişəm özüm, dağlar! Qüdrətini sizdən aldı Mənim sazım, sözüm, dağlar! Maral gəzər asta – asta, Enib gələr çeşmə üstə. Gözüm yolda, könlüm səsdə, Deyin, necə dözüm, dağlar? Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar! Qayaları baş – başadır, Güneyləri tamaşadır. …

Sumqayıt RMTİ

Sumqayıtda “Oxu, öyrən, əylən” adlı tədbir keçirilib

Post Views: 47 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Sumqayıtın 70, Uşaq şöbəsinin 50 illiyi və uşaqların asudə vaxtının səmərələi təşkili məqsədilə “Oxu, öyrən, əylən” adlı tədbir keçirib. Nəriman Nərimanov parkında keçirilən tədbirdə oxucularla birlikdə ucadan oxu keçirilib, oxunan kitablara aid verilən suallar cavablandırılıb. Sonra uşaqların iştirakı …

Ana səhifə

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik

Post Views: 33 Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu …

Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 45 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə …

Azərbaycan Prezidenti

M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 30 M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 iyul 2019-cu il. Mənbə: http://www.president.az

Azərbaycan Prezidenti

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına

Post Views: 35 Hörmətli Simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi …

Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarınaHörmətli müşavirə iştirakçıları!

Post Views: 37 Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarınaHörmətli müşavirə iştirakçıları! Sizi salamlayır və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Şərqdə, müsəlman dünyasında ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə dost münasibətlər yaratmaq Cümhuriyyətin …

"Hece Taşları" dergisi

“Hece Taşları” aylık şiir dergisinin 53. sayısı yayında

Post Views: 35 Uçakla Biçtiler Gökekinleri İnsan geç yetişen nesil ağacı, nasıl bakar isen öyle yetişir, vakti gelip sorumluluk alınca, çağ açıp kapatan bir fatih olur, dağlarda yürütür kadırgaları, barışta bir şefkat elçisi olur, nerede bir mazlum feryadı duysa, gözünü kırpmadan sefere çıkar, karşısına küffar ordusu çıksa, döne döne meydanlarda vuruşur, ya şehit ya gazi …

"Yeni nəşrlər"

Dəyərli Nəsimisevərlər!

Post Views: 39 Dəyərli Nəsimisevərlər! Əli Kərim adına Poeziya Evi Sizi sumqayıtlı tədqiqatçı-yazar Aygün Cəfərovanın “Nəsimi yaradıcılığında folklor izləri” kitabının təqdimatına dəvət edir. Tədbir 13 İyul 2019-cu il tarixdə, saat 12:00-da, “Azərbaycanda Nəsimi İli” çərçivəsində keçirilir. Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr. Heydər Parkı, Z.Hacıyev küçəsi 6. POEZİYA EVİ.

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Dərdim sənsizliyin dərdini çəkir Bir səhər üz tutdum dənizə sarı, Görüş yerimizdə ayaq saxladım. Öpdü həsrət məni sən əvəzinə, Töküldü gözümdən leysan, ağladım. Mənə elə …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü AXI Necə də şirinsən, necə də əziz, Hüsnün bir aləmdi, eşqin bir dəniz, Gözlərin qaradı, özün aybəniz Mən səni sevməkdən doymuram axı. Ağlımı başımdan alır gülüşün, Əzəldən nazlanmaq olub vərdişin, Vallah möcüzədi sənin …

Sumqayıt RMTİ

“Rövşən” ritm qrupu Samarada keçirilən 15-ci Beynəlxalq ritm festivalında uğurla çıxış edib – FOTOLAR

Post Views: 30 Rusiyanın Samara şəhərində ənənəvi 15-ci Beynəlxalq ritm festivalı keçirilib. Festivalda Azərbaycanı Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində fəaliyyət göstərən Rövşən Cabbarın rəhbərlik etdiyi “Rövşən” ritm qrupu təmsil edib. Festivalda 15 xarici ölkə, Rusiyanın 15 böyük şəhərlərindən dəvət olunmuş sənətçilər iştirak edib. Türkiyə, İran, Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn ritm həvəskarları ilə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Vaxtıdı”

Post Views: 32 Bir az ağır olun, nolar, Batman gəlməyin vaxtıdı. Savalandan yola çıxıb, Atnan gəlməyin vaxtıdı. Görüb oxu – kürəkdəki, Kimdi əsən külək təki?! Yaşanarmı ürəkdəki Çatnan, gəlməyin vaxtıdı. Dərd sinədə sırıq-sırıq, Sirr verdiyin ağzıcırıq, Düşmən neylər ki, bu qırıq Zatnan, gəlməyin vaxtıdı. Dözməklə kar aşandımı? Ruhsuz bir gün yaşandımı?! Barışmaq yaraşandımı Matnan?- Gəlməyin …

Sumqayıt RMTİ

Sumqayıt Poeziya Evində “Nəsimi və təsavvuf” adlı tədbir keçirilib

Post Views: 36 Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə 2019-cu ilin ölkəmizdə NƏSİMİ İLİ elan olunması ilə bağlı tədbir keçirilib. “Nəsimi və təsavvuf” adlı tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Sumqayıtda keçirilən tədbirləri diqqətə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Sevib-sevilən qızlar”

Post Views: 25 Sevib-sevilən qızlar Vətənin nazlı qızları, Qırln adətdə”buzları”. O dürləri, almazları, Siz ağıllarda axtarın! İgid sınanar düz yolda, Büdrəməz, getsə yüz yolda. Səadəti siz nə pulda, Nə dövlət, varda axtarın! İnci, almaz, dürr soyuqdur; Daşların ürəyi yoxdur . İsti ürəklər çoxdur, Odu siz orda axtarın! Dağlar qalıb sel içində, Kaman titrər tel içində, …