Post Views: 62 Vətən sənin kimi vətənsevərlərə, böyük kişilərə əmənət idi, Əhməd Cavad. Gör onlar nə etdilər… Səni “xalq düşməni” damğası ilə barmaqlıqlar arasına saldıran, olmazın işgəncəni verən, güllələyən bədbəxtlər sənin kimilərin qatili olduğundan və bu xalqı gerçək işıqdan məhrum etdikləri üçün xalqın ədəbi düşməni idilər. Xalq düşməni onlardır. İllərlə eyni tədris ocağında çiyin-çiyinə çalışdığın, …
2018 – “Tarixin sonu”nu inkar edən daha bir il – Elnarə AKİMOVA yazır
Post Views: 50 Yola saldığımız 2018-ci il daha çox Cümhuriyyət ili kimi yadda qaldı. Şərqdə ilk demokratik respublika kimi öz yerini tutmuş Azərbaycan Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə geniş qeyd edilməsi məqsədilə il boyu tədbirlər keçirildi, silsilə məqalələr yazıldı, konfranslar təşkil olundu. Cümhuriyyət qurucularının hər birinin yad edilməsi, xidmətlərinin önəmsənilməsi baxımından bu tədbirlərin müstəsna rolu …
Eldar Nəsibli SİBİREL.”Mən köhnə kişiyəm”
Post Views: 42 Mən köhnə kişiyəm, bala, Nuh adlı sirdən gəlmişəm. Hara türk ayağı dəyib, Mən həmin yerdən gəlmişəm. Bir az şaman duasıyam, Bir az günəş şüasıyam, Gələn əsrin havasıyam, Ötən əsrdən gəlmişəm. Dodağımda türkü, şərqi, Dolanmışam qərbi, şərqi. Ya cüt, ya tək, eh… nə fərqi Hansı səbrdən gəlmişəm. Bu dağlar tərs, avand yerim. Qayalar …
Eldar Nəsibli SİBİREL.”Bu dünyaya gələndən”
Post Views: 42 Bu dünyaya gələndən, Yol gedirəm ölümə. Vallah, mənəm dözürəm Bu dərdə, bu zülümə. Dərd deməyə adam yox, Adamlar arasında Gün-gün, ay-ay ölürəm Nadanlar arasında. Yenə haqqın gözünə Kül ələyə bilmirəm. Mən özümü özümdə Dəfn eləyə bilmirəm. Öz odum yandıracaq Özümü əzəl-axır. Bilsəm də ki, haqq sözün Çörəyi daşdan çıxır. Haqq söz dar …
Eldar Nəsibli SİBİREL.”Qəribsəmişəm”
Post Views: 38 Bu axşam nədənsə yaman kövrəyəm, Közərib od alır fikrim, xəyalım. Bu axşam həsrətlə vuran ürəyəm. Dağılıb, pərişan olubdur halım, Sənsən, doğma yurdum, könlümə düşən, Bu gün səndən ötrü qəribsəmişəm. Hanı bir mahnının tilsimiylə mən, Bir yaşıl çəməndə yatıb qaldığım? Qaçan cüyürlərin çəhlimiylə mən, Yorub yollarını əldən saldığım, Ay Damğaçı düzüm, ay Yanıq …
Eldar Nəsibli SİBİREL.Seçmə şeirlər
Post Views: 39 Bu torpağın hər qarışı möcüzə, Zirvədə qış, dərədə yaz yaşayır. İldırımda ərənlərin qəzəbi, Çiçəklərin gözündə naz yaşayır. Çovğun günü xeyirxahın, təmizin, Ey ümidim, baxışında qız, isin. Gül tək ömrü dondurmağa xəbisin Nəfəsində şaxta, ayaz yaşayır. Gülüm, gördün eşqin dönür nağıla, Az qalır ki, buxarlanıb soğula. O gün baş qoy sinəm üstə, yuxula …
İradə AYTEL.”Virtual sevgi”
Post Views: 49 Ürəyi bərk-bərk döyünürdü. Bayaqdan bəri azı yüz kərə yaxınlaşdığı aynanın qarşısına bir də keçdi. Darağı götürüb yenidən saçlarını daradı. Yenidən ətirləndi. Aynadan ona boylanan uzun şabalıdı saçlı, şabalıdı gözlü qıza bir də baxdı. Gülümsündü. Aynaya, darağa, ətirə nəzər salıb ətli dodaqlarını büzdü: “Nədi, bezdiniz, sevinin ki, sizə toxunan mənəm” – deyərək yerində …
İradə AYTEL.”Araya yaş düşəndə”
Post Views: 40 Sənnən xəbər gözlədim, Kipriyə qaş düşəndə. Quru-quru alışdım Araya yaş düşəndə. Oxunnan çıxıb yayım, Oxuma! Yatıb toyum! Ətaydı buta payım, Yuxuma daş düşəndə. Bu nə tale, nə yazı, A baharım, ayazım? Sən mənim alın yazım Alnıma qış düşəndə!
İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub
Post Views: 61 00 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 47 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Pul ver, öz yasıma nəmər yollayım Ağ kölgə kimiyəm gör, neçə vaxtdır, Bəlkə hisslərimə kəmər yollayım? Neynim, üzüm gəlmir əl açım şərə, Pul ver, öz yasıma nəmər yollayım. Mən dünən ölmüşəm, indi bilirlər, Ruhum ilmə tutub hanamdan betər. Şəklimin yerindən kitab asıblar, …
Yazıçı Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu
Post Views: 34 Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb. 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib. “İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış …
Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 41 Edebiyyatqazeti.az xəbər verir ki, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Elm və təhsil” nəşriyyatında “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” adlı yeni kitabı nəşr olunub. 600 səhifədən ibarət kitabda Elnarə Akimovanın 2015-2019-cu illər arasında “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələrin bir qismi əksini tapmışdır. Buradakı mətnlər “Nəsr diskurs kimi”, “Poema diskurs kimi”, “XX əsr şeiri …
Şair İbrahim İlyaslıdan doğum günü kutlaması
Post Views: 38 77-in kutlu olsun Uca dağların şairi! Gülqarışıq söz bitirən Bağça-bağların şairi!!!
Elçin İSGƏNDƏRZADƏ-55
Post Views: 58 Günlərdən; Çağdaş Azərbaycan poeziyasının və elminin ünlü ismi, əsil və əsl türk aydını, dəyərli dost ELÇİN İSGƏNDƏRZADƏnin 55 illik yubiley günü. Kutlu olsun! Təbrik edirəm, ən xoş diləklərimi ismarlayıram! 50 illik yubiley günündə adına ünvanladığım şeiri dostlarla paylaşıram. Bir il öncə keçdim o körpüdən mən, Gəlib sənə çatdı sıra, bax, Elçin. Əlli …
İbrahim İLYASLI.”Adamı”
Post Views: 45 Salam Allah salamıdı, Almayan Allah adamı. Yarəb, bu nişanda görmək Zulumdu, vallah, adamı. Mələyə məhşər qururlar, “Var”ı «yox»larnan vururlar. Haramıya uddururlar Haqqından agah adamı. Zəhərdən şirə çəkirlər, Kafiri pirə çəkirlər. Eynicə yerə çəkirlər Gah şeytanı, gah adamı. «Balabanda qandırır»lar, Olmaza inandırırlar… Saflığına sındırırlar Sularından saf adamı. Bəndələrin nəsə duyub,- Üləman iblisə uyub. …
Xalq şairi Hüseyn ARİF.”Tapdım-itirdim”
Post Views: 53 Ayrıldım, ayrılmaq istəməsəm də, Bir həyat neməti tapdım-itirdim. Məni qınamayın acı desəm də- Şəkəri, şərbəti tapdım-itirdim. Vamı mənim kimi dərd çəkən aşiq, Dönüb zülmət oldu gözümdə işıq, Hanı o şirin dil, o xoş danışıq, Hər sözü-söhbəti tapdım-itirdim. Üstümə gülməsin yaxınım, yadım, Şair çağrılsa da, həyata adım, Necə indən belə yazım, yaradım, Şeri, …
Xalq şairi Hüseyn ARİF.”Heyifim gəldi”
Post Views: 65 Oğrun-oğrun baxdın mənə, Gözünə heyifim gəldi. Busə verdin bir nadana, Üzünə heyifim gəldi. Yaman yerdə can darıxdı, Ağrılar qəlbimi sıxdı, Dilindən bir yalan çıxdı, Sözünə heyifim gəldi. Bağ saralıb, çəmən solub, Göy dərələr çənlə dolub, Hüseynə olan olub, Özünə heyifim gəldi.
Xalq şairi Hüseyn ARİF.”Səni unuda bilmərəm”
Post Views: 87 Ay dolanar, il dolanar, Səni unuda bilmərəm. Könül yanar, can dolanar, Səni unuda bilmərəm. Yaz üzülə, payız keçə, İstər gündüz, istər gecə, Neçə gözəl gəlib keçə, Səni unuda bilmərəm. Sözün saxladı sözümü, Gözün ovladı gözümü, Unutmayınca özümü, Səni unuda bilmərəm.
Xalq şairi Hüseyn ARİF.”Arasında”
Post Views: 42 Sən gəzərsən, a bəxtəvər, Çiçəklə gül arasında. Mən qalmışam səhər-səhər, Alovla kül arasında. Gülüşündən gül çilənir, Yanaqların qönçələnir. Tər bədənin cilvələnir, İpəklə tül arasında. Dost aralı, yad yaxındı, Kim gedib kimə sığındı. Hüseyn Arif, nə qırğındı, Gözlə könül arasında?!
Xalq şairi Hüseyn ARİF.”Ay oğul”
Post Views: 44 Ötən çağını düşünək, Gələn çağını, ay oğul. Möhnət solumu qurudub, Həsrət çağımı, ay oğul? Bəxt ulduzu axdı ömrün, Ümidini yıxdı ömrün. Qarasımı çoxdu ömrün, Görən ağımı, ay oğul? Arifi nələr ağrıdır, Eniş çətin, yoxuş ağır, Ata dağını ağırdır, Oğul dağını, ay oğul?..
Rəis Sumqayıtda müşavirə keçirdi – FOTO
Post Views: 47 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili və sayının artırılması, yeni təyinatlar, vakansiyaların təqdim edilməsi, uşaq incəsənət və musiqi məktəblərinə şagird qəbulunun nəticələri, dərs bölgüsünün düzgün aparılması, social şəbəkələrdə aktivliyin artırılması və məlumatların vaxtında işıqlandırılması, mətbuat xidməti ilə …
Şair Əziz Musanın “Qayıt gəl” adlı yeni şeirlər və poemalar kitabı işıq üzü görüb
Post Views: 40 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) …
Əziz MUSA.”Gülüm”
Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ha yüyürdüm, çatmadım Uzandı bu yol, gülüm, Dayan, qoy gəlim, çatım, Getmə mənim ol, gülüm. Sən mənim ürəyimsən, Ətirli çiçəyimsən, Bir nazlı mələyimsən, Məni yada sal, gülüm. Yaman gecikdi səhər, Sənsiz dözüm nə …
Əziz MUSA.”Başlayıb”
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Vallah şirin olur, gözün ilk ovu, İlk eşqim, son eşqim sənsən dünyada, Məni qorxuzmayır eşqin alovu, Daha öyrənmişəm aha, fəryada. Mənim bu sevdadan bir istəyim var, Sönməsin qəlbimdə ocağım, közüm, Tanrıdan bir arzu, …
Əziz MUSA.”Sevgi”
Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Qızıldı, gümüşdü , dürdü, incidi, Ömrün şah budağı, qoludu sevgi. Dünyada hər şeydən o, birincidi, Həyatın bənzərsiz yoludu sevgi. Göylərin nurudu, yerin bəzəyi, Tanrının ən zərif gülü, çiçəyi, Odur döyündürən odlu ürəyi, Nəğməylə, …
Əziz MUSA.”Bizə dikilibdi hamının gözü”
Post Views: 37 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Qəlbimimi , könlümü vermişəm sənə, Məni incidirsən sən bilə-bilə, Vəfasız söyləmə gülüm sən mənə, Mənim tək bir sevən olmayıb hələ. Sənsiz bircə günüm olmasın canım, Eşqin ilk harayım, ünün olubdu. Sənsiz yaşamaram ay …
Kənan AYDINOĞLU.”Könlümü təbiət özü alıbdı”
Post Views: 40 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yenə səssizlikdi mənim könlümdə, Elə bil dərdimi soruşan yoxdu. Misralar içndə, kəlmə içində, Adından bir dastan danışan yoxdu. Baxma ki, keçibdi gün qatar kimi, Yenə də qəlbimdə həsrət qalıbdı. Yolun gözləyəndən bir körpə kimi, Könlümü təbiət özü alıbdı. Bir …
Kənan AYDINOĞLU.”Zülmətdən ayırlıb işığa dönər”
Post Views: 38 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Hər dəfə gələndə üz-üzə yenə, Nələr söyləyəcək o qara gözlər?! Duyğumu, hissimi qoparıb məndən, Hara aparacaq, de, hara gözlər?! Zülmətdən ayırlıb işığa dönər, Hüsnü camalından o yara gözlər. Çəksəm də həsrətin illər uzunu, Çəkməsin heç məni qoy dara gözlər. …
Kənan AYDINOĞLU.”Haqqı hər zaman sevən coşan bulaq olmuşam”
Post Views: 48 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Sevə-sevə Allahı bax, bu ömür yolunda, Nə şeytana dost olub, nə çayda boğulmuşam. Çox şükür ki, ay Allah, önündə əyilməyə, Dünən, bu gün, sabah da qul bəndə doğulmuşam Çətinliyi görsəm də büdərəməyib, əsməyib, Dostlardan etibarı, sədaqəti kəsməyib, Acı kəlmədən …
Kənan AYDINOĞLU.”Ay Nigar xanım!”
Post Views: 46 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. “Koroğlu” dastanında Çənlibel xanımlarının ağbirçəyi Nigar xanıma. Çənlibel yurdunda cavan Eyvazdan, Söylə sən bir xəbər, ay Nigar xanım. Övladsız qalsan da qüssələnmə heç, Çəkilsiz qoy kədər, ay Nigar xanım. Nəbi də, Həcər də qəhrəmanlıqda, Olmaz heç sən qədər, ay …
Kənan AYDINOĞLU.”Fəryad qoparanda analar eldə”
Post Views: 37 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Fəryad qoparanda analar eldə, Dağların başını qar alar gedər. Matəm simvoludur, bilirəm, yenə, Ağın arxasınca qaralar gedər. Kitabdan silinən bir xatirə tək, Qələm də adını qaralar*gedər. Dillərdən tökülən neçə kəlməni, Ovsunlu baxışla yar alar gedər. Sərhədi keçəndə kədərlə birgə, …
Xalq şairi Zəlimxan YAQUB.”İstanbul qızı”
Post Views: 78 İstanbul qızının teli darandı, Dedi: – Gözəldimi? Dedim: – Gözəldi! Büllurdan töküldü, nurdan yarandı, Dedi: – Gözəldimi? Dedim: – Gözəldi! Qulağın sırğası, saçın cunası, Barmağın üzüyü, əlin xınası, Elin yaraşığı, gölün sonası, Dedi: – Gözəldimi? Dedim: – Gözəldi! Üzün təbəssümü, yanağın xalı, Qəlbin hərarəti, dodağın balı, Belin incəliyi, gərdənin şalı, Dedi: – …
Xalq şairi Zəlimxan YAQUB.”Çin qızı, Çin gözəli!”
Post Views: 221 Yanağın güldən zərif, Belin telindən incə. Dilin sözündən şirin, Sözün dilindən incə. Göy suların ağ quşu, Sən mənim nəzərimdə Dünyanın ən gözəli! Çin qızı, Çin gözəli! Dünyanın heç yerində Sənin kimi pəri yox, Həyatın səndən baha Sərvəti yox, zəri yox. Bu, Allahın işidi, Sənin gözəlliyindən Bəndənin xəbəri yox. Yaradanın, Tanrının, Allaha tən …
Xalq şairi Zəlimxan YAQUB.”Küsmə məndən”
Post Views: 130 Bir məclisds qızlarımıza “Çin gözəli” şerini oxuyurdum. Nəsibə adlı gözəl bir qız şeri axıra qədər dinləmədən küsüb bayıra çıxdı ki, nə üçün belə gözəl bir şeri Azərbaycan gözəlinə yox, Çin qızına yazmısınız. Küsmə məndən gözəl mələk, gözəli Allah yaradır, Mənim kimi qullar üçün gözəlləri şah yaradır. Məcnunları gecə-gündüz salır sonsuz səhralara, Harda …
Xalq şairi Zəlimxan YAQUB.”Sevgi”
Post Views: 57 Gələndə yaşımı heç soruşmadı, Baxmadı zamana, yaşa bu sevgi. Birdən bir dəlisov oğlana döndü, Tutdu pəncərəmi daşa bu sevgi. Dedilər yol axtar qız ürəyinə, Süzül damla-damla, süz ürəyinə. Od qoydum yanmışın buz ürəyinə, Az qaldı dünyanı aşa bu sevgi. O səslər hələ də qulağımdadı, Baharın həsrəti yanağımdadı. Hələ ki, payızın sınağındadı Görək, …
Xalq şairi Zəlimxan YAQUB.”Çatasıyam”
Post Views: 35 Ulduz olub uzaqlarda dayanma, Mənə gəlsin gözlərinin qadası. Yanmalıdır eşqimizin ocağı, Bir od vurub çatasıyam, çatası. Hey düşürəm arzuların dalına, Əl atıram dəymişinə, kalına. İnam adlı bir köhlənin yalına Yatasıyam, yatasıyam, yatası. Üzmədiyim ümman qədər dərinsən, Çatmadığım arzu qədər şirinsən. Üz döndərib dumanlara bürünsən, Elə bilmə batasıyam, batası. Xan Kərəmi yada sala, …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözlər”
Post Views: 44 Oğlan çox oynadı öz şadlığından, Onu alqışladı toy decəsi də. O gecə qızların bir neçəsi də Ayırmaq bilmədi gözünü ondan. Yatdı ürəklərə çirin sözü də, Hələ zarafatla şərə saldılar. O gecə gəlin də, bəyin də özü də O tanış oğlandan razı qaldılar. Lakin sevdiyin qız bunu görərək, Çevrilib başqa cür baxdı oğlana. …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İçimdə”
Post Views: 48 Üzümü xoş görüb, xoşbəxt deyirsən, Ağrı içimdədi, yara içimdə. Dərdimi soruşma, a dırdin alım, Gəl axtar içimdə, ara içimdə. Qapalı ümmandı elə bil sinə, Çalxalanır, sığışmır öz hövzəsinə. Qızıl balıq kimi üzür tərsinə, Ürəyi salıblar tora, içimdə. Ürəkdən çəkirəm, ürək acıyam, Fikir dünyasıyam, söz yamacıyam. Özüm özüm boyda dar ağacıyam, Dara çəkilirəm, …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Çətindir mənimlə birgə yaşamaq”
Post Views: 46 Çətindir mənimlə birgə yaşamaq, Bəzən gözlərimdə dəyişir aləm . Mənimlə ömür – gün yoldaşı olmaq Bir az da çətindir , Başa düşürəm . Nə duman çəkilir , başımdan nə çən , Tufanlı boranlı dağam mən , nəyəm ?! Nə bilim , Dünyada mən öz əlimdən Bəlkə də birinci şikayətçiyəm . Məndə bir …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Pəncərəm önündə sular çağlayır”
Post Views: 57 Pəncərəm önündə sular çağlayır, Xal düşür gecənin aydınlığına. Qollarım üstündə bir qız ağlayır, İnana bilməyir qadınlığına. Başının örpəyi yana sürüşüb, İçməyib,məst olub……… Səbəbi nəydi? Yerin çəkisizlik qütbünə düşüb, Bu qütbü nə vaxtsa o,keçməliydi. Özü gözlədiyi bir gün gəlibdi, İndi soruşmayın, heç bilməyir o. Qadınlıq qızlığa üstün gəlibdi, Ağlaya-ağlaya gülümsəyir o. Açıb gözlərini …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Budaq müəllim”
Post Views: 64 Haqdan qulağıma tanış səs gəlir, Bir az yorğun gəlir, təngnəfəs gəlir, Adını çəkirəm, adın nəs gəlir, Dünya burtəhərdir, Budaq müəllim. Biz həyat deyirdik, həyat yuxuymuş, O bu gün varıymış, sabah yoxuymuş, Şirini nəymiş ki acısı buymuş? Şərbəti zəhərmiş, Budaq müəllim. Çağırsam uzaqdı, səsim yetişməz, Canda can yarası sızlar, bitişməz, Mənsiz ötüşən iş …
Hasan AKAR HOCAMIZIN Doğum Gününü Kutluyoruz!
Post Views: 51 ATATÜRK’ÜN TOKAT’A GELİЕћİNİN 97.YILINI KUTLUYOR,O’NU SAYGIYLA ANIYORUZ. Ben 26 Haziranım, Tokat’ta Mustafa Kemal Kahramanlık soyum ta Orta Asya’dan. Tanrı Dağlarından. Plevne’den.Yemen’den SarıkamışвЂ™tan. Geçilmez dediğimiz Çanakkale’den Esarete mandaya alışık değildir. Zincir vurulmamış bileğim. Onun için Samsun dan doğar. Havza’da,Amasya’da, Dağ başlarını duman alır, Tokat!ta alevlenir güneşim. Ben 26 Haziranım. KızılenişвЂ™te tozlu yolların aktığı …
Şairə-publisist Nəcibə İLKİN.”MƏNDƏN GÖRSƏNƏN MƏN, YAXUD ÖZÜMLƏ ÜZ-ÜZƏ” (Müsahibə)
Post Views: 47 Salam. Necəsən adaş? -Salam. Sağ olun, şükür Allaha, pis deyiləm. Özünüzü necə hiss edirsiniz, sıxılmırsınız ki? -Haqsızlığı böyük olan ölkədə sıxılmamaq olar. Ancaq bu sıxılmaların içində də bir gözəllik var. İnsan sıxıldıqca mətinləşir, güclənir. Sıxıntılardan yorulduğum zaman həqiqətimin qələbəsi istirahətimin ləziz xörəyinə çevrilir. Özünüzlə üz-üzə tez-tez dayanırsınız. Belə vaxtlarda cənnətə üz tutursunuz, …
İlkin ƏHMƏDOĞLU.”Vətən həsrətini çəkən qardaşım”
Post Views: 45 Vətən həsrətini çəkən qardaşım, Soruşma necədir halı vətənin.? Qəriblik çəkirik doğma vətəndə, Dönübdür zəhərə balı vətənin. Əlimiz, qolumuz bağlı haldayıq. Başımız dərddədir qalmaqaldayıq. Bilmirik öndəyik, yoxsa daldayıq.? Talanır sərvəti, malı vətənin. Dəyənək görənin quruyur sözü, Haqq deyən kəslərin oyulur gözü, İtibdi qeyrəti, sırtılıb üzü, Haramdır o kəsə yalı vətənin. Haqsızlıq baş alıb …
İradə AYTEL.”Gedirəm”
Post Views: 32 (səni yasaqlarda sevdim…) Sirrimiydin… Sirriniydim… Sirrə bürünüb gedirəm. Aç qəlbini, hamıya aç! Son kəz görünüb… Gedirəm! Can verdikcə can yasağa, Qürub çökdü gözdə ağa, Sən olmuşdum, mən olmağa Sənnən arınıb gedirəm… Elə susdum… eşitmədin, Elə yandım… qış ötmədi. Məni bu dərd üşütmədi, Səndə qorunub gedirəm…
Əziz MUSA.Yeni şeirlər
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QOYMA QOCALMAĞA Soruş aşiqinin hər gün halını, Qoru gözün kimi şanda balını, Kəs payız yolunu, kəs qış yolunu, Qoyma qocalmağa sən məni, gülüm. Şirin təbəssümlə, xoş nəvazişlə, Ömrümə nur çilə şirin gülüşlə, Odlu …
Əziz MUSA.”İstəmirəm”
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bu sevgimiz bir bəzəkdi aləmə, Gəl könlümü sən viranə eyləmə, Bir gülüşün dəyər min-min məlhəmə, İstəmirəm göz yaşımı görəsən Bilirsən ki, odsuz-közsüz yanmışam, Gülüm səni qəlbim, gözüm sanmışam, Səni görüb ayı, günü danmışam, …
Əziz MUSA.”Bu nağıllar”
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Taleyim, qismətim tuş gəldi qəmə, Dərdimi, qəmimi qoymuşam dəmə, Bu sevgi bir quru nağılmış demə, Daha nağıllara inanmıram mən. Xoşdu söz eşitmək gözəl dilindən, Neyləyim ayrıldım qönçə gülümdən, Sevdalı günlərim uçdu əlimdən, Daha …
Xalq şairi Rəsul RZA.Seçmə şeirlər
Post Views: 322 Mən torpağam Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var, külüm var. Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var. Mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam. Mən buludam, səhraları susuz görüb, ağlaram. Mən ürəyəm, döyünməsəm ölərəm. Mən insanam, sadə insan əlinin yaratdığı nemətlərlə öyünməsəm ölərəm. Mən işığam – qaranlığın qənimi, Mən …
Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər
Post Views: 71 ANARA Hicranın ağırdır, dözə bilmirəm, O uca dağlardan en gəl, Anarım! Körpə ayaqların yaman yorulub, Sinəmin üstündə dincəl, Anarım. Sənsiz nə gecəm var, nə də gündüzüm, Sən gedəndən bəri gülməyib üzüm, Gəl uzun kiprikli körpəcə quzum, Anarım, Anarım, gözəl Anarım! Sən ceyran gözlüsən, çatmaqaşlısan, Tayın-tuşun yoxdur, yar-yoldaşlısan, Bəlkə məndən ayrı gözü yaşlısan, …
Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Qəzəllər
Post Views: 59 Dəlidir Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir Eşq olan yerdə bütün aqilü dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zəncirə Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir. Eşq zincirinin iftadəsi bir mən degiləm Həvəs-i silsileyi eşq ilə dünya dəlidir. Sarılır çiğninə gah qoynuna, gah qamətinə Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir. Bir vəfasız …
Xalq şairi Məmməd RAHİM.Seçmə şeirlər
Post Views: 71 Eylər Vətən oğlu öz canını El uğrunda qurban eylər. Aşıq coşar məclislərdə Bu şöhrəti dastan eylər. Gəlmə düşman, gəlmə düşman, Məndən sənə olmaz aman. Hər daşımda var bir aslan, O, qalxanda tufan eylər. Çala bilməz sər tərlanı, Bu elləri yaxşı tanı. Gəl başına gen dünyanı Məğrur ordum zindan eylər. Çox güvənmə, gəl …
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 47 * * * Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm, Dəniz tək çağlayar, hərdən bulud tək dolar könlüm. Düşər tufanlara bəzən, əyilməz əssə də yellər, Çinar tək yollar üstündə durub sayə salar könlüm. Sənin sənsizliyin canan məni biixtiyar etdi, Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm. Uçar qartal kimi, dağlar …
Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər
Post Views: 63 XƏZƏR, AY XƏZƏR… Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Qum üstə bardaş qurub Gəl oturaq, Xəzərim. Mən balıqçı deyiləm, Qayığım yox, torum yox, Dalğalarla döyüşə Qollarımda zorum yox. Sən göy gözlü mələksən, Dumandan örpəyin var. Göyərçin ləpələrdən Qırçınlı köynəyin var. Nəğmən vüsal andırar, Ürəyimi yandırar. Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Gəl …
Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər
Post Views: 267 Öləndə… Öləndə kəfənim ikiqat olsun, Mən həm o tayınam, həm də bu tayın. Qoy bütün dünyaya belə yayılsın, Öləndən sonra da birlik harayım. Öləndə kəfənim ikiqat olsun, Ruhum o taydadır, qəbrim bu tayda. Dözümlü xalqıma heykəl qoyulsun, Ortadan qurumuş bir dəli çayda. Bir gün xalqım üçün şairləşəndə, Şair torpağıma quylanacağam. Vətən birləşəndə, …
Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər
Post Views: 44 NECƏSƏN Allahım, neyləyim ki, bu qanmazlar qansın. Barı bir dəfə ağıllı söz deyəydilər; Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın. GÜNAH Ağıllı: Gözələ baxmaq savabdı – dedi, günaha batdı. Bəziləri o saat çadraya əl atdı. QAYDASI VAR Çalmağın da, oynamağın da qaydası var. Qaydasız yerdə kar-kor olmağın da faydası var. YAZIĞIM GƏLİR Nələr görməyir …
Xalq şairi Qabil.Seçmə şeirlər
Post Views: 43 * * * … Nə xıltın var, nə ləkən, Nə qorxun, nə səksəkən, İsmətin, şəxsiyyətin, Gül kimi təbiətin. Özü elə əsərdir. Özü əla əsərdir! Adam adam deyilsə, Yazdığı da hədərdir! * * * Toxucu olmaq istəsən, Millə zarafat eləmə! … Yazıçı olmaq istəsən, Dillə zarafat eləmə! * * * Çaxmağı çək, Yansın …
Xalq şairi Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər
Post Views: 66 Yurdum, sənin sağlığına Bir məclisdə unuduldum, Mey içdilər hər gələnin sağlığına, Hər gedənin sağlığına. Yaxasına qonduğumuz mavi gölün sağlığına, Mey gətirən şux gözəlin sağlığına. Güldandakı qızıl gülün sağlığına, Xoş qədəmli ayın, ilin sağlığına Unuduldum.Nə tutuldum, nə pərt oldum, Pıçıldadım öz-özümə – Xəlil, sənin sağlığına! Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına! Qoşqar, Savalan dayağı …
Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər
Post Views: 166 Gecikmiş məhəbbət Sən gizli gəlmisən ömrümə, inan Bu gizli eşq ilə yaşayacağam. Dünyanın ən böyük yükü sayılan, Gecikmiş məhəbbət daşıyacağam. Sən mənim ömrümdə açan çiçəksən Onu ürəyimdə bəsləyəcəyəm Sən məni heç zaman görməyəcəksən, Mən səni hər zaman gözləyəcəyəm. Uzaqdan göz qoyub gözünə sənin, Sanki görəcəyam Allahımı mən. Düşüb qarış-qarış izinə sənin Əzbərləyəcəyəm …