
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən,
Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən…
44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun,
Zaman-zaman ürəklərdə bu zəfərin eşqi aşıb-daşar olsun!
Əli silah tətiyində, şirin candan keçənləri ehtiramla anmadayıq,
Ana Vətən, qanım sənə halal deyib: Şəhadəti seçənləri ehtiramla anmadayıq!
Azərbaycan, gör nə gözəl məğrur-məğrur dalğalanır bayrağımız!
30 ildə görülməmiş çiçək açır, gül bitirir torpağımız!
“Dəmir yumruq” ətrafında birləşərək, güc göstərən millətin var,
Bu millətin var olduqca, yaşadıqca sənin hər an qüdrətin var!
O millət ki, namusunu, qeyrətini qoruyaraq cihad etdi…
Yağı düşmən viran qoymuş torpaqları qarış-qarış azad etdi!
O millət ki, uğurunda bir ölərsə min doğular, min yaşadar,
Sənə əyri baxanları yox etməyə sinəsində kin yaşadar…
Sənə nankor çıxanlara havan, suyun haram olsun Azərbaycan!
Gecə-gündüz keşiyində duranlara salam olsun Azərbaycan!
05.11.2021