Category: AJB Sumqayıt şəhər təşkilatı

  • Tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət – Şahidlər və şəhidlər“ kitabının təqdimat mərasimi keçirildi

    Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Əli Kərim adına Poeziya klubunda araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkün “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının təqdimatı keçirilirdi. Azərbaycan Ordusunun ötən ilin aprel ayınada doğma torpaqlarımizi düşmən tapdağından azad edərkən şəhid və qazi olanların həyatından bəhs edən kitabların təqdimat mərasimində Sumqayıt şəhəri İcra Hakimiyyətinin əməkdaşları, Millət vəkilləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi, şəhid ailələrinin üzvləri , tanınmış yazıçılar, şəhər ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.
    Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycanın azadlıq savaşında canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sumqayıt Şəhəri Əli Kərim adına Poeziya Klubunun direktoru şair İbrahim “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının təqdimatını poeziye evininin fəaliyyət göstərdiyi tarixdə ən möhtəşəm tədbir adlandıraraq dedi ki, çünki Aida Ryvazlı Göytürkün yazdığı kitablar ötən ilin aprel ayında vətən torpaqlarını mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhsd edir. Kitabın şəhidlərimizin bir qəhrəman kimi tarixdə yaşamasına bələdçi olacağını söylədi.
    Azərbaycanın əməkdar juranalisti və publisisti Rəhman Orxan kitabın məziyyətlərindən danışaraq qeyd etdi ki, həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən apreldə şəhid olan, qzi olan insanların evlərini kəndbə-kənd gəzərək, onların həyatlarını nağıl kimi qələmə alıb. O şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəgindən keçirərək vətən oğullarının qəhrəmanlıq tarixini yazıb. “Şəhid adı, qazi adı hər zaman müqəddəsdir.”- deyən millət vəkili Muxtar Babayev , vətənin torpaqlarını qoruyaraq, azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin adının, xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğuladı və qeyd etdi ki, ensklopedik və tarixi məqamlarla dolu olan “Qalibiyyət – şəhidlər və şahidlər” kitabı bu gündən sonra hər bir məktəblinin stolüstü kitabı olmalıdır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də Vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsini zəfər tariximizə yazıldığıni qeyd etdi . Tanınmış yazıçı Varis “Vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini , jurnalist Rəhman Orxanın, Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını, və bu qızıl pleadaya artıq Aida Eyvazlı imzası da qoşuldu”- söylədi.
    Sumqayıtın ağsaqqal söz ustası şair, əəməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli tədfbirdə iştirak edən şəhid analrının və ailələrinin hər zaman Azərbaycanxalqı üçün əziz olduğunu, şəhidlik məqaminin müqqəddəsliyindən danışaraq, özünün “Şəhid anası gəlir” şerini oxudu və bildirdi ki, müəllif hər şəhid haqqında yaz yazdıqca özü də hər gün şəhid olurdu. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin sədri, əməkdar jurnalist Rafiq Oday Aida Eyvazlı Göytürkə “2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ömür yolundan bəhs edən “Qalibiyyət – şəhidlər və şahidlər” kitabına görə “Müqəddəs Qələm” medis mükafatı ilə təltif etdi.
    Sumqayıt şəhəri İcra hakimiyyətinin humanitar məsələlər üzrə inspektoru Şüşə Aslanova aprel şəhidlərimizin həyatından bəhs edən kitabı bir ana kimi oxuduğunu və müəllifin də bütün anaların, gəlinlərin ağrılarını peşəkarlıqla qələmə aldığını bildirdi.
    Tədbirdə aprel şəhidlərimiz Şulan Bayramov, Fəxrəddin Qurbanlı, Elvin Mirzəyev, Mühit Orucov, Vüqar Yusifov, Elnur Əliyev, Seymir Baxışov, Murad Məmmədov və Əbdül məcid Axundovun ailə üzvləri də iştirak edirdi. Şəhid ailələrinin adından çıxış edən Əbdülməcid Axundovun anası Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün müəllif Aida Eyvazlıya minnətdarlığını bildirərək, əlavə etdi ki, Vətən o şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur. Və Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunmasını arzulayır. “Uca bayrağımızın Şuşada dalğalanarsa, şəhidlərimizin də ruhu Tanrı dərgahında rahat olar” –dedi. Qarabağ qazisi Usta Fəxrəddin söz alaraq bildirdi ki, onun qardaşı 1992-ci ildə Lələtəpə uğrunda döyüşlərdə həlak olub. Ötən il şəhid qardaşının doğum günündə 2 apreldə isə aprel şəhidləri onun qardaşının arzusunu yerinə yetirdilər.
    İbrahim İlyaslı tədbrin sonunda sözü “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, “SAMIR, NAZIM , ELŞƏN!” kitablarının müəllifi Aida Eyvazlı Göytürkə verildi. A.Eyvazlı şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək, Vətənimizə Qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürür duyduğunu bildiri. Və qeyd etdi ki, “QALIBIYYƏT – ŞƏHIDLƏR VƏ ŞAHIDLƏR”, kitabının ikinci cildi də bu ilin sonuna kimi işıq üzü görəcək.
    Tədbirin sonunda qonaqlara, təhsil idarələrinə, şəhərin kitabxanalarına və oxuculara hər iki kitablar müəllifin imzası ilə hədiyyə olaraq təqdim olundu.

    Sumqayıt şəhəri Əli Kərim adına Poeziya klubun Mətbuat xidmətini

  • Rafiq ODAY.”Düşür qarmağa”

    Ölümün gözləri gülür, –
    Cavanlar düşür qarmağa.
    Yağlılar eyş-işrətində,
    Yavanlar düşür qarmağa…

    Önümüzə hər tip çıxır,
    Xeyir çıxır, şər tip çıxır.
    Bicəngələr çərtib çıxır,
    "Avam"lar düşür qarmağa.

    Bir gün ağı, bir gün layla,
    Üzümüz gülməyir ayla,
    Kim desə ki, bu dünyayla
    Davam var, düşür qarmağa.

  • Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə oxucuların görüşü keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə oxucuların görüşü keçirilib.
    S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutan tədbirdə Əməkdar incəsənət xadimi, aktyor Şeyx Əbdül Mahmudbəyov, şair Əşrəf Şəfiyev, ədəbi mühitin nümayəndələri, tələbələr iştirak ediblər.
    AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova görüşün məqsədi və mahiyyəti haqqında oxuculara məlumat verib.
    Tədbirin qonaqları Əşrəf Şəfiyev, Şeyx Əbdül Mahmudbəyov çıxış edərək Baba Vəziroğlunun həyatı və yaradıcılığı haqqında qısa məlumat verib, oxucularla səmimi söhbət ediblər.
    Daha sonra söz şair Baba Vəziroğluna verilib. O, belə bir görüşü təşkil etdiyinə görə S.Vurğun adına Mərkəzi Kitabxananın kollektivinə təşəkkür edib və bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu onun oxucularla kitabxanada ilk görüşüdür. Paytaxtdan kənarda, belə bir kitabxananın mövcudluqu və fəaliyyəti, gənc nəslin yenidən kitaba və kitabxanaya üz tutmasını tədqir edən şair bildirib ki, kitaba qayıdış hər bir cəmiyyətin həyatında dönüş nöqtəsidir. Bu gün gəncliyin kitabla ünsiyyəti böyük hadisədir və Azərbaycanın işıqlı gələcəyindən xəbər verir. İnsan insandan maddi sərvəti ilə deyil, savadı, təhsili ilə öndə olmalıdır deyən şair milli, mənəvi, dini dəyərlərimiz, milli bayramlarımız, Novruz bayramının tarixi və digər mövzularla bağlı oxucularla səmimi söhbət edib, fikirlərini bölüşüb, suallarını cavablandırıb.
    Sonda oxucular şairin ifasında şeirlərini dinləyib, xatirə şəkli çəkdiriblər.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib.
    Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə dekorativ tətbiqi sənət nümunələrindən ibarət satış sərgi təşkil olunub, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin ifasında Azərbaycan qadınını vəsf edən şeir nümunələri səslənib, mahnılar dinlənilib, müxtəlif xalqlarlın rəqsləri izlənilib.
    Nəriman Nərimanov adına mədəniyyət mərkəzində bayram münasibətilə “Anam mənim-dünyam mənim” adlı konsert təşkil olunub. İlk olaraq aparıcılar Amil Babayev və Elvin Əliyev xanımları bayram münasibətilə təbrik edib onlara xoş gələcək arzulayıblar. Konsertdə “Xəzri “, ” Dəcəllər”, ” Olleqro” rəqs qrupları, müğənnilərdən İlham Həsənov, Zaur Yusifli, Fidan Nağıyeva, Könül Hüsenova , İlkin Əlizadə çıxış ediblər. Tədbir tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
    Şəhərin Q.Qarayev və F.Əmirov adına uşaq musiqi məktəblərində keçirilən bayram tədbirlərində şagird və müəllim kollektivinin ifasında konsert proqramı nümayiş olunub, şeirlər söylənilib.
    S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq bağçasında bayram şənliyi təşkil edib. Şənlikdə “Bənövşə” qrupunun fidanlarının ifasında şeirlər və musiqi nömrələri, o cümlədən, İlyas Tapdığın “Səhər idmanı” şerinin əsasında qurulan səhnəcik, milli rəqslərimiz tərbiyəçilər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
    Qubadlı Rayon Mədəniyyət evində, Mahmudlu kənd klubu və musiqi məktəbində, həmçinin, Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində konsert proqramı təşkil edilib, rəngarəng musiqi nomrələri ifa olunub.
    Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində də bayram konserti keçirilib. Konsertdə məktəbdə təhsil alan şagirdlər müəllim və valideynlərini, Azərbaycan analarını bir-birindən maraqlı ifaları ilə təbrik ediblər.
    Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbində də bayram tədbiri keçirilib. Tədbirdə muğam parçaları ifa olunub, şeir nümunələri səslənib, xanım müəllimlər fəxri fərmanla təltif olunublar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • 8 MART Beynəlxalq Qadınlar Günü

    Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü[1] olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb

    Tarixi

    Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.

    8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

    İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.[3]

    1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

    1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.[4]

    Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. [Mənbə göstərin]

    Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.[Mənbə göstərin]

    1911-ci ildə Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.

    1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyül ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu.[5] 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında, nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda “Çörək və Sülh” üçün, I Dünya Müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və Çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı, “23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər… bu kütləvi tətilə apardı… hamı küçəyə axışdı”.

    Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, “kommunist quruluşunda Sovet qadınının görkəmli ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir”.

    1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı “çörək və sülh” adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

    1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.[4][6]

    Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.

    Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

    Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.

    Beynəlxalq Qadınlar Günü Azərbaycanda

    Bayramınız mübarək
    8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

    1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

    Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik[7] ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir[8], digər bir qrupu isə orden və ya medallarla təltif edir[9].

    Rəsmi BMT mövzuları

    İl Mövzu[10]
    1996 Keçmişin qeyd olunması, Gələcək üçün planlaşdırma
    1997 Qadınlar və Sülh cədvəli
    1998 Qadınlar və İnsan haqları
    1999 Qadınlara qarşı Zorakılıqdan Azad Dünya
    2000 Sülh üçün Birləşən Qadınlar
    2001 Qadın və Sülh: Konflikt idarəsində qadınlar
    2002 Əfqan Qadınları Bu Gün: Reallıqlar və İmkanlar
    2003 Gender Bərabərliyi və Minilliyin İnkişaf Hədəfləri
    2004 Qadınlar və HİV/QİÇS
    2005 2005-dən sonra Gender Bərabərliyi; Daha Təhlükəsiz Gələcəyin İnşası
    2006 Qadınlar Qərar qəbulu Prosesində
    2007 Qadın və Qızlara qarşı Zorakılıq hallarının Cəzasız qalmasının Sonlandırılması
    2008 Qadın və Qızlara inestisiya
    2009 Qadınlar və Kişilər Qadın və Qızlara qarşı Zorakılıq əleyhinə birləşirlər
    2010 Bərabər Haqlar, Bərabər İmkanlar: Hamı üçün inkişaf
    2011 Təhsil, Təlim, Elm və Texnologiya üçün Bərabər çıxış imkanı: Qadınlara Layiqli iş üçün Çıxış yolu
    2012 Kənd Qadınlarına gücləndirilməsi, Kasıbçılıq və Aclığa Son
    2013 Vəd vəddir: Qadınlara qarşı Zorakılığa Son qoymaq üçün Hərəkət Vaxtıdır
    2014 Qadınlar üçün Bərabərlik Hamı üçün İnkişafdır
    2015 Qadınların güclənməsi Bəşəriyyətin güclənməsidir: Çək şəklini!

    Analar günü
    Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca “quldurlar”a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

  • Təbrik edirik!

    Yazıçı, şairə, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Rahilə Veysəllinin imzası ən azından sum¬qa¬yıtlı oxuculara “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “İkiyə bölünmüş dünyam” adlı şeirlər, “Vətən fədaisi” və “Həsrət yanğısı” adlı bədii-publisistik, “Dərd şələsi” adlı iki hissəli povestlər kitabından yaxşı tanışdır. Göründüyü kimi Rahilə xanım Veysəllinin yaradıcılığı ədəbiy-yatın bütün janrlarını əhatə edir və sadalanan səkkiz kitab da son səkkiz ildən də az bir müddət ərzində nəşr edilərək oxucuların ixtiyarına verilib.
    Dünən – martın 6-da gözəl bir xəbər aldıq. 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Rəhilə xanım Veysəlli Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə səmərəli ədəbi-bədii və publisistik yaradıcılığına görə “Qızı qələm” Media mükafatına layiq görülüb.
    Qələm dostumuzu bu mükafatla təltif olunması münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib.
    İdarə rəisi Mehman Şükürov Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri ilə görüşüb. Görüş zamanı müəssisələrdə ixtisarların aparılması, maliyyə problemləri, Novruz bayramının təşkili, şəhərdə keçiriləcək festivallar və digər mövzularda söhbətlər aparıb, kollektivin suallarını cavablandırıb.
    Daha sonra Mehman Şükürov S.Rüstəmov adına UİM-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə qatılıb.
    Bayram tədbirində 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, məktəbin müəllim və şagird kollektivinin ifasında xalq və bəstəkar mahnıları, musiqi nömrələri ifa olunub, milli rəqslər izlənilib.
    Tədbirdə çıxış edən idarə rəisi Mehman Şükürov kollektivi təbrik edib, xoş arzularını çatdırıb.
    Zəngilan rayon nümayəndəliyi və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 4 saylı orta məktəbdə şair Oktay Zəngilanlının görüşü keçirilib.
    Tədbirdə şairin yaradıcılığı haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib, musiqi nömrələri ifa olunub.
    Görüşdə çıxış edən qonaqlar Oktay Zəngilanlıya yaradıcılığında uğurlar diləyib, xoş arzularını çatdırıblar.
    Sonda şair çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və şeirlər ifa edib.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mərkəzi Kitabxanasında “Bu sevgiyə ölüm gəldi” kitabının təqdimatı keçirilib

    \

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü şairə Şəfəq Sahiblinin “Bu sevgiyə ölüm gəldi” kitabının təqdimatı keçirilib.
    Tədbirdə MKS-nin direktoru Məlahət Abdullayeva Şəfəq Sahiblinin yaradıcılığı haqqında ətraflı məlumat verib.
    Yazıçı Seyran Səxavət, Türkiyəli qonaqlar (ASKEBF) Savaş Unal, Yahya Azəroğlu, şair-bəstəkar Hüseyn Sözlü, şairlərdən Aləmzər Sadıqqızı, Fərqanə Mehdi, Arzu Nehrəmli, Rəna Mərzili, Xaliq Laçınlı, Balayar Sadiq, Aybəniz Qafarlı, Telli Sənəm, Qabil Ədalət, Daşqın Ziyəddinoğlu, Sabir Zamanlı çıxış edərək müəllifi təbrik edib, xoş arzularını çatdırıblar.
    Tədbirdə Şəfəq Sahiblinin şeirlərindən mümunələr ifa edilib.
    Daha sonra tədbir iştirakçıları və qonaqlar müəllifin yaradıcılığını əks etdirən sərgi ilə yaxından tanış olublar.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1988-ci il 28-29 fevral Sumqayıt hadisələrinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1988-ci il 28-29 fevral Sumqayıt hadisələrinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
    S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə kitabxcananın direktoru Yeganə Əhmədova açaraq Sumqayıt hadisələri, erməni məkri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi və şəhərimizin üzərindən bu qara ləkənin götürülməsi hər bir sumqayıtlının arzusudur.
    Tədbirin sonunda oxuculara Sumqayıt hadisələrini əks etdirən kitab sərgisi haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub.
    S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsində də Sumqayıt hadisələri haqqında balaca oxucular məlumatlandırılıb.
    Tədbiri şöbənin müdiri Yeganə Hüseynova açaraq Sumqayıt hadisələrinin kökü, səbəbiəri, təşkilatçıları haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd erməni məkri, erməni xislətinin iş üzünü indiki nəslə göstərmək, düşmənlərimizi onlara tanıtmaqdır.
    Hər il olduğu kimi bu il də Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt 28-29 fevral 1988” adlı sərgi tərtib olunub. Sərgidə 1988-ci ilin fevralında erməni terrorçularının təşkilatçılığı ilə törədilən və Azərbaycanın ən yeni tarixinə “Sumqayıt hadisələri” adı ilə düşən tarixi əks etdirən fotoşəkillər, faktlar və sənədlər əsasında ayrı-ayrı illərdə çap olunan kitablar, qəzet materialları, fövqəladə vəziyyət zamanı istifadə olunmuş müraciət, icazə vərəqləri və fotoalbomlar nümayiş etdirilib.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Günel Süleymanovanı doğum günü münasibətilə təbrik edirik! (17 fevral 1990-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi və Kollektivi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! AMİN! İnşAllah!

    Mətbuat xidməti

  • Orxan Süleymanovu doğum günü münasibətilə təbrik edirik! (17 fevral 1990-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi və Kollektivi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! AMİN! İnşAllah

    Mətbuat xidməti

  • Tofiq Salmanovu doğum günü münasibətilə təbrik edirik! (16 fevral 2008-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! AMİN!

    Mətbuat xidməti

  • “Ədəbiyyat-Az.Com” saytının 5 yaşı tamam olur

    Təsisçisi və direktor: Rafiq ODAY

    cenabrafiqoday

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Baş redaktor: Kənan AYDINOĞLU

    Photo Kenan

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    1915291_748109358667106_2463672035380493579_n

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    1423756700_sefa-xanim

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    Mətbuat xidmətinin rəhbəri: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Sayt 2012- ci il fevral ayının 14-də Azərbayacan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən ”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.

    E-mail: azerbaycanedebiyyati@gmail.com; edebiyyat-az.com@mail.ru

    Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • YAP Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati bina tikilir

    Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binası tikilir. Sumqayıt şəhərinin 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatının hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.

    Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iki mərtəbədən və mansardan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulacaq.

    Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.

    Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq fəaliyyət göstərəcək.

    Qeyd edək ki, bu ilin sonlarına kimi yekunlaşdırılması nəzərdə tutulan bu möhtəşəm bina Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin layihəsi əsasında tikilir.

    Mənbə: http://www.azertag.az

  • Xalq şairi Süleyman Rüstəmin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın xalq şairi Süleyman Rüstəmin “Təbrizim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhərində fəaliyyət göstərən “Kardelen” dərgisinin (http://kardelendergisi.com/yazi.php?yazi=2267) 91-ci sayısında Türkiyə türkcəsində çap olunub. Layihənin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla (25000) işıq üzü görən “Seçilmiş Əsərləri”nin 3 cildliyinin ikinci cildində “Cənub həsrətli şeirlər” silsiləsində yer alan şeirləri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin xətti ilə göndərilmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının “Azərbaycan” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Sakarya şəhəri fəaliyyət göstərən “Kardelen” dərgisinin (http://kardelendergisi.com/yazi.php?yazi=2258) 91-ci sayısında Türkiyə türkcəsində çap olunub. Layihənin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
    Qeyd edək ki, Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının ədəbi-bədii nümunələri, poeziya örnəkləri eyni zamanda “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin xətti ilə Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayı üçün də göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Ceyhunə Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (31 yanvar 1980-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Mais Təmkinin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • Şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı şair Müzəffər Məzahimin şeiri “Kümbet” dərgisində Azərbaycan türkcəsində çap olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidməti

  • 20 YANVAR

    1990-cı il. Bakıda 20 Yanvar faciəsi törədilib. Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

    2010-cu il. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

    1977–ci il. Tanınmış Azərbaycan şairi, publisist, Əməkdar Mədəniyyət İşçisi Zeynal Cabbarzadə vəfat edib (1920-1977). Kiçik yaşlarından yaradıcılığa başlayan Z.Cabbarzadənin “Puşkin” adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. Onun ilk kitabı olan “Xaniman”da cəbhə şeirləri toplanıb. Z.Cabbarzadə “Əfzələddin və şah”, “Arzular”, “Yaylaqda” və digər əsərlərin müəllifidir. Şairin “Neyləsin”, “Bakı”, “Yel əsər”, “Axşam”, “İlk bahar”, “İntizar”, “Sürəyya”, “Sən mənimsən, mən sənin ” və başqa şeirlərinə bəstələnmiş mahnılar korifey sənətkarlarımız tərəfindən ifa olunub. Z.Cabbarzadə bir sıra uşaq mahnılarının söz müəllifidir. “Bahar gəlir”, “Qatar”, “Quzum” şeirlərinə yazılmış mahnılar uşaqların sevimlisinə çevrilib.

    2003-cü il. Azərbaycanın məşhur futbol hakimi Eldar Əzimzadə vəfat edib (1934-2003). E.Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. O, üç dəfə SSRİ-nin ən yaxşı hakimi seçilib, doqquz dəfə ən yaxşı yeddi hakimi sırasına daxil olub. E.Əzimzadə futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə edib. 1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında mərkəzi oyunlardan birini – Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə E.Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.

    1880-ci il. Azərbaycanda ilk dəmir yolu istismara verilib. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. “Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

    Mənbə: http://www.azertag.az

  • Əməkdar jurnalist dünyasını dəyişib

    Respublikanın əməkdar jurnalisti Ramiz Tapdıq 84 yaşında dünyasını dəyişib.
    Ramiz Əsgər oğlu Tapdıqov 1933-cü il fevral ayının 15-də Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Ali təhsilli filoloqdur. Ali məktəbi bitirdikdən sonra, 1959-cu ildə Sumqayıt şəhərinə gələrək əmək fəaliyyətinə başlayıb. 1959-cu il oktyabr ayından 1962-ci il iyun ayına kimi Sumqayıt şəhər İcraiyyə Komitəsinin təşkilat şöbəsində təlimatçı işləyib.
    Ramiz Tapdıq 1962-ci ilin oktyabrında Sumqayıtın aparıcı mətbu orqanı olan «Sosi¬alist Sumqayıtı» (indiki «Sumqayıt») qəzetinin redaksiyasına dəvət edilərək, 1993-cü ilədək əvvəlcə məktublar şöbəsinin müdiri, sonra məsul katib və redaktor müavini vəzifələrində çalışıb. Dövlət Mətbuat Komitəsinin təşkil etdiyi müsabiqələrdə onun rəh¬bərliyi ilə şəhər qəzeti dəfələrlə qalib elan olunub, pul və qiymətli hədiyyələrlə müka¬fatlandırılıb. Həmçinin R.Tapdıq əldə etdiyi uğurlara görə, o zaman SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə ezam olunub və müxtəlif mükafatlara layiq görülüb.
    R.Tapdıq fəaliyyət müddəti ərzində gənc qələm sahiblərinə, ictimai müxbirlərə həmişə qayğı ilə yanaşıb. Onun çoxsaylı yetirmələri hazırda müxtəlif mətbu orqanlarda uğurla fəaliyyət göstərirlər.
    1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ramiz Tapdıq 1993-cü ildən təqaüdə çıxsa da, jurnalistlik fəaliyyətini dayandırmamışdır. 1997-ci ildə YAP Sum¬qayıt şəhər təşkilatının orqanı olan «Məslək» qəzetinin redaktoru təyin olunmuş və 10 ildən artıq burada çalışıb. Onun təşəbbüsü ilə bu qəzetdə Ulu öndər, müstəqil Azərbay¬canın banisi və memarı olan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan, onun azərbaycançılıq ideyalarının təbliği istiqamətində hazırlanan mütəşəkkil səhifələr, qoşa səhifələr, bütöv nömrələr oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Ramiz Tapdıq iki kitab müəllifi idi.
    Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiyanın qurultay və konfranslarında fəal iştirak edən R.Tapdıqov Prezident, parlament və bələdiyyə seçkilərində də bir təbli¬ğatçı kimi əlindən gələni əsirgəməyib. Ümumilikdə R.Tapdığın publisistik yaradıcılığı Ulu öndər Heydər Əliyevin yürütdüyü möhtəşəm siyasətin və bu siyasətin möhtərəm Pre¬zi¬dentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təbliği ilə bağlı olub.
    Ramiz Tapdıq bütün şüurlu həyatını Sumqayıtın tərəqqisinə həsr etmişdi. Onun əməyi şəhər rəhbərliyi tərəfindən Fəxri fərmanlarla qiymətləndirilib. Şəhər sovetinin deputatı seçilən, “Əmək veteranı” medalı iə təltif edilən Ramiz Tapdıq, Sumqayıtın 60 illik yubi¬leyi ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdü.
    Ramiz Əsgər oğlu Tapdıqov 2017-ci il yanvar ayının 10-da 84 yaşında dünyasını dəyişmişdir. Ustad jurnalistin əziz xatirəsi onu tanıyanların, yaxınlarının və əzizlərinin yaddaşında əbədi yaşayacaqdır.
    Allah rəhmət eləsin!

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı

  • Rafiq ODAY.”Ali Baş Komandanım!”

    001

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Müstəqilliyimizin 25 ili: Sumqayıt iqtisadi və sosial inkişaf prizmasından [FOTOREPORTAJ]

    Tarixi və coğrafi arayış: Sumqayıt 1949-cu il noyabrın 22-də şəhər statusu alıb. Bu günlərdə 67 yaşı tamam olmuş Sumqayıt ərazisinə görə ölkənin üçüncü, əhalinin sayına görə isə ikinci böyük şəhəridir. Abşeron yarımadasının şimal-qərb sahillərində, Bakıdan 35 kilometr məsafədə yerləşir. Şəhərin tarixi 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyasının tikintisindən başlayır. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar şəhərin tikintisində fasilə yaranıb və işlər yalnız 1944-cü ildə bərpa olunub.

    Vaxtilə inşaatçılar, kimyaçılar, metallurqlar, gənclər şəhəri adlanan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin 25 ili ərzində ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər bütün bölgələrdə olduğu kimi, Sumqayıtın timsalında da aydın görünür. Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olan şəhərin müasir görkəm almasında və inkişafında Ulu Öndərin böyük xidmətləri var. Onun Sumqayıta etdiyi 16 səfərin hər biri şəhərin tarixində yeni səhifə açıb.

    Müstəqillik illərində şəhərdə sənayenin inkişafı geniş vüsət alıb. Kimya və neft-kimya kompleksləri modernləşdirilir, müasir sənaye parkları yaradılır. Hazırda bu müəssisələrdə müasir texnologiyalar əsasında respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik sənaye məhsulları istehsal olunur.

    2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində uzunmüddətli strategiyanın icrasına start verilib. Bu strategiya mövcud sənaye müəssisələrinin qabaqcıl texnologiyalar, ekoloji standartlar əsasında bərpasını, müasir tələblərə cavab verən yeni müəssisələrin inşasını nəzərdə tutur, eyni zamanda, şəhər infrastrukturunun yenilənməsinə, əhalinin məşğulluğunun artırılmasına yönəlib.

    Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıtın xəritəsinə yeni sənaye müəssisələri və xidmət sahələrinin adları yazılıb. Şəhərin və ətraf regionların dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə beynəlxalq standartlara uyğun 525 MVt gücünə malik elektrik stansiyası tikilib. İyirmidən çox iri istehsal sahəsinə malik Sumqayıt Texnologiyalar Parkı, yüngül sənaye məhsulları istehsalçısı olan “Gilan Tekstil” parkı, “Sağlam-Qida” Aqrar-Sənaye parkı yaradılıb. Həmçinin “İnter Tekstil” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilib, “Azərsun Holdinq” tərəfindən Sumqayıt xam kağız fabriki və qida-yağ fabriki, “Azgüntex” zavodunda iri istehsal sahələri, mis emalı zavodu, “Alyans Tekstil” MMC–nin tikiş fabriki, beton məmulatları zavodu istifadəyə verilib.

    Ən uğurlu layihələrdən biri də dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkıdır. 296 hektar sahəni əhatə edən parkda 40-dək müəssisənin inşası nəzərdə tutulub.

    Görülən işlər nəticəsində Sumqayıtın büdcəsi şəhərin daxili gəlirləri hesabına formalaşmağa başlayıb. Son 10 ildə büdcə xərcləri 4,2 dəfə artıb. Şəhərdə ümumi məhsul və xidmətlər buraxılışının həcmi 2,6 dəfə artaraq 700 milyon manatı ötüb, sənaye məhsulu istehsalı iki dəfə çoxalıb.

    İqtisadi inkişaf şəhərin simasını da dəyişir, yollar, küçələr, yaşayış məhəllələri abadlaşır, müasir idman kompleksləri, yeni binalar tikilir. Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə Sumqayıt Bulvarı yaradılıb. Şəhər ərazisində olan bütün park və meydanlar yenidən qurulub. Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib, küçə və prospektlər boyunca yol kənarlarında, eləcə də park və xiyabanlarda 400 min kvadratmetrdən çox yaşıllıq salınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Sumqayıt bu gün parklar və bağlar şəhərinə çevrilib.

    Şəhərdəki Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri aparılıb. Parkın ərazisi 8 hektardan 10 hektaradək genişləndirilib. Burada Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı inşa olunub. Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib.

    Prezidentin sərəncamları ilə ayrılmış vəsait hesabına 323 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü, 77 binanın fasadı yenidən qurulub, 200 çoxmənzilli yaşayış binasının lifti yenisi ilə əvəzlənib.

    Bu gün Sumqayıtda icra olunan irimiqyaslı layihələr, salınan sənaye parkları, müasir istehsalat kompleksləri, genişlənməkdə olan abadlıq-quruculuq işləri şəhərin daha işıqlı sabahından xəbər verir.

  • SOCAR “Azərikimya” İstehsalat Birliyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsi elan edir

    Müsabiqəyə daxil olan rəsm işləri mövzuya uyğun olmalı, şəhərimizi özündə əks etdirməlidir.

    İşlərin ölçüləri 60sm x 80sm olmaqla (çərçivəsiz), akvarellə çəkilməlidir.

    İşlərin son qəbul günü 31 yanvar 2017-ci il, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 86, “Azərikimya” İstehsalat Birliyinin baş ofisi.

    Qaliblərin elanı – 10 fevral 2017-ci il

    Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulmuşdur:
    I yer – 300 manat
    II yer – 200 manat
    III yer – 100 manat

    Əlaqə üçün telefon:
    (050) 635 74 63 (Bəxtiyar Musayev – Sosial İnkişaf şöbəsi)

  • Sumqayıtda “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilmişdir

    Sumqayıtdakı M.Ə.Sabir adına kitabxana-filialda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “Vətən fədaisi”, “Həsrət yanğısı”, “İkiyə bölünmüş dünyam” kitablarının müəllifi, şairə, nasir Rahilə Veysəllinin “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərini özündə birləşdirən “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxana-filialın müdiri Hafizə Əliqızı açaraq, tədbir iştirakçılarını salamlamış, tədbirin dedişinə uğurlar arzulamışdır.
    Tədbirin aparıcısı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist, Əməkdar jurnalist Rafiq Oday Rahilə Veysəllinin həyat və yaradıcılığı haqqında oxuculara məlumat vermiş, kitabdakı povestlər haqqında mülahizələrini bölüşmüşdür.
    Tədbirdə Rahilə Veysəllinin qələm dostları – şair Əşrəf Veysəlli, Asif Asiman, Elbrus Qayalı, Nisə Qədirova, Xatirə Fərəcli, Qaratel Azəri, Qərib Laçınlı, Əlhəddin Paşayev, BDU-nun tələbəsi Təranə Şirinova, ADNSU-nun tələbəsi Sevinc Zeynalova, kitabxananın oxucuları Kamilə və Badam Əliyevalar, Ülviyyə Qaraşova və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.
    Tədbir boyu Rahilə Veysəllinin yaradıcılıq nümunələri bədii qiraət edilmiş, şeirləri muğam üstündə ifa olunmuşdur.
    Rahilə Veysəlli tədbirdə iştirak edən qələm dostlarına və kitabxananın oxucularına təşəkkürünü bildirmiş, yaradılan şəraitə görə kitabxananın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Sonda müəlliflə xatirə şəkilləri çəkilmişdir.

    Mərcan SABİRQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Uşaq bağçasında əyləncəli şənlik keçirib

    Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi 34 saylı uşaq bağçasında əyləncəli şənlik keçirib.
    “Şənlik edək, əylənək” adlı tədbirdə məzhəkəçilər Elgiz Məmmədov və Rauf Sadıxovun ifasında müxtəlif əyləncəli oyunları sevinclə qarşıayılayan uşaqlar şeirlər ifa edib, mahnı oxuyublar.
    Daha sonra mədəniyyət evinin “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında uşaqlara milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
    Tədbir uşaqlar və tərbiyəçilər tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Beynəlxalq Əlillər günü münasibətilə Sumqayıtda tədbir keçirilib

    3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə Sumqayıtın Şəhər Mədəniyyət Evində tədbir keçirilib.
    Tədbirdə Azərbaycan Gözdən Əlillər Cəmiyətinin Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü İlham Səməd çıxış edərək cəmiyyətin fəaliyyəti haqqında məlumat verib, əlillər üçün yaradılan şəraitdən danışıb.
    Daha sonra Şəhər Mədəniyyət Evinin “Xəyal” insturmental ansamblının müşayiəti ilə müğənnilər Allahverdi Xəyal və Elşən Quliyev öz mahnı sovqatları ilə tədbiri rövnəqləndiriblər.
    Tədbirdə həmçinin gənc müğənnilər Zaur Yusifli, Türkan Orucova, İlkin Əlizadə, Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları, Əlipaşa Paşayevin ifasında Zəlimxan Yaqubun “İmzalı, möhürlü həqiqətimsən” şeiri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Elvin Rəhimovu doğum günü münasibətilə təbrik edirik! (5 dekabr 1987-ci il)

    14701079_1813689672241558_4076808877490831360_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır!
    XOŞBƏXT OLUN!!!

  • TOSAYAD Başkanı Sayın Remzi Zenginin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək

    rafiq-oday

    Noyabrın 30-da Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Mətbuat xidmətindən Edebiyyat-Az.Com-a bildiriblər ki, gələn ilin yaz aylarında TOSAYAD Başkanı Sayın Remzi Zenginin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.“Gənclər şəhəri” Sumqayıtda Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist cənab Rafiq Odayın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan görüşdə AJB Sumqayıt şəhər təşkilatının saytlarının (gundelik.info və edebiyyat-az.com) redaksiya heyətinin üzvlərinin, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək”, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihələri çərçivəsində bədii yaradıcılıq nümunələri TOSAYAD-ın yayın orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni saylarında yayınlanan azərbaycanlı qələm sahiblərinin, media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin də iştirakı gözlənilir.
    Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan görüşdə anlaşma memorondumunun imzalanması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Sumqayıtda “Multkulturalizm ili” ilə bağlı sərgi keçirilib

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə keçirilən sərgidə ləzgi, talış, rus, belarus xalqlarının nümayəndələri öz məişət əşyalarını, zəngin mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.
    Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov və Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq sərgi ilə yaxından tanış olublar.
    Sumqayıt İH başçısının müavini Teymur Səmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, qeyd edib ki, multkultural dəyərlərə hörmət Azərbaycan xalqının canında, qanındadır. Sumqayıtda son bir ildə görülən tikinti və abadlıq işlərinə diqqət çəkən Teymur Səmədov bildirib ki, bütün bu görülən işlər milliyyətindən asılı olmayaraq hər bir Sumqayıt sakininin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçündür. “Biz sumqayıtlı olmağımızla fəxr etməliyik” deyən natiq tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
    Daha sonra Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, bildirib ki, multkulturalizm, bir çox fərqli mədəniyyətin bir arada yaşaması deməkdir. Bu günkü tədbirdə biz bunun bariz nümunəsini gördük. Sumqayıt Dövlət Rəsm Qalereyasının bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran idarə rəisi belə tədbirlərin şəhər sakinləri arasında mədəniyyət sahəsinə marağın artmasına səbəb olduğunu vurğulayıb.
    Sonda Sumqayıt Dövlət Rəsm Qareyasının direktoru Ellada Həsənova qonaqlara tədbirdə iştiraklarına görə təşəkkür edib.
    Tədbirdə “Dostluq” mədəniyyət evinin “Şahinlər” və C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivlərinin çıxışı, Şəhər Mədəniyyət evinin “Veteran” xalq xorunun gənc müğənni Kamil Ağazadə ilə dueti, eləcə də Moskvada keçirilən Birinci Beynəlxalq Musiqi Festivalının II yer qalibi, “Suvar” xalq kollektivinin solisti Cəmilə Zalovanın, yetirmələri Alisa Məhsimova və Günay Vəlixanovanın ifasında ləzgi mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Şair-jurnalist Rafiq Odayın şeirləri “Azərbaycan” jurnalında çap olunub

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının noyabr sayında işıq üzü görüb.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın şeirləri keçən ilin oktyabr ayında Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası “kitabxana.net” saytında yerləşdirilib

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın cari ilin sentyabr ayında “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Qərib durnalar nəğməsi” kitabının elektron versiyası pdf formatda Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanada-“kitabxana.net” saytına yerləşdirilib.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • SUMQAYIT DÜNƏNİN, BUGÜNÜN VƏ SABAHIN GÜZGÜSÜNDƏ

    rafiq-oday

    Bu gün Sumqayıt şəhərinin 67 yaşı tamam olur. 22 noyabr 1949-cu ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə Sumqayıt şəhəri statusu verilib. Şəhər statusu alarkən Sumqayıtın əhalisinin sayı cəmi 17 200 nəfər idi. Ötən 67 il ərzində Sumqayıt bir şəhər kimi tədricən formalaşmağa başlamış, yeni məhəllələr, mikrorayonlar salınmış və sənaye müəssisələri inşa edilmişdir. Otən dövr ərzində şəhər əhalisinin 20 dəfədən də çox artmasının kökündə də məhz həyata keçirilən bu tikinti işləri dayanır. İnsanlar, əsasən də gənclər respublikamızın bütün rayonlarından axışıb Sumqayıta gəlir, buradakı tikinti və quruculuq işlərində çalışır, sonra da ailə quraraq Sumqayıtı özlərinə tale şəhəri seçirdilər. Buna görə də uzun müddət (elə bu gün də) Sumqayıt “gənclər şəhəri” adlandırılmışdır. SSRİ dövründə əsas kimya müəssisələri burada inşa olunduğundan, sonradan Sumqayıtın adına “kimyaçılar şəhəri” də əlavə olundu.

    Şəhərin tikilib-qurulma¬sında, inkişaf etmə¬sində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ona görə də Sumqayıtın adı Ulu öndərin arzularının gerçəkləşdiyi, böyük diqqət və qayğı göstərdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə düşmüşdür. Heydər Əliyevin Azər¬baycana rəhbərlik etməyə başladığı dövrdən Sumqayıt inkişafının yeni mərhə¬ləsinə qədəm qoymuş, mədəni-sosial obyektlərin, məktəb və yaşayış binala¬rı¬nın tikintisi daha sürətlə aparılmağa, maşınqayırma, qara və əlvan metallurgiya, yüngül sənaye, kimya sənayesi yüksək sürətlə inkişaf etməyə, istehsal olunan məhsullar yüzlərlə ünvana göndərilməyə başlamışdı.
    Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Sumqayıtın iqtisadi xəritəsində bir çox yeni, müasir tipli sənaye ob¬yekt¬ləri yer almağa başladı. Şəhərdə tullantısız, müasir texnolo¬giyalar əsasında inşa edilmiş «Azkom¬pozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» qida-sənaye kom¬plek¬¬si, “Gilan” tekstil, yeni Elektrik stansiyası, “Sağlam qida” aqrar-sənaye kompleksi və s. istifadəyə verilmiş, «Azərboru»nun istehsalat fəaliy¬yəti bərpa edilmişdir.
    Bu gün regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafında, şəhərin, simsınin gozəl¬ləş¬dirilməsində Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan və bu siyasəti daha geniş miqyasda davam və inkişaf etdirən Prezident İlham Əliyevin müstəsna xidmətlə¬ri vardır. Prezident İlham Əliyevin Sumqayıta mütəmadi səfərləri, hər səfərin də təməl¬qoyma və ya açılış mərasimləri ilə müşayiət olunması bu gün Sumqayıtın regionun ən iri sənaye şəhərlə¬rindən birinə çevrilməsinin əsasını qoymuşdur. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafında müstəsna əhəmiyyəti olan Sum¬qayıt Texnologiyalar Parkının istis¬mara verilməsi ölkə¬mizdə elektro¬energetikanın inki¬şafına, onun mövcud potensialının daha da möhkəmlən¬diril¬mə¬sinə, enerji müəssisələ-rinin yenidən qurulma¬sına və müasir¬ləşdirilməsinə geniş imkanlar açmışdır. Sumqayıtda Mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış yağ fabri¬kinin, kağız və karton istehsalı kombinatının istis¬mara verilməsi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqa¬mətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilməlidir.
    Dövlət başçısının Sumqayıta hər səfəri sumqayıtlıların yaddaşında silinməz izlər buraxmışdır. Bununla belə qeyd etməliyəm ki, 27 sentyabr tarixli səfər digər səfərlərə nisbətdə daha zəngin, daha əlamətdar olmuş, Sumqayıt və sumqayıtlılar üçün yeni bir mərhələnin başlanmasının göstəricisinə çevrilmişdir.
    Möhtərəm Prezidentimizin bu tarixi səfərinin detallarına girməzdən öncə, bu səfərə qədərki son bir il ərzində Sumqayıtda həyata keçirilmiş layihələrə diqqət çəkmək istərdim.
    Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən Bakı ilə yanaşı respublikamızın bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə respublikamızın ikinci böyük şəhəri sayılan, Bakı standartlarına uyğunlaşdırılması bir prioritet kimi qarşıya qoyulan Sumqayıtda xüsusi diqqətlə yanaşılır. Son bir ildə Sumqayıtın əsas girişindən başlayaraq “Göyərçin” abidəsinə qədər 5,2 kilometrlik Sülh küçəsinin yenidən qurulması, eni 14 metr olan küçənin hərəkət hissəsinin 22 metrə çatdırılması, yeni səkilərin salınması, yolun hər iki tərəfində yağış sularının axıdılması üçün suötürücülərin çəkilməsi, yol boyunca on minlərlə ağac və gül kollarının əkilməsi şəhərə daxil olanlarda ilkin təəssüratın formalaşması baxımından mühüm əhəmiyyət daşıyan bir layihə idi.
    Umummilli liderin adını daşıyan parkının genişləndirilmiş şəkildə yenidən qurulması, yeni Heydər Əliyev Mərkəzinin tikintisi, Mərkəzin qarşısındakı meydanda Ulu öndərin əzəmətli abidəsinin ucaldılması, elə bu parkın ərazisində yeni Uşaq İncəsənət Məktəbinin, eyni zamanda gözəl memarlıq üslubunda Şahmat Məktəbinin tikilib istifadəyə verilməsi son bir ildə sumqayıtlılara bəxş olunan töhfələrdəndir.
    Sumqayıtda icra olunan, uşaqdan böyüyə hər bir sumqayıtlının sevincinə səbəb olan layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin gözoxşayan tərtibatla yaradılmasıdır. Qeyd edim ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğunda olan bu bulvar kompleksi ümumilikdə 106 hektar ərazini əhatə edir.
    Bu tikililərin sumqayıtlılar üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini Prezident İlham Əliyevin açılışlardan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə məmnunluq hissi ilə dilə gətirdiyi fikirlərdən də aydınca görmək olurdu. Ölkə başçısının xoş sözlərini görülmüş işlərə verilən yüksək qiymət olmaqla, bunu həm də bir avans kimi dəyərləndirmək olar. Çünki görülmüş işlərlə bərabər qarşıda hələ görüləcək çox işlər var və bu işlər bu gün də eyni ruh yüksəkliyi ilə davam etdirilir. Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi, fasadlarının rənglənməsi, liftlərin yenilənməsi işləri davam etdirilir, küçə və xiyabanlar abadlaşdırılır, istirahət güşələri yeni görkəmə salınır. Həmçinin, “Kimyaçı” Mədəniyyət sarayının əsaslı təmiri ilə əlaqədar lazımı qüvvələr səfərbər olunmuş və işin tempi sürətləndirilmişdir. Mədəniyyət sarayı yüksək səviyyədə təmir olunaraq, nəzərdə tutulmuş vaxta kimyaçıların və şəhər sakinlərinin istifadəsinə veriləcəkdir. Həyata keçirilən genişmiqyaslı layihələr, aparılan təmir-bərpa, abadlıq və quruculuq işləri, insanların asudə vaxtlarının səmərəli təşkili, əməkçilərin sosial-rifah halının yaxşılaş¬dırılması baxımından atılan uğurlu addımlar, ekoloji sağlam mühitin yaradılması hər bir sumqayıtlının qəlbini fərəh hissi ilə doldurur və sabaha ümidlərini birə-beş artırır.
    Bu gün Sumqayıt şəhərin¬dəki sənaye zonası ərazisində zəruri infrastruk¬tura və idarəetmə sisteminə malik, müasir texno¬logiyaların tətbiqi yolu ilə rəqabətqa¬bi¬liyyətli məhsullar isteh¬salı və xidmətlər göstə¬rilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət daşıyır. Bu parkın ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu kimi müasir istehsal müəssisə-lərinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirmək baxı-mından çox faydalıdır. Alternativ və Bərpa olunan enerjinin alınması məqsədilə tələb olunan qurğu və avadanlıqlar istehsal edən “Azgüntex” zavodu da bu baxımdan xüsusi önəm daşıyır. Zavodda artıq iki istehsal xətti – Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərir.
    Həyata keçirilən böyük layıhələrdən biri də Karbamid zavodudur. Ümumi ərazisi 39,27 ha olan zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Hazırda Layihənin təxminən 80%-i icra edilmişdir. Zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaqdır. Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbamid istehsal edəcəkdir. Bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcəkdir. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı (təxminən 150 min ton) ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.
    Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın daha iki qurğusu – polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış SOCAR-Polimer layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda zavodun tikintisi tam sürətlə aparılır. Polipropilen zavodunun istismara təhvil verilməsi 2018-ci ilin birinci rübünə, Polietilen zavodunun istismara verilməsi isə həmin ilin son rübünə planlaşdırılır. Ən qabaqcıl texnologiyalar əsasında tikilən zavodda istehsal olunan polimer məhsullarının təxminən 30 faizi daxili bazar üçün nəzərdə tutulub ki, bu da ölkə bazarında tələbatın tamamilə təmin edilməsi və bu məhsulların xarici bazardan idxalından asılılığın aradan qaldırılması deməkdir. Bu qurğular üçün tələb olunan propilen və etilen məhsulları “Azərikimya” İB tərəfindən tam şəkildə təmin olunacaqdır. Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının tikintisi tamamlandıqdan sonra, Sumqayıt Kimya Sənaye Parkında ərzaq və qeyri-ərzaq məhsulları üçün elastik qablaşdırmanın, etiket və yapışqan lentinin istehsalı üçün istifadə edilən BYPP lentinin (biaksial yönümlü polipropilen lent) istehsalı zavodunun tikintisinə başlanması planlaşdırılır. Bu, yüksək keyfiyyətli elastik qablaşdırma üçün istifadə edilən ən məşhur materialdır. Layihənin ikinci məqsədi Azərbaycanda plastik emal edən orta və kiçik müəssisələr üçün xammal bazasının yaradılmasıdır. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq.
    «Azərikim¬ya» İB-yə gəlincə isə onu deyə bilərəm ki, SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əmə¬yi¬nin və sağlamlığının müha-fizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində də ciddi dəyişikliklərə, müsbət dönüşə nail olunmuşdur. Yeni inzibati və məişət binaları tikilib istifadəyə verilməklə əməkcilərin sosial-məişət şəraitində müs¬bət dönüş yaradılmışdır. Kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları son altı ildə 3 dəfə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, tibbi sığorta və fərdi mühafizə vasitələri ilə 100 faiz təmin olunmuşdur.
    “Azərikimya” İB-nin 2019-cu ilə qədərki hədəfi SOCAR-ın dəstəyi ilə mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarının tələb olunan miqdarda keyfiyyətli xammalla təmin edilməsi və “EP-300” istehsalatının effektliyinin artırılmasıdır. Bununla əlaqədar bu günlərdə “Azərikimya” İB ilə “TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, Birliklə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı-PMC müqaviləsi imzalanmışdır. Həmçinin cari ilin may ayında SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında, həmçinin yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanmışdır. Bütün bunlar da imkan verəcək ki, SOCAR-Polimer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında inşa olunan polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarını yüksək keyfiyyətli və lazım olan miqdarda xammalla təmin edə bilək. Qeyd edim ki, bu zavodlar “Azərikimya” İB tərəfindən 150 min ton propilen və 100 min ton etilen məhsulu ilə təmin olunacaqdır. Bu zavodlarda istehsal olunan məhsullar həm xarici bazarlardan asılılığı minimuma endirəcək, həm də bu məhsullar əsasında yeni orta və kiçik müəssisələrin yaradılması mümkün olacaqdır.
    Bu gün ölkə başçısının tapşırığı və rəhbərliyi altında görülən işlər nəticəsində Sumqayıt həm bir şəhər, həm də sənaye mərkəzi kimi böyüyür və inkişaf edir. Həyata keçirilən abadlıq və quruculuq işləri bizim gözlərimiz önündə icra olunduğundan əminliklə deyə bilərik ki, bu günə qədər görülmüş və bundan sonra görüləcək işlər nəticəsində Sumqayıt regionda aparıcı sənaye, ələlxüsus da kimya sənayesi mərkəzi olmaqla, ekoloji cəhətdən təmiz və gözəl şəhərlərdən birinə çevriləcəkdir.

    Rafiq ODAY,
    Əməkdar jurnalist

  • “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Sumqayıtda təlim keçirilib

    Ombudsman Aparatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə yerli icra hakimiyyətinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə və digər dövlət qurumlarının təmsilçilərinin, eləcə də hakimlərin iştirakı ilə Sumqayıt şəhərində təlim keçirib.

    Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını söyləyib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.

    Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd – İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011) haqqında məlumat verilib, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilib. Ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə maarifləndirmə və məlumatlanma işlərinin apardığı diqqətə çatdırılıb.

    Vurğulanıb ki, cəmiyyət inkişaf etdikcə ölkəmizdə qadınların hüquqlarının təmin olunması, onların idarəetmədə iştirakı və fəallığının daha da artması müşahidə edilir.

    BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlarla bağlı fəaliyyətləri barədə danışıb. O, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulayıb.

    Ombudsman Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə qadın hüquqlarının təmini və müdafiəsi ilə bağlı ombudsmanın fəaliyyəti, o cümlədən məişət zorakılığı və erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə və digər tədbirlər barədə məlumat verib.

    Tədbirdə Sumqayıt şəhərinin baş psixiatrı, baş narkoloqu, yerli icra hakimiyyəti, hüquq-mühafizə, məhkəmə orqanlarının nümayəndələri, habelə qadın məsləhətxanasının və uşaq poliklinikasının baş həkimləri, bələdiyyə üzvləri çıxış edərək bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndiriblər. Nəticədə qadın hüquqlarının təmin olunması və məişət zorakılığının aradan qaldırılmasında birgə əməkdaşlıq barədə razılıq əldə edilib.

    Mənbə: azertag.az

  • Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb

    Noyabrın 22-si Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümüdür. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı da məhz bu günə təsadüf edib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda olub.

    AZƏRTAC xəbər verir ki, nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

    Sonra Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi və yeni yaradılan bulvar kompleksi ilə tanışlıq olub.

    Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirilib. Əvvəlcə teatr binasının müasir avadanlıqlarla təchiz olunmuş konfrans zalına, iş, qrim və məşq otaqlarına baxış olub.

    Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırıb. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.

    Z.Fərəcov respublikada mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, əsaslı təmir olunan binada fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrının tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtın mənalı təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrsevənlərı təbrik edərək, Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən nazir bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, Sumqayıt həm asudə vaxtın, həm mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm otelləri tikiləcək.

    Sonra bir qrup şəhər sakini və mədəniyyət işçisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, habelə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunub. Əməkdar Artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

    Daha sonra M.F.Axundzadənin “Hacı Qara” tamaşası təqdim olunub. Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının “Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

    Mənbə: azertag.az

  • “Olaylar” İnformasiya Agentliyində şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı haqqında məqalə dərc edilib

    Noyabrın 18-də “Olaylar” İnformasiya Agentliyində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı haqqında “Qərib ruhların nəğməsi” adlı yeni şeirlər kitabı işıq üzü görüb adlı məqalə dərc edilib.
    Məqaləni olduğu kimi təqdim edirik:

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı 2016-cı ildə republikanın paytaxtı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 192 səhifə həcmində 600 tirajla işıq üzü görüb.Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, respublikanın Əməkdar jurnalisti, şair-publisist Avtandil Ağbabadır.
    Kitabın “Azərbaycan deyiləndə” adlı ilk bölməsində Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əliyev (“Sən ulu öndərisən bu xalqın, bu millətin”) və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə (“Ali Baş Komandanım!”) həsr olunmuş şeirlər yer alıb.
    Kitabda həm xalq şeiri üslubunda (qoşma, gəraylı), həm də klassik üslubda (qəzəl, rübai) yazılan şeir nümunələri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
    Kitaba şairin müxtəlif illərdə qələmə aldığı müxtəlif mövzulu şeirləri daxil edilmişdir.İnanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şair Ələsgər Həsənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

    26 noyabr 2016-cı il tarixində “Gənclər şəhəri” Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət evində şair Ələsgər Həsənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Kütləvi informasiya vasitələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşdirilək tədbirə hər kəs dəvətlidir.

  • Sumqayıt Şəhərinin 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

    Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhərin 67-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə 3 saylı orta məktəbin VI sinif şagirdləri qatılıblar.
    Şagirdlərə Sumqayıtın yaranma tarixinin inkişaf mərhələləri və müasir dövrünü əhatə edən mühazirə oxunub, şəhərin tarixi ilə bağlı 1930-cu illərdən başlayaraq ən nadir fotoşəkillər əyani vəsait kimi təqdim olunub, Ə. Cəmilin “Təməl daşları” şeiri (Sumqayıta həsr olunmuş ilk şeir) ifa edilib.
    Sonda məktəblilər Sumqayıtın tarixini özündə əks etdirən daimi ekspozisiya ilə yaxından tanış olublar. Digər tədbir isə Sumqayıt Texniki Kollecində təşkil olunub. Tədbirdə muzey əməkdaşları tərəfindən “Əfsanədən doğulmuş şəhər” adlı mühazirə oxunub.

  • 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

    IMG-20160408-WA0007

    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycanda qeyri-iş günü olan bayram.

    2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

    1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”

    Poçt markası üzərində

    2011-ci ildə buraxılmış poçt markası
    “Vikixəbər”in loqotipiVikixəbərdə Azərbaycanın mininci poçt markası dövriyyə buraxılıb
    mövzusunda xəbər var
    2011-ci ilin noyabr ayının 9-da Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 100.000 ədəd olan həmin marka Azərbaycanın mininci poçt markası olunmuşdur

  • Şair-publisist Rafiq Odayın şeiri Avropa mətbuatında

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisi, şair-publisist Rafiq Odayın “Yaşadım” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində fəliyyət göstərən “Avropa Olay” qəzetinin yeni sayında çap olunub.
    Qeyd edək ki, “Avropa Olay” qəzeti 21000 tirajla işıq üzü görür.Avropanın Almaniya, Danimarka kimi inkişaf etmiş ölkələrində də yayınlanır.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Birliyin gənc üzvlərini ad günləri münasibətilə təbrik etmişdir

    rafiq-oday

    Bu gün Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatında qeydiyyatda olan iki üzvünün – Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, istedadlı şair-jurnalist Murquzov Kənan Aydın oğlunun və Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu, istedadlı tərcüməçi-jurnalist Murquzov Kamran Aydın oğlunun doğum günüdür.

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Bu əlamətdar gün münasibətilə hər iki ziyalımızı səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm cansağlığı, sevgi və səadət dolu illər arzulayır, qısa zaman kəsiyində ədəbi ictimaiyyətin dərin hörmət və rəğbətini qazanan bu istedadlı gənclərə yaradıcılıqlarında yeni-yeni müvəffəqiyyətlər, çoxşaxəli fəaliyyətlərində bol-bol uğurlar arzulayıram.

    Rafiq Oday,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Baş məsləhətçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cü il)

    Photo Kenan

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş məsləhətçisini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Məsul katibini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

  • AJB Sumqayıt şəhər təşkilatının sədri cari ilin dekabr ayında Türkiyəli yazarlardan ibarət nümayəndə heyətini qəbul edəcək

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisi, şair-publisist Rafiq Oday gənclik şəhəri Sumqayıtda cari ilin dekabr ayında Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD-ın (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı, Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Türkiyə təmsilcisi, şair-araşdırmacı Sayın Remzi Zenginin başçılıq nümayəndə heyətini qəbul edəcək.
    Görüşdə qardaş Türkiyə və Azərbaycan mədəni əlaqələri, türkiyəli yazarların Azərbaycanda, azərbaycanlı yazarların isə Türkiyədə çap olunması və s. məsələlər müzakirə olunacaq.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası “kitabxana.net” saytında yerləşdirilib

    cenabrafiqoday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın cari ilin sentyabr ayında “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Qərib durnalar nəğməsi” kitabının elektron versiyası pdf formatda Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanada-“kitabxana.net” saytına yerləşdirilib.
    Qeyd edək ki, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabının elektron versiyası sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şair-publisist Rafiq Odayın yeni işıq üzü görmüş kitabı Sumqayıt Mərkəzi Kitabxanasında

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odayın cari ilin sentyabr ayında “Elm və təhsil” nəşriyyatı tərəfindən işıq üzü görən “Qərib durnalar nəğməsi” kitabı Sumqayıt Mərkəzi Kitabxanasına müəllif tərəfindən hədiyyə olunub.
    Qeyd edək ki, kitabın redaktoru və ön sözün müəllifi Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Xarici ölkələr ədəbiyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, respublikanın Əməkdar jurnalisti, şair-publisist Avtandil Ağbabadır.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • AJB Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçiriləcək

    rafiq-oday

    Çağdaş Azərbaycan ədəbiyyatının əsas tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinə dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər və layihələr nəticəsində çağdaş Azərbaycan ədəbi prosesində müsbət dəyişikliklər müşahidə olunur.
    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin tanıdılması istiqamətində mühüm addımlar atan “Kimyaçılar şəhəri” Sumqayıtda fəaliyyət göstərən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı əsası və bünövrəsi Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi Heydər Əliyev tərəfindən qoyulan “Dövlət gənclər siyasəti” nin prioritet istiqamətlərindən biri də istedadlı yazarlara dəstək olmaqdan ibarət olduğunu nəzərə alaraq, bu istiqamətdə məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirməyə davam etdirir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, yaxın günlərdə AJB Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçiriləcək “Çağdaş Azərbaycan nəsrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycandan üç xanım yazarın nəsr sahəsindəki bədii yaradıcılıq nümunələri dərc olunmaq üçün Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında dərc olunması nəzərdə tutulub.
    Layihənin rəhbəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Başkanı, şair-publisist cənab Rafiq Odaydır.
    Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı olacaq.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • “Avandsis” şirkətlət qrupu “Azərikimya”da treninqlərə başlayıb

    “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda aparılan yenidənqurma və modernizasiya işləri, istifadəyə verilən yeni və müasir qurğular burada çalışanların biliklərinin təkmilləşdirilməsini zərurətə çevirib.
    SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim-Tədris mərkəzləri, eləcə də bu sahədə beynəlxalq təcrübəyə malik digər şirkətlər tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər. “Schneider Electric” şirkəti tərəfindən sertifikatlaşdırılmış “Avandsis” mühəndislik şirkətinin mütəxəssisləri oktyabrın 6-dan etibarən “Etilen-polietilen” zavodunun nəzarət ölçü cihazları və avtomatika sahəsinin işçiləri üçün treninqlərə başlayıblar. Təlimlərdə əsas hədəf partlayış təhlükəli texnoloji proseslərin beynəlxalq standartlar əsasında (IEC-61508/61511 standartları) təhlükəsiz cihazlı sistemlərə inteqrasiyasıdır.
    Qeyd edək ki, “Avandsis” şirkəti “Schneider Electric” şirkəti tərəfindən ilk dəfə olaraq Azərbaycana təchiz olunmuş ən etibarlı təhlükəsiz cihazlı sistem olan TRICONEX sistemi üzrə yerli mühəndislər üçün təmənnasız treninqlər təşkil edir.
    Təlimlər həftədə 2 dərs (1 treninq) olmaqla (ümumilikdə 4 treninq) bir ay boyunca davam edəcəkdir. Nəzəri və praktiki bölmələrdən ibarət treninqlərdən sonra iştirakçılar arasında test imtahanı keçiriləcək, yüksək bal toplayanlara müvafiq sertifikatlar veriləcəkdir.

  • «Azərikimya» İB-nin əməkçiləri payızın gəlişini və neftçilərin peşə bayramını iməciliklə qarşılayırlar

    Sentyabrın 17-də «Azərikimya» İstehsalat Birliyinin struktur bölmələrində 2016-cı ilin ilk payız iməciliyi keçirilmişdir. 20 sentyabr–neftçilərin peşə bayramına həsr olunmuş. iməcilikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak etmişdir.
    İki gündən bəri aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərində, həmçinin Səməd Vurğun küçəsində təmizlik-abadlıq işləri aparılmış, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, dibləri bellənilmiş, sahələr alaq otlarından təmizlənmişdir.
    İməcilik zamanı paralel olaraq Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış ərazisində 300 ədəd müxtəlif növ ağac əkilmişdir.
    Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməciliklərin payız mövsümü boyu davam etdirilməsi nəzərdə tutulmuşdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalnın Mətbuat xidməti

  • “Azərikimya” İB-də Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işlərinin nəticələrinə həsr olunmuş müşavirə keçirilmişdir

    Azərikimya” İstehsalat Birliyinin akt zalında idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs¬sislərin iştirakı ilə cari ilin avqust ayının 5-dən sentyabr ayının 5-dək – bir ay müddətində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı əldə olunmuə uğurların, eyni zamanda əməyin mühafizəsi və texniki təhlükəsizilik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
    Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin İçraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qotunması üzrə müavini Vüqar Kərimov açdıqdan sonra, Əməyin mühafizəsi və ekologiya şöbəsinin hesabatı dinlənilmiş, əsaslı təmir zamanı əldə olunan uğurlar və qeydə alınan qayda pozuntularının keçən ilki əsaslı təmirlə müqayisəli şəkildə slaydlar vasitəsilə hesabatı təqdim edilmişdir.
    Qeyd olunmuşdur ki, təmir işləri uğurla başa çatdırılsa da, təmir zamanı bir sıra qayda pozuntuları da qeydə alınmışdır. Müşavirədə məruzəətrafı çıxışlar dinlənilmiş, istehsalat rəhbərləri qeyd olunmuş nöqsanların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən danışmışlar.
    Tədbirdə Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı yaxşı işi və nümunəvi davranışı ilə fərqlənən bir qrup kimyaçıya fəxri fərman və pul mükafatı təqdim olunmuşdur.
    Sonda “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev müzakirə olunan məsələyə münasibətini bildirərək tövsiyələrini vermiş, təltif olunan kimyaçıları təbrik etmişdir.

    Rafiq ODAY,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru,
    respublikanın Əməkdar jurnalisti

  • QURBAN BAYRAMI TƏBRİKİ

    rafiq-oday-2

    Əziz soydaşlarım, hörmətli məsləkdaşlarım, dəyərli qələm dostlarım,
    Sizi xalqımızın, o cümlədən bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan, insanların ruhunu qidalandıran, mənəviyyatını zənginləşdirən, dünyaya sağlam düşüncə ilə baxmalarına vəsilə olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
    Qurban bayramı sülh, əmin-amanlıq, birlik və həmrəylik bayramıdır. Qurban bayramı sevincin, əldə olunmuş uğur və nailiyyətlərin ətrafdakılarla bölüşdürülməsi bayramıdır.
    Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikamızın perspektiv inkişafına, onun iqtisadi potensialının artırılmasına, dünya dövlətləri arasında layiqli yerini tutmasına, böyük perspektivlər vəd edən gələcəyinə və insanların rifah halının yaxşılaşdırılmasına hesablanmış irimiqyaslı və möhtəşəm layihələr, həyata keçirilən quruculuq və abadlıq işləri hər bir vətəndaş kimi biz qələm sahiblərini də də çox sevindirir. Qoy bu bayram millətimizə firavanlıq, ölkəmizə əmin-amanlıq, müstəqil dövlətimizin tərəqqisi yolunda hər birimizə yeni ruh, yeni nəfəs gətirsin.
    Sizi bir daha insanlara xeyirxahlıq və halallıq duyğuları aşılayan, hər bir müsəlman soydaşımızın qəlbini qüqur və fərəh hissi ilə dolduran Qurban bayramı münasibətilə təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrələrinizə bol ruzi-bərəkət, yaradıcılığınıda və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, xalqımıza, o cümlədən bütün müsəlman dünyasına sülh və əmin-amanlıq diləyirəm.

    Dərin hörmətlə,

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının üzvləri, “Möhtəşəm Azərbaycan” qəzetinun, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının yaradıcı kollektivi adından

    Rafiq ODAY,
    Respublikanın Əməkdar jurnalisti

  • Jurnalist təşkilatının sədri “Sözün sehri” qəzetinin yaradıcı kollektivini təbrik etdi

    rafiq-oday

    Bizi sözlə sehrləyənlərin beş yaşı tamam oldu

    Çoxsaylı informasiya vasitələri arasından boy göstərən, mən də varam demək istəyən «Sözün sehri» qəzetinin 5 yaşı tamam oldu. Çox mübarək!
    Əslində hər dəfə yeni qəzet və ya jurnal təsis olunanda bir təşkilat rəhbəri kimi sevincqarışıq bir narahatçılıq gəzdirirəm ürəyimdə. Təbii ki, bu da səbəbsiz deyil. Hər bir mətbu orqan öz gəlişiylə dünyaya yeni ruh, yeni nəfəs gətirir. Onlarla, yüzlərlə insanın tribunasına çevrilir və insanlar bu tribunadan öz sözlərini deyə, ürəklərini boşalda bilirlər. Eyni zamanda qəzetə dövrün, zamanın güzgüsü konteksindən yanaşsaq, sevincimin hədər olmadığı bəlli olar. Narahatçılığımın kökündə isə bu yaranan qəzetlərin qısa ömürlü olmaları dayanır. Redaksiyalarda ilk bir neçə ay ərzində gur yanan işıqlar zaman-zaman öləziməyə və tədricən sönməyə başlayır.
    Təəssüflər olsun ki, bu gün respublikamızda qeydiyyata alınıb illərlə işıq üzü görməyən və ya ildə bir-iki dəfə görüntü üçün nəşr olunan qəzetlərin sayı yüzlərcədir. Bunun da bir neçə səbəbi var: birincisi, bu qəzetlərin təsisçi və baş redaktorlarının əksəriyyəti qəzet işindən xəbəri olmayan, təsadüfi adamlardır. İkincisi, belə qəzetləri yaradanların çoxu qarşılarına sözə xidmət, insanları maarifləndirmək məramını yox, başqa məqsədlər qoyurlar. Üçüncüsü isə əsl jurnalistin barmaqla sayılan halətdə olması, jurnalistikadan xəbərsizlərin isə tüğyan eləmələridir.
    Unutmaq olmaz ki, sözlə oynamaq, odla oynamaqdan çətindir. Milli mətbuatımız 141 illik şərəfli bir yol keçib. Bu şərəfə şərəf qatmaq istəyənlərin meydanıdır söz meydanı – ona xələl gətirənlərin yox!
    Sözün müqəddəs olduğunu, haqdan gəldiyini, «Qurani-Kərim»də «Qələm» surəsinin mövcudluğunu bilənlər buyursun bu meydana! Sözdən qara niyyətlər üçün istifadə etmək istəyənlər yox!
    Bu il «Sözün sehri» qəzetinin nəşrə başlamasından 5 il ötür. Bu 5 il ərzində «Sözün sehri» sözün müstəqim mənasında oxucuların ürəyinə yol tapmağa çalışıb, əksər hallarda da buna nail olub. Qəzetçilikdə əsas söz oxucunundur. Çünki bu gün qəzetlərin bir nömrəli problemi oxucu problemidir. Qəzetin oxucusu nə qədər çox olarsa, ömrü də bir o qədər uzun olar.
    «Sözün sehri»ni araya-ərsəyə gətirənlər sırasında mənim yaxşı tanıdığım, qələmlərinə və intellektlərinə güvəndiyim Qafqaz Əvəzoğlu başda olmaqla, yaradıcılıqlarına sayğı göstərdiyim insanlar var. Bu baxımdan deyə bilərəm ki, «Sözün sehri» 5 il ərzində oxucuların ürəyinə körpü sala, onları öz sehirli dünyasına çəkib apara bilib.
    Bu yubiley həm də Qubadlı rayon S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yubileyidir. Çünki həm ədəbi-ictimai birlik, həm də “Sözün sehri” qəzeti eyni gündə dünyaya vəsiqə qazanıblar. Yarandığı gündən bu günə qədər ədəbi-ictimai birlik öz ətrafında onlarla ziyalını, alimi, yazıçını, şairi, həmçinin gənc istedadı toplayıb. Ötən dövr ərzində neçə-neçə qələm sahibinin, ictimai-siyasi xadimin yubileyləri, yaradıcı ziyalıların yeni işıq üzü görmüş kitablarının təqdimatları keçirilib, həmçinin gənc istedadlara yaşıl işıq yandırılaraq onlara dəyərli məsləhətlər verilmiş, ilk yaradıcılıq nümunələri “Sözün sehri” qəzertində dərc olunmuş, ilk kitablarının işıq üzü görməsinə maddi və mənəvi dəstək göstərilmişdir. Həmçinin dünyasını dəyişmiş dəyərli insanların anım günləri və xatirə tədbirləri keçirilmişdir.
    Təvəllüd gününüz mübarək olsun, əziz S.Rəhimov adına Ədəbi-ictimai Birliyinin yaradıcıları və üzvləri, dəyərli “Sözün sehri”çiləri. Qələminiz bax beləcə həmişə iti, sözünüz kəsərli, ruhunuz oyaq olsun! Sizlərə bundan sonra da dəmir iradə, dönməzlik, aydın zəka, sağlam düşüncə, ağı-qaradan seçə bilmək bacarığı, dövlətimizin və dövlətçiliyimizin mənafeyini həmişə ön planda saxlamağı arzu edirəm.

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti

  • Şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” şeirlər kitabı işıq üzü görüb

    rafiqoday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı 2016-cı ildə republikanın paytaxtı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 192 səhifə həcmində 600 tirajla işıq üzü görüb.Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, respublikanın Əməkdar jurnalist Avtandil Ağbabadır.
    “Qərib ruhların nəğməsi” Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu” və s. kitablarından sonra oxucularla növbəti görüşüdür.
    Kitaba şairin müxtəlif illərdə qələmə aldığı müxtəlif mövzulu şeirləri daxil edilmişdir.İnanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Azərbycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatınin sədri, cənab Rafiq Odayın tərbrik məktubu

    Azərbycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, istedadlı şairə-publisist, “Qızıl Qələm” media mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru çox hörmətli
    Nisə xanın Qədirovaya
    Əziz və hörmətli Nisə xanım,
    Sizi doğum gününüz münasibətilə Azərbycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı və “Möhtəşəm Azərbaycan” qəzetinin yaradıcı kollektivi adından səmimi qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, sevinc və səadət dolu illər arzulayır, yeni yaradıcılıq uğurları diləyirəm.
    Biz Sizi müasir Azərbaycan ədəbiyyatında xanım yazarlar arasında öz dəsti-xətti ilə seçilən bir şairə kimi, istedadlı bir jurnalist kimi, eyni zamanda kollektivimizin ən fəal üzü kimi çox istəyir və bizimlə bir arada olmağından məmnunluq hissi keçiririk.
    Yaxşı ki, varsınız. Beləcə var olun, yazın-yaradın, yeni-yeni əsərlərinizlə oxucuları sevindirin.

    Dərin hörmətlə,

    Rafiq ODAY,
    Azərbycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatınin sədri,
    “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin 3 yaşı tamam olur

    cenabrafiqoday

    Təsisçisi və direktor: Rafiq ODAY

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    1915291_748109358667106_2463672035380493579_n

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    1423756700_sefa-xanim

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.

    Baş redaktor: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Mətbuat xidmətinin rəhbəri: Kənan AYDINOĞLU

    Photo Kenan

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    2013-cü ilin avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi çağdaş dönəmdə Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin 7 dekabr 1999-cu il tarixli “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun tələblərinə uyğun olaraq, öz fəaliyyətini uğurla davam etdirməkdədir.
    Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin, istedadlı qələm sahiblərinin müasir ədəbi prosesə cəlb edilməsi, əsərlərinin təbliği,
    Ədəbi birliklərə üzv qəbul edilməsi yönündə məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirir.Avropanın bir çox ölkələri ilə, xüsusilə də Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən bir neçə ünlü mətbu orqan ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirərək, yeni və orta nəslin nümayəndələrinin əsərlərinin təbliğinə xüsusi diqqət yetirir.
    Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü elektron orqanlardan fərqli olaraq, “Ədəbi birliklər” bölməsini özündə əks etdirir.Müvafiq bölmədə Azərbaycan Respublikasında fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”, Yeni Yazarlar və Sənətçilər Qurumu haqqında məlumat yer alıb.
    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin təbliği yönündə həyata keçirdiyi tədbirlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə dəstək olduğu üçün sertifikatlara layiq görülmüş, mükafatlandırılmışdır.Respublika səviyyəsində gerçəkləşdirilən bir neçə layihəyə öz töhfəsini verib.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin səhifəsində Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş yazıların heç biri dərc olunmur və olunmayacaq da.

    E-mail: gundelik.info@mail.ru
    Bizimlə əlaqə saxlamaq üçün
    055 260 98 89; 070 815 12 96
    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • Mayisə ƏSƏDULLAQIZI.”Bu gecənin hənirtisi”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bu gecənin hənirtisi,
    Məni yaman üşüdür.
    Yadıma körpə vaxtı eşitdiyim,
    Qorxunc nağıllar düşür.
    Sanki, tənha oturduğum,
    Bəzəksiz-düzəksiz otağımda.
    Ocağımın odu sönüb,
    Közüm qurtarıb,
    Dilimdə, gizlətdiyim
    Sözüm qorxudan buz tutub.
    Yüyürürük, yıxılırıq, əzilirik,
    Tutub qalxmağa bir
    İmdad yox.
    Yavanca çörəkdə,
    Dad yox.
    Sabaha balalarımızın
    Körpəcə gözləriylə baxırıq.
    Dünya necə bəxtəvər görünür,
    Sabahlarımız sanki, öyünür.
    Kaş ki, nahaq qanlar kəsilə
    Yer üzündə.
    İnsanlığın bəxti var ola,
    Dünya bəxtəvər ola!
    Kaş ki, Yer üzündə,
    İnsanlara elə bir
    Qanun qoyula,
    Bütün vicdanlar ayıla!
    … Bu gecənin hənirtisi,
    Məni yaman üşüdür.
    Yadıma körpə vaxtı eşitdiyim,
    Qorxunc nağıllar düşür.

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki

    99080

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir.
    Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!

    Dərin hörmətlə,

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti.

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı və birlik üzvləri tərəfindən başsağlığı məktubu

    800

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı və birlik üzvləri AJB-nin üzvü, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədova qardaşı Elçin Məmmədovun vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

    Qeyd: Dəyərli dostlar, hörmətli həmkarlar. Elçin Məmmədovun yas mərasimi 21 iyul 2016-cı il tarixində “Arzu” mərasim evində (10-cu mikrorayon) keçiriləcəkdir . İştirak etmək istəyənlər buyura bilər.
    Bir daha Allahdan rəhmət diləyi ilə:

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri.
    respublikanın Əməkdar jurnalisti