Əslən Kürdəmirdən olan, Qarabağ uğrunda Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş, şəhidlik məqamına yüksələndən sonra “Azərbycan Bayrağı” ordeni ilə təltif edilmiş Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot İsmayılov Əbübəkir Vüqar oğlunun əziz xatirəsinə ithaf edirəm.
Bu vətənin nə qədər cəsur insanları var, Qorxmaz, mərd, şir ürəkli igid aslanları var, İsmətli qız-gəlini, qoçaq oğlanları var, Onlarlardan biz nə qədər, söz-söhbət açsaq azdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Aprel şəhidlərindən biridir, Əbubəkir, Bu yurdun övladıdır – ana yurdu Kürdəmir, Elə ömür yaşadı, hamıya örnək ömür, İgid şahin səmada ölməz bir əsər yazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Uşaqlıqdan deyirdi, -General olacağam, Əsgərlərin qəlbinə nur kimi dolacağam, Düşmənləri qorxuya, təlaşa salacağam, O düşmən ki, nankordu, xaindi, yaramazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Ali Hərbi Məktəbdə oxumaq məqsədiydi, Təyyarəçi olmaqsa, arzusu, mətləbiydi, Yolu özü seçmişdi, ürəyinin səsiydi, Bu səs, bəlkə, tanrıdan gələn nida-avazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Təhsilin başa vurub, oldu yetkin bir zabit, Həm geniş qəlbli idi, həm də qorxmaz bir igid, Başqa cür olammazdı, almışdı halal öyüd, Çətinlikdən qorxmazdı, heç nədən sarsılmazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Qorxu nədir, bilməzdi, onu çoxdan qovmuşdu, Aprel döyüşlərində qəhrəmantək vuruşdu, Təbrizlə, Urfan ilə ölməzliyə qovuşdu, Üç qardaş-üç dost idi, bu dostlar ayrılmazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Şəhid olan zamanı küləklər saçın yoldu, General olmasa da ucadan uca oldu, Yaşamaqçın əbədi, neçə ürəyə doldu, Elin Əbübəkirə məhəbbəti solmazdı, Şəhidlər olmasaydı, torpaq vətən olmazdı!
Bugün (Çarşamba) saat 14.00’de Pendik Belediyesi Sanal Kitap Fuarı’nda canlı yayın konuğuyuz. fuar.pendik.bel.tr adresinden izleyebilirsiniz. Sanal Pendik Kitap Fuarı’ ndan saat 13.00-16.00 arasında satın alacağınız Osmanlı’da Yaşamak ve Osmanlı’da Ölmek kitapları sizlere imzalı olarak gönderilecektir…
Kardeş Türkiye Cümhuriyetinin Kahramanmaraş şehrinde yayınlanan “Uluslararası Mevsimler” Sanat-Edebiyat-Kültür Dergisinin Sahibi, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi şair Arif Erenin “Ses ipine asılan sözler” kitabı yayında
Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçiyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif edib. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.
AZƏRTAC xəbər verir ki, yazıçımız bu şərəfə Avropada dərc edilən “Metamorfoz” romanında, “Babam, zalımlar və əncir ağacı”, “Sonuncu mogikan” kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş “Payız natürmortu” kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, “Payız natürmortu” əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir: “Təbiətin özünəməxsus şəkildə işğalçı müharibələrə etiraz etmək xüsusiyyəti var. “Xarı bülbül” adlı floranın unikal nümunəsi sayılan, xarici görünüşcə bülbülü xatırladan möcüzəli çiçək mövcuddur, o yalnız Dağlıq Qarabağın ürəyi sayılan Şuşa şəhərinin ətrafında bitir. 1992-ci ildə ermənilər tərəfindən işğal ediləndə Şuşa şəhəri tamamilə dağıdılmışdı, yerlə-yeksan olunmuşdu. Şahidlərin söylədiyinə görə, bu işğaldan sonra çiçək daha açmırdı”.
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzanın Qardaş Türkiyə Cümhuriyyətində “The World Smells Love” adlı kitabı İngilis dilində işıq üzü görüb. Kitabda yer alan bütün yazıları aəzrbaycanlı yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan türkcəsindən çevirib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Kürdəmir rayonunun Ərəbxana kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “ Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuş Pərviz Natiq oğlu Novruzovun əziz xatirəsinə ithaf edirəm.
Hələ kiçik yaşından xətirli –hörmətliydin, Çox mehriban, gülərüz, şirin söhbətli idin, İstiqanlı oğuldun, dostluqda ülfətliydin, Qısaca həyatında qoydun yaxşı əməl, iz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Uşaq idin, yox idi, nə kədərin, nə dərdin, Dostlarınla birlikdə kür çayında üzərdin, Bağ-bağçanı, çəməni həvəs ilə gəzərdin, Arzuların tükənməz, xəyalların bir dəniz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Böyüdün, yaşa doldun, arzuların böyüdü, Oldun Ərəbxananın cavan qoçaq igidi, Ağsaqqallardan aldın nəsihəti, öyüdü, Həyatda yolun kimi əqidən də oldu düz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Vətən məhəbbətiylə döyünürdü ürəyin, Sevirdin bu vətənin, hər gülün, hər çiçəyin, Qarabağ azad oldu, qəbul oldu diləyin, Arzuların saf idi, arzuların saf, təmiz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Oxuyurdun kollecdə, dedin, orduya gedim, Artıq zaman yetişib, vətənə xidmət edim, Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım, Bu ad hamıya doğma, bu ad hamıya əziz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Alqış vətən sevginə, alqış mətanətinə, Düşmənlər heyran qalıb vətən məhəbbətinə, Tab etmədi yağılar sənin rəşadətinə, Yaddan çıxarmaz heç vaxt qəhrəmanın Horadiz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Zaman keçir hərənin həyatı bir cür ötür, On doqquz il yaşadın, gözəl, mənalı ömür, Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür, Səni doğması bilir, Gəncə, Naxçıvan, Təbriz, Unutmaz heç bir zaman, el-oba səni, Pərviz.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif olunmuş Məlik Kamran oğlu Zülfüqarovun əziz xatirəsinə ithaf edirəm.
Anan səni böyütdü Min bir əziyyət ilə, Sən də sevdin ananı, Sonsuz məhəbbət ilə.
Qəlbin tər-təmiz idi, Arzuların bir ümman, Taleyi heç kim bilmir, Onu, yazır yaradan.
İllər keçdi, dolandı, Oldu on səkkiz yaşın, Əsgərliyə yollandın, Hər əsgər bir qardaşın.
Cəsur bir əsgər oldun, Razıydı komandirin, Yerinə yetirirdin Ləyaqətlə hər əmrin.
Müharibə başladı, Vətən qorunmalıdır, Məqam gəlib, yağının Burnu ovulmalıdır.
Atıldın döyüşlərə Minlərlə əsgər təki, Heç qorxmadaın ölümdən Vətən yaşasın, təki.
Füzulinin uğrunda Göstərdin çox rəşadət, Tanrım özü vermişdi, Sənə mərdlik, şücaət.
Sən, şəhid oldun, Məlik, Əbədi yaşar, ölməz, Adın xalqın qəlbində, Ürəklərdən silinməz.
Əziz anan Yeganə, Bilirsən,nə eylədi? Məlik qəhrəman olub, Başqa yol yox, söylədi.
Şəhid müavinətin, Bağışladı orduma: -Ordum qüvvətli olsun, Müjdə versin yurduma.
Dünyaya gəldin Məlik, Karrar adlı bir eldə, Səni sevənlər vardır, İndi artıq hər yerdə.
Məlik, səni həmişə Xatırlayar xalqımız, Mərdləri unutmağa Yoxdur bizim haqqımız.
Haqdan yaranmısan nurdu əməlin, Tanrı dərgahından üzülməz əlin, Səninlə öyünür bütün türk elim, Yaradan göndərib bizə ərməğan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Dar gündə yetişdin Qarabağıma, Nur kimi səpildin qəm ocağıma, Doğma qardaş oldun yaman çağıma, Könlümüzə zəfər sevinci yaxan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Sən türk dünyasının yenilməz dağı, Gətirdin bizlərə zəfər soraģı, Yazdın yaddaşlara bu gözəl çaģı, Zülmətə daģ çəkib Günəş tək doģan, Yenilməz sərkərdə Tayyip Ərdoģan.
Yoğurdun təməldən qüdrətli Turan, Ulu Türk önündə səcdəyə duran, Tarixin ən uca taxtını quran, Haqqın bayraqdarı, ey böyük insan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Fədayə orta məktəbi bitirməmiş, onunçün evlərinə yaxından, uzaqdan elçilər gəlirdi. O, qaragözlü, uzun hörüklü, cazibədar olmaqla bərabər, həm də çox ağıllı qız idi. Baxışlarındakı xeyirxahlıq, məsumluq, sadəlik onu görənləri heyran edirdi. Sevənləri gün-gündən artırdı. O isə heç kimə razılıq vermir, yalnız ali təhsil almaq üçün fikirləşirdi. Ali təhsil almaq, tələbə olmaq onun üçün böyük arzular idi. O, bu arzulara çatmaq üçün dərslərindən əla qiymətlər alır və imtahanlara mükəmməl hazırlşırdı. Həyat öz axarı ilə gedirdi. Fədayənin öz sevdiyi var idi. Qəlbindəki bu gizli hissdən heç kəsin xəbəri yox idi. Yalnız onu sevən oğlandan başqa…Lakin ailə həyatı qurmaq ikinci məsələ idi onun üçün. Sevdiyi Kəmənd adlı oğlan onunla bir məktəbdə oxuyurdu. Kəmənd hər gün onu qarabaqara izləyir, eşidəndə ki, kimsə onu sevir, bir yol tapıb ondan uzaqlaşdırırdı. Beləcə, Fədayə üçün sevgisini fəda edirdi. Orta məktəb həyatına əlvida deyən gənclər çox keçmədi ki, nişanlandılar. Uzun müddət nişanlı qaldıqdan sonra isə evlənmək üçün qərar verdilər. Hər ikisi ali məktəbə daxil olmuşdu. Gənc ailə üçün tələbə olmaq nə qədər çətin idisə, o qədər də şərəfli idi. Gündəlik dolanışıq onlar üçün çox cətin idi. Fədayə əyani, Kəmənd isə qiyabi təhsil alırdı. Hələ üstəlik kirayədə qalırdılar. Onlar üçün vəziyyət acınacaqlı olsa da buna sinə gərməyi bacarırdılar. Kəmənd zavodda işləyirdi, aldığı az maaş onlara çatmrdı. Heç bir kəsdən köməyi olmayan Fədayənin isə tələbə təqaüdündən başqa ümid yeri yox idi. İllər beləcə ötüb keçirdi. Lakin Fədayə ən cətin anlarında belə Kəməndi incitməmək üçün heç nə demir, gizli-gizli ağlayıb, ovunurdu. Fikirləşirdi ki, tələbəlik həyatı qurtarar, hər ikisi işləyib, xoşbəxt ailə olmaq üçün əllərindən gələni edəcəkdir. Təki sevgi birliyi, söz birliyi olsun. Fədayə Kəməndi çox sevirdi. Onun üçün sevgi daha böyük zirvə idi. O, hər an Kəməndi qorumağa çalışırdı. Birlikdə bütün çətinliklərə sinə gərməyi özünə fəxr bilirdi… Kəməndin valideynləri ona heç bir köməklik etmir, onlara qarşı ən kiçik istilik, qayğı belə göstərmirdilər. Oz vəzifələrini bitmiş hesab edən valideynlər necə bacarırsınız elə də yaşayın, deməklə canlarını qurtarmışdılar. İllər ayları, aylar isə günləri qovurdu…Gənc ailənin günü-gündən bir-birinə bağlanması, sevgi tellərinin möhkəmlənməsi onun gözəlliyini qorumağa səsləyirdi. Fədayə isə Kəməndi sevdiyi üçün, çalışırdı ki, ona hər an dəstək olsun. Kəmənd də, qısılmışdı Fədayənin sevgisinin ağuşuna. Artıq onlar ali təhsili bitirib, işləməyə başlamışdılar. Övladları da dünyaya gəlmişdi. Ömür pillələrində Fədayə Kəməndlə addımlayanda çalışırdı ki, həmişə bir pillə ondan aşağıda olsun ki, lazım olan zamanlarda həyat yükünün ağırlığı onun çiyinlərinə düşsün. Məhz buna görə də əzablar içərisində əzilir, zillətlər çəkirdi. Lakin ailəsinin xətrinə hər çətinliyə dözməyi özünə borc bilirdi. İllərin acısını ürəyində, həyatın ağırlığını isə çiyinlərində daşıyırdı. Zaman-zaman çətinliklər içərisində əzablarla boğulur, yenidən özündə yaşamaq üçün güc toplayırdı. Axı övladlarını böyütmək, ərsəyə çatdırmaq üçün o yaşamalı idi. Həm müəllimə işləyir, həm də ev qayğılarını çəkirdi. Artıq çətinliklər arxada qalmışdı. Kəmənd istədiyi məqama çatmışdi. İşi, pulu, ətrafda tanışlıqları, həmişəki kimi bir addım yox, Fədayədən daha çox irəlidə gedirdi. Maddi cəhətdən Kəmənd Fədayədən irəlidə olsa da, mənəvi cəhətdən geriləyirdi. O, Fədayənin çəkdiyi əzabları qiymətləndirmir, mənəm- mənəmlik edirdi. Bu isə Fədayəni özündən çıxartsa da, dillənmir, hər şeyi zamanın üzərinə buraxırdı. Sanki, onunla birlikdə çəkdiyi əzabları Kəmənd unutmuş, heç olmamış kimi yaşayırdı. Fədayə üçün ən ağır, ölümə bərabər bir əzab idi, bu haqsızlıqlar. Axı Kəmənd onunla evlənəndə özünü dünyanın xoşbəxti hesab edirdi, guya onun dərdindən ölürdü… Bəs nə oldu, onu var-dövlət sevdiyindən belə tez uzaqlaşdırmışdı? Suallara göz yaşları ilə cavab verirdi Fədayə… Kəməndin bir pillə qabaqda olmağı üçün dəridən, qabıqdan çıxan Fədayə bu gün onun üçün heç kəs idi.. Bu pillələr Kəməndin yalançı, saxta məhəbbətini də, özüylə aparmışdı. Daha bir pillə aşağı əyilib, Fədayəyə baxmaq belə istəmirdi. Çünki gözləri daha yuxarı pillələrdə idi. Fədayə üçün həyatın mənası ölmüş, hər şey onun üçün bitmişdi. Göz yaşları içində olan həyatı ona dərddən-sərdən başqa bir şey deyildi. Axı, çətinliklərə onunla bir sinə gərmiş Fədayənin əzablara düçar olması nə üçün idi? Xoşbəxt günlərə çatmaq üçün eyni yolu gedən Fəayənin haqqını tapadalamaq günah deyildimi? Xəyallar içində həyatnı fikirləşən, özünü anbaan unudan Fədayəin,bu haqsızlıqları sakitcə izləməkdən başqa çarəsi yox idi. Zaman ən gözəl hakim idi… Lakin zaman da bəzən öz təkərini düz fırlatmırdı. Əzəni əzir, üstündən də keçirdi… Suallar içində suala dönmüşdü Fədayə… Kəmənd bu zirvədə ikən, keçmiş günlərini xatırlayacaqmı, deyə fikirlşirdi. Fikirlər onu yaxın keçmişə aparsa da, onu sevən insanın bunlara qayıtması, onları görmək bacarığının olmamasını düşünəndə həyatdan əlini üzürdü. Hərdən bu acılı xatirələri yada salanda Kəməndin ona qulaq asmamağı, onu eşitmək belə istəməməsi Fədayənin ömrünü hər gün daha ümidsizliyə sürükləyirdi.Bütün bunlara baxmayaraq Fədayə övladları xətrinə səbrinə qısılıb… Vicdanında bir zərrə də, olsa ədalət, etibar, insanlığa hörmət və haqqa inamı varsa, keçmişinə dönəcək, deyə içində çapaladğı fikirlərin, xəyalların qanadında uçur, özünə təsəlli axtarırdı Fədayə. Kəmənd isə hər gün dəyişir, var-dövlət, şan-şöhrət onu tamam baçqa bir aləmə aparırdı. O aləm ki, orada nə sevgi vardı, nə də insanlıq… Şeytani hisslərin covlan etdiyi bir aləm idi. Fədayə isə həyatın amansızlığından, haqsızlığından, sevdiyinin etibarsızlığından yorulmuşdu. Özü dünyada ikən, ruhu onu tərk edtmişdi sanki… Günlər bir-birini qovurdu… Göz yaşlarına həmdəm olan qadın gözlərini bir nöqtəyə zilləmişdi… Orda haqq-ədalət axtarırdı… Nə zamansa gələcəyinə inanırdı… Bir gün işdə olarkən iş telefonuna gələn zəng onu xəyallarından ayırdı. Eşitdiyi xəbərdən əlindəki telefon dəstəyi yerə düşdü. İş yoldaşları Fədayəni ələ almaq üçün ona yaxınlaşdılar. Telefon dəsətəyini əlinə alan iş yoldaşı zəng gələn yerdən nə baş verəcəyi barədə soruşanda halı pis oldu. Kəməndin qəza törətməsi barədə xəbər verən onun yaxın dostu idi. Bir neçə saatdan sonra hamı xəstəxanada idi. Kəməndin yanında Fədayə göz yaşlarını axıdırdı. Qohumların hamısı xəbər tutsa da heç kəs gəlib çıxmamışdı. Təkcə gələnlər Fədayənin iş yoldaşları, bacı-qardaşları, bir də ailəvi dostları idi. Kəmənd möhkəm əzilmişdi. Vəziyyəti çox ağır idi. Həkim ona yaxınlaşıb soruşdu… -Xanım, siz həyat yoldaşısınız? -Bəli. -Təcili əməliyyat olunmalıdı xəstəniz. Yoxsa xəstə həyatını itirə bilər. Fədayə özünü ələ alıb,titrək səslə… -Həkim xahiş edirəm,nə lazımdırsa, əlinizdən gələni əsirgəməyin. Təki Kəmənd sağ-salamat olsun. Əməliyyat iki saat çəkdi. Bu müddət ərzində Fədayənin göz yaşları selə dönmüşdü. Onu saxlamaq mümkün olmurdu. Onun Kəməndə olan sevgisini özündən, bir də Allahdan başqa heç kəs duya bilməzdi. Ürəyində Allahına yalvarır, onun sağalması üçün dualar edirdi. Bu qədər müddətdə nə qardaşı, nə də bacısı belə xəbər tutsa da gəlib çıxmamışdı. Hansı ki, Kəmənd onların yolunda hər şey etmişdi və edirdi də. Bacısı isə hər zaman onların ailə işinə qarışmaqla, onların bu dəli sevgisinə əngəl olmaqla Fədayənin qəlbini qırmış, ona olan istəyini əlindən almışdı. Fədayənin halı pisləşmişdi. Tez-tez ürəyi tutan Fədayəni həkimlər bir təhər özünə gətirə bimişdilər. Kəməndin bir ayağını kəsmişdi həkimlər. Bədəninin çox yerləri sarıqlı idi. Onu reanimasiya otağına apardılar. Yanına heç kəsi buraxmırdılar. Təkcə Fədayə yalvar-yaxışla qalmağa icazə ala bildi. Gecənin bir zamanı Kəmənd gözlərini açdı və pıçıltı ilə…Suzundan ciyərim yanır.Fədayə limonlu su ilə pambığı isladıb onun qurumuş dodaqlarını islatdı. Dəfələrlə əməliyyat keçirmiş Fədayə sağlamlığının çoxunu itirsə də, Kəməndin yolunda yenidən hər əzaba qatlaşırdı. Onun ayağa durması üçün əlindən gələni etməyə başlamışdı. Kəmənd hər gün Fədayənin etdiyi bu yaxşılıqların qarşısında xəcalət çəkir, başını qaldırıb onun üzünə baxmağa belə utanırdı. Hətta Fədayənin vaxtilə gizlin axıtdığı göz yaşlarına da məhəl qoymaması yadına düşdükcə özünü bağışlaya bimirdi. Bütün bunları yenidən xatırlayan Kəmənd çəkdiyi vicdan əzabından qurtarmaq üçün bir gün… -Fədayə, sənə qarşı etdiklərimə görə vicdan əzabı çəkirəm. Bəlkə də elə buna görə Allah məni belə cəzalandırdı. Xahiş edirəm, məni bağışla. Sən mənim ən çətin anımda mənə dayaq durmusan. Mənə ata-ana, bacı-qardaş olmusan. Mən isə sənə layiq dəyər verə bilməmişəm. Məni yenidən dünyaya qaytardın. Məni bağışla… Fədayə həyat yoldaşı Kəməndin ona qarşı etdiyi haqsızlığa həmişə susmuş, heç zaman səsini belə çıxarmamışdı. Yalnız ağlamaqla ürəyini sakitləşdirə bilmişdi.Öz sevgisinə sığınan polad iradəli, zərif qəlbli Fədayə hər zamankı kimi yenə də ağlayırdı…. Xalidə Nuray. 05.04.2017.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bir şirin sevdanın yadıgarısan, Düşmüsən nəğmə tək dilə, bənövşə, Könül sarayımın tacıdarısan, Qəddin açılmayır hələ, bənövşə.
Bülbülün sinəsi dönübdür dağa, Arılar tökülüb gəlibdi bağa, Gülüm, canım olsun, sənə sadağa, Gəl bükmə, boynunu belə, bənövşə.
Necə də gözəlsən, necə də incə, Quşlar cuşə gəir, səni görüncə, Mən necə sevməyim, mən səni necə? Sənsiz odum dönüb külə, bənöşə.
Sirrsən, möcüzəsən, bilmirsən özün, Bir ay parçasıdır, camalın, üzün, Dünyanı dolaşır şöhrətin, sözün, Heyranam sənin tək, gülə, bənövşə.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gəldi qara buludlar, toqquşdu birdən, birə, Şimşəyin nərəsindən, silkələndi dağ, dərə, Elə bil yer göy uçdu,göylər birləşdi yerə, Leysan elə coşdu ki, sular döndü bir selə,
Bircə anda kəsildi quşların cəh-cəh səsi, Gurultuya çevrildi, dağların xoş nəğməsi, Çırpdı özünü yerə, damlanın hər birisi, Qayalar sinə gərdi, əsən küləyə, yelə.
Boğuldu sel daşları, qurd kimi xırıldadı, Qayalardan atıldı, sel-sular, şırıldadı, Qurbağalar sevindi, dərədə quruldadı, Cilovsuz dəli yellər,əsdi belədən, belə.
Gölməçələr içində, oynadı gur damcılar, Təzə mahnı oxudu sevinclə qavalçalar, Daşları, qayaları döydü yenə qamçılar, Göylər üzün bozartdı, hər çiçəyə, hər gülə.
Yaz yağışı gözəllik, yaz yağışı bərəkət, Açıldı göy qurşağı, gözəlləşdi təbiət, Yaz yağışı sevgidir, yaz yağışı məhəbbət, Yağışdı ilham verən, qaranquşa, bülbülə.\
Yenə günəş şəfəqin səpdi torpağa, daşa, Şəfəqlərə büründü yer, göy oldu, tamaşa, Yuyundu ana torpaq, bəzəndi başdan- başa, Bir gözəllik gətirdi, yaz yağışı bu elə.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Payız elə getdi, qış belə gəldi, Ayrılıq küləyi əsdi bir ucdan. Görüşə bilmədik, bu necə dərddi? Qar da yolumuzu kəsdi bir yandan.
Sanki acıq çıxır təbiət bizdən, Görüşmək vədəmiz uzanır yaman. Həsrət də qar kimi gözlərimizdən, Yağıb sinəmizdə qoparır tufan.
Bölündük sevginin fəsillərinə, Eşqimiz, baharkən, özümüz qışıq. Bəlkə ömrümüzün son illərindən, Bəxtin yollarına atılmış daşıq?!
Eh… yenə səbrimin üstünə əsir, Sənin göndərdiyin şaxta, qar, boran. İnan ki, yolumu eşqimiz kəsir, Yoxsa, bu yollarda kimdi ki, duran?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
AĞLAMA, A KÖRPƏ, AĞLAMA BELƏ.
Ağlama , a körpə ağlama belə, Sən hələ nə görüb, nə götürmüsən. Ömrün günlərini bir-bir ələyib, Hələ ildən-ilə ötürməmisən.
Hələ keçməmisən dərd körpüsündən, Hələ arzuların aşıb-daşmayıb. Ömrün hər zilləti, hər bir zülməti, Qəlbində, könlündə heç dolaşmayıb.
Haqlı ola-ola üstünə bəzən, Haqsız əllərindən daş atılmayıb, Cəlladlar əlinə keçməyib ömrün, Yaşının üstündən yaş atılmayıb.
O zaman sən belə yanıqlı ağla, Oysun ürəyini sözün xəncəri, Yarda etibarı, dostda inamı, Görməyib sən neçə illərdən bəri.
Ardınca qaçdığın ümidlərinin, Dizi qırılmayıb, könlü sınmayıb, Kiminsə eşqindən qəlbin od turub, Sevda yollarında alovlanmayıb.
Yazmayıb bəxtini qara kürsülər, Gözlərin tanımır bu kor dünyanı, Hələ görməmisən ürək ağrıdan, Üstünə atılan şəri-böhtanı.
Hələ ürəyinə eşqin harayı, Saçına sevdaının dəni düşməyib. Ağlayıb qəlbimi üzmə havayı, Bəxtin ki, əllərdən-ələ düşməyib.
Hələ görməmisən könül dağını, Qəlbin çəkilməyib min yerdən şişə. Saxla, gələcəyə ağlamağını, Ömrünü vaxt biçib, zaman dəyişər.
Saxta söz, saxta üz durub qarşında, Açılan könlünü qıfıllamayıb. Oyub ürəyini düz yalanıyla, Səni öz mənindən oğurlamayıb.
Hələ düşməmisən çətinə, dara, Gözlərin dərd çəkib, yol aramayıb, Gəzib tellərində fələk əlləri, Saçını qəm yuyub, dərd daramayıb.
Yurdunu dağıdıb, köçürməyiblər, Qaçqın olmamamısan hələ vətəndə. Nə şəhid oğlun var, nə şəhid elin, Hələ nə görmüsən, a yazıq bəndə.
Ağlama sən Allah, bu göz yaşını, Heyfdir tökmə gəl torpaq üstünə. Sən ağla Vətəni, sən ağla məni, Dünya ikimizin durub qəsdinə!!!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Dərdi yanına sal gətir, Yeni görüşə gələndə… Özünə eynək al gətir… Böyütsün məni gözündə…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Qəhərim əlçim-əlçimdir, Kədərim ürək-ürəkdi… Bilən varmı, gələn kimdi? Bu yollar nəyə gərəkdi?
Bilən varmı,qara divin Qış yuxusu yaza düşüb… Bizim evlə sizin evin Arasında kim üşüyüb?
Kimdi biləndərin, adam? Gəlsin…görsün…bilsin…desin… Məni çox söylətmə, qadam, ”Allah mənə ağıl versin! ”
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
EŞQİNƏ
Səhər verilişində Aşıq Əli Quliyev saz çalırdı…
Bu sabahlar bir qiyamət qopartdı, Saz Əlinin, Əli sazın eşqinə. Bu misralar kəlmə-kəlmə sinəmdə Qatarlandı bu avazın eşqinə.
Zilə qalxdı – beçə pərdə sızladı, Bəmə endi – barmaqları buzladı. Şah pərdədə ərəb atlar tozladı,- Mənzil kəsdi bu murazın eşqinə.
Qayıbdan bir nida qopdu: Paho…pah… Bu dünyanın şahı qulmuş, qulu şah… Elə sandım tüstülənir qul Əmrah “Sərvi boylu Səlminaz”ın eşqinə.
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
ƏMİ
“Əmi” deyə müraciət etdiyimiz Aşıq Əli Quliyevə
Dərd yarı olardı dərd ola bilsə, Biz çəkən nədisə hədərdi, əmi. Qələmdən axanda qəm yığnağıdı, Saza qaldıranda kədərdi, əmi.
«Dünya dolanması qatıb başları», Yar-yoldaş unudub yar-yoldaşları… Könlükəsək-lərin, qəlbidaş-ların Nə dərdi olacaq, nə dərdi, əmi?!
Necədi köksündə köz dolanmağın? Getdi zəmanəsi yüz dolanmağın. Halal yaşamağın, düz dolanmağın Astarı üzündən betərdi, əmi.
Başa dırmaşdılar baş əzdirənlər, Könül küsdürənlər, qəlb üzdürənlər. Daha can ha deyil biz gəzdirənlər, Eləcə düşmənə çəpərdi, əmi.
İbrahim İlyaslı – yollarda gözü, Vurğunudu sənli söhbətin, sözün. Oxu, bu qoşmaya qıymat qoy özün, Adına bağladım – nətəridi, əmi?!
Tezliklə o günlər geri qayıda, qaçıb ev-eşikdən şəhərə dolaq, bu günlər bir azca bizi oyada, sən məndən,mən səndən muğayat olaq…
HEÇ BİLİRSƏN NƏLƏR OLUB O VAXTDAN?
Ürəyimdə bir məlhəmsiz yarasan, durna köçü yenə keçir uzaqdan, həsrətinə dözmək olmur, hardasan? heç bilirsən, nələr olub o vaxtdan?
Heç bilirsən; kimlər çalıb qapımı, neçə dəfə dərd qaraldıb qanımı, suallarla bezdirdikcə Tanrımı əllərimdən nələr alıb o vaxtdan?!
Heç bilirsən,nələr çıxıb qarşıma, baharımdan nələr qalıb qışıma, kimlər gəlib küllər töküb başıma, saçalrımda nələr solub o vaxtdan?
Yaşamışam–sən qəlbimdə qalaraq, məndən bezən can əlində qalaraq, yastığımda quruyaraq,solaraq heç bilirsən,nələr qalıb o vaxtdan?
Heç bilirsən;həsrət nədir,qəm nədir, ümidləri puç eləyən kin nədir, yalanımdan:”Günah yalnız məndədir”, neçə-neçə güllər solub o vaxtdan?
Dustağıyam sənsiz keçən illərin, nə biləsən;nədən var ki,xəbərin? Sığalları neçə-neçə yellərin əllərini yada salıb o vaxtdan! Nə biləsən,nələr olub o vaxtdan???
Qayıdarsan,o da olar bir anlıq, səni alar yuxumdakı qaranlıq, sənsiz ömür pərən-pərən, dağınıq; ətəyinə məni yığıb gedəydin…
SOYUQLAŞDIN…
Soyuqlaşdın,dünya kimi havan dəyişib, belə getsə-durna kimi uçub gedəcəm, eşitmişəm,gülüm,yenə yuvan dəyişib! mən səninlə hankısına köçüb gedəcəm?
Bir-bir sənə bağlandığım tellər qırılır, baxanı yox!-bəslədiyin güllər qırılır, çooox uzandı bu ayrılıq,illər qırılır, bu sevginin hər şeyindən keçib gedəcəm.
Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı, pozmzq olmur,ahd-peyman min cürə bağlı, getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı, düyünləri inadımla açıb gedəcəm!
Bundan sonra söz olacaq qüssələrinki, dəyişmişik;nə sən o san,nə mən həminki, sən özgəyə qismət oldun,mən özgəninki, tutub-zorla aparsan da qaçıb-gedəcəm.
Deməmişdik:” bu ülfəti edək yarımçıq”, boy vermədi-eşqin gülü gödək,yarımçıq, şərəfimə qaldırdığın qədəh yarımçıq!! bəs demişdin:”Sağlığına içib gedəcəm…”
Mənə biraz onnan danış Mənə biraz onnan danış Az da olsa yaşat məni Çox dolmuşam için-için Bir az ağlat boşalt məni Yaman sıxır həyat məni
Mənə bir az onnan danış Duruşundan, yerişindən Gəlişindən, gedişindən Şirin-şirin gülüşündən Bacardıqca hər işindən Nə bilirsən axır çalış Mənə bir az ondan danış
Mənə bir az ondan danış Söylə, neynir can yoldaşım? Qısqanclıqdan coşum, daşım Qoy lap quru söznənsə də Özümü itirim, çaşım Ona yenə yaxınlaşım
Mənə bir az ondan danış Danış, təbim dilə gəlsin Hər bir sözün bağrım dəlir Qoy içkisiz, qoy içmədən Ruhum bir az məzələnsin Xatirələr təzələnsin
Mənə bir az ondan danış Qaytar mənə xatır məni Qaytar mənə gətir məni Al onsuz bir gələcəkdən Keçmişimdə itir məni Danışdıqca itir məni.
Mənə bir az ondan danış Hicran pozub düzənimi Sarıb şeri, qəzəlimi De ki təsəllim öpməkdi Ondan yazan öz əlimi Ona bir az məndən danış..!
Bir gündə ütsələr meşəni, yolub, Yıxıb – sürüsələr dağları, susum. İçib məst olmasam, baxıb məst olum, Desələr bulağa şərabdır bu su.
Sapanda güc olum, daşa ağırlıq Tənha ulduzlara daş atan olsa, Deyim “xəlbirlənən” daş qumdur artıq- Yetimi, yesiri yaşadan olsa.
Heç üzü qaraya üzüm gülmədi Sən ki, tanıyırsan, ey ürək, kiməm! Pərvanə olanda o kəs bilmədi, Biganə olanda biləcək kiməm!
Bir az da ölümü yandırsın ahım, Düz olum, bilməyim düz olmaq nədi, Satanın nəyinə gərəkdir axı İynə olmaq nədi? Biz olmaq nədi?
Oba yerlərinə baxıb ağlayım, Tüstüsüz ocaqdan nə pay, nə umu. Odunu nə vaxtdan qara bağlayıb, Alovu nə vaxtdan ağzını yumub.
Quruya yaş olmaq hünərdi bəzən, Bəzən də bu hünər girovdu nahaq. Səni sinələrdən çox asmışam mən, Bəs səni sinəmə kim qaytaracaq?
Elə daldalanım alqış zalında, Xəbərim olmasın alqışlayandan. Xəbərim olmasın haqqı yanandan, Xəbərim olmasın haqqı danandan.
Çəkim qoltuğuma qulaqlarımı, Bilməyim göy payı, yağışdı, qardı. Bilməyim sel çəksə ayaqlarımdan Sel kötük apardı, insan apardı…
Ürəyim, öz dərdim özümdən ağır Hər hökmün andınla üz-üzə durur. Ölü sağlığımın sayıqlamağı, Diri mərhumluğun çağrışı budur… Mənə biganəlik öyrət, ürəyim…
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” jurnalının Baş redaktor müavini, tanınmış yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb.
Kitabın ön söz müəllifi tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslana, kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşara, tərcüməçi Saadət Örmecidir.
Müəllif kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, başda Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin sədri Sərhat Kabaklı olmaqla vəqfin bütün heyətinə öz təşəkkürünü bildirir.
Xatırladaq ki, kitab İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “TURAY” Kitab Nəşriyyatında çap olunub.
“Qarışqa təqvimi”ndən: “Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!” Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb.
Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu:
Bəs, mən necə gedəcəm? -Eşqlə! – deyə yolda onu tək buraxmışdı Allahın baş Mələyi. Məhəmməd Füzuli də “Ey Füzuli, hər əməl qılsan, xətadı qeyri-eşq!” deməklə İlahi işıqdan – Allah eşqindən başqa nə varsa xətadı, söyləmək istəmişdi. Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı esselər kitabında da həmin İlahi Eşqdən – İlahi Qüdrətdən söhbət açılır.
Səbinə YUSİF,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax-Ağstafa Bürosunun Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Nə kökü dərindədir, Nə möhkəm gövdəsi var. Nə meyvə gətirəndir, Nə də ki, kölgəsi var. Nə fərqi, yanındakı Payıd, ya qovaq olsun; Bircə onu düşünür- Sarınıb qalxmaq üçün Təki bir dayaq olsun.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Şirindir zoğalın meyvəsi, payı, Onun ləzzətini şəkərdə duydum. Zoğal mürəbbəsi, somovar çayı… Meşənin ətrini şəhərdə duydum.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Gün batdı… Bozardı göylərin üzü, Bir yarpaq üzülüb düşdü budaqdan. Gün doğdu… nur tutdu dərəni, düzü, Bir toxum cücərib qalxdı torpaqdan.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Kəpəz Ana torpağın, Təbii qalasıdır. Göygöl yaşıl meşənin, Göygözlü balasıdır.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Meşədə məğrur palıd, Əyilən söyüd də ar. Həyatda qorxaq insan, Təmkinli igid də var.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü. Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi. Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı. Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi. Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi. Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi. Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu. Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi. Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.
* * *
V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi
Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair.
Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.
AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.
1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.[2]
2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub.
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub.
“Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir.
Azərbaycan Aşıqlar Birliyinin I katibidir.
Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxmışdır.
Xaricdə isə 20 məqaləsi çıxmışdır.
Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi çalışmışdır.2016-cı ildə Birliyinin sədri seçilmişdi.
Ozan-aşıq keçidi. Bakı, “Qobustan” jurnalı., 1991, №3 “Ustad”, “Ədəbiyyat qəzeti”, 22 fevral 1991-cı il, №8. “Manas” dastanının anlatılış özəllikləri. Ankara, “Turk dünyası” dərgisi, 1995, №4 Azərbaycan türklərində ad anlayışı. Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11 Aşıq sənətində informatik yük və repertuar problemləri. Bakı, 2001, Elmi əsərlər, №3-4 Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.
Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da[1]Borçalı mahalında – Gürcüstan SSR-nin Bolnisi rayonununDarvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986–1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[2]
Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.
↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı. əmr №184
↑ Vahid, T. “Ozan – Aşıq Dünyası”: [Milli Kitabxanada şair Musa Nəbioğlunun eyni adlı kitabının təqdimat mərasiminin keçirilməsi haqqında] //Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 14.
Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.
Qəhrəmanlıq dastanları Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.
“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.
Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.
“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.
Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.
Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…
Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.
Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli Xalq şairlərimizin də yaradıcılığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir. Məsələn, Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”, Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”, Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”, ”Səninlə dünyada bəxtiyram mən” və s.
DAĞLAR
Bahar fəsli, yaz ayları gələndə Süsənli, sünbüllü, lalalı dağlar. Yoxsulu, ərbabı, şahı, gədanı Tutmaz bir-birindən alalı* dağlar.
Xəstə üçün təpəsində qar olur, Hər cür çiçək açır, laləzar olur, Çеşməsindən Abi-Həyat car olur, Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın; Kəsilməz çеşməndən gözəl yığnağın. Axtarma motalın, yağın, qaymağın… Zənbur çiçəyindən bal alı, dağlar!
Yayın əvvəlində dönərsən xana, Son ayda bənzərsən yеtkin bostana. Payızın zəmhəri* qoyur virana, Dağıdır üstündən calalı, dağlar!
Gahdan çiskin tökər, gah duman еylər, Gah gəlib-gеdəni pərişan еylər, Gahdan qеyzə gələr, nahaq qan еylər, Dinşəməz haramı, halalı dağlar.
Ağ xalat bürünər, zərnişan gеyməz, Hеç kəsi dindirib, xətrinə dəyməz. Sərdara söz dеməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar.
Köçər еllər, düşər səndən aralı, Firqətindən gül-nərgizin saralı. Ələsgər Məcnun tək yardan yaralı, də dərdli, nalalı, dağlar!
Aşıq ƏLƏSGƏR.
* Alalı – fərqli
Qeyd: Yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri olan “Koroğlu” dastanının nəzm hissəsi qoşma və gəraylılardan ibarətdir.
Gözəlləmə—gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.
Vücudnamə-Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.
Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır. Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:
Ay həzərat, bir zamana gəlibdi, Ala qarğa şux tərlanı bəyənməz. Oğullar atanı, qızlar ananı, Gəlinlər də qaynananı bəyənməz.
(Aşıq Abbas Tufarqanlı)
Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir. Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, söə xatir Ustad Alı sazı götürməyir.
Gəraylı
Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır. Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.
Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…
Gəraylıda bəndlərin sayı tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “Möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “Tapşırma” da deyilir.
Gəraylı əsasən heca vəznində olur. Misradaxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur. Ahəngdarlığı ilə seçilən gəraylı Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
CЕYRAN
Durum dolanım başına, Qaşı, gözü qara Cеyran! Saldın еşqin ataşına, Еylə dərdə çara, Cеyran!
Söz еşidib, ərzim qansan, Mən yanana sən də yansan. Özün bir tülək tərlansan, Niyə uydun sara, Cеyran?!
Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şiralı Vüqar oğlu Səlimovun əziz xatirəsinə bulağın açılması münasibəti ilə.
Adi bulaq deyil bu, şəhid xatirəsidir, Şəhidin ölməzliyi, şəhidin haqq səsidir. Canını xalq yolunda qurban verən şəhidin, Vətən, torpaq uğrunda qurban gedən şəhidin, Ölməzliyini təsdiq, eyləyən abidədir, Elim unutqan deyil, xalqımız bilir qədir.
İnsanı insan edir, yaşadır öz amalı, Bunu dərk eyləyirdi, anlayırdı, Şiralı. Anası tək sevirdi, vətəni, bu torpağı, Deyirdi, qoyammarıq, düşməndə Qarabağı, Yağıları bir yolluq qovmalıyıq yurdumdan, Qələbə gözləyirik, biz yenilməz ordumdan.
Komandanın əmridir, getməliyik irəli, Necə də xoşbəxt idi, mətin əsgər Şiralı. Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə, Düşməni məhv eylədi, vətən oğlu cürətlə. Suşamız azad oldu, alındı torpağımız, Vüqarla dalğalanır üç rəngli bayrağımız.
Şiralı tək çox igid bu günü görməsə də, Sevinc gülüstanından çiçəklər dərməsə də, Vətən heç vaxt unutmaz öz şəhid övladını, Daim yaşatmalıyıq igidlərin adını. Bu bulaq Şiralının ölməz xatirəsidir, Şəhidlərə məhəbbət, sevgi ifadəsidir
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bu şəhərin əyninə dar gəlir darıxmağım; Həsrət pəhriz tanımır… Ürəyimi çox üzür sənsiz günə baxmağım, Bir də ağrılar üzür gözümün giləsində, Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…”
Getdin ha… O günün günortası yadında? Bir ovuc qəm yığmışdın çiynindəki çantaya… Sonra mesaj yazmışdın: “Nəsə yadımdan çıxıb?”… Utanmışdım yazmağa, indi deyim, indi bil, Bir ovuc dən unutdun saçlarımın ucunda…
(iyul, 2020)
Ən gözəl sevgi şeiri Uzaqlara yazılar… Sevgilərin şairi Dərddən ölməz, üzülər…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Ölməyən ümidlərə may ağısı
Sənə mesaj yazıram, Yazıb-yazıb silirəm… Seçdiyim hər hərflə Yeni cığır açıram, O cığıra daş düzüb Tez qaçıb gizlənirəm… …ağlım yoxdu, bilirəm…
Gün siləndə buludun Üzündəki tozları Əllərimi xatırla… Qarı nənə “söz qoşub” “Deyikli” ümidindən Küsdürəndə qızları Şeirimi xatırla…
Və bir gün… Bir ləçəkdə Rast gələrsən qurumuş Kəpənək qanadına… Adım düşər yadına… …Sevirdim səni, ümid, Ümidin inadına…
Bu gecə bonzay çiçəyi, Dan üzü solub gedəcək… …qocalıram… Əlimdədi cavanlığım- -şəkillərin ən göyçəyi… Bir az baxıb ağlayaram, Xatırlayıb gülərəm də O şəkil çəkilən günü… …bir də… Bir də başım üçün MRT çəkilən günü…
…bu gecə yaman gecədi… Bu gecə məni üzəcək… Ağrımı ağrıkəsici, Ümidimi ay kəsəcək… Dar gələcək ürəyimə Geyindiyim təsəllilər: Bu gecə bonzay çiçəyi, Dan üzü solub gedəcək…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Şam ağacına sarmaşıb “Aşdım-daşdım” budağı… Saçlarımı qayçılayıb Torpağına tökmüşəm… … “illər aşıb, aylar aşıb, xatirənlə qucaqlaşıb” gətirərmi bu yanvarda vüsalı şam ağacı?
…sarı rəngdi həsrəti… Nənəm oxşayardı şamı… İndi şamın həsrəti də, Nənəmin laylası da Çox köhnə xatirədi…
Aldanıb sarı rəngin möhtəşəmliyinə Gözlərimin kökünü Sən yaşayan şəhərin Xəritəsinə bükmüşəm… …çox köhnə xəritədi…
2020
Həsrət çəkir ütüsün təkliyimin üstünə, Qırışığı açılır nimdaş xatirələrin… Yanıram öz közümə, kor oluram tüstümə, Göz yaşımla pozulur sərhəd xəritələri…
Bir divardı, bir mənəm, bir də nənəmin şəkli, Dilimdən çoxdan küsüb sevgi bayatıları… Təkliyimin ovcunda bir sənə çatır ərkim; Tanrım, düyünlə bir-birinə eşq dolu həyatları…
Nə Həvvalar ağlasın, nə Adəmlər tək qalsın, Axataranı olmasın o “sonuncu əlacın”… Düşsün öz dibinə yaşıl alması, Günahdan kəm qalsın həyat ağacı…
Əslən Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhid olduqdan sonra “Vətənin müdafiəsinə görə” medalı ilə təltif edilmiş gizir Məmmədov İsmət Hikmət oğlunun əziz xatirəsinə ithaf edirəm.
Yaxın gəlin, sizinlə tanış edim İsməti, Orduda gizir idi, vardı, xətir-hörməti, Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti, Deyirdi, borcumuzdur, azad etmək torpağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Sənətini sevirdi, mərd idi, qoçaq idi, Hər döyüşdən çıxanda qalib, üzü ağ idi, Məğrur, cəsarətliydi, qorxudan uzaq idi, Hər zaman xoş gəlirdi, onun səsi, sorağı- Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Aprel döyüşlərində göstərmişdi şücaət, Hamı görmüşdü onda, var nə qədər cəsarət, İnsanı ucaldıbdır hər bir zaman ləyaqət, Qalib kimi keçmişdi, imtahanı, sınağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Əməliylə qazanır insan şöhrəti, şanı, Canından çox sevirdi doğma Azərbaycanı, İsmətgil xilas etdi, o kəndi – Suqovuşanı, Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya, İndi əziz övladdır bütün elə-obaya, Əhsən, İsmət böyüdən, gözəl, ata-anaya, Ot kökü üstə bitər, bunu, bilirik, axı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Hələ yeni dil açır, Dəniz – o şirin bala, İsmətdən bir xatirə, bizə əmanət qalan, Böyüyüb bilər: -ölmür şəhidliyə ucalan, Ana yurdun başlayıb xoş günü, xoş sorağı, Düşməndən azad etdik, o gözəl Qarabağı. 31.01.21.
Bir Şəmşir olaydı, bir mən olaydım, Ovsun o olaydı, sirr mən olaydım. Cahan o olaydı, şir mən olaydım, Kaş mən o yuxudan ayılmayaydım. Hər igid dağların mərdi, əriydi, Hər gözəl məclisdə nazlı pəriydi. Dövrədə Kəlbəcər şairləriydi, Kaş mən o yuxudan ayılmayaydım. Sıldırım qayaları düşmən qorxudan, İnsan oxuyandı, dağlar oxuyan. Məni kim ayıltdı şirin yuxudan, Kaş mən o yuxudan ayılmayaydım. Qarlı zirvələri öyəydi Məmməd, Kövrək şeirlərdən deyəydi Məmməd, Paltarı çiçəkdən geyəydi Məmməd, Kaş mən o yuxudan ayılmayaydım. Oynaşan görəydim oğul-uşağı, Qaynaşan görəydim odu-ocağı. Üzümə güləydi “Ceyran” bulağı, Kaş mən o yuxudan ayılmayaydım. Hərə bir arzuda, hərə bir yaşda, Güləydi ömrümüz torpaqda, daşda. Qəmbər oturaydı yuxarı başda, Kaş mən o yuxudan ayılmayaydım. Can verər iştaha, dəm verər aşa, Ruh verər ömürə, ruh verər yaşa. Baxdıqca baxaydım “Yeddiqardaş”a, Kaş mən o yuxudan ayılmayaydım. Qoca Dəlidağın dəli köhləni, Cığırdan cığıra ataydı məni. Çığnayıb keçəydim dumanı, çəni, Kaş mən o yuxudan ayılmayaydım. Bir zindan kəsildi bizlərə, zindan, Bir göz qırpımında dəyişdi zaman. Hanı Güllü nənə, hanı Ağdaban, Kaş mən o yuxudan ayılmayaydım. Uzun bir söhbətdir, bir mərəkədir, Torpaq əsarəti qara ləkədir. Ayılmaq özü də bir təhlükədir, Kaş mən o yuxudan ayılmayaydım. Yamyaşıl yarpaqdı, sapsarı xəzəl, Bu dağlar qədimdi, bu dağlar əzəl. Nə gözəl yuxuydu, Allah, nə gözəl, Kaş mən o yuxudan ayılmayaydım. Səmtini itirən yoldu, cığırdı, Yazıqdı, yetimdi, kütdü, fağırdı. Zəlimxan olmağın dərdi ağırdı, Kaş mən o yuxudan ayılmayaydım.
KİŞİ Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr
Yetmiş illik ayrılıq axır ki, çatdı sona, Salam! Rəsul övladı Məhəmməd Əmin kişi! Yordum uzaq yolları, səsinlə, sorağınla, Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm, Ağ mərmərin üzündə qara donlu qəm gördüm. Sənin kimi yarımaz bir qisməti kəm gördüm, Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar, Dilindəki sözləri seçib zərə tutanlar. Qoy tarixdən utansın səni şərə tutanlar, Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada, Sən qurtuluş istədin, qanlar axdı arada. Beşiyin Bakıdadır, məzarın Ankarada, Sənin Vətəndən özgə kimin var, kimin, kişi?
Nələr çəkib başımız, dərdimizdən halıydın, Yaralı bir nəğmənin unudulmaz xalıydın. Sən də bizim torpağın Mustafa Kamalıydın, Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər, Bizi bizdən almağa coşdular, tələsdilər. Məğrur saraylar yapan düz əlləri kəsdilər, Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana, Vətənin ölməz oğlu, gedək Azərbaycana. Millət “İstiqlal!” – deyə yenidən gəlir cana, Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz xalqın kökü, dərindədir, dərində, Zaman çəkib oturdar hər kəsi öz yerində. İllər gəlib keçsə də, sən xalqın nəzərində Yenə həmin oğulsan, yenə də həmin kişi! Bu böyük həqiqətə əmin ol, əmin, kişi! Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Selim TUNÇBİLEK TYB Kayseri Şb. Bşk.
Zaman zaman düşünürüm ne çok yanılgılarım var diye. Sizlerin yok mu? Herkes tarafından doğru kabul edilen tanım ve tasniflere karşı içimde hep bir kuşku duyarım. Her tasnifin kapsayıcı ve kuşatıcı olmaktan uzak, ayrıştırıcı olmasının getirdiği tedirginlik midir bu durum bilemiyorum.
Şehirlerle edebiyatımızın tarihi gelişimi arasında ciddi bir ilişki var mıdır bilemiyorum. Edebiyat tarihçilerimizin buna gerektiği kadar kafa yormadıklarını düşünüyorum. Daha açıkçası edebiyat tarihimizin bile yeterince kendimize has metotlarla kaleme alındığı görüşünde değilim. Edebiyat bir dilin macerası ise edebiyat tarihindeki durakların ve tasniflerin de ilgili dilin kendi macerasını doğru aksettirmesi gerekli değil mi? Bu konuda siyasal tasniflerin daha belirleyici faktör olduğunu görmek beni rahatsız ediyor. Edebiyatımıza bu çerçevede yaklaşımın anlatım tekniği açısından ortaya çıkan önceki farklılıkların göz ardı edildiği kaygısını kafamdan atamıyorum. Fuat Köprülü’nün oturttuğu genel hatların daha siyasal zeminin dışına çıkarılması lüzumlu imiş gibi gözüküyor bana.
Düşünceden hayata gidişi, hayattan düşünceye gidişe tercihi neden anlamakta zorlanıyorum. Bu düşüncemi nasıl ifade edeceğim konusunda açıkçası çok zorlanıyorum. Şunu söylemek belki mümkün; İslamiyet öncesi Türk edebiyatı denildiği döneme ilişkin eserlere özü itibariyle metin açısından bakıldığında İstanbul’un etkisine kadar köklü bir farklılık görebilmek neredeyse zor. Dilin ve düşüncenin tabii macerası, sanki belirli coğrafi mekânlarla daha özdeş hale gelmiş hissi veriyor insana. İstanbul deyince sarayı, saray deyince aruzu hatırlamak kaçınılmaz hale geliyor. Ankara şehir olarak da tam bir hece çağrışımı doğuruyor. Oysa Ankara daha köksüz hece ise bizim edebiyatımızda daha bozulmamış daha eski bir geleneği yansıtır. Belki halk geleneği Ankara’ya böyle bir yansımayı da aktarıyor olabilir. Aslında bana sorarsanız Ankara serbestliği ve dağınıklığı sembolize eden bir şehir gibi gözükür benim gözüme. Bursa duru bir hecedir. Konya Mesnevi ruhudur. Kerkük Hoyrattır. Taşkent, Buhara, Semerkant bilgeliktir, erdemdir kendini anlamadır. Turfan ilktir, yeniliktir. Ötüken varoluştur, anıttır, destandır. Ahlat, Malazgirt yorgunluğudur; duraktır, kapıdır, çıkıştır.
Milletler şehirlere birikimlerini yansıttıkları gibi şehirler de birikimlerini üzerlerinde yaşayan dillere, kültürlere, toplumlara yansıtıyorlar. Şehirlerimizin bize kattıklarını tespit etmeden birikimlerimizi tam olarak ortaya koyabileceğimiz inancında değilim. Bu yüzden edebiyat tarihçilerimizin biraz da dil coğrafya ilişkilerine yoğunlaşan dikkatlerinin ne denli hayatiyet taşıdığını söylemenin gereği var.
Çağatay lehçesi bana hep suların hayatımızı daha da canlı, diri, iri kıldığı bir coğrafyanın ve iklimin mirası gibi gelir. Aral, Hazar gölleri ile sayısız ırmakların akışını da içinde barındırır. Orada her dem yıkanmayı arınmak, dirilmek olarak görürüm. Bizim yapmamız gereken tek bir şey olduğu gerçeği çıkıyor ortaya kuşatıcı olmak. Bütüncül bir dünya hayatı ve dili ile herkesi bütün güzellikleri ve farklılıkları ile kuşatmak ve kucaklamak. Yanılgılarımı sizlerle paylaşmak sizlerin yanılmazlığına kapı aralamaz mı? Ne dersiniz?
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mənə bir şeir yaz sevgi ünvanlı, Yaz ki, darıxmışam, ölmüyüm sənsiz. Mənə bir şeir yaz, lap Məcnun kimi, Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı, Gözündən süzülən yaşı havalı, Qayası havalı, daşı havalı, Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz, Od tutub alışır, çataq birimiz, Aramızda qalan gizli sirrimiz, Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə, Doyunca ağlayım, gülüm bu gecə, Sıxıb ürəyimin üstə beləcə, Yuxuya getməyə qalmıyım sənsiz.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları bu gün münasibətilə təbrik edərək Ədəbiyyat İnstitutunda son illərdə görülmüş işlər və hər bir şöbənin fəaliyyəti haqqında ətraflı çıxış edib. İnstitutun direktoru akademiyanın Humanitar Elmlər Bölməsinin digər institutları ilə müqayisədə Ədəbiyyat İnstitutunun elmlər və fəlsəfə doktorlarının kəmiyyət etibarı ilə daha çox olduğunu deyib. On cildlik ədəbiyyat tarixinin üç cildinin artıq çap olunduğunu, 2021-ci ildə yeddi cildinin çapının nəzərdə tutulduğunu bildirib.
Akademik İsa Həbibbəyli Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşrini ədəbiyyatşünaslıq qarşısında böyük töhfə adlandırıb. Erkən yeni dövr və ortaq başlanğıc şöbəsi tərəfindən Xaqani Şirvaniyə, Ədəbi tənqid şöbəsi tərəfindən Məmmədcəfər Cəfərova aid monoqrafiyaları, Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən iki cildlik nəzəriyyə kitablarının çapını yüksək qiymətləndirib. “Nəsimi ili” ilə əlaqədar olaraq 2019-cu ildə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində əsaslı işlər görüldüyünü, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının çapını xüsusi qeyd edib. Folklor şöbəsinin Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq prosesi, Asiya xalqları ədəbiyyatı şöbəsinin şöbəsinin Çin, Pakistan, Hindistan və başqa ölkələrlə bağlı kitablar hazırlaması təqdir edilib. Dünya ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin fəaliyyəti və çapdan çıxmış kitabları haqqında məlumat verib. “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxlarının, “Elmi informasiya və tərcümə” şöbəsi tərəfindən hazırlanmış “Biblioqrafik göstərici” kitablarının ardıcıl nəşr olunmasından söz açıb. Bunlardan başqa onlarla Beynəlxalq Elmi Konfranslara ev sahibliyi edildiyini, əməkdaşların çoxlu sayda konfranslarda çıxışlarını qeyd edib. Otuza yaxın ölkəylə ədəbi münasibətlər istiqamətində imzalanmış müqavilələr, Prezidentin Sərəncamları istiqamətində görülmüş böyük işlər haqqında məlumat verib.
Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli həmkarlarını təbrik edərək “Azərbaycan ədəbiyyatında istiqlal mövzusu”nda məruzə ilə çıxış edib. Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycanda “Nizami Gəncəvi ili” və Ədəbiyyat İnstitutunun tədbirləri” haqqında ətraflı məlumat verərək görülmüş və görüləcək işlərdən bəhs edib. İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ədəbiyyat nəzəriyyəsi müasir mərhələdə” mövzusunda məruzə edərək şöbənin altı elmlər doktoru və beynəlxalq səviyyədə qəbul edilmiş dörd fəlsəfə doktorunun olduğunu, “Poetika.izm” jurnalının nəşrinə məsul şöbə olduqlarını diqqətə çatdırıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Türk xalqları ilə qarşılıqlı ədəbi əlaqələrimizin yeni mərhələsi (Ədəbiyyat İnstitutunun nümunəsində)” məruzəsində institutda bu istiqamətdə Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin fəalliyyət göstərdiyini vurğulayıb. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sıra beynəlxalq indekslərə daxil olduğunu və bir neçəsinə də müraciət olunduğunu, həmin jurnalda məqalələrin əksəriyyətinin türk xalqları ədəbiyyatına aid olduğunu bildirib. 2020-ci ildə bir sayı Özbəkistan ədəbiyyatına həsr olunan jurnalın bu il bir sayının Abay Kunanbayevə həsr olunacağını deyib. Məruzədə Türkiyə, Özbəksitan, Tükmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Qaraçay və digər türk respublikalarının ədəbiyyatı istiqamətində institutda aparılmış araşdırmalar haqqında geniş məlumat verilib.
Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı “Azərbaycan-Tatarıstan ədəbi əlaqələri” mövzusunda çıxış edib. İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Azərbaycan-Polşa ədəbi əlaqələri”ndən bəhs edən məruzəsində bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində danışıb.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bu gecəni hiss elə… Eynəyinin ağrıyan şüşəsini silmə heç… Sızlasa əlinin qələm söykənən yeri Üflə… Hər ağrıya ürək vermə, Birinin də üstündən keç…
Bu gecəni hiss elə… Oxuduğun son romandan Daha gözəlini yaz… Gül bütün ölümlərə… Qucaqlayıb bu gününü Sabahına ağla bir az…
Bu gecəni hiss elə… Bəsdi ütülədin xatirələri, Aç başını burax çoban ititək… Hara getsə, bil ki, geri dönəcək…
Bu gecəni hiss elə… Bir az da özünü təriflə güzgüdəkinə… Bir az da üzülsün ürəyində yara olanlar, Gözündən düşənlər…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Saçımın ucunda yaşıl işıqlar, Əllərin son sürət şütüyür hələ… “Elin qınağı”nın son cəriməsi Qıyılan gözümdə üşüyür hələ…
Sonuncu çarədi duz ayrılıqlar, Portağal dadında açılır səhər… Məğrur təbəssümüm-sərt qayalıqlar, Ətrin-mamır üçün darıxan şəhər…
Bu son dayanacaq palitra kimi; Günəş fırçasını yelləyir nazla… Qalın paltarların dolab həsrəti Aprel axşamını səslər avazla…
Yığıb qəhərimə ayrılıqları, Min ildi vağzala yayılan səsəm… Üzümü tuturam ayrılanlara: -Sevgin yaddan çıxdı, sonuncu düşən!
…Bütün avtobuslar şəhərarası, Bilet satan yoxdu üzü günəşə…
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bir qış gecəsiydi… Tutub əlindən Getməyə dəyərdi buz donan gölə… Neynim ki, boz idi şəhər arzun da… Boz idi cibləri dəri gödəkçən, Boz idi qəssabın təpiklədiyi, Fevral soyuğunda üşüyən pişik… …elə utanıram neçə saatdı… Hardan oxumuşdum? Yenə unutdum… Buz donan o göldə ölən boz qumru, Bir tikə piy üçün döyülən pişik, Cibləri yırtılan o boz gödəkçə; Sən demə… “Sevginin ölçülü mətnlərində” Sən idin… Mən idim… İkimizmişik…