Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 19 of 19 NƏTİCƏLƏR
Publisistika

Hacı Zərifə NOVRUZOVA.Məqalə

Post Views: 38 Avropa Azərbaycan Məktəbində yeni dərs ili başladı 16 Sentyabr 2013 – cü il Bu gün Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ilinin başlandığı ilk gündür. Bütün tələbələr, şagirdlər kimi, valideynlərin də sevincinin həddi – hüdudu yoxdur. Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının və xanımı Mehriban Əliyevanın böyük səyi, təşəbbüsü nəticəsində fidan körpələrimizə …

Publisistika

Hacı Zərifə NOVRUZOVA.Məqalə

Post Views: 44 Mənim Prezidentim, mənim qardaşım Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib, tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir. S. Makarenko Bəli, Heydər ata, Zərifə ana, sizin dünyamıza, Azərbaycan adlı bir məmləkətə bəxş etdiyiniz bu ilahi varlıq da, eynən belədir. Həm gözəl …

Azərbaycan ədəbiyyatı

Bəxtiyar VAHABZADƏ.Həyatı və Yaradıcılığı

Post Views: 855 Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın …

Azərbaycan ədəbiyyatı

Ədalət NİCAT.Yeni şeirlər

Post Views: 55 Danışır sazın Aşıq Kəmalə Qubatlıya. Qubatlıda bitən bu zərif gülün, Adını tarixə yazın Kəmalə. Alının yazısı haqqdan yazıdı, Saza yazılıbdı yazın, Kəmalə Yuvasın qurubdu könlündə sözlər, Dərdin saza açır hamıdan gizlər, Dupduru dənizdi eşqili gözlər, Adamı öldürür nazın ,Kəmalə. Saz sənin , sən sözün oldun həyanı, Qorudun isməti abır-həyanı, Nağıllara bənzər könül …

Azərbaycan ədəbiyyatı

Ədalət NİCAT.Yeni şeirlər

Post Views: 60 Məşğulam. Ay İbrahim, sən sevməklə məşğul ol, Mənsə dərd-qəm çəkmək ilə məşğulam. Gecə-gündüz dayanmadan göz yaşın, İldır-ildır tökmək ilə məşğulam. Arif olan hər mətləbi incələr, Ruh göylərə pərvazlanıb dincələr, Ay çıxanda tək oturub gecələr Öz içimi sökmək ilə məşğulam. Hav götürən yaralarım simləyib, Dərdlərimi alaq basıb çimləyib, Pərən düşən xoş günləri cəmləyib, …

Azərbaycan ədəbiyyatı

Ədalət NİCAT.Yeni şeirlər

Post Views: 32 * * * Təbriz, Bakı doğma, əziz, Dərdləri də qoşa, Vətən. Göyçə,Dərbənd, İravan tək, Qan ağlayır Şuşa, Vətən. Yarımçıqdı çox işimiz, Həddən ləngdi yerişimiz, Hələ zəfər yürüşümüz, Çatmayıbdı başa, Vətən. Birləşməmək xalqa ləkə, Bölünməyək bölgə-bölgə, Üstündən çəkilsin kölgə, Daim azad yaşa, Vətən. Həsrətlə gözlədik danı, Qaranlığın sonu hanı? Şəhidlərin axan qanı, Gedəcək …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 36 *** Apar bu köpəyin qızını, bezdim, İncimə bu acı sözümdən, Tanrı. Canım kötük deyil baltalayalar, Nə qədər utanım özümdən, Tanrı? Yazığam, hər nəyəm, sonunda buyam, Mənim pulum yoxdur canımı alım. Cəllad da hazırdı, kötük də, ancaq Ürəyim qıymır ki, qanımı alım. Bir ana möhtacdır min paslı fikir, Ömür dağ çayıtək çağlayır gendə. …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 33 *** Ruhum yad malıdır, əlini burax, Sənə nə verirsə, təzə verir o. Əcələ sürtürsən başını tez-tez, Guya baxışına məzə verir o. Gözlərin adamı yüz səmtə çəkir, Sanki eşq yolusan hamımız üçün. Bəsdir göz oynatdın, hava soyuyur, Bir az qarğı göndər damımız üçün. Gəl, qurtar özünü bu ehtirasdan, Günahdan çatlayıb dan, bilmirsən, qız?! …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 32 *** Ömür tək adamın çəkmədiyi yük, Ruhum əzab çəkir, dözüm, uyusun. Gəl gör nə gündədir öpdüyün dodaq, Gəl, barı barmaq sürt, közüm uyusun. Min ildi Məcnun da, Leyli puçdu, Min ildi yuxuda darıxırlar, qız. Utana-utana qapı döyənlər, Ömür yollarında karıxırlar, qız. Gəl qoşa yeriyək bu qısa yolu, Təklik sərf etməyən fərmandı, vallah. …

Azərbaycan ədəbiyyatı

Elşən KAMİLOĞLU.Yeni şeirlər

Post Views: 41 * * * Mən ki, yanndayam Ən çətin günündə yada düşürəm. Gəlib axtarırsan, soraqlayırsan. Qəm tüğyan edəndə, yada düşürəm. Mən ki, yanndayam nə ağlayırsan. Ən çətin günündə özündən deyən, Arxalandıqların arxasız olur, Ən çətin günündə mən səninləyəm, Ürəyin toxtayır, kefin durulur, Yad oldu,üz çevir yaxının yadlaş. Ən uzaq bildiyin yaxın olarmış, Dost …

Azərbaycan ədəbiyyatı

Elşən KAMİLOĞLU.Yeni şeirlər

Post Views: 83 * * * Belə həyat istəmirəm. Bu pəncü-dü, bu şeş-cahar. At zərləri, xanalara düz daşları. Zər nə versə, nə göstərsə, oynayırıq biz daşları. Daşlar əgər yerbəyersə, yanbayansa daha yaxşı. Bu xanadan o xanaya daşıyırıq gah o daşı, gah bu daşı. Əl qol atıb yer tuturuq, baş xanada gözümüz var, zər tuturuq. Burda …

Azərbaycan ədəbiyyatı

Elşən KAMİLOĞLU.Yeni şeirlər

Post Views: 36 * * * Bir ömür yaşadıq. Bu gün keçdi, üz tutub Hər sabaha yaşadıq. Ümüdimizi bağlayıb Bir Allaha yaşadıq. Bir daş atdı hər ötən, Lağa qoydu hər yetən. Bu sınıq pəncərədən Baxa-baxa yaşadıq. Ömür ötdü qayğıda, Min sualda sorğuda. Bizi qorxuda-qorxuda. * * * Məndən nigaran qalmayın. Məndən nigaran qalmayın, Ölsəm xəbər …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 47 HARDASAN DÜNYANIN HALAL ADAMI Hardasan dünyanın halal Adamı, Hardasan, varmısan?–Səsimə səs ver. Məndən o tərəfə sən tükənirsən, Səndən bu tərəfə mənə nəfəs ver. Məndən o tərəfə, səndən bu yana, Nə kökdədi dünya, xəbərin varmı? Tapşırıb yellərə, büküb al-qana, Bir ürək yollasam sənə çatarmı? Bilərmisən hankı məmləkətdənəm, Hansı millətdənəm bilərmisən sən? Bu aciz …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 38 YIXILIR Ürəklər eşqə atlanır, Ağıl nəfsindən yıxılır. Şair sözündən qatlanır, Aşıq səsindən yıxılır. Nuhun əyyamından bəri Sirri birdi bəndələrin; Kişi «yox»undan gəbərir, Zənən «hə»sindən yıxılır. Hərə qalxır öz ipinə, Kim düzünə, kim çəpinə. Hamı özünün dibinə, Öz zirvəsindən yıxılır. GÖZƏLLƏMƏ Gözəllik bəşərə görk olsun deyə, Qıydı Yer üzünə fələklər səni. Dayandı səcdənə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 56 * * * Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni. M.Füzuli Məni ömrüm boyu çək imtahana, Mənə ömrüm boyu zülm elə, nolar. Görüm nə çəkibdi dəli-divana, Görüm eşq əhlinə zülm ilə nolar. Təsəlli umduqca kəs umudumu, Görüm necə olur candan usanmaq. Tutuşub odlara, deyim – budumu …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.Yeni şeir

Post Views: 36 Günəşim            Salam, xoş gəldin, Günəşim mənim. Güldün üzümə, Budaqlarım isindi, Tumurcuqlqrım cücərdi, Çiçəyim çırtladı! Gəlməsəydin, Qışın sərt üzü Öldürəcəkdi məni. Kəsib odun edəcəkdi Yeyənlər bəhərimi. Salam, xoş gəldin, Həyatımı mənə gətirdin, Əli dolu gələn qonağım mənim! Baxdım, səhərlər nə gözəlmiş, Buludlar yolum-yolum. Baxdım, gecələr nə gözəlmiş, Ulduzlarla qol-boyun. Oyatdın qış boyu …