Category: Azərbaycan ədəbiyyatı

  • Vaqif SƏMƏDOĞLU.Həyatı və Yaradıcılığı

    Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) — şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005).
    Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. “Humay” mükafatı laureatıdır (1998).
    Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
    Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

    Kitabları

    Yoldan teleqram. 1968
    Mən burdayam, ilahi. 1996
    Uzaq yaşıl ada. 1996

    Filmoqrafiya

    1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
    Ağır şkaf (film, 1971)
    Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
    Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
    Bəxt üzüyü (film, 1991)
    Bircəciyim (film, 1986)
    Cin mikrorayonda (film, 1985)
    Çıxılmaz vəziyyət (film, 1983)
    Evləri göydələn yar (film, 2010)
    Evləri köndələn yar (film, 1982)
    Gün keçdi (film, 1971)
    Xəzinə (film, 1970)
    Karvan (film, 1995)
    Qətl günü (film, 1990)
    Nəğməkar torpaq (film, 1981)
    Toya dəvətnamə (film, 1973)
    Vurğun ocağı (film, 2003)
    Yaşıl eynəkli adam (film, 1987)
    Yaşıl eynəkli adam-2 (film, 1999)
    Yaşıl eynəkli adam-3 (film, 2002)
    Yumurta (film, 2003)

    * * *

    Son gecədir bu gün yenə,
    Sabah yenə son səhər.
    Son yel dolur son yelkənə,
    Qayıq üzür birtəhər…

    Axırıncı ağacdır bu,
    Əsir sonuncu külək.
    Bağlayıb sonuncu yolu
    Yenə sonuncu fələk…

    İndi son küçə üstünə
    Yağacaq son addımlar.
    Yenə dönəcəklər tinə
    Sapsarı son adamlar…

    Doğulur sonuncu insan,
    Sonuncu insan ölür.
    Yenə son dəfə ağlayan
    Son dəfə gülən olur…

    1963

    * * *

    Doğuldum 1939-da,
    1937-də tutuldum.
    48-də nənəm öldü,
    ömrümdə ilk dəfə
    ölüyə ağladım.
    Balıqlar saxladım
    akvariumda.
    Açıq qaldı pəncərəm
    bir qış gecəsi.
    Dondu balıqlar…
    İndi 1965-in
    yanvar gecəsidir.
    Deyəsən yaşamaq istəyirəm.

    1965

  • Yusif SƏMƏDOĞLU.Həyatı və Yaradıcılığı

    Yusif Səmədoğlu (tam adı: Vəkilov Yusif Səməd oğlu) — nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990)

    Həyatı

    Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). “Azərbaycan ” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
    “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olmuşdur.1998-ci il avqustun 17-də vəfat etmişdir.

    Filmoqrafiya[redaktə]
    Axırıncı maqın sonu (film, 1974)
    Azərbaycan SSR (film, 1971)
    Azərbaycan teatrının 100 illiyi (film, 1974)
    Cəlil Məmmədquluzadə (film, 1966)
    Çiçək yağışı (film, 1971)
    Dostluq məşəli (film, 1965)
    Səməd Vurğun (film, 1966)
    Foto “Fantaziya” (film, 1970)
    Göllərin tacı (film, 1966)
    Qətl günü (film, 1990)
    Monrealda Azərbaycan günü (film, 1967)
    Polşada Azərbaycan günləri (film, 1970)
    Səmt küləyi (film, 1973)
    Yeddi oğul istərəm… (film, 1970)
    Həmçinin bax[redaktə]
    Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
    Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

  • Səttar QARAĞACLI.Həyatı və Yaradıcılığı

    Settar Qarağaclı(Xudiyev Settar Süleyman oğlu)1956-cı ilde Sabirabad rayonunun Qarağac kendinde anadan olub.1973 -cü ilde N. Tusi adına ADPU-nun filologiya fakültesini bitirmişdir. Hazırda doğulduğu kendde müellim işleyir.1986-cı ilde Azerbaycan Tehsil Nazirliyi terefinden” Baş müellim” adına layiq görülmüşdür.
    1975-ci ilden respublika metbuatında elmi, bedii, publisistik yazılarla çıxış edir. Xalq şairi Fikret Qocanın(1986) teqdimatı ile “Ulduz”, Müzeffer Şükür Mechulun teqdimatı ile(1991) “Genclik”jurnallarında şeirleri çap olunub.Bununla yanaşı,şeirleri” Azerbaycan qadını”, “Qobustan”jurnallarında,” Yazıçı” neşriyyatının” Yeni sesler”poeziya almanaxında(1986)derc olunub.1209-cu ilde”Haqqın sirdaşıyam”adlı şeirler kitabının(“Nurlan”-2009)müellifidir.
    Sabirabadda fealiyyet gösteren”Suqovşan” edebi birliyinin feal üzvlerindendir. Son illerde Yazıçılar Birliyinin xetti ile neşr olunmuş”Aran” Edebi Toplusunda,”Sözün sehri”. “Her sözü az demek daha xoş olar”, ” Sabirabadın söz ser veti”,”Söz dünyası”kitab-almanaxlarında çoxlu sayda şeirleri çap olunmuşdur.
    Ailelidir.3 övladı vardır.

    DAĞ ÇAYI
    Meylimi çekirsen bu gözelliye,
    Bürünüb qumaşa,lele dağ çayı.
    Senin qonağınam birce günlüye,
    Donmuşam heyretden hele,dağ çayı!

    Yatıb yalmanına dağın qayası,
    Burda her çiçeyin rengi, boyası.
    Qoy baxım üreyim, gözüm doyası
    Sağında,solunda güle, dağ çayı!

    Güneşi gizletdin dağlar başında,
    Ne sirler gezirem bu telaşında?
    Arınıb,daranıb çaylaq daşında
    Hara yollanırsan bele dağ çay?

    Settarı qınağa çeker bu hesret,
    Gözünden yayıoaz bu heya, ismet.
    Gedergi qonaqdır, bir de ya qismet,
    Senin görùşüne gele, dağ çayı.

    SÖZ AĞRISI
    Qol qoymaram her günaha,
    İçimde var köz ağrısı.
    Üreye güc gelir daha
    Ürekdeki”döz” ağrısı.

    Halallıqdır, haqdır andı,
    Könlüm qeme aşiyandı.
    Ezabını daşıyandı
    Öz saldığım iz ağrısı.

    Axar çayda süzüb geldim,
    Dağı-daşı gezib geldim,
    Ter gülleri üzüb geldim,
    Sızlamadı diz ağrısı.

    İl ötdükce yaş artacaq,
    Evim-pirdi qelbim-ocaq.
    Belke meni yaşadacaq
    Canımdakı söz ağrısı.

  • Səttar QARAĞACLI.Yeni şeirlər

    İNSANIN QEMİ OLMASA

    Ağac kökünden quruyar
    Torpağın nemi olmasa.
    Qocalıq da gereksizmiş
    Cavanlıq demi olmasa.

    Bendesi çox, Tanrı tekdi,
    İş-gücümüz el-etekdi.
    Papağı güne vermekdi
    Yaşamaq çemi olmasa.

    Güc qoldan, dizden düşermi,
    Saçlara tez den düşermi,
    Dünya heç gözden düşermi
    İnsanın qemi olmasa?

    DÜNYANI
    İnsanlar uydular tamaha niye?
    Tutmadıq çiçeye, güle dünyanı.
    Varlılar sığmayır ne yere, göye,
    Saldılar ne yaman dile dünyanı.

    Kime yeterince derddi,beladı,
    Kimine sehradı, yaşıl taladı.
    Tarixde çox şahlar meydan suladı,
    Getire bilmedi ele dünyanı.

    İnsanlar getmeyib yola, görmüşem,
    Düzlerin yolunda çala görmüşem.
    Yaltaqlar hürüyüb yala , görmüşem,
    Men bele bilmezdim, bele dünyanı.

    Tebiet incidi, qızıldı,leldi,
    Ömrün şerafeti obadı, eldi.
    Yamanlar elinde fitnedi, feldi,
    Yaxşılar yaşadır hele dünyanı.

    Men dedim ne abır,heya itmesin,
    Gül-çiçek yerine qanqal bitmesin.
    Allahım, sene de acıq getmesin,
    Bendeler verdiler yele dünyanı.

  • Səttar QARAĞACLI.Yeni şeirlər

    TORPAĞA DÖNESİYİK BİR GÜN

    Ocaq yanıb küle dönür,
    Ocaq tek sönesiyik bir gün,
    Gahdan öleziyen çıraq,
    Gah kibrit denesiyik bir gün.

    Ayaq qoymadıq qırağa,
    Vurulduq ana torpağa.
    Dağ tek ucalsaq da qağa,
    Dağldrdan enesiyik bir gün.

    Dünyanın her reng boyası,
    Tanışdır sevinci, yası.
    Elimiz torpaq teması,
    Torpağa dönesiyik bir gün.

    TERİFİNİ
    Düz vermedik bu dünyada
    Çoxun,azın terifini.
    Niye dilde dastan etdik
    Biz dayazın terifini?

    Öz semtine esir külek,
    Elenmeye vardır elek.
    Qışa perseng elemeyek
    Güllü yazın terifini.

    Settar, derde oldun heyan,
    Öz sözünü eyle beyan.
    Ecdadını tanımayan
    Bilmez sazın terifini.

  • Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

    10335726_630733263662185_1590584312_n

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Əsərləri

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri

    1.”Aşıq Alını axtarıram”, “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    2.”Aşıq Alı”, “Azərbaycan” jurnalı, Bakı, 1969, №9, səh.199-203.

    XALQSIZ XALQ ŞAİRLƏRİ

    Bir həyat şairi var,
    Bir də vaxt şairləri.
    Eldən, gündən xəbərsiz
    Saray, taxt şairləri.

    Biri haqqa daş atar,
    Biri kölgədə yatar,
    Kim sevib, kim yaşadar
    Bu bədbəxt şairləri.

    Biri var, üzdəniraq
    Haça dil, hazıryaraq.
    Qapı, baca, künc, bucaq
    Əl-ayaq şairləri.

    Hüseyn Arif, nə xəbər
    Nə qədərmiş nə xəbər
    Başsız başa keçənlər
    Xalqsız xalq şairləri.

     

    BİZ AYRI DÜŞƏLİ

    O günlər yuxuydu, yoxsa həqiqət,
    Bəlkə bir düyünlü sirr idi, getdi.
    O arzu, o ümid, o söz, o söhbət
    Dodaqdan süzülən dürr idi, getdi.

    Şırşırlar oyandı, çağladı dağlar,
    Çiçəklər boylandı, bəzəndi bağlar.
    Biz ayrı düşəli bir qərib bahar,
    Yanımdan xəbərsiz yeridi, getdi.

    Buludlar üfüqə çəkildi lay-lay,
    Zəmilər biçildi, buğdalar tay-tay
    Biz ayrı düşəli bir alovlu yay
    Çölləri, düzləri bürüdü getdi.

    Bulaqlar boynunda üşüdü yarpız,
    Yarpaqlar, budaqdan endi aramsız.
    Biz ayrı düşəli bir yorğun payız,
    Sarı çuxasını sürüdü, getdi.

    Axdı damcı-damcı buz salxımları,
    Sellər yaraladı bürcü, hasarı.
    Biz ayrı düşəli bir qışın qarı
    Gözümün içində əridi, getdi.

    Könlümdə dörd fəslin qəmi, nisgili,
    Möhnətin sonu yox, qəmin sahili,
    Yetmiş vida ili, ayrılıq ili,
    Ömrün günlərinin biriydi, getdi.
    Bir dağ kəli yaraladım zirvədə

    Bir dağ kəli yaraladım zirvədə
    Baş titrədi, ayaq əsdi, daş axdı.
    Bir canlını candan saldı bir zədə
    İki gözdən iki damla yaş axdı.

    Düşünmədim, anadır, ya baladır,
    Ovçu atar ov bərədən keçəndə
    Ala tula qanlı daşı yaladı,
    O sönürdü tikanlığın içində.

    Qabaqlaşdıq sökülməmiş qızıl dan,
    Mən silahlı, o silahsız bu yerdə.
    Yarıyolda ayrı düşdü qatardan,
    Mən günahlı, o günhasız bu yerdə.

    Öz halına təkcə özü ağladı,
    Kimi var ki, kim dayana yanında.
    Dil uzadıb, nəm torpağı yaladı,
    Sumu keçdi xəyalından son anda.

    Dodaq yanır, yanaq yanır, üz yanır,
    Buludumu, dumanımı əyləsin?
    Boylandıqca baxış yanır, göz yanır,
    Bu yanğıyla sellər, sular neyləsin?

    Ağır-ağır dartıb bükdü dizini,
    Muncuqladı kirpiklərdə donan tər.
    İndən belə toz basacaq izini,
    İndən belə nə yürüş var, nə səfər.

    Birdən-birə elə çırpdı özünü,
    Sağ buynuzu qopub qaldı qayada.
    Ey Hüseyn, müxtəsər et sözünü,
    Bu qan səni tutasıydı, tutdu da.

    Gözəllərə

    (zarafatyana)

    Gözəllər, söyləyin bu necə işdi,
    Qiyməti şöhrətə ada verdiniz?
    Kədəri yaxının üstünə atıb,
    Sevinci aparıb yada verdiniz?

    Hər saxta gülüşə, hər yalan sözə,
    Aldanıb düşdünüz dolaşıq işə.
    Sonralar möhnətlə gəlib üz-üzə
    Ömrü közə tutub, oda verdiniz.

    Buza döndü qələm, bozardı kağız,
    Arxamı qış kəsdi, qarşımı payız.
    Yüzünüz bir şair yaratmadınız,
    Biriniz yüz şair bada verdiniz…

    Sən dərsə gəlməyəndə…

    Düşür yadıma hərdən
    Məktəb həyətində mən
    Yoluna göz dikərdim,
    Qəlbim sızlardı birdən
    Sən dərsə gəlməyəndə…

    Durub-durub anardım,
    Gizli-gizli yanardım.
    Neçə dostun içində
    Özümü tək sanardım.
    Sən dərsə gəlməyəndə…

    Zəng səsi ucalardı,
    Uşaqlar söz alardı.
    Gözlərim boş masanda.
    Fikrim səndə qalardı
    Sən dərsə gəlməyəndə…

    Dözməyib buna bəzən
    Düşüb gah da həvəsdən
    Nə danım həqiqəti,
    Qaçardım mən də dərsdən
    Sən dərsə gəlməyəndə…

    A QIZLAR

    Siz elə kimsəylə oturub, durun,
    Könlünüz nə desə yetirsin sizə.
    Bir əli daş-qaşla oynasın onun,
    Bir əli gül-çiçək bitirsin sizə.
    Xidmətmi gərəkdir?
    Hər xidmət hazır,
    Burda beçə balı, orda ət hazır
    Mənzil istəsəniz, imarət hazır,
    Günəşi ovcunda gətirsin sizə.

    Hüseyn Arifin bir ərzi də var,
    Çoxdankı, çoxları çox şey arzular.
    Sevəndə katibi sevin, a qızlar,
    Şairin nəyi var, nə versin sizə?!

    MEŞƏBƏYİ

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    – Buyur! – dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab, təzə fətir
    Doymaq olmur, yenə gətir.
    Bığlarını arada bir
    Eşib durdu meşəbəyi

    Altımışı verib yelə
    Düşməyibdir ruhdan hələ
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri – keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi
    AY MİRZƏ DAYI

    Aşıq Mirzə Bayramova

    Mən beşikdə ikən telli sazınla
    Laylamı sən çaldın, ay Mirzə dayı
    Yenə dilləndirdin “Yanıq Kərəmi”
    Canıma od saldın, ay Mirzə dayı.

    Ağır toylar gördün, nişanlar gördün,
    Mahaldan-mahala atını sürdün.
    Gəlinlər gətirdin, qızlar köçürdün,
    Çox nəmərlər aldın, ay Mirzə dayı.

    Sənət meydanında imtahan olur,
    Hüseynin əhvalı pərişan olur.
    Səsin tutulanda könlüm qan olur,
    Sən niyə qocaldın, ay Mirzə dayı?

  • İbrahim İLYASLI.Yeni şeirlər

    KIMDI MƏNI SƏSLƏYƏN

    Tanrım, görən mən kiməm,
    Nəçiyəm bu dünyada?–
    Bir payı quru torpaq,
    Üç payı su dünyada!

    Adım Peyğəmbər adı,
    Özüm adi bir adam.
    Bir də bu adilikdən
    Bezib çıxan fəryadam.

    Qənşərində durduğum,
    Aynadakı mənəmmi?
    Ruhum mənə dardımı,
    Mən ruhuma binəmmi?

    Əvvəl-axır deyilən
    Bir ölçü-biçi varmı?
    Varsa bəs ölçüsüzlük
    Nədi, bilmək olarmı?

    Bu cismi-can varlıqdı,
    Yoxluq divanəsiyəm.
    La İlahə İlləllah!
    Kimdi məni səsləyən?!

    HƏRDƏN BIR DƏLI CIN DEYIR…

    Hərdən bir dəli cin deyir:
    «Gəl bax şeytanın sözünə.
    Şəklini soyun əynindən,
    Çıx da dünyanın üzünə».

    Kor olanlar görsünlər ki,
    Sənin dostun, yadın yoxdur.
    Bir səfil dərviş misalsan,
    Yoxdur özgə adın, yoxdur.

    Cibindən çıxart səsini,
    Mətləblərin car olsunlar.
    Qanmayanlar və qananlar,
    Olubdular, var olsunlar.

    Qəlbini kabab eyləyib,
    Payla bu ac adamlara.
    Yeyib, səyriyib görsünlər,
    Kabab hara–adam hara?!

    Hərdən bir dəli cin deyir:
    «Baxma şeytanın sözünə.
    Şəklini geyin əyninə,
    Qayıt olmayan özünə».

  • İbrahim İLYASLI.Yeni şeirlər

    QARDAŞIM

    Salam-Əleykim – Mərhaba,
    Qəsdimə duran qardaşım.
    Türksən, boyuna qurbanam,
    Boynumu vuran qardaşım.

    Para belə şirindimi,
    Quyun belə dərindimi?!
    Soyuqdumu, sərindimi
    Allahnan aran, qardaşım?

    Biçdiyini kimlər əkib,
    Bilərmisən, bilmə təki.
    Ürəyimə dağlar çəkib,
    Halımı soran qardaşım.

    Yoxmu könlüyün təpəri?–
    Ömür nədi, anrı-bəri.
    Qəlbində qonşu çəpəri,
    Dilində TURAN qardaşım.

    Haqdandı bu zülmü-zinhar,
    Yoxdandı bu qəsdi-qərar.
    Nə mənim bir əlacım var,
    Nə sənin çaran, qardaşım.
    YURDDAŞLARA

    Anrı üzü günə qarşı dağların,
    Bəri üzü hələ çəndi, dumandı.
    Zaman gələr, üstümüzə gün doğar,
    Bu gümanlar ürəyimə damandı.

    Qürbət deyir ürəyimin parası,
    Qan ağlayır qaysaqlamış yarası.
    Azadlığın hürriyyətdir çarası,
    Hürr olayım, hürr olmalı zamandı.

    Ömür ki, var – ölümlərə hədəfdi,
    Can torpağa, ruh göylərə sədəfdi.
    Döyüşlərdə şəhid düşmək şərəfdi,
    Kölə olmaq, kül olmaqdan yamandı.

    Qorunmayan elin haqqı olmayıb,
    Haqq deməyən dilin haqqı olmayıb.
    Yelin haqqı – selin haqqı olmayıb,
    Qarı dünya, qanlı fələk hamandı.

    Vətən dedik: – sus dedilər, lal olduq,
    Gedən dedik: – «qal oğlu ki, qal» olduq.
    Yetər, bunca qorxulara qul olduq,
    Qardaşlarım, soydaşlarım, amandı!

  • İbrahim İLYASLI.Yeni şeirlər

    ƏFƏNDIM

    Düşmən də çəkməsin mən çəkənləri,
    Mən çəkən zülümdən olmaz, əfəndim.
    Adamlar bir yana, bu məmləkətdə
    Quş da salamımı almaz, əfəndim.

    Həmdəmim odlardı, sirdaşım sular
    Könlümü qəriblik bular, ha bular.
    Qeybdən nida gəldi:–Boşalan dolar!
    «Quyu, su tökməklə dolmaz”!», əfəndim.

    Boranlar adlayaq, xəzanlar keçək –
    Ömür-gün yalandı, vaxt-vədə gerçək.
    Mənim gözlərimlə sulanan çiçək,
    Ömrü billahında solmaz, əfəndim.

    Yeddinci qatında haqqım var deyə,
    Sidqinən eşqimi bağladım Göyə.
    Tutlar saza dönə, qarğılar neyə
    Qoşub qəmlərimi çalmaz, əfəndim.

    Tapdım çəmini də, tutdum dilə də,
    Necə hökm elədi, getdim elə də.
    DÜNYA söylədiyin qaldı belə də,
    Bə deyirdin, «belə qalmaz, əfəndim».

    GƏLDI

    Bu günü də gördük, görməliydik də
    Olmayan körpüdən keç vaxtı gəldi.
    Yaylaq aran oldu, aran cəhənnəm
    Arandan arana köç vaxtı gəldi.

    Bəlləndi Göy ilən Yerin qərəzi,
    Bağlandı bəşərin bəndi-bərəsi.
    Çəkildi göylərə mizan-tərəzi,
    «Durna, keçəlini seç» vaxtı gəldi.

    Günə güllə kimi açılır səhər,
    Hamı can sürüyür elə birtəhər.
    Çeşmələr ağudu, irmaqlar zəhər–
    Doldur piyaləni iç vaxtı gəldi.

    Gizlənən üzüymüş yırtılan astar,
    Zatı qırıqlara qul olub xaslar.
    Yağı səngərinə satılıb dostlar–
    Siyir qılıncını biç vaxtı gəldi.

    İbrahim İlyaslı, nəydi gümanın?
    Çəkilən vaxtı var gələn dumanın.
    Axır ki, heç nəyin «hər şey» zamanı,
    Axır ki, «hər şey»in heç vaxtı gəldi.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    VƏTƏNİMTƏK QALAMMARAM.

    Yaddaşımda qalanlara,
    Xatirədir deyəmmərəm
    Mən keçmişdə olanlara,
    Olub keçib deyəmmərəm.
    Hər gözələ yarım deyib,
    Bir gəmi tək üzəmmərəm.
    Hər gözlərə gözlər deyib
    Baxışyla aldanmaram.
    Axan çaya dəniz deyib,
    Bir gəmi tək üzəmmərəm,
    Qürbət eli vətən bilib,
    Vətənimtək üzəmmərəm…!

    KƏDƏRİMLƏ MƏN

    Bəzən istəyirəm bu dünyada mən,
    Yamyaşıl meşədə tək-tənha qalam
    Ən yaşlı ən uca kölgəsi olan,
    Bir ağac altına mehrimi salam
    Hönkürüb ağlayam göz yaşımla mən
    Ağacın kökünə qəmimi verəm.
    Ağac dözməsin ağac ağlasın,
    Ağac fəryad edib nale qoparsın.
    Ağac kösünün yaralarını,
    Ağac budaqda yarpaqlarını,
    Ağac inləyən sdalarını,
    Mənim kədərimə məlhəm yaratsın.
    Ağac gözümdə göz yaşlarını
    Yaşıl yarpaqlarla əbədi silsin.
    Ağac ömrümdəki payız xəzanın
    Bahar çiçəklərlə əbədi etsin.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    SEVƏCƏYƏM QƏBRƏ KİMİ

    Bilirəm ki çox sevirsən,
    Dərd çəkirsən bu sevgidən
    Mesajlarında həsrət var,
    Darıxırsan mənim üçün sən.

    Hələ çox var toy gününə,
    Bir il qədər sanki bir gün
    İnan canım hər bir hissi,
    Keçirdirəm sənin kimi

    Gündüz uzun gəlmir gecə,
    Gecə uzun bitməz sanki
    Yuxumdada xəyalınla,
    Açıram mən səhərimi

    Darıxma sən canım mənim
    Çox qısadır hicran ömrü
    Həsrəti tez yox edəcək,
    Sevgimiz var axı bizim.

    Bilirəm ki çox sevirsən,
    Mən səni sevdiyim kimi
    Bilirsən ki çox sevirəm
    Sevəcəyəm qəbrə kimi.

    Gözlər

    Bir baxışn gözləyir vurulsun gözlər
    Ruhu candan alsın yox etsin gözlər
    Bir ovsun gözləyir açılsın tilsim
    Qurtulsun gözlərin təbəssümütək.
    Bir sözə bənddir ki kövrəlsin gözlər
    Hicran yağışıyla ağlasın gözlər
    Bir sözə bənddir ki sevinsin gözlər
    Gülsün dodaqların təbəssümütək

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    SƏNDƏN ALINSIN

    Bilsən sən ey düşmən elimdə mənim,
    Ən ağır bir yara bir evi çıraqsız qoymaq
    Mənim neçə-neçə şəhərlərimi,
    Talayıb evini qoydun çıraqsız
    Görüm sənin də evinin çırağı sönsün
    Düşmən sənində yurdunun çırağı dönsün.
    Qopardın yurdumun Qarabağını,
    Açmısan xəncərlə yara bağrımı
    Viran qoymusan sən Xocalımı,
    Görüm sənin də yurdun virana dönsün,
    Düşmən sənin də yurdun talana dönsün.
    Əsirə döndərdin qız gəlinimi ,
    Matəmə döndərdin cıdır düzümü
    Ağıya döndərdin sarı gəlini,
    Yurdun viran qalsın yurdun dağılsin
    Düşmən sənində yurdun səndən alınsın.
    İzini itirdin xarı bülbülün,
    Mərmiyə tuş etdin məzarlıqların,
    Gülləyə bürüdün qoca cavanın,
    Keçmişin silinsin tarixin itsin,
    Düşmən sənində yurduna düşmən göz diksin

    NÖQTƏLƏR

    Cümlənin bitən hissəsi,
    Hərflərin ahəngidir
    Bitən fikirdə nöqtələr
    Hiss həyəcan siqnalıdır,

    Ahın,vayın son anıdır
    Bir kədərin fəryadıdır,
    Bitən fikirdə nöqtələr

    Bir utancaq gözəlin,
    Sevgisində son kəlməsi
    Sevgisinə hədiyyəsi,,
    Bitən fikirdə nöqtələr.

    Qərib ölkədə qəribin,
    Vətəninə ünvanlana
    Məktubunun intizarı,
    Bitən fikirdə nöqtələr

    Vətən qoruyan əsgərin,
    Anasına ünvanlanan
    Ümid dolu təsəllisi,
    Bitən fikirdə nöqtələr.

    Elnurənin qələminin,
    Arzu dolu diləyinin
    Gələcəyə zəfəridir,
    Bitən fikirdə nöqtələr

  • Elçin ƏLİZADƏ.Yeni şeirlər

    XATİRƏ DƏFTƏRİ

    Ürəyimdə tutmuşam,
    Bir xatirə dəftəri.
    Sevgimizdən bəhs edir,
    Yazdığım hər sətiri.

    Yadıma düşdükcə sən,
    Min bir düşüncələri.
    Varaqlayıram hərdən,
    Şirin xatirələri.

    Kədər dolu anlarla,
    Şipşirin yalanlarla,
    Eşqə aldannalarla,
    Doludur bu dəftərim.

    Doludur, gülüm!
    Qəlbimdəki sirləri,
    Bir kərəm sən də oxu.
    Mənim tək qoy səni də,
    Yaralasın eşq oxu.

    SƏNSİZ ÖMÜR

    Yenə xəyallar oyandı birdən,
    Sənə doğru bir cığır açıldı.
    Ürək telləri səsləndi bərkdən,
    Hər bir naləsindən od saçıldı.

    Bu soyuq, bu qaranlıq otaqda,
    Gözüm önünnə gəldi varlığın.
    Həsrət içində od oldu gözlərin,
    Qara bulud tək yağdı gözlərin.

    Kölgən ilə danışmaq istədim,
    Kölgən də yox oldu özün tək,
    Yoxluğunla barışmaq istədim,
    Səni yox yerdən var etdi ürək.

    Üçündə yandı bir ümid şamı,
    Təsəlli, təbəssüm qondu üzə.
    Sevincdən yatmaram bu axşamı,
    Hardasan?! Ey yar!rəhm et çıx üzə.

    İnan ki, hədərdi sənsiz ömür,
    Varlığım varlığınla öyünür.
    Hər anı kədərdi sənsiz ömür,
    Ürəyim sənin üçün döyünür.

  • Elçin ƏLİZADƏ.Yeni şeirlər

    SEVGİLİM OL!

    İnsan ömrü gəldi-gedərdi,
    Sən gəl, amma getmə ömrümdən.
    Bilmirəm ömrüm nə qədərdi,
    Ölüncən sevərəm ürəkdən.

    Yaş axıb yanağımda durdu,
    Bu axan yaşları silən yox.
    Kədər içimdə yuva qurdu,
    Nələr çəkdiyimi bilən yox.

    Gəl, hər aınımızda bir olaq,
    Yaşadığım ömrüm, günüm ol!
    Gəl sevginin hər döngəsində olaq,
    Tək sevdiyim, tək sevgilim ol!

    YENƏ DƏ SƏN

    Qələm ancaq səndən yazmaq istəyir,
    Haqqında yazmağa qadirəmmi mən?!
    Bütün səhvlərimi pozmaq istəyir,
    Heç bağışlanmağa layiqəmmi mən?!

    Cəsarətim çatmır çıxam qarşına,
    Görəsən ki, necə peşman olmuşam.
    Ürəyim dözməz kinli baxışına,
    Öz xoşbəxtliyimə düşmən olmuşam.

    İlahi, nə olar qaytar zamanı,
    Etdiyim səhvləri silim yenidən.
    Özün sağalt bu sağalmaz yaranı,
    Bir yalvarmaq gəlir mənim əlimdən.

  • Elçin ƏLİZADƏ.Yeni şeirlər


    MƏHƏBBƏTƏ VERİDM KÖNLÜMÜ

    Bir gün bir ümid verdin mənə,
    Bir sınıq qəlbin sevinci oldun.
    Hər gün yollarına dikilən,
    Bir cüt gözlərin sevinci oldun.

    Sevincdən bax! doldu gözlərim,
    Qəhər boğdu sınmış könlümü.
    Hədər getməyibmiş illərim,
    Məhəbbətə verdim könlümü.

    Dilə gəldi xəyallarım da,
    Çıraqlar yandı yollarımda.
    Ayrılıq, həsrət sona yetdi,
    Məhəbbət qalib gəldi sonda.

    Arzular çatdı zirvəyə,
    Dönüb bir dəli küləyə,
    Qalxaraq sonsuz göylərə,
    Sel kimi doldu ürəyə.

    * * *

    Arzular qəlbimdə bir cığır açmış,
    Bu cığır sevgi, insanlıq yoludur.
    Kimlər ki məhəbbətdən uzaq qaçmış,
    Həyatı hədər günlərlə doludur.

    Məhəbbət dediyim bənzər dəryaya,
    Təkcə yarı sevmək məhəbbət deyil.
    Allaha, yurda, ataya, anaya,
    Qəlbən bağlılıq bəs məhəbbət deyil?!

    Qonaqdır bu həyatda hər bir insan,
    Düşün axirəti, əsl dünyanı.
    O böyük Allah,o uca Yaradan,
    İnsanlıq üçün yaratdı insanı.

  • Nemət Tahir QARAXANLI.Yeni şeir

    AXTARIRAM GÖZLƏRİNİ

    Bu həsrətin əl izi var
    Ürəyimin yarasında
    Eşq dünyamda bir sən varsan
    Baxsan onun harasında

    Mələk ruhlu əlllərini
    Gül qoxulu tellərini
    Axtarıram gözlərini
    Baxışların arasında

    Baxıb ilham alaydım mən
    Bir damla yaş olaydım mən
    Şəkil olub qalaydım mən
    Gözlərinin qarasında

  • Nemət Tahir QARAXANLI.Yeni şeir

    * * *

    Ümidlər qəbiristanlığıdır sanki
    Daş kimi soyuyub mənim ürəyim.
    Oxa dönmüş başdaşları dəlir sinəmi…
    İnsanlığa həsrət…Vətənə həsrət…
    Azadlığa həsrət… kəfənə həsrət
    diri ikən ölülərik biz…
    nəfəsim içimdə boğulur
    göz yaşlarım yanağımda quruyur
    Dodaqlarım çat-çat olub
    Suya həsrət torpaq kimi…
    Dərdlərimi yazmışam buz üstünə
    Gözləyirəm günəşin doğmağını.
    Azalıb inancım,Taqətdən düşmüşəm.
    Zəifləyib əqidəm,odum-alovum,
    təkcə yanır varlığım.
    Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…

  • Nemət Tahir QARAXANLI.Şeir

    Gördüm

    Gecə kimi həsrət idi səhər
    Bu gün,nəhayət ki,mən yarı gördüm.
    Hələ küçələr də fəsli qış idi
    Onun gözlərində baharı gördüm

    Gözündən gözümə bir eşq boylandı.
    Qamarda qanım da donub dayandı.
    Qısqandım,ürəyim alışdı-yandı.
    Telini oxşayan rüzgarı gördüm

    Haqqın söylədiyin yazır qələmim
    Onunla bağlıdır sevincim qəmim
    Yolum gözləyir o gülzar mənim
    Yarımda vəfanı,ilqarı gördüm

  • Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

    * * *

    Bir işıq yanır
    Uzaqdan görünən pəncərədə
    Bir ümid közərir
    Hələ sabaha inam var…
    Səssiz şəhər
    Gecə keçir
    Qanadında min bir xəyal
    Gözlərində suallar…
    Hara gedirəm mən ?…
    Fikirlərim qarışıbdır Istəyimə
    Yol yoldaşım – tənhalığım…
    Bir işıq yanır uzaqdan görünən pəncərədə
    Bilmək olmaz kim isinir oduna
    Həsrət tökür, hicran yağır bəlkə də
    O pəncərə işığında
    Bəlkə də fərəh ağlayır…
    Bilmək olmaz kim sevinir, kim üzülür
    Kim yas tutur
    Kim toy edir…
    Pəncərədən süzülən
    bir işığın altında
    Bəlkə də kimsə bədbəxt olur
    Bəlkə də kimlərinsə taleyinə
    Müjdə gəlir…
    Indi yolda azmış kimiyəm
    Bir işığa gümanım var
    Qaranlığı yox eləyən…
    Kim bilir ki..bəlkə
    Zülmətimi yaran işıq
    kədərimə yol açacaq
    Bir işıq közərir uzaqdakı pəncərədə
    Necə bilim o otaqda div yatmayıb?!
    Hər işığın şöləsinə ümid tutub
    Necə gedim
    Axı bir caniyə
    cəzanı verəndə də
    işıqların yandıraraq qol çəkirlər…
    pəncərədən gələn işıq
    bir yolum var…
    sənə baxıram
    sənə doğru gəlirəm…
    fərmanımı sən verəcəksən
    ya atıb oda məhv edəcək
    ya sevincimə yol verəssən…

    * * *

    Başlayır
    Bitir…
    Damlalar da, sözlər də…
    ən pisi
    hisslər də…
    sözün bitdiyi yerdə duyğular oyansaydı,
    danışsa idi
    bəlkə də hər şey başqa cür olardı…

    amma yaz ömrü, payız ömrü var imiş çox şeyin…
    “hər şeyin” deməkdən qorxdum…

    Dolu kimi yağır
    Bəzən həsrət…bəzən vüsal…
    Bəzən təəssüf…
    Geriyə yol qalmayıb…gedən yay geri qayıtmır..
    Yenisi gərək…
    Yenisi daha gözəl ola bilər,
    Bəlkə də…
    Bəlkəyə ümid gərək…
    Sabah yenə günəş doğacaq…

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    Birdə Gəlsəm………..

    İnsan olub nə etmişəm,
    Hər addımda səhv etmişəm
    Günahlarım qalaq-qalaq,
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Bahar fəslin ən gözəli
    Gəlin kimi bər-bəzəkli
    Ağacları gül-çiçəkli
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Yay odlu alovludu
    Payız solğun xəzanlıdı
    Qış çovğunluboranıdı
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Dəniz ətəyi dalğalı
    Dalğa sahili qurbanı
    Dəniz olmaq istəmirəm
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Gündüz gecənin qurbanı
    Gecə kədərin qıfılı
    Yox hər yuxunun yozumu
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Zaman reyslə gedən qatar
    Bəxt tanrıdan yazılan pay
    Həyat sanki axar bir çay
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Bahar hər il şən və gözəl
    Təbiətəo nur verən
    Canlılara sevinc verən
    Birdə gəlsəm bu dünyaya,
    Bahar olmaq istəyirəm

    Elnurəyəm ömür qısa
    Gənclik ömrüm gedir bada
    Birdə gəlsəm bu dünyaya

    Hər an cavan qalmaq üçün
    Bahar olmaq istəyirəm

    Analıq haqqı

    Bir gün eşitdim aci bir xəbər,
    Ana öz körpəsin atib quyuya
    İşiqli dünyaya gələn bir sevinc
    Qərq olub qaranliq zülmət quyuya.

    İlahi! Dünyanin sonumu gəldi..?!
    Ana can parçasina qatilmi gəldi?
    Bir anda yaranan çirkin ehtiras,
    Balani anaya düşmənmi etdi..!

    Ana necə qiyar can parçasina..?
    Əgər ana adina layiqsə oda,
    Tanrinin verdiyi gözəl hədiyyə
    Məgər layiqmi zülmət quyuya?

    Layiqmi beşiyi nəm torpaq olsun..?
    Laylasi qaranliq səssizlik olsun,
    Yarandi yaşasin vətəndaş olsun
    İnsanlar içində bir ad qazansin
    Anasin qürurlu bir qadin sansin

    Sabahin məllimi ,həkimidir o,
    Bəlkədə şairi,alimidir o,
    Ən əsas tanrinin bəndəsidir o,
    Sənin etdiyin çirkin əməli
    Bəlkədə təmiz adla yuyasidir o
    Mərd il,mətin ol sahib ol ona
    Sabah sahib olsun qocaliğina

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    DƏYMƏZ AXAN GÖZ YAŞINA

    Nə olsunki çox sevmişdin
    İlləri qurban etmişdin
    Gəncliyini puç etmişdin
    Həsrətiylə ağlamaqdan
    Gözlərini kor etmişdin
    Hədiyyən nə oldu sənin
    Xəyanətlə qarşılandın
    Bu odlu sevginin odu
    Xəyanətlə söndürüldü
    Dəyər verilmədi əzabına
    Dəyməz axan göz yaşına
    Xəyal sənin gerçək yadın
    Ahı sənin şadı yadın
    Ocaq yadın,isti yadın
    Köz basılan tüstü adın
    Məcnun kimi dəli adın
    Qismətin nə oldu sənin
    Dəyərin nə oldu sənin
    Dəyməz axan göz yaşına
    O gözlər ki sənə yaddır
    O gözlərə yaş axıtma
    O gözlərə baxışını
    Bir məhbəs tək hasarlama
    Dəyməz axan göz yaşına
    Sənin gözəl gözlərini
    Dəli kimi sevən vardır
    Onun üçün alovlandır
    Baxışını mənalandır
    Sevməyəni səndə sevmə
    Gözlərini hədər etmə
    Sal bir nəzər ətrafına
    Nə çox heyran gözlərinə
    Nə çox qurban gözlərinə
    Dəyərmi bir vəfasıza
    Axıdılan göz yaşına
    Dəyər vermir fəryadına
    Dəyməz axan göz yaşına.

    AŞİQİYƏM MƏN

    Ulduzlar səmada seyrə çıxarkən
    Xəyal aləminə məndə dalarkən
    Tənha ürəyimdə sakit vurarkən
    Qaranlq gecənin aşiqiyəm mən
    Gecənin şahı ayı görəndə
    Qara gözlərimlə aya baxanda
    Sənin rəsmin ayda canlanır
    Gecə şahınıda aşiqiyəm mən
    Səhər tezdən dan söküləndə
    Otlr üstə ağ şeh düşəndə
    Ruhun -ruhumla birgə canlanır
    Sevgilim ruhunun aşiqiyəm mən

  • Nemət Tahir QARAXANLI.Hekayə

    “Qorxulu yuxu”
    Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi.Yola çatanda sol tərəfə baxdı,maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı.Birdən ayağı səkinin qırağına ilişdi və ayaqqabısının üstü
    para-para oldu.Bu an elə bil ki,Həsəni maşın vurdu.Yox,bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı,daxili sarsıntı keçirməzdi..Ya maşın vurub öldürər,ya da yüngülcə zədələnərdi…
    Axı o,”şapaşki”yə bənzər ayaqqabıya 40 manat verib alanda onu payız və qış aylarında geyinməyi nəzərdə tutub,bücəsini zora salmışdı.İndi o nə edəcəkdi?
    Ailəsinin maddi vəziyyəti yaxşı deyildi.O,bu III kursda oxuyurdu.Bu 3 il ərzində valideylərinin onun oxuması,ehityaclarının qarşılanması üçün nələrə qatlaşdığını,nə əziyyət çəkdiyini bir o bilirdi,bir də Allah.
    Şəkər xəstəsi olan anası ev işlərin güclə yola verirdi.Ayağında damar xəstəliyi olan atası Həsənin ali təhsil alması ücün kiminsə şəxsi təsərrüfatında işləməkdən tutmuş sürücülük,tikintidə fəhləlik,daş ustalığına qədər əziyyətli işlərdə çalışırdı.( halbuki,həkim ona 3 kq-dan artıq ağırlıq daldırmağa imkan vermirdi).Artıq havalar soyuduğu üçün atasının əli bu ağır işlərdən də çıxmışdı…
    Həsənin həm oxuyub,həm işləməsinə isə nə valideynləri razı idi,nə də ki oxumaqla işləmək bir yerdə alınmırdı…Dərslərə ciddi yanaşmayıb işləsə idi, gərək qazandığı pulu da semestrin sonunda imtahandan keçmək üçün verəydi…
    Həsən çarəsiz və ümidsiz halda səkinin üstə oturub nə edəcəyini bilmirdi..
    Necə oldu ki,bu cür diqqətsizlik etdi?
    Axı o,üst-başınin səliqəsinə,ayaqqablarına diqqətlə yanaşırdı…
    Cibində olan pul yeni ayaqqabı almağa kifayət etməyəcəkdi.
    O,öz-özünə düşündü:
    -Ailəmə zəng edib desəm,ayaqqabı almaq üçün pulu hardan olsa,öz boğazlarından kəssələrə də,kimdənsə borc alsalarda,hətta dilənmək də olsa tapıb göndərəcəklər.Ancaq Həsən yaxşı bilirdi ki,valideylərinin 150 manat təqaüdün yarıdan çoxu ona aylıq tələbatın ödəmək ücün göndərilir,qalanı isə nəyinki onların ehtiyacın,heç dərmanların da almağa kifayət etmirdi.
    Allahım bu cür çarəsiz,köməksizmvəziyyətdə nə edəcəm,dərsə nece gedəcəm?
    Elə çırılıb ki,təmir də ediləsi deyil ki,təmir etdirim” –deyərək gözləri dolmuş şəkildə daxilən fəryad edirdi…
    O,hıçqırıb hönkür-hönkür ağlamaq,dərdini hayqırmaq istədi,ancaq səsi çıxmır, onu buz kimi tər basırdı…
    Qəfildən dik atılıb yuxudan oyandı.Gecənin bir aləmi idi.
    İndi yuxuda keçirdiyi həyəcandan,qorxudan,bir də ki,bunun yuxu olmasının sevincindən ixtiyarsız olaraq yanaqlarından göz yaşı süzülürdü…
    Həsən yatağından qalxıb qapıya sarı getdi və sevinc göz yaşları axa-axa ayaqqabılarını boyadı və gətirib çarpayısının baş tərəfindən yerə qoydu.Sonra yatağına girib yatmağa çalışdı
    P.S. Sizə bir sirr verim: Əslində Həsən adlandırdığım bu bu tələbə oğlan mən özüməm…Oxucularımdan utandığım üçün adımı gizlətmək istəmişdim….

  • Kənan AYDINOĞLU.Şeir

    SƏN DOĞMA BAKIMDAN ÖZGƏ DEYİLSƏN

    Əziz və doğma şəhərim Sumqayıtın yaradılmasının “60” illik yubileyinə

    Mən sənin qoynunda böyüməsəm də,
    Sən doğma Bakımdan özgə deyilsən.
    Yazdığım hər şeri qulaqlarıma,
    Həzin nəğmə kimi mənə deyirsən.

    Sənin torpağına ayaq basanda,
    Könlümdə dil açdı yeni nəğmələr.
    Qıza, gəlinlərə şeir yazanda,
    Bir sevgi hissləri hopdu canıma.

    Aylara, illərə dost olan gündən,
    Xoşbəxt yaşamağı səndə tapmışam.
    Demirəm bir damcı suya çevrilib,
    Bir cana, bir ruha, şerə hopmuşam.

    Sevindim düzü, mən ömür yolunda,
    Sənlə barışanda həftələrlə il.
    Sənin qədimliyin, sənin tarixin,
    Doğma Bakım kimi mənə yad deyil.

    1 aprel, 2009.Sumqayıt şəhəri.

  • Eyyub MƏMMƏDOV.Yeni şeir

    Qırılmaq ümidin sinonimiyimiş
    Necədə yaraşır kəlmə kəlməyə
    Ümid ölümünə kim duz çevirmiş?
    Bəlkə özü qorxub gözə gəlməyə

    Gözlər çox aglarsa qızararıb şişər
    Qırmızı qəlbin də aglar qırmızı
    Yenə qan qaynıyır yenəmi görən?
    Fəsillər səf salıb payızla yazı

    Yan keçib gedəsən həyatdan qardaş
    Bir qonşu işi tək qarişmayasan
    Qismətə yaşamaq düşsə də belə
    Çalışıb qismətlə barışmayasan.

  • Nemət Tahir QARAXANLI.Hekayə

    SEVGİ…NİFRƏT…XƏYANƏT…!

    Ərhun dərsdən gəldi.Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi.Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyin görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda – bu illər ərzində çox şeylər dəyişmişdi, çox sıxıntılar çəkmişdilər. Nəhayət son zamanlar anasının işləri düzəlmişdi. (Ofisdə çalışırdı Ərhunun anası). Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa.
    Anası işə gedəndə Ərhunu dərsə qoyar, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qyğısı istər- istəməz azalmışdı.
    Dərsdən gələn Ərhun otağına keçər öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. (Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi.) Küçənin o başından anasın görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi.
    Anasının işə düzəldiyi aylar olardı. Bu gün də Ərhun anasın gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi…
    Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hər günki, kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı:
    -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib?
    -Ana o maşın kimin idi,hə?
    -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma balam.
    Anasına bu cür sual verdiyiçün, ondan şübhələndiyiçün həmin gün çox utanmışdı Ərhun.
    Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası : “məndən nə istəyirsən? “ sənin yaxşı geyimin , yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki?
    Atan evdən çıxdığı neçə ildi, nə düzəməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür.Harda olduğunu soruşanda, onun evdə olmadığını söyləyir, hər ddəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eliyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir , bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eliyir,gün keçirir,bizi çox sevsə yanımızda olardı,qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün artıq elə bil. Ən dəhşətli anlar isə, anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, kravat cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi.Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev , bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “ Ana ” dediyi onunla bir stol arxasında oturduğu yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçəyə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi. Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “ xəyanət nədir? ” mövzusunda inşa yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətəm…
    -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən?
    – Sən niyə atama xəyanət edirsən?
    – Mən xəyanət edirəm təkcə. O mən artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. ən əsası qadınam, hisslərim var.
    -Onun sənə xəyanət etdiyi dəqiq deyil,fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən!
    -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz.
    -Dözərdin də səbəbini öyrənərdin,gedərdin dalınca, bəlkə nəsə problemi var, başı dərddədir.
    -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa de səni and verirəm, öz canıma – soruşdum.
    Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə.Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necəki, Qarabağ savaşında 5 il yolunu gözlədim.Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım.Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var o da sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.”
    -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqlar ilə “Anan pozğun, faişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın.
    Anası Ərhuna bir şillə vurub “ Yetər, yetər ! Qarşımda durub başından böyük danışma,mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə sənin üçün edirəm. Hətta özümü satıram, eşitdin?!”
    Göz yaşına boğulmuş Ərhun: “ Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?”
    Bunları deyərək otağına keçmiş və bir gün çölə çıxmamışdı Ərhun. Bu cür yaşamağa davam edirdilər, buna yaşamq demək olardısa.
    … Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı çox dəhşətli bir şey olmuşdu:
    Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu.O,həmişə belə edərdi,pəncərəni açıq qoyardı ki,bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarəna daşısın.Ancaq axşam hava soyuq olduğu ücün pənəcrəni örtmüşdü.Çərəyi görən sərçə elə bilib ki,yenə pəncərə açıqdır.özünü pəncərəyə çırparaq bərk zədələyib…
    Ərhun sərçəni əlinə götürdü,çox pis əzilmişdi.Ərhun ağlayır,nə edəcəyini bilmirdi.Axı onun səhvi ucbatından bir dostu məhv olacaq,bala sərçələr anasız qalacaqdır..
    Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı…
    Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci,
    nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi.
    Ölmüş sərçəni bağrına basıb,gözləri tavana tikilmiş halda səhərə kimi yatmadı Ərhun.
    Tezdən evdən çıxdı…
    Səhər yeməyini hazırlayan anasıƏrhunu oyatmaq ücün otağa getdi,lakin Ərhun yox idi.Dəli oldu sanki..
    Nə edəcəkdi?Hara gedə bilərdi?Yaxınlıqda nə yaxın qohumları,nə də tanışları var idi.
    Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı,amma gördüm deyən yox idi…
    Nəhayət,Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər diksinsəm də sən mənim anamsan və səni çox sevirəm…Məni axtarma.”
    Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı.
    Əlində bir sərçə , döş cibində isə valideynlərinin toy şəkli…
    Küçələrdə hamı tərəfindən faişə kimi tanınan dəli qadının kimi görürsə yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərfə hamının təəccübünə səbəb olmuşdu…
    Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə döğma vətəninə qayıtdığı üçün, neçə vaxtdı telefonla da olsa səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi….

  • Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    YADIMA DÜŞÜBDÜ

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

    2005.

  • Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    SORUŞ

    = Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə: Eh,
    sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
    qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
    sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =

    Mənə dərdsiz deyən, ay zalım oğlu,
    Sən məni mən dərdli olandan soruş!
    Yuvası uçandan, yurdu yanandan,
    Obası virandan, talandan soruş!

    Qapını kəsməyib hələ duman-çən,
    Demirəm mən dərdə sən də düşəsən.
    Dərdimi öyrənib bilmək istəsən,
    Qəzadan qəhərin alandan soruş!

    Fələk qarğayandan, evin yıxandan,
    Başına qayalar, daşlar yağandan,
    Gündüzlər yurd sarı durub baxandan,
    Şər vaxtı gözləri dolandan soruş!

    Ətirli baxçası, bəhrəli bağı,
    Yarpızlı bostanı, çiçəkli tağı,
    Laləli çəməni, reyhanlı dağı,
    Yamyaşıl ormanı solandan soruş!

    Başının üstünü kəsəndə yağı,
    Qazanda qatığı, nehrədə yağı,
    Ləyəndə ayranı, teştdə qaymağı,
    Atıb qaça bilən nalandan soruş!

    Ulağı alıxda, dəvəsi xıxda,
    Sürüsü ağılda, malları mıxda,
    Toyuğu-cücəsi əldə-ayağda,
    Itləri zəncirdə qalandan soruş!

    Qız-gəlin bulaqda atdı sənəyi,
    Tavada xörəyi, sacda çörəyi…
    Bir təhər çıxartdım anam Göyçəyi,
    Sal bizdən yolunu, bir ondan soruş!

    Qaldı qapılarda tığla taxılı,
    Tayası vurulu, kumu tıxılı…
    Saydıqca birbəbir qəlbim sıxılır,
    Bilmə ki, deyirəm yalandan, soruş!

    Halakın çıxar e, itsə bir iynən,
    Olarsan imandan, çıxarsan dindən…
    Bir çöp götürməyib dolu evindən,
    Yol boyu saçını yolandan soruş!

    Taptaq altındadı qəbirstanlığım,
    Qoparıb daşını, aparıb yağım.
    Qaralıb ocağım, sönüb çırağım,
    Dərd nədi, havasın çalandan soruş!

    Dördgözlü açıram hər gecə danı,
    Gedib yoxlayıram yirdu-yuvan.
    Hər gün xatırlayıb eli-obanı,
    Şirin xəyallara dalandan soruş!..

  • Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    BATIRAM İÇİMİN HIÇQIRIĞINDA

    Yenə xəyallarla mən başıdaşlı,
    Qopub öz içimdən uzaqlaşmışam.
    Ürəyim ağrılı, gözlərim yaşlı,
    Gedib o yerlərlə qucaqlaşmışam!

    Gümanın itirmiş yalquzaq kimi,
    Düşüb dolaşıram viran yurdları.
    Gəzirəm yad kimi, bir uzaq kimi,
    Bir vaxt növrağımı quran yurdları!

    Gah “Qara qaya”da, gah “Ağ qaya”da,
    Keçən günlərimin sorağındayam.
    Gah “Qlzıl qaya”dan boylanıb, ya da,
    Çağlar Bərgüşadın qırağındayam!..

    Baxıram hər tərəf yesirdən yesir,
    Möhtacdı qayası, daşı sığala.
    Nə Babək görükür, nə də Cavanşir,
    Nə də ki, Koroğlu – qılıncın çala!

    Axır gözlərimdən yaş gilə-gilə,
    Batıram içimin hıçqırığında.
    Gəzdirə bilsəydik qalmazdıq belə,
    Vətən qeyrətinin bir qırığın da!!

    2006.

  • Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qafqaz Əvəzoğlu

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    SIZILDAŞIRMI

    Görən o yerlərdə yenə, ay Allah,
    Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
    Buludlar sıxanda kirpiklərini,
    Sellər dərələrdə aşıb-daşırmı?!

    Zümrüd bulaqların xoş nəğmələri,
    Yenə oxşayırmı gen dərələri?!
    Kükrəyən Bərgüşad, coşan Həkəri,
    Çırpılıb daşlara qıjıldaşırmı?!

    Şahinlər, şonqarlar ucalıqlarda,
    Durnalar, turaclar ovalıqlarda,
    Xınalı kəkliklər qayalıqlarda,
    Veribən səs-səsə qaqqıldaşırmı?!

    Səhərlər əsdikcə sərin küləklər,
    Gəlintək nazlanan al biçənəklər,
    Meşədə xəzəllər, çöldə çiçəklər,
    Göllərdə lilparlar pıçıldaşırmı?!..

  • Qafqaz ƏVƏZOĞLU.”Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    DƏLİ KÖNÜL

    Dəli könül, necə gülüm-sevinim,
    Qatan qatıb, zəhər töküb şiləmə!
    Bir tərəfdən zalım fələk budayıb,
    Sən də düşüb bir tərəfdən şiləmə!

    Nə umursan yurd-yuvsı talandan,
    Hər şər vaxtı didələri dolandan.
    Dərdim azmı, sən də düşüb bu yandan,
    Yetim qalmış quzu kimi mələmə!

    Kaş meh olub o dağlara bir əsəm,
    Yurd-yuvamı dolaşmağa tələsəm.
    Yurd həsrətli bir quruca nəfəsəm,
    Bir sağ ikən şikəstəm ə, şiləm ə!

    An demədim yurdsuz keçən bir ana,
    Oğul gərək dərdlərimə dayana.
    Dərdi söylə dərd bilənə, qanana,
    Hər yetəndən dərdə dəva diləmə!

    Yurd-yuvasız keçən ömür şən olmaz,
    Namərd olan mərd dərdinə tən olmaz.
    Hər dərd bölən Qafqaz üçün sən olmaz,
    Bir dəryayam, bütöv dərdəm – siləmə!!

    25.12.2005.

  • Qafqaz ƏVƏZOĞLU. “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    Qubadlının işqalından 20 il ötür

    “Doğma yurd-yuva həsrəti” silsiləsindən

    QİSMƏTİM OLSUN

    Gözüm o dağlara calanıb, Allah,
    Dumanı – qəhərim, çəni – göz yaşım!
    Içimdə bir ocaq qalanıb, Allah,
    Qurum dura-dura alışır yaşım!

    Içimdə bir ocaq qalanıb, Allah,
    Tüstüsü burulub təpəmdən şıxır.
    Odu bir yanadır, közü bir yana,
    Külünü qaldırıb gözümə soxur!

    Içimdə bir niskil yurd salıb, Allah,
    Qışı qərar tutub yazı dolanmır.
    Indi yetim qalan gör neçə kəndin,
    Ocağı çatılmır, çırağı yanmır!

    Içimdə bir məzar boylanır, Allah,
    “Hərtiz”im, “Səngər”im başdaşlarıdı.
    Kükrəyən Bərgüşad, coşan Həkəri,
    O viran yurdların göz yaşlarıdı!

    Içimdə bir həsrət göyərib, Allah,
    Bu gələn karvanım dönmədi geri.
    Düşən yuvasından pərən durnanın,
    Naləsi tutmadı bu göyü, yeri!

    Eylə ki, qismətim qoy olsun, Allah,
    Bir də o yerlərlə mən qucaqlaşım.
    Eylə ki, qismətim qoy olsun, Allah,
    Dərəsi – məzarım, dağı – başdaşım!!

    2005.

  • İbrahim İLYASLI.Yeni şeirlər

    MİNACAT – DİVANİ

    Bir divani bağlamaqda, Xudam, kömək ol mənə,
    Saz götürüm, dərgahında izininlə söz deyim.
    Halallıqla haqqa varmaq qəsdim oldu dünyada,–
    Nəfsim çəkdi imtahana imanımı – düz deyim.

    Tapındığım Adın oldu, tanıdığım kərəmin,
    «La İlahə İlləllah!»dı cövhərində zərrəbin.
    Günahlardan yan ötmədim, ver cəzamı birə min,
    Könlüm evi abad olsun, can evimə döz deyim.

    Cazibəndə dövrəkaram, təcəllana mailəm,
    Varın, yoxun könlümcədi, şükür Sənə!– qailəm.
    Bəni-Adəm İbrahiməm, səhralarda sailəm,
    Sidqimdi Ərşi-əlada, sinəmdi köz-köz – deyim.

    YASƏMƏNDƏDI

    (təcnis)

    Nazınnan oynayar hərə bir gülün,
    Könül, sənin meylin yasəməndədi.
    Yasəməni tərpən, yasəməni din,
    Yasəməni ağla – yasəmən də di.

    İrmağa su gələr, dolar arxa da,
    Xəlq eləyən Xaliq olar arxa da.
    Atişləməz yollar qalar arxada,–
    Ya köhlənə yalvar, ya səməndə di.

    Təbib, yaram çoxdu, bir di dərməni–
    Bir doğrayar məni, bir didər məni.
    İbrahim, dərdiyin birdi dərməni,–
    Yasəmən misallın YASƏMƏNdədi.

  • İbrahim İLYASLI.Yeni şeirlər

    YA DAĞLAR
    (təcnis)

    Mənim yüküm binəsindən bəllidi,
    Çiynimdədi ya dəryalar, ya dağlar.
    Zalım fələk, nədi mənə tutduğun?-
    Hallarıma yaxın göynər, yad ağlar.

    Dost buyurdu:–od ol dedi, odam da,
    Dosta qurban ocağım da, odam da.
    Üç gündən bir müsafirdi odamda,
    Ya zülümlər, ya sitəmlər, ya dağlar.

    Sinəm üstü qəmə xırman yeridi,
    Qəm karvanı, qəsdin budu, yeri di.
    Yan, İbrahim, al kəcavən yeridi,
    Dalınca da yad qaralar, yad ağlar.

    BU ELDƏ QATIĞA QARA DEYIRLƏR…

    Bu eldə qatığa qara deyirlər,
    Burda şər çağrılır xeyirin adı.
    Bu eldə bütövə para deyirlər,
    Burda zəhrimardı şərbətin dadı.

    Gecəsi gündüzdü, gündüzü gecə
    Axşamı sabahdı, sabahı axşam.
    İlahi, dözürəm – dözürəm necə?
    İlahi görürsən – dəmirəm, daşam.

    Dillənən dilindən çəkilir dara,
    Gözü düz görənin ovulur gözü.
    Dirəyib divara, alıb hasara
    Alma qabığı tək soyurlar sözü.

    Deməzlər gözünün üstə qaşın var,
    Yamana yaxşı de, yaxşıya pis de.
    Dayanıb marıqda çəpik çalanlar,
    Haqsıza bağır de, haqlıya sus de!

    Taciri ayaqda, darğası başda,
    Qoçusu ortada kəshakəsdədi.
    Aşığı kababda, mollası aşda,
    Şairi kürsüdə gödən bəsləyir.

    Qolunu bağlayır, başını kəsir
    Daşının üstünə daş qoyanların.
    Anası ağlardı, balası yesir
    Bu yurdun uğrunda baş qoyanların.

    Çıxmır azadlığı top lüləsindən,
    Məmləkət basılır – millət götürür.
    Nə gündü – bu elin fərarisindən
    Bu yurdun qazisi minnət götürür.

    Boyaq tapılacaq qaradan artıq,
    Bu eldə qatığa ağ deyəcəklər.
    Bir az gec olacaq, qoy olur olsun,
    Görərsən – gələcək vaxt, deyəcəklər.

  • Kənan AYDINOĞLU.Şeirlər

    ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM

    Gözəlliyin önündə əriyəndən qar kimi,
    Dənələnib dünyada səpələnən nar kimi,
    Hüsnü camalına mən heyran qalan yar kimi,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    Torpağın hər daşına ruh kimi hopa-hopa,
    Bəzən ömrün bir günü tufan tək qopa-qopa,
    Camalını düşünüb mən səni tapa-tapa,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    Axı sənsiz ömrümün sevinci də kədərdi,
    Gözlərini görməsəm, şair ömrüm hədərdi.
    Deyib kədər dastanım gözüm yaşı qədərdi,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    Çəkib həsrətin sənin daşlardan süzülərək,
    Dastanlarla bu yurda ruh kimi düzülərək,
    Gözəlliyin önündə can kimi büzülərək,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    Neynim şair ürəyim doğulandan utancaq,
    Görən həsrətim axı nə vaxtı qurtaracaq?!
    Ruhum sənsiz canımı qəbrimə aparacaq,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    ALLAH özü dayaqdı bəndəyə ömrü boyu,
    Göz yaşı da torpaqdı bəndəyə ömrü boyu.
    Kənan özü qonaqdı bəndəyə ömrü boyu,
    Arayaraq dünyada göz yaşına dönürəm.

    MƏNİ ŞAİR ELƏDİ

    Sultanı sarayımın,
    Məni şair elədi.
    Fəryadı harayımın,
    Məni şair elədi.

    Ruhun ruha hopması,
    Qiyamətin qopması,
    Yarı yarı tapması,
    Məni şair elədi.

    “Cahargah”da enən bəm,
    Gözlərində kədər, qəm,
    Yanağında sevinc, nəm,
    Məni şair elədi.

    YARADANA imanın,
    Gül ətirli məramın,
    Sevinc dolu bir anın,
    Məni şair elədi.

    Gülüşün, zarafatın,
    Məna dolu həyatın,
    Dilindəki bayatın,
    Məni şair elədi.

    Gülüş dolu yanağın,
    Sevinc dolu dodağın,
    Sənin gözəl olmağın,
    Məni şair elədi.

    Güllərə bənzəməyin,
    Ömrümü bəzəməyin,
    Nazlı-nazlı gəzməyin,
    Məni şair elədi.

    Sənin hüsnü camalın,
    Gülərüzlü amalın,
    TÜRK QADINI, kamalın,
    Məni şair elədi.

  • Kənan AYIDNOĞLU.Şeirlər

    GÖZÜMÜN AĞINDA, QARASINDASAN

    Yanaqdan göz yaşı süzüləndə də,
    Dastanlar torpağa düzüləndə də,
    Həsrətdən dodaqlar büzüləndə də,
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyanın harasındasan?!

    Sevinc göz yaşına dönsəm də belə,
    Gözəlin qaşına dönsəm də belə,
    Torpağın daşına dönsəm də belə,
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyasının harasındasan?!

    Torpağın canına hopub gələrəm,
    Borana çevrilib qopub gələrəm.
    Mən səni axtarıb tapıb gələrəm,
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyanın harasındasan?!

    Yenə ərşə çatır şair harayım,
    Çələngdən hörülən uçmaz sarayım.
    Mən səni de, görüm harda arayım?!
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyanın harasındasan?!

    Yanaqdan süzülən yaşamı dönüm,
    Həsrtədən çatılan qaşamı dönüm?!
    Yurdumda dağamı, daşamı dönüm,
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyanın harasındasan?!

    Kədərlər əriyib keçsin aradan,
    Yenə dayağımdı UCA YARADAN.
    Mən səni soruşum denən haradan?!
    Gözümün ağında, qarasındasan,
    De, görüm dünyanın harasındasan?!

    KƏDƏRİ SEVİNCLƏ GÖZLƏRİNDƏN ÇƏK!

    “Çəkdim həsrətin desəm, sənə mən,
    Bəlkə inanmazsan sözlərimə sən?!”.
    Müəllif.

    Qəlbindən süzülən duyğularını,
    Mənə söylədilər o vaxtı, gülüm.
    Məndə ki, o vaxtı coşub-daşırdım,
    Dəyişdi şairin bir baxtı, gülüm.

    Səhərdən-axşama narahat qəlbdə,
    Ən incə duyğular süzülüb gəldi.
    Dastanlar qoşanda qəlbimdə artıq,
    Torpaqdan qəlbimə düzülüb gəldi.

    O gündən bu günə mənim qəlbimin,
    Döyünən, çıpınan aynası oldun.
    ALLAHA, “QURAN”a dastanlar qoşan,
    TÜRKÜN ŞAİRİNİN DÜNYASI OLDUN.

    Sevinc də, kədər də mənim ömrümün,
    Səhərə can atan xəbəri oldu.
    Sənin gözlərinə qəm ələnməyi,-
    Sevgi sarayımın kədəri oldu.

    Hər dəfə çələngdən dastan qoşanda,
    Sən düşdün yadıma həmişəki tək.
    Nə kədər, nə qüssə yaraşmır sənə,
    Kədəri sevinclə gözlərindən çək.

  • Kənan AYDINOĞLU.Şeirlər

    TORPAĞIM QƏDƏR ƏZİZ, EY HARAY ÇƏKƏN DİLİM!

    Səninlə qürurlanıb tarixi varaqladım,
    Nəsimi, Xətayidən mən səni soraqladım.
    Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Nəsiminin üsyanı, Vaqifin harayısan,
    Füzulinin qəlblərdə düzülən sarayısan.
    Dünyada hər bir türkün günəşisən, ayısan,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Natəvanın qəzəli, Ələsgərin sazısan,
    Vaqif gözəllərinin işvəsisən, nazısan.
    Mənim şair qəlbimin baharısan, yazısan,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Şəhriyar da cənubda “Heydər baba”nı yazdı,
    Zakir doğma torpaqda “Badi-səba”nı yazdı.
    Ələsgərin qoşmalarda eli, obanı yazdı,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Şimaldan cənubadək yepyeni səfər oldun,
    Tarixin sınağından çıxan al səhər oldun.
    Türkün al bayrağında yenə də zəfər oldun,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Babək, Cavanşir özü haqqında nələr dedi,
    Xətayi də “qələbən yenə tez gələr”-dedi.
    “Səni unutmağımız qəlbləri dələr!”-dedi,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    Şamdan Bağdada qədər Füzuli qəzəlisən,
    Vaqifin siyah telli, işvəli gözəlisən.
    Türkün yenə dilisən, dillərin gözəlisən,
    Torpağım qədər əziz, ey garay çəkən dilim!
    Bayrağım qədər əziz, ey haray çəkən dilim!

    DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB

    Dastanlar bu torpağa düzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
    Göz yaşına çevrilib süzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    “Subhənallah” deyincə nurlu gözləri dolan,
    Ruminin məclisində yenə ilk bahar olan,
    Dərin bir fəlsəfənin qaranlığına dalan,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
    Yanaqları lalədən, incidən daha solğun.
    Türkün övladı yenə baxanda oğrun-oğrun,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    İllərin arxasında candakı ruhu gördüm,
    “Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
    Harayı ərşə çatan fəğanla ahu gördüm,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Əhmədin məktubları sızıldadı tar kimi,
    Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
    Allahı sevən qəlbə ələndi bir qar kimi,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
    Sevdim Anam torpağı axan göz yaşı qədər.
    Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

  • Kəmaləddin QƏDİM.Yeni şeir

    ELƏ

    Nə mənim halıma acı,nə də yan,
    Nə də, mənə görə belə qəm elə.
    Dağılıb gedirəm,bir az dur,dayan,
    Yığ məni bir yerə,topla,cəm elə.

    Elə gözlərin də ayaq saxlasın,
    Olsun da bir azca dayaq,saxlasın.
    Qoyma həsrətin də oyaq saxlasın,
    Bir şirin yalan de,uyut,dəm elə.

    Olmazmı belimi büküb getməsəm,
    Beləcə batmasam,çöküb getməsəm.
    Əlimi əlindən çəkib getməsəm,
    Yaş olub gözündən süzülsəm elə…

    Mənim dürdanəmsən,dürrümsən,qadın,
    Çox da ki,gizlinim,sirrimsən,qadın.
    Ən incə,ən kövrək yerimsən,qadın,
    Səndən üzüləcəm üzülsəm elə…

    28 avqust 2013

  • Kəmaləddin QƏDİM.Yeni şeir

    Məni hələ tanıya bilmirsən,deyirsən…

    Göstər,bir dəfə də üzünü göstər,
    Könlümün qibləsin,yerin tanıyım…
    Ədanı,işvəni,nazını göstər,
    Beşin tanımayım,birin tanıyım…

    Sən sus da gözlərin dil açsın yenə,
    Üzü mən tərəfə yol açsın yenə.
    Açsın,dodaqların gül açsın yenə,
    Dərim öz əlimlə,dərim,tanıyım…

    Yığ məni əlinə,yığ al,qadınsan,
    Gəl olma bu qədər cığal,qadınsan.
    Çəkim saçlarına sığal,qadınsan,
    Darayım tanıyım,hörüm,tanıyım…

    Sən ey gözəllərin halalı gözəl,
    Deyilsən gizlində qalalı gözəl.
    Neynəyim,mən başı bəlalı,gözəl,
    Çıx bir gün özündən,görüm,tanıyım…

    29 avqust 2013

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    NAMAZ HAQQINDA MƏSNƏVİ

    İmana gəl, qıl namazı,
    Gözləmə sən gələn yazı!

    O dünyanı düşün, inasan,
    İbadət et, vardır imkan!

    Düşünmə dünya malını,
    Saflaşdır sən xəyalını!

    Xasiyyətin, mərifətin,
    Düzgünlüyün, ədalətin,-

    Verilib hədiyyə sənə,
    Tanrı bəxş edibdi sənə.

    Şeytan azdırsa, yolunu,-
    Tövbə et, düzəlt yolunu!

    Unutma sən sağ, solunu,
    Həm acı, həm yoxsulunu!

    Hər işini düz eləsən,
    Şeytanı sən ram eləsən.

    Namaza oyadar səni,
    Uzaq qaçar görsə, səni!

    İbadət eyləsən, insan,-
    Ürək rahatlaşar hər an.

    Səcdəyə gedib qalxanda,-
    Düzgün dövran edər qan da.

    Oruc tutub sən ac qalsan,-
    Acları sən anlayarsan.

    Yazdım sözüm yatanlara,
    Öz yolunu azanlara.

    Bu həyat sınaqdı bizə,
    Allah kömək olsun bizə!

    Saf ürəkdən dua edin,
    Əyri yolda da düz gedin.

  • Nemət HACIƏLİYEV.Yeni şeir

    * * *

    Həyat bir dənizdi üzəsən gərək,
    Dayansan sən boğularsan, batarsan.

    Həyat bir ağacdi kölgəsində ol,
    Getsən kənara istidən yanarsan.

    Həyat bir oyundu sınağnan dolu,
    Çaliş diqqətli ol yoxsa azarsan.

    Həyat bir imtahan əgər ki bezsən,
    Açıb sən Quranı varaqlayarsan.

    Həyat bir sevgidi, sevgidə həyat,
    Yadına salıb məni ağlayarsan.

    Həyat bir həyatdı yaradıb Allah,
    Düşünməki dünya malı udarsan.

    Həyat bir nərdivan üstündə Nemət,
    Üzülmə gah enib, gah da qalxarsan .

  • Şərif Ağayarın “Xanım T.” kitabı işıq üzü gördü

    1174410_526846697368988_715800277_n

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Xanım T ” adlı növbəti kitabı “Yazıçı” nəşriyyatı tərəfindən 174 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin qələmə aldığı 39 hekayət toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.

  • Elnurə AĞAZADƏ.Mənsur şeir

    MƏHBUS QADIN

    Barmaqliqlar arasinda məhbus ömrü yaşar qadin…məhbus qadin.hər gün eyni həsrət ilə zindan pəncərəsinə düşən zəif günəş şüasina baxar qadin.məhbus qadin.
    Bir zamanlar keçərdi o billur ayna qarşisina…
    Indisə haradansa əlinə keçmişdi siniq ayna parçasi.yenə eyni həvəslə özünə baxmaq istər qadin..nəsə fikrindən keçirsə…kənar edir o aynani…kimin üçün?…bəzənir axi o kimin üçün? Pəncərə daş divarlar üğünmü…ya da onun kimi eyni dərdli məhbus qadinlar üçünmü?…
    Bir zamanlar bəzənərdi yari üçün cani üçün.o yar indi bir başqa yar qoynundadir…məhbus qadin.
    Daş divarlar arasinda gətirmişdi o körpəsin dünyaya.körpəsin oyuncaği məhbus qadinin dəmir çarpayi başliqlari…məhbus qadin…ömürlük həbsə möhtac qadin…gənc bir gəlin idi…qari oldu daş məhbəsdə…ayirdilar onu zorla övladindan.bala dərdi…məhbəs dərdi…məhbus qadin.dərd belini bükən qadin.
    Namuslu bir qadin olmaq arzusuyla ehtirasa zərbə vuran qadin…adi qar üstünə qara palçiq ləkəsi tək iz qoyan qadin.
    Balincinin altinda büküb saxlar o ərinin rəsmini…sadiq bir qadin kimi.
    Xəyanət etməməkçin bir ehtiras çirkabina düşməməkçin öldürmüşdü bir kişini.qatil olub namus üctə.sadə qadin…əri yatir ismətsizlər qoynunda.məhbus qadin.
    Quru çörək möhtacidir indi qadin.bahar gələr…agaclar tumurcuq bağlar…dağlar bənövşəyə bürünər…boynu bükük bənövşəyə…qizilgül bağlarda bülbül nəğməsiylə nazlanar…məhbus qadin…bir zamanlar yari ilə bağlardi dağ döşündə o bənövşə..çağirardi yari onu boynu bükük bənövşə…doğum günü qizilgül olardi hədiyyəsi.
    Indi xəbərsizdi…baharin gəlişindən…məhbus qadin…yaziq qadin..kimdir o?günəş şüasina həsrətdir o…hələ diri,lakin çoxdan ölüdür o…məhbus qadin..yaziq qadin

  • Elnurə AĞAZADƏ.Mənsur şeir

    SƏNİ KİMSƏ MƏNİM QƏDƏR SEVƏ BİLMƏZ

    Sənə elə inanmışdəm ki,bir gün xəyanət edə biləcəyin hec ağlıma gələrdimi?Səni elə sevmişdim ki,bir gün nifrətə çevriləcəyini düşünərdimmi ? Sənə…Sənə elə bağlanmışdım ki,bir gün vüsalın hicran olacağını bilərdimmi? Doğurdanmı elə bilirsən əğyar mənim qədər səni… sevə bilər?…Heç kim ,heç vaxt heç zaman mənim qədər səni sevə bilməz.Məni səndən çox kimsə sevə bilər.Amma mənim qədər səni kimsə sevə bilməz.Bilirsənmi?Mən səni anan qədər sevdim… anan qədər.Mən səni sevdiyim gündən bu günə qədər hər gün hər saatının hər dəqiqəsində adın dodaqlarımdadır.Hər yerə adını yazıram,bir ağac budağına,bir dənizin sahilinə,yatağıma,yastığıma adını yazıram.Günəşə sən deyirəm,aya sən deyirəm,ulduza sən deyirəm.Səhəri sənlə açıram,gecə olur…Gecəyə səndən danışıram,səhər olur…Gülə səni bənzədirəm,yarpağa gözlərini,çiçəyə ətrini. Xəstə oluram ağrılar ağrıtmır məni,yadıma sən düşürsən ağladırsan məni.Hər gün sənə dua edirəm…anan qədər.Bəlkədə anandan artıq.Uğurların çox olsun.Xoşbəxtlik sənlə olsun.De,bu qədər sevdimi əğyar səni? Gəncliyimi puç etdimi söylə mənə? Qara saçın ağartdımı söylə mənə? Cavan ikən qocaldımı söylə mənə? Kor etdimi səndən ötrü gözlərini söylə mənə?Səni sevdim anan kimi inan mənə.Bir az fəqli sevdim səni mən anandan.Səni anan dünyaya gətirdi.Mən səni gərdükdən sonra dünyaya gəldiyimi sandım.Anan sənə olan sevgisini sənə hiss etdirdi.Saçlarını oxşadı,gecələr yatağına yaxınlaşıb üzərini örtdü.Evə gəldiyin an çayını,yeməyini hazırladı.Evdən getdiyin zaman narahat oldu.Fəxr etdi sevincinə,göz yaşı tökdü kədərinə.Səni ananın sevgisindən xəbərdarsan,bu sevgidən bəxtiyarsan.Mən anandan bir az fərqli sevdim səni.Ananın toxundoğu saçlarına mən toxundum xəyalımda,röyalarda…Gecələr yatağına gəlib üzərini örtdüm bir ruh kimi.Xəyalımda sizin evin gəlini oldum.Evə gəldin ,çay dəmlədim…hazırladım yeməyini…bir köıgə tək izlədim evə gedib gəldiyini…Sən sevgimdən xəbərsizkən mən fəxr etdim sevincinə…uğuruna.Səni sevdim anan kimi.Bir az fərqli sevdim səni mən anandan.Mən sənsiz yaşadım.Həsrətinlə hər gün,hər saat yandım,yandım,hicranınla alovlandım.Hərr gün sənsiz ağladım…Anan sənsiz ağlamadı mənim qədər.Sənsiz yaşayıram.Sənsiz bitəcək ömür belə…İndi razısanmı? Heç kim heç zaman mənim qədər sevmədi səni,sevə bilməz.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    ***

    kimsə bilməz qəlb sirrimi
    könül evim dərdən oyuq
    qəhərlənəndə gülürəm
    elə bilrlər dəliyəm
    Qocalıram mən gənc ikən
    Ağardıram qara saçı
    Sızıldayır yaralarım
    Həb almadan mən təbibəm
    İşıqsızdır gündüzlərim
    Çıraqsızdır gecələrim
    Yarı yolda qaldı eşqim
    Aya həsrət mən günəşəm
    Heç bir arzuma çatmadım
    Ümüdümdən kam almadım
    Ay allah hələ ölmədim
    Diriykən ölü bəndənəm
    Dilə gəlmədi heç istəyim
    Bağda soldu çiçəklərim
    Harda qaldı ilk istəyim
    Yardan küskün bir qəribəm

    Elnurəyəm sazsız sözüm
    Haqdan gəlir hər bir dözüm
    Bu dünyanın sonu ölüm
    Haqqa üz tutb gedənəm

    GÜLƏM

    Məhəbbət bağından sən məni dərdin,
    Ətrimi duyub da tez də itirdin.
    Güllərin içində sevgi bitirdin,
    İndi mən səninçün solan bir güləm.

    Məhəbbət bağına xəzan gətirdin,
    Baharı gəlmədən boran gətirdin,
    Sən mənim ömrümə hicran gətirdin,
    Hicranın əlindən bezən bir güləm.

    Məhəbbət bağının tər qönçəsiyəm,
    Ətirli güllərin ən incəsiydim.
    Bül-bülün cəh-cəhi xoş nəğməsiydim,
    Bül-bül cəh-cəhinə həsrət bir güləm.

    Məhəbbət bağında ləçək açmamış,
    Arzusu, muradı başa çatmamış,
    Eşqin də könlümdə büsat qurmamış,
    Sənə “Vida!”-deyib ölən bir güləm…!

  • Elnurə AĞAZADƏ.Bayatılar

    BAYATILAR

    Əzizim tikanı var,
    Gül üstə tikanı var
    Hər paxılın qəlbində,
    İynə tək tikanı var

    ***

    Əzizim butası var,
    Gül üstə butası var
    Xalçanın da üstündə,
    Naxışlı butası var

    ***

    Əzizim mesajı var,
    İl k sevgi mesajı var
    Yarımın telfonunda,
    Bir yığın mesajı var

    ***
    Əzizim qara gözlər,
    Billur tək qara gözlər
    Ağlımı başdan aldı,
    Çatma qaş qara gözlər

    ***

    Mən aşiq halaya gəl,
    Toy olsun mağara gəl
    Talış qızlar yığılsın,
    Yallı desin halaya gəl

    ***

    Mən aşiq qara gözlər,
    Məndəki qara gözlər
    Aşiqdə can qoymadı,
    İşvəli qara gözlər

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    QIZLARA NƏSİHƏT

    Bir baxışa allanıb,
    Ömrünüzə qıymayın
    Qönçə kimi budaqda ,
    Siz gül kimi solmayın
    Kiminiz ehtirasa ,
    Kiminiz şan-şöhrətə,
    Kiminiz var-dövlətə,
    Allanıb satılmayın
    İsməti para-pula,
    Qisməti əyri-yola,
    Ömürü yarı yola,
    Gətirib çatdırmayın
    Siz Leyli yadigarı,
    Siz Həcərin övladı,
    Siz Azəri övladı
    Yad ölkəyə uymayın.

    BACILARIM

    Bir aynaya baxsam əgər
    Bənzərimi görmək üçün
    Mənəbənzər bu dünyada
    Yalnız oxşar bacılarım

    Hər biri bir gözəl bəri
    Vardır anama bənzəri
    Qardaşlara can deyəni
    Gözəl göyçək bacılarım

    Könül bənzər qızılgülə
    Gülər sanki tər laləyə
    Elnurədə yasəmənə
    Birçələngdir bacılarım

    Atama ürək yandıran
    Anamın həmdərdi olan
    Mənə həmsirdaç olan
    Can parçamdır bacılarım

    Ulduzları işıq saça
    Allahımdan istəyimki
    Xoçbəxt olsun bacılarım

  • Baloğlan CƏLİL.Yeni şeir

    Sənin pəncərəndə göyərən ağac

    Bu körpə,balaca, inadkar yolun
    Kökü gözlərimin yaşını dərib.
    Döşənib ayağın altına sənin,
    Sənin pəncərəndə gəlib göyərib.

    Sənin pəncərəndə göyərən ağac,
    Hər gecə dəhşətli yuxular görür.
    Yastığın üstünə dağılmış saça,
    Yorulmuş qoluna baxıb hönkürür…

    Gecə köynəyinin yaxası açıq,
    Bəyaz göyərçinlər az qala uça.
    Sanki qəfəsindən çıxmaq istəyir,
    Qoşa qanadları gərilib azca.

    Pəncərən önündə bitən ağacın
    Hər səhər quruyur qol-budaqları.
    Həsrətin çəkməkdən çəkilib suyu,
    Dur götür baltanı qır budaqları.

  • Baloğlan CƏLİL.Yeni şeir

    YAŞAYIR

    (Böyük şairimiz M.İsmayılın yubileyində deyə bilmədiyim şeir)

    Səni unudammaz bu dağ, bu dərə,
    Çoxun çırpılsa da, azın yaşayır.
    Göylərə uçsa da, şair dostların
    Hamının sözündə izin yaşayır.

    Gözəl xatırlayır «Natəvan» səni,
    O masa, o kürsü, o tavan səni.
    Həsrətlə gözləyir yurd-yuvan səni,
    Kül örtmüş ocaqda közün yaşayır.

    Taleyi ovcunda yazılan şair,
    Sözləri yüz cürə yozulan şair.
    Vətəndə sözündən asılan şair,
    Qürbətdə ömrünü qızıl yaşayır.

    İçində boylanır bir kənd uşağı,
    Qar kimi saflıqdan var yaraşığı.
    Şükür ki, yurdunda yar yaraşığı,
    Oğuldan qeyrətli qızın yaşayır.

    Məni də bu dünya üzüb, üzdürüb,
    Hayıf o yerlərdən, hayıf, küsdürüb.
    Baloğlan adını Məmməd yazdırıb,
    Gedərəm, bilsəm ki, sözüm yaşayır.

  • Elnurə AĞAZADƏ.Hekayə

    KİFİR QIZIN GÖZƏLLİYİ

    Həyatında ən böyük düşməni ayna idi.Bəli…ayna…xüsusən qadın və qızların öz gözəlliyinə baxmaqdan doymadığı ayna onun görmək istəmədiyi düşməni idi…O dünyaya gələndə adını Günəş qoymuşdular.Dünyada gözəlliyinin tayı-bərabəri olmayan yeri-göyü öz nuruna qərq edən günəşin adaşı idi.Ancaq o bu adla fəxr etmirdi.Əksinə çox utanırdı.Çünki onun günəş adına ,günəş gözəlliyinə bir azda olsa bənzəri yox idi.Günəşdən çox qorxunc nağıllardakı
    əfsanəvi div qəhrəmanlarına bənzəyirdi.çox kifir görnüşü vardı.Kifirdə var kifir…Dümağ dərisi başdan ayağa qəhvəyi rəngli çillə örtülmüşdü.Boğaz ətrafı qırmızı rəngində ləkələrlə bürünmüşdü.Böyük ağzındakı qabarıq dişləri nazik dodaqlarından hətta örtülmüş halda görünürdü.Yekə burun pərələri yanaqlarına sallanmışdı.Qoyun tükünə bənzər cod sarı saçı və qaşları vardı.Ailədə nə ata anasına nədəki bacı qardaşına bənzəyirdiAta nənəsinə bənzəyirdi..Bəzən ailəlikcə bir şənliyə gedəndə o getməzdi. Çünki dəfələrlə anasından onun adını soruşanlar Günəş adını eşitdikdə həmin insanların təccüb dolu baxışlarını və süni gülüşlə kənara çəkilərək:-aaa Günəş,Günəşə bax-xısın xısın gülürdülər.Yaşıdları da görnüşünə görə onunla ünsiyyət qurmaz,onun yanında daima öz gözəlliklərindən qürrələnirdilər.Ancaq bu kifir qızın..Günəşin çox gözəl xasiyyəti vardı.Bütün gözəl xasiyyətlər onda cəmlənmişdi.Sanki zahiri görnüşüdə gözəlliyi daxilində idi.Günəşin bir gözəl istedadı da vardı.Gözəl rəsm çəkirdi.Sanki zahirində tapmadığı və zövq ala bilmədiyi gözəlliyi rəsmlərindən alırdı.Dərslərini də yaxşı oxuyurdu.Xüsusən rəsm dərsinə diqqət yetirirdi.Zaman keçirdi Günəş böyüyürdü.Getdikcə zahiri görnüşündə kifirlik çoxalırdı.xasiyyəti isə daha mülayim və səbirli olurdu.Bütün fikrini təhlilinə yönəltmişdi.İndi ona təccüblə baxan insanlardan utanmırdı.Görünüşü haqda deyilənlərə qulaq asmırdı.Qarşısındakı məqsədə çatmaq üçün çalışdı.Orta məktəbi əla qiymətlərlə bitirdi.qabliyyət imtahanıyla rəssamlq akademiyasının boyakarlıq ixtisasına yiyələndi.
    Bir gün xarici ölkələ birində qənc rəssamların haqqında müsabiqə elan olundu.Mövzu məhdudiyyəti yox idi.Kim nə istəyirdi çəkə bilrədi.Günəşdə bu yarışmada yarışacaqdı.O müsabiqə üçün nə çəkəcəyi barədə otağının pncərəsi önündə fikirləşirdi.Göylər qızı şüasını pencərənin şüşəsindən keçirərək Günəşin yorğun gözləriylə oynayırdı.Birdən Günəş sevincək halda sanki Günəşin şüasını titmaqistədi.
    O rəsmə heyrətlə baxırdı.Dənizin isti qumu üzərində dincələn öz rəsmini çəkmişdi.Bəli bu onun özü idi.Əgər ekiz bacısı olsaydı bəlkə belə oxşamazdı.Yarışa dünyanın birçox ölkələrindən gənc rəssamlar qatılmışdı.Rəssamlar çox gözəl əsərlər yaratmışdılar.Dünyanın məhşur şəhər və abidələrini öz əsərlərində canlandırmışdılr.Günəş öz fikrində öz əsərini onlarla müqayisə etdi.Onun əsəri necədə adi sadəidi.Özlüyündə qəti əmin oldu ki o qalib gəlməyəcək.Hətta yarışmağaqatılıdğ üçün peçimançılıq da çəkdi.Nəhayət münsiflər qalibin adını dedilər…Günəş Rəhimli.Bəli birinci yerin qalibi Günəç idi.Yarışda dənizdə günəşin qızmar şüası altında dincələn Günəçin rəsmi qalib olmuşdu.Hamı onu təbrik edirdi.Hətta ən məhşur insanlar.Onunla şəkil çəkdirirdilər.Rəsmin yanında isə növbə idi.Günə qalib mükafat ilə salondan keçərkən bir ayna qarşısında dayandı.Salonun pencərəsindən günəşin zəif şüası aynadan onun baxışlarıyla oynayırdı.Günəşim şüası o qədər də parlaq deyildu.ətta Günəşə elə gəldi ki adaşı göylər qızının şüasıonun gözlərinin parıltısından da zəifdir.Günəş aynaya baxaraq gülümsəyirdi.Ömründə ilk dəfə idiki aynadan məmun idi
    Susuzluq.Yayın isti günlərində insan yalnız susuzluğunu təmin etmək istəyir.Küçədə rastlaşdığım insanların əlində və ya tutduğu çantasında mütləq sərinləşdirici suları görmək olur.Kimisi günəşin qızmar istisini dəf etmək üçün ətrafındakıları belə unudaraq sərin içki şüşəsini başına çəkir,kimisi sərin su şüşəsini üzünə dayayaraq sanki günəşdən yanar dərisini sərin şüşəylə soyutmaq istəyir.Mən də soyuq su almaq üçün marketə daxil oldum.Marketdə çoxlu alıcı vardı.Aldıqları ərzaqların da yanında sərin su.Mən sitrus meyvələri sevdiyim üçün məhz həmin meyvələrdən hazırlanan şirəni almaq istəyirdim.Bu zaman maqazaya bir qadın daxil oldu.Bir çiynində zənbil,həmin əlini açaraq dilənirdi.O,bir əliylə isə bir oğlan uşağının əlindən tutmuşdu.Qara,hündür,kök həmin dilənçi qadın alıcılara yaxınlaşaraq müxtəlif yalvarışlar,dualarla nəzir istəyirdi.Əliylə tutduğu oğlan uşağının əynində kirli cırıq ağ mayka,parçalanmış rezin ayaqqabı vardı.Ayaqqabının dabanları gəzməkdən tamam yeyilmişdi.Qarabuğdayı yeddi-səkkiz yaşlı həmin oğlan uşağının məsum sifəti vardı.Alıcılardan kimisi dilənçi qadına qəpik pul verir,kimisi isə yoxdur-deyərək soyuqqanlıqla rədd edirdilər.Satıcı isə hirslə:-ay arvad,çıx get burdan qoy işimizi görək.Rədd ol.Qadın sanki onları eşitməyərək,alıcılara yaxınlaşaraq:-Balam acdır.Rəhminiz gəlsin.Satıcı daha da gur səslə:_rədd ol ay qadın.Elə etmə polis çağırım.Piştaxtanın o tərəfindən sanki qadının üstünə cumacaqdı.Satıcı üzünü alıcılardan birinə tutaraq:-nə sırtıq şeydi.Ağzında qızıl dişi,utanmır dilənir.Yaşlı bir alıcı qadın:-Əşi bunlarda utanmaq abır-ismət nə gəzir?.-deyərək ağzını büzdü. Bu səs-küy içində mən ancaq kiçik yaşlı oğlana baxırdım.Onun dodaqları qurumuş,partlamış torpağa bənzəyirdi.Partlayan dodaqlarda qan ləkəsi vardı.Yazıq oğlan…Onu o tərəfə bu tərəfə sürüyən anasının arxasınca sanki yerimirdi,sürünürdü…Gözlərinin içi günəşdə gəzməkdən yaşlı qocaların gözləri kimi yorğun idi.O ancaq soyuq sulara baxırdı. Maqazada valideyinləriylə gələn onunla yaşıd qız və oğlan yaşıdları da vardı.Həmin körpələrin gözəl geyimi,qırmızı yanaqları,dodaqları vardı.Həmin uşaqların əlləri su və şirniyyatla dolu idi.Mən özümü unudaraq bir neçə cür şirniyyat və sərin su alaraq ona yaxınlaşdım.Onun bərabərində aşağı əyilərək aldıqlarımı ona uzatdım.Oğlan təəcüb dolu baxışlarla gah mənə,gah da anasına baxırdı.Mən isə onun gözlərində talehinin yazısı olan çətinlikləri görürdüm.Onun üzü bir anda təbəssümlə örtüldü.Lakin o mənim ona verdiklərim içərisində sərin suyu tez alaraq açmaq istəyirdi.Mən tez suyu açaraq ona verdim.O,suyu başına çəkdi.Mənim isə həmin an gözüm önündən nələr keçirdi.Gözüm önünə dünyada susuzluqdan əziyyət çəkənlər gəldi.Afrika,Somali vilayətində gündə nə qədər uşağın susuzluqdan ,aclıqdan ölməsi,göz önümdən keçirdi.Xocalıda öldürülən körpələr meşədə ac,susuz can verənər ,dünyadakı bütün insanlar su üçün çətinlikləri göz önümdən keçirdi.Su…susuzluq…Sonuncu peyğəmbərim,dinimdə atam Məhəmməd(s.ə) peyğəmbər nəvəsi İmam Hüseyn dövründəki susuzluq… Mən ağlayırdım.Gözümdəki yaşlar üzü aşağı axırdı.Uşaq boş su şüşəsini əlində tutaraq təəcüblə baxırdı.Amma gözləri gülürdü.Oradakı uşaqlar kimi…Sevinclə mənə sağ ol dedi.Anası isə dualar edirdi.Oradakıların təəcüblü baxışı altında ayağa qalxdım…sanki yerimirdim…Sürünürdüm.

  • Şərif AĞAYAR.Həyatı və Yaradıcılığı

    7530

    Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2013-dək).

    Həyatı

    Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və “Panarama” qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb.

    Fəaliyyəti

    2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün “Yeni Azərbaycan” qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda “Kino+” qəzetinin baş redaktoru təyin olunub.
    1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi “Xəlil Rza Ulutürk” mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı”na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.
    2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.
    2003-cü ildə “Vektor” Elm Mərkəzinin təşəbbüsü ilə “Səhra məsnəvisi” adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən “Kərpickəsən kişinin dastanı” povesti və “EL” nəşriyyatında “Aftafalı antrakt” proza kitabı, 2011-ci ildə “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasından “Haramı” romanı, 2013-cü ildə “Zero” nəşriyyatının “Cib kitabları” seriyasından “Pozuq fotoşəkillər” şeirlər kitabı və “Yazıçı” nəşriyyatında “Xanım T.” hekayətlər kitabı çap edilib.
    2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. Hazırda redaktor kimi fəaliyyət göstərir.
    Yaradıcılığı[redaktə]
    Yazdığı xalq şeirləri və epik şeirlər (“Namaz”, “92-nin mayı”, “Palata”, “Qardaş”, “Mizrab dırnaqları boyasız”, “Sivilizasiyon”, “Küləklərə qarışır ahım”, “Pişikgöz Anar” və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib.
    Eyni zamanda “Daxal”, “Dimanın qeydləri”, “Evimiz”, “Balabəy”, “Corcinin evi”, “Anaxanım”, “Laçınsız ilk gün”, “Mənə elə gəldi ki, gülməli əhvalat danışır”, “Hərbi-siyasi məsələ” hekayələri, “Kərpickəsən kişinin dastanı” povesti, “Haramı” romanı gənc nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib.
    Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Qanturalı, Elnarə Akimova, Elnarə Tofiqqızı, Nərmin Kamal, Sima Ənnağı, İradə Musayeva, Kənan Hacı, Cəlil Cavanşir və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar.
    Əsərləri adətən www.kultaz.com saytında yayımlanır. Saytın kitabxanasında bir neçə hekayəsi yerləşdirilib.

    TÜPÜRMƏK

    Tüpürmək insanın mənəvi aurasına ən kəsərli müdaxilə üsuludur.

    O həm də strateji manevrdir. Görmürsünüzmü, Şekspir, Cavid, Səməd Vurğun və yaxud teatr pafosu ilə yazan digər dramaturqlar birdən qayıdırlar ki, tfu sənə ey, nə bilim nə! Tfu!!! Söz bir az səs effektindən zəifdir. Başqa xalqları bilmirəm, bizdə ürəkdən gələn tüpürcəyin səsini sözə çevirmək mümkün deyil. Bəlkə elə ona görə biz yaxşı tüpürə bilmirik!

    Rəvayətə görə Teymurləng İldırım Bayazidi əsir alandan sonra onu qızıl qəfəsdə saxlayır, böyük hörmətlə yanaşırmış. Hərdən kefinin saz vaxtı çağırıb dünyanın gəliş-gedişindən sorğu-sual edir, onu ələ salırmış. İldırım Bayazid də balaca adam olmadığı üçün öldürücü tənələrin altında boyun bükmür, mümkün qədər qürurunu saxlamağa çalışırmış. Bəzən yürütdüyü ağıllı müddəalar Teymurun xoşuna gəlir, xoşuna gəldikcə bu qoca, şikəst və xəstə manyak daha da əsəbləşir, əsəbləşdikcə öz sultan-əsirini daha artıq alçaltmaq istəyirmiş. Bir gün Bayazid nə deyirsə, Teymur dözmür, qəzəblə onun sifətinə tüpürür. Bayazidin ürəyi partlayır!

    Təsəvvür edin, o boyda taxt səltənəti yerlə-yeksan olan üstəlik quş kimi qəfəsdə bəslənən cahangir bütün bunlara dözür, adi bir tüpürcəyə yox! Yaxud Cəlalın məşhur filmdə haqlı olaraq Gəray bəyin üzünə tüpürməsi… Bu sütül oğlan hər şeyini kayb edib əzabla öldürülsə də, adi bir jestlə gözümüzdə qalib olaraq qalır. Gör bu yerdə nə yadıma düşdü: hansısa ölkədə uzağa tüpürmək yarışı keçirilir. Şəxsən mən insan münasibətlərinə ciddi təsir edən bu mayenin belə boşuna axıdılmasının tərəfdarı deyiləm.

    Başqa bir rəvayətdə mənim kimi əbləh azarkeşlər ərinmədən Aristoteli bir milyonçunun evinə qonaq aparırlar. Bəlkə də yazıq filosof heç getmək istəmirmiş… Milyonçu qızıla qərq olmuş sarayı ilə öyünür, hər köşə-bucağı böyük filosofa öz üstünlüyünün xüsusi əlaməti kimi təqdim edir. Birdən Ərəstun kişi, eləmə tənbəllik, milyonçunun üzünə tüpürür. Və əlini sifətinə aparıb sual dolu nəzərlərini ona dikən ev sahibinə deyir:

    – Müəllimlərim mənə öyrədiblər ki, tüpürcəyin gələndə, ən natəmiz yerə tüpür, incimə, mən sənin evində sifətindən daha idbar bir yer görmədim.

    Bu əhvalatı isə həqiqətən baş verdiyi üçün heç vaxt unutmuram: Məmmədəmin Rəsulzadədə şəkər xəstəliyi varmış və ağzı quruduğundan tez-tez tüpürürmüş. Hadisələrin dramatikliyi nakam liderin səhhətinə pis təsir edir və tüpürcəklərin sayı artmağa başlayır. Onunla təzə tanış olan gənc bir xanım bu adətinin səbəbini soruşanda Rəsulzadə gülümsəyir:

    – Biz bu dünyaya tüpürə-tüpürə gəlmişik, tüpürə-tüpürə də gedəcəyik…

    Qaynar.info

  • Saqif QARATORPAQ.Şeir

    METENİ GÖRDÜM DÜNƏN

    Əkbər Qoşalıya

    Meteni gördüm dünən,
    Köçəsgərə gəlmişdi,
    Qucaqlaşdıq, görüşdük.
    Üst-başından, saçından
    Yovşan qoxusu gəldi,
    Təzə yağmış qar ətri,
    Turan qoxusu gəldi.

    Meteni gördüm dünən,
    Köçəsgərə gəlmişdi,
    Əlini sıxdım onun,
    Ürəyim dağa döndü,
    Qayalar çiçəklədi,
    Səhralar bağa döndü.
    Şükr elədim Tanrının
    Kərəminə, lütfünə,
    Yuxularım çin oldu.

    Meteni gördüm dünən,
    Köçəsgərə gəlmişdi,
    Tanrı nuru üzündə,
    Dünyanın dərdi-qəmi
    Gözəlləşdi gözümdə.

    Meteni gördüm dünən,
    Köçəsgərə gəlmişdi,-
    Tonqallar çatmaq üçün
    Haçadağın başında!
    Millət yumruğa dönər
    Dağ dağa qovuşanda!

  • Sevinc HƏMZƏYEVA.Yeni şeirlər

    * * *

    Bir gilə su!
    Bir udum hava!
    Bir ovuc torpaq!
    Bir parça işıq!
    Bir sən!
    Bir mən!
    Atəşlər içində cismim yananda
    Bir gilə suyum ol, bu yetər mənə!
    Sənin həsrətindən mən boğulanda
    Nəfəs ol, hava ol, bu yetər mənə!
    Yerə dirənən ayaqlarıma
    Güc veərn torpağım,
    möhkəm dayağım…
    Zülmətə qərq olan tənha dünyamda
    Şəfəqim, işığım, sən yaraşığım…
    Bu yetər mənə!..

    * * *

    Xatirələr daha şirin olur…
    Bilirsən niyə?
    Çünki orda hələ ümid yaşayır
    Hər şeyin xoşbəxt sonlulqa bitəcəyinə..
    Sənin o xatirədə yaşayan parçan da
    Hələ sevimlidir…
    əzizdir…
    bilirsən…
    insan yaşla böyüməkdən başqa
    başla da böyüyür…
    təcrübəsiylə böyüdüyü kimi
    qəlbi ilə də böyüyür…
    sən hələ də balaca qaldın…
    əgər bütün bunlara rəğmən sadəcə körpə olsaydın…
    yenə də şirin
    sevimli olardın…yəqinsiz…
    amma sən kiçildin…
    bilirsən…
    yağışı sevirəm deyərkən ondan qorunmaq
    sevmək deyildir heç də…
    sən tikan
    leysan kimisən…
    bilirsən…

    amma bilmədiyin bir şey var…
    şirin xatirələrin üzü buz olub….
    mən heç vaxt yayı sevməmişəm….

    Sel hər zaman dağıdan olub
    mən yağmurlu payıza meyllənmişəm…
    bildinmi?
    Səndə kiçik olan mənin də mənə əzizdir…
    Bilirsən???
    Bilmədin…

  • Kənan AYDINOĞLU.Yeni şeir.

    YENƏ ÖMÜR UZUNU TANRI SƏNƏ YAR OLSUN!

    Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası, TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla!

    Məndən şeir istədin, istəməyə haqqın var,
    Yenə ömür uzunu TANRI sənə yar olsun!
    Gözəl körpə balanın gözlərinə ələnən,
    Bir nur damlası kimi dümağ, dümağ qar olsun!

    Sevincdən gözün yaşı yanağından süzülsün,
    Gözəlliyi torpağın bax, canına düzülsün.
    Gözəlliyi önündə təbiətim büzülsün,
    Gözəl TÜRKÜN OĞLUNA GÖZƏLLİKDƏ YAR OLSUN!

    Axı TÜRKÜN QIZINA torpaqda ehtiram var,
    Gözəlliyin rəmzinə yanaqda ehtiram var.
    ALLAH deyən kəlməyə dodaqda ehtiram var,
    Gözəlliyin nişanı körpə bala var olsun!

    Demədim ömrü boyu inildəsin saz kimi,
    Gözəlliyi gözəldi işvə kimi, naz kimi.
    Gözəlliyin nişanı gözəl fəsil yaz kimi,
    Dodaqlardan süzülən nəğmə kimi tar olsun!

    Yaşanan gözəl ömür yenə keçməsin hədər,
    Sevinci sevinc olsun axan göz yaşı qədər!
    Dağılanda gözündən həsrət, ayrılıq, kədər,
    Yenə ömür uzunu TANRI özü yar olsun!

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    MƏN YOX OLUM

    Gecə olsun,
    Bir otaqda bir şam olsun,bir də mən.
    Ağlasın şam öz eşqinə
    Ona vurğun pərvanəyə
    Ağlayım mən öz eşqimə
    Həsrət sənə çəkdiyimə
    Ağlasın şam,ərisin şam yox olsun şam
    Mən əriyim,mən yanım,mən yox olum
    Bir gül olsun
    Bülbülündən ayrı düşən bir gül olsun
    Ağlasın gül,ağlayım mən
    Ağlasın gül,solsun gül,yox olsun gül.
    Mən ağlayım,mən də solum,mən yox olum
    Dalğa olsun,
    Dənizindən ayrı düşən,dalğa olsun
    O ağlasın,mən ağlayım
    O,ağlasın buxar olsun qum sahildə
    Ağlayım mən,kor etdiyin gözlərimə
    Ağlayım mən…yox olum mən
    Ölüm olum…torpaq olum,
    Mən yox olum.
    Sən bilmədən…sən xəbərsiz mən yox olum!

    QIZLARA NƏSİHƏT

    Bir baxışa allanıb,
    Ömrünüzə qıymayın
    Qönçə kimi budaqda ,
    Siz gül kimi solmayın
    Kiminiz ehtirasa ,
    Kiminiz şan-şöhrətə,
    Kiminiz var-dövlətə,
    Allanıb satılmayın
    İsməti para-pula,
    Qisməti əyri-yola,
    Ömürü yarı yola,
    Gətirib çatdırmayın
    Siz Leyli yadigarı,
    Siz Həcərin övladı,
    Siz Azəri övladı
    Yad ölkəyə uymayın.

  • Elnurə AĞAZADƏ.Yeni şeirlər

    SEVƏCƏYƏM QƏBRƏ KİMİ

    Bilirəm ki çox sevirsən,
    Dərd çəkirsən bu sevgidən
    Mesajlarında həsrət var,
    Darıxırsan mənim üçün sən.

    Hələ çox var toy gününə,
    Bir il qədər sanki bir gün
    İnan canım hər bir hissi,
    Keçirdirəm sənin kimi

    Gündüz uzun gəlmir gecə,
    Gecə uzun bitməz sanki
    Yuxumdada xəyalınla,
    Açıram mən səhərimi

    Darıxma sən canım mənim
    Çox qısadır hicran ömrü
    Həsrəti tez yox edəcək,
    Sevgimiz var axı bizim.

    Bilirəm ki çox sevirsən,
    Mən səni sevdiyim kimi
    Bilirsən ki çox sevirəm
    Sevəcəyəm qəbrə kimi.

    BACARMAYIR O SEVMƏYİ
    Eşqə düşüb yazıq yaman,
    Oğrun –oğrun baxır aman
    Ürəyi sevgidən yanan,
    Bacarmayır o sevməyi
    Cavabsızdır mesajları,
    Ünvansızdır məktubları
    Qərarsızdır sevdaları,
    Bacarmayır o sevməyi
    Dolaşır dili görəndə,
    Yer axtarır gizlənməyə
    Bacarmayır o sevməyi,
    Çox sevir yarın canından,
    Gətirməyir sevgi dilə
    Əriyir o bir şam kimi,
    Bacarmayır o sevməyi.
    Qəlb odlanır sevgisindən,
    Addımları uçur sanki
    Özündən çox sevir yarın
    Bacarmayır o sevməyi
    Yar gözləyir hara getsə,
    O izləyir hara getsə
    Aça bilmir sevgisini,
    Utancından deyə bilmir
    Bacarmayır o sevməyi
    Eh eşqə düşüb çarəsizki,
    Nə etsin qismətsizki

    Təsəlliz ümüdsüzki,
    Necə sevir qədirsizki
    Bacarmayır o sevməyi

  • Əlirza HƏSRƏT.Həyatı və Yaradıcılığı

    Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuta səhifələrində şeirləri dərc olunmaqdadır.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı, “Cənub bölgələrinin ədəbiyyatı” bölməsinin Baş redaktoru seçilmişdir.
    İxtisasca mühəndis-texnoloqdur.Altı şeir kitabının müəllifidir.Respublikanın bütün ədəbi orqanlarında ədəbi-bədii nümunələri çap olunur.Şeirləri dok.professor İsa KAYACANIN məsləhəti ilə dəfələrlə Türkiyə mətbuatında dərc olunub.Bir sıra almanaxlarda şeirləri bir neçə dəfə dərc olunub.Şeirlərinə müsiqi bəstələnib.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2009-cu ildə AYB-nin keçirdiyi “Qadınlara həsr olunmuş ən yaxşı şeir” müsabiqəsinin qalibidir.

    QUZEY BƏNÖVŞƏSİ

    Bənövşə gözləri gülür baharın,
    Götürüb aləmi quşların səsi.
    Tumurcuq-tumurcuq çıxır canından,-
    Çılpaq ağacların soyuqdəyməsi.

    Gecənin yuxusu ərşə çəkilib,
    Bənövşə ətrinə elçi düşüb dan.
    Gözümdə qışlanan həsrət çiçəyim,-
    Səni də tanıdım ayrılığından.

    Quzey bənövşəsi biraz gec solur,
    Sevən ürəkləri sərinlətməyə.
    Dağların döşünə yatıb ahım ki,-
    Üzünə bənövşə həniri dəyə!

    İGİD OĞULLARA VƏTƏN AD VERİR
    (Əsgər oğlum Ülvi Abbaszadə üçün)

    Tökülür çöhrəndən mərdlik,cəsarət,
    Vətən arxalanır sənə dağ kimi.
    Əsgər papağında yanan Ay-ulduz,-
    Nur saçır aləmə çilçıraq kimi.

    Dünyanın ən gözəl səadət payı,-
    Sevib qorumaqdır ana vətəni.
    Başını uca tut,ay əsgər oğlum,
    Zirvəyə aparır hər pillə səni.

    Əsgərtək bağrıma basıram səni,
    Sanıram o körpə yaşdasan elə.
    İnamın bayraqdır,and yerin Vətən,
    Əsgər geyimində başqasan elə.

    Hər gün əsgərlərin ayaq səsində,-
    Hünər nəğməsini dinləyir Vətən.
    Əsgərlik borcunu verirsən deyə,-
    Səninlə gör necə öyünürəm mən?!

    Qızlar çiçək tutub əsgər yoluna,
    Arzular adama qol-qanad verir.
    Həyatın müqəddəs neməti kimi,-
    İgid oğullara Vətən ad verir!

    QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC

    Haradandır bu hıçqırıq neydəki?
    Şirinləşdi dilim bu gileydə ki.
    Tənha quşdan qatar olmaz Göydə ki,
    Durnaları sevdim dəstə şəklində.

    Xatirənlə oynayıram “gizlən-qaç”,
    Gəl saçına düyün vurum,sın də aç.
    Qapımıza elçi dşüb ehtiyac,
    Bir alagöz,boyubəstə şəklində.

    Gördün yolum dirənibdir yoxuşa,
    Pöhrə oldun sığındığım koğuşa.
    Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
    İtkin düşmüş bir “Şikəstə” şəklində..

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN

    Rəngini itirmiş eşqdir həsrətin,
    Girib aramıza yaman uzandı.
    Səni tanımağım ayrılığından,-
    Yarı cinayətim,yarı cəzamdı.

    Qəlbimdən süzülən şirin duyğusn,
    Hələ yaz nəfəsin gəzir üzümdə.
    Ahdan köz götürən bir ocaq kimi,-
    Yanır baxışının yeri üzümdə.

    Hər gün göz yaşımla suvardım deyə,-
    Cücərdi qəlbimdə bu eşq tumu da.
    Bir qız yuxusunda dıfn eləməyə,-
    Çiçəklər aparır tabutumu da…

    ÇARMIXA ÇƏKİLİB YOLAYRICLARI

    Nə sən dayanırsan,nə mən dururam,
    Hələ yan keçirik bir birimizdən.
    Çarmıxa çəkilib yolayrıcları,
    Bir cığır boylanır hər düşən izdən.

    Yol çəkən gözlərdə həsrət qışlanır,
    Dağlar çələng tutub quzey qarından.
    Nə gözəl asılıb bu Yer kürəsi,-
    Sevdiyim qadının ayaqlarından.

    Yuvasız quşlara ad eləmişəm,
    Dilimin ucunda bitən nəğməni.
    Səni başqa cür də sevə bilərəm,
    Hamı sevməyimdən tanıyar məni.

    MÖCÜZƏDİR BU SEVDA

    Eşqə zəvvar könlümü,-
    Müqəddəs pirlər çəkir.
    Möcüzədir bu sevda,
    Adamı sirrlər çəkir.

    Qanında yu qəribi,
    Aparsın su qəribi.
    Sevdiyin bu qəribi,-
    O qürbət yerlər çəkir.

    O qırışmış əllərin,
    Rəsmidir xəzəllərin.
    Qocalan gözəllərin,-
    Zülmün şairlər çəkir…

    Sevgilərlə Əlirza HƏSRƏT.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ANA

    Böyüdüb uçurtdun yuvandan məni,
    Harda gecələsin bu quşun,ana?
    Səni incidəndə dəcəl vaxtımda,
    Üstümdə duanmış qarğışın,ana.

    Gəlsə hüzuruna,baş əyər şah da,
    Şah baş əyən yerdə susar silah da.
    Saçının qarını əritməz ah da,
    Kiçik çiləsiyəm bu qışın,ana.

    Balandı qayıdıb səfərdən elə,
    Saçını üzümə aç pərdəm elə.
    Ömrə səpələnmiş bir dərdəm elə,
    Çək məni qoynuna yığışım,ana.

    DOST GƏLİŞİ

    Bir ocaq qalayıb dost sevgisindən,
    Ürək isidirəm xeyirdə,şərdə.
    Girmişəm qoluna uşaqlığımın,
    Dost yeri tutmağa xatirələrdə.

    Bizdə dost gəlişi toy-baram olur,
    Ehtiram göstərir hamı bu ada.
    Məni dost sevgisi ucaldıb deyə,-
    Əlçatmaz olmuşam indi dünyada.

    Bir ovuc vətəndir hər dost süfrəsi,
    Sinəmə sancılan bayraqdı ürək.
    Həmişə müqəddəs sayılıb elə,
    Yaxşı dost,doğma yurd,halal duz-çörək.

    QARĞIDALI

    İLAHİ,BU QARĞIDALI,-
    HANSI EŞQİN HEYKƏLİDİR?
    YARPAĞI DÜŞDÜ ÇİYNİMƏ,-
    ELƏ BİLDİM QIZ ƏLİDİR.

    ƏL ATDIM Kİ BU GÖZƏLİN,-
    YAXASINI CIRIB AÇAM.
    AÇILIB SARI HÖRÜYÜ,-
    DOLAŞDI TOPUĞUNACAN.

    …BİR SEVDANIN SAPANDINA,-
    ÜRƏYİMİ QOYUB ATDIM.
    QARĞIDALI TOXUMUYLA,-
    OYNAYIB BAŞIMI QATDIM…

  • Debüt: Günel ƏLİYEVA (Bakı şəhəri).Yeni şeirlər

    Günel ƏLİYEVA (Əliyeva Günel Gündüz qızı) 1994-cü il mart ayının 9-da Bakı şəhərində anadan olub.2001-2012-ci illərdə Zakir Əhmədov adına 64 saylı orta məktəbdə, 5 saylı Bakı Peşə Liseyində təhsil alıb.

    * * *

    Sevirəm,
    Sevgimi qəlbimə yazıb çıxıb gedirəm…
    Sevirəm,
    Sənsizliklə yaşamağı da bilirəm…
    Sevirəm,
    Səni sevirəm… qəlbimdə sən gedirəm…
    Sən heç sevmədin, bilirəm,
    Sevin, həyatından gedirəm!

    * * *

    Axaşm olur, gecə düşür,
    Pəncərəmdə ay görünür.
    İnsanların zalımlığın,-
    Açıq-aşkar ay da görür.
    Necə dözür, bilməm, necə,
    Bu zillətə, bu nifrətə?!
    Şahid olur çirkinliyə,
    Ləkə düşür təmizliyə.
    Şahid olmaq istəməyir,-
    Artıq ay da yalanlara.
    Daha qorxur ləkə düşər,-
    Bütünlüklə paklığına.

  • Mövlud MÖVLUD.Məqalə

    Pərzad arvad iyirmi doqquz yaşından dul qalıb. Əri öləndən sonra əlinə kişi əli dəyməyib. Bunu bütün rayon bilir. Şəxsən mən nənəmə o qədər arxayın deyiləm, nəinki Pərzad xalaya. Hələ neçə illər əvvəl çox adam xəbər göndərsə də, istəyənləri çıxsa da, rədd eləyib. Oturub-durub bircə kəlmə deyib: “Yetimlərimi böyüdəcəm!”

    Pərzad xala bütün ömrü boyu adına toz qondurmayıb. Hələ onun bu məsələlərdə həssaslığı görün bir dəfə nə ilə nəticələnib?

    Deməli, Sovet hökuməti vaxtı rayona qəşənq, yaşıl donlar gəlibmiş. Univermaqda həmin dondan vur-tut ikicə dənə qalıbmış. Axırıncıların birini bizim Pərzad xalanın qardaşı öz bacısına, birini də Aşıq Ədalət öz məşuqəsinə alır. Tarixi mənbələr qeyd edir ki, Pərzad arvad geyindiyi donun eynisini aşığın məşuqəsinin əynində gördükdən sonra evə getmiş, donu əynindən çıxarmış və bir daha geyinməmişdir. Çox gözəl, çox pakizə! Eşq olsun, baş əyirəm, bu qadın sədaqətinin qarşısında! Amma… bir “amma” var.

    Mən gözümü açandan Pərzad xala rayonda gözəgəlimli, məmələri yenicə pırtlayan, ağıldan qıvraq qızları detektiv kimi izləyir. Hansı blokda hansı qız hansı oğlanla görüşdüsə, ağzıma daşlar, öpüşdüsə Pərzad xalam onun adını rayonla bir eləyir. Xeyirdə-şərdə həmin qızın özü və ailəsi barədə notalar verir. Hətta öz bacılarının nəvələri barədə elə şeylər danışır ki, adamın əti ürpəşir. Deyirsən, İlahi, bu qadın özününkülər haqqında belə şeylər deyirsə, gör onda bizimkilərdən nə dastan bağlayar.

    Vallah, biz rayona gedəndə, yeddinci sinifdə oxuyan xalam qızına dönə-dönə tapşırıram: “Nə badə, olmaza-bilməzə, şəhərdə geyindiyin əl boyda “şortik”ləri geyinib Pərzad arvadın qabağına çıxasan haaa! Babamın goru haqqı, bizi elnən bir eləyər!”

    Mən hələ onun dilindən gözəl, gənc bir qız haqqında işıqlı bir cümlə eşitməmişəm. İndi ortaya sual çıxır: Olmazdımı ki, Pərzad xala o vaxtı elçilərə “Hə!” deyərdi, yaxud bir kişiylə xudmani-xudmani görüşəydi… İndi də yazıq qızların gözünün odunu alıb bizə hər gün Ziqmund Freydin atasına rəhmət oxutdurmazdı…

    Hay?