Günorta idi səhərdən evdən çıxmışdıq. Bilgisayarın qabağındə boğazımız qurumuşdu. Xanımlara təklif etdim ki, gəlin gedək aşağıda çay içək onlarda qəbul etdilər. Əvvəlki həftələrdə təmizlik işinə baxan Xalidə xanımdan mətbəxdə çay içməyə icazə almışdım. Xalidə xanım olarmı burda çay içək demişdi niyə olmur gəlib içərsiz. Bu xanımların da, heç birinin imkanı yox idi ki, hər dəfə iyirmi qəpik verib çay alsınlar çünki, biri atasız dörd yaşında uşağa baxırdı. Uşaq da, bərk xəstə idi. Iki gün əvvəl Qurani-kərim müəlliməsi bu xanımın ağladığını görüb soruşur; Samirə sənə nə olub?! Samirə cavab verir: Əli bərk xəsdədir. Bu gün kiçik bayıra gedəndə uşağın daxilindən qan gəldi pulumda yoxdur ki, həkimə aparım. Müəllimə deyir xahiş edirəm uşağı gətir həkimə aparaq. Uşağı götürüb həkimə apardıqda bərk soyuqladığını deyir həkim. Elə dərmanları da, müəllimə alır. Bir az öncə bu məsələni də Samirə mənə danışmışdı. Digər qızımızın da, əlil bacısı, ata qayğısından uzaq ailəsi vardı. Nə isə aşağı düşüb yenicə stəkanları yumuşdum ki, Müdir köməkçisi Azad gəldi. Dedim; biz gəlmişdik çay içək elə bu sözü demişdim ki, sözüm ağızımda yarımçıq qaldı.
Bilirsiz xanım əslində sizin burda çay içməyiniz düzgün deyil. Soruşdum niyə? dedi: müdriyyət içazə vermir. əgər siz icazəsiz burda çay içirsizsə? bilinki, bu mal qəsbidir (halalığı yoxdur) dedim mən Xalidə xanımdan icazə almışam. Həmidəki, biz buranın tələbəsiyik axı… Nə olsun ki, siz buranın tələbəsisiz çay içirsiz çıxın yuxarı pul ilə alıb için dedim; bizim pulumuz yoxdur ki, hər dəfə iyirmi qəpik verib çay içək, belə də, pis çıxmasın bir yerdə işləmirəm bir şey eləmirəm pulu hardan alım? Həmin pulu yol pulu edərəm. İçməyin!!! Nə məcburdur ki, siz çay içəsiniz zəruridir ki, sizin çay içməyiniz. Xanımlar qapının ağızında quruyub qalmışdılar nə bir addım dala nədə qabağa yeriyə bilirdilər. Mən çayı süzüb qabağıma qoydum. Amma bunun da, düzgün olmadığını da, bilirdim. Sual etdim axı nədən Müdriyyət icazə vermir?! Çünki ayda yüz manat çaya pul verəsi deyilki…dedim başa düşmədim bu nədir ki, yüz manat pul tutsun bu su Allahın suyudur, çaya gəldikdə isə alıb gətirərik, siz Allah rizası üçün içərsiniz. Birdə ki, buranın baş müdiri ağayi-Nuridən halallığını alaram. Qiyamət günündə də, bunun cavabını Allaha verərəm deyib qapıdan çıxdım. Bu məsələnin şəri hökm olduğunu bilirəm amma əxlaqı yöndən yanaşdıqda belə bir islam dinin olmasına inanmıram Hz. Əli(ə) gecələri səhərə qədər yuxu yatmaz, yetimlərə, aclara, miskinlərə kürəyində yemək daşıyıb paylayardı. Heç kəs bilməzdi ki, bu Hz. Əlidir. Bu işi saleh insanlar, Peyğəmbər və Peyğəmbər övladlarının hamısı öz növbəsində həyata keçirib. Anlamıram bu qədər xüms pulundan imkanı olmayan tələbələr niyə yararlana bilmirlər?!. Bəlkə xüms pulu düzgün ünvana çatdırılmır?! Ya da, fətva verən müctehidlər imkanı olmayan tələbələri nəzərə almayıb…məni düşündürən bir məsələ var. Bu həftə vəhdət həftəsidir. Görəsən Hz. Rəsulu- Əkrəm s.a.s -in doğum gununu təmtəraqlı qarşılayanda bir stəkan çayı digər bir insana qıymayan insanlardan necə razı qalacaq??? Bu mübarək Allahın elçısı, yer üzünün xəlifəsi, yetimlərin atası… Mən sadəcə şəri hökm üzərində qurulmus islamı tanımıram tanımaq da, istəmirəm. Dinin üş əsas sütunu var. 1.Əqidə, 2.Əxlaq. 3.Əhkam. bunlardan sadəcə biri ilə yaşamaq tək ayaqlı yeriməyə bənzəyir. Belə insanlar isə heç vaxt Allaha doğru gedə bilməzlər. Belələrini görəndə islam dininə qarşı içinizdə ikrah hissi oyanmasın din başqa dindar başqadır. Həzrəti Rəsulu Əkrəmin gətirdiyi dini tanısanız yetər. Çünki O Allahın insanlar üçün xeyirli bildiyi şeylərdən başqa bir şey söyləmədi. Allah mənə çay alıb aparmağı, Azada isə insan olmağı nəsib etsin. Amin!
Author: Delphi7
-
Gülnarə İSRAFİLQIZI-“Həzrət Rəsulu -Əkrəmin gətirdiyi dini tanısanız yetər!” (Məqalə)
-
Osmanlı DƏYANƏT.Həyatı və Yaradıcılığı
Bayramov Dəyanət Osman oğlu – şair-publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Dəyanət Osmanlı 1965-ci il iyunun 15-də Gürcüstanda, Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən bir il sonra Azərbaycanda Sumqayıt Xovlu iplik fabrikində işləmişdir. Ordu sıralarında xidmət etmişdir (1983-1985). M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1986-1991). Əmək fəaliyyətinə “Mübariz” qəzetində şöbə müdiri kimi başlamışdır. “Fəryad” qəzetində şöbə redaktoru (1990-1992), “Azərbaycan” qəzetində müxbir, parlament müxbiri (1992-2005) vəzifəsində çalışmışdır.
Bədii yaradıcılığa 80-ci illərdə başlamışdır. “Köhnəlir ayaq izlərim”, “Yarı yolda qalan məktub”, “Söhbət” adlı ilk şeirləri “Ulduz” jurnalında (1990, №4)və s. dərc olunmuşdur. Bundan sonra “Ulduz”, “Azərbaycan” jurnallarında və “Ədəbiyyat və incəsənət”, “Dədəm Qorqud”, “Yol”, “Oğuz eli” və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. 1992-ci ildə yaranan “2+” ədəbi cərəyanın yaradıcılarından biridir.1992-1998-ci illərədə gənc yazıçıların “Avanqard” Ədəbi Birliyini yaradaraq ona rəhbərlik etmişdir.
1996-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür . “Ağ kitab” (1997), “İlk… Və… Son…” (2009) adlı şeir kitabları və altı publisistik kitabı nəşr edilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. 2006-cı ildən Azərbaycanda Atatürk Mərkəzinin baş redaktorudur.“4”
Həyatım darıxır, hara aparım,
sonu yazılmayan ömür – yarımçıq.
Nə bir gedən vardır, nə bir qayıdan,
hər iki dünyanın qapısı açıq.O yurd çox qocalıb tanıyammıram,
Yuxarı Şenniyi aşağı köçüb.
Oğullu, uşaqlı ocaq başının
tifağı dağılıb, tüstüsü uçub.Saraylar xaraba, qəbirlər durur,
orda sevinc ölmüş, qəmsə diridi.
Yurdsuzun, qəribin, dostun, düşmənin
sağ bəndədən rəhmət umduğu yerdi.Yasəmən kolları içində itən,
səmtin unutduğum o məzarlıqdan
atam yorğun gələr yuxularıma.
Xəyalı yaşayan bir bayatıdan
boylanıb, yolumu açar uzaqdan.O qəbrin yanından ötən cığırla
bəlkə min il əvvəl keçib getmişəm.
Aramızda yollar, şəhərlər durur.
Ruhum uyğudadı öz odasında,
mənsə hey gedirəm, mənzilin başı
qarışmış həyatın düz ortasında.***
Yuxumdan
üzüm bağları keçir,
içində payız bayramı.
Səni görmək umudum olmasa da,
payızın rəsminə baxıb ovundum.
Bu payız bayramı
Tut ağajıtək çırpır
istəkliləri,
dostları,
tökülür sevinj və jan əzabı
xəzəl kimi.Sən gedən yollar
çoxlarını aparmış,
kimsə sevgisindən yarımamış,
kimsə doya bilməmiş
Tanrı verdiyi ömürdən.***
Şairlərin doğulduğu,
öldüyü
yurddan da soyuğam.
Sənə məktublar yazıram
ayrılıq qorxusundan.
İnanma,
nə də gözləmə.Məndən umduğun sevgi
sonunju yay günüdü.
Yenə soyuqlar düşəjək,
üşüyəjək janımın dərdi
ayrılıq qorxusundan.İnanma və gözləmə,
burda sevgidən savayı
kimsə salamat qalmadı.***
Qardaşım,
kəndimiz yazıq olur axşamlar.
Sən tanıdığın o viranə ürək
bir az da talandı sevdalarla.
Unutdum ayrılığı və səni,
yağışın,
küləyin,
qaranlığın altında.Bir də məni gözləsən
daha günlər bitməz.
Tanrı yaşayan yerdə
sözə dönməyə ürək yox.Tökülür ilğım-ilğım istilər
quşların qanadlarından.
Amma ərimir bir divanənin
oxuduğu duaların buzu.
Qar çiçəyitək titrəyir hər təzə gün,
nağıla dönərüm xatirəndə.Gözlədim,
Novruz bayramında
gələsən səməni kimi.
Asdım tapa bilmədiyim şəklini
susqun süfrəmizin başından.
Gözəl keçirdik bayramı,
sən varsan,
sən varsan,
fərqi yox harda.***
Məzarlıq güllərinin
qoxusu qalmış hüznlü yollarla
yorulmadan uzaqlaşıram
Adəmin viranə vətənindən.
Burda karvanyeriş şairlər itmiş.Hər qəzadan sovuşub yaşayanda
nəmli və solğun uğurum
məzarlıq çiçəyi qoxuyur.
Sinə dağlarım sükut ujaldır.Yönü o dağlara tənha yolçuyam,
göylər qocalır çiyinlərimdə.
Gözlərim maviliyə toxunmadan
dikilir Qiblənin açıq qapısına.***
Yaşadım doyunja,
boşaldı balaja könlüm.
Janımı gün vurdu,
qurudu bütün günahlar.Səndən gizlətdiyim
utanjaq sözlər damır
uşaqlığımın yeganə şahidi
nimdaş şəkillər üstə
ürəyim dolanda.Biz dünyanın
üzünə çəkilmiş
doğulub,
ölən şəkillərik.
Şəkillərdə oxlanan
igidlər kimi göründük
son anlarımızda.Amma deyəsən,
surətimizi köçürərkən
fotoçu da sarsılıbmış,
baxışlarımızdakı qara xəbərdə
öz adını oxuyubmuş kimi.***
Günlər çox köhnədi,
yaşamaq olmur.
Yolu başa vurub qayıdammadım.
Yaşadım,
itirdim,
qazandım, amma
bir xatirə həyat uydurammadım.Mənə kim öyrətdi bu qədər sevim,
ya bir dərviş olum, ya şəhid düşüm.
Kimsə yox, uğrunda janımdan keçim,
ömür çox uzandı, heç usanmadım.Jənnətdə dirilik suyu içmədim,
göz yaşıydım Tanrı gözündən gəldim.
İstədim yaşayam, amma ki, öldüm,
təndə öz ruhumla yollaşammadım.Jənnət qismətimdən quş kimi uçdu,
hər şey ilk mənzildə qalası oldu.
Ölüm yalquzaqtək tənha dolaşdı,
dərgah çox soyudu, qovuşammadım.***
Hər səhər
üzümdən yuyuram günahlarımı,
daha da nurlanır.
Qəmlənirəm,
sevinirəm,
bu köhnə dərd,
sevinj
daha da təzələnir.Min ilin yağmurları
aramsız şütüyür
dünyanın üzündən.
Amma ömür təzələnmir.Bu tozlu həyatın içində
dalıyja qaçıram
məni gözləməyən
bir aqibətin.***
Ömür yaman uzandı,
yaşamağa gün qalmadı.
Torpağın özü jan verir,
bir məzar qazmağa yer də yox.Xoşja günlərim jan verməkdə,
payız qoxuyan
səbirli ağılar salamat.Getdim göy üzündə yaşayım,
ordan da ruhum qovdu.
Ölən sonunju umudun
qəbri buğda zəmisində.***
Mən inamsız yaşayıb,
imansız öldüyüm
ömrün vadisində
gün düşməyən uzaqların
kölgəsiz ağacıyam.
Nə ruzgar üzümü öpər,
nə yolcular kölgəmi.Min ildi bitmiş kimiyəm,
kölgəmə yürüyən bir yolcu yox.
Görəsən kimi gözləyirəm
axirətə aparan bu yolda.***
Bir soyuq ismarıjın ajısı qalıb
darıxdığım məmləkətdən.
Burda ujaltdım məhşərin heykəlini.Quşlar qanad-qanad
bahardan-bahara əsib qayıtmaz.
Bura azadlığın qanad saldığı yerdi.Mən gözümü qapasam
yenə də yaşarmısız
sevdaların qəzasından sonra
dərdindən öldüyüm günahlar.***
Həsrətin bu üzünə aşıb,
yolu sona varıram.
Ayaqlarımın altında
xınjılır təzə günlər.Qaçıram
həyatın xəlvət yerindən
Və mənim arxamja
əjəlin yanıqlı səsi
həyatın tozunu qaldırıb
örtür ömrün jəsədini.Yuxularıma çilənmiş qanımın
üstündən sellər yürümüş,
hələ də ömrün ağzı qan dadır.
Daha dualarım geri qayıdıb
örtür ömrün jəsədini.***
23 yaşımdan
təkjə sözlər qalıb
kiminsə toz basmış
xatirə dəftərində.Başımdan ağır sözlər
boynumu bükmüş.
O sözləri
qatarda,
avtomobildə,
təyyarədə
bir-bir salıb itirdim
Bakı-Borçalı yolunda.Və unutduğum şeylər
məni qaytaranda yolun yarısından,
gördüm
gənjliyimin evində
anamın göz yaşlarından savayı
diri qalan heç bir şey yox.***
Adıma kim nə diləmişsə,
gejəli-gündüzlü
yaşanmış olsun.Nə vaxtsa qapımdan
qayıdan ismarıjın
sözləri pozulmuş artıq.Yenə də qənşərmidə
qara niqablı və
doluxsunmuş bir həyat.Göz yumduğum qaranlıq,
göz açdığım sabahlar
yaşasın qələmimdən çıxan sözlərdə.Ufajıq bir nar kolu göyərsin,
üstündə oxusun quşlar
unutduğum qojahəsrət xatirəni. -
Nizami Xaliq MƏMMƏDLİ.”Şəhid taleyim” (Hekayə)
Müqəddəs şəhidlər xiyabanı. Bığ yeri təzəcə tərləmiş, üzündə, çöhrəsində hələ uşaqlıq cizgisi itməmiş Məzahir gözlərini anasına dikib baxır, hey baxır. Ömrünün hələ ümidli bir çağında Ümid adlı məfhumdan məhrum olan Züleyxa ana. Ana…beşikdən qəbir evinədək hər bir insan övladının deyə biləcəyi ən müqəddəs söz…
Bəli, Züleyxa ana da öz oğlu Məzahirə baxır, hər ikisi gözlərini bir – birinə tuşlayıb hey baxışırlar. Heç biri tərpənmir. Heç birinin gözündə ümid çırağı parlamır.
Ana bir anlıq öz balasının dünyaya gəlməyini xatırlayır. Körpə dil açır, ana deyir. Ömür gün yoldaşını itirən Züleyxa ana öz körpəsini bir qarın ac, bir qarın tox böyüdür. Əlindən tutub məktəbə aparır. Körpə övladının mərifət və qanacağı, gözəl biliyə və bacarıqlara yiyələnmək həvəsi anaya kimsəsizliyini, arxası , dayağı olmamağı unutdurur. Anada yeni arzular baş qaldırır. Xəyallar onu lap zirvələrə aparmağa başlayır. Zaman isə qaçır, tələsirdi. Körpə Məzahir isə bir göz qırpımında böyüyür, boy – buxunlu bir gəncə çevrilirdi. Ananın sonsuz arzuları həyata keçir, gerçəkləşirdi. Onun həyatda yeganə simsarı, kimsəsi olan oğlu indi ali məktəbə daxil olmuşdu. Ana xəyalının gerçəkliyi oğlunu bacarıqlı, vətənpərvər bir insan pilləsinə aparıb çıxarmışdı. Ehh… Fikirlər, Arzular, Xəyallar… siz doğrudan da əlçatmazsınız. Siz doğrudan da elə olduğunuz kimisiniz.
Ana xəyallarında uçduğu zaman özü də hiss etmirdi ki, gözlərindən gilə – gilə yaş süzülüb dərddən, kədərdən qırışmış solğun çöhrəsini isladıb. Ən müqəddəs. ən qiymətli olan göz yaşları əbədi yoldaşı və əbədi simsarı kimi indi də onu yalnız buraxmadı. Xəyallar ananın fikirlərini uzaqlara apardı, bir anlıq keçmişə qayıtdı ana. Öz qara bəxtini həsrətlə, ağrı acı ilə vərəqləməyə başladı…
– Ana, ay ana bu gün birinci kursu bitirdim, özü də əla qiymətlərlə. Ay ana baxarsan mən millətimin keçmişini tarixini öyrənən, onu gələcək nəsillərə ötürən bir körpü olacam.
– Ol, ay bala ol. Sənin boyuna qurban, sənin ağlına qurban ay oğul. Sən bilsən ki, sənin xoşbəxt gələcəyini görmək üçün bu 20 ildə mən nələr çəkmişəm.
– Bilirəm ay ana – deyə Məzahir dilləndi. Mənim də arzum budur ki. Sənə çəkdiyin bütün əzab – əziyyətləri, dərdləri unutdurum. Düzdür, dərd insana vurduğu zərbə ömrü boyu unudulmaz olur. Amma mən bütün səylərimlə çalışacağam ki, səni heç olmasa bundan sonra xoşbəxt edim. Axı analar xoşbəxt olmaq üçün yaranıblar. Bütün analar dərd yükünü daşıyan olur… Məzahir bir anlıq fikrə getdi. Axı insan xoşbəxt olacaqsa bu qədər dərd, qübar, əzyyət çəkməyi nəyə lazımdır ? Yox, yaradan yaratdığı kimsəyə əziyyət verirsə yəqin ki, onu xoşbəxt edəcək. Bəlkə bu bir sınaqdır…Məzahir özünə təskinlik vermək istəsə də alınmadı. Həyata gələn gündən bu günədək anamda, mən də zülm – zillət içində yaşamışıq. Elə axıracan da belə gedəcək.
– Mənə nə olub belə ? Mən ki, gələcəyə ümidlə baxmışam. Ümidli arzularla yaşamışam. Qorxuram nədi ? Əsla ! Mən məqsədimə çatacam ! Mən məğlub olamayacam ! Məqsədə çatmaq üçün bir yol var – Zəhmət. Mən o yolu qət edəcəm. Öz- özündə mübahisə aparan Məzahiri anasının səsi fikirdən ayırdı.
– Ay oğul sən fikirləşmə ki, mənim dərdlərimi unutdurmaq üçün nə isə etməlisən. Sən məktəbini oxuyub qurtarsan inşallah bir işin sahibi olarsan. Evlənərsən. Mən də nəvələrimlə, gəlinimlə başımı qataram. Bax bu mənə hər şeyi unutduracaq. Züleyxa ana bundan sonrakı cümləni demədi. Ürəyində nisgil edib köks ötürdü. Ancaq qəlbində Allahına səsləndi : Allahım bu nə işdir, dərd var insanı ağladır, mənim dərdim özü ağlayır… Lakin, tez özünü ələ alıb ümidli sabahının arzularını davam etdirdi.
– Sənin toyunu demirəm hələ. Sən dünyaya gəlməmiş rəhmətlik atan övladının elə bir toyunu arzulayırdı ki, misli bərabəri görünməmiş olsun. Nə isə…görünür qismət beləymiş …amansız ölüm onu tez aldı bizim əlimizdən. Çox gördü onu mənə. Lap körpəlikdən bir həyətdə böyümüşdük onunla. Bir yerdə məktəbə getmişdik. Məktəb yaşlarından bağlanmışdıq bir – birimizə. Dost, həmdəm, sirr yoldaşı olduq bir – birimizə. Gənclik yaşlarına dolanda mən valideynlərimi itirdim. Ailənin yeganə övladı olduğun üçün, kimsəsiz yetim qaldım. Bütün varlığımla, bütün ümidlərimlə atana arxalandım. Ona sığındım. Elin adəti ilə məni bu evə gəlin gətirdi. Hər şeyi onda tapmışdım. O, mənim yeganə ümidim idi.
Züleyxa ananı qəhər boğdu. Özünü göz yaşları axıtmaqdan güclə saxladı. Gülümsədi… Amma bu gülüş saxtalığını asanlıqla biruzə verdi.
– Ana, qurban olum bəsdir. İndi mən varam. Atamın yadigarıyam sənə. Sən də mənə. Atamın üzünü görməsəm də onun nece insan olduğunu bilirəm. Mən onun yerini tuta bilməsəm də, çalışıb onun adını doğruldacağam – deyərək Məzahir anasının boynunu qucaqladı.
Köksünə sıxıb, öz göz yaşlarını gizlətmək üçün boynunu yana çevirdi. O, anasına təsəlli vermək istədi. Amma kimsəsizliklərindən, arxalarında heç kimin olmadığını düşünüb özüdə kövrəldi. Səsinin boğulduğunu görüb daha danışmadı. Danışmadı ki, doğma anası da onun aciz, gücsüz olmasını görməsin. Axı gücsüzlük elə kimsəsizliyin təsdiqi idi… Bir müddət beləcə qaldı ana bala. Həyat necədə cansıxıcı, darıxdırıcı və ümidsiz idi. Bu zaman için – için ağlayırdılar… Hər ikisi öz xəyalında bunu düşünür, hey için – için ağlayırdılar. Ağlayırdılar … Bu isə ümidlərin sonuncu közərtisini də söndürdü. Sanki həyatın işığı sönməkdə idi bu iki kimsəsiz insanlar üçün. Deyirlər insanın dərdi üzündə əks olunur. Kim deyibsə doğru deyib. Dərd insanın üzündə şer sətri kimi misra – misra həkk olunur.
İçin – için ağlayıb dərdlərini bölüşən ana bala sükutun əsiri olmuşdular elə bil. Dillənmirdilər. İstəmirdilər bu sükutu pozmağı. Dillənməyə qorxurdular ele bil. Sükut dərdlilərin əvəzsiz zamanıdır. Bu zamanı belə insanlar yəqin ki, hec bir şeylə dəyişməzlər. Çünki, hec nə onlara sükutun verdiyi fikir düşüncələrini bu qədər keyfiyyətli verə bilməz. Yaşada bilməz…
Züleyxa ana cürət edib sükutu pozdu. Oğluna indiyədək həyatında yaşanan bir neçə anı nəql etməyə başladı.
– Oğlum mənim, atan sənin xoşbəxt gələcəyini görmək üçün nələri qurban vermədi ? Bunu bir allah bilir. Hər şeydən faydalanırdı ki, sənə lazımi şəraiti qursun Amma alınmadı. Cəmi yeddi ay on üç gün ailə həyatı sürdük. Necədə müqəddəs və əvəzsiz günlər idi o günlər. Gənc ailə olsaq da qayğılarımız çox idi. Rəhmətlik olacaq övladı haqda düşünərdi. Elə övlad ki, qayğısız, cəfasız, dərd səri olmadan yaşasın. Nə biləydi ki, fələk onun arzularını ürəyində qoyacaq. Nə biləydi ki, gecə – gündüz üzünü görmək, səsini eşitmək, qulluğunda durmaq istədiyi körpə balasının üzünü görməmiş ölüm onu ağuşuna alacaq…
– Ehh… ölüm..! Necə qıydın ona, necə ? Heç öləsi insan idimi o ? Heç kimə pisliyi keçməmişdi. Heç kimin büdrəməsini istəməzdi. Çalışardı ki, zəiflərin əlindən tutsun, kömək etsin. Ehh… Göz yaşları… Nə yaxşı ki, göz yaşları var bu dünyada. Yoxsa kimsə əsla əllidən yuxarı yaşaya bilməzdi acımasız, zalım dünyada…– Ana qurban olum sənə, ay ana ağlama – bu səs Züleyxa ananı kədər yağışı yuxusundan ayıltdı sanki. Tez özünü ələ almağa çalışsa da bunu bacarmayan anaya kimsə təsəlli verməyə cəhd elədi : – Allah o dünyasını rəhmət nuru ilə işiqlandırsın ana. Səbrli ol. Və daha nələr… nələr…
Təsəllilərin sonu olmaz bu dünyada. Lakin, dərdə dərman olanı da olmaz bu dünyada təsəllilərin. Yalnız ovudar, unutdurar bir müddət bizə kədərimizi. Ancaq əvəzləməz həyatı və həyat anlarını.
Yanında gənc, cüssəli bir zabitin təsəlli səsinə ayılan Züleyxa ana bir anlıq duruxsa da, özünü ələ alıb dilləndi : – çox sağol oğlum, sadəcə xəyallar öz ağuşuna aldı məni, ağlatdı. Ağlatdı ki, yenidən gülməyə güvvətim olsun.
– Ağlama ay ana. Mən elə yarım saat olar ki, Bakıya çatmışam. Şınıxdan gəlirəm, cəbhədən.Bu torpağın uğrunda hər gün onlarla, yüzlərlə sənin övladların şəhid olur. Uzun illər oyuncağına çevrildiyimiz bir oyunun qurbanına çevrilir. Anam mənim ! Allaha şükürlər olsun ki, bax bu qəbirdə yatan şəhidimizin. Məzahirin arxasınca ağlaya biləcək gücə sahib olan iki göz var. Hər gün şəhid olan qardaşlarımızın çoxunun adını belə xatırlayacaq kimsələri yoxdur. O ki, qalsın göz yaşı axıtmağa… Anam mənim, elə bir zamanda yaşamaq nəsibimiz oldu ki, ailəsi şəhid olan bir qadının bir tikə çörək xatirinə diləndiyinin də şahidi oldu gözlərim. Budurmu şəhidlik ? Budurmu Vətən sevgisindən doğan şəhidlik zirvəsinə qoyulan dəyər ? Baxın, ana oğlunuz Məzahirin məzarının yanında olan bu şəhid məzarı həmin vətən fədaisinin son qərargahıdır. Bu gün onun ölüm günüdür. Ancaq ziyarətinə gələni yoxdur… Yoxdur… indi onun yaşamaq həvəsindən bezib intihar edən xanımı da yoxdur. Bu gün acılara sinə gələ bilməyən, zamanın yükünə tab gətirmək taqətini itirən bu şəhid qardaşımın özünə və 2 yaşlı körpəsinə qəsd edən xanımının dəfn günüdür. Dözümsüzlükdən ölümün ağuşuna atdı özünü və kiçicik körpəsini…Qəribə həyat, sən nə qəribəsən demirəm. Biz qəribik sənin gərdişində. Bizi yaşadan ümidlərimiz tükənəndir sənin fələyinin çərxində. Həyat isə davam edir…Ümidlər tükənən də belə…
Mən vətənəm,
Vətən də mən,
Vətənsiz mən heç kiməm..!
Kəfənsizəm..!
Vətən şəhid qanıdır…
Şəhidsə mən…EY VƏTƏN !!!Bakı şəhəri.1993 cü il.8 yanvar.
Ümidlərin tükəndiyi bir zamanlar.
14 yaşlı gəncin şəhidlər xiyabanında
yaşadığı bir günün xatirəsi… -
Kənan AYDINOĞLU.”ALLAHDAN SAVAYI SIĞINACAQ YOX” (Poema)
Bismillahir-rəhmanir-rəhim!
ALLAHIN BİRLİYİNİN TƏRƏNNÜMÜ
(Tövhid)Salehə,möminə bir də qullara,
Allahdan savayı sığınacaq yox.Əməldə Allaha yaxın olana,
Allahdan savayı sığınacaq yox.Mayadan yoğrulan təmiz diləyə,
“Quran” oxunanda əsən ürəyə,Əməl dəftərini yazan mələyə,
Allahdan savayı sığınacaq yox.Nazil ediləni bilən kəslərə,
Sevinci Allahla bölən kəslərə,Din,iman uğrunda ölən kəslərə,
Allahdan savayı sığınacaq yox.Şükürlər eyləyib,oruc tutana,
Saleh zirvəsinə gəlib çatana.Aşını savabla hər an qatana,
Allahdan savayı sığınacaq yox.Dünyada göyü də, yeri də bilən,
Bu qədər dünyada sirri də bilən.Əməldə mini də,biri də bilən,
Allahdan savayı sığınacaq yox.Gizlini,aşkarı bir yerdə bilən,
Hər işdən bəndəni agah eyləyən.Şəninə hə zaman tərif deyilən,
Allahdan savayı sığınacaq yox.Tanrı dərgahına çatan xoşbəxtə,
Müqəddəs torpaqda yatan xoşbəxtə.Şeytana çay daşı atan xoşbəxtə,
Allahdan savayı sığınacaq yox.ALLAHIN FƏZİLƏTLƏRİNİN TƏRƏNNÜMÜ
(Minacat)Cilovlayım hissiimi buxovlu bir at kimi,
Dinsin doaqlarımda nəğmə bir həyat kimi.Qoy ensin dərgahından ulu mərhəmət hər an,
Axı sənsən dünyanı dünən, bu gün yaradan.Zaman-zaman, anbaan gəlməsin cana qada,
Zikr edə-edə səni yenə də salaq yada.Külə çevrilsin hissim yönəlsin sənə sarı,
Həsrətimdən dağların ərisin dümağ qarı.Bu yolda şeirlərim dəstə-dəstə düzülsün,
Dağların arasından haqqın nuru süzülsün.Qüdrətli mələklərin yol gəlsin qatar-qatar,
Sən olmasa denən kim köməyimizə çatar?!Bağışla günahımı Muhəmmədin*1 xətrinə,
Qərq eylə bu ömrümü gül-çiçəyin ətrinə.Möhlət ver mənə yenə sənin səcdəndə durum,
Dan yeri söküləndə şeir mülkünü qurum!Qərq eyləyib ömrümü nura boyadın bütün,
Yenə cana gətirdin şair qəlbimi bu gün.Bax, beləcə hərdən də düşünəndə özümə,
Qayğıların içində şölə gələr gözümə.Bilirəm ki, cahanda ixtiyarım səndədir,
Yığılan dərdi-sərim dumandadır, çəndədir.Hədərdən qazanılan günahların hamısı,
Nəfsimin ucbatından yenə, yenə məndədir.Ehtiyacsız olduğun qavrayıb analyıram,
Səhvlərim də artdıqca özümü danlayıram.Sevinirəm, düzü, mən QUL BƏNDƏ doğulmuşam,
Atam, anam üçün mən şair oğul olmuşam.Sevməliyim ömrümün sonuna qədər səni,
Allah, şükür hökmünə şair yaratdın məni.*Həzrəti Muhəmməd peyğəmbər ( s.ə.s.) işarədir
PEYĞƏMBƏRİN TƏRİFİ HAQQINDA
( Nət)Həzrəti Muhəmməd-sadiq peyğəmbər,
Qövminə seçildi yeni bir rəhbər.Çağırdı bəndəni haqqın yoluna,
Namazda baxmadı sağı-soluna.O, haqqın nurunu gətirdi bizə,
Rukuda qoyardı əlini dizə.Səhərdən-axşama namaz qılardı,
Qıldığı namazdan ilham alardı.Fəqət o heç zaman qeybət etməzdi,
Şeytanın yolunu tutub getməzdi.Yaradan Allaha bel bağlayardı,
Düşünüb, düşünüb,hey ağlayırdı.Üzündən, gözündən nur tökülərdi,
Günəş oyanmamış dan sökülərdi.Səcdə ibadətlə keçərdi günü,
Hələ də qalıbdı dillərdə ünü.Varlığı, vücudu heç solmamışdı,
Onun tək peyğəmbər heç olmamışdı
.
Dilində, sözündə “Allahu Əkbər”,
Qövminə seçildi yeni bir rəhbər.Allahın adını eşidən zaman,
Fəqət titrəyərdi bədəni, inan.BİLİRƏM Kİ, ALLAHDAN SAVAYI TANRI YOXDU
(Mədhiyyə)
Haqqı inkar eyləyən tayfanın yüzü keçdi,
Dağı dolaşıb bir-bir aranı, düzü keçdi.
Çox şükür ki, ay Allah, peyğəmbər sözü keçdi,
Fitnə-fəsad törədən bəndənin sayı çoxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!Mömin bəndələrin də cənnətçün çalışacaq,
Sonda dünya özünün dərdini danışacaq.
Bəs kafirlər nə vaxtı təkliklə barışacaq,
Qəlbləri yarıb keçən: kamandı, neydi, oxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!Zəlimxanın dilində unudulmaz qəzəl var,
Yaradana səcdəyə neçə mömin, gözəl var.
El-obanın içində sınanılmış məsəl var:
“Kafirin gözü acdı, möminin gözü toxdu!”.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!Din, imana gələnin titrədi qəlbi əsdi,
Yolunu nə şaxta, qar, nə də ki, boran kəsdi.
Bilməm, bu ömür niyə sonluğuna tələsdi,
Yenə namaz əhlinin gözləri haqdan qorxdu
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu!Haqqı inkar eyləyən tayfanın yüzü keçdi,
Dağı dolaşıb bir-bir aranı, düzü keçdi.
Çox şükür ki, ay Allah, peyğəmbər sözü keçdi,
Fitnə-fəsad törədən bəndənin sayı çoxdu.
Bilirəm ki, Allahdan savayı Tanrı yoxdu! -
Nəzakət BƏDİROVA.”Bədbinlik, ümidsizlik, qəm-kədər kimi cəhənnəmə xas vəsflər şeytanın bir hiyləsidir” (Məqalə)
Bəzi insanlar həyatlarında qəm-kədər olmadıqda həyatın dadının və zövqünün olmadığını düşünərək yanılırlar. Daima bu əhval-ruhiyyədə olmağın zərər və sıxıntı verdiyini düşünmədən bu cür yaşamaqda davam edirlər. Bu isə şeytanın ən böyük yalanlarından biridir. Şeytan bu halı insanlara cəlbedici göstərərək dərk etmələrinə və həqiqəti görmələrinə mane olur. Allah insanların düşdüyü bu vəziyyəti Quranda belə bildirir:
… Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki, onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)
Göründüyü kimi, şeytan ağlı zəif adamların qəmgin olmalarına və sıxıntılı həyat yaşamalarına böyük təsir edir. Şeytan verdiyi vəsvəsələrlə insanları aldadır və sıxıntılara salır. Onu dinləyənləri qəmginlik təlqini ilə Allah’dan və Onun ayələrindən daima uzaqlaşdırır və onların (Allah’ı tənzih edirik) Allah’a üsyan etməsinə nail olur.Şeytan gün ərzində verdiyi təlqinlərlə insanlarda diqqət dağınıqlığı, unutqanlıq, diqqəti cəmləmə pozuntusu meydana gətirir. Ona görə, bəzi insanlar dünyaya gəliş məqsədlərini unudur, Allah’a qulluq etməli olduqlarını qavramırlar. Şeytanın bədbinlik, ümidsizlik, qəm-kədər kimi cəhənnəmə xas vəsfləri qəmginlik psixologiyası təlqini ilə onların beyninə yeritdiyini anlamırlar. Bu təlqinlə bəzi insanlar Allah’a təvəkkül edərək rahat yaşamaq əvəzinə özlərini sonsuz sıxıntılara salırlar. Halbuki, diqqət və şüur açıqlığı ağıl və fərasət, problemi sezib həll etmə qabiliyyəti, gözəl əxlaq, nitq və hərəkətlərdə hikmət, güclü şəxsiyyət, daimi sevinc və nikbinlik qazandırır.Qəmgin əhval-ruhiyyə insanda şüurlu və ya şüursuz təlqinlə formalaşır. Ona görə, hisslərə qapılmağın – ağlamağın, kədərlənməyin, qəzəblənməyin – iradədən kənar olduğunu, bunun öhdəsindən gəlməyə gücü çatmadığını iddia edənlər də səmimi düşündükdə bunun əsassız olduğunu görərlər. Məsələn, ağlayan, kədərli insana böyük məbləğdə pul və ya başqa ciddi mənfəət təklif etdikdə bu insan istəyərsə, birdən-birə sevinə bildiyini və bu əhval-ruhiyyədən asanlıqla çıxa bildiyini göstərir. Ona görə, insanın şeytanın təlqini ilə düşdüyü romantik əhval-ruhiyyə həm ətrafına qarşı vicdansızlıqla davranması, həm də Allah’ın Quranda xəbər verdiyi kimi, özünə zülm etməsidir.Ancaq romantik insanlar bu həqiqəti qavramırlar. Onlar daima kədərli və ümidsiz əhval-ruhiyyədədirlər. Həmişə kədərlənməyə, sıxıntı keçirməyə səbəb tapırlar. Əslində, bu insanlar öz əlləri ilə özlərinə zülm edirlər.Bu cür insanlar romantik əhval-ruhiyyədən çıxmaq, bu xəstəlikdən xilas olmaq üçün şeytanın vədlərinə, yalanlarına qarşı ayıq olmalı, ağılları və vicdanlarını açıq tutmalıdırlar. Bu isə ancaq insanın imanı ölçüsündə mümkündür.Qəmgin, həddindən artıq romantik, bədbin insanlar dünyadakı gözəllik və nemətlərin fərqinə varmırlar. Ətraflarında min bir cür gözəllik var ikən onlar hər şeyin daima mənfi tərəflərini görür, daha da kədərlənirlər. Halbuki, Allah rəhməti və şəfqəti ilə insanlar üçün dünyada bir çox nemət yaratmışdır. Ağıllı və vicdanlı möminlər bunları dərhal görüb nemətlərin sevinci ilə Allah’a şükür edirlər. Bir insan bütün həyatını ya çox kəskin, açıq şüurla və ya da yarıaçıq və ya tam qapalı şüurla keçirə bilər. Ancaq Allah Quranın bir çox ayəsi ilə iman gətirənləri diqqətli olmağa çağırır. Quran əxlaqı ilə yaşamaq ancaq tam açıq şüurla mümkündür. Mömin ancaq kəskin ağıl və açıq şüurla vicdanən həssas ola bilər. Allah’ı çox sevmək, Allah’dan qorxub-çəkinmək, gözəl əxlaqı təfərrüatı ilə mənimsəmək, İslam əxlaqını layiqincə təbliğ etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, xeyir işlərdə yarışıb önə keçmək və müsəlmanlara təqvada örnək olmaq üçün bu şərtdir.Şüuru yarıaçıq və ya tam qapalı yaşayan insanlar da var. Bu cür insanların əsl mənada imanı qavraması və Allah’ın razı olduğu kimi üstün əxlaqlı olması mümkün deyil. Bu, ancaq səmimi müsəlmanın həyat tərzidir. İman gətirən hər insan bu həqiqət üzərində lazımınca düşünüb Allah’ın lütf etdiyi bu imkandan tam istifadə etmək üçün səy göstərməlidir. Unutmamalıdır ki, qapalı şüur insana heç bir fayda gətirməz. Şüurun qapanması insana rahatlıq, dincəlmə vermədiyi kimi, nəfsin də işinə yaramır. Əksinə, insanın həyat səviyyəsinə çox mənfi təsir edir. Üstəlik, insanın Quran əxlaqı ilə layiqincə yaşamamasına və Allah’ın sevdiyi əməli etməməsinə səbəb ola bilər. Kəskin diqqət və tam şüur açıqlığı isə həm dünyada böyük rahatlığa, həm də – Allah’ın izni ilə – axirətdə nemətə vəsilə olacaq.Allah çətinlik və sıxıntını insanlara ona görə verir ki, Ondan başqa sığınılacaq güc olmadığını görsünlər və doğru yolu tapsınlar. Ancaq şeytan insanların bu hikməti görməsinə mane olur və onların qəlblərini sərtləşdirir. Əslində, bu, Allah’ın rəhmətidir. Belə vəziyyətdə dərhal Allah’ı xatırlayıb, Ona yönəlib yardım istəmək və müsibətə qarşı səbir etmək Allah’ın razı qaldığı əməldir. Allah səmimi şəkildə Ona sığınan qullarını yardımı ilə dəstəkləyəcəyini bildirmişdir. Hz. Muhəmmədin (s.ə.v) dostu ilə birlikdə arxasınca düşən inkarçılardan gizlənmək məqsədilə mağaraya sığındığı vaxt etdiyi üstün əməl bu sahədə bütün insanlara gözəl nümunədir. Allah Quranda Peyğəmbərimizin (s.ə.v) bu əməlini belə bildirir:
Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmişdir. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allah’ın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40) -
Nəzakət BƏDİROVA.”Adnan Oktar kimdir?” (Məqalə)
1956-cı ildə Ankarada doğulmuş Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli və mənəvi dəyərlərinə çox bağlı olan və inandığı müqəddəs dəyərləri digər insanlara çatdırmağı insanlıq vəzifəsi qəbul edən Adnan Oktar ideoloji mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin incəsənət fakültəsində təhsil aldığı müddətdə başlamışdır. Universitet dövrü ərzində ətrafında hakim olan materialist fəlsəfi cərəyan və ideologiyaların yanlışlığı haqqında həmin nəzəriyyələrin tərəfdarlarından da artıq məlumatlanaraq hərtərəfli tədqiqatlar aparmışdır. Bu məlumatlar işığında milli və mənəvi dəyərlərə təhlükə törədən darvinizm və təkamül nəzəriyyəsinin dünyaya verdiyi zərərlər və bu nəzəriyyənin müasir elmə məğlubiyyəti ilə bağlı əsərlər yazmışdır. “New Scientist” jurnalının 22 aprel 2000-ci il tarixli sayının ifadəsi ilə təkamül nəzəriyyəsinin yanlışlığını və yaradılışın doğru olduğunu cəmiyyətə çatdırılmasında cənab Adnan Oktar beynəlxalq qəhrəmana çevrilmişdir. Bundan əlavə, müəllif sionizm və masonluğun dünya tarixi və siyasətinə mənfi təsirləri ilə bağlı kitablar da yazmışdır. Bu əsərlərlə yanaşı, Quran əxlaqını və imani mövzuları təbliğ edən əsərlərlə birlikdə 300-dən çox kitabın müəllifidir.
“Cavid Yalçın” təxəllüsündən də istifadə edən Adnan Oktar əsərlərinin böyük əksəriyyətini Harun Yəhya təxəllüsü ilə nəşr etdirmişdir. Bu təxəllüs inkarçı dünyagörüşünə qarşı mübarizə aparan iki peyğəmbərin xatirələrinə hörmətlə onların adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülüb.
Müəllifin kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhüründən istifadə etməsinin simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) də xatəmül-ənbiya (son peyğəmbər) olmasının rəmzidir. Müəllif də nəşr etdirdiyi bütün əsərlərində Quranı və Rəsulullahın (s.ə.v) sünnəsini özünə rəhbər tutaraq inkarçı ideologiyaların bütün təməl iddialarını bir-bir təkzib etməyi və dinə qarşı etirazları tam susduracaq şəkildə son sözü deməyi hədəfləyir. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın (s.ə.v) möhürü bu son sözü söyləmək niyyətinin duası kimi istifadə olunur.
Müəllifin bütün əsərlərindəki ortaq hədəf insanlara Quranın təbliğini çatdırmaq və beləliklə, onları Allah`ın varlığı, birliyi və axirət kimi əsas imani mövzular üzərində düşünməyə sövq etmək və bəzi mühüm mövzuları xatırlatmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya və Hersoqovinaya, İspaniya və Braziliyaya qədər dünyanın bir çox ölkəsində rəğbətlə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, bosnyak, uyğur, indonez kimi bir çox dillərə tərcümə edilən əsərlər dünyada geniş oxucu kütləsi tərəfindən oxunur.
Dünyanın hər tərəfində çox bəyənilən bu əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanda dərinləşməsinə vəsilə olur. Kitabları oxuyan, təhlil edən hər insan bu dərin fərqin və faydanın, əsərlərdəki hikmətli, ağıllı, anlaşıqlı və səmimi üslubun fərqinə varır. Bu əsərlər sürətli təsir, qəti nəticə, təkzibedilməzlik xüsusiyyətləri daşıyır. Əsərlərin hər birində heç kimin təkzib etmədiyi, səmimi, açıq üslub və dəlillər var. Şübhəsiz ki, bu xüsusiyyətlər Allah`ın nəsib etdiyi hikmət və təsirli izahatdan qaynaqlanır.
Bu həqiqətləri nəzərə aldıqda insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasına təşviq etmək, əlbəttə, mühüm xidmətdir.
Bu dəyərli əsərləri tanıtmaq əvəzinə, insanlara şübhə verən, qarışıqlıq törədən, heç bir faydası olmayan əsərləri müdafiə edənlər də var. Bu insanlar müsəlmanların vəziyyətini, çəkdiyi əziyyətləri düşünməlidirlər. Unudulmamalıdır ki, dünyada davam edən zülm və qarışıqlıqdan xilas olmağın yeganə yolu Quran əxlaqı ilə yaşamaq və Quran əxlaqını təbliğ etməkdir. Müəllifin əsərləri bu xidmətdə əsas vəzifəni üzərinə götürmüşdür və bu əsərlər, Allah`ın izni ilə, XXI əsrdə dünyadakı insanları Quranda tərif edilən sülh və əmin-amanlığa, doğruluğa və ədalətə, xeyir və xoşbəxtliyə qovuşdurmağa vəsilə olacaq.Adnan Oktar nə üçün təxəllüsdən istifadə edir?
Cənab Adnan Oktarın əsərləri qələmə almaqdakı məqsədi Allah`ın rizasını qazanmaq və oxucularını ancaq Qurana və Peyğəmbərimizin (s.ə.v) nümunəvi əxlaqına tabe olmağa dəvət etməkdir. Cənab Adnan Oktarın şəxsini ön plana çıxarmaq kimi məqsədi yoxdur. Əsərlərində də öz adı əvəzinə təxəllüsdən istifadə etməsi Cənab Adnan Oktarın bu xüsusiyyətinin bir dəlilidir.
Adnan Oktar ona tez-tez ünvanlanan sualları cavablayır:
Nə üçün qeyri-müsəlman xanımları televiziya verilişlərinizə çıxarırsınız? Bu, dinə uyğundurmu?
Müsəlmanın vəzifəsi bütün insanları İslam əxlaqına dəvət etmək, İslam dininin gözəlliklərini, Allah`ın sonsuz gücünü və qüdrətini hər kəsə təbliğ etməkdir. Müsəlman hər inancdan olan insana, məsələn, xristianlara, yəhudilərə, buddistlərə, hindulara və ateistlərə belə təbliğ etməlidir. Allah`ın kainatdakı yaradılış dəlillərindən, Quran əxlaqı və Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) sünnəsindən bəhs etməlidir. Peyğəmbərimiz (s.ə.v) də öz dövründə hər dinə mənsub, hər cür düşüncə tərzinə malik insanı İslam dininə dəvət etmiş, onlara sevgi və anlayışla yanaşmış, üstün əxlaqla davranaraq səbirlə onlara İslam əxlaqını təbliğ etmişdir. Biz də verilişlərimizdə hər dindən və inancdan olan insanları qonaq edir, onlara İslam əxlaqının gözəlliklərini və əsl müsəlmanın necə olmasını həm söz ilə, həm də əyani şəkildə göstərməyə çalışırıq. Təbliğdə məqsəd məhz İslam əxlaqını bilməyən, tanımayan bir insanı doğru yola dəvət etməkdir. Əgər “İslam əxlaqı ilə yaşamayan insanla danışmaram, münasibət qurmaram” şəklində yanlış anlayış mənimsənilsə, onda Quranda müsəlmanlara fərz edilmiş təbliğ ibadəti layiqincə yerinə yetirilməz.
Peyğəmbərimizin dövründə də müsəlmanlar və səhabələr hər cür həyat tərzinə malik insana dinimizi təbliğ edirdilər. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında açıq geyimli xanımlara təbliğ edirdi. Hz. Süleymanın Səba məlikəsi Bəlqisə öz sarayında necə təbliğ etməsindən Quranda ətraflı bəhs olunur. Ona görə, bir müsəlmanın açıq geyimli xanımlarla danışmaması, görüşməməsi və ya onlara təbliğ etməməsi Quran əxlaqına uyğun olmayan yanlış inancdır.İnsanların qarşısında musiqi çalınmasını və rəqs edilməsini dinə əsasən necə açıqlayarsınız?
Müsəlman Allah`ın halal etdiyi bütün nemətlərdən ən gözəl şəkildə faydalanmalıdır. Çünki Allah dünya nemətlərini müsəlmanlara halal edib. Musiqi və rəqs də İslama əsasən halal olan cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərinin hamısını, gözəl geyimləri, zinətləri, rəqsi və bütün gözəl şeyləri yaradan Allah`dır. Bunların hamısını insanlara sevdirmiş, ruhu bu gözəlliklərdən zövq alacaq şəkildə yaratmışdır. Müsəlmanlar dünyada bu nemətlərdən halallar çərçivəsində faydalanar, axirətdə isə cənnətdə əbədiyyən bu nemətlərdən zövq alaraq yaşayarlar.
Tövratda hz. Davudun lira, dəf, qumrov kimi musiqi alətlərinin müşayiəti ilə nəğmə oxuyaraq Allah`ın hüzurunda rəqs etdiyindən bəhs edilir. Hətta hz. Davudun bu rəqsinə paxıllıq edən insanların olduğu da bildirilir. Rəqsi, musiqini, estetikanı, incəsənəti, elmi müsəlmanların əlindən alan və haram kimi göstərən xurafatçı düşüncə tərzidir. Bu nemətlərin haram göstərilməsi İslamın əleyhinə oynanmış oyundur.
Müsəlman dünya həyatındakı bütün gözəlliklərə ən çox layiq olan insandır. Mahnıların sözlərində dinə və müqəddəs dəyərlərə zidd, mənfi sözlərin olmamasına diqqət etdikdən sonra musiqi Allah sevgisini coşduran, insanı fərəhləndirən, qəlbi rahatladan nemətdir. Musiqi də, rəqs də insanın gündəlik həyatındakı nemətlərdəndir. Bundan əlavə, bizim verilişlərimizdə musiqinin, rəqsin, Quran söhbətinin, siyasətin və ya digər mövzuların eyni anda yer alması dinlə həyatın iç-içə olduğunu göstərmək, dinin həyatın hər anına hakim olduğunu insanlara göstərmək məqsədini daşıyır.Qurana əsasən, bir qadının bu qədər kosmetikadan istifadə etməsi uyğundurmu?
Müsəlmanın ən böyük xüsusiyyətlərindən biri çox keyfiyyətli, tər-təmiz və baxımlı olmasıdır. Müsəlman kişilər də, qadınlar da dünyanın ən gözəl geyimli, ən kübar görünüşlü, ən baxımlı, ən bilikli, ən müasir insanları olmalıdırlar. Kosmetika da baxımlı və gözəl görünməyin halal yollarından biridir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar kosmetikadan istifadə edirdilər. Ancaq həmin dövrün imkanları çərçivəsində edirdilər. O dövrdə müsəlman xanımlar ənlik, kirşan, dodaq boyasından istifadə edir, əllərini və dırnaqlarını xına ilə rəngləyir, saçlarını xüsusi boyalarla boyayırdılar. Peyğəmbərimizin (s.ə.v) dövründə xanımların dırnaq lakı əvəzinə əllərini və dırnaqlarını xına ilə boyadıqlarından və Peyğəmbərimizin də (s.ə.v) xanımları buna təşviq etdiyindən bir çox rəvayətdə bəhs edilir.
Kosmetikadan az və ya çox istifadə edilməsi də tamamilə şəxsi zövqə bağlıdır. Bəzi xanımlar kosmetikadan çox istifadə etməyi xoşlayır, bəzilər isə xoşlamırlar. Bunun ölçüsü tamamilə şəxsi istəyə bağlıdır. Peyğəmbərimizin (s.ə.v) dövründə də müəyyən ölçü qoyulmamışdır. Peyğəmbərimizin (s.ə.v) sürməni nə qədər çəkdiyini, ölçüsünün nə qədər olduğunu da kimsə bilmir.Qurana əsasən, qadınlar lider ola bilərlərmi?
Qurana əsasən, qadınlar həm lider, həm idarəçi, həm də hakim ola bilərlər. Allah qullarını bərabər yaradıb. İslamda qadının da, kişinin də yeri eynidir. Üstünlük qadın və ya kişi olmaqda deyil, üstünlük təqvaya görədir. Hətta qadınlar bəzi məsələlərdə daha həssas, mərhəmətli, sevgi və şəfqət dolu varlıqlar olduqlarına görə, mükəmməl idarəçilik qabiliyyəti ilə və ədaləti bərqərar etmək sahəsində əhil yaradılıblar.
Ancaq xurafatçı düşüncə tərzində qadınlar alçaldılır. Xurafatçı düşüncə tərzində qadının ağlına güvənməmək, hər sözünə müxalif olmaq kimi yanlış anlayış var. Quran bu batil anlayışı tamamilə aradan qaldırır. Quranda qadınlar hörmət edilən, sözünə etibar olunan, bitki kimi etina ilə davranılan dəyərli qullar kimi tərif edilir. Allah Quranda qadınları hər cür çətin işdən uzaqlaşdırır, hər məsələdə qadınlara asanlıq yaradır, qadınlar hər sahədə qorunurlar. Quranın kişilərə xitab etdiyini bildirərək bunu kişilərin üstünlüyünə dəlil göstərənlər Quranı doğru şərh etməyən insanlardır. Quranın kişilərə daha çox məsuliyyət yükləməsi qadınlara verilən dəyərdəndir. Bu, qadınlar üçün nemətdir. Allah qadınların rahat olması, gözəl həyat yaşaması üçün bir çox xüsusi hökm nazil edib. Bu, Allah qatında qadınlara verilən dəyəri göstərir, kişilərin üstünlüyünü deyil.
Hz. Süleymanın sarayına dəvət edərək təbliğ etdiyi Səba məlikəsinin Quranda mühüm yeri var. Səba məlikəsi öz ölkəsində hökmdardır, həm sərkərdə, həm hakim, həm də lider hökmündədir. Səba məlikəsindən bəhs edən ayələr Quranda qadının lider ola biləcəyinə dair ən gözəl nümunələrdən biridir. Bu ayələr dövlət orqanlarındakı bütün səlahiyyətli şəxslərin və əsgərin bir qadına necə itaət etdiyini və əmrinə tabe olduğunu göstərir.Nə üçün verilişlərinizdə iştirak edən qadınların saçları sarıdır?
Verilişlərimizə çıxan sarışın xanımlarla yanaşı, bir çox qara, qızıl saçlı və ya qumral xanımlar da var. Saç rəngləri xanımlarımızın öz seçimidir. Sarı saç dünyada da bir çox xanımın üstünlük verdiyi, xanımlara yaraşan gözəl rəngdir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar saçlarını xına və kətəmlə boyayırdılar. Bundan əlavə, Peyğəmbərimizin (s.ə.v) bütün saç rəngləri arasında xüsusilə sarı saçı bəyəndiyinə dair bir çox hədis var. Odur ki, bir çox müsəlman xanım Peyğəmbərimizin (s.ə.v) bəyəndiyi bu rəngi sevir və üstünlük verir.
Mehdinin xüsusiyyətləri sizə çox uyğundur, eyhamla özünüzə işarə etdiyiniz bir söhbətiniz var, bu, dinə zidd deyilmi?
İnsanlarda mənim fiziki xüsusiyyətlərimdən qaynaqlanan, Mehdi olduğuma dair şübhələr və ya hüsnü-zənn ola bilər. Hədislərdə izah edilən hz. Mehdinin (ə.s) fiziki xüsusiyyətlərinə baxdıqda, həqiqətən, eynilə bənzərlik olduğunu görürük. İstər üzüm, istər bədənim hədislərdəki hərtərəfli təriflərə tam uyğundur, bu, doğrudur. Mən dürüst insanam, bənzədiyimi deyirəm, ancaq bu, Mehdilik iddiası deyil. Qurana əsasən, bir müsəlman “Mən Mehdiyəm” – deyə bilməz. Belə bir iddia etmək haramdır. Çünki bu insan cənnətə də gedə bilər, cəhənnəmə də. Əgər bir şəxs Mehdi olduğunu desə, cənnətlik olduğunu iddia etmiş olar. Bir insan Mehdilik iddia etmək üçün vəhy almalıdır. Qurana əsasən, yeni bir kitab və ya kitablı peyğəmbər gəlməyəcəyinə görə, mənim belə bir şeyi iddia etməyim qeyri-mümkündür. Belə bir şey olsa, insan dindən çıxar, müsəlman olmaz. Ancaq təbii ki, hər müsəlman Mehdi olmaq istər. Mehdi olmaq böyük nemətdir. Müsəlman Allah dostu olmaq, cənnətə getmək istər. Ancaq mehdilik iddia etmək olmaz.
Mən Mehdi deyiləm və mehdilik iddiam yoxdur. Heç vaxt belə iddiam olmaz. Ömrüm boyu belə bir iddia etməyəcəyimə dair Allah`ın adına and içmişəm. Ancaq açıq-aydın deyirəm: hz. Mehdi (ə.s) gəlib. Bu barədə Peyğəmbərimizin (s.ə.v) hədisləri, Quranın işarələri Mehdinin gəldiyini göstərir.Əsasən, xarici modelyerlərin marka geyimlərini geyinirsiniz. Qeyri-müsəlmanların istehsal etdiyi şeylərdən istifadə etmək dinimizə görə uyğundurmu?
Quranda xurafatçı İslam anlayışı yoxdur. Müsəlmanlar musiqiyə, əyləncəyə, ən gözəl evlərə, ən gözəl yeməklərə, ən gözəl mühitlərə layiqdirlər. Allah Quranda “…Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur…” (Əraf surəsi, 32) – buyurur. Halbuki, xurafatçılara görə, bir müsəlman daima miskin olmalı, pis geyinməlidir. Xurafatçı baxımsız olur, estetikaya, incəsənətə, hər cür gözəlliyə qarşı olur. Xurafatçı məntiqinə əsasən, bir müsəlman keyfiyyətli, müasir, təmiz ola bilməz. Halbuki, peyğəmbərlər, səhabələr dövrün ən keyfiyyətli, ən müasir, ən təmiz insanları olublar. Quran bizi buna təşviq və tövsiyə edir.
“Müsəlman xarici marka məhsullardan istifadə etməməlidir” düşüncəsinin heç bir əsası yoxdur. Bu, tamamilə xurafatçılıqdır, halalı haram etməkdir. Bunu praktikada tətbiq etmək də qeyri-mümkündür. Çünki gündəlik həyatda istifadə edilən bir çox məhsulun emal mərhələsində əxlaqsız həyat tərzi keçirən, qanunsuz gəlir əldə edən, faiz yeyən və bir çox haram işlər görən insanlar işləyə bilər. Müsəlmanın yaşadığı, oxuduğu, işlədiyi yerdə əxlaqsız həyat tərzi keçirən, Quran əxlaqı ilə yaşamayan insanlar yaşaya bilər. Bu məntiqə görə, heç bir məhsuldan istifadə etmək lazım deyil, bu isə ağıldankənardır.Kanalınızın adı nə üçün A9-dur?
A9 TV kanalı bizim qardaşlarımızın, bizi sevən insanların qurduğu kanaldır. Hər kəs kanalın adına bir məna verməyə çalışır. Bu, təvafüqən seçilmiş addır. Qədərdə A9 olmalı imiş. Ancaq əlbəttə, A9 adının çoxlu hikmətləri var. Məsələn, hz. Mehdinin (ə.s) doqquz xüsusiyyəti var. Biz də Mehdi tələbələri olduğumuza görə, A9 ona olan həsrətin simvolik mənası ola bilər. Hz. Əli (r.ə) də Mehdidən bəhs edərkən əli ilə 9 işarəsi verir. Ona da işarə edə bilər. Firon dövründəki rəsmlərdə də A9 loqosuna bənzərliklər var. Mason loqolarında da belə bənzərlik var. 3000-4000 il əvvəl Allah A9-un dəccalı, dinsiz fəlsəfi cərəyanları məhv edəcəyini onlara ilham edib. Digər tərəfdən, Allah`ın adı “A” hərfi ilə başlayır. Bu cəhətlərə görə A9 adı mənalıdır. Daha çox məna çıxarmaq olar.
Müasir cəmiyyətdə bu qədər danışılmalı problem var ikən daima Mehdi mövzusunu gündəmdə saxlamağınız bu qədər vacibdirmi? Bunu necə açıqlaya bilərsiniz?
Söhbətlərimdə İslam əxlaqının yer üzünə hakim olmasına və mehdiyyət mövzularına xüsusi yer verməyim Quran əxlaqının tələbidir. Hz. Mehdidən (ə.s) danışmaq, hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələmək, eyni zamanda, Peyğəmbərimizin (s.ə.v) sünnəsidir. Allah Quranda İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd etməyin bütün müsəlmanların məsuliyyəti olduğunu bildirir. Quranda bu mövzuda bir çox ayə var. Allah`ın adətullahına uyğun olaraq tarixin hər dövründə haqq dinin təbliğ edilməsində müsəlmanlara rəhbərlik edən, onları hidayətə yönəldən mənəvi lider olub. Axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirəcək şəxs hz. Mehdidir (ə.s). Peyğəmbirimizin (s.ə.v) səhih hədisləri ilə bu mövzu 14 əsr əvvəl insanlara müjdələnib. Peyğəmbərimmiz (s.ə.v) bu mövzunun əhəmiyyətini hədislərində açıq-aydın vurğulayır. Müsəlmanların da bu mövzunu gündəmə gətirib müjdələməsini bildirir.
Əgər mehdiyyət əhəmiyyətsiz mövzu olsaydı, Peyğəmbərimizin (s.ə.v) söhbətlərində bunu görməzdik. Ancaq əksinə, həm Peyğəmbərimiz (s.ə.v) bu mövzuya əhəmiyyət vermiş, həm də müsəlmanları hər dövrdə bu mövzunu gündəmdə saxlamağa təşviq etmişdir. Mən də Peyğəmbərimizin (s.ə.v) tövsiyəsini yerinə yetirirəm. Hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələyirəm, hz. Mehdini (ə.s) insanlara tanıdıram.
Bundan əlavə, Peyğəmbərimizdən (s.ə.v) başqa, 1400 ildən çoxdur ki, bütün böyük İslam alimləri də müsəlmanlara hz. Mehdinin (ə.s) gəlişini müjdələyiblər. Hər biri əsərlərində, söhbətlərində bu mövzuya çox geniş yer ayırıblar. Əhli-sünnənin böyük alimləri olan hədis alimlərimiz, məzhəb imamlarımız da mehdiyyət mövzusuna böyük əhəmiyyət veriblər.Verilişlərinizdəki xanımların geyimləri dinə uyğundurmu?
İstər qadın, istər kişi olsun – hər müsəlman həmişə xarici görünüşünə çox diqqət etməli, gözəl geyinməli, tər-təmiz olmalıdır. Peyğəmbərimiz (s.ə.v) və yanındakılar da istər təbliğ edərkən, istərsə də gündəlik həyatda çox gözəl geyiniblər, ən keyfiyyətli paltarlara üstünlük veriblər.
Bundan başqa, İslam dinində məcburiyyət yoxdur. Biz hər kəsin anlayışına və fikrinə hörmətlə yanaşırıq. Xanım dostlarımız da öz istədikləri kimi, inanclarına uyğun şəkildə geyinirlər. İstəyən hicab taxır, istəməyən taxmır və istədiyi kimi geyinir, istəyən çarşaf geyinir, istəyən kosmetikadan istifadə edir – fərq etməz, hamısı bizim üçün nur kimi dəyərli müsəlmandır, heç bir ayrı-seçkilik etmirik.Yəhudi və xristianlarla nə üçün görüşürsünüz?
Müsəlmanlarla xristianlar və yəhudilər arasında süni gərginlik yaratmağa çalışırlar, buna mane olmaq, bölgədə sülhün bərqərar olmasını təmin etmək üçün görüşlərin keçirilməsi şərtdir.
Müsəlmanlar və yəhudilər hz. İbrahimin (s.ə.v) övladlarıdır, bir tərəf İsmail oğulları, digər tərəf Yəqub oğullarıdır. Ona görə, iki qrup arasında qarşıdurma olması və münasibətlərin pozulması çox mənasız və yersizdir. Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi, yəhudi və xristian qardaşlarımızın qorunması Qurana və hədislərə uyğundur. Bəzi şəxslər Qurandakı “xristianları və yəhudiləri dost tutmayın” ayəsini yanlış anlayırlar. Bu ayədəki ərəbcə “vəli” sözü rəhbər, idarəçi mənasındadır. Müsəlman cəmiyyətdə müsəlman, xristian cəmiyyətində xristian, yəhudi cəmiyyətində də yəhudi rəhbər olması xalqın rahatlığı baxımından da təbiidir. Yəhudi və xristianlar bizim dünyada qardaşlarımızdır, onları sevir, hörmət edir və müdafiə edirik. -
Tural SAHAB.Yeni şeirlər
(Suriyalı uşaq)
Hər şeyi, hər şeyi deyəcəm Allaha
“Allahu-əkbər” deyə- deyə məni öldürdülər, deyə
Və deyəcəm ki,
Uşaqları öldürənlər gedəcəksə cənnətə
O, cənnəti istəmirəm deyə
Atamın kəsilən başı ilə top kimi oynadıqlarını
Cihad, cihad deyə- bacımı zorladıqlarını
Hər şeyi, hər şeyi deyəcəm AllahaUçurtma əvəzinə, raketləri seyr etdik
Ulduzların görsənmədi, səmamızda
Köksümüzü qana bulayan
Mərmilərin işiğında
Tutduq son diləyimizi, deyə- deyəcəm.
Şikayət edəcəm hamınızı
Şikayət edəcəm, atamın başına dəyən ayaqları
Hə birdə, ölərəkən silə bilmədim göz yaşlarımı
Cənnətdə yenidən bitirəcənmi?
Əlimdən qopan barmaqları, deyəcəm.Hər şeyi, hər şeyi deyəcəm Allaha
Əgər, dinləsə məni.Yeni şeirlər
Dəli kimi sevmək istərdim
və insan kimi yaşamaq
gözəl güllərin olduğu
gözəl bir məmləkətdəQaçıb getmək istərdim
və susub, dayanmaq
Və səssizcə yaşamaq
dolaşıb baxışlarınagəlsə baharlar, yazlar
qaranquşların qanadında
sınsa qanadı ölümün
dodaqlarıma qonmuş adındaSən ölsən
Sən ölsən
ölərəm mən də, məzarındakı güllərin ətrində
Allahın əmri
şeytanın üsyanı olan
insan həyatında
ölmə sən,
hələ balacayam mən
əmcəyi bərkiməyib sözlərimin
bax, hər sözə kövrəlir
İradəsi özündə deyil gözləriminÖlərik illər keçsin, hələ
Yazı qarşılayaq
Çiçəklər şeir yazsın sənə
Çiçəklər böyüsün
mən böyüyüm
boynu bükük çiçəklər əllərimdə
sən gözlərimdə
ölməyək, ölmənə.Sil məni, qadın
Sənə şeir yazmaq istəyirəm, qadın
Sənin dilin ilə özümü ağlamaq
Məhv olan gəncliyimi
məhv olan həyatına qatıb
sənə olan sevgimi
sənə olan nifrəti
göylərdən atıb
torpaq altında sənə sarılıb
yatmaq istəyirəm qadın.Oxumayacaq, sənə yazılan şeiri
səni ağladanlar
göz yaşlarını
doldurub badələrə
bədənini satın alıb
ruhlarını satanlarAğla məni, qadın
silim özümü, sənin yanaqlarında
sonra, gəl de- mənə
yazım özümü, yenidən
sənin dodaqlarında. -
Riyazi DEMİRÇİ (Türkiye Cümhuriyyeti).Muhteşem şiir
Deprem Ateşi
Felaketler geldi başa
Deprem vurdu dağa taşa
Ana vatan Türkiye yaşa
İzmir’lere başağlıklar.Ağlamayın anne bacı
Tanrı dertlerin ilacı
Yeter çekmeyin siz acı
Ankara’ya başsağlıklar.Başınız sağ olsun kardeş
Yurda kurban binlerce baş
Yare bitenleşir yavaş
Marmara’ya başsağlıklar.Çocuk şehit ana ağlar
Baba yürek ciğer dağlar
‘Erbil’ size kara bağlar
İstanbul’a başsağlıklar.Atatürk’ün yurdu şendi
Şanı büyük bir gülşendi
Türkücülük bir nişandı
Türk millete başsağlıklar. -
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Balacam!
Neyin göz yaşlarını
Silən torpaqlar,
Dərdini duyan,
Donmuş incə barmağlar
O körpə məsum
Onun cizgilərində
Ananın göz yaşları…
Həyatın qarğışları.
Oturmuş dizi üstə.
Naləsinə qarışır.
Özü də, anlamadan…
İçindəki alovu
Söndürməkçün
Alışır.
Laqeydcə kecirəm.
Digər insanlar kimi
Bu uşağın önündən.
Dönsəmdə gecdir,
Artıq…
Düşünürəm
O mənim kiçik parçam
Sahib çıxa bilmədiyim
Balacam.Qəbir Götürməyəcək!
Minlərlə insanların
Qanını axıtmağa,
Səbəb nə?
Torpağı kim yığacaq
Ovcuna,
Ətəyinə
Özünü verib
Dünyanın yedəyinə
Dalınca gedənlərə
Dünya, öz torpağından,
Bir ovuc verməyəcək…
Cəsədini
Qəbir götürməyəcək!
Üzərində yeridiyin torpağın
Ağırlığını..
Çiyninə götürəcək!
Qətl etdiyi uşağın
Qanını…
Verdiyi əzabların,
Ağrısı
Ruhunu, varlığını,
Tərk etməyəcək,
Heç bitməyəcək,
Qəbir götürməyəcək.. -
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirildi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, 8 yanvar 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirildi.Düzənlənən tədbir saat 14:00-dan-17:00-a qədər davam etdi.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ilk növbədə tədbir iştiakçılarını salamladı, rəhəbri olduğu “Gənc Ədiblər Məktəbi”nin yaranma tarixindən bu günə qədər keçdiyi inkişaf mərhələsindən, məktəbin fəal üzvlərindən, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülən gənc yazarlar haqqında söhbət açdı, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün gənc yazarlara köməklik edəcəyini, gənc yazarlara məktəbin facebook sosial şəbəkəsində olan səhifəsində fəal iştirak etməyə, ədəbi-bədii nümunələrini oxumağa çağırdı.Sonra sözü tənqidçi Əsəd Cahangirə verdi.Əsəd Cahangir də öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan xalqının istedadlı xalq olduğunu, dünyada Azərbaycan qədər istedadlı bir xalqın olmadığını iştirakçıların diqqətinə çatdırdı.
“Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid düzənlənən tədbirə toplaşan gənc yazarların hər biri üçün beş dəqiqə ayırdığını nəzərə çatdırıb hər bir gənc yazara uğurlar dilədi.Sonra Azərbaycanın müxtəlif şəhər və bölgələrindən gələn gənc istedadlı gənc yazarlar Nəzakət Bədirova, Günel Gün, Tural Sahab, Gülnarə İsrafilqızı, Kənan Aydınoğlu, Bahadur Əlizadə, Elçin Aslangil və digər gənc yazarlar öz şeirlərini, məqalələrini, esselərini tədbir iştirakçıları üçün oxudular.Tənqidçi Əsəd Cahangir də gənc yazarları dinlədikdən sonra öz fikirlərini bildirdi.
“Gənc Ədiblər Məktəbi”nin 10-a yaxın üzvlərinin Azərbaycan Yazıçılar Birliyinə üzvlər qəbul olunması qərara alınıb.
Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin 150-yə yaxın üzvü var.Son bir il ərzində 20-yə yaxın üzvü Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, 10-a yaxın üzvü isə Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılıb.”Gənc Ədiblər Məktəbi”nin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Məsul katibi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir. -
Ramiz QUSARÇAYLI.Həyatı və Yaradıcılığı
Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu) 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974-1976) almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın “Krasnaya Zvezda”, Zaqafqaziya Hərbi Dairəsinin “Leninskaya Znamya” qəzetlərində oçerk və məqalələr dərc edilmişdir. Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, “Elm və Həyat” jurnalı redaksiyasında, “Zaman” Beynəlxalq qəzetində. Tula və Donetsk vilayətlərində müxtəlif vəzifələrdə çalışmışdır. Erkən uşaqlıq illərindən yaradıcılığa başlamış, “Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir.. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədridir. Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd,Aynur Cəfərqızı və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər. “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və “Eşşəknamə” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi “Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə “Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində “Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri “Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur. “Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. 2009-2010-cu il üçün Prezident təqaüdünə layiq görülmüşdür. *** Bir ölüm günüdü hər doğum günü, dünyaya gəlmək də özünə qəsddi. Beşik də məzardı, ana bətni də, Dünya ömür-ömür qırılan səsdi… Nə ürəyim təzə, nə ağlım təzə, ağlın adı ağır, ürəyin yükü. Ürəyə, ağıla işığa bənzər bir-iki misranın sarısı çöküb. Daha bu yollara nə sirr düşəcək, nə də heyrətimi yol aparacaq. Ürəyim bir sözə əsir düşəcək, bir söz ürəyimi qul aparacaq.. YUXU Bu yuxu gör harda haqladı məni, Torpağın altında, Yerin gözündə. Bu yuxu gör harda ağladı məni , Ağlaya bilərdim elə özüm də… …Gecələr yuxumu ərşə çəkənlər Səhərlər yuxuma bal qatıb mənim. Ayıq baxışlara yuxu əkənlər Yuxu becərənlər aldadıb məni. O xəzəl illərin sarısı dən-dən, Yerində inadım yarpaqlayıbdı. Yuxulu günlərim quyu dibində Özü öz üstünü torpaqlayıbdı. Nə çıxar təzədən kükrəyəm,daşam, Yuxulu əllərim heç yana çatmır , Özüm illər boyu yatıb qalmışam, Sinəmdə hisslərim qiyamı yatmır… Məni fikir-fikir geyən qayğılar, Məni misra-misra soyunur indi. Günəş işığında ölən duyğular Fanar işığında yuyunur indi. Yarımçıq əmrə də,günə də yadam, Fərqi yox,budaqda çürü,ya tökül… Özüm öz əlimi yandıran odam- Özüm öz gözümə səpələnən kül. Ayırıb özümü duyğudan ,hissdən Başımı yuxu ilə qatan deyiləm. O qədər yatmışam torpağın üstdə Torpağın altında yatan deyiləm… -
Debüt: Gülnar SƏMA (Tovuz).Yeni şeirlər
Gülnar SƏMA 1986-cı il aprel ayının 22-də Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub.1992-2003-cü illərdə Tovuz rayon Dondar quşçu kəndində orta təhsil, 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013P-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
* * *
Məhəbbətim həsrət çəkir könlümə,
Bir yol buldu çox-çox şükür, könlümə.
Nə sirri var özü bükür könlümə,
Sevənləri sevilənlər sevmiş ki.Bitməzləri becərməyə gücüm yox,
Xam torpaqda cücərməyə gücüm yox,
Ağır gələn bu cərməyə gücüm yox,
Axı mənim haqqımı kim yemiş ki?!Nuxulular misdən gümüş yapmadı,
Çox “şeyxlər” yollarından sapmadı,
Qızıl sözlər qızıl qiymət tapmadı,
“Şahnamə”nin qiyməti də gümüş ki.Dayanmadan elə çıxır səfərə,
Başımıza dolandıqca bu kürə
Gözlərim böyüdü çox əbəs yerə,
Dünya elə özü boyda imiş ki.Bar verdikcə baş aşağı əyərsən,
Vaxtlı-vaxtsız haqq qapısın döyərsən,
Gecikdinsə xurcunundan yeyərsən,
Bu sözləri atalar da demiş ki.Olacaqdan geri qaça bilməkçün,
Olanlardan baş da aça bilməkçün,
Səmalarda rahat uça bilməkçün,
Tanrı bizə hər bir şeyi vermiş ki.GEDƏSƏN
Mənim ürəyimdir, sənin məskənin,
Qoymaram, qəlbimdən çıxıb, gedəsən.
Özgə bir könüldə taxt qurmaq üçün,
Mənim qəlb evimi yıxıb, gedəsən.Qoymaram bu eşqə çökə qaranlıq,
Yaxşılıq əvəzi, etmə yamanlıq,
Eşqimlə gəldiyin yola bir anlıq.
Bəs niyə, dəhşətlə baxıb gedəsən?!Eşqin göylərdədir, ey Səma, öyün,
Onu parçalama, verərsən, bütün,
Məhəbbətin səndən üz döndərən gün,
Sevgi əllərini sıxıb gedəsən! -
Debüt: Sevinc YUNUSLU (Qazax).Yeni şeirlər
Sevinc Yunuslu 1990-cı il may ayının 12-də Qazax rayonunda anadan olub.1996-2007-ci illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.
Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.YAZ GƏLƏ
Otən qış ötdü şaxtal
Dedim, dedim ki yaz gələ.
Unut məni çıxım gedim
Gedim, gedim ki yaz gələ.Göz yaşımdı yağan yağış
Sevgi bəzək, sevgi naxış.
Gərək vüsalına bu qış
Yetim, yetim ki yaz gələ.Qışdan qışı dərib bahar
Ömrünə göndərib bahar.
Bu qışı döndərib bahar
Edim, edim ki yaz gələ.***
Bu yatdığım quş yuvası,
Yuxulardan oyat məni.
Hər gecə yaz yağışıyla
Gözlərində yu, yat məni.Bitib pir olan inamım,
İtib sir olan inamım…
Yalvarıram, qoy inanım,
Bir yalan de, uyut məni.Ağlayır, gözüm qanayır,
İçimdə dözüm qanayır…
Gedirəm, izim qanayır,
Unut, unut, unut məni.GİZLƏNMİŞƏM
Payızın kölgəsində
Qış olub gizlənmişəm.
Yarpaqlar arasında
Quş olub gizlənmişəm.Gəlmişəm ki, qəm yeyəm.
Nə bilmişəm cəm deyəm?
Qara gözlərindəyəm,
Yaş olub gizlənmişəm.Göz yaşımdı bulaqda
Qalmışam bir qıraqda.
Mən burdayam, bu dagda
Daş olub gizlənmişəm.YOXA VARDIN
Bu sevdanı qanmadım,
Yuxuydun, yoxa vardın.
Sən hec zaman yanımda
Yoxuydun, yoxa vardın.Tutammadıq əl-ələ,
Aglama görək hələ,
Sevdasız ürəklərə
Çox uydun, yoxa vardın.O göy buluda köcdün,
Gəlib könlümdən kecdin.
Göz yaşlarımı içdin,
Toxuydun, yoxa vardın.GƏTİRDİN
Gəldin də,yağış gətirdin.
Ömrün yağışlı olmasın.
Gözlərimə yaş gətirdin,
Gözlərin yaşlı olmasın.Sənsiz qalıb könül xanam,
Qıyma ki, həsrətdə yanam.
Sən gələn yola qurbanam
Yolların daşlı olmasın.Bu nə yagış tökur göydən?
Göz yaışmı götur göydən.
Bir az günəş gətir göydən
Baharım qışlı olmasın.. -
Debüt: Elməddin NİCAT (Kəlbəcər).Yeni şeirlər
Elməddin Nicat 1982-ci il sentyabr ayının 1-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.***
Qayğılar zamana yükdü,
Saatım geriyə dönmür.
Məndən ona sevda yolu,
Ondan bəri yol görünmür.Kimsə düşüb dalımıza,
Hay-haraynan kimdi elə.
Qara bəxtim, qara vaxtım
Əvvəlim, ilkimdi elə.Yolumu ağlım aparır,
Ürək məni sənə çəkir.
Ağardın ağlım, bilmədin,
Nə çəkir ürək, nə çəkir.Hərdən bir qız əl eyləyir,
İllərin o tərəfindən.
Yaman tez-tez ağrı qalxır,
Sinəmin sol tərəfindən.ELƏ GÖZƏLDİ Kİ
Bəzən dünya tarimardı,
Bəzən elə gozəldi ki!…
Bu nizamı yerbəyernən,
Düzən elə gözəldi ki!…Ürəkdən, candan oxuyan,
Damardan, qandan oxuyan.
Əhli-irfandan oxuyan,
Ozan elə gözəldi ki!…Xəyalım dağda, aranda,
Nələr olmur bircə anda.
İçini boşluq saranda
Azan elə gözəldi ki!…Tanrı soyuq baxdı bizə,
Qarğadı kim bəxtimizə?!
Bu dərdi kəm bəxtimizə
Yazan elə gözəldi ki!…OTUZ YAŞIN İLK ŞEİRİ
Bu günlərin qara günü,
Dünənin ağ yolu dərdim.
Doluların boş ünvanı,
Boşluqlardan dolu dərdim.Kök-köməcli sal qara daş,
Kəsərli dil, havalı baş.
Qapısında qul-qaravaş—
Özü sevda qulu dərdim.Səpilməyib qan toxumu,
Ruhum qada, qan qoxumur.
Ürəyimin qan qohumu,
Ululardan ulu dərdim.Arzularım bala quşdu,
Ağrın, acın bala tuşdu.
Səndən gələn bəla xoşdu,
Nə göndərsən olu dərdim.Yellər əsdi başındaca,
Kəklik oxur daşındaca.
Ömrün otuz yaşındaca,
Sipsilə, dopdolu dərdim.BU AXŞAM…
Bu axşam səmada buludlar saya,
Boylanır gecədən ulduzlar qərib.
Ya qismət, bir daha ola-olmaya,
Yaxşı ki, bəxt bizə xoş üz göstərib.Bəlkə də bir ömür bəs edər bizə.
Bu siyah gecədə doğulan sevgi.
Açılar sabaha , çıxar gündüzə,
Ən acı qəhərdən boğulan sevgi.Xurmayı saçların sığala yatar,
Zərif əllərində bir əl yeri var.
İlahi sevgilər nağıla yatar,
Ürəyin bir aləm dərdi-səri var.Bəyaz sifətinə baxıb bu ayın,
Min sevda nəğməsi oxumaq olar.
Qara gözlərinə baxıb arxayın,
Sevgini hüsnünə toxumaq olar.BU DƏRDİ KİMƏ DANIŞSAM…
Bu dərdi kimə danışsam,
Göynəyib göylərə çıxar.
Dilində sızlar bayatı,
Yanğısı neylərə çıxar.Qar tutdu eşqin gədiyin,
Bircə səndin güvəndiyim.
Ah tutar, qoca kötüyün
Ağrısı şüylərə çıxar.Dərdin acı dərdin atmaz,
Dərdbiləni dərd unutmaz.
Sevdalanan qərar tutmaz
Baş alıb köylərə çıxar.QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb—
Süslənərsən, qaragözlüm.Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən—
Bəslənərsən, qaragözlüm.Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.GETMƏ
İçimdəfırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə.Qıyma ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük olsun.
Gedişin birgünlük, beşgünlük olsun
Aradan bir uzun il asıb getmə.Heç mənə gəlmədi səndən gedənlər,
Ömürdən gedənlər, gündən gedənlər.
Yaman uzaq gedir məndən gedənlər,
Yol çəkən gözümdən yol asıb getmə.KÖNLÜMÜN ƏFƏNDİSİ
İbrahim İlyaslıya
İlahi eşqin yolçusu,
Dərd əhli, dərdiş əfəndim.
Könlü haqqa bağlamaqdan
Olmaz ki, mərd iş, əfəndim.Şam gözləyir bu ağ şamdan
Nağıl olmaz bu oxşamdan.
Bu sabahnan, bu axşamnan
Fırlanır gərdiş, əfəndim.Can istər sədam olmağı,
İçimdə edam olmağı.
Adamnan adam olmağı
Eylədim vərdiş əfəndim.Dünyanın kölgə yönümü
Pozmaya keşgə yönümü.
Tutub da eşqə yönümü
Etdim pərəstiş, əfəndim.Sən, o eşqin ta kəndisi,
Səndə qalıb tükəndisi.
Ay könlümün əfəndisi
Sevdalı dərviş əfəndim.DƏRDİNİ YAĞIŞA DANIŞ
Dərdini yağışa danış,
Yuyub acısın aparsın.
İçini kəsib doğrayan
Qara sancısın aparsın.Cücərməz içimdə sevinc,
Soyuq döyür, şaxta kəsir.
İynə ucu ümüdim var,
Ondan tale, baxt da kəsir.Dərd içini yandırdımı,
Qamışa de neyə dönsün.
Budağı puçurlamasın
Saralmış güneyə dönsün.Haqqa yol alsın sevdalar,
Qayıtmasın yer üzünə.
Çöküb dərdin boğazına
Elədiyin vur üzünə.Mən də səndən gələn yolam,
Tükənərmi məndə yolun?!
Bir məktub var eşqimə ver
Nə vaxt düşsə kəndə yolun. -
Mais TƏMKİN.Yeni şeirlər
Deyirik
Bu torpaq üstündə gəzib,
Verək əl-ələ deyirik.
Əməlimiz olmasa da,
Sözdə ki belə deyirik.Duz basırıq yaramıza,
Ox atırıq sıramıza.
Sonra nədən aramıza
Düşdü vəlvələ deyirik.Bir çəkən tək yüz yükünü,
Könül çəkir söz yükünü.
Yer boşaldır öz yükünü
Buna zəlzələ deyirik!Avqust 2013
Dünya
Yaxşının ömrünü yetirər sona,
Yol verməz çiyninə yamanlar qona.
Hiyləgər qarı tək girər min dona,
Gəzdirər özündə hər adı dünya.Zəngini acgözdü, kasıbı toxdu,
Namərdə məlhəmdi, comərdə oxdu.
Canında bir qarış saf yeri yoxdu,
Hamısı düyündü, yaradı dünya.Zərgərin əlindən alıbdır zəri,
Qatıra diz üstə çökdürüb nəri.
Koroğlu piyada gəzir hər yeri,
Bəxş edib Həmzəyə qıratı- dünya.Analar gözləri qan-yaşla doldu,
Övlad həsrətindən yanağı soldu.
Ismətli gözəlin saçını yoldu,
Ifritin başını daradı dünya!Hər işi tərsinə, bax, aş-ayaqdı,
Xeyirə zərbədi, şərə dayaqdı.
Kiminsə gözündə nurdu, mayakdı,
Təmkinəm , gözümdə qaradı dünya!!21.06.2013
-
Saqif QARATORPAQ.Yeni şeir
* * *
Əriyib gedirəm sənsiz şam kimi,
Özüm kor olmuşam öz işığımdan.
Xəbər apardımı sənə zalımlar
Ütülü,ütüsüz qırışığımdan?Güzəran dolanma qatıb başımı,
Hardadı könlümü ovudan səsin?
Görən baxıb deyir:-Yaxşıdır işin!
Görüm işim-gücüm başıma dəysin.Məni soruşubsan o gün birindən,
Şükür yaşayıram yıxıla-dura.
Şükür,Gedib-gəlir hələ nəfəsim,
Şükür,alışıram təzə bazara.Bir azca toxdadım ,sağ ol buna da,
Nə yaxşı yadından çıxmayıb adım.
Yamanca kövrəltdi məni bu xəbər,
Ötən günlər üçün elə susadım…Ölüb dirilirəm gündə min dəfə,
Cavab tapammıram neçə suala.
Dostlar əhvalımı soruşur hərdən,
Şikayət etmirəm,deyirəm:-Əla! -
“Vətən dünyadan genişdir.” – Eluca Atalı
Yazıçı-filosof Eluca Atalı uzun illərdi ki, Stokholmda yaşayır. Azərbaycandan qıraqda yaşasa da, Azərbaycanla, Türk Dünyası ilə bağlı kifayət qədər səmərəli işlər görür, əməlləri və yazıları ilə mənsub olduğu millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərir. Eluca Atalının özünəməxsus düşüncə sahibi olduğunu nəzərə alaraq, onun Azərbaycanla və türk dünyası ilə bağlı düşüncələrinin oxucular üçün maraqlı olduğunu düşündüyüm üçün bu mövzuda ondan müsahibə götürməyi gərəkli saydım.
Namiq Hacıheydərli
25 noyabr 2013-cü il– Hazırda səni rahatsız edən düşüncələr və ümumilikdə həyatın boyu səni daha çox düşündürən məsələlər…
– İstedadli və zəhmətkeş xalqımın öz mahiyyətini bir xalq kimi gerçəkləşdirə bilməməsi mənim beynimi hər an məşğul edir. Azad xalq, azad torpaq, azad ölkə görmək istəyi ilə yaşayıram, sözsüz ki, saydığım bu üç azadlığa çatası şey adamın fərd kimi özünü yetişdirməsindən başlayır.
– Qürbət sənə nə verdi, nə aldı? Qürbətdən Vətənin necə görünür?
– Qürbət mənə bütün ağrı-acısı ilə birgə yaxşı da dərs verdi: “Vətən dünyadan genişdi, bu səbəbdən də insan dünyaya sığmır, Vətənə sığır!” Asif Atanın bu fikrini Vətəndə oxudum, qürbətdə sübuta yetdi öz ömrümdə və həm də mənə tam mənası ilə çatdı ki, insan hara getsə də, Vətənin adını üstündə daşıyır. İlbiz öz yuvasını kürəyində daşıdığı kimi. Yeri gəlmişkən, “Bir udum azadlıq” kitabımda “İlbizin vətəni” hekayəm var ki, orda Vətənin nə olduğunu bədii şəkildə açmışam. Mənim aləmimdə biz insanlar balca ilbiz kimi ömür sürürük, amma onların yükü görünür, bizimki yox. Çünki, onların yükü fizikidi, bizimki mənəvi. Əgər ikinci sualla Vətənin bu gününü nəzərdə tutursansa, deyəcəm, elə bil Vətən bir almadı, bir üzü şirin, bir üzü acı. Biz hər iki üzünü dadıb, daha çox şirini dilə gətiririk, amma Vətənimzdən olmayanlar ancaq acı dadı ilə onu ölçürlər. Ona görə bütün cəhdimiz Vətəni doyumsuz şirin almaya çevirməkdir. “Bir udum azadlıq” kitabının redaktoru Əntiqə Qonaq Vətənlə bağlı sətirləri qalın qara hərflərlə verib ki, oxucunun diqqətin çəksin. Onu olduğu kimi sizə çatdırıram:
“Zamanı yadımıza salan təkcə saat deyil, əgər belə olsaydı, onda biz onun əqrəblərindən asılardıq.
Ömrün ayrı-ayrı zamanlarını yadda qalan edən müəyyən zamanlarda yadda qalan əməllər etməyi¬miz¬dir. O, əməllə də zamanı haşiyələyir, gah qara, gah da qırmızı çərçivəyə salıb özümüzünkü edirik.
İlbiz yuvası bu dəqiqə məndən ötrü dəniz ha¬vasın¬da bir günlük bazar gəzintisini xatırladan qır¬mı¬zı haşiyəli zaman idi. İndi o, çərçivəni qırıb otağıma sərin meh gətirmişdi. Hava, meh, dalğa, qum, nəfəs, sədsiz mavi səma, ümmanlıq, daha nələr duyurdum, o sürüşkən, xırda canlının vətənini vətənimin başladığı otağımda görəndə. Hər canlının vətəni özündən başla¬nır. Əslində özünü dərk edəndə bu anlayış olur, dərk etməyəndə isə hər yan “vətəndi”, təki olduğun yerdə günün cansıxıcı olmasın…
Xırda, cansız ilbiz yuvasını ovcuma alanda həm günümün xoş keçən məqamları idi, həm də xoşbəxt¬liyin varlığına inanırdım. Əslində, xoşbəxtliyin dərki üçün xüsusi hadisəyə ehtiyac yoxdur, sadəcə bu an¬layışa fitrətən inanmaq lazımdır. Mənə qalsa, ürəyi istə¬yən hadisə ilə rastlaşan yox, hadisəni doğruldan mənaya inanan xoşbəxtdir, axı, insan inamı ilə yaşayır.
Həyatda hər şey olur keçir. O şey ki, yalnız hadisədir və mənaya çatmır, o, ötür və unudulur.
Amma biz inamımızda hadisədən yüksəyə qalxırıq.”
Yurd – müqəddəsləşən torpaqdı! Muğana olan sevgim mənim müqəddəslik duyğumla bağlıdı, Muğan ülvi duyğularımın gerçəkləşdiyi məkandı bu baxımdan həm də.
– Azərbaycandan ən çox nələrdən, hardan və kimlərdən ötrü darıxırsan?
– Azərbaycandakı rüşvət murdarlığından başqa hər şey üçün darıxıram. Birinci növbədə Avropada olmayan insanlar arasındakı doğmalıq, isti münasibətin həsrətindəyəm ki, bunu öz yurd-yuvamda hədsiz görürəm. Kənddəki evimiz üçün daha çox darıxıram, məndən ötrü dünyanın başlanğıcı ordadı, mən dünyanı ilk olaraq orda görmüşəm, əşyaların adını öyrənməyə orda başlamışam, dünyanın mahiyyətinsə əqidəm olan Ocaqda. Şəxs olaraq ən çox əsərlərimdən Ürək bala kimi tanıdığınız Atanur üçün darıxıram. Keçən ay Azərbaycana olan son səfərimdə o məni günorta yeməyinə dəvət etdi, “Yeməyin pulun özüm verəcəm” – deyib, əvvəlcədən şərt kəsdi. Narahatlığımı anlayıb üstündən: “Pulum var!” – deyə əlavə etdi. Yadima gəlir, mən Azərbaycandan köçmək üzrə olduğum günlərdə onunla bir tədbirə gedərkən, dedim: “Acsan, gəl sənə bir banan alım.” Dedi: “Pulun var?” Dedim: “Hə!” Dedi: “Onda birini də özünə al, birgə yeyək!” Atanurun mənə verdiyi ilk qonaqlıqda nə qədər birgə ola biləcək günlərimizi itirdiyimi gördüm. “Xala, nə fikirdəsən?” – onun sualına başımı buladım. Osa təşəkkür etdi ki, sözünü yerə salmayıb onun tədbirində iştirak etdim. Həmin gün Türk Cümhuriyyətinin yarandığı gün – 29 oktyabr idi. Qızım oxuduğu Anadolu Türk liseyindəki tədbirdə öz bəstələdiyi “Vətənə qayıt” mahnısını çaldı, oxudu. O günü yaşadım, mənim üçün xatirə oldu, çünki, qeyri günlərimdən tam fərqli idi. Musiqini Milli Qəhrəman Mübariz İbrahimova bəstələməsinə baxmayaraq, mənə elə gəldi ki, o hamını Vətən ətrafında birliyə səsləyir öz zərif səsi ilə.– Azərbaycan ədəbiyyatı haqqında düşüncələrin. Çağdaş Azərbaycan ədəbiyyatının yaradıcıları kimlərdi sənə görə? Və səncə yaradıcı insanlarımız hansı mövzuya daha çox üstünlük verməlidi, nələri daha çox önə çəkməlidirlər?
– Azərbaycan ədəbiyyatı haqda düşüncələrim deyəndə, bu çox əhatəli bir sual olur. Ta klassik ədəbiyyatdan tutmuş bu günümüzə qədər olan dövr haqda nəzər verməli oluram. Söhbəti uzatmadan deyirəm, klassik ədəbiyaytımızın ələnib bu günə qədər gələn nümunələri sözsüz ki, hamı kimi mənim üçün də qiymətli ədəbi xəzinədi. Amma yenə təəssüf ki, onu yaradanları ən çox qərbdə fars, ərəb və digər xalqların nümayəndəsi hesab edirlər və bu məsələ görünür Akademiyanın Nizami adına Ədəbiyyat institutunu narahat etmir, əks halda buna cavab reaksiyasını görmüş olardıq. Sualınızın sonrakı hissəsi olan çağdaş ədəbiyyatımız haqda nəzər söyləməyə bir az aciz olduğumu etiraf edirəm. Çünki, nəsə haqda fikir söyləməkdən ötrü gərək onu müntəzəm izləyəsən. Bu isə bu gün mənim fiziki gücümün çatacağı iş deyil. Pərakəndə şəkildə oxuyuram, razı qaldığım və qalmadığım ədəbi nümunələr çoxdu, lakin bütövlükdə cəmiyyəti tam təhlil edən əsərə hələ rast gəlməmişəm. Əgər bu günkü Azərbaycan həyatında ictimai-siyasi prosesleri tam təhlil edib bədiyyata çəkən ədəbi nümunə olarsa, mən onun sabah da oxunacağına əmin olaram. Lakin hələ ki, bunu görmürəm. Ədəbi əsər, bədii kitab hadisəsi hələ ki bu gün yoxdu, baxmayaraq ödül satan çoxlu qurumlar var və buna yüyürüb alan qələm sahibləri də az deyil, lakin sabahlı əsər görünmür. Əsər gərək oxucunu özü ilə apara bilsin, amma bu günkü əsərlər kitab bağlanan kimi oxucu yaddaşından silinir. Çünki, oxucunun bildiyindən artıq orda heç nə yoxdu, fikirçilik yoxdu, ideya yoxdu bu gün də. Söhbət böyük ideyadan gedir. Asif Ata deyir: “Elə yaz ki, poza bilməsinlər, elə yaz ki, həmişəlik olsun”, “Ədəbiyyat – Əbədiyyət sözünə bərabərdir!” – deyir Ata. Hanı o əbədiyyətə qədər yol gedəsi əsər? Bəlkə mən görmürəm, göstərəsiniz?
Yaradıcı insanın mövzu seçimi ilə bağlı sualınıza gəlincə, mən də hamı kimi yaradıcının mövzu seçimində azad olduğunu qəbul edirəm, həm də təbiətən azadlığı sevən insan kimi deyirəm bunu. Yaradıcıya hökm edərsən, öz yolu olmaz və hökm edilən yol onun sənətini əyər! Necə ki biz hər addımda bunun nəticəsini və deyərdim, acısını görürük. Amma elə mövzu var ki, özünü yaradıcı sayanın diqqət mərkəzində olmalıdır. Bəs, bunu kimsə onun yadına salmalıdırmı? Yox, qətiyyətlə deyirəm! Yaradıcı özü o mövzunun üstünə getməlidi. Kimsə yaradıcıya bizim bu gün yaşadığımız Azərbaycan cəmiyyətindəki xalqın acınacaqlı vəziyyətini göstərməli deyil ki, eləcə də Qarabağ – milli ləyaqət məsələmiz olan, hamımızın təhqir olunduğu Xocalı ləkəsini və ya Güneydəki sonsuz qeyri-insani halı yadına salmalı deyil ki. Onda qalır yaradıcının hadisələri dərk edib, təhlil edib, yazmasına. Demək, əsas məsələ yaradıcının özünü VİCDAN ÜSTƏ kökləməsidir ki, bütün bunları o görə bilsin. Əks halda deyəcək: “Zəmanəmiz mütləq mənada ədalətlidir, saq olsun hakimim də məni diqqət mərkəzində saxlayır, ömürlük təqaüd verib!” Çox təəssüf, istedadı olanların çoxsu bu gün yalmanırlar. Nəyin xətrinə? Qarın üçün. Beynini qarnına pərçimləyənlər həqiqəti görə bilərmi heç?
– Ən yaralı yerimiz: parça-parça olmuş Azərbaycanın xilas, Birlik yolu haqqında düşüncələrin.
– İlk əvvəl Azərbaycanın məndən ötrü olan mənası ilə bağlı Asif Ata fikri ilə cavab verəcəm: “Azərbaycan birdir, əgər, o, ikidirsə, demək, o, heç yoxdur!” Mən Azərbaycanı daim belə düşünürəm və bundan fərqli düşünənin vətən sevgisinə şübhəm var, onu hələ yetişməmiş yurddaş hesab edirəm. Birlik yolu bizim içimizdən – ürəyimizdən, beynimizdən, düşüncəmizdən, ruhumuzdan keçir. Azərbaycana fədakar, təmənnasız onun yükünü çiyninə qaldıracaq xilaskarlar gərəkdi. Nə qədər ki, Azərbaycanda, istər o tayda, istərsə də bu tayda belə şəxslər yetişməyib, birlikdən söhbət etmək cəfəngiyyatdır. Amma birlik labüddür, ona gedirik, birləşəcəyik. Mən istəmirəm bu ayrılığın ömrü bundan belə bir bu qədər də uzun olsun.
– Türk Dünyası haqqında düşüncələrin?
– İstəmirəm bu günkü türk dünyası özünü onun-bunun arxasınca salıb bu vaxta qədər qazandıqlarını itirsin, kiməsə bənzəməkdən əl çəksin, özü olsun, öz yolu olsun. Nədir bu Türkiyə indi qız-oğlan məktəbləri yaratmaq istəyir? Ərəbin VII yüzildəki qanunları iləmi yaşayacaq indiki XXI yüzildə? Gör, bunlar nə qədər cılızlaşırlar.
Çətin də olsa, TÜRK BİRLİYİ yaranmalıdır: Ədəbi, mədəni, hərbi, iqtisadi, siyasi birlik. Elə hər sahədə. Bu gün ədəbi sahədə bu addım atılır, götürək Dünya Gənc Türk Yazarlar Birliyini, Avrasiya Yazarlar Birliyi və digər bu kimi qurumların yaranması çox vacib əməldi türk birliyinə gedən yolda. Ədəbiyyat ruhani əməl yetirməkdə əvəzsizdir, yuxarıda bu barədə dedik. Bu işdə gərək ilk növbədə ruhlar birləşsin.
– Uşaqlığın yadında necə qalıb? Muğan sözü və Muğanın özü haqqında düşüncələrin…
– Uşaqlıq xatirələrimi “Gecikmiş oyuncaq” povestimdə azdan-çoxdan vermişəm, sözsüz ki, tam içimi boşalda bilmədim. Deyəsi sözüm çoxdu, hiss edirəm nə vaxtsa bu mövzuya yenidən qayıdacam. Amma o vaxtın nə zaman gələcəyini hələ dəqiq bilmirəm, çünki, onu yazmaq halı məndə hələ yetişməyib. Baxmayaraq ki, uşaqlığımla bağlı məni narahat edən mövzular çoxdu. “Bir də uşaq olmaq istərdin?” – sualını mənə verən çox olmayıbsa da, az da deyil. Həmişə cavabım bir olub: YOX! Siz də digərləri kimi: “Niyə”? – sualını verə bilərsiniz. Uşaqlığa qayğısız illər deyirlər, amma mənim o çağlarım çox yaşıdlarım kimi yüklü keçib, 10 yaşımdan gecə-gündüz pambıq tarlasında ketman vurmuşam, pambıq yığmışam. Bu, məndə uşaq vaxtı əməyə nifrət yaratmışdı. Baxmayaraq, zəhməti sevən insanam və nə qazanmışamsa, tanıyanlar bilir ki, kimsənin yardımı olmadan əldə etmişəm. Amma uşaqlığımda yaşadıqlarım qul əməyi idi, bunun zəhmətkeşliyə dəxli yox idi. İndi ağlım kəsdiyindən dərk edirəm ki, böyüklü-kiçikli biz hamımız o zaman qul imişik. 88-ci ildə “rusdan ayrılsaq, acından ölərik” deyənlər, qul ruhuna, əslində ruhsuzluğa düçar olmuşlar qulluqdan çıxmaq istəyənlərin gücü qarşısında duruş gətirə bilmədilər. Lakin onların tərbiyə etdikləri bu gün də başları üzərində ağa təsəvvür etmədn nəfəs ala bilmirlər, çünki, onları qul təfəkkürü ilə böyüdüblər və özlərinin də heç zaman cəhdləri olmayıb ki, özlərini böyütsünlər. İnsanın özü-özünü böyütməsi üçün gərək özü özünə ata olsun, ana olsun, özünə sahib dursun. Bu iradə tələb edən əməldir. Uşaqlığımın təhlili məni bir az dərinə saldı, deyəsən. Keçək Muğana, sənin və mənim doğulduğum duzlu torpağa, şipşirin doğmaca yurda. Yuxardakı sualında Vətənlə bağlı fikirlərin içində dedim ki, evimizdən, həyətimizdən başlandı vətən və əlavə edirəm ki, Muğanda idi o başlanan vətən, yağış yağanda palçığından, isti olanda toz-torpağından əziyyət çəkdiyim diyar, bəlkə də insanlarının istiqanlılığı idi mənə bu yerləri sevdirən? Bəlkə dünyada tanıdığım ilk torpaq parçası olduğu üçün bu gün mənə bu qədər doğmadı. Hər halda cismani və ruhani dünyamın mənbəyi oradı.
– Daha nələri demək istərdin? – Özünə, çağdaşlarına və özəlliklə, gələcək soydaşlarına və yurddaşlarına.
– Özüm etdiklərimi bu günkülərə və sabahdaşlarıma da məsləhət görərdim: özləri ilə döyüşsünlər. Unutmasınlar ki, insan dəyişməsə, dünya dəyişməz. Dünyanın bu günə düşməsinin səbəbkarı adamın insan ola bilməməsindədi, günahkardı insan. Ona görə də hər kəs özündən başlasın dünyanı dəyişməyə, axı hər kəs dünyanın bir hissəsidi, həm də özü bir balaca dünyadı. Bu balaca dünyalar hamısı bir yerdə gerçək dünyamızı yaradır. Demək, ən yaxşı halda biz dünya daşlarıyıq hardasa.
Qaldı ki, çağdaşım, soydaşım və yurddaşım olaraq sənin haqqında düşüncəmə… Namiq yaxşı oğlandı deməyəcəm, çünki, yaxşı mənim aləmimdə nisbidi, onun dəyişib pis və ya əla olmaq imkanı var. Mənim tanıdığım Namiqin sonsuz imkanları var və istəyirəm mənim tanıdığım Namiq öz sonsuz imkanlarını aşkarlalasın, öz ömründə potensialını tam gerçəkləşdirsin.
Bu məqamda dəyərli oxucularımızın oxuması üçün “Bir udum azadlıq” kitabımdan “Cəsarət et ki, azad bir insan olasan!” essesini göndərmək qərarına gəldim.Esse
Ağıl ölçür-biçir və sənə işin təhlükə dərəcəsini deyir.
Cəsarətin qarşısını alan isə Ağlın verdiyi məlumatla qorxudan Qorxu duyğusu olur.
Cəsarətə yönəlməkdən ötrü İradənin gücü ilə qorxunu aşmaq lazımdır.
Cəsarətli olmaq üçün insan gərək ilk növbədə öz daxili gücünü aşkarlamalı, nəyə qadirliyinə bələd olmalıdır.
Cəsarətli olmaq imtina qətiyyəti tələb edir. Az əhəmiyyətlidən keçib, çox əhəmiyyətlini qazanasan gərək.
Yalnız qorxudan ötən zaman azad bir insan ola bilərsən!
Son:
İnsan özünə yadlıqdan xilas üçün özünü tapmalıdır və öz böyük mənasına – İnsanlığına qovuşmalıdır.
Yalnız bu zaman insan tənhalıqdan qurtula bilər!(1 Dözüm Günü, İşıq Ayı, 35-ci il) 01.05.13, Stokholm
Sonda isə sabahdaşlarıma “Fərəhinizi fərəhsizlərdən qoruyun!” – deyərdim. Əgər fərəhsizlər fərəhinizi oğurlaslar, gözəl əməl yetirə bilməzsiniz. İnsanın əməli gözəl olmayanda, özündən narazı qalır, çünki onun işığa əbədi sevgisi onunla birgə doğulub. Bəzən özü bundan xəbərsiz olsa da…
-
Debüt: Mayisə ƏSƏDULLAQIZI (Bakı şəhəri, Əmircan kəndi).Yeni şeirlər
Mayisə Əsədullaqızı Bakının Əmircan kəndində anadan olub.
Ağa Musa Nağıyev adına Milli Dəyərlərin Qorunması təşkilatının Fəxri jurnalistidir. “Əsrin ziyalısı-ilin şairəsi” fəxri diplom təltifçisidir. “Qızıl qələm” mükafatçısıdır.2014-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Əlim sənə çatmır
Bir axşam xəyala daldım sakitcə,
Sanki hisslərimlə həmdərddi gecə,
Qanadsız arzular,şirin röyalar,
Biləsən ruhuma axır gizlicə.Sevgi bir qismətdi tanrıdan qismət,
Çəkilər həm cəfa, möhnət, əziyyət,
Qəlbdə bir kövrəklik, dildə məhəbbət,
Yetər istəyimiz getməsin heçə.Uçunan ruhuma gizlicə hopdun,
Sanki şimşək idin, səmadan qopdun,
Sualsız qəlbimin hakimi oldun,
Kənardan qınaqlar gəlməyir vecə.YURDUMUN
Cavanşirlər yetiribdi, bu torpaq,
Mübarizdi hər döyüşdə, üzüağ,
Öndərlərin yolu bizə bir çıraq,
Gəlin, bu yollarda, birlikdə olaq.
Yüksəlir sədası hər gün ordumun,
Həzisi var, Mehdisi var yurdumun!!Dərəsinə, dağına qəlb aşıqdı,
Cizgiləri zəngindi, qarışıqdı,
Əcəmisi, Səttarı yaraşıqdı,
Könlüm bu gözəlliyə sarmaşıqdı,
Məhsətidi pak amalı arzumun,
Natavanı, Nigarı var yurdumun!!Düşmənlərin ağlın lərzəyə salan,
Xalqın yaddaşında şərəflə qalan,
Sinəsində Vətənə sevgi yanan,
Ölümdən qorxmayıb, torpağın anan,
Ürəyimdə ən imanlı andımın,
Mübarizi, Ramili var, yurdumun!!İrəvan, Göyçədi, ümid yerimdi,
Dəmirqapı Dərbənd öz Vətənimdi,
Təbriz, Borçalıdı, doğma elimdi,
Bakı, Naxçıvandı, qaşı yurdumun,
Ucalıb göylərə başı yurdumun,
Qızıldı, yaqutdu daşı yurdumun!!Ana ceyran su içəndə bulaqdan,
Qoca ovçu peşman baxar uzaqdan,
Bir “can “ sözü eşidəndə dodaqdan,
Bu zəif vücudum gələrmiş gücə.Hərdən şirin xəyallara dalaram,
Özümü bəxtəvər, huri sanaram,
Əlim sənə çatmır, bunu anıram,
Sənli xəyallardan ayrılım necə.ZİRVƏLƏR
Ürəyim köklənib sevgi siminə,
Bülbülün yerini verməz qarğa, sar,
Bu qəlbim kölədir eşq həvəsinə,
Səslənir könlümdə muğam, kaman, tar.Hər bir işimizə yol verən Allah,
Qoy giley etməyim, nə də ahu-zar,
Yalançı namərddən uzaq gəz, vallah,
Olmaz o insanda nə qeyrət, nə ar.Şəlalə sədası, bulağın gözü,
Görürəm dağların sinəsində qar,
Qorxuram zirvəyə qalxmaqdan düzü,
Axı, zirvələrdən yıxılmaq da var!NAXÇIVAN
Düşmənin köksünü yandırıb yaxan,
Üçrəngli bayrağa ümidlə baxan,
Baxışından alov yağan, od çaxan,
Vücudundan Nuh doğulan, Nuh çıxan,
Qədirbilən, şanlı elim Naxçıvan!Şahbuz, Babək, Culfa,Şərur, Sədərək,
Hələ düşmən, gələ bilməyib kələk,
Başın qaldıranda, alır dəyənək,
Bundan sonra lap olacaq firavan,
Qədirbilən, şanlı elim, Naxçıvan!“Əshabi-Kəhf “iman, güman qalası,
Gümüşgölü görsən, lövbər salası,
Badamlı bir cənnət, yatıb qalası,
Yüz illərdi “Cəngi “di sənin havan,
Qədirbilən, şanlı elim Naxçıvan!Ordubadda, gözəl meyvəli bağlar,
Çeşməsindən bal süzülər, bal axar,
Düşmənlərin anası ağlar baxar,
Koroğlu qeyrətli, işi düz, rəvan,
Qədirbilən, şanlı elim, Naxçıvan! -
İbrahim İLYASLI.Yeni şeirlər
O SEVDALI ÇAĞLAR YADINDADIRMI?
O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.Mən ömür sürmədim – vaxtı uzatdım,
Qırx il sənsizliklə başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.YUSIF SƏMƏDOĞLUYA
Dadıb ləzzətini isti al qanın,
Qarğalar da leşə yığışmaz daha.
Bürkülü günləri gəlib dünyanın,
Bir baş bir dərəyə sığışmaz daha.Həyat bir qarışıq yuxudur, yuxu
Dünyadan dünyaya irişənlərə.
İndi adamların yarıdan çoxu
Boğaz ortağıdı goreşənlərə.Gərək orlmayan da, gərək olan da
Dünyadan zəli tək yapışır elə.
İrəli gedən də, geri qalan da
Hərə öz ağlıyla çarpışır hələ.Ruzusu torpaqda, əli göydədi,
Yurda yarayırmı yurdda qalanlar?
Torpağı titrədir, ərzi göynədir
Gorunda dəm tutub zurna çalanlar.Kimi «yarımallah», kimi asidi,
Dərddi dərdlilərin dərk etdiyi də.
Daha bundan artıq nə olasıdı
Tanrının bəndəyə görk etdiyi də?!Yomrulub yolları lütün, üryanın –
Nallı ayaqların mıxı tökülür.
Mürgülü günləri gəlib dünyanın,-
Hamının gözündən yuxu tökülür.Gör mən nə saymışam fələk nə sayıb
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü addayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl. -
“İlham çeşməsi” qəzeti haqqında bilgilər
“İlham çeşməsi” ictimai-siyasi, mədəni, hüquq qəzeti ayda bir dəfə 8 səhifə olmaqla bir dəfə 500 tirajla dərc olunur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb.Qəzet “İlham çeşməsi” qəzetinin kompyuter mərkəzində yığılır, səhifələnir və “Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilir.Qəzetdə gedən materillara görə müəlliflər məsuliyyət daşıyır.Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.
Tiraj: 500
Dövrülüyü: ayda 1 dəfə
Təsisçi və baş redaktor: Əziz MUSA
Redaktor müavini: Kəmaləddin MUSAYEV
Məsləhətçi: Vaqif MƏHƏRRƏMOV
Əlaqə telefonları: (012) 342 31 88; (050) 301 74 03
Website: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə, 18-ci otaq -
Debüt: Afət VİLƏŞSOY (Masallı).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Afər VİLƏŞSOY (Abuşova) 1985-ci il aprel ayının 27-də Masallıda anadan olub.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2007-2009-cu illərdə Bakı Slavyan Universitetində magistr dərəcələri üzrə ali təhsil alıb.
2011-ci ildən Bakı Dövlət Universitetinin dissertantı və həmin universitet nəzdindəki “Gənc istedadlar” Liseyinin öyrətmənidir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri “Ulduz”, “Ali Ziya” jurnallarında, “Kaspi” qəzətində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olub.
On elmi məqalə və tezisin yanısıra, “Çiçək nəğməsi” (2004), “Könül pıçıltısı” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012) adlı şeir kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.OLUR
Sinədə döyünən sevən könülsə,
Gördüyü iş-gücü sədaqət olur,
Yanaq darıxanda dodaq yanğısı,
Ürək darıxanda məhəbbət olur.Günahlar yığılsa qismət evinə,
Abır yaxın düşməz ismət evinə,
Tanrıya qayıdan gülə, sevinə,
Tövbə yovuşanda hidayət olur.Ömür tab eləsə mənzil uzanır,
Həyat sınağında nəfəs sozalır,
Bəndə əl tutanda savab qazanır,
Allah əl tutanda səadət olur.“QAÇAN YUXULAR” SİLSİLƏSİNDƏN
YUXULAR
Gah gəlib gözünü dimdikləyəcək,
Ətyeyən quş kimi qaçan yuxular.
Hayana üz qoysan, orda bitəcək,
Bağra badaş kimi qaçan yuxular.Çətindir bir gözlə qadın daşıyıb,
O biri göz ilə yuxuya getmək.
Ağırdır içində ağılar deyib,
Yatağa oxuya-oxuya getmək.Bazarı olmur ki, belə şeylərin,
Özümə bir gözlük yuxu alardım.
Üzümü çevirib Allah yoluna,
Bir göz ac, bir göz tox yuxulayardım.28.03.2013 saat 04.24
YUXU
Nağıl dünyasında yaşayırıq biz.
sən üzü tərsinə yozulan yuxu…
Nə ağlım kəsir ki, düz yozam səni,
nə gücüm çatır ki, pozam, a yuxu..!Kirpiyim altında qəbir yaşıdı,
Gözümün içində qazılan yuxu.
Ömürlük həbsə məhkum kimidi,
Balışım altına düzülən yuxu…Yuxulər təngnəfəs qaçıbdı məndən,
Çıxıbdı Allahın lap yanınacan;
Mən hələ o qədər pak ha deyiləm,
Allahın yanından yuxu gətirəm…Dilədim sevgini, gələ bilmədi,
Qırıldı ayağı izlərdə qaldı.
Yuxu da gəlmirsə, bir səbəbi var,
Demək ki, sevilən gözlərdə qaldı…GƏLMƏYƏN SƏS
Səsimi qıymaram qulaqlarına,
Səsimin qədrini bilə bilmədin.
Səsimi çox vurdun qulaqardına,
getdin,nəfəsimə çevirilmədin.Az qala sevirdim, ay adam, səni,
Zaman unutdurur, zaman – axar su…
Ya mən bilməyirəm məhəbbət nədi,
Ya sən bu yolların yorğun yolçusu.Yanında deyiləm, ola bilmərəm,
qaçsam, ürəyindən, neyləyəcəksən?
Səsim gəlmədikcə yerim gələcək,
Yerim göründükcə göynəyəcəksən.07.04.2013
“ADAM”
Yollarda sürünən ayaq izisən,
Öz sözü özünə ötməyən adam,
Üstünə ilişən qılçıq kimisən,
Vaxtında yerində bitməyən adam.“Adam”boyu boyda boy tutan adam,
Ölüm gözlərində ölməli durur,
Özünü adama tay tutan adam,
Gülüşün ağzında gülməli durur.Sən kimə gərəksən, gülməli adam,
Yığıl, bükül, yox ol – öz məskəninə..!
Boş yerə yer tutma yorğan altında,
Ay “adam”, çəkil get, cəhənnəminə.2013
KÜÇƏLƏRDƏ GƏZƏN BAXIŞ
Yığ daha gözünü bu küçələrdən,
Səndən aldığını geri gətirməz.
Yazıqsan, ay lələ, ümid eləmə,
Almanın ağacı narı bitirməz.Yığ daha gözünü bu küçələrdən,
Yazıqdı baxışın soyuqlayacaq…
Küçələr Bozaylı, Külək amansız,
Baxışın titrədib sayaqlayacaq.Küçəni doldurub küçə itləri,
Hər şey gözlərində ucuz olacaq,
Birisi qapacaq baxışlarını,
Baxışın dəyişib quduz olacaq.Bir də baxacaqsan təmiz baxışın
Kirlənib, getdikcə düşür dərinə.
İlişib-dolaşıb küçə yolunda
Hansısa zibilin həndəvərinə…YAZIQSAN, AY LƏLƏ, VALLAH, YAZIQSAN!
YIĞ DAHA GÖZÜNÜ BU KÜÇƏLƏRDƏN!ALLAH EŞQİNƏ
Ey dünyaya öz gözüylə baxmayan,
Dünya sənin gözlərinlə ölçülməz.
Ağırlığın,uğurruğun odlara
verməkilə ömrün yükü kiçilməz.Adam kimi yaşamağa cəhd elə,
Günahdan qaç, tövbə elə, əhd elə,
Qarın səndən aşağıdır, təht elə,
Tək ayaqla tikan – qanqal keçilməz.Yarı dilə, o yarı ki, Yar olar,
Dünya özü olmayanda Var olar,
Onu bir gün dananlara ar olar,
Allah özü tək eşqdir ki, SEÇİLMƏZ!..KÖRPÜ ƏLLƏRİM
Bir sevgi darıxır körpü altında,
Bir sevgi üşüyür yaz küləyində…
Əllərin çəkəndə sığal saçıma,
Ürəyi çəkirdi naz küləyin də.Nə qədər uzaqdır ruhumuz daha.
Ayrılıq od qoyur, köz qoyur indi.
Əllərim axtarır ovuclarını.
Hər gəlib-gedənə göz qoyur indi…İndi əl uzadır, üşüyür o əl,
içimdən keçəni duyan olaydı…
Tutub əllərimi günəş yerinə,
Sənin ovucuna qoyan olaydı…Tilsimə düşübdü barışığımız,
Yuxumda butamız bitmir nə vaxtdı.
Qollarım uzanır körpüyə sarı,
Əllərim yuxuya getmir nə vaxtdı.10.04.2013
-
Saqif QARATORPAQ.Yeni şeirlər
QARDAŞIM!
İtirdim nə varsa,torpaq da getdi,
Verdim bir ömürü yelə , qardaşım!
Uşaq oyuncaqla oynayan kimi
Söznən oynayıram hələ,qardaşim!Sinəmə döyürəm yenə “mən”-deyib,
Uca kürsülərdə “ey vətən”-deyib,
Gah çiçək axtarıb ,gah cəmən deyib,
Tərif də yazıram gülə,qardaşım!Bu qədər susarmı dərdi dağ olan,
Gündə min yol ölüb yenə sağ olan,
Vətənə,torpağa,yurda ağ olan
Yanıb niyə dönmür külə,qardaşım!Gör necə aldadıb bər-bəzək məni,
Qoyub yaman günə bu ürək məni.
Salıb kəməndinə kəpənək məni,
Çıxıbdı yadımdan güllə ,qardaşım!Bu gidi dünyada daha gözüm yox,
Budur-yaşayıram… ancaq özüm yox…
Biçarə Saqifə ayrı sözüm yox,
Görüm olsun belə-belə,qardaşım!* * *
Mən də coxdan ölmüşəm,
Yoxdu yerdən götürən.
Bilmirəm oxudunmu
Özümə başsağlı
Göndərmişdim mən dünən.İlişib bir tərifə
Yıxıldım, xəbərin var?
Yazığı gələn olsa
Dönüb yerdən qaldırar.İndi yaman dəbdədi
Özünü sözdən asmaq.
Ölümdən də betərdi
Başın üstə yellənən
Qara kəndirə baxmaq.Dərd yapışar beşəlli
Tutmağa yaxan olsa.
Dərd eləmə özünə
O dünyadan gələrəm
Mənsiz darıxan olsa. -
UĞURLU DİSSERTASİYA MÜDAFİƏSİ – Kamil Adışirinov İsmayıl bəy Nakamı “diriltdi”
UĞURLU DİSSERTASİYA MÜDAFİƏSİ
K.Adışirinov İsmayıl bəy Nakamı “diriltdi”Zəkəriyyə ƏLİZADƏ,
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, g.m.e.d., professorƏdalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoruMüasir ədəbiyyatşünaslıq elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biri klassik ədəbiyyatın tədqiq edilməsidir. Şanlı ənənələri olan ədəbiyyat tariximizin incələnməsi eyni zamanda zəngin milli-mədəni sərvətimizə yiyələnməyimiz, onu qoruyub gələcək nəsillərimizə miras qoymaq deməkdir. Buna görə də klassik şair və yazıçılarımızın həyat və yaradıcılığı, irsi haqqında yazılan, nəşr edilən hər monoqrafiya, müdafiə edilən hər dissertasiya bu nəcib işə dəyərli bir töhfə kimi dəyərləndirilməlidir.
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu Şəki Filialının baş müəllimi Kamil Fikrət oğlu Adışirinovun 17 may 2013-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “İsmayıl bəy Nakamın həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etməsi yalnız Şəkinin elmi-mədəni həyatında deyil, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığında əlamətdar hadisədir.
XIX yüzilin ikinci yarısı – XX yüzilin başlanğıcında Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakam (İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov) (18..-19..) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olsa da onun ömür yolu və zəngin ədəbi irsi indiyədək layiqincə öyrənilməyib, bu haqda bir sıra araşdırıcılar yalnız yeri düşəndə söz açaraq şairin hansısa əsərinə ötəricə toxunublar. Bu üzdən az qala unudulmaqda olan qüdrətli sənətkarın həm yaşamının incəliklərinədək öyrənilməsi, həm də poetik irsinin bütün yönləriylə hərtərəfli elmi təhlil süzgəcindən keçirilməsi özü-özlüyündə alqışlanmalı olsa da dissertant Kamil Adışirinovun bu işin öhdəsindən yüksək peşəkarlıqla gəlməsi daha da fərəhlidir.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologoya elmləri doktoru, professor Teymur Kərimlinin sədrliyi ilə keçirilən islasda ilk öncə Dissertasiya Şurasının elmi katibi, filologiya elmləri doktoru İmamverdi Həmidov aparıcı təşkilatın – Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müsbət rəsmi rəyini oxuduqdan sonra Bakı Dövlət Unversiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və b. elmi qurumlarda çalışan görkəmli alimlərin dissertasiya və onun avtoreferatı haqqında yazdığı rəylərlə Şura üzvlərini tanış etdi.
Dissertantın əməyini yüksək qiymətləndirən Bakı Dövlət Unversitetinin professoru Qara Namazov qeyd edib ki, K.Adışirinov dissertasiyanın məqsəd və vəzifələrinin öhdəsindən layiqincə gələ bilib; müəllifin elmi-nəzəri hazırlığı, ədəbi fakt və prosesləri dəyərləndirmək, təhlil etmək bacarığı güclüdür; dissertasiya işi mövzunu tam əhatə edir və sanballı elmi araşdırmadır.
AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov dissertasiyaya yüksək dəyər verərək yazıb ki, müəllif Nakamın həyat və yaradıcılığı ilə bağlı mübahisəli məsələləri düzgün məcraya yönəldib, onları məntiqin və həqiqətin süzgəsindən keçirərək həll edə bilib; əsər ədəbiyyatşünaslığa töhfə olmaqla yanaşı, yeni insan tərbiyəsi ilə bağlı pedaqoji məsələlərin həllində də mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Dövlət Pedaqoji Unversitetinin professoru Ramazan Qafarlının bəyəndiyi ən müsbət cəhətlər bunlardır ki, dissertasiyada İsmayıl bəy Nakam yaradıcılığı bütün parametrləri ilə əhatə olunub, Nakam XIX əsrin qüdrətli qəzəl şairi, divan ədəbiyyatımızın layiqli yaşadıcısı kimi təqdim edilib, şairin poetik irsi ilk dəfə obyektiv elmi mövqedən dəyərləndirilib, onun yaradıcılıq yolu ənənə və varislik istiqamətində araşdırılıb, ədəbi irsinin qaynaqları müəyyənləşdirilib, sənətkarlıq keyfiyyətlərinin özünəməxsusluğu üzə çıxarılıb.
Daha sonra kürsüyə dissertant Kamil Adışirinovun özü çıxdı. Onun dissertasiya haqqında verdiyi ətraflı bilgini Şura üzvləri razılıqla qarşıladılar. Rəsmi opponentlər: filologiya elmləri doktoru Kamandar Şərifov və filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev də dissertasiya işini yüksək dəyərləndirdilər və təbii ki, müəyyən iradlarını da bildirdilər. Dissertantın həm aparıcı təşkilatın və rəsmi opponentlərin iradlarına, həm də Dissertasiya Şurası üzvlərinin çoxsaylı suallarına verdiyi əsaslandırılmış cavablar Şura üzvlərini tam razı saldı.
Bundan sonra dissertasiya ətrafında canlı müzakirə başlandı və Şura üzvləri əsərlə bağlı öz fikirlərini bildirdilər. Onların, demək olar ki, hamısı dissertasiyanı ədəbiyyatşünaslığımızda yeni söz adlandırdı və yüksək elmi səviyyədə yazıldığını bildirdi. Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, filologoya elmləri doktoru, professor Elmira Rəhimova, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, filologiya elmləri doktoru, professor Mahirə Quluyeva, filologiya elmləri doktoru İmamverdi Həmidov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, dissertantın elmi rəhbəri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və iclasda qonaq kimi iştirak edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Avrasiya Unversitetinin professoru Ədalət Tahirzadə və başqa alimlər öz cıxışlarında paytaxtdan uzaq əyalətdə – mərkəzi kitabxanalardan, arxiv və əlyazma xəzinələrindən xeyli aralıda yaşayan və çalışan Kamil Adışirinovun uzun illər apardığı və gərgin zəhmətinin bəhrəsi olan dissertasiyanı yeni dövr Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən əsər kimi qiymətləndirdilər. Çıxış edənlərin bəziləri dissertantın yüksək şəxsi keyfiyyətlərindən: gözəl müəllim olmasından, özəl həyatındakı ciddi problemlərə baxmayaraq elmi axtarışlardan vaz keçməməsindən, ana yurdu Şəkinin mədəniyyət və ədəbiyyatına vurğunluğundan… da söz açdılar. Çıxışlarda müəllifin araşdırmaları davam etdirməsi, bütövlükdə XIX yüzil Şəki ədəbi mühitini doktorluq dissertasiyası kimi işləməsi tövsiyəsi də səsləndirildi. Həm dissertasiya, həm də onun müəllifi haqqında bütün deyilənləri nəzərə alan Şura üzvləri Kamil Adışirinovu filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq gördülər və buna yekdilliklə səs verdilər.
Biz də Kamil müəllimi bu böyük elmi uğur münasibətilə ürəkdən təbrik edir ona gələcək tədiqatlarında yeni-yeni uğurlar arzulayırıq! -
Debüt: Qabil ƏDALƏT (Ağcəbədi).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Qabil Ədalət 1990-cı ildə Ağcəbədi rayonunun Boyat kəndində doğulub.Bakı şəhəri, Binəqədi rayonu 205 saylı orta məktəbi bitirib.
“Ömür antologiyası – 2013”, “Türk Dünyası Şairlər Antolojisi-2013” və b. almanaxlarda şeirləri yayımlanıb. Hal-hazırda üçüncü kitabını çapa hazırlayır.
16-17 noyabr 2013-ci ildə Antalya Şairlər Buluşmasında iştirak edib.
Ukrayna Respublikası, Kirovaqrad Milli Texniki Universietinin tələbəsidir. 2011-ci ildən Yol və Nəqliyyat işçilərinin “Azərbaycan Yolları” qəzetinin şöbə müdiridir.AZAN VAXTINA QƏDƏR
Artıq dövran dəyişib,
dünya faniliyindən
adamlar xainliyindən əl çəkib,
Dostluq, barış içində
bir yaşam qurulubdur.
Rüşvətə yox deyilib,
“tapşırıq” son bulubdur.
Xəyanət yalan olub,
yalansa talan olub.
Dillər “həsrət qalıb”
söyüşə, qeybətə…
Həsəd, nifrət, paxıllıq
ikiüzlülük, üzsüzlük qeyb olub.
Oğurluq bitib tamam,
Yerdə pul, qızıl görən,
əl vurmadan ötmədə…
İnsanlıq qayıdıb imana-dinə.
Yalançı mollalar, falçılar belə…
Daha insanlar Həccə
Ad-sançün getmir,
Daha bəzi qadınlar öz çirkin işlərini
hicab ilə gizlətmir.
Bəndələr Allahdan qorxur.
Və mən bu gözəl dünyadaykən
müəzzin azan çəkdi
ayıldım
gördüm, əşi, nə gerçək?..
Yuxu imiş, sən demə.
Bu dünya heç düzəlməz.
Düzəlməzmi?!.DEYİLƏM
Elə bil, qərq oldum bahara, yaza,
Qəlbim dilə gəldi, çevrildi saza.
Səbr edib dözəcəm işvəyə, naza,
Bu işvə, bu nazdan bezən deyiləm.Vuruldum gözlərə, dilə, dodağa,
Çatma qaşlarına, alma yanağa.
Olsa da bu yazıq sənə sadağa,
Səndən uzaqlarda gəzən deyiləm.Yandırıb odlara yaxmısan, gülüm,
Nur olub qəlbimə axmısan, gülüm.
Qabil Ədalətin, baxtısan gülüm,
Səndən əllərimi üzən deyiləm. -
Tural ADIŞİRİN.”Vaqif Aslan yaradıcılığında ictimai və tarixi motivlər” (Məqalə)
XX yüzil sonu – XXI yüzil (önləri) Şəki ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslandır.
Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində yoxsul kəndli ailəsində anadan olub. Ata məhəbbəti, ana şəfqəti, nənə nağılı-noğulu ilə böyüyən şair daim müəllimlərinin də qayğısı ilə ədəbi ədəbiyyata vəsiqə alıb. Hələ ədəbiyyata kiçik yaşlarından maraq göstərən şair VII sinifdə oxuyarkən “Mən sizə vuruldum, a qarlı dağlar” adlı ilk şeirini yazır. Orta məktəbi Şəkinin Oxud kəndində bitirən Vaqif Aslan kəndin tanınmış müəllimləri olan, el ağsaqqalları Nurpaşa Hümmətovdan və Qəni Abdullayevdən dərs alıb.
1968-ci ildə ADXDİ-nun (indiki AzDDU) “Fransız və Azərbaycan dilləri” fakultəsinə daxil olaraq Allahverdi Tağızadə, Fərman İsmayılov, Zeydulla Ağayev, Nəbi Saniyev, Abbas Hacıyev və başqa görkəmli alimlərin təsiri ilə elmləri mənimsəyib. Sonralar Rəşid Göyüşov, Seyidağa Onullahi kimi tarixçilərlə, Yaşar Qarayev kimi görkəmli ədəbiyyatşünasla tanışlıq onun fikir dünyasını, dünyagörüşünü zənginləşdirib.Xüsusən də, Y. Qarayev, B. Nəbiyev, T. Hacıyev kimi görkəmli ədəbiyyatşünaslar onun ədəbiyyata, şeirə, sənətə olan marağını daha da artırıb, onun AYB-nə üzv olması üçün tam mənəvi dəstək olublar. 1973-cü ildə oxuduğu fakültəni bitirən V.Aslan doğma elinə, obasına qayıdaraq nəcib müəllimlik peşəsi ilə məşğul olub. 1994-cü ildə şair AYB-nə üzv qəbul olubdur. 1993-1995-ci illərdə Azərbaycan MEA Folklor İnstitutunun Şəki sektorunun rəhbəri olmuş, 1998-ci ildə AYB-nin Şəki bölməsinin sədri seçilibdir. Zəngin elmi və bədii yaradıcılıq yolu keçən Vaqif Aslanın bir-birinin ardınca elmi və bədii əsərləri çap olubdur.
Onun “Aydın” (1993), XVII əsr fransız səyyahı Şardendən tərcümə etdiyi “Səyahətnamə” (1994), “Ruhlarla söhbət” (1997), “Oğuz elinə salam” (2000), “Qanımdam rəng alan gül” (2004) adlı kitabları nəşr olunubdur. “Türk xalqları ədəbiyyatının antolojisi”nin V cildində şeirlərindən nümunələr verilibdir.
Hazırda geniş bədii yaradıcılıqla məşğul olan V. Aslan həm müəllim, həm də şair ömrü yaşayır. O, AMİ-nin Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi” fənnini tədris edir, nəcib müəllimlik peşəsi ilə məşğul olur.
Filialda professor müəllim, tələbə kollektivinin sevimlisinə çevrilmiş şairin əsərləri maraqla, sevilə-sevilə oxunur. Şəkinin elmi-mədəni həyatında öz bədii-elmi fəaliyyəti ilə geniş iştirak edir.
Vaqif Aslan poeziyası düşündürücü, xəlqi poeziyadır. O, ədəbiyyatı-mızın xalq şeirinin qoşma, gəraylı, klassik üslubun qəzəl janrlarında, dramatik növün pyes janrında qələmini sınamışdır. Onun qoşma, gəraylı və qəzəlləri hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazmış olduğu şeirlərində Q. Zakir, M. Vaqif ənənələri özünü göstərir.
V.Aslan həyat şairidir. Yazmış olduğu şeirlərinin hər misrasında həyat həqiqətləri, qarşılaşdığı, şahid olduğu həyati motivlər öz əksini tapır. Görkəmli alim Y. Qarayev şair haqqında yazır: “V. Aslanın ədəbi yaradıcılığının əsas spesifikasının “folklor konteksti” təşkil edir”. Həqiqətən də onun əsərlərində folklor ənənələri öz əksini geniş şəkildə tapır. Xüsusilə, onun xalq mahnılarına yazdığı şeirləri diqqətəlayiqdir. “Ağlama ceyran balası, ağlama, Ağlama gözüm qarası ağlama” xalq mahnısına yazdığı “Ağlama” şeiri məzmun və poetik cəhətdən fərqlənir.Üsyan edib taleyəmi ağladın
Ağlama, ceyran balası, ağlama.
Dağ–dağ idim, məni bir də dağladın
Göynədi köksüm yarası ağlama.V.Aslan elinə, obasına, torpağına bağlı olan vətənpərvər şairdir. Vətəninin dağlarının, bağlarının, çiçəklərinin vəsfindən doymayan şair qürur hissi ilə həm vətənini, həm də doğulub, boya-başa çatdığı doğma kəndini “Anam Kiş” şeirində gözəl poetik ifadələrlə təsvir edir.
Gözəl Vətən!
Xoşbəxtəm ki, qucağında
doğuldum mən
Bilən bilir dünya – geniş
Ömrün yolu yoxuş – eniş
Hər qartala öz yuvası
Hər körpəyə öz anası
Mənim yuvam, anamsan, Kiş!
– deyən şair qucağında doğulduğu üçün özünü xoşbəxt sayır, doğma kəndinə “anamsan”, “yuvamsan” – deyə müraciət edir.
Bundan başqa şairin “Yaşamaram” şeiri diqqəti xüsusilə cəlb edir. Anasız, yarsız belə yaşamağın mümkün olduğunu, lakin Vətənsiz yaşamağın mümkün olmadığını dönə-dönə vurğulayır.Eşitdinmi, a sevgilim
Deyən sənsiz yaşamaram
Mən sənsiz də yaşayaram –
Mən Vətənsiz yaşamaram!Şairin təbiət, məhəbbət mövzusunda yazdığı lirik şeirlərlə yanaşı ictimai motivli şeirləri də rəngarəngdir. Onun ictimai motivli şeirlərinin mövzusu canlı, həyatdan şahidi olduğu hadisələrdən götürülübdür. Bu mövzulu şeirlərdə Vətən həsrəti, rüşvətxorluq, dərəbəylik, Vətən torpaqlarının işğalından doğan dərin kədər hissi öz əksini tapır. Şairin ictimai mövzulu şeirləri içərisində “Ocaq” şeiri diqqəti cəlb edir. Şeirdə 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Vətən torpaqlarının ikiyə bölünməsindən doğan dərin kədər hissi yüksək sənətkarlıqla verilibdir.
Bir ocaq qaladı o tayda bacı,
Bir ocaq qaladı bu tayda qardaş
Diyirkən ayrılıq ölümdən acı
Bizim başımıza tale salıb daş
Tüstümüz görüşür Arazın üstə.1990-cı illərdə ölkədə baş verən hadisələr, Vətən torpaqlarının bir-birinin ardınca işğalı, qaçqın-köçkünlük həyatı şairi ürəkdən sarsıtmış, yazmış olduğu “Qaçqın mahnısı” şeirində bu sarsıntını ürək ağrısı ilə qeyd edibdir.
Bu dərdi atammırıq
Alan yox satammırıq
Gecə-gündüz qaçırıq
Yurd qaçır, biz qaçırıq
Yenə də çatammırıq.
Getdi gedən yerimiz
Ölüb-itən yerimiz
İtib–bitən yerimiz
Göydən asılı qaldıq
Qəbri qazılı qaldıq
Haray, Vətən yerimiz.Şairin digər ictimai mövzulu şeiri olan “Kərbəla faciəsi” diqqəti xüsusilə cəlb edir. Şeirdə başımıza gətirilən müsibətlərin əsasını şair sapı özümüzdən olan baltalarda, bir qarından ötrü özgənin qabından artıq yalayıb milləti nəfsinə satanlarda görür. Şair şeirdə demək istəyir ki, əsil “Kərbəla faciəsi” məhz başımıza gətirilən bu müsibətlərdir.
Kəlbəcər inildəyir
Xankəndimiz can verir
Zəngilan, Füizulinin
Yaraları qan verir
Budurmu al-qırmızı
Tökülən qan – əvəzi
Budursa, elə budur
Kərbəla faciəsi.Şeirin son bəndində şair başı bəlalı, cəfakeş xalqının qəflət yuxusundan oyanmasını artıq bu müsibətlərə, bu bölünmələrə son verilməsini istəyir.
Erməni – ermənidir
İtdir – qurddur, hər nədir.
Axı onnan bizimki
Açıq müharibədir.
Bəs sən hansı ağılla
Öz-özünü bölürsən
Bölündükcə ölürsən
Yatmısan oyan daha
Oyaqsan silkələn qalx
Mən səni and verirəm
O bir olan Allaha
Öz-özünü yeməkdir
Kərbəla faciəsi
Bildinmi nə deməkdir
Kərbəla faciəsi.V.Aslan hər şeydən əvvəl tarixini, soy- kökünü dərindən bilən şairdir. O, Vətənin hər bir daşında, torpağında min-min tarixin yatdığını qeyd edir. Bu cəhətdən onun silsilə şeirləri içərisində “Daş əlifba”, “Saxsı qırığı üstə yazı” şeirləri diqqəti cəlb edir. “Daş əlifba” şeirində şair Azərbaycanın canlı tarix yaddaşı olan – Qobustan abidəsindən söz açır.
Qobustan – zamanın kəsilən qolu.
Tapdanıb nə zaman, ot bitib haçan
Qobustan – Vətənin quruyan qolu
Donub damarında daşa dönüb qan.Şeirin son bəndi məzmun cəhətdən daha rəngarəngdir. Buradakı yatan tarixə heyran olan şair bir anlıq daşlarla danışa bilmək üçün dönüb daş olmasını, hətta anasından Qobustanın dilini öyrətməsini istəyir və sonda yurdunun bu şərəfli tarixinə heyran qalaraq Qobustanı Azərbaycanın daşlaşan imzası adlandırır.
Hay sallam, yayılar səsim hər yana
Daşlar səda verər, danışmaz fəqət
Ey mənə əzəldən dil verən anam
Mənə Qobustanın dilini öyrət.
Bilim, o yurdumun şərəfi, şanı
Bilim, o yurdumun dərdi, yasıdır.
Oxuyum – Qobustan – Azərbaycanın
Daşlaşmış imzası, əlifbasıdır.Şairin bundan başqa “Yaşamağın sirri”, “Qılınc”, “Ay səni” və başqa şeirləri tarixi mövzuda yazılıbdır.
V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərləri içərisində “Ruhlarla söhbət” poeması xüsusilə fərqlənir. Poemanı şairin yaradıcılığının şah əsəri də hesab etmək olar. Poema Abdulla Əfəndizadənin “Hər ürəkdə zəbt olubdur, Ya ölüm, ya Türkiyə” mənzumələr toplusu ilə səsləşir. Əsər 28 fəsildən ibarətdir. Məzmun və forma cəhətdən bitgin və olduqca rəngarəngdir. Fəlsəfi-tarixi aspektdə qələmə alınmış “Ruhlarla söhbət” poeması adından göründüyü kimi tarixi şəxsiyyətlərin ruhlarının söhbəti üzərində qurulub.
Əsərin yazılmasında böyük məsuliyyət hissi duyan şair poemanın “Xeyir və dua” bölməsində ana və atasının ruhlarının dilindən bu şərəfli işi xüsusilə vurğulayır.Oğlum, gəl bu daşı ətəyindən tök
Türk qoca palıddır yer üzərində
Başı göylərdədir, kökü dərində
Allaha çatarsan, yuxarı qalxsan
Gözlərin qaralar aşağı baxsan.
Altına girmisən çox ağır yükün
Birinci qatdadır kökləri türkün.
Nə vaxt ki, edilib bu dünya bina
Türk qövmü ilk sakin olubdur ona.Poemanın “Haqq da var, divan da” adlı bölməsi daha maraqlıdır. Bu bölmədə tariximizdə qanlı izlər buraxan, türk xalqının amansız, qəddar düşməni olan Stalin, Qarbaçov kimi başıboşların haqq divanında hesab verməsi, öz bəd əməllərini boynuna alması haqqın qələbəsi kimi götürülür.
Stalindir – hər sorğudan sonra onu yandırırlar
Nəfəs verib dindirirlər.
Məni görüb diz çökdü o,
Gildir-gildir yaş tökdü o.
Sizi qırdım bağışlayın
Türk qövmünü Axalsıxdan qovlamışam.
Yerevandan köçürmüşəm bağışlayın
Bir türk məni bağışlasa rahat olar ruhum bir az.
Ulu ruhdan səda gəldi – en aşağı dinmək olmaz.Poemanın “Şəhid ruhlar” adlanan bölməsində şair tarixi şəxsiyyətlərlə yanaşı zəmanəsinin böyük ədiblərini də yaddan çıxartmır. “Bu dünyadan mən əl çəkə bilmərəm” ifadəsi ilə M.Müşfiqin “Bu gözəl dünyadan necə əl çəkim” misrasına, “Yerə yatın kazaklardır atanlar” ifadəsi ilə görkəmli dramaturq C.Cabbarlının “1905-ci il” əsərinə, “Demədinmi qalxan bayraq enəmməz” ifadəsi ilə M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinə işarəsi ilə poemanı daha da rəngarəngləşdirir. Şair poemanın “Qonuşma, yaxud əhvalpürsanlıq” bölməsində ulu Sabirin ruhi deyişməsində çağdaş dövrdə elmə, biliyə qiymət verilmədiyini, müəllimlərin, ziyalıların daima hörmət-izzətə möhtac olduğunu ürək yanğısı ilə verir.
Dedi- orda yatanmı çox, oyaqmı çoxdur?
Dedim – eləsi var ayılan deyil.
Dedi – uçitellər yenə acdımı,
Hörmətə – izzətə mör-möhtacdımı?
Dedim – oxuyanlar adam sayılmaz.
Dedi – bu səbəbdən millət ayılmaz.
Dedim – çox görürlər dincliyi bizə.
Dedi – daha sözün qalmayıb sizə.Əsərin “Faciə”, “İnkir-Minkir” və “IŞah Abbas” bölmələri daha maraqlıdır. “Faciə” bölməsində – xanlar xanı olmaq istəyən millətini, torpağını quruca bir ad, vəzifə üçün satan, özgə himayəsində yaşamağı özünə fəxr hesab edən Qubalı Fətəli xanın rüsvayçı əməllərindən söhbət açılır. Şair milləti birləşdirib özgəyə itaət edən, bu xalqı nəsil-nəsil xəcalətə salan insanın ellər gülüncü, aylar-illər gülüncü olmasını istəyir. Eynən də “İnkir-Minkir”, “Şah I Abbas” bölməsində də öz soyunun qənimi kəsilən, türkü-türkə qırdıran, türkü öz yurd-yuvasından didərgin salan, erməni kimi qaniçəni, bəşəriyyətin bəlası olan bu murdar xalqı türkün başına bəla eləyən Şah I Abbasın əməllərindən bəhs edilir.
Poemanın “Giley”, “Umu-küsü”, “Sual-cavab” bölmələri də mövzu cəhətdən rəngarəngdir. “Giley” bölməsində qardaş qanı axıtmaqla fəxr edən, 1514-cü il tarixin türklük, türk milləti üçün səfalət səhifəsi olan Çaldıran döyüşü və onun qurbanları olan Şah İsmayıl və Sultan Səlim fenomenləri qarşılaşdırılır. Şair Şah İsmayılın dilindən xalqının başına gələn müsibətə, qardaş qırğınına ürək yanğısı ilə cavab verir.Mənə bir dərs oldu Çaldıran
Bu döyüşdür türkü atdan saldıran
Bir qılınc ki, kəsib türkün başını,
Paralayıb torpağını, daşını.
Öyülməyə dəyərmi:
Bir qılınc ki, məni məndən eləyib
Qanı-qandan, canı-candan eləyib.
Mənimkidir deyilməyə dəyərmi?“Umu-küsü” bölməsində Əmir Teymurun və İldırım Bəyazidin etirafları da düşündürücü və səmimidir.
Əsərin “Ulu ruhun cavabı” bölməsində Ozanlar ozanı Dədə Qorquddan danışılır, qılıncla saz qarşılaşdırılır. Qılıncı olmayan millətin boy atmadığını, qılıncın ad-san, şöhrət olduğunu yazan şair namərdin, yaltağın əlində alçaldığını, pas tutduğunu da vurğulayır. Şair sazın da qüdrətindən, böyüklüyündən hələ “Dədə Qorqud elindən gələn” ucalığından, müqəddəs-liyindən söhbət açır.Sazın da, sözün də sirri var balam,
Qılınc da ad alır mərdin əlində
Namərdin əlində alçalar balam
Sazsa inildəyər dərdin əlində
Yaltağın əlində pas atar qılınc
Ölən şöhrətinə yas tutar qılınc
Yaltaq nə utanar nə də ar eylər
Qılıncı hörmətdən salıb xar eylər.Poemanın “Novruz bayramı və Məlikşahın giley-güzarı” bölməsində əsrlər boyu tarixi, yaddaşı, bayramı, toyu-düyünü unutdurulan, lakin Məlikşah Cəlaləddin və II Şah Abbas kimi tarixi şəxsiyyətlərin sayəsi nəticəsində özününkünü özünə qaytaran bir xalqın taleyindən söhbət açılır. Şair poemanın “Məndən söyləməkdir, səndən eşitmək” bölməsində maraqlı faktlar verir. Yunan və türk xalqlarının adət-ənənələrindən yazır. Şair əsərdə dəfn etmə yas mərasimini gözəl izah edir, Yunanların dəfn etmə zamanı ölünü yandırmağını, türklərin isə torpağa basdırıldığını göstərir. Şair türkün sayəsində geyinməyi, çimməyi, daranmağı öyrənən, türkə “barbar” deyib onun var-yoxunu mənimsəyən, özününkü olmayanı öz adına çıxan qeyri-əxlaqi dəyərlərdən söhbət açır.
Şair yazır:
Bir xalqın tarixini silməyə cəhd edən xalq
Xalq adlanır nədən xalq
Şərqlə Qərb arasında əlaqə olmasaydı
Türk körpü salmasaydı
Heç ola bilərdimi yunan mədəniyyəti
Geci, tezi var, oğlum,
Hər kəsin öz başında çatlayacaq niyyəti.Əsərin “Sual-cavab”, “Ruhların məhkəməsi” bölməsi daha maraqlı və təsirlidir. II Göytürk imperatoru Bilgə Xaqanın ruhu ilə söhbətləşən şair söhbət əsnasında xalqının başına gətirilən müsibətlərdən, türk xalqları arasında birlik və bütövlüyün olmaması nəticəsində boyunduruğ altında yaşamasından, öz torpağında qul olan, qaçqın olan, öz torpağında özünə yad olan, bölgə-bölgə paralanan, nəsil-nəsil qaralanan xalqların müasir taleyindən ürək ağrısı ilə danışır. Şair bölmənin sonunda xalqının başına gətirilən bu müsübətlərin bitməsini “Sən Türksən”, “Sən Türksən” deyə titrəyib özünə dönməsini istəyir və bu an Bilgə Xaqanın timsalında düşdüyü mənzərənin təsiri nəticəsində şairin gözləri yaşarır.
Əsərdə Bizans imperatoru Qustinyanı qadın şücaəti ilə diz çökdürən Bur-Arıq və öz ağlı, zəkası ilə iki xalqı qırğından qurtaran Çiçək Xatun kimi qadın obrazların verilməsi təsadüfü deyil. Şair göstərmək istəyir ki, öz ağlı, zəkası, şücaətiylə kişiləri geridə qoyan, “Aslanın erkəyi, dişisi olmayan” dünyanın qadın fatehləri də vardır. Şair qadının böyüklüyünü, ucalığını “Qadın” şeirində də poetik ifadələrlə verir.Qadın – ömrümüzün bəzəyi, naxışı
Həmişə müqəddəs sanmışıq onu
İnsan sevə bilir, sevir, nə yaxşı
Yoxsa verəmməzdik onun borcunu…Ümumiyyətlə, V.Aslan bizi türk azmanlarının bütöv bir silsiləsilə görüşdürür. Şair Məlik Şah, Alp Arslan, Bilgə Xaqan, Atilla, Mete xan, Alp Ər Tonqa kimi tarixi şəxsiyyətləri türkün böyüklüyünü, qüdrətini göstərən şəxsiyyətlər kimi təqdim edir.
V.Aslan poemada tarixi dərindən bilən gözəl bir tarixçiylə yanaşı həm də ana dilini, ana dilinin qayda-qanunlarını, fonetik xüsusiyyətlərini mükəmməl bilən bir dilçi kimi də nəzərimizi cəlb edir. Bu cəhətdən onun Şumer, Akkad, Assur, Babil, Manna, Midiya sivilizasiyalarının türk mədəniyyəti ilə təmasından, həmin sözlərin etimologiyasından bəhs etdiyi fikirlər maraqlıdır.
Şairin “Gilqamış”, “Enlil”, “Moday” “Çiçi” sözlərinin etimoloji araşdırmaları göstərir ki, şair ana dilinə, onun qayda və qanunlarına dərindən bələddir. Şair “Çiçi” sözünü müasir şəkililərin demək olar ki, qanında olduğu, hava-su kimi işlətdikləri “Çiyi” sözü ilə bağlayır və maraqlı izahını verir.Bir Subir qarının adı “Kikiydi”
Neçə il sonra da taleyə bir bax
Hunların Xaqanı Tanhu Çiçiy di
Bu gün də anaya “çiyi” deyirik
Cici söyləyirik “çiçi” deyirik
İnsanın tanrısı, göyüdür ana
Elə buna görə də “çiyi”dir ana.Ümumiyyətlə, Şairin istər lirik (qəzəl, qoşma, bayatı, gəraylı, poema), istərsə də dramatik (pyes) janrlarda olan əsərləri sanballı, dəyərli və müasir dövrümüz üçün aktual əsərlərdir.
V.Aslan poeziyası dərin, mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş elmi-tədqiqata ehtiyacı vardır.Qaynaqlar:
1. Vaqif Aslan. Qanımdan rəng alan gül. Bakı: Ağrıdağ, 2002, 221 s
2. Vaqif Aslan: Ruhlarla söhbət. Bakı: Ozan, 1997, 256 s.
3. Vaqif Aslan. Oğuz elinə salam. Bakı: Mütərcim, 1999, 148 s.
4. Söz, söz,… söz!: birinci buraxılış. Şəki: Master, 2006, 288 s.
5. Vaqif Aslan. “Kiş kəndi və onun məbədi”. Bakı: Çaşıoğlu, 2003. -
Rüfət AXUNDLU.Yeni şeirlər
GİZLƏNMİŞƏM
Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə, gizlənmişəm!Qaraya ağ demişəm,
Nahaqqa, haqq demişəm.
Haqqa, nahaq demişəm,
Suçumda gizlənmişəm.Özümdən geri qaçıb.
Qırxımdan diri qaçıb.
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.Tarixi daşlaşdırıb.
Ruhumu yadlaşdırıb.
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.Çöl üzümdə biçim var,
Aralıqda seçim var.
“Iki dunya” içim var,
Içimdə gizlənmişəm!GÖRMƏDİNMİ
Tarixlərdən qopan eşqim,
Yaddaşlara hopan eşqim.
Varlığımı tapan eşqim,
Məni məndə görmədinmi?Xəzan olmuş bağ kimiyəm,
Haqq deyiləm, haqq kimiyəm.
Əyilməyən dağ kimiyəm,
Çəni məndə görmədinmi?Yoxdu səndə qayda, qanun,
Dayansam da bəzən susqun.
Dəli deyib, dəli Məcnun,
Ünü məndə görmədinmi?Dərd əyləşib dərd üstündə,
Dərdim tarix, yeni gündə.
Köhnə Fərhad külüngündə,
Yəni məndə, görmədinmi?Demə, sənsiz azadmışam,
Səni azad yaşatmışam.
Mən, məndə sən yaratmışam,
Səni məndə görmədinmi?MƏNİ
Bir tək həyat, min bir günah,
Zülmət gecə, nursuz sabah.
Qarşıma çıx, görsən hərgah,
Tanımazsan əsla məni!Nəfsim hissimə kabusdur,
Cismim torpağa məhbusdur.
Ruhum Allaha məxsusdur,
Tərk etməz bu sevda məni!Bir yol nurum haqdan yana,
Mənə dayaq haqq dayana.
Mən də dursam haqdan yana,
Yaşatmaz bu dünya məni!Ya Rəbb, bu ki, müəmma, sirr?!
Cismim sözdür, ruhum şeir.
Qələminlə sən, ey şair,
Yazdın misra-misra məni!OLDU
Yol bir gedir göylərə,
Min sirr gedir göylərə.
Gedən nədir göylərə?
Ona tamahim oldu!Tamah etdim, doymadım,
Min ah etdim, doymadım.
Günah etdim doymadım,
Bu da günahım oldu!Döndü dövran içimdə,
Sındı vicdan içimdə.
Bəlkə, şeytan içimdə –
gizlənib… ruhum oldu?!Vücud aciz, ruh kölə,
Dedim dayan, döz hələ!
Dözdümsə də bir belə,
Səbr silahım oldu!Gah qaçdım, gah yıxıldım,
Haqq evinə yaxındım.
Çatıb haqqa sığındım,
Tanrı pənahım oldu! -
Nəzakət BƏDİROVA.”İnsanların bədbin, depressiv və tənha halları dinə zidd ruh halıdır” (Məqalə)
Romantizm bəzi insanlarda içinə qapanmaq, insanlarla ünsiyyətdən qaçmaq formasında özünü göstərir. Bu cür vəziyyətdə insan yalnız öz dünyasında, öz problemləri ilə maraqlanır və ətrafında baş verənlərə qarşı laqeyd olur. Quranda əmr edilən güclü iradəyə sahib olmadığından dünyada baş verən hadisələrə tab gətirəcək gücü olmur, qarşısına çıxan problemlərin öhdəsindən gələ bilmir; hər zaman aciz və çarəsiz görünür.Belə insanlar təvəkkülü, Allah`a güvənməyi, Allah`a yönəlib Ondan kömək istəməyi düşünmədiyi üçün özünü dünyada yalnız və çarəsiz hiss edir. Buna görə də, öz içində yaratdığı xəyal dünyasının xaricinə çıxmaqdan qorxur.Romantizmin səbəb olduğu bu melanxolik hal bu cür şəxsləri depressiyaya qədər aparır. Özünü insanlardan təcrid etmə, stressli olma, əsəbləşmə, yas tutma, depressiyaya düşmə, intihar haqında düşüncələrə qapılma bu insanların bəzi xüsusiyyətləridir. Məsələn, rəfiqəsinin etdiyi zarafatdan inciyən qız bütün gecəni ağlayaraq keçirməyi, bütün gecə rəfiqəsinin bu sözü söyləməsinin səbəbi üzərində düşünməyi məqbul görə bilir. Bəzi insanlara isə saçının ağarması, fiziki bir qüsurunun olması depressiyaya girməsi üçün bəs edir. Gözü niyə rəngli deyil, boyu niyə bir az daha uzun deyil kimi onlarla, yüzlərlə mövzu zehinini məşğul edərək problemə çevrilir. Bütün bunlar üçün də məyus olur və kədərlənir.Bu cür şəxslərdə qaranlıqda oturaraq “düşünmə” bəhanəsi ilə hüznlü şeirlər yazmaq, saatlarla divara baxaraq xəyal qurmaq, yağışda gəzmək, için-için ah çəkmək, fikirlərə dalmaq, ağlamaq, gözləri dolaraq, səsi titrəyərək danışmaq çox xarakterikdir. Bəziləri “fikrini dağıtmaq” adı altında həddindən artıq dərəcədə içki içir və siqaret çəkir. Nəticədə, bunların hamısı sıxıntılara, narahatlığa, fiziki və mənəvi cəhətdən qeyri-sağlam həyat şəraitinə səbəb olur. Əlbəttə ki, bu cür insanlar ömürlərini ancaq evdə keçirməzlər, digər insanlarla birlikdə ictimai həyatda da olurlar, amma mənəvi sıxıntılarını burada da davam etdirirlər. Hər sözdən öz əleyhlərində məna çıxarır, tez-tez küsür, hər hansı kiçik hadisə qarşısında gözləri dolur və gizli- gizli ağlayırlar.Kişilərdəki romantizm isə zaman keçdikcə ruh sağlığında meydana gələn ciddi sıxıntılara, cinsi pozuntulara, homoseksual meyillərə qədər apara bilir. Emosianal şəxslər daxili dünyalarında yaşatdıqları hissləri mühitin təsirindən asılı olaraq gizlədə, ya da açıq-aşkar yaşaya bilirlər.Uyğun mühit və fürsət tapan kimi heç bir əxlaq və dəyər mühakiməsini nəzərə almazlar. Məsələn, emosianal, hüznlü, bədbin birinin birdən homoseksual kimi ortaya çıxması müasir dövrdə artıq adi hala çevrilib. Allah
Şübhəsiz ki, bütün bu azğınlıqların səbəbi insanların Allah`ın yolundan dönmələri, istək və ehtiraslarının əsiri olaraq şeytanın arxasınca sürünmələridir. Allah insanları Quranda belə xəbərdar etmişdir:… Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allah`a qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə surəsi, 168-169)Əvvəllər duyğularının təsiri altında bədbin, depressiv, utancaq olan insanlar, bəzən bütün əxlaqi dəyərləri bir kənara ataraq, pozğun, azğın və heç bir sərhəd tanımayan həyat yaşamağa cəsarət edirlər. Homoseksualların keçirdiyi aksiyanı göstərən bu şəkil bu cür əxlaqsızlığın bir nümunəsidir.Ağıl və məntiqdən uzaqlaşan insanlar tamamilə duyğularının təsirinə düşüb pozğun həyat yaşamağa başlayırlar.Bura qədər sadaladığımız bütün emosianallıq növləri ağlı tərk edib duyğularının əsirinə düşən hər kəsdə müəyyən dərəcələrdə mövcuddur, ancaq şəraitdən asılı olaraq fərqli formalarda özünü biruzə verir. Məsələn, hirsli, əsəbi və qərarsız insan özünü nə qədər sərt göstərməyə cəhd etsə də, əslində, emosianallığını və acizliyini əsəbi formada gizlədir. Belə insan heç gözlənilməyən bir anda ağlayıb sızlanmağa başlaya, özünü hörmətdən salan vəziyyətlərə düşə bilər. Qısacası, insan iman gətirməsə və iman gətirənlərin sahib olduğu ağıla malik olmasa, ağıl və xarakter əksikliyi şəraitdən asılı olaraq emosianallıqlarını müxtəlif formlarda ortaya çıxara bilər.Ancaq iman gətirən, Allah`dan qorxan möminlər romantizmin təsiri altına düşə bilməz. Şeytanın səmimi möminlərə qarşı heç bir təsiri olmadığı üçün romantizm silahını möminlərə qarşı istifadə edə bilməz. Allah Hicr surəsinin 42-ci ayəsində şeytan üçün, “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz!” buyurmuşdur. Buna görə də, möminlər imanlarından, Qurana bağlılıqlarından və ağıllarından irəli gələn möhkəm və güclü bir şəxsiyyətə sahibdirlər. -
Debüt: Gülnarə İSRAFİLQIZI (Gədəbəy).Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
Gülnarə İSRAFİLQIZI (Əmiraslanova Gülnarə İsrafil qızı) 1981-ci il may ayının 25-də Gədəbəy rayonunun Qarı kəndində anadan olub.
2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur.”Bir ağacın budaqları”, “Duyğulu Arazlar” almanaxlarında şeirləri yayınlanıb.2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Yer göy qalıb dağılmamış.
Ruhum ağlayır
Üzümdə təbəssüm,
Əllərim bom-boş
Kədərin ünvanı yox.
Payız yarpaqları,
Əsən küləklər.
Boynu bükük ləpirlər,
Daha nələr, nələr,
Sıxlıqlar, sıxıntılar,
Ahlar…
Alqışlar, kəsilən başlar,
Ünvansız…
Vicdansız, vicdansiz.
Yazılan əsər,
Bitirilən roman.
Həyasizlıqdan, alçaqlıqdan.
Aclıqdan…
Səfalətdən həzz alanlar,
Çevrəmizdə.
Küçəmizdə, hamısı,hamısı
Bizdə…
Ölkəmizdə.
Satqınlıqlar, Fironluqlar,
Qeyrətini,
Tarixini, unudanlar
İcimizdə…
Yer-göy qalıb dağılmamış,
Dağıdılır Kuçəmiz də.* * *
Mavi gözlüm,
Yıldızlara gütür beni.
Gözlərinde itir bəni.
Gözlerine bakım, bakım,
Gözlerinde çoşum, taşım,
Kötülükle hep savaşım.
Benim uğrum senin olsun.
Mavi gözün benim olsun.
Bitsin artık aşk hasreti!
Şunu senden istemekle
Hata etdim…..
Sana mavi gözlüm dedim,
Denizlere kattın beni.
Yüreyinden atdın beni.
Çoşup taştı göz yaşlarım,
Sahildeyim!
Kayıplara karışmadım.
Mavi gözlü olarmısın
Arkadaşım?
“M” harfi yok.
Aşkımız yok.
Yıldiz gibi gözlerine
Aşıkta yok.
Yıdız gibi, əl çatmazdır
Benim olman.
Aşıkmısın deyilmisin
Sana sormam.
Belki bir gün
Bakışlarım konar gözlerine.
Aşkım düşer yüreyine.
Yıldızlara çatar elim,
Benim olar gözlerin.
Belke de, yok…..
Şu aşkımın yoklunda
Kayb olurum.
Yıldızları kendim gibi unuturum.
Mavi gözlü.Sübh mavi gəlinlikdə!
Mənsə ulduzlu axşam.
Əks olur dodağımda,
İçimdə əriyən şam.
Açılır hər gün yeni,Xəyalıma pəncərə.
Göy qurşağı deyilir,
Arzular doqan yerəQanadları bəm-bəyaz,
Uçur,gedir zamanım.
Qışa doğru yeriyən,
Payız mənim ünvanım.Kişinin qeyrəti sadələşibdir!
Yaman zəhərlənib dövrün havası,
İtib qız isməti,gəlin həyası,
Açılıb anamın kalağayısı,
Əyində geyimlər tazələşibdir.
Kişinin qeyrəti sadələşibdir.Sevənlər pak sevib,pak sevilərdi,
Üz-üzə gələndə boynun əyərdi,
Bu nə zəmanədir,bu nə dəyərdir,
Birləşmək ayrılmaq adiləşibdir.
Kişinin qeyrəti sadələşibdir.İstəyir söhbətə babam qarışın,
Namusdan,qeyrətdən,ardan danışsın,
Qorxuram bulvarda babam da çaşsın,
Çünki keçmişimiz maviləşibdir.
Kişinin qeyrəti sadələşibdir. -
Debüt: Tural SAHAB (Gədəbəy).Yeni şeirlər
Tural Sahab 1989-cu ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2009-cu ildən Gədəbəy rayonunun Soyuqbulaq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
* * *
Gəl bu son bahar kimi
uçub-gedən durnaların səsində
ümidlərimin naləsində
gəl, ömrüm
gəl, gecələrin ən gecəsində
Ölümlərin ən gəncində
Əssin, külək
əssin, ürəyimin uçuq viranəsində
mən bahara sevdalı
mən bahara aşiq
utanqac bir təbəssüm
öp, ömrüm
öp və yaşa
baharların ən mənində
Son bahara bənzər təbəssümümdə.* * *
Sənə şeir yazmaq istəyirəm, qadın
Sənin dilin ilə özümü ağlamaq
Məhv olan gəncliyimi
məhv olan həyatına qatıb
sənə olan sevgimi
sənə olan nifrəti
göylərdən atıb
torpaq altında sənə sarılıb
yatmaq istəyirəm qadın.Oxumayacaq, sənə yazılan şeiri
səni ağladanlar
göz yaşlarını
doldurub badələrə
bədənini satın alıb
ruhlarını satanlarAğla məni, qadın
silim özümü, sənin yanaqlarında
sonra, gəl de- mənə
yazım özümü, yenidən
sənin dodaqlarında. -
Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Hayatı ve Yaratıcılığı
Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik etmiş ve şairi bu günlere taşımıştır.
Başanlı öğretmenliğinin yanı sıra Türkiyenin çeşitli yerlerinde sahne alan ERTÜRK, TRTnn çekimlerini Beypazarında gerçekleştirdiği “Son mektup” ve “Türkmen düğünü” dizilerinde rol alarak seslendirme yaptı.Beypazarı yöresine ait bir yiyecek olan Beypazarı Kursunun hikayesini senaryo olarak yazdı.Pek çok TV Programlarına konuk oldu.Kendisi de TV programları hazırladı ve sundu.Büyük organizasiyonlarda, festivallerde ve Uluslararası programlarda sunuculuk yaptı.Türkiyede yayınlanan muhtelif edebiyat, kültür, sanat ve fikir dergilerinde, gazetelerde yazı ve şiirleri yayımlandı.
Öğretmenlik meslekinde Takı Tasarımı alanında sanat eseri konumunda çalışmaları bulunan Gülten ERTÜRK, 2008 yılında öğrencilerine rehberlik ettiği bir proje yarışmasında Türkiye 2.liği Ödülünü aldı.
2010 yılında Türkiyede bir ilk olan şair ve programcıların katıldığı “1. Çukurova Şiir Okuma Yarışması” ında 2. oldu.
2012 yılı Eylül ayının 24-de Türkiye Yazarlar Birliği Temsilci Kurulu üyesi olarak ilk kez Bakü’ye sefer etdi.Həmin ziyaret çerçevesinde “Aydın Ocağı” Sosyal Birliğinin organizasyonu ile “Divan-ı Hikmet” de gerçekleştirilen muhteşem görüşmede 2011 yılında Ankara’da yayımlanan
“harflerin Dansı” (Assonans ve Aliterasyonlarla Şiirler) kitabından hediyeler etdi.Türkiyə Türkçesinde yazdığı şiirlerden okudu. “Aydın Ocağı” Sosyal Birliği Onursal üyesi seçildi.
Dünya Genç Türk Yazarlar Birliği üyesi, yetenekli Türk hanım yazar Gülten ƏRTÜRKün şiirleri Türkiye Türkçesinden Türkiye Türkçesine tercüme olunarak ilk defa olarak Azerbaycan’da “Aydın Ocağı” Sosyal Birliğinin yayın organı “Aydın Ocağı” dergisinde-dergisinde olunarak ışık yüzü gördü.Dünya Genç Türk Yazarlar Birliği
ve “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalına şiirleri yayınlandı.
2012 yılı Ekim ayının 6′sında “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalının Birinci Kurultayı’nda Azerbaycan’ın Kültür ve Edebiyat portalının yayın, Yaratıcı, Temsilci Heyetlerinin Fahri üyesi ve “Türkiye Edebiyatı” bölümünün Baş editörü seçilmiştir.
2013 yılında Azerbaycanda-Baku şehrinde “İlham çeşmesi”, Sumqayıt şehrinde “Muhteşem Azerbaycan” gazetelerinde şiirleri yayınlandı
İkinci kitabı olan “Nerdesin Kırık Ayna”nın 2. baskısının gelirini Türkiye Gücsüzleri Vakfına bağışlayan şair;
İLESAM ( Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği),
TURÇEV ( Turizm ve Çevre Gazetecileri kültür sanat komisyonu)
DGTYB (Dünya Genş Türk Yazarlar Birliği),
Yurd Yuva Derneği üyesdir.
Şiir Kitapları; “Paylaşılacak Duygular”, “Nerdesin Kırık Ayna2, 1. ve 2. Baskı, “Gönlümdün Damlalar” ve Milli Eğitim Bakanlığı Devlet kitapları çocuk serisi yayınlardan “Şiirlerle Kutlayalım”
Şiir Albümleri; “Yüregimdeki Duygulardan Merhaba”, “Gönül Gülteni”
Ders kitapları; “Basit Telkari Teknikleri”, İçi Bos (kutu) Tekniği”
Hikaye kitabı; “Beypazarı Kurusu”SEVER SENİ
Canımda can varsa, sağsam,
Bir öfkeyle dağları aşsam,
Gökten taş olup da yağsa,
Dolum yine sever seniHer sezon açıp Scholes da,
Bulut içine dolsa da,
Fırtına, boran olsam da,
Yelim yine sever seni.Özlemin beynimi yorsa,
Zaman hiç ötməyib dursa,
Dalgalar kıyıya vurursa,
Gönlüm yine sever seni.Baxılmadı genç yaşıma,
Üzüntü katıldı Asım.
Neler gelse de başıma,
Kolum yine sever seni.Cefa etse de çok zalim,
Fetvalar verse de alim,
Qalamasa da hiç macalım,
Halim yine sever seni -
Dünya azərbaycanlılarına
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.
Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir.
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarmış, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış “Şahdəniz -2” enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcəkdir.
Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirmişdir. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş Prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir.
Hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür.
Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər.
Bir reallığı da qeyd etməliyəm ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyillərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır.
Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.
Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!İlham Əliyev
Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 25 dekabr 2013-cü il.
-
Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq evində bayram tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak edirdilər.Tədbirdə ilk öncə dövlət himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
Bir neçə gündən sonra vidalaşacağımız 2013-cü ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu qeyd etmişdir. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusilə nəzərə çatdırmışdır. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişafın, aparılan quruculuq və abadlıq işlərinin Qaradağ rayonunda da yüksələn templə davam etdiyini vurğuladı.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən şəxslərə fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edildi.
Tədbir tanınmış musiqi ifaçılarının çıxışları ilə davam etdi. -
Kənan AYDINOĞLU.Şeirlər
DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB
Dastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.“Subhənallah” deyincə nurlu gözləri dolan,
Ruminin məclisində yenə ilk bahar olan,
Dərin bir fəlsəfənin qaranlığına dalan,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
Yanaqları lalədən, incidən daha solğun.
Türkün övladı yenə baxanda oğrun-oğrun,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.İllərin arxasında candakı ruhu gördüm,
“Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
Harayı ərşə çatan fəğanla ahu gördüm,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Əhmədin məktubları sızıldadı tar kimi,
Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
Allahı sevən qəlbə ələndi bir qar kimi,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
Sevdim Anam torpağı axan göz yaşı qədər.
Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.EY MƏNİM YUNUS ƏMRƏM, SƏNƏ SALAMLAR OLSUN!
XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!
Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
Böyük şairi YUNUS, sənə salamlar olsun!
ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
MÖVLANA məclisində HAQQı deyən söz olan.
Çəkib həsrətin yenə çiçəklər kimi solan,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
“ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!HAQQ dastanla yağının qəlbini dələn zaman,
KONYAda mədrəsəni bitirib gələn zaman.
Bir nur olub sufinin qəlbinə ələn, zaman,
Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!Qoşma, gəraylılarda yağının gözün oyan,
Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
“RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun! -
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilər
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı 2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan Ədəbi Elektron Məkanında özünəməxsus yer tutan həm mədəniyyət, həm də ədəbiyyat portallarından bir çox spesifik xüsusiyyətləri ilə fərqlənir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını səciyyələndirən əsas səciyyəvi xüsusiyyətlərdən biri portalda eyni zamanda həm mədəniyyət (qəzetlərin, jurnalların, kitabların nəşri, ədəbi-bədii tədbirlərin, məclislərin düzənlənməsi), həm də ədəbiyyat (özkeçmişin,ədəbi-bədii nümunələrin, poeziya örnəklərinin, məqalələrinin, nəsr, dramaturgiya nümunələrinin nəşri) məlumatlarının yerləşdirilməsidir.Digər səciyyəvi xüsusiyyətlərindən biri də həm Bakı, həm də Sumqayıt şəhərlərində dərc olunan müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələrinin saxlanılmasıdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan Respublikasıın Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən
Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarlara dəstək”, “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği”, Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirliən “Bölgələrdə yaşatan yaradıcı gənclərlə görüşlər”, “Gənc Yazarların Bakı görüşü” layihələrini dəstəkləməkdədir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarlar haqqında yeni məlumat hazırlayıb öz səhifələrində dərc edərək sosial şəbəkədə ictimaiyyətin nəzərinə çatdırır.Eyni zamanda Portala əlavə olunan müəllifin tərcümeyi-halı, şəkli, şeiri, məqaləsi, romanı, hekayəsi və digər nümunələri dərc olunmaq üçün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən həm mətbu, həm də elektron orqanlara-”Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Yeganə Yol”, “Elimiz.Günümüz”,”Təzadlar”, “Azad Qələm”, “İlham Çeşməsi”, “Ədəbiyyat naminə” qəzetlərinə, “Ali Ziya”, “Muğanın səsi”, dərgilərinə-jurnallarına, Azərbaycan Ədəbi Elekton Məkanında-Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanlarına (dgtyb.org və bizimyazi.com) göndərir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı hər həftə bölgələrdə yaşayan bir neçə gənc yazarı sosial şəbəkədə ictimaiyyətin nəzərinə çatdırmaq üçün yeni məlumat hazırlayıb öz səhifələrində dərc edir.Portalın Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvlərinin ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri yeni bir həftədə bir səhifə ayrımaqla əsas səhifəyə əlavə olunur.
2013-cü ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc Yazarların Bakı görüşü” layihə çərçivəsində “Nurlan” nəşriyyatı tərəfindən nəşr olunan “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının “Azərbaycan Ədəbi Elektron Məkanı” bölməsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında olan bilgilər yer alıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının elektron poçtuna göndərilən məktub Portal Rəhbəri tərəfindən yoxlanıldıqdan sonra ( ölçü 12, şrift Times New Roman) əsas səhifəyə yeni məlumat kimi əlavə olunur.Daha sonra isə sosial şəbəkə vasitəsilə insanların nəzərinə çatdırılır.Portal “Əsas səhifə”, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinə malikdir. Həftə ərzində məlumatlar yenilənir.Ən önəmli layihələri:
1.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”;
2.”Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”;
3.”Azərbaycanın istedadlı gənc yazarlarına dəstək”;
4.“Azərbaycanlı-Türkiyəli yazarların ictimaiyyətə çatdırılması”;
5.“Bölgə yazarlarının ictimaiyyətə çatdırılması”.Dərin hörmət və ehtiramla:
Kənan AYDINOĞLU.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri.
21 avqust, 2013.Bakı şəhəri.Azərbaycan Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt Rəhbəri: Kənan AYDINOĞLU
Vebsayt: http://edebiyyat-az.com
E-mail: office@edebiyyat-az.com
Tel: ( 051) 785 44 33; (051) 795 44 33 -
“Ulu Öndər və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir
Dekabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Xalq yazıçısı Anar çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpa edilməsi, möhkəmlənməsi, müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, yazıçılara qayğısından söz açdı: “ Bu gün Azərbaycan xalqının ən kədərli günlərindən biridir. On il bundan əvvəl xalqımız böyük oğlu Heydər Əliyevi itirdi. 1991-ci ildə Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra xalqımız çox ağır, məşəqqətli günlər keçirdi. Qarabağın bir hissəsi alınmışdı, respublikada hərc-mərclik hökm sürürdü. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı, Yeni Azərbaycanın əsasını qoydu. Heydər Əliyev ədəbiyyatın dostu, çox böyük cəfakeşi idi. Bu gün başqa respublikalardan fərqli olaraq Yazıçılar Birliyi varsa, fəaliyyət göstərirsə, bu Heydər Əliyevin xidmətidir. O, ədəbi orqanların dövlət büdcəsindən maliyyələşməsinə göstəriş verdi. Mənim qəlbimdə onun işıqlı siması, qayğıkeşliyi hər zaman yaşayacaq”.
Fikrət Qoca çıxışında dedi ki, heç kəs onun haqq-sayını itirə bilməz, biz yazarlar hər zaman onun ədədbiyyata qayğısını görmüşük. “Heydər Əliyevin heykəli ürəklərdədir. Onun insanlarla ünsiyyəti, insanlara qayğısı hər birimizin yadındadı. Bu gün mənim bu məclisdə danışmağıma görə Allahdan aşağı o kişiyə borcluyam. Böyük vəzifədə çalışmasına baxmayaraq mənim səhhətimlə maraqlandı, mənə qayğı göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdan zaman dağılmış dövləti dənə-dənə topladı, yığdı. Müstəqillik bizim ən böyük qazancımızdır.”
Arif Əmrahoğlu çıxışında Heydər Əliyevlə bağlı xatirələrini söylədi: “Yeddi il Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun iş rejiminə, siyasətinə bələdəm. Heydər Əliyev təzə hakimiyyətə gələndə Prezident Aparatına məktublar rus dilində gəlirdi. O göstəriş verdi ki, rus dilində gələn məktublar qəbul edilməsin. Heydər Əliyev milli dili qoruyurdu, ədəbiyyatın hamisi idi. Onun böyük xidmətlərindən biri də dövlət olmayan illərdə ədəbiyyatı, dili yaşatmağıdır. Heydər Əliyevin ruhu, yeri həmişə görünür.”
Tədbirdə Oqtay Rza Ulu öndərə həsr etdiyi şeirini oxudu.
Anım mərasimində Nazim İbrahimov, Çingiz Abdullayev, Ayaz Vəfalı, İntiqam Qasımzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Oqtay Rza çıxış edərək Heydər Əliuyevlə bağlı xatirələrindən söz açdılar, Ulu öndərin Azərbaycan Respublikasının müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, mədəniyyətə, incəsənətə qayğısından danışdılar, Ulu öndərin işıqlı xatirəsinin daim qəlblərdə yaşayacağını dedilər. -
Bakıya gəlmiş gənc yazarların AYB-də respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri ilə görüşü
Dekabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı Görüşü” adlı layihə çərçivəsində Bakıya gəlmiş gənc şairlərin Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşü keçirildi.
Görüşü giriş sözü ilə DGTYB-nin rəhbəri Əkbər Qoşalı açaraq iştirakçıları salamladıqdan sonra layihə çərçivəsində görülən işlər haqqında məlumat verdi, rayonda yaşayıb fəaliyyət göstərən gənclərlə iş birliyi, problemlər, perspektivlər, uğurlar haqqında danışdı.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid çıxış edərək 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin fəaliyyətindən, uğurlarından, gənclərə göstərilən dövlət qayğısından danışdı.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca çıxışında gənc şairlərə ədəbiyyatın kəşməkeşli yollarında yaradıcılıq uğurları, yaşadıqları həyatda geri baxıb utanmamağı arzuladı.
Görüşdə Aydın Xan Əbilov, Xəyal Rza, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Cəvahir Qaraqızı, Fəridə Ləman, Zərəngiz Dəmirçi, Balayar Sadiq və başqaları iştirak edirdilər.
Görüşün sonunda bölgələrdə yaşayan, fəaliyyət göstərən gənclərin adından Elşən Əzimov çıxış edərək gənclərə göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, ədəbi ictimaiyyətin nümayəndələrinə təşəkkürünü bildirdi,
bölgələrdə yaşayan gənclərlə Bakıda və digər şəhərlərdə yaşayan yaradıcı gənclərin virtual aləmdə ortaq şəbəkələrinin yaradılması təklifini irəli sürdü. -
Qiymət Məhərrəmlinin yeni kitabı işıq üzü gördü
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin yaydığı məlumata görə, “Elimiz.günümüz” elmi-ədəbi, mədəni-kütləvi, publisitik qəzetin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın istedadlı xanım yazarı Qiymət Məhərrəmlinin 50 illik yubileyi ərəfəsində “Mənim ünvanımı ürəyinə yaz” adlı növbəti şeirlər kitabı 2013-cü ildə Bakı şəhərində “Araz” nəşriyyatı tərəfindən 64 səhifə olmaqla işıq üzü görüb.Kitabın redaktoru şair-tərcüməçi Giya Paçxataşvilidir.
Oxucuların əsasən lirik şeirlər müəllifi kimi tanıyıb sevdiyi şair Qiymət Məhərrəmlinin növbəti kitabı “Mənim ünvanımı ürəyinə yaz” adlanır. Kitab şairin
yarıməsrlik ömrünün qovuşuğunda oxucularla daha bir səmimi görüşüdür. Ədəbi yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı bədii nümunələrin toplandığı kitab şairin lirik mənini tam olaraq özündə əks etdirir. İnanırıq ki, Qiymət poeziyasının vurğunları şairin əlli yarpaqdan ibarət bu yeni kitabını da sevgiylə qarşılayacaq, buradakı səmimi duyğular öz həqiqi ünvanını tapacaqdır. -
Yazıçı Cəlaləddinin “27 ildən sonra” kitabının müzakirəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının yaydığı məlumata görə, 14 dekabr 2013–cü il saat 17:00-da Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Milli Düşüncə İnstitutu İctimai Birliyi, Alp nəşrləri və eqoist.net – in birgə təşkilatçılığı ilə yazıçı Cəlaləddinin “27 ildən sonra” kitabının müzakirəsi keçiriləcək. Kitab XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını bütün dünyaya çatdırmaq üçün qələmə alınmışdır.
Giriş sərbəstdir.
Ünvan: Klassik Kafe
Həsən Əliyev( keç.İnqilab) küçəsi 57
tel: 0515132609, 0709027097, 0552001428 -
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısının vaxtı məlum oldu
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Gənc Ədiblər Məktəbi”nin Məsul katibi Emin Piriyə istinadən yaydıığı məlumata görə, dekabr ayının 13-ü saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçiriləcək.
Bu görüşdə şair, “Ulduz” jurnalının redaktor müavini Qulu Ağsəsin iştirakıyla, digər ədəbiyyat adamlarıyla “Ulduz” jurnalının gənclər dərc etdirdiyi noyabr sayının müzakirəsi olacaq.
İştirak etmək istəyənlər dəvətlidir. -
Debüt: Mais TƏMKİN (Lerik).”İlhamlı günlərin nəğməsi” (Poema)
Tərcümeyi-hal
Əsədullayev Mais Əsəd oğlu Mais Təmkin. 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində dünyaya göz açmışdır. Hələ orta məktədə oxuduğu dövrdə əədəbiyyata, poeziyaya böyük həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna respublikasında hərbi xidmətdə olmuşdur. Ilk şeirlər kitabı ,, Bu gecə ulduzlar yaman seyrəlib,, 2003-cü ildə işıq üzü görmüşdür. Respublika Prezidenti Cənab İlham Əliyeva ithaf olunmuş ,,İlhamın gücü,, poeması 2005-ci ildə ,,Avropa,, nəşriyyatında çapdan çıxmışdır. Lerik rayon İcra Hakimiyyətinin vəsaiti hesabına nəşr olunmuş ,,Hikməti sözündə axtar,, şeirlər kitabı 2009-cu ildə ,,Nurlan,, nəşryatında oxucuların ixtiyarına verilmişdir. Hal-hazırda qələmə aldığı ,,İlhamlı günlərin nəğməsi,, poeması müəllifin sayca dördüncü kitabıdır. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələrilə bərabər publisistik yazılarla çıxışlar edən Mais Təmkin həm də ,,Azad Təfəkkür,, qəzetinin əməkdaşıdır. Ailəlidir, üç övladı var.
,,Ey könül,böyuklük almadan ələ,
Böyüklər yerində oturma hələ,
Dünyada böyüklük görmək istəsən,
Al ələ qələmi yaz böyuklərdən.
Yazmalı elə bir uğurlu dastan,
Ondan bir incəlik duysun oxuyan.Nizami Gəncəvi
İlhamlı günlərin nəğməsi
Üzümü tutmuşam haqq dərgahına,
Ey külli aləmi yaradan Allah.
Layiq bil, üz qoyum səcdəgahına,
Sənə gətirmişəm ürəkdən pənah.Özümü həyatda xoşbəxt sanıram,
Sənin dərgahına sığınmaq ilə.
Quş kimi göylərə qanadlanıram,
O uca adını gətirib dilə.Gərək bağışiasın, əfv etsin məni
Nizami-o böyük dahi sənatkar,
Sındırıb üzməsin incə qəlbimi,
Deməsin, mən onu edirəm təkrar.Əsl sənatkarlar, əsl şairlər
Böyüklər haqqında dastan yazanda
Həmişə dünyada özündən qabaq
Sənə güvəniblər həmin o anda.Baxma ki yazmağa həvəsim çoxdur,
Mən nə Nizamiyəm, nə də Füzuli.
İlahi, bilirsən qüdrətim yoxdur,
Onlar tək yaradım seiri, qəzəli.Tutduğum yol ki var, deyldir asan.
Mənim baş vurduğum dərin dəryadır.
Haqqı, ədaləti nəzmə çəkirəm,
Yazdığım Tanrıdan ğələn sədadır.Həyacan içində çırpınır ürək,
Sözün dəryasında üzürəm indi
Şairlər Allahı Şeyx Nizami tək
Dəryada mirvari ğəzirəm indi.Sən özün şahidsən, böyük yaradan,
Hələ bu dastanı başlamamışdan.Sənə əl uzadıb, durdum salama,
Sənsən zinət verən hər bir kəlama.Müqəddəs arzumla,saf niyyətimlə,
İstərəm başlayım bir ğözəl işə.
Böyük şəxsiyyətə məhəbbətimlə,
Bir dastan ərməğan edim gərdişəYazdığım, qoşduğum səbəbsiz deyil,
Zamanın hökmüdür məni dindirən,
Uca şəxsiyyətin saf əməlidir,
Könlümü coşdurub, hey sevindirən.Məramı müqəddəs olan bir dahi,
Qəlbimə hakimdir çoxdan, İlahi.Yurdumun bu günü, həm sabahıdır,
Xoşbəxt ğələcəyin, xoş rifahıdır.Yazıram ilhamla,açıq beyinlə,
Arzumu, duyğumu sən özün dinlə.Heydər atamızın əzəmətindən,
Varisi İlhamın xoş niyyətindən,
Yazmaq istəyirəm gözəl bir əsər,
Yazdığım hər sözə özün sal nəzər.Həm ondan söyləyim, həm varisindən,
Könüllər kam alsın haqqın səsindən.Onsuz gülüstanım olardı xəzan,
Yolunu itirmiş neçə yol azan,
Hərəsi özünü bir şah sanardı.
Heydər tək hünərvər ər olmasaydı,
Bu vətən yüz yerə parçalanardı.Bir səda yetişdi uca Allahdan,
,,Rəhbər göndərirəm sizə sabahdan.Elə bir rəhbər ki şir ürəklidr,
Qəlbi xoş arzulu, xoş diləklidir.Ona arxa olun, dayaq olun siz,
Onunla şad olar sizin qəlbinizOnunla fəxr edər, öyünərsiniz,
Onsuz dərdə-qəmə bürünərsiniz.Bu xalqı, milləti tanıdan gərək,
Eşqi haqdan gərək,Tanrıdan gərək.O elə rəhbərdir, zəkası nurlu,
Qartal tək vüqarlı, dağ tək qürurlu.Nurlu gələcəyə aparır xalqı,
Bacarır seçməyi haqqı, nahqqı.Tanrının səsini eşidən bir xalq
Daim zəfər çalar, əlində bayraq.’’Xalq, millət yığışdı hamı bir yerə,
Qəlbdən dəstək oldu Ulu Öndərə.Tək Azərbaycanmı səs veri ona,
Xalqımın qəhrıman, cəsur oğluna?Bütün Türk dünyası, İslam dünyası,
Dedi; Rəhbər olsun elin atası.Xalqı nicat tapdı xoş gəlişindən,
Hamı razı qaldı onun işindən.Millətin yolunda can fəda etdi,
Xalqa güvənməklə kamına yetdi.Amalı tanrıydı. Bir də Peyğəmbər,
Onunçün adına deyildi; Heydər.Peyğəmbər buyurub; ,,İtaət edin,
Sizi sevənlərin ardınca gedin.’’Zəka sahibləri mində biridi,
Rəhbərlər Allahın elçiləridir??Xalqı əsarətdən qurtaran oldu,
Fərhad tək dağ çapıb, dağ yaran olduDoğdu ömrümüzə bir günəş kimi,
Yaşatdı qəlbində elin eşqini.Millətin səsinə qarışdı səsi,
Düşmədi dilindən ,,Vətən’’ kəlməsi.Ayağa qaldırdı xalqı, milləti,
Mat qoydu özünə bəşəriyyəti.Gəzdi qarış-qarış bütün cahanı,
Tanıtdı dünyaya Azərbacanı.Dirçəldi ölkədə mədəniyyəti,
Yüksəltdi göylərə incəsənəti.Sözünün mənası dərindən-dərin,
Bilirdi hər sözün məqmın yerin.Bütün elmlərdən xəbərdar idi,
Arzusu gül açan xoş bahar idi.Xalqını sanmaqla könül sirdaşı,
Haqqın dərgahına ucaldı başı.Haqsızı susdurdu haqqın səsiyilə,
Vətən sevgisiylə, Xalq sevgisiyə.Xalqın ürəyiydi, vuran nəbziydi,
O haqdan gəlmişdi,haqqın səsiydi.Hər sözündə hikmət, hökmündə kəsər,
Ömrünü xalqına bəxş etdi getdi.
Azərbaycan adlı böyük bir əsər,
Xalqın tarixinə nəqş etdi getdi.***
Nə etmək ucalar ucası Allah,
Bəyənib sevdiyi güiü aparır.
Əzrayıl baxsa da ölüm işinə,
Yaxşısı Allahın özü aparır.Bənzərsiz ölmüylə, pak məramıyla.
Tanrı dərgahına apardı onu.
Müqəddəs atanın ölüm xəbəri,
Sarsıtdı bir anda vətən oğluna.Qəlbləri sarsidan buacı xəbər,
Yayıldı bir anda bütün cahana.
Millətin bir məsud, xoş məqamında*
Müsübət üz verdi Azərbaycana.Doğradı qəlbləri ağrı-acılar,
Dənizə çevrildi insan axını.
Göz yaşı axıtdı ana-bacılar,
Dərd-kədər bürüdü uzaq-yaxını.Bu qoca dünyanın hər bir bucağı,
Şərikdir xalqımın ağır qəminə.
Didərgin yurdların sönmüş ocağı,
Alışdı, odlandı el matəminə.Matəmə qərq olub güllər, çiçəklər,
Ağlayır, sızlayır yolların üstə,
Gedir son mənzilə uca babamız
Xalqın bükülməyən qolları üstə.Xiyaban içində durub mükəddər,
Ürəyi qubarlı nəvə ağlayır.
Baba həsrətinə , baba dərdinə,
Göz yaşı tökdügcə ürək dağlayır.
Inanmır hələ də Baba hüznünə,
Kədəri qəlbindən axır dilinə:-Bu ellər səninlə nə bəxtiyardır,
Hə anı ətirli güllü bahardır.
Hələ qəlbimizdə çox arzu vardır,
Getmə, şanlı baba, getmə, sən Allah.Əgər olmasaydı zəhmətin, səyin,
Sönərdi ahəngi min-min ürəyin.
Sən-xalqı, milləti düşünən beyin,
Getmə, şanlı Baba, getmə, sən Allah!Yol alır cənnətə bir ulu insan,
Haqqın, ədalətin mücəssəməsi.
Torpağa tapşırır onu bu cahan,
Yüksəlir göylərə “Yasin” surəsi.Susur ehtiramla insan axını,
Ətrafa nur saçır “Quran”ayəsi.
Cismi aramızdan getsədə onun,
Millətin üstündən getmız sayəsi.Xalqımın, millətimin
sevgili sultanı Baba,
Ölümün üzdü tamam
Azərbaycanı Baba.Hüznə qərq oldu təmamən
elimiz,millətimiz
Edir ziyarət hər il “Fəxri-
Xiyaban”ı, Baba.Millət ağ günlərə çıxdı
işıqlı ağlın ilə,
Bizə sən bəxş elədin bir
belə dövranı, Baba!“ Həcər-ül-Əsvədi” öpdün
dolanıb Kəbəni sən
Qazanıbsan sağ ikən
cənnəti-rizvanı, Baba.Cəng meydanına ər
tək atılıb cəng elədin,
Qəhrəman ölkəmizin, ey
Şiri-Aslanı, Baba.Ömrünün hər anı
səlnamələrə həkk oldu,
Həm yazan sənsən onu,
həm də qəhrəmanı Baba.Böyük oldun böyüyə, həm
kiçik oldun kiçiyə,
Hamının sevgilisi, dostu-
mehribanı Baba.Sən kimi dahini dünya
daha kəşf etməyəcək,
Iki əsrin ən uca, ən nəcib
insanı Baba!Ata sevgisinin alqışındayıq ,
Şəninə nəğmələr yarışındayıq.
Müqəddəs ruhunun işığındayıq,
Şad görüm rhunu, ey Heydər Ata.Sən elin qəlbində sonsuz həvəsdin,
Göydən nazil olmuş ilahi səsdin.
Əzmin, hünərinlə biryolluq kəsdin
Zəka silahını, ey Heydər Ata !Onda ki müsibət ərşə dayandı,
Yatan dünya haqq səsindən oyandı.
Gecəli-gündüzlü düşündün, andın
Yurdun sabahını, ey Heydər Ata.Xalqın haqq səsini dünyaya yaydın,
Sən xalqa Tanrıdan verilmiş paydın.
Nizıdən, qılıncdan kəsərli saydın
Zəka silahını, ey Heydər Ata!Gül çiçəkdən xəbər aldım:
-Xəzan düşsə solmazsan ki?
-Mən solsam da, yaz gələndə
Min-min çiçək bitər, – dedi.Sual verdim şən bülbülə:
-Güllər sussa, susmazsan ki?
-Bu torpaqda çiçək solmaz,
Dilim hər vaxt ötər, -dedi.Dedim: – günəş, hey yanırsan,
Bu yanmaqla sönməzsən ki?
– Bu atəşim, hərarətim
Məhşərəcən yetər, -dedi.Dedim: – dağlar, nə ucasan,
Qürürundan enməzsən ki?
-Kim əbədi qalandır ki?
Gələn bir gün gedər, -dedi.Əl çəkmədim həvəsimdən,
Dönüb sordum ürəyimdən?
– Heç əbədi olan varmı?
Bunu mənə deməzsən ki?
Qəlbim coşdu bir ilhamla,
Qətiyyətlə, ehtiramla,
“ Heydər” – dedi, “Heydər” –dedi !Ulu rəhbər! Sənsən əzbər
Milyonların dilndə
Sən əbədi bir günəşsən
Azərbaycan elində.
Nəfəsinlə ətir saçır
Bu müqəddəs torpağın,
Göy üzünün Kəbəsidir
Əzəmətli bayrağın.Bu gün sevinc gül açırsa
Körpələrin dodağında,
Nəmələrin ruzi varsa
Təknəsində, tabağında,
Xoş səadət parlayırsa
Millətimin sabahında,
Min şeiriyyət çağlayırsa
Ilhamımın söz bağında…
Dünya yaşamağa dəyər,
Ömür yaşamağa dəyər!Ulu rəhbər! Sənsən zəfər
Yenilməzdir qüvvətin.
Sən əbədi rəhbərisən
Bu xalqın, bu millətin.
Sən bir tale günəşisən.
İşığından nur alır,
Al geyinir asiman.
İşığınla açılır
Sabahımız hər zaman.Bu gün şükran oxunursa
Süfrələrin duasında,
Saf diləklər boy atırsa
Anaların laylasında,
Əsrarəngiz məna varsa
Ömrümüzün hər anındaAzadlığım bərq vurursa
Ağ göyərçin qanadında…
Ömür yaşamağa dəyər!Ulu rəhbər! Ey hünərvər,
Sən vətənin özüsən.
Onun xoşbəxt taleyində
Qızıl xətli yazısan.
Dünyama nur yağar ki,
Inanc dolu həyatda
Yaşamağa nə var ki!
Göyər arzularım, göyər!
Ömür yaşamağa dəyər!
Dünya yaşamağa dəyər!Cismən tərk etsə də bizi atamız,
Qoyduğu doğru yol , məram duracaq.
Dönməz iradəsi, dəmir əzmiylə
Indi önümüzdə İlham duracaq…Millətin taleyi, Xalqın rifahı,
Daim düşündürür onu dərindən.
Vətənin, torpağın xoş sabahını
Dönmədən qoruyur düşmən şərindən.Məqsədi, məramı əmin-amanlıq,
Qan-qada istəmir , sülhə can atır.
Hərbin xislətindən deyilmi məgər,
Torpaqda nə qədər günahsız yatır?Xalqın istəyiylə istəyi təndir,
Daim xidmət edir Azərbaycana.
Dərin zəkasıyla, iradəsiylə,
Zəfər müjdəsini yayır hər yana.Olsa da kədəri hamıya bəlli,
Yenə də özüdür Xalqa təsəlli.
Rəbbin bəndəsinə budur köməyi,
Qadir əllərdədir Xalqın taleyi.Sönməz işığsan elin, obanın,
Qeyrət simvolusan Azərbaycanın.
Ruhu pərvaz edir Heydər Atanın,
Oldun yurda layiq ərən, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey xalqın önündə duran İlhamım!Odlar diyarının nurlu sabahı,
Xoşbəxt gələcəyin əmin rifahı.
Darda qalanların ümid, pənahı.
Zülmətin bağrını yaran İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım.Alqışa yüksələn əl səninlədir,
Ürək səninlədir, dil səninlədir,
Ellər pənahısan,el səninlədir,
Xalq səni əzizlər hər an, İlhamım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamımƏlacsız dərdlərin sənsən dərmanı,
Səndə qayalaşıb Xalqın gümanı
Daha da yüksəltdin Azərbaycanı,
Hər zaman yaradıb-quran İlhanım.
Qoy uca amalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Nə qədər qursa öz hiyləsini,
Haqsız boğa bilməz haqqın səsini.
Xeyirin şər üstə qələbəsini
Gördü gözləriylə cahan, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Köksümə sığmayır nəşəm, şadlığım,
Şairəm, haqdadır qoşub-yazdığım.
Sizə kömək olsun o əl basdığın
Kəlamı müqəddəs “Quran” İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!Zəkalı Öndərə layiqli varis,
Məramı müqəddəs, diləyin təmiz.
Səninlə öyünüb, fəxr edirik biz,
Safdır könıündəki məram, İlhamım.
Qoy ucaamalın mübarək olsun,
Ey Xalqın önündə duran İlhamım!O, zirvələr hökmdarı
Bir dahinin balasıdır.
Ucalıq var xislətində,
Ucalarda qalasıdır
Millətin gənc Prezidenti!Təmsl edir Avropada,
Şanlı odlar ölkəsini.
Gur səsiylə hayqiracaq,
Bir dün zəfər nəğməsini.
Millətin dənc Prezidenti!Ucalıqda haqq səsimiz,
Dünya bizə açır qucaq.
Xoş günümüz hələ öndə,
Çırağımız gur yanacaq…
Millətin gənc Prezidenti!Yurdumun zəfər sorağı
Bürüyəcək kainatı.
Uca göydən Ata ruhu,
Seyr edəcək bu busatı,
Millətin gənc Prezidenti!Boğa bilməz böhtan, şər
Xalqımın azadlığını.
Mən ,,Azadlıq’’ deyəndə
Düşünürəm hər zəman
Yurdumun abadlığını.Istəyirəm vətənim
Azad olsun yağıdan.
Lənətə dücar olsun,
Yurdumu talan edən,
Viran qoyan, dağıdan!Xalqımızı ağ günə
Çıxaran oğul gərək.
Böyük zəka sahibi,
Düşüncə, ağıl gərək.Azadlığı görürəm;
Millətimin ər oğlu,
Qeyrətli Heydər oğlu,
Ilhamın timsalında,
Müqəddəs arzusnda,
Gözəl, xoş amalında.
Vətənin yenilməyən
Üçrəngli bayrağında.
Qarabağ torpağında,
Şuşa-Cıdır düzündə,
Bir dahi mərdzadənin
Əməlində, sözündə.O, Heydər Atamızın
Layiqli Varisidir.
Xalqımın zirvələrdən
Yüksələn haqq səsidir.Arzusu ülvi, təmiz,
Xalqına həmdəm, əziz,
Qəlbi çağlayan dəniz.
Iradəli, dözümlü,
Azadlığın yolunda
Cəsur, mətin dayanan,
Xalqla coşub-qaynayan,
Vüsəti eldən alıb
Elə sevinc paylayan,
Azərbaycan Xxalqımın
O, hünərvər oğludur.
Çünki Heydər oğludur.
Bu millətin köksündə
Bir döyünən ürəkdir.
Azərbaycan Xalqına
Vurən ürək gərəkdir.
Xalqın sərkərdəsidir,
Koroğludur, Babakdir.
Vətənin haq səsidir,
,,Haqq’’deyən nəfəsidir.Haqq səsinə səs verən
Xalq var,milləti var.
Bu xalqın qüdrəti var
Bu ağlın, bu zəkanın
Çücü var, qüvvəyi var
əyilməyən qolunda.
Çünəş kimi sönməzdi,
Şəəq saçar hər zaman
Bu millətin yolunda.Həqiqət yolunda verib səs-səsə,
Uğura, zəfərə səs verdi Xalqım.
Ülvu bir insanın dəyanətinə-
Qeyrətə, hünərə səs verdi Xalqım.Günəş tək nur saçan kəndə, şəhərdə,
Əyilməz, yenilməz, sarsılmaz ərə,
Zülmət gecələri yaran səhərə,
Işıqlı günlərə səs verdi Xalqım.Heydər Varisinə məhəbbətiyilə,
Xaş arzu, istəyi, saf niyyətiylə.
Göydəki Allahın mərhəmətiylə,
Yerdəki Rərbərə səs verdi Xalqım.Müqədəs,,Quran’’a and içən zaman,
Sonsuz qəhər qondu məsud anınaa.
Bir qüssə qəlbində qövr etdi yaman,
Yollandı ,,Şəhidlər Xiyabaı’’na.Süzür xiyabanı göz yaşlarıyla,
Məzarlar üstünə səpir gül-çiçək.
Hüzünlü, nigaran baxışlarıyla,
Söyləyir; -,,Unutmaz sizləri ürək.’’Tərk etmək istəmir o, xiyabanı,
Niskli süzülür daş məzarlara.
Ən böyük səcdəgah sanır bu yeri,
Əyir ehtiramla baş-məzarlara.Hər məzar önündə əyildikcə o,
Qopur ürəyində min ağrı, min ah.
Başını qaldırır uca göylərə,
Bir nida göndərir qeybdən Allah.Ər igidlər, qəhrəmanlar ,
Elin dərdinə yananlar,
Əbədiyyət qazananlar
Bu dünyada ölməz olur.Şəhid olub köçənlərim,
Yağıları biçənlərim,
Vətən andı içənlərim
Öz əhdindən dönməz olur!Torpaq udub çox ərləri,
At oynadan ərənləri,
Ülviyyətin şölələri
Daim yanar , sönməz olur!Vətən üçün töküb qanlar,
Vətənləşdi qəhrəmanlar.
Şan –şöhrətə ucalanlar
Zirvələrdən enməz olur!Ömrünün –gününün cavan çağında,
Əyləşib rəhbərim iş otağında.Fərman imzalayır xeyrinə xalqın,
Qalır hər dərdinə-sərinə xalqın.Xalqın rifahını düşünür daim,
Yurd eşqi qəlbinə kəsilib hakim.Millətin dərdinə odur qatlaşan,
Elin qəlbincədir əməli, işi.
Sənədlər masada qalaq-qalaqdır,
Bu milyon iş yeri, bu neft sazişi.Dünyanı özünə heyran eylədi,
Rəngi qara, özü qızıl neftimiz.
Böyük siyasətdə fantan edibdir,
Rəngi qara, özü qızıl neftimiz.Torpağıma verir vüsət, yaraşıq,
Bakı –Ceyhan bir millət, bir qardaşıq.
Bu günümdən sabahıma gur işıq,
Rəngi qara, özü qızıl neftimiz.Sazişlərə Heydər Ata çəkib qol,
Tanrım , eylə bu sərvəti daim bol.
Xalqın əmin sabahına açır yol,
Rəngi qara, özü qızıl neftimiz.Dolanıb dünyanı o, qarış-qarış,
Sadiq yol-yoldaşı Vətən sevgisi.
Zəfərə qol atıb hər səfərində,
Qalibdir yurdumuz – Odlar ölkəsi!Qeyrətə səsləyir əzmiylə eli,
Səsinə səs verir hər Vətən oğlu.
Bu ana torpağın ər igidləri,
Hərəsi bir Babək, bir qoç Koroğlu!Dərin düşüncələr, fikirlər onu
Alır ağuşuna dalğalar kimi.
Gərir dalğalara polad köksünü,
Xilaskar yelkənli nəhəng bir gəmi.Haqqın yolundadır gənc Prezident,
Sadiqdir Öndərin siyasətinə.
Böyüyə ehtiram bəsləyən bir kəs,
Dünyada heç vədə düşməz çətinə.Düşmür Şah atanın adı dilindən,
Daim yad eyləyir Ulu Öndəri.
,,Balaca,, Heydərin tutub əlindən,
Gəlir ziyarətə Böyük Heydəri.Məzarlar önündə dalır sükuta,
Yad edir atalı keçən günləri.
Atalı anları xatırladıqca,
Titrəyir qəlbinin incə telləriSon qoydun xalqın ahına,
Nur çilədin sabahına.
Ucaldın haqq dərgahına,
Şanlı atam!Sən Ustad, mən şagird oldum,
Sevgin ilə yaşa doldum.
Yol-ərkanı səndən aldım,
Şanlı atam!Heyif, vaxtsız köçüb getdin,
Köçüb ürəklərdə bitdin.
Kamalınla kama yetdin,
Şanlı atam!Eşqin uca, zəkan dərin,
Qürurusan nəsillərin.
Müstəqillik şah əsərin,
Şanlı atam!Dalır sonsuz xəyallara
Gənc rəhbərim hüzn içində.
Haray çəkir duyğuları
Ana heykəli önündə.Yad eyləyir anasını,
Həyatının mənasını.
Cana gəlir sanki heykəl,
Xiyabana nur çilənir.
Ananın saf çöhrəsində
Məlakələr güzgülənir.O özü də bir mələkdir,
Eşqi təmiz, qəlbi zərif.
Ülviyyətdir ana torpaq,
Yerdən göyə nur ələnib.Nur verib gözündən neçə gözlərə,
Şöləsi əridib qaranlıqları.
Bəşər övladına məhəbbətiylə
Günəşə döndərib dumanlıqları.Cənnət bəxş eyləyib saysız qəlblərə,
Indi öz məkanı cənnətə dönüb.
Dillərdə söylənən ,,Zərifə’’adı,
Bitib-tükənməyən sərvətə dönüb.Dayanıb məzarlar önündə rəhbər,
Burda sevgi bütöv, məzar qoşadır.
Əbədi yaşamın tək bir yolu var,
Insanı xeyirxah əməl yaşadır…Dayanıb rəhbərim-gözlərində qəm,
Neyləmək, əzəldən belədir aləm.Tanrının hikməti dərsdir insana,
Qəm-sevinc qol-qola gəlib cahana.Bu dünya üzündə hər şey qoşadır,
Insanı xeyirxah əməl yaşadır…
——————————————-
O böyük ananın, şanlı atanın
Adı qoşalaşıb dillərə düşdü.
Şükür Allahıma, xalqın taleyi
Yenə də sarsılmaz əllərə düşdü.Ey uca millətin uca rəhbəri,
Əsil-nəsəbdəndir xeyirxahlığın.
Sələfindən gəlir üzü ağlığın,
Sənin rəhbərliyin, sənin şahlığın
Mən ,,şair,, olduğum illərə düşdü.Bu gündən boylanıb baxdım dünənə,
Varmış bəxtimizdə ilahi məna.
Uca Tanrımızın seçimi sənə-
Əbədi səadət ellərə düşdü.Xeyir-duasını Tanrıdan aldı,
Hünər meydanında qələbə çaldı.
Amalı, eşqiylə daim ucaldı
Günəş tək göylərdə doğan Prezident.,,Hə,, dedi millətdən gələn seçimə,
Inandı qeyrətli xalqın gücünə.
Xoş arzu , ilhamla xalqın içinə
Həmişə üzüağ çıxan Prezident.Qorunub şərindən bədnəfəslərin,
Kəsir sədasını ,,bayquş,, səslərin.
Sədaqət andına dönük kəslərin
Başında şimşək tək çaxan Prezident!Dağlar tək vüqarı, qüruru ilə,
Hər yeni səfəri, uğuru ilə,
Həqiqət işığı, haqq nuru ilə
Azman yağıları yıxan Prezident.
Şəri , qaranlığı boğan Prezident.Xalqına , elinə bir həmdəm kimi,
Qəlini millətə edib şəm kimi.
Dərdə şəfa verən saf zəm-zəm kimi,
Yanar ürəklərə axan Prezident.Millət,xalq sevgisi hopduqca qana,
Məhəbbət nurunu saçır hər yana.
Nura qərq etdiyi Azərbaycana
Heydər zirvəsindən baxan Prezident!!!
………………………………………………………………Vətən bizim and yerimiz,
Bu vətəni hər birimiz
Gülüstana çevirməli,
Yağıları devirməli,
Bizə xəyanət edəni,
Bizlə ədavət edəni
Yolumuzdan götürməli,
Zibil kimi süpürməli
Xəyanətkar cəlladları,
Vəhşiləri, manqurdları!!!
Sən adamda bir üzə bax,
Söylədiyi bəd sözə bax.
Nə həya, nə ar eyləyir,
Öz adına car eyləyir,Üzeyirin nəğməsini,
Nizaminin ,,Xəmsə,,sini.
Məni məndən alana bax,
Bu böhtana, yalana bax!Bu hiyləsi , yalanıyla,
Yurdumdakı talanıyla
Düşmən mənə verir dərdi ,
Başdan-ayaq bu ki şərdi!
Bu vətəni bölmək istər,
Sonra durub gülmək istər,
Içimizdən bizi yıxan,
ətimizi şişə çəkən
Harınlara, azğınlara,
Leş axtaran quzğunlara!
Susayıb xalqın qanına,
Duşmənin dəyirmanına
Su tökənə nə ad verək
Belə dərdə dözmür ürək.
Nə söyləyim yağıları,
Rəzil, nankor dığaları
Üstümüzə hayqırana,
Xocalıda soyqırıma
əldə badə nuş eyləyən,
baharımı qış eyləyən
rəzillərə, alçaqlara,
yurdu satan yaltaqlara?
Düşmənlərin qədəminə
Açılırsa qapı məndən,
Demək özgə baltasının
Yonulubmuş sapı məndən.
Bu torpağa xor baxanlar,
Gözü varkən kor baxanlar,
Birdəfəlik eşitsinlər
Nə qədər ki bu vətənin,
Bu torpağın, məmləkətin
Koroğlusu, Babəkləri
Çin eyləyir könüllərdə
Xoş arzuyla diləkləri,
Xətailər qeyrətiylə
Coçdurursa ürəkləri,
Sola bilməz bu vətənin
Cülüstanda çiçəkləri!
Bu torpağı sevənlərin,
Igidlərin, ərənlərin
Qeyrətini, hünərini,
Uğurunu , zəfərini
Alqışlayıb, əzizləyib
Oxşayacaq Azərbaycan,
Xoş arzular qovşağında,
Həqiqətın işığında
Yaşayacaq Azərbaycan!
Yaşayacaq Azərbaycan!!!
………………………………………Baxmayır çovğuna, baxmayır qara,
Gah Gəncəbasarda, gah Arandadır.
Baş çəkir Ağdaşa,Qaxa, Ucara,
Gah da Astarada,Lənkərandadır.Gəzir bölgələri o, qarış-qarış,
Toy-bayram eşqi var hər səfərində.
Xalqın sevgisidir coşub –çağlayan
Könül arzusunda, diləklərində.Vətənin başına Cənab Prezident,
Şam-səhər dolanan bir pərvanədir.
Qəlbləri coşduran hər xoş söhbəti
Özü tək ucadır, bir şahanədir.Elin şad günündə şadlanır-gülür,
Qəmli günlərində qəmlidir, gülmür.
Milləti səsləyir xoş gələcəyə,
Olub –keçənləri unuda bilmir:Büllur bulaqların qaynar çeşməsi,
Yurdumun çəməni,dağı,dərəsi,
Mavi dalğaların bəyaz ləpəsi,
Kür –Arazım , Göy Xəzərim –Vətəndir.Ulu babalardan milyon il qabaq,
Nəsillərə əmanətdir bu torpaq.
Döyünən ürəyim Şuşa, Qarabağ,
Göyçə eli, Zəngəzurum Vətəndir,Doğrunu deməkdə çaşmayıb zəndim,
Ruhuma nəşədir şəhərim-kəndim.
Borçalı ,İrəvan, qədim Dərbəndim,
Xəyallarım, duyğularım Vətəndir.Hər qynar bulaqda, hər axar çayda,
Bir qurtum dadmasam, axı nə fayda?
Bakım bu taydadır, Təbriz o tayda,
Ortadan bölünən yarı-Vətəndir.…………………………………………………………..
Anıb keçmişini eylədikcə yad,
Yadına qırğınlar, talanlar düşür.
Sağalmaz yaramız Xocalı dərdi ,
Yurdundan didərgin olanlar düşür.Əminəm, xaraba yurdlar yerində,
Çiçəkli bağçalar salınacaqdır.
Günahsız tökülən nahaq qanların
Bir gün intiqamı alınacaqdır!!!Seçib ağı qaradan
Haqqı nahaqqa qıymaz .
Ümidimiz Yaradan
Bu qanı yerdə qoymaz!Bilir , haqq- nədir- Allah,
Doğruya təndir Allah.
Əlçatmaz qadir Allah
Bu qanı yerdə qoymaz!Gözdən axan yaşları,
Dildən qopan ahları,
Əfv olmaz günahları,
Görən o qəhhar Tanrı
Bu qanı yerdə qoymaz!Görmüş viran elləri,
Itkin düşmüş ərləri,
Şəhid düşmüş ərləri,
O bənövşə boyunlu
Qızları , gəlinləri…Gün gələr , bitər ahım,
Çünki o bir Allahım ,
O dar gündə pənahım
Bu qanı yerdə qoymaz!Tarixən, zaman-zaman
Bizə gəlib hər bəla.
Olmayıb, üstümüzdən
əskilsin qəm, dərd-bəla.
Şəhidlərin məskəni
Azərbaycan –Kərbəla!..
Görürsə bu fəğanı,
Ölmüş qoca-cavanı,
Sızlayan Ələsgəri,
Ağlayan Natəvanı,
Görürsə qan içində
Yurdum Azərbaycanı,
əminəm ki, Yaradan
yerdə qoymaz bu qanı,
yerdə qoymaz bu qanı!!!
…………………………………………..Hara qədəm basır Cənab Prezident,
O yer çiçək açır, o yer gül açır.
Dilindən süzülən şirin kəlamlar
Qəlbə fərəh verir, min könül açır.Verir bəhrəsini çəkdiyi zəhmət,
Məktəblər tikilir, yollar açılır.
Hansı kənd-şəhərdə olursa-olsun,
Onun pişvazına qollar açılır.Doğma Lerikimə ayaq basanda,
Yurduma xoş ahəng, təravət gəldi.
Dağların başından duman çəkildi,
Dağlara bir yeni hərarət gəldi.Heydər ziyasından, İlham nurundan,
Hər tərəf al geyib, nura boyandı.
Ata bir xilaskar, oğul sərkərdə,
Ata-oğul,millət- bütöv bir candı.Qartal baxışıyla, dağ vüqarıyla
Dağlara əzəmət, vüqar gətirdi.
Gəlsə də Lerikə bir payız günü,
Özüylə gül açan bahar gətirdi.Heydər zirvəsində səsləyir bizi,
Ucalmaq hər kəsin deyildir işi.
O böyük dahiyə layiqdir, əlbət,
Ata Heydər yolu gedən bir kişi.Həqiqət yoluyla gedən Prezident
Gücünü həmişə Haqdan alıbdır.
Qəlbində xoş arzu, ülvi bir niyyət,
Haqqı deyə-deyə o ucalıbdır.Istərsə xaricdə, istə daxildə
Amalı, məramı həqqət olub.
Köksündə döyünən saf ürəyində
Vətənə, torpağa məhəbbət olub.Qəlbində vətənin ağrı-acısı,
Vətəndir gözünün ağı-qarası.
Qövr edir köksündə hər an, hər saat
Qarabağ həsrəti, Şuşa yarası.Hər Ali məclisində, tribunalarda
Gündəmə gətirir o, Qarabağı.
Kökündən qoparıb atmaq istəyir
Xalqın sinəsinə çəkilmiş dağı.Dəf edir düşmənin fitnə-şərini,
Ədalət rəhbərin haqq səsindədir.
Xalq ilə bərabər, millətə birgə
Zəfər sorağında. həvəsindədir.
————————————–Yanar ürəklərin alar odunu,
Tükənməz, çağlayn bulaqdır İlham.
Yenilməz,əlçatmaz uca dağ kimi
Bu xalqa, bu ələ dayaqdır İlham.Dillərdə dolaşır şöhrəti, şanı,
Axır damarından ər Heydər qanı.
Böyük bir millətin Baş Komandanı,
Vətən keşiyində oyaqdırİlham.Bu xalqa, bu elə dar gündə yardı,
Etdiyi yaxşılıq aləmə cardı.
Millətə ömrünə zinətdi, nurdu,
Sönməyən işıqdır, mayakdır İlham.
——————————————–Ellər anasıdır Mehriban xanım,
Min alqış, afərin yaraşır ona.
Xalqı öz kökünə qaytaran ana
Yeni bir can veri muğamatıma.Dünyani dolaşir,,Zabul’’, ..Cahargah’’,
Muğam dünyasına qərq edib bizi.
Kişi qeyrətiylə, ər hünəriylə
Yaratdı Bakıda ,,Muğam mərkəzi,,Bu Mərkəz Bakının zinət tacıdır,
Seyrinə dalana bir tamaşadır.
Çalışır İlhamla çiyin-çiyinə,
Koroğlu Nigarla sanki qoşadır.Şairlər adına dastan yzmalı,
Şəninə təriflər, alqışlar azdır.
Dirçəltdi ölkədə muğamatımı,
Növbədə Qorquddn yadigar sazdır.Qeyrətdə Nigara, Həcərə taydı,
Xoş zəfər müjdəli səsdi, haraydı.
Zülmət gecələrdə parlayan aydı,
Gündüzlər günəşdən ziyası vardır.Tanrı öz lütfünü göstərib ona,
Qəlbi xəzinədir ali-ürfana.
Hünərdə bənzəyir Burla Xtuna,
Ismətdən yoğrulmuş çöhrəsi vardır.Azəri yurdumun hər bucağında,
Qızılgül bitirir Vətən bağında.
Fidan balaların qönçə çağında
Mehriban adında anası vardır.
…………………………………………….Uzaq deyil, o xoş çağım,
Çin olacaq umacağım.
Qurtulacaq qəm əlindən
Cənnətməkan Qarabağım.
Prezdentin sayəsində!
Yox olacaq qüssə-kədər,
Üzümüzə gülür səhər…
Abadlaşır rayon-şəhər
Prezdentin sayəsində!Xalqım hər əmrə müntəzir,
Vətənçün can deyib nəzir.
Azərbaycan dünya gəzir
Prezdentin sayəsində!Vicdanı saf, qəli təmiz.
Xalq yanında xətri əziz.
Dalğalanan coşan dəniz-
Prezdentim ,Prezdentim!Qaranlığı yara-yara
Gedir nurlu sabahlara.
Kimsəsizə məlhəm-çara-
Prezdentim , Prezdentim!Xalqa bəlli qeyrət, arı,
Yenilməzdir dağ vüqarı.
Ulu Heydər yadigarı-
Prezdentim , Prezdentim!
…………………………………………..Gecəsi yox, gündüzü yox,
Axşam –səhər xalqı anır.
Sevincini öz sevinci,
Dərdini öz dərdi sanır.Əməliylə olub bizim
Ömrümüzə işıq saçan.
Laləzara döndəribdir,
Gülüstandır Azərbaycan!Qürur duyur hər bir zaman
Millətimin xoş günündə.
Danılmazdır xidmətləri,
Uğurları göz önündə.Sevgisi el sevgisidir,
Qəlbi eşq ilə doludur.
Haqq-ədalət carçısıdır,
Yolu həqiqət yoludur.
………………………………………..Qəlbi sevgi, nəğmə dolu,
Gül-çiçəkdir sağı-solu.
Xalqın ,elin işıq yolu,
Nur yaranıb, nur doğulub.Hər kəlamı canlı əsər,
Xoş günlərə xalqı səslər.
Zəhmətini danan kəslər
Bu dünyada kor yaranıb.Alqış xalqa hörmətinə,
Qayğısına , diqqətinə.
Arxa durub millətinə,
Tur doğulub, Tur yaranıb.Vətən üçün can yandıran,
Haqla nahaqqı sındıran,
Dağ əzmiylə öndə duran,
Haqq səsiylə Sur yaranib!
…………………………………………Sənətə ehtiram, sənətə qiymət,
Tükənməz istəyi, amalı olub.
Həyatda qaradan ağı ayıran
Dərin düşüncəsi, kamalı olub.Alar ilhamını hər an, hər zaman
Gözəl musiqidən, gözəl əsərdən.
Verər qimətini istedadlara,
Şairi , alimi qoymaz nəzərdən.Deyirəm, Füzuli kaş sağ olaydı,
Vaxtında alardı öz qiymətini.
Sənətə ehtiram bəslənən yerdə
Itirməz heç zaman söz qiymətini.Bu dünya durduqca daim var olsun,
Qüdrəti dağlardan uca rəhbərim.
Yaradan hər zaman ona yar olsun.
Layiqdir bu taxta-taca rəhbərim.
………………………………………………………..Heydər bağı…cənnət guşə…
Həyat eşqi coşub-daşır.
Burda hamı gözəlliklə,
Səaətlə salamlaşır.Bu səfalı dilbər guşə
Vətnin bir parçasıdır.
Təbiətə min rəng vuran
Ilahinin fırçasıdır.Qoca-cavan şövq içində,
Odur, gəlir axın-axın.
Nəvəsinə can-can deyən
O qocaya siz də baxın.Baba müdrik ərliyimiz,
Nəvə məsud gəncliyimiz.
Bir sarsılmaz özül üstə
Qərar tutub dincliyimiz.Qövsü-quzeh təravətli
Gül-çiçəklər min rəng çalır.
Baba çılğın nəvəsinə
Bəxtiyarca nəzər salır.Nəvə şən-şən oynadıqca
Daş döşəmə üzərində
Ömür, həyat gözəlləşir
Ixtiyarın gözlərində.Fəvvarələr saçaqlanıb
Salxım söyüd budağıtək.
Azadlıqda keçən illər
Bir-birindən xoş gələcək.Doğma yurdun səmasında
Nə çiskin var, nə duman var.
Azadlığı pay verməzlər,
Azadlığı qazanan var.O kimdir ki,həyatını
Öz xalqına bağışladı?
Xilaskarı yerdə bəşər,
Göydə mələk alqışladı.Hər yaranan bəşər oğlu
Yaradana minnətdardır.
Hər möhtəşəm bir sarayın
Öz memarı, bil ki, vardır.
———————————-
Ey böyük sərkərdə, ey böyük insan,
Şəninə söz demək deyildir asan.Asan olmasa da, yazdim şeirimi,
Yaratdım ilhamla, duydum ürəklə.
Amalın müqəddəs, niyyətin təmiz,
Yaşa qəlbindəki arzu,diləklə,Vətən bağçasının bağbanı sənsən,
Gülüstan görünür önüm, İlhamım!
Xalqın komandanı, rəhbəri sənsən,
Anbəan xoş gəlir günüm, İlhamım!Ata Heydər yolu hər yoldan haqdır,
Sevgisi qəlblərdə sönməz ocaqdır.
Səninlə boyaboy ucalacaqdır.
Bayrağım, məsləkim, dinim, İlhamım!Əbədi bahardır xoş təbiətin,
Vətənə xidmətdir işin, sənətin.
Hünərin sarsılmaz, iradən mətin,
Olubsan düşmənə qənim, İlhamım!Sən mənim rəhbərim, havadarımsan,
Mərdliyim, qürurum, iftixarımsan.
Mənim sərvətimsən, mənim varımsan,
Mənim İlhamımsan, mənim İlhamım!
……………………………………………………..
Duyğumu, hissimi çevirib şeirə,
Göylərə boylanıb dalıram seyrə.
Orda hər kəsin öz bəxt ulduzu var.
Tanı ulduzunu,ey ürək, tanı,
Indi üfüqlərdən günəş doğacaq,
Durum qarşılayım Heydər Atanı !!!son 2003-2010.
-
“Əbədi insan” (Poema)
Əbədi insan
(Poema)SƏNİN KİMİ BİR DAHİ
BİR DAHA YER ÜZÜNƏ
BƏLKƏ DƏ GƏLMƏYƏCƏK.
AZƏRBAYCAN SƏNİNTƏK
BÖYÜK ZƏKA SAHİBİ
BƏLKƏ DƏ GÖRMƏYƏCƏK.
ŞƏXSİYYƏT OLMAQ ÜÇÜN,
BİR TƏK İNSAN OLMAĞIN
HEÇ DƏ ÖNƏMLİ DEYİL
HƏR ADDIMDA AD ALMAQ,
HƏR ADDIMDA UCALMAQ
HEÇ DƏ HƏQİQƏT DEYİL.
HƏQİQƏT ODUR Kİ, SƏN
BU MİLLƏTİN, BU XALQIN,
SƏSİNƏ SƏS VERƏSƏN.
HƏQİQƏT ODUR Kİ, SƏN,
HƏR İNSANIN ÖMRÜNÜ
ÖZ ÖMRÜNTƏK BİLƏSƏN.
BUSA SƏNİN AMALIN
ƏMƏLİNDƏ GÖRÜNDÜ.
AZƏRBAYCAN SƏNİNLƏ
BİR SIRADA DÖYÜNDÜ.
İNDİ SƏNİN UĞURUN,
MİLLƏTİNƏ GÜC VERİR
GÖRDÜYÜN ƏMƏLLƏRİN
QÜDRƏTİNDƏN SÖZ VERİR.
“HEYDƏR BABA”ADINI,
SƏNƏ OLAN MƏHƏBBƏT
BU TORPAQDA BÖYÜYƏN,
YETİŞƏN KÖRPƏN DEYİR.
SƏN BU GÜN BİZİM ÜÇÜN
BİR ƏBƏDİ MAYAKSAN.
HƏLƏ İNSANLARINDA QƏLBİNDƏ
ƏSR-ƏSR DAİM UCALACAQSAN.
AĞLINA, QÜDRƏTİNƏ ÇOXLARI
HEYRAN QALIB
NEÇƏ ÖLKƏ BAŞÇISI
NEÇƏ BÖYÜK ŞƏXSİYYƏT
SƏNDƏN BİR İLHAM ALIB
SƏNDƏN SONRA YETİRMƏN
İLHAMIMIZ VAR BİZİM
SABAHLARA APARAN
DÜZ YOLUMUZ VAR BİZİM
SƏNDƏN İLHAM ALMIŞDIR
AZƏRBAYCAN HƏR ZAMAN.
OĞLUNLA FƏXR EDİRİK
UCALIRIQ HƏR BİR AN
SƏN TARİXİN ÖZÜSƏN
SƏNİ ÖYRƏNMƏLİYİK
SƏNİN UĞURLARINLA
İRƏLİ GETMƏLİYİK.
SƏN BƏŞƏRİN BİZLƏRƏ
BƏXŞ ETDİYİ DÜHASAN!
SƏN ZİRVƏYƏ UCALIB,
ZİRVƏLƏRDƏN DƏ UCASAN
YENİLMƏZ BİR XİLASKAR,
SÖNMƏYƏN BİR ÇIRAQSAN.
ƏBƏDİLİK BİZİMLƏ
TARİXDƏ QALACAQSAN! -
“Nə qələm, nə varaq, nə vaxt bəs eylər!”
NƏ QƏLƏM, NƏ VARAQ, NƏ VAXT BƏS EYLƏR!
Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə.
Bir dövrün, zamanın astanasında,-
Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
Doğma diyarının ulu öndəri,-
Hayanda oldusa yenə haqq dedi.Bu ulu torpağa, ulu diyara,
Öndərin sevgisi bitmədi şükür.
Sevincdən gözləri dolan torpaqda,
Rəhbərin zəhməti itmədi şükür.Yenə tarix boyu göyə ucalan,
Bayrağın önündə əyilməyi var.
Ruhunun önündə əyilən dünya,
Tanrıdı öndərə yenə, yenə yar.Bir dastan qoşulsa, ulu öndərə,
Böyük bir diyarda-yurdda səs eylər.
Ömrünü qələmə almaq istəsəm,
Nə qələm, nə varaq, nə vaxt bəs eylər.Şərəfli bir ömrü yurdda yaşamaq,-
Mən indi bildim ki, asan deyilmiş.
Gözünə baxanda gördüm ki, göz də,-
“Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
2 fevral-2 aprel 2013.Bakı şəhəri -
DGTYB: “Çağdaş Azərbaycan ədəbi qurumları” kitablaşdırıldı
Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının növbəti sayı 180 səhifə olmaqla, 1035 tirajla işıq üzü gördü.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar ədəbi yaradıcılıqla məşğul şəxsləri birləşdirən qurumlar, dərgilər, qəzetlər; saytlar; ədəbiyyatşünaslıq üzrə istisaslaşmış elm-tədqiqat ocaqları; ədiblərin ev muzeyləri, Poeziya Evləri; nəşriyyatlar; eləcə də represiya qurbanı olmuş Azərbaycanlı ədiblər, şəhid Azərbaycan şairləri barədə bilgilər “Çağdaş Azərbaycan Ədəbi Qurumları”nda kitablaşdırıldı.
Qeyd edək ki, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” kitabının I nəşri 2009-cu ildə “Turan evi” nəşriyyatı tərəfindən 118 səhifə olmaqla, 450 tirajla dərc olunmuşdu.DGTYB başqanı Əkbər Qoşalının hazırladığı kitabın redaktorları Rəsmiyyə Sabir, İlqar İlkin və Namiq Hacıheydərli olmuşdu. -
BÖLGƏ ŞAİRLƏRİ BAKIDA TOPLANIR
DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçiriləcək (Qeydiyyat: s.16.00, açılış: s.17.00). “Şeir Axşamı”nda bölgələrdən gəlmiş gənc şairlər öz şeirlərini oxuyacaq vəmünsiflər heyətinin müəyyənləşdirəcəyi 3 nəfər ödülləndiriləcək. “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru), Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru) daxildir.
“Şeir Axşamı”na DGTYB mənsubları və donor təmsilçiləri ilə yanaşı şairlər, yazıçılar, jurnalistlər, QHT nümayəndələri, şeir və kitab dostları dəvətlidir (Giriş sərbəstdir).***
Bakıya gəlmiş gənc şairlər 11 dekabr, günün birinci yarısında Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və AYB rəhbərliyi ilə, günün ikinci yarısında isə Atatürk Mərkəzində Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovla görüşəcəklər.
Gənc yazarların Bakı Görüşü iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyini və “Güllələnmiş heykəlləri” ziyarət edəcəklər. Gənclərin həmçinin paytaxtdakı muzeylərdə, o cümlədən N.Gəncəvi adına Ədəbiyyat Muzeyində olmaları da nəzərdə tutulub.
Qeyd edək ki,DGTYB bu ilin yayında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı”, eləcə də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” layihələrini də həyata keçirib. Artıq başa çatmış bu layihələr çərçivəsində (uyğun olaraq) “NAKAM ŞAİRLƏR” və “TÜRK DÜNYASINDA ƏDƏBİYYAT…” kitabları işıq üzü görüb. Hazırda davam edən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində isə “ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ QURUMLARI” adlı tanıtım kitabı hazırlanıb.
Əlaqə tel.: 050 529 28 33, 055 350 32 22, 050 545 68 98, 055 573 11 98; E-mail: dgtyb@box.az, yazar55@rambler.ruDövlət Mahnı Teatrının ünvanı: Bakı, R.Behbudov küçəsi -12, AZ1000.
-
Yeni layihə: “Dastana çevrilən rəhbərin ömrü”.
Salam, Əziz və Hörmətli Dostlar!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Dastana çevrilən rəhbərin ömrü” adlı yeni bir layihə həyata keçirir.Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin redaktoru, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycanın istedadlı gənc xanım yazarı Elnurə Ağazadədir.Layihə çərçivəsində dekabrın 12-də Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr, publisitik qeydlər dərc olunaraq facebook sosial şəbəkəsi vasitəsilə ictimaiyyətin nəzərinə çatdırılacaq.
Yazılarının dərc olunmasını istəyən əziz və hörmətli sayğıdəyər dostlarımız dekabr ayının 11-i saat 22:00-q qədər aşağıda göstərilən ünvanlara müraciət edə bilərlər:Üvnan: Azərbaycan Respublikası, Bakı şəhəri.
E-mail: edebiyyat-az.com@mail.ru
Əlaqə telefonları: (051) 785 44 33; (055) 260 98 90 -
Yunus Əmrə.Həyatı və Yaradıcılığı
HƏYATI VƏ YARADICILIĞI
Həyatı və şəxsiyyəti haqqında çox az məlumata sahib Yunus Əmrə-nin yaradıcılığı ,Anadolu Səlcuq dövlətinin dağılması və Anadolunun çeşidli bölgələrə kiçik-böyük Türk bəylikllərin qurulmaya başladığı dövrləri əhatə edir. Həmçinin yaşadığı dövr,Osmanlı imperiyasının qurulmağa başladığı dövrdür.
Yunus Əmrə uzun müddət Hacı-Bektaşı Vəli Dərgahında işləmişdir.
Yunusun yaşadığı illər ərzində, Anadolu türkləri ilə Moğol imperiyası arasında sıx ittifaq və münaqişə olmuşdur.Həmçinin Yunus Əmrənin yaşayış tarixçəsi , yalnız siyası baxışlarla deyil,həmçinin məzhəb və inanclarında toqquşduğu və müharibələrin geniş vüsət aldığı illərlə zəngindir.
Yunus Əmrə yaradcılığını ilham qaynağı Mövlana Cəlaləddin Rumi,Həci Bektaşi-Vəli,Əhli Evrani Vəli və sair şairlərdir.Yunus Əmrə bu insanlar sayəsində Allaha sevgini,məhəbbət və əxlaqi düşüncələri ,digər başqa batil inanclara qarşı yöntəmləri öyrənmişdir.Bir sıra mənbələr Həci Bektaşi-Vəlidən dərs aldığını söyləyirlər.
Kitabların bildirdiyi tarix və məlumatlara görə Yunus Əmrə 1240(1)-1320(1) illərin arasında yaşamışdır.Doğulduğu yerin tam aydın olmaması bəzi müzakirələrə gətirib çıxardığından mənbələrin çoxu artıq Yunusun Əskişəhərin Mihalıççık kəndində doğulması ilə bağlı fikri qəbul etmişlər.Həmçinin təhsili haqqında da heç bir məlumat tapılmayıb.
Türk ədəbiyyatın ən böyük adlarından sayılan Yunus Əmrə yalnız xalq və təkkə şeirini deyil,divan şeirini də yaradıb.Yaşadığı dövrü boyu şeirləri ilə ədəbiyyata töhfə verən Yunus Əmrə heca və əruz vəzni ilə yazdığı şeirlərində sevginin təməlini qoymuşdu.Əsasən movzularında İslam düşüncəsi,nəsnələr,Allah qarşı sevgi və fikirlər,ölüm,doğum,yaşama bağlılıq,İlahi ədalət,insan sevgisi və sair geniş yer alıb
Həmçinin yaşadığı dövrə hakim olan bir mövqü seçən Yunus Əmrə həqiqətləri insanlara yaxın dildə söylədiyindən çoxu zaman təzyiqlərlə uzbəüz qalıb.
Yunus , insan olan hər kəsə qarşı : kaslb,zəngin,xristiyan,müsəlman ayrımı etməyən sevgiylə bağlıdır.Ondan ki, insan sevgisi Allahdan bir parçadır.Yunusun Allah diyarına qarşı sonsuz həsrət duyması bir çox şeirində səslənir.Yunus ömrü boyunca belə bir nostaljik fikirlərlə yanmış və şeirlərində hümmanın hərəkətini vermişdir.Divani Lüğət
Yunus Əmrə şeirləri məhz bu divanda toplanılmışdır.Şeirlər əruz ölçüsü və heca vəznində yazılıb.Yunus Əmrə-dən qalan bütün informasiya və şeirlər məhz həmin kitabda cəmləşib.
Yunus Əmrə ilə bağlı bəzi rəvayətlər və Yunus Əmrənin yaradıcılığından sitatlar….Cənnət,cənnət dedikləri,bir neçə mələk,bir neçə hüru,istəyənə ver onları,mən sən gərəksən,sən…
Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir…
Nəfsdir səni yarı yolda qoyan,yolda qalır nəfsə uyan
Sevəlim,seviləlim,onsuzda bu dünya kimsəyə qalmaz….
Çox mal haramsız,çox söz yalansız olmaz
* * *
Biz dünyadan gedər olduq
Qalanlara səlam olsun.
Bizim üçün xeyir-dua
Qılanlara səlam olsun.Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara səlam olsun.Tənim ortaya açıla
Yaxasız kömlək biçilə
Bizi bir asan vəch ilə
Yuyanlara səlam olsun.Sal verilən qəsdimizə
Gedər olduq dostumuza
Namaz üçün üstümüzə
Duranlara səlam olsun.Dərviş Yunus söylər sözü
Yaş dolmuşdur iki gözü
Bilməyən nə bilsin bizi
Bilənlərə səlam olsun.Haqdan enən şərbəti içdik əlhəmdülillah,
Şol qudrət dənizini keçdik əlhəmdülillah.Ana rəhmindən gəldik bazara;
Bir kəfən aldıq döndük məzara!Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adli özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: – Bunlar da şeirdirmi?-deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:
Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
Səni sınağa çəkər bir Molla Qasım gəlir.Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində:
– Ay Allah, Mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş,-deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır. Deyilənə görə, o vaxt Yunus Əmrənin mindən artıq şeiri məhv olub. Ardı var…Həyatı
Yunus Əmrə Porsuq çayının Sakaryaya töküldüyü yerdə – Sərfi kəndində 1238-ci ildə doğulmuşdur. Mədrəsə təhsili görmüş, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Yunus Əmrə Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında dəfn olunmuşdur. Hər il may ayında Türkiyənin ən gözəl şəhərlərindən olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir.
Yunus Əmrə xalq ozanı idi. Təkkə şerinin öncülüdür. Təmiz türk dilinin bayraqdarı “Vəhdəti vücud” fəlsəfəsinin qaranlıqlarını dələn bir filosofdur. O, sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şerimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərmişdir.
Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox əsərlər yazılıb. Bunlardan “Yunus Əmrə, Həyatı, sənəti və şerləri” (Əbdülbakı Cəlpinarlı, 1952-ci il) “Yunus Əmrə və Tasavvur” (Əbdülbakı Cəlpinarlı, 1961-ci il), “Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi” (Nəzihə Araz, 1961- ci il), “Anadolunun iç aydınlığı, Yunu Əmrə” (Köyxan Övliya oğlu, 1963) və s. adını qeyd etmək olar.
Türk şairi Yunis Əmrə 1320-ci ildə vəfat etmişdir.“Əmrə” sözünün mənası
Anadoluda müxtəlif xalq ozanlarının, aşiğin və dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə) türkcədə “Aşiq” mənasını verdiyi dil elmi baxımından dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek felləri “aşiq olmaq” deməkdir və Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə uğramışdır. Anadoluda “imremek” və “imrenmek” felləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.
Yaradıcılığı
Biz dünyadan gedər olduq
Qalanlara səlam olsun.
Bizim üçün xeyir-dua
Qılanlara səlam olsun.Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara səlam olsun.Tənim ortaya açıla
Yaxasız kömlək biçilə
Bizi bir asan vəch ilə
Yuyanlara səlam olsun.Sal verilən qəsdimizə
Gedər olduq dostumuza
Namaz üçün üstümüzə
Duranlara səlam olsun.Dərviş Yunus söylər sözü
Yaş dolmuşdur iki gözü
Bilməyən nə bilsin bizi
Bilənlərə səlam olsun. -
Mövlana Cəlaləddin Rumi.Həyatı və Yaradıcılığı
Mövlana Cəlaləddin Rumi (fars. مولانا جلال الدین محمد رومی Mevlānā Celāl-ed-Dīn Muhammed Rūmī; 1207, Bəlx, Əfqanıstan – 1273) — İslam və təsəvvüf dünyasında tanınmış fars dilli [1][2][3][4][5] şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi.
Həyatı
Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu “Diyari Rum” adlanırdı) yerləşib orada yaşadığı üçün, “Əfəndimiz” mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi. Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Nizami, Xaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.
2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.
Əsərləri
Məsnəvi
Divan-ı Kəbir
Fihi ma fihiGitme, istəməm!
Demek sen böyle salına salına bensiz gidiyorsun,
Ey cаnımın cаnı.
Еy, dostların canına can katan,
gül bahçesine böyle bensiz gitme, istemem.
İstemem, ey gökkubbe, bensiz dönme.
İstemem, ey ay, bensiz doğma.
İstemem, ey yeryüzü, bensiz durma.
Bensiz geçme, ey zaman, istemem.
Sen benimle beraberken
Hem bu dünya güzel bana, hem o dünya güzel.
İstemem, bensiz kalma bu dünyada sen,
o dünyaya bensiz gitme, istemem.
İstemem, ey dizgin, bensiz at sürme.
İstemem, ey dil, bensiz okuma.
İstemem, ey göz, bensiz görme.
Bensiz uçup gitme, ey ruh, istemem.
Senin aydınlığındır aya ışığını veren geceleyin
Ben bir geceyim, sen bir aysın madem,
gökyüzünde bensiz gitme, istemem
Gül sayesinde yanmaktan kurtufan dikene bak bir.
Sen gülsün, bense senin dikeninim madem,
gül bahçesine bensiz gitme, istemem.
senin gözün bende iken
ben senin çevgänın önündeyimdir.
Ne olur, öylece bak dur bana,
bırakıp gitme beni, istemem.
O güzelle berabersen, sen ey neşe,
istemem, sakın içme bensiz.
Hünkärın damına çıkarsan, ey bekçi,
sakın bensiz çıkma, istemem.
Bir şey yoksa bu yolda senden,
bitik bu yola düşenlerin hali.
Ben senin izindeyim, ey izi görünmez dost,
bensiz gitme, istemem.
Ne yazık ki bu yola bilmeden rasgele girene!
Sen ay, gideceğim yolu bilen,
sen ey yolumun ışığı, sen ey benim değneğim,
bensiz gitme, istemem.
Onlar sadece aşk diyorlar sana,
oysa aşk sultanımsın sen benim.
Ey, hiç kimsenin düşüne sığmayan dost,
bensiz gitme, istemem.Hatırla ama!
Bir tatlı ömür gibi gitmeye niyetlendin,
Ayrılık atına eyer vurdun inadına.
Ama bizi unutma, hatırla ama.
Sana temiz dostlar, iyi dostlar, bağdaş dostlar
Yeryüzünde de var, gökyüzünde de var.
Eski dostla ettiğin yemini, hatırla ama.
Sen her gece ay değirmisini
Başına yastık edince yollarda,
Dizime yattığın geceleri hatırla ama.
Sen ey, Hüsrevi kendine kül,
Şirin gibi bir nice güzeli esir eden,
Aşkının ateşiyle tıpkı Ferhat gibi benim
Ayrılık dağını delmede olduğumu, hatırla ama.
Bir deniz kesilen gözlerimin rüyasında
Bir aşk ovasını görmüştün hani;
Safran dallarıyla, ağustos gülleriyle sarmaşdolaş.
Ey Tebrizli Şems,
dinim aşktır benim, senin yüzünü gördüm göreli,
benim dinim senin yüzünle övünür, ey sevgili.
Bunu unutma, hatırla ama.GEL ARTIK!
Ne aklım benim, ne dinim,
ne kararım kaldı benim, ne sabrım,
gel ne olur, gel artık.
Ne gönlümün derdini sor bana,
ne sararan yüzümü sor bana,
ne içimin ateşini sor bana,
gel gözünle gör, gel artık.
Sıcağımla pişmiş bir somun gibi
o kıpkızıl, al al yüzümü sorma.
Gene ekmek gibi bayatlayıp bayatlayıp,
gene ekmek gibi ufalana ufalana
çaresiz, dökülmüş yollara,
gel topla beni, gel artık.
Bir vakitler bir aynaydım,
yüzünden izler toplamadaydım,
şimdi buruştum, şimdi sarardım,
gel gör beni, gel artık.
Dere gibi akıyorum sağa sola,
ayrılık her yanımda pusuda.
Sabahları yalvarırım yakarırım
rüzgärların karşısmda,
gel ne olur, gel artık.
Başın kille ıslaksa da,
ayağına diken batmışsa da,
durma gel Allah aşkına,
gel demeden kurtar beni.
Ey äşıklar peygamberi,
gönül ateşinde yanmtşım ben,
boğulmuşum göz yaşına.
Git sor Allahm seversen:
Ne yol gösterir sevgili,
ne çare yazar bana?BU ŞİİR ONDAN UTANIYOR
Bu ne güzel koku böyle,
bu ne güzel koku.
Gül bahçesinden yoksa gelen o mu?
Gece mi bu gelen, misk mi bu, amber mı bu?
Bu ne güzel koku böyle,
bu ne güzel koku.
O pazardan tezcecik yoksa o mu geliyor,
yoksa güzelimiz geri mi geliyor ne?
Bu nasıl yüz böyle,
bu nasıl ışık?
Bu nasıl ay böyle,
bu nasıl güneş?
Mağaradan çıxdı,
dağdan mı iniyor,
o yanlızlığın adamı,
o dost?
Boş yere arama şarap testisini sen.
Koklama onun ağzını sen boş yere.
Şu meyhaneciden mi geliyor sandın onu;
dostum, onu sen kendin gibi belleme.
Yolda o yapayalnızsa ne olur?
Başında sarık yoksa ne çıkar?
Ne bundan güneşe bir leke olur,
ne ayın gösterişine zarar.
Bu gece uyuma dostum, uyuma.
Bir kolayma getir onu bul.
Sarhoşlar meclisine hep böyle geceleyin gelir o.
Bu gece uyuma dostum, uyuma.
Biz duvarda asılı duran resimleriz.
Bizi yapan ressamın varlık şavkı
duvarın üzerine bir vurdu mu,
bakarsın o andacanlanıvermiş, kımıldanmışız.
Onun selvi boyu bir göründü mü,
bakarsın dünya güllük gülistanlık.
Kalktı bir salındı, kendini bir gösterdi mi,
bakarsm kıyamet koptu gitti.
Bakarsın Calinus gibi hastalar ülkesindedir o.
Bakarsın hayret yurdunda dolaşır hastalar gibi.
Sustum artık ben,
sustum artık.
Bu şiir utanıyor ondan.O GELİYOR, O!
Yollara sular dökün,
bahçelere müjdeler edin,
bahar kokuları geliyor,
o geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.
Yol verin, açılın, savulun.
Beri durun, beri.
Yüzü apaydınlık, akpak,
bastığı yeri ardında gündüzler gibi bırakarak
o geliyor, o.
Аy парçаmız, sеvimlimiz, yarimiz geliyor.
Gökler yeryüzünü kapladı, örttü bir anda.
Bir anda dört yanı mis gibi bir koku sardı.
Bir anda bir velvele, bir kıyamet koptu cihanda.
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyоr.
Bir anda can geldi bağlara, bağlar ışıdı.
Bir anda açıldı baktı bağlarda gözler.
Bir anda bizde ne gam kaldı, ne dert kaldı, ne keder.
O geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.
Yayından fırladı ok.
Hedefe ha vardı, ha varacak.
Bahçeler selama durdu.
Selviler ayağa kalktı.
Çayır çimen yollara düştü.
işte konca, ata binmiş geliyor.
Biz ne duruyoruz.
o geliyor, o.
Ay parçamız, sevgilimiz, yarimiz geliyor.
Sen bizim yöremize gelirsen göreceksin, ey Şems,
huyumuz sadece susmak olmuş bizim, susmak.
Senin güzel gözlerin için işte canım pusuda.
Rahatım kaçtı benim,
geceleri uykum kalmadı gitti ama,
bak işte o güzel hüriler yola çıkmış geliyor.GELDİ
Güneşim, ayım geldi.
Gözüm, kulağım geldi.
Gümüş bedenlim geldi.
Altın madenim geldi.
Başımın sarhoşluğu geldi.
Gözümün nuru geldi.
Başka bir şey dilediysen
işte o başka bir şeyim geldi.
Yolumu vuran geldi.
Tövbemi bozan geldi.
Gümüş bedenli güzel
kapımdan ansızın çıkageldi.
Ey eski dostum benim,
bak bugün dünden çok iyi.
Dün ondan bir haber almıştım,
hemen de sarhoş olmuştum.
Dün gece onu mumla aramış durmuştum.
Bak bugün bir demet gül gibi
yol uğrağıma geliverdi.
Şarap içmeliyim şarap,
şimşekler saçmalı aklım,
bunun tam vakti.
Kuş olmalıyım, uçmalıyım,
kolum, kanadım geldi.
Bir anda aydınlık içinde dünya.
Bir anda dünya sabahlar gibi.
İşte bağırmanın tam zamanı şimdi.
İşte kükremenin tam zamanı.
Benim koca arslanım geldi.GÖLGE KESİL
İşte meyhane güzeli geldi,
bizi alacak, eve götürecek.
İşte geldi baharlar içinde,
geldi yüzümüz gülsün diye,
içimiz açılsın, ışısın diye,
olalım diye genç ve taze.
İşte dağarcığını açtı.
işte belini sıktı.
İşte yayını kurdu.
İşte okunu yastı.
İşte yolumuzu vuracak.
İşte bizi yemek, yutmak için,
bin dereden su getirecek,
bir nice düzenler kuracak.
Ama durma gene yürü sen,
gölge kesil onun ince boyuna.
Önünde ardında koş yuvarlan.
Sonunda taze bir fidan gibi
kökümüzden söküp çıkaracaksa da bizi aldırma.
Mermer bir yürek varsa sende dostum, dayan!
Gene geldi işte gene geldi.
İşte o uzun ömür geldi.
Sultanların şahı geldi.
Gizli hazine geldi.
Cihanın canı geldi.
İşte güneş koç burcuna geldi,
gülen yüzümüzü görmek için
yaradılış ağacının üstünde.BAŞKA YARINLAR
Bugün yüzünde bir başka güzellik var senin,
bugün dudağında bir başka tad var,
boyunda bir başka yücelik.
Bugün kırmızı gülün bir başka daldan.
Ayın gökyüzüne bugün sığmamış.
Göklere benzeyen göğsün bugün daha geniş.
Hangi yanımdan kalktın bu sabah, söyle,
bir başka kavga var dünyada senin yüzünden,
dünyada bir başka gidiş.
Biz senin gözlerinden gördük
arslanlara meydan okuyan o ceylanı.
Başka bir ovası var o ceylanın bugün
iki cihandanda dışarı.
Seven insanın ayağı mı yok,
işte ona ölümsüzlük kanadı.
Yukarlarda onunla uçar gider.
Gözlerinin denizinde onu arama.
O inci bir başka denizde.
Bakarsın bugün sever bu yürek,
yarın sevilir bakarsın.
Yüreğimin özünde başka yarmlar var.DÜN GECE
Ne güzel geceydi dün gece, ne güzel geceydi:
Onunla sarmaşdolaş, dudak dudağa,
talih kapısı ardına kadar açık,
güneşkucağımızda.
Ne güzel geceydi dün gece, ne güzel geceydi:
Şarap tasını her sunuşunda
diyordu aklını başına al.
Hani dün gece aklın da tam sırasıydı ya!GENE NE OLDU SANA?
Gene ne oldu sana böyle birdenbire,
neden gene suratın asık?
Yoksa bir başka dost mu buldun kendine?
Gene neden uzattın cefa elini,
neden ayağını bizden çekiverdin?
Ay parçam benim, sevgilim,
kötü şeyler söylemiş düşmanlar sana.
Yalancılık etmişler, kandırmışlar seni.
Dün gece içlendim, acındım, bir hal oldum.
Gözüme bir damla uyku girmedi.
Ey sıcak soluğum benim, kalk.
Ey dün gecem benim, geri gel.
Ne gördün, nasıl gördün, söyle.
Böyle çaresiz bırakma bizi.
Bir ayna almışsın eline,
yüzüne bakıp duruyorsun.
Perdemizin ardına girmişsin
yırtmışsın perdemizi.
Bir çıkar yol nasıl bulayım, bilmem ki,
seni gördüğüm günden bu yana
akıl mı kaldı bende,
fikir mi kaldı sanki.
işte gönül yurdunun kapısı
ardına kadar açık.
işte her yanda ayak izlerin senin.
Ne diye düşmanların kapısına koşarsın hala anlamadım
ne diye hala onların evine girersin.
Bizim dudaklarımızı emdiğin günden bu yana
aklımda hep senin dudakların, ağzın.
Nerde senden bir söz açan görsem
hep onun ağzına bakar, biterim.
Onda senden bir şey görsem
aklıma kötü şeyler gelir,
sakın bu hırsız falan olmasın, derim,
derim, sen bunu nerden buldun,
sen bunu nerden aldın, derim.
Ey Rum ülkesinin övünduğü Şemseddin,
bir daha yüzünü çevirip bakmadın bize.
Artık şu dünyanın sensiz hiç tadı yok.
Dünyada her şey gözünü seninle açardı,
sen her şeyden olgun ve güzeldin.
Bize Tebriz’den bir habercik salarsan,
sana kalk bu yana gel, kalk gel, derim,
kalk gel, derim, seni doğuran, büyüten toprağa
-
Dadaloğlu.Hayatı ve Yaratıcılığı
Dadaloğlu, (gerçek adı: Veli) Osmanlı Devleti’nin Anadolu Türkmenlerini iskân politikasına tepki olarak tanınmış bir Halk ozanıdır. 18. yüzyılın son çeyreğinde Kayseri’nin Tomarza ilçesinde doğup 19. yüzyılın ortalarında öldüğü bilinmektedir. Doğum ve ölüm tarihleri hakkında kesin bilgi yoktur. Oğuzların Avşar boyundandır.
Osmanlı Devleti’nin konar-göçer Avşar, Karsantı, Sırkıntı, Bozdoğan, Kırıntı, Berber, Menemenci gibi Türkmen aşiretlerini yerleşik hayata geçirmek için verdiği uğraş, yer yer başkaldırılara ve çatışmalara neden olmuştur. Dadaloğlu’nun şiirleri, yerleşik hayata geçmek istemeyen Türkmen aşiretlerinin sesi ve sözlü tarihi sayılabilir. Her yıl Kayseri’de, Dadaloğlu ( Avşar ) Şenlikleri düzenlenmektedir.
Dadaloğlu, Öztelli, Taha Toros, Haşim Nezihi Okay, Ahmet Z. Özdemir ile Saim Sakaoğlu şiirlerini yayınlamıştır. Diğer 19’uncu yüzyıl halk ozanlarından üstün yeteneği ile, Köroğlu’nun yiğit ve kavgacı anlatımını birleştirir.Kalktı göç eyledi, Avşar elleri
Ağır ağır giden eller, bizimdir.
Arap atlar yakın eder ırağı
Yüce dağdan aşan yollar bizimdir.Halk Ozanı Dadaloğlu hakkında aile kütüğü ile ilgili yapılan çalışmalardan bilgilere göre Gavurdağında elleri (Kanlıgeçit) buradan gittiği
Yarsuvatta güreş ettim yıkıldım
Dokuzyüz atlıynan harbe dıkıldım
Yüzü burda sekizyüzü nicoldu.”demektedir. Bu türkünün aşiret kavgasında Kozanoğlu, Dulkadiroğlu ve Ali Osman Oğlu isimli beylerin Maraş’ın üst tarafında bulunan Kırım isimli yerden gelerek Çukurova’ ya yerleşmek isteyen Ceritler ile kavgaya girmemesi ve bundan haberi olmayan bu gün Kozan Kadirli arasında bulunan Anavarza Kalesine ulaşınca söylediği bilinmektedir. Türküde:
“Sana derim sana Anavarza Kalesi
Sana konup göçenlerin nicoldu”diye hüküm sürmekte olan bu beyler ,Ceritler önünce çekilince Ceritler Çukurova’yı istilaya başlamış ve bunun doğal sonucu olarakta Çukurova da aşiret kavgaları başlamıştır. Çukurova halkı ve Ceritler konar-göçer olduğundan Gavurdağını ve Kozandağını kontrol altına alarak Erzin, Kadirli ve Kozan gibi kasabalar Fırka-i İslahiye’nin kurduğu veya yeniden düzenlediği yerlerdir. Dadaloğlu’nun Gavurdağı-Kozandağı arasında hareket eden aşiret beylerinden biri olduğu bilinmektedir. Kozan Dağları, Binboğa Dağları ve Gavurdağları’nda aynı isimde yerlerin bulunması ve her yörede sözlü hikâyenin farklı anlatılması türkülerin veya türkü mısralarının farklılık göstermesi de bundandır.
Dadaloğlum der ki, aslım nereli,
Bizde ölen şehit, gazi yaralı,
Haydin aslanlarım ,haydin ileri,
Seyret kavgayı da, gör Kozanoğlu.Gerçek olan bir şey vardır. O da Dadaloğlu’nun Çukurova, Kozan, Binboğa ve Gavurdağı yöresinde konar-göçer bir halk ozanı olarak yaşadığıdır. Çok bilinen bestesi yapılan şiirlerinden iki tanesi
KARALAR BAĞLADI BURUĞU DÜŞTÜ
Karalar bağladı buruğu düştü.
Misis mihenk imiş alasın kaçtı.
Sırkıntılı karahacılı kaçtı.
Boz kartala pay oldu ya ölünüz.Avşar’ın uyluğu duruyor atta.
Cerid’in hopuru çıktı yarsuvat’ta.
Kaçtı tecirliler hep selamette,
Kaçın sırkıntılı gavur dağı carınız.Çekildi Avşar’ın atlısı bindi.
Cerid’in üstüne peştemal döndü.
Göçmüş sırkıntılı yurduna kondu.
Nerde kaldı kolu bağlı delimiz.Der Dadal’ım bu böyle olmadı.
Atlı fena düştü birbirini bulmadı.
Yürü bire cerit sana yurt kalmadı.
Geç arabistan’a amut yolunuz.MİSİS KÖPRÜSÜ DE MÜHENGİ AŞTI
Misis köprüsü de mühengi aştı.
Karalar ho dedi buruk’a düştü.
Sırkıntı menemenci hep yalın kaçtı.
Hani ya kabak hasan kodaz ali’niz.Avşar’ın uyluğu tutmuyor atta.
Tecirli de kaçtı gitti firkatta.
Cerit'(in) hopuru çıktı yarsuvat’ta,
Boz kartala pay oldu ya ölünüz.Bozdoğan davaya girmeden kaçtı,
Reyhanlı beyi de Halep’e düştü
Kozanoğlu duydu buna pek şaştı,
Hani ya hiç beri gelmez biriniz.Çekildi Avşar’ın atlısı bindi.
Cerit’in üstüne peştemal döndü.
Göçmüş sırkıntılı yurduna kondu.
Nerde kaldı kolu bağlı deliniz.Der Dadal’ım hani beyler kalanı.
Mistik paşa’m ne tez tuttun belen’i,
Çapanoğlu gene yaptın planı,
Hani sizin çakmak çalan eliniz. -
Karacaoğlan.Hayatı ve Yaratıcılığı
Karacaoğlan (1606-1679). 17’nci yüzyılda yaşamıştır.
Karacaoğlan’ın şiirleri aşk ve doğa üzerinde kuruludur. Ayrılık, gurbet, sıla özlemi ve ölüm en çok değindiği konulardır. Duygularını, yaşadıklarını, düşüncelerini içten, gerçekçi ve özgün bir şiir yapısı içinde anlatır. Karacaoğlan, Türk aşık edebiyatına yepyeni bir söyleyiş biçimi getirdi. Doğa benzetmelerini sık sık kullanır. Çok yalın ve temiz bir Türkçe kullanır. Kendisinden sonra gelen birçok ozanı derinden etkiledi. Bu olumlu etkiler günümüz Türk şiirine kadar uzanır. Şiirlerini ilk kez Nüzhet Ergun derleyip yayınladı. Birçok şiiri bestelendi.
Şiirlerinin özellikleri[değiştir | kaynağı değiştir]
Karacaoğlan, yaşadığı çağda yetişmiş başka saz şairlerinin tersine, dil ve ölçü bakımından Divan Edebiyatı’nın ve tekke şiirinin etkisinden uzak kalmıştır. Anadolu insanının o çağdaki günlük konuşma diliyle Türkçe yazmıştır. Kullandığı Arapça ve Farsça sözcüklerin sayısı azdır. Yöresel sözcükleri ise yoğun bir biçimde kullanır. Deyimler ve benzetmelerle halk şiirinde kendine özgü bir şiir evreni kurmuştur. Bu da onun şiirine ayrı bir renk katar. Bu sözcüklerin bir çoğunu halk dilinde yaşayan biçimiyle, söylenişlerini bozarak ya da anlamlarını değiştirerek kullanır. Karacaoğlan, halk şiirinin geleneksel yarım uyak düzenini ve yer yer de redifi kullanmıştır. Hece ölçüsünün 11’li (6+5) ve 8’li (4+4) kalıplarıyla yazmıştır. Bazı şiirlerinde ölçü uygunluğunu sağlamak için hece düşmelerine başvurduğu da görülür. Mecaz ve mazmûnlara çokça başvurması, söyleyişini etkili kılan önemli öğelerdir. Şiirsel söyleyişinin önemli bir özelliği de, halk şiiri türü olan mani söylemeye yakın oluşudur. Koşmalar, semailer, varsağılar ve türküler şiirleri arasında önemlice yer tutar. Bunların her birinde açık, anlaşılır bir biçimde, içli ve özlü bir söyleyiş birliği kurmuştur. Pir Sultan Abdal, Âşık Garip, Köroğlu, Öksüz Dede, Kul Mehmet’ten etkilenmiş; şiirleriyle Âşık Ömer, Âşık Hasan, Âşık İsmail, Katibî, Kuloğlu, Gevheri gibi çağdaşı şairleri olduğu kadar 18. yüzyıl şairlerinden Dadaloğlu, Gündeşlioğlu, Beyoğlu, Deliboran’ı, 19. yüzyıl şairlerinden de Bayburtlu Zihni, Dertli, Seyranî, Zileli Talibî, Ruhsatî, Şem’î ve Yeşil Abdal’ı etkilemiştir. Daha sonra da gerek Meşrutiyet, gerek Cumhuriyet dönemlerinde, halk edebiyatı geleneğinden yararlanan şairlerden Rıza Tevfik Bölükbaşı, Faruk Nafiz Çamlıbel, Behçet Kemal Çağlar, Necip Fazıl Kısakürek, Ahmet Kutsi Tecer ve Cahit Külebi Karacaoğlan’dan esinlenmişlerdir. Şiirleri 1920’den beri araştırılan, derlenip yayımlanan Karacaoğlan’ın bugüne değin, yazılı kaynaklara beş yüzün üzerinde şiiri geçmiştir. -
Xoca Əhməd Yəsəvi.Həyatı və Yaradıcılığı
Əhməd Yəsəvi – XI əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından. Əhməd Yəsəvi Batı Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir.
Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.
Əhməd bin İbrahim bin İlyas Yəsəvi – Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur. Həmədanidən icazət və xilafət alan Əhməd Yəsəvi müəlliminin vəfatından sonra bir müddət Buxarada qalıb burada şagird yetişdirmişdir.
Əhməd Yəsəvinin əsas əsəri sayılan “Divani-hikmət” əslində müəllifdən əsrlərcə sonra Yəsəvi dərvişləri tərəfindən tərtib edilmişdir. Bu səbəbdən ərin mətninin dili XI əsrin deyil, daha sonrakı yüzilliklərin dil xüsusiyyətlərinə malikdir. “Divani-hikmət” qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən dördlüklərdən və əruz vəznində yazılmış qəzəllərdən ibarətdir. -
Yusif Xas Hacib Balasaqunlu.Həyatı və Yaradıcılığı
Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib; 1020 — 1075) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur “Qutadqu-bilik” əsərinin müəllifi.
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi çevirmək olar. “Qut” səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1015-1018-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib. 1068-ci ildə Qaşqar şəhərinə köçüb. Orada 18 ay ərzində bu əsər üzərində işləyib və 1069-cu ildə “Qutadqu-biliy”i Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdahı Tabğaç Buğra xaqana ərmağan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir.
Ərəb və tacik (fars) dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislərin fikrincə “Qutadqu biliy”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur. “Qutadqu biliy”in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır.
Əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində, əvvəlcə, Uyğur əlifbasından istifadə edilirdi. Sonra isə dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə edilməyə başlandı. Bu səbəbdən “Qutadqu-bilik” bir dünya görüşündən digər dünya görüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu amilin ona müəyyən qədər təsir göstərdiyi şübhə doğurmur. “Qutadqu-bilik” əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. Ağıllı və adil hökmdar arzusu, ümumiyyətlə, bütün türk dünyasını, türk xalqlarını qədimlərdən narahat edən ən ağrılı problemlərdən olub. İstər bizə qədər gəlib çatan ən qədim şifahi xalq ədəbiyyatında, istərsə də ilk qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub. “Qutadqu-bilik”də isə bu ideya özünü bütün varlığı ilə büruzə verir. Əsərin müəllifi Yusif Has Hacibin yaşadığı dövr müəyyən qədər ziddiyyətli dövr idi. Müxtəlif türk tayfaları arasında hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, şübhəsiz ki, adil, ağıllı və güclü hökmdar məsələsini zərurətə çevirmişdi. Daxili çəkişmələrdən qurtarmaq, mənasız yerə qardaş qanının tökülməsinin qarşısının alınmasını istəyənlərdən biri də, şübhəsiz ki, “Qutadqu-bilik”in müəllifi olub. Daxili çəkişmələrə “Qutadqu-bilik”in sonlarında yer alan “Zəmanənin çürüklüyünü və dostların cəfasını söylər” başlıqlı bölümdə açıq şəkildə işarə vurulub. “Qutadqu-bilik” keçmiş təcrübədən istifadə etməklə gələcəyi qurmaq kitabıdır.
Yusifin bu əsəri hansısa hökmdarın xahişi ilə yazıb-yazmadığı və ya bunu qəlbinin hökmü ilə edib-etmədiyi də, hələlik, məlum deyil. Məntiqi baxımdan, əsərin sifarişlə yazılmasını iddia etmək olar. Çünki o vaxt Yusif həm Qaraxanlı dövlətində, həm də ondan xeyli uzaqlarda – bütün Şərq dünyasında tanınan və hörmət edilən bir şəxs idi. O dövrdə xaqanlar və hökmdarlar öz adlarının əbədiləşdirilməsi üçün tanınmış yazarlara özlərinin nəsillərinin və idarə etdikləri dövlətin tarixini, öz dövrlərini qələmə almaq üçün sifariş verirdilər. Ola bilsin ki, Yusif də belə bir sifariş alıb. Ancaq təəssüflər olsun ki, əsərin heç yerində buna vurulan hər hansı bir işarəyə rast gəlmirik. Bəlkə də, müəllif bunu əsərin girişində qeyd edib, ancaq kimlərinsə əli ilə bu, əsərdən çıxarılıb.
“Qutadqu-bilik” kimi bir əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Bu əsərin yazılmasında iki amildən biri – ya hansısa hökmdarın sifarişi, ya da müəllifin adil hökmdar arzusu əsas rol oynayıb. Əsərin hansı səbəblə yazılmasından asılı olmayaraq, o, həqiqətən də, çox qiymətli bir əsər kimi tarixdə qalıb. Əgər əsərə bu günkü baxımdan yanaşsaq, onu mahir bir hüquqçunun qələmindən çıxan konstitusiyaya bənzətmək olar. Hər halda, müəllifin cəsarətinə və ağıllı hökmdar haqqında söylədiklərinə heyran qalmamaq olmur. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörüşünə və təfəkkürə malik olduğunu bir daha göstərir. Bu, Yusif Has Hacibin əbədiyyətə qovuşması deməkdir. Əslində “Qutadqu-bilik”də türk xalqlarının, imperatorluqlar quran böyük və əzəmətli bir millətin dövlət anlayışı və dövləti idarə etmək praktikası qələmə alınıb. Əsəri bu baxımdan türklərin tarix boyu yaratdıqları sivilizasiyaların, türk zəka və təfəkkürünün mahir bir bilicisi, tükənməz təfəkkür sahibi tərəfindən qələmə alınan əvəzsiz, ölməz sənət abidəsi hesab etmək olar.
10-13-cü əsrlər olduqca qarışıq və ziddiyyətli, eyni zamanda intibah dövrüdür. “Qutadqu-bilik” belə bir intibah dövründə yazılıb və şübhəsiz ki, bu da əsərin mahiyyətinə öz təsirini göstərib. Əsərin “Bəyliyə (hökmdarlığa) layiq bir bəyin necə olması (idarə etməsi) gərəkliyini söylər” adlı bölməsində dövlətin idarə olunması ilə bağlı olduqca ibrətamiz məsləhətlər var:
Bəy məmləkəti qanunla idarə edər və ağıllı bir idarəetmə siyasəti yeridər. Xalq hökmdara baxaraq, ondan özü üçün nümunə götürər.
Bəy adət-ənənəyə necə riayət edərsə, xalq da eyni şəkildə riayət edər. Bəylər hansı yoldan getsə, qul da o yoldan gedəcək.
Bəy doğru olmalı, sözləri və hərəkətləri bir-birinə uyğun gəlməlidir. Belə olsa, xalq əmin-amanlıq, sülh şəraitində yaşayacaq.
Bəy adil olmalıdır. Əgər bir bəy uzun müddət ölkəni idarə etmək istəyirsə, onda ölkəni ədalətlə idarə etməli və həqiqəti müdafiə etməlidir.
Bəy həyalı, ismətli və namuslu olmalıdır. Bəy təkva sahibi və təmiz olmalıdır. Əgər bəy düz olmasa, əxlaqını qorumasa, onda ölkə fəlakətə sürüklənər.
Bəy cəsur və qəhrəman olmalı, xalqının da özündən nümunə götürməsinə cəhd etməlidir. Bəyi qorxaq olan dövlət məhvə və dağılmağa məhkumdur.
Bəy səbirli, sakit və təmkinli olmalıdır. O, səbirlə, əsəbiləşmədən, ağılla iş görməlidir. Bütün bunlar bəy üçün bir Allah vergisidir.Mənbə
Yusif Balasaqunlu — Min beş yüz ilin Oğuz şeri, Antologiya.
Yusif Balasaqunlu. Qutadğu bilig. Bakı: “Avrasiya Press”, 2006.
“Yusif Balasaqunlu”, Reha Yılmaz“Kutadqu bilik” əsəri haqqında
Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Kutadqu bilik” poemasıdır.Poemanın müəllifi Yusif Xas Hacib Balasaqunludur.Müəllif bu əsəri 18 ay ərzində yazıb.Poemanı 1069-cu ildə tamalayıb.Əsəri Qaraxni dövlətinin hökmdarı Süleyman Arslan Qaraxana həsr edib.Hökmdar bu poemanı yüksək qiymətləndirib.Əsərin müəllifinə “Xas Hacib” fəxri adını verib.
“Kutadqu bilik” poeması 85 bölmə və 6520 beytdən ibarətdir.Şeirlər əsasən dördlük şəklindədir.Dil və üslub baxımından Mahmud Kaşğarinin “Divani-lüğət it-türk” əsəri il yaxından səsləşir.Əruz vəzninin mütəqarib bəhrində yazılıb.Bu əsər əxlaqi-didaktik mövzudadır.
Poemanın “Kutadqu bilik” adlanması da təsadüfi deyil.Müəllif özü bu əsər haqqında yazır: “Bu kitabı oxuyan kutlu olsun.Kitab onun əlindən tutsun”.Bu əsəri Azərbaycan dilinə Ramiz Əsgər və Kamil Əliyev tərcümə edib.
Bu poemanın elm aləmində üç nüsxəsi var:
1.Vyana nüsxəsi 2.Qahirə nüsxəsi 3.Fərqanə nüsxəsi -
Mahmud KAŞĞARİ.Həyatı və Yaradıcı
Qasqarlı 11 əsrdə Qaraxanlılar yəni indiki Özbəkistanda anadan olub.kitab 319 səhifən ibarətdir.Kitabda “ərzi-Azərabaqdan″ adlı xəritə var. Qaşqarlı Mahmud, Türk Lәhçәlәrinin lüğәtı, Divanü Lüğәtit Türk’ü 20 il müddәtlә yığdığı materyallar ilә 2 il әrzindә qәlәmә vermişdi.
Alim, min il әvvәl bütün Türk diyarını gәzib vә Türk xalqları arasında yaşıyaraq Türk dili, tarixi, coğrafiyası, folkloru vә mifolojisilә bağlı abidәvi bilik xәzinәsini bizlәrә әrmәğan etmişdir.
Qaşqarlı, Xaqaniyә, Uygur, Oğuz, Kıpçak, Türmәn, Qırğız, Çiğil, Yağma, Arqu vә digәr Türk soylu xalqları Türk adı altında cәmlәşdirәn bir Türkoloqdur.
Türklәrin yaşadıqları ölkәlәri, şәhәrlәri, qәsәblәri, kәndlәri tanış edәn, tәfәrrüatlı mәlumat çatdıran qiymәtli әsәri xәritә ilә dә Türk coğrafiyaşünası adına layiq görülmüşdür.
Mahmud Kaşqari “türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır”. Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.
Onun məşhur “Divani-lüğət it-türk” (1072-1074) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. “Divan”ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.“Divani-lüğət it-türk” əsəri haqqında
Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Divani-lüğət it-türk” əsəridir. Bu əsərin müəllifi XI əsrdə yaşayıb-yaratmış məşhur türkoloq Mahmud Kaşğaridir.Müəllif bu əsəri 1075-ci ildə yazmağa başlayır.Əsəri 1077-ci ildə tamalayır.Bu əsər ərəblərin türk dilini öyrənmək məqsədi ilə yazılıb. Divani-lüğət it-türk” əsərində 7500-dən çox sözün şərhi verilib.Bu sərdə türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri də verilib.Şierlər əsasən dördlük formasındadır.Misra daxili bölgü 4+3 formsındadır.Səkkiz hecalı şeirlərə də təsadüf olunur. Divani-lüğət it-türk” əsərində türk dillərində ahəng qanununun olması haqqında ilk dəfə olaraq məlumat verilir.
-
Azərbaycan Yazıçılar Birliyinin sözcüsü Xəyal Rzadan yeni silsilə tədbirləri
26 noyabr 2013-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü Xəyal Rzanın təşkilatçılığı ilə “İnternet və ədəbiyyat: problemlər, imkanlar”dlı yeni silsilə tədbirlərə start verildi.Silsilə tədbiri saat 14:00-dan-16:00-a qədər davam etdi.Tədbiri giriş sözü ilə AYB-nin yeni sözcüsü Xəyal Rza açdı.O, ilk növbədə tədbir iştirakçılarını salamladı, sonra Çağdaş Azərbaycan ədəbi mühitində ədəbiyyatın və internetin həm müsbət, həm də mənfi cəhətləri haqqında tədbir iştirakçılarını bilgiləndirdi.İlk sözü Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın xan Əbilova verdi.Aydın xan Əbilov ilk növbədə tədbirə gələn qonaqları salamladı və ədəbiyyat və internetin çağdaş dönəmdə əhəmiyyətindən danışdı.Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Səidə Könül, Azərbaycanın istedadlı xanım yazarı Afaq Şıxlı, “Ədalət” qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu, Azərbaycanın istedadlı xanım yazarı Vüsalə Babaxanqızı, Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı və digərləri çıxış edərək “İnternet və ədəbiyyat: problemlər, imkanlar” mövzusu ətrafında öz fikirlərini bildirlər və təkliflərini etdilər.Tədbirin sonunda Xəyal Rza zəhmət çəkib tədbirə gələn insanlara təşəkkürünü bildirdi.
-
İç göynədən bir öykü…
Əfsanə BAYRAMQIZI
Dünya Gənc Türk Yazarlar Birliyi Yönətim Kurulu başqan yardımcısıKölgənin səyahəti
Uzaqdan, lap uzaqdan boynu bükük bir yarıdağılmış minarə boylanır… boylandığı səmtdə sanki itirdiyi doğma birisini axtarır. Onun yanından üzü doğuya sıx ortaölçülü daşlarla döşənmiş dar küçə… sanki sonsuzluğa baş alıb gedir… Küçə boyu uzanan, damları qırmızı kirəmitli evlərin indi sadəcə çox az hissəsinin kirəmiti yerində qalıb. Sıx biçimdə nizamla döşənmiş kirəmitlərin bəziləri ya dağılıb, ya da qar-yağış rəngini-rufunu aparıb.
İllərdir, bu məhəllələrin yol daşları addım səsinə möhtacdır, yol boyu bir canlının səs-səmiri yoxdur… Bu kimsəsiz küçələr beləcə ölü sakitliyi yaşayır. Addımların altında indi əzilən daşlar illərin, yüzillərin, tarix olmuş, neçə-neçə igidin addımını “eşidib”, atlarının kişnərtisinə tanıqlıq edib, qılınclar çəkiləndə “haydı, igidlərim” – deyən əcdadın qopardığı tozanağı udub, sinəsini qabağa verib bu daşlar… bu daşlar indi qəribsəməzmi o səslər üçün..? – Qəribsəməsəydi, üzərində naməhrəm – tanımadığı, tanımağa çətinlik çəkdiyi addımlara sifətini bozardıb, çınqıl kimi xırıltı səsi çıxarmazdı. İllərdir, bu daşlar minarəyə gedən yolda beləcə xırıldayır. Son canını verməyə çalışan məxluq kimi, xırıldadıqca, dar küçə boyu uzanan divarlar əks-səda verir…
“ – Hacı Məmməd, hara belə?
– Yuxarı tərəfə. Sən hara belə, a Mövsüm?
– Mən də dükanı bağlayıb, aşağıya enəjəm.”
…Daşlar böyüklü-kiçikli yeyin addımların toxunuşundan xoşhallanır, bütün istini canına çəkirdi. Sürətlə bir-birini əvəzləyən addımların biri küçənin yuxarı başına, digəri isə aşağı başına yol alırdı. Elə ki, qapının girişinə yetişdilər, başı göyün yeddinci qatına ucalan minarələr bir-birini gözəl avazla salamlayıb, hal-əhval tutardı… İki ayrı yerdən eyni vaxtda ucalan ecazkar, musiqili avaz havada əks-səda verər, şəhər əhlini Yerin, Göyün Yiyəsini salamlamağa səslərdi.
“ – Salam, hacı, ovqatın təlxdir deyən. Noolub belə?
– Əleykümə salam! Bir az sən deyəndi elə… canın sağolsun. Səndə hal-qəziyyə nə yerdədir?
– İşlər şuluqdur, bu naməhrəmlər rahat durmur, urusun silahıyla bizə xox gəlirlər.
– Pristav, naçalnik də öz kef-damağında… Keçən gecə qonşu mahalda on evi yandırıb, bir çətən arvad-uşağı qana boyayıblar bu kafirlər. Bu inqilab hələ başımıza çox oyun açacaq. Yığışıb öz başımızla qaladakı arvad-uşağı qorumalıyıq.
– Xalqın namusu bizə əmanətdir!”
…Qalanın küçələrindən keçən at faytonları ağır-ağır hərəkət edir, küçədən keçən tək-tək adam, ya da darvaza dalından boylanan uşaqlar ilgi ilə onun arxasınca baxardı. İsti yay günlərində küçə daşlarının tez-tez yaratdığı bu cırıltılı səslərə böyükdən-kiçiyə hər kəs adət etmişdi. Bu o demək idi ki, qalaya Bakıdan qonaqlar gəlib. Həyət-bacadan qonaqlara edilən “xoş gəldin” sədalarını indi daşların yaddaşının çözələmədiyi dildəki kobud və tükürpədici qırıq-qırıq səslər ya da yarıuçuq evin damında yuva qurmuş qarğaların qarıltısı əvəz edir.
“Görəsən evimiz durur?! Anam həmişə deyərdi ki, minarənin yanına çatanda sola dön. Orda darvazanın arxasında hündür bir tut ağacı görəcəksən… bax, ora bizim evdir… – Yaxşı, hanı bəs?! Minarənin yarısı yoxdur. Solda darvaza da gözümə dəymir. Nənəm yalan deməz axı.!?
Aha, kötük..! Bu ki, bizim tut ağacının kötüyüdür! Yüz faiz, odur… Ən son onun tininə çıxmışdım ki, ətrafa baxım. Atılan “Qrad” səslərindən diksinib, yerə yıxıldım. Ah, tut ağacım mənim, babam deyərdi, əgər mən də qonşu Vüqar əminin oğlu Nadir kimi oxuyub böyük adam olsam, bu ağacın altındaca mənə qonaqlıq verəcək, bu ağacın bərəkətindən ailəmə bərəkət payı ayıracaq. Zamanı gəlincə bu ocağı gələnəyimizcə, mənə təhvil verəcəkdi. Bircə mən qoruya bilmədim ocağımızı, baba, mən…”
…Böyük, qol-budaqlı tut ağacından bircə kötük qalmışdı. Hansısa zalım bir əl onu baltanın ağzına vermişdi. Kötüyün üzərinə böyük bir kölgə çökdü, çökməsiylə bir neçə dəqiqə ətrafında dövrə vurub dayandı. Bir neçə dəqiqədən sonra kötüyün üstü göz yaşlarına qərq olmuşdu…
Ortaya sükut çökmüşdü, bu sükutu küçədən yavaş-yavaş keçən xəfif addım səsləri pozurdu. Sərin yay küləyi əsdikcə, küçə qırağındakı otlar dalğalanır, gələnlərin ayaqları altına sərilirdi. Ayaqlandıqca incinən bu otlar səssiz-səmirsiz dursalar da, hər tapdaqdan sonra daha böyük əzmlə başlarını minarəyə doğru ucaldırdı. Bunun fərqinə varmayan mavi rəngli şort geyinmiş eynəkli bir gənc oğlan düz minarə önündə dayandı. Əli ilə tərini silərək “Vau…” – deyib fotoaparatını nə isə kəşf etmiş kimi, minarəyə doğru uzatdı. Qəfildən həmin an minarə daşlarından qopan xırda dənəciklər toz qarışıq mavi şortlu gəncin obyektivinə doğru səpələndi. “Damnd!” (Lənət olsun”) deyə fotoaparatı aşağı alaraq, gözlərini ovuşduran oğlan hirsindən tikilini təpiklə döyəclədi. Bayaqdan dünya səyahəti həvəsində olan bu yabançını izləyən saqqallı kişi hiyləgər və özündənrazı vəhşi baxışlarıyla hırıldadı. Öz-özünə “Yaxşı ki, çəkmədin, əclaf” deyə onun qolundan tutub, yaşıl dağlara tərəf sürüklədi.
Kölgə minarə boyu dolanaraq, onu sakitləşdirməyə, təsəlli verməyə çalışdı, minarənin içindən salona daxil oldu. “Yadımdadır, babam hər cümə namazı məni sənin yanına gətirərdi. Uzaqdan sənin naxışlı minarəndəki bəzəkləri görəndə ixtiyarsız olaraq sevinərdim. Ən çox o naxışları sevərdim. İçəridə “la ilahə illəllah” səsləri əks-səda verdikcə, məhəllənin bütün kişiləri buraya toplanardı. Divarını nəinki cızmaq, heç bərk yumruqlamağa da qıymazdıq. Hər hansı uyğunsuz hərəkətimiz olsa, babamın bir tərs baxışı ilə hər şey həll olardı. İndi gör, bu divarlar nə kökdədir, aman Allah.!? Bu şərəfsizlər Allahın belə evini murdarlayıblar, öz adlarıyla. Bu adlara bax… Tfu… Bilirəm, istəmirsən, bu görkəmdə səni görsünlər. Ona görə o yabançıya elə hirsləndin…”
Kölgə salonun mərkəzində – divarları dağıdılmış və kimsəsiz bu Tanrı evində iki qat əyildi, hələ üç dəqiqə vardı azana. Küçəyə baxdı, elə yəqin edəcəkdi ki, məhəllə kişiləri yolda bir-birilə salamlaşıb yeyin addımlarla içəri girəcək… Hanı?!. Səs-küy, hal-əhvallar, şəhərin və qəzanın ən yeni xəbərləri buradan yayılırdı məhəlləyə. Ancaq küçə sakitlik idi, nə gələn vardı, nə gedən… Azan verilən səmtə, 10 kilometr aralıdakı minarəyə baxdı. Oralarda isə daşı-daş üstə qalmamış viranəlikdə bircə minarə boylanırdı, o da 20 ildən çox idi, başını aşağı salıb susurdu. Bütün şəhəri şumlasalar da, onu göz dağı kimi saxlamışdılar. “Sənin Tanrın belə güclüdürsə, səni qurtarsın” sədaları bu kimsənin qalmadığı, otun belə cücərmədiyi viranə şəhərdə vəhşi və istehza dolu qəhqəhələrlə əks-səda verir, hər daşı belə titrədirdi.
Azan vaxtı bu dəfə uzaqlardan verildi. İkiqat əyilən kölgə insan kölgəsinə çevrildi, oturaraq əllərinə göyə açdı, bir neçə dəfə nizamlı şəkildə aşağı-yuxarı hərəkət etdi. Rahatsız ruhundakı təlaşı və keçmişin həsrətini dindirən kölgə azad səmadan bir daha ətrafı seyr etdi: “Bir də gəlsəm, minarəəki səsə gələrəm, ayrı heç nə məni bura gətirəmməz..!” – göydəki bəlirsiz sığınacağına uçdu…
…Bir vaxtlar gözəlliyi ilə şəhər qonaqlarının belə heyran olduğu “Gövhər Ağa” yadigarından indi bircə dağıdılmış yarıuçuq minarə qalmışdı. Neçə illər, onu tərk edən və gözəlliyini itirən daşlarına, bəzəklərinə küssə də, bu gün sevincli idi o. “Qrad” səslərindən, şəhər əhalisinin tükürpədici səslərindən uzun müddət sonra nəhayət kiminsə yadına düşmüşdü. Nəinki yadına düşmüş, onu ziyarət edən doğma bir ziyarətçi varid olmuşdu. “Son daşım uçana kimi, gözləyəcəm, minarəmə çıxıb o gözəl avazı yenidən şəhərə yayanı görmədən ölmərəm..!”
Minarənin səthi bir az tünd görünürdü. Bayaq fotoaparatı ona tuşlayan yabançı qayıdanda minarəyə baxdı. Əlini məscidin divarına toxundurdu, nəm ovcuna hopdu. Xeyli təəccüblə minarəyə baxıb, ehtiyatlı şəkildə bir neçə şəkil çəkdi. Belə isti yay günündə binanın daşlarının nəmliyi görünür, onu təəccübləndirmişdi. Amma bunun səbəbini bircə kölgə, bir də onun Yiyəsi – Tanrı bilirdi… minarə illər sonra doğma “qonağ”ın “gəliş”inə ağlayırdı: daş-daş… -
Natiq Səfiyevin yeni kitabı işıq üzü gördü
Natiq Səfiyevin “Afrika xalqlarının nağılları” kitabı 2013-cü ildə “Təknur” nəşriyyatı tərəfindən 84 səhifə olmaqla, 200 tirajla dərc olunub.Kitabın redaktoru Azərbaycan Xarici Dillər Universitetinin müəllimi Güntəkin İlyasovadır.
Afrika qitəsində çoxlu xaqlar yaşayır.Onlardan hər birinin özünəməxsus folkloru vardır.Bu kitabdakı dilimizə çevrilmiş nağıllar ibrətamiz, tərbiyəvi xarakter daşıması ilə hər kəsi özünə cəlb edir.Topluda 25 xalqın 40 nağılı toplanmışdır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan mətbuatında 50 ildən artıq yazıları ilə çıxış edən görkəmli və istedadlı yazıçı-publisist Natiq Səfiyevin “Afrika xalqlarının nağılları” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
-
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb
“NAKAM ŞAİRLƏR” adlanan yeni kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində hazırlanıb.
Nəşrin tərtib və ümumi redaktəsi Əkbər QOŞALIya aiddir. Nəşrin məsləhətçiləri prof.dr. Almaz ÜLVİ və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət OSMANLI, rəy verənləri isə DGTYB Təsisçilər Şurasının üzvü, “Fəxri gənc” ödülü laureatı dos.dr. Rəsmiyyə SABİR, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sədr müavini Mübariz HACIOĞLU və “Birlik” dərgisinin baş redaktoru İlqar İLKİNdir.
Kitabda gənc yaşlarında həyata gözlərini əbədi yummuş yeni nəsil Azərbaycan şairləri haqqında bilgilər və şeirlərindən örnəklər verilib. “Ömrü özünə yaşamayan” şəhid şairlərin şeirlərinin də yer aldığı nəşrdə “nakam” sözü onların fiziki ömürlərinin qısa sürdüyünü, Ədəbiyyatımıza daha çox töhfələr vermək, uğurlar qazandırmaq potensiallarının olmasına bax¬mayaraq, həyatdan erkən köçdüklərini ifadə edir. DGTYB-nin bu nəşri… məhz özləri həyatda olmayan – həmişəgənc şairlərin yaradıcılığına müraciət etməsi ilk növbədə özləri həyatda olmasa da, sözləri həyatda olanlara vəfa borcundan irəli gəlir… eləcə də, onların hər birinin xatırlanmağa haqları olduqlarının etirafıdır…
21 yaşlı Ülvi Bünyadzadənin şəhid olmamışdan xeyli öncə öz əli ilə yazdığı “AND” kitaba “önsöz” yerinə verilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur. -
“Çağdaş Azərbaycan ədəbi qurumları” kitablaşdırılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” layihəsi çərçivəsində “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının növbəti sayı nəşrə hazırlanır.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar ədəbi yaradıcılıqla məşğul şəxsləri birləşdirən qurumlar, dərgilər, qəzetlər; saytlar; ədəbiyyatşünaslıq üzrə istisaslaşmış elm-tədqiqat ocaqları; ədiblərin ev muzeyləri, Poeziya Evləri; nəşriyyatlar; eləcə də represiya qurbanı olmuş Azərbaycanlı ədiblər, şəhid Azərbaycan şairləri barədə bilgilər “Çağdaş Azərbaycan Ədəbi Qurumları”nda kitablaşdırılacaq.
Qeyd edək ki, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” kitabının I nəşri 2009-cu ildə “Turan evi” nəşriyyatı tərəfindən 118 səhifə olmaqla, 450 tirajla dərc olunmuşdu.DGTYB başqanı Əkbər Qoşalının hazırladığı kitabın redaktorları Rəsmiyyə Sabir, İlqar İlkin və Namiq Hacıheydərli olmuşdu.
-
Debüt: Azər ABBASOV (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər
Azər ARİFOĞLU (Abbasov Azər Arif oğlu) 1975-ci il sentyabr ayının 12-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1982-1992-ci illərdə Naxçıvan şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı” bölməsinin Redaktorudur.* * *
Axşamçağı gördüm səni bulvarda, gözəl qız…..
Qalmışdı gözün sanki uzaqlarda, gözəl qız….Bir uykuya dalmışdı dəniz sanki o axşam…..
Yatmışdı o nisgilli baxışlar da, gözəl qız…….Hərdən də üzən zülfünü oxşardı küləklər…..
Sandım ki, vurulmuş sana onlar da, gözəl qız……Bir ani göz atdın mənə birdən….yenə bir bax…..
Heç baxmadın amma daha…..yalvar da…..gözəl qızAzər sana ya sanki vurulmuş….bu həqiqət
Getdin, buraxıb Azəri sən darda, gözəl qız* * *
Ey gözüm, qan ağlamaqdan çeşmi-giryanım vətən
Sən mənim cismimdə canımsan, pərişanım vətənBir anamdır, bir də sənsən, başqa bir şey istəməm
İstərəm olsun fəda uğrunda bir canım, vətənÇox da şairlər gözəllərdən qəzəl yazmaqdadır,
Başqa bir yar yox mənim qəlbimdə, cananım vətənLeylinin uğrunda Qeysin əqli olmuşdur fəda
Leylilərdən gül açıb qoynun, gülüstanım vətənHər zaman bir halə düşdüm, sən səbəb oldun buna
Həm sevincimsən mənim, həm ahu- əfğanım vətənGər adım Azər mənim, sən ərməğan etdin onu
Həm adımsan sən mənim, həm şöhrətim, şanım vətən -
Debüt: Ruhiyyə BAHAR (Sumqayıt).Hekayə
TƏRCÜMEYİ-HAL
Ruhiyyə BAHAR (Əliyeva Ruhiyyə Səfərxan qızı) 1976-cı il noyabr ayının 12-də Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumayıt şəhər 10 saylı orta təhsil, 1993-1998-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2005-2007-ci illərdə “Hakimiyyət və Zaman” qəzetinin redaktoru olub.2007-ci ildən “Bahar” uşaqlar üçün ədəbi-bədii əyləncəli jurnalın və 2010-cu ildən “Bahar çiçəyi” uşaqlar üçün ədəbi-bədii əyləncəli qəzetin təsisçisi və baş redaktorudur.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Uşaq ədəbiyyatı” bölməsinin redaktorudur.sLalələr
Dağları əzəmətinə görə sevir insanlar. Özü boyda sirr dünyası olan dağlar bəşəri canlılar üçün bir beşik, bir yuvadır. Güneyi gül-çiçəkli, qüzeyi ağaclı,kollu, biçənəkli olur dağların. Həm də insanlar dağlara sevgisindən çoxlu əfsanələr, rəvayətlər söyləmiş dağlara.
Deyirlər belə dağlardan birində sarı qaya zirvəsindən aşağılarda, dərəyə yaxın bir yerdə kənddən xeyli aralıda bir koma varmış. Komada Yaxşı nını ilə bir yerdə Lalə adlə gözəl bir qız yaşayarmış. Bu iki varlığı eldən-obadan uzaq salan bir dərd varmış. Toy günündən bir neçə ay sonra Yaxşı adlı gözəlin sevgilisi Böyük Vətən müharibəsinə gedir. Il ötsə belə sevgilisindən xəbər olmur. Amma sevgilisindən gözəl-göyçək bir qız uşağı dünyaya gəlir. Illər ötür. Müharibə qurtarır. Lalə böyüdükcə Yaxşının ər intizarı yavaş-yavaş yoxa çıxır. Axşam günəş kimi sönür…
Lalə yaşadığı komadan meşəyə doğru gedən cığırın qurtaracağında çökəkdə bir bulaq qaynayırmış. Bulağın yuxarı tərəfində sıldırım qayalar, qayaların sinəsində içərisində qurt-quş yaşayan böyük meşə varmış. Bulağa su içməyə gələn cüyürlər özləri ilə cığırlar gətirmiş və həmin cığırlarla yoxa cıxarmışlar.
Daha Lalə böyümüş, seviləsi bir qiz olmuşdu. Incə beli, ceyran yerişi, gül taxılmış sinəsi zamanın sürətlə ötdüyündən xəbər xerirdi. Lalənin ən çox sevdiyi dağlar gülü lalə idi. Burada bitən lalələrin bir rəngi vardı,qırmızı….
Bir dəfə Lalə səhəngi götürüb bulağa gələndə gördüyündən təlaşlandı. Başında buxara papaq,qara qaşlı, qara gözlü, qara bığlı bir cavan yerə sərilmişdi. O, bir əlində tüfəng olduğundan o biri əli su icmək üçün bulağın gözünə doğru sürünsədə taqətdən düşmüş halda zarıyırdı. Ayağının baldırından axan qan laxtalanmışdı. Lələ bu ovçu oğlanı komalarına naecə gətirdiyini özu də bilmədi. O,gücü haradan aldığını belə duymadı.
Anası Yaxşı qarı güllərin,çiçəklərin sirrini dərindən bildiyinə görə tez otlardan məlhəm düzəltdi. Ovçu oğlanın yarasını yuyub sonra sarıdı.
Bir neçə gün keçdi. Bu günlər Lalə üçün zindan oldu. Ovçu oğlanın qarsılmış dodaqlarından su və gül şirəsindən başqa hec nə keçmədi. Bir səhər bu gözəl oğlan gözlərini açdı və:
-Mən hardayam?- deyə soruşdu.
Heç bir cavab olmasa da ətrafında nurani bir qarı ilə gözəl bir mələk gördü. Qara gözlü su sonası oğlanlın gözünü günəş kimi qamaşdırdı.
Beləcə ovçu oğlan bir neçə gündən sonra tamam sağaldı və ayağa qalxdı.
Onu xilas edənlərlə yaxından tanış oldu. Başına gələnləri, ayı ilə döyüşən zaman gülləsinin qurtarmasını, yaralanıb ayının əlindən qaçmasını söylədi.
Ovçu nə söyləsə belə Lalə sanki yuxuda idi. Onu iki duyğu odlandırırdı. Biri özgə, tanımadığı yaralı oğlanı sevdiyi idi, ikincisi isə…
Daha ovçu tam sağalmışdı. Günün birində oğlan üzünü həm Yaxşı nənəyə, həm də Laləyə tutub getməli olduğunu söylədi. Ona etdikləri yaxşılığı heç bir zaman unutmayacağını dedi.
Lalənin dili tutulmuşdu. Icazəsiz sevdiyi bu oğlana deməyə sözü daşa dönmüşdü. Oğlanda sanki cadugər kimi qızın dil ağzını bağlamışdı.
Ovçu komadan uzaqlaşar-uzaqlaşmaz hava qəflətən dəyişdi. Göy guruldadı, şimşək çaxdı. Ele bir yağış yağdı ki, sel suya qarışdı. Indiyə dək bu tərəflərə belə bir yağış yağmamışdı. Dağlardan gələn güclü sel, koma qarışıq Yaxşı nənəni, Laləni ağuşuna alıb sıldırım dərələrə görünməz etdi.
Yeni ildə adamlar gözlərinə inanmadılar. Dağlarda əvvəllər qıp-qırmızı bitən lalə güllərin indi bağrı qara idi. -
Ruhiyyə BAHAR.”Şirinçayı çək başıva” (Hekayə)
Şirin çayı çək başıva.
Baharın 5 yaşı var, o, evin tək qızıdı. Hər səhər anası onu min bir zülümə yuxudan oyadıb, səhər yeməyini yedirdib bağçaya aparırdı.
Bir səhər də yenə yuxudan qışqırda-qışqırda, ağlaya-ağlaya yuxudan oyatdılar.
-Ay qızim, dur da axı mən işə gecikirəm. Səhər yeməyini ye səni bağçaya qoyum, tez işə gedim. Bax işdən gələndə sənə çoxlu konfetlər, oyuncaqlar alacam-deyə anası dilləndi.
Oyuncaq, konfet eşidən kimi Bahar yerindən durdu və dilləndi:
-Onda səhər yeməyini yemirəm.
-Yox, olmaz yeməsən konfet də görməyəcəksən-dedi anası.
Bahar əl-üzünü yudu, anası saçlarını darayıb hördü. Tənbəl-tənbəl gəlib stolda oturdu. Anası ona çay süzüb, şirin elədi. Çörəyi xırda kubiklərə ayırıb üstünə cem, yağ sürtüb qarşısına qoydu. Bahar gah şirinçaya baxır, gah da qarşısına yığılan çörəklərə. Güclə birini ağzına qoyub şirinçaydan bir qurtum aldı. Yavaş-yavaş öz dünyasında danışa-danışa yeyir, gah sağa baxır, gah sola baxır gah da stolun altına. Anası yenə dilləndi:
-Bahar, mən işə gecikirəm axı tez ol ye yeməyini gedək.
Anası bir dedi, iki dedi amma, Bahar öz aləmində idi. Anası hirsləndi:
-Yemirsən yemə heç olmasa şirin çayı çək başıva gedək.
Bahar içi şirin çayla dolu stəkanı başının üstünə qaldırıb başından aşağı süzdü. Başdan ayağa oldu su içində. Anası bunu görüb bərk qəzəbləndi:
-Ay Bahar, neylədin?
-Demədin şirincayı çək başına, mən də çəkdim də.