“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bu şəhərin əyninə dar gəlir darıxmağım; Həsrət pəhriz tanımır… Ürəyimi çox üzür sənsiz günə baxmağım, Bir də ağrılar üzür gözümün giləsində, Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…”
Getdin ha… O günün günortası yadında? Bir ovuc qəm yığmışdın çiynindəki çantaya… Sonra mesaj yazmışdın: “Nəsə yadımdan çıxıb?”… Utanmışdım yazmağa, indi deyim, indi bil, Bir ovuc dən unutdun saçlarımın ucunda…
(iyul, 2020)
Ən gözəl sevgi şeiri Uzaqlara yazılar… Sevgilərin şairi Dərddən ölməz, üzülər…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Ölməyən ümidlərə may ağısı
Sənə mesaj yazıram, Yazıb-yazıb silirəm… Seçdiyim hər hərflə Yeni cığır açıram, O cığıra daş düzüb Tez qaçıb gizlənirəm… …ağlım yoxdu, bilirəm…
Gün siləndə buludun Üzündəki tozları Əllərimi xatırla… Qarı nənə “söz qoşub” “Deyikli” ümidindən Küsdürəndə qızları Şeirimi xatırla…
Və bir gün… Bir ləçəkdə Rast gələrsən qurumuş Kəpənək qanadına… Adım düşər yadına… …Sevirdim səni, ümid, Ümidin inadına…
Bu gecə bonzay çiçəyi, Dan üzü solub gedəcək… …qocalıram… Əlimdədi cavanlığım- -şəkillərin ən göyçəyi… Bir az baxıb ağlayaram, Xatırlayıb gülərəm də O şəkil çəkilən günü… …bir də… Bir də başım üçün MRT çəkilən günü…
…bu gecə yaman gecədi… Bu gecə məni üzəcək… Ağrımı ağrıkəsici, Ümidimi ay kəsəcək… Dar gələcək ürəyimə Geyindiyim təsəllilər: Bu gecə bonzay çiçəyi, Dan üzü solub gedəcək…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Şam ağacına sarmaşıb “Aşdım-daşdım” budağı… Saçlarımı qayçılayıb Torpağına tökmüşəm… … “illər aşıb, aylar aşıb, xatirənlə qucaqlaşıb” gətirərmi bu yanvarda vüsalı şam ağacı?
…sarı rəngdi həsrəti… Nənəm oxşayardı şamı… İndi şamın həsrəti də, Nənəmin laylası da Çox köhnə xatirədi…
Aldanıb sarı rəngin möhtəşəmliyinə Gözlərimin kökünü Sən yaşayan şəhərin Xəritəsinə bükmüşəm… …çox köhnə xəritədi…
2020
Həsrət çəkir ütüsün təkliyimin üstünə, Qırışığı açılır nimdaş xatirələrin… Yanıram öz közümə, kor oluram tüstümə, Göz yaşımla pozulur sərhəd xəritələri…
Bir divardı, bir mənəm, bir də nənəmin şəkli, Dilimdən çoxdan küsüb sevgi bayatıları… Təkliyimin ovcunda bir sənə çatır ərkim; Tanrım, düyünlə bir-birinə eşq dolu həyatları…
Nə Həvvalar ağlasın, nə Adəmlər tək qalsın, Axataranı olmasın o “sonuncu əlacın”… Düşsün öz dibinə yaşıl alması, Günahdan kəm qalsın həyat ağacı…
Əslən Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhid olduqdan sonra “Vətənin müdafiəsinə görə” medalı ilə təltif edilmiş gizir Məmmədov İsmət Hikmət oğlunun əziz xatirəsinə ithaf edirəm.
Yaxın gəlin, sizinlə tanış edim İsməti, Orduda gizir idi, vardı, xətir-hörməti, Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti, Deyirdi, borcumuzdur, azad etmək torpağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Sənətini sevirdi, mərd idi, qoçaq idi, Hər döyüşdən çıxanda qalib, üzü ağ idi, Məğrur, cəsarətliydi, qorxudan uzaq idi, Hər zaman xoş gəlirdi, onun səsi, sorağı- Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Aprel döyüşlərində göstərmişdi şücaət, Hamı görmüşdü onda, var nə qədər cəsarət, İnsanı ucaldıbdır hər bir zaman ləyaqət, Qalib kimi keçmişdi, imtahanı, sınağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Əməliylə qazanır insan şöhrəti, şanı, Canından çox sevirdi doğma Azərbaycanı, İsmətgil xilas etdi, o kəndi – Suqovuşanı, Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya, İndi əziz övladdır bütün elə-obaya, Əhsən, İsmət böyüdən, gözəl, ata-anaya, Ot kökü üstə bitər, bunu, bilirik, axı, Düşməndə qoyammarıq, o gözəl Qarabağı.
Hələ yeni dil açır, Dəniz – o şirin bala, İsmətdən bir xatirə, bizə əmanət qalan, Böyüyüb bilər: -ölmür şəhidliyə ucalan, Ana yurdun başlayıb xoş günü, xoş sorağı, Düşməndən azad etdik, o gözəl Qarabağı. 31.01.21.
Bir Şəmşir olaydı, bir mən olaydım, Ovsun o olaydı, sirr mən olaydım. Cahan o olaydı, şir mən olaydım, Kaş mən o yuxudan ayılmayaydım. Hər igid dağların mərdi, əriydi, Hər gözəl məclisdə nazlı pəriydi. Dövrədə Kəlbəcər şairləriydi, Kaş mən o yuxudan ayılmayaydım. Sıldırım qayaları düşmən qorxudan, İnsan oxuyandı, dağlar oxuyan. Məni kim ayıltdı şirin yuxudan, Kaş mən o yuxudan ayılmayaydım. Qarlı zirvələri öyəydi Məmməd, Kövrək şeirlərdən deyəydi Məmməd, Paltarı çiçəkdən geyəydi Məmməd, Kaş mən o yuxudan ayılmayaydım. Oynaşan görəydim oğul-uşağı, Qaynaşan görəydim odu-ocağı. Üzümə güləydi “Ceyran” bulağı, Kaş mən o yuxudan ayılmayaydım. Hərə bir arzuda, hərə bir yaşda, Güləydi ömrümüz torpaqda, daşda. Qəmbər oturaydı yuxarı başda, Kaş mən o yuxudan ayılmayaydım. Can verər iştaha, dəm verər aşa, Ruh verər ömürə, ruh verər yaşa. Baxdıqca baxaydım “Yeddiqardaş”a, Kaş mən o yuxudan ayılmayaydım. Qoca Dəlidağın dəli köhləni, Cığırdan cığıra ataydı məni. Çığnayıb keçəydim dumanı, çəni, Kaş mən o yuxudan ayılmayaydım. Bir zindan kəsildi bizlərə, zindan, Bir göz qırpımında dəyişdi zaman. Hanı Güllü nənə, hanı Ağdaban, Kaş mən o yuxudan ayılmayaydım. Uzun bir söhbətdir, bir mərəkədir, Torpaq əsarəti qara ləkədir. Ayılmaq özü də bir təhlükədir, Kaş mən o yuxudan ayılmayaydım. Yamyaşıl yarpaqdı, sapsarı xəzəl, Bu dağlar qədimdi, bu dağlar əzəl. Nə gözəl yuxuydu, Allah, nə gözəl, Kaş mən o yuxudan ayılmayaydım. Səmtini itirən yoldu, cığırdı, Yazıqdı, yetimdi, kütdü, fağırdı. Zəlimxan olmağın dərdi ağırdı, Kaş mən o yuxudan ayılmayaydım.
KİŞİ Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr
Yetmiş illik ayrılıq axır ki, çatdı sona, Salam! Rəsul övladı Məhəmməd Əmin kişi! Yordum uzaq yolları, səsinlə, sorağınla, Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm, Ağ mərmərin üzündə qara donlu qəm gördüm. Sənin kimi yarımaz bir qisməti kəm gördüm, Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar, Dilindəki sözləri seçib zərə tutanlar. Qoy tarixdən utansın səni şərə tutanlar, Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada, Sən qurtuluş istədin, qanlar axdı arada. Beşiyin Bakıdadır, məzarın Ankarada, Sənin Vətəndən özgə kimin var, kimin, kişi?
Nələr çəkib başımız, dərdimizdən halıydın, Yaralı bir nəğmənin unudulmaz xalıydın. Sən də bizim torpağın Mustafa Kamalıydın, Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər, Bizi bizdən almağa coşdular, tələsdilər. Məğrur saraylar yapan düz əlləri kəsdilər, Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana, Vətənin ölməz oğlu, gedək Azərbaycana. Millət “İstiqlal!” – deyə yenidən gəlir cana, Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz xalqın kökü, dərindədir, dərində, Zaman çəkib oturdar hər kəsi öz yerində. İllər gəlib keçsə də, sən xalqın nəzərində Yenə həmin oğulsan, yenə də həmin kişi! Bu böyük həqiqətə əmin ol, əmin, kişi! Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Selim TUNÇBİLEK TYB Kayseri Şb. Bşk.
Zaman zaman düşünürüm ne çok yanılgılarım var diye. Sizlerin yok mu? Herkes tarafından doğru kabul edilen tanım ve tasniflere karşı içimde hep bir kuşku duyarım. Her tasnifin kapsayıcı ve kuşatıcı olmaktan uzak, ayrıştırıcı olmasının getirdiği tedirginlik midir bu durum bilemiyorum.
Şehirlerle edebiyatımızın tarihi gelişimi arasında ciddi bir ilişki var mıdır bilemiyorum. Edebiyat tarihçilerimizin buna gerektiği kadar kafa yormadıklarını düşünüyorum. Daha açıkçası edebiyat tarihimizin bile yeterince kendimize has metotlarla kaleme alındığı görüşünde değilim. Edebiyat bir dilin macerası ise edebiyat tarihindeki durakların ve tasniflerin de ilgili dilin kendi macerasını doğru aksettirmesi gerekli değil mi? Bu konuda siyasal tasniflerin daha belirleyici faktör olduğunu görmek beni rahatsız ediyor. Edebiyatımıza bu çerçevede yaklaşımın anlatım tekniği açısından ortaya çıkan önceki farklılıkların göz ardı edildiği kaygısını kafamdan atamıyorum. Fuat Köprülü’nün oturttuğu genel hatların daha siyasal zeminin dışına çıkarılması lüzumlu imiş gibi gözüküyor bana.
Düşünceden hayata gidişi, hayattan düşünceye gidişe tercihi neden anlamakta zorlanıyorum. Bu düşüncemi nasıl ifade edeceğim konusunda açıkçası çok zorlanıyorum. Şunu söylemek belki mümkün; İslamiyet öncesi Türk edebiyatı denildiği döneme ilişkin eserlere özü itibariyle metin açısından bakıldığında İstanbul’un etkisine kadar köklü bir farklılık görebilmek neredeyse zor. Dilin ve düşüncenin tabii macerası, sanki belirli coğrafi mekânlarla daha özdeş hale gelmiş hissi veriyor insana. İstanbul deyince sarayı, saray deyince aruzu hatırlamak kaçınılmaz hale geliyor. Ankara şehir olarak da tam bir hece çağrışımı doğuruyor. Oysa Ankara daha köksüz hece ise bizim edebiyatımızda daha bozulmamış daha eski bir geleneği yansıtır. Belki halk geleneği Ankara’ya böyle bir yansımayı da aktarıyor olabilir. Aslında bana sorarsanız Ankara serbestliği ve dağınıklığı sembolize eden bir şehir gibi gözükür benim gözüme. Bursa duru bir hecedir. Konya Mesnevi ruhudur. Kerkük Hoyrattır. Taşkent, Buhara, Semerkant bilgeliktir, erdemdir kendini anlamadır. Turfan ilktir, yeniliktir. Ötüken varoluştur, anıttır, destandır. Ahlat, Malazgirt yorgunluğudur; duraktır, kapıdır, çıkıştır.
Milletler şehirlere birikimlerini yansıttıkları gibi şehirler de birikimlerini üzerlerinde yaşayan dillere, kültürlere, toplumlara yansıtıyorlar. Şehirlerimizin bize kattıklarını tespit etmeden birikimlerimizi tam olarak ortaya koyabileceğimiz inancında değilim. Bu yüzden edebiyat tarihçilerimizin biraz da dil coğrafya ilişkilerine yoğunlaşan dikkatlerinin ne denli hayatiyet taşıdığını söylemenin gereği var.
Çağatay lehçesi bana hep suların hayatımızı daha da canlı, diri, iri kıldığı bir coğrafyanın ve iklimin mirası gibi gelir. Aral, Hazar gölleri ile sayısız ırmakların akışını da içinde barındırır. Orada her dem yıkanmayı arınmak, dirilmek olarak görürüm. Bizim yapmamız gereken tek bir şey olduğu gerçeği çıkıyor ortaya kuşatıcı olmak. Bütüncül bir dünya hayatı ve dili ile herkesi bütün güzellikleri ve farklılıkları ile kuşatmak ve kucaklamak. Yanılgılarımı sizlerle paylaşmak sizlerin yanılmazlığına kapı aralamaz mı? Ne dersiniz?
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mənə bir şeir yaz sevgi ünvanlı, Yaz ki, darıxmışam, ölmüyüm sənsiz. Mənə bir şeir yaz, lap Məcnun kimi, Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı, Gözündən süzülən yaşı havalı, Qayası havalı, daşı havalı, Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz, Od tutub alışır, çataq birimiz, Aramızda qalan gizli sirrimiz, Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə, Doyunca ağlayım, gülüm bu gecə, Sıxıb ürəyimin üstə beləcə, Yuxuya getməyə qalmıyım sənsiz.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları bu gün münasibətilə təbrik edərək Ədəbiyyat İnstitutunda son illərdə görülmüş işlər və hər bir şöbənin fəaliyyəti haqqında ətraflı çıxış edib. İnstitutun direktoru akademiyanın Humanitar Elmlər Bölməsinin digər institutları ilə müqayisədə Ədəbiyyat İnstitutunun elmlər və fəlsəfə doktorlarının kəmiyyət etibarı ilə daha çox olduğunu deyib. On cildlik ədəbiyyat tarixinin üç cildinin artıq çap olunduğunu, 2021-ci ildə yeddi cildinin çapının nəzərdə tutulduğunu bildirib.
Akademik İsa Həbibbəyli Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşrini ədəbiyyatşünaslıq qarşısında böyük töhfə adlandırıb. Erkən yeni dövr və ortaq başlanğıc şöbəsi tərəfindən Xaqani Şirvaniyə, Ədəbi tənqid şöbəsi tərəfindən Məmmədcəfər Cəfərova aid monoqrafiyaları, Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən iki cildlik nəzəriyyə kitablarının çapını yüksək qiymətləndirib. “Nəsimi ili” ilə əlaqədar olaraq 2019-cu ildə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində əsaslı işlər görüldüyünü, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının çapını xüsusi qeyd edib. Folklor şöbəsinin Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq prosesi, Asiya xalqları ədəbiyyatı şöbəsinin şöbəsinin Çin, Pakistan, Hindistan və başqa ölkələrlə bağlı kitablar hazırlaması təqdir edilib. Dünya ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin fəaliyyəti və çapdan çıxmış kitabları haqqında məlumat verib. “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxlarının, “Elmi informasiya və tərcümə” şöbəsi tərəfindən hazırlanmış “Biblioqrafik göstərici” kitablarının ardıcıl nəşr olunmasından söz açıb. Bunlardan başqa onlarla Beynəlxalq Elmi Konfranslara ev sahibliyi edildiyini, əməkdaşların çoxlu sayda konfranslarda çıxışlarını qeyd edib. Otuza yaxın ölkəylə ədəbi münasibətlər istiqamətində imzalanmış müqavilələr, Prezidentin Sərəncamları istiqamətində görülmüş böyük işlər haqqında məlumat verib.
Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli həmkarlarını təbrik edərək “Azərbaycan ədəbiyyatında istiqlal mövzusu”nda məruzə ilə çıxış edib. Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycanda “Nizami Gəncəvi ili” və Ədəbiyyat İnstitutunun tədbirləri” haqqında ətraflı məlumat verərək görülmüş və görüləcək işlərdən bəhs edib. İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ədəbiyyat nəzəriyyəsi müasir mərhələdə” mövzusunda məruzə edərək şöbənin altı elmlər doktoru və beynəlxalq səviyyədə qəbul edilmiş dörd fəlsəfə doktorunun olduğunu, “Poetika.izm” jurnalının nəşrinə məsul şöbə olduqlarını diqqətə çatdırıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Türk xalqları ilə qarşılıqlı ədəbi əlaqələrimizin yeni mərhələsi (Ədəbiyyat İnstitutunun nümunəsində)” məruzəsində institutda bu istiqamətdə Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin fəalliyyət göstərdiyini vurğulayıb. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sıra beynəlxalq indekslərə daxil olduğunu və bir neçəsinə də müraciət olunduğunu, həmin jurnalda məqalələrin əksəriyyətinin türk xalqları ədəbiyyatına aid olduğunu bildirib. 2020-ci ildə bir sayı Özbəkistan ədəbiyyatına həsr olunan jurnalın bu il bir sayının Abay Kunanbayevə həsr olunacağını deyib. Məruzədə Türkiyə, Özbəksitan, Tükmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Qaraçay və digər türk respublikalarının ədəbiyyatı istiqamətində institutda aparılmış araşdırmalar haqqında geniş məlumat verilib.
Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı “Azərbaycan-Tatarıstan ədəbi əlaqələri” mövzusunda çıxış edib. İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Azərbaycan-Polşa ədəbi əlaqələri”ndən bəhs edən məruzəsində bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində danışıb.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bu gecəni hiss elə… Eynəyinin ağrıyan şüşəsini silmə heç… Sızlasa əlinin qələm söykənən yeri Üflə… Hər ağrıya ürək vermə, Birinin də üstündən keç…
Bu gecəni hiss elə… Oxuduğun son romandan Daha gözəlini yaz… Gül bütün ölümlərə… Qucaqlayıb bu gününü Sabahına ağla bir az…
Bu gecəni hiss elə… Bəsdi ütülədin xatirələri, Aç başını burax çoban ititək… Hara getsə, bil ki, geri dönəcək…
Bu gecəni hiss elə… Bir az da özünü təriflə güzgüdəkinə… Bir az da üzülsün ürəyində yara olanlar, Gözündən düşənlər…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Saçımın ucunda yaşıl işıqlar, Əllərin son sürət şütüyür hələ… “Elin qınağı”nın son cəriməsi Qıyılan gözümdə üşüyür hələ…
Sonuncu çarədi duz ayrılıqlar, Portağal dadında açılır səhər… Məğrur təbəssümüm-sərt qayalıqlar, Ətrin-mamır üçün darıxan şəhər…
Bu son dayanacaq palitra kimi; Günəş fırçasını yelləyir nazla… Qalın paltarların dolab həsrəti Aprel axşamını səslər avazla…
Yığıb qəhərimə ayrılıqları, Min ildi vağzala yayılan səsəm… Üzümü tuturam ayrılanlara: -Sevgin yaddan çıxdı, sonuncu düşən!
…Bütün avtobuslar şəhərarası, Bilet satan yoxdu üzü günəşə…
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bir qış gecəsiydi… Tutub əlindən Getməyə dəyərdi buz donan gölə… Neynim ki, boz idi şəhər arzun da… Boz idi cibləri dəri gödəkçən, Boz idi qəssabın təpiklədiyi, Fevral soyuğunda üşüyən pişik… …elə utanıram neçə saatdı… Hardan oxumuşdum? Yenə unutdum… Buz donan o göldə ölən boz qumru, Bir tikə piy üçün döyülən pişik, Cibləri yırtılan o boz gödəkçə; Sən demə… “Sevginin ölçülü mətnlərində” Sən idin… Mən idim… İkimizmişik…
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
İtirilmiş şəhərləri okeanlarda axtarıb Səhralarda tapırıq… Səncə, bu, sevgi deyil?! Harda bir ovuc gülüş var Gözlərimizlə qapırıq… Səncə, bu, sevgi deyil?!
“Ağ yuyub qara sərdiyim” Sənsizliyin qucağına Bir körpə şəkli qoymuşam… Dünən də xəyalımda Şuşaya qədər qaçmışam, Cıdır düzünün köksündə Şeir süfrəsi açmışam… Səncə, bu, sevgi deyil?!
Şeir-şeir, nəğmə-nəğmə Öldürürlər şairləri Bütün gözəl oxucular… İlk şeiri yazanların Son misrası ağı olub; Unudulmur ağıçılar… Səncə, bu, sevgi deyil?!
Dəməşqdə bir qız ağlayır, İstanbulda layla deyir bir nənə… Bizim evə yağış damır; Damla-damla pay bölürük Tanrıyla: “Biri sənə, biri mənə…” Səncə, bu, sevgi deyil?! Məncə, Sevgidir, sevdiyim…
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Açın qapıları, küssün açarlar, Kəsilsin ümidi barmaqlıqların… Yıxın hasarları, Kəsə yol tapsın Gücünü çəlikdən uman qocalar… Dələlər, sərçələr utanmasınlar Yuvadan yayılan zümzümələrdən… Tutuşun əl-ələ, Qaçın bu küçədən, Pozun qaydaları, Yazın sevgini Bütün şəhərlərin elanlarına… Sonra da unudun, unudun məni, Yazın xatirəmi yaddaşsızlığa; Kirayə ev gəzən tüm şairlərin İntihar eyləyən misralarına…
Sənin səbrin mənim səbirsizliyimdən daha böyükmüş, Səbr edənləri özünə dost tutan, Bir adı da Səbr olan Allahın səbrindən də, – Tanrının yer üzündəki mələyi.
Sənin o məsum göz yaşlarında Mənim günah dolu hikkələrim yaşayır. Gəl öpüm o pak alnından, Gəl öpüm sellərin, suların yatağı olan o ürkək gözlərindən, Amma ayrılıq olmasın. Gözlərdən öpmək ayrılıq gətirərmiş ya, – Olmasın ayrılıq, Tanrının yer üzündəki mələyi.
Mən, bu günə kimi nə anama şeir yazdım, nə sənə… Anamın qüdrətini vəsf etməyə söz tapmadım, sənin səbrini… İllərdi ziyarət də bilmirəm anamın qəbrini… Bir dillənsənə, bir söz desənə… Lap qəlbimə dəy, lap məni acıla… Nə qədər ki, gec deyil, Nə qədər ki, fürsət var, Gəl səbrini ziyarət edim sənin, Bəlkə… bəlkə onda o böyük, o müqəddəs ziyarətin – Ana məzarını ziyarıtin də yolu açıla. Tanrının yer üzündəki mələyi.
Qaldır yerə dəyən kipriklərini, Qaldır göyə bülənd elə İllər boyu ürəyində dustaq etdiyin üsyan əvəzi, hayqırtı əvəzi. Sonra da ağca-ağca tellərini buludlara bənd elə, – Nərdivana döndər Göylə Yerin arasında. Qoy göy üzünün mələkləri bu nərdivanla enib Əsl mələk necə olurmuş bir görsünlər, – Tanrının yer üzündəki mələyi. Aç, aç qəlbinin pəncərəsini, Oxşasın üzümü əfv fərmanının küləyi…
Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) İdarə Heyətinin qərarı ilə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının azad yolunması yolunda vətənpərvər yazarları və çıxışları ilə fərqlənən, çoxlu sayda kitabların redaktoru və ön söz müəllifi kimi tanınan, uzunmüdətli mətbu və ədəbi fəaliyyəti ilə seçilən fəal ictimaiyyətçi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İcraçı Baş katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İlkin Azərbaycanın fəxri” fəxri duplomu ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Məclislər başına çəkməzlər məni, Hələ ki, köhnədir çuxam, a dostlar. Ürəkdə məkrlər, gözlərdə yalan, Mən o baxışlardan toxam, a dostlar.
Yaxşılar görmüşəm ilişib torda, Yaman yüz kələklə qalmayıb darda, Bu zaman çox verib qoyunu qurda, Onunçün onunla yoxam, a dostlar.
Hiylədi, fitnədi, fəsaddı dünya, Nə arzu dilədim nəs atdı dünya, Alçağı, naqisi yaşatdı dünya, Qalıbdı əllərdə yaxam, a dostlar.
Çox baxdım dünyanın qəm baxarına, Nəcibə, tale də gəlmir karına, Düşüb bu dünyanın tərs axarına, Üzü qibləsinə axam, a dostlar. ..12.04. 1989
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün tələbələr bir yerə cəm olmurdular. İndi isə bütün qrup yoldaşları, rəhmətə gedənləri çıxmaq şərtilə, görüşdə idilər. Şirin xatirələr bir-birini əvəz edirdi. Arada gözəl sağlıqlar deyilir, həzin musiqi səslənirdi. Bəzən insanı xoş duyğuların qoynuna səsləyən, bəzənsə keçmişin iztirablarını xatırladan nəğmələr bir-birini əvəz etdikcə Şahinin əhvalı da dəyişir, gözünü Svetadan çəkmirdi. Uzun illərin ayrılığından sonra gənclik illərində ondan aldığı sevgi nəşəsi yenidən yadına düşmüşdü. Xoş anlar gözünün qabağında canlandıqca başı dumanlanır, ona yaxınlaşmaq üçün fürsət gözləyirdi. Diqqəti daha çox cəlb etmək üçün arabir baməzə söhbətləri, lətifələri ilə şənliyə gözəllik qatır, gah da gözünü Svetadan çəkmədən sevgi şeirləri söyləyirdi. Nədən belə etdiyini heç özü də bilmir, ürəyindən keçənləri söyləmək üçün fürsət axtarırdı. Məclis qızışanda ona nə vaxt yaxınlaşdığından özünün də xəbəri olmadı. Keçmişin nəşəsi parıldayan gözləri ilə yenidən qadını ovsunladı, həlim səslə soruşdu: -Sveta, necəsən? Öz aramızdı, heç dəyişməmisən ha…Həminki kimi gözəlsən, canı yanmış, – o, bir qədər susub əlavə etdi, – amma qızların heç atalarına oxşamırlar. Sveta əli ilə onun ağzını tutdu, pıçıltı ilə: – Şahin, indi onun vaxtı deyil. Bilirəm niyə maraqlanırsan, vaxtı gələndə bilərsən, – dedi. Musiqi sədaları restoranı bürümüşdü. Bəlkə də görüşlərin heç biri belə gözəl keçməmişdi. Hamı rəqs edirdi. Sveta Şahinin qolları arasında sanki hər şeyi, hətta qızlarını da unutmuşdu. Ağzını Svetanın qulağına dayayan Şahin yenidən sözə başladı: -Hə…Sveta danış görək keçmişindən. Amma bir şeyi desəm, mənə acıqlanma ha… -Yox, Şahin səni həmişə çox sevmişəm. Neynim ki, əlim sənə çatmadı. Uzaq düşdük. İldə bir dəfə görüş isə bizə bəs etmədi. Nə desən, xətrimə dəyməz. Axı sən qəlbimdə ayrı bir iz qoymusan. – Eybi yox, bu da bəs idi.. Sadəcə onu demək istəyirdim ki, – o susdu, sonra yenidən sözə başladı, – sənin çox adamla əyləndyini bilirdim. Sənə olan hislərim tamam fərqli idi. Bir neçə dəfə görüşsək də, səndən tez uzaqlaşmaq istədim. Dəli eşqini duydum. Hiss etdim ki, mən də sənə bağlanıram. Yaxşı ki, uzaqlaşa bildim, yoxsa… – Yoxsa, nə? Şahin söhbəti dəyişmək istədi: – Sveta, xətrinə dəyməsin, siz erməni qızları adamı elə tora salırsınız ki, çıxmaq olmur. Bu məqsəddimi, sevgidimi, anlamaq çətin olur. Amma, öz aramızdı, bu, sevgidən çox… arxasını özün bilirsən. Bizim qızlarda isə əksinə… – Mən o vaxt səni öz toruma sala bilmədim. Heyifsilənirəm. Svetanın qəh-qəhə ilə dediyi bu söz Şahinə xoş gəldi. – Nə yaxşı ki, o tora düşməmişəm… Siz erməni qızları öz kişilərinizdən çox türk kişilərinə meyillisiniz. Axı niyə? -Sevgini milliləşdirmə də, Şahin. Sevgi insanın içindən gəlir. Bizimsə türk kişilərinə meyillənməyimizin sən düşündüyündən də çox başqa tərəfləri var,- Sveta ona daha bərk sığındı, – gəl bu barədə danışmayaq, keçmiş sevgimizin ətrini alaq bir-birimizdən. -Mənim üçün bu sevgi yox, əslində səninlə əylənmək idi, gözəl Sveta. Axı sən hamının sevgilisi ola bilməzdin. -Orası doğrudur. Mən də bilirəm kiminlə əylənmk lazımdır. Axı sən də savadlı, həm də şux qamətli idin. -Aha, aydındır. Bax, məqsədinin üstünə indi gəlirsən. Deməli, erməni qızları yaxşı toxumluq axtarırlar. Sveta susmağa üstünlük verdi. Yenidən Şahinin qolları arasında uyudu. Birdən gözləri qrup yoldaşları Seymurun və Sahibin qucağına sığınıb rəqs edən qızlarına sataşdı. Öz-özünə: -Eybi yox, qoy gözləri açıq böyüsünlər, – deyib rəqsinə davam etdi. Şahin qrup yoldaşlarına göz vuraraq üzünü Svetaya tutdu: -Nədənsə qızlarını sizin millətə oxşada bilmədim. Ərini yaxşı tanıyırdım, taksisinə o qədər minmişik ki, səninlə, – o bu sözü xüsusi intonasiya ilə dedi. Sveta gülümsündü: -Hə, elədir…əlacsız qalıb ona getdim. Əvvəlcə uşağı rədd elətdirdim. Toyumuza qədər əməlli-başlı böyümüşdü. Toyumuzdan az sonra iş yerindən Kislovodsk şəhərinə göndərildim. Sərbəst olmaq üçün ərimin mənimlə getməsini istəmədim… Orada bir oglanla tanış oldum. Azərbaycanlı idi. Bir-birimizi çox sevdik. Fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Hər gün sevgi dolu günlər yaşayırdıq. Mən ondan hamilə qaldım… Geri qayıdanda hamilə olduğumu bilən ərim çox sevindi. Hə, nə isə qızım oldu. Bayaq sənə göstərdiyim böyük qızım həqiqi atasının davamçısıdır, riyaziyyat-fizika fakültəsində təhsil alır. Çox savadlıdır. Sveta bu sözləri deyib yenə ürəkdən güldü. Şahin də ona qoşuldu. – Hə, deməli atasının gül balası… – Hə, Şahin neynim ki, öz atasından olsaydı, şofer olacaqdı da…Ha-ha-ha… – Ay səni… Çoxbilmişsən, çoxbilmiş… Sizin bu “savadınız” bizdə heç vaxt olmadı da… – Sənə əlim çatmadı, birini də səndən düzəldəsi idim… – Bəs o biri qızın kimdəndir? Sveta yenidən qəh-qəhə çəkdi, bir az toxdayandan sonra dedi: – Hə, əzizim. Böyük qızım olandan iki il sonra yenə təkmilləşdirmə institutuna göndərildim, bu dəfə isə başqa şəhərə. Xəstəxanada olarkən bir həkim oğlanla tanış oldum. O da azərbaycanlı idi. Nəzərlərini məndən çəkmədiyini gördüm. Tez bir zamanda ona elə alışdım ki… Hər gün görüşməyə başladıq. Bir ay tamam olanda geri döndüm. Bax bu qızıma hamilə qalmışdım. İndi o da həkim olmağa hazırlaşır. – Bəs yoldaşından övladın yoxdu? – Yooox, bu vacibdi məgər?! Axı bayaq özün yaxşı söz dedin: gözəl, yaraşıqlı, savadlı toxum. Hər ikisinin gülüşü salonu başına almışdı: öz aləmlərində idilər. Birdən Sveta başını azacıq qaldırıb pıçıldadı: – Yoldaşım hələ də elə bilir ki, uşaqlar ondandır. Amma arada zarafata salıb deyir: – Sveta, öz aramızdı, o qədər orda-burda oldun ki, uşaqlar da mənə oxşamadı ey. Mən isə gülürəm…. Şənlik başa çatmaq üzrə idi. Şənliyi təşkil edən Vasifin kobud səsi eşidiləndə hamı susdu. O: -Hə, dostlar, növbəti görüşümüz gələn il bu vaxt yenə burda olacaq, – deyib hamını xatirə şəkil çəkdirməyə dəvət etdi. Sveta Şahindən qopmaq istəmədi, şəkil çəkdirəndə də onunla yanaşı dayandı. Bunu görən Şahin onun qulağına pıçıldadı: -Sveta, evdə ərə gedəsi qızım, evlənəsi oğlum var axı. Hələ yoldaşımı demirəm. Sveta əl çəkmək istəmədi, nazlandı: -Gəl qızlarımdan birini oğluna al, nə olar. Sən də rahat gəlib-gedərsən bizə. Şahin tələbəlik illərində olduğu kimi birdən çılğınlaşdı: -Sən dəlisən? Bircə o qalmışdı ki, bir erməni fahisənin qızını oğluna alıb deyə lağ eləsinlər? Sveta özünü ciddi göstərmək istədi:
Mən fahisə deyiləm, mənim ərim var. Sadəcə öz qanunlarımızla hərəkət edirəm və anla ki, bütün erməni qızları belədir. -Hə də. Sizdə əri olanlar min oyundan çıxsa da, fahisə olmurlar. Çünki peysər “kişiləri” var, – Şahin bərkdən güldü. -Biz öz kişilərimizdən heç zaman uşaq dünyaya gətirmirik. Türk kişiləri mərd, qorxmaz, olduğu üçün, genimizi dəyişdirmək istəyirik. Bu bizə çoxdan tapşırılmış bir iş, xüsusi müəllimlərin keçdiyi həyat dərs olub. Mən dərsimi yaxşı aldım və vəzifəmin öhdəsindən layiqincə gəldim. Bundan belə yalnız öz kefim üçün yaşayacam. Məni düşündürən əsas qızlarımın taleyidi. Şəkil çəkdirəndən sonra Şahin Svetanı yola salmaq üçün onlara yaxınlaşdı. Sveta da, qızları da sərxoş idilər. Onlar üçün taksi saxladaraq maşına dəvət etdi. O, dostları ilə sağollaşıb maşına əyləşdi. Ünvanı eşitdikdə Şahin çaşıb qaldı:
Orda hansı binada?
10-cu binada.
Axı, o evlər xüsusi adamlar üçün tikilmişdir. Orda nə əcəb ev ala bilmisiz?
Onun da bir tarixi var.
Gizlətmə de….
Düşəndə deyərəm. Şahini dəhşət bürümüşdü. Sveta yanındakılara əhəmiyyət vermədən dedi:
Hə, Şahin bilirəm sənin üçün çox maraqlıdı. Bizim rektoru – Niyaz Qasımoviçi yaxşı tanıyırdın ? -Bəli, əlbəttə.
Bir gün məni çağırdı kabinetinə. Eşq elan elədi. Ertəsi gün saat 3-də onun otağında görüşdük. Mənim bakirəliyimi pozan o oldu. Bir- iki dəfə görüşdükdən sonra məndən ayrılmaq istədi. Dedim ki,uşağa qalmışam. Əgər məni qadının kimi qəbul etməsən, şikayət ərizəm hazırdır. O, çox qorxdu. Nə qədər yalvarsa da, uşağı abort etdirmədim. Uşağa qarşılıq bu binadan ev istədim və aldırdım. Şahin dodaqlarını gəmirdi, zorla bu sözləri deyə bildi: -Ay səni! Erməni qancıqları… Sveta heç nə olmamış kimi sözünə davam etdi: -Elə demə, biz, erməni qadınları, sevənlərimizə istədiyimizi alana qədər vəfalı oluruq. Bu da bizim qanunlarımızdan biridir. Belə olmasaydı, sizin ən yaxşı kişilərinizin arvadı, ən yaxşı vəzifədə olanlarınızın məşuqəsi olmazdıq. Hər şeyi: gözəl evləri, bərəkətli torpaqları belə əldə etmişik. Hələlik, sağ ol. İmkanın olsa, darıxanda evə zəng elə, görüşək. Səni çox sevirəm…
Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
İsti yay gününün axşamı addım-addım gəlirdi; qaranlığın tünd-göy kölgəsi uzaqdakı boz təpələrin yanağına hopurdu. Balaca, qəhvəyi kərtənkələ balası başını nahamar, üstü quruyan mamırların ləkələri ilə dolu olan daşın əyri çıxıntısına söykəmişdi. Yaxınlıqdakı qarışqa yuvasının bir tərəfi uçmuşdu, şahı ölmüş, şahzadələri bir-birini qılınclamış, rəiyyəti itaət etməyə kimsə tapmadığına görə qonşu şaha pənah aparmış şəhər qalasına bənzəyirdi… Yarpaqları doyunca nazlanmadan saralıb bürüşən, anbaan çılpaqlaşan budaqları üzü göyə haray çəkən yemişan kollarının arasıyla bir ailə irəliləyirdi. Yay tozanağının saqqalına hopdurduğu tozu əliylə çırpmağı xəyalına belə gətirməyən ata öndə gedirdi. Bığ yeri yenicə tərləyən yeniyetmə oğul onun arxasınca addımlayır, tələsən atasını gözdən itirməmək üçün hərdən kiçik çır-çırpıların üstündən hoppanırdı. Gah da narahatlıqla geri boylanır, nigaran baxışları görmək istədiyini görməyəndə ucadan səslənirdi: – Ata, mən burda dayanıram! Ata bir söz demir, əlindəki koğanın ucunu yerə dirəyir, həsrətlə qarşıdakı təpələrə baxır, özünü qaranlığa təslim edən dünyanı ürəyində lənətləyirdi. Oğul üzünü geri çevirir, yemişan kollarının arasından görünən çəhrayı yaylığa tərəf səslənirdi: – Ana, yorulmusansa, dayanaq! Anadan səs çıxmırdı, ta ki oğluna çataçatda barmağını dodağının üstünə qoyub başıyla qucağındakı körpəyə işarə etdi… …Onlar bu minvalla nə qədər yol gəlmişdilər, bilmirdilər… Əslində, bu yolçuluğa çıxmağı kim düşünmüşdü, soruşan olsa, ailə üzvlərindən heç biri düzgün cavab verə bilməzdi. Bu axşam da ananın çəhrayı yaylığını quru yemişan budağından asıb miçətkən düzəltdilər, atanın çalmasının dolamalarını açıb əlləriylə yastıladıqları quru çalıların üstünə sərdilər, körpənin yatması üçün yer düzəltdilər. Ata üzünü günün batdığı yerə tutub əllərini sinəsində çarpazladı, diliylə dodağını yalayıb ürəyinə yük olanları dilinə əmanət etdi: – Bir olan Yaradanımız, göylərdəki atamız! Biz təkcə səni tanıyırıq, ey hər şeyin var olmasına səbəb olan! Bir nəfəslə can verdiyin Adəmin xətrinə, mənə özün yol aç… Məni Nuhun yadına sal… Məni Nuhun yadına sal… Oğul atasının yerə düşən koğasını ehmalca götürdü, torpağa dəyən üzünü əbasına sürtdü, başında yonulmuş ayparanı barmaqlarıyla bərk-bərk sıxdı, arxadan atasına yaxınlaşdı: – Ata… Atadan səs çıxmadı; bu duruşuyla o, axşamın ala-toranında xəyalındakı gəminin dor ağacına bənzəyirdi… – Ata… Oğul bir addım daha yaxına gəldi, əmin idi ki, atası onu eşidir. – Ata, Rahabın adsız oğlu məbədin həyətində danışırdı ki, dua edəndə üzümüzü gün batan tərəfə yox, gün çıxan tərəfə tutmalıyıq. Əllərimizi qoşalaşdırıb üzü göyə dayanmalıyıq… Bir də… Atasının qımıldanmadan dayanması oğulun cəsarətini yenirdi, söylədiklərinin atasına xoş gəlmədiyini düşünən oğul sözlərini yarıda kəsdi. İnsan səsindən kəm qalan qısa zaman kəsiyində uzaqdan bayquş ulartısı gəlirdi… – Bir də nə? – Atanın səsində amiranəlik yox, çarəsizlik vardı. – Bir də dua edərkən gözlərimizi ya yummalıyıq, ya da baxışlarımızı yerə, ayaqlarımızın ucuna dikməliyik… – Bunu da Rahabın adsız oğlu dedi? – Hə… Ata geri dönüb qətiyyətsiz addımlarla körpənin yatdığı yerə yaxınlaşdı. Əliylə körpənin yatağının yanındakı yeri hamarladı, ayaqlarını qatlayıb oturdu. Ana təpələrdən üzü bəri sürüşüb gələn qaranlığa baxıb əllərini üzünə çəkdi, ağlamsınan səslə dedi: – Bu gün də gedib çıxammadıq. Qızın ta nəfəsi təngiyir… Sabaha sağ çıxsın deyə, ürəyimdə min dua eləmişəm… Ata əlini uzadıb yuxuda kəsik-kəsik nəfəs alan qızının alnına qoydu, ovcuna köz basılmış kimi əlini geri çəkdi, udqundu. Ana onun bu qəfil hərəkətinin səbəbini anlamışdı, günortadan bəri uşaq qucağında közərən kösövə dönmüşdü, amma ona elə gəlmişdi ki, ürəyinin başıdı yanan… Əllərini qoşalaşdırıb üzünü göyə tutdu: – Ay bir olan! Ay tək olan! Bu günahsız körpəni qoyma ölsün… O ki heç bir günah etməyib… O, hələ barmağını bir Adəm oğluna tuşlayıb “günahkardı” deməyib. Hələ heç kimin bağındakı almadan bir dişlək almayıb. Ay hər şeyi var edən, onu da sən var etmisən… Ən böyük günahı anasının döşünü dişsiz damağıyla sıxan birinə ölüm haqdımı? O ki… O… O, hələ bir nahaq söz danışmayıb… Günahsızdı… Məsumdu… Şeytanın adını da eşitməyib… O… Ananın hönkürtüsünü atanın əsəbi sözləri üstələdi: – Sus, Həvvanın varisi! Sus! Elə danışırsan ki… Məgər Yaradan yaratdığını tanımır?! Körpənin ağlaması uzaqdan eşidilən bayquş səsinə qarışdı. Oğul yüyürək gəldi, əlindəki koğanı yemişanın haça budaqlarına söykəyib dizi üstə əyildi, körpənin qarnını sığallaya-sığallaya astadan zümzümə etməyə başladı:
– Bizi Nuha aparacaq Getdiyimiz cığırlar… Bu gecə ay doğacaq, Şənlik qurubdu bayquşlar…
Körpə heysiz-heysiz zarıldayıb çapaqlı kirpiklərini təzədən bir-birinə qovuşdurdu. Ana boynunu yana əyib heyran-heyran oğluna baxırdı. Oğul zümzüməsini kəsib yerini rahatladı, əlini yaxınlıqdakı nahamar daşa tərəf uzatdı. Kərtənkələ balası cəld sıçrayıb qurumuş tikan yarpağının üstünə düşdü. Oğul daşı götürüb əbasının ətəyinə qoydu, barmaqlarını mamır ləkələrində gəzdirdi. – Oxuduğun mahnını da Rahabın adsız oğlu öyrədib? – Atanın səsində hələ əsəb vardı. Amma bu dəfə o daha astadan danışırdı. – Yox… – Hardan öyrənmisən? Oğul baxışlarını daşa dikib susmuşdu. Atasının bu sualına cavab vermək istəmirdi. Bilirdi ki, özündən söz uydurmaq, mahnı qoşmaq şeytana itaətdir… Bilirdi, amma ruhundan pərvazlanan sözlərin, qulaqlarında səslənən incə ahənglərin qarşısındakı acizliyini də dərk edirdi. İndiyədək ruhundakı təlatümləri dilinə əmanət edəndə hamıdan gizlənirdi, təkcə Rahabın adsız oğlunun yanında ürəklə oxuyurdu. Onu da bilirdi ki, gec-tez onun bu sirli dostluğuna etiraz edənlər çoxalacaq, ən əsas da atası bu dostluğun bitməsini əmr edəcək… Məbədin həyətində hamıyla deyib-gülən, bütün kişilərin sədəqə uzadan əllərindən yapışıb ovuclarının içindən öpən Rahab oğul doğanda kimsə uşağın atasının adını soruşmamışdı. Ata adı bəlli olmayan uşağı necə çağıracaqlarını bilmədiklərinə görə də hamı ona “Rahabın adsız oğlu” deyirdi. Daim uzağa dikilən baxışlarından qətiyyət tökülən, bütün yaşlı, yaxud cavan məclislərinin dəvətsiz iştirakçısı olan oğlan özü də bilirdi ki, o, anadan olandan bəri məbədin divarları, bəlkə, milyon dəfə pıçıltıyla səslənən “Uşağın atası kimdir?” sualını eşidib… O, bu sualı onu “Rahabın adsız oğlu” deyə çağıran bütün kişilərin günahkar baxışlarından da oxuyurdu. Bir dəfə də olsun anasına üz tutub: “Atam kimdir?” deyə soruşmamasının səbəbi də bu idi… Hamının yazığı gələn, ürəyi yanan, bəzən də varlığı yoxluq kimi dəyərləndirilən, Nuhun kitabında adı olmayan yeganə insan olmaq onun özünə də xoş gəlirdi. Ən çox da var olduğu yerdə yox sayılmaq onun ürəyincəydi; beləcə, hamının ən dərin hisslərinin şahidi olurdu. Bəzən özünü sol çiyindəki mələyin yerdə olan gözü-qulağı kimi də hiss edirdi; şəhər əhalisinin ən müqəddəs adam saydığı Nuhun belə, günah işlədiyini təkcə o bilirdi. Özündən söz qoşan yeniyetmənin dodaqlarının səssiz pıçıltılarını da ilk dəfə o eşitmişdi. Hər dəfə söz qoşan yeniyetmədən bir ahəngdar söz eşidəndə ürəyindəki sirr qapılarının öz-özünə açıldığını, heç kimə deməməyə ürəyində and içdiklərinin bircə-bircə dilindən tökülüb onun qulağına doğru axdığını da görmüşdü… Bunu görəndən sonra da Rahabın adsız oğlu get-gedə daha susqun, daha qaraqabaq olurdu. Və bir gün anladı ki, daha dostunun qulağına tərəf axası bircə damla sirr qalmayıb ürəyində… Ailənin Nuhun gəmisinə çatmaq üçün tələsik evdən çıxdığı gün idi o gün… …Oğul atasının əsəbi sualının qarşısında özünü yeni bir selin ağzında hiss edirdi. Bu dəfəki sel Rahabın oğlunun söylədiyi sirr seli deyildi, heç ona bənzəmirdi də… Həmin seli o, günlərlə, aylarla ruhundan süzdürmüşdü, tapdığı qənimətləri səsə çevirib söz düzəltmişdi, üzünü kainata tutub o səsi hər bir daşa, hər bir torpaq dənəsinə, gecələr ulduzlara, gündüzlər günəş şüalarına əmanət etmişdi. Atasının: “Hardan öyrənmisən?” sualı isə onu susmağa məcbur edən, dodaqlarını bir-birinə kipləşdirən, dişlərini sıxan, boğazına qəhər yığan, yumruqlarını düyünləyən qəzəb seliydi; hələ ki onu daşmağa qoymayan oğulun ataya olan ehtiramından hörülən bənd idi… Atasının ona zillənən baxışlarının yönünü dəyişdirməsi üçün oğul ürəyində bir dua da oxudu; işə bax, duası da ahəngdar idi… Elə bil ki, kimsə uzaqdan həzin bir səslə onun duyğularına layla çalırdı, duyğuları da söz-söz bəzənir, üzü kainata doğru rəqsə başlayırdı. Anbaan içindəki qəzəb selinin səngidiyini, əksinə, düşüncələrinin qayaların bağrından sızan dumduru bulaq suyuna döndüyünü hiss edirdi. Qeyri-ixtiyari dilindən çıxan haray boz təpələrin qaranlığın ehtiraslı qucağında əriyən kölgələrinin başı üstündə burulğana döndü: – Nəyi qoyub, nəyi aparmağa çalışırsan, ey Nuh?! Ata nigaran-nigaran yatan körpəyə baxdı, bu dəfə qızcığaz diksinib oyanmadı, deyəsən, axşamın özüylə gətirdiyi qarışıq səslər içində qardaşının harayı ona yad gəlməmişdi. Ata qızının oyanmadığını görüb yenidən baxışlarını oğluna tərəf çevirdi; bu dəfə onun gözlərindən ittiham və əsəb yox, qayğı və nigarançılıq boylanırdı. Heç unutmurdu, qırx il əvvəl Nuh onun qapısına gəlib gəmini düzəltməyə kömək etməsini xahiş edəndə şaqqanaq çəkib gülmüşdü. Günbəgün onun gülüşünün əks-sədası bütün əyalətdə eşidilmişdi; hamı əlini qarnının üstünə qoyub uğunmuşdu. Əyalətin bir şərqində – Yanardağda, bir də qərbində –Keşikçidağda yükünü yerə qoyan karvanların sahibləri də gündoğandan-günbatana bu şaqqanağı daşımışdılar, beləcə, getdikcə artan isti havaların sinəsinə dağ çəkdiyi torpaqların başının üstündəki qaynar burulğanların vıyıltısında “Nuhun başına hava gəlib” sədası da duyulmağa başlamışdı. İndi oğlunun üzünü boşluğa tutub Nuhdan söz soruşması onun həmin səsin qırx ildə həyatlarının hər anına necə hopmasını yadına saldı. Hə… O səs həyatlarına hopmuşdu; əvvəlcə kinayə doluydu, sonra təəccüblə süslənmişdi, hansısa zaman kəsiyində qətiyyət heykəlinə dönmüşdü… Son bir neçə ildəsə “Nuhun başına hava gəlib” cümləsinin yaraşığından şübhə naxışları asılmışdı, aradabir yağışdan sonrakı göy qurşağı kimi sonunda sual işarəsi də gözə dəyirdi… Ta ki həmin günədək… Həmin gün Nuh yükünü tutub əyalətdən ayrılmışdı… Dildən-dilə, ağızdan-ağıza dolaşmışdı ki, Nuhun gəmisi hazırdı, bu gün-sabah yola düşəcək…Və günahların olmadığı, göz yaşlarının axmadığı, xəstəliklərin insan canı tanımadığı bir diyara gedəcək. Evdən-evə, eldən-elə yayılan sözlər bir-birinin başına tumar çəkə-çəkə əfsanəyə dönmüşdü, bu əfsanədə Adəmin ilk günahının məkanı olan Cənnət bağı da yada düşmüşdü. Dişsiz Naominin dul gəlini Rəhiləyə ünvanladığı: – Yəni Nuh Cənnət bağına gedib çıxacaq, eləmi? – sualının cavabı da Nuhun getdiyi səmtdə itmişdi… Həmin gün ilk dəfə məbədin həyətində oturan dilənçilər, şikəstlər və sədəqə yığanların pullarını oğurlayan kasıb uşaqları kahinlərin içəridən gələn qışqırıqlarını eşitmişdi. Kahinlərdən kimisi Nuhu “Tanrının dostu” adlandırır, kimisi onu “bəşərin əşrəfi” kimi tərifləməyə çalışır, bir başqası da: – Nuhun başına hava gəlib. – deyirdi. – Sonra da qətiyyətsiz şəkildə əlavə edirdi: elə deyirlər… Təkcə baş kahin Uzziya əllərini çənəsində qoşalayıb susmuşdu. Onu düşündürən Cənnət bağı ilə bağlı əfsanənin yenidən insanların ürəyində ümid cücərtməsiydi. Öz-özünə düşünürdü: “Deməli, Nuh qırx ildən çoxdur ki, Cənnət bağının harda olduğunu bilirmiş. Adəmin bir dişlək meyvəyə satdığı günahsızlığın min bir rəngindən, ən azı birini görübmüş. Bəs niyə bir dəfə məbədə gəlib bunu mənə söyləmədi? Məgər baş kahinin hamının ürəyindən keçəni bilməyə haqqı yox idi?! Var idi axı…” Bu şəhərdə yediyi buğda dənəsini mədəsində həzm edib sonra balasının dimdiyinə qusan quşun da günahından xəbərdar idi Uzziya; bilirdi ki, quş buğdanı kimin anbarından oğurlayıb. Və indi birdən-birə, Nuh yükünü çəkib Boz dağı aşandan sonra özünü o qədər nakamil hiss edirdi ki… “Bəlkə, heç vaxt kamil olmamışam? Axı Həvva varisinin vücudunun işığında mənim də gözlərim qamaşıb…” – bunu düşünəndə Uzziya qeyri-ixtiyari barmaqlarını bir-birinə sürtdü; xəyalında barmaqlarıyla baş kahinə Şamxatın sinəsini oxşayırdı… Həmin gün Rahabın adsız oğlu da ilk dəfə bildiyinin doğruluğundan əmin olub-olmadığını anışdırammırdı. Gəminin düzəldildiyi qırx ilin hansı kəsiyindəsə heç kimin dinləmədiyi, hamının “havalı” deyə kinayəylə arxasınca ağız büzdüyü Nuh adam dərdindən üzünü anası Rahaba tutmuşdu: – İkinci aşırıma çatmamış gencə bir yer var, gəmini orda düzəldirəm. Dörd yanı laləlik, qapaz dəymiş kimi həmişə başı yastı olan dağı buludlara nazlanan, yayın cırhacırında belə qoşa-qoşa qar yağan o gencə yerin torpağı da qızıldır elə bil. Əlimi nəyə atıram, boldur. Ordan yola çıxacağam, amma yolum elə də uzun olmayacaq. Elə o aşırımın o üzünə qədər qırx il yol gedəcəyəm. Hə, hə… Gülmə, Rahab, gülmə… Karvanların, sürülərin beş günə getdiyi yolu mən gəmimlə qırx ilə gedəcəyəm. Gəmimin oturduğu yerə Gəmiqaya, ayağım dəyən yerə Nuhçıxan deyəcəyəm. Qoy şöhrətim sonuncu bəşərin Şeola qədəm qoyduğu günədək yaşasın. Anasının çirkli tumanının ətəyinə üzünü sürtən balacanın eşitdiyi bu sözlər onun yaddaşında dizlərini qucaqlayıb dərd çəkən dula dönmüşdü, bir də illər sonra, Nuhun əyalətdən ayrıldığı gün başını qaldırıb üzünə dik baxmağa Adəm oğlu axtarmışdı; bu axtarış zamanın sonsuzluğunda “həqiqət axtarışı” anlamının ayaq qoyduğu ilk cığırın başıydı… Söz qoşan yeniyetmənin qulağına axan sonuncu sirr də bu idi həmin gün… …Və yeniyetmə atasına “Boz dağı aşsaq, Nuhun gəmisinə yetişərik” – deyəndə atasının bunu hardan bildiyini soruşmamasına da ürəyində şükür edirdi. Ata nigaran baxışlarını oğlundan döndərib bir də yatan qızına baxdı, ürəyindəki ümidin qaranlığa təslim olan ala-toranlıq kimi anbaan öləzidiyini hiss etdikcə bala dərdinin altında gücsüzləşdiyini, çiyinlərinin büküldüyünü hiss edirdi. Görəsən, o, bu yolçuluğa bala dağı görməmək üçün çıxmışdı, yoxsa ölümünə bir az daha gecikmək üçün? Bilmirdi… Həmin gün evindən-eşiyindən niyə ayrıldığını, Nuhun gəmisinə çatmaq üçün niyə bu qədər tələsdiyini bu an kim soruşsa, cavab tapammazdı. – Görəsən, doğrudan, Nuhun getdiyi yerdə heç vaxt ölüm olmayacaq?- bu dəfə axşamın özünəməxsus rəngli səslərinin ahənginə ananın qayğı dolu pıçıltısı qarışdı. – Nuhun getdiyi yerdə daha heç kim bir-birini öldürməyəcək, müharibələr olmayacaq, Yaradanın buyurduğu kimi, qonşu qonşunu özündən çox istəyəcək, qonşu qonşunun, nəinki bir qarış torpağına, bir tikə çörəyinə də göz dikməyəcək. Qonşu qonşuya, dost dosta kələk gəlməyəcək. Orda… – Nuhun özü də Adəm oğludu. Gəminin yükünü də burdan götürüb, – atanın inamsız-inamsız dillənməsi dil-boğaza qoymayıb danışan oğulun sözlərini yarıda kəsdi. Yenidən ortalığa sükut çökdü, ana başını qaldırıb göyün üzünə baxdı: – Manşır üçün bircə ulduz da çıxmayıb. Bircə ay var, o da çəpəki baxır bizə… Oğul başını aşağı salıb mızıldandı. – Nə? – ata səsini ucaltdı. – Onları da Rahabın adsız oğlu demişdi… Oğul diliylə dodaqlarını yalayıb dərindən bir nəfəs aldı. Xəfif gecə küləyi hardansa uzaqlardan nəmişlik qoxusu gətirirdi özüylə. Ata ürəyindəki ümidsizliyin, ruhunu çulğalayan can xofunun günahkarını tapmış kimi Rahaba da, onun adsız oğluna da söymək üçün ağzını geniş açmışdı ki, qəfildən körpə qızcığaz diksinib ayıldı və halsız-halsız ağlamağa başladı. Amma nə ana, nə ata, nə də ataya olan ehtiramıyla qoşduğu sözlərin həzzi arasında özünü axtaran yeniyetmə qardaş dönüb körpəyə baxdı. Üçü də gecənin bağrını dələn gur işığın gəldiyi yerə – Boz dağın başı üstündə çaxan ildırıma baxırdı. Bu ildırım bir azdan başlayacaq selləmə yağışın xəbərçisiydi… Onlar Nuhun gəmisinə gecikmişdilər…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanlı gənç xanım yazar Şəfa Vəliyevanın “Nuhun gəmisinə gecikənlər” hekayəsi “Ulduz” jurnalının mart sayında dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Bak yavrum! Deseler ki yeniden geleceksin Cehaletin izini tamamen sileceksin Ne olmak istediğin yine sen bileceksin Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! Dağ gibi ol asla bükme ha boyun Diş geçirmesin sana katiyen kirli oyun Bir dünyaya bedelsin asildir senin soyun Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! Güzel vatan senden özveri bekler Sen çaba gösterirsen boşa gitmez emekler Seni örnek alacak kundaktaki bebekler Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! Güneş gibi aydınlat dört bir yanı Geleceğe yürürken geçmişi iyi tanı En zorlu zamanlarda rehber eyle Ata’nı Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! Ay yıldızı göğsüne iyi kazı Senin için inlesin ozanların gür sazı İlmin ile ateş ol korksun kışın ayazı Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! Sakın ola saygıda kusur etme Sevgiden bir deniz ol kini nefreti gütme Eğer dostun düşerse asla bırakıp gitme Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Bak yavrum! İstikbalde vatan sana emanet Bu aşk ile çabala asla duyma nedamet Sana en güzel miras Ata’ndaki metanet Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Minnet ve rahmetle anıyoruz.
Milletimin kaderi Atatürk’le yazıldı, Dillere destan oldu Çanakkale gerçeği. İttifak ordusuna Conk’ta mezar kazıldı, Dillere destan oldu Çanakkale gerçeği.
“Allah Allah!” sesleri titretti yeri, arşı, Kucakladı mermiyi yiğit Seyit Onbaşı Nasıl da ateşledi topu düşmana karşı, Dillere destan oldu Çanakkale gerçeği.
Çoğu zaman katıksız birkaç lokma ekmeği, Yağlı buğday çorbası en kıymetli yemeği, Hangi hakkı ödenir; kanı, teri, emeği? Dillere destan oldu Çanakkale gerçeği.
Fırtınalı denizler ne firkateynler yuttu, Gafiller milletimin Türk gücünü unuttu, Bayrağı düşürmedi, hep yükseklerde tuttu, Dillere destan oldu Çanakkale gerçeği.
Yurt, ulus, bayrak aşkı yüreklerde kök saldı. Atatürk’ün heybeti düşmana korku saldı. “Bağımsızlık!” diyerek koşan asker nam aldı. Dillere destan oldu Çanakkale gerçeği.
Cesaret, kahramanlık anlatır şarkın, türkün, Özgürlük, bağımsızlık karakteridir Türk’ün, Ülkemin düşmanları çekinin, korkun, ürkün, Dillere destan oldu Çanakkale gerçeği.
Harika yurdumuzda özgür, mutluyuz artık, Kuru ekmek de yesek, hürsek gerekmez katık, Dünya dersini aldı, tozu dumana kattık, Dillere destan oldu Çanakkale gerçeği.
HARİKA UFUK ADANA 28 MAYIS 2015 SAAT: 09.40
NOT 1: Bu şiir http://xn--iirsu-idb.net/ Şiir Sitesinde 18 Mart 2016 tarihinde “Günün Şiiri” olarak seçilmiştir. NOT 2: Bu şiir Şiir http://xn--sanat-r4a.net/ Şiir Sitesinde 15 Mart 2017 tarihinde “Uğur Böceği” ile ödüllendirilmiştir. NOT 3: Bu şiir 21 Nisan 2017 tarihinde Radyo Mavi Eylül’de “Haftanın İncisi” olarak seçilmiştir. NOT 4: Bu şiir Edebiyat Evi.net Şiir Sitesinde 18 Mart 2018 tarihinde “Günün Şiiri ve Yıldızlı Yazı” olarak seçilmiştir.
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Toprağın hareketi kanımızı coştursun, En eski Türk bayramı Nevruz geldi hoş geldi. Kadın- erkek, yaşlı- genç sevinç ile koştursun, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Önce havaya, suya derken düştü toprağa, Cemrenin düşmesiyle canlandı birden doğa, Kırlarda dans ediyor koyun, keçi, at, boğa, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Gelenek- görenektir Türk’ü Türk’e bağlayan, Tasada sevinçte bir, ortak gülen, ağlayan, Bayramın coşkusuyla her yürek bir çağlayan En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Dikilsin dut, şeftali sakın kesmeyin meşe, Nevruzda eksilmesin, içinizdeki neşe! Şeker, tatlı, pasta, kek dağıtsın gelin Eşe, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Mumlar tek tek yakılsın evde varsa kaç kişi, Kovsun kötülükleri, kıskandırsın güneşi, Üstünden atlayalım yansın nevruz ateşi, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
El emeği- göz nuru yeni yaygı serilsin. Kurulan sofralarda ziyafetler verilsin, Bahçelerden, bağlardan nevruz gülü derilsin, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Hanımların başında türlü türlüdür oya, Nevruz senin bayramın gül, eğlen doya doya, Hünerlerini göster renk renk yumurta boya! En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Temiz, yeni, rengârenk bayramlıklar giyelim, Nevruzda pişen aşı sömeleği yiyelim, Komşularla gülelim, güzel sözler diyelim, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Giyilen urbaların süsü, rengi al olsun, İnsanlar mutlu mesut ağızları bal olsun, Genç kızların elinde çiçeklenmiş dal olsun, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Gençler kol kola girsin çalsın davulla zurna, Çocuklar alkışlasın destek olsun oyuna, Herkes coşsun, eğlensin, tempo tutsun boyuna, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
Harika dostlar ile tutuşalım el ele, Kız kaçırma oyunu çok keyiflidir hele At yarışı sevilir, neşe karışır yele, En eski Türk bayramı Nevruz geldi hoş geldi.
HARİKA UFUK 08.03.2005 ADANA
NOT 1: Bu şiir 20 Mart 2015 tarihinde Türkiye’nin en büyük şiir sitelerinden Edebiyat Defteri’nde “Uğur Böceği” ile ödüllendirilmiştir. NOT 2: Bu şiir “Şiir Sanatı Sitesi”nde 20 Mart 2017 tarihinde ” Günün Hece Şiiri- İncisi” olarak seçilmiştir. NOT 3: Bu şiir Edebiyat Evi.net Şiir Sitesinde 21 Mart 2017 tarihinde “Günün Şiiri ve Yıldızlı Yazı” olarak seçilmiştir. NOT 4: Bu şiir http://xn--iirsu-idb.net/ Şiir Sitesinde 22 Mart 2017 tarihinde “Günün Şiiri” olarak seçilmiştir. NOT 5: Bu şiir Radyo Piyano’da 28 Mart 2019- 4 Nisan 2019 tarihleri arasında “Haftanın Şiiri” olarak seçilmiştir.
Təntiməyin, tələsməyin, çaşmayın, Yerli-yersiz həddinizi aşmayın, Qazan gəlib qaynamamış daşmayın, Yoldaşımız səbr, dözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası, Yol Tanrının, haqqı dərkin dünyası, Əvvəl-axır dünya Türkün dünyası, Üç gün, beş gün gecim-tezim olacaq, Bugün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin, Cansızlara şah damardan qan verin, Gəmi kimi sahillərə yan verin, Müjdəçilər düzüm-düzüm olacaq, Bugün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar, Haqq sözümü qaya duyar, daş anlar, Qayıdacaq Çin səddini aşanlar, Tarixlərə təzə sözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi, Yoxuşlarda nəfəsimiz təngidi, Tarix bir az haqq sözündə ləngidi, Həqiqətlər çözüm-çözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı, İlk andımız, son andımız Turandı, Soraq verən peyğəmbərdi, Qurandı, Nə yozulsa xeyrə yozum olacaq, Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr, Nurlanacaq qaranlıqlar, kölgələr, Diriləcək Oğuzxanlar, Bilgələr, Türkə səcdə, Türkə təzim olacaq, Bugün-sabah dünya bizim olacaq.
Oxudum… gözümə inanmayaraq, Səninmi bu imza, səninmi bu xətt? Sözlər – yada yalaq, yaxına bir dağ! Hanı car çəkdiyin qüdrət, ləyaqət? Səninmi bu imza, səninmi bu xətt?
Çamura zülmətə sən ağ deyəndə, Süd kimi kağızdan utanmadınmı? Əyriyə düz deyib, düzü əyəndə Əyilməz əlləri heç anmadınmı? Qələmdən, kağızdan utanmadınmı?
Nə cür yalayırsan tüpürdüyünü, Lənət dediyini alqışlayırsan. Dünən bu həyatdan süpürdüyünü Bu gün bəzəyirsən, naxışlayırsan. Lənət dediyini alqışlayırsan.
Bəs sən demirdinmi: – Var olsun idrak Dağ boyda dərdləri əridən ürək Napaklar içində günəş kimi pak. Namərdlər içində mərd qala bilmək! Dağ boyda dərdləri əridən ürək!
Mən elə bilirdim: istedad, bilik Sənət aləminə kifayət imiş. Sən demə vicdansız, qansız “dahilik” Xalq üçün ən böyük fəlakət imiş. Səni tanımağa kifayət imiş.
Soxma gözlərimə növ-növ sitatı! Alçalan misalla, sözlə ucalmır. Kişi itirirsə, səmimiyyəti Yerində bir ovuc külü də qalmır. Alçalan misalla, sözlə ucalmır.
Bir az nadansanmış, bir azca alim, Evdə bir sifətli, çöldə minsifət, Rütbələr önündə həlim, mülayim, Rütbəsiz yanında dişli, kəmfürsət, Evdə bir sifətli, çöldə minsifət.
Odu söndürməyə neçin tələsdin? Ürəyin deyəni rədd etdi başın. Sən öz ürəyinin başını kəsdin, Basdırdın altında qara bir daşın, Ürəyin deyəni rədd etdi başın.
Bir tikə, bir üskük şöhrət üçün sən, Qabıqdan çıxsan da, havada qaldın. Özünü mənliyin dağ zirvəsindən Qırx arşın quyunun dibinə saldın, Alçaldan olmadı, özün alçaldın.
Yerdən göyə qalxan pak alov təki, Sənət də müqəddəs, söz də müqəddəs, Sözü alçaldanı, arxayın ol ki, Tanrı da, fələk də ucalda bilməz. Sənət də müqəddəs, söz də müqəddəs…
Bu gün Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdür.
22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim Mehdi Hüseynin doğum günüdür.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Mehdi Hüseynin məzarını ziyarət etdilər. Ruhu şad olsun🙏
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür.
22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim İsmayıl Şıxlının doğum günüdür. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Fəxri Xiyabanda İsmayıl Şıxlının məzarını ziyarət ediblər. Ruh şad olsun🙏
Ey hərdən mənimlə üzbəüz olan, Şəri bir yana qoy, xeyirdən danış. Dərəyə, təpəyə salma özünü, Laləli, nərgizli bir yerdən danış.
Öyüb yaxınını, söymə yadını, Sınama hər yerdə qol-qanadını, İki yüz şairin çəkmə adını, Bircə ürək açan şeirdən danış.
Hanı sellər kimi coşub çağlayan? Sözün qüdrətini ellərə yayan? Hüseyni torpağa, suya bağlayan, Arzudan, əməldən, fikirdən danış.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Yayın dağ ətrini, dəniz ətrini, Qızılgül, göy sünbül, nərgiz ətrini, Yaşarmı-torpağın təmiz ətrini, Göylərin ətrinə qatmayan şeir?!
Yaxında alışıb, uzaqda yansın, Tüstüdə boğulub, ocaqda yansın, Kitabda alışıb, varaqda yansın, Bu evdən o evə çatmayan şeir.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
Ey mənim arxamca yumruq oynadan, Bərkə çox düşmüşəm, qorxaq deyiləm. Ayağım yer tutur, əlim əldədir, İnsandan, torpaqdan uzaq deyiləm.
Əzəldən həm eşqim, həm nifrətim var, Canımda tükənməz hərarətim var, Bir qəlbdə min sözüm, min söhbətim var, Həyatda beşgünlük qonaq deyiləm.
Ölçmə hər yetəni öz sağ, solunla, Tərpətmə qayanı gücsüz qolunla, Hüseynə dərs demə, yeri yolunla, Mən dünya görmüşəm, uşaq deyiləm.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – bir Vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək, Mən sənə arxayam, sən mənə kömək.
Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – iki canda bir ürəyik biz. Gücsüzük, bir heçik sən də, mən də tək, Vətənə güvənib olduq Vətəndaş. Mənim ürəyimi qanatsın gərək, Sənin dırnağına dəyən çırtma daş.
Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – bir iqlimdə böyümüşük biz. Səni də, məni də böyüdən Vətən, Sənə də anadır, mənə də ana. Sən də cavabdehsən, mən də hər zaman Vahid anamızın xoşbaxtlığına.
Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – bir qaynaqdan su içmişik biz. O su qəlbimizdə coşdu, qaynadı, Eyni bir ad ilə tanıtdı bizi. Vətənin ünvanı, Vətənin adı Bizə xatırlatdı vəzifəmizi!
Vətəndaş! Nə gözəl səslənir bu söz, Vətən əbədidir, gedəriyik biz. İnsan qüvvətlidir öz vətənində. Bilirik, dünyaya biz niyə gəldik. O, bizi yaradan, biz ona bəndə, Yaradan uğrunda ölməyə gəldik.
Hər obanın bir yaylağı, Hər tərlanın öz oylağı; Dolaylarda bahar çağı: Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır, Güneyləri tamaşadır. Gödək ömrü çox yaşadır, Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada, Bir gün ömrüm gedər bada; Vurğunu da salar yada Düz ilqarlı bizim dağlar
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!
Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım, Gecə – gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə – süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!
CEYRAN
erdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə, Bəxtini tapşırdın bizim ellərə, O qara gözlərin düşdü dillərə. Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan: Uçarda turacdır, qaçarda ceyran Bir mən deyiləm ki, hüsnünə heyran, Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən Keçirəm yenə də Muğan çölündən. Yanında balası, yağış gölündən Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur, Kolları-kosları yıxıb uçurur, Sıxlaşıb bir yerə baş-başa durur Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə, Gəzinir, oylağa baş çəkə-çəkə. Gələn qaraltıdır, yoxsa təhlükə? Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! Qoyma ağrı keçə ürəyimizdən, – Qıyma öz qanına boyana ceyran! Nə gözəl yaraşır Muğana ceyran!
AZƏRBAYCAN
Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı…
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni.
Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə, Nəhs aylara, nəhs illərə. Nəsillərdən nəslərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə; Qara xallı ağ üzlərə Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza…
Bir tərəfin bəhri-Xəzər, Yaşılbaş? sonalar gəzər; Xəyalım dolanar gəzər Gah Muğanı, gah Eldarı, Mənzil uzaq, ömür yarı!
Sıra dağlar, gen dərələr, Ürək açan mənzərələr… Ceyran qaçar, cüyür mələr, Nə çoxdur oylağın sənin! Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. Afrikadan, Hindistandan Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı, Əyir, salır budaqları; Dağlaraının dümağ qarı Yaranmışdır qarlı qışdan, Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng, Yurdumuzun qızları tək. Dəmlə çayı, tök ver görək, Anamın dilbər gəlini! Yadlara açma əlini.
Sarı sünbül bizim çörək, Pambığımız çiçək-çiçək, Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata, Yalmanına yata-yata, At qan tərə bata-bata, Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan, Doyunca iç bu bahardan! Bizim xalı-xalçalardan Sar çinarlar kölgəsinə, Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan; Axşam üstü qoy uzaqdan Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.
Gözəl Vətən! Mənan dərin, Beşiyisən gözəllərin Aşıq deyər sərin-sərin, Son günəşin qucağısan Şeir, sənət ocağısan.
Ölməz könül, ölməz əsər Nizamilər, Füzulilər! Əlin qələm, sinən dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır.
Bir dön bizım Bakıya bax, Sahilləri çıraq-çıraq, Buruqları hayqıraraq Nərə salır boz çollərə, İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək Sahillərə sinə gərək, Bizim Bakı – bizim ürək! İşıqdadır qüvvət sözü, Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sən Al bayraqlı bir səhərdən İlham aldın…yarandım mən. Gülür torpaq, gülür insan Qoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrilarmı könül candan? Azərbaycan, Azərbaycan!
Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının rəhbəri şair Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Baghirov Vəkillər Kollegiyasının Rəyasət Heyəti və bütün vəkil korpusu adından Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, “Vəkil marşı”nın müəllifi şair Barat Vüsalı 70 illik yubileyi münasibətilə təbrik etmiş və Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir. Təbrik məktubu və döş nişanı Anar müəllimin tapşırığına əsasən bu gün tərəfimdən Barat Vüsala təqdim edildi. Barat Vüsalın yaradıcılığına verdiyi yüksək dəyərə görə Vəkillər Kollegiyasının sədri Anar müəllimə və Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “İctimai-siyasi cərəyanlar və onların mahiyyəti” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 24. sayısında “İctimai-siyasi cərəyanlar və onların mahiyyəti” adlı məqaləsi dərc olunub.
“Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
Qeyd edək ki, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Yoxtu ehtiyacın Senin” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Qayıt, uşaqlığım, qayıt bir anlıq… İtən günlərimi tapmaq istərəm. Minib axşamüstü qarğı atımı, Yollardan-yollara çapmaq istərəm…
Qayıt, uşaqlığım, qayıt bir anlıq… Yeriyib, yıxılıb, qaçmaq istərəm. Səhərlər çiynimdə məktəb çantası, Sinif otağını açmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq… Mən səni bağrıma basmaq istərəm. Nənəmin saxlancı ala çatıyla, Ağacdan yelləncək asmaq istərəm.
Qayıt, uşaqlığım, qayıt bir anlıq… Sən niyə tez keçdin? Bilmək istərəm… Həyat şirin imiş, mən bu dünyaya, Yenidən doğulub gəlmək istərəm…
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Əslən Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, göstərdiyi şücaətə görə “ Vətən uğrunda” medalı ilə təltif edilmiş Bayramov Səid Eldəniz oğlunun əziz xatirəsinə ithaf edirəm.
Adının mənası – xoşbəxt, uğurlu, Çöhrən, üzün- gözün, necə də nurlu, Yaşadın ömrünü, qısa, qürurlu, Şəhidlik şərbətin içmisən, Səid, Əbədi cəənətə köçmüsən, Səid.
Elimin sevimli balası oldun, Yağının qənimi, bəlası oldun, Yurdumun sipəri, qalası oldun, Bu yolu qorxmadan seçmisən, Səid. Əbədi cənnətə köçmüsən, Səid.
Kafirlər bu yurdda qalammaz, dedin, Tülküdən şir, aslan olammaz, dedin, Mərd oğul rahat yatammaz, dedin, Düşməni məhv edib, biçmisən, Səid, Əbədi cənnətə köçmüsən, Səid.
Çöl-Ərəbin fəxri, vüqarı oldun, Söhbəti, ülfəti, ilqarı oldun, Tükənməz dövləti, həm varı oldun, Sanki qızılgülsən, açmısan, Səid, Əbədi cənnətə köçmüsən, Səid.
Bizim ordumuzdur qələbə çalan, Düşmənin ordusun eylədik, talan, Azaddır Füzuli, Şuşa, Zəngilan, İşıqsan, nur, şəfəq saçmısan, Səid, Əbədi cənnətə köçmüsən, Səid. 30.01.21.
Azadlığı başa tac Seçənlərin püşküdü, Vətənə namus andı İçənlərin püşküdü, Bu andla şirin candan Keçənlərin püşküdü, – Əbədiyyət yoluna Çıxanların səfəri, Çanaqqala zəfəri!
Gözümüzün qan adlı, Seli, suyu qurudu, Bu qan aydan arıdı, Bu qan sudan dururdu, Türkün qurtuluş himni, Varolma düsturudu, Odur bizə bəxş edən Al şəfəqli səhəri, Çanaqqala zəfəri!
Qos-qoca bir ağacı Qurutmaq mümkün deyil. Buna təşəbbüsləri Unutmaq mümkün deyil, Yüz səksən milyon bu gün Qürurla: “Türküm” – deyir. Bitib-tükənərmi heç Qırx budağın bəhəri? – Çanaqqala zəfəri!
Qorxu bizdən uzaqdı, Kənardı hürkü, Tanrım. Neylər sonsuz səmaya, Bir ovuc bürkü, Tanrım, Türk – Tanrının əsgəri, Qorusun Türkü Tanrım. Göyün yerə müjdəsi, Yerin göyə xəbəri, – Çanaqqala zəfəri!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Ta görünmürsən, hardasan?- deyən “dostlara”
İlahi, nə yaxşı tanıtdın mənə, Dövrəmdə su kimi axan dostları. Elə hey şənimə badə qaldırıb, Özünü gözümə soxan dostları.
Çoxunun yolunda olsam da bir şam, Şükür ki, qaz kimi yolunmamışam. Demə müşk sanmışam, ənbər sanmışam, Sarımsaq dostları, soğan dostları.
Özümü dəhləyib daşa çəkmişəm, Miniblər belimə qoşa – çəkmişəm. Özüm də bilmədən başa çəkmişəm, Yalandan gurlayıb çaxan dostları.
Hər dosta qəlbimdə bir yuva qurdum, Dərdlərin dərdimə qatıb qovurdum… Yüküm əyiləndə gen duran dördüm, Cibimdə böyüyüb çıxan dostları.
Qafqaz Əvəzoğlu, mən yazıq, fağır, Qonaqlıq verməkdən olmuşdum yağır. Çox şükür, yaxşı ki, tanıdım axır, “Sağılan” dostları, “sağan” dostları…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri