Bəlkə mənə ərki var,
Dərdin boşu, bərki var.
Fələk verən dərd ki var:
Boğaza yığır məni.
Dad, bu dərddən, dad, ağa*,
Qoy bu dərdə qadağa.
Salıb dilə, dodağa.
Ağıza yığır məni.
(daha&helliip;)
Bəlkə mənə ərki var,
Dərdin boşu, bərki var.
Fələk verən dərd ki var:
Boğaza yığır məni.
Dad, bu dərddən, dad, ağa*,
Qoy bu dərdə qadağa.
Salıb dilə, dodağa.
Ağıza yığır məni.
(daha&helliip;)
Sənsiz elə darıxmışam,
Ey sevgilim, gəl hardasan?.
Məni üzən dərdlərimi,
Gəl mənimlə böl, hardasan?.
Sənsiz ömrüm talanıbdı,
Yanar oda qalanıbdı.
Dərdə, qəmə calanıbdı,
Məni qəmnən al, hardasan?. (daha&helliip;)
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Uçurumdu uçurum…
Uçurumdu uçurum…
Hikkə geyinən gözlər…
uçuram, hey… Uçuram…
Buludlanıbdı sözlər…
İndicə, bax, indicə…
bir leysan başlayacaq…
İncə-incə, çox incə… (daha&helliip;)
Bu dünya şairin nəyinə gərək?!
Günahı duayla yuyub gəlibdi,
Ömrü şeir üçün qoyub gəlibdi,
Onsuz da dünyadan doyub gəlibdi,
Bu dünya şairin nəyinə gərək?!
Divara daş kimi vurulub qalan,
Bir göz qrpımında durulub qalan,
Yalan üzərində qurulub qalan,
Bu dünya şairin nəyinə gərək?!
Süleyman mülküdü qalan ha deyil,
Şairi yadına salan ha deyil.
Şairin könlünü alan ha deyil,
Bu dünya şairin nəyinə gərək?!
Əhd-peyman bağlamaz sonuna qədər,
Dağılmaz gözündən qəm ilə kədər.
İstər gündüz olsun, istərsə səhər,
Bu dünya şairin nəyinə gərək?!
Sevinib, şadlanıb, gülən deyil ki,
Ömrü başa vurub ölən deyil ki,
Sevinci, kədəri bölən deyil ki,
Bu dünya şairin nəyinə gərək?!
Qədər məhkumuyam
Sən olan şəhəri tərk edirəm mən,
Keçdiyim yollardan keçərsən mənsiz.
Səndən uzaqlara tək gedirəm mən,
O, görüş yerinə gələrsən mənsiz.
Soruşma kimsədən, soruşma məni,
Heç vaxt axtarmağa çalışma məni,
Sevgimiz xətrinə bağışla məni ,
Birtəhər yaşayıb, dözərsən mənsiz.
(daha&helliip;)
Dədə-babalarımız zaman-zaman cəsurluğu, igidliyi, düzlüyü və mərdliyi ilə ad çıxarmışlar. Bir çox müsbət məziyyətləri ilə azərbaycanlı kişilər həmişə başqa millətlərin kişilərindən fərqlənmişlər. Onların dəyərli kəlamları, fikirləri bu gün hamımız tərəfindən “atalar sözləri” adı alaraq dillər əzbərinə çevrilib. Həmin dövrlərdə atalarımız indiki kimi savadlı olmasalar da, onların dünyagörüşləri, intellekt səviyyələri, söylədikləri fikirlər – “atalar sözləri” günümüzdə də öz əhəmiyyətini saxlamaqdadır. Onların bəziləri müasirliklə səsləşir, bəziləri isə üst-üstə düşmür. Atalar sözlərini dərindən təhlil edəndə ortaya elə maraqlı faktlar çıxır ki, insanı düşünməyə vadar edir. Düşünəndə də ürəyini qorxu bürüyür. “Yuxarıya baxırsan bığ, aşağıya baxırsan saqqal”. Atalarımız pul haqqında elə fikir yürüdüblər ki, təzadlı məqamlar ortaya çıxıb. “Pul əl çirkidir”, “Pul hər şeydir”, “Pul kəsəni qılınc kəsməz” və s. və i. söyləyib atalarımız. Bir anlıq düşünün. Pulun hər şey olmasına inamın yüksək olduğu cəmiyyətimizdə pulun əl çirki olması qənaətinə gəlmək üçün gərək səfeh və dəli olasan. Yəqin ki, atalarımız “pul əl çirkidir” deməklə gəncləri sınamaq istəyiblər. Qərara gəliblər ki, nəyin düz, nəyin yalnış olduğuna özümüz qərar verək. Buna başqa mövqedən də yanaşmaq olar. “Pul əl çirkidir” – deyimi kasıb atalarımıza, “pul hər şeydir” isə varlı atalarımıza məxsus olub. (daha&helliip;)
Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar.
Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. Qurdlar ölümünə yaxın yerə sakitcə uzanıb “ məni parçalayın ” işarəsini verə bilərlər. Lakin canavarlar qurdlar kimi ölümündən sonra baş verəcək hadisələrin qoxusunu duya bilməzlər. Biz qurdlarda neçə illərin günahları gizlənir, tələmizə düşən neçə ovun bərəlmiş gözlərinin xatirələri var… (daha&helliip;)
Xəlbirindən keçirəcək bir anda,
Sığışmışıq dünya boyda ələyə.
Gələn gündən qol çəkmişik bir anda,
Gözləyirik bir gün bizi ələyə.
Kim ödəmir, tale qoyan tavanı?
Yaş ötdükcə damır ömrün tavanı.
Bu yandığım yağsız,quru tavanı,
Yandıran od deşib edib,ələy ə!
Coşqun,baxmaz nə şirin,nə acıya,
Sondur əgər ömrün xəmri acıya.
Haqq divanı çətin sənə acıya,
Vay o gündən gördüyünü əl əyə.
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.
Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.
Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.
Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əllində qazın.
Qələmdə ağlayır , vərəq də . söz də
arxanca boylanan o qəmli göz də
sənə hər gün baxan öyrəşən üz də
tutb buraxmayan o əllər kimi
sən bizi tərk etdin qəlbim və məni…
Sancılan ox kimi sızlayır ürək
içimdə qalmadı bir arzu, isdək
kim yalqız insana olacaq dəsdək
min insan gəlsədə susdurmaz məni
sən bizi tərk etdin, qəlbim və məni…
Bir yad insan kimi danışma barı
qışdakı o buzlu bəm-bəyaz qarı
itirdim bir gözəl mən vəfadarı
hanı mən demişdim tək qoydun məni
sən bizi tərk etdin qəlbim və məni…
Bu ağır yük ilə çıxmasam başa
demə ki, eşqimiz dəymişdir daşa
daha get kim ilə istərsən yaşa
sınıq ürəyimi ovudan qəmi…
sən bizi tərk etdin , qəlbim və məni…
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
dözüb durmaq olmur… yıxılır ölür
hər gün bircə-bircə can ümidlərim…
çəkdiyim ağrılar sən qoxuludu,
həkimlər uydurur xəstəlikləri…
daha yaşamağım bir ovuc qalıb…
ürəyim canıma sinmir… sığışmır…
gözüm bulud olub yoldan asılıb,
təpinə bilmirəm… sözümə baxmır…
bilirəm… bilirsən, sevmək asandı…
bir-iki şeirdi dəli əlində…
sən elə bilirsən ölmək asandı,
ömür adlı sənsizliyin əlində?
Azərbaycan Yazıçılar Birliyinin üzvü
De, niyə bizləri sınağa çəkib,
Sən özün özünə şadsan a dünya?
Kiminə kilo ilə qızıla dönüb.
Mənə qəlb yandıran odsan a dünya.
Az olubmu mənə, verdiyin əzab,
Allah deyən bəndə, buna etməz tab.
Kimi dərd qəm içir, kimisi şərab,
Kiminin ağzında dadsan a dünya.
Nə yazığ, bizləri fələyə satdın,
Özün hər arzuya, diləyə çatdın.
Dərbəndli Zeynəbi, qərib yaratdın,
Sən dünya adında, adsan a dünya.
Üzümdəki təbəssüm
içimdəki hıçqırıq,
Sızıb üzə çıxınca
olubdu qırıq-qırıq.
Sinəm bir köhnə divar,
güllələrlə yazılıb.
Bir eşqin kölgəsində
qəbrim çoxdan qazılıb.
Dünən qəfil güllədən
ölənin yasındayam.
Gündüzlər “Fatihə”-də,
gecələr “Yasin”-dəyəm.
Təbrizdə güllələnib,
Hələbdə soyuluram.
Bir çinaram,min ildi
içimdən oyuluram.
Tökülür yarpaqlarım,
könlümdə xəzan yeli.
Məni tərsinə atıb
qoca taleyin əli…
Dövranın sapı çürük,
demə:” soldu gül nədən?”
Mən də qəfil ölərəm
bir çovutma güllədən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Səni gizli görümmü?
Tellərini hörümmü?
Bal kimi dodaqları,
Yana-yana öpümmü?!
Busələri pay eylə,
Vücudunla könlümü,
Məcnunlara tay eylə…
Ürək yaşasın deyə,
Heyranam gözəlliyə…
Xəta olmasın deyə,
Kimsə xətrinə dəyə,
Səni gizli görümmü?!
Meyxoş olum, ölümmü?!
Qapını üzümə çırpıb gedərkən
heç düşünmədinmi kim var otaqda
bir zaman qürurla məni sevərkən
bilməzdim qoyarsan sən məni yolda….
Qəlbimə toxundu o sərt baxışlar
elə bil dünyadan küsən kimiyəm
ilahi böyükdür hər vaxt bağışlar
mən sanki bir dəmir qəfəs kimiyəm…..
Sarıb hər yanımı kədər üzüntü
var olan bir seyi necə yox edək
o mənim dünyamın sonsuz sevinci
deyirsən ayırdıq yox olaq gedək?…..
İsdərsən bir düşün isdərsən üzül
daha o qoydugun yerdə deyiləm
Fidan bəsdir daha sıraya düzül
mən onsuz dünyandan çıxıb gedirəm.
Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək,
İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik.
Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır.
1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi olaraq dərc edilən şairin ilk kitabı “Ocaq daşı” 5000 tirajla (Gənclik nəş.)işıq üzü görmüşdür. indiyə kimi şairin “Şam ömrü”, “Anaların laylasında”, “Bir çiçək eşqi”, “Mələklər”,”Elə sevirdim ki”, kiçik yaşlı uşaqlar üçün “Almalı nağıllar” və “Şur” nəşriyyatında nəşr olunan ” Nə susmusan” adlı təcnislər kitabı oxucuların diqqətinə çatdırılmışdır. Hal-hazırda “Ömür üçün ayrılan vaxt” və “Altı an” adlı kitabları çap ərəfəsindədir. 1995-ci ildən AYB-nin üzvüdür. Ailəlidir, dörd uşağı, doqquz nəvəsi var. Bakı şəhərində yaşayır.
YARISI BİZİK DÜNYANIN
Yarı isti, yarı soyuq,
Yarı torpaq, yarı suyuq,
Bu dünyanın yarısıyıq,
Yarısı bizik dünyanın.
Gecə sabah açılınca,
Zaman dönür bir qılınca,
Qaçırıq çörək dalınca,
Arısı bizik dünyanın.
Vaxtın zalım arabası,
Dəyirmana aparası
Dənlik buğdası, arpası,
Darısı bizik dünyanın.
Dərd önündə dönək dağa,
Sinəmiz verək qabağa,
Gəl qoymayaq dağılmağa,
Varisi bizik dünyanın
Sonunda ölüm qucası,
Həm alçağı, həm ucası,
Həm cavanı, həm qocası,
Qarısı bizik dünyanın.
Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı iqtisadiyyatının təşkili və idarə edilməsi” fakültəsinin qiyabi şöbəsinə daxil olub.1993-cü ilin mart ayından sentyabr ayınadək könüllü olaraq Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında Nazirlik tərəfindən keçirilən hərbi əməliyyatlarda iştirak etdiyi üçün müharibə veteranıdır. Ailəlidir, bir qızı, bir oğlu var.
Sevən qəlblər
Mən sənə eşqimin baharı dedim,
asta-asta açan bir qönçə bildim.
Qəlbimin açarı , ön sözüm dedim,
qəlbimin hakimi mən səni gördüm.
Mən sənə qəlbimin nurusan dedim,
qəlbimdə olmasan nə edərəm mən?
Qəlbim də kor olar kor gözlər kimi,
sənsiz bu dünyada nə edərəm mən?
Mən sənə dünənin özüsən dedim,
keçmişi unudan sabahı görməz.
Sənə mən qəlbimin çırağı dedim,
sevən ürəklər çünki heç vaxt sönməz!
Mən sənə kədərin şəriki dedim,
kövrələn qəlbimin dərmanı bildim.
Sənə ümidimin közüsən dedim,
köz varsa bu halda həyat var bildim.
08 mart 2014-cü il
Buludun da dolub gözü elə bil ki bax bu axşam,
Axıdaraq göz yaşını kimdən imdad diləyir o?
Nə yaxşıdır, heç olmasa qara bulud qara günü,
Taleyindən çıxardaraq yer üzünə çiləyir o.
Bir gecədə yer üzünə düşən hər bir damla yağış,
Günəşin al şəfəqiylə par-par yanır səhəri gün.
Axıtmasa göz yaşını çıxararaq ürəyindən,
Qurudaraq yox etməz ki dərdi, qəmi, qəhəri gün…
Əgər bir gözələ könlümü verib
Sevirəmsə, demək, yaşayıram mən.
Ürəyimin mənə dediyi yerə
Gedirəmsə, demək, yaşayıram mən.
Bəsdir yaşadığım mütilər kimi!
İtirsəm, itirrəm, söylə nəyimi?
Axı mən insanam! İstədiyimi
Edirəmsə, demək, yaşayıram mən.
Çox ağac əkmişəm dostluq bağında.
Dostluq etməmişəm pul marağında.
Dostun köməyinə dar ayağında
Yetirəmsə, demək, yaşayıram mən.
Bəzən susub-susub xəyala dalan!
Bəzəndə çox danışıb gözləri dolan!
Ürəyimdə yaşatdığım varlığım!
Çox düşünə bilmirəm həyatimi!
bilirəm bir gün tutacaqlar yasimi!
heç vaxt ölməyəcək yaşayacaq varliğim!
Zaman çox tez keçir!
Dünən ən uşaq idim bu gün gənc oldum!
Həyat məni sabah necə dəyişəcək bilmirəm!
Bəlkə də zamanız öldürəcək!
Amma heç vaxt yaşlanmayacaq varligim!!
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları görüb təəccüb edərdi. Axı, indi meydan Məşədi İbadlara verilib. Gülnazlar Sərvərlərə deyil, Məşədi İbadlara könüllü ərə gedirlər. Əgər ötən əsrlərdə qızları zorla Kərbəlayılara, Məşədilərə ərə verəndə onlar kişiyə baxıb “Xandostu, amandı qoyma gəldi, didarı yamandı, qoyma gəldi!” -deyib (daha&helliip;)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
* * *
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi…
Sən sənsən.
Mən mən deyiləm…
Nə deyirsən,
Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza,
atım,
ayda bir kərə açılan poçt qutusuna?! …
Ah nə ola,
onun da ahı tuta,
Mənə ürək açalar,
qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…
Allahım, neynim?!
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Gedəcəyik
Allah, bizə özün yar ol
Qıyma ürək döyünməsin.
Arxalılar mənəm deyə,
Qarşımızda öyünməsin.
Bu dünya fani dünyadir,
Hər kəs, qonağ gəlir bura.
Hamı torpaqdan gəlibdir,
Dönəcəyik, eyni gora. (daha&helliip;)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
* * *
Kölgəm, dünya savaşına ac adam…
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi… Sən sənsən. Mən mən deyiləm…
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
…Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar…
Allahım, neynim?!
Ömürlük həmdəmim olmayan gözəl
daha başqa ömür gəzib arama
sən ruhun özütək gözəldən gözəl
yandırıb bağrımda ocaq qalama….
Ac qalmış ruhuna bəs deyil eşqim
nəyi axdarırdın tapmadın məndə
əgər aldadırdın deyə bilərdin
günhakar olmuşuq biz iki bəndə….
Suallar içində qalmışam çaşıb
indi zaman məndən nəyi gözləyir
səbirdə inanki qalmayıb daşır
içimin odunu çölüm bilməyir…..
Mənim ürəyimin yazısı yoxmuş
pozulub taleyim qismətim inan
Fidan ruhu çökmüş mənasız sözmüş
mənə söylədiyin hər şeyin yalan…
Qoyma ağlayım!
Həyatım çox acılı!
Sil göz yaşlarımı!
Qoyma ağlayım!
Həsrətim var, Sənsizliyim var!
Acı çəkən dərdli ürəyim var!
Sənsizlikdən parçalanan ürəyim var!
Qoyma Sənsizlikdən ağlayım!
Həyat məni hər addımda öldürür…
Düşündükcə yoxsan həyatımda
Bir daha gözlərim dolur…
Gəl, qoyma, ağlayım!
Mən də xoşbəxt olmaq istəyirəm.
Mən yalnız həyatımda Səni istəyirəm!
Ruhum da Sənsiz ağlayır!
Geri gəl, qoyma, ağlayım!
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
O gətirən ümidlərin
Yüzü gedər ,biri gəlməz.
Günüm, ayım, ilim mənim
Diri gedər, diri gəlməz.
Bu dünyanın adamıyla
Əyrim, düzüm düz gəlmədi.
Mənim tər -təmiz hisslərim
Qız getmişdi, qız gəlmədi.
Vur ,yarala ürəyimi,
Mən öləndə sağalaram.
Tut başı aşağı məni
Tut ,sirkələ, çoxalaram.
Ruhum düşər bədənimdən-
Qoru məni ,ruh qardaşım.
Bu qocalmış ,əldən düşmüş
Qarı məni ,ruh qardaşım.
Cənnətə savabım mənim,
Cəhənnəmə suçum çatmır.
Qaldım iki aralıqda-
Qayıdımmı ,gücüm çatmır.
Bu nədi, İlahi, dözə bilmirəm ,
Bu qedr özüme, mən , zülm edirəm ,
Qarşimda bir ,duvar ,bir qaya sanki ,
Bu qedr ,pissemimi .,düşününürəm mən ,
Bilmirəm ne edim bu ağrilarla ,
Sadec qelbimde boyük nifret var ,
Qəlbimə ,biredki özü özemə ,
Sadece yaşmaq isdemirəm mən ,
Ne edim ,bilmirem ,axi bu nədi ,
Bu qeder acilar neyimə qerk .
Ehhh qəlbim ,sənlə küsəm mən daha ,
Bir daha senlə danşmaram,mən ..
Nə etdin sən mənə ,küsdürdün ,
özümü ,özümlə, yenə…
03.06.2015
QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM
(“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən)
Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən, bağrımı dəlir,
Haranın külünü töküm başıma ?!
Yerinə düşmür heç, sözüm yerinə,
Ha “İllah” edirəm- söz yerə düşür.
Əyrilər ucalır düzün yerinə,
Əyilə- əyilə düz yerə düşür.
Yad əldə didilən bir əlçım yunam,
Bir əlçim buludam yol çəkən gözdə.
Köhnə bayatılı qəmli oyunam,
Nəmli göz yaşıyam verilən sözdə.
Kimi söz götürür, söz yerə salır,
Kimi ot bitirir dillərin üstə…
Dərdi şələləyib, çiynimə alıb,
Çıxıb gedəcəyəm illərin üstən.
Bəxtimin rənginə çalan ocaqda
Gözlərim özgə rəng görmür- neyləyim?
Qarala-qarala qalan ocaqdan,
Gedən səadəti necə əyləyim?!
Bir ovuc adamın əlindən qaçan
Bir ovuc torpağam, bir ovuc suyam.
Qərib çadırlara köksünü açan
Yurdu qəribsəyən qərib harayam.
Hər gözdən bir həsrət, bir qüssə yağır,
Bir qərib hava çal, isinsin canım.
Qəriblik alnıma yazılan ağı,
Qəribəm, yurdumda qəribəm, canım!
Bir ovuc təsəlli, bir ovuc səbir,
Bir ovuc ümid ver- çəkim başıma.
Ağlıma gəlməyən başıma gəlir,
Haranın külünü töküm başıma?!
Azerbaycan. Quba.
19.02.2001.
Nə vaxtdı baxıram yollara sənsiz ,
Düşmüşəm səhraya , çöllərə sənsiz .
Dözə bilməyirəm illərə sənsiz ,
Bu qədər həsrətə dözərmi ürək ?
Gündüzüm gecətək qaralanıbdır ,
Bu dərdli ürəyim paralanıbdır .
Ürək pərdəsindən aralanıbdır ,
Bu qədər həsrətə dözərmi ürək ?
Dərdi ürəyimə salası oldum ,
Kədərlə baş – başa qalası oldum .
Dilləndim , « zalımın balası » oldum ,
Bu qədər həsrətə dözərmi ürək ?
Haqdan diləyirəm lütfi inayət ,
Mənə zülm etməyin deyil cinayət ?
Arxayın ol ki , sən partlar nəhayət ,
Bu qədər həsrətə dözərmi ürək ?
Qalibin sevgisin anlamadın sən ,
Eləcə kəsildin sən mənə düşmən .
Bir dəfə cavab ver , bir dəfə dillən ,
Bu qədər həsrətə dözərmi ürək ?
İcazə ver deyim sözün doğrusu,
Qoy olum üzündən busə oğrusu.
Ürəyimin bəlkə keçə ağrısı,
Qulaq as sözümə incitmə məni,
Sevirəm, sevirəm, sevirəm səni.
Xumar baxışlara heyran olmuşam,
Sənsizlikdən xəzan kimi solmuşam.
Nə müddətdi mən də sənsiz qalmışam,
Sənsiz çoxalıbdı saçımın dəni,
Sevirəm, sevirəm, sevirəm səni.
Sən eşid Naili yaxın gəl gülüm,
Sənsiz qalsam vaxtsız bükülər belim.
İsti əllərinə gəl yetsin əlim.
Dağıt xəyalımdan dumanı-çəni,
Sevirəm, sevirəm, sevirəm səni.
Gecə qonaq idin yuxuda mənə,
Qapımı döyürdün qorxu içində.
Bildim ki, bu sənsən duycaq ətrini,
Ətirlər içində, qoxu içində.
Yox oldun baxmamış gözlərinə mən,
Səni tapdım düşüb izlərinə mən,
Başımı qoymuşdum dizlərinə mən,
Yuxuya getmişdim yuxu içində.
Yuxudan oyandım, ayıldım sənsiz,
Dözmədi ürəyim bayıldım sənsiz,
Bir dəli, divanə sayıldım sənsiz,
Hörmətdən də düşdüm çoxu içində.
Külək döyür,ömrümüzün yazını,
Yarpaq-yarpaq günlər uçur ömürdən.
Yaşayırıq Tanrı yazan yazını,
Hər günümüz gün-gün köçür ömürdən.
Kiçilirik böyüdükcə yaşımız,
Ağır olur bəzən ömür daşımız.
Dünya boyda bir qazanda aşımız,
Qaynadıqca buğ-buğ içir ömürdən.
Elnur Coşqun,sevgi ömrün marağı,
Qəlb telini darar eşqin darağı.
Həyat alıb əlinə bir orağı,
Gün keçdikcə günü biçir ömürdən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
* * *
Ay, çöhrəsi duvaqsız,
Namusu suvaqsız ləçər,
Sən bildin nədi ayrılıq?
…Sevgi yaralarımın qaysağını
qopardana qədər pirdin mənimçün.
Əlçatmaz, bakirə adamdın;
İndi nəşəsi olmayan sığal kimisən.
Gözlərinə de ki, bir də
30 il məhkumluq yaşamış bir kişi
yeniyetmə bir qıza baxan kimi mənə baxmasın.
Sanma, ayağına düşüb
pozğun baxışlarına aldanacam.
Mən gerçək sevgi ölüsüyəm,
Yalançı eşq dəlisi yox.
Mən sənin nəyini sevdim axı?!
Heyif, səninçün ən şirin çağlarımdan,
ən çox sevdiyim qadından keçdim –
gəncliyimin dadından keçdim.
Heyif o gözlərə ki, sənə baxdı,
Heyif o əllərə ki, özgə sığalına məhkum
saçlarına tumar çəkdi.
Məni vicdan qorxuları,
Səni qumar çəkdi.
Bəsdi, mələk donu geydin.
Tale kitab deyil,
Ömür də yol.
Ayıbdı, bir az özün ol.
Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın.
nəfəsimi çəksəm ciyərlərimə
hopardın bəlkə də
hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
sənsə az qala ürəyimi taptalayacaqdın
yanımdan qızılquş kimi şığıyıb getdiyində.
bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
özümü aldatdım,
tənhalığımın təkliyində.
yaxınlaşıb salam verə bilmədim gedişinə.
yola salmağa həvəsli kimi.
ey qarmaqarışıq ruhumun qonağı,
xoş gəlmisən demədən,
xoş getdin dedim gəlişinə.
şirin sözə ac olduğum halda, acıdım.
divara hörülmüş kimiyəm.
yeriyən daş gördünmü heç?
taptasanda sinəmdəki daşı taptayacaqdın!
divarlaşmışam insanların arasında.
sərhədlərim keçiləməz olub.
hərdən daşın gözlərindən yağış damcılayanda,
yanağım islanır.
dup-duru bulaq qaynayır elə bil.
hərdən də,
guruldayıram şimşək kimi göyün üzündə.
nə daşım əriyir,
nə də səsim kiriyir.
sədləşirəm,
sərhədləşirəm,
hisslərimdə.
varlıqla yoxluq arasında nə sən varsan,
nə də mən!
biz yoxuq!
gedişin mübarək,
gəlişinə daşlaşdığım!
divara xoş söz desən nə olacaqdı ki…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru
Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?
Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.
Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.
Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.
Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.
Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.
Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi
Mən də ki, dözmürəm soyuqluğuna.
“Elimiz.Günümüz” qəzetinin əməkdaşı,
şairə, jurnalist, publisist
Buludam, dolmuşam leysan tökərəm
Torpağı yuyaram, sevgi əkərəm.
Qəlbimdən keçəni, zilə çəkərəm.
Kaş məni bir duyan, anlayan ola.
Yağarsa yağışlar, daşqın qorxusu
Ətrafa yayılar torpaq qoxusu,
Duymaz gözəlliyi bəzən çoxusu,
Uyarıb nadanı, qınayan ola.
Buludlar dağılar, günəş nazlanar
Səmadan, sayrışan şəfəq sallanar.
Təbiət özü də, bəzən aldanar,
Bu nəfis duyğunu, anlayan ola.
Yağmurlar daşüstə, çiçək bitirər
Hər düşən toxumu, göyçək bitirər.
Çürüyü, çürüdər, gerçək bitirər,
Qananı yuxulu, sanmayan ola.
“Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Bəlkə xətrinə dəymişəm,
Onunçün çıxıb getmisən.
Həsrətini nar suyutək
Qəlbimə sıxıb getmisən.
Göynəyin mənə uyğunu –
Aləmə bəlli duyğunu –
Mənimçün kim olduğunu
Başıma qaxıb getmisən.
Ölsəm, gen qazı qəbrimi,
Bircə gün çəkmə qəhrimi.
Onsuz da dağca səbrimi
Ovcuna yığıb getmisən.
Dözüm var – dözüm hələ ki,
Xeyirə yozum hələ ki.
Getsən, ürəkli söylə ki,
Evimi yıxıb getmisən!
Evimi yıxıb getmisən!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru.
Sevgi elə səfadı ki,
Hər bir kəsi salar dərdə,
Səfası nə havadı ki?
Gözlərə də çəkər pərdə.
Əzilmişi düz görərsən,
Bədahətən söz deyərsən,
Sağlığa yüz-yüz deyərsən.
Yadına salarsan, dostum,
Gəzdiyin bağçanı, bağı,
Ovu itmiş səyyadsayağ,
Sinəyə çəkilən dağı…
Durnalar ötüb keçəndə,
Ürəyinə mən köçəndə,
Bir gecə şərbət içəndə,
Hökmünü itirər huş da,
Yanağa od salar yaş da…
Hələ olmamışam naşı,
Gözünü dəldi yad daşı,
Hərdən çözələ yaddaşı,
Çəməndə, daşda gəz məni,
Baharda, qışda gəz məni!
Dünya
Söylə sənə neyləmişəm?
Mənsiz olan, mənli dünya.
Çoxlarına kef-damaqsan,
Mənə niyə qəmli, dünya?
Haqqımı yedizdirib,
Nadanları gəl az güldür!
Dəfələrlə göynətdiyin
O həminki yazıq mənəm.
Daha bəsdi, gəl göynətmə,
Birdəfəlik öldür, öldür!
Öldür məni, tezcə öldür!
Öldürməsən, gözlərimdən axan yaşı
Bir dərəyə,
Damla-damla toplayacam.
Dünya…
Səni su basacaq.
Diri-diri yandırırsan,
Yandır hələ.
Rəhmin gəlmir mənə sənin,
Mənim sənə gələcəkmi?
Mən də səni göz yaşımdan yaratdığım,
Səndən böyük bir dəryada boğacağam.
Sənlə olan bu savaşın
Qalibi mən olacağam.
Qalibi, MƏN olacağam!…
24.06.2014 (daha&helliip;)
Gülüm, aç saçını yandı qəlbimi,
Qoyma baxsın özgə göz saçlarına.
Sənin saçlarından gözəl saç varmı,
Dünyanı qul eylə öz saçlarına.
Gözəlsən, gözəlim, saçların gözəl,
Sənsiz yazmağın yox mənaıi qəzəl.
Sən təksən gözəlim yeganə, əzəl,
Çatdıra bilmərəm söz saçlarına.
Sevgimlə bu dövran yenə çönəcək,
İnanmıram keçən zaman dönəcək.
Sənin üçün yanan qəlbim sönəcək,
Düşməsin qəlbimdən köz saçlarına.
Nə külək oxşasın sənin telini,
Gəl yanıma, ey bəxtimin gəlini!
Nicat saçlarına tutsun əlini,
Düşməsin, Nigarım, toz saçlarına.
SƏNƏ YAZMADIĞIM ŞEİR
Anama
Sənə yazmadığım şeir
Yıxacaq içimdə məni.
Öləndə ruhuma dolub
Çıxacaq içimdən mənim.
Boynumda haqq gedəcəyəm,
Bu torpaq, daş bilməyəcək.
Qoynunda sevgi tapdığım
O yaz, o qış dönməyəcək.
Yerə girəcək gözümdə
Dost-tanışın dönük üzü.
Axtaracaq məndən sonra
Ruhum sənə layiq sözü.
Sənə yazmadığım şeir
Gizlicə enəcək qəbrə.
Sən də ağlamayacaqsan
Doğulmayıb ölən şeirə.
ŞAİRLƏR
Adil Mirseyidi itirdik…
Min il özünə yol gəlir
Özünü bilənə kimi.
Yüz kərə dirilib ölür
Əcəli gələnə kimi.
Hörümçək kimi tor qurur,
Torunu içinə yığır.
Nə dərd var sinəyə çəkir,
Tüstülənib şeir çıxır.
Dağnan, bulaqnan dərdləşir,
Sıxır qayanın əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.
Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.
Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.
Mənim yuxularım qarışır, Ana!
Qarışır, içindən çıxa bilmirəm.
Darıxır ürəyim içimdə, Ana!
Darıxır, özümü yıxa bilmirəm.
Sənin əllərinin kəraməti var,
Gəl, topla dağınıq ruhumu yenə.
Qan verən yaramı ürəyinə sar,
Bir tək ürəyini sıxa bilmirəm.
Zaman tərs yellənir, ömür viranə,
Dağıdıb küləklər könül evini.
Ya ruhum sovrulub bir küncə yenə,
Ya da ki çıxmışam yoxa, bilmirəm.
Bu suçlu taledə müttəhim özüm,
Hakim də özüməm, qınama, Ana!
Elə dəyərsizə ağlayır gözüm,
Sonradan üzünə baxa bilmirəm.
02.06.2015
Yenə görüşdük
Şeirə dönən bir sevginin ilk hecasında
Mənim baxışlarım,
Sənin gözlərinin qarasında
Ulduzlardan danışdın
torpağı dinlədim
Sən göy qurşağı idin
Mən qarışqa
Gör hardan, hara iməklədim
Balaca bir uşaqdım
Nağıllara inanan
Ana laylasında
Gül tarlasına yuvarlanan
Sonra sən gəldin
Nağıllar şeirə döndü
O balaca uşaq
O gül tarlasında öldü
Nədir həsrətini çəkdirir mənə
Sanki ürəyimi , ruhumu alır
Nədir hər addımla rastlaşıb sənə
məni sevgisinə götürüb qatır….
Doldurur ruhumu sevgisiylə bol
sarılır boynuma sanki iki qol
bu çətin , enişli , yoxuşlu bir yol
Məni hər gün , hər gün başdan yaradır…
Duyğular , arzular, gerçəkləşincə
insanlar daima bədbinləşincə
fikirlər bir anlıq kəskinləşincə
qəlbimdə sanki bir güman yaradır.
Müəllif :
Mən Anayam!
Mən Vətənəm!
Gör nə qədər oğul dağı
Verib mənə əzəl düşmən.
Dərbəndimə yas tutmamış
Borçalımı apardılar.
Zəngəzura yas tutmamış,
Bu həsrətə alışamamış
Təbrizimi qopardılar.
Bir yara var ürəyimdə,
Şuşa adlı nazlı gəlin.
Bir acı var ürəyimdə ,
Laçın adlı adlı dağlar qızı.
Bu dərdim bu kədərim,
Babəkimin,Koroğlumun
Qeyrətinə yaman dəyib,
Bu ayrılıq,bu həsrətim,
Həcərimin ürəyinə yaman dəyib.
Mən ölmüşəm.
Mən bitmişəm.
Vətənsizlər vətəninə çevrilmişə.
Xocalımın göz yaşları
Buludları parçalayıb.
Kəlbəcərin ah naləsi
Ürəkləri qucaqlayıb.
Itkin balam,
Körpə balam.
Ey,Fizulim!De hardasan?
Düşman ayaqları batıb bağrına.
Ey,bala,
Ey,oğul!
Halın necədi?
Gözlərim qəlbində qalıbdı,Bala!
Mən anayam!
Mən vətənəm!
Mən ürəyi dağlı Vətənəm!
Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə,
“Nolar ay nənə mənə, nağıl danış”- deyəydim.
Elə ki başlayardı, nağılı danışmağa,
Danışıb bitirməmiş, mən yuxuya gedəydim.
Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə,
Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım.
Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi,
Mən özümü dünyanın, ən xoşbəxti sanaydım…
Kaş ki uşaq olaydım, dərsimdən beş alanda,
Ucalaydı sevincim, mənim ulduza, aya.
Anam bağrına basıb, saçımı oxşayaydı,
Sonra “afərin” deyib, öpəydi doya-doya…
Kaş ki uşaq olaydım, yaşımdan böyük olan,
Sualları verərək böyükləri yoraydım.
Gah alim, gah müəllim, gah da ki professor
Olacağam deyərək, fikir, xəyal quraydım…
Kaş ki uşaq olaydım, ondakı sevincimin,
İndi heç nə verməyir, zərrəcə yerini də.
Təəssüf ki zamanı, qaytarmaq olmur geri,
Tapmaram o günlərin, heç zaman birini də…
Kaş ki uşaq olaydım, neynirdim böyüməyi,
Daim xatırlanırmış yaşa dolduqca keçmiş…
Kaş ki uşaq olaydım, böyüdükcə anladım,
İnanın ki böyümək, vallah bir şey deyilmiş…
Kabusum ,düşmənim oldu, gecəlr .
Sən yoxsan ,qatilim .oldu gecələr,
Yarali qelbim kabus gecəlr ,
De ,görüm nə edim, kabus gecəlr .
Uşuyən ruhumla tək -tənha ,qara gecələr ,
Qurbanin olduğum ,bilim bunu ,
Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr .
Yay günü ,qardi -borandi ,
Titreyen qelbime ,kozdu ,yaradi ,
Sensizlik ,dehşətd qara gecəlr .
Qəlbimə kabus tək ,köçdu gecələr ,
Yay ğünü ,dondirdu ,qəlbimi yaman ,
Bu kadus ,bu qara ,uzun gecələr ..
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
***
Sosial peyzaj
Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
…Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da…
…Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini Allahdan aralayırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir…
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
…Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri..
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
O otaq saxlarmı dostluğumuzu?
Gözümüz keçmişə dönə, ağlaya..
O kiçik kirayə otağındakı
Toyda oynamırıq, sevincimiz qıt,
Döndümü fələyin çarxı tərsinə?
Atılıb-düşərdik, lap uşaq kimi
Bir köhnə radio musiqisinə..
Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
Şirin xatirələr kövrəlir gendən.
Orada bir parça ondan gizlənib,
Orada bir parça səndən və məndən.
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Ömrümü çəkmisən ayağım altdan,
Düşmüşəm, düşmüşəm üzümün üstə.
Mən sənsiz ağ günə çıxmamışam, yox,
Dumandı, çökübdü gözümün üstə.
Yerə tullayıblar getdiyin yolu,
Axı sən gedəndə “göylə” getmişdin.
Mənim həsrətini gəlin aparıb,
Ağlayıb atdığım suyla getmişdin.
Ulduz pəncərələr açılıb göydə,
Düşür işıq-işıq yoluma mənim.
Başımın üstündə bir ay dayanıb,
İşığı giribdi qoluma mənim.
Və belə… Sənsiz də yaşamaq olur,
Mən ömür gəlirəm, ömür gedirəm.
Öldürüb sonuncu ümidlərimi,
Başımın üstündə qəbir gedirəm.
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
sənsiz xoşbəxtəm, gülüm…
güllər üzümə açır…
ayrılığın əvvəli
mənim sonuma qaçır…
tənhadı baş hərflər
sms yerlərində…
səsi gələn “ölülər”
axı, kimin eyninə?
nəfəsin külək olub,
Gəncə-Qazax yolunda…
Yolda xatirəm tutub
yıxılanda qolundan…
neynək, işarələr kəm
“Bakı-Gəncə” sözündən…
sən gəldiyin yolları
uydurururam özümdən…
növbəti dayanacaq…
gizli döyüş yeriyəm…
Qazax istiqamətində
görüş yeri-özüməm…
Azərbaycan Yazıçılar Birliyinin üzvü
O qədər haqsızlıq görmüşəm ki, mən,
Bezib bu dünyadan ölməyim gəlir.
Azacıq tarixə düşsə də, adım,
Adımı tarixdən silməyim gəlir.
Bu dünya bürünüb fitnə, yalana,
Az qalıb insanlıq qopa, talana.
Yalandan insanam, deyən insana,
Lap uşaqlar kimi gülməyim gəlir.
Nə yazıq sözçü də söz deyən olub,
Haqlını sındırb, düz deyən olub.
Hamı insanlığı izləyən olub,
Nahaqqı haqq ilə bölməyim gəlir.
Zeynəbəm, baxıram bu insanlara,
Haqsız təsdiqlənən haqsızlıqlara.
Görəndə ki, yer var pis, nadanlara,
Göydən bir daş kimi enməyim gəlir.
(Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!)
Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi…
Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü. Ancaq, yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu. (daha&helliip;)