Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı dayanacağa çatanda addımlarını yavaşıtdı.Piyada birnəfəsə xeyli yol gəldiyindən bərk yorulduğunu indi hiss etdi.Bir kənara çəkildi, nəfəsini dərə – dərə ətrafa nəzər saldı.
Dayanacaqda xeyli adam vardı. Avtobus gözləyənlərin əksəriyyəti cavanlar idi. Aralarında onun kimi ortayaşlı qadınlar, kişilər də vardı.
“Bəlkə, avtobusa minməyim heç.Onsuz da bir saata gəlib çıxacaq…” Elə bunu fikirləşirdi ki, arxadan çiyninə ağır bir əl qondu.Ürəyi çırpına-çırpına başını çevirib baxanda gözlərinə inanmadı:
— Valeh?!. Sənsən? Bəs…
Qarasaqqal, qaraköynək, sıx qara saçlarına təzəlikcə dən düşmüş kişi hələ də əlini onun çiynindən çəkməmişdi.Deyəsən, belə bir fikri yoxuydu da heç…
–Hə, mənəm, özüməm.Bağışla ki, sağ-salamatam, ölməmişəm.Allah saxladı məni…Sizdən olsaydı…
Qadını dərin quyuya salmışdılar elə bil.Havası çatmırdı.
— Niyə belə danışırsan? Səni bəyəm mən?.. Eh, birindən xəbərin var, beşindən yox. Sənin torbanı o tikdi…
–İynəni-sapı sən vermişdin, o da tikdi də!..
Kişinin bu atmacası qadını heç açmadı.Üzünü ona yox, yana tutaraq:
— Belə danışma, sən Allah!-dedi.– Heyif ki, vaxtım yoxdu, gözləyirlər məni, yoxsa…
Kişi də harasa tələsir, kimisə gözləyirdi, sanki. Bir gözü küçənin yuxarı başındaydı.
–Nolar, bir gün görüşüb ətraflı danışarıq.Mənə hər şey məlumdur.Təkcə bir şey qaranlıq qalıb…
Valehin bu müəmmalı danışığından sonra qadının əhvalı lap pozuldu.Əlini çantasına salıb cib telefonunu çıxardı.Əsəbdən titrəyən barmaqlarının ucuyla bir-iki düymə sıxmışdı ki, Valehin ağır əlini yenə də çiynində hiss etdi.
— Ay Rəna xanım, kimə zəng vurursan,niyə belə özündən çıxırsan? Yoxsa, yenə
tutdurmaq istəyirsən məni?..
–Səni tutduranın…- Qadının hövsələsi lap tükəndi artıq.–Bilirsən nə var, fikrimi dəyişdim, heç yana tələsib eləmirəm.Sən də nə işin var, saxla sonraya. Elə bu gün, bu dəqiqə gedib oturaq və hər şeyə birdəfəlik aydınlıq gətirək…Bəsdir nahaq yerdən söyüş, qarğış yiyəsi olmağım…
Kişi qadının bir an içində fikrini dəyişib onunla söhbət etmək istəyini gözləmirdi. Ona görə də bir qədər tərəddüdlə:
— Nə deyirəm?! Amma hara gedək, harda oturub…
Kişinin sözünü qurtarmasına ehtiyac qalmadı. Rəna xanım istehza qarışıq naz-qəmzəylə dilləndi:
— Necə yəni hara gedəcəyik? O xarabaya!..Başqa gedəsi yerimiz yoxdu ha!..
Valehi tok vurdu elə bil. “Vallah, başı işləmir bunun. Bir belə vurhavurdan sonra da özünə yığılmayıb hələ”. (daha&helliip;)
Blog
-
Mirzə YUSİF.”Görüş yerini dəyişmək olmaz” (Hekayə)
-
Xaliq MƏMMƏDOV.”Yuxuma gəlirsən”
Tərk edib sən məni bil getmisənsə.
Nə üçün yuxuma de sən gəlirsən?
Bu mənim ömrümü qəm etmisənsə.
Nə üçün yuxuma de sən gəlirsən?Elə bil bu üzüm solmamış kimi.
Elə bil vəfasız olmamış kimi.
Deyəsən etdiyindən doymamış kimi.
Necədə yuxuma hər gün gəlirsən.Nazlı baxışlarla süzürsən məni.
Sorada edama düzürsən məni.
Necədə yuxuda üzürsən məni.
Nə üçün yuxuma hər gün gəlirsən?Yadların qoynuna atıb getmisən.
Sən məni ölümə satıb getmisən.
Elə bil qəlbimdə yatıb getmisən.
Necədə yuxuma hər gün gəlirsən.Görürəm yuxudan qalxa bilmirəm.
Bir daha ətrafa baxa bilmirəm.
Oturub qırağda daha dinmirəm.
Nə üçün yuxuma hər gün gəlirsən?Həsrəti meyvə tək dərirsən mənə.
Sorada önümdə sərirsən mənə.
Düşünmə hər gecə ərirsən mənə.
Nə üçün yuxuma hər gün gəlirsən? -
İlkin Abbası doğum günü münasibətilə təbrik edirik! (8 dekabr 1992-ci il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, gənc yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
23 yaş
Uşaqlığı aldın əldən,
Qaralar yox olur teldən,
Pay tutub çiçəkdən, güldən,
Xoş gəldin iyirmi üç yaş.İnsan üçün namus, şərəf,
Olmalıdır daim hədəf,
Yol aldım otuza tərəf,
Xoş gəldin iyirmi üç yaş.Hər günümlə duyum qürur
Alnım açıq, sözüm məğrur,
Başlasın sənlə hər uğur,
Xoş gəldin iyirmi üç yaş.BİR İL DƏ ÖMÜRDƏN KEÇDİ BELƏCƏ.
Hər il qocalıram, keçirib illər,
Ömür misalımın cavabı neçə?
Bir il də ömürdən keçdi beləcə,
Günahı neçədir, savabı neçə.Bir il də ömürdən keçdi beləcə,
Bir il də ömürün üstə gəldi il.
Görəsən hamarmı bu ömür yolum?
Mənasız yaşamaq yaşayış deyil.Bir il də ömürdən keçdi beləcə,
Hər il bir yaş daha qocalır insan.
Həyatı anlayır bir az da yaxşı,
Qocala-qocala ucalır insan.Bir il də ömürdən keçdi beləcə,
Bu gün kədərimi sevincim silir.
Günahımmı çoxdur, savabımmı çox,
Bunu başım üstə tək Allah bilir…Bir il də ömürdən keçdi beləcə,
Yaşayım bu ömrü gərək firavan.
Elə yaşayım ki, asan olsun iş,
Sonuncu mənzilə köçdüyüm zaman….SONUNCU BAHAR
Mən səni isti bir günəş sanırdım,
Sən verdin ömrümə çovğunu, qışı.
Yox, bunun günahı səndə deyil ki,
Əzəldən belədir bəxt, yaranışım.Elə ki ayrılıb tərk etdin məni,
Sızladı könlümün ən sarı simi.
Mən səni başqa bir eşqlə sevmişdim,
Ürək sevə bilmir daha heç kimi.Bəlkə sevməyimlə günah etmişəm?!
Düşünmə haçansa əhv olaram mən.
Eşitsəm ki bir gün yadın olmusan,
Gülüm, həmin günü məhv olaram mən.Mən sənə söz verdim xoş bir gələcək,
Yox idi başqa bir niyyətim mənim.
Deyiblər ki vardır hər işdə xeyir
Bəlkə ayrılıqmış qismətim mənim?!!Sevindim səninlə, güldüm səninlə,
Ağladım hər zaman acı, ağrına.
Bircə təsəllidir o şəkillərim,
Öpüb doya-doya get bas bağrına.Ayrıldıq, söylədin dost qalaq gərək,
Özümü bu odda yaxa bilmərəm.
Mən ki ürəyimlə sevmişdim səni,
Sənə dost gözüylə baxa bilmərəm.Mən sənə sevgimlə gül-çiçək əkdim,
Soldurdun əlinlə həmin o bağı.
Dostluq nə zamansa sevgiyə dönər,
Sevgi necə dönsün dostluğa axı?!Sızlatdın qəlbimin yaralarını,
Qaysağı da qopdu, qanı da sızdı.
Daha qarşılaya bilmərik yazı,
Bu bizim sonuncu baharımızdı. -
Rafiq ODAY.“Vətən gözəlləməsi”
Bəlkə də dünyanın yüz yaşı vardı, –
İnsanın tamahı ilk daşı yardı.
Dımdıyin dörd səmtə dən daşıyardı,
Səni dənliyindən etdilər, Vətən!Sanki bir-birinə oxşardı hamı,
Oğuzdu, Qorquddu, Avşardı hamı,
Qoynunda şad-xürrəm yaşardı hamı,
Səni şənliyindən etdilər, Vətən!Xoş arzu-niyyətə təməldin onda,
İnsanlar halal süd əməndi onda,
Məchul bir riyazi əməldin onda,
Səni tənliyindən etdilər, Vətən!Sənə dost deyənə qardaş sən idin,
Arxadaş sən idin, sirdaş sən idin,
Ən uca sən idin, ən baş sən idin,
Səni “ən”liyindən etdilər, Vətən!Allaha ən yaxın bəndə sən idin,
Cismdə sən idin, təndə sən idin,
Özündə özündün, səndə sən idin,
Səni sənliyindən etdilər, Vətən!“Yan”a can söyləyən it nə dəlidi,
Nə gicdi – minillik fitnə-felidi.
Şuşa sənin üçün Çənlibel idi,
Səni çənliyindən etdilər, Vətən! -
Rahilə DÖVRAN.Yeni şeirlər
DOST-TANIŞIM,SİRDAŞIM
Hey dolandım pərvanətək yaxınların başına,
Göz dikmədim bir kimsənin çörəyinə,aşına.
Rast gəldikcə zəmanənin çəpgözünə,çaşına,
Kipriyimdə gilələndi muncuq-muncuq göz yaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Ötən günlər düşür yada,qovruluram,yanıram,
Çərxi-fələk durmaz belə,yenə dönər,sanıram.
Mən arifəm hər kəlməni anlayıram,qanıram,
Gözüm görür,qulaq duyur,pozulmayıb yaddaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Gün var idi qonardılar milçək təkin şirəyə,
Nə bir ləkə,nə də bir xal düşməz idi ürəyə.
Tərif ilə ev yıxdılar,sığal çəkib kürəyə,
Yuxa ürək olmağımdan ağrıyıbdır hey başım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Qarışqalar olubdular nəhəng filin qənimi,
Riyakarlar,simasızlar artırıbdır qəmimi.
Təlatümlər,fırtınalar parçalayıb gəmimi,
Mən yelkənsiz hər limana axı necə yanaşım?-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!Olmayıbdır qəbahətim,əyri sözüm,yalanım,
Üzü dönən zəmanəmi?-yoxdur yada salanım.
Hey fikirdir,hey xəyaldır dönməz, sadiq qalanım,
Ağır olub nankorların qafasına hər daşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?! (daha&helliip;) -
Rəhim MEHNƏT.Yeni şeirlər
XƏYALLAR
Sənsizliyim bu gün saçın yolubdu,
Göz yaşlarım axıb qəlbə dolubdu.
Ümüd yerim saralıbdı, solubdu,
Yoluna gözünü dikir xəyallar.Dolanıb gözündə yuxun mən ollam,
Səpilib üstünə qoxun mən ollam.
Sənə yaxından da yaxın mən ollam,
Ağlayıb göz yaşı tökür xəyallar.Sevgi dənizinə atdım özümü,
Məhəbbət odunda çatdım özümü.
Sən olan həyata qatdım özümü,
Bağrımda lalələr əkir xəyallar.Ömrümü bələdim, sənin ruhunla,
Çəkdim ciyərimə ətir qoxunla.
Tanrının verdiyi azın, çoxunla,
Ölümsüz bir qala tikir xəyallar.05.12.2015
KÜSDÜRMƏ NOLAR
Dərdini de, ürəyimə toxunma,
Qəlbini qəlbimdən küsdürmə nolar.
Həsrətini, hicranını ver mənə,
Gözümü könlündən küsdürmə nolar.Qopar içimdəki bu intizarı,
Yaşat könlümdəki bu ahu-zarı.
Allah xatirinə, sən etmə barı,
Gözümü könlündən küsdürmə nolar.Küsdür misraları, küsdür sözündən,
Yağışı selindən, odu közündən.
Aşığı sazından, məni özündən,
Gözümü könlündən küsdürmə nolar.Çıxart xəyalların içindən məni,
Oxşa saçlarıma əkdiyin dəni.
Küsdür dağlarından dumanı, çəni,
Gözümü könlündən küsdürmə nolar.28.11.2015
-
Müzəffər MƏZAHİM.Yeni şeirlər
DƏRDİMİ YAZMIR QƏLƏM DƏ
Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib. (daha&helliip;) -
Nəriman ZEYNALZADƏ.Yeni şeirlər
ETİBARIM YOXDUR MƏNİM DÜNYAYA
Bir də gördün varı səndən apardı,
Al qırmızı şalı səndən apardı,
Yetişməmiş kalı səndən apardı,
Gözüm-könlüm toxdur mənim dünyaya.Kərpic-kərpic hördüyündən söküldün,
Göz doymayan gördüyündən söküldün,
Sındı kuzən bir gün yerə töküldün,
Get-gələnim çoxdur mənim dünyaya.Vaxt çatıbsa, gedənini saxlamaz,
Şairinə gün-güzaran ağlamaz,
Dünya görən dünyaya bel bağlamaz,
Etibarım yoxdur mənim dünyaya.09.11.2015
(daha&helliip;) -
Təranə Turan RƏHİMLİ.”Mustafa Quliyevin 20-30-cu illər tənqidinin inkişafında rolu”
Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi çoxəsrlik bir inkişaf yolu keçmişdir. Tarixi kökləri qədim dövrün xalq ədəbiyyatı nümunələrindən başlanan, XI əsrdə ilk filoloqu Xətib Təbrizini yetirən ədəbiyyatşünaslıq və tənqidimizin inkişafında XX əsrin 20-30-cu illəri ən mürəkkəb dönəm hesab edilir. Bu onilliklər istər ictimai fikrin, istərsə də bədii ədəbiyyatın inkişafı baxımından son dərəcə mürəkkəb, ziddiyyətli olmuş, dövrün hakim ideologiyasının nüfuzedici təsirilə «marksizm-leninizm» dünyagörüşünə əsaslanan, onun prinsipləri ilə çıxış edən ədəbi tənqid, və elmi-nəzəri fikir də təbii olaraq bu ictimai ziddiyyətlərdən kənarda qalmamışdır. Bu mərhələdə tənqid həyat həqiqətini ayrı-ayrı hadisə və faktların zahiri doğruluğu və reallığı, empirik qavrayışı mənasında deyil, həyatın əsas aparıcı cəhətlərini, meyllərini, müəyyən dövrün tarixi mahiyyətini, inkişaf tendensiyalarını əks etdirmək, bu cəhətdən həmin hadisələrin ictimai-bədii inkarı mənasında başa düşürdü.
Ədəbi tənqidin əsas diqqət mərkəzində duran məsələlərdən birincisi sovet ədəbiyyatının mövqeyini möhkəmləndirmək idi. Həmin məqsədin reallaşması üçün qarşıda duran konkret vəzifələr – sosialist sənətinin yeni yaradıcılıq metodu və üslubunun müəyyənləşdirilməsi, partiyanın ədəbiyyat sahəsində siyasətinin həyata keçirilməsi, hakim ideologiyanın bədii ədəbiyyatda əks etdirilməsi, həyata «kommunist münasibəti»n müdafiə edilməsi idi. Azərbaycanda 1920-1930-cu illərdə nəzəri təfəkkürü ilə diqqəti cəlb edən, son dərəcə fitri istedada malik tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Həmin ədəbiyyatşünaslar və tənqidçilər nəslini təmsil edənlər Ə.Nazim, S.Mümtaz, M.Quliyev, H.Zeynallı, M.Ələkbərli, B.Talıblı, B.Çobanzadə, Ə.Abid, A.Musaxanlı, S.Hüseyn (Kazımoğlu), R.Axundov, M.Hüseyn və başqaları kimi yüksək elmi-nəzəri təfəkkür sahibləri idilər. Bu dövrdə professional milli ədəbi tənqidimiz məhz bu ilk mübariz nəslin həmin istedadlı nümayəndələri tərəfindən yaradılır, inkişaf etdirilirdi. XX əsrin 20-30-cu illərinin ədəbiyyatşünaslığının, ədəbi tənqidinin yeni mahiyyət kəsb edən nəzəri görüşlərlə zənginləşməsində, inkişafında, Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq problemlərinin həllində Mustafa Quliyevin mühüm xidmətləri olmuşdur. 1930-cu illərdə ədəbi tənqidin ədəbiyyatın taleyi ilə yaxından maraqlanmasında, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirən fəal bir janr kimi möhkəmlənməsində, tənqidin nüfuzunun və peşəkar hazırlığının artmasında M,Quliyevin tənqidçilik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. (daha&helliip;) -
Təranə Turan RƏHİMLİ.”Çağdaş Batı Trakya Türk şeiri və yorulmaz tədqiqatçı”
filologiya üzrə fəlsəfə doktoru, dosent
Prezident təqaüdçüsüYunan hakimiyyətində yaşamasının 80 ildən artıq böyük bir tarixi dönəmini başa vuran türk diyarı Batı Trakyanın zəngin ənənələrə malik ədəbiyyatı vardır. Bu ədəbiyyatın türk dünyasında tanınmasında görkəmli tədqiqatçı, İzmirdəki Dokuz Eylul Universitetinin müəllimi Fəyyaz Sağlamın mühüm xidmətləri olmuşdur. Batı Trakya ədəbiyyatının tədqiqinə 1985-ci ildən başlayan F.Sağlam bu sahədə bir çox nailiyyətlər qazanmış, bu ədəbiyyatın inkişaf tarixinin son 50 ilini ardıcıl və sistemli şəkildə araşdırmağa müvəffəq olmuşdur.
Alimin böyük çətinliklərlə əldə edə bildiyi ilk ədəbi mətnlərin 1990-cı ildə Kültür Bakanlığı tərəfindən «Batı Trakyada (Yunanıstanda) çağdaş türk ədəbiyyatı antalogiyası» adıyla nəşr edildiyi vaxtlardan bütün türk dünyasında bu ədəbiyyata qarşı ciddi maraq yarandı. F.Sağlam bu antalogiyanın nəşri ilə əslində daha böyük bir missiyanı yerinə yetirmiş, Yunanıstanda türk ədəbiyyatının yaranması kimi mühüm bir gerçəkliyi dünya ədəbi ictimaiyyətinin nəzərinə çatdırmışdı. Həmin antologiya ilə dünya türk ədəbi həyatına vəsiqə alan Batı Trakya ədəbiyyatı görkəmli tədqiqatçının yorulmaz təbliğatçılıq fəaliyyəti sayəsində ümumtürk mədəniyyəti tərəfindən tanındı. F.Sağlam bu sahədə onlarla dəyərli tədqiqat əsərlərini Yunanıstanda, Yuqoslaviyada, Quzey Kıbrısda, Türkiyədə, İngiltərədə, Almaniyada, Bolqarıstanda, Makedoniyada, Hollandiyada, Özbəkistanda nəşr etdirməklə Batı Trakya türk şeirini, hekayəsini, folklorunu, uşaq ədəbiyyatını nəinki türk xalqları arasında, dünyanın qabaqcıl inkişaf etmiş bir çox ölkələrində təbliğ etdi. Alimin «Batı Trakya türkləri cocuq ədəbiyyatı» (1990), 1Y cildlik «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatı üzərinə incələmələr» (1991-1995), «Yunanıstan (Batı Trakya) türkləri ədəbiyyatında Atatürk» (1992), «Yunanıstanda (Batı Trakyada) çağdaş türk şeiri antologiyası» (1995) kimi fundamental tədqiqat əsərləri bu qəbildəndir.
Batı Trakya ədəbiyyatının yaradıcılıq nailiyyətləri ilə yaxından tanışlıq göstərir ki, bu ədəbiyyatın başlıca uğurları poeziya ilə bağlıdır. Buna görə də F.Sağlamın türkçülük mövqeyindən, çağdaş elmi təfəkkür işığında araşdırdığı Batı Trakya ədəbiyyatına dair elmi tədqiqatlarının böyük qismi poeziyanın problemlərinə həsr olunmuşdur. Tədqiqatçı müxtəlif illərdə nəşr edilmiş monoqrafiyalarında, onlarla məqalələrində Batı Trakya türk şeirinin dolğun elmi mənzərəsini yaradıb. Qeyd etmək lazımdır ki, türk ədəbiyyatlarının tədqiqi və təbliği seriyasından olan kitablarda, məqalələrdə, alimin özünün də etiraf etdiyi kimi, Fəyyaz Sağlama qədər Batı Trakya türk şeirindən, bütövlükdə ədəbiyyatından bir sətir belə yazılmamışdır. (daha&helliip;) -
Məhəmməd TURAN.”Qələmin iti olsun, Əzizim….”
Gülnarə Sadiq haqqında danışmaq əslində mənim üçün çox qəlizdir…Çün ki şairə Gülnarə Sadiqdənmi, mənəvi bacım Gülnarə Sadiqdənmi, müəllimə Gülnarə Sadiqdənmi, ya da ki, dost Gülnarə Sadiqdənmi: bunların hansından danışım bilmirəm…
Gülnarə bacı gözəl, duyğulu, mənalı, ən əsas novator qələm sahibidir…Gülnarə Sadiqin o qədər gözəl yaradıcılığı var ki…Bunu uzun uzadı sadalamağa ehtiyac duymuram. Bircə misrasından sitat gətirəcəm sadəcə:
Mən anayam
Mən vətənəm…
Gəncə ədəbi mühitinin çox uğurlu qələm sahiblərindəndir Gülnarə Sadiq! Hər sözün hər kəlimənin qiymətini bilən yazardı. Hələ, Gülnarə bacının məhəbbət lirikası….elə kövrək elə duyğusal elə həzindir ki…Məhəbbət lirikasındakı obraz ümid dolu güclü ama heç vaxt kam dadmayan, hər zaman kam axtaran bir obrazdır…
Gülnarə Sadiq gözəl dostdur, gözəl bacıdır, şeirlərimə qiymət verir həmişə. Bu bir yana, nə zaman bir sıxıntım olsa, o, öz məsləhətləri ilə məni başa salır, ovundurur…Buna görə də hərtərəfli minnətdarlığımı bildirirəm Gülnarə Sadiqə…Gülnarə bacım sənə can sağlığı, uzun ömür və daha yüksək müvəffəqiyyətlər arzu edirəm…
Qələmin iti olsun Əzizim…. -
Şəfa VƏLİYEVA.”Külək”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüTitrəmə, külək…
Qorxma…
Səni “öldürməyəcək”
Görüşə gecikdirdiklərin…
Qorxma…
Səndən “küsə bilməyəcək”
Saçını qarışdırıb
Sevgilisinin gözündən “gizlətdiklərin”…
Bilirsən, külək…
Indi “O”-nun olduğu
Şəhərdəsən…
Qat onun saçlarını…
Qum doldur aralarına…
Qoy yumsun gözlərini…
Əllərim gəlsin ağlına…
Susma, külək…
Vıyılda…
Çırp onun tənha daxmasının
Pəncərələrini divara…
Ütüsünü poz pərdələrinin…
Üşüsün…utansın
“Mənsizliyindən”…
Qorxut onu…
Üzü səhərə doğru
Xəfiflə…
Pıçılda ona…
Onsuz bu dünyada
Kimsəsizliyimdən… -
9.Uluslararası Mübadele ve Balkan Türk Kültürü Araştırmaları kongresi’
5-6 Aralık 2015 tarihleri arasinda Samsun’da düzenlenen 9.Uluslararası Mübadele ve Balkan Türk Kültürü Araştırmaları kongresi’nde:
“Niksar ve Mübadele” konulu bildirimi sunacağım. Özellikle samsun’da yaşayan niksarlıları beklerim efendim. -
NİKSAR KÜLTÜR VE SANATINA SUNULAN DEĞERLİ BİR ESER
Niksar’ın Sevdası başkadır.Bunu ,bir tarih,tabiat,kültür şehri olan Niksar’ın derinliğinde yaşayabilen ve ruhlarında yaşatabilenler anlar.
Emekli Edebiyat Öğretmeni,bizim de bazı çalışmalarımızın aydınlatıcısı olan Hami KARSLI Ağabeyimiz yıllardır üzerinde çalıştığı eserini kendi imkanlarıyla gün yüzüne çıkarmayı başardı.
Tebrik ve teşekkürlerimi sunuyorum.Yüreğinizden Niksar sevgisi azalmasın.Kaleminiz daima güçlü olsun.
Hasan Akar 01.12.2015 -
Harika UFUK.Muhteşem şiirler
KÜSKÜN DÜNYA
Nehirler yataklarına küsmüş,
Nicedir güneşle kavgalı yıldızlar,
Biri “gece” der,
Diğeri “gündüz”
İlkbahar bitmezken yüreklerde;
Sonbahar yaprakları gibi
Hüzün yüklü, sarışın;
Takvimden düşen yapraklar!
Adı ayet olmuş dillerde,
Küsler onu bekler hasretle,
Kuşlar “özgürlük” diye öter.
Çivisinden ayrılmış tablo gibi harita,
Herkes bir parçasını koparır,
Doğmamış bebekler ağlaşır,
Kara/bağlı
Analarının gözyaşlarını çalarak…
Gün biter, gece biter,
Kavgalar da biter sonunda!
Yeter ki kalmasın geriye
Kirletilmiş, küskün bir dünya!Adana.24 Mart 2009.Saat: 08.30
ÇINAR YAPRAĞI
Çınardan ödünç aldım yaprağını
Ömür yazdım kendime
Oysa
Asırlar öncesinden
Yazılmıştı yazgım!
Düşlerimi ben boyadım.
Umutlarımı, beklentilerimi,
Acılarımı
Molasız
Katıksız ve katışıksız!
Çınar yaprağını suya attım;
Üşüyen ellerimle…
Gözyaşı nehrinden uzaklaşarak
Özgürlüğe, sonsuzluğa
Yol alsın diye!Adana.16 OCAK 2008
-
Nigar Duyğu.”Hər günüm səninlə keçsin…”
İlk dəfə səndə bütünləndim
Hər səninlə keçən günümü təkrar-təkrar yaşamaq istədim
Dayandırmaq istərdim hər yerdə saatları
Bu payız mövsümünə dayan deyib
Bir axşam günəşi tutub buraxmamaq
Sonra ay işığını badələrə doldurmaq
Dəlicəsinə içmək və dəlicəsinə səni sevmək
Bütün dayanacaqlarda yalnız səni gözləmək
Şeirlərimin ən gözəlini sənin üçün yazmaq…
Duyğuların ən gözəlidi…
Səndə tapdım əlçatmaz duyğularımı…xoşbəxtliyimi…
Bilirəm bir gün külək kimi, dənizlər kimi, buludlar kimi uzaqdan
Yalnız mənə gələcəksən..
Üzünü görmədiyim gün , səsini eşitmədiyim gün
İçimdə ulduzlar sönük, günəş günəş deyil
Hər günüm səninlə keçsin…
Günəşimə yaxın … xoşbəxtliyimin tam yanıbaşında
İşığım ol, alınyazım mənim
Vətənim ol, evim ol…
Yetər ki bir ömür boyu mənim ol
Hər günüm səninlə keçsin… -
Müzəffər MƏZAHİM.Yeni şeirlər
GƏNC ƏSGƏRİM, MÖHKƏM SAXLA SİLAHI
Tutduqları ən müqəddəs bu yolda,
Şəhid oldu, itkin düşdü oğular.
Büdrəmədi bu aşrımda, bu yalda,
Şəhid oldu, itkin düşdü oğullar.Vurşdular, dönmədilər geriyə,
Bəxt qoymadı həsrət buzu əriyə,
Anaların qəlbi döndü körüyə,-
Şəhid oldu, itkin düşdü oğullar.Arzuları bir sönməyən günəşdir,
Sevgiləri göylər qədər genişdir,
Qovğalardan bu da belə dönüşdür,-
Şəhid oldu, itkin düşdü oğullar.Tapdağına dözmədilər yadların,
Atıldılar ağuşuna odların,
Ovutmaqçın bu torpağın dərdlərin,
Şəhid oldu, itkin düşdü oğullar.Düşmənlərə nifrətini qoruyub,
Vətəninin şöhrətini qoruyub,
Namusunu, qeyrətini qoruyub,
Şəhid oldu, itkin düşdü oğullar.Gənc əsgərim, möhkəm saxla silahı,
İndi yurdun sənə gəlir pənahı,
Qoyma yerdə bu qisası, bu ahı,-
Şəhid oldu, itkin düşdü oğullar.Dön şimşəyə, ildırıma, yelə sən,
Qaytar əldən gedənləri ələ sən,
O azadlıq günü üçün biləsən,
Şəhid oldu, itkin düşdü oğullar.Atlan, mənim mərd igidim, durma, qalx!
Düşmənlərin gözlərində od ol, çax!
Eşidirsən? Haray çəkir bu torpaq:
“Azadlığım, abadlığım yolunda
Şəhid oldu, itkin düşdü oğullar!”GÖRÜNMÜR
Dərd verdikcə cavanlaşır,
Dünya heç ulu görünmür.
Ömür adlı bu dalandan,
Bir çıxış yolu görünmür.Üzə geydiyim ümidin,
Sevib öydüyüm ümidin,
Ərklə döydüyüm ümidin,
O tayı dolu görünmür.Insan tanrı nəfindədir,
Doğulandan kəfəndədir.
Dünya hələ kefindədir,
Dərdlərdən halı görünmür. -
Rəhim MEHNƏT.Yeni şeirlər
SƏNDƏ, MƏNDƏ
Bir sevgi adası yaratmışıq biz,
Sahili səndədi, dənizi məndə.
Bütöv bir ürəkdə yurd salmışıq biz,
Çöhrəsi səndədi, bənizi məndə.Gecələri həsrətlərdə qalmışıq,
Görüş üçün hər an qanadlanmışıq.
Gündə yüz yol yada salıb anmışıq,
Sevgisi səndədi, əzizi məndə.Sevgi adlı sönməz ocaq çatmışıq,
Xəyalları gerçəklərə qatmışıq.
Məhəbbətlə qoşa addım atmışıq,
Bir addım səndədi, bir izi məndə.02.12.2015
GƏLMİSƏN
Son baharda gələn qadın,
Taleyimə xoş gəlmisən.
Ümüdümdə bitən qadın,
Gözlərimdə yaş gəlmisən.Sən Tanrının şirin payı,
Gündüz günəş, gecə ayı.
Soyuq qışı, isti yayı.
Fikirlərə baş gəlmisən.Xəyalımın ulduzusan,
Damağımın dad-duzusan.
Ay könlümün ulduzu,sən!
Gözüm üstə qaş gəlmisən.Ömrümə yoldaş gəlmisən,
Dərdimə sirdaş gəlmisən.
Düşüncəmdə bardaş qurub,
Şah süfrəmə aş gəlmisən.01.12.2015
-
Rahilə DÖVRAN.Yeni şeirlər
PİŞİK FƏRYADI
Şahidi olduğumuz, gerçək hadisəyə
Bir bala pişiyi əzmişdi maşın,
Ana haray salıb, yeri didirdi.
Al rəngə boyanmış yavrunun başın,
Üz-gözün yalayıb fəryad edirdi.O,naşı,insafsız,zalım sürücü,
Necə qıydı görən bu kiçik cana?
Mənzərə nə qədər agır, üzücü,
Susmaq bilməyirdi zavallı ana.Onun qəlb dağlayan,dərdli səsinə.
Bir anda yığışdı,ona yananlar.
Pişiklər hay verdi iniltisinə,
Mat qaldı bu işə görüb,duyanlar.İşçilər alanda bala cəsədi,
Ana o maşının ardınca qaçdı.
Bilmədi axşamdı,yoxsa səhərdi,
Sabahı inləyə-inləyə açdı.Hər kim nə verdisə, dilin vurmadı,
Heyvan hey baxırdı olay yerinə.
Getmişdi ağzının ləzzəti,dadı,
Qəhər işləmişdi qəlbə,dərinə.Neçə gün gəlmədi pişik özünə,
Gah gözdən itdi o,gah da göründü.
Qüssə sürmə oldu yaşıl gözünə,
Lal oldu kədərə, qəmə büründü.Kecsə də aradan bir xeyli zaman,
Əsər yox oynağan,o şən pişikdən.
Ona sahib çıxdı şairə Dövran,
İndi hec çıxmayır evdən-eşikdən.04.12.2015.
YADINDAMI
Yadındamı, aylı gecə,
Bulaq başı, salxım söyüd?
Qəlb unutsun onu-necə?
Mən bir pəri, sən bir igid.Yadındamı, sevgi dolu,
Söylədiyin bal kəlmələr?
Gözlərində samanyolu,
Necə gözəl, xoş ilmələr.Yadındamı, pıçıldaşan,
O, baş-başa cüt qumrular?
Sevdasıyla qucaqlaşan,
Gah kövrələn, gah da ağlar.Yadındamı, sən də mənim,
Gözlərimdən öpüb dedin:-
“Mən səninəm, sən də mənim?!”
Sonra həmən, gülümsədin.
Yadındamı???…03.12.2015.
-
Şəfa VƏLİYEVA.Yeni şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Onda dördüncü ayın
Üçüncü həftəsiydi…
Özümə ağlamağım
Uşaqlığın səsiydi…Sən böyütdün bu qızı…
Böyümək bu imişsə…
Nə çoxu…nə də azı
Bölüşmək bu imişsə…Indi gücüm də çatmaz
Qovmağa dərd-qəmləri…
Deyir: -Ağlamaq olmaz!-
Gəncənin həkimləri…Nə bilirlər axı…nə?!
Mənim göz yaşım nədir?
Gözlərimin şəklindən
“Qorxub qaçmağı” nədir?!Yenə Bakıdan küsüb
Dəli qızın yuxusu…
Bəlkə də bilib-gülüb
Sevdasına çoxusu…Özü “gəlincik” olan
Qızın oyunumu var?
Yığıb qəlb “sandığına”
Dərdi “sonuna” saxlar…* * *
bir “hop” desən… günümə
səninlə başlayım da…
Bir udumluq dərdinlə
könlümü yaşlayım da…bir “gəl” desən… illəri
saçıma düzüb gəlim…
adımdan ümidləri
biryolluq üzüb gəlim…bir “sus” desən… susmağı
öyrət… sonra deyərsən…
ikinin -bir olmağın
“biz” sözüylə bilərsən… -
Eldar Nəsib SİBİREL.Şeirlər
QƏRİBSAMİŞƏM-1972
Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.İÇİMDƏN ADLAYAN İŞIQ
İçimdən bir işıq keçər,
Duyğularım çiçəkləyər.
Qərq eləyər ürəyimi,
Həzinliyə, kövrəkliyə.İlk eşqin məzarı üstə
Dikələr, başdaşı olar
Bulanlıq ağrı, əzabım
Durulub göz yaşı olar.Dalğalana-dalğalana
Damarımdan axıb kedər,
Önündəki kötükləri.
Bir sel kimi yıxıb gedər.Həsədlər günəbaxan tək
Boylanar bu nura doğru
Bu işığın qanadında
Uçaram uğura doğru.Arxasınca haraylayıb
Yüyürər yağılar, yadlar
At tək çapar, çapar, ancaq
Yetə bilməz, bağrı çatlar.İçimdən bir işıq keçər,
Göy üzündə gün əylənər,
Buz bağlamış quzeylərim
Yamac-yamac güneylənər.Onu bulaq suyu kimi
Ovuclayıb içərəm mən
Yeri gəlsə yollarında
Başımdan da keçərəm mən.1985
-
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruQARABAĞIM
Qəlb sızladan, can ağladan,
Hönkürdüb kaman ağladan,
Hər gün bizə qan udduran,
Ağlayan “Şikəstəm”, ağım,
Qarabağm, Qarabağım.Dövranımız qara gəlib,
Neçə təzə yara gəlib,
Yağı bir gör hara gəlib,
Əsir sənsiz əl-ayağım,
Qarabağım, Qarabağım.Susub bağların bülbülü,
Yad dərir Xarıbülbülü,
Kim açacaq bu müşkülü,
Həsrətdən alışır bağrım,
Qarabağım, Qarabağım.Ayrılığa dözmür ürək,
Hanı o bağ, o gül-çiçək,
Zirvələrdə çaxır şimşək,
Əsirdi dağım, yaylağım,
Qarabağım, Qarabağım.Əldən vermişik fürsəti,
Səsləyən yox bu milləti,
Gəlin oyadaq qeyrəti,
Gözləyir doğma torpağım,
Qarabağım, Qarabağım.PAYIZ HAVASI
Əsir acı küləklər,
Gəlir soyuq boran, qar,
Gözümüzü açınca,
Köçüb getdi durnalar.Hələ yaza çox qalıb,
Mürgüləyir ümidlər.
Arx üstündə titrəyir,
İndi çılpaq söyüdlər.Hanı uca dağlarım,
Sığınam qucağına,
El-oba həsrət qalıb,
İsti od-ocağına,Ayrılıq nə ağırdı,
Halıma ağlayan yox,
Hələ yaram qan verir,
Onu bir sarıyan yox.Neçə yaz, payız ötdü,
Tapılmadı itən də.
O qədər Vətən dedik,
Yaddan çıxdı Vətən də. -
Vüsal OĞUZ.”Xəcalət çəkdiyim 3 an…” (Hekayə)
Səninlə bağlı xatirələrim çoxdu. Özü də yaman çox. Heç birini də unutmadım.Doğrusu unuda bilmədim..Neynim bacarmadım…Həyatıma asan girsəndə çətin çıxdın.. Doğrusu çıxmadın …Nə isə boş ver bunları…Hər şeyi məndən yaxşı bilirsən ..Bunları yenidən danışmaq istəmirəm. Bu dəfə sənə bu illər boyu xəcalət hissini yaşadığım 3 anı danışmaq istəyirəm. Qulaq a bəlkə maraqlı oldu sənədə…Bunları heç kimə danışmadım…
Özümü və səni tanıyandan bəri bu 3 anı tez –tez xatırlayıram…
İlk dəfə məktəb illərində yaşadım o xəcaləti. Sənin partanın üstünə ikimizin adının baş hərfini üstəgəl işarəsinin sağ və sol tərəflərinə səliqə ilə yazdım. Yazmaq dyəndəki mismar ilə cızdığım o gün indidə gözümün önündədir.. Sinif rəhbəri bütün dərs boyu ayaq üstə saxlayanda nə boynuma ala bildim , nə də uşaqların üzünə baxa bildim..Heç kəs bilmədi bunu mən etdiyimi.. Xoşbəxtlikdən sinifdə adının baş hərifi mənimlə eyni olan daha 3 uşaq var idi…
Gözünü yumub ağzını açan sinif rəhbərinin cır səsi hələdə qulağımdadır. Bir yandan da sənin içini döyə -döyə ağlamağın. Yaman xəcalət çəkdim o gün…
İkinci dəfə bu hissi məktəbi qurtardığım il yenidən yaşadım… Ailəliklə süfrə arxasında yemək yeyirdik..İnistutdan yenicə kəsilmişdim.. Heç nə məni pərt etməmişdi..Təkcə atamın bir cümlə ilə “ məncə dərs oxumaq lazım idi “ deməsi.. Beynimdə bu fikri dolandırdığım bir anda qonşudan yenicə qayıdan bacımın sanki şad xəbər verirmiş kimi sənin nişanlandığını deməsi
Bu fikirləri bir anda beynimdən qoparıb atdı..O an hər kəsin nəzərini üzərimdə hiss elədim. Tərs kimi o an boğazımda loxma qaldımı. Ya nə oldusa bilmədim..öskürək. çaşama başladı..
Hərdən indi fikirləşirəmki bəlkə də qəhərdən boğazım kilidlənibmiş o an.. Süfrədən necə durduğumu hiss etməsəmdə hamının arxamca qımışaraq baxdığını əla hiss etdim.. Xəcalətimdən günlərlə süfrəyə gəlmədim..
Üçüncü xəcalət çəkməyim illər sonra oldu.. Sənə də , mənə də yaxın olan bir adamın övladının toyu idi.Bütün məclis boyu gizlicə mənə baxdığını hiss edirdim. Düzü mən də sənə baxırdm .Amma monitordan..Əslində hər şey əla gedirdi…Bir azdan bəylə gəlinin yanında gördüm səni.. İsrarla şəkil çəkdirməyə çağırdığın ərinlə şəkil çəkdirdiyini kaş görməyəydim. Kaş bir qədər tez çıxaydım toydan.. Bir gözün məndə ola ola şəkil çəkdirdiyin o an başını ərinin çiyninə qoyaraq üzünə saxta xoşbəxtlik ifadəsi verdiyin zaman yenidən xəcalət çəkdim.. Amma bu dəfə sənin yerinə…. -
Aqil SABİROĞLU.Yeni şeirlər
UTANIRAM TƏBRİK EDƏM
İstəmirəm təbrik edəm yeni ili…
Çox saymışam millətimə zərbə vuran
günü,ili…
Baş aşağa,üzüm qara…
Nə etmişəm bu torpağa,
bu diyara?
Böyük-böyük danışıram iclaslarda,
tədbirlərdə,
Hənirimdəm əsir salon-
qarın yekə,sifət girdə…
Uzadıram əllərimi bu salondan Vaşinqtona,
ya Londona…
Sanki girir barmaqlarım senatorun ac gözünə-
Pərdə çəkib xaç gözünə…
Biz nə qədər özümüzü öyəcəyik?
Yersiz-yersiz onu,bunu söyəcəyik?
Boş təbrik də lazım deyil bu millətə,
Gəl son verək bu xislətə!
Haqqı deyən qəhrəmanlar azad olsun zindanlardan;
Sən özünü islah et ki,
Azad olsun böyük bir xalq timsahlardan,
qutanlardan…
Mən söylədim həqiqəti-
Utanıram təbrik edəm bu milləti…* * *
…Gah səmum yelitək əsir üstümə,
Şimşək sürətiylə bəzən yox olur.
Qəfil gəlişiylə diksindirəndə,
Əzabı sevincdən daha çox olur.Sevgili dilbərin ətri bu qızda,
Dünyanın bəzəyi,sehri bu qızda…
Əlində qalmışam bu dəli qızın,
O göyərçin qızın,o zəli qızın… -
Qalib ŞAMXALOĞLU.Yeni şeirlər
Təxmis 2
( dırnaq arasında olan beytlər M.P.Vaqifə məxsusdur )
Rəhm elə , ey nazənin , göz yaşım ümman , ağlaram ,
Səndən ayrı hər vədə , hər ləhzə , hər an ağlaram ,
Dərdə yox dərd ortağı , yox bir pasiban , ağlaram ,
« Ey güli-xəndan , fərağından sənin qan ağlaram ,
Eylərəm şamü səhər çaki giriban ağlaram »Vəsli dərdin çəkibən min bir əzabə düşmüşəm ,
Qeyb olubdur dincliyim , mən tərki xabə düşmüşəm ,
Taleyin püşkiylə bir duzəxə babə düşmüşəm ,
« Gedəli zülfün əlimdən piçü tabə düşmüşəm ,
Dönmüşəm bir muyə , çox hali pərişan ağlaram »Hüsnünü gördüyüm an öylə bitab etdi məni
Әlif qəddim bükərək ta ki , pürtab etdi məni ,
Narə saldı cövr ilə , çün afitab etdi məni ,
« Gəl kim , ey lalə zənəxdanın kəbab etdi məni ,
Od düşübdür cismimə , hərdəm yanar can , ağlaram »Müntəzəm qan eylədi , qıldı qəbah kirpiklərin ,
Hər axıtdıqca qanım tutdu günah kirpiklərin
Qətreyi əşkə səbəb axşam , sabah kirpiklərin ,
« Yadıma hər bir düşəndə ol siyah kirpiklərin ,
Sanasan ki , sancılar bağrıma peykan , ağlaram »Şamxaloğlu , kimdə ki , elmü ədəb cəm olmasa ,
Aşiq olmaz haqq üçün , gər gözləri nəm olmasa .
Rəhmət , ey ustad , sənə , haqdır ki , qəm kəm olmaz ha ,
« Vaqifa , şad olmaq olmaz yaxşı həmdəm olmasa ,
Ağlaram ta ömrüm olduqca firavan , ağlaram »1 dekabr 2015
TӘXMİS
( dırnaq içində olan beytlər M.P.Vaqifə məxsusdur )
Müştağın olan qeyri bir gümanə düşərmi
Divanən olmayan da biyabanə düşərmi
Böylə sitəm etmək də müsəlmanə düşərmi
« Salmaq nəzərindən məni cananə düşərmi
Tərk eyləmək öz qulunu sultanə düşərmi »Yox misli bütün dəhrdə , aləmdi bu surət
Amadəyəm hər nazına , etməzmi kifayət
Hər bir nəzərimlə sənə , sarmış məni heyrət
« Kakil nə rəvadır ki , könüldən edə qeybət ,
Şanə gileyi zülfi-pərişanə düşərmi »Qəflətdə məni çulğayıban qəlbimə çökdü ,
Firqət bu fəqir aşiqini dərd ilə bükdü ,
Səndən gəlirsə xoşdu mənə sanma ki , yükdü ,
« Qəmzən ləbini dişləməmiş , qanımı tökdü ,
Qan eyləməyən kimsənə heç qanə düşərmi »Qəlbə yenə qəmxanə düşüb zülfün ucundan ,
Könlüm evi viranə düşüb zülfün ucundan ,
Narə neçə pərvanə düşüb zülfün ucundan ,
« Dil çahi-zənəxdanə düşüb zülfün ucundan ,
Әlbəttə , xətasız kişi zindanə düşərmi »Bir lütfi Xudasan , mənə Haqqdan bir inayət
Hər əmrinə can-başla edim müti itaət .
Heç kimsədə cəm olmadı bir böylə lətafət
« Derlər ki , dəhanınla edir bəhsi-nəzakət ,
Görün , bu söz ol qönçeyi-xəndanə düşərmi »Bilxassə sənubərdə dəxi yox belə qamət
Bundan dolayı cismimi sarmış bu məlalət ,
Bu xanə-xəraba eliyə bir kərə şəfqət ,
« Ol sərvi-xuramanə ki , gəzmək olub adət ,
Bir kəz yolu , gör kim , bizim eyvanə düşərmi »Qırx il arayıb tapmamışam əhdə vəfadar
Aləmdə yenə Qalibə tuş oldu sitəmkar .
Rəhmət ola ol ustada icad edib əşar ,
« Olmazsa əgər Vaqifə bir sədri səmən yar ,
Top eyləyibən başını meydanə düşərmi »30 noyabr 2015
-
Abdulla MƏMMƏD.Şeirlər
OXU ÜRƏYİMİ
Qəlbimdən keçəni bilmək istəsən,
Oxu ürəyimi-o yazımdadır.
Həm şaxta görərsən,həm də isti sən,
Çiskin payızımda,gün yazımdadır.Qaynar bir ocağam,qızmar bir yayam,
Dünənim yaşayır sətirlərimdə.
Səhvimə tuşlanan tək oxlu yayam,
Hopub misralara sərt illərim də.İlham göylərində bəzən ay azıb,
İçimdə ağlayıb,sızlamışam mən.
Bəzən də qəlbimdə eşqin ayazı,
Bulaq tək sözümdən sızlamışam mən.Hərdən istəyimə qəlpə toxunub,
Yaşayıb yaralı ad iliyimdə.
Elə söz deyiblər qəlbə toxunub,
Avamlıq gəziblər adiliyimdə.Ata ocağında tənha köz olub,
Alışıb yanmışam hey için-için.
Səbrimə sığınıb,dərdə göz olub
Sözümü tapmışam özümdən keçib.Azərbaycan.Quba.
Gül,könlümün Ərk qalası
Səni sevən ürəyimi
Gizləmədim gözlərində.
Ürəyimin diləyini,
Gülüm duymur gözlərin də?Oxu,gözəl,gözlərimi,
Ürəyimdən nə keçir-gör.
Baxışım da sözlərimi,
Ürəyinə köçürür-gör.Gözlərimdə gül üşünür,
Gülüşünə həsrət mənəm.
Əsirgəmə gülüşünü,
Toy tutmasın həsrət mənə.Kipriyindən asılıbdır
Dodağında donan gülüş.
Ürəyimə qısılıbdır
Bir vaxt üzə qonan gülüş.Gözlərinin şeh damlası
Qoy gül açsın yanağında.
Gül,könlümün Ərk qalası,
Ölüm gülüş ayağında.Azərbaycan.Quba
-
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVII hissəsi
Xəstəxanaya gələn Cəmilə birbaşa həkimin otağına getdi. Qapını döyməməsi həkimi təəccübləndirdi.
– Nəysə olub,Cəmilə xanım?
– Oğluma qan verən xanımın adı Fidandır?
– Siz hardan bildiniz?Cəmilə həkimdən özünə lazım olanları öyrənmək üçün yalan danışmalıydı.
– Gəlinimlə danışanda eşitdim. Özü dedi ki, qan verib.
Həkim təəccübləndi: – Qəribədir, bizə tapşırmışdı ki, kimliyi gizli qalsın. Bəli xanımın adı Fidandır.
– Sağ olsun.
Cəmilənin oğlu yadına düşdü. – Bəs oğlum?
– Oğlunuza qan köçürülüb. Gözləməliyik.Cəmilənin gözləri doldu, həkim Cəmiləyə bir stəkan su verdi. – Buyurun.Ümidsiz olmayın, hər şey yaxşılığa doğru gedir.
– Çox sağ ol…çox sağ olun.Cəmilə stəkanı stolun üstündən götürdü, həkimin otağından çıxdı. Birinci mərtəbəyə düşdü. Qızı Aybənizin yanına yaxınlaşdı. Aybənizlə Lamiyə dəhlizdə yan-yana dayanmışdılar.
Cəmilə gözüylə qızına işarə etdi ki, kənara çəkilsin. Lamiyədən aralaşdılar.
– Atan hanı?
– Səfəri görməyə getdi. Şükür, qan verən tapıldı. Ata nə qədər həkimdən soruşdu, qan verənin adını demədilər. Kimdirsə həm xeyirxahdır, həm də sadə.
– Xeyirxah deyil. Hələ də oğlumu sevir. Mən çox pis elədim. Gərək onları ayırmayaydım.Aybəniz təəccüblənir: – Başa düşmürəm səni.
– Qardaşına qan verən Fidandır. Çiçəyin qızı Fidan.
– Nə danışırsan? Fidan ?Aybəniz Fidanın adını çəkəndə Lamiyə diqqətlə onlara baxdı, şübhəli-şübhəli Cəmiləgilə yaxınlaşdı.
– Fidan nə edib?
Cəmilə qızına baxdı: – Fidan nədi? Burda Fidan adını çəkən oldu?
Lamiyə – Eşitdim hər şeyi. Bəyaq həkim qan verənin adını çəkmədi. Olmaya qan verən…
Cəmilə Lamiyənin gözlərinin içinə baxdı. – Hə, Fidan verib qanı. Sənin bacarmadığını elədi.
– Elə danışdın ki, elə bil qanımız uyğun gəldi, vermədik.
Aybəniz – Yaxşı ki, uyğun gəlmədi.
Lamiyə – Kəs səsini. Sən get fahişələrin qucaqlarından düşməyən ərini düz yola gətir. O ki, qaldı Fidana….Ümid edirəm, Səfərə heç nə deməyəcəksən Cəmilə xanım.
– Əksinə deyəcəm.
– Bəlkə Fidan evlidir. Əri, uşağı var.
– Olsun, yenə də oğluma deyəcəm.
– Bizi yaradana and olsun, Səfər məni boşasa, ana-bala bütün zibillərinizi cümlə-aləmə yayacam. Qoy görsün Azərbaycan, məmurunun əxlaqlı qadının əməllərini…Lamiyənin gözləri doldu, hikkəylə Cəmiləgilin yanından ayrıldı, xəstəxanadan çıxdı. (daha&helliip;)
-
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistRamiz Qusarçaylıya
Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək,
Dost haylasa, biz də yığışıb bu haya gəlsək.Bizdə belədir dosta məhəbbət ta əzəldən,
Gərəkdi səni dost dediyin dost saya, gəlsək.Dost mehrinə, dost sehrinə möhtacdı könüllər, –
Az, ya ki çoxuq – varmı bir hacət saya, gəlsək?Enək düzünə, dərəsinə, dağına qalxaq, –
Kimdir ki, qoyan zəhməti getsin zaya, gəlsək.Bir qoşma deyək sərt qayaya Məmməd Arazdan,
Bir kəlmə ilə təzimə dursun qaya, gəlsək.Oday, di tez ol Ramizə bir ismarıc eylə,
Nolar yığışıb bir gecə Qusarçaya gəlsək?!A DƏRDİM
Sən mənim kimsəyə söyləmədiyim,
Pünhan saxladığım sirrim, a dərdim.
Doğmadan qaçanda, yaddan qaçanda,
Sön ümid, son pənah yerim, a dərdim.Göydən yağış kimi ələn, sevinim,
Ömrümə, günümə bələn, sevinim,
Tək mənəm dərdini bilən… sevinim,
Hələ yazılmamış şerim, a dərdim.Sən varsan – meydanda gəşt edə billəm,
Baxıb öz halıma qəşş edə billəm,
Ha ötüb-keçənə “keşkə” de… billəm,
Nazını çox çəkib sərim, a dərdim.İçimdə mizan tək qurulmusan sən,
Qanımda dövr edib, durulmusan sən,
Bəlli ki, mənə bərk vurulmusan sən,
Mənim ilham adlı pərim, a dərdim.Sənə gələn yollar kəc də nə? – gəlləm,
Dolarsan ruhuma, vəcdə nə gəlləm!!!
Gündə neçə kərə səcdənə gəlləm,
Müridim, mürşüdüm, pirim, a dərdim! -
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistSEVİNİR
G.Şöhrəddinqızına
Qoşa yaranıbdır sevgiylə, nifrət,
Seçməyən qəmlidi, seçən sevinir.
Hər kəsə eşq adlı bir badə qismət,
İçməyən qəmlidi, içən sevinir.Hissini, duyğunu sevgidən yoğur,
Səni dərk edəni sev ki, – tən yoğur.
Hər nurlu sabah da sevgidən doğur,
Doğdumu dan gülür, gecən sevinir.Səni anlayansa könül həmdəmin,
Yönsüz tufanlara tuş olmaz gəmin.
Qədər biçinçidir, insanlar zəmi,
Biçilən qəmlidir, biçən sevinir.Göy ilə bağlıdır yer, – körpü durur,
O ucu, bu ucu sirr körpü durur,
Hər kəsin önündə bir körpü durur,
Keçməyən qəmlidi, keçən sevinir.Qismətsiz nə əksən ək, sənin deyil,
Əkdinsə gözünü çək, sənin deyil,
Bu sevinc, əzizim, tək sənin deyil,
Gör neçən şadlanır, neçən sevinir.BİLMƏZ
Ürək – arzuların qanadlarında,
Ömür – haçan çatdı bu yaşa, bilməz.
Hər zaman ürəyin istəyi ilə,
Ömrün gedişatı uyuşa bilməz.Bu sel min illərdir dərəni oyur,
Uçurur hər bəndi-bərəni, oyur.
Özünə tən gələr hərənin boyu, –
Bu başdan nə düşər o başa bilməz.Önünə keçəni vurub aşırar,
Oturub aşırar, durub aşırar.
Min kərə bu daşla vurub başı yar, –
Bu daş nədən dəyər o başa, bilməz.Ötürüb səksəni, doxsanı adam,
Hələ də varlığı yox sanır adam,
Ha söylə, bu yolun yox sonu, adam,
Düşməz etdiyini o başa, bilməz.Vədə yetişdimi – can söküləcək,
Gəlimi, gedimi qan, söküləcək.
Yəqin ki, birazdan dan söküləcək,
Gecə haçan çatdı obaşa, bilməz.Bir yol tərəzi bil elin gözünü,
Yoxdan dağ eyləmə çölün düzünü.
Yuya bilməyirsə əlin üzünü, –
Hələ “b”-yə keçmə, o baş “a” bilməz. -
Nigar RÜSTƏMQIZI.”Yüksəklik”
Yüksəkliyə qarşı böyük fobiyam var…O qorxu ki, əvvəllər məndə olmayıb. Sözümün canı var. Keçən yay bu qorxuya, həyəcana rəğmən iki rəfiqəmlə Dənizkənarı Parkda mənim üçün çox yüksək atraksiyona mindik. Rəfiqələrimin yanımda olmasımı, gənclik çılğınlığımı, ya hər şey bir qırağa, özümün adrenalin həvəskarı olmağımmı bu qorxuya üstün gəldi…
İlk dəfə idi öz-özlüyümdə cəhənnəmin uğultusunu, ölümün hənirtisini ən yaxınımda, qulaqlarımda eşidirdim. Qorxudan gözlərimi bərk-bərk sıxmışdım, yerim çox narahat və təhlükəli idi. Mənə elə gəlirdi ki, bərkidici tutacağdan əlimi çəksəm, hər tikəm o möhkəm küləkli yay günündə, göyün yeddinci qatında bir yana səpiləcək. O atraksiyona mənim inadımla minmişdik, elə ən çox dəhşət içində olan da mən idim, deyəsən. Rəfiqəm dəfələrlə demişdi ki, istəmirəm, çox həyəcanlananda ürəyim narahat olur. Yaxşı bilirdim bunu…Nəysə ki, birtəhər yola gətirmişdim. Elə ona görəydi ki, bütün fikrim ondaydı.
Adını bərkdən bağırdığım yadıma gəlir: “Qorxma, qorxma, düşürük…dayanır…” Mən bağıranda nədənsə onun səsi çıxmırdı…Hələ yüksəklik qorxusu canıma yer eləməmiş “ona nəsə oldu” qorxusu bürüdü məni. Mən “dayanır…” dedikcə o hənirti oturacağımızla birgə daha da qalxırdı elə bil. Yenə səsi gəlmirdi…Bu dəfə qətiləşdirdim ki, nə olsa da əlimi çəkəcəm oturacaqdan, gözlərimi də açacam. Gözümü açanda onun da tutacaqdan bərk tutduğunu görüb xeyli rahatladım. Aramızda sədd olduğuna görə üzünü çətinliklə görürdüm. əlimi buraxıb əlindən tutdum, eyni sözləri deyə-deyə beşinci dəqiqənin tamamında bu cəhənnəmin uğultusu birdəfəlik kəsildi. Artıq yerdəydik. Illərlə əsirlikdə, sürgündə əsir-yesir olmuş halındaydım. O biri rəfiqəm məndən bir az uzaqda oturduğuna, əvvəldən qorxmadığına, bu da üzündə əks olunduğuna görə ani ona baxıb səsi çıxmayan rəfiqəmə donuxub baxırdım. Məlum oldu ki, güclü külək nəfəsinə dolmasın deyə danışmırmış. “Yenə minək” deyəndə başa düşdüm ki, bu yüksəklik qorxusunu üstələyən qorxum boş yerəymiş…
Sözümün yenə canı var. Hər zaman itirməkdən qorxmuşam. Ağlım kəsəndən dəyər verdiyim hər şey və hər kəsi elə “hər şeyim” bilmişəm. Məncə, həyatda hər gözəl şeyin təməlində dostluq, yoldaşlıq, hörmət və anlayış dayanır. Bunlar var, sədaqət yoxdursa… O zaman hər şey sıfırlanır…Sədaqət hər şeydən önəmlidir…
S.Sarvan deyir:Əh, birin bilirsən, sən də birin yox,
daha yıxılıram heç xəbərin yox.
Gördüm ki, tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən…Yıxılmağa qorxduğum yerlərdən yıxıldım…Gördüm tutmağa yerim də yoxdur…tutmağa yerim yoxdursa, yıxılmağa qorxduğum yerlər də qalmayıb demək. Artıq yüksəklikdən qorxmadığımı da hiss eləyirəm. Əslində, insanın yıxılmağı normaldı, anormal olan ətrafındakıların, yaxınlarının münasibətidi. Yıxan da elə budu. Bundan belə dost tərəfindən yıxılsam nə ki, ayaqlarımı kəssələr təəccüblənmərəm, yıxılmaram. Həmişəkindən daha soyuqqanlı, daha qəddar olmuşam, sanki. Həmişə deyirəm ki, həyatımdan, yaşadıqlarımdan bir roman yazacam. Bestseller olacaq bir roman…Hər kəs üçün ibrət olsun. Kimsə çəkməsin çəkdiklərimi. Bəlkə, elə bir roman yaza bilməyəcəm heç vaxt, bəlkə heç bestseller də olmayacaq, amma, bir neçə insanın həyatını bataqlıqdan qurtarmaq mənə nəsib olacaqsa o zaman “hərşeyim”i yenidən qazanacam. Və ən yüksəklərdə hiss eləyəcəm özümü, bundan da qürur duyacam. Əslinə qalanda mən həyatda tanıdığım adamları, şahidi olduğum hadisələri bir daha kitab səhifələrindən oxumaq istəməzdim. Vəziyyət o yerdədi ki, təlaş üçündə olmaq yerinə qəribə bir sakitlik içindəyəm. Bu boyda da yanılmaq olar? Elə bil illərdi birgə yaşadığın, həyatını, ömrünü-gününü birgə keçirdiyin və hər şeyin əla olduğu bir dönəmdə həyat yoldaşın sənə deyir ki, hamısı yalan idi, heç sevməmişəm səni. Absurt bir şeydi, deyilmi? Belə absurtların içində də sakitəm. Elə bil yuxudakı kimi qışqırmaq istəyirəm, səsim çıxmır. Bəlkə, buna görə də sakit görünürəm. Susduqlarımı eşitsinlər daha… Hər şeyi bağışlamaq hər şeyi anlamaq deməkdir – romalılar belə deyir. Anlamaq və bağışlamaq yəqin ki, tək mənim alnıma yazılmayıb. Bir az da başqaları anlasın artıq. Susduqlarımı tapsınlar, tapıb yan-yana düzsünlər, rəngbərəng bir təsbeh düzəltsinlər. Ya da şeytan yelləncəyi qursunlar. Qalxaq-düşək, düşək-qalxaq… Qalxanda görək və düşəndə susaq…
“Özünə qayıdır hər şey, özünə” – deyir Ramiz Rövşən. Mən də özümə qayıtmışam, nəhayət ki…Amma bilin ki, qayıtmaq istədiyimiz o yerdə bizim qoyub getdiklərimiz qalmır. Kürün axıb gedən suları kimi adamlar da dəyişir. Və əsl həqiqət bəlkə də budur ki, heç bir yerdə heç kim heç kimi gözləmir…Nigar RÜSTƏMQIZI,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı -
Qiymət Məhərrəmlini doğum günü münasibətilə təbrik edirik! (2 dekabr 1963-cü il)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatıbıb görkəmli nümayəndəsini, “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktorunu, istedadlı xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyətinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
EY BAŞI BƏLALI VƏTƏN
Gör kimlər başına nə cür iş açır,
Əzəldən ey başı bəlalı Vətən!
Bütün cavabdehlər cavabdan qaçır,
Kimə ünvanlayaq sualı, Vətən?De, sənin haqqını kimlər yeyibdir?
Kim zərə bürünüb, kim bez geyibdir?
Elə bil aqillər boşa deyibdir
Bu qədər öyüdü, misalı, Vətən!Səni tox görənlər içdən yanıblar,
Haqqı batil edib, görüb danıblar.
Səni tək biliblər, aciz sanıblar,
Qaldır başın üstdən zavalı, Vətən!Özünü təsdiq et, de ki, buyam, bu!
Azadlıq təşnəsi – tənha quyam, qu!
Yanan ürəklərə axar suyam, su!
Ey dili alxışlı, dualı Vətən!Tarixlər boyunca Türküm var olub,
Qeyrəti, cürəti ərzə car olub!
Bütün zamanlarda bayraqdar olub –
Bayrağı ulduzlu, hilallı Vətən!
Qaldır başın üstdən zavalı, Vətən!14.10.2015.
-
Zeynəb DƏRBƏNDLİ.”Danışırlar”
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bu nə zamanədir anlamaq olmur,
Doğrunu gizlədib, tərs danışırlar.
Bir zaman dünyanı dağıdan bəylər,
İndi çıxıb burda dərs danışırlar.Xəcalət çəkirəm belələrindən,
Dayanmaq olmurdu nalələrindən.
Quyruğu boşalıb şələlərindən,
Keçmişi unudub, fors danışırlar.Zeynəb, fikir vermə olanlara sən,
Çalış dost söyləmə, ilanlara sən.
Daha öryəşməsən, yalanlara sən,
Burda məktəb açıb, kurs danışırlar. -
Nemət HACIƏLİYEV.Yeni şeirlər
* * *
Tənhalıq qəlbini bürüyən zaman
Küləyə qoşulub qaçan dalğalar
Görüşə tələsən sevgili kimi
Şəfəq tək hər yerə saçan dalğalarİllərdi eşqini bəyan etməyən
Nə uzağa gedən,nə də itməyən
Maraqlı kitab tək heç vaxt bitməyən
Köksünü sahilə açan dalğalarBir yerə alışıb qala da bilmir
Keçmişi yadına sala da bilmir
Dənizin sevgisin ala da bilmir
Köçəri quş kimi uçan dalğalar* * *
Neçə neçə sevənlər
Yola saldı körpülər
Kimlər sevmədi getdi
Yenə qaldı körpülərAh körpülər körpülər
Sarımtıl boz körpülər
Ah körpülər körpülər
Üstündə toz körpülərƏl ələ yapışdılar
Doyunca baxışdılar
Küsənlər barışdılar
Ürək aldı körpülərAh körpülər körpülər
Sarımtıl boz körpülər
Ah körpülər körpülər
Üstündə toz körpülərO şirin öpüşləri
O sevgi sazişləri
İlk və son görüşləri
Yada saldı körpülər* * *
Sevirəm mən səni hər dəm sevirəm
Edirəm hisslərimi cəm sevirəm
Heç olmaq atəşi eşq ilə heç gözəl
Eşq içində alışan şəm sevirəmneynirəm gəlsə təbib lazım deyil
Çün mən də qəlbimə məlhəm sevirəm
Tapıram xəyalımda parə səni
Yığıram ümumi görkəm sevirəmNə qədər sevsəm əgər bəs eləmir
Deyirəm öz özümə kəm sevirəm
Nə qədər əzsən məni etməz xeyir
Qayadan daşdan da möhkəm sevirəm
Sevilən ürəklərin şairiyəm
İndi mən həm yazıram ,əm sevirəm -
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
* * *
Yağış,buludların yarpaqlarıdır,
Kökündən qurusa,qırılar,düşər.
Yerdə ayrılığa,dözsünlər deyə,
Göydə bir-birinə,sarılar düşər…Qıy çəkib,hayqırar,dolu nəyi var,
Deşər,ürəyini çəmənliklərin…
Nə yaza isinər,nə qışa donar,
Yağdırar,gülləni dərindən-dərin…Günəş,göy üzünün gəlin otağı,
Şəfəqlər ardına maraq edərsən…
Açıb ürəyinin,arzularını,
Gecə zülmətinə,çıraq edərsən…Ay çəkər,nazımı ta sübhə qədər,
Keşikçim sayılar,tül pərdə kimi…
Asılsa evimin küncündən kədər,
Ruhumu oxşayar,gül pərdə kimi…Bir ovuc torpaq da bəs edər,mənə,
Bu torpaq altında neçə can yatar.
Çəkib əllərimi,öz əllərindən,
Ay gedər,gün gedər sübhə dan qatar…
(daha&helliip;) -
Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər
GET
Gedirsənsə birdəfəlik yığış get,
Səni xatırladan heç nə qalmasın.
Elə get ki, səndən sonra qəlbimi,
Həsrət bürüməsin, hicran almasın.Götür saçlarımı apar özünlə,
Sənin əl işindi saçımda hər dən.
Gözləmə, arxanca baxan deyiləm,
Gözümə bu zülmü yaşatmaram mən.Necə gəlmişdinsə elə də çıx get,
Gedirsən getdiyin, gəldiyin yoldu.
Yalandan kövrəlib, ağlama bəsdi,
Yenədə axırda sən deyən oldu.Düşünmə sən getsən tək qalaram mən,
Sağımda qəmim var, solumda kədər.
Ən yaxşı günlərim onlarla keçib,
Hayıf, sənli günlər keçibmiş hədər.Gedəndə qapını çöldən bağla get,
Evdə olduğumu kimsə bilməsin.
Sənin getdiyini görüb duyanlar,
Gəlib ürəyimdən səni silməsin. (daha&helliip;) -
Əli MUSA.Yeni şeirlər
Dilbərim
Baş alıb getmisən üzülübdü can
Nə olar ki qayıt bir halıma yan
Səni düşünürəm hər saat hər an
Kövrək ürəyimi üzün dilbərimSöylə nəyə gərək ayrılıq dəmi
De necə daşıyım bu boyda qəmi
Sevən ürəyimin sənsən həmdəmi
Həsrəti sinəmə düzən dilbərimTellərin üzündə saçaq saçaqdı
Eşqin görən nə vaxt dil açacaqdı
Gözlərim közərən oddu ocaqdı
Məni gizli gizli süzən dilbərim (daha&helliip;) -
Şəfa VƏLİYEVA.”Bir gün gələcəm sizə”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüBir gün gələcəm sizə
Elə-belə… təsadüf…
Qonşu qoyacaq sözə
Arsızdı, özü gəlib…Keçəcəyəm mətbəxə,
Qaynayacaq çaydanın…
Dadı qalıb deyirlər
Damağında dolmanın…Eyninə alma, gülüm,
Çox dolmalar bişəcək…
Bizim toyun apreli
Hər təqvim bəzənəcək…Bakıda ayrı olur
Ilin dördüncü ayı…
Gəncədə bir qız solur
Əynində həsrət payın…Səndən küsən bu qıza
Bu gün dərdin də çoxdur…
Bir gün gələcəm sizə…
O gün təqvimdə yoxdur… -
Gülnarə MAHMUD.”Ana”
Başının üstündə boynubükük bir ana,
Telefontək “dünyan” var… Ovsunlanmısan ona.
Ayıl! Başını qaldır! Gör ətrafda var nələr?
Olma, girib “dünyana” bu dünyadan bixəbər.Sənin kimi övladçun ağarıb qara saçı,
Gənclik tərk edib onu, həyat olubdur acı.
Sənə görə əyilib sərv boynu, şux qaməti,
Qalmayıb çöhrəsində gəncliyin təravəti.Dayanıbdır qarşında əlində ağır zənbil.
Ağbirçək hər qadını, hər ananı anan bil!
Yükün ağırlığından əyilib çiyinləri,
Heç düşünmür özünü, yola salır illəri.Çox qocalıb…Zənbili güclə saxlayır ana,
Doqquz ay yükündən də çox ağır gəlir ona.
Gözlərindən bəllidir içindəki yorğunluq,
Acısın hiss etdirir əllərindəki suluq.Gözün “gəncliyə” dikmiş, halı olmuş dərbədər,
Əzmi sanki əyilmiş qamətilə bərabər.
“Gənclik” baxmır “keçmişə”, düşünmür gələcəyi,
Maraqlı deyil ona, gəlmişi-gedəcəyi.Elə bu an ayıltdı, səksəndirdi hər kəsi,
Səslənincə efirdən operatorun səsi.
Ana bir az toxtadı, rahatladı siması,
Görününcə onündə “Gənclik” stansiyası. -
Günel ƏLİYEVA.”Özünü məndən apar”
Peşmanam, sənə ‘’getmə, qal‘’dediyim üçün peşmanam.Çox , amma çox peşmanam.
‘’Getmə ‘’demişdim sənə.Mənim sənə aid kitabımda.Sənsə ‘’ Səndən getməyəcəm’’ dedin sənin mənə aid kitabında .
Və getmədin, qaldın, amma yanımda deyil, ruhumda, canımda, qanımda, varlığımda.Niyə qaldın, səhrada susuz qalan adam kimi suya möhtac etdin qalmağınla.Susamışam, su ver mənə.
Nə olar bir yudum su.Ciyərlərim yanır susuzluqdan.Su verməsən öləcəm.
Ölmək səndən əbədiyyən getməkdir, sevdiyim. Sənin gülüşünə, sənin baxışına, sənin varlığına həsrət qalmaqdır .
Mən yaşamaq istəyirəm.Yaşat məni özündə, sözündə, hər kəlməndə.
Sol yanım ağrıyır, sevdiyim! Ürək ətdən deyil ki, sadəcə.Həsrətdəndir, dərddəndir .
Mənim ürəyim səndəndir.Səndən-sənin sözlərindən, sənin cümlələrindən, sənin cismindən -sənə aid hər şeydən ibarət bir mənzilimdir o mənim.Kimsə ürəyimi qıranda ona elə qəzəblənirəm ki .Məni incitdikləri üçün deyil, sevdiyim, ürəyimdəki səni incitdikləri üçün.
Amma sən də məni incidirsən.Bax, mən sənə qıymıram, sənsə yaman ağrıdırsan ürəyimi .
Mən səni qəlb evimdən çıxaracaq qədər güclü deyiləm.Fəqət, getməlisən, əzizim, yoxsa fəryadımda boğulacaqsan .
Getməlisən.
Nə olar get.
Əbədiyyən, həmişəlik, birdəfəlik get!
Əvvəl xatirələrini, sonra gözlərini, baxışını, gülüşünü, kədərini, həsrətini, sevgini-hər şeyini al,
götür qəlb evimdən, məndən get .
Mən səni özümdən apara bilmirəm. Ümidim sənə möhtacdır, sən… baxışını, gülüşünü ,varlığını sevdiym sən… özünü məndən apar.Elə apar ki, gözlərim gözlərindən, sözlərim sözlərindən,
əllərim əllərindən asılıb qalmasın.
Xatırlamayım, səni düşünməyim bircə an da.
Get, nə olar get.Arxana baxmadan get.
Elə get ki, yuxularımda da görməyim səni. Elə get ki, darıxmaq hissimin alovunu da söndür.
Darıxmayım sənin üçün.Apar şirin sözünü ,
Mənə baxan gözünü,
Xatirənin yüzünü,
Minini məndən apar.
Əllərinin ətrini,
Sevginin həsrətini,
Sənsizliyin dərdini,
Qəsdini məndən apar.
Apar ,sevdiyim, apar!
Bilməm, günahım nədir?
Qəm -kədər məni tapar.
Apar gülən üzünü,
Apar yanlış –düzünü,
Apar, nə olar apar!
Sənə aid hər şeyi,
Sənlə yanan ışığı,
Qəlbimin yaraşığı,
Ya qayıt gəl ömrümə,
Ya da get birdəfəlik,
Özünü məndən apar!Məndən get ki ,səni unudum .Amma mən səndə həmişə qalacam. Çünki sənə ürəyimin əlləriylə vurduğum sillənin ağrısını heç vaxt unutmayacaqsan.
-
Ruslan NADİROĞLU.Şeirlər
* * *
Gözlərim səmanı dolanır yenə,
Ruhum bədənimdən getmək ist əyir.
Uzadıb əlini haqqın evinə,
Allahın qapısın döymək istəyir.Nə qədər savabım var isə yığıb,
Günahı savabın içində boğub,
Körpə bir bədəndə dünyaya doğub,
Yenidən dil açıb dinmək istəyirDünyanın dərdini qəmini atıb,
Həsrətə son qoyub vüsala çatıb,
Başımı bir məsum sevgiylə qatıb,
Deyəsən üzümə gülmək istəyir.Bir ahu gözlünü sevib ,sevilib,
Yıxılıb dərdindən ölmək istəyir.
Hər dəfə bu dərdlə ölüb dirilib,
Dünyaya yenidən gəlmək istəyir.
(daha&helliip;) -
Etibar VƏLİYEV.Yeni şeirlər
Kül ümidünə
Pərdəmiz cırılıb, həya saxlamaq.
İndi də qalmışdır tül ümidinə.
Bizi görən balıq tora da gəlmir.
Balıq tutmağımız lil ümidinə.Çay kolun kəsənlər batmış günaha.
Buğdanın astarı üzündən baha.
Qara torpağımız bar vermir daha.
Məhsulumuz qalıb gil ümidinə.Sınıbdır şüşəsi eynəyimizin.
Görmürük eybini bir birimizin.
Köhnəlib saralan köynəyimizin.
Rəngini dəyişmək nil ümidinə.Bir ovçu əlinə maralı düşdü.
Yar yara qovuşdu yaralı düşdü.
Oğullar vətəndən aralı düşdü.
Əl çirki deyilən pul ümidinə.Bir göz ağlayarsa, birisi gülməz.
Göz yaşı yanağın rəngini silməz.
Bir əl yetməyənə dil yetə bilməz.
Qalmışıq bir şirin dil ümidinə.Kimi adət edib yaş gizlətməyə.
Kimisi torbada daş gizlətməyə.
Bu haqsız dünyada baş gizlətməyə.
Çarəmiz qalıbdır kül ümidinə.
(daha&helliip;) -
Abbas SƏFƏROV.”Anamın Ürəyi”
Cıxıram yol üstə, yolum şaxtadır,
Sükanı tuturam, güman baxtadır.
Sən demə, təhlükə lap uzaqdadır,
Anamın ürəyi, saxlayar məni…Baxmıram arada, sənin sözünə,
Qurbanam, ay ana, ala gözünə.
Nəzəri, çəkərsən, daim özünə,
Anamın ürəyi, saxlayar məni…Sənə bir şey olsa, ürəyim yatar,
Allahım dərdləri, başımdan atar.
Ömrümə xoşbəxtlik, səadət qatar,
Anamın ürəyi, saxlayar məni…Tufanı saxlayar, yağışı sovar,
Abbası hey süzər, sacını ovar.
Başımın üstündən, buludu qovar,
Anamın ürəyi, saxlayar məni…13.08.2015
-
M. Tahir TURAN.”KURULUŞUN TOPRAĞI DOMANİÇ, YİĞİT “ANA” DOLU… “
tahir@tahirturan.net
”Oğul… Anayurttan ayrılalı yıllar geçti. Deli rüzgârlar önünde oradan oraya savrulduk. Beylik otağını kurduğumuz şu yaylalar, artık son durağımız, son konağımız olsun. Oğuz’un yurtlarına diktiğimiz ağaçların kökleri kara yerin derinliklerine, dalları gökyüzünün yüceliklerine uzansın. Ak-boz atlara binip yağı üstüne yel gibi vardıkta Kadir Tanrı gözü pek yiğitlerimizi korusun. Göğsü kaba yerli kara dağlar gibi duran erlerimiz ile kır çiçekleri gibi saf ve temiz, ak yüzlü, ala gözlü kızlarımız kutlu Kayı Boyumuza gürbüz evlatlar versinler. Altın başlı otağlarımız Domaniç yaylasını bürüsün.”
Böyle dua eder Hayme Ana, oğlu Ertuğrul’a… Devlet Ana’dır O… Cihan devletinin anası, yiğit Türk kadınının sembolü… Göçebe hayata noktayı koymuş, heybetli bir çınarın tohumlarını ekmiş Domaniç’te. Bu sebepledir ki Domaniç, ulu ağaçları ve kahraman kadınları ile anılır tarihte…
Osmanlı Devlet Yönetiminde Kadının Rolü, Domaniç’te Başlar…
Osmanlı’da kadına verilen önem, bilindik kaynaklarda Hayme Ana’ya kadar uzanır. Öyle ki; Orta Asya çöllerinden Anadolu topraklarına kadar uzanan göç hareketine son vermeyi dilemiştir Devlet Ana… Eski Türkçede “Çadır” anlamına gelen “Hayme”, dört yüz çadırlık bir beyliğin önderliğini ifade eder.
Ankara’nın batısındaki son obalarında eşi Gündüz Alp’i (bazı kaynaklarda Süleyman Şah olarak geçer) kaybettikten sonra, Selçuklu Sultanı Gıyaseddin Keyhüsrev tarafından Söğüt ve Domaniç’in tahsis edilmesiyle bu bölgeye son göçü organize etmiş, “ana” içgüdüsü ile yerleşik hayata bu gölgede geçme konusunda etkili olmuştur. Bu durum, kadının anaç yapısı ile doğrudan etkili olup, “yuvayı dişi kuş yapar” atasözünü doğrular bir nitelik de kazanmıştır. Nitekim Osmanlı payitahtı süresince valide sultanların devlet üzerindeki etkisi Hayme Ana kaynaklı olmakla beraber, Osmanlı tarihi boyunca kadına verilen değerin de ciddi bir yansıması olmuştur.
Domaniç yöresi bugün bile bu hassasiyeti taşır haldedir. Zira bölge ekonomisinde kadınların katkıları yadsınamayacak düzeyde…
Domaniç’in Bağrından Çıkan Çınardan, Cihan Devletine…
Osmanoğulları Söğüt ve Domaniç’i mekân edinip obalarını burada kurduktan sonra bereketli toprakları tarım ve hayvancılıkta etkin kullanmış, atlı-oklu savaş teknikleri üzerine ciddi talimleri bu coğrafyada gerçekleştirmiş, dörtsüz çadırlık bir obadan cihan devletine uzanan yolun taşlarını burada döşemişlerdir.
Osman Bey’in, Şeyh Edebali tarafından devlet kurmakla müjdelenen o bilindik rüyasındaki gibi; heybetli ağaçları ile de bilinir Domaniç… Yeşil Domaniç derler yöreye. Sayılabilen kısmıyla 1200 yaşında karaçamlar görürsünüz florasında. Aynı ortamda üç farklı ağacın (Çam, Senaver, Kayın) yetiştiği ender coğrafyalardan olan Domaniç’te kuruluşa şahitlik etmiş canlıların varlığını hala hissedebilirsiniz… Korur, kollar yöre insanı bu ağaçları. Hürmet eder geçmişine ve hatırasına…
Domurköy’deki “Mızıkçamı” da bu ağaçlardan bir tanesi… Hayme Ana’nın torunu Osman’ı, bu ağaca kurduğu beşikte büyüttüğü rivayet edilir. Osman Bey’in rüyasındaki göğsünden çıkan ağaca benzetilir bu çam… Osmanlı’nın büyümesini temsilen doğup, büyüyüp, olgunlaşıp, ömrünü tamamladığında yıkılıvermiştir olduğu yere. Doğanın gücüne dayanamamıştır belki ama doğanın yıpratıcı etkilerinden korumak adına sahip çıkılmıştır ulu gövdesine… Osmanlı’ya sahip çıkma içgüdüsünün bir yansımasıdır bu. Kim bilir? Belki de Hayme Ana’ya ve Osman Bey’e sahip çıkma duygusundandır…
Tarihine ve Değerlerine Sahip Çıkar Domaniç’li…
Fatih Sultan Mehmed Han İstanbul’u aldıktan sonra şehrin Müslüman nüfusunu arttırmak amacıyla ata toprağına bir haber salar. Der ki; “…gelin, size toprak vereyim, mülk edinin buradan. Yerleşin İstanbul’a, ne isterseniz Osmanlı’dan…” Meclisi toplar yörenin ileri gelenleri… Nazikçe reddederler padişahın talebini; “Biz dağda doğduk, darda ölemeyiz…”
Tarihine ve değerlerine sahip çıkma bilincidir bu. Bugün bile aynıdır bakış açısı; dev sanayicilere, hayvanlarını otlattıkları meraları vermez, o arazilere fabrika kurdurmaz yöre insanı.
Kuruluştan Kurtuluşa, Domaniç’li Yiğit Türk Kadını…
Hayme Ana’nın yiğitliği tarih boyunca Domaniç’te hâkim olmuştur… Ulu ağaçları kadar, yiğit kadınları ile de anılır Domaniç…
Kurtuluş savaşı sırasında İnegöl’de askerlik yapan oğlunun Yunan askerine yardım ve yataklık ettiğini öğrendikten sonra, kocasının beylik silahını kuşanıp, atına atladığı gibi soluğu İnegöl’de alan, oğlunu sorgusuz sualsiz tek kurşunla yere serdikten sonra arkasına bakmadan geri dönen Domaniç’li Habibe, yiğit Türk kadınının benzersiz bir efsanesidir.
Bir başka kahraman Türk kadını Şukufe Nihal, 1940’lı yıllarda bu efsaneyi duyar duymaz Domaniç’li Habibe’yi bulmak için yollara koyulmuş, yaşadığı bu serüveni de “Domaniç Dağlarının Yolcusu” adıyla kaleme almıştır. 2006 yılında “Yüz temel eser” listesine alınan bu kitap, 1946 yılında “Unutulan Sır/Domaniç Yolcusu” adıyla filmleştirilerek Türk sinemasının ilkleri arasına girmiştir.
Hayme Ana’dan Habibe Hatun’a, kahraman analar tükenmez kuruluşun toprağında.
…
Her yıl Eylül ayının ilk haftasında, Çarşamba köyündeki türbesinde “Hayme Ana’yı Anma ve Göç Şenlikleri” düzenlenmektedir. Yöre insanı Ana’sına dua eder, ruhuna etli pilav dağıtır tam 730 yıldır. Atlı okçular Kayı’yı canlandırır, ata sporları icra edilir, Kayı’nın çadır kurduğu çayırlarda…
Eğer yolunuz bir gün Domaniç dağlarına düşerse, bereketli kuruluş toprağında mutlaka mola verin, bir soluklanın. Hayme Ana’nın ayranını, Habibe Hatun’un gözlemesini mutlaka tadın. Anadolu’nun bağrında yiğit “Ana” dolu yöre sizleri bekliyor… -
M.Hâlistin Kukul.”TÜRK YURTLARI’NIN HÂFIZASI: TÜRKÇE”
mhalistinkukul@hotmail.com
Yahya Kemal Beyatlı, bizde, vatan fikri ile, dil münâsebetini keşfeden ve görüş ileri süren belki de ilk şâirdir.
Diyor ki; “Vatan fikri bizde daima vardı; fakat Namık Kemal’in, bu fikri kalbimizde yeni bir nefesle uyandırdığı günden beri uyanığız. Onun vatan fikrini uyandırdığı gibi, bir diğer Türk şâiri çıkıp da lisan fikrinin kutsîliğini uyandırsaydı, bize gösterseydi ki bizi ezelden ebede kadar bir millet hâlinde koruyan, birbirimize bağlayan bu Türkçedir, bu bağ öyle metin bir bağdır ki vatanın hudutları koptuğu zaman bile kopmaz, hudutlar aşırı yine bizi birbirimize bağlı tutar; Türkçenin çekilmediği yerler vatandır, ancak çekildiği yerler vatanlıktan çıkar, vatanın gövde ve rûhu Türkçedir.”(1)
İşin özü: Dilini kaybeden bir millet, hâfızasını da kaybeder.
Burada, birkaç husus üzerinde durulabilir. Çünkü; söylenenler, sâdece tecrübelerin değil, ilmin de gereğidir ve hepsi de çok önemlidir. Fakat, bunlardan birine dikkat çekmek istiyorum. Bu; “lisan fikrinin kutsîliği” ve onu “uyandır”ma düşüncesidir.
Nasıl ki, “Vatan sevgisi îmândandır”, dili korumamız ve geliştirmemiz de, bize, hem millî ve hem de dînî bir emirdir. Çünkü; Allahü Teâlâ, Rûm Sûresinin 22. âyetinde, -meâlen- şöyle buyurmaktadır: “Gökleri ve yeri yaratması ve dillerinizin çeşit çeşit, renginizin türlü türlü oluşu da yine o delâilden (delillerden)dir.”(2)
Böyle mühim bir mes’elede, bugüne kadar, câmilerimizde vaaz ve hutbelerde, bir defa olsun “dilin / lisânın” korunması geliştirilmesi hususunda bir söz söylendiğini duymadım.
Kaldı ki; ‘dil’in korunması, bir başka yönden, onun yabancı lisanlara ve uydurma kelimelere karşı da mücâdelesini gerektirir. Elbette ki, bu kadar da değil; dil, argolaşıp müstehcenleşirse millî kültürde de heyelan başlar. Bu da; hem dînî ve hem de millî tavır ve heyecanda bozulmayı, gerilemeyi ve çökmeyi hazırlar.
“Aynı dili konuşan insanlar “millet” denilen sosyal varlığın temelini teşkil ederler. Dil, duygu ve düşünceyi insana aktaran bir vasıta olduğu için, insan topluluklarını bir yığın veya kitle olmaktan kurtararak, aralarında “duygu ve düşünce birliği” olan bir cemiyet, yani “millet” hâline getirir.”(3)
“Her yeni nesil ile birlikte, milletler, millî kültür ve medeniyetler, millî müesseseler, kendilerini hem devam ettirirler, hem güçlendirirler, hem de yenilerler.
“Millî dil” de öyledir. O da nesilden nesle intikal ederken hem kendini korur, hem kendini geliştirir, hem de yeniler. Bir taraftan kendi iç tekâmüle ile, bir taraftan kültür temasları ile, bir taraftan ilim ve sanat kadrolarının gayretleri ile zenginleşen ve güçlenen “millî dil”, gerçekten de bir milletin “dünü” ile “yarını” arasında tam bir mânevî köprü vazifesi yapar; “millî” ve “beşerî” tecrübeleri, gelecek asırlara intikal ettirir.
Millî dil, sadece yaşayan nesillerin dili değildir. O, geçmiş ve geleceği ile bir milleti kucaklar.”(4)
Bu da gösteriyor ki, dil, milletimizin bütün maddî ve mânevî kültür değerlerini ‘barındırır” ve nesillere nakleder. Hâliyle; târihî seyir içinde, onda, millî, dînî ve beşerî bütün değerleri kayıt altına alınmış buluruz.
Bir dilde; bir kelime veya bir tâbir ne kadar çoksa ve bunlar, ne kadar çok mânâyı ifadelendirip iş görüyorsa, o dil o kadar zengin ve kıvraktır.
Meselâ; Türkçemizde “kişi, zat, fert ve şahıs” kelimelerimiz, çoklukları îtibâriyle; “gül” kelimemiz mânâ fazlalığı îtibâriyle zenginlik arzeder.
Bunlar, atasözlerimizde, tekerlemelerimizde, mânîlerimizde, deyimlerimizde, gönüllerimizi süsleyen tarihten süzülüp gelen millî emânetlerimizdir.
“Bir milletin dili, birinin yerine diğeri konulacak şekilde, bir kelime ve tâbir yığını değildir. Dil, asırlar içinde ve nesilden nesillerin hâfızasında dövüle yoğrula yerleşmiş bir mânâ, his ve hayâldir.
(…) Dil, kelime ve tâbir olarak maddîdir. Fakat mânâ, maksat, his ve hayâl tesisine vâsıta olarak milletin mânevî hayâtının başta gelen elemanıdır. Dilin her kelimesi ve tâbiri arkasında bir târih yaşar. Millet ise, târihin yapıp yoğurduğu bir birliktir.”(5)
Öyleyse; buradan, milletin “mânâ, his ve hayâli”yle, “târihi”yle ve bu münâsebetle de ‘milletin birliği’ ile oynamak düşüncesine varabiliriz. Şu ânda; ‘uydurma” kelimeler ile ‘yabancı’ kelimelerin Türkçemizi istilâ etmesinin ne kadar tehlikeli olduğunu göstermeye kâfidir.
Bizim, Türk Milleti olarak, atalarımızın mânâ kazandırdığı, hislerinden ve hayâllerinde unsurlar kattığı bu güzel kelimelerimle, hiç kimsenin oynamasına fırsat vermememiz lâzımdır.
Türkiye Cumhuriyeti Anayasası’nın 3. Maddesi’nde:”Türkiye Devleti, ülkesi ve milletiyle bölünmez bir bütündür. Dili Türkçedir”(6) yazmasına ve 62. Madde’sinde:”Devlet, tarih, kültür ve tabiat varlıklarının ve değerlerinin korunmasını sağlar, bu amaçla destekleyici ve teşvik edici tedbirleri alır.”(7) demesine ve 42. Maddesi’nde de. “Türkçeden başka hiçbir dil, eğitim ve öğretim kurumlarında Türk vatandaşlarına ana dilleri olarak okutulamaz ve öğretilemez”(8) denmesine rağmen, Türkçe’yi, “tarih” ve “kültür” değeri kabul edilmemiş olacak ki, bugün, Türkçe korunmaktan çok uzaklardadır ve bâzıları gaflet ve ihânetle Türkçenin “ana dil” olarak başka dil(ler) ilâve etmek peşindedirler.
“Türkiye’deki dil zevksizliğinin, Türkçe yozlaşmasının önüne devletimiz geçmeliydi. Ama devletimiz, üzerine düşeni yapmıyor. Yapamıyor. Şimdi çok önemli bir hususa dikkatinizi çekmek istiyorum. Fransa’da bundan 365 yıl önce, bir dil akademisi kuruldu. Fransa’da 365 yıl sonra Fransız dilinin kullanılmasıyla ilgili olarak çok önemli bir kanun daha çıkarıldı. 665 sayılı Fransız kanununun bazı maddeleri şöyle (Ben, buraya sâdece birinci maddeyi alıyorum):
“Madde – 1: Anayasada, cumhuriyetin dili olarak kabul edilmiş olan Fransız dili, Fransa’nın kişiliğini ve ata mirasını gösteren temel unsurdur. Eğitim, çalışma, kamu ilişkileri ve hizmetleri için kullanılacak dil, Fransızca’dır.”(9)
Her şey bir yana; Fransızca’nın “Fransa’nın kişiliğini ve ata mirasını gösteren temel unsur” olarak takdîmi, bize örnek olacak bir durumdur.
Bugün; “Türk Dünyâsı Türkçesi” hedefinde olması gereken fikir dünyâmız, güzel Türkçemizi, maalesef yalnızlığa itmiştir.
Hem maddî ve hem de mânevî kıymetlerimizi barındıran Türk Dünyâsı Coğrafyası’nın, bir başka ifadeyle “Türk Dünyâsı Yurtları’nın Hâfızası”nın, doğrudan doğruya “Türkçe” olduğu asla unutulmamalıdır.
“Coğrafya Dili”; bütün bu “ata miras”larının hayat sürdüğü mekânlardır. Bu dil, öyle bir dildir ki, Yahya Kemal’in dediği gibi, hem “hudutlar koptuğu zaman bile kopmaz” ve hem de “hudut aşırı”dır ve zaman olarak da, mâzî ile, günü ve geleceği irtibatlandırır.
Coğrafya Dili, kelimelerin “toprak” la kaynaşmasıdır. Böylece; milletin, yeryüzündeki mâl-ı mîrî ve tapu senedi hükmünde olur. Bu bakımdan, “Türk Yurtları’nın her toprak zerresini vatan hâline getiren canlı, hayat ifadeleri vardır. Bunların isimleri mevcut oldukça, hâlâ diridirler.
Hayatın içinde bulunmayan dil, ömür süren / yaşayan bir dil olabilir mi?
İnsan, hayvan ve bitkiden her çeşit cansıza kadar verilmiş isimler bugün hâlâ yaşıyorlarsa, onun mensubu olduğu millet de yaşıyor demektir. Caddelere, sokaklara, köylere, mahallelere, şehirlere, devletlere, câmilere, hamamlara, köprülere, dergâhlara, çeşmeler ve her türlü mîmârî eserlere, yemeklere, sayılara verilen isim ve sıfatlar canlı olduğu müddetçe o millet ayaktadır demektir.
Hattâ; o milletin târihte kullandığı fiiller, bağlaçlar, zamirler, zarflar ve ünlemler, ifadeye çalıştığımız “yurtlar”dan intikal etmesi gereken büyük değerlerdir.
Dağ, ova, tepe, nehir, deniz… isimleri de bu cümledendir.
Malazgirt Ovası, Kosova ile, Çukur Ova veya Konya Ovası, bizde aynı hissi mi uyandırır? Altay ve Tanrı Dağları ile, Everest’e aynı gözle mi bakarız? Nerede Türk izi, sesi, heyecanı, kükreyiş veya sükûneti var, ona bakarız, değil mi?
Şu ânda, birçok şehrimizde yeniden canlandırılan yabancı coğrafya isimleri, Anadolu’nun bir Türk Yurdu olarak hâfızasının silinmesi gayretinden başka bir şey değildir.
“Gaspıralı İsmail Bey, İstanbul Türkçesinin yaygınlaşmasını istiyordu. Dolayısıyla Türk Dilini yabancı unsurlardan temizlemek, dilimizdeki Arapça ve Farsça tabirlerden vazgeçmek, mahallî tabirler yerine Osmanlıcadaki, yâni İstanbul Türkçesi’ndeki tabirleri kullanmak gerekir diyordu. Kırım’da, Azerbaycan’da ve Türkistan’da, Rusça, Türkçemize bulaşmasın istiyordu.
(…) Gaspıralı İsmail Bey, Bahçesaray şehrinde bir süre belediye başkanlığı da yapmıştı. Vefat ettiği zaman Zincirli Medresesi’nin bahçesine gömüldüğünü biliyordum.
Ruslar, kendi fikir ve sanat adamlarına çok büyük önem veriyor; onların evlerini müze haline getiriyor, büstlerini, heykellerini yapıyor, mezarlarını koruyorlar. Aynı uygulamayı Gaspıralı İsmail Bey için de yaptıklarını sanıyordum. Yanıldığıma dehşetle şahit oldum. Önce gördüm ki Gaspıralı’nın Bahçesaray’da yaşadığı iki katlı ev müze değildir. İçinde iki Rus aile oturmaktadır. Sonra Zincirli Medresesi’nin bahçesine girdiğim zaman bana anlattılar ki:
Moskova, Gaspıralı İsmail Bey’in mezarını tamamen ortadan kaldırmış ve oraya kocaman bir domuz ahırı kondurmuştur. Peki niçin? Gaspıralı İsmail Bey, bütün Türk Dünyasında “Dilde, fikirde, iş’te birlik” sağlamaya çalıştığı için!”(10)
“Sosyalist Rus idarecileri, Türkmenlere millî bir şahsiyet verdiği için, Türkmen yaşayışının ayrılmaz bir parçası olduğu için, dünyaca meşhur güzelim Ahalteke atlarını bile, her gün koyun keser gibi, tavuk keser gibi, üçer beşer keserek ortadan kaldırmak, o mübârek atların bile köklerini kazımak istediler. Ve siz biliyor musunuz ki; 1917 Sosyalist ihtilâlinde birkaç milyon olan güzelim Ahalteke atları, 1990 yılında Sovyet Rusya İmparatorluğu kendiliğinden yıkıldığında, sadece 5-6 yüz civarında kalmıştı. Ve Cumhurbaşkanı Sapar Murat Niyazov, yok edilmek istenen o çok zarif, o çok mahir, o çok koşan, o dünyanın en pahalı atları olan Ahalteke Türkmen atlarını yeniden çoğaltabilmek, koruyabilmek için, bir Atçılık Bakanlığı kurdurdu.”(11)
Demek ki; mezarlıklar da, bizim tapu senetlerimizin birer parçasıdır. Yer üstündekilerin varlığının teminatları, yerin altında yatanlarımızdır.
Türk birliğini sağlama emelinde bulunan bir Türk büyüğünün mezarının “domuz ahırı” yapılmasındaki insanlık dışı davranış bir yana, bize vereceği ibretler tekrar tekrar düşünülmelidir.
Görülüyor ki; “Ahalteke Türkmen atları”, bir hayvan türünü değil de, burada, âdeta Türk milletini temsil ediyor. Onların nesillerini kesilmesi de, Türk adının, bir noktasından koparılması mânâsını taşıyor.
Peki öyleyse; şu ânda, Türkiye’deki, Adana’da Kilikya, Diyarbakır’da Amed, İzmir’de Smyra, Samsun’da Amisos ve Amazon, Nevşehir ve çevresinde Kapadokya, Giresun’da Kerasus… furyası nedir dersiniz? “Atatürk’ün Şehri” denilen bir şehirde, yirmi beşi aşan Âmazon” ve otuza yakın da “Amisos” isimli kuruluş bulunursa, bu nasıl bir Atatürk Şehri’dir düşünmek lâzım gelmez mi?
Çinliler; bütün Türklüğün ata yurdu olan Doğu Türkistan’a “Sinkiang / Şincang / yeniden kazanılmış toprak adını verirken, Batı T(ı)rakya’da Türkçe yer isimleri değiştirilirken, bizim hangi akla hizmet ettiğimiz elbette ki, sorgulanmalıdır.
“Kömür, toprak altında elmas oluncaya kadar binlerce yıl pişiyor. Dildeki kelimeler de öyle… Milletin dilinde yıllarca pişecek ki, kalple dudak arasındaki elmas dizili nakili vücuda getirebilsin… Sonradan da zorla bu nakile dizilecek her madde, o milletin ruh ve idrâk temeline en korkunç bir suikasttır. Böyle bir lisanın adı da, Türkçe değil, uydurukça… Bir milletin öz dili, âlimlerin, aydınların, yabancı kültürlerle temasta olanların lisanı değil, çakkalın, hamalın, işçinin, dadının, babaannenin, köylünün, neferin dili… Bunların bilmediği hiçbir kelime Türkçe olamaz ve topyekûn bir tasfiye hareketi belirtmesi bakımından tedrici bir ıstıfâ (sâf hâle getirme) ile bir tutulamaz. Böyle bir hareket, olsa olsa, bir milletin ruh nakışlarını silmek ve onu mânâda cascavlak hâle getirmek olur. Sadece ihânet…”(12)
Son bölümdeki üç tâbiri tekrar etmek istiyorum: “bir milletin ruh ve idrak temeline en korkunç bir suikast…”; “bir milletin ruh nakışlarını silmek…” ve “Sâdece ihânet…”
Dil bahsi ihmâl edilince, bu kadar fecî netîceleri olur, bilinmesi gerekir!..
* Ondokuz Mayıs Üniversitesi E. Öğretim Görevlisi, Şâir ve Yazar
KAYNAKLAR
1. Yahya Kemal, Edebiyata Dâir, Yahya Kemal Enstitüsü Yayını, İstanbul 1971, Sf. 83
2. Kur’ân-ı Kerîm Meâli ve Tefsiri, Tibyan Tefsiri, Merhûm Ayıntabî Mehmed Efendi, Bugünkü Dile çeviren ve açıklayan: Süleyman Fâhir, Bütün Yayınevi, İstanbul 1957, Sf. 888
3. Mehmet Kaplan (Prof. Dr.), Türk Milletinin Kültürel Değerleri, Millî Eğitim Basımevi, İstanbul 1977, Sf.12
4. S. Ahmet Arvasî, Siz Sesleniyorum-1, Model Yayınları, İstanbul 1989, Sf. 283
5. Ord. Prof. Dr. Ali Fuat Başgil, Türkçe Meselesi, Yağmur Yayınevi, İstanbul 2006, Sf. 60-61)
6. T.C. Anayasası, Yaylım Yayıncılık, İstanbul 2011, Sf. 4
7. a.,g., Anayasa, Sf. 37
8. a.,g., Anayasa, Sf. 27
9. Yavuz Bülent Bâkiler, Sözün Doğrusu 2, Yakın Plan Yayınları, İstanbul Mayıs 2012, Sf. 69
10. Yavuz Bülent Bâkiler, Sözün Doğrusu-1, Yakın Plan yayınları, İstanbul Mayıs 2012, Sf. 73
11. a.,g.,e., Sf. 242
12. Necip Fâzıl, İdeolocya Örgüsü, b.d. yayını, İstanbul 1976, Sf. 383 -
Ülviyyə Vahidi doğum günü münasibətilə təbrik edirik! (28 noyabr)
Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qələm sahibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
-
Aqil SABİROĞLU.Yeni şeirlər
Vətən açmır içimi-
Ona yerdən,səmadan,ya hardan baxıramsa.
Mənim deyil o dəniz-
Əgər ona hörülmüş hasardan baxıramsa.Ha yellənsin o bayraq göylərə baş çəkərək,
Kəlbəcər alınmamış ürəyimi sökərək…
Yetim-yetim durmuşam burda boyun bükərək,
Şamaxıdan,Bakıdan,Qusardan baxıramsa.Gəlir,gedir insanlar qulaqlarda qulaqcıq,
Geyimlər son dəblədir,düşüncə çamur,palçıq…
Orda bir qız əyləşib sinə,qarın,bel açıq,
Dünya belə görünür,kəsərdən baxıramsa.Gedir məmur döyüşü,gedir para savaşı,
Sanki bir millət deyil,küçə,ara savaşı!
Daha qalan ömrünə ya yekun ver,ya daşı-
Mənim üçün nə fərqi,məzardan baxıramsa.26.11.2015-BAYRAQ MEYDANI
* * *
Gah səmum yelitək əsir üstümə,
Şimşək sürətiylə bəzən yox olur.
Qəfil gəlişiylə diksindirəndə,
Əzabı sevincdən daha çox olur.Sevgili dilbərin ətri bu qızda,
Dünyanın bəzəyi,sehri bu qızda…
Əlində qalmışam bu dəli qızın,
O göyərçin qızın,o zəli qızın… -
Qalib ŞAMXALOĞLU.Yeni şeirlər
Sən özünə mənim gözlərimlə bax
Gözəl şairəmiz Südabə xanım İrəvanlıya.
Hissləri, duyğusu qarışan gözəl,
Hicranla,həsrətlə pərişan gözəl.
Vəsfimə inamsız yanaşan gözəl,
Sən özünə mənim gözlərimlə bax .«Könül sevən göyçək olar» deyərlər,
Gerçək yarlar yarın gerçək öyərlər.
Hüzurunda bir heç olur dəyərlər,
Sən özünə mənim gözlərimlə bax.Könlüm istər bir yol düşəm səcdənə,
Bəlkə, heylə gəlləm imana, dinə .
Yaranmısan mənim üçün bir dənə,
Sən özünə mənim gözlərimlə bax.Xəyalın ən şirin röyadan ötə,
Cəmalın nur saçır ziyadan ötə.
Qalibə dünyasan dünyadan ötə,
Sən özünə mənim gözlərimlə bax.27 noyabr 2015.saat 15:42
Lap, əzəldən rus ilə fars yağımız ,
Dərbənd boyda , Təbriz boyda dağımız !
Rus əliylə getdi Qarabağımız ,
Dərələyəz , Göyçə , Zəngəzur , ellər ,
Daha bu qəflətdən oyan , dur , ellər !Dığa məskən salır Türk yurdlarında ,
Әl-qolu bağlanıb Bozqurdların da !
Daxilimizdəki manqurtların da
Şanlı tarixini tərs yozur , ellər ,
Daha bu qəflətdən oyan , dur , ellər !Dığaya Rusiya edir köməyi ,
İranın da vardır xeyli əməyi !
Riyadır « müsəlman qardaş » deməyi
Farsların iç üzü , bax budur , ellər ,
Daha bu qəflətdən oyan , dur , ellər !İki yüz ildir ki , müdam yatırsan ,
Yatdıqca batırsan , vallah batırsan !
( Bəlkə yuxularda kama çatırsan ?! )
Yatanlar həmişə uduzur , ellər ,
Daha bu qəflətdən oyan , dur , ellər !Qalib Şamxaloğlu səsləyir səni ,
Әcdadların ruhu izləyir səni !
O girov torpaqlar gözləyir səni ,
Döyüşdə yağını əz , yoğur , ellər ,
Daha bu qəflətdən oyan , dur , ellər !26 noyabr 2015
-
Abdulla MƏMMƏD.Şeirlər
YAMAN DARIXMIŞAM TƏNHALIQ ÜÇÜN
(Fransız dili müəllimim,görkəmli ziyalı,şair-pedoqoq Hafiz Rəhimə)
Yaman darıxmışam tənhalıq üçün,
Bu qaynar dünyanın yadam içində.
Bəhanə gəzmirəm ayrılıq üçün,
Adam arayıram adam içində.Əliylə gor eşir hərə özünə,
Yenə haqqın yolu dumandır,çəndir.
Ehtiyac şahid tək durub üzünə,
Düzlərin başında ağaran dəndir.Əyrilər qət edir hazır yolunu,
Düzlər düzdə abır saxlayır nədi?
Yenə də fikirlər azır yolunu,
Bu dünya kökündən laxlayır nədi?Bu dünya düzlərin üzünə gülmür,
Düzlərin oxları dəyir daşlara.
Bəs niyə Tanrının daşı tökülmür,
Dinlə pərdələnən həris başlara?!Maskası yırtılmır riyakarların,
Aldana-aldana allanır üzlər.
Artır əyrilərin havadarları,
Yenə dərd əlində hallanır düzlər.Düzlər düzdə qalır ahıl yaşında,
Əyrilər təlaşlı,qovğalı gəzir.
Papaq ucuzlaşır qadın başında,
“Mujiklər”qulağı sırğalı gəzir.Hər çalan havaya uyanlar artır,
Çatışmır parayla ölçülən havm.
Mılləti yalanla soyanlar artır,
Şükür- sümüyümə düşmür yad hava.Çoxunun dünəni çıxır yadından,
Gözlər ayaqların altını görmür.
Danışmaq dəb düşüb xalqın adından,
Keçən üzdən keçir altını görmür.Bu torpaq nə qədər cibə daşınar?
Hələ də daşını saxlayır ALLAH.
Buraxıb dünyanı bbbaşlı-başına,
Başlılar başını saxlayır,ALLAH!Bəhanə gəzmirəm ayrılıq üçün,
Bu qaynar dünyada yadam içimdə.
Necə darıxmayım tənhalıq üçün
Adam aradıqca adam içində?!Azərbaycan.Quba
31.07.1999.GECƏLƏR GÜNDÜZLƏR
(Şair dostum Yavuz Cəlilə)
Gecənin sükutu,gündüzün küyü-
Ovsunlu görünür bu günlər mənə.
Gündüzün əlindən gözünü döyüb,
Gecə tənhalığı düyünlər mənə.Gecənin üzündə süni təbəssüm,
Gecənin gözündə ögey işartı…
Gündüzlər arxamca sürünən ölüm,
Gecələr önümdə gözün ağardır.Bezikib qulağım boş vədələrdən ,
Gözünü gizlədir “gəl-gəl” deyənlər.
Gündüzü ötürüb daş vədələrdə,
Gecə baş girləyir daşı öyənlər.Yorulur gümanı gəzən gözlərim,
Susayır ürəyim dərd çəkə-çəkə.
Yolları həsrətlə üzən gözlərim,
Damır misra-misra, yol çəkə-çəkə.Əriyir günlərim vaxt axarında,
Gecəli-gündüzlü ömürdür gedən.
Yollar tək yapşıb ayaqlarımdan,
Hallalım qoyarmı haramı güdəm?!Gündüzlər dünyadan bəzən əllərim,
Gecələr havadan aslı qalır.
Ovcunda ürəyə dözən əllərim,
Tənha bir qüssədən asılı qalır.Taleyim Tanrının ixtiyarında,
Əllərim varağa ürəyim açir.
Ürək boşaldiqca söz axarında,
Ruhum sübh çağının dalınca qacır…Bu da bir ömürdür ağlı-qaralı,
Qarişir gecəmə gündüzüm mənim.
Gündüzün əlindən günüm qaralır,
Gecənin əlində gün üzür məniGecənin sükutu,gündüzün küyü-
Yaman ovsunlayır bu günlər məni.
Zaman dəyirmanı gündüzü üyüb,
Gecə tənhalığa düyünlər məni. -
Rahilə DÖVRAN.Yeni şeirlər
YOLLAR
Beşikdən qəbrədək bir məsafədir,
Insanın ömrünə uzanan yollar.
Hər yol bir nağıldır, bir əfsanədir,
Ömrün hər anına, uzanan yollar.Yollar var keçilməz, kəsəkli,daşlı,
Yollar var qaranlıq, dava-dalaşlı.
Bəzən yol gedərlər gözləri yaşlı,
Ömrün hər anına, uzanan yollar.Istəyə, arzuya zinət, yaraşıq,
Hər səyyah çıxdığı yoluna aşiq.
Ərəb saçı kimi olar dolaşıq,
Ömrün hər anına, uzanan yollar.Baxılmaz yolların çınqıl, daşına,
Əzm edib çatarlar mənzil başına.
Yolçular qovuşar, dost-sirdaşına,
Ömrün hər anına, uzanan yollar.Bir ucu vətəndir, bir ucu qürbət,
Bir ucda şəhərdir, digərində kənd.
Bəzən acı olar, bəzən şəkər, qənd,
Ömrün hər anına uzanan yollar.Çoxda ki, tufandır, dumandır, qardır,
Hər kəsin həyatda öz yolu vardır.
Dövrana hər yolda Allahı yardır,
Ömrün hər anına, uzanan yollar.28.11.2015.
D Ü N Y A M
Fırlanır,fırlanır bu dünya yaman,
Ötür aylar, illər,dəyişir zaman.
Mənimçün sehirli,hüdudsuz ümman,
İçimdə başqa bir dünyam var mənim.Şimşəktək çağlayan,buludtək dolan,
İlin dörd fəslində bahar,yaz olan.
Gözəllik aşiqi,ondan zövq alan,
İçimdə başqa bir dünyam var mənim.Parlayan günəşdir şövq ilə yanan,
Azan sədasıyla qalxıb oyanan.
Allaha,Qurana,Haqqa inanan,
İçimdə başqa bir dünyam var mənim.Bu dünya, ömrümün zəri,bəzəyi,
Bu dünya, bəxtimin solmaz çiçəyi.
Bu dünya, Dövranın sevən ürəyi,
İçimdə başqa bir dünyam var mənim.27.11.2015.
-
Rəhim MEHNƏT.Yeni şeirlər
NƏ GÖZƏL
Bir sevginin qucağına sığınmaq,
İyləyib ətrini çəkmək nə gözəl.
Xəyalından, fikirindən pay ummaq,
Sarılıb cısmini bükmək nə gözəl.Həsrətinə alışmağın gözəldi,
Röyasına qarımşağın gözəldi.
Küsüb tez də barışmağın gözəldi,
Yaxasında çiçək əkmək nə gözəl.Sarı simi inildəyən eşq sazı,
Ürəkləri ofsunlayan avazı.
Məhəbbətlə hecalanan hər yazı,
Misra-misra qala tikmək nə gözəl.Sədaqətdir çoxu, azı dünyanın,
Ləyaqətdir qışı, yazı dünyanın.
Özündən də bu narazı dünyanın,
Sevib şərbətini içmək nə gözəl.28.11.2015
BU ŞƏHƏR və SƏN
Bu şəhərin sən qoxuyan,
Həsrət dolu küçələri.
Uzaqlardan seyr eləyib,
Köks ötürüb neçələri.Keçdiyimiz bu küçələr,
Sənlə, mənlə, yol gedirdi.
Hər dönəndə, hər dalanda,
Bir birini itirirdi.İldırımın ah naləsi,
Külək yolan yarpaqların.
Yol kənarı çıraqların,
Pıçıldayan titrək səsi.Sən yadıma saldın yenə,
Həm gündüz, həm gecələri.
Bu şəhərin sən qoxuyan,
Həsrət dolu küçələri….27.11.2014
-
Eldar Nəsib SİBİREL.”Şair Haqq yolunda…”
Ey medal ölüsü, təltif ölüsü,
Ey şöhrət ölüsü, tərif ölüsü,
Misranı beynimə mismarlama gəl.
Bu gün dilin üstə can verən sözü
Əl altdan sabaha ismarlama, gəl.Səsin öz başına düşməsin, qağa?
Köksün öz qəlbinə genmi, darmı-gör.
Sabah bu vətəndə dəfn olunmağa
Qəbrinə bir qarış torpaq varmı? gör.Aldığın təltifi köksünə sıxıb,
Yamanca ayırdın özünü xalqdan.
Sənətə bir qazanc yeri tək baxıb,
Haqqı taptalayıb, danışdın haqqdan.Mədənə bağlandı qəlbin, ürəyin
Səsin qəlbindən yox, qarnından gəlir.
Unutma bu xalqın duzu, çörəyi
Getməz, belə getməz burnundan gələr.De, şairlik hara, məddahlıq hara?!
Kimdən bu xislətə inam dilərsən.
Şair xalq yolunda çəkilər dara.
Sənsə xalqı satıb, hökmüdarından
Mükafat dilərsən, ənam dilərsən.Gedər bu var-dövlət, ürəyin bir vaxt
Səni öz içindən haraylar, səni……
Adam tək ağ günə çıxartdı, ancaq
Şair tək öldürdü saraylar səni.Ey məddah, ey yaltaq, çəkil kənara.
Haqqın şairinin qoy səsi gəlsin.
Ölü ilhamını get, göm məzara
Bahar ilhamların nəfəsi gəlsin.
Şair öz xalqının olar içində
Şair öz xalqının ölər içində.28.01.1999.
-
Elnur RƏSULOĞLU.”Gözəl!” (Qarğışnamə)
Qız adın daşımaq səninçün deyil,
“Qızlıq dünyası”na ləkəsən, gözəl!
Görüm bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl!Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl!Bütün bədənini bürüsün irin,
Uzaqdan “gəl” desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl! -
Nail DAĞLAROĞLU.”Bu dağların hər havası gözəldi”
Əziz dostum Rafiq Tağıyev məndən soruşdu ki, Dağlarda havalar necədi? Məndə bu cavabı yazdım.
Əziz dostum, soruşursan dağları,
Bu dağların hər havası gözəldi.
İşlərini başa vurub bağları,
Xəzan vurub yarpaqları xəzəldi.Qar ələnib elə bil ki, qocalıb,
Qocalıqdan gözümüzdə ucalıb.
Səmadakı buludlardan bac alıb,
Boyüklüyü taa qədimdi əzəldi.Anamızdı, Atamızdı bu dağlar,
Hər fəsilin, hər havanın yeri var.
Nail deyər tükənməyən arzular,
Dağlar üçün müqəddəsdi, özəldi. -
Mais TƏMKİN.”Çətindi”
Hər kim ki dərd-qəmə eyləsə vərdiş,
Güləmməz üzünə dövrani-gərdiş.
Bir insanda oyanmasa dirçəliş,
O insanın cəhaləti çətindi.Ağlın varsa, ləkə yaxma ad-sana,
Qoy gülməsin qohum sənə, yad sənə.
Daldalarda qeybət qıran insana,
Aşkar demək həqiqəti, çətindi.Sən sözü de, söz içində bişənə,
Məzəmmət kar etməz sözdən şişənə.
Nəsihət anlayıb, başa düşənə,
El tənəsi, el töhməti çətindi.Namərdi bir anda məhv etmək asan,
Səbr etmək müşküldü, səhv etmək asan.
Düşmən zərbəsini dəf etmək asan,
Dostun dosta xəyanəti çətindi.Haqq sözümü bəyan edim bir daha,
Tülkülər önündə susub şir daha.
Fitnəkar insanın qadir Allaha,
Saf sevgisi, məhəbbəti çətindi.Şairsənsə, söz bağından inci dər,
Mənasız söz qəlb ağrıdar, incidər.
Mais Təmkin, yaratmasan incilər,
Yaşatmağın bu sənəti çətindi . -
Elnur ABDİYEV.Yeni şeirlər
* * *
Şair çəmən-çəmən uçan kəpənək,
Güldən şirə əmən bal arısıdır.
Kim deyir,sözünün əri ol ərtək,
Şairlər sözünün lal qarısıdır.Əlində deyil ki, taleyi sözün,
Sən onu yazmırsan,o yazır səni.
Bəzən unudursan,özünü özün,
Özündə olmasan,o tapır səni.Ünvanın soruşsan,sor haralıqdan,
Sakindir,sükunət deyildir yeri.
Bir də görürsən ki,qanqaralıqdan,
Doğulur dünyanın ən gözəl şeri.Hikməti bilinmir,hikmətsiz deyil,
Nədir hallandıran qəlbimdə sözü?
Nəticə vardırsa,səbəbsiz deyil,
Elə nəticədir,səbəbin özü.Bunu dərk edirəm,o mənlik deyil,
O mənim mənimin qışqırtısıdır.
Şairi eşqinin yol yoldaşı bil,
Şeirsə, Allahın pıçıltısıdır* * *
Sənə sənsizlikdə hey öyrəşirəm,
Adına sözümlə heykəl yonuram .
Özümə dönəndə özgələşirəm,
Özümdən dönəndə özüm oluram.Kədər hər gün oyur,ruh-ruh vücudu,
Sevgimdən zamana başdaşı yonur.
Həsrətin gözümdə can verir budur,
Sənsizsə ruhumun yaddaşı donur.Özün düşünənlər bizi nə anlar?
De,daşlar su haqda fikirləşirlər?
Özünə dönəndə özü olanlar,
Özündən dönəndə özgələşirlər. -
Əlirza HƏSRƏT.Yeni şeirlər
DOSTLARIM
Dost sözü dilimdə müqəddəs andım,
And içib,elə dost oduna yandım.
Ömrün etibarı,ilqarı sandım,
Dost üçün canından keçən dostları.Bir dost ətəyidir hər sevən ürək,
Üz tutan,əli boş dönməsin gərək!
Dünyanın ən gözəl hədiyyəsi tək,-
Sevən ürəyimə köçən dostlarım.Bu necə sevgidir,bu nə pir elə?
Dost qəmi adamı əridir elə.
Ruhumun ibadət yeridir elə,-
Ölüm aramızdan seçən dostlarım.QƏRİB AYAQ İZLƏRİ
Yolların göz yaşıdır,
Qərib ayaq izləri.
Bu yolun harasında,-
Durub sayaq izləri?Ah bu mizrab-sim belə,
Görməyib tilsim belə.
Bu yollara kim belə,-
Vurub dayaq izləri?Şam tutub dərd-sərimdən,
Ruhum çıxır tərimdən.
Bu yumruq əllərimdən,-
Getməz bayraq izləri. -
Kənan AYDINOĞLU.”Qədəmin atanda yenə də qadın”
Səhərlər narahat boylanan günəş,
Ovsunlu baxışla yenə oyanar.
Fəqət dodağından bir kəlmə çıxsa,
Bu dünya qayğıya, nura boyanar.Qədəmin atanda yenə də qadın,
İsinir qəlblərdə yad olan hisslər.
Bir anda dərdini qəlbə söyləyir,
Sevincdən, fərəhdən şad olan hisslər.Bir günün sevinci, fərəhi demə,
Alta-alta yazılan şerə dəyərmiş.
Ömrümdə özüm də bilməzdim ki, heç,
Önündə təbiət başın əyərmiş.Keçdikçə ömürdən günlər qatar tək,
Qayğılı gözləri arayır nəsə.
Ürək həssas olur bir uşaq kimi,
Dodaqdan süzülən adi bir səsə.Solsa pianonun üstündə güllər,
Qadın nəfəsindən oyanacaqlar.
Hüsnünə tamaşa etməkdən ötrü,
Gəlib dəstə-dəstə dayanacaqlar. -
Şəhanə CƏFƏROVA.”Mənim ürəyim”
Bu həyat çox canımı sıxır.
Sevgimi başqaları yox, sənin baxışların yıxır.
Niyə səni sevməyim boşa çıxır.
Dözə bilmir acılara mənim ürəyim!!
Səhvmi edirəm səni sevməklə?!
Gözlərim kor olmuş yalnız səni görməklə.
Bəlkə də sən düz edirsən getməklə.
Döyünmək istəmir mənim ürəyim!!
Bilmirəm məni sevirsən?!
Bəlkə də mənə yalan deyirsən…
Deyəsən mənim qismətim sən deyilsən.
Hər şeyə çox tez inanır mənim ürəyim… -
Elçin Azər SÜLEYMANOV.”Leyləklə Qazanın nağılı…”(Təmsil)
Bu gün sizlərə danışacağım hekayə əsrlər öncə Aralıq dənizində yerləşən Kipr adasının Beşbarmaq dağlarında zəhmətinə bəhrələnən Leylək dəstəsində yaşayan ana leyləyin hekayəsidir…
Leyləklər aramla illərdən bəri Beşbarmaq dağlarının zirvələrində zəhmətləriylə səbət qurur, yaşayırdılar.İctimai , sosial-bəşəri düşüncələriylə bütün insanlığa dərs verirdi leyləklər…
Həyat elə gözəllikləriylə onları sevindirir, gələn xəzan yeli onları üzgün edir , qışda isti ölkələrə köçəcəklərindən xəbər veridi.Bununla Beşbarmaq dağları bir fəsli onlarsız sanki, çılpaq zirvəsində yalnızlığının yorğunluğu ilə uğuldayırdı…Bu aramla həyat Leylək dəstəsində davam edirdi…Onlar müqəddəs Məkkə, Mədinə torpaqlarına qədər isti ölkələrə səfər edir, soyuq qışı orda keçirir, halalıqlarıyla yaşayırdılar.Bu müqəddəs torpaqlara hər il səfər etdiklərindən adlarının qarşısına toplum Hacı sözü əlavə etmiş , onlara hacıleylək adını vermişdilər.Bu halal quşlar heç zaman harama əl uzatmır , haqsızlığa səbrləriylə sinə gərirdilər.Çünki, səbir vicdanın aynası ,təlim və tərbiyə onun açarıdır…
Bir gün gələn qış küləyi yenə hacıleylək dəstəsini Beşbarmaq dağlarından köç etməyə vaqe etmişdi… Qoca leylək yumurtalarını qanadlarına alıb, uçmaq istərkən bir yumurta fərqinə varmadan səbətə düşmüşdü… Üstəlik yumurtaları çox olduğundan yemək qazanını bu il özüylə götürməyəcəyini ona dedi.Bu o qazandı ki, sahibsizlikdən pas atmış çürüyürdü.Ana leylək onu qanadlarıyla Beşbarmaq dağlarının zirvəsinə qaldırıb səbətinin yaninda yer etmiş, onu çürüdən paslarını təmizlətmiş, hər gün onu ehmalca yuyub, qurulayıb qazan etmişdi…Amma bu dəfə yaşlaşan ana leylək yumurtalarını ancaq özüylə isti ölkələrə götürə bilərdi…Bununla qazan xəbisliyindən əl çəkməyərək,ana leyləyin əziyyətlə çör-çöplə düzəldib yuva etdiyi səbətinin üstünə oturdu və “birdə burdan qalxmaram,qayıdanda qoy yuvasız qalsın”-dedi.O elə oturmuşdu ki , ana leyləyin unutduğu yumurtanı əzmiş, yumurtanın içindəki ətcə balanı da öldürmüşdü.Səbətdəki leylək lələklərini özünə yapışdıran qazan özünü leyləyə bənzətmək istəmiş , kin və kinayəsindən düşdüyü boş qazanlığının fərqinə belə varmamışdı… Atalar demiş cücəni payızda sayarlar… Ana leylək leylək qatarıyla dincəlmək üçün arana enmiş, yenicə həyata boylanan ətcə balalarının sayındakı əksikliyin fərqinə varmış, dərhal balalarını qonşu leyləyə təhvil verib, üzü Kiprə-Beşbarmaq dağlarına sarı qanadlanıb yol almışdı…Haqqın qanadı bükülməzmiş; Bir zaman leylek qatarıyla gəldiyi yolu indi tək-tənha qayıdırdı unuttuğu balası uğruna…Haqqın yolunda nə qədər tək olsanda Allah səninlə olar bu yolçuluqda.Bu yolçuluq üçünsə ilk özünə inam lazımdır.İnam isə özünə güvənməkdən keçir…Oysa Hacı Leylək olaraq tək dönür fırtınalı havada göydən yerlərə baxır insanlığın çözə bilmədiyi düyünlər haqqında fikirləşir uzun günlərdən sonra uçub Beşbarmaqa çatırdı…Amma yazıq leylək nə bilərdi ki, onu burda da sınaqlar gözləyirmiş…Unutduğu ətcə balasını götürməyin ümidiylə gələn ana leylək nə bilərdi ki , içi boş qazan onun səbətini vəhşiliyi ilə zəbt edib ,üstəlik səbətdə qalan yumurtanı əzib öldürüb.Bununla yetinməyərək leylək lələklərindən kinayə ilə üzərinə yapıştırıb, səbəti ələ keçirərək mən LEYLƏYƏM burada mənim YUVAMDIR- deyib hamını aldadıb…Nə qədər desədə, bir atalar sözü var “el gözü tərəzidir”- deyə… (daha&helliip;) -
Qabil ƏDALƏT.”Həsrətimə toy tutacam”
Gecənin sənsizliyinə bűrűnűb…
Mahnı bəstələyirəm
Sükutun addım səslərini
Notlara duzub.
Həsrətimə toy tutacam Bu gecə….Divar kağızlarından qoparıb
Gűl dəstələyirəm.
Xatirəndən qopub dűşműş űmidlərlə
Qol qaldırıb oynayacam,
Həsrətimə toy tutacam Bu gecə…Arsızlığıma salıb
Kədərimi űstələyirəm…
Ətrin qalmış geyimlərini yuyub suyunu
Yűz yűz vuracam
Həsrətimə toy tutacam bu gecə…