Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 181 - 240 of 273 NƏTİCƏLƏR
Mədəniyyət

Tbilisidə azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət sərgi açılıb

Post Views: 34 Martın 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanda yaşayan azərbaycanlı xanımların rəsm və əl işlərindən ibarət “Rənglərin ahəngi” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan qadınlarının, eləcə də uşaqların 35-dən çox rəsm əsəri və Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini və mətbəxini əks etdirən 25-dən çox əl işləri nümayiş etdirilib. Muzeyin elmi …

Mədəniyyət

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün” tamaşasının premyerası olub

Post Views: 33 Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində qurulub. Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa …

Mədəniyyət

“Azərxalça” 16 ən yaxşı toxucusu üçün ikigünlük gəzinti təşkil edib

Post Views: 32 “Azərxalça” ASC Azərbaycanın ən çox qadın işçisi olan qurumlarından biri hesab olunur. Qurumda çalışan 605 nəfər işçidən 436-sı Azərbaycanın müxtəlif regionlarında çalışan toxucu xanımlardır. ASC-nin əsas məqsədləri və fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə …

Mədəniyyət

Bu gün Beynəlxalq Qadınlar Günüdür

Post Views: 35 Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü qeyd edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü …

Azərbaycan Prezidenti

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Post Views: 54 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. …

Azərbaycan Prezidenti

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 47 Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Atamoğlanova Natəvan Dəmirçi qızı Behbudova Gülşən Behbud qızı …

Mədəniyyət

Xalq artisti Xuraman Hacıyevanın doğum günüdür

Post Views: 46 Bu gün Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 79-cu ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşaları ilə, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır. O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Arşın mal alan” bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. …

Mədəniyyət

Xalq rəssamı Salam Salamzadənin anadan olmasından 116 il ötür

Post Views: 40 Bu gün Xalq rəssamı Salam Salamzadənin doğum günüdür. AZƏRTAC xəbər verir ki, görkəmli fırça ustasının anadan olmasının 116-cı ildönümü tamam olur. S.Salamzadə 1908-ci il martın 7-də Bakıda anadan olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda yiyələnib və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən “Şərq qadını” və “İnqilab və …

Mədəniyyət

“Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar” adlı layihəyə start verilib

Post Views: 31 Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar… Kinomuzu yaşadanlar” adlı layihəyə başlanılıb. AZƏRTAC xəbər verir ki, layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Həmçinin kino sənətkarlarının irsinin tamaşaçılara …

Mədəniyyət

Cəlil Məmmədquluzadənin əsərləri Parisdə fransız dilində nəşr olunub VİDEO

Post Views: 43 Parisdə “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrin əvvəllərindən Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi və bu dövrə aid rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A. Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının …

Mədəniyyət

Günəşin və işıqlı həyatın rəmzi – Od çərşənbəsi

Post Views: 62 Bu gün İlaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. AZƏRTAC AMEA-nın Folklor İnstitutunun “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Od çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir. Novruz …

Mədəniyyət

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi qeyd olunub

Post Views: 43 Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Qırğızıstandan TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi, Türkiyədən Avrasiya Yazıçılar Birliyinin sədri, Özbəkistandan Daşkənd Özbək Dili və Ədəbiyyatı …

Mədəniyyət

Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olunub

Post Views: 33 Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, …

Mədəniyyət

Bakıda Tatar Mətbəxi Festivalı keçirilib

Post Views: 37 Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində Tatar Mətbəxi Festivalı keçirilib. Daimi nümayəndəliyin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirin təşkilatçıları qismində “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzi, “Al kalfak”, “Tuqan tel”, “Tatarıstan” ictimai təşkilatları, Azərbaycanın Tatar İcması çıxış ediblər. AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Bakıda fəaliyyət göstərən “Kayım Nasıri …

Mədəniyyət

Bu gün Xalq şairi Hökumə Billurinin doğum günüdür

Post Views: 46 Ovqatının ən xoşbəxt çağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. …

Mədəniyyət

Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub

Post Views: 36 Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və digər rəsmi …

Mədəniyyət

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi – qeyd olunacaq

Post Views: 89 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçiriləcək. “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adlı tədbir 4 mart 2024-cü il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında baş tutacaq. Tədbirdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək …

Mədəniyyət

Gənc xanım yazar Məhərrəm Banu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

Post Views: 51 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Məhərrəm Banu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətivə İctimaiyyətlə əlaqələr şöbəsi.

Azərbaycan ədəbiyyatı

“Eşq ilə yanmayan dərməsin səni” – Namiq Hacıheydərlinin şeirləri 

Post Views: 42 “Ədəbiyyat və incəsənət” portalı Namiq Hacıheydərlinin şeirlərini təqdim edir. Bu dəfəki şeirlərin leytmotivi sevgidir, insanın təbiət və ilahi qüvvələr barədə düşüncələridir. Namiq Hacıheydərli bacarıqla qəzəl də yazır, onun bir qəzəli də sizlərin diqqətinizə çatdırılacaq. SƏN… Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz …

Publisistika

“Xəyallar sorağı” tezliklə

Post Views: 46 Türkiyə və Azərbaycanda onlarla sevilən əsəri ilə könüllərə taxt quran Səkinə Bilalova yeni əsərləri ilə dinləyicilərini sevindirməyə davam edir. Göyçay şəhərində anadan olan Səkinənin bəstələdiyi mahnıların sözləri özünə məxsusluğu ilə seçilir. “Əsgər gedirəm” adlı hərbi mahnısı dillər əzbəri olmaqla yanaşı könülləri də fəth edib.  Səkinə Bilalovanın yaradıcılığı bununla məhdudlaşmır. Əsas yaradıcılıq sahələrindən …

Azərbaycan ədəbiyyatı

“Saatımız köklənib həqiqətin vaxtına” – Fərqanə Səfərlinin şeirləri

Post Views: 58 “Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirləri ilə tanışlığı davam etdirir. Bu gün oxuculara gənc müəllifin 3 şeirini təqdim edəcəyik. CƏZALI QƏZA Ömrümü qoymuşam atın belinə,Yüyənini tuta bilmirəmAmma.Çalışıram ayaq-ayağa verim,Nə edirəm, çata bilmirəmAmma…Bu at keçib zamanımın üstündən –Həm yorğası,Həm dördnalı cəzadı.Hərdən dizləri üstə dincəlməyi,Yatmış arzularım üçün qəzadı…Bu qəzamla hüzuruna gəlmişəm,Ey Allahım, …

"Yeni nəşrlər"

Akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu Heydər Əliyevdən – İlham Əliyevə” kitabı işıq üzü görüb

Post Views: 95         Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu Heydər Əliyevdən-İlham Əliyevə” kitabı nəşr edilib. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunan nəşr İnstitut Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli, 6 saylı qərarı ilə çap olunub. …

Mədəniyyət

Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi başlayır

Post Views: 39 “Ulduz” aylıq ədəbiyyat dərgisi Azərbaycan Ədəbiyyat Fondu ilə birlikdə unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinə başlayır. 35 yaşa qədər qələm adamları martın 1-dən aprelin 30-na kimi müsabiqəyə qatıla bilərlər.Təşkilati dəstək : “Kəpəz hospital”İnformasiya dəstəyi: “Ədəbiyyat və İncəsənət” portalı

Mədəniyyət

Bu gün Xalq rəssamı Kamil Əliyevin anım günüdür

Post Views: 33 O, bir çox dövlət mükafatları ilə təltif edilib, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəklərə qaldıran, onu öz …

Mədəniyyət

Məhəmməd Füzuli yaradıcılığı Almaniyanın ədəbiyyat portalında

Post Views: 52 Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayımına başlayıb. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam” portalının …

Mədəniyyət

Bakıda ukraynalı şairə Lesya Ukrainkanın xatirəsi yad edilib

Post Views: 37 Bakıda görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın xatirəsi yad edilib. Bu barədə AZƏRTAC-a Ukraynalı Qadınlar İttifaqının Azərbaycandakı rəhbəri Lidiya Əliyeva-Şestak məlumat verib. İttifaqın nümayəndələri Lesya Ukrainkanın Qaradağ rayonunun Lökbatan qəsəbəsinin eyniadlı parkında yerləşən abidəsinə gül dəstələri qoyublar. Onun şeirlərini Ukrayna və Azərbaycan dillərində səsləndiriblər. “Azərbaycanın Ukrayna ilə bağlı olan və mədəni irsin və ya …

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Zaqatalada vətəndaşları qəbul edəcək

Post Views: 35 Mədəniyyət naziri Adil Kərimli martın 6-da saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşlarla keçiriləcək. Vətəndaşlar martın 4-dək Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin shaki-zaqatala@culture.gov.az elektron poçt ünvanı, (024) 244-74-93 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər. Mənbə: https://azertag.az/

Mədəniyyət

Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür

Post Views: 44 Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, …

Mədəniyyət

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ

Post Views: 41 Fəaliyyətində klassik aşıq ənənələrinin qorunması mühüm yer tutan Azərbaycan Aşıqlar Birliyində bu gün az işlənən aşıq havalarına yeni nəfəs verilməsi, belə havaların aşıqların, xüsusilə də gənclərin repertuarında öz yerini tutması işinə də daim böyük diqqət yetirilir. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftənin …

Mədəniyyət

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ

Post Views: 41 Bu il Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin qurucusu və ilk sədri Hüseyn Arifin anadan olmasının 100 illik yubileyi tamam olur. Görkəmli söz ustadının yubileyinin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq yubiley …

Mədəniyyət

Milli Xalça Muzeyində Səbinə Zülalovanın layihəsinin təqdimatı olub

Post Views: 42 Azərbaycan Milli Xalça Muzeyində Səbinə Zülalovanın “Upcycle Twenty” adlı layihəsinin təqdimatı olub. Bu tədbir çərçivəsində, həmçinin “Swan-Maiden” Moda Evinin 20 illiyi qeyd olunub, ekologiya, habelə fiziki imkanları məhdud şəxslərin dəstəklənməsi mövzularının önə çıxarıldığı qurama elementlərini ehtiva edən moda kolleksiyasının nümayişi keçirilib. AZƏRTAC xəbər verir ki, layihə xüsusilə tullantı materiallarından necə istifadə olunacağına həsr …

Mədəniyyət

Xocalı soyqırımından 32 il ötür

Post Views: 36 Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Mədəniyyət Nazirliyinin kollektivi Bakıdakı “Ana harayı” abidəsini ziyarət edib. Qurum rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı …

Mədəniyyət

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpasına başlanılıb

Post Views: 32 Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür. AZƏRTAC xəbər verir ki, böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin …

Mədəniyyət

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib

Post Views: 40 Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Dohada keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Mədəniyyət günləri çərçivəsində fevralın 23-də Doha şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert keçirilib. Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən …

Müsahibə

Kənan M.M:  “Deyəsən, inciyib -küsən bütün rejissorların kəffarəsini Orxan Fikrətoğlu ödəməli olacaq”

Post Views: 46 “22 illik sənət fəaliyyətimdə heç bir zaman Mədəniyyət nazirliyinin Azərbaycan kinosunun inkişafı üçün atdığı addımlara ümidli şəkildə yanaşmamışam. Belə ki, nazirliyin layihələrinə nəzər yetirdikdə ordada  heç bir zaman istedadlı gənclərin özünü inkişafı, Azərbaycan kinosunun yeni mərhələyə dönəmi üçün atılan heç bir addımın uğurlu olacağına inamım olmayıb. Ta ki,  Orxan Fikrətoğlunun Mədəniyyət nazirliyinə …

Mədəniyyət

Bu gün Abdulla Şaiqin doğum günüdür

Post Views: 51 O, romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir. AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 143-cü ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının …

Mədəniyyət

Bu gün görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin doğum günüdür

Post Views: 43 “Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”. XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də Türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün Türk …

Azərbaycan Prezidenti

Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 55 Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur. Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. …

Mədəniyyət

Cəlil Məmmədquluzadənin 155 illiyi münasibətilə virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb

Post Views: 46 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, jurnalist, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illiyi ilə əlaqədar virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb. AZƏRTAC xəbər verir ki, materiallarda dramaturqun 155 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni, yazıçının həyat və yaradıcılığı, elmi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilib. Kitabxana əməkdaşları …

Mədəniyyət

Üzeyir ruhlu sənətkar

Post Views: 44 Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin ən parlaq səhifələrindən biridir. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun anadan olmasının 100-cü ildönümü tamam olur. Süleyman Ələsgərov 1924-cü …

Mədəniyyət

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib

Post Views: 47 Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı ömrünün 81-ci ilində vəfat edib. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib. Nazirliyin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il martın 18-də Qərbi Azərbaycanda …

Mədəniyyət

Bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin doğum günüdür

Post Views: 42 Əsl rəssam rənglər dünyasının elə sakinidir ki, ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir. Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşdirən, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə də belə sənət adamlarındandır. AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının …

Mədəniyyət

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub

Post Views: 30 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib. AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb. Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” …

Mədəniyyət

Aşıqlar Birliyi Hüseyn Arifin 100 illiyi münasibətilə tədbir keçirəcək

Post Views: 42 Azərbaycan Aşıqlar Birliyi Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar tədbir keçirəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib. Bildirilib ki, tədbirlər planı çərçivəsində “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı bütünlüklə Hüseyn Arifə həsr olunacaq. Şairinin həyat və yaradıcılığını əhatə edən verilişdə aşıq …

Publisistika

Şəfa VƏLİYEVA

Post Views: 46 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru İndiyədək tanıdıqlarımın əksəriyyəti şeirlərdə gül ətri axtarıblar, yaz havası axtarıblar, kədər nəmişliyi axtarıblar. Mən də onlara qoşulmuşam; özü də, tələsə-tələsə, duyğular içində yıxıla-dura… Çox sonralar anlamışam …

Mədəniyyət

Ustad Aşıq Mikayıl Azaflının yeni kitabı nəşrə hazırlanır

Post Views: 42 Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan …

Mədəniyyət

“Türk Mədəni İrsi Konvensiyası” üzərində iş aparılır

Post Views: 35 Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət tarixində ilk dəfə olaraq Fondun baş qərargahında üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, irs sahəsində ekspertlər, eləcə də təşkilatın layihə rəhbərləri və tədqiqat üzrə mütəxəssislərinin iştirakı ilə ikigünlük müşavirələr olub. Fonddan AZƏRTAC-a verilən məlumata görə, iclaslar çərçivəsində ekspert qruplarının iştirakı ilə sessiyalar keçirilib, “Türk Mədəni …

Mədəniyyət

Bişkekdə Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdiriləcək

Post Views: 32 Fevralın 21-də Bişkekdə, Alıkul Osmonov adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” adlı sənədli filmin premyerası keçiriləcək. AZƏRTAC xəbər verir ki, Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun müəllifi olduğu film Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi və birbaşa iştirakı ilə çəkilib. Tədbirdə Qırğızıstanın …

Mədəniyyət

18 Fevral-Xalq şairi Nəriman Həsənzadənin doğum günüdü

Post Views: 41 Bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Ümumiyyətlə, millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda …

Mədəniyyət

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Post Views: 40 Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür. AZƏRTAC xəbər verir ki, anadan olmasının 90-cı ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib. Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar …

"Yeni nəşrlər"

Gənc yazar Eldar İlqaroğlunun yeni kitabı işıq üzü görüb

Post Views: 84 “Valideynlər bilməli” adlı bu əsər uşaq tərbiyəsində qarşıya çıxan çətinlikləri anlamaq və həll etmək, sağlam ailə mühiti yaratmaq istəyən hər kəs üçün çox gözəl və sadə dildə yazılmış bir mənbə ola bilər. Müəllif Eldar İlqaroğlu kitabında psixoloji araşdırmaları, şəxsi, pedaqoji təcrübələri və dini mənbələrdən gələn tövsiyələri bir araya gətirərək valideynliklə bağlı ən …

Mədəniyyət

“Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb

Post Views: 34 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib. Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan …

"Yeni nəşrlər"

“İMZANI DÜNYAYA TANIT”3-CÜ LAYİHƏ

Post Views: 48 “Mücrü” nəşriyyatı Avstriyanın “Woodpecker” nəşriyyat evinin Azərbaycandakı rəsmi təmsilçisidir.Əsərini xarici dillərdə tanıtmaq istəyən müəlliflər müraciət edə bilərlər:– Janr və yaş məhdudiyyəti yoxdur– Əsərlər ingilis, alman, fransız, ispan və italyan dillərində qəbul edilirƏsərlər qəbul edilir: info@mucrunesriyyati.azƏsərləri göndərərkən məktub başlığı (vacib): “Woodpecker” publishing houseƏlavə: Məktubu göndərərkən faylın içərisində (mütləq) əlaqə nömrənizi qeyd edin.

"Yeni nəşrlər"

“İMZANI DÜNYAYA TANIT”2-Cİ LAYİHƏ

Post Views: 47 Türkiyənin “Güfte Edebiyat” dərgisinə əsər qəbulu:– Janr və yaş məhdudiyyəti yoxdur– Əsərlər Azərbaycan və türkcə qəbul edilir– Əsərin həcmi 1-4 dərgi səhifəsi ola bilər– Yalnız “Mücrü” nəşriyyatının müəllifləri əsər göndərə bilərƏsərlər qəbul edilir: info@mucrunesriyyati.azƏsərləri göndərərkən məktub başlığı (vacib): Güfte Edebiyat dergisiƏlavə: Məktubu göndərərkən faylın içərisində (mütləq) əlaqə nömrənizi qeyd edin. Əlaqə nömrəsi: …

"Yeni nəşrlər"

Azərbaycanlı şair Nemət Tahirin “Kəpənək ümidlər” adlı ilk kitabı işıq üzü görüb

Post Views: 55 “Mücrü” Nəşriyyatı tərəfindən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qarabağ Bürosunun Rəhbəri, şair, yazıçı, publisist Nemət Tahirin “Kəpənək ümidlər” adlı ilk kitabı işıq üzü görüb. Kitab müəllifin oxucuları ilə ilk görüşdür. Kitabda müxtəlif illərdə qələmə alınan şeir və hekayələr yer …

Mədəniyyət

TƏBRİZLİ AŞIQLAR Azərbaycan Aşıqlar Birliyində

Post Views: 40 Bu günlərdə Təbrizdən gəlmiş bir qrup aşıq Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Son illərdə dünyanı ağuşuna almış pandemiya səbəbindən Azərbaycana gələ bilməyən cənublu aşıq qardaşlarımızın bu gəlişi əsl saz-söz bayramına çevrilib. Qonaqları salamlayan Azərbayacan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Cənubi Azərbaycandakı aşıqlarla AAB-nin daim sıx əlaqə saxladığını diqqətə …

Mədəniyyət

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin orqanı “Ozan dünyası” jurnalının 2024-cü ilin yeni sayı üçün yazılar qəbul olunur

Post Views: 39 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin orqanı “OZAN DÜNYASI” jurnalının növbəti sayı nəşrə hazırlanır. Aşıq yaradıcılığı, görkəmli ustad aşıqlarımız və eləcə də, xalq yaradıcılığının digər sahələrinə aid elmi-publisistik məqalələri olanlar mürciət edə bilərlər. Müəlliflər öz yazılarını musa58@bk.ru elektron poçtuna göndərə bilərlər.