Post Views: 48 KOMA Mənimiydi aylı-aylı gecələr, Mənimiydi qovaqların kölgəsi, İnnən belə xəyalımda gecələr, Ürək-ürək o çağların kölgəsi. Aman allah, tale elə bu imiş, Yaman yağır şübhələrin yağışı. İndiyədək axıtdığım su imiş, İnnən belə axacaqmı göz yaşım?! Nahaq yerə koma yapdım özümə, Niyə çıxdım nağılların içindən. Nahaq yerə əmma tapdım özümə, Di çıx görüm ağılların …
2012
Kənan AYDINOĞLU.Yeni şeirlər
Post Views: 75 SƏN ORDA, MƏN BURDA TƏNHA QALANDA “Səni düşünəndə hərdən elə bil, Nəyimsə çatmayır mənim yanımda”. Müəllif. Ömrümün günləri bir qatar kimi, gəlib bir anlığa gözümdən keçir. Sən orda, mən burda tənha qalanda, elə bil əyninə fələk don biçir. Axı sən olanda mənimlə birgə, dünyanın xoşbəxti oluram yenə. Elə ki, ayrıldın mənim yanımdan, …
Kənan AYDINOĞLU.”ZƏLİMXAN YAQUB YARADICILIĞINDA TÜRK-İSLAM ƏXLAQI”. (Məqalə).
Post Views: 42 ZƏLİMXAN YAQUB YARADICILIĞINDA TÜRK-ISLAM ƏXLAQI Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir.Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastan sayağı əsərləri hər bir türkün gözündə canlanır.Türklərin islam mədəniyyətinə bəxş etdiyi gözəl əxlaq, Allah və “Quran”a …
Mövlana Cəlaləddin Rumi.Həyatı və Yaradıcılığı
Post Views: 106 Mövlana Cəlaləddin Rumi (fars. مولانا جلال الدین محمد رومی Mevlānā Celāl-ed-Dīn Muhammed Rūmī; 1207, Bəlx, Əfqanıstan – 1273) — İslam və təsəvvüf dünyasında tanınmış fars dilli [1][2][3][4][5] şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi. Həyatı Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu “Diyari Rum” adlanırdı) yerləşib orada …
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri,Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür.
Post Views: 46 Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri,Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü Yolçuyev MƏHƏMMƏD Yolçu oğlunun doğum günüdür..Bu münaisbətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Portalın Rəhbəri MƏHƏMMƏD qardaşımızı təbrik edir, ona orta təhsil illərində bol-bol uğurlar arzulayır! DOĞUM GÜNÜNÜZ KUTLU OLSUN! ALLAH SİZİ KORUSUN! AMİN! TANRI SƏNİ QORUYUB KAMİLLİYƏ ÇATDIRSIN! …
Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktoru Saqif QARATORPAQ.Həyatı və Yaradıcılığı
Post Views: 56 TƏRCÜMEYİ-HAL Saqif Qaratorpaq ( Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazan ( indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.2000-ci ildə Azərbaycan Yazıçılar …
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.
Post Views: 43 Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.Bu münasibətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyəti adından Portalın Rəhbəri kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik. dünyada ən özəl nemət olan can sağlığı Ulu Tanrıdan diləyirik.Azərbyacanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlunun müxtəlif illərdə …
Bu gün XX əsr Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 130 yaşı tamam olur.
Post Views: 53 Həyatı Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) – Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, …
Rəhimova Aylin Murad qızının bu gün “3” yaşı tamam olur
Post Views: 72 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Rəhimova Aylin Murad qızının “3”yaşı tamam olması münasibətilə Aylini təbrik edir, ona dünyada ən gözəl nemət olan-can sağlığı arzulayır.Bu şeirlər Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlu tərəfindən “3” yaşı tamam olan Aylin Rəhimovaya həsr olunur. * * * Körpə Aylinə. Şərəfli bir ömrü …
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktoru Nemət TAHİR.Tərcümeyi-hal və Şeirlər
Post Views: 48 TƏRCÜMEYİ-HAL Nemət Tahir (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olur.İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görmüşdür.2006-cı ildə həmin məktəbi bitirib.2006-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili …
Kənan AYDINOĞLU.”Ömrümə yazılan kədər dastanı”. (İthaf şeirlər)
Post Views: 52 Bu şeirlər mənə dünyada hamıdan əziz olan Anam Rəhimova Mileylə Həmid qızının əziz ruhuna ithaf olunur. HƏSRƏTDƏN QURUMUR GÖZÜMÜN YAŞI Bu gün də sübh çağı dan sökülməmiş, Göydən yer üzünə nur tökülməmiş, Matəmli günlərdən bel bükülmüş, Gərək ki, oyadım mən dağı, daşı, Həsrətdən qurumur gözümün yaşı. Kaş ki, deyilənlər yalan olaydı, Anam …
Yunus ƏMRƏ.Həyatı və Yaradıcılığı
Post Views: 150 HƏYATI VƏ YARADICILIĞI Həyatı və şəxsiyyəti haqqında çox az məlumata sahib Yunus Əmrə-nin yaradıcılığı ,Anadolu Səlcuq dövlətinin dağılması və Anadolunun çeşidli bölgələrə kiçik-böyük Türk bəylikllərin qurulmaya başladığı dövrləri əhatə edir. Həmçinin yaşadığı dövr,Osmanlı imperiyasının qurulmağa başladığı dövrdür. Yunus Əmrə uzun müddət Hacı-Bektaşı Vəli Dərgahında işləmişdir. Yunusun yaşadığı illər ərzində, Anadolu türkləri ilə …
SAQİF QARATORPAQDAN ŞEİRLƏR
Post Views: 71 ŞAMIN KÖLGƏSI Gizlənmişdim nə vaxtdı Bir şamın kölgəsində. Nə vardım, nə də yoxdum Bir şamın kölgəsində. Qətlimə fərman hazır, Deyirlər: yazan yazıb. Qəbrimi qələm qazıb Bir şamın kölgəsində. Məni sözümə bükün! Üstümə yarpaq tökün! Gözümə torpaq tökün Bir şamın kölgəsində. Uyuyub, uyub getdim, Deməyin, doyub getdim. Başımı qoyub getdim Bir şamın kölgəsində. …
SALYANDA YAZARLARLA GÖRÜŞ
Post Views: 46 22 sentyabr 2012-ci il tarixdə DGTYB-nin və AYB Muğan Bölməsinin birgə təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında Salyan və Neftçalada yaşayan yazarlarla görüş keçirildi. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli açdı. O, qonaqlara Muğan ədəbi mühitinin tarixi və çağdaş durumu haqqında yığcam bilgi …