Post Views: 39 Sən gəldin Sən gəldin, Artıq səmalardan Güllü budaqlara qonmağa başladım. Sən gəldin, Həyatımı alt-üst eylədin, Hamar yuxularım əyişdi. Sən gəldin, Sənin zövqünlə ətirlənirəm, Çiçəkli qoxularım dəyişdi. Sən gəldin, Mənim sevdiklərim qaldı bir yana, Sənin sevdiklərinə Baxmağa başladım. Sən gəldin, Səndən ayrılmamaqçün Ölümdən qorxmağa başladım, Qorxmağa başladım…
Sentyabr 19, 2013
Esmira RƏHİMLİ.Yeni şeir
Post Views: 41 * * * Qəlbin kitab kimidir, Yazılar dolu. Gözlərinin pəncərəsindən Oxuyuram onu. Qəlbin səma kimidir! Sən heç gün çıxanda Səmanı gördünmü? Fırtınalardan xəbəsiz, Buludsuz, təmiz… Doğrunu gördünmü, doğrunu! Nə qədər ümüdsüz, aciz… Amma oğru hər zaman haqlı, Hər şey ona caiz! Gözləri qəmsiz, kədərsiz… Sən heç dənizin səsini Eşitmisənmi? Danışmır, heç nə …