Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 181 - 240 of 511 NƏTİCƏLƏR
Ana səhifə

Coşqun XƏLİLOĞLU.”İnsaflı oğru” (Hekayə)

Post Views: 50     “İnsanı ömründə peşmançılıq əzabı qədərdaxilən tərbiyə  edən  başqa bir hiss  yoxdur”.  Fridrix Şiller   Ağır müharibə illəri idi. Kəndin başı papaqlılarını aparmışdılar davaya. Yaşayış gündən-günə çətinləşirdi. Gülpəri arvad beş balaca-balaca uşağı ilə qalmışdı kiçik bir damın altında. O, səhərdən axşama kimi işləyir, toyuq-cücə bəsləyir, bir də olmazın əziyyətə qatlaşaraq iki inək saxlayırdı ki, körpələrinə …

Ana səhifə

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində Əli Əmirovun (Ələmi) növbəti şeiri

Post Views: 46 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına bugünədək bir çox tanınmış şair və yazıçılar qoşularaq, əsərlərini təqdim etmişdilər. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) …

Ana səhifə

Coşqun XƏLİLOĞLU.”Ekiz qardaşlar” (Hekayə)

Post Views: 57       Həsən kişinin iki ekiz oğlu var idi. Oğlanlardan birinin adı Musa, o birininki İsa idi. Bu əkizlər o qədər oxşayırdılar ki, onları fərqləndimək belə çox çətin idi. Qohum-qonşu uşaqları ayıra bilmirdilər. Lap kiçik yaşlarından İsanın sakit və ağıllı, Musanın isə dəcəl və qoçaq olduğu bəlli oldu.    İsa və Musa böyüyüb məktəbə getdilər. Həmin …

Ana səhifə

Coşqun XƏLİLOĞLU.”Quruçay” (Hekayə)

Post Views: 47    Otağımızın qapısı döyüldü. – Buyur, gəl,-  dedim.   Oqtay idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu.   Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Oqtaya. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə  Nahid bir-birinə baxıb güldülər.      –Ayə, bu Quruçay – Oqtayı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir.  Adam da utanır, ”yoxdu” …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.”Əl açdım əyildim Namaza min yol”

Post Views: 78 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Əl açdım əyildim Namaza min yol,Razımı Allahım bəndəliyimdən.Peyğəmbər eşqinə əyildim öldüm,Mən yandım kül oldum yandım o, gündən. Quranı üç öpüb alnıma qoydum,Yuxumda kəbəni bir yol da keçdim.Haqq dedim, yüyürdüm mən haqqa döndümO,suru o,nuru …

Ana səhifə

Astan Qasımovu doğum günü münasibətilə təbrik edirik! (10 aprel 2003-cü il)

Post Views: 44 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Qasımov Astan Zakir oğlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti

Ana səhifə

Nemət TAHİR.”Sevinc bizdən uzaq idi”

Post Views: 39 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Sevinc bizdən uzaq idi,Kədərin də üzü döndü.Bumeranqdır sanki həyat,Nə etdiksə,bizə döndü. Haqq yoluna üz qoyduq.Yaramıza duz qoyduq.Qəlbimizə buz qoyduq.Buz bir anda közə döndü. Günah da yük,savab da yük.Qələm balta,vərəq kötük.Günahları edam etdik.Savabımız sözə …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.”Cənnətmi, anamın ayağı altda”

Post Views: 73 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Cənnətmi, anamın ayağı altda,Gündə min yol öpür əyilirəm mən.Saçın da ağ gəzib üzüldüyüm də,Qayğında bir ölüb dirilirəm mən. Nurundan pay aldım a mehribanım,Duan da varlığım əzbərə döndü.Zakirin durnası köçüb gedəndənEşqimin alovu o gündə …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.”Uzansam gecələr çəkilməz olmur”

Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Uzansam gecələr çəkilməz olmur,Yuxular gözümdən tez uzaq düşüb.Pəncərəm toz basıb gedəndən eləMən yazıq, sən ölü eşqimiz qalıb. Bir eşqin adından yazdım eşitməz,Ay da şahidliyə yaxına durmaz.Bir susdun göründün yox oldun yenə.O gündən saatlar …

Ana səhifə

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası Xanım Mehdixanlının “Ana təbiətin qəzəbi” hekayəsi ilə davam edir

Post Views: 45 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası keçirərək, koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #EvdəQal çağrışını dəstəkləyir.Növbəti yazar, kitabxananın Fəxri oxucusu uşaqlar üçün hekayələr, nağıllar yazan Xanım Mehdixanlı (Xanımbacı Məlikzadə) “Ana …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.”Bəlkə də bu boyda haq etməmişdim”

Post Views: 38 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Bəlkə də bu boyda haq etməmişdim,Ağlasam gözüm də yaşı silən yox.O, sevdi o, gördü o, da bitirdiHələ mən getməmiş bitirməmişdim. Getdimi, ömrümün payızı qaldı,Bir bahar qəlbimin üstünə qoydum.Nə oldu, elə bir çətin sualdıÇox …

Ana səhifə

“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı

Post Views: 40 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən  “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlandı. Yeni növ  koronavirus (COVID-19) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə …

Ana səhifə

Xalq şairi Zəlimxan YAQUB.”Bu yaşıl ağacın altı bizimdi”

Post Views: 825 Kök üstə budağı neçədi, bildim,Budaqda yarpağı neçədi, bildim,Salxımı, saçağı neçədi, bildim,Bu yaşıl ağacın altı bizimdi. Saçağı tərpənir tellərin kimi,Yarpağı oynaşır əllərin kimi,Düyməsi açılıb tüllərin kimiBu yaşıl ağacın altı bizimdi. Bu sevgi, bu layla, bu beşik bizim,Çəkər növbəmizi bu keşik bizim.Nəyimizə lazım ev-eşik bizim?Bu yaşıl ağacın altı bizimdi. Su içər sevginin kökü ömürdən,Sevgi …

Ana səhifə

İmadəddin Nəsiminin əsərləri boşnak dilində çapdan çıxıb

Post Views: 43 Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri, filosof İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Əlyazmalar İnstitutundan bildirilib ki, ön sözün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. …

Ana səhifə

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində keçirilən aksiya davam edir

Post Views: 67 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucuları olan yazıçı və şairlər “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə qoşularaq “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir. Kitabxana yazıçı və şairləri ətrafına toplayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci …

Ana səhifə

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi həyata keçirilir

Post Views: 44 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)  bir çox ölkələri bürümüş koronavirus infeksiyasi ilə bağlı bədii sözün gücünə arxanalaraq əhali arasında təbliğat işini gücləndirmək məqsədilə şair və yasıçıları ətrafına toplayaraq yeni “Kitabxana – koronavirusa YOX deyir!” layihənin həyata keçirilməsinə başladı. Kitabxana koronavirusla mübarizədə ətrafına şair və yazıçıları topladı və Koronavirusla Mübarizəyə …

Ana səhifə

Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə

Post Views: 61 Marina Axmedova İtburnu Həyat möhkəm sürüklədi apardı, Təsadüfən məni döndüyüm yerə. Ürəyimdə buz bağlamış ümidlər, Canlanıb ot kimi cücərdi yenə. Əyildi təkər də çıxdı yolundan, Sürət  ilə diyirləndi enişə. Sanki sözlər necə gəldi, nizamsız Tökülürdü sətirlərə təşvişlə. Ürəyim də hey çırpındı sinəmdə, Möcüzə gözləyən uşaq tək baxdı. Sanki  birdən peyda olub hardansa, …

Ana səhifə

Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 63 Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 mart 2020-ci …

Ana səhifə

Bir şəhid ailənin tarixçəsi – Araşdırma

Post Views: 37 Teymur ƏHMƏDOVAMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor, (Əvvəli ötən sayımızda)… Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: “Nəcəf Nərimanov …

Ana səhifə

“Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər – Rəşad Məcid

Post Views: 85 Rəşad MƏCİDAzərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Qala – Adam Hər adamın sığınmağaBir qalası olsun gərək.Bu qaynaşan pis gözlərdənBir xilası olsun gərək. Nicat yoxdu bolca vardan –Hündür divar, dik hasardan!Adamı daş adamlardanQala – Adam alsın gərək! Bu gələn gözəl, əladıYeriyən, gəzən qaladı.Bəlkə də təzə bəladıDinsin görək, gəlsin …

Ana səhifə

Şair-publisist İbrahim İLYASLI.Seçmə şeirlər

Post Views: 55 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri KİMDİ MƏNİ SƏSLƏYƏN Tanrım, görən mən kiməm,Nəçiyəm bu dünyada?-Bir payı quru torpaq,Üç payı su dünyada! Adım Peyğəmbər adı,Özüm adi bir adam.Bir də bu adilikdənBezib çıxan fəryadam. Qənşərində durduğum,Aynadakı mənəmmi?Ruhum mənə dardımı,Mən ruhuma binəmmi? Əvvəl-axır deyilənBir …

Ana səhifə

Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Post Views: 54 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı D Ö V R A N S I Z Açıb doğma yurdda ilk bahar gülü,Nərgizlər bəzəyib çəməni, çölü.Gül- gülü səsləyir, bülbül- bülbülüAçılıb bayram süfrəm sevdasız, yarsız,Qovuşduq Novruza bu il Dövransız. Hər zaman sevərdi toyu, …

Ana səhifə

Şəfa VƏLİYEVA.”Ədəbiyyat haqqında kim nə düşünür?”

Post Views: 55 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur. Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti …

Ana səhifə

Şəfa EYVAZ.” Bu axşam…”

Post Views: 42 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Mənim nə gülüşüm, nə göz yaşım var,Doğru bildiyiniz yalan adamam.Sevincin, şadlığın tamına baxıb,Özünə tamarzı qalan adamam. Hər gün əlçim-əlçim buluda dönüb,Özü-öz başına yağan yağışam.Bayırdan qurulu saray görünüb,Könlü içəridən talan adamam. Məni tanımağa …

Ana səhifə

Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”

Post Views: 38 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Bütün sətirlərim incidi məndən,Bir şair qəlbini sındırdığım gün.Didildi, dağıldı ruhum içindən,Bir şair qəlbini sındırdığım gün. Nə dedin bal dilim acıya döndü,Getdiyim düz yollar əyildi bütün.Dünyanın mən adlı işığı söndü,Bir şair qəlbini sındırdığım …

Ana səhifə

Xəyalə SEVİL.”İlahi, canım çox yandı”

Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü İlahi, canım çox yandı,Mənimki də oddan çıxır.İlahi, verdiyin ömrüSürmədikcə yaddan çıxır. Göy uzaqdı deyə qalxır,Dizin döyə-döyə qalxır.Ruhum elə göyə qalxırElə bil, qanaddan çıxır. Qaranlığın son gecəsi,Günəş üzü, gün təzəsi.Günlərimin ən təzəsiSən demə ən altdan çıxır.

Ana səhifə

Xəyalə SEVİL.”Mən hardan baxıram? -Sükut içindən”

Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Mən hardan baxıram? -Sükut içindən,İnsan sükutundan da bəlli olur.Üzümü göylərə tutub durmuşam,Sağ olsun, Tanrı da təsəlli olur. Külək döyəclədi, yağış islatdı,Payız ağacıyam, çöl ortasında.Nə məndən keçən var, nə mən keçdiyim,Elə bir yolam ki, yol ortasında. Eh! Sən …

Ana səhifə

Şairə Adilə NƏZƏR.”HU… dəli-dəli”

Post Views: 52 Sevgilim, qulaq ver gələn fəğana,Dinlə, gör nə deyir bu dəli-dəli.Çəkim saçlarımı gözümdən yana-Bax, necə çağırır, Hu… dəli-dəli. Sözün sözüm idi, andındı andım,Əydin, əyilmədim, amma ki, sındım.Mən odsuz-ocaqsız yandıqca yandım,Çilə atəşimə su dəli-dəli… Burada bir dəli qulun oynayır,Axtarır tapammır yolun, oynayır.Düşüb ortasına gölün oynayırSonuncu rəqsini qu dəli-dəli… Bir ağrı, bir acı atıbdı çəngəl,Gözümün …

Ana səhifə

İradə AYTEL.“Darıxmaqdan ölər adam!” (video)

Post Views: 46 Bilirsənmi, darıxmağın yöntəmini,İçin boyda çöl olarsan.Qaldırırsan saatları başın üstəBir gecəni nuş etməyə yad gəzərsən,Çölündəki özgələrdə od gəzərsən,Çölündəki özgələrdən əl umarsan.Bilirsənmi,DarıxandaBir baxışda min ah olar,Bir ümiddə neçə-neçə günah olar.Bilirsənmi, darıxanda cığır düşəryanağından bir işığa,o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,puçurlanar saçlarında bir gecənin min günahı,puçurlanar buxağında bir öpüşünbir ah boyda min tamahı.“Ah” səsinə bədən-bədən uçunarsan,bir …

Ana səhifə

Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə

Post Views: 53 Şeyit-Xanum Alişova Ad günü – həyatımın başlanğıc günü, Parlaq, təntənəli keçməlidir bu günüm… Dostlarımdan eşitdim ki,  getmisən hədiyyə almağa, nə axtarırsan orda? Anlamıram, donluq parçamı seçirsən yoxsa? Nə alsan qəbulum, nə alsan dəyərlidir mənə. Lakin bütün bunlar mənasız. Əgər sevirsənsə, bu günü mənimçün gözəlləşdir, parlat, rəng qat mənim bu günümə. Ən gözəl …

Ana səhifə

Xatirə FƏRƏCLİ.”Suya düşən xəyallarım”

Post Views: 52 Suya düşən xəyallarım,Gün gülmədi üzünüzə.Hardan əsdi, hansı tufanQum üfürdü gözünüzə? Suya düşən xəyallarım,Od tutdu su, yandı qar da.Həvəslə qurulmuşdunuzHarda boşluq oldu, harda? Suya düşən xəyallarım,Sizi ki gerçək sanmışdım.Mən onsuz sizə qədər dəBelə qor alıb yanmışdım. Suya düşən xəyallarım,Qarşınızdan su axmadı.Elə yıxdı sizi yıxanNə çəkdiyimə baxmadı.

Ana səhifə

Rafiq ODAY.”Zalım dostların”

Post Views: 49 Öldü sonuncu ümid dəÜzündən zalım dostların.Yalnızlıq daha əfzəlmişYüzündən zalım dostların. Min düşmən üstünə hürsə,Dərd etmə ürəklər birsə.Araz qurşağından, KürsəDizindən zalım dostların. Cücərtməyir su hər dəni,Qəbul etmir bu pər dəni.Tanrım, qaldır bu pərdəniÜzündən zalım dostların. 08.03.2019.

Ana səhifə

İsmayıl İMANZADƏ.”Nədənsə”

Post Views: 47 Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Yoxmuş insanlığın “əlinin duzu”,Yaxşılıq nədənsə tez yaddan çıxır.Xoş söz əritməsə qəlbdəki buzu,Sonda qaşınmayan yerdən qan çıxır. Şirin xəyallarla ovunur insan,Kim deyir yalanın ömrü az olur?Ürək heydən düşüb üzüləndə can,Adamın çöhrəsi tanınmaz olur. Ömrü uzun imiç nisgilin-qəmin,Dərd əhli bilir ki, sızlamaq nədir.Nədənsə əzəldən bir ağlı kəmin,Bəxti yeyn …

Ana səhifə

Əziz MUSA.”Darıxanda bu şeirimi oxu sən”

Post Views: 52 Harda qaldı o xoş günlər, zamanlar,Nə tez ötdü sevinc dolu səhərlər,Yaddan çpxmaz gülüm vallah, o anlarZülüm varmı ayrılıqdan de, betər. Ah çəkməkdən dilim, ağzım alışır,Unutmadım ay fəfasız mən səni.İndi fikrim o yollarda dolaşır,Niyə axı tez unutdun tez məni. Eşqin ilə çox nəğmələr yazmışam,Ürəyimdə yuva qurub həsrətin,Qatarından ayrı düşən bir quşam,Qulağımdan getmir sözün, …

Ana səhifə

O, Qadındır… – Günel EYVAZLI yazır

Post Views: 51 On illik kölə… İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım…Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: “Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük …

Ana səhifə

Bəlkə mənim şerim də sənin odan kimi dar-dağınıqdı, nə yapalım… – Əkbər QOŞALI – şeirlər

Post Views: 56 Küskün dostun divanisi Gah coşardın, gah susardın – halların hal deyildi,Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..Hər sözündən tük çəkirsən, qüsur çıxır birbəbir,Sən deyildin yardan gələn sözü fərman eyləyən?.. Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya…Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya…Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,O da dedi nə gec …

Ana səhifə

“Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır”

Post Views: 49 Çində ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusun (COVID-19) yayılması insanlarda gigiyena qaydalarının qorunmasının vacib amillərdən olduğunu isbat etdi. Bu qorxunc bəlaya qalib gəlmək üçun birlik nümayiş olunur. Ölkəmizin hər yerində insanları maarifləndirməyə yoluxmanın qarşısının alınmasına  kömək etməyə çalışırlar. Bu mühüm işdə yazarlar da biganə qalmayaraq öz dəstəklərini …

Ana səhifə

Kitabxananın növbəti virtual turu: Xızı rayonuna səyahət

Post Views: 54   Kitabxananın növbəti virtual turu: Xızı rayonuna səyahət Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində iki hissədən ibarət olan növbəti videoçarx hazırlandı. Bu layihəyə bir çox rayon və şəhər MKS-ləri cəlb edilib. Ən çox fəallıq göstərənlər arasında Xızı, Qax, …

Ana səhifə

“Vətənimizə virtual səyahət”: Bərdə rayonu haqqında videoçarx

Post Views: 86 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti virtual tur təşkil etdi.  Videoçarx qədimdə Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdə haqqındadır. Bərdənin ərazisi Qarabağ düzünün mərkəzi, Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Videoçarxda Bərdə rayonunun tarixi …

Ana səhifə

“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlandı

Post Views: 59 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də iştirak edirlər. Növbəti videoçarx Azərbaycanın əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncə haqqındadır. …

Ana səhifə

İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Post Views: 40 -Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir. Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün …

Ana səhifə

“Vətənimizə virtual səyahət” adlı layihə gerçəkləşdi

Post Views: 37 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilməyə başladı. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər. İlk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun …

Ana səhifə

Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 8. “Baybörə oğlu Bamsı Beyrəyin boyu”nun dilində işlənən nitq etiketləri”

Post Views: 53 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİKeywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, …

Ana səhifə

Təhminə VƏLİYEVA.”BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏ NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ”

Post Views: 46 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com Açar sözlər:İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan idealı, dövrə münasibət, ictimai problemlərin əksiKey words:İmadaddin Nasimi, hurufism, nasimism, the …

Ana səhifə

Kitabxanada Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi qeyd olunub

Post Views: 76 Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı tədbir keçirib. İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara Bəşir Səfəroğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan …

Ana səhifə

Teymur ƏHMƏDOV.”Nəriman Nərimanov bu gün bizimlədir…”

Post Views: 71 2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.Nəriman Nərimanov 1870-ci il aprelin …

Ana səhifə

Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub

Post Views: 43 Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub.Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib.“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.Mənbə:http://edebiyyatqazeti.az/

Ana səhifə

Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeirləri Özbəkistan mətbuatında

Post Views: 43 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və …

Ana səhifə

Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti “Ulduz” jurnalında işıq üzü görüb

Post Views: 53 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb.Qeyd edək ki, …

Ana səhifə

Şəfa VƏLİYEVA.”Düşüncə döngələri…”

Post Views: 46 “Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya  sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın …

Ana səhifə

Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 38 Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində …

Ana səhifə

Kənan AYDINOĞLU.”Olsun”

Post Views: 41 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Deyirəm, gəzdiyim ana torpağın,Hər qarış torpağı gül-çiçək olsun.Bitsin bənövşəsi, laləsi belə,Gözümün önündə tək göyçək olsun. Qədir bilən bu elin, bu obanın,Şair üçün əyilməz bir ananın.Məğrurlar obası Azərbaycanın,Dizinin taqəti qoy çörək olsun. Bəndələr əməldə düz olsun gərək,Şairlər cahanda yüz olsun …

Ana səhifə

Kənan AYDINOĞLU.”Sözünə qurban”

Post Views: 42 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qardaşım Kamrana. On yeddi baharda, on yeddi qışda,Dediyin hər şirin sözünə qurban!Məğrurluq eyləyib igidtək duran,Sənintək igidin yüzünə qurban! Anamın dayağı, balası sənsən,Mən köçsəm, cahanda qalası sənsən,Anamın könlünü alası sənsən,Cahana od tökən gözünə qurban! Dərdimin tapılan çarası kimi,Kənanın könlünün yarası kimi,Gözünün …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”

Post Views: 75 “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə Yolunu sal, oğul, doğma dağlara,Doyunca zirvələr gəz, qadan alım.Haray sal çiçəkli göy yaylaqlara,Bir dəstə bənövşə üz, qadan alım. Özünlə götürüb əsil dostları,Dolan təpələri, qalx dağa sarı.Yayın ortasında görəndə qarı,Götür yaz bir qatar söz, qadan alım. O bulaq, bu tala, o da ki …