Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 147 of 147 NƏTİCƏLƏR
Mədəniyyət

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında” Nazirlərlər Kabinetinin Qərarı

Post Views: 38 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə …

Mədəniyyət

Gənc xanım yazar Arzu Hüseynin şeiri ”Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

Post Views: 37 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseynin “İndi həsrətinlə nəfəs-nəfəsəm” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb. http://hecetaslari.com/turkay…/turkay1sayi11noyabr2023.pdf Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

"Yeni nəşrlər"

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulovanın yeni kitabı işıq üzü görüb

Post Views: 38 “Şirvannəşr” tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, yazıçı-publisist Ədalət Rəsulovanın “Məqalələr toplusu” adlı yeni kitabı işıq üzü görüb. Kitabın naşiri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə təcrübəli mütəxəssis, peşəkar rəssam Zahid MƏMMƏDOVdur.  Kitabın tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

"Yeni nəşrlər"

Gənc yazar İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır

Post Views: 48 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi, gənc yazar İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır. Kitab müəllifin oxucuları ilə sayca beşinci görüşüdür. Kitabda müxtəlif illərdə …

Azərbaycan ədəbiyyatı

Hərəkətsiz gəmilər dənizə yükdür, dost… – İntiqam Yaşarın şeirləri

Post Views: 51 Mən deyiləm yanında Hansı yerin küləyinə üşüdün,hansı yerin soyuğu var canında?Xəyallarım çox da sənə sarılıb,Nə yazıq ki, mən deyiləm yanında. Düşünürəm hansı işə yarayırƏllərini isitmirsə nəfəsim.Sən gələndən, sən hopandan ömrüməNə sükutum sənsiz olur, nə səsim. Sən demişəm, sən deyəcəm hər nəfəsBir gün əgər qalmasam da yadında.Bircə bunu unutmazsan ömürlük,Mən özümü tapmış idim …

Azərbaycan ədəbiyyatı

Vüqar ƏHMƏD.”Niqab” (Yeni hekayə)

Post Views: 43 Vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı. Belə ki, institutun müdiri Bilal Qüdrətzadə onun işindən çox razı idi. Çünki vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan, öz işini hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə ordakıları heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin daim …

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.”Əbədidir sən əyləşən taxt, Şuşam”

Post Views: 46 Azərbaycan Yazıçılar Birliyinin üzvü Bahar gəlib, buludunu sərinlət,Yağış olub ürəyimə yağ, Şuşam.Ağır qanlı döyüşlərdən çıxmısanÇox şükür ki, çox şükür ki, sağ, Şuşam. Görüşümə sən gəldikcə röyada,İllər boyu nifrin tökdüm mən yada.Səndən uca şəhər yoxdur dünyada,Dörd tərəfi qala Şuşam, dağ Şuşam. Dolanırsan Natəvanın sözündə,Qoy qalmasın arzu-kamın gözündə,Dönüb İsa bulağına özün dəŞırıl-şırıl zümzüməylə ax, …

Azərbaycan ədəbiyyatı

Bənövşə MAHMUDQIZI.” Yorğunam, müəllim… “

Post Views: 65 Salam, xəstəliyim…Mən səninlə nə eyləyim?Boşa qoyuram, dolmur,Doluya qoyuram, almır.Və məni kimsə anlamır…Mən xəstəyəm;Xərçəng, talassemiya,Epilepsiya vəs.Dünyada nə qədər xəstəlik var?Hamısından bir azam.Hamısından bir-bir yazam?Yox, ömrüm yetməz.Xəstəliklərdən ölənlər kimi.Qorxum ölmək deyil,Qorxum möhtaclıq,Anlayışa aclıq…Söyləyirəm açıq-saçıq;Mənə dəyməyin.Yorğunam,Qırıq-qırıq,bəlkə parça-parça…Ancaq sizi güldürəcək,Sevəcək qədər gücüm var.Sizin üçün gülürəm,Sevdiyiniz gülüşlərim,Xoşbəxt gördüyünüz gözlərimSizin üçündür, əzizlərim!Bu şeir bütün xəstəliklərin,Bütün xəstələrin dilidir.Xəstə olmayan …

Azərbaycan ədəbiyyatı

Gülay Tahirlidən yeni şeir

Post Views: 57 Getdin, On oyuncağım vardı, Onunu da apardın. Mənim sağdakı beşim Soldakı beşimə yetmir. Nə var ki addım atmağa? Bilirsən də, mən yıxılan deyiləm. Amma hansı qüvvə qaçırar ayaqlarımı? Hər sığalda çırpınardı ürəyim, İndi yüz çəkic gətir, səsi çıxmaz. Getdin, Gözlərimin yaşı axmaz. Deyirlər, böyüklər ağlamaz, Ruhuma baxma, oyuncağım yoxdur. Dənizə getdim, İslanmamış …

Azərbaycan ədəbiyyatı

Pərvin Əliyeva – Qəzzada ölüm.

Post Views: 59 Buludlar da at kimi  kişnəsəydi, Göy geyib qanlı dağa  düşsəydi. Tövləbaşı qışqırsaydı  Yasavul, qaravul… O da köməyə gəlsəydi, Olardım ona qurban.  Bir iydə çiçəyi köynəkdən çıxınca  Gör neçe fesil görür, Qorxurmu, qorxur. Bir körpə də qorxar, Bu vəhşət səslərindən  Daha yolçu yolunda olsun deməz Daha yol qalmaz ona. Bir libas ki, bu …

Publisistika

Zülfiyyə İmanova – Ah”lar ağacından “Saat” qülləsinə

Post Views: 46  41 il ömür sürən, həyatı “Füsunlar” arasında keçən, incə ruhlu, şeirlərində tərtəmiz ana qoxusu hiss edilən türk şairəsi-Didem Madak. Ömrünün neçə baharını, neçə qışını yaşamışdı, amma “sevinmək nədənsə həmişə yeddi yaşında” kimi qalmışdı ağlının ən dərin qatlarında. Həyat hekayəsində kədərli anlar, sevincli günlərini üstələmiş, alın yazısının hansı kitabın arasında olduğunu bilmək üçün günlərlə …

Publisistika

Namiq HACIHEYDƏRLİ.”Kimdir ən böyük şair?!”

Post Views: 60 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Böyük yazıçı”, “böyük şair”, “böyük bəstəkar” və s. bu kimi ifadələri tez-tez eşidirik. Bu halda bəzən iki şairin (eləcə də yazıçının, rəssamın, bəstəkarın, siyasətçinin və s.) müqayisəsi aparılır. “Filankəs filankəsdən böyük şairdir”, “yox, mənim fikrimcə filankəs …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”ŞALVAR”

Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri(EL- OBA SÖHBƏTLƏRİNDƏN)Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Eşqdən ölsəm…”

Post Views: 72 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Sarı eşqə Tanrı ağlar,Bəndə ağlamaz…Ağlamaz…Qoca palıd çal başınaSarı bağlar…Qara bağlamaz…Bağlamaz… Əyilib səcdə edərəmGetdiyin hər dan üzünə…Məcnuna qibtə edərəm,Leylinin həya rübəndiYaraşmaz nakam üzümə… Yandım…Aman, sarı palıd,Qoynunda koğuşun …

Publisistika

Banu MUHARREM.”Danışır..”

Post Views: 59 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Necə danışdığına deyil, nə danışdığına diqqət edin🥲🙂” 11 yaşım olardı. Ailəmiz dağılmış,yoxsul həyat tərzi yaşayırdıq. Anam evdə dərzilik edirdi. Birtəhər keçinib gedirdik.Kitablarımın çoxu dəxlisiz idi, məktəbə vurmağa çantam belə yox idi.Bayram ərəfəsi idi.Anam biraz pul toplayıb çətinliklə də olsa mənə bir cüt ayaqqabı ala …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.Yeni şeirlər

Post Views: 71 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * * * Dünyaya doymayan qullar nə tapdılar..Nə tapdılar?!Allahını sevən kəslər nurlu xəzinə tapdılar. Göyün günəşi dönəndə qafil sahibsizdir sanarAşiqlər Rəbbin ananda ruhu divanə tapdılar. Gizlicə bir haldır kədər..ürəkdə ibadət edər.Dərviş nəfsini güdəndə halı viranə tapdılar. Dumanlı köşklərdə ömrün! Vaxtı bitəndə hər ömrünKönlü yanğın-kül …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 60 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Gözümə düşən xəyalınGözümdən axmağa gəlir.Səhər çağı açılan danGecəni yığmağa gəlir. Və mən hələ də oyağam-Hələ də oyaq… yuxulu…Mənə sevdiyini söylə,Söylə, qoy rahat yıxılım. Açılmır yenə başımdanQara buludun …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Yeni şeirlər

Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Hədərdi bilirəm gecikmiş güman,Xərclədim ömrümü bir heçə getdi.Məndə axtardığın o ucuz yalan,Sənin yalanınla heç-heçə getdi. Tutub-yapışmısan yaxamdan qəti,Söylə ürəyindən keçəni görək!Oynayıb tullamaq köhnə adətin,İndi hər necəyəm nəyinə gərək? İllərlə ahıma bürünən Allah,Gətirib qarşıma nə haqla səni?Kabusun …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏN…”

Post Views: 42 …Nə olsun ki, gecə keçir,Zaman axır ömrümüzdən,Vaxt onsuz da gedəcəkdirYatmasam da, yatsam da mən. Dünya adlı bu yerdə mənMüvəqqəti yəhərdəyəm,Düşəcəyəm yedəyindənYeddi əlnən tutsam da mən. Cahan kimə yoldaşdı ki,Kimə sirrini açdı ki?Oğurluqdan yaxşıdı ki,Xırda-xuruş satsam da mən! Gör, haradan-hara vardın,Şahlar şahı nə apardın?Arzulardan kam alardım,Bircəsinə çatsam da mən. Mən göylərin öz oğluyam,Gedəm, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Taleyin qisməti”

Post Views: 70 Taleyin qisməti rast saldı bizi.Yolumuz hardasa qırılacaqsa,İtirəcəyiksə bir birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Sən allah,özünə oyrətmə məni,Hicran qoxusuyla göynətmə məni.Əlimi əlinə öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə.Mən bir az baharlı budaq kimiyəmBir azda sadəlövh uşaq kimiyəm,Bala anasına qovuşan kimi,Leylək yuvasına qovuşan kimi,Arı gül-çiçəyə uyuşan kimi,Eh,mən də adama …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş yavaş sevdim səni”

Post Views: 47 Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.Ən çox bu qış sevdim səni,Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdikHavalar soyuyanda.Adamlar qalın geyinib,Ağaclar soyunanda. Qar altından baş qaldıranÇiçəktək sevdim səni.İstisinə qızındığımOcaqtək sevdim səni. Hələ bu cür sevməmişdimÖmrüm boyu heç kimi.Səni sevdim qar üstündəYem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağıNə baxırsan göyə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”

Post Views: 55 Dostum, incə barmaqlarınSədəflərin üzündədir.Mənim meylim bir sazında,Bir də şirin sözündədir. Qarayazı meşəsində,Cavan ovçu həvəsində,Qulağın maral səsində,Gözün ceyran izindədir. Tarixi var hər daşın da,Tərlanın on beş yaşında,Bəzən qarlı dağ başında,Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün,Təmtəraqlı yalan sözünCanı yoxdur, dedin özün,Məna sözün düzündədir. Zaya getməz alın tərin,Bir gün bitər şah əsərin,Arzuların, diləklərinHələ sənin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”AĞAC YENƏ AĞACDIR”

Post Views: 44 Çapıb budaqlarınıQabığını soyma sən.Çox yemisən barını,O ağaca qıyma sən. Çiçəyini qoxlayıbÇox batmısan ətrinə.Amandır belə vaxtdaBelə dəymə xətrinə. Baharda çiçəkləyibGülməsi yadındamı?Zənbil-zənbil dərdiyinMeyvəsi yadındamı? Yadındamı balalarKölgəsinə qaçardıQuşlar da səhər-səhərO tərəfə uçardı? Dünənki əhdi bu günDaşa çalmaq düzdümü?Qocalıb, qarğıyanıGözdən salmaq düzdümü? Bəlkə nəyəsə möhtac,Bəlkə su üçün acdır?!Barlı-barsız həyatdaAğac yenə ağacdır.05.X.88 Ağstafa

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.O taylı gözələ”

Post Views: 55 Heç bilirsənmi səninçin nə qədər ağlamışam? Bürüyübdür məni hicrində kədər, ağlamışam. Durnalarla sənə göndərdim ürək sözlərimi, Almayıb səndən, aman, yaxşı xəbər ağlamışam. Səpmişəm göz yaşımı şeh kimi Təbriz yoluna, Bağrıqanlar bilər ancaq nə təhər ağlamışam! Evi zindanlar olub orda bu gün haqlıların, Kimsəsiz evlərə saldıqca nəzər, ağlamışam. Vəslinin həsrətidir can evimin ilk …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”

Post Views: 49 Od ürəkli , od nəfəsli diyarımsanOcağına canım qurban , Azərbaycan !Əzilsən də , əyilməyən vüqarımsanBu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında ,Neçə ölkə od aparır ocağından .Azadlığın al rəmzi var …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Sığal”

Post Views: 57 Qәlbim pәrişandı, könlüm nigaran,Ruhumu meh vursun, yel sığallasın.Dәrdimi başımdan dağıtmaq üçünSaçımı bir yumşaq әl sığallasın. Dönsün sevgilimә, dönsün yarıma,Sevgi mәlәklәri gәlsin karıma.Sәslәr sığal çәksin duyğularıma,Tәzәnә xal vursun, tel sığallasın. Alın әllәrindәn ağrının, yasın,İtmәsin içindә ürәk his-pasın.Şair әllәrinә tikan batmasın,Şair barmaqları gül sığallasın. Vurulan durnatәk çıxsam sıradan,Toz kimi әriyib getsәm aradan,Yarıda bilmәsә mәni …