Post Views: 71 ŞAMIN KÖLGƏSI Gizlənmişdim nə vaxtdı Bir şamın kölgəsində. Nə vardım, nə də yoxdum Bir şamın kölgəsində. Qətlimə fərman hazır, Deyirlər: yazan yazıb. Qəbrimi qələm qazıb Bir şamın kölgəsində. Məni sözümə bükün! Üstümə yarpaq tökün! Gözümə torpaq tökün Bir şamın kölgəsində. Uyuyub, uyub getdim, Deməyin, doyub getdim. Başımı qoyub getdim Bir şamın kölgəsində. …