Sən məndən yorulmusan,
mən də səndən yoruldum,
görünür ilk görüşdə
kor- korana vuruldum,

Son vaxtlar kədərlisən,
tutqunsan, qəhərlisən,
demirəm- “Zəhərlisən”-
koramala vuruldum,

Həlbət- beləymiş gərdiş;
ustad Ələsgər demiş-
“Bəlkə özgənin olan
ucuz mala vuruldum”,

Hərəmiz bir qatarda
üz tutduq uzaqlara,
aradakı çatlara
çəkmə mala; yoruldum,
Sın məndən yorulmusan,