Category: Azərbaycan ədəbiyyatı

  • Himət Məlikzadə (Yeni şeir) Allah, qurban olum, anama dəymə!

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycab Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Allah, qurban olum, anama dəymə!

    Bir nəfərin dilindən

    Anam süd qoxulu bağımdı mənim,
    Ruha qida verən çağımdı mənim.
    Dağdı başım üstə, dağımdı mənim,
    Allah, qurban olum, anama dəymə!

    O, göyçək pəridir, o, nazlı xanım,
    Onun sevgisilə durulur qanım.
    O, mənim ruhumdu, o, mənim canım, –
    Allah, qurban olum, anama dəymə!

    Yaman darıxmışam sözləri üçün,
    İşıq gətirmişəm gözləri üçün,
    Başım qəribsəyib dizləri üçün,
    Allah, qurban olum, anama dəymə!

    Hayım-harayımdı, sorağımdı o,
    Zülmətə nur saçan çırağımdı o,
    Fələyə tuşlanan yarağımdı o,
    Allah, qurban olum, anama dəymə!

    Bir yol imkan verməz oduna yanam,
    Onun şöləsilə rəng tutub hanam,
    Həkimdi, loğmandı, təbibdi anam,
    Allah, qurban olum, anama dəymə!

  • Nəriman Zeynalzadə (Yeni şeir) MƏN SƏNİ SEVMƏYİM, BƏS KİMİ SEVİM?

    nn

    MƏN SƏNİ SEVMƏYİM, BƏS KİMİ SEVİM?

    Baş qoyum dizinə Əhsabi-kəhfim,
    Səndə bağışlanır günahım, səhvim,
    Əcəmi memarım, sənət şərəfim,
    Mən səni sevməyim, bəs kimi sevim?

    Sara həsrətlidir sel Arpaçayım,
    Əyilməz, qürurlu Əlincə dağım,
    Batabat yaylağım odum- ocağım,
    Mən səni sevməyim, bəs kimi sevim? (daha&helliip;)

  • Şahməmməd Dağlaroğlu (Yeni şeir) Dünya

    s

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    İsmayıllı Yazarları Ədəbi İctimai birliyinin sədri,
    “İsmayıllı Xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

    Yolum üstə çıxanlarla deyişdim,
    Hələ də dadmadım balını, dünya.
    Körpəydim, uşaqdım, gəncdim, yetişdim,
    Sənsə dəyişmədin halını, dünya.

    Haqdan cəza payım ölüm kəsildi,
    Arzuya uzanan əlim kəsildi.
    Söz demək istədim, dilim kəsildi,
    Dindirə bilmədim lalını, dünya.
    (daha&helliip;)

  • Aygün Rəhimli (Yeni şeir) Ölürük qalmaqalçün

    ary

    Sanki yoxdu işimiz,
    Çoxalıb təşvişimiz,
    Arvadımız, kişimiz,
    Dəymiş söylədi kalçün,
    Ölürük qalmaqalçün.

    Arzu Qasımla gəzdi,
    Mahir maşının əzdi.
    Firuzədəki “vəz”-di,
    Növbədəyik çuvalçün,
    Ölürük qalmaqalçün. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Hər gün səhərimiz xeyrə açılsın!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Zülmətdən günəşin gələn vaxtıdır,
    Dünyanın sevilib gülən vaxtıdır,
    Süsənlər bağların bar-baharıdır,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın! (daha&helliip;)

  • Abdulla MƏMMƏD.”İnana bilmirəm”

    yt

    Sən bir uşaqsanmiş mən bir oyuncaq
    Sən demə sevgimiz əyləncə imiş.
    O ara verməyən gizli görüşlər
    Günlərdən asilmiş yelləncək imiş.

    Gözümü bağladin göz görə görə,
    Özümə gəlməmiş özündən getdin.
    Söz verib and içib peyman bağladiq,
    Gözümü açinca sözündən getdin. (daha&helliip;)

  • Gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəfəsi” adlı ikinci şeirlər kitabının imza günü keçirilib

    k1

    k2

    k3

    k4

    25 iyul 2015-ci il tarixində, saat 17.00-da Kitabevim.az-da yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının imza günü keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçən tədbir təxminən
    iki saata yaxın davam edib.Müəlllif müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndirib.
    Tədbirin gedişatında yaradılan şəraitə görə, müəllif Aliyə Əsədova Kitabevim.az evinin Rəhbərliyinə müraciət edərək, onlara dərin təşəkkürünü bildirib, məmnun olduğunu bildirib. Sonra isə yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçıları üçün imzalayaraq hədiyyə edib. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafət Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (31 İyul)

    560158_652565244863701_810430048106614245_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gəncyazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Sevib, sevdiyiniz insanlar ilə birgə olun!

    Mətbuat xidməti

  • Abdulla Məmməd (Yeni şeir) TANRI BİZƏ DÜZ ELƏR!

    yt

    NƏFSİNƏ QUL OLAN KƏS,
    ARTAN YERİN HARANDİR?
    DÜZ ƏYRİDƏN SEÇİLMİR,
    HƏRƏ BİR CÜR HARİNDİR.

    ƏYRİ ÇOX, DÜZ YOL AZDİ,
    YOL ARAYAN YOL AZDİ.
    YAZAR YAZA SÖZ YAZDİ,
    SÖZ PAYİZA YARİNDİ. (daha&helliip;)

  • Alik Dənizsevər ( Yeni şeir) bəlkə də yaxşısı` susdum pis oldu.

    images

    o` ağa bürünən
    arzular öldü.
    amma basdırmağa
    yeri yox dolub.

    bəlkə də yaxşısı`
    susdum pis oldu.
    o` gözəl sandığım
    kifirdən -kifir.

    indi bir-bir gələn`
    əl edir gedir.
    xəbərsiz dinmədən
    məni tərk edir.

    o` ağa bürünən
    ümidlər öldü.
    amma basdırmağa
    yeri yox dolub.

    o` yolu yerisəm
    mənasız daha.
    yaxşı pis söyləsəm
    boşdu unut eh.

    o` ağdan qaradan
    məndim xəbərsiz.
    ölsəz də arzular –
    yenə gözəldiz.

     

  • Xəyalə Sevil (Yeni şeir) Bir payız axşamı…

    11017528_447704908733924_2122182663440572457_n

    Bir payız axşamı
    Qaralan buludların
    Səsi düşər üstünə.
    Atar yağışını
    Göy üzü giley kimi.
    Yollar da burular
    Ayağının altından,
    Sola dönər,sağa dönər.
    Ürəyin “hə”ni, ”yox” u
    Bilməyən uşağa dönər.
    Elə darıxarsan mənsiz…
    Belə darıxarsan mənsiz!

  • Şəfa Vəliyeva (Hekayə)Bankın dördüncü mərtəbəsi

    sv

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Bankın dördüncü mərtəbəsi

    Niyə axı biz həmişə umduğumuzdan küsürük? Kim bilir, bəlkə də bu bizim yeganə xoşbəxtliyimizdir? Axı ən azından küsdüyümüz adamı necə dəyərləndirdiyimizi ölçə bilirik. Biz ondan nə qədər küsürüksə, onu elə o qədər də çox istəyirik… (daha&helliip;)

  • Şəfa Kamilli (Şeir esse) Sevgi yoxdu ..

    sf

    İnamim ,ümüdüm ,
    Qirildi yenə ,
    Qəlbimdə sevgi , yox ,
    Bir boşluq hök edir,
    Bu sevən qəlbim ,
    Sən incidmisən ,
    Bir daha severmi ,
    Eşid inanma ,
    Yalanmiş,segində ,
    Özndə sənin,
    Xəyanət etmisən , (daha&helliip;)

  • Zeynəb Dərbəndli (Yeni şeir)

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Səni görən günden; aşiqin oldum;
    Axib yanağindan; yagişin oldum.
    Qaranlig yolunda işiğin oldum;
    Sən mənə hər şeydən əzizsən gülüm.

    Zərif əllərində gul çiçək oldum;
    Inan xəyal deyil; bir gerçək oldum.
    Sənin üçün sevən bir ürək oldum;
    Sən mənə hər şeydən əzizsən gülüm. (daha&helliip;)

  • İslam Əzimov (Qəzəl) EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM

    qr

    EŞQ ÜÇÜN NALƏYƏ MƏN SUREYİ -RƏHMAN DEMİŞƏM
    ******* ..*****.
    Bu xəstə könlümə mən vəslini dərman demişəm,
    Lütfü haqqdan diləyib, canına canan demişəm
    ..***.
    Bir mələk olduğunu sən də bilirsən ,bilirəm,
    Əff elə qul xətasın, səhv edib ,insan demişəm.
    . .***.
    Gözəllər içrə səni, kim görüb ,mehparə deyib,
    Mən də mehparə bilib , eşqimi pünhan demişəm, (daha&helliip;)

  • Aqil Kəngərli (Yeni şeir) TƏBRİZ

    ar

    Səni ziyarətə qışda gəlmişdim,
    Axır həsrət bitdi,sənə yetişdim.
    O soyuq havada suyundan içdim,
    Sanki onda gəldim cahana,Təbriz,
    Biz sənə övladıq,sən ana,Təbriz.

    Çoxdan arzum idi,gələydim sənə,
    Sevinci ,kədəri böləydim sənə.
    Diz çöküb qarşında,baş əydim sənə,
    Gəldim dinə Təbriz,imana,Təbriz.
    Biz sənə övladıq,sən ana,Təbriz. (daha&helliip;)

  • Hikmət Məlikzadə

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,

    İlk dəfə tərs baxdı, zövqüm duruldu,
    Pöhrə Ay kimidi nazı ölmüşün.
    Bir yol demədi ki, adımı çəkmə,
    Min yol adın çəkdim azı, ölmüşün.

    Bədəni şüşəmi? Düz xətdən də düz,
    Baxışı hirsimi soyudur, Allah…
    Bir yanmış dedi ki, – köçümü sürüm,
    Sabah o gözəlin toyudur… Allah…
    (daha&helliip;)

  • “Zərrələr” Astarada

    z

    Bu kitabxana ilə tanışlıq ürək açıcı olmasa da, biz kitabı kitabxanaya təqdim etdik.

    Bu yerdə atalarımızın misalı yadıma düşdü. ” Zər qədrini zərgər bilər” İrqindən dinindən, dünya görüşündən,adət-ənənələrindən asılı olmayaraq bölgələrimi və xalqımı sevirəm ümid edirəm ki, nə vaxtsa təqdim etdiyimiz zərimizin qədrini bilən, bir zərgər tapılacaq…! Maarifin və intellektual səviyyəli insanın yetişməsinin yolu kitabxanalardan keçir. Ədəbiyyat insanların dünya görüşlərinin genişlənməsinə və bir çox dəyərlərə xidmət edir…

    Bu kitabxananın təməli dəyişməlidir ki, nəyəsə də xidmət edə bilsin. Ədəbiyyat adına yaşasın və yaşatsın.Kitabxananın xidmət bölməsi o qədər aşağı səviyyədə idi ki, müdiri əvəz edən müdir müavininin adını soruşmağı belə unutdum.Kitab rəfində Viktor Hüqonun “Səfillər” əsərinin o cümlədən dünya ədəbiyyatına aid olan kitabların yerləşdirildiyinə baxmayaraq əminliklə deyə bilərəm ki, heç kəs kitabxanaya müraciət etmir. Bu ciddi problemi aradan qaldırmaq üçün təməldən dəyişiklik edilərsə, ədəbiyyat Astara bölgəsində yaşayan insanların təfəkkürünü, adi gündəlik həyat tərzindən ayırıb bəşəri duyğulara kökləyə bilər…Digər hallarda bu mümkün deyil…

    Hörmətlə Layihə rəhbəri və tərtibatçısı: Gülnarə İsrafilqızı

  • Əsmər QASIMLI (Yeni şeir) Getdi

    eq
    Getdi
    Bir günü gözlədim, vüsal qoxulu
    Hər arzum əlinlə pozuldu getdi
    Mənmi röyadayam? Sənmi yuxulu?
    Gözlərin gözümdən süzüldü getdi.
    Qarşıma çıxmışdın sən bu küçədə
    Qənimdir xatirən zülmət gecədə
    Deyirəm,ay zalım, qıydın necə də
    Dodağın sevgimə büzüldü getdi

    (daha&helliip;)

  • Əlirza HƏSRƏT (Yeni şeir) QİSAS SEVDASI VAR ULAYAN QURDDA

    eh
    Şişa torpağına hər gün dağ basıb,-
    Zalımlar gözümdə yaş oynatdılar.
    Açdım qucağımı vətənsizlərə,
    Qərib beşiyi tək boş oynatdılar.
    Döyüş meydanında qada var,qan var,
    Tərsinə ötüşür vədələr,anlar.
    Başsız bədənlərə bu toy tutanlar,-
    Gör nüçə bədənsiz baş oynatdılar.

    (daha&helliip;)

  • Burhan KURDDAN (Yeni şeir) HİÇ DOYUM OLMAZ

    k (1)

    Müjde ver baharın güzelliğinden,
    İçimiz dışımız gülecen olsun.
    Güzel düşünelim, gülistan olsun
    Bizim bu ellere hiç doyum olmaz.

    Bırakalım dedikodu, gıybeti,
    Aksi halde kaybederiz kıymeti.
    Tarih, doğa, kültür ve de heybeti,
    Bizim bu ellere hiç doyum olmaz. (daha&helliip;)

  • Hikmət Məlikzadə (Yeni şeir) Ölüm vaxtı keçmiş dərman kimidir

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Bu həyat elə bil qəm çəlləyidir,
    Yenə də sinəmin dağı çoxalıb.
    Mən ki bacarmıram fikir çəkməyi,
    Nədən saçlarımın ağı çoxalıb?!

    Yanmır, tüstülənir, bədəni donub,
    Neçə qurd dolanır şamı pərişan.
    Bu yerin üstündə min-min büt gəzir,
    Bu yerin altında hamı pərişan.
    (daha&helliip;)

  • Şəhanə CƏFƏROVA.” Niyə yenidən gəldin həyatıma?!!”

    Şəhanə CƏFƏROVA." Niyə yenidən gəldin həyatıma?!!"

    Niyə yenidən gəldin həyatıma?!!
    Mən səndən başqasini sevə bilmədim!
    Səndən başqasina səni sevirəm demədim.
    Qəlbimdə yaşadirdim gizlicə səni.
    Niyə yenidən gəldin həyatima?!

    Ağlatdin məni bilə-bilə
    Yenidən gəldin həyatima gülə-gülə
    unudurdum səni yalandan sevmirəm deyə-deyə!!
    Niyə yenidən gəldin həyatima?!
    (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.Türkçülük şeirləri

    ttrts

    MƏN TÜRKƏM

    Mən türkəm, türklüyümlə öyüləsi boyum var,
    Oğuz kimi mərd elim, azər adlı soyum var,
    Yağı bağrını yaran harayım var, hoyum var,
    Mən türkəm.

    Türkəm, türkün öcünü düşməndən alasıyam,
    Mən sultan Bəyazidin, Teymurun balasıyam,
    Babəkin, Cavanşirin alınmaz qalasıyam,
    Mən türkəm.

    Nizami, Yunus İmrə qələmindən sipərim,
    Koroğlu qalxanından dəmir düşmən çəpərim.
    Xətai qılıncında polad gücüm, təpərim,
    Mən türkəm. (daha&helliip;)

  • Təranə TURAN RƏHİMLİ.Şeirlər

    teranexanim

    * * *

    Yenə yuxum qaçaq düşüb,
    Bu gecə – dözüm gecəsi.
    Yeyib bitirəcək məni
    Ömrün ən uzun gecəsi.

    Oyanacaq xatirələr,
    Elə ki, oyaq biləcək.
    Keçmişin künc-bucağından
    Kimlər tökülüb gələcək.
    (daha&helliip;)

  • “Zərrələr” Cəlilabadda

    11779804_1643120889238874_4255199704522858040_o

    Zərrələr növbəti qədəmini Cəlilabad rayon mərkəzi kitabxanasına qoydu. 24.07.2015-ci il tarixində Cəlilabad mərkəzi kitabxanasında oxuculara xidmət şöbəsinin müdiri, Elnarə Əhədova ilə görüşdük. Xüsusən kitabxana daxilində olan bölmələr diqqəti cəlb edirdi. Biz bütün şöbələrlə tanış olduq. Kitabxananın direktor müavini, İsrafilova Qənimət, uşaq şöbəsinin müdiri Rəna Təhməzova, bu şöbənin multimediya mütəxəsisi Cahan Əbillova və digər işçilər tərəfindən hörmətlə qarşılandıq. Kitabı rəsmi olaraq, kitabxana fonduna hədiyyə etdik. Zərrələrə uğurlar diləyirik.
    Sonsuz sevgi və hörmətlə Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı.

  • Mayisə ƏSƏDULLAQIZI.”Hər gün səhərimiz xeyrə açılsın!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Zülmətdən günəşin gələn vaxtıdır,
    Dünyanın sevilib gülən vaxtıdır,
    Süsənlər bağların bar-baharıdır,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Boz küləklər saçlarımı yolubdu,
    İncə ruhum yanar məşəl olubdu,
    Hərdən sinəm şeir, sözlə dolubdu,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Xeyirxahlıq ruhun öz bəhrəsidir,
    Sevən könüllərin söz töhfəsidir,
    Hüriyyət saflığın pak nəfəsifdir,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

  • Təranə Turan RƏHİMLİ.Şeirlər

    teranexanim

    ADIMI «TƏRANƏ» QOYDUN

    Anama

    Adımı «Təranə» qoydun,
    Nənəmin oxuduğu
    bayatıdan, ninnidən
    kövrək ruhuma axan
    təranəylə böyüdüm.
    Rəngindən, görkəmindən yox,
    təranəsindən tanıdım
    palıdı, çinarı, söyüdü.
    Təranə-təranə yaddaşımı təzələdi
    Çayın, şəlalənin, bulağın öyüdü.
    Adımı «Təranə» qoydun,
    İldən-ilə yaşa doldum,
    Günbəgün təranələşdim.
    Bir vaxt itirdim nənəmi,
    bulağı, söyüdü… (daha&helliip;)

  • Mais TƏMKİN.”Məndən sonra….”

    m

    Sagkən qara olan bəxtim,
    Ağ olacaq məndən sonra.
    Daşlara tuş gələn canım,
    Dağ olacaq məndən sonra.

    Görün, nələr deyir səbrim:
    -Döz, bilinər bir gün- qədrin!
    Güllərə qərq olan qəbrin,
    Bağ olacaq – səndən sonra…

    Qulağıma gəlir səslər:
    Nədəndir bu bəhsəbəslər?..
    Demə məni sevən kəslər
    Doğulacaq- məndən sonra.

  • Zeynəb DƏRBƏNDLİ.”Dünya”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Daha səni qınamıram
    Qoca dünya ulu dünya
    Sən heç düzələn deyilsən
    Kor fələyin qulu dünya

    Həqiqət az, haqsızlıq çox
    Vurulur ürəklərə ox.
    Bircə kəlmə düz deyən yox
    Yalanlarla dolu dünya.

    Məna vardır dünənimdə
    Çaqqal çoxdur vətənimdə.
    Gül yerinə çəmənimdə;
    Bitir tikan kolu dünya

    Zeynəbəm ürəyim yanar
    Nadan, naşı lovğalanar
    Qarabağda mərdiməzar;
    Bağlayıbdır yolu dünya

  • Elnur RƏSULOĞLU.”Zaraftyana”

    elnurresuloglu

    Evimizdən uzaq, qərib şəhərdə
    Nə yaxşı var imiş dostlarım mənim.
    Dostluğa qəlblərin verib şəhərdə,
    Dostluğa and içmiş dostlarım mənim.

    Universitetin yaxınlığında
    Həmişəki yerə yığışdıq yenə.
    Piyada gəzərək “Sahil” bağında
    Olub-keçənlərdən danışdıq yenə.

    Dostlarım narahat sordular məndən:
    – Qorxmusan ki? Ağzın uçuqlayıbdır!
    Dedim ki, dostlarım, bu olub dünən,
    Qorxu məni yaman pis haqlayıbdır.

    Qız tanışlığımı bilirdi onlar,
    Təsadüfən olub bu iş, hadisə.
    Mən danışdıqca hey gülürdü onlar,
    Danışım, gülün siz gülüncsə, sizə.

    Dəstəyi götürüb ecahanlıqdan,
    Ağlıma gələn bir nömrəni yığdım.
    Mənə cavab verən qız olduğundan,
    Bilərəkdən onu “dostum” çağırdım.

    Qızla tanış olub telefonda mən,
    Bir xeyli danışdım, söhbət eylədim.
    Görüş təyin edib, əlbət, sonda mən,
    Tanrının işinə hörmət eylədim.

    Bazar günü axşam saat altıda
    Metronu seçmişdik görüş yeriyçün.
    Dəyişməliydi həyat altıda,
    Məncə, olmalıydım xoşbəxt həmən gün.

    Həsrətli günlərim illərtək uzun,
    Kədərli, mənasız, üzücü keçdi.
    Yuxuda bir gözəl büzərək ağzın,
    Mənə nəzər salıb gözucu keçdi.

    Dostlarım pisliyə yozub yuxumu,
    Getmək bilmədilər məsləhət mənə.
    Yetişdi həmən gün. Pozub yuxumu,
    Ağalıq elədi məhəbbət mənə.

    Özümü çatdırıb, minib qatara,
    Tələsdim, tələsdim görüş yerinə.
    Sürətlə şütüyən dönüb qatara,
    Külək kimi əsdim görüş yerinə.

    İki qız durmuşdu görüş yerində,
    Biri kök, var idi bığı, birçəyi.
    O birisi isə yer üzərində
    Məskən salmış gözəl göylər mələyi.

    Elə çatırdım ki, cananıma mən,
    Gözəl qız dedi: “Bax, sevgilin gəlir!”.
    Həmən an tüpürüb dabanıma mən,
    Necə qaçdığımı bir allah bilir.

    Güzgüdə özümə nəzər salanda
    Görürəm ki, ağzım uçuqlayıbdır.
    Yəqin sevgilimi gördüyüm anda
    Qorxu məni yaman pis haqlayıbdır.

    Odur ki edirəm məsləhət sizə,
    Yad qızla görüşə getməyin, dostlar!
    Başınıza gələr belə hadisə,
    Mən etdiyim səhvi etməyin, dostlar!

  • Elnur ABDİYEV.Yeni şeirlər

    elnur

    * * *

    Getdikcə qəlbində qısqanclıq artır,
    Allahdan sübhünə şəfqət dilə sən.
    Ömrün şosesində bil sürət artır,
    Gülərsən sonuna rəhmət diləsən.

    Ayna,zülmət ömrə doğan Ay,nadan!
    Özünü görmürsən hələ aynadan?
    Özgənin səhvini görən,ay nadan,
    Özün öz səhvini gətir dilə sən.

    Qələm yox, bil tutub əlin yabanı,
    Qarşıq salmısan ya dan,ya banı?
    Ruhun əcnəbidir,dilin yabanı,
    Gəl vurma, hər sözdə dilə zərbə sən.

    Bayrağımın dalğasından

    Vətən göyün meh oxşaya,
    Bayrağımın dalğasından.
    Bayraq ləpə-ləpə yaya,
    Səsin efir dalğasından.

    Bayrağımın bu üç rəngi,
    Hər biri bir məna rəngi.
    Hər sübh ana, nəğmə rəngi,
    Ay – ulduzun dalğasın dan.
    Coşqun, məni bu yurd uma,
    Təki xoşbəxt ol,yurdum a!
    Zəfər səsin doğ yurduma,
    Düşmən ürksün dalğasından.

    21.07.2015

    Bu gün dostluğumda olan bir xanım: “Sevgidən yazırsız, sevgi varmı,-dedi,-nişanlım gedib Bakıda imkanlı bir dul xanımla eevlənib,məni tərk edib”. Buna yazdığım şeir.

    Bir sevgi yaşadıq,yox ilki,sonu,
    Gəl sonsuz bir hisdən sonra ummayaq.
    Uzanır xəyalın kölə kölgəsi,
    Gəl bütöv bir ömrü xəyal sanmayaq.

    Hər qaş qaralanda, bir ac qurd kimi,
    Baxıb göy üzünə həsrət ulayır.
    Fərhadın Şirinə pak məhəbbəti,
    Ölen esrlere başın bulayır.

    Sənin məhəbbətin bir damla yaştək,
    Mənim kirpiyimdən asılı qalıb.
    Sevgi ucuzlaşıb bu adi gerçək,
    Qəlbə yox,ciblərə qısılı qalıb.

    Qurduq arzulardan qurduq, bir qala,
    Həsrət bürclərində keşikçi oldu.
    Zamandan-zamana doğan yollara,
    Xəyanət yoluxdu,keçici oldu.

    Kişilər seviblər,biz sevəmmədik,
    Biz kişi olmadıq,deyəkmi,bala?!
    Biz onlar yaşayan dövrə düşmədik,
    Bu dövr tab gətirmir, bir-iki bala.

    Qəlbimdə qırılır eşq süxurları,
    Həsrət süxurları alır öz yerin.
    Qəlbə çəpər çəkən həsrət qolları,
    Dağıdır qəlbimin episentrin.

    21.07.2015

  • Nailm DAĞLAROĞLU.”Ay xumar baxışlım, ay gülər üzlüm”

    sekil

    Ay xumar baxışlım, ay gülər üzlüm,
    Tək sənsən könlümün gözəl maralı.
    Sən mənim dərdimi qanan, düşünən,
    Bir anda düşmərəm sənnən aralı.

    Sən mənim yarama məlhəm olmusan,
    Mənlə ağlamısan, mənlə gülmüsən.
    Dərdi-qəmlərimi yarı bölmüsən,
    Uzaq düşmə qoyma məni yaralı.

    Bir dənəmsən sənnən ayrı kimim var,
    Sözümüz bir, dil-dil ötən simim var.
    Nail deyər dəmlər üstə dəmim var,
    Yanaq lalə, gözün, qaşın qaralı.

  • Gənc xanım yazar Aliyə Əsədovanın yeni kitabının imza günü keçiriləcək

    ae

    25 iyul 2015-ci il tarixində, saat 17.00-da Kitabevim.az-da yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının imza günü keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin iştirakı da gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: 28 may metrosu tərəfdə dəmiryol xəstəxanası yanında AKsentrin 2-ci mertebesinde olacaq .Unvan Puşkin küçesi-32.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gündüz Sevindiyi doğum günü münasibətilə təbrik edirik! (24 iyul 1978-ci il)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qədim sahibini, Gündəlik İnformasiya Agentlikləri və Azərbaycanın MMədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik , Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir!

    Mətbuat xidməti

    Gündüz Sevindik 1978-ci il iyul ayının 24-də Ağcabədi rayonunda anadan olub.Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Fələstinli uşaq və…

    Dünyanın sonudu bura bəlkə də,
    Burda mələklər də günah axtarır.
    Bu qara uşağın uşaq dünyası,
    Bu qara ölkədə Allah axtarır.

    Yeməyin üstündən yarımçıq durub,
    Dünyanı qarpıztək kəsib yeyəcək.
    Verməyin Anaya siz bu uşağı,
    Bu uşaq anasın basıb yeyəcək.
    (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Kədər”

    .k

    Yedin, bitirdin, məni,
    Ömrüm boyu əl çəkmədin,
    Hey mənimlə sən bərabər ,
    Bütü ömrüm,
    Mənimləsən,
    Kədər…
    Niyə məni bu qədər sevdin?
    Niyə, məndən uzaq durmadim?
    Nə istədin sən məndən?
    Nə vermisən ,ala bilmirsən?
    Kədər…
    Gözlərim heç gülmədi ki,
    Ürəyimdə daima sən,
    Ömrüm boyu mənimləsən,
    Kədər…
    Mən istərdim, sənsiz olum,
    Üzüm gülsün, bəxtim gülsün,
    Həyatımda sevinc olsun,
    Çox az da olsa…
    Əl çəkmədin,
    Məndən…
    Kədər!!!
    Sevincimi, məndən aldın,
    Mən xoşbəxtkən ,
    Mənlə qaldın,
    Həyatimda qaranlıqlar,
    Yenə mənlə yol yoldaşı,
    Qüssə, kədər,
    Dostum oldun,
    Yol yoldaşım,
    Ömrüm boyu,
    Mənlə qaldın,
    Mənimləsən,
    Sən, mənim özümsən ,
    Kədər…
    19.07.2015

  • Gənc xanım yazar Şəfa Vəliyeva “Peşəkar jurnalist” fəxri adına layiq görülüb

    22 iyul 2015-ci il tarixində Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyi münasibətilə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı gənc yazarlara dəstək məqsədilə birillik verilən Prezident təqaüdünə layiq görülən “Ruzigar” qəzetinin redaktoru, şairə, jurnalist Şəfa Vəliyeva peşəkar fəaliyyətinə görə, “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Peşəkar jurnalist” fəxri adına layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Allahşükür AĞA.Yeni şeirlər

    1424249538_sekil

    Oynayır…

    Hərənin içində hava,
    Hərə bir sözə oynayır.
    Yoxuşlar üzü dağlara,
    Enişlər düzə oynayır…

    Misralardan evcik qurub,
    Gah yorulub, gah oturub,
    Yuxudan təzəcə durub,
    Bu adam təzə oynayır…
    (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”Sərçə sevgisi” (Hekayə)

    10847025_711689035604766_75158618_n

    Burdan aşağı baxanda hər şey necə qəribə görünür. Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı. Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla bir budağa düzülərdik. Balaca meh əsən kimi hamısı uçardı, bir mən yox. Yelləncək kimi o budaqda yellənərdim. Ağacın başı buludlara dəyərdi. Indi, deyəsən,ağacı kəsiblər. Yoxsa burdan hər şey fərqli görünür? Bizim qonub oturduğumuz məkanlar fərqli idi. Binaların başı, paltar iplərinin üstü. Mən hansı quş idim? Unutdum. Hə, deyəsən, sərçə idim. Hə, dəqiq sərçə idim. İndi daha böyük görünürəm. Axı deyirlər burda hər kəs başqa cilddə olur. Gəl gedək oturaq o ağ pambığın üstündə. Görürsən necə yumşaqdır? Orda belə yumuşaq yerlər tapmırdıq biz. Onunla tanış olana kimi bilirsən nə qədər yer dəyişmişdim? Böyük quşlar oturduğumuz yerləri də əlimizdən alırdılar. Hələ yeməyimizi demirəm. Eh, sən hardan biləsən? Sən evdə bəslənmisən, qulluq görmüsən. Biz nə zülmlər çəkirdik. Bilirsən, yaxşı insanlar da var. Onun kimi. Ancaq bizə daş atanlar da çox olub. Biz bütün quşlardan sadiqik, heç yerə köçmürük. Qarda-boranda da yerimizi dəyişmirik. Niyə bizi sevmirlər görəsən? (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Anam…”

    e

    Gecəni , gündüz etmisən ,
    Nə yatmisan ,nə eylənmisən ,
    Bütün günü hey ,calışmisan ,
    Nazimizi cəkmisən ,
    İndi xəstə düşmüdən ,
    Ay mənim xəstə anam,
    Sən gözəlsən ,günəş tək ,
    Ömtümə işiq ,şölə ,bəzəksən ,
    Sənsiz olmasin günüm ,
    Sən ömrümə ,yaraşiq ,
    Arxa ,dayaq ,həyansan,
    Ey mənim xəstə anam,
    Gözlrin hey yoldadi,
    ,,Balam harda bəs qaldi?,,
    Sən hey söylüysən ,
    Bütün günü gözlürysən .
    Sən ağrida ,acidan ,
    Hec yuxu bilməyirsən,
    Üzün gülür ,,,hec nə yoxdu ,mən də,,diyirsən,
    Bilirəm ağrinirsan,
    Sən xəsdəsən ay anam,
    Ağ saclarina ,qurban,
    Dərdin ,ağrin qəlbimə,
    Hec aği görməyəsən ,
    Bilirəm ağrinirsan,
    Hec şikayyet etmirsən.
    Ay mnim xəstə,anam,
    Üzün daima gülür ,
    Sən həmişə ,güləsən ,
    Dərdin ,ağrin urəymə,
    Ay mənim gözəl anam,
    Qayikeş, üzü gülər ,
    Heyatimin mənasi,
    Sənsiz olmasin günüm,
    Ey ömrümümün günəşi,
    Ey menim ,xəstə anam…..
    Həyatimin mənasi …
    23.07.2015

  • Əli Şirin Şükürlü (şeir-esse)Tale düsturu

    r

    tale nədir – sualına
    cavab olaraq bir neçə əhvalat
    danışım sizə;

    xəyalan çəkin rəsmini
    hər mənzərənin və
    tale barədə düşünərkən hər dəfə
    çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi
    içində rəsmi cızılmış o hadisələr. (daha&helliip;)

  • Zeynəb Dərbəndli (Yeni şeir) Dünya

    z

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Daha seni qınamıram;
    Qoca dünya; ulu dünya.
    Sən heç düzələn deyilsən;
    Kor fələyin qulu dünya.

    Həqiqət az haqsizliq çox;
    Vurulur ürəklərə ox.
    Bircə kəlmə; düz deyən yox;
    Yalanlarla dolu dünya.
    (daha&helliip;)

  • Qədiməli Əhməd (Yeni şeir) PAYIZ ÖMRÜ

    q

    Mən bir payız ömrü oldum,əzizim,
    İndi məni ha xatırla,ha ara.
    Vaxtsız
    əsən küləklərə dözməyib,
    Yarpaq-yarpaq tökülmüşəm yollara.

    Günlər yağıb,aylar düşüb üstümə,
    İzlərində qarış-qarış itmişəm.
    Yuxu kimi,nağıl kimi illərin
    Dodağında misra-misra bitmişəm. (daha&helliip;)

  • Abdulla Məmməd (Yeni şeir) ÇADIRDA DOĞULAN QAÇQIN UŞAĞI

    yt

    (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)

    Çadırda doğulan qaçqın uşağı,
    Axır ki, yetişdin məktəb yaşına.
    Vətəndə vətənsiz-başı aşağı
    Dərdinlə böyüdün başlı –başına.

    Acı taleyinlə oynayan artdı,
    Böyüdün yarı tox, yarı ac, bala.
    Kimsə sənə görə rütbəyə çatdı,
    Sənisə sarsıtdı ehtiyac, bala. (daha&helliip;)

  • Hikmət Məlikzadə (Yeni şeir) Ruhlar da bədənə yük olur bəzən

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ruhlar da bədənə yük olur bəzən,
    Zülmü bar verməyən bağa oxşatma.
    Hərdən qorxa-qorxa çıxdığım dağı,
    Sinəmə çəkdiyin dağa oxşatma.

    Bəsdir, kipriyimdən yelləncək asdın,
    Bir az da can soran zəli ol, quzum.
    Mən dəli olmağı bacardım, şükür,
    Sən də, ağlın varsa, dəli ol, quzum. (daha&helliip;)

  • Əziz MUSA.Yeni şeirlər

    em

    CƏBRAYILIM

    Bulaqların aşıb-daşır gözümdə,
    Qəm-qüssədi hər kəlməm, hər sözüm də.
    Taqətim yox qollarımda, dizimdə,
    Çiçəyim, pətəyim, balım,
    Anam, doğma Cəbrayılım.

    Sən də mənsiz darıxırsan, bilirəm,
    Qərib eldə həsrətindən ölürəm.
    Elə bilmə sənsiz deyib, gülürəm,
    Ürəyimdə qara xalım,
    Anam, doğma Cəbrayılım. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.”Ramazan dualarım”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Allahım!
    Bu gözəl, müqəddəs gündə,
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan- şöhrətinə.
    Şəhid qanı qarışmasın torpağa,
    Nisgil yetişməsin heç bir ocağa.
    Ürəklərdə qoy sızıltı gəzməsin,
    Taleləri kədər, sazaq əzməsin!

    Allahım!
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Yolun açıq eylə, yurd-yuvasızın.
    Çarə qıl halına el-obasızın!
    Zalıma yol vermə, qır tələsini,
    Yeməsin məzlumun son tikəsini!

    Allahım!
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Qoru qoca ata-anaları sən,
    Onlara sağlamlıq ver bu həyatda,
    Bəs onlar olmasa, Uca Allahım,
    Kim alar bizləri qanadı altda?!
    Cəmi xəstələrə eylə mərhəmət,
    Qoyma xəstəlikdən əsər-əlamət!

    Allahım!
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Cəmi dustaqların aç qapısını,
    Onların da günü bir imtahandır,
    Xeyrə qovuşsunlar, daha, amandır!

    Allahım!
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Əskik etmə bizdən suyu-çörəyi,
    Qayıtsın torpaqlar, ellər-obalar,
    Bağımızda bitir gülü-çiçəyi,
    Yetir ey Allahım, xoş gələcəyi!

  • Hikmət MƏLİKZADƏ.”Mən dəli olmağı bacardım, şükür…”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ruhlar da bədənə yük olur bəzən,
    Zülmü bar verməyən bağa oxşatma.
    Hərdən qorxa-qorxa çıxdığım dağı,
    Sinəmə çəkdiyin dağa oxşatma.

    Bəsdir, kipriyimdən yelləncək asdın,
    Bir az da can soran zəli ol, quzum.
    Mən dəli olmağı bacardım, şükür,
    Sən də, ağlın varsa, dəli ol, quzum.

    Anadan olandan kir içindəyik,
    Əzan da oxundu, yu, ağa, bizi.
    …İpindən ağ köynək asdığın həyat,
    Nə vaxtsa bükəcək bu ağa bizi.

  • 22 iyul-Azərbaycan milli mətbuatının 140 illik yubileyi tamam olur

    ekinci

    XIX əsrin ikinci yarısında ədəbi proses təşəkkül tapdı. Kapitalist sənayesinin inkişafı, xüsusilə Bakının iri sənaye mərkəzinə çevrilməsi Ədəbiyyatımızın inkişafına təsir göstərirdi. Elm sahəsində aparılan ardıclı işlər öz bəhrəsini verirdi. Əsası Axundov tərəfindən qoyulan dramaturgiya bu dövrdə də inkişaf edirdi. Axundovdan sonra dram, faciə, tarixi-faciə, alleqorik mənzum dram, vodevil, kiçik məzhəkələr və başqa janrlarda əsərlər yaranırdı. Ənənə və novatorluq dramatik növün başlıca istiqamətini təşkil edirdi. Bu illərdə ədəbi prosesdə nəsr aparıcı mövqe tuturdu. Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının əsərlərində inkişaf tapan nəsr əsərləri getdikcə yeni mənzum və formada özünü göstərməyə başlayır.
    Cəlil Məmmədquluzadənin “Danabaş kəndlinin əhvalatı”, Nəriman Nərimanovun “Bahadır və Sona”, Soltan Məcid Qənizadənin “Məktubati Seyid bəy Şirvani”, Əsgər ağa Goranının “Qara yel”, Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və başqa əsərləri yeni üslub və ideya-məzmun axtarışlarının bəhrəsi idi.
    Cəlil Məmmədquluzadə ilk dəfə olaraq Azərbaycan qadınını və kəndlisinin dözülməz şəraitdə yaşamasını göstərir. Müəllif “Danabaş kəndlinin əhvalatı” əsəri ilə Azərbaycan ədəbiyyatına “göz yaşı içində gülüş gətirdi. 70-90-cı illər Azərbaycan ədəbi prosesində həm xalq şeiri, həm də klassik üslubda yaranan poeziya nümunələri diqqəti cəlb edir.30-40-cı illərdə olan satira 70-90-cı illərdə daha da güclənir.Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Fəqir Ordubadi və başqaları öz əsərləri ilə xalqı elmə çağırırdı.
    Bu dövrdə Aşıq Ələsgər, Molla Cuma, Çoban Əfqan xalq poeziyası üslubunda şeirlər yazırlar. Puşkinin, Nekrasovun, Lermontovun, Krılovun əsərləri tərcümə olunub Azərbaycan oxucusuna çatdırlır.Dövrün ədəbi-mədəni inkişafını göstərən mühüm xüsusiyyətlərdən biri də milli mətbuatın yaranması idi.
    Həsən bəy Məlikova qədər Azərbaycan dilində milli mətbuat yox idi. Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır.1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
    Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
    O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.1877-ci il sentyabrın 29-a qədər fəaliyyət göstərir. “Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu.Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 nömrəsi çıxmışdır.
    “Əkinçi” qəzeti beş əsas şöbəyə bölünürdü: “Daxiliyyə”,“Məktubat”, “Əkin və ziraət xəbərləri”,“Elmi xəbərlər”, “Tazə xəbərlər”.Qəzetin əsas şöbəsi olan “Əkin və ziraət xəbərləri” şöbəsində əkin, maldarlıq, bağ, bostan, kənd təsərrüfatına aid kütləvi elmi məqalələr dərc olunurdu.
    “Məktubat” şöbəsində müxtəlif yerlərdən gələn məqalələr dərc olunurdu.Bu məqalələrdə feodal-patriarxal adət və ənənələr tənqid edilərək Rusiyadakı elmin yeni ixtiralarından bəhs olunurdu.
    Bu şöbədə gedən məqalələrin əsas müəllifi Əhsənül Qəvaid idi.
    “Əkinçi”də Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun məqalələri dərc olunurdu.
    “Əkinçi”nin cəsarətli və şiıqlı fikirləri çar hökümət dairələrini, yerli mühafizəkarları qorxuya salırdı.Ona görə də qəzetin fəaliyyətinə mane olmağa çalışırdılar.Qəzetin bağlanmasından daha çox özümüzünkülər əsas rol oynayırdılar.Qəzet bağlandıqdan sonra Səid Ünsizadənin redaktorluğu ilə “Ziya” qəzeti nəşr olundu.1883-cü ildə Cəlil Ünsizadə “Kəşkül” qəzetini nəşr etdirməyə başlayır.Bu qəzetin səhifələrində bədii ədəbiyyata daha çox yer verilirdi.Dünya Ədəbiyyatından tərcümələr çap olunurdu.Bu dövrün ədəbi-mədəni tarixinə nəzər salsaq görərik ki, qabaqcıl ziyalılarımızın qəzet və jurnal çap etdirməyə çar höküməti icazə vermirdi.

  • Rafiq bəy Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik

    profil

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrini, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”ini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur.”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəridir.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini mətbu orqanının səhifələrində həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Sən ulu öndərisən bu xalqın, bu millətin
    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ali Baş Komandanım

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Nəcibə xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

    ni

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    sv

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.

    XƏZAN GÜLÜ

    Payızda gəldin ömrümə,
    Payızda getmə, nə olur.
    Sənsizliyi taleyimə
    Xəzəltək tökmə, nə olur.

    Ağlasam, özüm oluram,
    Güldür, olum istədiyin.
    Ayrılsan, dözüm oluram,
    Getmə, yoluna küsdüyüm.

    Bu payızın gülüyəm mən,
    Rəngim sarı, qönçəm yarı.
    Yarpaqların diliyəm mən,
    Nəğməm yarı, ömrüm qarı.

    Sarı güllər ayrılığın
    Rəmziymiş, söylədin mənə.
    Payız yazdığım nağılın
    Özüymüş, söylədin mənə.

    Getdinsə, götür özünlə,
    Xatirən nəyimə gərək.
    Bu xəzanda sarı gülü
    Sevməyə bir ürək gərək.

    QAYTAR YUXUMU

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

    ADINI DEYIB GƏLMIŞƏM

    Bir qədəh sevinc icmişəm
    sağlığına… sağlığına…
    Utanmayıb oynamışam
    yoxluğuna… yoxluğuna…

    Adını deyib gəlmişəm,
    düşmüşəm yolun ağına…
    Adımı yaza bilmişəm
    çəkdiyin həsrət dağına…

    Bağışla… Ömrüm günahdı…
    Batırma eşqi günaha…
    Dilimdəki bu son “ah”dı…
    Badədir, sağlığına…

    FALÇI DEYIB GƏLIŞINI…

    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

    Unutmuşdum…Bu görüşə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən naşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Ayrılığı unutmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Gəncə

  • Toğrul Kərimlini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1994-cü il)

    tk2

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Sular daşa dönübdü

    Bir buz küləklərin sərin istisi,
    bir qara günəşin üşüntüsü var.
    Bu ağ adamların,ağ ürəyində,
    qara dərd saxlayan döyüntüsü var.

    Allah,ağacların quşa dönübdü,
    bu dünya gör neçə başa dönübdü.
    Bir də gördük sular daşa dönübdü,
    daşların su kimi ərintisi var.

    Hamını içimə büküb gözlərim,
    bəxtini ölümə dikib gözlərim.
    Bu gecə yuxuda çəkib gözlərim,
    məndə o dünyanın görüntüsü var.

  • “Zərrələr” in sədası Dərbənddən gəldi.

    r r1

    “Zərrələr” in sədası Dərbənddən gəldi. Bu çox qürur vericidir. Düşünərəm ki, illər sonra 2015-ci ilin yazarları haqqında bu kitabdan araşdırma aparmaq istəsələr , adı gedən kitabxanalara üz tutacaqlar… (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Eh qoca şəhər”

    Gulnarexanim

    heç kəs xoşbəxt olmadı bu şəhərdə
    hamı bir səadət axtarışında,
    saçlarını ağartdı
    və tapmadıqda, küçələri günahlandırdı
    cığırları qınadı
    yolun sonunda tikilən evləri…
    qəsəbələr də zinakar sifətində göründü
    insanların gözünə
    insanlar da…
    yolun başında itirmişdilər günəşrin sualararını
    zülmət şəhəri idi insanların daxili.
    pozulmuşdu əxlaqları…
    daralmış yollar ölüləri daşıyırdı üstündə
    o tərəf bu tərəfə…
    eh, qoca şəhər, ölsəydin
    insanlar da xoşbəxt olardılar!

  • Şafa KAMİLLİ.”Baharım soyuq, sazaq…”

    Baharım soyuq ,sazaq,
    Öldüm üşüyürəm mən,
    Sevdiyim baharda da ,
    dondum soyuqdan,
    Baharmı ?
    soyuq ,sazaqmı?
    Baharımı, qış etdin,
    Günəşmi ,ay etdin,
    Gülüşümü, göz yaşın çevirdin,
    Bu baharmı?
    Üşüyürəm soyuqdan ,
    Səssizlikdən ,
    Bu həsrətimi,
    Darıxmaqmı ?
    Bilmirəm ..
    Mən donuram ,
    Sənsizlikdən ölürəm,
    Yaşaya-yaşaya, ölürəm,
    Necə yaşa-yaşaya ölür insan,
    Sən bunu öyrətdin mənə,
    Ölürəm soyuqdan,
    Soyuqdu mənə,
    Baharmi ?
    Yoxsa qışmı ?
    Hec bilmirəm ,mən,
    Baharsa ,baxiram,
    Pəncərədən ,mən,
    Soyuqdu, küləkdi,
    Hava da , tutqun,
    Mənim əhalimdadi ,
    Hava da bu gün,
    O da sanki his edir məni,
    Mənlə bərabər ,
    Bahar yaşamir,
    Sanki payizdi,
    Xəzanlar ,yağişlar ,
    Fəslindəyik biz ,
    Gedmisən ,baharda ,
    Səninlə gedib,
    Bir daha geri dönmə sən,
    Baharim qış olsa da ,
    Getdiyin yet də qal,
    Mən öyrəndim,
    Sənsizliyə,
    Ölə-ölə yaşamağa ,
    Baharda,soyuğa, sazağa ,
    Üşüməyə,
    Təkliyə,
    Gedmisən, geri dönmə sən ,
    Geri dönmə sən…

    19.07.2015

  • Şəhanə CƏFƏROVA.”Atam və Anam”

    sekil

    Bir gündə azalir ömrünüzdən
    Çox qorxuram sizsizlikdən
    Bu yalan dünyada kimsəsizlikdən.
    Allahim qoru Atami və Anami.
    Körpə uşaq kimiyəm
    Kövrək ürəkli kəpənək kimiyəm
    Siz yoxsuzsa məndə yox kimiyəm.
    Məni yaşadan sizsiz Atam və Anam.
    Bu həyatda valdeyinsiz olmaq
    Kimsəsizlikdən aci çəkib ağlamaq
    Hər gözünü açdiğinda onlarsiz olmaq
    Allahim mən onlarsiz istəmirəm qalmaq!
    Bu həyatda ən dəyərli ata və anadir.
    Hər dərdə dərman ata və anadir.
    Onlarsiz bir günüm olmasin.
    Açilan hər gül onlarsiz solmasin.
    Göydə dolan bulluda yagmasin.
    Hər şad günüm xoş günüm onlarsiz olmasin.
    Sizlərsiz məni yaşadan Allahdan sonra Atam və anam.

  • Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

    1423756700_sefa-xanim

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
    Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

    Ehtiyac

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

    Məhəbbət

    Nə qədər qaçsan da küncə bucağa,
    Gəlib düz içindən keçər məhəbbət.
    Doldurar badəyə şərbət əvəzi,
    Axan göz yaşını içər məhəbbət.

    İcazə istəməz, çalar qəlbini,
    Göz yaşı gətirər, verməz səadət.
    İçində cücərən yaşıl ümidi,
    Qazıyar kökündən, biçər məhəbbət.

    Qapayar, gözlərin doğrunu görməz,
    Dilində bal dadar acı həqiqət.
    Getmək istədimi əliboş getməz,
    Ruhunla dünyadan köçər məhəbbət.

    Dəlib ürəyini keçsə də gözəl,
    Axan göz yaşını içsə də gözəl.
    Ruhunla dünyadan köçsə də gözəl…
    Nəğmədi, haraydı, haydı məhəbbət
    Tanrıdan insana paydı məhəbbət…

    16.04.2013