Aprelin 11-də Bakıdakı Rus evində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə lentə alınmış filmin nümayişi olub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak edib.
Böyük musiqi xadiminin həyat və yaradıcılığına həsr olunmuş ekran işi maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2022-ci ildə lentə alınıb. Həmin ilin 19 dekabr tarixində Heydər Əliyev Sarayında ilk nümayişi keçirilib. Bədii-sənədli filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.