Tanrım, mənə nə vaxt qapı açarsan?-
Dərgahına çatan kövrək səsimidir,
Qədir bilən bir adamla (bacarsam)
ölənıdək ömür sürsəm bəsimdir,

Sənə bağlı ürəyimin hər simi,
Dünya- Göyün avandımı, tərsimi?
Rəva bilsən; duya bilsəm səsini,
Sən yazdıran bircə imla bəsimdir,

Bura- Cənnət, Cəhənnəmmi, hardır?
Sevcdiklərin xəruqələr yaradır,
Şeiriyyətin elə geniş dəryadlr
bəxş eləsən- bircə damla bəsimdir…