Sən “Günəşli” deyilsən-
Sən günəşlər söndürən yırtıcı dişli məkan!
Neçə-neçə məmura sərvət toplamaq üçün
Ən əlverişli məkan.
Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq,
Durub boylan kənardan öz işinə bir anlıq!
Haqq yanıb külə döndü,dəryalarda boğuldu,
Üstünə kin saçıldı,sənə nifrət doğuldu!
Saf,məsum insanlara şaxta oldun,üşütdün,
Amma neçə cəllada sığal çəkib isitdin!
Bircə parça çörəyi çox gördün məzlumlara,
Ədalətsiz olmayan Günəş hara,sən hara?!.
Sən günçıxan olmadın,qara günlər gətirdin,
Bu milləti əzablı bir günlərə yetirdin…
Səndən cavab gözləyir gözü yaşlı qalanlar,
Qoy utansın Günəşi belə gözdən salanlar!
Category: Azərbaycan ədəbiyyatı
-
Aqil SABİROĞLU.”Günəş hara, sən hara?!”
-
Müzəffər MƏZAHİM.”Oynadır ruhumu”
Ayrılıq min ildir qol-qanad gərib,
Qara kölgəsini üstümə sərib,
Orda sən qəribsən, burda mən qərib,
Təbrizim, Dərbəndim, Borçalım, Şuşam.Dolaş addım-addım ulu vətəni,
Dağıt üzərimdən dumanı, çəni,
Tarixi axtaran oxusun məni,
Yurdun özülündə qranit daşam.Varmı bu dünyada bizə tay, Dədə,
Kimlərə verildi bu yurd pay, Dədə,
Qəzəblən, səsimə hay ver, hay, Dədə,
Qoyma bu yollarda büdrəyəm, çaşam.İnanmaq, aldanmaq qismətimizmiş,
İllərcə uyuyan qeyrətimizmiş,
Təkcə oyaq qalan həsrətimizmiş,
O da fayda verməz yüz il çalışam.Vətən gözümüzdə dağ idi, itdi,
Səbr kasamız da tükəndi, bitdi,
Nə fərqi, sən verdin, mən verdim, getdi,
Mən bu itkilərlə çətin barışam.Oyandır ruhumu tanrım, amandır,
Yatmaq ölümdən də mənə yamandır,
Bu gün gözlədiyim həmin zamandır,
Gərək önümdəki dağları aşam. -
Rəhim MEHNƏT.”Hərdən ziyarətə gəl”
Mən verdiyim gülləri,
Topla,əlində saxla.
Məndən sonra gətirib,
Məzarıma qoyarsan.Otur sinə daşımda,
Üzü şəklimə sarı.
Şəkilli baş daşını,
Qucaqla, möhkəm sarı.Bir balaca daş götür,
Vurarsan baş daşıma.
Gözlərinin yaşını,
Qarışdır göz yaşıma.Silərsən əllərinlə,
Təmiz olsun məzarım.
Çısmim duya bilməyir,
Ruhum duyar a zalım.Rəhim Mehnət adımla,
Bilinər mən kimsəyəm.
Hərdən ziyarətə gəl,
Desinlər ki, var yiyəm. -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVIII hissəsi

Fidan heç cür Eldarın onu boşamaq istəyini qəbul edə bilmirdi. Kagız üstündə də olsa ərinə gözləriylə yalvarırdı ki, ona inansın.
Fidan – Həyatda inandığım yeganə insansan. Səfərlə əlaqəm yoxdur. Qan verdim düzdür, amma anamın qəbrinə and olsun neçə ildir üzünü də görməmişəm.
Sənin adına ləkə gətirməmişəm. Kim deyibsə aramızı vurmaq istəyib.Eldarın da gözləri dolmuşdu, Fidana inanmaq istəyirdi, şübhələri hisslərinə güc gəlirdi.
– Mənim üçün heç nə etməmisən. İkimiz də öz yolumuza getsək yaxşıdır.Eldar əlini Fidanın boğazından çəkdi. Sonuncu dəfə sevdiyi qadına diqqətlə baxıb evdən çıxdı. Fidan qapıya tərəf qaçdı.
– Getmə xahiş edirəm. Səni itirmək istəmirəm.
Eldar yenidən Fidana tərəf baxdı.
– Vallah Fidan itirməməkdən çox itirmək üçün çalışdın. Sənin üçün hər şey elədim. Mənə deyə bilməzdin? Qan verməyə icazə verərdim. Bizi yaradana and olsun, icazə verərdim. Səfəri sevdiyini bilə-bilə evlənmişdim.
– Sənə qarşı biganə deyiləm.
– Ayrılsaq yaxşıdır. Bu o demək deyil bir-birimizi görməyəcəyik.
Yenə dost qalacağıq. Unutma, Yaşara soyadımı vermişəm. Mənim də oğlumdu. Gecən xeyrə. Nə lazım olsa Rəşada deyərsən.Fidan ağlayırdı, Eldarla ayrılığına heç cür inana bilmirdi.
Təhminə Rəşadla evlənəcəkləri günün , ona övlad verəcəyi günün xəyallarını qururdu. İnanırdı ki, Rəşad onun kimi sevir. Lakin ağlına gəlməzdi ki, bugün xəyallarının həyata keçməsi üçün ilk addımdır…
Rəşad yeməkləri və qırmızı şərab sifariş verdi. Rəşad Təhminəni sahildə yerləşən restoranların birinə gətirmişdi.
Təhminə şüşəbənddən Xəzəri seyr edirdi. Rəşad qəfildən üzüyü barmağına taxdı. Üzük sevgilisinin barmağına boş olduğundan, çətinlik çəkmədi. Təhminənin sevinciylə, təəccübü qarışmışdı bir-birinə. Dili söz tutmurdu ki, bir kəlmə danışsın.
Rəşad gülümsədi:
– Deyəsən , danışa bilmirsən?! Əslində, mən də bilirəm, üzüyü taxmağa gecikmişəm. Gərək çoxdan olaydı. Mən sənin yanında rahatam Təhminə. Səninlə yaşadığım gündən bəri heç bir qadına ehtiyyacım olmayıb. Deyərdim ki, xasiyyətin superdi. Ömür boyu səninlə yaşasam, doymaram.
Təhminə – Bəs, anagil evlənməyimizə razı olacaq?
– O mənim problemimdir. Başa düşmürsən, məni səndən başqa heç bir qadın xoşbəxt etməyəcək. Sən də ananla barışarsan, lazım olsa, ananla mən də danışaram.
Təhminənin gözləri dolmuşdu. – Bilmirəm, nə deyim. Bəs, keçmişim səni…
Rəşad Təhminənin əlindən tutdu. – Ona qalsa mənim də keçmişim parlaq deyil. Keçmişlə yaşasaq gərək ikimiz də başımıza güllə vuraqda, yaşamayaq. Nə isə…Keçmiş cəhənnəm olsun. Bugünə bax sən. Sualıma cavab ver. Ömür boyu xoşagəlməz xasiyyətimə dözəcəksən, ya yox?
– Fidanla Eldar evlənən gündən ikimizi xəyal edirəm. Səndən bir övladımın olması ən böyük arzumdur.
– Nigah insanları bir-birindən soyudur deyirlər. Səni and verirəm səni-məni yaradana indiyəcən necə olmuşuqsa, bundan sonra da elə olaq. Sənə kişi kimi söz verirəm, həmişə sənə hörmət edəcəm, heç vaxt keçmişini üzə vurmayacam.Təhminə ağlamaqdan deməyə söz tapmırdı. Rəşad Təhminənin iki əlini birləşdirib öpdü. (daha&helliip;)
-
Günel ƏLİYEVA.”O mənəm”

Bir buludun gözündən
Axan sel var o mənəm.
Bir gənc insan saçında
Bəyaz tel var o mənəm.
Bir sevginin yolundan
Keçən nifrət o mənəm.
Bir vüsalın yanından
Baxan hicran o mənəm.
Bəyaz sima üstündə
Qara xal var o mənəm.
”Bəlkələr”lə doluyam,
Qəm- kədərin quluyam.
Sevincim körpə uşaq,
Dərdlərim məndən böyük.
Ədalətsiz hakiməm,
Sonu əzab hökmümün.
Savadsız bir həkiməm,
Görməmişəm xeyrimi.
Hər kəsi ”xoşbəxt ”edən,
Özü bədbəx falçıyam.
Ya həyat yalançıdır,
Ya da mən yalançıyam,
Uçurum var arada,
Xeyli insan dayanıb,
Gözləyirlər sırada.
Səadət paylayırlar
Lap axırda ,ən sonda,
Növbəsini gözləyən
Bir qadın var o mənəm -
Nail DAĞLAROĞLU.”Taparsan”
Dost qan quripuyla tapılmaz, qardaş,
Dostu saf ürəkdə, canda taparsan.
Dostu gen günlərdə tapmağa nə var,
Əsil dostu çətin anda taparsan.Dost var ki, sonacan dost qalar sənə,
Dost var ki, çörəklə dost olar sənə.
Dost var ki, ürəklə dost olar sənə,
Dost var ki, şöhrətdə-şanda taparsan.Dost var dar günündə sivişər qaçar,
Dost var darıxanda könlünü açar.
Dost var zülmətlərə işıqlar saçar,
Nail der: -özünü onda taparsan. -
Arzu RÜSTƏMSOY.Yeni şeirlər

Buz tutub
Boz xalının,ağ naxışı,
Xəzəl üstə,yağ naxışı.
Şaxta vuran çağ naxışı,
Dildə buz tutub,buz tutub.Göy ağsaqqal,yer ağbirçək,
Gah xəyaldır,gah da gerçək.
Arzularım ləçək-ləçək,
Güldə buz tutub,buz tutub.Bəhsə girib,günlər-aylar,
Buz salxımlı,bağ saraylar.
Şəlalələr,göllər,çaylar,
Seldə buz tutub,buz tutub.Çəkməz,Arzu bunca dərdi,
Nisgil onu,susuz sərdi.
Bəxti,bir ovuc yetərdi,
Əl də buz tutub,buz tutub.Desəm…
Ay Allah bu,gülən mənmi?
Gülüşümdən,qopan sənmi?
Qaça-qaça gələrsənmi?
Sənə darıxıram,desəm…Yuvasız quşlar məsəli,
Nə ümid yox,nə təsəlli.
Gözlərində danım bəlli,
Sənə darıxıram,desəm…Keçsəm,keçə bilmədiyim,
Köçsəm,köçə bilmədiyim.
Getmədiyim,gəlmədiyim,
Sənə darıxıram,desəm…Qopsun,arzum ürəyimdən,
Yelkənlənib,dirəyimdən.
Qaça bilsəm,fələyimdən,
Sənə….
darıxıram…
desəm… -
Müzəffər MƏZAHİM.Yeni şeirlər
TƏNHALIQ
Torpağı , havası , suyu yerində,
Payızı , baharı , yayı yerində,
İncə gözəlliyi , boyu yerində,
Niyə solub gedir bu fidan belə?Dürlü qayğılardan biçilib donu,
Yellər sığal çəkər oxşayar onu,
Nəğməli quşları yarpağı sanı,
Niyə solub gedir bu fidan belə?Keçid ağzındadır , yolaq üstədir,
Axarlı-baxarlı bulaq üstədir,
Baxan deyir baxtı ayaq üstədir,
Niyə solub gedir bu fidan belə?İKİ SƏFİL
Pilləkənlərdə əyləşib
İki səfil yanaşı,
Onların soyuqluğundan
Buza dönüb altlarındakı
Pilləkən daşı.
Birinin əlində
Pivə şüşəsi,
O birinin qarşısında
Boşalmış, yalanmış
Koserv qutusu.
Hərəsi öz aləmində…
Biri tez-tez gəyirir,
O biri tez-tez əsnəyir.
…Adam it günündədir,
İt isə adam olmaqdan ötəri
İtliyindən çıxıb deyəsən
bir az…
Hər canlı özündən çıxmasa
Dünyada səfil olmaz. -
Rəhim MEHNƏT.Yeni şeirlər
Millət Səni seçdi
Vətən ağır günündə səslədi Səni,
Yetişdin haraya xilaskar kimi.
Tarix seçə bilmədi ki, heç bir kimsəni,
Millət seçdi Səni bir rəhbər kimi.Düşmən agzin əydi, dost gülümsədi,
Üç rəngli bayrağı Sən qaldıranda.
Erməni Aşotun bagrı çatladı,
“Əsrin müqaviləsi”imzalananda.İndi çiçəklənib Vətənim mənim,
Hər yerdə, hər yanda qalıb izlərin.
“İlhamla “ilhama gəlib gənclərin,
” Yeni Azərbaycan “qurub sözlərin.NƏ TAPMIŞAM SƏNDƏ MƏN
Bu sevginin dadından,
Canım, bezmək olarmı?!
Dilin deyən kəlmənə,
Dodaq büzmək olarmı?!
Bir dəli sevdamızın,
Tanrısı sən, bəndə mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Sənin bu dəli sevdan,
Ürəyimə köz qoyub.
Sevgin məni izləyib,
Uzaqlardan göz qoyub.
Bilmirəm hardan düşdüm,
Kəməndə mən, bəndə mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Keçərəm qarşısına,
Sənə gələn əzabın.
Günahların mənimdi,
Sənin olsun savabın.
Səni axtaracağam,
Dumanda mən, çəndə mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Udub hər bir kəlməni,
Ağız dadım etmişəm.
Səni öz həyatımda,
Qohum, yadım etmişəm.
Ağzından çıxan sözü,
Bənzədirəm qəndə mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Fikrimdə, xəyalımda,
Hər anımda mənimsən.
Cavanlığın yanımda,
Qocalanda mənimsən.
Ölüncə yaşayaram,
Saçındakı dəndə mən,Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Başqa yerdə axtarma,
Ürəyində tap məni,
Sevgi alovlarında,
Yandır məni, yax məni.
Mən elə sənə dönüb,
Yurd salmışam səndə mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Durmuşam yolun üstə,
Sən gələndə can deyim.
Gələn qədəmlərinə,
Ömrümü qurban deyim.
Səni çox axtarmışam,
Quranda mən, dində mən.Söylə mənə ay gülüm,
Nə tapmışam səndə mən.
Səndən ayrı yaşamaz,
Nə ruhum, nə varlığım.
Qolların arasında,
Çatacaq qocalığım.
Sonda pıçıldayaraq,
Deyəcəm öləndə mən,
Söylə mənə ay gülüm,
Nə tapmısan məndə sən. -
Rahilə DÖVRAN.”Mən Şuşanın dağlarında qar görürəm”
Gəlib vətən torpağına nazlı bahar,
Dönür yurda durnalarım qatar-qatar.
Sevincindən ulduzlar da göydən baxar,
Bu sevinci özüm üçün ar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.Geyinməyib ətəyinə güllü donu,
Yaz günəşi əzizləmir hələ onu.
Çovğunların, fırtınanın min oyunu…
Bülbülləri susqun, dinməz, xar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.Quzğun kimi Qarabağda yad, yağılar,
Səmasında qara-qara buludlar var.
Vaqif, Zakir, Xurşidbanu çox intizar,
Çiçəyini həsrətli bir yar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.Qəfəsdədir Cabbarımın, Xanın səsi,
Bülbülümün, Seyidimin, zənguləsi.
Qan ağlayır “Qarabağın şikəstəsi”,
Susan qaval, susan kaman, tar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.Döyüşümüz, vurşumuz haqqdır bizim,
Komandandan əmr gözlər oğlum, qızım.
Zülfüqardır, qoç Fəridim, Mübarizim,
Qarabağın xilasını var görürəm.
Mən Şuşanın dağlarında qar görürəm. -
Şəfa VƏLİYEVA.”Bir qız vardı o vaxtlar?!”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüUnutdunmu, ay oğlan,
Bir qız vardı o vaxtlar?!
Sıxılmış dodağında
Adını “büküb” ağlar…Bəxtəvər sən imişsən,
Yadından “yad”ı sildin…
Doğması, kimsənəsi
O qız tək səni bildi…Sevirdi deyə səni
Ölçüsüz “böyütmüşdü”…
Qurduğu evciyinin
“Adamı” düzəltmişdi…Yıxmısan dünyasını
O kür, utancaq qızın…
Səni görcək ovcunda
Saçı “oyuncaq” qızın… -
Fidan ABBASOVA.”Bura kimi yaşamaqmış qismətim”
Bu şeri həlak olmuş bütün dənizdəki günahsız neftçilərə həsr edirəm.Çox kövrəldim yazıncada Allah hamısına rəhmət etsin..
Men gedirem əcəl gəlib yanıma
Bura kimi yaşamaqmış qismətim
mən qaneyəm alnımdakı yazıma
ancaq bu cür ölməyi heç bilməzdim..Sən demə tufanda bizi sınadı
Eşidənlər gör kimləri qınadı
bizim üçün ağlayan tək anadı
bu həyatda heç bir vicdan görmədim..Arzum qaldı ürəyimdə ey yarım
son sözlərim axı neyçün yalvarım
Mən ömrümü bu dənizə adadım
Bu dənizdən belə incik getmədim..Gözləyəni olmasada dosdumun
sizdə bizə bu dərd üçün yas tutun
dəniz oldu mənim yastıq tabutum
Vəfa yoxsa bu dünyanı sevmədim..Övladımı yaxşı qoru ey vətən
ürəyimdən bunlar deyildi keçən
bu dənizə aşiq olduğum gündən
heç qorxmadım qəzəbini görmədim…Fidan səndə yazdın vicdan arama
O insanlar cənətlikdi sorana
kim deyəcək qanayan bu yarana
bir sarğısı yetişmədi hörmədim…. -
Kemale ABDULLAYEVA.”Allah aşkıyla”
Yüksek-yüksek zirveleri
Aşarız Allah aşkıyla!..
Mutlu-mutlu yarınlara
Koşarız Allah aşkıyla!..Yaprak-yaprak topraklarda,
Gonca-gonca yapraklarda,
Çiçek-çiçek ırmaklarda
Açarız Allah aşkıyla!..Deli-deli yeller gibi,
Coşkun-coşkun seller gibi,
Nağmeli bülbüller gibi
Coşarız Allah aşkıyla!..Güzel-güzel sözler ile,
Hoş sohbetler sazlar ile,
Dualar, niyazlar ile
Baharız Allah aşkıyla!Güle-güle hep gülerek,
Seve-seve hep severek,
Severek hem sevilerek;
Yaşarız Allah aşkıyla!.. -
Nigar RÜSTƏMQIZI.”Yəqin sən də gedəcəksən”
Yəqin sən də gedəcəksən
Hamının getdiyi yerə.
Mən öz yerimə sadiqəm,
Necə ki, sadiq olurlar,
Ağaclar bitdiyi yerə.
…uzun ömür, can sağlığı.
Bağışla bu uşaqlığı.
Ayrılmaqçün gəl görüşə
Sevginin itdiyi yerə.
Koram, gözüm əllərimdi
…ümidlərdən tuta-tuta,
Arxanca gəlib çıxmışam
Məni tərk etdiyin yerə –
Hamının getdiyi yerə. -
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistSən zülmət gecələrin bir ümid çırağısan,
Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
Sən hürriyyət sədası, azadlıq sorağısan,
Hər qarışda izin var, bu izi silmək çətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Vətənin hər daşını sevginlə naxışladın,
Bu yurda kəc baxanın yolunu yoxuşladın,
Sən qalan ömrünü də xalqına bağışladın,
Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Əshabi-kəhf timsallı neçə pirlər burada,
Hər qayanda qorunur neçə sirlər burada,
Sənə yön çevirdilər “91-lər” burada,
Bir daha bəlli oldu xalqına sədaqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Sən haqqa arxa durdun, əsarətə yox dedin,
Acın dərdini bilməz heç bir zaman tox, dedin,
Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
Aydınlıq nuru qonsun üzünə məmləkətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Bu dövlətin qırılmaz təməlində yaşarsan,
Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
Vətən sevdalıları cəm elində – yaşarsan,
Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
Yüksəliş müjdəlidi hər açılan səhərin,
Daha yolu rəvandı aşılmaz zirvələrin,
Bütün dünya çevirib yurduma öz diqqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Ən böyük əmanətin İlham Əliyev bizə,
Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
Onunçün o, qatır ki, gecəsini gündüzə,
Heç zaman laxlamasın özülü bu qüdrətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
Bütün cahan bir ola boğa bilməz bu səsi,
Hələ qarşımızdadır Qarabağ təntənəsi,
Ürəyində gömərik düşmənin bəd niyyətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.And içirik günəşin sübh doğan çağına,
And içirik qan ilə boyanan torpağina,
And içirik üçrəngli müqəddəs bayqağına,
Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin. -
Rahilə DÖVRAN.“Bir insan ömrünə nələr sığarmış…” (Poema)
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatıBİR İNSAN ÖMRÜNƏ NƏLƏR SIĞARMIŞ…
ProloqNə zamandır düşünürəm dərin-dərin,
Dərdləşirəm mən gecələr əqlim ilə.
Yaratmaqçün dastanını mən Öndərin,
Toplayıram dürr-incilər gilə-gilə.Mən bir qorxmaz əsgəriyəm həqiqətin,
Yazdıqlarım ümmandakı bir damladır.
Söz, sənət də fövqündədir məhəbbətin,
Mənim gecəm, həm gündüzüm ilhamladır.Ümümmilli liderimə olan sevgi,
İnanıram çağlayacaq qələmimdən.
Hər qafiyəm, hər bir hecam nizə,süngü,
Söz qılıncdır,düşməyəcək heç əlimdən.Ötsə də çox əbədiyyət səfərindən,
Ölməzdir O,sıramızda bizimlədir.
Məst olmuşam müstəqillik zəfərindən,
Ulu Öndər aramızda, bizimlədir. (daha&helliip;) -
Şairə Rahilə Dövran “Qızıl qələm” media mükafatına layiq görülüb
9 dekabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, şairə Rahilə Dövran (Əliyeva Rahilə Vəli qızı) Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı təqdim olunub.
Qeyd edək ki, bundan öncə şeirləri Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruQARDAŞIM
Bu xalqın, millətin dərdi böyükdü,
Oyat yatmışları, oyat qardaşım.
Ayrılıq bizlərə bir ağır yükdü,
Dağlarda atını oynat qardaşım.Qanlı köynəyini bir bayraq eylə,
Şuşnı, Laçını sən yaylaq eylə,
Xain düşmənləri daş-qalaq eylə,
Zalımın gözünü oy, at , qardaşım.Uca zirvələrlə sən dayan qoşa,
Yiyə dur Vətəndə torpağa, daşa,
Hər zaman hazır ol, sən son savaşa,
Həmişə irəli can at, qardaşım.Yada bel bağlama, özünə güvən,
İgid babaların sözünə güvən,
Qeyrətinə güvən, düzünə güvən,
Çürük məftilləri qır, at, qardaşım.Yurd, yuva düşməndən qanla alınar,
Qorunan torpaqda məskən salınar,
Düşmən quduranda “Cəngi” çalınar,
Dağlarda ocağı gur çat, qardaşım.Hər gün qol götürüb oynama toyda,
Dilimiz gödəkdi hələ o tayda.
Babam Xətainin dövləti boyda,
Yarat dövlətini, yarat qardaşım. -
Abdulla MƏMMƏD.Yeni şeirlər
Qədər axırına çıxır ömrümün
(“Didərgin şərqisi,qaçqın harayı”silsiləsindən)
Üzümə gülən dağ duman içində,
Günlərim vurnuxur güman içində.
Məni hey sümürür zaman içimdən,
Tüstüsü təpəmdən çıxır ömrümün.Yağı kəsilmişəm,özümə yağı,
İçimi göynədən sözümə yağı.
Haqq sözüm qayıdıb üzümə yağır,
Üzüm yox üzünə çıxım ömrümün.Yağır şəhidlərin məzar daşları,
Qurğuşun yaddaşlı od yağışları…
Yağır həsrətimə yurd yağışları,
Başımda şimşəyi çaxır ömrümün.Yağışlı günlərin yoxuşu ağır,
Yuyulub enişə yoxuşu axır.
Yurdumda yuvasız naxışım ağır,
Astarı üzünə çıxır ömrümün.Köksümdə göyərən sözüm saralır,
Yurd sarı boylanan gözüm saralır,
Dərdimin əlindən üzüm saralır,
Qədər axırına çıxır ömrümün.Həsrət bayatıları
Özüm özümdən oldum,
Günah özümdə oldu.
Bu həsrətə tuş olmaq
Vallah,özümdən oldu.Gözüm gözündə qaldı,
Qəmli üzündə qaldı.
Həsrətin ürəyimdə,
Sevdam gözümdə qaldı.Bir bulaqdım-qurudum,
Bir ocaqdım-qor oldum.
Mən səni qorumaqdan
Həsrətimi qorudum.Mən aşiq sənə bağlı,
Dərdim çisənə bağlı.
Sözlə açdığım qapı
Həsrətdən yenə bağlı.Əzizim söz də qaldı,
Söz verən gözdə qaldı,
Gecəm həsrət əlində,
Gündüzüm sözdə qaldı.Mən aşiq oda bağlı,
Yanar qəlb oda bağlı.
Son pənahım qapındır,
Üzümə o da bağlı.Aşiqəm dağda yara,
Dərdimə dağda yara.
Həsrət dağ çəkən gündən
Kar etməz dağ da yara.Qara geyib bu yazda
Qara gəzmə bəyazda.
Onsuz da sənli həsrət
Mağar qurub bu yaz da.Sıyrılıb qəmdən çıxsan,
Zil olub bəmdən çıxsan.
Sözüm qəhqəhə çəkər
Ah tək köksümdən çıxsan.Mən aşiqəm,haqladır-
Aşiq işi haqladır.
Üzün ağ olsun həsrət,
Ürəyimi haqladın.Baxışların incidir,
Sənsiz heçdir inci,dür,
Həsrətin nə yamandır?
Ürəyimi incidir. -
Rafiq ODAY.““Sevgilim dənizdədir…””
(Qərənfillərin, yosunların, balıqların və balıqqulaqlarının simfoniyası)
Deyəsən yorulmuşdular,
usanmışdılar
Qara torpaq,
daş döşəmə,
mərmər üzlük üstündə
Sərili qalmaqdan
qərənfillər…
Onunçün də
bu dəfə özlərini dənizə atmaq,
Yosunlarla,
balıqlarla,
balıqqulaqlarıyla
Dərdləşmək
qərarına gəldilər…Yosunların,
balıqların,
balıqqulağıların
Fəryadını eşidib
özlərini itirdilər,
çaşıb qaldılar qərənfillər…
Bu necə ağı,
bu necə edi,
bu necə fəryad idi, Allahım?!
Bu hayqırtılar dənizin altını
təlatümə gətirmişdi…
Dənizin altı
üstünə çevrilmək məqamındaydı…
Dözmədi qərənfillər
onların bu halına….
Bir fəryad qopardılar ki,
gəl görəsən…
Qərənfillərin gözlərindən
fəvvarə vuran su
Dənizin suyunu
bir barmaq da artırdı…
Səsləri içində boğuldu
bu hayqırtıdan
Yosunların,
balıqların,
balıqqulaqlarının…
Ağlamağı buraxıb
matdım-matdım
qərənfillərin üzünə baxdılar.
Başları qərənfillərin bu müsibətinə
elə qarışmışdı ki,
Dənizin dibində
dörd gündən bəri
Qol-boyun olduqları, isnişdikləri
bu Tanrı bəndələrini
kökslərindən necə buraxdıqlarının
fərqində belə olmadılar.
Tanrı övladları bir-bir suyun altından
suyun üzünə sarı
hərəkət etməyə başladılar…
Bir… iki… üç… dörd… iyirmi… iyirmi üç…
Qərənfillər o an
dövrəyə aldılar bu məsum bəndələri…
Bir karvan halında birləşib
sahilə doğru
irəliləməyə başladılar…
Dörd gündən bəri
meydan sulayan dalğalar
bu mənzərəni görüb
qaçıb gizlənməyə
yer axtardılar
utandıqlarından.
Sahildə…. Sahildə isə….
Milyonlarla insan
Səbirsizliklə bu karvanın
yolunu gözləyirdi… -
Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəmanlı dastanı”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıArif Məhərromova həsr olunur
Bu bərəkətli Vətən düşübdü nahaq qana,
Arif adlı qəhrəman ağlayır yana-yana.
Allaha əl açaraq, üz tutub bu torpağa,
İgidləri səsləyib, dedi, qalxın ayağa!
Dedi gəlin, birləşək, qurtaraq dərdi-qəmdən,
Yapışaq Babəklərin, Koroğlunun əlindən!
Dedi ki, igidlərim günbəgün artmaqdadır,
“Dığa” adlı düşmənin kökün qopartmaqdadır.
Həmişə dayanıbdı mərhəmət tərəfində,
Arif bir dastan olub, insanlıq şərəfində!
Döyüş xəritəsini Arif özü cızardı,
Yağı-düşmən Arifə həmişə uduzardı…
Həmişə təbliğ edir, insanlığa xidmət et,
Uluların, insafın, ədalət yoluyla get!
Vətənə Arif kimi aslan igid ər gərək,
Vətən igidlərindən, birləşən bəşər gərək!
Çətinlik, qorxu nədir, duymadı, bilmədi heç,
Vətən, qəhrəman oğlun Arif kimisini seç!
Arif qəhrəmanımız Yurda, bizə gərəkdir,
İnanırıq bir səhər üzümüz güləcəkdir!! -
Mayisə ƏSƏDULLAQIZI.”Şəhidlər Xiyabanı”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıŞəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Doğma övladlarındı,
Körpə qol-qanadındı,
Vətən, qoynunda yatan…
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Onları tanımayan,
İnsanlıqdan kənardı,
Məzarları başında,
Vətən sevgisi vardır!
Onları tanımayan ,
Bizləri nə anlayar?!.
Nadanların işidi,
Dünyanı qandallayar!!
…Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Doğma balalarındı,
Sənin qol-qanadındı,
Vətən, qoynunda yatan!! -
Mayisə ƏSƏDULLAQIZI.”Səmanın al günəşi”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıYağış yağır damcı-damcı,
Ürəklərə qəm ələnir,
Acı-acı.
Qara kədərə bürünən
Göy Xəzərə,
Nələr deyir yağan yağış,
Damlaları naxış-naxış…
Amma, mənə elə gəlir,
Bu yağan heç yağış deyil.
Səma adlı bir gözəlin,
O mənalı gözlərindən axan yaşdı.
İtirdiyi sevgisinə sadiq qalıb,
Saxladığı qara yasdı.
Görən hara getdi günəş?
Dəryalarda itdi günəş,
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı
İsti, qaynar, həzin sevgi dünyasına?!.
Görən səma dözəcəkmi
Günəşinə qovuşmaqçın?
Yoxsa, elə sübhə kimi ağlayacaq?!
Ağlayacaq həzin-həzin,
Kövrək-kövrək,
Ürəyini dağlayacaq…
Dalğalar dilə gəldilər,
Dedilər ki,
Bu nisgilli, incə qəlbli səmamıza,
Ürəyini ağrıtmasın,
Göydən leysan yağdırmasın.
Zaman gələr, vaxt yetişər,
Yəqin, sənin də haqqın var,
Bir səhər günəşin gələr.
Ağlamaqdan solan çöhrən,
Bir gün gülər!!
…Arzum budur, bir kimsənin,
Səmasından al günəşi itməsin,
Qəlbində həsrət kölgəsi bitməsin!! -
Nemət HACIƏLİYEV.Yeni şeirlər
* * *
Hər sözü şəkər kimi qəlbə yatır,
O gözəl cananımın əngi budur.Təbiət ondan alır ilhamını,
Eşq ilə sevginin ahəngi budur.Telefon zənginə aləm qarışır,
Darıxıb gözləməyin zəngi budur.Gözləri canıma hakim kəsilib,
Gözəllik aləminin rəngi budur.Məni hərdən şad elə qürrələnim,
Deməsinlər eşq içrə ləngi budur.* * *
Dərdi-səri kəlan olan,
Qəlbi təmiz yara ölkəm.
Canı zəhər ilə dolan,
Üstü başı qara ölkəm.Əsrlərin sınağında,
Millətlərin qınağında,
Bu dünyanın qucağında,
Düşmüş daim dara ölkəm.Ya pul uçur sağa, sola,
Ya da gedir parka,yola,
Bu qədər neft ola-ola,
Gəlir gedir hara ölkəm?!Ayrı qaldıq hürriyyətdən,
Uzaq düşdük düz niyyətdən,
Baş açmayan vəziyyətdən,
Bir çarə tap,ara ölkəm.Kəsir biri,asır biri,
Alır biri,atır biri,
Nemətin bu qısa şeiri,
Bəlkə oldu çara ölkəm… -
Şəfa EYVAZ.”Qərənfil atmayın dənizlərə”
“Günəşli” yatağında həlak olmuş əzizlərimizin xatirəsinə
(Gedən hər can bizdəndi, bir parçamızdı)Atmayın,
Qərənfil atmayın dənizlərə
Baxın!
Baxın, güllər belə
üzüb getmir dərinliklərə…Gözü yaşlıdı dənizin,
Qoynunda bir qucaq
yas havası var…
Gözü yaşlıdı dənizin,
Atdığınız güllər onu ovutmaz!Qərənfil atmayın dənizə,
qırmızı ləçəklər ölüm doyurmaz,
Duyub sulardakı qan qoxusunu
Qərənfil bir daha qırmızı açmaz.Çiçək atmayın dənizə,
Dənizdə qarışıb bütün qoxulıar…
Qan, ölüm, tüstü,
neft, çiçək…
bu qədər qoxuya ruhlar dayanmaz!
Dayanmaz!Çiçək atmayın dənizə,
Atmayın…
Dənizin qoynunda
indi gül ətirli,
neft qoxulu balaları var…P.S. Daha artıq dözmədim, ən çox da əlimdən bir şey gəlməməsinə üzülürəm…
-
Şəfa VƏLİYEVA.”İlin sonuncu ayı…”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüArzu tutarmış qızlar
İlin sonuncu ayı…
Yeni ilədək çıxar
Adlarının bəxt payı…Altıca ay tələsdim…
Mən səhv etdim, deyəsən…
Rüzgarlar kimi keçdim…
Iz də qoymadım… səs də…Gəlsin dedim “Ağ atlı”…
Nal səsi gecikmədi…
Gəldi… yanıma çatdı…
Bəxtimin qara atı… -
Xəyalə SEVİL.Yeni şeirlər
Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Ay da bükübdü boynunu
Yenə xatirələr yadıma düşüb,
Yuxum da gəlmir ki , yatım tərs kimi.
Hər nə yaşadıqsa sənlə,
Bir azı mənə təsəlli,
Bir azı mənə dərs kimi…
Başımın üstündə yanan ulduzlar
Mənim dərdimə yanıb.
Ay da bükübdü boynunu,
Anam kimi dayanıb.
Axıdımmı gözlərimin yaşını,
Həsrəti diri gətirim.
Ya ufurum ulduzları şam kimi,
Gedim səhəri gətirim?Bütün güclü qadınlar bədbəxtdir
Qurduğun xəyallarından
Geriyə dönmək qədər
Çətin yol yoxdu bu dünyada.
Gözlərindən yıxılan göz yaşlarını
Yanağın da qaldıra bilmir.
Baxışların buz kəsilir.
Başını qaldırıb göyə baxırsan,
Göy üzündə sənin çarəsizliyinə
Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
Qaralır dünyan, qaralır,
Həyatın göz qapaqlarının
Arası qədər daralır…
Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
İçindəki təkliyi heç kim görmür… -
Günel ƏLİYEVA.”Məktubdakı xoşbəxtlik”

Dəniz ,gəl bu gün gedək, doyunca gəzək. Yağmur ,sən bilmirsən ki, bu gün işlərim çoxdur .
Bilirəm, mənim də işim var. Amma işlərimizi bir gün təxirə salaq .Həyatın xoşbəxtliyimizin dadını çıxaraq. Yox, olmaz ,başqa vaxt gedərik. Eyy Dəniz ,başqa vaxt, başqa vaxt. Sən həmişə beləsən ,sənin işlərin bitəndə biz iki qoca insan olacayıq .Onda da nə ayaqlarımız tutacaq, nə də gözlərimiz ayağımızın altını görəcək .Hələ əsən, titrəyən əllərimizi demirəm .
Ehh ,onda məni sevdiyini desən də qulağım eşitməyəcək ki .
Yaxşı, yaxşı az deyin ,hazırlaş gedirik ,başımın bəlası.
Bilirdim, bilirdim mən.
Nəyi bilirdin?
Mənə’’ yox ‘’deyə bilməyəcəyini.
Cəsarət özünü oda atmaq deyil ki, cəsarət odda yanan çarəsizi ölümün pəncəsindən xilas etməkdir .
Yağmurun cəsarətliliyi də elə bunda idi ,o özünü başqalarının yandığı oda atarkən yanardı .
Və özünü yandıran qığılcımlar başqalarının işığı, çırağı olardı .
Özünü xoşbəxt hiss etməyə çalışardı, bir məktubda ,sadəcə bir məktubda olsa belə xoşbəxt olmağı bacarardı.
İlahi ,çox xoşbəxtəm .Bu gün həyatımın ən unudulmaz günüdür . Nə yaxşı ki yanımdasan .Artıq baharın füsunkar mənzərələrini səninlə birlikdə duyub, seyr edəcəyik .Xoşbəxtlik yağışının damlaları altında səninlə birgə islanmaq nə gözəl hissdir ,sevdiyim !Uzun ayrılıqdan sonra sənə qovuşmaq ,həsrətin sonundakı vüsala’’ xoş gəldin’’ demək Tanrının mənə ən gözəl hədiyyəsidir desəm ?
Bəzənsə sussam ,qəlbimlə danışsam? Amma bəzən də bütün dünyaya bəyan etmək keçir könlümdən sənə olan sonsuz, tükənməz eşqimin sevinc səslərini .
Yağmur, vaxtdır gecikirsən işə. Nə yazırsan belə ?
Qızım, nəhayət ki ,üzün gülür .Günlərdir ağlayırdın .Nə oldu birdən belə ?Nə qədər cəhd etsəm də sənin üzünü güldürə bilmirdim .Nə yaxşı ki ,yenidən təbəssüsüm qonub yanaqlarına. Səbəbi nədir bunun ,qızım ?
Bilirsən ,ana ,deyirlər xoşbəxtlik insanın öz əlindədir .
Sadəcə ovcundakı xoşbəxtliyi möhkəm saxlamalısan ki yerə düşməsin, ayaqlar altında əzilməsin .Mən də xoşbəxtliyimi özümə yaşatmaq istədim. Mən bu an xoşbəxtəm. Dənizin gedişindən sonra bütün günü ağladım ,sızladım .Dünyalar qədər sevdiyim birini itirdim ,gec də olsa fərqinə vardım .Göz yaşlarım onu geri qaytarmayacaq. Amma mən onu unutmaq istəmirəm. Qoy yaşasın xatirələrimdə.
Həyata necə baxarsansa baxışlarının qarşılığında görərsən dünyanı. Mən də bundan sonra qaranlıqdakı işığı görməyə çalışacam. Onu geri qaytarmaq mümkün deyil artıq .Mən onunla son məktubumda vidalaşacam. Yox ,yox ona qovuşacam .
Anacan, bax budur xoşbəxtliyimin səbəbi .Sadəcə bir məktub .Bu məktubda olsa belə ona olan sevgimi izhar edəcəm .Ürəyimdən keçən ən gözəl ,ən saf sözlərimi ,səadət dolu arzularımı yazacam bu məktuba. Sadəcə məktubdakı xoşbəxtliyimə sığınacam ,onunla təsəlli tapacağam.
Yağmurun bu sözləri anası Sevil xanımı kövrəltməyə bilməzdi .
Qızım, haqlısan, olmadı deyə kədərlənmə ,o zaman üsyan etmiş olarsan Allahın yazısına .
Yalançı ümidlərdənsə kiçik təsəlli yaxşıdır.
Eləysə səni məktubdakı xoşbəxtliyinlə baş- başa buraxıram .
Bilirsənmi ,əzizim, səni itirəndə yoxluğunla barışmağa alışmağın qorxusu və əzabı vardı içimdə .Nə qədər böyük dərd imiş insanın sevdiyi birini itirməsi. Səni itirəndə anladım .
Bax, indi çox xoşbəxtəm. Daha göz yaşlarımı, puç olan ümidlərimi geridə qoydum .Zülməti istəmirəm. Darıxıram sənin üçün .
Yox, daha ağlamayacağam .Axı sən yanımdasan. Xəyalən olsa belə varlığına şükr edirəm .Varlığınla yaşayıram, nəfəs alıram .Mən səni sevmirəm, mənim eşqim daha böyükdür ,əzizim !Mən sənin varlığını- nəfəsini ,baxışını, mən səni həsrətini belə sevirəm .Sənə aid olduğu üçün .
Bilirəm, mənim deyilsən, amma bu məktubdakı xoşbəxtliyim hər zaman təsəllim olacaq.
Dənizin olduğu xatirələrə dalmaq gözəl idi .
Başqa ölkədə, başqa şəhərdə, amma yenə birlikdə, xəyalən olsa belə onunla birlikdə olmaq ən gözəl hissidir dünyanın . -
Günel ƏLİYEVA.”Gətir, Yeni il!”

Gətir qəlbimizə günəşli yayı,
Gəlişin olsa da soyuq bir qışda.
Gətir ömrümüzə səadət payı,
Heç vaxt islanmayaq yağan yağışda,
Gətir xülyaların gerçək sonunu,
Bitir yalan adlı hər bir oyunu.
Gətir həqiqəti ,gətir doğrunu,
Tutaq əbədiyyən haqqın yolunu.
Gözlərimizə gülüşü,
Könlümüzə eşqi,
Dilimizə ‘’xoşbəxtəm ‘’sözünü,
Qulağımıza xoş sədaları,
Gətir gəlişinlə bizə dünyanı.
Apar qəm kədəri,
Apar həsrəti,
Apar əzab olan xatirələri,
Nifrəti dərdləri şəri qeybəti,
Apar ,insanlığa qovuşdur bizi,
Gətir ,ümidləri gətir yeni il! -
Etibar VƏLİYEV.”Yenə xəzər can aldı”

Amansız dalğalarla,
Yenə xəzər can aldı.
Tufan, fırtınalarla,
Canlar baş-başa qaldı.
Yerdən aman istədi.
Göydən aman istədi.
Zalım olan fələkdən,
Bir az zaman istədi.
Zaman özü də dardı,
Gözlə qaş arasında.
Can qalsa, ruh qalammaz,
İki daş arasında.
Neçə igid, ərəni,
Neçə can aldı fələk.
Ahlar göyə çəkilir,
Bu dərdə dözən gərək.
Dözümüm göylərdədi,
Dözüm dara çəkilib.Vermə efirə qardaş,
O, ağlayan gözləri.
İçimi yavaş-yavaş,
Parçalayan sözləri.
Bir ananın ahına,
Bir ata fəryadına,
Ürəyim dözə bilmir,
Uşağın göz yaşına.
Bu dərd qəlbimi dəlib.
Gözlərimə tor gəlib.
Gözlərim göylərdədi,
Gözüm dara çəkilib.Hansı sözlə ovudum,
Mən ananı, balanı.
Hansı sözlə ovudum,
Eşqi nakam qalanı.
Necə söz alım deyim,
Başın sağ olsun ata.
Dünya fani dünyadı,
Başın sağ olsun ana.
Bu dərd elin dərdidi.
Nakam gəlin dərdidi.
Dərdi yeyə bilmirəm.
Sözü deyə bilmirəm.
Xəttim qara çəkilib.
Sözüm göyə çəkilib.
Sözüm yerə düşməyir,
Sözüm dara çəkilib.
…
Ta dənizə getmərəm.
Dənizdə közüm qalıb.
Sözümü bitirmərəm,
Dənizə sözüm qalıb.
Sözüm dənizdə deyil,
Gözüm dənizdə deyil.
Dəniz mənə od vurub,
Közüm dənizdə deyil.
Közüm alov-alovdu.
Bu nə od, nə yalovdu.
Bu dəniz köz ocağı,
Dəniz tordu, tilovdu.
Sözüm dara çəkilib.
Gözüm dara çəkilib.
Tüstüm göyə ucalıb,
Közüm dara çəkilib.07.12.2015.
-
Mirzə YUSİF.”Görüş yerini dəyişmək olmaz” (Hekayə)

Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacağa çatanda addımlarını yavaşıtdı.Piyada birnəfəsə xeyli yol gəldiyindən bərk yorulduğunu indi hiss etdi.Bir kənara çəkildi, nəfəsini dərə – dərə ətrafa nəzər saldı.
Dayanacaqda xeyli adam vardı. Avtobus gözləyənlərin əksəriyyəti cavanlar idi. Aralarında onun kimi ortayaşlı qadınlar, kişilər də vardı.
“Bəlkə, avtobusa minməyim heç.Onsuz da bir saata gəlib çıxacaq…” Elə bunu fikirləşirdi ki, arxadan çiyninə ağır bir əl qondu.Ürəyi çırpına-çırpına başını çevirib baxanda gözlərinə inanmadı:
— Valeh?!. Sənsən? Bəs…
Qarasaqqal, qaraköynək, sıx qara saçlarına təzəlikcə dən düşmüş kişi hələ də əlini onun çiynindən çəkməmişdi.Deyəsən, belə bir fikri yoxuydu da heç…
–Hə, mənəm, özüməm.Bağışla ki, sağ-salamatam, ölməmişəm.Allah saxladı məni…Sizdən olsaydı…
Qadını dərin quyuya salmışdılar elə bil.Havası çatmırdı.
— Niyə belə danışırsan? Səni bəyəm mən?.. Eh, birindən xəbərin var, beşindən yox. Sənin torbanı o tikdi…
–İynəni-sapı sən vermişdin, o da tikdi də!..
Kişinin bu atmacası qadını heç açmadı.Üzünü ona yox, yana tutaraq:
— Belə danışma, sən Allah!-dedi.– Heyif ki, vaxtım yoxdu, gözləyirlər məni, yoxsa…
Kişi də harasa tələsir, kimisə gözləyirdi, sanki. Bir gözü küçənin yuxarı başındaydı.
–Nolar, bir gün görüşüb ətraflı danışarıq.Mənə hər şey məlumdur.Təkcə bir şey qaranlıq qalıb…
Valehin bu müəmmalı danışığından sonra qadının əhvalı lap pozuldu.Əlini çantasına salıb cib telefonunu çıxardı.Əsəbdən titrəyən barmaqlarının ucuyla bir-iki düymə sıxmışdı ki, Valehin ağır əlini yenə də çiynində hiss etdi.
— Ay Rəna xanım, kimə zəng vurursan,niyə belə özündən çıxırsan? Yoxsa, yenə
tutdurmaq istəyirsən məni?..
–Səni tutduranın…- Qadının hövsələsi lap tükəndi artıq.–Bilirsən nə var, fikrimi dəyişdim, heç yana tələsib eləmirəm.Sən də nə işin var, saxla sonraya. Elə bu gün, bu dəqiqə gedib oturaq və hər şeyə birdəfəlik aydınlıq gətirək…Bəsdir nahaq yerdən söyüş, qarğış yiyəsi olmağım…
Kişi qadının bir an içində fikrini dəyişib onunla söhbət etmək istəyini gözləmirdi. Ona görə də bir qədər tərəddüdlə:
— Nə deyirəm?! Amma hara gedək, harda oturub…
Kişinin sözünü qurtarmasına ehtiyac qalmadı. Rəna xanım istehza qarışıq naz-qəmzəylə dilləndi:
— Necə yəni hara gedəcəyik? O xarabaya!..Başqa gedəsi yerimiz yoxdu ha!..
Valehi tok vurdu elə bil. “Vallah, başı işləmir bunun. Bir belə vurhavurdan sonra da özünə yığılmayıb hələ”. (daha&helliip;) -
Xaliq MƏMMƏDOV.”Yuxuma gəlirsən”
Tərk edib sən məni bil getmisənsə.
Nə üçün yuxuma de sən gəlirsən?
Bu mənim ömrümü qəm etmisənsə.
Nə üçün yuxuma de sən gəlirsən?Elə bil bu üzüm solmamış kimi.
Elə bil vəfasız olmamış kimi.
Deyəsən etdiyindən doymamış kimi.
Necədə yuxuma hər gün gəlirsən.Nazlı baxışlarla süzürsən məni.
Sorada edama düzürsən məni.
Necədə yuxuda üzürsən məni.
Nə üçün yuxuma hər gün gəlirsən?Yadların qoynuna atıb getmisən.
Sən məni ölümə satıb getmisən.
Elə bil qəlbimdə yatıb getmisən.
Necədə yuxuma hər gün gəlirsən.Görürəm yuxudan qalxa bilmirəm.
Bir daha ətrafa baxa bilmirəm.
Oturub qırağda daha dinmirəm.
Nə üçün yuxuma hər gün gəlirsən?Həsrəti meyvə tək dərirsən mənə.
Sorada önümdə sərirsən mənə.
Düşünmə hər gecə ərirsən mənə.
Nə üçün yuxuma hər gün gəlirsən? -
İlkin Abbası doğum günü münasibətilə təbrik edirik! (8 dekabr 1992-ci il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, gənc yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
23 yaş
Uşaqlığı aldın əldən,
Qaralar yox olur teldən,
Pay tutub çiçəkdən, güldən,
Xoş gəldin iyirmi üç yaş.İnsan üçün namus, şərəf,
Olmalıdır daim hədəf,
Yol aldım otuza tərəf,
Xoş gəldin iyirmi üç yaş.Hər günümlə duyum qürur
Alnım açıq, sözüm məğrur,
Başlasın sənlə hər uğur,
Xoş gəldin iyirmi üç yaş.BİR İL DƏ ÖMÜRDƏN KEÇDİ BELƏCƏ.
Hər il qocalıram, keçirib illər,
Ömür misalımın cavabı neçə?
Bir il də ömürdən keçdi beləcə,
Günahı neçədir, savabı neçə.Bir il də ömürdən keçdi beləcə,
Bir il də ömürün üstə gəldi il.
Görəsən hamarmı bu ömür yolum?
Mənasız yaşamaq yaşayış deyil.Bir il də ömürdən keçdi beləcə,
Hər il bir yaş daha qocalır insan.
Həyatı anlayır bir az da yaxşı,
Qocala-qocala ucalır insan.Bir il də ömürdən keçdi beləcə,
Bu gün kədərimi sevincim silir.
Günahımmı çoxdur, savabımmı çox,
Bunu başım üstə tək Allah bilir…Bir il də ömürdən keçdi beləcə,
Yaşayım bu ömrü gərək firavan.
Elə yaşayım ki, asan olsun iş,
Sonuncu mənzilə köçdüyüm zaman….SONUNCU BAHAR
Mən səni isti bir günəş sanırdım,
Sən verdin ömrümə çovğunu, qışı.
Yox, bunun günahı səndə deyil ki,
Əzəldən belədir bəxt, yaranışım.Elə ki ayrılıb tərk etdin məni,
Sızladı könlümün ən sarı simi.
Mən səni başqa bir eşqlə sevmişdim,
Ürək sevə bilmir daha heç kimi.Bəlkə sevməyimlə günah etmişəm?!
Düşünmə haçansa əhv olaram mən.
Eşitsəm ki bir gün yadın olmusan,
Gülüm, həmin günü məhv olaram mən.Mən sənə söz verdim xoş bir gələcək,
Yox idi başqa bir niyyətim mənim.
Deyiblər ki vardır hər işdə xeyir
Bəlkə ayrılıqmış qismətim mənim?!!Sevindim səninlə, güldüm səninlə,
Ağladım hər zaman acı, ağrına.
Bircə təsəllidir o şəkillərim,
Öpüb doya-doya get bas bağrına.Ayrıldıq, söylədin dost qalaq gərək,
Özümü bu odda yaxa bilmərəm.
Mən ki ürəyimlə sevmişdim səni,
Sənə dost gözüylə baxa bilmərəm.Mən sənə sevgimlə gül-çiçək əkdim,
Soldurdun əlinlə həmin o bağı.
Dostluq nə zamansa sevgiyə dönər,
Sevgi necə dönsün dostluğa axı?!Sızlatdın qəlbimin yaralarını,
Qaysağı da qopdu, qanı da sızdı.
Daha qarşılaya bilmərik yazı,
Bu bizim sonuncu baharımızdı. -
Rafiq ODAY.“Vətən gözəlləməsi”
Bəlkə də dünyanın yüz yaşı vardı, –
İnsanın tamahı ilk daşı yardı.
Dımdıyin dörd səmtə dən daşıyardı,
Səni dənliyindən etdilər, Vətən!Sanki bir-birinə oxşardı hamı,
Oğuzdu, Qorquddu, Avşardı hamı,
Qoynunda şad-xürrəm yaşardı hamı,
Səni şənliyindən etdilər, Vətən!Xoş arzu-niyyətə təməldin onda,
İnsanlar halal süd əməndi onda,
Məchul bir riyazi əməldin onda,
Səni tənliyindən etdilər, Vətən!Sənə dost deyənə qardaş sən idin,
Arxadaş sən idin, sirdaş sən idin,
Ən uca sən idin, ən baş sən idin,
Səni “ən”liyindən etdilər, Vətən!Allaha ən yaxın bəndə sən idin,
Cismdə sən idin, təndə sən idin,
Özündə özündün, səndə sən idin,
Səni sənliyindən etdilər, Vətən!“Yan”a can söyləyən it nə dəlidi,
Nə gicdi – minillik fitnə-felidi.
Şuşa sənin üçün Çənlibel idi,
Səni çənliyindən etdilər, Vətən! -
Rahilə DÖVRAN.Yeni şeirlər
DOST-TANIŞIM,SİRDAŞIM
Hey dolandım pərvanətək yaxınların başına,
Göz dikmədim bir kimsənin çörəyinə,aşına.
Rast gəldikcə zəmanənin çəpgözünə,çaşına,
Kipriyimdə gilələndi muncuq-muncuq göz yaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Ötən günlər düşür yada,qovruluram,yanıram,
Çərxi-fələk durmaz belə,yenə dönər,sanıram.
Mən arifəm hər kəlməni anlayıram,qanıram,
Gözüm görür,qulaq duyur,pozulmayıb yaddaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Gün var idi qonardılar milçək təkin şirəyə,
Nə bir ləkə,nə də bir xal düşməz idi ürəyə.
Tərif ilə ev yıxdılar,sığal çəkib kürəyə,
Yuxa ürək olmağımdan ağrıyıbdır hey başım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Qarışqalar olubdular nəhəng filin qənimi,
Riyakarlar,simasızlar artırıbdır qəmimi.
Təlatümlər,fırtınalar parçalayıb gəmimi,
Mən yelkənsiz hər limana axı necə yanaşım?-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Olmayıbdır qəbahətim,əyri sözüm,yalanım,
Üzü dönən zəmanəmi?-yoxdur yada salanım.
Hey fikirdir,hey xəyaldır dönməz, sadiq qalanım,
Ağır olub nankorların qafasına hər daşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?! (daha&helliip;) -
Rəhim MEHNƏT.Yeni şeirlər
XƏYALLAR
Sənsizliyim bu gün saçın yolubdu,
Göz yaşlarım axıb qəlbə dolubdu.
Ümüd yerim saralıbdı, solubdu,
Yoluna gözünü dikir xəyallar.Dolanıb gözündə yuxun mən ollam,
Səpilib üstünə qoxun mən ollam.
Sənə yaxından da yaxın mən ollam,
Ağlayıb göz yaşı tökür xəyallar.Sevgi dənizinə atdım özümü,
Məhəbbət odunda çatdım özümü.
Sən olan həyata qatdım özümü,
Bağrımda lalələr əkir xəyallar.Ömrümü bələdim, sənin ruhunla,
Çəkdim ciyərimə ətir qoxunla.
Tanrının verdiyi azın, çoxunla,
Ölümsüz bir qala tikir xəyallar.05.12.2015
KÜSDÜRMƏ NOLAR
Dərdini de, ürəyimə toxunma,
Qəlbini qəlbimdən küsdürmə nolar.
Həsrətini, hicranını ver mənə,
Gözümü könlündən küsdürmə nolar.Qopar içimdəki bu intizarı,
Yaşat könlümdəki bu ahu-zarı.
Allah xatirinə, sən etmə barı,
Gözümü könlündən küsdürmə nolar.Küsdür misraları, küsdür sözündən,
Yağışı selindən, odu közündən.
Aşığı sazından, məni özündən,
Gözümü könlündən küsdürmə nolar.Çıxart xəyalların içindən məni,
Oxşa saçlarıma əkdiyin dəni.
Küsdür dağlarından dumanı, çəni,
Gözümü könlündən küsdürmə nolar.28.11.2015
-
Müzəffər MƏZAHİM.Yeni şeirlər
DƏRDİMİ YAZMIR QƏLƏM DƏ
Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib. (daha&helliip;) -
Nəriman ZEYNALZADƏ.Yeni şeirlər
ETİBARIM YOXDUR MƏNİM DÜNYAYA
Bir də gördün varı səndən apardı,
Al qırmızı şalı səndən apardı,
Yetişməmiş kalı səndən apardı,
Gözüm-könlüm toxdur mənim dünyaya.Kərpic-kərpic hördüyündən söküldün,
Göz doymayan gördüyündən söküldün,
Sındı kuzən bir gün yerə töküldün,
Get-gələnim çoxdur mənim dünyaya.Vaxt çatıbsa, gedənini saxlamaz,
Şairinə gün-güzaran ağlamaz,
Dünya görən dünyaya bel bağlamaz,
Etibarım yoxdur mənim dünyaya.09.11.2015
(daha&helliip;) -
Məhəmməd TURAN.”Qələmin iti olsun, Əzizim….”
Gülnarə Sadiq haqqında danışmaq əslində mənim üçün çox qəlizdir…Çün ki şairə Gülnarə Sadiqdənmi, mənəvi bacım Gülnarə Sadiqdənmi, müəllimə Gülnarə Sadiqdənmi, ya da ki, dost Gülnarə Sadiqdənmi: bunların hansından danışım bilmirəm…
Gülnarə bacı gözəl, duyğulu, mənalı, ən əsas novator qələm sahibidir…Gülnarə Sadiqin o qədər gözəl yaradıcılığı var ki…Bunu uzun uzadı sadalamağa ehtiyac duymuram. Bircə misrasından sitat gətirəcəm sadəcə:
Mən anayam
Mən vətənəm…
Gəncə ədəbi mühitinin çox uğurlu qələm sahiblərindəndir Gülnarə Sadiq! Hər sözün hər kəlimənin qiymətini bilən yazardı. Hələ, Gülnarə bacının məhəbbət lirikası….elə kövrək elə duyğusal elə həzindir ki…Məhəbbət lirikasındakı obraz ümid dolu güclü ama heç vaxt kam dadmayan, hər zaman kam axtaran bir obrazdır…
Gülnarə Sadiq gözəl dostdur, gözəl bacıdır, şeirlərimə qiymət verir həmişə. Bu bir yana, nə zaman bir sıxıntım olsa, o, öz məsləhətləri ilə məni başa salır, ovundurur…Buna görə də hərtərəfli minnətdarlığımı bildirirəm Gülnarə Sadiqə…Gülnarə bacım sənə can sağlığı, uzun ömür və daha yüksək müvəffəqiyyətlər arzu edirəm…
Qələmin iti olsun Əzizim…. -
Şəfa VƏLİYEVA.”Külək”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüTitrəmə, külək…
Qorxma…
Səni “öldürməyəcək”
Görüşə gecikdirdiklərin…
Qorxma…
Səndən “küsə bilməyəcək”
Saçını qarışdırıb
Sevgilisinin gözündən “gizlətdiklərin”…
Bilirsən, külək…
Indi “O”-nun olduğu
Şəhərdəsən…
Qat onun saçlarını…
Qum doldur aralarına…
Qoy yumsun gözlərini…
Əllərim gəlsin ağlına…
Susma, külək…
Vıyılda…
Çırp onun tənha daxmasının
Pəncərələrini divara…
Ütüsünü poz pərdələrinin…
Üşüsün…utansın
“Mənsizliyindən”…
Qorxut onu…
Üzü səhərə doğru
Xəfiflə…
Pıçılda ona…
Onsuz bu dünyada
Kimsəsizliyimdən… -
Nigar Duyğu.”Hər günüm səninlə keçsin…”

İlk dəfə səndə bütünləndim
Hər səninlə keçən günümü təkrar-təkrar yaşamaq istədim
Dayandırmaq istərdim hər yerdə saatları
Bu payız mövsümünə dayan deyib
Bir axşam günəşi tutub buraxmamaq
Sonra ay işığını badələrə doldurmaq
Dəlicəsinə içmək və dəlicəsinə səni sevmək
Bütün dayanacaqlarda yalnız səni gözləmək
Şeirlərimin ən gözəlini sənin üçün yazmaq…
Duyğuların ən gözəlidi…
Səndə tapdım əlçatmaz duyğularımı…xoşbəxtliyimi…
Bilirəm bir gün külək kimi, dənizlər kimi, buludlar kimi uzaqdan
Yalnız mənə gələcəksən..
Üzünü görmədiyim gün , səsini eşitmədiyim gün
İçimdə ulduzlar sönük, günəş günəş deyil
Hər günüm səninlə keçsin…
Günəşimə yaxın … xoşbəxtliyimin tam yanıbaşında
İşığım ol, alınyazım mənim
Vətənim ol, evim ol…
Yetər ki bir ömür boyu mənim ol
Hər günüm səninlə keçsin… -
Müzəffər MƏZAHİM.Yeni şeirlər
GƏNC ƏSGƏRİM, MÖHKƏM SAXLA SİLAHI
Tutduqları ən müqəddəs bu yolda,
Şəhid oldu, itkin düşdü oğular.
Büdrəmədi bu aşrımda, bu yalda,
Şəhid oldu, itkin düşdü oğullar.Vurşdular, dönmədilər geriyə,
Bəxt qoymadı həsrət buzu əriyə,
Anaların qəlbi döndü körüyə,-
Şəhid oldu, itkin düşdü oğullar.Arzuları bir sönməyən günəşdir,
Sevgiləri göylər qədər genişdir,
Qovğalardan bu da belə dönüşdür,-
Şəhid oldu, itkin düşdü oğullar.Tapdağına dözmədilər yadların,
Atıldılar ağuşuna odların,
Ovutmaqçın bu torpağın dərdlərin,
Şəhid oldu, itkin düşdü oğullar.Düşmənlərə nifrətini qoruyub,
Vətəninin şöhrətini qoruyub,
Namusunu, qeyrətini qoruyub,
Şəhid oldu, itkin düşdü oğullar.Gənc əsgərim, möhkəm saxla silahı,
İndi yurdun sənə gəlir pənahı,
Qoyma yerdə bu qisası, bu ahı,-
Şəhid oldu, itkin düşdü oğullar.Dön şimşəyə, ildırıma, yelə sən,
Qaytar əldən gedənləri ələ sən,
O azadlıq günü üçün biləsən,
Şəhid oldu, itkin düşdü oğullar.Atlan, mənim mərd igidim, durma, qalx!
Düşmənlərin gözlərində od ol, çax!
Eşidirsən? Haray çəkir bu torpaq:
“Azadlığım, abadlığım yolunda
Şəhid oldu, itkin düşdü oğullar!”GÖRÜNMÜR
Dərd verdikcə cavanlaşır,
Dünya heç ulu görünmür.
Ömür adlı bu dalandan,
Bir çıxış yolu görünmür.Üzə geydiyim ümidin,
Sevib öydüyüm ümidin,
Ərklə döydüyüm ümidin,
O tayı dolu görünmür.Insan tanrı nəfindədir,
Doğulandan kəfəndədir.
Dünya hələ kefindədir,
Dərdlərdən halı görünmür. -
Rəhim MEHNƏT.Yeni şeirlər
SƏNDƏ, MƏNDƏ
Bir sevgi adası yaratmışıq biz,
Sahili səndədi, dənizi məndə.
Bütöv bir ürəkdə yurd salmışıq biz,
Çöhrəsi səndədi, bənizi məndə.Gecələri həsrətlərdə qalmışıq,
Görüş üçün hər an qanadlanmışıq.
Gündə yüz yol yada salıb anmışıq,
Sevgisi səndədi, əzizi məndə.Sevgi adlı sönməz ocaq çatmışıq,
Xəyalları gerçəklərə qatmışıq.
Məhəbbətlə qoşa addım atmışıq,
Bir addım səndədi, bir izi məndə.02.12.2015
GƏLMİSƏN
Son baharda gələn qadın,
Taleyimə xoş gəlmisən.
Ümüdümdə bitən qadın,
Gözlərimdə yaş gəlmisən.Sən Tanrının şirin payı,
Gündüz günəş, gecə ayı.
Soyuq qışı, isti yayı.
Fikirlərə baş gəlmisən.Xəyalımın ulduzusan,
Damağımın dad-duzusan.
Ay könlümün ulduzu,sən!
Gözüm üstə qaş gəlmisən.Ömrümə yoldaş gəlmisən,
Dərdimə sirdaş gəlmisən.
Düşüncəmdə bardaş qurub,
Şah süfrəmə aş gəlmisən.01.12.2015
-
Rahilə DÖVRAN.Yeni şeirlər
PİŞİK FƏRYADI
Şahidi olduğumuz, gerçək hadisəyə
Bir bala pişiyi əzmişdi maşın,
Ana haray salıb, yeri didirdi.
Al rəngə boyanmış yavrunun başın,
Üz-gözün yalayıb fəryad edirdi.O,naşı,insafsız,zalım sürücü,
Necə qıydı görən bu kiçik cana?
Mənzərə nə qədər agır, üzücü,
Susmaq bilməyirdi zavallı ana.Onun qəlb dağlayan,dərdli səsinə.
Bir anda yığışdı,ona yananlar.
Pişiklər hay verdi iniltisinə,
Mat qaldı bu işə görüb,duyanlar.İşçilər alanda bala cəsədi,
Ana o maşının ardınca qaçdı.
Bilmədi axşamdı,yoxsa səhərdi,
Sabahı inləyə-inləyə açdı.Hər kim nə verdisə, dilin vurmadı,
Heyvan hey baxırdı olay yerinə.
Getmişdi ağzının ləzzəti,dadı,
Qəhər işləmişdi qəlbə,dərinə.Neçə gün gəlmədi pişik özünə,
Gah gözdən itdi o,gah da göründü.
Qüssə sürmə oldu yaşıl gözünə,
Lal oldu kədərə, qəmə büründü.Kecsə də aradan bir xeyli zaman,
Əsər yox oynağan,o şən pişikdən.
Ona sahib çıxdı şairə Dövran,
İndi hec çıxmayır evdən-eşikdən.04.12.2015.
YADINDAMI
Yadındamı, aylı gecə,
Bulaq başı, salxım söyüd?
Qəlb unutsun onu-necə?
Mən bir pəri, sən bir igid.Yadındamı, sevgi dolu,
Söylədiyin bal kəlmələr?
Gözlərində samanyolu,
Necə gözəl, xoş ilmələr.Yadındamı, pıçıldaşan,
O, baş-başa cüt qumrular?
Sevdasıyla qucaqlaşan,
Gah kövrələn, gah da ağlar.Yadındamı, sən də mənim,
Gözlərimdən öpüb dedin:-
“Mən səninəm, sən də mənim?!”
Sonra həmən, gülümsədin.
Yadındamı???…03.12.2015.
-
Şəfa VƏLİYEVA.Yeni şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Onda dördüncü ayın
Üçüncü həftəsiydi…
Özümə ağlamağım
Uşaqlığın səsiydi…Sən böyütdün bu qızı…
Böyümək bu imişsə…
Nə çoxu…nə də azı
Bölüşmək bu imişsə…Indi gücüm də çatmaz
Qovmağa dərd-qəmləri…
Deyir: -Ağlamaq olmaz!-
Gəncənin həkimləri…Nə bilirlər axı…nə?!
Mənim göz yaşım nədir?
Gözlərimin şəklindən
“Qorxub qaçmağı” nədir?!Yenə Bakıdan küsüb
Dəli qızın yuxusu…
Bəlkə də bilib-gülüb
Sevdasına çoxusu…Özü “gəlincik” olan
Qızın oyunumu var?
Yığıb qəlb “sandığına”
Dərdi “sonuna” saxlar…* * *
bir “hop” desən… günümə
səninlə başlayım da…
Bir udumluq dərdinlə
könlümü yaşlayım da…bir “gəl” desən… illəri
saçıma düzüb gəlim…
adımdan ümidləri
biryolluq üzüb gəlim…bir “sus” desən… susmağı
öyrət… sonra deyərsən…
ikinin -bir olmağın
“biz” sözüylə bilərsən… -
Eldar Nəsib SİBİREL.Şeirlər
QƏRİBSAMİŞƏM-1972
Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.İÇİMDƏN ADLAYAN İŞIQ
İçimdən bir işıq keçər,
Duyğularım çiçəkləyər.
Qərq eləyər ürəyimi,
Həzinliyə, kövrəkliyə.İlk eşqin məzarı üstə
Dikələr, başdaşı olar
Bulanlıq ağrı, əzabım
Durulub göz yaşı olar.Dalğalana-dalğalana
Damarımdan axıb kedər,
Önündəki kötükləri.
Bir sel kimi yıxıb gedər.Həsədlər günəbaxan tək
Boylanar bu nura doğru
Bu işığın qanadında
Uçaram uğura doğru.Arxasınca haraylayıb
Yüyürər yağılar, yadlar
At tək çapar, çapar, ancaq
Yetə bilməz, bağrı çatlar.İçimdən bir işıq keçər,
Göy üzündə gün əylənər,
Buz bağlamış quzeylərim
Yamac-yamac güneylənər.Onu bulaq suyu kimi
Ovuclayıb içərəm mən
Yeri gəlsə yollarında
Başımdan da keçərəm mən.1985
-
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruQARABAĞIM
Qəlb sızladan, can ağladan,
Hönkürdüb kaman ağladan,
Hər gün bizə qan udduran,
Ağlayan “Şikəstəm”, ağım,
Qarabağm, Qarabağım.Dövranımız qara gəlib,
Neçə təzə yara gəlib,
Yağı bir gör hara gəlib,
Əsir sənsiz əl-ayağım,
Qarabağım, Qarabağım.Susub bağların bülbülü,
Yad dərir Xarıbülbülü,
Kim açacaq bu müşkülü,
Həsrətdən alışır bağrım,
Qarabağım, Qarabağım.Ayrılığa dözmür ürək,
Hanı o bağ, o gül-çiçək,
Zirvələrdə çaxır şimşək,
Əsirdi dağım, yaylağım,
Qarabağım, Qarabağım.Əldən vermişik fürsəti,
Səsləyən yox bu milləti,
Gəlin oyadaq qeyrəti,
Gözləyir doğma torpağım,
Qarabağım, Qarabağım.PAYIZ HAVASI
Əsir acı küləklər,
Gəlir soyuq boran, qar,
Gözümüzü açınca,
Köçüb getdi durnalar.Hələ yaza çox qalıb,
Mürgüləyir ümidlər.
Arx üstündə titrəyir,
İndi çılpaq söyüdlər.Hanı uca dağlarım,
Sığınam qucağına,
El-oba həsrət qalıb,
İsti od-ocağına,Ayrılıq nə ağırdı,
Halıma ağlayan yox,
Hələ yaram qan verir,
Onu bir sarıyan yox.Neçə yaz, payız ötdü,
Tapılmadı itən də.
O qədər Vətən dedik,
Yaddan çıxdı Vətən də. -
Vüsal OĞUZ.”Xəcalət çəkdiyim 3 an…” (Hekayə)

Səninlə bağlı xatirələrim çoxdu. Özü də yaman çox. Heç birini də unutmadım.Doğrusu unuda bilmədim..Neynim bacarmadım…Həyatıma asan girsəndə çətin çıxdın.. Doğrusu çıxmadın …Nə isə boş ver bunları…Hər şeyi məndən yaxşı bilirsən ..Bunları yenidən danışmaq istəmirəm. Bu dəfə sənə bu illər boyu xəcalət hissini yaşadığım 3 anı danışmaq istəyirəm. Qulaq a bəlkə maraqlı oldu sənədə…Bunları heç kimə danışmadım…
Özümü və səni tanıyandan bəri bu 3 anı tez –tez xatırlayıram…
İlk dəfə məktəb illərində yaşadım o xəcaləti. Sənin partanın üstünə ikimizin adının baş hərfini üstəgəl işarəsinin sağ və sol tərəflərinə səliqə ilə yazdım. Yazmaq dyəndəki mismar ilə cızdığım o gün indidə gözümün önündədir.. Sinif rəhbəri bütün dərs boyu ayaq üstə saxlayanda nə boynuma ala bildim , nə də uşaqların üzünə baxa bildim..Heç kəs bilmədi bunu mən etdiyimi.. Xoşbəxtlikdən sinifdə adının baş hərifi mənimlə eyni olan daha 3 uşaq var idi…
Gözünü yumub ağzını açan sinif rəhbərinin cır səsi hələdə qulağımdadır. Bir yandan da sənin içini döyə -döyə ağlamağın. Yaman xəcalət çəkdim o gün…
İkinci dəfə bu hissi məktəbi qurtardığım il yenidən yaşadım… Ailəliklə süfrə arxasında yemək yeyirdik..İnistutdan yenicə kəsilmişdim.. Heç nə məni pərt etməmişdi..Təkcə atamın bir cümlə ilə “ məncə dərs oxumaq lazım idi “ deməsi.. Beynimdə bu fikri dolandırdığım bir anda qonşudan yenicə qayıdan bacımın sanki şad xəbər verirmiş kimi sənin nişanlandığını deməsi
Bu fikirləri bir anda beynimdən qoparıb atdı..O an hər kəsin nəzərini üzərimdə hiss elədim. Tərs kimi o an boğazımda loxma qaldımı. Ya nə oldusa bilmədim..öskürək. çaşama başladı..
Hərdən indi fikirləşirəmki bəlkə də qəhərdən boğazım kilidlənibmiş o an.. Süfrədən necə durduğumu hiss etməsəmdə hamının arxamca qımışaraq baxdığını əla hiss etdim.. Xəcalətimdən günlərlə süfrəyə gəlmədim..
Üçüncü xəcalət çəkməyim illər sonra oldu.. Sənə də , mənə də yaxın olan bir adamın övladının toyu idi.Bütün məclis boyu gizlicə mənə baxdığını hiss edirdim. Düzü mən də sənə baxırdm .Amma monitordan..Əslində hər şey əla gedirdi…Bir azdan bəylə gəlinin yanında gördüm səni.. İsrarla şəkil çəkdirməyə çağırdığın ərinlə şəkil çəkdirdiyini kaş görməyəydim. Kaş bir qədər tez çıxaydım toydan.. Bir gözün məndə ola ola şəkil çəkdirdiyin o an başını ərinin çiyninə qoyaraq üzünə saxta xoşbəxtlik ifadəsi verdiyin zaman yenidən xəcalət çəkdim.. Amma bu dəfə sənin yerinə…. -
Aqil SABİROĞLU.Yeni şeirlər
UTANIRAM TƏBRİK EDƏM
İstəmirəm təbrik edəm yeni ili…
Çox saymışam millətimə zərbə vuran
günü,ili…
Baş aşağa,üzüm qara…
Nə etmişəm bu torpağa,
bu diyara?
Böyük-böyük danışıram iclaslarda,
tədbirlərdə,
Hənirimdəm əsir salon-
qarın yekə,sifət girdə…
Uzadıram əllərimi bu salondan Vaşinqtona,
ya Londona…
Sanki girir barmaqlarım senatorun ac gözünə-
Pərdə çəkib xaç gözünə…
Biz nə qədər özümüzü öyəcəyik?
Yersiz-yersiz onu,bunu söyəcəyik?
Boş təbrik də lazım deyil bu millətə,
Gəl son verək bu xislətə!
Haqqı deyən qəhrəmanlar azad olsun zindanlardan;
Sən özünü islah et ki,
Azad olsun böyük bir xalq timsahlardan,
qutanlardan…
Mən söylədim həqiqəti-
Utanıram təbrik edəm bu milləti…* * *
…Gah səmum yelitək əsir üstümə,
Şimşək sürətiylə bəzən yox olur.
Qəfil gəlişiylə diksindirəndə,
Əzabı sevincdən daha çox olur.Sevgili dilbərin ətri bu qızda,
Dünyanın bəzəyi,sehri bu qızda…
Əlində qalmışam bu dəli qızın,
O göyərçin qızın,o zəli qızın… -
Qalib ŞAMXALOĞLU.Yeni şeirlər
Təxmis 2
( dırnaq arasında olan beytlər M.P.Vaqifə məxsusdur )
Rəhm elə , ey nazənin , göz yaşım ümman , ağlaram ,
Səndən ayrı hər vədə , hər ləhzə , hər an ağlaram ,
Dərdə yox dərd ortağı , yox bir pasiban , ağlaram ,
« Ey güli-xəndan , fərağından sənin qan ağlaram ,
Eylərəm şamü səhər çaki giriban ağlaram »Vəsli dərdin çəkibən min bir əzabə düşmüşəm ,
Qeyb olubdur dincliyim , mən tərki xabə düşmüşəm ,
Taleyin püşkiylə bir duzəxə babə düşmüşəm ,
« Gedəli zülfün əlimdən piçü tabə düşmüşəm ,
Dönmüşəm bir muyə , çox hali pərişan ağlaram »Hüsnünü gördüyüm an öylə bitab etdi məni
Әlif qəddim bükərək ta ki , pürtab etdi məni ,
Narə saldı cövr ilə , çün afitab etdi məni ,
« Gəl kim , ey lalə zənəxdanın kəbab etdi məni ,
Od düşübdür cismimə , hərdəm yanar can , ağlaram »Müntəzəm qan eylədi , qıldı qəbah kirpiklərin ,
Hər axıtdıqca qanım tutdu günah kirpiklərin
Qətreyi əşkə səbəb axşam , sabah kirpiklərin ,
« Yadıma hər bir düşəndə ol siyah kirpiklərin ,
Sanasan ki , sancılar bağrıma peykan , ağlaram »Şamxaloğlu , kimdə ki , elmü ədəb cəm olmasa ,
Aşiq olmaz haqq üçün , gər gözləri nəm olmasa .
Rəhmət , ey ustad , sənə , haqdır ki , qəm kəm olmaz ha ,
« Vaqifa , şad olmaq olmaz yaxşı həmdəm olmasa ,
Ağlaram ta ömrüm olduqca firavan , ağlaram »1 dekabr 2015
TӘXMİS
( dırnaq içində olan beytlər M.P.Vaqifə məxsusdur )
Müştağın olan qeyri bir gümanə düşərmi
Divanən olmayan da biyabanə düşərmi
Böylə sitəm etmək də müsəlmanə düşərmi
« Salmaq nəzərindən məni cananə düşərmi
Tərk eyləmək öz qulunu sultanə düşərmi »Yox misli bütün dəhrdə , aləmdi bu surət
Amadəyəm hər nazına , etməzmi kifayət
Hər bir nəzərimlə sənə , sarmış məni heyrət
« Kakil nə rəvadır ki , könüldən edə qeybət ,
Şanə gileyi zülfi-pərişanə düşərmi »Qəflətdə məni çulğayıban qəlbimə çökdü ,
Firqət bu fəqir aşiqini dərd ilə bükdü ,
Səndən gəlirsə xoşdu mənə sanma ki , yükdü ,
« Qəmzən ləbini dişləməmiş , qanımı tökdü ,
Qan eyləməyən kimsənə heç qanə düşərmi »Qəlbə yenə qəmxanə düşüb zülfün ucundan ,
Könlüm evi viranə düşüb zülfün ucundan ,
Narə neçə pərvanə düşüb zülfün ucundan ,
« Dil çahi-zənəxdanə düşüb zülfün ucundan ,
Әlbəttə , xətasız kişi zindanə düşərmi »Bir lütfi Xudasan , mənə Haqqdan bir inayət
Hər əmrinə can-başla edim müti itaət .
Heç kimsədə cəm olmadı bir böylə lətafət
« Derlər ki , dəhanınla edir bəhsi-nəzakət ,
Görün , bu söz ol qönçeyi-xəndanə düşərmi »Bilxassə sənubərdə dəxi yox belə qamət
Bundan dolayı cismimi sarmış bu məlalət ,
Bu xanə-xəraba eliyə bir kərə şəfqət ,
« Ol sərvi-xuramanə ki , gəzmək olub adət ,
Bir kəz yolu , gör kim , bizim eyvanə düşərmi »Qırx il arayıb tapmamışam əhdə vəfadar
Aləmdə yenə Qalibə tuş oldu sitəmkar .
Rəhmət ola ol ustada icad edib əşar ,
« Olmazsa əgər Vaqifə bir sədri səmən yar ,
Top eyləyibən başını meydanə düşərmi »30 noyabr 2015
-
Abdulla MƏMMƏD.Şeirlər
OXU ÜRƏYİMİ
Qəlbimdən keçəni bilmək istəsən,
Oxu ürəyimi-o yazımdadır.
Həm şaxta görərsən,həm də isti sən,
Çiskin payızımda,gün yazımdadır.Qaynar bir ocağam,qızmar bir yayam,
Dünənim yaşayır sətirlərimdə.
Səhvimə tuşlanan tək oxlu yayam,
Hopub misralara sərt illərim də.İlham göylərində bəzən ay azıb,
İçimdə ağlayıb,sızlamışam mən.
Bəzən də qəlbimdə eşqin ayazı,
Bulaq tək sözümdən sızlamışam mən.Hərdən istəyimə qəlpə toxunub,
Yaşayıb yaralı ad iliyimdə.
Elə söz deyiblər qəlbə toxunub,
Avamlıq gəziblər adiliyimdə.Ata ocağında tənha köz olub,
Alışıb yanmışam hey için-için.
Səbrimə sığınıb,dərdə göz olub
Sözümü tapmışam özümdən keçib.Azərbaycan.Quba.
Gül,könlümün Ərk qalası
Səni sevən ürəyimi
Gizləmədim gözlərində.
Ürəyimin diləyini,
Gülüm duymur gözlərin də?Oxu,gözəl,gözlərimi,
Ürəyimdən nə keçir-gör.
Baxışım da sözlərimi,
Ürəyinə köçürür-gör.Gözlərimdə gül üşünür,
Gülüşünə həsrət mənəm.
Əsirgəmə gülüşünü,
Toy tutmasın həsrət mənə.Kipriyindən asılıbdır
Dodağında donan gülüş.
Ürəyimə qısılıbdır
Bir vaxt üzə qonan gülüş.Gözlərinin şeh damlası
Qoy gül açsın yanağında.
Gül,könlümün Ərk qalası,
Ölüm gülüş ayağında.Azərbaycan.Quba
-
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistRamiz Qusarçaylıya
Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
Dost haylasa, biz də yığışıb bu haya gəlsək.Bizdə belədir dosta məhəbbət ta əzəldən,
Gərəkdi səni dost dediyin dost saya, gəlsək.Dost mehrinə, dost sehrinə möhtacdı könüllər, –
Az, ya ki çoxuq – varmı bir hacət saya, gəlsək?Enək düzünə, dərəsinə, dağına qalxaq, –
Kimdir ki, qoyan zəhməti getsin zaya, gəlsək.Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
Bir kəlmə ilə təzimə dursun qaya, gəlsək.Oday, di tez ol Ramizə bir ismarıc eylə,
Nolar yığışıb bir gecə Qusarçaya gəlsək?!A DƏRDİM
Sən mənim kimsəyə söyləmədiyim,
Pünhan saxladığım sirrim, a dərdim.
Doğmadan qaçanda, yaddan qaçanda,
Sön ümid, son pənah yerim, a dərdim.Göydən yağış kimi ələn, sevinim,
Ömrümə, günümə bələn, sevinim,
Tək mənəm dərdini bilən… sevinim,
Hələ yazılmamış şerim, a dərdim.Sən varsan – meydanda gəşt edə billəm,
Baxıb öz halıma qəşş edə billəm,
Ha ötüb-keçənə “keşkə” de… billəm,
Nazını çox çəkib sərim, a dərdim.İçimdə mizan tək qurulmusan sən,
Qanımda dövr edib, durulmusan sən,
Bəlli ki, mənə bərk vurulmusan sən,
Mənim ilham adlı pərim, a dərdim.Sənə gələn yollar kəc də nə? – gəlləm,
Dolarsan ruhuma, vəcdə nə gəlləm!!!
Gündə neçə kərə səcdənə gəlləm,
Müridim, mürşüdüm, pirim, a dərdim! -
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistSEVİNİR
G.Şöhrəddinqızına
Qoşa yaranıbdır sevgiylə, nifrət,
Seçməyən qəmlidi, seçən sevinir.
Hər kəsə eşq adlı bir badə qismət,
İçməyən qəmlidi, içən sevinir.Hissini, duyğunu sevgidən yoğur,
Səni dərk edəni sev ki, – tən yoğur.
Hər nurlu sabah da sevgidən doğur,
Doğdumu dan gülür, gecən sevinir.Səni anlayansa könül həmdəmin,
Yönsüz tufanlara tuş olmaz gəmin.
Qədər biçinçidir, insanlar zəmi,
Biçilən qəmlidir, biçən sevinir.Göy ilə bağlıdır yer, – körpü durur,
O ucu, bu ucu sirr körpü durur,
Hər kəsin önündə bir körpü durur,
Keçməyən qəmlidi, keçən sevinir.Qismətsiz nə əksən ək, sənin deyil,
Əkdinsə gözünü çək, sənin deyil,
Bu sevinc, əzizim, tək sənin deyil,
Gör neçən şadlanır, neçən sevinir.BİLMƏZ
Ürək – arzuların qanadlarında,
Ömür – haçan çatdı bu yaşa, bilməz.
Hər zaman ürəyin istəyi ilə,
Ömrün gedişatı uyuşa bilməz.Bu sel min illərdir dərəni oyur,
Uçurur hər bəndi-bərəni, oyur.
Özünə tən gələr hərənin boyu, –
Bu başdan nə düşər o başa bilməz.Önünə keçəni vurub aşırar,
Oturub aşırar, durub aşırar.
Min kərə bu daşla vurub başı yar, –
Bu daş nədən dəyər o başa, bilməz.Ötürüb səksəni, doxsanı adam,
Hələ də varlığı yox sanır adam,
Ha söylə, bu yolun yox sonu, adam,
Düşməz etdiyini o başa, bilməz.Vədə yetişdimi – can söküləcək,
Gəlimi, gedimi qan, söküləcək.
Yəqin ki, birazdan dan söküləcək,
Gecə haçan çatdı obaşa, bilməz.Bir yol tərəzi bil elin gözünü,
Yoxdan dağ eyləmə çölün düzünü.
Yuya bilməyirsə əlin üzünü, –
Hələ “b”-yə keçmə, o baş “a” bilməz. -
Qiymət Məhərrəmlini doğum günü münasibətilə təbrik edirik! (2 dekabr 1963-cü il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatıbıb görkəmli nümayəndəsini, “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktorunu, istedadlı xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
EY BAŞI BƏLALI VƏTƏN
Gör kimlər başına nə cür iş açır,
Əzəldən ey başı bəlalı Vətən!
Bütün cavabdehlər cavabdan qaçır,
Kimə ünvanlayaq sualı, Vətən?De, sənin haqqını kimlər yeyibdir?
Kim zərə bürünüb, kim bez geyibdir?
Elə bil aqillər boşa deyibdir
Bu qədər öyüdü, misalı, Vətən!Səni tox görənlər içdən yanıblar,
Haqqı batil edib, görüb danıblar.
Səni tək biliblər, aciz sanıblar,
Qaldır başın üstdən zavalı, Vətən!Özünü təsdiq et, de ki, buyam, bu!
Azadlıq təşnəsi – tənha quyam, qu!
Yanan ürəklərə axar suyam, su!
Ey dili alxışlı, dualı Vətən!Tarixlər boyunca Türküm var olub,
Qeyrəti, cürəti ərzə car olub!
Bütün zamanlarda bayraqdar olub –
Bayrağı ulduzlu, hilallı Vətən!
Qaldır başın üstdən zavalı, Vətən!14.10.2015.
-
Zeynəb DƏRBƏNDLİ.”Danışırlar”
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bu nə zamanədir anlamaq olmur,
Doğrunu gizlədib, tərs danışırlar.
Bir zaman dünyanı dağıdan bəylər,
İndi çıxıb burda dərs danışırlar.Xəcalət çəkirəm belələrindən,
Dayanmaq olmurdu nalələrindən.
Quyruğu boşalıb şələlərindən,
Keçmişi unudub, fors danışırlar.Zeynəb, fikir vermə olanlara sən,
Çalış dost söyləmə, ilanlara sən.
Daha öryəşməsən, yalanlara sən,
Burda məktəb açıb, kurs danışırlar. -
Nemət HACIƏLİYEV.Yeni şeirlər

* * *
Tənhalıq qəlbini bürüyən zaman
Küləyə qoşulub qaçan dalğalar
Görüşə tələsən sevgili kimi
Şəfəq tək hər yerə saçan dalğalarİllərdi eşqini bəyan etməyən
Nə uzağa gedən,nə də itməyən
Maraqlı kitab tək heç vaxt bitməyən
Köksünü sahilə açan dalğalarBir yerə alışıb qala da bilmir
Keçmişi yadına sala da bilmir
Dənizin sevgisin ala da bilmir
Köçəri quş kimi uçan dalğalar* * *
Neçə neçə sevənlər
Yola saldı körpülər
Kimlər sevmədi getdi
Yenə qaldı körpülərAh körpülər körpülər
Sarımtıl boz körpülər
Ah körpülər körpülər
Üstündə toz körpülərƏl ələ yapışdılar
Doyunca baxışdılar
Küsənlər barışdılar
Ürək aldı körpülərAh körpülər körpülər
Sarımtıl boz körpülər
Ah körpülər körpülər
Üstündə toz körpülərO şirin öpüşləri
O sevgi sazişləri
İlk və son görüşləri
Yada saldı körpülər* * *
Sevirəm mən səni hər dəm sevirəm
Edirəm hisslərimi cəm sevirəm
Heç olmaq atəşi eşq ilə heç gözəl
Eşq içində alışan şəm sevirəmneynirəm gəlsə təbib lazım deyil
Çün mən də qəlbimə məlhəm sevirəm
Tapıram xəyalımda parə səni
Yığıram ümumi görkəm sevirəmNə qədər sevsəm əgər bəs eləmir
Deyirəm öz özümə kəm sevirəm
Nə qədər əzsən məni etməz xeyir
Qayadan daşdan da möhkəm sevirəm
Sevilən ürəklərin şairiyəm
İndi mən həm yazıram ,əm sevirəm -
Arzu RÜSTƏMSOY.Yeni şeirlər

* * *
Yağış,buludların yarpaqlarıdır,
Kökündən qurusa,qırılar,düşər.
Yerdə ayrılığa,dözsünlər deyə,
Göydə bir-birinə,sarılar düşər…Qıy çəkib,hayqırar,dolu nəyi var,
Deşər,ürəyini çəmənliklərin…
Nə yaza isinər,nə qışa donar,
Yağdırar,gülləni dərindən-dərin…Günəş,göy üzünün gəlin otağı,
Şəfəqlər ardına maraq edərsən…
Açıb ürəyinin,arzularını,
Gecə zülmətinə,çıraq edərsən…Ay çəkər,nazımı ta sübhə qədər,
Keşikçim sayılar,tül pərdə kimi…
Asılsa evimin küncündən kədər,
Ruhumu oxşayar,gül pərdə kimi…Bir ovuc torpaq da bəs edər,mənə,
Bu torpaq altında neçə can yatar.
Çəkib əllərimi,öz əllərindən,
Ay gedər,gün gedər sübhə dan qatar…
(daha&helliip;)



























