Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 152 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Üz tutsan haqqın yoluna, sən abi-heyvan taparsan”

Post Views: 29 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Üz tutsan haqqın yoluna, sən abi-heyvan* taparsan. Dərdli-kədərli ananı, yenə də giryan* taparsan. Sığındıqca dərgahına, gündən-günə, aydan-aya, Ruzunu Ulu Tanrıdan,inan cavidan* taparsan. Gəlib düşsən bir məclisə, fəqət hər an deyib-gülən, Dünən məzlumməzlum baxan, quzunu büryan* taparsan. Oxuduqca haqq “Quran”ın …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır”

Post Views: 28 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır, İgidlər də döyüşməyə, özünə meydan axtarır. Keşməkeşli bu həyatın, ən adi günündə belə, Tövbə ardınca tövbəni yenə də insan çağırır. Bu dünyanın dərd-sərindən aşkar-aşkar olmasa da, Dərdlərini bölüşməyə ruh özünə can axtarır. Yazılmamış qanundur …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Əldə qılınc igidləri döyüşə meydan çağırır”

Post Views: 29 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Əldə qılınc igidləri döyüşə meydan çağırır, Fitnə-fəsad törətməyə bəndəni şeytan çağırır. Sübh şağı açılan kimi səhərdən axşama qədər, İnsanı çətin sınağa yenə də dövran çağırır. Səmanın üstündə yenə sayrışanda ağ ulduzlar, Fəqət bu gün tənha qalan ruh köməyə can …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”İnciyib qızların göyçəyi mənnən…”

Post Views: 45 Mən bu ağrıları çoxmu çəkərəm? İnciyib qızların göyçəyi mənnən, özüm becərərəm, özüm əkərəm, güllər barışdırsa çiçəyi mənnən. Düşüb, ayağına yenəmi gedim, hansı ağbirçəyi minnətçi güdüm? Deyəndə: “Nə alıb hədiyyə edim?” “Can” – dedi, ummadı heç nəyi mənnən. Ömrümü əlimnən alsa da – mənim, qopub ləçək-ləçək solsa da – mənim, illərlə yanımda olsa …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Savayı…”

Post Views: 40 Körpə idim – yerim isti, özüm tox, nə istəsəm yetişərdi havayı. Öyünməyə daha gözəl günüm yox, el-obamda o çağlardan savayı. Xəyalımda ömrün hər bir yaşında, gözlədiyim soyuq elçi daşında, nə diləyim beşiyimin başında nəğmə deyən dodaqlardan savayı. Bütöv canın parçasıdır hər qitə, ölən üçün zaman sönər, yer bitər! Yer tapılmaz mənə doğma …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Getmisən…”

Post Views: 126 Gülüm, axı hamı məni tanıyır, bilmədiyin nə öyrənib getmisən? İndiyədək çəmən məni qınayır, çiçəklərə gileylənib getmisən. Yar, olmaya canım sənə qəfəsmiş, aramızdan nə çatlayıb, nə əsmiş? Bəlkə sevgi sənin üçün həvəsmiş? Ətrafımda veyillənib getmisən. Axı məni yoxun-varın bilirdin, al günəşin, ilk baharın bilirdin, saçlarımı zirvə qarın bilirdin; bəlkə, elə o sellənib getmisən? …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Payız şabaş yağdırır…”

Post Views: 50 Bulud üç bir, iki bir, yavaş-yavaş yağdırır, yollar boyu toy gedir – payız şabaş yağdırır. Daşınmaqda ot-ələf, qoymarıq olsun tələf, su içində bu tərəf, ya da o baş, yağdırır. Sevilirik, sevirik, ağrısını bilirik, göz yaşların ya kirpik, ya da ki, qaş yağdırır. Qaldı yola salanlar, getdi yadda qalanlar, dəliqanlı olanlar başına daş …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Daha ikimiz də cəhənnəmliyik…”

Post Views: 216 Gözümün nurunu aldı bu təklik, varsan nə yağında, nə tortasında! Düzdü, ikimiz də cəhənnəmliyik; mən gendə yanacam, sən ortasında! Qılıncdan beş-betər kəsərmiş nəzər, böhtannan, qarğışdan, şərdən əlhəzər! Dərdlər ürəyimin üstündə gəzər, əcəl eşələnər tən ortasında. Boş qaldı xəyalda qurduğum evcik, hər sevən taleyə düşməz elçilik, mən xırman çölündə xırda sərçəcik, qismətdən umduğum-dən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Dağlar dənizə gəlib”

Post Views: 43 Dağların arasında Dəniz olub ağ duman. Dağlara dəniz gəlib Baxıram heyran-heyran. Hər səmadan bir taya, Hər buluddan bir əlçim, Hər dəryadan bir içim Yığılıb dəniz olub. Dağların arasında Sıxılıb dəniz olub. Görünür yorğun düşüb, Dərəyə lövbər salıb, Bir az yatmaq istəyir. Göyləri çox gəzibdir, Qayalı dağ istəyir. Dağlara dəniz gəlib Sahili sıldırımlar. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Təbiət yatır”

Post Views: 55 Çalalar, çuxurlar hamarlanıbdır Quşlar bir dən üçün qubarlanıbdır Qanadı altına salıb başını, Sərçələr ötürür qarlı qışını. Baxıram bu ağac nararmududur İndi nararmudu qar armududur. Bəs bu ağacdələn kimi oyadır, Təbiət yatır. Deyəsən bu yellər uzaqdan gəlir, Bir gözəl dan üzü bulaqdan gəlir, Köksünə sığmayır ürək sevinci, Düşür saçlarına qar inci-inci. Elə bil …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Güllə gəzdirən maral”

Post Views: 50 Bir namərdin gülləsi Ürəyimdən yan keçib, Bədənimdə qalıbdır. Odu məni alıbdır Güllə zəhərdir, zəhər… Qoy qanıma işləsin, Qoy canıma işləsin, Bir südümə dəyməsin, Bala böyüdürəm mən. Həyat eşqi gözümdə, Qan ləkəsi izimdə. Düşmənimi bəsləyib Gəzdirirəm özümdə. Mənim yüküm daş deyil, Mənzilinə yetirim Mənim yüküm duz deyil, Su dəyəndə itirim. Bir göz giləsi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Lalə”

Post Views: 40 Utancaq gəlin tək çəkinib əvvəl Bürünər bir yaşıl duvağa lalə. Yırtıb örpəyini baş qaldıranda, Bənzər təbəssümlü dodağa lalə. Yel əsib duvağı salar üzündən, Görərsən xal qoyub yanağa lalə. Yağışlar yuyanda ləçəklərini Çəkər saçlarını darağa lalə. Xoşlanar günəşin od nəfəsindən, Verər sinəsini qabağa lalə. Qərənfil, bənövşə solub gedəndə, Bənzəyir bir qərib qonağa lalə. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Mən də Tanrı quşu olsam”

Post Views: 38 Gün doğsa da, işıqlanmaz ömrün qara günləri. Tanrıyla kim barışdırar bəxtindən küsənləri? Canımıza hardan dolub bu dəlilik havası? Ağaclar da Məcnun olub başında quş yuvası. Quşa dönüb mollalar da, qonub minbər başına. Əzan verib bu şəhəri basdırarlar axşama. Mən də Tanrı quşu olsam, mən də qonsam minbərə, Hər nə desəm küfr çıxar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Bir xəfifcə külək”

Post Views: 48 Bir xəfifcə külək əsdi ürəyimin yanından. Əsdi ətəyi yellənən bir nazik qız donundan. Bu nə gözəl qızdı, Allah, lap qəbirdə sevməli. Bir də, bir də doğulmalı, bir də, bir də sevməli. Gecələri səhərəcən dizinə baş qoymalı. Yuxuda da onu görüb diksinib oyanmalı. Əcəl günü, son nəfəsdə son sevdaya düşməli. Bir cüt quştək …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Gəlin, açın yumruğumu!”

Post Views: 49 Sıxılmaqdan əlim şişib, Dırnağım ovcumu deşib, Barmaqlarım düyün düşüb, Gəlin, açın yumruğumu! Nə qedib yata bilirəm, Nə qələm tuta bilirəm, Nə bir daş ata bilirəm, Gəlin açın yumruğumu! Mən ki bir fağır oğuldum, Birdən yay kimi yığıldım, Boğuldum, Allah, boğuldum, Gəlin açın yumruğumu! Uçdu mən quran qalalar… Yaxşı ki var gül balalar, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş-yavaş sevdim səni”

Post Views: 45 Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Hər şəkildə bir anım…”

Post Views: 59 (Qələm yoldaşım Yusif Səmədoğluna) Hərdən töküb önümə köhnə şəkillərimi, Mən yadıma salıram o ötən illərimi. Bu şəkillər, şəkillər köhnə xatirələrin min nəğməli səsidir. Yaşadığım anların kağızlar üzərində əks olan kölgəsidir. Şəkillər yığın-yığın, Şəkillər dəstə-dəstə; Hər şəkildə bir anım əbədilik yaşayır cansız bir kağız üstə. Yaşamışam o anı, O an çıxıb əlimdən; O …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyamı, mənmi?”

Post Views: 94 Uşaqlıq şəklimə hey baxıram mən, İllər xəyalımdan süzülüb keçir. Şirin xatirələr gözüm önündən Gah ağlayıb keçir, gah gülüb keçir. Küçədən tapdığım rəngli bir şüşə, Könlümü nə qədər sevindirərdi! Adamlar, adamlar məni həmişə Oxşayar, əzizlər, xoş dindirərdi. Xəyalən uçardım ulduza, aya. Bir təzə sevdaya düşərdim hər gün. Elə bilərdim ki, bu qoca dünya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Qara saçlar, ağ saçlar”

Post Views: 171 Saçlarıma dən düşür, dən düşür, yaman düşür, Hər baxanda anamın ürəyinə qan düşür. Bu ağ saçlar, ay ana, səni dərdə salmasın, Saçımın ağlığından qanın heç qaralmasın! Alışıram gecələr masa arxasında mən, Saçlarım da ağarır, qəlbimin atəşindən. Sən demə ki, balamın bəlkə gizli qəmi var, Vaxtsız ağaran saçm özgə bir aləmi var. Ölüm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ömür”

Post Views: 35 Y.Məmmədəliyevə ithaf Deyirlər, çox ardır yüz il, əlli il, İnsana bir ömür kifayət deyil. Hələ isitməmiş öz yerimizi Ölüm cəllad olub haqlayır bizi. Deyirlər, şirindir dadı dünyanın, Kaş iki olaydı ömrü insanın. Nola, çalışsaydıq ömrün birində, Sonra əylənəydik biz digərində. Hərə öz ömrünə bir cürə baxmış, Hərə bu dünyanı bir cürə anlar. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Gətirəcəksən”

Post Views: 36 Könül, nə yanırsan, nə yandırırsan, Xalqı bir yönəmi gətirəcəksən? Dilsiz qayaları, səssiz daşları, Səsəmi, ünəmi gətirəcəksən? Aldılar əlindən yağlı, yavanı, Çəkdilər canından suyu, havanı. Yerinə qaytarıb yurdu, yuvanı, Dağlara binəmi gətirəcəksən? Nə ad düşündürür, nə san milləti, Çoxalır asdıran, asan milləti. Qayğılar başından basan milləti Kölgədən günəmi gətircəksən? Yaşadın dərd yeyib, qəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Canımız”

Post Views: 32 Ömür-gün səhrasında, Səfil olan canımız. Qəzası, müsibəti Qəfil olan canımız, Həyat bir udum nəfəs, Dünya beş günlük həvəs. Hər yanı zindan, qəfəs, Qıfıl olan canımız. Enib dərdin şəhrinə, Düşüb qəmin qəhrinə. Sehrbazlar sehrinə Tifil olan canımız. Ölüm ahıl, biz çağa, Boğaz yemdi bıçağa. Axır beş arşın ağa Təhvil olan canımız.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dərd”

Post Views: 45 Hər çiyin tab gətirməz, Ağır yükdü dərd daşı. Daşıyırsan həyatda Kişi kimi dərd daşı. Enər gözə çən kimi, Düşər saça dən kimi. Damla daş dələn kimi, Dəlib deşər dərd daşı. Əzər-tikər, qum eylər, Kotan çəkər, şum eylər. Dərd əridər, mum eylər Sərt qayanı, sərt daşı. Mərd yaşamaq gərəkdi. Sərt yaşamaq gərəkdi. Dərd …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Sən allah, dilinə qeybət gətirmə!”

Post Views: 36 Ulduzdan danışaq, Aydan danışaq, Çeşmədən, dənizdən, çaydan danışaq, Sevgidən, sevincdən, toydan danışaq. Palıd qətiyyətli oğullar görüb, Çinartək ucalan boydan danışaq, Sən allah, dilinə qeybət gətirmə! İşığam, sən məni zülmətə çəkmə, Aşkaram, sən məni xəlvətə çəkmə. Ayna ürəyimi, duru könlümü Kinə, küdurətə, nifrətə çəkmə, Sən allah, dilinə qeybət gətirmə! Əlvan çiçəklərin baxışına bax, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Ağrı”

Post Views: 29 Üstümə gələn şikayətçilərə Ürək ndir, zərif tel, incələrin incəsi, Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi. Hər gün üzünə durur həyatın işgəncəsi, Səni necə qurtarım ağrıların əlindən? Fikrində ümid yeri, gözündə yaş gəlirsən, Ürəyində qəm yükü, bağrında daş gəlirsən. Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən, Səni necə qurtarım ağrıların əlindən? …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Bilmədin sən qədrimi”

Post Views: 80 Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin. Bilmədin sənsizliyindir qəlbimə odlar salan, Bağrıma dağlar çəkən hicranı hicran bilmədin, Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım, Ömrümü verdim sənin uğrunda qurban, bilmədin. Eşqimin təxtində fərman verdi hər gün ayrılıq, Can evimdə əsdi yellər, qopdu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Gözəllər gözəlinə”

Post Views: 93 Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, – Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Üzünü görmədiyim hər günümə gün demirəm, Küsmə, ünvanına bu sözləri küskün demirəm. Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm. Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim, Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Səndən öyrəndi bahar nəğmələrin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Bəlkə də…”

Post Views: 25 Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır. Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır. Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır. Eşqdir mənası bu ağ günlərin, xoş günlərin, Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır. Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz, Millətə xidmətdə ən mənalı bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Rəqs edir”

Post Views: 34 Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir. Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir. Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin, Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir. Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını, Könlümün mülkündə solmaz ilk baharım rəqs edir. Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil. Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Çağır”

Post Views: 73 Sənə üz versə kədər, məclisə cananı çağır, Dodağı qönçəli, ol gözləri ceyranı çağır. Eşqdir, hicridir, aləmdə vüsaldır məna, Varsa şübhən, bunun isbatina dünyanı çağır. Söndürə bilməyəcəksən yenə eşqin adını, İstəyirsən köməyə çayları, dəryanı çağır. Sağalar məncə, vüsal ilə bu hicran yarası. Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır. Səni qəmlər dənizi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qoymaram”

Post Views: 68 Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana apardı sellər Saranı. bir gülər üzlü balanı.. Nəbati Gedin deyin Nərimana, Sıxır məni xəstəxan,. Xəstəxana batıb qana. aparır sellər Saranı. eşitsin ellər Saranı. Sara Dözmün azalıb, nə olub yenə, Belə görməmişdim, ay Sara, səni. Oxuma yanımda qəm mahnısını, Qoymaram bu ellər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ay Həkim”

Post Views: 78 Ağzın bəd xəbərə açıldı sənin, Sonra necə güldün, necə, ay həkim. Səsin ürəyimə sancıldı sənin, Həkimlik buydumu səncə, ay həkim. Sən güldün, yanında ssusub ağladım, Yenə ümidimi sənə bağladım. Sağ ikən insana mən yas saxladım, Verdin əməyimi heçə, ay həkim. Bir qapı bağladın, yüz qapı açdım, Qızışn soyuğunda ölkə dolaşdım. Həkimin əlindən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mən”

Post Views: 37 Kimsə salam verdi mənə rəhm ilə, Allahın nə yazıq bəndəsiyəm mən. Tüstüsüz yandım mən odlar içində, təndirin küt gedən kündəsiyəm mən. Məndən inciməsin dostlar, tanışlar, daha yadlaşıbdı doğma baxışlar. Ey əsən küləklər, yağan yağışlar, tökülün üstümə dözəsiyəm mən. Yatır süfrəmizə çörək gətirən, ailə yükünü təkcə götürən, Mən boynu büküyəm, o köks ötürən, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

Post Views: 88 Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı amma tək qocalmaq dərd verir hərdən. “Dağlar” deyə-deyə mən dağ şamışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, …

AJB Sumqayıt şəhər təşkilatı

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Post Views: 27 Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. AZƏRTAC xəbər verir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi …

Azərbaycan ədəbiyyatı

Əhməd CAVAD.”Azərbaycan bayrağına” (Şeir)

Post Views: 83 Türküstan yelləri öpüb alnını Söyləyir dərdini sana, bayrağım! Üçrəngin əksini Quzğun dənizdən Ərməğan yollasın yara, bayrağım! Gedərkən Turana çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma! İzn ver gözümdə coşan yaşıma – Dinlətsin dərdini aha, bayrağım! Qayı Xan soyundan aldığın rəngi, Qucamış Elxanla, müsəlman bəgi. Elxanın övladı, dinin dirəgi, Gətirdin könlümə səfa, bayrağım! …

Azərbaycan ədəbiyyatı

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Post Views: 60 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı YADA DÜŞÜR /”Düşüncələrim” – silsiləsindən/ Vaxt çatanda ağ libası geyinməyə, Hacət qalmır təkəbbürə, öyünməyə. Başlayırlar əldə təsbeh deyinməyə Sanki varmış bu günədək öndə duran, Yada düşür oruc, namaz, həm də Quran. Sığışmayır …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Mən səni Şamxat kimi”

Post Views: 31 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Mən səni Şamxat kimi- Min fitnəylə sevirəm… Sonra da Öpüşünlə Ruhuma qüsul tökürəm… Mən səni Lalə kimi- Düzlərdə gözləyirəm… Bağrıyanıq, Dilimdə “ah”… Ləçək-ləçək közərirəm… Mən…-ilan məkrinə vurğun, …

Azərbaycan ədəbiyyatı

Gülnar SƏMA.Seçmə şeirlər

Post Views: 62 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Var Sənsiz gecələrə vərdiş etmişəm Həsrətə, hicrana məndə dözüm var. Nazıyla oynadım ayrılıqların Vüsala tamarzı iki gözüm var. Mənli-mənsiz, onlu-onsuz arzular Qanıma susadı qansız …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.Seçmə şeirlər

Post Views: 52 AĞ ÇİÇƏK Ay ağ çiçək, ağ çiçək, allar düşüb gözümdən. İçimdə bir qallıq var, gəl, al məni özümdən. Ürəyim ağ kəlağay, yer tapammıram sərim. Belə ürəklə bəlkə çiçək olub əzəlim. Götür, hara istəsən apar məni, at məni. O Bəy bəyazlığına bələ məni, qat məni. Gedim bir ağ yuxuya, gedim ağ mələk kimi. …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.Seçmə şeirlər

Post Views: 29 Qadın İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən …

Ana səhifə Müsabiqə

“Bir dəstə kart, bir ovuc noxud, beş manat pul”la “Kirpi”ni özünə “aşiq” edən jurnalist – MÜSAHİBƏ

Post Views: 42 “Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların …

Publisistika

SUMQAYIT ELƏ GÖZƏL ŞƏHƏRDİR Kİ…

Post Views: 86 Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edirəm. Sumqayıt elə gözəl şəhərdir ki… Mavi gözlü Xəzərimin sahilində şahə qalxan dalğalara sinə gərən məğrur şəhərim. Bəzən də sakit, həlim dalğaların laylasıyla baş-başa verib uyuyan, dincini alan şəhərim. Geniş və səliqəli küçələr, tıxacsız yollar, ruha rahatlıq gətirən parklar, xiyabanlar, göz oxşayan yaşıllıqlar, gül-çiçəklər… Sumqayıt elə …

Azərbaycan ədəbiyyatı

Ceyhunə MEHMAN.”Nə biləsən, ayrılığın səhəri”

Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri Nə biləsən, ayrılığın səhəri, Gizli-gizli pıçıldaşır yağışlar. Nə biləsən,əgər geri qayıtsan, Tanrı səni göz yaşıma bağışlar. Nə biləsən,soyuyubdur göz yaşım Yanağıma kədər yağır,qar düşür. Gözlərimdə iki dünya qovuşur, Dodağımda ölüm necə öpüşür. Nə biləsən,səndən sonra hamının Mənim ilə davası var,dərdi …

Ana səhifə

Ceyhunə MEHMAN.”Niyə qayıtmısan, bilmirəm niyə”

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri Niyə qayıtmısan, bilmirəm niyə, Yeni istəyin nə, yeni arzun nə? Niyə qarğıyırsan bu yerə, göyə, Söylə, bu dünyaya etirazın nə? Xaraba qoyduğun könül evimə, Bilmirəm, çıxmağa yiyəmi gəldin?! Mənə etdiklərin başqa surətdə, Qarşına çıxmışdı deyəmi gəldin?! Daha bir addım da …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Şair olmağıma bir ömür qalıb”

Post Views: 30 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Bilmirəm,nə üçün doğulmuşam mən, Əldə kündə olub yoğrulmuşam mən. Çox çətin günlərdən yorulmuşam mən, Şair olmağıma bir ömür qalıb. Kədəri sevinclə görəndə birgə, Bəxtimin üstünə düşəndə kölgə, Gülüb şadlananda böyük bir ölkə, Şair olmağıma bir ömür qalıb Dünyanın sirrini …

Ana səhifə Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Vurğun”

Post Views: 35 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Xalq şairi Səməd Vurğuna Başın ağrısa da, durmadı əlin, Yazdığın hər sözün qalandı, Vurğun. Vətənə sən dedin həmişə ana, Vətənin şairi balandı, Vurğun. Xalqına həmişə hörmət bəslədin, Hamını sənətə, şerə səslədin. Bu elə-obaya sən nur çilədin, Sənsiz hər bir …

Azərbaycan ədəbiyyatı

Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib

Post Views: 60 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik …

Azərbaycan ədəbiyyatı

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Post Views: 36 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı MƏNİ SƏSLƏYİN /”Vətənimdir” – silsiləsindən/ Sorsalar ki, kiməm mən? Cavaba tələsməyin. Dost olsun, ya da düşmən. Həmən məni səsləyin. Səsim gələcək yerdən, Od olub püskürəcəm. Səsim gələcək Kürdən, Xəzərə töküləcəm. Qarsdan Bakıya …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Vüsal nəğməsi”

Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bir gün məni alıb qolların üstə, Aparıb gedəydin lap uzaqlara. Bəxtimin qar basmış yolları üstə, Əyninə vüsaldan geyəydin xara. Nə yağış biləydik, nə qar, nə …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Bir məclisdə…”

Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Birməclisdə salam verdim birinə, “Xoşuma gəlirsən, dost olaq”, dedi. Nə dərdin, nə qəmin olsa çəkinmə, “Dərdinə əlacı bir qılaq”, dedi. Zəng eləyib hal-əhvalımı sordu, Min …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanı şeirləri “Vatan Konulu Şiirler” antologiyasındaişıq üzü görüb

Post Views: 45 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri İLESAM və Azərbaycan Yazıçılar Birliyindən gözəl bir layihə. 50 Azərbaycan şairinin, 50 Türkiyə şairinin Vətən mövzusunda …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Sevgi”

Post Views: 55 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Sevgi elə belə olmur ki?! Sevginin gülən gözləri olur. Sevgi sən görən deyil ki?! Sevginin bapbalaca əlləri olur. Sevgi elə belə olmur ki?! Sevginin dadı var, şirin bal kimi. Sevgi sən görən …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.“Vida nəğməsi”nin bitməyən ömrü”

Post Views: 28 “Vida nəğməsi” adlı roman, povest, hekayələrdən ibarət kitab barədə düşündüklərim və Nüşabə Məmmədlinin bədii portreti… Aynanın qarşısına keçirəm, saçlarımı onun saçları kimi yığıram: ortadan tağ edib arxada dəstələyirəm. Yox, bənzəmirəm ona. Yenidən saçlarımı dağıdıram, daraqla sığal çəkirəm, bölürəm və arxada toplayıram. Bu, bir neçə dəfə təkrar edilir, nəhayət, saçlarım eynən onun saçlarına …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Bənövşə”

Post Views: 50 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İstədim ki, görəm səni, Məhəbbətlə dərəm səni, Əsli bildi Kərəm səni, Bu bahar, bu yaz, bənövşə. Şeir yazdım sətir-sətir, Bihuş etdi məni ətir, Qucaq dolu sevgi gətir, Dincəlim bir az, bənövşə. Görüb, bəyənmişəm …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Sənsiz”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Getmisən, açılmır göylərin üzü, Dəyişik salmışam gecə gündüzü, Ağlaya-ağlaya qoymusan gözü, Sənsiz yalan imiş, yalan bu dünya. Sənsiz nə fərqi var odunan, buzun, Ay ilə ulduzun, qışınan, yazın, Tay fərqi bilinmir şəkərlə, duzun, …