Post Views: 37 Uzanır danışıqlar, imzalanır sənədlər.Xəritədə aləmə göstərilir sərhədlər.Səsimizə səs verir dünya başbilənləri;Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Dəyirmi masalarda izi var dirsəklərin,Ağla sığan söhbəti,sözü var dəstəklərin.Yardım bağlamasında özü var dəstəklərin,Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!! Diplomat cənabların hər biri hörmətlidir.Bu məqamda ölkəmə təşrifi qiymətlidir.Səyi təqdirə layiq, rəyi ədalətlidir.Gözdən-nəzərdən salan kimdir …
Fevral 2020
Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”
Post Views: 50 Baxdı atasınıntutqun üzünə,O, gördü mehribanbaxışlarda qəm.“ – Ata, Qarabağa gedirəm yenə.Ceyhun əmanəti…əyər gəlməsəm…”“ – Sən nə danışırsan?Bu sözlər nədir?Belə bəd hisslərdənay qızım, əl çək”Qızın ürəyindənaxdı bir fikir:“Həmişə güllələryan keçməyəcək!”Ata gözlərindəyaş gilələndi,Öpərək qızınıkədərlə dindi:“ – Mən oğul istədimilk övladımı,Dedim Soltan qoyumonun adını.Sən gəldin, can qızım,mehriban qızım,Mənə ilahidənərmağan qızım,Dedim ki, Soltanayaraşsın adın.Odur ki, çağırdımsəni, …
Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”
Post Views: 38 Sevgilər itirib zərurətini,Içilən andlarda həqiqət deyil!Müəllim tələbə bekarətini,Dollara alırsa fəlakət deyil? Kimsə güdür ciblər səxavətini,Onu düşündürən məhəbbət deyil!Nazir katibənin od şəhvətini,Zorla söndürürsə cəsarət deyil! Dubaya satılan nadir gözəllər,Məgər ki,dünyada rəzalət deyil?!Zərif bədənləri didən cod əllər,Tanrı qarşısında cinayət deyil? Çirkin girdablarda boğulur insan,Onun köməyinə sən yetmə,Allah!Sevgilər alınıb satılan zaman,Belə günahları əfv etmə,Allah!
Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”
Post Views: 35 Vətən qorudun sənindir,Qorumadın özgənindir,Qorumadın, yağınındır,Qorumadın axırındır… Vətən qorudun sənindir,O, bayraq tutan əlindir,Basılmaz qalan, dağındır,Qorumadın göz dağındır… Vətən qorudun sənindir,Yoxsa gədə-güdənindir,Yoxsa başsız sürünündür,Bir ovuc sağ ölünündür… Vətən qorudun sənindir,Allahın, peyğəmbərindir,Anan, qardaşın, balandır,O, indi talan-talandır… Vətən qorudun sənindir,O tay-bu taylı ünündür,İki ağlayan gözündür,Dərbəndindir, Təbrizindir… Vətən qorudun sənindir,Qorumadın kəfənindir,Qorumadın qübarındır,Murdarlanmış məzarındır…
Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “
Post Views: 40 Demə bu məhəbbət, demə bu sevgi,Ötəri hiss imiş, ötəri həvəs.Yox imiş təməli, yox imiş kökü,Dəyəri bir qara qəpiyə dəyməz. Özün bu sevdaya sövq etdin məni,Sonra öz əlinlə özün dağıtdın,Özün hicrana öyrətdin məni,Özün bu kitabı açdın, bağladın. Özün də axırda dandın sözünü,O andlar, amanlar de, harda qaldı?Sən gəldin, yollardan çəkdim gözümü,Sən getdin, gözlərim …
Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”
Post Views: 127 Nə erkən sənə dən düşdü,Niyə düşdü, nədən düşdü?Beynimmi qüvvədən düşdü?Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı…Artdı alnın qırışları,Səndə insaf olsun barıAğarma, saçım, ağarma! Məni qəmgin görsə əgərDüşmən gülər, dost qəm yeyər,Qızlar baxıb “dayı” deyər,Ağarma, saçım, ağarma! Daşdır qəlbin, daşdır canın,Yoxdur, duyğun, yoxdur qanın.Hələ gəncəm, sən vicdanınAğarma, saçım, ağarma! Ömür keçir, yaman keçir,Qəlbimdən …
Xalq şairi Məmməd ARAZ.”Sən getdin”
Post Views: 49 Sən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.O mənim qəlbimdə ünvan tapmamış,Pərişan bir eşqi hara apardın… Sən getdin, təbiət bir səs itirdi,Bir sevgi dastanı qaldı yarımçıq.Bir ulduz əbədi buluda girdi,Bir çiçək göyərib soldu yarımçıq. Sən getdin, son həsrət eşqi gözündənQəlbimə axmadı sözlə, qılıqla.Bəlkə oğurlayıb səni özümdənSənə qaytarırdım bu ayrılıqla… Son dəfə …
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 52 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi …
Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular
Post Views: 46 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən …
“Qüdsi təkcə şair deyil…”
Post Views: 36
Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi
Post Views: 39 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial …
Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”
Post Views: 38 Dastanlar bu torpağa düzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Göz yaşına çevrilib süzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. “Subhənallah” deyincə nurlu gözləri dolan,Ruminin məclisində yenə ilk bahar olan,Dərin bir fəlsəfənin qaranlığına dalan,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Hər misrası gövhərdən, torpaqdan daha dolğun,Yanaqları lalədən, incidən daha solğun.Türkün övladı yenə …
Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”
Post Views: 43 XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla! Qaramandan, Ərzurumdan, ey Oğuz dillərininBöyük şairi YUNUS, sənə salamlar olsun!ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun! MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,MÖVLANA məclisində HAQQı deyən söz olan.Çəkib həsrətin yenə çiçəklər kimi solan,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar …
Şəfa VƏLİYEVA.”Nənəm üçün…”
Post Views: 43 Nənəm üçün… Sınıb fələyin qələmi,Nənəmin qarğışı tutub…Xançobanım gələmmədi,Deyir, yolda yağış tutub… Elə islanıb yaddaşı,Qarışıb xatirə-rənglər…Axtarır bir ocaq başı-Xatirəmi daşa sərə… Düşmədi, nənəm, düşmədi,Yaz yağışı qış bəxtimə…Adım dilindən düşmədi,Elə bir alqış bəxtimə…
Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”
Post Views: 65 ***bütün ayrılıqlar doğma…bütün xoşbəxtliklər yad…səninlə yaşanan hər nə varsaadını qoymağa çalışma…heç məndən də soruşma…adı üstündə yazılı: HƏYAT… bağırma, çağırma…sükutunu qucaqla…dərdini bas bağrına…bir də görərsən ki,qapın döyülür…pəncərəndən pıçıltılar tökülür-gecikmiş “Bağışla” adıyla… yalan demirəm sənə…İnanmasan da olur…daha eynimə gəlmirməni necə bilirsən…daha əynimə gəlmir“qadın nazı”… Bilirsən… bütün səssizliklər haray…bütün anlayışlar fəryad…səninlə yaşanan hər nə varsaadı …
“Venesiyaya məktublar”ın əks-sədası – Şəfa Vəli Emin Piridən yazır
Post Views: 43 “Turist” filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır, yəqin ki… … Bir nəfər İsadan soruşur: “Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 33 Yavaş-yavaş alışırsan hər qəmə,Adilləşir sol qolunun ağrısı.Yavaş-yavaş gözdən düşür ömür-gün,Deyirsən ki…Ürəkdi də, qoy ağrıyır-ağrısın… Qoy sevinsin qeybətini qıranlar,Gülə-gülə gəl hamını yola ver.Xatirələr göz yaşında durulsun,Külə dönən ümidləri yelə ver! Eh…kimə nə ağlayırsan,gülürsən,Bəlkə elə unutmusan adını.Bu gecə də tənhalıqdı qonağın,Çıxardırsan darıxmağın dadını. Açıq qalıb səhərəcən pəncərən,Qəfil yağış pərdələri isladıb.Gözlərinə düşən gündən oyandın,Bu sabah …
Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”
Post Views: 31 Şəhid Elman Müslüm oğlu Abbasovununudulmaz xatirəsinə I Ataxal kəndində gəldi dünyaya,Dolaşdı hər dağı, dərəni Elman.Yaxşı tanıyırdı mahir ovçutək,Bu yerdə hər bəndi, bərəni Elman. Ataya, anaya ümid payıydı,Babanın-nənənin hay-harayıydı,Hamı bu oğlanı doğma sayırdı,Sevirdi doğmatək hərəni Elman. “Cəngi” üstündəydi sazının simi,Yox idi zərrəcə kəsiri, kəmi.Düşmən xar olardı – Koroğlu kimi,Çəkəndə bir dəli nərəni Elman. …
Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru ŞƏHİD ANASI (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 36 *** Qırx beş ildi ov güdürəm boş yerə,Saçlarıma kəfən oldu dənim, eh.Molla hazır, tabut soyuq, can isti…Daş olmalı halım yoxdu mənim, eh. Yoxa çıxıb aradakı körpülər,Bu lal köçü öz arxanca çək, keçir.Başa düşdük sevgi nədir, guya ki,Anlamadıq Tanrı bizdən tək keçir… Aclıq bizi dara çəkir o vaxtdan,Gör, içimdə bir söz qalıb yeməli?!Gəlişimiz …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 37 HƏLƏ Bəxtimin ulduzu bu sevimli qız,Neyləyim əzəldən nazlıdır belə.Yerişi, duruşu bir tamaşadı,Bənzəyir ən gözəl çiçəyə, gülə. Odlu baxışıyla canımı alır,Vallah mən yazığı odlara salır,Hər şey dəyişsə də, məhəbbət qalır,Mənə əzab verir o, bilə-bilə Alışıb yanıram pərvanə kimi,Titrəyir qəlbimin ən incə simi,Tökübdü üstümə kədəri, qəmi,Mənəm ki, bu naza dözürəm hələ. GÜLÜM Gecə gözlərimdən …
Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”
Post Views: 39 Sən hələ körpəsən, üzündə nur var Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün Günəşə, aya da boylanan Sənsən,Söhbətin bal olar, sözün bal olar.Nə qədər doğmasan, nə qədər əziz,Sənin gülüşünlə dünya lal olar.Sənə hələ körpəsən, üzündə nur var,Boynuna örtdüyün ipək şal olar. Bakı şəhəri. 6 iyun 2019-cu il.
Şəhidlər haqqında kitabla bağlı müsahibə
Post Views: 39 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən…” kitabı işıq üzü görmüşdü.Kitabla bağlı müəllifin «Каспiй» qəzetinin 4 fevral tarixli nömrəsində «Мы должны оставить после себя след…» (“Biz özümüzdən sonra iz qoymalıyıq…”) müsahibəsi çıxmışdır. Müsahibədə müəllif qeyd edir …
Şair-publisist Polad SABİRLİ.Yeni şeirlər
Post Views: 39
Əli Rza XƏLƏFLİ.”Dərbəndin bəxt kitabı…”
Post Views: 34 Misra-misra duyğular söz olsun,salam olsun,Dilindən dildaşına Dəmir Qapı Dərbəndin.Əbədi sarsılmayan bir könül körpüsü var,Soydaşdan soydaşına Dəmir Qapı Dərbəndin. Yolun düşsə görərsən məhəbbəti mehri var,Təmkinində daş səbri, Qoca Qafqaz təhri var.Qonaq olsan bilərsən dadının nə sehri var,Pulovuna, aşına Dəmir Qapı Dərbəndin. Qəzanın qədərindən taleyi bəla tapdı,Tanrı qəzəbə dolub bəxtinı qara yapdı.Qopmadı bircə çınqı …
Əli Rza XƏLƏFLİ.”Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!”
Post Views: 37 Duman basan, çiskin çökəngözlərimsən, Azərbaycan! Əyim-əyim, büküm-bükümdizlərimsən, Azərbaycan! Sazın ruhu inciməsin, hər gələnəsaz olmusan, Hər havaya çalınmısan, sazlarımsan,Azərbaycan! Qarabağın qara bəxti kösöv təkiqaralanda, Sinəm üstə ocaq yanır,közlərimsən, Azərbaycan! …Qələm – qələm sınıq düşənXələflinin ürəyi qan, Kəlmə-kəlmə qan ağlayansözlərimsən, Azərbaycan!
Əli Rza XƏLƏFLİ.”KARVAN GEDİR…”
Post Views: 87 (Gülhüseyn Kazımovun 70 yaşına) Karvan gedir,səfər üstə öz yolundan qalmaz axı,Dərd yükünü Tanrı verib kimsə ondan almaz axı. Qəm karvanı – öz dərdinin ovsarını çəkir sarvan,Gözlərində qəm aparan göz yaşını silməz axı. Sinəsində dağlar yatır, yurda sarı baxa-baxa,Ürəyində dərd gəzdirən bir ürəkdən gülməz axı. İlham alsa şair qəlbi sevda dolu bir könüldən,Yollar …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Qış gecələri”nin nağılı yox, “Ölüm, ya olum” məsələsi “
Post Views: 42 Xalq yazıçısı Anarın yeni pyesinin tamaşası haqqında
Xalq şairi Zəlimxan YAQUB.”Nə şükür deyim”
Post Views: 47
“Açık Kara” dergisinin 23. sayısı yayında
Post Views: 36
“Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 14. sayısı yayında
Post Views: 32 “Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XIV sayı. İranda – Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni – XIV sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri verilib.
Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”
Post Views: 32 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** salam, cənab dirijor! saxla əlini bir az… daha oxumasın xor, eşqsiz oxumaq olmaz! adam eşqdən oxuyar, adam dərdi söyləyər… gün gələr, dən qoxuyar daraqtanımaz tellər… ver, …
Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bütün zəlzələlər, qar uçqunları Bir insan ruhunun sancısındandı… Şeirlər hisslərin uçurumları, Romanlar ən ucuz intiharlardı… Səhər “sevda!”- deyə yansa könlümüz Axşam can ağrısı qor edir bizi… Uğrunda …
Şəfa EYVAZ.”Bilmirsən”
Post Views: 60 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Götür ürəyini, gəl mənə tərəf… Əriyib yolların qarı, bilmirsən. Bir ümid içimdə çıxıb naxələf, Uçub gedib sənə sarı, bilmirsən. Sanma ki, arzular gəlib keçici, Bu könül yaşını doldurub çoxdan. Bizim taleyimiz iki …
Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”
Post Views: 34 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Nəsə demə… dillənmə. Səni bu yollara salan dünyaya Dəymir, Dəymir ki dillənib nəsə deməyə. “Kimsəm yoxdu” tökülür sözcüklər təbəssüm çəkilmiş dodaqlarından. Kiçicik əlləri titrəyir amma, Soyuqluq tökülür baxışlarından. Ağlama çocuq, Ağlama! Bu …
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
Post Views: 47 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru …
“Səbəbi sənsən”in müzakirəsi keçirildi
Post Views: 34 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri …
Təhminə VƏLİYEVA.”Poeziya və musiqi birləşəndə…”
Post Views: 39 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, …
Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş” (Tezis)
Post Views: 78 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ NİTQ ETİKETLƏRİNİN TƏDRİSİ ELMİ-METODİK PROBLEM KİMİ Azərbaycan dili dərslərində nitq etiketlərinin tədrisi məsələsinin …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 44 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Əllərim qoynumda dustaq Gözüm ürəyimin suyunu çəkdi, Quruda qaldım sənsiz. Mən səninlə tam olmuşdum, Yarıda qaldım sənsiz. Gözümdən düşən dünyanı Kim qoyacaq yerinə?… Xəyallarım qız uşağı, Qoşulub qaçıb birinə. Əllərim qoynumda dustaq, Səni saxlamıram ki. Pəncərəmi açıq …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 28 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Güzgülər içimin çöl tərəfidi Ayrılıq deyirəm… Ayrılıq Bədənimin sol tərəfidi. Gözlərim deyirəm… Gözlərim Gedənlərin yol tərəfidi. Güzgülər içimin çöl tərəfidi, Güzgülərdə sevmə məni. Ürək görünmür orda! Yox! Qayıtma deyirəm, Əvvəl ayağa dur ürəyimdə. Ayağa dur ki, sənin …
P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 46 P.Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 fevral 2020-ci …