Post Views: 54 Bu sevginin üzü payıza tərəf İçində bir ovuc xəzan daşıyır, Həzindi, səssizdi, dinmir bu sevgi. Bir uçuq daxmada tənha yaşayır… Bu sevginin üzü payıza tərəf. Əlində kədər var, qəmini didir. Çaxılıb üzüstü daşa bu sevgi. Elə yarpaq- yarpaq tökülüb gedir, Bu sevginin özü payıza tərəf. Adı “sevgi” imiş… ad təsəllidi, Heç özü …
Aprel 2015
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 41 * * * bir gün gələcəm sizə, elə-belə… təsadüf… qonşu qoyacaq sözə, -arsızdı, özü gəlib… keçəcəyəm mətbəxə, qaynayacaq çaydanın… dadı qalıb deyirlər, damağında dolmanın… eyninə alma, gülüm, çox dolmalar bişəcək… bizim toyun apreli hər təqvim bəzənəcək… Bakıda ayrı olur İlin dördüncü ayı… Gəncədə bir qız solur, Əynində həsrət payın… səndən küsən bu …
Şafa KAMİLLİ.Yeni şeirlər
Post Views: 32 Bəsdi yağdin ey yağiş… Bəsdi yağdin ey yağiş , Sən yağirsan aramsiz , Urəyimi uzursən , Qözlərimdə nəmim var . Qəlbimdə kədərim var , Bəsdi yağdin ey yağiş , Uzmusen urəyimi , Satlarla dərdləşdim , Sənınlə mən ey yağiş , Demim bəlkə azalar , Qəlbimdəki yaralar , Azalmadi ,ey yağiş . Bəsdi …
Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 33 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma Ay qonub” yeni kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakıgözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir Azərbaycanın …
Ülkər PİRİYEVA.”Yağışın hissi”
Post Views: 33 DGTYB üzvü Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə …
Əsmər QASIMLI.Yeni şeirlər
Post Views: 39 GƏTİR… Axtar, ara özgələrdən, Qar-qarışıq döngələrdən. Pərakəndə cərgələrdən, Səhmanımı gətir mənim… Könül mülkümdəki taxtdan, Qalıb təkcə quru taxtan. Ümidsizəm mən bu baxtdan, Fərmanımı gətir mənim… Alnındakı qara ləkə, Vay o günə fələk çəkə. Məhəl qoyma cütə, təkə, Dildarımı gətir mənim… Saf arzusan, kirli xəyal, Təbiətdən mənə pay al, Qar-borandan tapıb macal, Baharımı …
Şəhanə MÜŞFİQ.Yeni şeirlər
Post Views: 41 Tənhalığın simfoniyası Tənhalığın rəsmini çək, rəssam. Bir az aydın çək, qarışıq olmasın. Qarışıqlığın olmamasıdır Tənhalıq. Dağınıq saçlar çək, Küləyin böyük bir səylə üzünə dağıtdığı saçların xəfif toxunuşla düzəldənin olmamasıdır
Qafqaz ƏVƏZOĞLU.”Yeri get, qız”
Post Views: 36 Sən məni heç zaman sevə bilməzsən, Məni sevənlərin sonluğu – yalqız. Aldanma beləcə görkəmimə sən, Yeri sev ağıllı bir adamı, qız! Məni sevənlərin ağılı yoxdur, Mənim şıltaqlığım dözülməz, çətin. Yeri get yerində sakitcə otur, Vallah, mən deyiləm sənin qismətin! Səni qısqanaram mən yerə, göyə, Doğma ataya da, südvermişə də… Kasası – hamıya, …
İnsanlar, qoruyaq təbiəti Biz
Post Views: 41 Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız. Heydər Əliyev, Ümummilli lider Rafiq ODAY – şair, publisist (SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti) 2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin …
Harika UFUK.”Günaydın!” (Köşe yazısı)
Post Views: 64 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Pek çok kişinin bildiği gibi iki kız annesiyim. “İki kızım, iki gözüm” derim her zaman… Kitaplarımda da onlarla alakalı şiirler, yazılar bulunur. “Güz İkindisi” adlı serbest şiirlerimden oluşan kitabım iki kızıma armağanımdır. İçine baktığınızda Bu kitabımı hayatıma anlam katan sevgili kızlarım Sena ve Seda’ya …
Tural SAHAB.“ Anamın kitabı” bizə nə demək istəyir
Post Views: 42 Söhbət Mirzə Cəlilin əsərindən gedir. Bu əsər nə üçün yazıldı, bizə nə demək istəyirdi?! Bir yazarı tanımaq, onun düşüncələrini görmək üçün yalnız və yalnız əsərlərini oxumaq lazımdır. Həyatı yazarın düşüncələrini deyə bilməz. Hələ, hələ bu dövr sovet dövrü isə heç deyə bilməz. Yazar hər şeydən öncə bir insandır. Qorxuları, əndişələri ilə sadə …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 36 Yol Bu yol xarabalıq,bu yol abadlıq, Yolun ortasında ölüm oyanıb. Kim deyir başlanğıc doğum ilidi? Yolun lap sonunda ilim dayanıb. Bu yol məhəbbətdi, bu yol məşəqqət, Ayağım torpaqda sırsıralanıb. Yolun üzündəki mənim göz yaşım, Yolun ürəyində sirr sıralanıb. Bu yol qara geyib, bu yol ağ geyib, Əvvəli ortası sonu ağ-appaq. Yolun kiprikləri, …
Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)
Post Views: 33 Deyirdilər gedən üçün ağlama bilmirlər ki mən nə üçün ağladım heç bir zaman xatirəndə saxlama Xatirəmdə çox gümanki qalamdın….. Üzüb məni yetərincə sözlərin ağlar qalıb səndən sonra gözlərim şükür hələ gedə bilir dizlərim sən heç zaman gerçək hissim olmadın Saniyələr ötüşdükcə ömürdən çıxmaq olmur tale verib əmirdən çarəsini sarılaraq səbrdən sən heç …
Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)
Post Views: 54 Uşaqkən bilməzdim imtahan nədi… Sadəcə bilirdim qorxurlar ondan. Məni titrətməzdi sorğu-suallar, Keçməsəm həyatın sərt sınağından. Böyüdüm biliyim, təhsilim artdı, Hətta imtahan da etdilər məni. Mənə suallar da şirin gəlirdi, O zaman bilmirdim məhəbbət nədi. Məhəbbət deyilən nə ağır sınaq, Cavabsız suallar yaman çətindi. Keçəmməsəm ümidlərim sınacaq, Sınan qəlbin ağrısına döz indi.
Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)
Post Views: 30 bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən… arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi… aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi… gülmək taxım üzümə… axı “güclü qadın”am… öpüb yatım şəklini, yolun düşsün yuxuma… Nolur… bir …
Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)
Post Views: 29 İlk bahar çiçəyi təravətlidir, Sənə bəslədiyim hislərim kimi. Bülbül öz gülünə səxavətlidir, Sənə sadiq qalan ürəyim kimi. Bir bulaq suyu tək safdır göz yaşım, Süzülsə gözümdən eşqin yolunda. Günəş sönük qalar, bil, şöləsindən, Alışsa ürəyim sevgi odunda. Dağlar əzəmətin itirər o an, Sevgimin vüqarı danışsa əgər. Əslisi uğrunda Kərəmdir yanan, Bu sevgi …
Mais TƏMKİN.”Olmasın”
Post Views: 31 A dostlar, sərvətə meyl etməyək çox, Yaşayaq həyatda daim gözü tox. Yetmişdə, səksəndə köçsək, eybi yox, Vədəsiz bir ölüm-itim olmasın. Dəyməsin ürəyə kədərin tamı, Susmasın qəlblərin arzusu, kamı. Atalı, Analı böyüsün hamı, Heç kəsin balası yetim olmasın! Təmkinəm, səadət dilərəm sizə, Şadlanaq toylarda hey süzə-süzə. Allah hər neməti bol etsin bizə, …
Zeynəb DƏRBƏNDLİ.”Qayıtma daha” (Yeni şeir)
Post Views: 58 Məni var dövlətə satıb getmisən Eləbil arzuna çatıb getmisən. Özgəni qəlbində tutub getmisən, Dönmək istəsəndə, qayıtma daha. Mənim hər sözümü söz eylədin sən, Sirrimizi yadlara söylədin sən. Məni hər yetənə gileylədin sən, Dönmək istəsəndə, qayıtma daha. Məni yox, özgəni sevib inandın, Güya məhəbbətdən yanıb odlandın. Get, məni sevmədin, yad üçün yandın, Dönmək …
Allahşükür AĞA.”Bəzəyək həyatı sevgiylə, gülüm” (Yeni şeir)
Post Views: 34 Məhəbbət bağında, sevgi bağında, Bəzəyək həyatı sevgiylə, gülüm.. Ömrün çiçəkləyən gözəl çağında, Bəzəyək həyatı sevgiylə, gülüm…. Asta–asta gəlsin qoy neyin səsi, Qarışsın bahara könül nəğməsi, Duymuşam səndəki eşqi, həvəsi, Bəzəyək həyatı sevgiylə, gülüm…. Nə qədər imkan var sevək–sevilək, Şirin duyğularla döyünsün ürək, Ömür yollarında əl–ələ verək, Bəzəyək həyatı sevgiylə, gülüm… Hər səhər …
Şəhanə MÜŞFİQ.”Nə yazım?!” (Hekayə)
Post Views: 34 Qarşısında dəftər, əlində qələm dayanmışdı. Nə yazacağını, necə yazacağını bilmirdi. Hər zaman səsli – küylü, bir dəqiqə yerində dayana bilməyən nadinc uşaq indi bacardıqca hər kəsdən gizlənməyə çalışırdı. Bəlkə də əlacı olsaydı bu dəqiqə heç kim onu görməsin deyə yerin dibinə də getməyə razı olardı. Körpə qəlbi hürkmüş bir quş ürəyi kimi …
Şəfa KAMİLLİ.”Sən” (Yeni şeir)
Post Views: 36 Baharla bərabər ömrümə gələn, Bahar tək özünü mənə sevdirən Baharlı günləri mən bəxş edən, Təkcə sən, sən oldun ömrümə gələn, Gəlişin bahar tək gözəl, gözlədim yolun Bahar gəlişi kimi gözlərimi yolda qoydun , Hardaydın, de niyə belə gec gəldin?! Qışın buzun ,sazağını, soyuğunu sən əritdin, Ömrümə bahar gətirən adam. Ən yaxın sirdaşım, …
Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)
Post Views: 43 Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi …