Post Views: 61 Heç yadına düşmədimmi? Payız qapını alanda, Otağında tək qalanda, Düşünüb fikrə dalanda Heç yadına düşmədimmi? Yastıqına baş qoyanda, Yuxu gözünü oyanda, Gözün tavanı sayanda Heç yadına düşmədimmi? Sevənlər birgə gəzəndə, Toyda-mağarda süzəndə, Saçlarında əl gəzəndə, Heç yadına düşmədimmi? Ürkək quşum, susdun, getdin, Oxundun, dinləndin, bitdin. Xəyal təki gözdən itdin, Heç yadına düşmədimmi? …
Aprel 16, 2013
Şahinə KÖNÜL.Yeni şeirlər
Post Views: 59 *** Dünyaya dünən gəldi, Bu gün köç etdi ömrüm. Gələndə mənnən gəldi, Küsdü, tək getdi ömrüm. Ruhuydu, uçdu getdi. Safıydı, suçlu getdi. Əlimdən qaçdı getdi, Gözümdən itdi ömrüm. Oxşamadım bircə gün, Hər günü qəmə sürgün. Məndə məndən didərgin Yaşadı, bitdi ömrüm. *** Hara gedim, mən bəndən Bu yer üzündən, Allah? Bu yer …