Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 2821 - 2880 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 151 Bilməcə Nə qəribə bilməcəsən? çözəmmədim həyat, səni. bu beş günlük ömrümdə rast gəldiyim insanlar, səndən qəliz çıxdılar… “əlindən tutaq” deyib, təpik vurub yıxdılar… nə qəribə bilməcəsən? çözəmmədim həyat, səni. gözümə gün saydığım işıqlar yalan çıxdı, “dost” dediyim insanlar alnıma güllə sıxdı. kim olduki qalibi, bu narahat oyunun? hiyləgərsən sən həyat, gedişlərin naməlum. …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər) II hissə

Post Views: 134 *** Ömrümün ətirli gül bağçasında Birdən tufan qopdu, küləklər əsdi. Günəş də bezikib qəmli həyatdan Dağlar arxasına yenə tələsdi. Qəlbimə kədərin ağrısı doldu, Səadət tərk etdi bahartək məni. Ömrümün bağçası saraldı, soldu, Göz yaşı qərq etdi dəniztək məni. Axır yanağımdan isti göz yaşı, Süzülüb hər damla bir şəbnəm olur. Əridir qayanı, mum …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ad günü mübarək- Kamran, Kənanın!”

Post Views: 111 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AD GÜNÜ MÜBARƏK KAMRAN, KƏNANIN Gül açıb könlündə dostun, sirdaşın, Bu gün ad günüdür, əkiz qardaşın. Yürdsevər, eloğlu, cüt vətəndaşın Gözü aydın olsun ata, ananın, Ad günü mübarək- Kamran, Kənanın! Günəş də gülərüz olubdur bu gün, Süslənib masalar- büsat, toy, düyün. Eşidin, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ağrıyır”

Post Views: 98 Dərd əkib, qəm biçməkdən, Qol yerindən ağrıyır. Yoxsul yoxdan, harınsa Bol yerindən ağrıyır. Gözlərim oyum-oyum, Nə baxdım ki, nə doyum?! Canımı hara qoyum? – Sol yerindən ağrıyır. İçimə damcılayır Çölümün qançırları. Kürəyim qamçıların Zol yerindən ağrıyır. Yerə girən boy sızlar, Kök inləyər, soy sızlar. Bədəsillər, soysuzlar Döl yerindən ağrıyır. Dünya məhbəs, qəfəs …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.Bayatılar

Post Views: 84 Bayatılar Əziziyəm, ha sarı, Aşmaq olmur hasarı. Yaramı yar qanadıb, Ha düyünlə, ha sarı… *** Əzizim, bilməyənin, Öyrənib bilməyənin. Dərdini mənə verin, Dərd çəkə bilməyənin. *** Əziziyəm, bilməzdim, Ağlayardım, gülməzdim. Səndə də vəfa yoxmuş, Mən ki, belə bilməzdim. *** Əziziyəm, gül balam, Çiçək balam, gül balam. Gecə-gündüz iylərəm, Mənim qızılgül balam. *** …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Və anam…”

Post Views: 114 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı (“525-ci qəzet”də çap olunan yazım…. Gül Dərənin Güldərəni… Anadan olduğum kənd Göyçə mahalının Dərə kəndidir. Göyçəlilər o kəndə “Səməd ağanın dərəsi” deyir. Şəkilləri var kəndimizin anamın albomlarında…Hər tərəfi gül-çiçək, yaşıllıq, yolları dolay-dolay, bir səmti Göyçə gölü-dalğaları sahilə aşiq… İndi kəndimiz …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 151 Yorulmuşam Yorulmuşam, həyat, Yorulmuşam… İki nəfərlik yükləri Tək çiyində daşımaq da çətindi Məni qınama. Yorulmuşam, həyat, Bütün qəmli hekayələrə Xoşbəxt sonluq uydurmaq, Düşüncəmə hücum çəkib Yaxşılıqlar qondarmaq da Çətindi… Məni sınama! Yorulmuşam, həyat, Üzlərdə gizlənən üzlərə Gülümsəmək, üzülmək, Ağlamaq, gülmək Taleyinə səssiz qalıb Üzdə 5 üz gəzdirmək də çətindi… Yorulmuşam! Yorulmuşam, Bütün …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər)

Post Views: 113 Qısqanıram… Məndən uzaqdasan, yoxsan yanımda, Qarışıb yenə də fikrim, xəyalım. Qorxu gözlərimdə, təlaş canımda, Qəlbim rahat olmur, dərk etmir ağlım. Qısqanclıq ruhumu bürüyüb bütün, Əsən küləyə də qısqanıram mən. Əlinə, üzünə toxunur hər gün, Mənimsə xəbərim heç yoxdur səndən. Ay səni seyr edir gecə səmadan, Günəşsə oyadır səni hər səhər. Üzünə toxunub …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Soltanbəy əfsanəsi” (Hekayə)

Post Views: 104 1977-ci il. Yay fəslinin birinci ayı. Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 391 PORTRET Mən bir dağ çayıyam, dağ bulağıyam, Mənim çoxalmağım, azalmağım var. Gəlir bu bağların təbiətindən, Coşub-daşmağım var, sozalmağım var. Sözdən öz ömrümə bir heykəl yonub, Gözəllik önündə heyrətdən donub, Arıtək çiçəkdən-çiçəyə qonub, Dədə ocağından köz almağım var. Suyam – damla-damla daşdan çıxmışam, Gözəm, göz yaşıyam, yaşdan çıxmışam. Bir qarlı, boranlı qışdan çıxmışam, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Payız gileyi”

Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nə yaman tələsdin payız gəlməyə, Pərişan qəlbimdə xəzandı hələ. Bəlkə dərdlərini mənlə bölməyə, Məni qabaqlayıb gəlmisən elə. Bilirəm sənin də dərdin çox böyük, Tökülən yarpaqsan, solan çiçəksən. Onsuz da taleyin hər …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 102 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü TAPŞIR GÖZLƏRİNƏ Gözlərin gözümə naz ilə baxır, Qara gözlərimdə şimşəklər çaxır, Bu oda, alova neyləsin fağır, Tapşır gözlərinə, belə baxmasın. Mən dözə bilmirəm atəşə, oda, Axı mən baxmıram özgəyə, yada, Bir od parçasısan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Dayımın adını daşıyırsan sən”

Post Views: 106 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Dayım Həkim Rəhimov Məzahir Bayram oğlunun yeni dünyaya gəlmiş və adını daşıyan nəvəsinə Gələli dünyaya ağladın Sən də, Ağlamaq varlığın əlamətidi. Gülüşün, bir də ki, nurlu baxışın, Uca Yaradanın inayətidi. Nə qədər gözündə sevgi var Sənin, O qədər dünyada …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.Yeni şeirlər

Post Views: 93 Cavabsız sevgi Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

Post Views: 125 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub

Post Views: 94 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Labirint yolu” hekayəsi İLESAM tərəfindən işıq üzü …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar İlahə İmanovanın hekayəsi “Xəzan” dərgisində çap olunub

Post Views: 93 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, gənc xanım yazar İlahə İmanovanın “Tutuquşu” hekayəsi “Xəzan” ədəbi-bədii dərgisinin “Ədəbi Nəşrlər” Seriyasından çap olunub. Qeyd edək ki, bundan öncə gənc xanım yazar İlahə …

"Usare" dergisi Azərbaycan ədəbiyyatı

Gənc yazar Nemət Tahirin şeiri “Usare” dərgisində çap olunub

Post Views: 93 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya …

"Usare" dergisi Azərbaycan ədəbiyyatı

Gənc yazar İlham Mikayılın şeiri “Usare” dərgisində çap olunub

Post Views: 104 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Qarabağ yaşayır…”

Post Views: 117 (oxunması bir az diqqət tələb edir) Qarabağ yaşayır – Toylardakı, yeyib-içmək məclislərindəki ütülü-sığallı tostların qəlibində. Qarabağ yaşayır – Vətənə sadiqlik andı içən, Şəhidlik badəsini şərbət kimi birnəfəsə başına çəkən kəslərin qəbirində. Qarabağ yaşayır – 20 ildir boynubükük halda oturub amerikalıların, fransızların, rusların qəbulunda. Qarabağ yaşayır – İntiqam eşqiylə bu gün də alışıb-yanan …

Azərbaycan ədəbiyyatı Türk xalqları ədəbiyyatı Türkiyə ədəbiyyatı

İbrahim İLYASLI.” Bir şarkının tarixçəsi…”

Post Views: 149 Bu şarkını rəhmətlik Gülüstan nənəm kövrək bir avazla oxuyar və xısın-xısın ağlayardı. Biz “sovet uşaqları” hardan biləydik bu şarkının, bu göz yaşlarının içəriliyində nələr var… Ancaq mətn yaddaşıma necə çökmüşdüsə, uzun illərin sonunda bir gün dostum Azər Turan ƏNVƏR PAŞAdan söz açınca həmən söyləməyə başladım. Bu gün Azərbaycan üçün həm də o …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”

Post Views: 86 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ulu Dərbənd, yollarına sarınım, Bayramına, şənliyinə yarınım, Dağlarının mehi ilə daranım, Ha boylanım tarixinin izində, Neçə-neçə əsərim var düzündə. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ağrıyır”

Post Views: 124 Dərd əkib, qəm biçməkdən, Qol yerindən ağrıyır. Yoxsullar ac, harınlar Bol yerindən ağrıyır. Gözlərim oyum-oyum, Nə baxdım ki, nə doyum?! Canımı hara qoyum? – Sol yerindən ağrıyır. İçimə damcılayır Çölümün qançırları. Kürəyim qamçıların Zol yerindən ağrıyır. Yerə girən boy sızlar, Kök inləyər, soy sızlar. Bədəsillər, soysuzlar Döl yerindən ağrıyır. Dünya məhbəs, qəfəs …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 94 *** Asıldım, qaldım qəmdən mən, Sıxıldım eşqi kəmdən mən. Düşmədi çoxdan mənə pay, Çıxıldım yenə cəmdən mən. Azmıdır qurda, quşa yem? Oldum həm xırman, həm dən mən. Gözyaşım axdı qəlbə hey, Çürüdüm, Allah, nəmdən mən. Dərd məni dağa çəksə də, Sandılar çıxdım dəmdən mən. Ucadan ruha səmər yox, Oxudum, şair, bəmdən mən. …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Ay sonuncu pəncərədir”

Post Views: 94 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Ay sonuncu pəncərədir, Zülmət əksin olan evdə… Dan yeri əl eyləməkdir Vida üçün gəldiyində… Bu tövr ağlamaq asan, Umub-küsmək də nisyədi… Kaş, yolları unudasan, Hər dönüşün min “niyə”di… Bu şəhərlə sevişirsəm Öpmə qəmli nəğmələri… Utanarsan,durub örtsəm Həya rəngli pərdələri? Gəlmisən, …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Payız eşqi”

Post Views: 82 * * * Mən payızam, sevmə məni. Dumanım var, çiskinim var üşüyərsən… Günəşli günlər ardından Nisgil dolu küsməyim var, payızam mən… Mən payızam, məni sevən Üç-beş sarı yarpaqdı ölümünə hazır olan… Sərt bir qışın sonrasında bahar görmək ümidilə Boz sərçələr sevər məni… Payız olmaq tənha-tənha sevilməkdi… Mən payızam, küləklərim Günü-gündən adam kəsir. …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Səndən sonra yaşamaq belə olmur”

Post Views: 103 Səndən sonra yaşamaq belə olmur Yaşayırsan qırıq. uçuq. dağınıq Səndən sonra gülməkdə gözəl olmur üz gözümdə tellərimdə dağınıq… Sənən sonra günəş batır gündüzlər gecələrdə qısa gəlir nədənsə sanki min il yaşadığım birində Üz-gözümdə dəyişibdir səsində…. Səndən sonra unutmuşam səhəri şehli çəmən ayaq alta səs etmir unutmuşam qazanmışam kədəri öz dərdimdə ürəyimə bəs …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.”Tutuquşu” (Hekayə)

Post Views: 134 Atamın çarpayısının baş ucunda oturub əlini bərk-bərk sıxdığım an mənə elə gəlirdi ki, bir daha heç vaxt onun gözlərinin içinə baxa bilməyəcəm. Gözlərim yaşla dolub boşalırdı. Eyni sualı tez-tez anama və tibb bacılarına təkrar verirdim: ─Atam sağalacaq? Bəs nə vaxt gözlərini açacaq?Bəs niyə ayılmır? Hər dəfə də eyni cavabı alırdım: ─Darıxma, sağalacaq. …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 87 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Bəlkə də, görüşdük Səninlə bir vaxt Səmimi gülüşün gözüm önündə, Kim deyir nazını çəkə bilmirdim?! Gənc ikən hüsnünə aşiq olmuşdum, Gözümü gözündən çəkə bilmirdim. Şerimi oxuyub xoş söz deyəndə,- Sığmırdım dünyada göyə və yerə. “Sevgi Sarayımın Sultanı”-deyib,- Adını gətirdim …

Azərbaycan ədəbiyyatı

İlham Mikayılı doğum günü münasibətilə təbrik edirik! (5 sentyabr 1989-cu il)

Post Views: 144 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Varam mən”

Post Views: 148 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ulu Dədəm Qorqudun qopuzuyam, diliyəm, Əyilməz Qazan xanın, qılınc tutan əliyəm, O qanlı keçmişimin soyumamış külüyəm, Dəmirqapı Dərbənddə, bir …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Dənizdə nəğmə”

Post Views: 115 Üfüqlər arxasında Gün batır, axşam düşür. Dənizin aynasında Ay ulduzla görüşür. Yatır ləpələr çin-çin, Qağayılar dincəlir. Dənizdən bir nəğmənin Əks-sədası gəlir. Buludlar karvan-karvan, Ala-tala buludlar. Sonsuz səma tağından Düşür yola buludlar. İndi gözlərin sənin Ulduztək bulud dəlir, – Dənizdən bir nəğmənin Əks-sədası gəlir. Tək buruğun ziyası Uzaqda yanır-sönür. Sınır suyun aynası, Gəmi …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Sənətin qüdrəti”

Post Views: 101 Məşhur rus rəssamı K.P.Brüllovun “Türk qızı” şəklinə baxarkən O türk qızı başım üstə Dirsəklənib yatağına, Qara saçı halə kimi Dövrə vurub qulağına. Zər bavtalı qara donu, Allah, necə tutur onu! Əyilibdir yana boynu, Kğlgə düşüb buxağına. Qaşlar – qara, göz – badamı, Dəli elər hər adamı. Bürünübdür gül əndamı Tirmə şalın saçağına. …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Böyük Vaqifə”

Post Views: 94 Böyük Vaqif, keçdi illər, İl bir yerdə qala bilməz. Əsrlərdə hanı hünər? – Səni məndən ala bilməz! Eşq şairi! Bu eşqə bax! Şirvan, Muğan, Mil, Qarabağ Gəzir el-el, oymaq-oymaq Sərhəd bilməz, qala bilməz. Sənin eşqin, sənin dühan, Şahları da qoydu heyran. Yaxşı sözdür: “Hər oxuyan Molla Pənah ola bilməz!” Qoşmaların, qəzəllərin Əzbəridir …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Səmadan ağır-ağır”

Post Views: 109 Səmadan ağır-ağır Dənizə yağış yağır. Damcılar iri, şəffaf, Büllur kimi təmiz, saf. Sanırsan yağış deyil, Göydən ulduz tökülür. Karvanqıran elə bil Kəhkəşanda sökülür, Göydən ulduz tökülür. Səmadan ağır-ağır Dənizə yağış yağır. Dəniz böyük, hüdudsuz, Tökülən yağış – ulduz Dənizin qucağında Qərq olaraq bir anda Çatır əbədiyyətə, Qovuşur məhəbbətə Dənizin qucağında. Yağışlar şəffaf, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 101 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü NƏ GÖZƏLSƏN Lalə tək gözəlsən güllər içində, Meh əsir yellədir al köynəyini, Bəlkə də sevgilim sənsən artıran, Bu bağın-bağçanın gözəlliyini. Baxdıqca hüsnünə könlüm açılır, Gül gülü çağırır, bülbl bülbülü, Hər yarpaq təptəzə bir …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 99 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. * * * Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən, Vaqifimin gözəlləri, öz yarınla barışginən. Sürmə çəkib gözlərinə siyah telli gözəllərim, Öz hüsnünlə gül-çiçəyə sən də bu gün qarışginən. Vüsal çağı yetişibdi, ayrılıqdan əlamət yox, Bu gün, sabah qurulacaq …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.Yurd həsrətli şeirlər

Post Views: 113 Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı YADIMA DÜŞÜBDÜ Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.Seçmə şeirlər

Post Views: 147 Təzələndi Gəldim Kür sahilinə, Sahillər təzələndi, Söyüdlər saç dağıtdı, Xəzəllər təzələndi. İllər gerimi döndü? Üzü bərimi döndü? Gəncliyimi gətirdi, O illər təzələndi. Mənim Arazlı Kürüm, Sizi müdam cüt görüm! Sularınız qovuşdu, Gur sellər təzələndi. Yarpağı dinar-dinar Ağcaqovaq, göy çinar Əl çaldı küləklərə, Könüllər təzələndi. Sahil boyu Muğan, Mil Yandırdı neçə qəndil. Gecələr …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”

Post Views: 93 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Ayaqlarım qatran olar Izlərinə yapışar… Vəhşiləşər cığırlar; Gedişinçün qapışar. Keçib getdiyin vədə Heykəlləyər zamanı… Təsəllidi şəklin də. “Saxlayıram samanı”… Qulağım səsə düşər Böcəklər ötüşəndə… Barmaqlarım öpüşər Kirpiklər sevişəndə… Ah… Nə xoş mənzərədi Yenə yuxu görürəm… Adın əzbərimdədi Adından ev hörürəm.. …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Hakim əmi, azadlıq” (Hekayə)

Post Views: 85 Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

Post Views: 258 GÜNDÜZLƏR OLSAM DA HARDA, HARDA MƏN Gündüzlər olsam da harda, harda mən, Poyluya dönürəm yuxularda mən, Təzədən analı uşaq oluram, fikirdən, qayğıdan uzaq oluram. Qaçıram, arvadlar baxıb gülüşür, kəmərim belimdən açılıb düşür. Təzədən başlanır dirədöymələr, aşıq, çilikağac… nələr, ay nələr. Bir qoca bar idi, o, cəvənlaşır, Ağstafa çayı təzədən daşır. Kür axır, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 92 YAZIĞIN GƏLSIN Çiynini fil yükü altına vermə, Qarışqa, özünə yazığın gəlsin. Misqalla ölçülən öz yükün ilə, Barış qal, özünə yazığın gəlsin. Çox da ömrü boyu əkin əkməyən, Həmişə sahibdi dolu təknəyə. Olarsan özgənin yükün çəkməyə Alışqan, özünə yazığın gəlsin. Dönməmiş uğruna it ulyanlara, Dinməzcə qoşul yat uyuyanlara. Mənəmlik havasın at – milyonlara …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.Seçmə şeirlər

Post Views: 200 Söhrab Tahirə II Uca dağlar, yol verin Uzaqdan ana gəlir. Ovxarlı xəncərini Çəkib hicrana, gəlir. Daşa dönmüş ümidlər, Duyğular cana gəlir. Yola çıxın, igidlər, Uzaqdan ana gəlir. Bir nəfərin anası, Milyonların istəyi. Bir oğul təmənnası, Bir torpağın diləyi. Uzaq düşmüş yaxından Çıxıb bu yana gəlir. Ay Bakı, ay Naxçıvan, Yola çıx, ana …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər

Post Views: 119 GÖZÜNÜN İÇİNDƏ XAL BİTƏN GÖZƏL …kirpiyin qoruyur gözün sulayır, nə yaxşı, boy atmır daha bu xalın!?. xalın gözlərinin çətin sualı, gözünün içində xal bitən gözəl. bəlkə gözlərində qurumuş yaşdı, yoxsa ürəyindən gözünə qaçdı? demə harda olsa xal elə xaldı, gözünün içində xal bitən gözəl. hər səhər bu xala açılır gözün, durub gördüyünə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 96 O SEVDALI ÇAĞLAR YADINDADIRMI? O sevdalı çağlar yadındadırmı?- Bir mən igidiydim, bir də sən gözəl. Dünyada mənə tay dəli yoxuydu, Yoxuydu dünyada sənə tən gözəl. Bə heç demirsənmi hardadı görən İpək tellərinə nərgizlər hörən? Səniydin onlara yaraşıq verən, Nə çiçək gözəldi, nə çəmən gözəl. Sevgi bir yol gələr adama haqdan,- Sənin divanənəm …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 97 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, HARDAN ALMISAN “Könül dəftərim” silsiləsindən Albomumdakı bir şəkillə üz- üzə Aləm sevir səni, bəyənir səni, Yuxa könülləri oda salmısan. Ay zalım özümdən etmisən məni, De, bu gözəlliyi, hardan almısan? Hüsnünü hər görən, mələkdir sanar, Qəlbinə od düşər, alışar, yanar. Səninçün tərsalar, öz …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 101 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı * * * keçən günün son kadrıdı islanmış balıncım… ovcumdakı göz yaşının rəngi bir az narıncı… igid adsız olmazdı… duyğularım qorxan oldu… eşq canımdan can almazdı… aldı.. adı canan oldu… gün üzündə ay haləsi eşqdi, sevdam… burax, qoy ruhumdan bir …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 143 * * * En dəniz sahilinə Qum dənələrini say… İzlə dənizi, mənim gözlərimin mavisi qədər dərindi dəniz. batarsan, ehtiyatlı ol… bir şeir yaz, yaza bilməsəndə nə fərqi var elə özü boyda şeirdi dəniz. En dəniz sahilinə qum dənələrini say… saya bildinmi?! darıxıram sənin üçün * * * Payızdı içimdə bu gün hər …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Kənddəki evimizin uğursuzluğu” (Povest)

Post Views: 100 Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Dədəm evi ucuz alanda gərək …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 96 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Əlli beşin mübarəkdi, ay Ata! Atam Aydın Murquzovun anadan olmasının 55 illik yubileyi münasibətilə! Keçmişə qayıdıb, xoş bir niyyətlə, Sevincli günləri bu gün say, Ata! Allah tərəfindən ram olunubdu, Bəndəyə həm günəş, həm də ay, Ata! Şairi obada torpaq …

Azərbaycan ədəbiyyatı

Nemət Tahiri doğum günü münasibətilə təbrik edirik! (27 avqust 1987-ci il)

Post Views: 95 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …

Azərbaycan ədəbiyyatı

“Uğur Kitab Evi”ndə gənc xanım yazar Şəfa Vəliyevanın “Poçtalyona məktub” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 180 6 sentyabr 2018-ci il saat 15:00-da “Uğur Kitab Evi”ndə yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Yuxuda gördüm ki…”

Post Views: 224 Yuxuda gördüm ki, sevmirsən məni, Bütün ümidlərim puçdur, nahaqdır, Taleyim söyləmir könlüm deyəni, Əllərin, gözlərin məndən uzaqdır. Yuxuda gördüm ki, dodaqlarında Mənim adım deyil…başqa bir ad var. Ömrümün sevdalı gənc çağlarında Mənə dönük çıxır vəfa, etibar. Ayıldım yuxudan, qaraldı gözüm. Bürüdü qəlbimi təlaşla qorxu. Düşdü xatırıma sənin bu sözün: “Əzizim, tərsinə yozulur …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Bilmirəm”

Post Views: 103 … Həyatdır, gah qalxdın, gah da ki, endin, Qalxdın – qürrələndin, endin – süründün. Gah şar, gah dördbucaq kimi göründün, Hansıdır sifətin hələ bilmirəm. Özünə ev tikib, evlər yıxmısan, İnsan bada verib, dövlət yığmısan. Yüz sudan min dəfə quru çıxmısan, Mən səndən nə deyim elə? – bilmirəm! Daha başda durub, öndə getməzsən, …

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Ey dost”

Post Views: 101 … Gör necə də dəyişdin, Sanki heç o deyilsən. Sən ikiqat olursan Bir rütbəli əyilsə. Gör necə artırmısan Sifətinin sayını. Min cilidə girirsən Almaq üçün payını. Nə əvvəlki hünərin, Nə cürətin qalıbdır, Nə dosta örnək olan Təbiətin qalıbdır. Nə eşqin, nə əvvəlki İstedadın qalıbdır. Keçmişdən bir familin, Bir də adın qalıbdır. Tanımayır …