Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 8101 - 8160 of 12. 744 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yenə məni xeyal aldı apardı Yenə məni xeyal aldı apardı, Yenə gözlərimdə susdu kainat. Həsrət məni məndən çəkdi qopardı, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ÖYRƏŞDİ O dağlardan köç edənlər, Gəlib şəhərə öyrəşdi. Ömrümüzü puç eyləyən, Qəmə, qəhərə öyrəşdi. Düşmənlə cəngə girənlər, Köksünü dərdə gərənlər, O xoş günləri görənlər, Acı xəbərə öyrəşdi. Dağlarda deyib, gülənlər, Torpağın qədrin bilənlər, …

Ana səhifə

Deyişmə: Çingiz KÜRDƏMİRLİ və Nail DAĞLAROĞLU

Post Views: 73 Bu qıfılbənd Çingiz Kürdəmirlidən gəldi, açması Nail Dağlaroğludan Çingiz Kürdəmirli: Sual verim fikirləş cavabını, Göstərginən dözümünü, tabını. Çəkməginən cəhənnəm əzabını, Söylə görüm sən kimə baş əyirsən? Nail Dağlaroğlu: Sual verdin, mən də verim cavabı, Göstərəcəm məndə canımda tabı. Çəkməməkçün cəhənnəmdə əzabı, Namaz üsdə Allaha baş əyirsən! Çingiz Kürdəmirli: Dörd ünsürü nə cəmləyir …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

Post Views: 59 Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə! Bizə qaz çəkilməyib, odun da yoxdu vallah Tək odun dərdi deyil, qayğımız çoxdu vallah! Sənin hənirin gəlir, dəhşət soyuqdu vallah , Bizdə sıfırdı rifah, gəlmə biz tərəflərə , Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə! Bir az külək əsəndə işığı söndürürlər , Məmurlar bu milləti …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, GƏZƏCƏK MƏNİ “Könül dəftərim” – silsiləsindən Görünür sevdamız, bura qədərmiş, Bu eşqin nəsibi qüssə, kədərmiş. Yaşanmış bunca il, heçmiş, hədərmiş Nəfsin eyləsə də, hərcayi səni, Gözlərin hər yerdə, gəzəcək məni. Uydun mala, mülkə,vara, sərvətə, Meyl etdin sevgisiz, cahil şəhvətə. Vətəni dəyişdin, uzaq …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 62 MƏNİM NAĞILIM (“GƏRÇƏK YUXULAR SİLSİLƏSİNDƏN”) Mənim nağılımın əvvəli ölüm, Mənim nağılımın sonu kədərdir, Mənim nağılımda sürünmək zülüm, Ölərək yaşamaq ondan bətərdir. Mənim nağılımda yollar ikili, Mənim nağılımda yollar qarışıq. Durmuşam gözləri yola dikili, Özümdən xəbərsiz dərdlə barışıb. Qırxıncı otağı üzümə bağlı, Ümid qapısından kilid asılıb. Göylər tək qaralıb bəyaz nağılım, Mavi səmasından …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 42 Dünyanın Hər işi görəsən öz zamanında, Çox böyük hökmü var hər bir anın da, Gör kimlər üyüdü dəyirmanında, Sehirli dünyanın, sirli dünyanın. Gah bal kimi şirin, gah ilan dişi, Gah bir az sərt olur, gah xoş vərdişi, Gahdakı baş-ayaq gedir gərdişi, Sehirli dünyanın, sirli dünyanın. Bəzən də haqsıza verir fürsəti, Haqlının boynuna …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.Yeni şeirlər

Post Views: 41 Qalsın Əhvalını xoş eyləyim, Qanad verim, quş eyləyim. Sənə günəş bəxş eyləyim, Sisliyin qalsın özünə. Ələkdən ələyim səni, Allahdan diləyim səni. Qızıla bələyim səni, Misliyin qalsın özünə. Didib məni didim-didim, Qoyma heç göyərim, bitim. Gəl, sənə yaxşılıq edim, Pisliyin qalsın özünə. Gözlərin Xətrini həmişə əziz tutduğum jurnalist xanım dostum, Yeganə Bağırova üçün …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 77 ÖMÜR TƏSƏLLİDİR… Payız günəşinin dalında qış var, İananma yalançı işartısına. Sevincin qapısı qəmə açılar, Baxmaz gözlərinin yaşartısına. Yoxuşa dirənir enişin sonu, Ağlı-qaralıdır həyatın özü. Uğur gətirməz ki, hər işin sonu, Bərabər yaranıb əyrisi, düzü. Gülüşün izini yuyur göz yaşı, Şirinin yerini acılar tutur. Ömür təsəllidir, insanlar naşı, Hər kəsin öz dərdi özünə …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş tədbir

Post Views: 56 Respublikamızda tanınmış şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilməkdədir. Bu silsilədən Sumqayıt şəhər M.Ə.Sabir adına kitabxana filialda da “Bir sevda ağlayır içimdə mənim” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt təşkilatının nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin üzvləri, kitabxananın fəal oxucuları iştirak etdilər. Tədbiri giriş sözü ilə …

Azərbaycan Prezidenti

24 dekabr Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

Post Views: 69 İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ali Baş Komandanım!”

Post Views: 44 Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan bir ana, O mənim görən gözüm, o mənim cismim, canım, Ali Baş Komandanım! Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa, Ay gecəyə nur …

Azərbaycan ədəbiyyatı

Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib

Post Views: 38 Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib. Gecəni giriş sözü ilə açan şair Əjdər Ol Sabir Sarvanın həyatı və yaradıcılığından danışıb. “Hər bir şair milli ruhun daşyıcısıdır. …

Publisistika

Yaradıcı şəxsiyyət və vətəndaş formalaşdirmaq hər bir müəllimin işinin əsası olmalıdır

Post Views: 63 Bu gün respublikamızın təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Bu islahatlardan biri də ibtidai təhsil sistemində artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbəyönümlü təhsil proqramlarıdır (kurikulumlar). Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Kurikulumun modeli …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 43 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, İNCİDİR MƏNİ “Könül dəftərim” – silsiləsindən Məni- məndən alıb, kənara atdın, Tökülən xəzantək, tonqala çatdın. Şirin, bal dünyama, sən zəhər qatdın, Vurduğun yaralar, incidir məni. Gəlin saçlarımı, şövqlə hörmədim, Könül, qəlb bağından çiçək dərmədim. Bu zalım dünyada, nələr görmədim? Vurduğun yaralar, incidir …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Kirkirə” (Hekayə)

Post Views: 63 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Kənddə Xıdır İlyas gününə möhtəşəm hazırlıqlar gedirdi. Qonşular seçilmiş buğdaları xəlbirləmək üçün bir-birini çəpərin üstündən haraylayırdılar. Usta İbrahim Allahın rəhmətinə gedəndən təkadamlıq xəlbirlər qıt olmuşdu. Usta özündən sonra dünyanın bu üzündə tez qırılan hacatı düzəldə biləcək bir şəyird qoymamışdı. Odur …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 79 BİR DÜNYA QÜSSƏSƏN GÖZÜMDƏ MƏNİM. Dedin:”Yol acıqdır üzünə sənin,” Dünya gözlərimdən düşdü bir anda. Utandım baxmağa gözünə sənin, Sözlərin üşütdü həyamı canda. Nə idi istəyin,nə idi,de nə? Payız tək saraldım bahar gözümdə. Qınadım özümü hey dönə-dönə, Sanki heçə döndü- nə var gözümdə. Oduna qalanıb yolunda yandım, Üstümə bir zərrə su çiləmədin. Dərdinin …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Atacan”

Post Views: 46 Vardın, ömrüm şirin idi noğultək, Həyat mənə görünürdü nağıltək… İstəyinə layiqəmsə oğultək, Halal eylə onda məni, atacan. Zəhmətinlə, qayğın ilə böyüdüm, Sevgin ilə, sayğın ilə böyüdüm, Ən müqəddəs duyğun ilə böyüdüm, Yaşadıram canda səni, atacan. Ocağımda hərarətin qalıbdır, Saf süfrəmdə bərəkətin qalıbdır, Ürəyimdə məhəbbətin qalıbdır, Cücərtmişəm sevgi dəni, atacan. Sənsizliyə kürəyibdir ömrümü, …

Publisistika

“Şagirdlərə şəxsiyyət kimi yanaşmaq lazımdır”

Post Views: 38 Peşəsini müəllimlərinin timsalında sevən İlhamə Güləliyeva artıq 30 ildir ki, ibtidai sinif müəllimi işləyir. Bu şərəfli, eyni zamanda məsuliyyətli peşənin yollarında İlhamə Güləliyevanın hər zaman bir amalı, bir məqsədi olub: yalnız təhsilli deyil, kamil, bacarıqlı, sözün həqiqi mənasında vətənpərvər şəxsiyyətlərin formalaşdırılmasının təməlini əsaslı şəkildə qoymaq. Hazırda İlhamə Güləliyeva Sumqayıt şəhər 14 saylı …

"Yeni nəşrlər"

Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabı işıq üzü görüb

Post Views: 56 Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 128 həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmacı şair Namiq Hacıheydərli, məsləhətçisi Əbülfəz Ülvi, korrektoru Nadir Qədimli, Dizayner rəssamı …

Azərbaycan ədəbiyyatı

Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabının təqdimatı mərasimi keçirilib

Post Views: 41 Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabının Atatürk mərkəzində təqdimat mərasimi keçirilib. Təqdimatı mərasimini tənqidçi, şair Balayar Sadiq aparıb.Təqdimatda kitabın redaktoru Namiq Hacıheydərli, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü şairə jurnalist …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

Post Views: 90 EY BAŞI BƏLALI VƏTƏN! Gör kimlər başına nə cür iş açır, Əzəldən ey başı bəlalı Vətən! Bütün cavabdehlər cavabdan qaçır, Kimə ünvanlayaq sualı, Vətən? De, sənin haqqını kimlər yeyibdir? Kim zərə bürünüb, kim bez geyibdir? Elə bil aqillər boşa deyibdir Bu qədər öyüdü, misalı, Vətən! Səni tox görənlər içdən yanıblar, Haqqı batil …

Azərbaycan ədəbiyyatı

Qaratel AZƏRİ.Yeni şeirlər

Post Views: 37 YENƏ GÖZLƏYİRƏM Gözləmək olubdur əzəldən peşəm, Nə qayğım qurtarır, nə də əndişəm. Elə bil dünyaya dərdə gəlmişəm, Sevginə deyiləm naşükür, Allah. İnsan var, unudur, ölüm günü var, Dünyanı düz minib, tərsinə çapar, Nə abır saxlayar, nə də ar qanar, Sevginə deyiləm naşükür, Allah. Hər kəsin yolunu bilib saxlayan, Kimsəsiz ömrünə gülüb, ağlayan, …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 62 * * * Mən həsrətə bu qədər yaxınkən Tutmursansa əllərimdən, Uçurum başındayam, ürəyim, Hər an yıxıla bilərəm… Sənsizliyin ən qaranlıq dibinə Nə dəli bir məhəbbətdi bu?! Ağlımı alırsa başdan, Hələ yaşanacaq illərmi var?! İnanmıram ötəm bu yaşdan… Gedəm üzə gələn ilinə * * * Hər şey fərqlidir, Bilirsənmi?! İndi Günəş belə Əvvəlki …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.Yeni şeirlər

Post Views: 44 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü * * * Mehribanlıqda sığallanmaq, əzizləndikdə canlanmaqdı sevgi. Toxunmayan barmaqların müqəddəsliyi… Fərdilikdə əzməməkdi yaşamaq. Ayrılıqdan sığındığını qazanmağa addımlayan, istəklərin həvəsi… Bu sən deyilsən bu mənim uğursuzluğumdu. Xoş sözlərin ölüşünü qollarımda daşımağa alışdım. Yad ümidlər, öpməməli göz yaşımı. Toxunduğum hər şeydə sən olmalı… …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 70 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru EŞQİMİN QIŞ HARAYI Payız elə gəldi, qış belə getdi, Ayrılıq küləyi əsdi bir ucdan. Görüşə bilmədik bu necə dərddi? Qar da yolumuzu kəsdi bur yandan. Sanki acıq çıxır təbiət bizdən, Görüşmək …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 52 YAXIN GƏL Hər gecəni xəyalınla yatıram, Yuxulara yuxuları qatıram. Dan üzünə həsrətinlə çatıram, Paltarımda qalıb ətir qoxun, gəl. Hicranınla od qaladım sinəmdə, Sənsiz heçəm, qalxıb-enməz sinəm də. Bu sevgiyə layla denən sinəndə, Dodağınla yanağıma toxun, gəl. Sən Tanrıdan mənə düşən payımsan, Ulduzumsan, Günəşimsən, Ayımsan. Bu qış vaxtı qəlb qızdıran yayımsan, Dodağımda eşq …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BİR GÜN GECİKƏRSƏN Sən bir bəhanə tap, gecik görüşə, Ürəyim həsrətlə çırpınsın bir az. Gecik əllərimdə solsun bənövşə, Qoy məni ağlatsın bu işvə, bu naz. Axtarsın gözlərim elə hey səni, Xəyalım dalınca yollara …

Publisistika

“ÖLÜMSÜZ ÖMÜRLƏR”

Post Views: 50 (Xalqımızın ürəyində özünə əbədilik taxt quran, ölümsüz xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edirəm) Ömrünün məhsuldar çağları yataqda keçsə də, yenə yazdın, yaratdın! Ürəyinin “dağ kimi qabaran dərdləri” ürəyini yandırıb kösövə döndərdi, üəryinin qabaran atəşi kösövə od vurdu, təzədən oddadı! Qəlbinin əsil dostu, sirdaşı – respublikamızın xalq həkimi, gözümüzün nuru Hacı Cəfər …

Azərbaycan ədəbiyyatı

Qaratel AZƏRİ.Yeni şeirlər

Post Views: 40 AĞ TUT AĞACIMIZ VARIDI Ağ tut ağacımız varıdı, Meyvəsi qənd-şəkər, balıdı, Babamızdan yadigardı. Budaqları elə böyük, Götürərdi nə qədər «yük». Yetişib bar verən zaman, Çırpıb qablara yığardıq, Qonşulara paylayardıq. Allahdan babama rəhmət, Diləyirdi hər tut yeyən. Tut paylamaq savabını Qazanardı Zeynəb nənəm. Tutu qablara yığardı, Ev-ev mənə payladardı. Uşaqların gözlərində, İşıq, sevinc …

Publisistika

Şükür etməyin əhəmiyyəti

Post Views: 41 İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. Düşünün ki, siz bir insanı çox sevirsiniz, ona nə qədər yaxşılıq etmisiniz, əlinizdən gələn hər cür …

Publisistika

Gələcəyimizə sahib çıxaq

Post Views: 66 İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. Öz ailəsi, öz işi, öz övladı və saysız “öz”ləri… Hər şey ailədən başlayır. Əvvəl …

Publisistika

Zamanda səyahət

Post Views: 42 Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım. Təmizləmə əməliyyatı zamanı əlimə orta məktəbin son illərində istifadə etdiyim 2-3 qeyd dəftəri düşdü. Köhnəlmiş dəftərçədən o dövrə aid bəzi …

Publisistika

Bu gün dünyada uşaqlar

Post Views: 36 BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır. Bu gün dünyada çox sayda uşaq təhlükə və çətinliklə üz-üzədir, bu gün dünyada uşaqlar: – Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olurlar. – Qaçqın düşərgələrində təcavüzə məruz qalırlar, yaxud pul …

Publisistika

İslam dini sosial ədalətin təminidir

Post Views: 74 Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görməyimiz mümkündür. Bu görüntülər vicdan sahibi olan hər kəsi narahat edir. Bu narahatlığı yaşayan insanların arzusu eynidir: aclıq, yoxsulluğun bitməsi, …

Publisistika

İnsanı ucaldan xüsusiyyət – təvazökarlıq

Post Views: 66 İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür. Bəlkə də, bu xüsusiyyətə çox fikir vermirik, ancaq bu hər bir insanın çox diqqətlə çəkinməli olduğu və geniş yayılmış xəstəlikdir. Ona görə də bu dəfəki məqaləmdə bu xüsusiyyəti təhlil etməyə çalışacağam. İlk …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 41 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AŞİQ OLMUŞAM Artıq qərarlıyam, bu gün deyəcəm, Qoy hamı bilsin ki, mən vurulmuşam. Öz alın yazıma boyun əyəcəm, Görsünlər mən sənə, aşiq olmuşam. Gül olub yolunun üstə bitəcəm, Bülbültək eşqimə nəğmə ötəcəm. Könlümdə nə varsa, açıb tökəcəm, Görsünlər mən sənə, aşiq olmuşam. …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 50 DAĞLARA Duman zirvələri əsir götürüb, Qonmağa yer tapmır quşum dağlara. Gəl quzey qarında şəkil çəkdirək, Bir az da qarışsın başım dağlara. Qərib yuvasıdır bu koğuş da,ah! Nə yolda iz qoyur,nə baxışda,ah. Yolub qanadını çəkir quş da ah, Zalımlar sıxanda qurşun dağlara. Dumansız dağların belindən yapış, Sənə arxa duran elindən yapış. Mizrab vur,bu …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 55 Eşq ağacım bar verir hər gün Sənə yaxın gəldim yandırdın məni, Uzaq dayandıqca donub buz oldum. Güldürdün üstümə dostu, düşməni, Niyə bəs səninçün çox ucuz oldum? Sən idin əzəldən düşkünüm axı, Bəs niyə sonradan düşdüm gözündən? Baş-ayaq fırlanır fələyin çarxı, İndi də küsmüsən özün-özündən. Göyün yerə eşqi sirri üfiqin, Bizimsə sirrimiz tək …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 49 ŞƏKƏR BALAM (Məmmədov Cavid Abdulla oğluna) Mərhəmətli və Rəhimli ALLAHIN adı ilə. Həzrət ƏLI(Ə) buyurmuşdur: “Mən 3dəfə bu dünyanın təlaqını vermişəm.” Dərdimə acıyan- özüm, Dərdimin acıyam-özüm. Kimiyə acıyam özüm, Kimisinə şəkər-balam, Şəkər balam. Qəlbə daman-HAQQDAN damır, Ocaqların damı damır. Dəyişir ruzunun tamı, Qarışdıqca şəker bala, Şəkər balam Dünya fani-yarı YALAN, Yarı viran,yarı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 39 ÇATMIR Nə maaş alırıq, nə də təqaüd, Əlimiz dayazdan dərinə çatmır. Arada-sırada pul olanda da, Heç hansı dərdinə-sərinə çatmır. Nisyə dəftərində adımız başda, Düşmür başımıza havayı daş da, İldə bircə dəfə dəmlənən aş da, Birinə çatanda birinə çatmır. Pul kimin yoluna işıqlar saçdı, Kiminin də bağlı baxtını açdı, Biz əl çirki dedik, …

Müsahibə

Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova

Post Views: 74 Layihəmin bugünkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar …

Publisistika

“MƏNİM PREZİDENTİM”

Post Views: 40 Ulu yurdun ölümsüz lideri, natiqi, dahi sitasətçisi, islahatçısı, filosofu, Azərbaycanın qurucusu – H.Ə.Əliyevin arzularını bu gün reallığa çevirən övladından, varisindən, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdən söz açacam ellərə, aləmə! Bu şansı mənə bəxş edən Allaha həmd və sənalar söyləyir, “Mərhəmət elçisi” jurnalının təsisçisi, direktoru Tahirə xanım İsmayılovaya öz təşəkkürümü bildirərək …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ.”Bitmədi, ey anam Dərbənd, həsrətim…” (Yeni şeir)

Post Views: 58 Dərbənd həsrətim Gedirəm, yenidən qayıdam, gələm, Sevgimi bölüşəm, sevincdən öləm. Həsrəti qılınctək doğrayam, böləm, Bitmədi, ey anam Dərbənd, həsrətim! Ömrü qısa oldu ilk vüsalımın, Həsrətdən nəm çəkdi ucu şalımın. O göyçək hüsnünlə bir şad halımı Etmədi, ey anam Dərbənd, həsrətim! Dağına, daşına sarılacaqdım, Gözünün yaşına sorulacaqdım. Bayraqtək başına sancılacaqdım, Yetmədi, ey anam …

Publisistika

Qiymət MƏHƏRRƏMLİ.”Bitmədi, ey anam Dərbənd, həsrətim…” (Məqalə)

Post Views: 49 (Dəmirqapı Dərbəndlə ilk görüş) Yaxınlarda Şəkidəydik və “Şəki ARB TV” kanalının proqram müəllifi Elşən Zəkəriyyəbəyli bizimlə çəkilişdən sonra yaxın günlərdə Dərbəndə gedib ordakı soydaşlarımızla görüşməyi təklif etdi. O eyni zamanda, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın arzusunu da bu səfər çərçivəsində həyata keçirmək istədiyini bildirdi. Dilarə xanım Türk Dünyasının …

Publisistika

“ƏBƏDİYYƏT YOLÇUSU”

Post Views: 59 Azərbaycanın və dünyanın xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığına həsr edirəm. 4 oktyabr 2016-cı il tarixində Bakıda Rəşid Behbudov heykəlinin açılışı münasibətiylə yazılıb) Bir yol tutdun – bu yol uzun, yorucu… Bir yol tutdun – təşaş dolu, ömür kəsən – sıxıcı! Bir yol tutdun – vətənin gülşənində saf səsinlə bülbül kimi …

Publisistika

Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin ad gününə

Post Views: 35 Cəsarətimi toplayıb Sizə, adınıza şeir yazmaq istədim, utandım, şeirə sığışdıra bilmədim Sizi – Böyük İnsan! Safsınız, məsumsunuz, mərhəmətlisiniz, eyni zamanda dövlətimizin çox ciddi rəhbəri – Prezidentisiniz. Ad gününzü təbrik etmək, ürəyimdən keçənləri yazmaq cəsarəti topladım özümdə. Hardan başlayım yazmağa, yenə də tərəddüd etdim. O qədər qollu-budaqlı, nəsilli-köklüsünüz ki… Özünüz gənc olsanız da …

"Kümbet" dergisi

Remzi ZENGİN Hocamızın doğum gününü kutluyoruz!

Post Views: 31 TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Dilerim yüce mevlâdan Gözlerin yaş, Tekerin taş, Memleketin savaş görmesin. Cebinde bitmesin para Başın düşmesin hiç dara Dırdırı çok bir kaynana Başından eksik olmasın. Altında bir arap atı Gezesin hep memleketi, Malının bet bereketi Azalmasın, daim artsın. Duaların …

Publisistika

Sənətində yaşayan rəssam

Post Views: 46 Rəssam ruhlu doğulmuşdu, bəlkə də elə rəssam gəlmişdi dünyaya o. Hələ uşaqkən rəssamlığa meyil etmiş, fərqli duyumları, fərqli baxışları ilə yaşıdlarından seçilmiş, daxilindəki yaradıcılıq cücərtisi və bir də rənglər dünyasının sehri kiçik yaşlarından əlindən tutub sonu bəlli olmayan, sirli-sehrli bir aləmə aparmışdı onu. O da qeyri-ixtiyari ürəyinin səsinə, qəlbinin döyüntüsünə qulaq verib …

Publisistika

Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır

Post Views: 54 Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını düşünmüş, onun xoşbəxt gələcəyini təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun gələcək inkişaf istiqamətlərini …

Publisistika

Mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətləri

Post Views: 41 Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. (Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən.) Azərbaycanın çox …

Azərbaycan ədəbiyyatı

Atatürk Mərkəzində gənc şairə Gülnarə İsrafilin “Torpaq adamlar” adlı şeir kitabının təqdimat mərasimi keçirilib

Post Views: 30 Dekabrın 16-da Atatürk Mərkəzində gənc şairə Gülnarə İsrafilin “Torpaq adamlar” adlı şeir kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda, kitabın redaktoru şair, yazıçı Kənan Hacı, Azərbaycan jurnalının poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksyasının rəhbəri, Qəşəm Nəcəfzadə, tənqidçi, şair, Balayar Sadiq, fəlsəfə doktoru, şair esseist Əli Şirin Şükürlü, şair, tənqidçi, Akəm Xaqan, Dəyərli qələm sahibi …

Publisistika

Sevgilimdən gələn hər şey məni xoşbəxt edir

Post Views: 50 Yalnız Sevgilimi düşünürəm … Evdə, işdə, yemək yeyərkən, televizor seyr edərkən, kitab oxuyarkən, yazı yazarkən ağlımda hər zaman Sevgilim olur. Həyatıma məna qatan sevgini tapmışam mən, ONSUZ HƏYAT MƏNASIZDIR. Zaman sürətlə axıb gedir, bir çox hadisələr baş verir, ancaq Sevgi olmadan yaşamaq çox çətindir. Əsil sevgini hiss etmədən yaşayanda insanın robotdan fərqi …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Bilirəm”

Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Vətənimdir” – silsiləsindən Bəd illər az qalır, qərinə olsun, Qübarı könüldən, silə bilmirəm. Çatlamış boş sənək, çətin ki, dolsun, Laçınsız, Şüşasız, gülə bilmirəm. Neçə ki, Kəlbəcər, qolu bağlıdır, Neçə ki, Ağdamım, sinədağlıdır. Neçə ki, “Stepan”,-“Qarabağlıdır”, Necə yaşayıram, hələ bilmirəm. Cəbrayıl yaralı, həm …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qanadlı igidlər istəyir Vətən”

Post Views: 34 Koroğlu gözlədi otuz doqquz gün Cəmi bircə günə səbri çatmadı. Yuxusu gözündən düşdü didərgin, İlan vuran yatdı, osa yatmadı. Tələsdi məqsədə, kama yetməyə, Gizlicə seyr etdi öz atlarını. Günəşdən süzülən zərrin şəfəqlər, Əritdi atların qanadlarını. Peşiman olsa da öz əməlimdən. Boğdu qəzəbini, səbrlə dözdü, Yəhərsiz-yüyənsiz mindi Qıratı, Dağlarda, düzlərdə quş kimi süzdü. …

AJB Sumqayıt şəhər təşkilatı

Müstəqilliyimizin 25 ili: Sumqayıt iqtisadi və sosial inkişaf prizmasından [FOTOREPORTAJ]

Post Views: 66 Tarixi və coğrafi arayış: Sumqayıt 1949-cu il noyabrın 22-də şəhər statusu alıb. Bu günlərdə 67 yaşı tamam olmuş Sumqayıt ərazisinə görə ölkənin üçüncü, əhalinin sayına görə isə ikinci böyük şəhəridir. Abşeron yarımadasının şimal-qərb sahillərində, Bakıdan 35 kilometr məsafədə yerləşir. Şəhərin tarixi 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyasının tikintisindən başlayır. 1941-ci ildə …

Publisistika

Sumqayıtda Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

Post Views: 44 Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş təsviri sənətin boyakarlıq bölməsinə aid 20 ədəd əsər nümayiş olunub. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm …

Publisistika

Başsağlığı məktubu

Post Views: 61 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Oday və bütün kollektiv Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat xidmətinin rəhbəri, əziz dostumuz Qalib Rəhimliyə anası Minayə xanımın vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüzn və kədərlə başsağlığı …