
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
* * *
Tale sınadı məni,
Qınadığım yerindən..
Yaramı hey qaşıdı,
Qanadığı yerindən..
Yoldu saçımı bəxtim,
Daradığı yerindən..
Sovurdu küləklərə,
Əlində tellərimi..
Qaranlıqdır ürəyim,
Dənizlərin dibindən..
Toxundun ürəyimə,
Elə sarı simindən..
Yazanda qədərimi,
Tutmadılar əlimdən..
Hələ çox körpə idi,
Ömrümün barmaqları..
Yetmədi ikimizə,
Birimizin sevgisi..
Qaralmış ömür-günün,
Ağarmadı bənizi..
Nə bilmişdin, Musanın,
Çomağıtək dənizi,
Böləcəkdimi səbirim?..
Nə Musayam, nə də Nuh,
Nə əsam var, nə gəmim.
* * *
Əzdin ürəyimi yara yerindən..
Öpdüm torpağını qara yerindən..
Oynadır dünyanı hara yerindən..
Həsrətinin fəryadı…
Əl açdım göylərə, boş qaldı əlim..
Getdiyin yeri də tapmadım gəlim..
Bilmirsən.. kəsildi ömrümə qənim.. .
Həsrətinin fəryadı…
Əzəldən gəlişi qaraymış baxtın..
Çevirdin bəxtimin tərsinə taxtın..
Tələsərək getdin şam azan vaxtı..
Könlümün qanını qəbrinə yaxdı..
Həsrətinin fəryadı..
(Qardaşıma..)