Category: Azərbaycan ədəbiyyatı

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının III hissəsi

    qaragoz

    Sevinin gözləri
    (roman)
    III hissə

    Fidanın dünyaya gəlməsi

    Ariflə Çiçəyin toyundan iki il keçmişdi, övladları olmurdu. Gənc ailə narahat olmağa başlamışdı. Müalicə olmaq məqsədi ilə həkimə getdiər. Həkimin verdiyi cavabdan sonra ikisinin də sevinclərinin həddi-hüdudu olmadı. İkisi də sağlam idi, övladları ola bilərdi. Yəni ümidsiz olmaq, bir-birilərinin üzünə gülüb, dal-dalıqda dərddən siqaret siqaret ardınca çəkməyin, gizlicə ağlamağın mənasız olduğunu anladılar.Ümidlə yaşamağa başladılar. İki aydan sonra Çiçəkdə ürək bulanması, halsızlıq özünü biruzə verməyə başladı. Uşağa qalmağından şübhələndi. Anası Ftmayla tanıdığı həkim Lətafətin yanına gəldilər. Hamiləliyin ikinci həftəsində olduğunu öyrəndilər. Çiçəyin sevinci yerə-göyə sığmırdı. Fatma yolda qızına məsləhətlər verirdi.: Tez-tez maşına minmə, çox iş görmə, ağır işləri mənə saxla gəlib özüm görərəm və.s.
    Hamilə qadınların keçirdiyi hissləri yaşamayan qadınlar bətnində uşaq gəzdirən qadına görə də, uşağa görə də həmişə narahat olurlar. Ən acısı, o qadınlar doğanda onların sevincinə şərik olursan, daxilən ana olmadığın üçün heyfslənirsən “ O qadınlar kimi qadınam , ana olmadım” deyirsən. Yenə də bir gün ana olacağına ümid edirsən, onacan isə, körpəsini qucağına götürən qadınların yerində özünü görürsən.
    Çiçək şam yeməyinə hazırlıq görürdü. Payızın son ayı da qış havasını gətirməyə tələsmişdi. Tək-tük parıltısı o qədərdə gözə çarpmayan ulduzlar görünürdü.
    Arif avtobusu qapının ağzında saxladı. Çiçək evdən çıxdı, qəfildən avtobusdan düşən Arifə yaxınlaşdı, salamlaşdılar. Yoldaşını qucaqladı. Arif şad olsada təəccüblənmişdi.
    Çiçək: – Necəsən ürəyim?
    Arif: – yaxşı, bugün planı doldurdum.
    Çiçək: – Lap yaxşı, soyuqdur, keçək içəri. Qonağımız var.
    – Qonaq? Kimdi?
    – Keçək içəri.
    Arif evə keçəndə heç kimi görmədi. Süfrənin xüsusi bəzədilməsi, əlavə boşqab qoyulması marağına səbəb oldu.
    – Kimdi qonağımız?
    – Gələcək, yoldadır.
    – Kimdi axı?
    – Tanıdığımız adamdı. Qarıxma, görəcəksən. Biz çörəyimizi yeyək.
    – Bıy, qonağı gözləməyək?
    – Gələcək, otur.
    Ariflə Çiçək qarşı-qarşıya oturdular. Çiçək Arifin boşqabımna bişirdiyi dolmadan qoyur.
    Arif bir yanındakı boşqaba, bir də Çiçəyə baxırdı.
    – Vallah, sənin kefin kökdü, mənimlə zarafat edirsən.
    – Əzizim, sənin ataların cərgəsinə qoşulmağın zarafatdırsa, bu mənim yox, sənin günahındır.
    Arif diqqətlə Çiçəyə baxdı, bir anlıq duruxdu. Qışqıranda Çiçək qorxdu. Çiçəyi qucağına alıb, yanaqlarından öpdü.
    Çiçək: – Arif dayan, mənə həyəcanlanmaq olmaz.( Çiçəyi gülə-gülə bu sözləri deyirdi.)
    Arif: – Səni xoşbəxt olasan. İndi dünyanın ən xoşbəxt adamıyam. Axır ki…
    Arif Çiçəyin alnından öpdü.

    Aylar keçir. Fidan hamiləliyin son günlərini yaşayırdı. Fatma doqquz ay müddətində demək olar qızının ev işlərini görürdü, yeməyini bişirirdi. İstəmirdi qızı hamilə vaxtı əziyyət çəksin. Arif də axşamlar evə tez gəlirdi. Son günlər istəmirdi Çiçəyi tək qoysun. Bugün Arif Çiçəyin ən sevdiyi gülü – zanbaq gülü almışdı. Çiçək yatmışdı. Arif zanbağı burnuna yaxınlaşdırdı, astaca;
    Zanbaqla sevgimi deyirəm sənə,
    Çünki onun ətri həmişə qalır.
    Ürəklə cavabı göndər ki, mənə,
    Sevən yar sakitcə xəyala dalır.

    Çiçək gözlərini açdı.
    – Nədi? Məhəbbət şairi olmaq eşqinə düşmüsən?
    – Yaxşısı budur, sevən ürəyim olsun.Məndən şair olmaz.
    – Elə məndən də.Sən heç olmasa, bir bənd düzüb-qoşdun. Mən heç onu da bacarmıram.
    Arif gülür.
    – Ramzilə görüşməliyəm. Bir saata qayıtmalıyam. Darıxmarsan?
    – Yox, niyə ki? Get, məndən salam deyərsən.
    Arif Çiçəyin dodaqlarından öpür.
    – Ürəyin nə istəyir, gələndə alım
    – Təkcə səni istəyir.
    Arif yenə Çiçəyin dodaqlarından öpür.
    – Bir az da burda qalsam, gedə bilməyəcəm. Sağ ol
    – Allaha əmanət.

    Arifin getməyindən 15 dəqiqə keçmişdi. Çiçəyin ağrıları başladı. Sancıdan qışqırdı. Bir-neçə dəfə Arifi səsləsə də, hay verən olmamışdı. Çətinliklə də olsa qapıya yaxınlaşdı, qapını açanda yıxıldı. Özündə güc tapıb yenidən qapını açdı.
    – Kömək edin, kömək edin.
    Qonşunun qapısına yaxınlaşdı, qapılarını döyə-döyə;
    – Yalvarıram, kömək edin.
    Fatmayla yaşıd olan Tavat qapını açdı.
    Çiçək: – Tavat xala, uşaq gəlir. Kömək elə
    Tavat ərini səslədi: – Kazım, ay Kazım
    Kazım qapının ağzına gəldi.
    Tavat: – Tez maşını gətir, vaxtıdır.
    Kazım heç nə demədi. Maşını bir-neçə saniyədə qapıya tərəf sürdü. Çiçəklə Tavat arxa oturacağa keçdilər.Çiçək sancının ağrısından ancaq qışqırırdı…

    ***
    Ariflə Fatma özlərini hövlank xəstəxanaya çatdırdılar. Çiçək hələ sancının ağrısını çəkirdi. Gah “ana”çığırırdı, gah da yanına gəlib-gedən tibb bacılarına yalvarırdı ki, ona kömək eləsinlər.
    Arif də xəstəxana qapısının ağzında gah o tərəfə, gah bu tərəfə gedirdi.
    Kök, qıvrımsaç, qarayanız ağ xalatlı bir qadın qapının ağzına gəldi:
    – Çiçəyin yoldaşı kimdi?
    Arif qadına yaxınlaşdı.
    – Mənəm. Nəysə olub?
    – Təbrik edirəm oğlum, şirin bir qızın oldu. Şirinliyimi verərsən.
    Ariflə Fatma sevincdən bir-birilərini qucaqladılar. Sonra Arif cibindən pul çıxartdı, tibb bacısına verdi.
    Arif: – Qızımı görə bilərəm?
    Tavat: – Nə tez?
    Hər kəs gülüşdü.
    Kazım Arifə : – Həyəcandan özünü itirmisən qonşu. Uşağı indi göstərmirlər.

    Arif utandığından qızardı.
    Tibb bacısı: – Bir azdan qadınlardan kim istəsə görə bilər.

    Arif Fatmanı evinə aparandan sonra Kazımgilnən evə gəldi. Qapıdan içəri girəndə gözləri doldu, Divardan asılmış güzgüdə özünə baxdı. Hönkürtüylə ağlamağa başladı.
    Başını göylərə qaldırdı.
    – Çox sağ ol. Hər şeyə görə çox sağ ol

    Arif qaranlıq yolnan gedirdi. Qarşısında iki işıq vardı. İşıqların bir tərəfində Çiçək qucağındakı qızıyla dayanmışdı. Digər işıqda isə yaşlı bir qadın vardı, Arifi səsləyirdi.
    – Gəl bura oğlum. Mən sənin nənənəm.
    Çiçək: – Yox Arif, ora getmə. Bizim yanımıza gəl.
    Arif yaşlı qadına: – Siz mənim nənəmsiniz? Sizi birinci dəfədir görürəm.
    Yaşlı qadın: – Oğlum mənə su ver. Sussuzdan ciyərim yanır. Mənə su ver.
    Çiçək: – getmə Arif, qızımız səni gözləyir.
    Arif: – Su verim gəlirəm. Narahat olma.

    Arif yaşlı qadına tərəf getdi. Əllərini qadına uzatdı, yaşlı qadın əllərindən tutdu. Çiçək isə var gücüylə qışqırdı. Qucağındakı körpə də çığırırdı.
    Arif yuxudan dik atıldı. Qan-tər içindəydi.

    Səhər tezdən Arif Fatmayla Çiçəyi görmək üçün xəstəxanaya gəldilər. Arifi yenə uşağı görmək üçün içəri buraxmadılar. Çiçək isə əziyyətlə qapının ağzına gəlməli oldu. Bağlı qapı arxasından bir-birilərini görüb gülümsədilər.
    Fatma şüşə arxasından nəvəsinə baxırdı. Diliylə uzaqdan da olsa əzizləyirdi.
    – Nənən qurban olsun sənə, çıxaq burdan gör nənən sənin üçün neynir. Ağrrn dəysin canıma. Şükür sənə, ay allah. Nənən ölsün, uşşş, baxışına bax bunun.

    İki gündən sonra Çiçək xəstəxanadan çıxdı. Ariflə Çiçək qızlarının ad qoyumunu Fatmaya həvalə elədilər. Fatmanın gözləri doldu.
    Fatma: – Nə deyim? Sevincdən özümü itirmişəm.
    Çiçək: – Ana, bir ad de. Sən qəşəng adlar tapırsan. İndi nəvənə bir ad tapa bilməyəcəksən?
    Çiçək: – Fidan
    Arif: Fidan?
    Çiçək: – Qəşəng addır.
    Fatma: – Mənası yıxılmayan deməkdir. Yəni hər zaman yaşayır. Təki, bəxti gözəl olsun, adını biz vermişik, bəxtini qızıldan allah versin.
    Üçü də “ Amin” dedilər.
    Arif qızını qucağına aldı, “Fidan” deyə-deyə astaca öpürdü.

    Fidan ailənin həyatını tamamilə dəyişmişdi, sevinclərinə sevinc qatmışdı.
    Havalar isti keçdiyindən uşaq tez-tez səpirdi. Çiçəkdən çox Arif narahat olurdu. Arifin dostları Mürvətlə, Ramiz gələndə uşağı valideyinlərinə vermək istəmirdilər. Arifin əlində olsa heç işə getməz, bütün günü qızıyla oynayardı. Fidan da atasını görəndə gülümsəyirdi.
    Altı ay gənc ailə səadətli bir həyat yaşayırdılar. Onlara elə gəlirdi ki, xoşbəxtlikləri daima olacaq. Nə etməli ki, yaşamaq şirin olduğu üçün , həm də acıdır, enişli-yoxuşludur. Çətin sınaqlardan üzüağ çıxmaq üçün gərək dözümlü və iradəli olasan.
    Gələcək illərdə Çiçəklə qızını da çətin illər gözləyirdi.

    Qış ayı idi. Arif avtobusla gecə evə qayıdırdı. Birdən avtobusun qabaq işıqlarından biri söndü.
    Arif; – Bu nədir belə, xeyir olsun – deyib, sürməyə davam elədi. Qəfildən qarşısında yaşlı bir qadın gördü. Qadını vurmamaq üçün qəflətən əyləci basır, sürəti bir az çox olduğundan maşın istiqamətini dəyişdi, aşanda Arif qışqırdı.
    Çiçəklə anası söhbət edirdilər, beşiyində yatan Fidan ağlamağa başladı. Fidan cəld uşağı qucağına aldı, sakitləşdirirdi ki, yatsın. Fatma körpənin yeməyini hazırlayıb butulkanı qızına uzatdı. Çiçək nə qədər çalışdısa qızı heç nə yemədi, dayanmadan ağlayırdı.
    Çiçək: – Uff, başım şişdi. Ayrı vaxtı belə olmurdu, indi nə oldu bu uşağa?
    Fatma: – Uşaqdı, kürlüyü tutub. Ver mənə sakitləşdirim. Görürəm hövsələn çatmır.

    Çiçək qızını anasına verdi: – Arif nə əcəb gəlmədi? Heç vaxt belə gecikməmişdi. Lap narahat qaldım.
    Fatma: – Bəlkə planı doldura bilməyib bugün? Ona görə gecikir. Nigaran qalma
    Çiçək: – Həmişə demişəm ki, evə telefon çəkdir. Çəkdirəcəm deyib ayı-aya satır.

    Fatma nəvəsini sakitləşdirdi.
    Çiçək: – Şükür, sakitləşdi.

    Səhərəcən Çiçək Arifi gözlədi. Narahat idi. Fatma da qızıyla bərabər gözlədi,təbii yaş öz işini görürdü. Sonunacan gözləyə bilmədi, özündən asılı olmayaraq gözlərinin dincini bir az aldı.
    Səhər tezdən qapının döyülməsindən Fatma dik atıldı. Çiçək qapını açanda Ramizi qarşısında gördü. Ramizin gözləri qızarmışdı. Çiçək hər şeyi hiss eləmişdi. Heç nə soruşmadı.” Arif” deyib qışqırdı, ürəyi getdi. Ramiz Çiçəyi tutdu, Fatma qapının ağzına qaçdı.
    Fatma: – Nə oldu? Qızım,qızım, nə oldu? Nə dedin belə oldu Ramiz?

    Ramizin göz yaşları yanaqlarından süzüldü.
    Fatma Çiçəyin üzünə yüngülcə bir-neçə dəfə şillə vurdu, ayıltmağa çalışırdı.
    – Çiçək, ay Çiçək, ayıl qızım. Qurban olum oyan. Kömək elə Ramiz, aparaq divana.
    Ramiz Çiçəyi qucağına aldı, divanın üstünə qoydu. Fatma qızının çılpaq ayaqlarını ədyalla örtdü.
    Fatma: – Arif hanı? Susma, nə olub?
    Ramiz: – Fatma ana, Arif … Arif gecə qəza keçirib. Çox pis qəza keçirib.
    Ramiz hönkür-hönkür ağladı, danışa bilmədi.
    Fatma hər şeyi başa düşmüşdü, gözləri doldu, dizləri sözünə baxmadı, büküldü, yerə çömbəldi.
    Dizlərinə döyə-döyə ağladı…

    Ardı var…

  • Dəhnəli MƏMMƏD.””Svetafor”un üçüncü işığı” (Hekayə)

    memmedhacizade

    Qayğıların yaratdığı yorğunluqlara müqavimət göstərərək,özümdə güc toplayıb tökülüb qalan işlərin heç olmasa bircəciyini görmək istəyirdim,telefonuma mesaj gəldi.Bakselin növbəti səviyyəsiz mesajlarından idi.Adətim üzrə oxumadan silmək istəyirdim ki,İnfo nömrəsi gözümə sataşdı.Dərhal zəng etdim.Cavab verən xanım idi.Mesajın onlar tərəfindən gəldiyi təsdiq edildi.Əsəbi halda soruşdum.–Xanım təsəvvür edin ki,əziz bir adamınız ölüb.Və bu dəm,mən sizə mesaj yazıram ki,bəs,”svetafor”un üçüncü işığı nə rəngdədir? De,mən sənə hədiyyə verim.Necə təsir bağışlayar bu hal sizə?

    Xanımın nitqi tutuldu və aram-aram –Bir daha bu nömrəyə mesaj gəlməyəcək — dedi.

    — Təşəkkür edirəm:deməklə içimdəki peşimançılıq hissini yatırmağa çalışırdim.

  • Dəhnəli MƏMMƏD.”Aclıq olar şairlər çoxalanda”

    memmedhacizade

    Dağ yolunun payına dərə düşər.
    Düz danışan böhtana,şərə düşər.
    Bu dünyanın kürkünə birə düşər.
    Aclıq olar şairlər çoxalanda.

    Arsız olan dərd nədi bilməz qağa..
    Qəlbi qara ürəkdən gülməz qağa..
    Ürəyi tox acından ölməz qağa..
    Aclıq olar şairlər çoxalanda.

    Çıxarmışıq kürsüyə qurumsağı,
    Dinləyirik çərənçi fırıldağı.
    Yağ götürməz deyiblər it qursağı.
    Aclıq olar şairlər çoxalanda.

    Tüstülənər hardasa məzar yanar,
    Qiymət qalxar od tutub bazar yanar.
    Yiyəsi yox,canından bezar yanar,
    Aclıq olar şairlər çoxalanda.

  • Mirzə TƏRXAN.Yeni şeirlər

    mt

    * * *

    Bir az əsəbiyəm, incimə məndən.
    Silib atacağam səndən qalanı.
    Bir söz deyəcəyəm, bil ki, vəfasız,
    Sevmirəm həyatda şirin yalanı.

    Heç məyus deyiləm, sən getdiyinçün,
    Qədərim bu imiş, buna da şükür.
    Bir gün gələcək ki, ruhun görəcək,
    Cismini xələfin kəfənə bükür.

    Sən də gedəcəksən, mən də dünyadan,
    Bura bizim üçün sınaqdır əlbət!
    Mənim sədaqətim sadiqlik rəmzi,
    Sənin xəyanətin qınaqdır əlbət!

    (2015, 13 May)

    İstəmirəm!

    İstəmirəm!
    Mən; debil,düşüncəsiz,
    Fikirsiz,əqidəsiz,
    Qapısız pəncərəsiz,
    Bir otağ tək,
    Gələcək,
    istəmirəm!

    Mən; valideynə laqeyd.
    Ruhu cismində bir meyit.
    Fırıldağçı molla ,seyid,
    Ki, ola əldə Quran,
    Doğru üzrə,içi yalan,
    Bir şəriət,
    İstəmirəm!

    Mən; cəmiyyət istəyirəm!
    İnsanlığın ölmədiyi bir cəmiyyət.
    Haram tikə bölmədiyi bir cəmiyyət.
    Ağlar üzün gülmədiyi,
    Bir cəmiyyət,
    İstəmirəm!

    Çox üzlülər, çox sözlülər,
    Heçnə görməyən gözlülər,
    Daş qəlbli, gülər üzlülər,
    Məhv edirlər cəmiyyəti.
    İnsandakı xoş niyyəti,
    Silaha çevirənləri,
    İstəmirəm!

    (10 noy, 2014)

  • Elməddin Rahiboğlu.Yeni şeirlər

    er

    Bu gün həmin gündür tutub əlindən,
    Çıxmışdıq sevdanın göyərtəsinə
    Cəsarətlə, mətincəsinə
    Sıldırım qayalar, tikanlı yollar
    Hay verdi səsimə

    ****
    Bir palıd ağacın kölgəsində biz
    Söhbət eliyirdik, söhbətlər qəliz.
    Çünki ilk sevginin atəşindəydik.
    Addımı atmışdıq ilk pilləsinə…

    ****
    Bu gün həmin gündür, tutub əlindən
    Utancaq baxışla,
    Göz-gözə,
    üz-üzə ,
    dalğın xəyallar.
    Barışdıq eşq adlı yaradılışla,
    Nə mən hiss edirdim, özümü yerdə…
    Nə də gözün vardı, incidə , zərdə…
    Göydə təbrik etdi narın yağışla..
    Gözündə günəşin nurlu şüası
    Əlində sevgidən hərarət vardı,
    Ruhunda sevirəm sözün nidası,
    Cismində nurani səxavət vardı,
    Dedin ömr edərik biz bu barışla…

    ****
    Bu gün həmin gündür, Tutub əlindən
    Mənəvi dünyaya səyahət etdik,
    Nə sən yorulurdun,
    Nə mən bezirdim…
    Nə də yanaqlarda saxta sevinc var,..
    Dolğun bir mənaya səyahət etdik…!

    ****
    Bir ucu sevgidən başlanan yollar..
    Sonunda sevgiyə
    doğrumu getdik…
    Dayandıq bir ilin yol ayrıcında.
    Bəlkə xoşbəxt gələcək gözləyir səni,
    Bəlkə qalacaqsan eşq yamacında
    Yaxşısı unudaq olub keçəni

  • Günel ƏJDƏRQIZI.”Namus” (Hekayə)

    gunelxanim

    Rəhmanın qəfil və vaxtsız vəfatı Şəfiqəni elə sarsıtdı ki, o, həyat yoldaşının yoxluğuna inana bilmirdi. Hər qapı açılanda Rəhmanın işdən evə qayıtdığını zənn edir, sonra yanıldığını anlayaraq için-için ağlayırdı. 32 yaşında 4 uşaqla başsız qalmaq çətin idi. Ailəni dolandırmaq, övladlarına həm ata, həm də ana olmalı idi. Uşaqlarından yalnız böyük qızı Zeynəb doqquzuncu sinifdə oxuyurdu. Oğlanları Osman beşinci, Bayram 6-cı, kiçik qızı Asimə isə 4-cü sinifdə oxuyurdu. Özünün heç bir ali savadı yox idi. Valideynləri onu erkən ərə vermişdilər. Rəhman ondan on beş yaş böyük olsa da, ailəsini ovcunun içində saxlayırdı. Zavodda müdir işlədiyindən rayonda hamı onu yaxşı tanıyırdı. Artıq hər şey keçmişdə qalmışdı. Şəfiqə ailəsini saxlamaqdan ötrü nəsə etməliydi.

    Zeynəb atasının yoxluğu ilə heç cür barışa bilmirdi. Axı atası ona söz vermişdi ki, ali məktəbə qəbula gedəndə onu Qız qalasına, İçəri şəhərə, Şirvanşahlar sarayına aparacaqdı. Atası vəfat etdiyi gündən anasının yanından ayrılmırdı. Xüsusən də qonşuları Leylanın anasına dediyi sözlərdən sonra. O, Şəfiqəyə övladlarını atmağı, yeni həyat qurmağı məsləhət görmüşdü:

    -Şəfiqə, əzizim cavansan, sən hələ nə görmüsən. Uşaqları apar Bakıya, qoy uşaq evinə, qayıt gəl. Dörd uşağı necə saxlayacaqsan?

    Zeynəb anasının ona nə cavab verdiyini eşitməmişdi. Çünki qaçaraq öz otağına keçmiş, başını yastığının altına salaraq hönkür-hönkür ağlamışdı.

    Şəfiqə tezdən yuxudan erkən oyanıb günorta yemək üçün uşaqlarına nahar hazırladı. Sonra Zeynəbin otağına keçib onu yuxudan oyatdı və astadan pıçıldadı:

    – Sizə günortaya da yemək bişirmişəm. Yeməyinizi yeyəndən sonra yatarsınız. Qapını döyən olsa heç kimə açmayın. Bir yer var, oraya getməliyəm. Zeynəbi sanki ilan çaldı. O, cəld ayağa qalxaraq anasının əlindən tutdu. “Ana, nə olar, məni də özünlə apar. Burada qoyma”-deyib ağladı.

    Ana qızının belə hərəkətini atasının ölümü ilə əlaqələndirib ona ürək – dirək verdi və evdən çıxdı. İş soraqlaya-soraqlaya gəlib bir binanın qarşısında dayandı. Dedilər ki, müdirə katibə lazımdı.O, pilləkənlərlə yuxarı mərtəbəyə qalxdı və müdirin otağına girdi. Düşdüyü vəziyyətdən danışdı və işə böyük ehtiyacı olduğunu söylədi. Müdir otağın içində gəzişərək gözlərini Şəfiqədən çəkə bilmirdi. Ac göz qurd kimi onu yemək istəyirdi. Bir az keçdikdən sonra nəhayət müdir dilləndi: “Xanım, elə bir zəmanədə yaşayırıq ki, hər şeyin başında pul dayanır. İşə girməkdən ötrü əlin cibində olmalıdır. Pulun yoxdursa başqa şey olmalıdır….”-deyib eyhamla əlini onun çiyninə qoydu.” Gözəl qadınsan. İşə qəbul olunmağın dilinin ucundan çıxan hə sözündən asılıdır. Nəinki katibə, tez bir zamanda şöbə müdiri vəzifəsinə qədər yüksələ bilərsən”.

    Otaq Şəfiqənin başına fırlandı. O, ayağa qalxaraq müdirin üzünə sillə vurdu və üsyankarcasına qışqırdı: “Mənim namusum oyuncaq deyil, siz də onu satın alan market sahibi. İşinizı başınıza çalın. Canınız da cəhənnəm olsun”. Otağdan necə çıxdısa özü də bilmədi, maşın yolunu bir göz qırpımında keçdi. Əli-ayağı əsirdi. Birdən tanış səs eşidib dayandı. Kim isə onu səsləyirdi. Arxaya çevriləndə bir zamanlar ərinin sürücüsü işləmiş Kərim dayını gördü. Hal-əhval tutduğdan sonra Şəfiqə ona vəziyyətindən söz açdı və iş axtardığını söylədi. Kərim dayı kömək edəcəyinə söz verdi.

    Hava qaralmaq üzrə idi. Anasının evə qayıtmaması Zeynəbi narahat edirdi. Ağlamağdan özünü güclə saxlayırdı. Qapının döyüldüyünü görən uşaqlar qapıya yüyürüşdülər. Qonşu Leyla idi. Zeynəb anasınının səhər tezdən harasa getdiyini və kimsəyə qapını açmamağı tapşırdığını söylədi. Elə o an anasının səsini eşitdi və qapını açdı. Anası Leyla ilə üz-üzə dayanmışdı. Əlindəki zənbildə nəsə var idi. Küçədən isti çörək qoxusu gəlirdi. Qızının gözləri anasının yanmış barmağına sataşdı.

    Leyla Şəfiqəni görüb özünü əda ilə əzib büzdü. “Harada idin, ay qız. Bu nədir, ərsiz qadınsan, tezdən evdən çıxmısan evə indi gəlib çıxmısan. Fikirləşdim ki, yəqin uşaqların əlindən bezib, evdən baş götürüb qaçmısan. Onsuz da indi moddur, gəlinlər 2-3 uşağını, ərini evdə qoyub arvadı, uşağı olan kişilərə qoşulub qaçırlar”.

    Şəfiqə övladlarının qulağı eşidə-eşidə ona bu sözləri deyən qadını bir dəfəlik yerində otuzdurmağı qərara aldı. Leylanın qolundan tutaraq qapının kənarına itələdi.

    -Eşidirsən məni. Bir daha qapıma gəlmə. Övladlarını atan qadına ana deyilmir. Mən övladlarının gələcəyini kefə, həzzə satanlardan deyiləm. Nə namusumu sataram, nə də ki, övladlarımı ataram. Çörək bişirilən sexdə işə girmişəm. Çörək bişirib alnı açıq, üzü ağ, namusla övladlarımı saxlayacağam.

    Şəfiqə qapını Leylanın üzünə bağlayıb övladları ilə bərabər həyətə daxil oldu. Zeynəb anasının yanmış barmağını ovcunun içinə alıb dodağlarına yaxınlaşdırdı. Övladının öpüşü ona ən böyük məlhəm oldu.

    15-16.08.2015

  • Gülnarə İSRAFİLQIZI.”Qopduğum göz yaşı”

    Gulnarexanim

    qopduğum göz yaşı
    dalğalandığım ləpə
    gömgöy kəpənəkdi uçurduğum
    laylamdı anam çalan
    sevincindən gözəlləşdi bəlkə də
    iki dəfə
    təkcə mənə göstərdi gözəlliyini
    əl-ələ verdik ruhumuzda.
    notlaşdı dalğa-dalğa
    öpdü yanağımı məhrəmləşib.
    sərildi ayağıma sevgilim.
    dolanıb başına heyran heyran!
    sarıldım boynuna
    gözümə hopdu əsrarəngizliyi
    baxışımda sevgi pıçıldadı…
    sevgi öpüşdü
    sinəsində ot bitirmişdi
    mənim boyumda.

  • Şəfa VƏLİYEVA. “A qaragözlünün qara nağılı”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Asılıb ölmərəm, baxıb ölərəm
    Gözünün qıyqacı dar ağacından…
    Özümüz bilərək asıb öldürdük
    Zalım qəlbimizi yar ağacından…

    Darıxıb gəlmərəm… bezib gələrəm
    Insan çoxluğundan, dərd yoxluğundan…
    Qapını tapmağa nə var ki, gülüm,
    Umacaq olmasa bəxt ağlığından…

    Dünya dərd bəhrində bir qız üzdürür,
    Qara gözlərində batıb gedəcək…
    Sabahlar ömürdən saatlar üzür,
    Axşamlar dərdini tapıb gedəcək…

    A qaragözlünün qara nağılı
    Çağırsam ağ divlər oyanmayacaq…
    Daha inanmırıq bəxt nağılına …
    Bilirik, günlər ağ boyanmayacaq…

  • Şəfa VƏLİYEVA.”Mənim əllərim uzalı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mənim əllərim uzalı…
    Sənin yolların… yolların…
    Nə ki, xoş gün tanımışdım
    Sənə yolladım… yolladım…

    Ünvanı olduğun sözlər
    Deyilmədi… deyilmədi…
    Səni sevən qız abrına
    Bükülmədi… bükülmədi…

    Günün xoş olsun, əzizim…
    Göyün buluddan kəmlənsin…
    Dərdin bu “qaraca qız”mı?
    “Allah başqa dərd verməsin!”

  • Ruslan DOST ƏLİ.”On bir il bir məktəb bitirdik, ancaq”

    10012725_386602828196441_272975839882686854_o

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan təmsilcisi

    hər şeyi başqa cür düşündük əvvəl,
    yaş ötdü, hər şeyin tərsini gördük.
    on bir il bir məktəb bitirdik, ancaq
    yaşadıq, həyatın dərsini gördük;

    kiçikkən yüz işə meyl salanlar,
    indi ölüm-zülüm bir işə girib.
    körpəykən divlərdən qorxub yatanlar,
    indi divlər ilə döyüşə girib!

    hər yerdə bir ocaq, od çatan oğlan,
    vaxt gəldi, bir anlıq sönmək istədi.
    uşaqkən quşlara daş atan oğlan,
    böyüdükcə quşa dönmək istədi…

    sularda balığı xoşbəxt görənlər,
    bilirəm, fikriniz dəryada qalıb.
    məftildən düzəldib maşın sürənlər,
    indi görürəm ki, piyada qalıb.

    çərpələng uçurram hərdən havaya,
    nə dərd görübdürsə yerdə, qayıtmır.
    gizlənqaç oynu da dəyişib artıq,
    qaçan elə qaçır, bir də qayıtmır…

    dünyanı gözəl tək görən gözəllər,
    gəlib bu dünyanın çirkinə düşüb.
    gəlinciyin ərə verən gözəllər,
    indi gəlin olmaq fikrinə düşüb…

    hər yerdə bir ocaq, od çatan oğlan,
    vaxt gəldi, bir anlıq sönmək istədi.
    uşaqkən quşlara daş atan oğlan,
    böyüdükcə quşa dönmək istədi…

  • Müzəffər MƏZAHİM.”İnandım”

    mm

    Dolaşıq yollarda azdırdı məni,
    Kimə ümid oldum, kimə inandım.
    Dilim deyəmmədi qəlbim deyəni,
    Bütöv yalan oldu, kəmə inandım.

    İllərin dalına yükləndi ömrüm,
    Xəyal dənizində təkləndi ömrüm,
    “Yanıq Kərəmi”yə kökləndi ömrüm,
    İnləyən ürəkmiş, simə inandım.

    Müzəffər, aldanma kəmsə taleyin,
    Dartır ətəyini kimsə taleyin,
    Əgər qismətindən olsa gileyin,
    Bəxtin özünə də demə inandım.

  • Şafa KAMİLLİ.”Qalx ayağa, ey Türk oğlu,Türk!”

    11880421_1649253558665013_4117545050588422074_n (1)

    Hələ ,çoxmu qiracaqlar ?
    Çoxmu qanınıza susyacaqlar ?
    Çoxmu şəhid verəcəyik .?
    Hələ çoxmu analar gözü yaşlı qalacaq ?
    Gəlinlər ,əlləri xinali dul qalacaq ?
    Körpələr atasiz qalacaq ?
    Dur ayağa !
    Daha bəsdi !
    Ey türk oğlu türk !
    Qoyma çixsinlar axırına ,
    Bu naxələflər ,
    Bu qansizlar ,
    Din altinda qizlənən şeytanlar ,
    tağutlar ,
    mənfurlar ..
    Qalx ayağa ey Türk oğlu Türk !
    Bəsdi daha ,
    Bu tökülən qanlar bəsdi ,
    Verilən şəhidlər bəsdi ,
    Ana ,baci ,
    Körpələrin göz yaşlar ….
    Qalx ayağa !Qalx ayağa !
    Ey Türk oğlu Türk !
    Qalx ayağa daha bəsdi …
    Daha bəsdi!
    Qalx ayağa!!!

    20.08.2015 ..

  • В Дербенте прошла встреча азербайджанских поэтов

    11

    22

    33

    В Центральной библиотеке города Дербента, прошло мероприятие приуроченное к году литературы и 2000-летию древнего города.

    На мероприятие собрались писатели, поэты, журналисты, творческая интеллигенция города. С вступительным словом к гостям обратился Председатель национально-культурной автономии азербайджанцев города Дербента Тельман Тагирли. В частности, он отметил, что азербайджанскими активистами создана общественная организация НКАА г. Дербент, рассказал о ее учредителях и дальнейших планах объединения.

    Почетный аксакал НКАА Гусейнбала Гусейнов рассказал присутствующим о поэтах, которые жили и творили в древнем Дербенте. Президент Международного Союза Литераторов «Гюлистан» Тагир Салех предложил возобновить выпуск литературной газеты «Гюлистан», где могли бы печататься местные поэты.

    Поэт Фахреддин Орудж Гярибсес сообщил о произведениях азербайджанских поэтов, изданных в городе в последние годы. Заместитель директора музея мировых культур и религий Самиля Наджафова, поблагодарила за теплую встречу председателя НКАА г. Дербент Тельмана Тагирли за теплую встречу и предложила проводить совместные мероприятия с азербайджанской молодежью и интеллигенцией.

    Директор Центральной библиотеки г.Дербента Диана Алиева прочла стихотворения местных поэтов на азербайджанском языке, а также пожелала творческих успехов молодым поэтам.

    На мероприятие было принято обращение на имя главы города Дербента о присвоении звания Почетный гражданин города Дербента Гусейнову Гусейнбале Яхъяевичу, а также обращение на имя председателя Союза писателей Дагестана об открытии отделения азербайджанских писателей при Союзе писателей Дагестана. Надо отметить, что местная национально -культурная автономия азербайджанцев г.Дербент готовит к выпуску сборник произведений азербайджанских писателей г.Дербента.

    Пресс-служба НКАА г.Дербент

  • Mədinə İLHAMQIZI.”Ana”

    qiz

    Baxışlarında hiss olunur yorğunluğu illərin
    Gözlərin sanki dəniz niyə görsənmir gəmilərin ?
    Canım Anam Tanrıdan tək diləyim
    Ïslatmasın yanağlarını o gözəl gözlərin

    Həmişə mənə qüvvət verir sənin sözlərin
    Bilmirəm duysan səni sevindirər yoxsa kədərləndirər sözlərim
    Dünyamın ən gözəl mənzərəsidi gözlərin
    Çox istəyirəm xəyallarını gerçəkləşdirim Ana

    Dilimdə ən müqəddəs kəlmədir Ana
    Gülüşün cənnətimdir , xoşbəxtlik bir yana
    Xoşbəxliyin o qədər çox olsunki yayılsın dünyaya
    Ïstəyirəmki son nəfəsimdədə yanında olam.

  • “Ömür bir günlük yuxudu” adlı kitabın təqdimat mərasimi keçiriləcək

    e

    27 avqust 2015-ci il tarixində, saat 16:00-da, “Kitabevim.az” kitab evində yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Vasif Zöhraboğlunun “Ömür bir günlük yuxudu” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
    Qeyd edək ki, 2015-ci ildə Bakı şəhərində “Yazıçı” Nəşriyyatı tərəfindən 92 səhifə həcmində 150 tirajla işıq üzü görən kitab müəllifin oxucular ilə ilk görüşüdür. Kitabın ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqinə Mehdiyeva, redaktoru isə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı gənc yazarlara dəstək məqsədilə birillik Prezident təqaüdünə layiq görülən gənc yazar İntiqam Yaşardı.

    Azrbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti

  • Şəfa VƏLİYEVA

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının II hissəsi

    yenirenglifoto

    Fatma Çiçəyi Nahidənin köməkliyi ilə övladlığa götürdü. O gündən özünü ana kimi xoşbəxt hiss elədi. Kişi tərəfindən xoşbəxt olmayan qadınlar yəqin övlad tərəfindən qadın kimi də xoşbəxtlik nədir, bilirlər!…Övladı və ona qadınlığını hiss elətdirən bir insan olmadığı üçün bu hissləri heç cür bir-birindən ayıra bilməyəcəm. Fatmanı daha əvvəlki kimi ərinin onu uşaq üstə boşaması yandırmırdı. Gecələri də ağlamağı çoxdan unutmuşdu. Çiçək yeddi yaşına çatanda Fatma onu evinə yaxın məktəbə adını yazdırdı. Deyirlər xoşbəxtlik çox çəkmir. Ya qısa-qısa fasilələrlə sənə geri qayıdar, ya da tilsimə düşmüş kimi qayıtmaq bilmir.
    Fatmanın da həyatında xoşbəxtliyinin büdrədiyi vaxt Çiçəyin onunla Nahidənin söhbətlərini qapının ağzında eşitməsi oldu. Həqiqəti onsuzda bir az böyüyəndə Fatma deyəcəkdi. Fidan buna görə anasından bir müddət incidi, Fatmaya “ana” demədi. Fatma qızını tez-tez işlədiyi uşaq evinə gətirdi ki, həm uşaqlarla qaynayıb qarışsın, həm də necə şanslı uşaq olduğunu dərk eləsin. Təsiri olmuşdu, zamanla Çiçək əvvəlki kimi Fatmaya “ana” deməyə başladı.
    İllər keçdi, Çiçək on səkkiz yaşına çatdı, gözəl-göyçək qız oldu. Uşaq evində böyüyüən yaşıdları da gözəlliyinə heyran qalmışdı. Bundan başqa, mülayim xasiyyəti də onu uşaq evinin ən yaraşıqlı oğlanına – Arifə sevdirmişdi. Arifin Çiçəyi sevdiyini Fatma xala da bilirdi, susurdu. Ariflə qızını bir-birilərinə yaraşdırırdı. Çiçək orta məktəbi güc-bəlayla qurtarmışdı, oxumaqla arası yoxuydu. Düşünürdü ki, tərbiyəli oğlanla ailə qursa, oğul-qız sahibi olar. Arif isə, hər şeyin yerini, böyük-kiçik yeri bilirdi.
    Nahidə xanımın da məsləhəti ilə Ariflə Çiçək nişanlandılar. Elə nişan uşaq evinə keçirildi… (daha&helliip;)

  • Cavanşirli Şəfaqəti doğum günü münasibətilə təbrik edirik! (19 avqust 1987-ci il)

    sefaqet-cavansirli

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Hikmət Məlikzadə.Yeni şeirlər

    h

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü

    ***
    Yalançı nağıllara
    allanardıq uşaqkən.
    Fələyin kəndirindən
    sallanardıq uşaqkən.

    Yerin buynuzlarından
    danışardı nənəmiz.
    Bizim də, əsnəməkdən
    ağrıyardı çənəmiz.

    Uşaqlıq çağımızdı;
    Bilməzdik ağıl nədir.
    Böyüdük, Yerdən qopduq,
    Öyrəndik nağıl nədir.

    Böyüdük, bir də gördük
    qırılıb eşqin simi.
    Sözü tapdayıb əzdik,
    Kibrit qutusu kimi.

    ***

    Həyat bir qazandı gur ocaq üstə,
    Orasın-burasın küllə, qaralar.
    Mənə əmi dedin, özgəyə canım,
    Qorxmursan alnını güllə qaralar?!

    Məcnunlar pul üçün sərgərdan gəzir,
    Leylilər dadmağa hava axtarır…
    Sən Allah, qapımın önündən keçmə,
    Anam gör nə vaxtdır dava axtarır.

    Kölgən elə bil ki, nişanlı qızdır,
    Duvağın qaldırır bəy havasına.
    Eh, mən də məcburam oynayım bir az,
    Bu qoca fələyin səy havasına.

  • Şəfa Vəliyeva (Yeni şeir) Yenə…

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yenə dərdlisən… yenə
    Gözlərin qaçır məndən…
    Baxışların hər dəfə
    Nağıl açır mənimlə…

    Utanımmı? Qaçımmı?
    Ürəyimə yol göstər…
    Üzü sənə açımmı
    Əllərimi, görəsən?

    Bilirsənmi, bilmirəm…
    Üzürsən ürəyimi…
    Kədərli şəkillərə
    Düzürsən gözlərimi….

     

  • Zeynəb DƏRBƏNDLİ.”Vətənim”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sənə ox vurdular yaraladilar
    Ağına xətt çəkib qaraladılar.
    Səni hissə-hissə araladilar
    Küçələri qanla dolan vətənim
    Yağılara əsir olan vətənim.

    Xocalı deyəndə dilim qabarır
    Şuşam məni lap keçmişə aparır.
    Dağın qəribsəyib xəyala dalır
    Gözləri yollarda qalan vətənim
    Yağılara əsir olan vətənim.

    Qarabağ qarabəxt diyarım mənim
    Qışa donub yazım, baharım mənim.
    A cənnətməkanım, vüqarım mənim.
    Düşmən etdi səni talan vətənim.
    Yağılara əsir olan vətənim.

    Dağıdıb sökdüler yurdu-yuvanı,
    Qara duman kəsdi təmiz havanı
    Düşmən sənə ağır tutdu divanı
    Bizi dərdə-qəmə salan vətənim
    Yağılara əsir olan vətənim.

    Yollarını kəsib tələ qurdular
    Qartal tək başının üstə durdular.
    Bizə şər atdılar, Ləkə vurdular
    Çiçəyi budağda solan vətənim.
    Yağılara əsir olan vətənim.

    Zeynəbin qələmi feqan eyleyir
    Yazıb kəlmə-kəlmə üsyan eyləyir.
    Düşmən səndə bu gün döran eyləyir
    Mən yaza bilmirəm yalan vətənim.
    Yağılara əsir olan vətənim.

  • Rəşad MƏHƏMMƏDOĞLU.”Tələsmə gedən qatara!”

    q

    Əli dolu, kölnü boş,
    Gəlib çıxıbdır vağzala.
    Qucağında körpəsi var,
    Çiynində kiçik çantası,
    Baxışları üzgün üzgün,
    Hərdən də gizlədir üzün.
    Yorğun-yorğun,
    Solğun-solğun,
    Ağarıbdır gül bənizi.
    Gözünə baxdım,
    Elə bil,
    İçində var qəm dənizi.
    Qucağında körpə uşaq,
    Ağladıqca hey ağlayır.
    Bəlkə elə anasına,
    getmə, deyir,
    Məni uzaq etmə, deyir.
    Körpəsini sakit edib,
    Ümidini kəsir ana,
    Gözləyir gələn qatarı,
    Hara tələsir ana?
    Gah tələsir,
    Gah deyinir,
    Külək olub əsir…əsir,
    Hər neyləyir,
    Təkcə onu bilirəmki,
    Çıxıb gedir.
    Gözləyir gələn qatarı,
    Burdan uzaq gedir ana.
    Axı niyə?…
    İndi durub kimsəsiz, nədən?
    Hansı dinsiz öz evindən,
    Körpəsiylə qovub onu?
    Körpəsinin beşiyini boş qoyubdur.
    Ev-eşiksiz qoyub onu.
    Qaytarırlar xoşbəxliyi, gələn yerdə,
    Düşünmürlər, anlamırlar.
    Öldürürlər ümidləri,
    Gültək açıb, bitən yerdə.
    O ümid də, xoşbəxtlik də,
    O anadır, o uşaqdır.
    İndi isti ocağından.
    gedir ana,
    Neçə belə qadın olub,
    Olub ana,
    Burdan gedib.
    Vağzalıyla gələn gəlin,
    Ana olub, çıxıb gedib,
    Burdan, bu vağzaldan gedib.
    Bu ana da onlar kimi,
    Gözləyir gələn qatarı.
    İsitdiyi ocağını,
    Soyudub tərk edir ana.
    Gör nə qədər anaları,
    Gör nə qədər sevənləri,
    Aparıbdı gələn qatar.
    Haralarda düşürdübdür?
    Apardıqların, bəlkə…
    Yarı yolda düşürdübdür.
    Gedən deyib, məni apar.
    Yarımçıq bir arzusutək.
    Aparmayıb zalım qatar.
    Yolda gedən insanları,
    Yollarda qoyubdu qatar.
    Sən ey ana. bir an gözlə…
    Tələsmə gedən qatara.
    Qoy bu qatar gəlib getsin.
    Yenə gözlə.
    Bəlkə qatar əvəzinə,
    Səni qovan insan gələcək,
    Qytaracaq səni geri,
    Ürəyinə vicdan gələcək.
    Budur, gəlir qatar.
    Dayann…, minmə…!
    Mən minmədimki…
    Bir anda geri boylanıb,
    Qucağında aglayan,
    Körpəsiylə baxdı ana.
    Gözləmədi, minib getdi,
    Axx…! məni də
    Dərd oduna yaxdı ana.
    Uzaqlaşdı gedən qatar,
    Sonda gördüm,
    Qaça-qaça, bura gələn,
    Vağzala gecikən insanı.
    Gələn qatardan gec gəlib,
    Özü kimi, öz vicdanı.
    Vağzalı üstə həsrərin,
    Burda qoyub getdi ana,
    Gələn gecikdi,
    O tələsdi,
    Tələsdi gedən qatara.
    Axı dedim, – tələsmə,
    Tələsmə gedən qatara.

  • Aqil SABİROĞLU.”Şəhid taleyi”

    Bu barədə ilk məlumatı İsmayıllıda olarkən dostum Rövşən müəllim Şirəliyev verib.Bu yaxınlarda isə başqa bir dostum,el ağsaqqallarından olan Pərviz Əhmədsoy bir daha xatırlatdı.Etiraf edim ki cərəyan edən hadisələrin önündə bu şeir çox cılızdır,sönükdür.Əslində bir poema,bir kitab yazmaq olar və yazılmalıdır da.Sağlıq olsun…

    Maşınlar yol aldı kəndə cəbhədən,
    Deyəsən bir şəhid döndü cəbhədən.
    Bütün el yığıldı dəfnə o saat,
    Neçə arzu,ümid məhv oldu,heyhat!..
    Güc elin çiyninə düşsə də,yenə,
    Elə bil dağ çökdü ata qəddinə.
    İsladıb göz yaşı ağ saqqalını,
    Kim görmək istəyər övlad dağını?!.
    Gecə zülmətindən seçilmir üzü,
    Sanki dəfn olacaq atanın özü.
    Başı çiynindədir məzlum atanın,
    Üzü qara olsun torpaq satanın.
    Şəhid dəfn edildi,hamı dağıldı,
    Tək ata məzarın önündə qaldı.
    O qədər ağlayıb göz yaşı tökdü,
    Onun gözlərinə qaranlıq çökdü.
    On beş-iyirmi gün keçdi aradan,
    Sanki bir möxüzə etdi yaradan;
    Ataya dedilər qurtar şübhədən-
    Oğlun sağ-salamat dönüb cəbhədən!..
    Yenə də bir ata…sinə oxludur,
    O şəhid bu elin başqa oğludur.
    Şənliyə çevrildi o yas məclisi,
    Heyrətə salmışdı bu iş hər kəsi.
    Hamı müjdə üçün ona qaçırdı,
    Atanın çöhrəsi işıq saçırdı!
    Başlandı o anda toy tədarükü,
    Çiynindən alındı atanın yükü.
    Bəs kimdi,nəçiydi o şəhid görən,
    Kim idi torpağa bir oğul gömən?
    Təəssüf,olmadı bir nişan verən,
    Olmadı bir könül,qəlb diksindirən.
    Adsız şəhid kimi dəfn olundu o,
    Getdi böyük millət,xalq yolunda o.
    Xalq da qəhrəmanı tutaraq əziz,
    Həmişə ziyarət edir şübhəsiz.

    12.08.2015.

  • Samit NURİYEV.”Sənin səsi…”

    11739554_892702907467931_464209446_n

    Səsini eşitdim,həzin bir səsi,
    Bəxş etdin ömrümə nurlu bir ömür!
    Kəsildi qəlbimin ahı,naləsi,
    Ağlım sevincimdən özümə gəlmir…

    Səsin bir ilahi səs idi,gülüm,
    İlhamım titrədi şirin dilintək…
    Bu nəğmə ruhumun səsidi,gülüm,
    Sığal çək misrama qara telin tək…

    Baxışın göründü səsində sənin,
    Gözlərim dikildi ceyran boyuna:
    Qarşımda nazlandı bir bəyaz gəlin,
    Bəy kimi tələsdim sənin toyuna.

    Səsin həyəcanlı,özün sevincək,
    Mən nələr duymadım o anda,bilsən…
    Ömrümə,günümə şadlıq gələcək,
    Bir gün səsin kimi özün də gəlsən…

  • Fidan ABBASOVA.”Sevgi qəlbdə daşa dönür “

    fxa

    Sevgi qəlbdə daşa dönür
    ömür yazdan qışa çönür
    yanan şamda bir gün sönür
    dəyməz artıq boş gedişə
    alış çevrilər vərdişə……
    Bir baxarsan sabah axşam
    hər anında mən olmuşam
    düşünmüşəm, daşınmışam
    həyatında bir qarğışam
    Oxuduğun o kitabın
    sevmədyin cümləsində yazılmışam…
    Kimim var ki, dərdim deyəm
    kimim var ki, ? qəribsəyəm
    kimim var ki, deyəm- güləm
    unutma ki bu sevginin günhkarı mən deyiləm…
    İpə -sapa tikilmədi yolum mənim
    sən dünənim, mən dünənin
    çıxış yolum terk edənim
    sənsizlikdə axıdığım göz yaşlarımı silənim…
    isdəyirsən səndən hər gün eşq diləyim?
    İsdəmirəm , sürünməklə yaşamağı
    çarəsizlik anlarımda səssizlikdə ağlamağı- sızlamağı
    üsdün tutub qürurumla yaşamağı bacarıram
    sanma təkəm , bir dostum var təhnalıqdır
    onu səndən çox sevirəm bilsən niyə
    qoy tənhalıq bənzəməsin məndən sənə…..

  • Heç mənə lazım deyil… (yarı satirik, yarı tənqid, yarı gerçək)

    ge

    Oldum səndən ötür veyil,
    Heç mənə lazım da deyil,
    Yazdım, Səni tənqid etdim,
    Təhqir dolu cavab verdin…
    Heç mənə lazım da deyil…
    Çox istədim, qaldırım mən səviyyəni,
    Adam edim, kişi, qadın, mən səni, …
    Nadan qalmaq özün istədin, aciz insan,
    Yazmağımın xeyiri indi nədir?!
    Səndən yazıb vaxtımı mən sərf elədim,
    Heyif yazdıqlarımdan, heyif səndən…
    Qoyun kimi otarsınlar, insan olma, əsla..
    Sonrakı peşiman olmağının,
    Mənə yalvarmağının xeyri nədir?!
    Get gəz min oğlanla, yat, dur, xəstələn…
    Sonra bir lox tap, ona ərə getmə, evlən…
    Yüz dəfə qal hamilə, elə abort, sonsuz qal,
    Heyif çox gəncsən, heyif səndən…
    Ərin qoyun, özün it kimi qadın-q…..q!
    Demirəm daha kimsən, nəsən sən…
    Hər kəsə sal meylini, ərinə evdə, işdə
    buynuz çıxart, guya kişindir sənin?!
    Salın meylinizi nə pis şey varsa həyatda,
    Sonra ağla, şikayət et, yalvar-yaxar…
    Qurban verməyim sənə,
    tay-tuşlarına
    Günlərimi, aylarımı, illərimi,
    qal yana-yana…
    Yanıqsan onsuz da, nə kişi, nə də ki, qadın…
    Həyatının mənası pozğunluq, ehtirasın…
    Güzgüyə bax, tayım deyilsən sən…
    Mənə yazmağının indi xeyri nədir?!
    Heç mənə lazım da deyil,
    Yazmaq səndən, səni danlamaq,
    Onsuz da, olmayacaq səndən adam…
    Heç mənə lazım deyil, mənə lazım da deyil!
    Yoxdur dəyərin insan kimi…
    Satırsan bədənini, simanı sən
    Kim istəyir aldatsın, gəzsin, fırlansın,
    Soysun cibindəki pulunu, qoymasın 1 qara qəpik…
    Məhv elə həyatını, söy, təhqir et, göstər özünü…
    sənin şərhlərin, sənə cavab vermək,
    heç mənə lazım də deyil…
    Öz xoşunla seçdin bu həyatı, etdim seçimi…
    Sonra kömək istəməyinin xeyri nədir?!
    TV-yə çıxıb şou göstərməyinin xeyri nədir?!
    Yazdığın şərhlərinlə etdin mənə yaxşılıq,
    İndi daha sərt edəcəyəm tənqidimi yazar kimi,
    Onsuz da sənin kimisi, tay-tuşların,
    mənə verir yeni güc, mövzu, ilham…
    Əziyyət çəkmə, hoppanıb-düşmə,
    sən kimsən, nəsən ki?!
    Özünü mənlə bir tutma!
    Mən əsl insan, qadın, sənsə döşəmə cındırı…
    Çox adam tüpürüb üzünə, tapdalayıb keçib səni…
    Get eşşək kimi anqır, sonra tap tayını…
    Arxamca yüz söz deməyinin xeyri nədir?!
    Oldum səndən ötür veyil,
    Heç mənə lazım da deyil,
    Yazdım, Səni tənqid etdim,
    Təhqir dolu bir cavab verdin…
    Heç mənə lazım da deyil…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının I hissəsi

    sefaqet-cavansirli

    Oxuduğum orta məktəb “ Xəzər” şadlıq sarayıyla üzbəüz binada yerləşirdi. Əslində, tibb universitetinin digər korpusunda bizə tələbələrdən sonra üçüncü mərtəbədə dərs deyirdilər. Hər birimizin dilində “ Qaçqın ” məktəbiydi.
    Məktəbdə oxuduğumuz günlərdən biri idi. Pəncərədən baxanda insanların toplaşdığının şahidi olduq. Hadisə yerində polislər də vardı.
    Sonradan bildik ki, binanın boşluq olan hissəsində təzə dünyaya gəlmiş körpə atılmışdı. O an hansı hissləri keçirdim, izah edə bilmirəm. Eyni sualları verirdim özümə: bu uşağın günahı nə idi ki, ata-anası və ya kimsə onu oraya qoyubsa vicdansızca mələk donundan çıxmayan körpəyə ölüm hökmünü verdi. Gücləri həyatın enişindən, yoxuşundan xəbərsiz körpəyə çatdı. (daha&helliip;)

  • Mövlud Mövludu doğum günü münasibətilə təbrik edirik! (15 Avqust 1989-cü il)

    mm

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, “Gənc Ədiblər Məktəbi”nin yetirməsini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgidən necə yazmayım?!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Məhəbbətin üzük qaşı,
    Adın ürəyimin başı,
    Olmamışam hələ naşı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Sənsiz gündüzüm qaradı,
    Ürəyim para-paradı,
    Bilmirəm yerim haradı?
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Bəzəyirəm sevgi bağın,
    Mənəm ürəyə dayağın,
    Sevirəm bülbülsayağı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

    Bu dünyada qoca-cavan,
    Sevgidi onlara qalan,
    Ey məni dillərə salan,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

  • Hikmət MƏLİKZADƏ.”Qəfil baltalama, adam, kötüyü”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Bəsdir gözlərimi qınağa çəkdin,
    Bu lal pərvanələr şamdan yıxılıb.
    Qonşu qız köçüncə, bir Allah bilir,
    Ruhum neçə kərə damdan yıxılıb.

    Çətiri islanıb tindəki qızın,
    Bir qapı açan yox, üstün quruda.
    Yazıq bu yağışdan qurtula bilmir,
    Gedə, yalqızlığın büstün quruda.

    Qəfil baltalama, adam, kötüyü…
    Tanrı ruzusudur kömür, adamçün.
    Qopur yuxuların qara layları,
    Keçmiş xatirədi ömür adamçün.

    Yuxular ölümün uşaq forması,
    Fələk meydan qurub közünün üstə.
    …Qaşların ağappaq ağarıb, gözəl,
    İki vergül qoynan gözünün üstə.

  • Şakir XANHÜSEYNLİ.Yeni şeirlər

    Da_001

    ÖZÜMƏ İTHAF

    Deyirsən hər işim daş daşımaqdı,
    Elə işsizlik də yorur adamı…
    Dişinlə bir qoz da qıra bilmirsən,
    Di gəl ki,dişsizlik qırır adamı…

    Hər anı,saatı şirin ömründə
    Acılıq duyursan hər saat,hər an.
    Boş bir yer tapmazsan ayaq qoymağa,
    Nə qədər istəsən boşluq taparsan…

    Dünyada yaşamaq çətinliyindi;
    Sevgini qazanmaq asandı sənin…
    Nə versən,alırsan qulaqburması-
    Kim deyir bazarın kasaddı sənin…
    (daha&helliip;)

  • Əziz MUSA.Yeni şeirlər

    em

    QALBDI BİZƏ

    adı ölməz igidlərin,
    bir sonu var bu dərdlərin,
    candan keçən şəhidlərin,
    şöhrəti qalıbdı bizə,

    başı qardı uca dağın,
    vüqarı var ucaların,
    ölüb gedən qocaların
    söhbəti qalıbdı bizə. (daha&helliip;)

  • “Zərrələr” Nizami yurdunda

    1

    2

    3

    Gəncə qədim şəhər olmaqla yanaşı Nizami yurdudur. Bu şəhər dəyərli insanlar və qələm sahibləri yetişdirib. Biz də 13.08.2015-ci il tarixində, dəyərlərimizə söykənərək “Zərrələr” mizi Gəncə mərkəzləşdirilmiş kitabxanasına təqdim etdik. MKS-nin direktor müavini Qədimova Fəridə xanım və digər işçilərlə görüşdük. Əvvəlki kitabxanalarda olduğu kimi kitaba baxış olunub, kitabxananın fonduna daxil edildi. Hər kitabxana ilə görüşdən bir təəssürat qalır. Hər kitabı oxumaq da insanın fikir məcrasını dəyişir. Ümidvaram ki, bu kitab da bölgələrdə oxunaraq düşüncələrin məcrasını yaxşı mənada dəyişməyə nail ola biləcək. Zərrələrə uğurlar!

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Gülnarə İSRAFİLQIZI.”Namaz qılım”

    z

    Namaz saatıdır
    içimə gömmüşəm namazı
    dualarım bom boş
    bir qərib keçir ruhumun ölkəsindən
    ölkəmin bölgəsi
    bölgəmin ölkəsi cahillikdən xəstələnib.
    savadsızlıqdan məhdudlanıb.
    elm şərbətinin dadı zəhər dadır vərəqlərdə.
    adı saxtalaşıb
    saxtakarlıq ağuşuna alıb insanları.
    duzsuz, dadsızdı dünya.
    qardaşlıq siğəsinin ülviliyinə
    baxışlar didərginləşib,
    köntöyləşib.
    ölüb vurğunluğum
    insanların ikiüzlülüyündə.
    mənə bircə üzlü insan göstərin!
    o Allah adamının ətəyində
    namaz qılım.

  • “Zərrələr” Goranboyda

    zg

    zg2

    Zərrələr 12.08.2015-ci il tarixində qədəmini Goranboy rayonuna qoydu. Biz ilk olaraq müdir müavini ilə görüşdük onun iclası olduğu üçün işin icrasını MKS-nin kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Mustafayeva Təranə İbrahim qızına tapşardı. Kitanxanada fəaliyyət göstərən işçilərlə qısa görüşümüz oldu. Kitab haqqında müəyyən sualları cavablandırdıqdan sonra akt tərtib edilib, kitab fonda daxil edildi. Zərrələrə uğurlar!
    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • “Zərrələr” Bərdədə

    zb

    zb2

    Zərrələr 10.08.2015 tarixində Azərbaycanın dilbər guşələrindən olan Bərdə rayonuna qədəmini qoydu. Biz ilk olaraq, Bərdə rayon mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Süleymanova Sevda xanımla və digər əməkdaşlarla görüşdük. Kitab haqqında qısa məlumat verdik. Bu bölgədən üzvümüz olmadığına baxmayaraq kitab, yüksək səviyyədə qarşılandı. Keçirdiyimiz görüşdən sonra, Sevda xanımın məsləhəti ilə yenidən elektron kitabxanaya yollandıq. Müdriyyət məzuniyyətdə olduğu üçün bizi elektron kitabxananın baş kitabxana köməkçisi Quliyeva Fəxriyyə xanım qarşıladı. Fəxriyyə xanım yaxın günlərdə kitabın sərgilənəcəyi barədə məlumat verdi.Kitab fonda daxil edildi. Zərrələrə uğurlar!

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Şafa KAMİLLİ.”İstəmirəm…”

    sk

    İstəmirəm…
    Özümü unudmaq istəyirəm,
    İstəmirəm, xatırliyim,
    Mən yox olmaq istəyirəm,
    Düşünmək istəmirəm,
    Yaşamaq, mövcud olmaq,
    İstəmirəm,
    İstəmirəm…
    Unutmaq üçün nə elədim,
    Daha çox xatırladım,
    Kədərləlnmək istəmədim,
    Daha cox, kədərləndim…
    Ağlamaq istəmədim,
    Daha çox ağladım,
    Unudmaq istiyəm,
    Özüm özümü,
    Düşnmək istəmirəm,
    Mövcud olmaq istəmirəm,
    İstəmirəm…
    İstəmirəm…
    İstəmirəm…

    10.08.2015.

  • Şəhanə CƏFƏROVA.”Yalansız sev məni!”

    sehanexanim

    Yalansız sev məni!
    Sənin üçündə çox çətindir
    Sevgi dəryamız bilirəm çox dərindir
    Mənə bədbəxtlik yox, xoşbəxtlik paltarnı geyindir
    Sevirəm səni səndə yalansiz sev məni!
    bu sevgini boş inada satma
    məni gözləri yaşlı atma
    Gəl ucuz dünyada sevgimizi səndə ucuz tutma!
    Sevirəm axı səndə yalansız sev məni!
    Sevgimiz nümunə olsun sevənlərə
    Hər zaman xoşbəxt olub xoşbəxt görünək bizi görənlərə
    əbədi məhəbbətlə ucalaq göylərə
    Sevirəm səni səndə yalansız sev məni!
    Başqa sözə ehtiyac yoxdur!
    Mənim sevgimin səndən başqasına ehtiyac yoxdur!
    Axı səndə bilirsən bizim sevgimizi istəməyənlər çoxdur.
    Səni çox sevirəm səndə yalansız sev məni!

  • Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”

    yt

    Duman sıpər çəkir sən gedən yola,
    Ağrısı, acısı sinəmdə qalır.
    Əksin həsrətimlə gəzir qol-qola,
    Yaxşı nəyimiz var dünəndə qalır.

    Sən gedən yollarda səbrim daralır,
    Gözlərim şehlənir yol gözləməkdən.
    Əsəbim yolları gözümdən salır,
    Özümdən bezirəm özüm də bəzən.

    Özümdən qaçıram özüm olunca,
    Qapına gəlməyə üzümdə gəlmir.
    Həsrətin əlində gözüm oyuncaq,
    Yollardan yığışıb gözüm də gəlmir.

    Sən məni tərk edib getdiyin gündən
    Yollar qənşərimə əliboş çıxır.
    Sözüm dərd üyüdür…Özüm bu gün də
    Hara əl atıram, əlim boş çıxır.

    Həsrətdən alışır yolların üzü,
    Od tutub yanıram hey için-için.
    Necə bu yollardan əlimi üzüm-
    Gözümün söz yaşın bu yollar içir…

    Bir də görəcəkmi gözlərim səni,
    Bir də güləcəkmi baxışlarımız.
    Gecə də, gündüz də gözlərəm səni
    Təki- çiçəkləsin eşq baharımız!

  • Fidan ABBASOVA.”Hara getsən sanma dogru gedirsən”

    fax

    Həyat dostun olsa sənin ürəyin
    hara getsən sanma dogru gedirsən
    gözlərinlə görmədiyin mələyin
    sanki görüb günü-gündən sevirsən…

    Heç bilmirsən içindəki şeytanın
    dərdi nədir sənlə uzun yoldasan
    qəlbindəki bəslədiyin insanın
    yaratdığı ən məşhur əsərisən…

    Barmaq deyil əldir səni gəzdirən
    yetər ki sən bu dünyadan incimə
    bu həyatda səni daim bezdirən
    şərik olur duyduğun sevincinə…

    Kaş muradım sən olaydın ay Fidan!
    ruhum sənin mələyinlə bəzənsin
    gecə-gündüz sevib səni hər zaman
    ruhum sənlə öz dünyamda gəzinsin…

  • Günel ƏJDƏRQIZI.”Donmuş barmaqlar”

    gunelxanim

    Səhərin açılmasına hələ çox qalmışdı. Hava çox soyuq idi. Dünəndən bəri aramsız yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Fərəc kişi əllərində tutduğu ağır zənbillərlə küçəni üzü yuxarı qalxırdı. Qış tətilini başa vurmuş qızı Aytacı yenidən rayondan Bakıya kirayə qaldığı mənzilə aparırdı. Əllərində əlcək olmadığından arabir dayanır, zənbilləri yerə qoyaraq barmaqlarını ovuşdurur, sonra yenidən yoluna davam edirdi. Qar dənəcikləri sürətlə üzünə çırpılaraq onun yeriməsini çətinləşdirirdi. Tez-tez çevrilərək özündən bir-iki addım arxada addımlayan qızına nəzər yetirirdi. Övladının üşüdüyünü düşünürdü. O, bir anlıq dayanaraq Aytacın əlindəki balaca zənbili də öz əlinə aldı və bərk – bərk tapşırdı: “Əllərini paltonun cibinə sal. Evə çatana kimi çıxarma. Barmağların dona bilər”.

    Yol uzandıqca zənbillər onun soyuqdan donmuş barmağlarını bıçaq kimi kəsirdi. Barmağları keyimişdi. Fərəc kişi bunların fərqinə varmadan düşünə-düşünə qürurla yoluna davam edirdi. Aytac bu il ali məktəbi bitirirdi. Müəllim olacaqdı. Atasının davamçısı olduğu üçün qızını ürəyində alqışlayırdı.

    Mədəsində kəskin ağrılar vardı. Neçə saat idi ki, ac idi. Avtobus yolda yeməkxananın yanında saxlayanda qızına yemək üçün müəyyən şeylər almışdı. Özü üçün xəsislik etmişdi. Qızına kirayə ev üçün pul, əlavə aylıq cib xərcliyi verməliydi. Özlüyündə puluna qənaət etmiş olurdu. O yeməsə də olardı. Təki qızı ac qalmasın. Aytac yeyərkən nə qədər israr etsə də, “toxam” deyib heç nəyə əl vurmamışdı. “Qoy balam doyunca yesin”- deyib aclığını biruzə verməmişdi.

    Qızı başını onun qollarına söykəyərək yuxulamış, o isə onu oyatmamaqdan ötrü səhərə kimi qolunu tərpətməmişdi.

    Yol yorğunluğu bir yandan, soyuq da bir yandan….

    Mənzil başına çatanda Fərəc kişi taqətdən düşdüyünü hiss etdi. Qızı qapını açan kimi özünü güclə içəri saldı və sobanın yanındakı kresloda əyləşdi. Bir anlıq gözləri qaraldı. Aytac sobanı yandırıb arxaya çevriləndə atasının bənizinin ağardığını, halsız olduğunu gördü. Göz yaşlarının saxlaya bilmədi. Aytac özünü itirməyərək cəld isti su gətirərək atasının ayaqlarını suya qoydu. Yun adyal ilə onu bürüdü. Atasının soyuqdan donmuş barmağlarını əllərinin içinə alaraq ehmalca ovuşdurmağa başladı. Barmağlar soyuqdan qıp-qırmızı qızarmışdı. Bir az keçdikdən sonra isti suyun təsirindən barmağlar sanki canlanmağa başladı. Fərəc kişi qızının canfəşanlıqla onun əlini ovxalamasını görərək kövrəldi. Atasının özünə gəldiyini görən Aytac “Ata, elə bildim soyuqdan donmusan, barmağların bükülmürdü, sandım ki…..”- sözlərinin arxasını gətirə bilməyib hönkürdü.

    Fərəc kişi əlləriylə qızının saçlarını oxşadı:

    Qızım, ölüm haqdır. Hamımız bu dünyada qonağıq. Zamanı gələndə köçüb gedəcəyik. Sən cavansan, oxumusan. Əminəm ki, mən ölsəm də yolumu davam etdirəcəksən. Şərəfli müəllim olub, xalqımızın övladlarına yazmaq, oxumaq öyrədəcəksən. Çünki, onlar bizim sabahımızdır.

  • Allahşükür AĞA.” Anlamaz”

    1424249538_sekil

    Torpaq cücərdər sirrini,
    Torpaq sirrini saxlamaz.
    Söylə qanana dərdini,
    Qanmaz dərdinə ağlamaz.

    Həqiqət ölür dillərdə,
    Ədalət yoxmuş illərdə,
    Tapdaqda qalan ellərdə,
    Bulaqlar axar, çağlamaz.

    Qəlbimi isitmir közüm,
    Yollarda köhnəlir izim,
    Vətənsiz gülərmi üzüm?
    Vətənli bunu anlamaz…

  • Şafa KAMİLLİ.”Son…”

    sk

    Sən yoxsan ..
    Gözlm səni gəzir ,
    Yoxsan …
    Yoxsan ,
    Yoxsan yanimda ,
    Sənsiz dir dəqqiqə yaşya bilməyn mən ,
    Artiq aylardi ,yoxsan yanimda ,
    Bu ğün nələri xatitladim ,
    Bir bilən ,
    Yaral qəlbimi ,
    Al-qan elədim…
    Yoxluğun ölmdü ,zülmdü mənə,
    Ölmlər ,zülmlər yaşadan adam,
    Məni xoşbət edən ,
    Ömrümə bəzək ,
    Ömrümə həsrət ,
    İntizar ,
    Sevgi ,
    Məhhəbət ,
    Bitib tükənmyən ,
    Goz yaşlari ,
    Yalan ,…
    Gətirən adam…
    Bu gün nələr xatirladim ,
    Bir bilsən ,
    Yuxuma gelmişdin ,
    Cox gileyliydin ,
    Özn -özdən ,
    Bilrəm səndə cox cətn gəlir ,
    Yaşamaq ,cətindi
    Yaşamaq ezab..
    O qəmli gözlərin ,
    Hec güllmür ,
    Bir an ,
    Yazmagdan ,pozmaqdan
    İnciyn ,adam,
    Sən məndən ,
    Özündən,
    Bu hyyatdan ,
    Bizdən ,
    Yaşadiqlarnizdan ,
    Yalanlardan …
    İncimisən …..
    Həəə…..
    Menidə cox üzmüsən ,
    Öznüdə…
    Bü yoldan dönməyəcəksən ,
    Bilirəm ,..
    Sənə yaxşi yol..
    Yolarin aciq olsun,
    Heyat üznə qülsün ,
    Arzularina catasan ,
    Üzn gülər olasan..
    Bəsdi bu bədbinlik ..
    Oralarda soyuqdu ,
    Üşyən qəlbni ,
    Üzmə bu qədər ,
    Sonu yox ,
    Bu yolun ,
    Bitsin deyirəm ,
    Sən demisən ,
    Men deməmişəm ,
    Rahat ol,
    Sakit yaşa ,
    Bitsin deyirəm ,
    Buda son
    Sənlə ,mənim…
    Sonumuz …
    Açilar ,ağlar ,
    Bu qəm ,
    Bu kedər,
    Nəyə lazim idi,
    Kimə lazim idi,
    Söz verirəm
    Sevgilim
    Birdaha dünyaya gəlsək ,
    Kiməsə ilk baxşdan aşiq olsam ,
    Biləcəm bu sənsən ,
    Uzaq qacacam ,
    Sevmərəm birdaha ,
    Dünyaya min dəfə gəlsəm ,
    Baxmaram qara gözlərə,
    Gözlərimi kor edərəm ,
    Oxumaram ,
    Savadsiz olaram ,
    Səndn uzaq gezərm ,
    Gen dolanaram ,
    Soz……..
    Bu da son………..
    Son ………….
    8.08.2015 …….

  • Abdulla MƏMMƏD.”Bu dünya qədərdir qədərinəcən”

    yt

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qarılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmaın qırılmagımdan.

    Külümü sovurma, qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar-gorum alışar
    Eybinə kor olan korun əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər kədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı başına
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib-daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm-yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm, canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu, özümə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir ALLAH bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözunun rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümüdün ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Azərbaycan.Quba.

  • Mais TƏMKİN.”Necəsən, canım, necəsən?”

    mt

    Sənsiz dünyam daralıbdır,
    Rəngi-ruhum saralıbdır.
    Sən gedəli qaralıbdır,
    Damarda qanım, necəsən!
    Necəsən, canım, necəsən?

    Dərdin-qəmin məni əzir,
    Dada yetmir, qurban-nəzir.
    Eşqimiz dillərdə gəzir,
    Şöhrətim, şanım, necəsən?
    Necəsən, canım, necəsən?

    Çoxmu çəkər bu dərd-qəhər?
    Ovut məni gəl, birtəhər.
    Ay üzümə doğan səhər,
    İşıqlı danım, necəsən?
    Necəsən, canım, necəsən?

    Aləmi yandırır ahım,
    Mən qul olum, sən də şahım.
    Üz tutduğum qibləgahım,
    De, din-imanım, necəsən?
    Necəsən, canım, necəsən?

    Gəl qılma dostun tərkini,
    Qəbul et onun ərkini.
    Şad eylə, Mais Təmkini,
    Xoş keçsin anım, necəsən?
    Necəsən, canım, necəsən???

  • Fidan Abbasova (Yeni şeir) İstəmirsən, məni unut , yenə sev….

    f

    Nə getdiyim yerlər səni unudub
    Nə gəldiyim həmin masa həmin ev
    nə təssəli məni bir an ovudub
    Ürəyimə necə deyim yenə sev

    O ,bilmədi onu necə sevirəm
    hər gün onun yoxluğuyla ölürəm
    doya -doya ağlayıram gülmürəm
    İstəmirsən məni unut yenə sev….

    Unut necə görmədiyin gözləri
    unut sənə söylədiyim sözləri
    bükmə daha bu taqətsiz dizləri
    isdəmirsən məni unut yenə sev…

    Hara getsəm içimdədir isdəyim
    deki gözlə ölənəcən gözləyim
    indi yoxsan səni necə səsləyim
    isdəmirsən məni unut yenə sev…..

    Çox ağlama gözlərimə qan gələr
    hara baxsam baxıdığım yer sən gələr
    ölsəm sanki ruhum bir az dincələr
    isdəmirsən məni unut yenə sev…..

    Bu sabah mən oyandım o qoxunla
    qane oldum azlığında çoxunla
    min əzizim, min yaxından yaxınla
    bənzətmədim isdəyirsən unut sev

    Fidan gəldin yenə həmin ünvana
    qoyma daha sevgin yenə aldana
    qəlbindəki dar qəfəsli zindana
    həbs et onu deki indi unut get
    isdəmirsən məni unut yenə sev…….

     

  • İlkin Abbas (Yeni şeir)”Dahilər məkanı, gözəl Naxçıvan”

    tt

    Ruhumun qidasın səndən almışam,
    Bir quru canım var, o sənə qurban.
    Qoynunda boy atıb, mən ucalmışam,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Qədim tarixlərin izi səndədir,
    Şeirin, sənətin gözü səndədir,
    Cəlilin, Məmmədin sözü səndədir,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Üstünə düşməsin düşmən kölgəsi,
    Sən Ulu öndərin şux, məğrur səsi,
    Səndədir Möminə Xatun türbəsi,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Sürür torpağında hamı xoş həyat,
    Torpaq bərəkətli, yaşamaq rahat,
    Sanki bir cənnətdir Şahbuz, Batabat,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Əshabü-Kəhf sənin cismində canın,
    Dürrdür, gözəllikdir sənin dörd yanın,
    Ordubad-incisi Azərbaycanın,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Səsin ucalıbdır ulduza, aya,
    İnsan ləzzətindən de nə cür doya?
    Saysam gözəlliyin gəlməz ki saya,
    Dahilər məkanı, gözəl Naxçıvan.

  • Elnur RƏSULOĞLU.”Sonet”

    et

    Günəşimsən, aya döndərib məni
    Atdı sevgi adlı fəzaya Tanrı.
    Sonra ordan geri göndərib məni
    Məhkum etdi ağır cəzaya Tanrı.

    Bu cəza ayrılıq, bu cəza hicran,
    Nə edim? Buna da dözməliyəm mən.
    İsti küləkləri qumlar sovuran
    Səhrada Məcnuntək gəzməliyəm mən.

    Ağlamaqla bitir hər günüm mənim,
    Unutmayacağam olanları mən.
    Gözdən uzaq keçir sürgünüm mənim,
    Özümə dost billəm heyvanları mən.

    Ayım sona yetər, ilim qurtarar,
    Məni iztirabdan ölüm qurtarar.

  • Elnur ABDİYEV.”Qarabağ” poeması.II və III fəsillər

    e

    II fəsil
    Talesiz torpaqlar,bəxtsiz talelər

    Başsız bir başçını məmləkətində,
    Başla yeriyirdi çolaq ayaq da.
    Hər gecə diksinib güllə səsindən,

    Yatdı səksəkəli Ana torpaq da.
    Səhəri gözündə açdı yuxulu,
    Talesiz torpaqlar,bəxtsiz talelər.
    Ayrılıq qorxulu,ölüm qoxulu,

    Həyata hamilə cehiz talelər.
    Hər gün bir faciə doğdu dan yeri,
    Biganə yanaşdı o başbilənlər.
    Onlar bilmədilər,sabah hər biri, (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Kədər 2″

    keder

    Qəlbimdə çox sözüm var ,
    Kimə deyim, bilmirəm ,
    Sənsiz küçələrə ,
    Sənsiz , keçən günlərə,
    Sənsizliyimə ?
    Ehhhhh ……..
    Ürəyimdə sən varsan ..
    Həsrətin var ,
    Kədərimlə baş-başayam ,
    Sənsizliklə çapalayan,
    Bu qəmimlə …
    Səssiz-səmirsiz,
    Lal kimi divarlala ,
    Tənhalığımla ,
    Göz yaşlarımla ,
    Qəlbimdə ahımla …
    Yaşamaq budusa ,
    Yaşayıram mən ,
    Bu yayın qızmarında ,
    Üşüyürəm mən,
    Darıxıram ,ölürəm ,
    Sənsiz ne edirəm ,
    Heç özüm də bilmirəm..
    Ağlımda bir fikrim var ,
    Anam var ..
    O çox ağlar …
    Yox ,yaşıyacam mən ,
    Sənsiz, sənlə ,
    Xəyalınla küsə-küsə,
    Barışa-barışa,
    Dalaşa -dalaşa ,
    Xəyalınla ,
    Yaşıyacam mən ,
    Sənsiz ,sənlə …
    Ömrüm boyu ,
    Bu kədərlə ,
    Bu iztirab ,bu qəmimlə ,
    Baş-başa qalacam mən …

  • Xuraman CAMALQIZI.”Ana Torpaq sözü burdan yaranıb”

    Körpəcə məhv olan qız uşaqları,
    İstənmir ”səhv” olan qız uşaqları.
    Torpağa gömülür qız uşaqları,
    ”Ana Torpaq” sözü burdan yaranıb.

    Sanır ki, sevgidən yoğrulur onlar,
    Doğmamış, zamansız boğulur onlar.
    Bətinden torpağa doğulur onlar,
    ”Ana torpaq” sözü burdan yaranıb.

    Bu körpə quşcığaz köməksiz, yalın,
    Alın körpələri, dəhşətdən alın,
    Torpağın altından göyə ucalan,
    ”Ana Torpaq” sözü burdan yaranıb

    Sədası göylərin qatından gəlir
    Qisməti taleyin çatından gəlir
    Qığıltı Torpağın altından gəlir
    ”Ana Torpaq” sözü burdan yaranıb

  • Şəhanə Cəfərli (Yeni şeir) Məni niyə sevirsən?

    sekil

    Bilirəmki sevirsən məni.
    Yoxsa niyə getmirsən
    Bax mənsiz ola bilmirsən
    Niyə özünü aldadirsan
    Məni sevdiyini demirsən!
    Elə bilirsənki getsən unudacaqsan.
    Yenə geri gəlib yalvaracaqsan
    Mənsiz necə olacaqsan
    Sən məni sevirsən axi
    İndi həyatimiz bir
    Biz birik kimsə ayiramaz ikimizi
    Hər gəlişində səni daha çox sevirəm
    Necə gedirsən elədə geri dönürsən
    Artiq səndə bilirsən məndən ayrila bilmirsən
    Mən olmayanda mənsiz ola bilmirsən
    Mən olmayanda mənsiz gülmürsən
    Sən başqasini yox ancaq məni sevirsən
    Bəsdi daha özünü incitmə
    Mənsiz özünü dəli etmə
    Mən qal deyirəm səndə getmə
    Mən səni səndə məni sevirsən..

  • “Zərrələr” Salyanda

    03

    01

    02

    04

    05

    06

    07

    “Zərrələr” 31.07.2015-ci il tarixində qədəmini Salyan royununa qoydu. Abdulla Məcidovun dəstəyi ilə Salyan rayon mərkəzi kitabxanasında oxu zalının şöbə müdiri Qaçayeva Sevinc Cahangir qızı ilə görüşdük. Əlbətdə Abdulla bəy öncədən gedişimizin səbəbini xəbər vermişdi. Sevinc xanım kitabla tanış olulduqdan sonra kitabxananın oxu zalı ilə bizi tanış etdi və kitabxananın imkanlarından danışdı. Zərrələr kitabı ilə tanışlıq zamanı üzvümüz, Aqil Sabiroğlunun adını xüsusi vurğuladıq. Əlbətdə bütün bölgələrdən olmasa da, bölgələrimizin çoxundan zərrələrimiz var. İstər bölgələrdən istərsə də paytaxtdan olan Zərrələrimizə uğurlar diləyirəm. Buna var qəlbimlə inanıram ki, bu kitabxanalarda oxunacaq və seviləcəksiniz.

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Gülnarə İSRAFİLQIZI.”Birdən”

    z

    birdən ölmümümə doğru gedirəm
    birdən dirilərək yoxa dönürəm
    birdən azalıram özüm özümdən
    birdən əriyərək çoxa dönürəm.

    Bu halım hal-bahal qorxudur məni
    birdən asanlaşır, çətinləşirəm.
    birdən öz içimdə məğlub oluram
    birdən öz içimdə mətinləşirəm.

    hər şey birdən olur, hər şey qəfildən
    od tutub alışır gözümün üstü.
    birdən çiçəkləyir, birdən də solur
    birdən də şehləyir üzümün üstü.

  • Şəfa VƏLİYEVA.”Uçar….uçar… qanadı söz…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün səhvlər, xəyanətlər
    Bəxtimin yeddi rəngiymiş…
    Bəd görünən əlamətlər
    Qaratoyuq nəğməsiymiş…

    Ciyərə çatmır havası…
    Bakının dumanı sarı….
    Qara qızın baxt davası
    Yola salır “xoş baxtlar”ı…

    Sevdiyim “3”-lər “böyüdü”…
    Boyu boyuma çatmadı…
    Yazdı gör kimlər öyüdü?!
    -eh…
    “Öyüdlülər” azalmadı…

    Dərdi bilən söz söyləməz…
    Uçar….uçar… qanadı söz…
    Desinlər-bu qız düzəlməz!!!
    Desinlər ki, tutmadı söz!!!

    Bircə sən bil…o bildiyin
    Yaman ağrıtdı bu qızı..
    Hamının atdığı yerdə
    Təkcə söz tutdu bu qızı!!!

  • Şəfa EYVAZ.Yeni şeir

    1423756700_sefa-xanim

    Dekabr ayı,
    Axşamüstü,
    Saat yeddi…
    Bölür kecir küçələri
    Tənha qadın silueti…
    Qızarır işıqfor
    Qarışır aləm…
    Hürür küçə iti kimi
    Yer-yerdən müxtəlif maşın fitləri,
    Çilikləyir incə qadın ruhunu
    Kobud kişi səsləri:
    -Dayan!
    -Hara gedirsən?
    -Korsan, görmürsən?!
    Və bir daha üzülür,
    Bir qadının ümidi.
    Görmədiyi sığalı,
    Duymadığı sözləri
    Hiss etmək ümidiylə
    Boylanır yola sarı…
    Anlayır tənha qadın,
    Baş götürüb qaçdığı
    Dörd divarın dili var.
    Ən azından evində,
    Sevdiyi bir tənhalıq,
    Bağırmayan ümid var…

  • “Zərrələr” Lənkəranda

    lenkeran

    Zərrələrimiz Azərbaycanın üçüncü şəhəri Lənkəran mərkəzləşdirilmiş kitabxanasına qədəmini qoydu. İlk olaraq bizi Xidmət şöbəsinin müdiri, Məmmədova Xədicə xanım çox isti münasibətlə qarşıladı. Oxu zalları ilə tanış olduq kitabxana çox müsbət təəsürat yaratdı. Sonra isə mərkəzləşdirilmiş kitabxana sisteminin drektoru Məmmədova Validə Ağaəli qızı ilə görüşdük. Kitab,kitabxanadakı kitabların sırasına daxil edildi. Uğurlar Zərrələr…

    Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı

  • Qalib Şamxaloğlu (Yeni şeir) Aşıq qardaşa xitabən ..

    q

    Dilləndirir aşıq qardaş sazını ,
    Mənimtək inləyir saz yavaş-yavaş .
    Dərdlərim ucaldır zil avazını ,
    Ay qələm , dərdimi yaz yavaş-yavaş .

    Gülüzlü yarımdan ayrı düşmüşəm ,
    Ayrılıqda hədsiz zülüm çəkmişəm .
    Bu bəxtdən , taledən mən bezikmişəm ,
    Ay külüng , qəbrimi qaz yavaş-yavaş .
    (daha&helliip;)

  • Mayisə Əsədullaqızı (Yeni şeir) HƏR GÜN SƏHƏRİMİZ XEYRƏ AÇILSIN

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    HƏR GÜN SƏHƏRİMİZ XEYRƏ AÇILSIN
    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!