Post Views: 192 Yuxuda ağladım səndən ötəri Mənə dedilər ki, sizdə yas düşüb,yuxuda ağladım səndən ötəri.Dedilər, torpağa bir almaz düşüb,gördüm göz yaşına çoxdu bənzəri,yuxuda ağladım səndən ötəri. Sənlə gözəl dünya, sənsiz qorxulu!sənsənmiş dünyanın tarazlıq yeri.Mən yuxusuz qaldım, dünya yuxulu,yuxudan qaçdım mən səndən ötəri,sənsənmiş dünyanın tarazlıq yeri. Ayrılıb dünyaya baxıram, belə,Yuxuda kim yaydı bu bəd xəbəri?!Sənlə …
Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş adlı nəşr çapa hazırlanıb
Post Views: 86 Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş ,,THE GREAT VICTORY. 44 DAYS.23 HOURS.43 MINUTES” adlı nəşr çapa hazırlanıb.Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin, tvitlərinin, xarici media nümayəndələrinə müsahibələrinin, xarici ölkələrin dövlət başçıları ilə görüşlərinin və …
“44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
Post Views: 109 2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təcavüzünə cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb.Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsindən sonra işğalçı ölkə faktiki olaraq məğlubiyyətlə barışmağa məcbur olub. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli …
Rafiq YUSİFOĞLU.”ÜÇRƏNGLİ BAYRAQ
Post Views: 105 Bu üçrəngli bayrağımGözümün işığıdır.Azadlıq yağışındanDoğan göy qurşağıdır. Üstündəki ay, ulduzGəlir mənim xoşuma.Ay üzüyə bənzəyir,Ulduz onun qaşına. Üçrəngli bayraq bizəTəsəllidir, dayaqdır.Yolumuzun üstünəİşıq saçan mayakdır.
Xalq şairi Zəlimxan YAQUB.”Arasındasan”
Post Views: 90 Ey insan, hayana qaçırsansa qaç,Savabla günahın arasındasan.Sağında gündüz var, solunda gecə,Axşamla sabahın arasındasan. Gündə bir qorxu var, gündə bir hədə,Hər gün dərinləşir ürəkdə zədə.Həyatla döyüşdə, mübarizədə,Səngərlə silahın arasındasan. Nəfsidir insanı döndərir ova,Kimin hünəri var, qapıdan qova?Oğulsan, əl atma yağlı plova,Aş ilə tamahın arasındasan. Vaxt səni döndərər ota, alafa,Ha yalvar, yırtıcı gəlməz insafa,Mədəsi …
Xalq şairi Hüseyn ARİF.”ŞEİR DEYİLMİ?”
Post Views: 122 Məndən təzə şeir xəbər alan dost,Bəs yazın gəlməsi şeir deyilmi?!Gəzməyə çıxanda – çölün, çəməninÜzünə gülməsi şeir deyilmi?! Yenə gözüm qalıb bağçada, bağda,Min-min gül açıldı aranda, dağda.Eyvana əyilən çarpaz budaqdaBülbülün nəğməsi şeir deyilmi?! Seyr elə hüsnünü göydə durnanın,Qayada kəkliyin, göldə sonanın,Aynabənd otaqda gəlin anamınŞirin laylay səsi şeir deyilmi?! Dərədə moruq dər, döşdə çiyələk.Gah …
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Post Views: 92 Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub. Mənbə: https://azertag.az/
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Post Views: 80 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. Mənbə: https://azertag.az/
Bu gün Azərbaycanın hər yerində Zəfərin səsi, Vətənin nəfəsi duyulur
Post Views: 77 Mənbə: https://azertag.az/
Şahanə Müşfiqin şəhid haqqında yeni kitabı təqdim olunub
Post Views: 137 Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib. Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılıq etdiyi tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından …
“Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçiriləcək
Post Views: 86 4 noyabr tarixində Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçiriləcək.Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Biləsuvar Rəsm Qalereyasının ev sahibliyi ilə …
Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
Post Views: 60 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib.Bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yaradılıb.Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.Kitabxananın …
Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Post Views: 94 Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Abdullah Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin …
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
Post Views: 154 3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. …
“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur
Post Views: 79 Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsini elan edir.Məqsəd:Nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin …
Asim Əliyevin 75 illik yubileyi qeyd edilib
Post Views: 95 Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətinə misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib. Yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, YAP Qəbələ rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, incəsənət xadimləri və musiqiçilər, A.Əliyevin yaxınları və rayon …
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 137 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, …
Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu
Post Views: 139 15–19 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri — Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub. Pavilyonda ölkəmizin tanınmış yazıçı …
İstiqlalçılıq və türkçülük timsalı – Xəlil Rza Ulutürk
Post Views: 106 Azərbaycanın azadlığı və istiqlalı yolunda çarpışan, bütün həyatını, yaradıcılığını bu müqəddəs amala həsr edən Xəlil Rza Ulutürk milli poeziyamızın qranit sütunlarından biridir. O, bütün ömrü boyu ictimai-siyasi fəaliyyəti ilə xalqımızın gələcəyinə xidmət etmişdir. Dünyasını vaxtsız dəyişsə də, Xəlil Rza Ulutürk həmişə ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan, daha obrazlı desək, bu günün …
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
Post Views: 81 Bu gün Zəngilan Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Zəngilana Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və …
İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir
Post Views: 86 Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini tanıdan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən şairin yubileyi münasibətilə hazırlanan ikigünlük layihə çərçivəsində təşkil olunub. Layihənin ilk günü “Axı dünya fırlanır” mövzusunda keçirilən …
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Post Views: 77 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunub. Materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan …
Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı sərgi açılıb
Post Views: 124 Bu gün Füzuli Şəhəri Günüdür. Bu tarixi gün münasibətilə Milli Kitabxanada “17 Oktyabr – Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Füzuli şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Füzuliyə Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən …
Xalq şairi Zəlimxan YAQUB.”GƏLİRƏM”
Post Views: 97 Duyğuların zirvəsinə baş vurub,Uca sözün ucasından gəlirəm.Gör nələr var üçcə hərfin canında,“Söz”ün bircə hecasından gəlirəm. Ömür üzən, gün qocaldan, yaş yoran,Dincəlməyə aman verə, kaş, yoran.Sualların saç ağardan, baş yoran,“Neyçün”ündən, “necə”sindən gəlirəm. Danışdırdım hər pərdəni, hər simi,Dərk eylədim avandımı, tərsimi.Məktəb açdı, Tanrı verdi dərsimi,Ustadından, xocasından gəlirəm. Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,Hünərin var …
Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
Post Views: 82 Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edibRamiz Əyyub oğlu Quliyev 30 aprel 1947-ci ildə Ağdam şəhərində anadan olub.1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına …
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
Post Views: 87 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir. Oktyabrın 13-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub. Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda …
Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb
Post Views: 142 Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan vəsaitdə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti …
Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub VİDEO
Post Views: 75 Kopenhagenin “Albertslund” Mədəniyyət Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub. Konsertdə 200-dən çox …
Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
Post Views: 78 Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri …
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Post Views: 145 Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli …
“Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb
Post Views: 81 Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və …
Xalq yazıçısı Anar.“Səssizlik”
Post Views: 1. 266 Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı …
Həyat ŞƏMİ.”GÖRƏSƏN, SƏN İNSAN OLA BİLDİNMİ?”
Post Views: 99 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Şair ürəyinə toxundu bir səs,Görəsən, sən insan ola bildinmi?Həm qondu qəlbinə, həm endi bir səs –Görəsən, sən insan ola bildinmi? Ömür bir labirint, bizsə axar su,Başından sonuna doğru axarsan,Sağına-soluna axar, baxarsan,Görəsən, sən insan ola bildinmi? Hər düşən yarpaqla qopan ürəyin,Daş deyil, …
Kişi salonu – Seyran Səxavətin hekayəsi
Post Views: 87 Səlim milyonluq şəhər məktəblərinin birində dil-ədəbiyyat müəllimi idi. Dünyanın indiki vaxtında şagirdlər onu çox istəyirdi və bir sözünü iki etməzdilər. Bu gün-sabah yaşı əllini haqlayacaq. Cavan vaxtlarında az-az uydurduğu – yeri gələndə də, gəlməyəndə də, şeir yazırdı. Ancaq heç kəsin bundan xəbəri yox idi, yazdığı şeirləri özü oxuyub kef eləyirdi – o …
Türkiyədə “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək
Post Views: 146 Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək. Tədbir ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”, habelə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında reallaşacaq. AZƏRTAC xəbər verir ki, sərginin Təşkilat Komitəsi nümayiş …
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Sev” romanının təqdimatı keçirilib
Post Views: 82 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Əməkdar jurnalist və yazıçı Yunis Orucov açıb. O qeyd edib ki, roman …
“Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində növbəti videoçarx təqdim olunub
Post Views: 79 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Milli qəhrəmanlarımız” layihəsi çərçivəsində 2025-ci ildə yubileyləri olan Milli qəhrəmanlar haqqında silsilə videoçarxlar hazırlanır. MKS-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin sonuncu 7-ci videoçarxı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhidlər və qəhrəmanlıq haqqında sitatları ilə başlayır. Videoçarxda Milli qəhrəmanlar Niyazi Aslanovun, …
Azərbaycan Milli Kitabxanası beynəlxalq əməkdaşlıq memorandumu imzalayıb
Post Views: 75 XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında ikitərəfli, həmçinin Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın beynəlxalq əməkdaşlığı barədə məlumat …
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi TÜRKPA-nın təşkilatçılığı ilə qeyd olunub
Post Views: 86 Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən Yunus Əmrə İnstitutu Bakı Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Bakı və Şəki şəhərlərində dostlarının görüşü təşkil olunub. TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın …
Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək
Post Views: 91 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 22 ölkədən 61 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Dövlət …
Divarları danışan evlər: Şəki memarlığının sirli gözəlliyi
Post Views: 98 Bir ev yalnız daşdan qurulmur… Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki təkcə tarixi ilə deyil, ev memarlığındakı zəriflik və ağıllılıqla da seçilir. Şəki evləri, sadəcə, yaşayış məkanı deyil-onlar bir dövrün dünyagörüşünü, zövqünü və təbiətlə harmoniyasını əks etdirən taxta, daş və rənglə yazılmış hekayələrdir. İqlimə uyğun ağıllı tikinti Şəki dağətəyi zonada yerləşdiyi üçün …
HƏR BİRİNİZİ TƏQDİMATA DƏVƏT EDİRİK!
Post Views: 96 HƏR BİRİNİZİ TƏQDİMATA DƏVƏT EDİRİK! Əziz oxucular, sizi Eyvaz Zeynalovun müəllifi olduğu “Səlimin sehirli plastilinləri” kitabının təqdimat və imza gününə dəvət edirik! Qeyd edək ki, təqdimatdan dərhal sonra uşaqlar üçün mükafatlı plastilin master-klası keçiriləcək. Tarix: 4 oktyabr Saat: 13:00 Məkan: Bakı Ekspo Mərkəzi, “Nizami Gəncəvi” təqdimat zonası
Bəxtiyarşünaslığa qiymətli töhfə
Post Views: 98 Bu il görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyidir. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Mahmud Kaşqari adına Beynəlxalq …
Şair Dəyanət Osmanlının “Seçilmiş şeirlər” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 131 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair Dəyanət Osmanlının 60 illik yubileyi ilə əlaqədar olaraq, “Seçilmiş şeirlər” adlı yeni kitabı işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Şair Dəyanət Osmanlının “Günbatana salam” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 134 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair Dəyanət Osmanlının 60 illik yubileyi ilə əlaqədar olaraq, “Günbatana salam” adlı yeni kitabı işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Gənc yazar Elçin Məhərrəmin “Ölü xatirələr dükanı”adlı yeni kitabı işıq üzü görüb
Post Views: 141 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü gənc yazar Elçin Məhərrəmin “Ölü xatirələr dükanı”adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularıyla sayca birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr …
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq
Post Views: 86 Azərbaycan UNESCO-nun 2025-ci il 29 sentyabr – 1 oktyabr tarixlərində Barselonada keçiriləcək Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında (MONDIACULT 2025) təmsil olunacaq. Tədbirdə ölkəmizi mədəniyyət naziri Adil Kərimli başda olmaqla Azərbaycan nümayəndə heyəti təmsil edəcək. MONDIACULT 2025 çərçivəsində sentyabrın 28-də Barselonada “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” …
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açıb
Post Views: 72 Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib. AZƏRTAC xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı …
Milli Kitabxanada Anım Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub
Post Views: 78 Milli Kitabxananın əməkdaşları tərəfindən “27 Sentyabr – Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə …
Xanım ANELA.”Unutduğum arzum”
Post Views: 154 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru – Böyüyəndə nə olassan?– Televizordakı qız! Hələ çox balaca ikən belə cavab vermişdim. Sonralar başa saldılar ki, “televizordakı qız” yox, “diktor”. Diktor olmaqçün jurnalistikanı bitirməli, bununçünsə çox çalışmalıydım. Mikrofonum o dövrün ən məşhur dezodorantlarından biri, “Kobra”nın qabı, müsahibim atam, məkan atamın qarnı. Hər axşam dırmaşıb …
Şəfa VƏLİYEVA.”Pəncərə-pəncərə ağladı evim…”
Post Views: 90 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Pəncərə-pəncərə ağladı evim,Qollarım çatmadı qucaqlamağa…Sənə yüyürməyə elə tələsdim,Başladım ömrümü yumaqlamağa… Bir ovuc boyuma sevda dünyaydı,Süzdü ətəyindən süd əllərimi…Məni görən, məni bilən Tanrıydı,Şeytan hardan bilir əməllərimi? … …
Gənc yazar Nicat Hunalpın “Ayaqqabı Tənhalığı” adlı şeirlər kitabı işıq üzü görüb
Post Views: 127 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü gənc yazar Nicat Hunalpın “Ayaqqabı Tənhalığı” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularıyla sayca ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, bundan öncə gənc yazar Nicat Hunalpın …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”BU GECƏ”
Post Views: 103 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bu gecə intiharaYol gedir ümidlərim.Ogey baxışlarımdaGüzgülənir dərdlərim… Azalir dodagimdaGülüşümün sayları.Bir – bir ölüb gedirlərÜrəyimin tayları. Gõzlərimin işıģıÜrəyimdən güc alır.Əllərimdə üşüyənArzularim qocalır. Bu gecə dərd eviməGedən …
“Beş kəndin bir kitabı” adlı yeni kitab nəşr olunub
Post Views: 125 Kəlbəcər rayonunun beş yaşayış məntəqəsi haqqında tarixi məlumatlarla zəngin yeni bir toplu nəşr edilmişdir. Kitabın həmmüəllifləri arxada qalan son 30 ildə Qarabağın, o cümlədən Kəlbəcərin erməni vandalizmindən çəkdiyi zülmlərlə bağlı tarixi, xronoloji kitablara imza atan iki qardaş – Məhəmməd Nərimanoğlu və İbrahim Səfərlərdir.Kitab Kəlbəcərin tarixinin bir parçasını özündə əks etdirməklə yanaşı, həm …
Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab – “Qərbi Azərbaycan hekayələri”
Post Views: 117 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində “Qərbi Azərbaycan hekayələri” adlı kitab çap olunub.
Azərbaycanlı bəstəkar Londonda keçirilən müsabiqədə birinci yerə layiq görülüb
Post Views: 110 Bəstəkar Lalə Cəfərova Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinə göndərdiyi simfonik orkestr üçün “Sumela” poemasına görə I yerə layiq görülərək diplom və sertifikatla təltif olunub. Bu barədə AZƏRTAC-a bəstəkarın özü məlumat verib. Lalə Cəfərova Şərq aləmində Azərbaycanın ikipərdəli balet yazan ilk qadın bəstəkarıdır. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) əvvəlcə fortepiano …
Tahir Salahovun “Təmirçilər” əsəri – neftin və təsviri sənətin qovuşduğu an VİDEO
Post Views: 161 Hər sənət əsərinin ilham qaynağı müxtəlifdir, bəzən gözlənilməz bir anda möhtəşəm ideyalar yarana bilir. “Təmirçilər” tablosu da təsadüfi hadisə nəticəsində ərsəyə gələn möhtəşəm əsərlərdəndir. Rəssam Tahir Salahov xatirələrində qeyd edib ki, neftçilərin qrup portretlərini yaratmaq üçün Neft Daşlarına yollansa da, dənizdə baş vermiş qəza onu bu fikrindən daşındırır. Rəssam kəşf etdiyi yeni …
“Tbilisoba 2025”: Tbilisidə Azərbaycan mədəniyyətinə böyük maraq
Post Views: 88 Bu gün Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı keçirilir. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək bayram ilə əlaqədar şəhərin mərkəzi küçə və parklarında – Rike parkı, Orbeliani meydanı, Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında müxtəlif pavilyon və guşələr yaradılıb. “Tbilisoba” çərçivəsində Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında Tbilisi şəhər Şurasının dəstəyi ilə …
Xalq yazıçısı ANAR.”Başqa həyat”
Post Views: 107 Sovet nəsrinin görkəmli nümayəndələrindən biri sayılan Yuri Valentinoviç Trifonovun (1925-1981) anadan olmasının 100 illiyi həm doğma vətəni Rusiyada, həm də postsovet məkanında bu günlərdə geniş qeyd olunur. 1960-1970-ci illərdə sovet ədəbiyyatında gedən proseslərin ən önəmli simalarından və xüsusilə də, “şəhər nəsri”nin ustalarından biri sayılan Yuri Trifonov eyni zamanda şair, redaktor və idman …
Sentyabrın 18-i Milli Musiqi Günüdür
Post Views: 82 Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. AZƏRTAC xəbər …