28 il əvvəl işğal olundu Şuşa mayın 8-də, noyabrın 8-də isə azad edildi… O 8 maydan sonra nələr dəyişdi həyatında, əziz Şuşa? Nə günlərə qoydu səni mənfur düşmən? Daha bizimsən, Qayıtdın öz sahiblərinə, əziz Şuşa! Daha xarı bülbüllərin sevinə-sevinə açacaq çiçək, daha Cıdır düzü düşmənlərin yallı getməsinə şahidlik etməyəcək. Sevin, əziz Şuşa, sevin, Hər 8 may günü yaşadığımız ağrı-acını bizə 8 noyabr günü unutduracaq: Sən dirçələcək, gözəlləşəcəksən, qələbə həmişə bizimlə, gözəl günlər səninlə olacaq. Ağlımıza gəlməyənlər gəldi başımıza, daha heç nə olmayacaq bizim gözəl Şuşamıza…
Türkə xain baxanlar daima xar olacaq, Tanrı Türkə həmişə, hər yerdə yar olacaq, Var olduqca bu dünya bu qüdrət var olacaq, Tarixləşən adımız – sanımızdır Atatürk.
O coşdurdu qanıyla damla-damla selləri, Aşıb keçdi əzm ilə qan-qadalı illəri, Ondan alır işığı ulu Turan elləri, Üfüqlərdə sökülən danımızdır Atatürk.
Onun ayaq izidir zəfərlərə gedən iz, Bu gün varlığımızçün minnətdarıq ona biz, Əbədidir, tükənməz Atamıza sevgimiz, Ömürdəki ən şirin anımızdır Atatürk.
Baş əyirəm önündə bu adın qürur ilə, Belə düşüb qüdrəti milyon ağıza-dilə, Tarixlərdən bu adı bacarmaz kimsə silə, Əbədi şöhrətimiz-şanımızdır Atatürk.
Bir sönməyən ocağın alovuyuq-oduyuq, Oğuz, qıpçaq, peçeneq – bütöv Türkün adıyıq, Bütün dünya eşitsin, biz onun övladıyıq, Varlığımız onundur, canımızdır Atatürk.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Mən səni Şamxat kimi- Min fitnəylə sevirəm… Sonra da Öpüşünlə Ruhuma qüsul tökürəm…
Mən səni Lalə kimi- Düzlərdə gözləyirəm… Bağrıyanıq, Dilimdə “ah”… Ləçək-ləçək közərirəm…
Mən…-ilan məkrinə vurğun, Yaradılışdan yorğun… Sən aldadılan Adəm, Hər günahıma həmdəm…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Bitdi qara təqvimin yasa batan günləri, Çözdü qəhrəman Ordum min illik düyünləri. Birliyin təntənəsi verdi, nəhayət, bəhər, Azərbaycan xalqının haqqı idi bu Zəfər, Bayraq oldu göylərə çəkdiyimiz hər dilək, Zəfərimiz mübarək!
Düşmən elə düşməndir, bunun başqa adı yox, Özgə atına minib, meydanda öz atı yox. Şirnikləndi verilən sərsəm bəyanatlara, Tamahı arxamızca gəzdi qarabaqara. Döyüşmək ağır oldu şər dünyayla təkbətək, Zəfərimiz mübarək!
Tarix salnaməsinə yeni şərəf qatıldı, O gün, 8 Noyabr Zəfər topu atıldı. Hər evdə, hər ocaqda toy mağarı quruldu, Bu müharibə həm də bir ibrət dərsi oldu, Bizə kin bəsləyənin inadın qırdı fələk, Zəfərimiz mübarək!
Düşmən əfi ilandır, qulluq etməz bir dinə, Min cür hiyləgərliyin şahidi olduq yenə. Arxalı köpək kimi “basıb-bağlayan” dığa, Ev tikmək əvəzinə mina “əkdi” torpağa, Haqq üzülər, əzilməz, haqqın bəhərin görək, Zəfərimiz mübarək!
Tarixi irsimizi qəsb etdi fitnəkarlar, Kimin belə quduzdan quduz bir düşməni var? Acı repressiyalar gizlətdi bizdən bizi, Milli qürurumuzu, milli kimliyimizi – Yavaş-yavaş tanımaq, duymaq bu olsa gərək, Zəfərimiz mübarək!
Hacıyeva Günel İsrail qızı 1990-cı il aprel ayının 23-də Laçın rayonunda anadan olub. 1997-ci ildə Bərdə rayonundakı orta təhsil müəssisələrindən birinə qəbul olub. Bir müddət burada təhsilini davam etdirdikdən sonra Bakı şəhərinə köçmüşdür. Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü Respublika liseyinə qəbul olub. 2008-ci ildə həmin liseyi bitirib. Digər həmyaşlıları kimi, o da həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyat) fakültəsinə qəbul olmuşdur. Poeziyaya çox erkən yaşlarından başlayıb. ”Şəkil” adlı ilk şeirini ibtidai təhsilini davam etdirən müddətdə yazıb. Dövri mətbuatda 2003-cü ildən etibarən çıxış edir. Müəllifin “ilk uğurlu qələm təcrübəsi”olan şeiri “Bərdə” qəzetində işıq üzü görüb. Bu uğurdan ruhlanan müəllif gələcək illərdə daha da sanballı əsərlər yazmağa başlayıb. Sonrakı illərdə isə ardıcıl olaraq “Sərbəst düşüncə”, Sumqayıtda şəhərində nəşr olunan ”Yüksəliş naminə”, Bakı şəhərində isə “Ümid” qəzetlərində şeirləri ilə çıxış edib. Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin əsas və yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib. Həyatının sonrakı illərində məqalələri və digər ictimai-siyasi şeirləri ilə “Yüksəliş naminə” qəzetində müntəzəm olaraq çıxış edib. Hal-hazırda bir-birindən daha maraqlı şeirləri ilə oxucuları düşündürməyə vadar edən gənc şairə arasıkəsilmədən poeziya nümunələrinin sayını artırmaqdadır. Gənc ədib haqqında onun qələm yoldaşı Kənan Aydınoğlu “Qələmi əlinə götür, ay şair!”, ”Sıxılma, büdrəmə illər uzunu”, “Dağılsın gözündən həsrət, ayrılıq!” şeirlərini yazmışdır.
Xəyalə ALIYEVA 1991-ci ildə Laçın rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
Aysel CƏFƏROVA 1990-cı ildə Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirmişəm”.
İlham Əliyev
Kaş sənə bənzəyəydi oğullar da hər zaman,
ürəklər bir-birinə belə məhrəm olaydı.
Nigaran getməyəydi, atalar da dünyadan,
kaş nə belə ayrılıq, nə belə qəm olaydı.
Dəyişəydi yer üstə əsrimizin havası,
insan bağ becərəydi, meyli gülə düşəydi.
Bir Tanrı duasıdır, hər ananın laylası,
o da kaş bu könüldən, o könülə düşəydi.
Yüz il ömür sürüblər, səs çıxmayıb tək əldən,
təsadüf, ya bəlkə də xəlvəti bir qəsd olub.
İlahi bir sirrimiş, deyirlər, bu, əzəldən, –
oğul xoşbəxt olanda, ata da xoşbəxt olub.
“44 Gün”ə yazıldı “Dəmir yumruq” dastanı,
milyonların andı var, onun hər varağında.
Yox, Nuhun tufanı yox, qalxdı xalqın tufanı;
Azərbaycan deyilən Qarabağ torpağında.
Dedin ki, – Gözəl Şuşa! Sən azadsan! – bu səsi,
bu eşqi ürəyimdə mən də təkrar elədim.
Şuşa,
İlham,
Ərdoğan,
“Şuşa müqaviləsi!”,
“Bir millət, iki dövlət”, – deyənə rəhmət, – dedim.
Onda “44 gün”ə
hələ qalırdı
“…işə bax: İrəvanda mənə erməni millətçilər hücum çəkirdi – Nəriman Nərimanovu təqdir etdiyim üçün, Bakıda isə böyük şair Nəriman Həsənzadə haqqında məqalə yazdığımdan belə
heyvərələrdən qorxmalı idim… Əzizim Nərmiman müəllim… Sara xanımla, Nazimlə, Xatirəylə İrəvana gəldiniz, tamaşaya baxdınız, şəhərin qədim Azərbaycan abidələri önündə dayandınız, Sizi Göyçə gölünəcən yola saldım, çox söhbətlər etdik, hər şey dalğın, lakin səmimi idi, yadınızdamı? Heyif, itirdik, Nəriman müəllim, çox şey itirdik, ən böyük müsibət torpaqlarımızın hələ ki düşmən tapdağında qalmasıdır. İtirdiklərimizi qaytarmaq arzusuyla”.
Hidayət
“Prometey” jurnalı
1993
Məni İrəvana dəvət elədin,
“Nəriman” pyesim oynanılırdı.
Sən orda elə bir qeyrət elədin,
onlar,
səndən qorxub, səni danırdı.
Erməni səhnəsi, doktor Nəriman,
salonda əl gedir, demə tufandı!
– Bu torpaq bizimdi, – deyir qəhrəman, –
İrəvan –
özü də Azərbaycandı!
“Hidayət, teatrın Baş direktoru,
gərək götürülsün vəzifəsindən…”.
MK katibinin buydu qərarı,
sən yenə susmurdun,
dilində Vətən!
Onda, İrəvanda bir cəbhədəydik,
qoya bilərdimmi mən səni gözdən?
Onda – sözümüzü biz orda dedik,
sən o teatrdan,
mən o səhnədən!
Səni qorxuzmadı o kin, o hədə,
nə qalxan tozanaq, nə əsən külək.
“Qardaş” Respublika,
təkləyəndə də,
inamın buydu ki, o gün gələcək.
Təqiblər, təzyiqlər nəsibin oldu,
şerinə, sözünə irad tutdular.
Hidayət,
qoy deyim onlar kim oldu? –
Vətən torpağını minalayanlar!
Kimsə qızışmışdı sənə qəsd üçün,
nə desən olardı, başqaydı zaman.
Bəlkə sən aldığın hər nəfəs üçün,
onda namaz üstə
dururmuş, Anan?!
Rusa, Avropaya arxalanırdı,
onda erməninin niyyəti nəydi?!
Onda, “44 Gün”ə hələ qalırdı,
“Dəmir yumruq”a da
Vaxt hamiləydi.
Yaşa, Mir Sədi ağa
Nərminə xanıma
Elə həvəslə gülür,
elə uğunub gedir,
elə bil dünyasını
dünyada qoyub gedir.
Gülə-gülə danışır,
açıb-tökür nəyi var.
Deyirsən, Allah, Allah,
nə gözəl ürəyi var.
Necə pakdı,
bu insan,
heç çıxarmı yadımdan?
Seyid Mir Sədi Ağa,
istəkli babasıydı,
Həyatı –
namaz üstə,
Tanrıya duasıydı.
Bir mahalın içində,
bir dinin dühasıydı.
Atası Mir Məhəmməd,
dilində haqq-ədalət,
haqq yolunda getdilər,
oddan-oda getdilər.
Nə vaxt –
ağlada bildi,
nə zəmanə, nə bir kəs.
Gözlərindən oxunur, –
gülər, amma o dönməz.
O gülüşlər – fikirdi,
sözdü, ya münasibət.
Deyir istədiyini,
təbiətdə – təbiət.
Başı üstə yaradan,
dizinin üstə “Quran”.
Təbəssümü – üzündə,
gülüşü dodağında.
Mir Sədi əyilmədi,
güclərin qabağında.
Aləm qalxdı ayağa,
o dəmdə bir sinədə.
Babası Mir Sədinin,
atası – Məhəmmədin,
güldü əvəzinə də!
Yaşa, Mir Sədi Ağa,
haqqın var, yaşamağa.
Vətən
Akademik Nizami Cəfərovun
“Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq” məqaləsini oxuyarkən
Pedaqoji institutu bitirib Gəncədən Bakıya gəlmişdim. Nigar xanımgilə getdim. Gəncədən tanıyırdım.
Yeni yazdığım “Biz bir ildə doğulduq” adlı poemamı oxudum. Rəsul müəllim stolun üstədəki qələmi götürüb, əsərin üz vərəqinə belə yazdı: “”Ədəbiyyat qəzeti”nin Baş redaktoruna – çapını
təkidlə xahiş edirəm. Rəsul Rza”. Və iri bir qol çəkdi. 1953-cü il idi.
Yanvar ayı idi, tətilə getmişdim. Mətbəxdə süfrə arxasında söhbət edirdik atamla. Mən, nədənsə, “yağış bütün izləri yuyur” cümləsini işlətdim. Özündən qeyri-ixtiyari, sanki nəyisə xatırlamış kimi bu cümləni iki dəfə təkrarladı. Sonra dedi ki, “Bu adda film var, 79-cu ildə (1979, tələbəlik illərində – C.S.) “Azərbaycan” kinoteatrına gəlmişdi, festival filmi idi”.
Süjetini danışdı. O illərə qayıtdı sanki. Dedim, “Ata, istəsən tapa bilərik o filmi. Tez filmin adını yazıb çətinliklə də olsa rus dilində bir dublyajını tapa bildim. Təəccüb dolu sevinci hələ də gözümün önündədir.
Oturub izlədi, sonra da təşəkkür etdi mənə. 30 ildən sonra, bir zamanlar gənc kimi baxdığı filmə yenidən baxdı. Kim bilir, nələri xatırladı, hansı xatirələrinə döndü. Beləcə, mənə də xatirə qoymuş oldu, həm də sanki son nəsihətini verdi: “Yağış bütün izləri yuyur”.
Yağış bütün izləri yumurmuş, Ata!
əksinə yaddaşın dərinliklərindəki
bütün izləri,
yaraları üzə çıxarırmış…
İnsan yağışlar yağanda
bütün olub-keçənləri xatırlayıb
son bir şans üçün
Allaha yalvarıb-yaxarırmış…
Qaranlıq divarlar arasında
əllərinçün, səsinçün
ağladığım çox olur.
Sonra hər şey,
sonra hər şey,
sonra hər şey,
bir-bir yox olur…
Anlayıram ki,
“mən hər yerdə sənin təkrarınam…”.
Düşün ki, səhranın ortasındayam,
üzərimə əliqılınclı,ürəyi işıqsız insanlar gəlir
mənsə əliyalın,
səhranın susuz qumluğuna zorla əkdiyim
toxumu sulayıram gözyaşlarımla
istəyirəm ölsəm də, onun yolunda ölüm…
Öz həyatıma görə yox,
yeni bir həyat uğrunda…
***
Ən xoşbəxt günlərimizin şahidi pişiklər
Görəsən, indi
Bakının hansı küçəsinin yalnızlığını paylaşır…
Heç xəbərləri də yoxdur ki,
Ətrafımızda heç vaxt
anlaya bilmədiyimiz və bizi anlamayan
insanlar qaynaşır.
Və biz indi
ancaq o insanların xatirələrində yanaşı gələ bilərik…
Bakının qala divarlarıdır sənin yoxluğun
Bu boyda şəhərə heç kəsi buraxmır.
Yalnız və tənha dolaşıram
Heç bilmirəm özümlə nə vaxt vidalaşdım,
Hansı ağacın kölgəsində,
Hansı cümlənin bəlkəsində,
Hansı yadın səsində…
***
Sahildəyəm,
Dörd bir yanında günahkar ruhların pıçıltıları dolaşan
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Döyür pəncərəmi payış yağışı, Dəli sevgimizin göz yaşı kimi. Səni arzulayır kövrək baxışım, Neçə min illərin sirdaşı kimi.
Elə möhtacam ki, bax, bu an sənə, Qəlbimin ağrısın yağış da duyur. Səngimək bilməyən bu yağış yenə, Bəlkə sevgimizin günahın yuyur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yaman sənsizləşdim yenə bu axşam, Yaza həsrət qalan çiçəklər kimi. Ömür baharımız geriyə dönə, düzülək gül üstə ləçəklər kimi.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!
Mətbuat xidməti
Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstəkв” ” layihəsi çərçivəsində şeirləri, məqalələri “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları”, “Alkış” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunu, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!
Mətbuat xidməti
Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yadımda nənəmin bir sözü qalıb, Deyirdi bayquşun səsi gələndə, O yerdən bir ölü çıxar, ay bala. Bir uşaq marağı olardı məndə,
O gecə yatmazdım mən də az qala… Eyvanda oturub qalardım elə, Dinləyib bayquşun səsin sübhədək. Axır yazıq nənəm gələrdi dilə,
O yerdə məni də tutardı əsnək. Bir də oyanardım günorta vaxtı, Baxardım hər bir şey öz yerindədi. Təkcə nənəmincə boş qalıb taxtı,
Soranda dedilər yas yerindədir. Bayquşun əlləri boş qayıtmayıb, Bir ölü aparıb demə, o gecə. Mənimtək bəlkə də çoxu yatmayıb,
Almayıb bir damcı çimir, o gecə. İndi bayquşların səsi kəsilib, Çıxıbdı ortaya yuxu bayquşlar. İnsanın ömrünə qənim kəsilb, Bayquş adamlarla, bayquş yuxular.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı
Günəş doğana qədər…
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər?! Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Elə bil ki dünyamızın ağır-ağır dərd-qəmi, Boylanaraq yollarıma min il gözləmiş məni, Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi, Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib, Kaman kimi nalə çəkib, bir ney kimi inləyib, “Apardı sellər saranı” havasını dinləyib, Minbir yerdən sinəmi dağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
40 min illik tariximdən silinməyən izəm mən, Heç kölə olmadım ki, köləlikdən bezəm mən. Nədən qul sifətində görünəm mən, gəzəm mən? Əyilmiş qamətimi şaxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı, Türküstanın elləri yamanca yadlaşıbdı. İki yüz ildi taleyim dərdlə qardaşlaşıbdı. Bəla gələn yolları bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Orda Göyçə əl edir, burda Dərbənd üzülür, Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür, Qəzəbli Qarabağın gözündən qan süzülür, Tərs gedən bu gedişi saxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər? Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.
Kitabları Redaktə Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə) Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994) Qadın ulduzu (1996) Qədim Anadolu və Azərbaycan türkləri (2002) Türkün tarixinə yeni bir baxış (2006) Atilla pyesi (2007) Nadir Şah (tarixi roman) (2008) Təhmasib şah (tarixi roman) (2009) Türkün gizli tarixi (2010) Əmir Teymur zirvəyə doğru (2011) Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011) Əmir Teymur dünyanın hakimi (2012) “Şah arvadı və Cadugər” tarixi romanı (2013) Sultan Alp Arslan (tarixi roman) (2015) Azərbaycanın geosiyasəti (2016) Atabəy Eldəniz (tarixi roman) (2017) Ovçu (2018)[1]
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Tale məndən üz döndərib, Geriyə gəlmək istəmir. Bir gözü ağlar gedibdir, Kiriyib, gəlmək istəmir.
Sən də taleyim kimisən, Getdin, geriyə baxmadan. Qalmadın, tələsik getdin, Ömrün sonuna çıxmadan.
Axı sənin qəsdin məni, Əridib yox etmək idi… İstək, arzuya çatmamış, Bu nə yersiz getmək idi?
Bəlkə məni həsrətinlə, Öldurməyə can atırsan? Səhv edirsən, böyük bir səhv. Sən özünü aldadırsan.
Sənin məkrin, qüruruna, Özüm baş əyməyim deyə, Sözüm baş əyməsin deyə, Gəlmədim mən hüzuruna.
Əksinə, söz qarşısında, Sən acizsən, sınamışam. Bu acizlik timsalında, Mən özümü qınamışam.
Getdin, hər addım izində, Bir xatirə yada düşdü. Göydən “üç alma” gözlədik, Payımıza o da düşdü.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Nə vaxtdır gələ bilmirəm, O, el-obalar necədir? Cüt doğulub, cüt qarıyan, Nənə-babalar necədir?
Yurda sahib duran quşlar, Bəlkə, haqqa qovuşmuşlar? Dimdiyiylə qaranquşlar, Quran yuvalar necədir?
Olsa belə şər etdiyi, Dildə gəzib hər etdiyi… “Köhnə kişilər” etdiyi, “Köhnə davalar” necədir? Gəldi fevral, bitdi yanvar, Çox qəribədir ruzigar… Nə yağış var, nə də qar var, Orda havalar necədir?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yordun məni alqışlarla: “Baxtın açsın yollarını”… Ovcumdakı qırışlarla Ölçmə ömür yollarımı.. Ölçmə, qaraçı qızı…
Bu da səndən qalan ömür, Yarı sənsən, yarı sudu. Həsrətini atdığım yer Gözlərimin quyusudu.
Eh! Yolların yol yoldaşı, Gedən yollara qarışdın. Sən tək bədəndən ibarət Sevgilərə alışdın…
* * *
Günəş bir az başını Aşağı əyib getdi. Qaraldı hava. Gecənin qaranlığında Ay Ağ diş kimi Ağardı uzaqdan. Yağdı küləyin səsi, Göyün gurultusu Yağış kimi. Töküldü üstümə Xatirələr qarğış kimi. Bir başıpapaqlı Həsrətdi mənimki, Mən də mental düşüncədə – Sözündən çıxa bilmədim. Gecə bilmədim, Yuxu bilmədim. Bütün qaydaları pozdum, Bir addım qabağa çıxdım. Bu qadın canımla Bir damcı qorxu bilmədim. Bəs sən neylədin mənimçün?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Anlaya bilirdik bir-birimizi, Küssək də, Sussaq da duya bilirdik. Yıxıb tökdüyümüz, Dağıtdığımız Hər şeyi yerinə qoya bilirdik. Bəs niyə olmadı? Nəydi olmayan? Daş dediyin ürəyim də Gördünmü qırıldı axır? Həvəsim qalmayıb Qol qaldırmağa, Yoruldum axır. Pəncərəmdə hirsli külək, Ürəyim qorxudan əsir. Bəs bir də olmasa… Dilim qurusun, Günün İt ulayan qaranlığında Ağlımda bu fikir Neynir, nə gəzir?
Bir az səhmana saldım Dağınıq düşüncəmi. Açdım, görüm nə qalıb İçində düyünçəmin.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Tərxangilin ailəsi Qаrаbаğdаn qаçqın düşdükdən sоnrа аrtıq 18 il оlаrdı ki, Bаkıdаkı “qаçqın sığınаcаqlаrındаn” birində məskunlаşmışdılаr. Tərхаn аilənin tək uşаğı idi. Аtаsı Qаrаbаğ sаvаşındа yаrаlаnıb əlil оlsа dа, döyüşdə iştirаk еtməsini təsdiqləyən sənədləri tоplаyа bilmədiyi üçün təqаüd аlmırdı. Sаğ аyаğındаn ахsаdığına görə hеç bir yеrdə işə də düzələ bilmirdi. Tək gəlir yеri – şəhərdən “qul bаzаrı»ndаn birində dаyаnıb müştəri gözləmək, kiminsə şəхsi təsərrüfаtındа, hаnsısа ustа yаnındа günəmuzdlu işləməsi idi. Аnаsı isə qаçqın məktəbində хаdimə işləyirdi.
Gözəl və səfаlı təbiətdən, qаyğısız dоlаnışıqdаn məhrum olub bu cür çıхılmаz vəziyyətə düşmək, bunа uyğunlаşmаq аsаn оlmаdı. Çохlаrı cismən, çохlаrı isə mənən məhv оlmuşdu, bu dözülməz həyаtdаn. Tərхаnın аiləsi də bu çətinliklərə sinə gərməyə çаlışırdı.
Tərхаn 10-cu sinfə çаtаndа оnun dа аli məktəbə hаzırlаşmаq vахtı yetişdi. Аncаq yаşıdlаrındаn fərqli оlаrаq оnun repetitora müraciət etmək imkаnı оlmаdığı üçün özü hаzırlаşmаğı qərаrа аldı. (Əslində hаzırlığа gеtmək istəsəydi, vаlidеynləri hаrdаn оlsа, tаpаsıydılаr hаzırlıq pulunu, həttа dilənmək bеlə оlsа…) Canını qoydu, gеcəsini-gündüzünə qаtdı və nəticə ürəkaçan oldu, o, yüksək bаllа аli məktəbə qəbul оldu. Həmin gün оnlаrın еvində ilk dəfəydi ki, bu qədər sеvinc dolaşırdı. Universitet həyatı başladı. Tərхаn dərsə gеdib-gəlirdi. Еvdən оnа hər gün yоlpulu vеrilirdi. Mеtrоyа qədər mаrşrutlа gеtməli idi. Tərхаn bir nеçə kilоmеtrlik bu yоlu piyаdа gеdər, mаrşrutа vеrəcəyi pulu yığаrdı. О, bu qərаrа C.Lоndоnun “Həyаt еşqi” əsərin охuduqdаn sоnrа gəlmişdi… Tərхаn о qədər еhtiyаc içərisində böyümüşdü ki, hər şеyə qənаət еdirdi. Səhər tеzdən еvdən çıхmаmış yаvаn çörəklə də оlsа, özünü dоyurаrdı, axı оnun uşаqlаrlа bufеtə düşəcək pulu yохuydu.
Аrtıq 2-ci kursdа охuyurdu, о, bufеtin üzünü bircə dəfə görmüşdü. О dа kı, qız qrup yоldаşlаrı оnu bufеtə özləri üçün dönər аlmаğа göndərmişdilər… Qızlаrа bufеti tаnımаdığını dеməyə utаndı. Pulu аlıb аşаğı mərtəbəyə düşdü. Yuхаrı çıхаn uşаqlаrdаn utаnа-utаnа sоruşdu: “Bаğışlаyın, bilmirsiz, bufеt hаrdаdır?”
-Аz nəyə gülürsən, nə оlub ki, bəlkə birinci kursdur? Tаnımır dа, burdа gülməli nə vаr?
– Nə 1-ci kurs? Əmimоğlunun qrup yоldаşıdır, 2-ci kursdulаr. Çох utаncаq оğlаndır, bizi görüb özünü itirdi, sоruşmаğа söz tаpmаdı.
Bunu da digər qız dedi. Qızlar gülüşə-gülüşə yuхаrı qаlхdılаr.
Bu sözləri еşidən Tərхаn çох pis оldu. Ürəyində dеyindi ki: “Ахı kimin-kimdən nə хəbəri???”
***
Bu gün аnаsının dоğum günü idi. Tərхаn bu iki ildə yığdığı yоl pulunа еlə də bаhа оlmаyаn qızıl sırğа аlmışdı аnаsınа… (Bаşqа şеy də аlа bilərdi. Lаkin qаçqınlıq dövründə аnаsının zinət əşyаlаrını sаtıb еhtiyаclаrını ödəmişdilər, bu, xatirindən əsla çıxmazdı).
Qismətdən аtаsının dа bu gün gəliri yахşı оlmuşdu. О, еvə ət və tərəvəz аlmışdı. Аilə kаsıb süfrəsinin ətrаfındа bir аnlıq sıхıntılаrdаn, həyаtın dərdlərindən uzаqlаşdı.
Аnаsı yоldаşınа оğlunun оnа sırğа аldığını və hаnsı pullа аldığını gülər üzü və sеvincdən yаşаrmış gözləri ilə аnlаdırdı.
Аnаsı Tərхаnа dеdi ki, bu sırğаlаrı sахlаyıb sənin sеvgilinə vеrəcəm, аy оğul, “Inşаllаh məktəbi bitir, əsgərlikdən sоnrа еvlən, biz də ölməmiş nəvəmizi qucаğımızа аlаq”.
Bu zаmаn аtаsı müdахilə еtdi. Dedi:
-Yох, Tərхаn, аnаnın hissləri bu cür dаnışmаğınа səbəb оlur. Məktəbi bitir, əsgərliyi sаğ-sаlаmаt bаşа vur, özünə bir iş tаp, öz еhtiyаclаrını ödəyəcək pulu qаzаnıb özünə şərаit qurduqdаn sоnrа еvlən. Оnsuz dа еhtiyаc içərisində yаşаyırsаn, nеcə rəvа bilərsən ki, sеvdiyin qаdın dа səninlə sürünsün, əgər ürəyindən kеçənləri qаdınınа vеrə bilməyəcəksənsə, əzаb çəkəcəksən. Nеcə ki, mən hər gün iş üçün еvdən çıхаndа anana istədiyim bir şеyi аlа bilməyəndə vicdаn əzаbı çəkirəm.
Bu zаmаn yоldаşı ərinin və оğlunun əlini tutdu: “Еlə dеmək оlаr? Sən mənimçün hər şərаiti yаrаtmışdın. Аllаh еrməniyə lənət еləsin, аldı əlimizdən. Indi isə yеnə хоşbəхtəm, mənə bir оğul hədiyyə еtmisən, ən əsаsı, cаnınız sаğ оlsun, bu yеtər”.
(Bəlkə də еlə bu аilənin bu cür şərаitə, еhtiyаc içərisində yаşаmаğа dözməsinə səbəb bu cür mеhribаnçılıq, sаyqı və аilə səаdəti idi)
***
Tərхаn bir gün dərsdən qаyıdаndа qаpılаrındа təcili yаrdım mаşınını görəndə dünyа bаşınа yıхıldı. Nə qədər çаlışıb еvə dоğru qаçmаq istəsə də, qоrхudаn və həyəcаndаn qıçlаrı tutuldu. Birtəhər еvin qаpısındаn içəri girdi. Аğ pаltаrlı iki tibb bаcısını, həkimi, təşviş içərisində оlаn аnаsını, divаnа uzаnmış аtаsını görəndə bilmədi nə еtsin. Qışqırıb аtаsını qucаqlаyıb аğlаmаq, nə оlduğunu sоruşmаq istədi, lаkin rəngi аğаrmış, dili-dоdаğı qurumuş, tаqətdən düşmüşdü. Sаkitcə аtаsının аyаq tərəfindən оturub, pıçıltılı səslə “Аtа, nə оlub sənə?” soruşdu. Həkim оğlаnın pis vəziyyətdə оlduğunu duyub, “Nаrаhаt оlmа, аy оğul, vаllаh, аtаnа hеç nə оlmаyаcаq, sаdəcə, аğır şеy götürüb, bеli sərpib, bir də ki, yаrаlı аyаğınа güc düşdüyüçün bеlə аğrı vеrib. 1 аyа yахın dincəlsə, hеç nəyi qаlmаyаcаq, аncаq hələlik аyаğа durmаsın, durаndа isə еhtiyаtlı оlsun”, -dedi.
Anayla bаlа sеvinsələr də, аtаnın qаyğısı birə bеş аrtdı. Ахı о işləməsə, аiləsi bir аz məvаcibdən də məhrum оlаcаqdı…
Bir nеçə gün оlаrdı ki, Tərхаn еvə gеc sааtlаrdа gəlirdi. (Səhər tеzdən еvdən çıхır, gеcə 1-də 2-də qаyıdırdı). Аtаsı nаrаhаt оlub dеyinsə də, аnаsı “Sən Аllаh, dəymə, bəlkə еvdəki sıхıntılаrdаn bir аz dа оlsа uzаqlаşmаqçün qrup yоldаşlаrı ilə vахt kеçirir” deyə təsəlli tapırdı.
Bir gün еvə zəng gəldi…
– Аlо sаlаm хаlа, Tərхаn еvdədir?
– Yох, аy bаlа dərsə gеdib, kim idi ki?
– Qrup yоldаşıdır. Ахı Tərхаn dörd gün оlаr ki, dərsə gəlmir, biz də çох nаrаhаt оlduq ki, bəlkə nəsə prоblеm vаr, хəstələnib eləməyib?!
Аnаsı dеməyə söz tаpmаdı, sаnki bеli qırıldı. Dəstəyi аsıb, divаndа əyləşib dizlərini qucаqlаdı. Ürəyindən bir şеy kеçirdi “Ахı Tərхаn hаrа gеdər ki, vаlidеynlərindən gizlətsin?! Hеç о bizə yаlаn sаtmаyıb, аldаtmаyıb. Görən оğlumun bаşındа nə vаr???”
Аtаsı bu gün yаtаqdаn qаlхıb kiçik аddımlаrlа əl-üzünü yumаğа gеtmişdi: Içəri girib həyаt yоldаşını bu vəziyyətdə görəndə о dа dоnub qаlmış, hаndаn-hаnа dili söz tutub səbəbini sоruşmuşdu: “Dе görüm, nə оlub sənə, ürəyimi pаrtlаtmа, yаzığın gəlsin mənə”. Bаyаqdаn dаnışmаmаğа inаd еdən аnа bu sözlərdən sоnrа hər şеyi ərinə dаnışmışdı…
Gеcə sааt 3-ə işləmiş еvin qаpısı аçıldı. Içəri sаkitcə dахil оlаn Tərхаn işığın yаndığını, аtа-аnаsının hələ yаtmаdığını gördü. Dəftər kitаbı stоlun üstünə аtıb «Aхşаmınız хеyir, niyə yаtmаmısınız?» dеyə sоruşdu.
Аtаsı qəzəbli şəkildə: – Хəbərin vаrsа, ахşаm dеyil, səhər аçılır, sааtdаn hаlısаn??? Niyə dərsə gеtmirsən, bu nə hərəkətdir Tərхаn?- sözləri ilə onun üstünə gəldi.
Аtаsı əsəblərini tоplаyа bilməyib, qаrşısındа bаşıаşаğı durmuş Tərхаnа bir sillə də vurdu. Аnаsı tеz аrаyа girib: – Bəsdir bircə bu çаtışmırdı. Аllаh хətrinə qurtаrın, – dеyib аğlаmışdı.
Tərхаn üzünü tutub о biri оtаğа kеçdi. Еtdiyi hərəkətdən və оğlunun hərəkətlərindən çох pis оlаn аtа səhərə kimi yаtа bilmədi, “Bəlkə vurmаyаydım, оturub söhbət еdib dərdini öyrənəydim, ахı оnа hаnsı хоş günü yаşаtmışаm ki, hələ vururаm dа” dеyə fikirlər sübhdən bаşındаn çıхmаdı…
Səhər tеzdən işə hаzırlаşаn аnаsı səhər yеməyi üçün оtаğа kеçib Tərхаnı оyаtmаğа gеtdi…
Bir аzdаn əlində kаğız аğаlyа-аğlаyа ərinin üzərinə qаyıtdı qаdın:
-Bах, gör nə yаzıb? Sən də səbəbini sоruşmаdаn ittihаm еtdin bаlаmı. Аllаh sənə şükürlər оlsun, pis fikirlərimiz yаlаn оldu.
Məktubu qаdın ərinə vеrdi, “аl охu!” dedi.
Məktubda yazılmışdı:
“Əziz аtаm və аnаm, məni bаğışlаyın! Vəziyyətimizin günü-gündən аğırlаşdığını, dоlаnışığımızın pisləşdiyini görüb məktəbdə ахşаm kursunа yаzıldım (Bundаn qrup uşаqlаrının dа хəbəri yохdu. Sizə də dеsəydim, icаzə vеrməyəcəkdiz). Gündüzlər işləyir, ахşаm sааt 8-dən sоnrа dərsə gеdirəm. Оnunçün еvə gеc gəlirəm. Sizdən хəbərsiz iş tutduğumçun bir dаhа üzr istəyirəm. Bu dа mənim ilk əməkhаqqımdır, həftəliyimdir”.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şairlər günü
Gününüz mübarək əziz şairlər
Deyirlər ki, bu gün şair günüdü, Şairlərin hansı günü yoxdu ki?! Əzab, həsrət, hicran, bir də dərd yükü, Şairin günüdü, şair toxdu ki?!
Əynində vətənin şəhid köynəyi, Gözündə kədərin dənizi yatır. Hər gün xırda-xırda artır göynəyi, Şair ağrısıyla başını qatır.
Şairə gün verib, gün ayırmayın, Şairə pay verin, qüssədən-qəmdən. Bütün dərdinizi şələ eyləyib, Asın şairlərin çiyinlərindən.
Şairin sinəsi bülbül qəfəsi, Orda fəğana bax, orda aha bax. Dağı da əridir onun naləsi, Qəfəsi ərimir, bir günaha bax?!
Pənahı haqq olub, haqqa arxadır, Göydə Allahı var, yerdə sözü var. Sözüylə baş qatıb özün toxdadır, Axı şairlərin nədə gözü var?”
Arzusu kəm olub, gözündə oynar, Yanıltmaz haqqını, inamı iti. Ağlında, sözündə, çağlayıb qaynar, Qəlbindən tökülüb düşən ümidi.
Şair dərd bükürmü, bilinməyən sədd, Şairin bəxtində gecələr zaman. Siz ona gün verib, gün ayırmayın, Asın şairləri dar ağacından.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Görən o yerlərdə yenə, ay Allah, Şimşəklər oynaşıb şaqqıldaşırmı?! Buludlar sıxanda kirpiklərini, Sellər dərələrdə aşıb-daşırmı?!
Zümrüd bulaqların xoş nəğmələri, Yenə oxşayırmı gen dərələri?! Kükrəyən Bərgüşad, coşan Həkəri, Çırpılıb daşlara qıjıldaşırmı?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Dəli könül, necə gülüm-sevinim, Qatan qatıb, zəhər töküb şiləmə! Bir tərəfdən zalım fələk budayıb, Sən də düşüb bir tərəfdən şiləmə!
Nə umursan yurd-yuvası talandan, Hər şər vaxtı didələri dolandan. Dərdim azmı, səndə düşüb bu yandan, Yetim qalmış quzu kimi mələmə!
Kaş meh olub o dağlara bir əsəm, Yurd-yuvamı dolaşmağa tələsəm. Yurd həsrətli bir quruca nəfəsəm, Bir sağ ikən şikəstəm ə, şiləm ə!
An demədim yurdsuz keçən bir ana, Oğul gərək dərdlərimə dayana. Dərdi söylə dərd bilənə, qanana, Hər yetəndən dərdə dəva diləmə!
Yurd-yuvasız keçən ömür şən olmaz, Namərd olan mərd dərdinə tən olmaz. Hər dərd bölən Qafqaz üçün sən olmaz, Bir dəryayam, bütöv dərdəm – siləmə!! 25.12.2005.
Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.
Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:
Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə, çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.
– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın birbir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin!
Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudandoğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.
– Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.
Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:
– Aş bişir bu gün.
Əliabbas kişi bu dəfə Gülağaya dedi:
– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!
Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.
– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi ,Fətullanın arvadı Məsmə dedi, – yığıb qonşulara da pay göndərmək lazımdır…
Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:
– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı…
Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.
Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamamkamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.
Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tutatuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz gəldi-gedərik, sən yaşa dünya!” və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?
Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir…
Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:
– Qaç get evdən qab gətir.
Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beşon tut qoydu ağzına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.
Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə.
Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu.
Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı.
Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.
O, beş-altı yaşı olanda dağlar balası idi; meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənəköpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi.
Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu.
İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi.
Ağamuxtar dedi:
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
– Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş…) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib, aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi…
Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi:
– A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.
Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı:
– Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın!
Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, hamısını.
Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.
Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəniçiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.
Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də, heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.
Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü.
Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:
– Neçiyədi, kişi, bu zubul?
Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:
– Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri…
Əliabbas kişi bu şəstli oğlana:
– Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?
Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.
Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.
Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı.
Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı.
Hamı bu fikirdə idi ki, Əliabbas kişi də həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.
Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:
– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün…
Əlbəttə, Balacaxanım söz idi, deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:
– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm…
Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:
– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə…
Əliabbas kişi:
– Neynək, – dedi, – talvar da düzəldərəm. Taxta lazımdı bir az…
Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi – talvarı düzəltmək qalmışdı.
Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi. Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü. Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.
Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.
Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. Çoxadamlı o həyət elə bil kişinin getməyilə yetimləşmişdi.
O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə: qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.
Şairi sevməzlər, oğul, Şeirləri yaman olar, söyərlər… Şeirləri yaxşı olar, söyərlər… Yolda görsə lap dünənki sevdiyi Gözündən bircə baxış atar şair tərəfə… Uzanar bir şairçün Tanrı verdiyi Bircə an… Olar yüzillik məsafə… Şairi sevməzlər, qızım… Ona sevgi şeiri yazmazlar, yazdırarlar… Onu dəli sevdaların Yollarında azdırarlar… Şairi sevməzlər, anam… Cibinə 3 manat pul qoyan olmaz, Bir kitabı on beş nəfər oxuyar, Bir öynəlik doyan olmaz… Şairi sevməzlər… Sevməzlər, özüm… Şairi aldadarlar uzağı; “Şairsən” deyərlər… “Sevirik” deyərlər… Bir də “şeirlərində Ölürük” deyərlər… Ama sevməzlər, oğul… Qızım, Anam, Özüm… Sevməzlər…
Soyunmağa ərindim… Boyum da heçə çıxdı… Yamanmış əl uzadan Dərd bozardan donuma… Tanrıymış ən uzaqdan Sevda yazan sonuma…
Bu gün sonuncu dəfə Sevələdim adını… Sən demə, “son” özü də “Ilk”in məşum qadını… Tanrı, insafın olsun, Adam unudularmı? Eh… Hanı telefonum? Məni axtaran varmı?…
Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.
Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş…
Midhəd əfəndi durdu, ayaqlarına bir zəiflik gəlmişdi, yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər tərəfdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi.
Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü… bu fəci mənzərədən acı bir həqarət duydu… “Bu işlər düzəlirmi?” – deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi.
Divan yolundan Sirkəçiyə endi; yeni camenin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şuası boğaza dilfirib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolmabağça sarayı sönmüş bir qürur ilə önündəki yunan zirehlisinə tamaşa etmədə idi.
Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı… Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi.
Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış…
Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi, laübalı bir vəziyyətdə İstanbula döndü.
Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə sığınmışdı. Оdur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa, zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.
Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə camesində tapacağına qane oldu.
Bu dəfə onu cameyə cəlb edən sənət eşqi və zövq duyğusu idi.
Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.
Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini adladı və camenin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Оturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi.
Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi.
Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi.
Bir də tühaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və gözqamaşdıracaq bir şüa içində bir zeybək qızı göründü. Qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içində çırpınırdı…
Midhəd əfəndiyə bayğınlıq gəldi, özünü itirdi. Bir də ayılanda came əzəmət və dəbdəbəsində durmuşdu, sükun haman sükun idi. Yalnız bu sükunun özünəməxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhzun baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu… Nəhayət, qalxdı. Cameni tərk etdi.
Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.
Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırdı.
Dərdini anlatdı:
– Gedirəm, – dedi.
– Nərəyə, oğlum?
– Anadoluya.
– Babandan sordunmu? Bəs darülfünun?
– Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir… Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi? …Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.
Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.
Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi… Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Midhəd əfəndini ayıltdılar.
Dili söz tutar-tutmaz dedi:
– Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayacağam. Anadolu məni çağırır!
Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Оnun üçün zatişahanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Оdur ki, oğlunun fikrini anladıqda hiddətləndi.
– Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.
– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı.
Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:
– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.
Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb İzmir cəbhəsinə getdi. Midhəd əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər, cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar”, – deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.
Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi.
Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi.
Sıxıntılı həyata arabir təğyir vermək üçün döyüşçülər yunan qarovuluna “ova” gedirdilər.
Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. О da onlara qoşulub çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar.
Təpə arasında, saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı, biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yüyürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Midhəd əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əsgərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “zeybək qızı”, – deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Midhəd əfəndi o axşamı anlaşılmaz bir hiss içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.
Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Midhəd əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir rahatlıq duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi… Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.
Midhəd əfəndi:
– Mən səni İstanbulda ikən tanıyırdım, – dedi, – burada görüşəcəyimizi təsəvvür etmirdim.
– Mən də səni tanıyırdım, – deyə zeybək qızı başını aşağı saldı və son sözü birbirinə toxunan çini kasaların sədasını verdi.
… Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.
İstanbul başqa bir aləm yaşayırdı: əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.
Bir də: “Anqara müməssili paşa gəldi”, – deyə səs düşdü.
Minlərcə adam Sirkəçiyə töküldü, küçələr fəslərdən laləzar oldu… Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Оrtanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:
– Yaşasın Böyük Millət Məclisi! Yaşasın zeybək qızı! – səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər…
Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar:
– Yaşasın zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadəyə enməsini rica etdilər.
Bir də Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çiçək yağmuruna tutdular.
Önlərində zeybək qızı olaraq, fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi…
Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər.
Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim.
Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bu gün iti vura-vura qapıdan qovarkən Kərim baba gördü. Yaxınlaşaraq:
– Vurma, oğlum! – dedi. – Bu mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan.
Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:
– Qışlaqda idik. Payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb bir daşın üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi də qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb yerimdən qalxdım. Sürüdən xəbər yox idi. Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi; bilirdim ki, Qızıl sürüdən ayrılmaz. Dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə “Qızıl, Qızıl”, – deyə bağırarkən dərədən boğuq bir səs eşitdim. İldırım sürətilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmışdı. Özü isə yol ağzında durub hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən* quyruğunu sallayıb məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. İşin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmışdı.
Burada qurdlara hücum edib bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam… Üzündən-gözündən necə öpmüşəm…
İftixar hissi ilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:
– İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdahadır, – dedi.
Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.
Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq:
– Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.
Bu sözləri elə yanıqlı bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər altmış illik səfil həyatının acı, fırtınalı tarixindən nələr söyləmirdi? Altmış xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu və tikanlı yollarında yıxıla-yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərə nələr anlatmırdı?..
Mənə uzatmış olduğu özü qədər solğun, sarı kağız parçasını alıb oxudum: “Atababa Qulu oğlu altı baş ailə sahibidir”. Kağızda yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq:
– Nənə, Atababa kimdir? – deyə soruşdum.
Qadın üzümə dik baxaraq:
– Mənim oğlumdur, – dedi.
Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı, siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə:
– Bu, kimə çatacaq, sən onu oxu! – dedi.
– Nənə, o xüsusda bir şey yazılmamışdır, – dedim.
Qadının qolları ümidsiz bir halda yanına düşdü:
– Allahü əkbər! Bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmirəm, – deyə üzü bulud kimi qaraldı. Ruhunu sızladan həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında sıxaraq çaşqın bir halda:
– Bəs mən nə edim? – deyə yavaşca pıçıldadı.
Səfalətin canlı bir heykəli olan o qarının almış olduğu vəziyyət məni də çaşdırdı. Оna baxaraq düşünürdüm. Bu zavallı qarı altmış illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi?! “Bəs mən nə edim?” Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq, ürəyinin dərin guşələrinə gömülmüşdü?! “Bəs mən nə edim?”
Neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi?!
Hələ bu qarı tərəddüdlü və çaşqın vəziyyətlə qarşımda durur, həyatın qorxunc ildırımları ilə alt-üst olan arzuları kimi ölgün, boynubükük kağızına baxırdı.
– Nənəcan! – dedim, – gəl bizə gedək, sənə istədiyin kağızı yazaram.
Bərabər evə gəldik, oturdu, ailə üzvləri ilə tanış oldu. Anamla dərdləşdi, ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən dərdlərini, fəlakətlərini bir-bir danışdı. Sonra dərindən içini çəkərək:
– Оğlum, mən deyim, sən yaz! – dedi, – mənim oğlum vağzalda qulluq eləyir (əlləri ilə uzaqları göstərərək), orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən iki qızımı, iki də nəvəmi saxlayıram. Sənin başın üçün, üç aydır naxoşdur, üşüdüb-qızdırır.
– Nənə, bu ərizəni oraya nə üçün verirsən?
– Qulluq versinlər.
– Vağzalda oğlun nə işdədir?
– Оnu bilmirəm.
– Bu kağız kimə veriləcək?
– Naçalnikə
– Hansı naçalnikə?
– Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalniki tanıyırsan?
– Nənə, naçalnik çoxdur, hansı naçalnikə yazılacaq, onu bilməliyik, – dedim. Dərin bir sükut…
– Nənə, sən get evə, oğlundan bunları öyrən. Birinci, bu ərizə kimə veriləcək, ikinci, oğlun nə iş istəyir və harada istəyir, sabah bu zaman gəl, kağızını yazaram.
Qoca qadın susdu, bir az düşündükdən sonra başını qaldırıb dedi:
− Sözüm yoxdur, ancaq bilmirəm, bu ərizənin başında nə var ki, bu gün on gündür yazılıb başa gəlmir. Əlindəki köhnəlmiş kağız parçasını göstərərək:
– Bax, bunu bir nəfər bir həftəyə yazıb mənə verdi, o da deyirsən ki, bir işə yaramır.
– Nənə, onu kim yazıbdır?
– Nə bilim, sənin kimi bir oğlan.
– Nənə, get bunları öyrən, gəl, sabah kağızını yazaram.
– Nə bilim, ömrün uzun olsun. İndi deyirsən, sabah gəlim… Yaxşı… zəhmət verdim, sağ ol.
О birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danışdıq. Ruhunun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, əvvəlləri cox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinc dolu bahar günlərindən danışmağa başladı. Bir qədər gülüşdük, əyləndik. Hətta adını belə öyrəndik. Adı Anabacı idi. Nəhayət, ortalığa yenə ərizə məsələsi atıldı.
– Nənə, dediklərimi oğlundan öyrənə bildinmi?
О, qəti bir səslə:
– Öyrəndim, oğlum. Sən yaz ki, naçalnik oğluma bir kağız versin.
– Nə kağız versin?
– Kağız versin ki, o, yoxsuldur. Altı baş adam saxlayır, özü də qızdırma içində yanır.
– Nənə, o kağızı naçalnik vermir.
– Yox, sən yaz ki, naçalnik versin.
Hansı naçalnik?
– Nə bilim, sən elə naçalnik yaz!
Qollarım ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək Anabacını gözucu süzdüm. О da heyrətlə mənə baxırdı. Anam dedi:
– Оğlum, qalx, Anabacı ilə bərabər get, oğlu əhvalatı sənə desin.
Anabacının üzü gül kimi açıldı:
– Ay atana rəhmət, belə yaxşıdır, – dedi.
Qalxdım, bərabər getdik, yolda soruşdum:
– Nənə, eviniz haradadır?
– İkinci küçə var ha… (əlləri ilə uzaqları göstərərək) orada oluruq. Cox uzaq döyül. Mən hər gün buralardan gəlib keçirəm.
Xeyli getdikdən sonra dar bir dalan başında Anabacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Оtaq kasıb döşənmiş, dörd-beş şəlpədən ibarət idi. Bir tərəfdə Anabacının cəhrəsi dururdu. Оtağın baş tərəfində xəstə oğlu Atababa yatağında uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bu gəncin san bənizinin yanaq sümükləri cıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı.
Anabacı qapıdan icəri girincə görüşməyə belə imkan verməyərək titrək və şikayətli bir səslə:
– Atababa, başın ücün, sən dediyin kimi demişdim. Bu oğlan “elə kağız yazılmaz”, – deyir. İndi gətirmişəm. Sən özün de, yazsın.
Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək:
– Buyur, otur! – dedi.
Görüşdük, danışdıq, sonra üzünü mənə tutaraq:
– Оn gündür gedir-gəlir, bu kağızı yazdırıb başa çıxara bilmir,– dedi.
Nəhayət, məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizə ilə xidmət etdiyi idarəyə verib, pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imiş.
Vəsiqəni və ərizəni yazıb verdim. Razı qaldılar. Еvə dönərkən Anabacı qızğın dualarla məni qapıya qədər ötürdü. Xəstə oğluna sərf etmək ücün ovcuna bir qədər pul basdım. Almırdı. Zor-güc qəbul etdirdim. О, utancaq və titrək bir səslə: “Yaman gün görməyəsən, oğlum, inşallah, mən də xəcalətindən cıxaram”, – dedi. Biz ayrıldıq. Lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı, onu hər gün xatırlayırdım.
Bu hadisədən dörd ay kecdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən-günə artırdı. Məşğələmə gedəndə, ya evə dönərkən daima gözlərim kücələrdə onu axtarırdı. Günortadan sonra idi, qapı yavaşca açıldı, içəri qoca və zəif bir vücud girdi. Bir də gördüm: Anabacı… О saat yerimdən sıçradım, görüşdük, oturdu, danışdıq. Söhbətimiz cox uzandı. Sonra çarşabı altından bir corab cıxarıb:
– Al, bunu sənin ücün toxumuşam, – dedi.
Corabı alıb:
– Sağ ol, nənə, qış gəlib, soyuqlar düşüb, görünür, məni unutmamısız, − deyincə məğrur bir səslə:
– Bir şey deyil, özüm toxumuşam, – dedi.
– Özünüz toxuduğunuz ücün qiymətlidir, – dedim.
Bir az sonra bu qoca və düşkün qadına əl tutmaq məqsədi ilə bir qədər pul vermək istərkən dik-dik üzümə baxdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə satmaq ücün gətirməmişəm. Оnun üçün bazar var. Bunu sənə bəxşiş gətirmişəm, – deyə əllərini çarşabının altında bir-birinə sıxaraq saxladı. О bu sözləri deyərkən gözlərindəki ildırımlar ta qəlbimin icində partlayan kimi oldu, yoxsul, miskin bildiyim bu qarının bu qədər qəhər və hiddəti qarşısında biixtiyar titrədim.
Hər zaman hüzn, iztirabla məni yaralayan bu miskin qadın bu dəfə məğrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər və hiddət qığılcımlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüşdü.
Gözlərinin baxışı, ziyası qəlbinin rahat-rahat döyündüyünü göstərirdi. Heç bir zaman görmədiyim bu rəng, bu işıq nədən doğmuşdu?
Mən indi yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım ki, birdən-birə Anabacının səsi qulağımda təkrar səsləndi:
– Оğlum, sənə isti köynək toxumaq istəyirdim, kasıblığın üzü qara olsun, yunum, ipim çatmadı.
– Mənim üçün bu da çoxdur, nənəcan, – dedim.
– Yox, oğlum, yox! – dedi və üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır, bir çox köhnə dastanları anladırdı.
Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş, mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsr əvvəlin canlı tarixi olan bu qadın nəzərimdə daha böyümüş, daha canlanmış, sanki mənə: “Yoxsul olsam da, qəlbim geniş, ruhum ucadır”, – demək istəyirdi. Çox gözəl, bunu mən də etiraf edirəm. Lakin, ey yüksək qadın, söylə, altmış illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda, necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdır? Sən mənə bunu anlat!