Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 169 of 169 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Pəncərəm önündə sular çağlayır”

Post Views: 50 Pəncərəm önündə sular çağlayır, Xal düşür gecənin aydınlığına. Qollarım üstündə bir qız ağlayır, İnana bilməyir qadınlığına. Başının örpəyi yana sürüşüb, İçməyib,məst olub……… Səbəbi nəydi? Yerin çəkisizlik qütbünə düşüb, Bu qütbü nə vaxtsa o,keçməliydi. Özü gözlədiyi bir gün gəlibdi, İndi soruşmayın, heç bilməyir o. Qadınlıq qızlığa üstün gəlibdi, Ağlaya-ağlaya gülümsəyir o. Açıb gözlərini …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Budaq müəllim”

Post Views: 52 Haqdan qulağıma tanış səs gəlir, Bir az yorğun gəlir, təngnəfəs gəlir, Adını çəkirəm, adın nəs gəlir, Dünya burtəhərdir, Budaq müəllim. Biz həyat deyirdik, həyat yuxuymuş, O bu gün varıymış, sabah yoxuymuş, Şirini nəymiş ki acısı buymuş? Şərbəti zəhərmiş, Budaq müəllim. Çağırsam uzaqdı, səsim yetişməz, Canda can yarası sızlar, bitişməz, Mənsiz ötüşən iş …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Hasan AKAR HOCAMIZIN Doğum Gününü Kutluyoruz!

Post Views: 38 ATATÜRK’ÜN TOKAT’A GELİЕћİNİN 97.YILINI KUTLUYOR,O’NU SAYGIYLA ANIYORUZ. Ben 26 Haziranım, Tokat’ta Mustafa Kemal Kahramanlık soyum ta Orta Asya’dan. Tanrı Dağlarından. Plevne’den.Yemen’den SarıkamışвЂ™tan. Geçilmez dediğimiz Çanakkale’den Esarete mandaya alışık değildir. Zincir vurulmamış bileğim. Onun için Samsun dan doğar. Havza’da,Amasya’da, Dağ başlarını duman alır, Tokat!ta alevlenir güneşim. Ben 26 Haziranım. KızılenişвЂ™te tozlu yolların aktığı …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”MƏNDƏN GÖRSƏNƏN MƏN, YAXUD ÖZÜMLƏ ÜZ-ÜZƏ” (Müsahibə)

Post Views: 40 Salam. Necəsən adaş? -Salam. Sağ olun, şükür Allaha, pis deyiləm. Özünüzü necə hiss edirsiniz, sıxılmırsınız ki? -Haqsızlığı böyük olan ölkədə sıxılmamaq olar. Ancaq bu sıxılmaların içində də bir gözəllik var. İnsan sıxıldıqca mətinləşir, güclənir. Sıxıntılardan yorulduğum zaman həqiqətimin qələbəsi istirahətimin ləziz xörəyinə çevrilir. Özünüzlə üz-üzə tez-tez dayanırsınız. Belə vaxtlarda cənnətə üz tutursunuz, …

Azərbaycan ədəbiyyatı

İlkin ƏHMƏDOĞLU.”Vətən həsrətini çəkən qardaşım”

Post Views: 37 Vətən həsrətini çəkən qardaşım, Soruşma necədir halı vətənin.? Qəriblik çəkirik doğma vətəndə, Dönübdür zəhərə balı vətənin. Əlimiz, qolumuz bağlı haldayıq. Başımız dərddədir qalmaqaldayıq. Bilmirik öndəyik, yoxsa daldayıq.? Talanır sərvəti, malı vətənin. Dəyənək görənin quruyur sözü, Haqq deyən kəslərin oyulur gözü, İtibdi qeyrəti, sırtılıb üzü, Haramdır o kəsə yalı vətənin. Haqsızlıq baş alıb …

Azərbaycan ədəbiyyatı

İradə AYTEL.”Gedirəm”

Post Views: 28 (səni yasaqlarda sevdim…) Sirrimiydin… Sirriniydim… Sirrə bürünüb gedirəm. Aç qəlbini, hamıya aç! Son kəz görünüb… Gedirəm! Can verdikcə can yasağa, Qürub çökdü gözdə ağa, Sən olmuşdum, mən olmağa Sənnən arınıb gedirəm… Elə susdum… eşitmədin, Elə yandım… qış ötmədi. Məni bu dərd üşütmədi, Səndə qorunub gedirəm…

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QOYMA QOCALMAĞA Soruş aşiqinin hər gün halını, Qoru gözün kimi şanda balını, Kəs payız yolunu, kəs qış yolunu, Qoyma qocalmağa sən məni, gülüm. Şirin təbəssümlə, xoş nəvazişlə, Ömrümə nur çilə şirin gülüşlə, Odlu …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”İstəmirəm”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bu sevgimiz bir bəzəkdi aləmə, Gəl könlümü sən viranə eyləmə, Bir gülüşün dəyər min-min məlhəmə, İstəmirəm göz yaşımı görəsən Bilirsən ki, odsuz-közsüz yanmışam, Gülüm səni qəlbim, gözüm sanmışam, Səni görüb ayı, günü danmışam, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Bu nağıllar”

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Taleyim, qismətim tuş gəldi qəmə, Dərdimi, qəmimi qoymuşam dəmə, Bu sevgi bir quru nağılmış demə, Daha nağıllara inanmıram mən. Xoşdu söz eşitmək gözəl dilindən, Neyləyim ayrıldım qönçə gülümdən, Sevdalı günlərim uçdu əlimdən, Daha …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.Seçmə şeirlər

Post Views: 300 Mən torpağam Mən torpağam, məni atəş yandırmaz; tərkibimdə kömürüm var, külüm var. Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var. Mən küləyəm, əsməsəm, kim bilər ki, mən varam. Mən buludam, səhraları susuz görüb, ağlaram. Mən ürəyəm, döyünməsəm ölərəm. Mən insanam, sadə insan əlinin yaratdığı nemətlərlə öyünməsəm ölərəm. Mən işığam – qaranlığın qənimi, Mən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

Post Views: 62 ANARA Hicranın ağırdır, dözə bilmirəm, O uca dağlardan en gəl, Anarım! Körpə ayaqların yaman yorulub, Sinəmin üstündə dincəl, Anarım. Sənsiz nə gecəm var, nə də gündüzüm, Sən gedəndən bəri gülməyib üzüm, Gəl uzun kiprikli körpəcə quzum, Anarım, Anarım, gözəl Anarım! Sən ceyran gözlüsən, çatmaqaşlısan, Tayın-tuşun yoxdur, yar-yoldaşlısan, Bəlkə məndən ayrı gözü yaşlısan, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Qəzəllər

Post Views: 49 Dəlidir Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir Eşq olan yerdə bütün aqilü dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zəncirə Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir. Eşq zincirinin iftadəsi bir mən degiləm Həvəs-i silsileyi eşq ilə dünya dəlidir. Sarılır çiğninə gah qoynuna, gah qamətinə Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir. Bir vəfasız …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

Post Views: 37 * * * Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm, Dəniz tək çağlayar, hərdən bulud tək dolar könlüm. Düşər tufanlara bəzən, əyilməz əssə də yellər, Çinar tək yollar üstündə durub sayə salar könlüm. Sənin sənsizliyin canan məni biixtiyar etdi, Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm. Uçar qartal kimi, dağlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər

Post Views: 58 XƏZƏR, AY XƏZƏR… Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Qum üstə bardaş qurub Gəl oturaq, Xəzərim. Mən balıqçı deyiləm, Qayığım yox, torum yox, Dalğalarla döyüşə Qollarımda zorum yox. Sən göy gözlü mələksən, Dumandan örpəyin var. Göyərçin ləpələrdən Qırçınlı köynəyin var. Nəğmən vüsal andırar, Ürəyimi yandırar. Sahili sarı qumlu, Dalğası ağ Xəzərim. Gəl …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər

Post Views: 252 Öləndə… Öləndə kəfənim ikiqat olsun, Mən həm o tayınam, həm də bu tayın. Qoy bütün dünyaya belə yayılsın, Öləndən sonra da birlik harayım. Öləndə kəfənim ikiqat olsun, Ruhum o taydadır, qəbrim bu tayda. Dözümlü xalqıma heykəl qoyulsun, Ortadan qurumuş bir dəli çayda. Bir gün xalqım üçün şairləşəndə, Şair torpağıma quylanacağam. Vətən birləşəndə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər

Post Views: 35 NECƏSƏN Allahım, neyləyim ki, bu qanmazlar qansın. Barı bir dəfə ağıllı söz deyəydilər; Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın. GÜNAH Ağıllı: Gözələ baxmaq savabdı – dedi, günaha batdı. Bəziləri o saat çadraya əl atdı. QAYDASI VAR Çalmağın da, oynamağın da qaydası var. Qaydasız yerdə kar-kor olmağın da faydası var. YAZIĞIM GƏLİR Nələr görməyir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.Seçmə şeirlər

Post Views: 37 * * * … Nə xıltın var, nə ləkən, Nə qorxun, nə səksəkən, İsmətin, şəxsiyyətin, Gül kimi təbiətin. Özü elə əsərdir. Özü əla əsərdir! Adam adam deyilsə, Yazdığı da hədərdir! * * * Toxucu olmaq istəsən, Millə zarafat eləmə! … Yazıçı olmaq istəsən, Dillə zarafat eləmə! * * * Çaxmağı çək, Yansın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər

Post Views: 55 Yurdum, sənin sağlığına Bir məclisdə unuduldum, Mey içdilər hər gələnin sağlığına, Hər gedənin sağlığına. Yaxasına qonduğumuz mavi gölün sağlığına, Mey gətirən şux gözəlin sağlığına. Güldandakı qızıl gülün sağlığına, Xoş qədəmli ayın, ilin sağlığına Unuduldum.Nə tutuldum, nə pərt oldum, Pıçıldadım öz-özümə – Xəlil, sənin sağlığına! Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına! Qoşqar, Savalan dayağı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

Post Views: 142 Gecikmiş məhəbbət Sən gizli gəlmisən ömrümə, inan Bu gizli eşq ilə yaşayacağam. Dünyanın ən böyük yükü sayılan, Gecikmiş məhəbbət daşıyacağam. Sən mənim ömrümdə açan çiçəksən Onu ürəyimdə bəsləyəcəyəm Sən məni heç zaman görməyəcəksən, Mən səni hər zaman gözləyəcəyəm. Uzaqdan göz qoyub gözünə sənin, Sanki görəcəyam Allahımı mən. Düşüb qarış-qarış izinə sənin Əzbərləyəcəyəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.Seçmə şeirlər

Post Views: 162 Mənim ürəyim Hər payız dərdimi pıçıldayaraq, Tökülür ağacdan sapsarı yarpaq. Dinlə, o həsrətlə səslənən qovaq, Mənim ürəyimdir, mənim ürəyim. Məhəbbət sonsuzdur, ömürsə qısa, Nə olar, sədaqət əbədi qalsa! Kimin ürəyində bir tel qırılsa, Mənim ürəyimdir, mənim ürəyim. Üzlərdə, gözlərdə sevgi oxunur, Məhəbbət ürəkdən-ürəyə qonur. Gözəllər gözündə o atəş, o nur Mənim ürəyimdir, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürək”

Post Views: 47 Qələm əlimdədir, danışmır ürək, Bu nədir, elə bil heç mən deyiləm. Görəsən nə üçün alışmır ürək, Yoxsa şairliyə vida deyirəm? Gözlərim görməsin bircə o günü, Dəftəri açmamış, sinəmi açım. Bilsəm susdugumu, ya söndüyümü Sətrim qəbrim olar, nidam baş daşım! Elə oturmuşam, deyərsən buzam, Bir soyuq meh dəyir üzümə hərdən. Düzü nə yorğunam, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Özün yazdın hər qisməti”

Post Views: 32 Bu öy mənim öyüm deyil, Özünsən öyün sahibi. Tikən də sən, yıxan da sən, Bu kəndin, köyün sahibi. Oddan eşqin, nurdan üzün, Tərəfisən haqqın, düzün. Quranın, kitabın, sözün, Əlifin, beyin sahibi. Sümüyə bürüdün əti, Özün yazdın hər qisməti. Dizimdən alma qüvvəti, Dizimdə heyin sahibi. Qara bəxtim, qaraçuxam, Sənin əlin, mənim yaxam. Mən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Yağma, yağış”

Post Views: 198 Hacıbaba Həsənov bəstələmişdir Göylər çənə büründükcə Ürəyimi bürüyür qəm. Yağma, yağış, yağma, yağış, Mən görüşə tələsirəm. Mənim şirin sevincimə Acı zəhər sən qatma gəl. Göy çəməndə yol gözləyən Sevgilimi islatma gəl. Pəncərəmə hicran yazır Damcıların naxış-naxış. Mən görüşə tələsirəm Yağma, yağış, yağma, yağış, Ürəyini boşaltmasın Bu gün göylər insan kimi, Mən ki, …

Ana səhifə

Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörəyi itirmə!”

Post Views: 239 İnsanın şərəfi, bəzəyi məncə, İnan, nə ipəkdir, nə tirmə, oğlum! Yaxşıdan yaxşı ol ellər içində, Dostuna bir ziyan yetirmə, oğlum! Yersiz gülümsəmə, yersiz ağlama, Bir könül də qırma, sinə dağlama. Sirrini ellərdən gizli saxlama, Dilinə yalan söz gətirmə, oğlum! Yel qanadlı illər ömürdən gedir, İnsan zəhmətiylə kamala yetir. Bağında nərgizlər, lalələr bitir, …

Ana səhifə

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Behcətabad xatirəsi”

Post Views: 406 Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı, yox nə qaraltı, nə də bir səs, Batmış qulağım, gör nə döşürməkdədi darı. Bir quş: “Ayığam!”- söyləyərək, gahdan inildər, Gahdan onu da, yel deyə laylay, huş aparı. Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, Məndən aşağı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

Post Views: 72 Gəlin gəlir Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” mahnısı çox gözəldi. Bu şeiri Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin toy günü üçün yazlbmış. Ruhları şad olsun. EVimizə gəlin gəlir, Sığallayıb telin gəlir, Görüşünə elin gəlir, Çıraqları gur yandıraq. Aşıqlar çalsın sazları, Rəqs eləsin el qızları, Qoy dolansın təzə ayın, Başına yer ulduzları. Evə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”İnciyərəm mən”

Post Views: 35 Yaz fəsli çəməndə üzün gülməsə, Hər güldən, çiçəkdən inciyərəm mən. Azca yanağının rəngi dəyişsə, Bu çəndən, çisəkdən inciyərəm mən. Dolan, gəz elləri cavan yaşında, Yanında cəm olsun yar-yoldaşın da. Dağılsa, tellərin bulaq başında, Dağlarda küləkdən inciyərəm mən. Həm sevinc görmüşəm yolunda, həm qəm, Yaz dəfə dəyişib hökmünü aləm. Arabir yanılıb xətrinə dəysəm, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Olar”

Post Views: 45 (Bir məktuba cavab) Elə demə, qan ağlaram, sevgilim, Yadlar mənə gülər, sənə ar olar. Duman qopar, alov çıxar başımdan, Nəmli gözlərimdə dünya dar olar. Bir addım yanımdan ayrı düşərkən, Mənə dağ çəkirsən hər yazanda sən. Bağlıdır qəlbinə qəlbim əzəldən, Könüllər bir olsa, etibar olar. Daş deyil hicranı duymaya, insan, Gəlir xəyalıma xəyalın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Unut, unut daha vaxtdır”

Post Views: 50 Unut, unut daha vaxtdır, Vaxtın özü qara baxtdır, Əsir külək, ötür ömür, Həyat gülür, ölüm gülür, İnsan gülür, aləm gülür Özünü dərdə atana Kədərə, qəmə batana … Gülə-gülə çıx dünyaya, Sevin, şadlan yana-yana, Camaat bir yana dursun, Yazığın gəlsin anana… İndi ağla gülə-gülə, İndi yaşa bilə-bilə… Ancaq gülüb sevinməkçin Bir ümiddən, bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Dünya”

Post Views: 846 Buludlar dağılır uzaqda lay-lay, Yenə öz yerində yuvarlanır ay, Fəqət nə Cəlal var, nə də ki, Humay, Nə ömrə acıyır, nə yaşa, dünya. Ulduzlar havanın bağrını dəlir, Qayalı dağlardan duman yüksəlir, Xəyalım gecəni salama gəlir, Çapdırır atını birbaşa dünya. Ellərə baxıram bağçalı, bağlı, Göylərə baxıram qapısı bağlı, Kainat ixtiyar, sirli, soraqlı, Əzəldən …

Azərbaycan Prezidenti

Xalq şairi Balaş AZƏROĞLU.”Karvan”

Post Views: 46 KARVAN Gecənin qulağından kədərli zəng səsləri, Ağır-ağır yol gedir karvan şımala sarı. Xəyal məni aparır, görən nə vaxtdan bəri Dünyanı addımlayır zəngli dəvə qatarı. Karvan şimala gedir, karvan cənuba gedir, Karvan bəzən vətəndən uzaqlara yol alır. Karvan bütün dünyanı zaman-zaman qət edir, Karvan kədər gətirir, karvan sevinc aparır. Karvan gedir… Bir zaman …

AJB Sumqayıt şəhər təşkilatı

İlham Mikayılı doğum günü münasibətilə təbrik edirik! (5 sentyabr 1989-cu il)

Post Views: 34 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun …

Azərbaycan Prezidenti

Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 33 Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur. Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Arzum sülh adında göyərçin oldu”

Post Views: 32 Göyər, ümid payım, göyər, çin oldu, ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu. Arzum sülh adında göyərçin oldu, Qondu Sumqayıtın sinəsi üstə. Çəkəndən üstündən Quzey əlini, Əritdi şəhərim buz heykəlini. Neçə ərən oğul öz heykəlini, Yondu Sumqayıtın sinəsi üstə. Baxıb qibtə edir indi “o yanlar”, – Bir vaxt ayağının altın oyanlar… …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Yaxşı tanıyıram”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Tapşırır çox zaman quzunu qurda, Qoyur çoxlarını bir quru yurdda, Bəzən möhtac edir doğmanı yada, Yaxşı tanıyıram mən.bu dünyanı. Oyundu hər işi, hər bir vərdişi, Neçə alçaqları eyləyir “kişi”, Namərdlə, alçaqla olmur bir …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Dünya”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Oturubdu əzəl gündən, Çiynimizdə qoşa mələk. Bir yanda kəfən asılıb, Bir tərəfdə isti bələk. Göydən yerə yağmaz daşlar, Ağacsız yaşamaz quşlar, Yağar göylərdən yağışlar, Yüz ölçüb, biçib fələklər. Qəribədir düzü həyat, Dəvəyə verilməz …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Toy mahnısı”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü “Vağzalı” çalınır ,kövrəlir ürək, Üzlərdə sevinc var, əllərdə çiçək, Qaldırın qədəhi, qaldırın içək, Bir sevgi nəğməsi oxuyaq, gəlin, Qoy qoşa qarısın bəy ilə gəlin. Necə bəxtəvərdi sevən, sevilən, Hər yana baxırsan sevinən gülən, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Səhər-səhər çıx qarşıma”

Post Views: 59 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səhər-səhər çıx qarşıma, Ayım, günüm, qəlbim , gözüm, Gəl dolanım mən başına, Şirin nəğməm, şirin sözüm. Günəş kim şəfəq çilə, İşığlansın yolum, izim, Çıx qarşıma gülə-gülə, Gülyanağım, aybənizim, Gəlişinlə sevinc gətir, Qoy sevinim, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gəl bükmə boynunu”

Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Mən sənin hüsnünə heyran olmuşam, O gül camalından ilham almışam, Səni düşünürəm mən səhər-axşam, Gəl bükmə boynunu, bənövşə kimi Sevənlər baxmaz ki vallah heç nəyə, Hökm etmək olmaz ki, sevən ürəyə, Tələs sevilməyə, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Yalan söyləmə”

Post Views: 27 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yurda qonaq olanda, Elə yalan söyləmə. Torpağını gəzsən də, Hələ yalan söyləmə. Dağın seyrinə çıxsan, Gülə yalan söyləmə. Səni dindirsələr də, Telə yalan söyləmə. Yanıb bir közə dönmüş, Külə yalan söyləmə. Hərdən elimə əsən, Yelə yalan söyləmə. Həftəni aldatsan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Uzaqdasan bizdən, dağlar!”

Post Views: 29 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Hər tərəfin yamyaşıldı, Uzaqdasan bizdən, dağlar! Bircə anın içində sən, İtirsən hər gözdən, dağlar! Bu gün qəmgin görünürsən, İnan ki, sən üzdən, dağlar. İnciməli deyilsən sən, Hər kəlmədən, sözdən, dağlar. 1 avqust, 2006. Ağstafa

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Yerindən qalxan deyilsən”

Post Views: 29 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Çatdır xəbəri anama, Səni çağırsam yanıma. Od vursan sakit canıma, Sən mənə baxan deyilsən. Kəsməsin sənə quzunu, Səpməsin üstə duzunu. Xəstə olsam il uzunu, Yerindən qalxan deyilsən. Bəlkə, qızlardan fərqləndin, Gah danışdın, gah dinləndin. Bilməm, bəlkə ürəkləndin, Könlümə həyan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Düşsə əlinə ilk sevgi”

Post Views: 33 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Düşsə əlinə ilk sevgi, Qoyma, o səni haqlaya. Sevginə sən sadiq ol ki, Qalma ağlaya-ağlaya. Ömrünü döndərsə yasa, Qollarından tutub qalsa. Kədər verib, sevinc alsa, Qoyma yolunu bağlaya. Şərəflidi təmiz adın, Qohumu olma fəryadın. Sevgini gərək hər qadın, Gözünün …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Kaş ki, sən deyən olaydı”

Post Views: 35 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ömrün yarı yollarında, Kaş ki, sən deyən olaydı Mən deyən heç olmasa da, Kaş ki, sən deyən olaydı. Səhvlərimi anladım ki, Tanrımı heç danmadım ki, Öz-özümü danladım ki, Kaş ki, sən deyən olaydı. Həyat da güləndə üzə, Yer verəndə …