Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 6661 - 6720 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Debüt: Orxan ZAMAN (Füzuli).Şeirlər

Post Views: 106   TƏRCÜMEYİ-HAL Orxan Zaman (Əlibəyov Orxan Səfər oğlu) 1992-ci il may ayının 23-də Füzuli rayonunda anadan olub.İlk təhsilini Bakı şəhərindəki 260 saylı orta məktəbdə alıb.2009-cu ildə həmin məktəbi bitirib.2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk qələm təcrübələri olan poeziya örnəklərini hələ yeddinci sinifdə …

Azərbaycan ədəbiyyatı

Debüt: Elmar VÜQARLI (Gəncə).Yeni şeirlər

Post Views: 105   Elmar Vüqarlı (Elmar Nurəddin oğlu Əliyev) 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. İxtisasca filoloqdur. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu”nda kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 104   GÖTÜRMÜR Əsmə hər bir yarpaq üstə, Bu ağac balta götürmür. Yük olanı torpaq üstə, Torpağın altı götürmür. Nə sızlarsan, viran könlüm, Öz içinə varan könlüm. Dərdə könül verən könlüm Başqa ovqatı götürmür. Bıçaq kürəyə yol tapır, Haram – çörəyə yol tapır. Çat hər ürəyə yol tapır, Ürək hər çatı götürmür. Ölümü …

Azərbaycan ədəbiyyatı

Məhəbbət KƏLBƏCƏRLİ.Həyatı və Yaradıcılığı

Post Views: 125   Tərcümeyi-hal Məmmədov Məhəbbət Şamil oğlu 1957-ci il oktyabr ayının 7-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.1976-cı ildə Zar kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Gəncə Dövlət Univeristetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin Univeristeti bitirmişdir.1987-ci ildə Zəylik kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.1993-cü ildə məlum Kəlbəcər …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR QARAXANLI.Yeni şeirlər

Post Views: 108   ANA Sökülməzdi dan yeri Açılmazdı heç səhər O şirin laylaların Olmasaydı gecələr Mən dünyaya gəlməmiş Tanıdıb bir mələyi Mənə əmr etdi Xudam Anacan söyləməyi Saçmasaydı Günəş nur Itərdi zülmətdə Ay Ana,sən bir Günəşsən Mən sənə nisbətdə A * * * Daha məni heç nə təəccübləndirmir. Daha mənə heç nə qeyri-adi gəlmir. …

Azərbaycan ədəbiyyatı

Nemət Tahir QARAXANLI.Yeni şeir

Post Views: 106   DƏRDLƏRİMİ YAZMIŞAM BUZ ÜSTÜNƏ Ümidlər qəbiristanlığıdır sanki Daş kimi soyuyub mənim ürəyim. Oxa dönmüş başdaşları dəlir sinəmi… İnsanlığa həsrət…Vətənə həsrət… Azadlığa həsrət… kəfənə həsrət diri ikən ölülərik biz… nəfəsim içimdə boğulur göz yaşlarım yanağımda quruyur Dodaqlarım çat-çat olub Suya həsrət torpaq kimi… Dərdlərimi yazışam buz üstünə Gözləyirəm günəşin doğmağını. Azalıb inancım,Taqətdən …

Azərbaycan ədəbiyyatı

Hüseyn Arifin arxivindən şeirlər.Eksklüziv

Post Views: 208   Tələsmə Baxıb sola, baxıb sağa Tər qoxulu bağça-bağa -Vaxtıdır!-deyə açılmağa Tələsmə, ay gül, tələsmə! Çən-çiskin versə də ara Azmı tutulmuşuq qara Bel bağlayıb ilk bahara Tələsmə, bülbül, tələsmə. Çat haraya, yet köməyə, Qoyma namərd mərdi əyə. Bir sözlə dostdan dönməyə Tələsmə, könül, tələsmə. Oldu Xəyal zirvələrə səslədi məni, Torpaqda əzilən dizlərim …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 97   MƏHƏBBƏT Bu qoca dünyada biztək insana Ömür verib yaşadandır məhəbbət. Bu qoca dünyada qıza, oğlana Əmrin verib aldadandır, məhəbbət. Can, can deyib çağıran o dillərin, Şux qaməti qucaqlayan əllərin, Ətir saçan gözəl-göyçək güllərin, Təsirindən yaranandır, məhəbbət. Bəzən sevindirib, bəzən ağladan, Ürək qapısını üzə bağlayan, Sevənləri xəyallara daldıran, Ağılı başdan alandır, məhəbbət. …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 183   GÜL FİDANI Gül fidanı, bəxtimin gülüsən sən, Nə tez mehin ətrilə soldun belə? Hey nazlanıb, ağlayıb, gülürsən sən, Nəğmələr olub düşdün dildən-dilə. Gül fidanı, ətirli bir çiçəksən, Eşq bağımda birdənəsən, sən təksən. Yağışam, ruhuna qidayam, gülüm, Bil, həsrətindən döyünən ürəksən, Gül fidanı, adın kimi gözəlsən, Gül bir yana, qadın kimi gözəlsən. …

Azərbaycan ədəbiyyatı

Debüt: Elşad TALEHOĞLU (Ağdam).Yeni şeirlər

Post Views: 132 Elşad TALEHOĞLU Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik …

Azərbaycan ədəbiyyatı

Elşad TALEHOĞLU.Yeni şeirlər

Post Views: 117 GƏRƏK Bülbüllər gülsüzdü, yalqız alıbdı, Bülbülün gülünü axtaran gərək! Erməni torpağı bizdən alıbdı, Onu düşmənlərdən qurtaran gərək! Düşdüm bülbülümdən, gülümdən ayrı, Gözəl AĞDAM kimi elimdən ayrı. Gəzib-dolanmadım qəmimdən ayrı, Qəmimin dərdini sağaldan gərək! Mən məcbur oluban bura gəlmişəm, Nə qədər göz yaşı töküb silmişəm. Körpəkən haqq-nahaqq nədi bilmişəm, HAQQIN meydanında ər duran …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı

Post Views: 1. 151   Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli …

Azərbaycan ədəbiyyatı

Debüt: Səbinə DƏNİZ (Sumqayıt).Araşdırma

Post Views: 132   Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl …

Azərbaycan ədəbiyyatı

Səbinə DƏNİZ.”Hərdən olur…”.

Post Views: 125   Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan… Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur. Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir. Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir. Hərdən də olur, səssizliyinlə içindəkiləri bildirə bilirsən. Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir. Sənin səssizliyn …

Azərbaycan ədəbiyyatı

Süleyman BABA.Həyatı və Yaradıcılığı

Post Views: 105   Süleyman Camalov 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947-1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir. 1963-1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 129   Sızlama qəlbim, sızlama Bu ürəyin nə günahı, Sızlama qəlbim, sızlama. Unut bu fəryadı, ahı, Sızlama qəlbim, sızlama. Yarpağın solur deyəsən, Ümid puç olur deyəsən. Bahar saç yolur deyeəsən… Sızlama qəlbim, sızlama. Açılmayır qaş-qabağın, Pərişandır keyfin, halın. Ağı deyir baxışların, Sızlama qəlbim, sızlama, Nadana könül bağlama, Onu yadında saxlama. Baxıb rəsminə ağlama, …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 111   SEN DEYİR Hisslərim ağlımı üstələyəndə, Ürəyim sən deyir, dilim sən deyir. Leysan yağmurları çırpıb döyendə Ürəyim sən deyir, dilim sən deyir. Gözümü qırpmağa qorxuram bilsen… Qorxuram gözümdən tez çəkilərsən. Neylərəm əksini gözümdən silsən, Ürəyim sən deyir, dilim sən deyir. Yaralı ruhumun mehəmisən bil, Yollar ayrıcının yolçusuyam, gül, Bilirem başıma sovrulacak kül, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”QANLI YANVAR GECƏSİ” ( Poema).

Post Views: 136 QANLI YANVAR GECƏSİ (poema) O gecə , qanlı gecə, Güllələndi bir səhər. Bakı qana büründü, Azadlıq doğdu səhər. Bakının üstə gəldi, O gecə qan içənlər. Durdu şərlə üz-üzə, Vətənə and içənlər. Güllələr yağış kimi, Yağırdı hər tətəfə. Düşmənlərin əlinə, Keçmişdi bir girəvə. Soxulmuşdu şəhərə, Ağır tanklar, maşınlar. Şəhərə axışırdı, Dörd tərəfdən qoşunlar. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 162 YƏQİN Haray yox, bir titrək havaram sənsiz, Çatmaram arzuma – ha varam – sənsiz. Fərqi nə, ya yoxam ya varam sənsiz, Silinməz bu qəlbin yarası yəqin. Səhv etsəm, el-aləm yamanlar məni, Tərk etməz qəlbimə damanlar məni. Alar ağuşuna dumanlar məni, Bilmərəm dünyanın harası yəqin. Əyilməz – bu yurdun nər manı varsa, Tanrının …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 112 QAYITMAZ Dərd məndən elə bezib ki, Bir də üstümə qayıtmaz. Durum bir boylanım baxım, Birdən üstümə qayıtmaz. Şahım gözlər qiyaməti, Ahım gözlər qiyaməti, Ruhum göylər əmanəti, Yerdə üstümə qayıtmaz. Hanı ötən o kef-damaq, Niyə mən səni sevdim, ah… Can çıxdımı – örtün dümağ, Pərdə üstümə – qayıtmaz. NEYLƏYİB AXI Yuvası pərən leyləyik, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 154 QUBA «SOYQIRIM MƏZARLIĞI» ÖNÜNDƏ DÜŞÜNCƏLƏR Səninləyəm, Türk oğlu, Ruhunu oyaq saxla, Bu yerdən keçən zaman Bir anlıq ayaq saxla. Silahını əldə tut, Patrondaşı saz eylə, Yannıda daraq saxla. Bu dərdləri sözbəsöz, Misra-misra yazmağa Qələm və varaq saxla. Mürəkkəbi heç zaman Qurumasın qələmin, Bir sonluğu olmalı Bu yaşın, bu ələmin! Sonsuz fitnə-fəsaddan, Bəd …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 111 SƏNƏ EHTİYACIM VAR Yaxamı ruzgarların Əlində qoyub getdin. Elə bil ki, vüsalın Gözünü oyub getdin. Mən səndən doymamışdım, Sən nə tez doyub getdin?! Duymadınmı sinəmdə Neçə ağrım-acım var?! Sənə ehtiyacım var. Suvar oldu xoş günüm Yel qanadlı atına, Bülənd oldu fəğanım Göyün yeddi qatına. Daha kim anar məni, De, kim salar yadına?! …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 116 YAZIĞIM GƏLİR Bir dərdinə, yüz dərdinə, Vermə belə üz dərdinə. Adam dura öz dərdinə Oynaya – yazığım gəlir. Danda, qürubda baxdığım, Nədən? – sorub da, baxdığım, Hərdən durub da, baxdığım Aynaya yazığım gəlir. Söz kar etməz utanmaza, Yaşarmı haqqı danmasa? Nola, qanım bu qanmaza Qaynaya – yazığım gəlir. OLUNCA Ömür-gün vədədən keçir, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 115 ÖLDÜ «SONA BÜLBÜLLƏR» Qədir Rüstəmov öldü deyən bir xanıma Özünə yağı deyən, Bir sinə dağı deyən, Dərdinə ağı deyən Dildi «Sona bülbüllər». Tüm sirlərə çəm olan, Həm olmayan, həm olan, Bir yumruqda cəm olan, Eldi «Sona bülbüllər». Ümid yeriydi sanki, Zəfər şeriydi sanki, Tanrı sirriydi sanki, Soldu «Sona bülbüllər». Axdı gözün qorası, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 110 OLMAZ Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz, İnnən belə bir ayrı sitəmkar tapım, olmaz! Haqqa və mürüvvət deyilən ülvi məkana, Girməkçün, inan, sevgidən özgə qapım olmaz. İman işığı yollarıma nur ələməkdə, Bu nurda durum öz yolumu mən sapım, olmaz. Qəlblərdə barış saxlamağın fürsəti varkən, Nifrət və ədavət toxumu mən səpim olmaz. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 121 HİCRAN MƏNƏ QALDI Getdi yenə vüsal dəmi, hicran mənə qaldı, Tərk etdi könül həmdəmi, hicran mənə qaldı. Sanki yönünü tərsə salıb öz mayakından, Dəryada üzən bir gəmi, hicran mənə qaldı. Aləmlər içrə bir o idi zəndi-gümanım, Güldürdü mənə el-aləmi, hicran mənə qaldı. Heç bilməz idim bir belə sədd var aramızda, Həm həmdəmi, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 110 GENOSİDDƏN Ermənilərin saxta, qondarma soyqırım iddialarına cavab Dəm vur, Karapet, sən yenə saxta genosiddən, Adətdi, salar hay-həşir axta, genosiddən. Əsla bu kötü vərdişini sən yerə qoyma, Bir gör nə qədər yal düşür baxta genosiddən. Əyləşmədiyin qaldımı bir kimsə qucağı? – Gördüm ki, olub qan gölü latxa genosiddən. Andın keçi andı, uzağı qırx …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANDUR.Yeni şeirlər

Post Views: 196 Meni basdır gözlərində Gözlərinə qurban olum, Meni basdır gözlerinde. Qoyma bulud teki dolum, Qebir qazdır gözlerinde. Apar meni öz yanına, Hasret kalmışam canına. Susamışam al qanına, Meni basdır gözlərində. Bağlanıb uzanan yolum, Qırılıb qanadım-qolum. Düşmən olub sağım-solum, Meni basdır gözlərində. Dəymiş durub, yaş tökülüb, Şahanə mülküm sökülüb. Ayağım altdan yer çöküb, Meni …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 143 SEVDİYİM GÜNAH Gəl ah göndərək dağlara, Dağları bu ah saxlasın. Kasıb daxması könlümdə, Səni də allah saxlasın. Hava eşq,torpaq eşq,su eşq, Ölümə oxuyan Qu eşq. Sevdiyim günahdı bu eşq, Bizi bu günah saxlasın. Ayna tutub ötən çağa,- Belə kim girsə bu bağa, Gözümdə suya qoymağa, Bir cüt ətirşah saxlasın. AHIMLA VERDİM EŞQƏ …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.”MƏNİM ANASIZ DÜNYAM!”(Esse).Eksklüziv

Post Views: 186 MƏNİM ANASIZ DÜNYAM! Elə anlar olur ki, insan özünü tək – tənha hiss edir və özünü tanıya bilmır. Lakin bu tənhalıq onun daxili dünyasını tanıyacaq qədər yardımçı olur və hiss edir ki, sonu olmayan boşluqlar onu çəkib aparır. Bu boşluqlar içərisində yşaqlıq illəri istər – istəməz yadına düşür, göz önündə ata – …

Azərbaycan ədəbiyyatı

Debüt: Şahinə KÖNÜL (Ağsatafa).Yeni şeirlər

Post Views: 221 Şahinə Könül Ağstafada doğulub.İbtidai və orta təhsilini Ağstafada alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri”, “Təzadlar”, “Azad Qələm”, Qədim Oğuz”, “İlham Çeşməsi”, “Elin sözü”, “Kaspi” qəzetllərində, “Ziyalı Ocağı”, “Azərbaycan”, “Ulduz”,”Məshəti” jurnallarında, “Ana” antologiyasında, …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 152 Tanrım, yerə sığmıram Tanrım, yerə sığmıram, Göyünə qaldır məni! Bu gen ömrə sığmıram, Ömür daraldır məni. Çaşıb gəldim dünyaya, Mənim yerim deyilmiş. Yazdığım bu şeir də, Mənim şerim deyilmiş. Tanrım, eşit səsimi, Mən ki, sənin bəndənəm. Yalanmış atam, anam, Ruh Səninsə, Səndənəm! Məni Özünə qaytar – Özünə çatsın ruhum. Bəsdi, bu boyda …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 141 DÜNYA YAMAN SOYUQDU Dünya yaman soyuqdu, İstilər, ay istilər. Başım üstən küləklər, Əsdilər, ay, əsdilər. Yordu məni o ki, var, Boş-bekara qayğılar. Təmiz hisslər, duyğular Küsdülər, ay, küsdülər. Ha dedim, ürək, qorun, Çiçəksən, çiçək, qorun. İndi də korun-korun Tüstülə, ay, tüstülə *** Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, Nərgiz, …

Azərbaycan ədəbiyyatı

Şahinə KÖNÜL.Yeni şeirlər

Post Views: 152 NAĞIL Gəlsənə sənə danışam, Bir qaragöz qız nağılı. Gözlərindən axıb getsin, Bir şıdırğı yaz nağılı. Söyləyim, öyrən qədərin Şahididir gör nələrin- Qara-qara gecələrin Dümağ, bəmbəyaz nağılı. Köksü üstdə buludu var, Köksü altda umudu var. Birdən ölər, unudular, Götür, qardaş, yaz nağılı. ALÇAQ ÜRƏYİM Darıxmışam səninçün, Ay təmiz, ağ ürəyim. Hardasan, ay bənövşə, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”DEYİRLƏR, NƏVƏ ŞİRİN OLUR!”.Uşaq şeirləri

Post Views: 1. 010 Deyirlər, nəvə çox şirin olur Deyirlər ki, nəvə çox şirin olur, Həyatın ən gözəl mənasıdı o. Ömür bağçasının təbi, loğmanı, Məhəbbət gölünün sonasıdı o. Deyirlər ki, nəvə çox şirin olur, Bənzəmir bu sevgi, ülfət heç nəyə. Dərddən qüssələnib, əsib coşanda, Onun bir gülüşü gəlir köməyə. Deyirlər ki, nəvə çox şirin olur, Atadan, …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı

Post Views: 124 [center][img]http://gundelik.info/uploads/posts/2014-03/1394111443_1378745_1401638060069638_1083618525_n.jpg[/img][/center] Abidova Təranə Nazim qızı 1958- ci ildə Şəkidə şəhərində anadan olub. İbtidai və orta təhsilni öz doğma şəhərlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Şeirləri “Elimiz.günümüz”, “Ocaq”, “Pillələr”, məqalələri “Elimiz.günümüz”, “Təzadlar”, “Ədalət”, “Respublika”, “Vaxt”, “Zaman”, “Bütöv Azərbaycan”, “Şəki Bələdiyyəsi” qəzetlərində, “Kirpi” jurnalında, müxtəlif ədəbiyyat, …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 123 Unudacaqsan Mənə sevirəm desən də, Getmə, səninəm desən də, Gəl xəyala dalma sən, Səni mən unudacağam, Səni mən unudacağam! Məni vəfasız sansan da Hicran oduna yansan da Yollarımız ayrıdır Səni mən unudacağam, Səni mən unudacağam! Gözlərim yollarında, Alışdım sənsizliyə. Unutdum mən illəri Dönməz olan günləri, Amma yaman qorxuram Fələk məni səsləyər, Sənə …

Azərbaycan ədəbiyyatı

Kamran ŞEYXZAMANLI.Yeni şeir

Post Views: 109 Uşaqlıqda Allah baba vardı. Gecədən biraz keçən kimi Gerçək həyatlar yaşanır Şairlər üzünü göz yaşı ilə yuyur Tənha qadınlar oyuncaqlarıyla Baş-başa verərək uyuyur. Gözləri dolmuş buludlar Ağlamaq üçün gecəni gözləyir. Heçkəs görməsin, bilməsin deyə Dərdini dünyaya gecələr söyləyir. Uşaqlığımı düşünürəm gecələr Ey, o zamanlar Allah baba, oyuncaqlar Cizgi filmlər vardı. Sənə yalvardığım …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 104 RUHUM, XOŞ GƏLDİN, XOŞ GƏLDİN Haçandı quru cisməm mən, Ruhum, xoş gəldin, xoş gəldin! Yaşaram tam yox, qismən mən, Ruhum, xoş gəldin, xoş gəldin! Məni mən qədər anlayan, Bəzən ərk ilə danlayan, Sən dərya, mənsə damlayam, Ruhum, xoş gəldin, xoş gəldin! Ömür fani, yaşam yalan, Sən quru, mən yaşam – yanan. Sənsiz …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 97 ÇAT GÖRÜM Haqq danışan dilə, qardaş, nə divan, Nədi Göygöl, nədi Göyçə, nədi Van? Araz olub vüsalına nərdivan, Oğulsansa, bircə addım at görüm. Nə vecinə, kim alışa, kim yana, Bir ah çəkdim az qaldı ki, sim yana, Könül versən Mıkırtıca, Semyona, Min il belə istəyinə çat görüm. Bu dərd vaxtsız saçlarıma qar …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”XOCALI” ( Poema)

Post Views: 104 XOCALI (poema) Əziziyəm Qarabağ, Qara tale, qara baxt, Şəhid oldu Xocalı, Bu zülmə, bu qana bax. Bir gözəl şəhər var idi, Hər tərəfi çəmən, çiçək. Bir qədim şəhər var idi, Yaranmışdı gözəl, göyçək. Xocalıydı onun adı, Qədim insan məskəniydi. Oarabağın cənnət yeri, İgidlərin vətəniydi. Xocalıgan ayrılırdı, Qarabağa gedən yollar. Burda heç vaxt …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Həyatı və Yaradıcılığı

Post Views: 189 Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 98 DARIXDIM Darıxdım, darıxdım, yaman darıxdım, Sənsiz hər bir anım əzabla keçdi. Səni həsrət ilə gəzdim, aradım, Gördüm ki, sən yoxsan, bu həyat heçdi. Daha mənim deyil, ürəyim, canım, Sevgi bir aləmdi, bir möcüzədi. Sənsən ömrüm, günüm, sənsən həyatım, Indi mən bilmişəm sənsizlik nədi. Üstümə yeridi dünyanın qəmi, Saldı dərdə, qəmə ayrılıq məni. …

Azərbaycan ədəbiyyatı

Debat: Nurlana BEYBUDOVA ( Naxçıvan Muxtar Respublikası).Yeni şeir

Post Views: 149 Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc …

Azərbaycan ədəbiyyatı

İlahə BAYANADUR.Yeni şeirlər

Post Views: 103 Fələk qoymayır neyləyim? Dərd əlində qaldı yaxam, Namərdə neynim, neyləyim. Yıxıldım, istədim qalxam, Fələk qoymayır neyləyim? Qoymayır gözümü açam, Dərddən baş götürüb qaçam, Şad günə elə möhtacam, Fələk qoymayır neyləyim? Güllü yazım gəldi qara, Rast gəldim borana, qara, Həsrətəm o şux nigara, Fələk qoymayır neyləyim? İlahəyəm, sızlar sacam, Qiymətli almazdan tacam. Şad …

Azərbaycan ədəbiyyatı

Xəzangül HÜSEYNOVA.Yeni şeir

Post Views: 133 Sən Tanrının adısan. Ulu Öndərə -Heydər Əliyevə Hər an səni ana-ana, Göy üzünə boylana-boylana qana-qana, yana-yana, ha çalışdım, Ha vuruşdum, Səni olduğun kimi, Göy oğlu tək doğulduğum kimi, öyəmmədim.. Sən Tanrının adısan, Torpağımın odusan deyəmmədim. adı naməlum planet planet kimi kəşf olunmamış möcüzəydin yaxın düşmək olmurdu orbitinə mat qalmışdım sənə. cazibən kimi …

Azərbaycan ədəbiyyatı

Elşən BABAYEV.Yeni şeirlər

Post Views: 109 BU ACI HƏSRƏTƏ DÖZMƏLİYƏM MƏN Ayrılıq zamanı yetib, sevgilim, Sabah yola düşüb getməliyəm mən. Gözlərim dolubdur artıq, sevgilim, Bu acı həsrətə dözməliyəm mən. Ailəm bir yanadır, sənsə bir yana, Bağışla məcburam tək gedirəm mən. İnşallah gələcəm doğma məkana, İndi bu həsrətə dözməliyəm mən. İndi son gecəmdə sən ol yanımda, Son dəfə baxaraq …

Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.Həyatı və Yaradıcılığı

Post Views: 198 TƏRCÜMEYİ – HAL Firdovsi Cəfərxan (Firdovsi Cəfərxan oğlu Kazımov) 1955-ci ilin mart ayının 25-də Zəngəzur mahalının Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Krasnodar Politexnik İnstitutunun Texnologiya və Dərbənd Humanitar İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Müəyyən vəzifələrdə çalışmışdır. Hal hazırda “Yeganə Yol” Beynəlxalq, ictimai, siyasi, hüquqi, ədəbi-bədii qəzetinin təsisçisi və baş …

Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.Yeni şeirlər

Post Views: 98 AY ANA N tez tükəndin, bitdin, Dünyamdan köçüb getdin, Mənipərişan etdin, Ana, ana, ay ana! Bizə verdiklərini, Əkib, biçdiklərini, Gördük çəkdiklərini, Ana, ana, ay ana! Fələk çatdı dadına, Yetişdin muradına, Qovuşdunmu yarına, Ana, ana, ay ana! Burdan bir el ötürdü, Məndən namə götürdü, Görən , sənə yetirdi?! Ana, ana, ay ana! Qurban …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər

Post Views: 107 AĞLADI Gözlədim, gəlmədin, görüş yerimiz, Halıma mükəddər oldu, ağladı! Sənin görüşünə tələsən güllər, Əlimdə saralıb-soldu, ağladı! Bükdü qamətimi, əydi bu halət, Gəldiyin yollar da çəkdi xəcalət. Məhəbbət yanğılı bir dəli həsrət, Qolların boynuma saldı, ağladı! Nə bilim bu imiş yaxınlığımız, Bir eşqin oduna yaxındığımız. Bir vaxt qucağına sığındığımız, Söyüdlər saçını yoldu, ağladı! …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 101 ÇAT GÖRÜM Haqq danışan dilə, qardaş, nə divan, Nədi Göygöl, nədi Göyçə, nədi Van? Araz olub vüsalına nərdivan, Oğulsansa, bircə addım at görüm. Nə vecinə, kim alışa, kim yana, Bir ah çəkdim az qaldı ki, sim yana, Könül versən Mıkırtıca, Semyona, Min il belə istəyinə çat görüm. Bu dərd vaxtsız saçlarıma qar …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 125 *** İçimdən keçdi bu karvan. İçimdən keçdi ağ dəvələr, yanında köşəyi. İçimdən keçdi Qaranər. İçimdən keçdim,– İçim səhra, külək sovurar qumu, tale deyilən bumu?! İçimdən keçdi bəyaz gecələr, İçimdən keçdi ağ kəcavələr. Göz yaşı, ağı. Hər şey bitəndən sonra qalan bir ağrı. İçim səhra, külək sovurar qumu, tale deyilən bumu?! İçimdən keçdi …

Azərbaycan ədəbiyyatı

Bu gün Eldar Xanlaroğlunun doğum günüdür

Post Views: 111 Eldar Xanlaroğlu 1954-cü il may ayının 3-də Qubadlı rayonunun Göyərcik kəndində anadan olub.İbtidai və orta təhsilini Qara İlyasov adına Qubadlı şəhər məktəbində alıb. 1974-1977-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri və məqalələri “Mədəniyyət”, “Yeganə Yol”, “Sözün Sehri”, “Bərgüşad” …

Azərbaycan ədəbiyyatı

Bugün Türkiyeli hanım yazar Gülten Ertürkün doğum günüdür

Post Views: 94 Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik …

Azərbaycan ədəbiyyatı

Xəzangül HÜSEYNOVA.Həyatı və Yaradıcılığı

Post Views: 110 HƏYATI VƏ YARADICILIĞI Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Bolnisi rayonunun Qırıqlı kəndində anadan olub.Orta təhsilini Baydar məktəbində “Qızıl medal” la bitirib.Gəncə Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə, rus, gürcü, rumu, iraq dillərinə tərcümə …

Azərbaycan ədəbiyyatı

Gülten ERTÜRK (Gülyetn SULTAN) ( Türkiye, Ankara).”ANNEM” ( muhteşem şiir)

Post Views: 99 ANNEM Karşlılıksız fedakarlıklar verdin. Bizi gönülden, yürekden severdin. Bizlere bakambilmekti tek derdin. ANNEM, meleğim, sensin ilk sevgilim… Ac kalsan da yemedin, hep yederdin. Kendin giymedin, hep geydirdin. Sıcacık sevgini şevkatle verdin. ANNEM, ak saclı başını seveyim… Ben hala senin gözünde bebeyim. Yuva kurdum ben de senin gibiyim. Benim de oldu üç tane …

Azərbaycan ədəbiyyatı

Teymur HƏBİBİ.Yeni şeirlər

Post Views: 99 MÜXƏMMƏS Dərdimdən axıtdığın qanlı göz yaşa möhtacam. Donmuş vücudum önümdə son baxışa möhtacam. Ruhsuz bədənə ruhumu qaytarmağa möhtacam. Gözlərimi qəm dünyasından açmağa möhtacam. Sənsiz dünyamı səninlə yaşamağa möhtacam. Sərvi-xuraman1 yar, ənbər2 ləli-ləbə3 möhtacam, Kövrək qəlbimi sakitləşdirən qəlbə möhtacam, Üşüyən bədənimi isidən ələ möhtacam, Hər zaman “türfə4 yarım” – dediyin dilə möhtacam, Sənsiz …

Azərbaycan ədəbiyyatı

Debüt: Elşən BABAYEV ( Bakı şəhəri, Qaradağ rayonu).Şeirlər

Post Views: 151 Babayev Elşən Yadigar oğlu 1992-ci il yanvarın 20-də Rusiya Federasiyasının Samara şəhərində anadan olub.1998-ci ildə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində S.Məhərrəmov adına 106 saylı orta məktəbin birinci sinfinə daxil olub.2009-cu ildə həmin məktəbi bitirib.2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Kimya və Bilologiya fakültəsinə qəbul olub. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda …

Azərbaycan ədəbiyyatı

Raquf HİDAYƏTOV.Həyatı və Yaradıcılığı

Post Views: 113 Həyatı və Yaradıclığı Raquf Hidayətov Bərdə rayonunda anadan olub.İbtidai və orta təhsilini Bərdə rayonunda alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. Yazar Raquf Hidayətovun şeirləri 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” jurnalında Dünya Gənc Türk Yazarlar …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 111 NƏ QƏLƏM, NƏ VARAQ, NƏ VAXT BƏS EYLƏR! Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə Bir dövrün, zamanın astanasında,- Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi. Doğma diyarının ulu öndəri,- Hayanda oldusa yenə haqq dedi. Bu ulu torpağa, ulu diyara, Öndərin sevgisi bitmədi şükür. Sevincdən gözləri dolan torpaqda, Rəhbərin …