Noyabrın 29-da  “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq.

Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib. 

Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda altı həftəlik akselerasiya keçib və milli finalda komandalar artıq öz startaplarını təqdim edəcəklər.

Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.

Mənbə: https://culture.gov.az/