Post Views: 38 KİMİ Yenə gözüm buludlardan nəm aldı, İstəyini həm almadı, həm aldı. Ağrılarım ürəyimə cəm oldu, Vay görmədim hələ belə vay kimi. Dəli sevdam xəzan dərir, – bar deyil, Bu sevgidə etirafım ar deyil. Küllü-aləm daha mənə dar deyil, Yığılıram öz içimə yay kimi. Dərd yolçusu qəm atına süvarsa, Selə dönər gözlərində su …
Sentyabr 24, 2013
Hacı Zərifə NOVRUZOVA.Yeni şeir
Post Views: 35 Ulu Öndər, Atam mənim! Ayın nur saçdığı, Yollar ilə getmisən, ay Ata! Ulduzlara çatıb, Göyləri seyr etmisən, ay Ata! Aynan, ulduzlarnan birləşib göydə Qurub yaratdığın, Vətən torpağına Qayıt, ay Ata! Qayıt, Atam mənim, Ulu Öndərim. Dağda şəlaləm mənim, Düzlərdə laləm mənim. Qayıt, ayrılığa bir son qoylsun! Qayıt, içimdəki kədər yox olsun! Qayıt, …
Sumqayıt “Şəhər günü”nü qeyd edir
Post Views: 28 64 yaşlı Sumqayıt Şəhər gününü qeyd edir. Bu gün xarici ölkələrdən və respublikanın bir sıra bölgələrindən Sumqayıta gələn saysız-hesabsız qonaqlar rəngarəng bayramın şahidi olub. Şəhər günü Sumqayıtın Corat qəssəbəsindən 2 min ildən çox yaşı olan qədim qaladan başlanıb. Tamaşa burada yaradılmış bazar meydanında göstərilib. Bayrama öz qladiatorları ilə birlikdə böyük Roma sərkərdəsi …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 41 GÖTÜRMÜR Əsmə hər bir yarpaq üstə, Bu ağac balta götürmür. Yük olanı torpaq üstə, Torpağın altı götürmür. Nə sızlarsan, viran könlüm, Öz içinə varan könlüm. Dərdə könül verən könlüm Başqa ovqatı götürmür. Bıçaq kürəyə yol tapır, Haram – çörəyə yol tapır. Çat hər ürəyə yol tapır, Ürək hər çatı götürmür. Ölümü almam …
Hacı Zərifə NOVRUZOVA.Yeni şeir
Post Views: 47 Cəhrayı rəngli dünyam Dünyanı cəhrayı görmək istədim, Fələk əzəl başdan göynətdi məni. Qarşıma sədd çəkdi, qara pərdəni Talehimi daşa çırpdı, dağıtdı Məsum ikən ürəyimi, Kədər aldı, qəm aldı. O vaxtdan dünyanın rəngi dəyişdi Cəhrayı rəng görmək üçün dünyanı, Təzədən yıxılıb, qalxmaq istədim. İstədim dəryasında batam sevginin, Əlimdə bərk tutam, əlim sevginin. Gül …
Hacı Zərifə NOVRUZOVA.Yeni şeir
Post Views: 39 Qələm neyləsin! Qaradan yazıldı talehim mənim Ağ rəngin qaraya gücü çatmadı. Quranda yazılan “Qələm” surəsi Ağılar söyləyib, göz yaşı tökdü. Qələmdə nə günah? Qələm neyləsin? “Lövhi – məhfuz” u yazan bu qələm, Ağladı, sızladı, göynədi, yandı. Mənə taleh yazmadı! Yazmaq qüdrətində olsa da əgər, Fələkdən yazılan bu müsibətə Əfsus ki, qələmin gücü …
Vüqar ƏHMƏD.Həyatı və Yaradıcılığı
Post Views: 135 Vüqar ƏHMƏD (Vüqar Mikayıl oğlu Əhməd) 1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olub. 1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. …
Məmməd ARAZ.Həyatı və Yaradıcılığı
Post Views: 252 İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) Həyatı Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji …
Xəlil Rza Ulutürk.Həyatı və Yaradıcılığı
Post Views: 669 Həyatı Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər. İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk …
Elşən KAMİLOĞLU.Yeni şeirlər
Post Views: 38 QƏZƏL Ömrün sonrasını çərxi-fələkdən soruşun, Allahın buyruğunu, gəlsə mələkdən soruşun. Quşların nəğməsini duysa buludlar dayanar. Bağbanın söhbətini bağda çiçəkdən soruşun. Fərhadın dağ aşıran qəlbini dağlar bürüyüb, Məcnunun ahlarını çöldə küləkdən soruşun. Nədir tənhalıq onu hər kəsə sormaq nə üçün? Çəkiniz təkliyə tənhalığı təkdən soruşun. Dünənin haqlısı haqsız olur heyrət eləmə, Bu günün …
Elşən KAMİLOĞLU.Yeni şeirlər
Post Views: 49 * * * Heç biri sən deyildi… Üç qız gördüm yuxuda Biri arıq, biri kök, biri də ki ortabab. Birinin əlində gül, birinin əlində çətir, birinin əlində şərab. Biri uzun geyimli, biri başında örpək, biri də yarıçılpaq. Biri evli, biri dul, biri subay, utancaq. Oxuyurdu üçü də bir ağızdan; “Göydən üç alma …
Elşən KAMİLOĞLU.Yeni şeirlər
Post Views: 68 * * * Həsrət öldürəcək… Ağlıma gəlməzdi yağış yağacaq, Düzü istəmirdim yağmağını da. Pəncərə önündə dayanıb bu vaxt Yollara kədərlə baxmağımı da. Indi nə fərqi var, hansı fəsildir, Dolaşar içimdə ümüdlər ancaq. Mənə arzuların odu bəs idi Hardan biləydim ki, yağış yaşacaq. Dörd divar içində ürək darıxır, Yer tapa bilmirəm evin içində. …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 38 *** Hörüyün elə bil qara ilandır, Gah sinənə düşür, gah boynuna, qız. Elə yandırmısan bu əyyamı ki, Vəzir sənə baxır, şah boynuna, qız. Mənim də canıma od ələmisən, Gözüm səni görür, özümü görmür. Yüz ildi yanıram, bir su atan yox, Kölgən içimdəki dözümü görmür. Fələk aramıza sədd atsın deyə, Sənə qucaq-qucaq güd …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 40 *** Sən, Ləçəkləri püstə gözəllərin sinələrinə toxunan sevda çiçəyisən. Sən həm də, ucqar təpələrdə sağlığına badə qaldırılan tale işığısan. Arabir, bakirə gözəlliyinə sərxoş baxışlar uzatmaq keçir içimdən. Arabir də Titrək barmaqlarımı Şüşə kimi hamar, lalə yarpağı qədər işvəli yanaqlarından asmaq istəyirəm qara kəhrəba kimi. Bəzən də son qərara gəlmək gücü olan günahkar …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 75 *** Ömür tək adamın çəkmədiyi yük, Ruhum əzab çəkir, dözüm, uyusun. Gəl gör nə gündədir öpdüyün dodaq, Gəl, barı barmaq sürt, közüm uyusun. Min ildi Məcnun da, Leyli puçdu, Min ildi yuxuda darıxırlar, qız. Utana-utana qapı döyənlər, Ömür yollarında karıxırlar, qız. Gəl qoşa yeriyək bu qısa yolu, Təklik sərf etməyən fərmandı, vallah. …
Nemət HACIƏLİYEV.Yeni şeir
Post Views: 34 QƏZƏL Ömrümə gəlibdi qış, payız gedəndən sonra, Sındı qəlbim puç oldu, yalan biləndən sonra. Vaxt var idi sevirdim, şübhəsiz inanırdım,- Bunlar hamısı olubdu səni görəndən sonra. Gözlədim xoşbəxtliyi ömür qatarında mən, Xəyallarım çin oldu səni görəndən sonra. Qovuşub bu həyatım qaranlıq zülmətlərə, Soyuqluğu hiss edib çıxıb gedəndən sonra. Çilik-çilik olsa da, qəlbim …
Nemət HACIƏLİYEV.Yeni şeir
Post Views: 34 GƏRAYLI Seçilmirdin sən mələkdən, Amma sevmirdin ürəkdən. Məni soruşsan, küləkdən, Deyər qəlbim nimcan olub. Leyli Məcnun dastandadır, Könül mülkün zindandadır. Görəsən indi hardadır, Yəqin çoxdan peşman olub?! Gedəni saxlamaz idim, Amma sənsiz qalmaz idim, Saralmayıb, solmaz idim, Qəlbim çoixdan saman olub. Həyat fani, ölüm ani, Tanrı yazmış bu fərmanı. Oxu müqəddəs “Quran”ı,- …
Nemət HACIƏLİYEV.Yeni şeir
Post Views: 44 QİTƏ Həyat bir dənizdi üzəsən gərək, Dayansan, sən boğularsan, batarsan. Həyat bir ağacdı kölgəsində ol, Getsən, kənara istidən yanarsan. Həyat bir oyundu sınaqla dolu, Çalış diqqətli ol, yoxsa azarsan. Həyat bir imtahan əgər ki, bezsən, Açıb sən “Quran”ı varaqlayarsan. Həyat bir sevgidir, sevgi də həyat, Yadına salıb məni ağlayarsan. Həyat bir həyatdı …
Sevinc HƏMZƏYEVA.Yeni şeirlər
Post Views: 43 * * * Titrəşən yarpaqların səsi qədər kövrək, mülayim Öpüşən ləpənin busəsi qədər Şirin, tələsik Gülüşən çiçəyin xəndanı qədər şaqraq, sevimli dünyam! Payızım ol! Sevim səni Səhər – axşam Yağış damcısında eşq damcısında Xəzəl üstə, xəzan üstə Addım – addım Daban qoyum izin üstə Izim sevsin izini Üzüm sevsin üzünü Yağış altda …
Sevinc HƏMZƏYEVA.Yeni şeirlər
Post Views: 46 * * * Sənə dəli dedilər Sərsəm dedilər Duyğulu dedilər Qorxunc dedilər Sərgərdan dedilər Yorğun dedilər İncidinmi bilmədik Bilsək də heç dinmədik Əziz dərviş küləklər! Yalın ayaq Çılpaq əyin Başı açıq Əlləri boş Aram – aram Qarış – qarış Döngələri dönən küləklər Ağsaqqal küləklər, müdrik küləklər. Dünya seyrəngahın Göylər məskənin Dağlar ucalığın …
Sevinc HƏMZƏYEVA.Yeni şeirlər
Post Views: 29 * * * Qəlbimə süzülmüsən Gözlərimə dirənən əksinlə Sevimli röyam olmusan… Damla – damla qanıma işləmisən… Mən olmusan… “Mən”də yenilənib bir yeni “sən” olmuşam… Səndən ayrı xəyalınla baş – başayıq… Gecə – gündüz Dincliyimi məndən alan, Məni sevən Məni üzən ayrılığın qollarında Saman çöpünə döndü Özü zalım Xoş xəyalın– Həmdəm olub, həmdərd …