
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri,
1. Bilinən yolu rədd et:
Əgər hər kəsin getdiyi yolla getsəniz, yalnız hər kəsin çatdığı nəticəyə çatarsınız. Zəkadan səmərəli istifadə etmək və yeni kəşflər etmək üçün hazır şablonları, vərdiş edilmiş düşüncə qəliblərini və asan yolları mühakimə edərək kənara qoymaq lazımdır.
2. Bilinməyənin içinə gir:
Beyin ən çox naməlumluqla üzləşdikdə inkişaf edir və yeni neyron əlaqələri qurur. Rahatlıq zonasından (comfort zone) çıxmaq, qeyri-müəyyənlikdən qorxmamaq və risk alaraq yeni sahələri kəşf etmək zəkanı itiləyir.
3. Zihnini genişləndirəcək yeni və daha yüksək hədəflər qoy:
Sizi zorlamayan, asanlıqla əldə olunan hədəflər zehni tənbəlləşdirir. İnsanın öz sərhədlərini aşmasını, daha çox araşdırma aparmasını və daha dərindən düşünməsini tələb edən böyük məqsədlər zəkanın gizli potensialını ortaya çıxarır.
4. Xaosu qucaqla və böyüməyə izin ver:
İnkişaf hər şeyin tam sabit və nizamlı olduğu mühitdə deyil, dəyişikliyin, böhranın və qarışıqlığın olduğu anlarda baş verir. Xaosdan qaçmaq əvəzinə, onun gətirdiyi tərəddüdləri həll yolu tapmaq üçün bir imkan kimi görmək yetkin zəkanın göstəricisidir.
5. Təbiətin ümumi prinsiplərini incələ:
Təbiət dünyadakı bütün sistemlərin, dinamikanın və tarazlığın ən mükəmməl müəllimidir. Təbiətdəki səbəb-nəticə əlaqələrini, dövrələri və harmoniyanı müşahidə etmək insana dərin analitik baxış və fəlsəfi qavrayış qazandırır.
6. Həzərfən ol, tək bir sahədə ixtisaslaşma:
Həzərfən (Polimat) — elm, incəsənət, fəlsəfə və ədəbiyyat kimi bir-birindən fərqli bir neçə aləmdə bilik sahibi olan hərtərəfli şəxsiyyət ol!
Yazı üslubum düzənli və səliqəli olub orta məktəbdən bu yana. Məktəbdə müəllimlərim yazılarımı şüşə arxasından sərgiləyirdilər ki, digər şagirdlər örnək alsın, nümunə götürsün.
18 il sərasər işlədiyim,çalışdığım MTRŞ-da da şöbə müdirimiz mənim yazı stilini (analitik yazı və ya rapor yazılarımı) digərlərinə nümunə kimi götürməyi, onun əsasında işləməyi tövsiyə edərdi.
Allah verdiyi hər şeyə şükürlər olsun.
Vardır bir bildiyi…
Bu gecəmin DƏRSİ…