Rüfət AXUNDLU.”AMALI ZƏFƏR OLANIM”

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

Səsi dönən haqq səsinə.
Nursan “ODLAR ÖLKƏSİ”nə.
Yağı düşmən həmləsinə,
Sinəsi sipər olanım.


Dişə-diş, qana-qan dedin,
Köməkdir YARADAN dedin.
Öpüb bayrağı can dedin,
Canında hünər olanım.


Dik tutanda sən qəddini,
Bildi düşmən öz həddini.
Qorudun yurd sərhəddini,
Yurduna çəpər olanım.


İgidlik ruhun, canında,
Namus, qeyrət var qanında.
Zəfər, hünər meydanında,
Biri, on nəfər olanım.


Ər tək, şir tək yarandın sən!
Öz gücünə inandın sən!
“ÖLMƏZLİYİ” qazandın sən!
Amalı zəfər olanım.

Rüfət Axundlu.

04.08.2020