Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bəxtinə düşən deyiləm
Kirpiklərin şehli çəmən,
Baxışların bulanıq çay.
Mən- üfüqdə batan günəş,
Sən- təzəcə doğulan Ay.
Ömrümə vaxtsız gələnim,
Vaxtına düşən deyiləm.
Mən özgənin qismətiyəm,
Bəxtinə düşən deyiləm.
Əlimdən mədət ummasın,
Yanağından axan yaşlar.
Durma yolumun üstündə,
Yolumun öz yoldaşı var.