Post Views: 48 Bilsən…Bilsən, necə həsrətəmNecə həsrətəm sənə!İçimdə bir adAdımı çəkmə deyir!O adı sıxmaqdanDişlərim ağrıyır,Dilim göynəyir,İlahi, niyə dar edirsənGeydirdiyin bu köynəyi?!Bir müqəddəs çəməndə,Yaralı, uralı bir ağac kötüyünəSöykənibO adı hayqıracam!Göylərin naləsi –Göylərin göz yaşlarının səsiSəsimə qarışacaq,Sən bizə açacaqsan bir çəmən qucaq…Ona şeir söyləyəcəm“Gəl, sənə bir nağıl söyləyim,O nağıl ömrümün noğulu idi…”İlahi, necə susduracaqsanİçimdəki bu göynəyi?!İçimdə bir …
2020
İradə AYTEL.”Bilsəm, bir axşamçağı”
Post Views: 34 ***Bilsəm, bir axşamçağıQayıdacaqsan mənəAcıq verib ömrümün səni məndən qoparanBaharına, qışınaSevincimi şərabtək qaldıraram başıma!Dolanaram başına! Bilsəm, bir axşamçağıQayıdacaqsan mənəSəni“Vaktindən çok sonra gələnSevdalı yagmur kibi”Sıxaram ürəyimə.Yanmaram diri-diri,Ay könlümün Sən yeri!Barmaqlarım titrəyər saçında dilim-dilimKösöy olar ağzımda, kösöy olar lal dilimBircə kəlmə “ah” çıxar sinəmdənən sonuncu səs kimirəqs edərik durmadanrəqs edərik can geyərpəncərələr önündə“kurumuş çiçekler” de.Yeni bir …
İradə AYTEL.”Günah işləyəsən xirtdəyə qədər”
Post Views: 37 Günah işləyəsən xirtdəyə qədər,Tutunub çıxmağa yer də qalmaya!Bütləri sındırıb, qan eləyəsən,Arzu bağlamağa pir də qalmaya! Mələklər hər yana salalar soraq,Savab axtaralar əllərdə çıraq.Göy yerə tökülə, hey varaq-varaq,Nə “Quran”, nə “Zəbur” sirr də qalmaya! Öləsən, bir əsgər qoşunnan çıxa,Əməl qul Əcəlin huşunnan çıxa,Allahın tüstüsü başınnan çıxa,Qanın bu qadalı yerdə qalmaya!
Şairə-publisist Nəcibə İLKİN.“Dəli bir ağlamaq keçir könlümdən”
Post Views: 39 “Dəli bir ağlamaq keçir könlümdən” Mərhum həmkarımAli Mustafayeve xitaben Dağlar boyda həsrət bitib gözümdə,Qasırğası, tufanı var izimdə,Bu həsrətdən üzülmüşəm özüm də,El dağıldı, oba köçdü yerindən,“Dəli bir ağlamaq keçir könlümdən”. Gör nə qədər biçilmişik zəmi tək,Dəryalarda qərq olmuşuq gəmi tək,Telli sazın qəm oxuyan simi tək,Köklənmişəm “Kərəm üstə” zilindən,“Dəli bir ağlamaq keçir könlümdən”. Nə …
Şairə-publisist Nəcibə İLKİN.”Yol gedir ümidlərim”
Post Views: 38 Bu gecə intiharaYol gedir ümidlərim.Ögey baxışlarımdaGüzgülənir dərdlərim. Azalır dodağımdaGülüşümün sayları.Hər gün ölüb gedirlərÜrəyimin tayları. Gözlərimin işığıÜrəyimdən güc alır.Əllərimdə üşüyənArzularım qocalır.
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Onsuz da böyrümdən ürkək keçirdin”
Post Views: 31 Onsuz da böyrümdən ürkək keçirdin,Getdin könül verdin yadamı sən də?Mən özüm-özümü bir heç sayıram,Boş ver bu mənasız adamı sən də. Barmaq qorxusu var könül tarının,Mizrab tərpəndikcə sim umud tapar.Sənin inamın yox, mənim də tabım,Eh, belə sevgidən kim umud tapar? Əzabın bəlkə də istisi çıxmır…Nədən tüstü boğur közünü, canım?Eşqdən yanıq qəlbdə qəm oylağ …
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl”
Post Views: 35 Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl, Orda, qəm sarmış o pak qəlbə qıfıl vur, bəri gəl. Eh, bu dağ çayları çox gurdu, könül bağlama ki,Bəlkə heç axmayacaq ömrü boyu gur, bəri gəl. Gəl, dua eylə, günah vəsf eləyər çöhrəni, gəl,Bir də gördün ki, qəfil kimsə çalır sur, bəri gəl. …
Əziz MUSA.”Sənsiz”
Post Views: 32 Aya, Günə dəyişmərəm mən səni,Səni gözəl yaradıbdı, Yaradan.Səni görüb, eşidəndə səsini,Qəlbim gülür, rahatlanır ürək, can Baxışların alovludur, odludur,Bir baxmaqla ürək yanır, göz yanır,Sənsiz artır gözlərimin buludu,Göz yaşlarım yanağımda oynayır. Dilim susur, baxışlarım danışır,Ay insafsız, bir kəlmə də demirsən,Həsrətindən qəlbim yanır, alışır,Dünya sənsən, həyat sənsən , ömür sən.
Əziz MUSA.”Boz sərçələr”
Post Views: 45 Durnalar, qaranquşlar,Vallah gəldi, gedərdi.Onların sevgisi də,Elə yaz, yay qədərdi. Nə bilir ki, qış nədir,Axı köçəri quşlar.İstı yerləri sevir,Durnalar, qaranquşlar. Onların dözümü yox,Nə qara, nə yağışa,Rahatlıqla vururlar,Ömürlərini baça, Dözümü, məhəbbəti,Boz sərçələrdən soruş.Qar nədir, soyuq nədir,Hardan bilsin qaranquş. Sevək boz sərçələri,Qayğılarına qalaq,Gəlin boz sərçələrə,Abidələr ucaldaq. Bizimlə hər əzabı,Boz sərçələr daşıdı.Sərçələr bu vətənin ,Yurdun vətəndaşıdı.
Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər
Post Views: 47 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər. Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən…” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”
Post Views: 66 Durur ayrıldığım kölgəli çinar,Durur Gəncədəki bizim institut.Xəyalım bir yerdə tutmadı qərar,İlləri andırdı bir anlıq sükut. Neyləyim, unutmur insan ürəyi,Yaşadım dünyadan könlü yanıqlı.Düz dörd il geyindim köhnə pencəyi,Qolu gödək oldu, boynu yamaqlı. O pencək saxladı məni soyuqdan,Doğru danışmağı çoxu ar bilir.Əynindən çıxardıb vermişdi atan,Heç kim bilməsə də qonşular bilir. Bəzən ac da qaldım …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”
Post Views: 35 Toyda oynadılar,ürək açdılar,Sonra gecəyarı dağılışdılar.Yolda gileyləndi biri əlbəəl; -Qız çörək yeyirdi.-Mən ölüm?-Sən öl!-Oğlanı görmüşdüm neçə il əvvəl,-Gəzənin biriydi.-Mən ölüm?-Sən öl!-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.-Mən ölüm?-Sən öl! Ölməyin,ölməyin,yazıqsınınz siz,Ölsün birdəfəlik bu adətiniz.
Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”
Post Views: 36 Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar.İnsan dönüb mələk olar,Gözəllik duyulan yerdə. Qış gəlib yaza çevrilər,Kötüklər saza çevrilər.Qarılar qıza çevrilər,Gözəllik duyulan yerdə. Ümid coşar, həsrət ölər,Yamanlığa dəvət ölər.Kin susar, ədavət ölər,Gözəllik duyulan yerdə. Könül sevər, göz vurular,Bulanlıq sular durular.Dünya saflıqdan qurular,Gözəllik duyulan yerdə. Əridərik qəzəbləri,Unudarıq əzabları.Qazanarıq savabları,Gözəllik duyulan yerdə. Nə suç, nə …
Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”
Post Views: 257 Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb. Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax!Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb. Əl açar, sevgimin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb. Bilmirəm, heç neçə …
Xalq şairi Qabil.”Çadırlara alışmayın!”
Post Views: 37 Cərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm…Millətimə budur sözüm:Çadırlara alışmayın! Nə gen-bolu, nə də darı,Nə qırışı, nə hamarı…Yığışdırın bu bazarı,Çadırlara alışmayın! Vurun, deşin dolu kimi,Qırın tikan kolu kimi,Uzaqlaşan dəli kimi…Çadırlara alışmayın! Əski-üskü dam-daşımız?!Burda xeyir-şər aşımız?!Qaraçı da yoldaşımız?!Çadırlara alışmayın! Burda tapmayın rahatlıq,Bir dəqiqə, bir saatlıq,Aman günü! El-elatlıq…Çadırlara alışmayın! İmarətə tən olsa da,Pəncərəsi gen olsa da,Dövrəsi …
Xalq şairi Qabil.”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”
Post Views: 39 Uzanır danışıqlar, imzalanır sənədlər.Xəritədə aləmə göstərilir sərhədlər.Səsimizə səs verir dünya başbilənləri;Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Dəyirmi masalarda izi var dirsəklərin,Ağla sığan söhbəti,sözü var dəstəklərin.Yardım bağlamasında özü var dəstəklərin,Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!! Diplomat cənabların hər biri hörmətlidir.Bu məqamda ölkəmə təşrifi qiymətlidir.Səyi təqdirə layiq, rəyi ədalətlidir.Gözdən-nəzərdən salan kimdir …
Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”
Post Views: 50 Baxdı atasınıntutqun üzünə,O, gördü mehribanbaxışlarda qəm.“ – Ata, Qarabağa gedirəm yenə.Ceyhun əmanəti…əyər gəlməsəm…”“ – Sən nə danışırsan?Bu sözlər nədir?Belə bəd hisslərdənay qızım, əl çək”Qızın ürəyindənaxdı bir fikir:“Həmişə güllələryan keçməyəcək!”Ata gözlərindəyaş gilələndi,Öpərək qızınıkədərlə dindi:“ – Mən oğul istədimilk övladımı,Dedim Soltan qoyumonun adını.Sən gəldin, can qızım,mehriban qızım,Mənə ilahidənərmağan qızım,Dedim ki, Soltanayaraşsın adın.Odur ki, çağırdımsəni, …
Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”
Post Views: 38 Sevgilər itirib zərurətini,Içilən andlarda həqiqət deyil!Müəllim tələbə bekarətini,Dollara alırsa fəlakət deyil? Kimsə güdür ciblər səxavətini,Onu düşündürən məhəbbət deyil!Nazir katibənin od şəhvətini,Zorla söndürürsə cəsarət deyil! Dubaya satılan nadir gözəllər,Məgər ki,dünyada rəzalət deyil?!Zərif bədənləri didən cod əllər,Tanrı qarşısında cinayət deyil? Çirkin girdablarda boğulur insan,Onun köməyinə sən yetmə,Allah!Sevgilər alınıb satılan zaman,Belə günahları əfv etmə,Allah!
Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”
Post Views: 35 Vətən qorudun sənindir,Qorumadın özgənindir,Qorumadın, yağınındır,Qorumadın axırındır… Vətən qorudun sənindir,O, bayraq tutan əlindir,Basılmaz qalan, dağındır,Qorumadın göz dağındır… Vətən qorudun sənindir,Yoxsa gədə-güdənindir,Yoxsa başsız sürünündür,Bir ovuc sağ ölünündür… Vətən qorudun sənindir,Allahın, peyğəmbərindir,Anan, qardaşın, balandır,O, indi talan-talandır… Vətən qorudun sənindir,O tay-bu taylı ünündür,İki ağlayan gözündür,Dərbəndindir, Təbrizindir… Vətən qorudun sənindir,Qorumadın kəfənindir,Qorumadın qübarındır,Murdarlanmış məzarındır…
Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “
Post Views: 40 Demə bu məhəbbət, demə bu sevgi,Ötəri hiss imiş, ötəri həvəs.Yox imiş təməli, yox imiş kökü,Dəyəri bir qara qəpiyə dəyməz. Özün bu sevdaya sövq etdin məni,Sonra öz əlinlə özün dağıtdın,Özün hicrana öyrətdin məni,Özün bu kitabı açdın, bağladın. Özün də axırda dandın sözünü,O andlar, amanlar de, harda qaldı?Sən gəldin, yollardan çəkdim gözümü,Sən getdin, gözlərim …
Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”
Post Views: 127 Nə erkən sənə dən düşdü,Niyə düşdü, nədən düşdü?Beynimmi qüvvədən düşdü?Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı…Artdı alnın qırışları,Səndə insaf olsun barıAğarma, saçım, ağarma! Məni qəmgin görsə əgərDüşmən gülər, dost qəm yeyər,Qızlar baxıb “dayı” deyər,Ağarma, saçım, ağarma! Daşdır qəlbin, daşdır canın,Yoxdur, duyğun, yoxdur qanın.Hələ gəncəm, sən vicdanınAğarma, saçım, ağarma! Ömür keçir, yaman keçir,Qəlbimdən …
Xalq şairi Məmməd ARAZ.”Sən getdin”
Post Views: 49 Sən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.O mənim qəlbimdə ünvan tapmamış,Pərişan bir eşqi hara apardın… Sən getdin, təbiət bir səs itirdi,Bir sevgi dastanı qaldı yarımçıq.Bir ulduz əbədi buluda girdi,Bir çiçək göyərib soldu yarımçıq. Sən getdin, son həsrət eşqi gözündənQəlbimə axmadı sözlə, qılıqla.Bəlkə oğurlayıb səni özümdənSənə qaytarırdım bu ayrılıqla… Son dəfə …
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 52 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi …
Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular
Post Views: 46 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən …
“Qüdsi təkcə şair deyil…”
Post Views: 36
Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi
Post Views: 39 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial …
Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”
Post Views: 38 Dastanlar bu torpağa düzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Göz yaşına çevrilib süzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. “Subhənallah” deyincə nurlu gözləri dolan,Ruminin məclisində yenə ilk bahar olan,Dərin bir fəlsəfənin qaranlığına dalan,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Hər misrası gövhərdən, torpaqdan daha dolğun,Yanaqları lalədən, incidən daha solğun.Türkün övladı yenə …
Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”
Post Views: 43 XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla! Qaramandan, Ərzurumdan, ey Oğuz dillərininBöyük şairi YUNUS, sənə salamlar olsun!ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun! MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,MÖVLANA məclisində HAQQı deyən söz olan.Çəkib həsrətin yenə çiçəklər kimi solan,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar …
Şəfa VƏLİYEVA.”Nənəm üçün…”
Post Views: 43 Nənəm üçün… Sınıb fələyin qələmi,Nənəmin qarğışı tutub…Xançobanım gələmmədi,Deyir, yolda yağış tutub… Elə islanıb yaddaşı,Qarışıb xatirə-rənglər…Axtarır bir ocaq başı-Xatirəmi daşa sərə… Düşmədi, nənəm, düşmədi,Yaz yağışı qış bəxtimə…Adım dilindən düşmədi,Elə bir alqış bəxtimə…
Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”
Post Views: 65 ***bütün ayrılıqlar doğma…bütün xoşbəxtliklər yad…səninlə yaşanan hər nə varsaadını qoymağa çalışma…heç məndən də soruşma…adı üstündə yazılı: HƏYAT… bağırma, çağırma…sükutunu qucaqla…dərdini bas bağrına…bir də görərsən ki,qapın döyülür…pəncərəndən pıçıltılar tökülür-gecikmiş “Bağışla” adıyla… yalan demirəm sənə…İnanmasan da olur…daha eynimə gəlmirməni necə bilirsən…daha əynimə gəlmir“qadın nazı”… Bilirsən… bütün səssizliklər haray…bütün anlayışlar fəryad…səninlə yaşanan hər nə varsaadı …
“Venesiyaya məktublar”ın əks-sədası – Şəfa Vəli Emin Piridən yazır
Post Views: 43 “Turist” filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır, yəqin ki… … Bir nəfər İsadan soruşur: “Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 33 Yavaş-yavaş alışırsan hər qəmə,Adilləşir sol qolunun ağrısı.Yavaş-yavaş gözdən düşür ömür-gün,Deyirsən ki…Ürəkdi də, qoy ağrıyır-ağrısın… Qoy sevinsin qeybətini qıranlar,Gülə-gülə gəl hamını yola ver.Xatirələr göz yaşında durulsun,Külə dönən ümidləri yelə ver! Eh…kimə nə ağlayırsan,gülürsən,Bəlkə elə unutmusan adını.Bu gecə də tənhalıqdı qonağın,Çıxardırsan darıxmağın dadını. Açıq qalıb səhərəcən pəncərən,Qəfil yağış pərdələri isladıb.Gözlərinə düşən gündən oyandın,Bu sabah …
Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”
Post Views: 31 Şəhid Elman Müslüm oğlu Abbasovununudulmaz xatirəsinə I Ataxal kəndində gəldi dünyaya,Dolaşdı hər dağı, dərəni Elman.Yaxşı tanıyırdı mahir ovçutək,Bu yerdə hər bəndi, bərəni Elman. Ataya, anaya ümid payıydı,Babanın-nənənin hay-harayıydı,Hamı bu oğlanı doğma sayırdı,Sevirdi doğmatək hərəni Elman. “Cəngi” üstündəydi sazının simi,Yox idi zərrəcə kəsiri, kəmi.Düşmən xar olardı – Koroğlu kimi,Çəkəndə bir dəli nərəni Elman. …
Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru ŞƏHİD ANASI (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 36 *** Qırx beş ildi ov güdürəm boş yerə,Saçlarıma kəfən oldu dənim, eh.Molla hazır, tabut soyuq, can isti…Daş olmalı halım yoxdu mənim, eh. Yoxa çıxıb aradakı körpülər,Bu lal köçü öz arxanca çək, keçir.Başa düşdük sevgi nədir, guya ki,Anlamadıq Tanrı bizdən tək keçir… Aclıq bizi dara çəkir o vaxtdan,Gör, içimdə bir söz qalıb yeməli?!Gəlişimiz …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 37 HƏLƏ Bəxtimin ulduzu bu sevimli qız,Neyləyim əzəldən nazlıdır belə.Yerişi, duruşu bir tamaşadı,Bənzəyir ən gözəl çiçəyə, gülə. Odlu baxışıyla canımı alır,Vallah mən yazığı odlara salır,Hər şey dəyişsə də, məhəbbət qalır,Mənə əzab verir o, bilə-bilə Alışıb yanıram pərvanə kimi,Titrəyir qəlbimin ən incə simi,Tökübdü üstümə kədəri, qəmi,Mənəm ki, bu naza dözürəm hələ. GÜLÜM Gecə gözlərimdən …
Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”
Post Views: 39 Sən hələ körpəsən, üzündə nur var Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün Günəşə, aya da boylanan Sənsən,Söhbətin bal olar, sözün bal olar.Nə qədər doğmasan, nə qədər əziz,Sənin gülüşünlə dünya lal olar.Sənə hələ körpəsən, üzündə nur var,Boynuna örtdüyün ipək şal olar. Bakı şəhəri. 6 iyun 2019-cu il.
Şəhidlər haqqında kitabla bağlı müsahibə
Post Views: 40 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən…” kitabı işıq üzü görmüşdü.Kitabla bağlı müəllifin «Каспiй» qəzetinin 4 fevral tarixli nömrəsində «Мы должны оставить после себя след…» (“Biz özümüzdən sonra iz qoymalıyıq…”) müsahibəsi çıxmışdır. Müsahibədə müəllif qeyd edir …
Şair-publisist Polad SABİRLİ.Yeni şeirlər
Post Views: 39
Əli Rza XƏLƏFLİ.”Dərbəndin bəxt kitabı…”
Post Views: 34 Misra-misra duyğular söz olsun,salam olsun,Dilindən dildaşına Dəmir Qapı Dərbəndin.Əbədi sarsılmayan bir könül körpüsü var,Soydaşdan soydaşına Dəmir Qapı Dərbəndin. Yolun düşsə görərsən məhəbbəti mehri var,Təmkinində daş səbri, Qoca Qafqaz təhri var.Qonaq olsan bilərsən dadının nə sehri var,Pulovuna, aşına Dəmir Qapı Dərbəndin. Qəzanın qədərindən taleyi bəla tapdı,Tanrı qəzəbə dolub bəxtinı qara yapdı.Qopmadı bircə çınqı …
Əli Rza XƏLƏFLİ.”Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!”
Post Views: 37 Duman basan, çiskin çökəngözlərimsən, Azərbaycan! Əyim-əyim, büküm-bükümdizlərimsən, Azərbaycan! Sazın ruhu inciməsin, hər gələnəsaz olmusan, Hər havaya çalınmısan, sazlarımsan,Azərbaycan! Qarabağın qara bəxti kösöv təkiqaralanda, Sinəm üstə ocaq yanır,közlərimsən, Azərbaycan! …Qələm – qələm sınıq düşənXələflinin ürəyi qan, Kəlmə-kəlmə qan ağlayansözlərimsən, Azərbaycan!
Əli Rza XƏLƏFLİ.”KARVAN GEDİR…”
Post Views: 87 (Gülhüseyn Kazımovun 70 yaşına) Karvan gedir,səfər üstə öz yolundan qalmaz axı,Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı. Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,Gözlərində qəm aparan göz yaşını silməz axı. Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı. İlham alsa şair qəlbi sevda dolu bir könüldən,Yollar …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Qış gecələri”nin nağılı yox, “Ölüm, ya olum” məsələsi “
Post Views: 42 Xalq yazıçısı Anarın yeni pyesinin tamaşası haqqında
Xalq şairi Zəlimxan YAQUB.”Nə şükür deyim”
Post Views: 48
“Açık Kara” dergisinin 23. sayısı yayında
Post Views: 36
“Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 14. sayısı yayında
Post Views: 32 “Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XIV sayı. İranda – Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni – XIV sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri verilib.
Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”
Post Views: 32 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** salam, cənab dirijor! saxla əlini bir az… daha oxumasın xor, eşqsiz oxumaq olmaz! adam eşqdən oxuyar, adam dərdi söyləyər… gün gələr, dən qoxuyar daraqtanımaz tellər… ver, …
Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bütün zəlzələlər, qar uçqunları Bir insan ruhunun sancısındandı… Şeirlər hisslərin uçurumları, Romanlar ən ucuz intiharlardı… Səhər “sevda!”- deyə yansa könlümüz Axşam can ağrısı qor edir bizi… Uğrunda …
Şəfa EYVAZ.”Bilmirsən”
Post Views: 60 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Götür ürəyini, gəl mənə tərəf… Əriyib yolların qarı, bilmirsən. Bir ümid içimdə çıxıb naxələf, Uçub gedib sənə sarı, bilmirsən. Sanma ki, arzular gəlib keçici, Bu könül yaşını doldurub çoxdan. Bizim taleyimiz iki …
Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”
Post Views: 34 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Nəsə demə… dillənmə. Səni bu yollara salan dünyaya Dəymir, Dəymir ki dillənib nəsə deməyə. “Kimsəm yoxdu” tökülür sözcüklər təbəssüm çəkilmiş dodaqlarından. Kiçicik əlləri titrəyir amma, Soyuqluq tökülür baxışlarından. Ağlama çocuq, Ağlama! Bu …
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
Post Views: 47 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru …
“Səbəbi sənsən”in müzakirəsi keçirildi
Post Views: 34 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri …
Təhminə VƏLİYEVA.”Poeziya və musiqi birləşəndə…”
Post Views: 39 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, …