Post Views: 36 BİZ SƏNİN ƏLİNİ ÖPÜRÜK, ANA! Nəğmələr söylədin, laylalar ötdün, Gecələr yatmadın, oğul böyütdün. Sən ona örnəkdin, ona öyüddün, Oğlun şəhid oldu, bayrağı öpdün, Biz sənin əlini öpürük, ana! Oğul itkisindən yansa da canın, Ağrıdan, acıdan donsa da qanın, Eşidən olmadı ahın, amanın, Sən ey mərd anası dövrün, zamanın . Biz sənin əlini …
Aprel 9, 2016
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 34 ÜNVANIN EYNİDİ YURDLA, VƏTƏNLƏ Sənin bu torpağa tökülən qanın, Torpaqda çiçəklər, güllər bitirdi. Sənin bu torpağa qoyulan canın, Torpağa, millətə şərəf gətirdi. O, güllər, çiçəklər torpağa bəzək, Xəbər verir sənin çiçək qoxundan. De, necə toxunaq, de, necə üzək, Oyada bilmərik səni yuxundan. Şəhidlik zirvəsi qazanan igid, Əbədi həyata sən addım atdın. Torpaq …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 58 GƏLDİ QİSAS VAXTI, İNTİQAM VAXTI! Bahar gəldi, könül duydu, oyandı, Canlara can gəldi, qanlar qaynadı. Ruhlar quştək qalxıb ərşdə dayandı, Gözlərdə bir dəli şimşək oynadı. Gəldi qisas vaxtı, intiqam vaxtı, Ürəklər sussadı , qana qan dedi. Ucaldı zirvəyə şəhidlik raxtı, Cəsarət, şücaət qorxunu yedi. Bahadır igidlər ayağa qalxdı, Düşmənin üstünə etdi həmlələr. …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 26 ORA TORPAQ DEYİL, ORA VƏTƏNDİ! Bir ata əlləri yeri əkibsə, Daş üstə daş qoyub ocaq tikibsə, Gecəli, gündüzlü keşik çəkibsə, Ora torpaq deyil, ora vətəndi! Bir ana əlləri təndir yapıbsa, Ətiri könülə, qəlbə hopubsa, Çırpınan bir ürək dinclik tapıbsa, Ora torpaq deyil, ora vətəndi! O yersiz bu cahan gözündə darsa, Gecələr yuxunda, …
Günel Eyvazlını doğum günü münasibətilə təbrik edirik! (9 aprel 1984-cü il)
Post Views: 25 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti
Rəhim MEHNƏT.”Kimsəsiz oğlanın elçiliyi..”
Post Views: 27 Oturub bir yolun elçi daşında, Gələndən, gedəndən söz göndərəsən. Baxasan axşama cavab gəlmədi, Yığışıb söz üçün özün gedəsən. Əlində dəstə gül durub gələsən, Yetişib qapını asta döyəsən. Allahın adıyla salam verəsən, Xoş gəldin ay oğul buyur, girəsən. Keçıb oturasan bərk bir divanda, Soyuq tər apara səni o anda. Gözlərin dikilib qala tavanda, …
Rəhim MEHNƏT.”Üşüyür əli, qulağı”
Post Views: 26 Bir balaca qız uşağı, Məkanı yollar qırağı. Soyuq onu qorxutmuşdu, Üşüyür əli, qulağı. Deyir anam ölüb mənim, Yoxdu bir qızım deyənim. Yollardan çıxır çörəyim, Üşüyür kiçik ürəyim. Əllərində dəmir pullar, Əl açmadı isti qollar. Sahib çıxdı ona yollar, Üşüyür bir qız uşağı. Bu gün yolda yox idi o, Axtardım yol qırağında. Maraqlandım …
Rəhim MEHNƏT.”Bir dilənçi uşağın dilindən…”
Post Views: 29 Sən bilmirsən çəkdiyimi, Od alovdan kecdiyimi, Çoxu səhər şirin çayın, Mənsə qəhər içdiyimi. Sən görmürsən, Əl umduğum insanların, baxışını, gözlərini, Qara qəpik uzadanda, Bəzilərin üzlərini. Bəzən elə nifrət dolu, Bəzən yanar, qayğı, odlu. Şair əmi…. Mən yazdığın misralarda, Coxu üçün dilənciyəm, Harda olsam qəpik üçün. Hara gəlsə gedəsiyəm. Ehh…. Şair əmi…. Yıxılıram …
Rəhim MEHNƏT.”Anasını itirən balaca uşağın dilindən”
Post Views: 22 Sən mənim şəklimi arxadan çəkib, Saldın xəyalımı çölün düzünə. Həyat üzərimə qəm-kədər əkib, Bilmədim ki, yalanı nə düzü nə. Boyu məndən uca bu beton divar, Yalnızlıqdan başqa, söylə dərdmi var? Payız bitər, ətrafımı qar alar, Üşüdüb dondurar, baxmaz üzümə. Qısıldığım bu divarın arxası, Zaman-zaman dönübdü qan gölünə. Fikirlərin, xəyalların parçası, Səpələnib yamacına, …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 66 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AZƏRBAYCAN ƏSGƏRİM Sarıldın al bayrağa, Dözəmmədin qınağa. Şirtək qalxdın ayağa, Azərbaycan əsgərim! Şərəfinə and içdin, Neçə sədləri keçdin. Ottək yağını biçdin, Azərbaycan əsgərim! Oldun Koroğlu, Nəbi, Türkün şanlı qəzəbi. Vətənin vuran qəlbi, Azərbaycan əsgərim! Dusdaq torpaq, dağ, dərə, Eşitdi mərhəm nərə. Qucaq …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 44 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DÖVRANIN GƏLİR Çatdı xeyir xəbər, xarı bülbülə, Dedilər muştuluq, cananın gəlir. Tezliklə qovuşar, yarı bülbülə, Dedilər halına, yananın gəlir. Neçə il qalmışdı həsrətdə, darda, Saralıb, solmuşdu, boranda, qarda. Bilmirdi sevdiyi, qalıbdır harda, Dedilər qaydına, qalanın gəlir. Düşmüşdü qaniçən, zalım əlinə, Nəğmə dəyməmişdi, …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 26 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ASLANIN OYANIŞI İllər boyu hey gözlədik, Ər nərəsin , çox özlədik. Sevə- sevə əzizlədik, Bir də baxdıq , qalxıb Aslan. Silkələyib ər babalar, Haraylayıb el, obalar :- “Bu qədər də, yatmaq olar”? Deyərlər bəs, “qorxub Aslan”. Çaqqalları, tülküləri, Girləyirdi çoxdan bəri. Hər …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 28 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DİLBƏR QARABAĞ Açılsın dumandan səmanın üzü, Ilk bahar bəzəsin tarlanı, düzü. Hifz etsin, güldürsün Yaradan bizi, Geysin toy libasın, hər dərə, hər dağ- Bu bahar sevinsin, dilbər Qarabağ. Dönsün payız vaxtı uçub gedənlər, Ayılsın qış boyu mürgü edənlər. Boy atıb , canlansın, …
Şəfa VƏLİYEVA
Post Views: 28
Şəfa VƏLİYEVA
Post Views: 43
M.Hâlistin KUKUL.KELİME’DEN KELİME’YE
Post Views: 20 Kâinatın yaratıcısı, her şeyin sahibi, hâkimi, mâliki, terbiye edicisi, koruyucusu, yardımcısı, nimet ve rızık vereni Allahü teâlânın, sadece insanoğluna akıl ile birlikte ihsan ettiği en büyük nimet: Kelime’dir, söz’dür!.. Kelime; harf vasıtasıyla mânâyı yüklenen ve geleceğe taşıyan madde’dir!.. İnsan olma vasfının ve insanlık hüviyetinin temsilcisi, belirleyicisidir! .. Öğrenilmesiyle, uğruna ‘köle’ olunan tek …
Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”
Post Views: 32 * * * Son damla qanımız tökülsə belə, Azəri canında dözüm olacaq. Bunu bilməlidir dünyada hər kəs. Qarabağ bizimdir, bizim olacaq. Bülbülü xar oldu bəs etdi, artıq. Düşmən həddi aşdı, pis etdi artıq. Mərmilər, güllələr səs etdi artıq. Qarabağ bizimdir, bizim olacaq. Namərdi qovmağa gücümüz çatar, Düşmənin gəmisi dəryada batar. Haqq işə …
Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”
Post Views: 25 * * * Düşmənin ümidini birdəfəlik kəsməsək, Qarabağ yol gözləyir, Bir ona tələsməsək. Dünya “afərin”- deyər? Kimlər bizi anlayar. Şəhid qəlbinə dəyər, Tarix bizi danlayar. Yolumuz ordan keçir, Cümləmiz orda tamdır. Tamarzı qaldığımız, Əvəzsiz böyük kamdır. * * * İrəli, irəli, əziz millətim, Bizləri gözləyir Qarabağımız. Düşmənə elə bir acı verək ki, …
Şəhla RAMAZANQIZI.”Vətənpərvərlik ruhunda yazılan şeirlər”
Post Views: 48 Heç… Balıq kimi dəryalarda üzdün xoş, Qurbağa tək bataqlığa batdın, heç. Qarışqa tək zəhmət çəkdin, afərin! Ayı olub qış uzunu yatdın, heç. Əhdə vəfa oldun sənə, min əhsən, Doğru izə düşdün yenə, min əhsən, Saf vicdana dönə-dönə, min əhsən. Halalına haram tikə qatdın, heç. Əmanəti pak qorudun, yüz yaşa, Tez qırılar ümid …
Günay HƏSƏNLİ.Yeni şeirlər
Post Views: 35 GÖZƏLİM Sən o qədər gözəlsən ki… Vətənim! Vicdanımın aynasına rəsmin çəkmək istəyirəm. Gözəlliyin ağır oldu, Beli sındı fırçamın. Heyranlıqdan kilidlənib, Əli sındı fırçamın. Kipriyimi fırça edib,rəsmin onunla cızaram. Bir az qanımdan süzərəm, Bir də göz yaşı qataram. Kipriyimlə “qanyaş” adlı Mənə məxsus bu boyayla Dərdlərindən cadarlanmış Parçalanmış ürəyimə sənin adını yazaram. Sən …
Günay HƏSƏNLİ.Yeni şeirlər
Post Views: 31 DÜNYA Söylə sənə neynəmişəm? Mənsiz olan, mənli dünya. Çoxlarına kef-damaqsan, Mənə niyə qəmli, dünya? Haqqımı yedizdirib, Nadanları gəl az güldür! Dəfələrlə göynətdiyin O həminki yazıq mənəm. Daha bəsdi, gəl göynətmə, Birdəfəlik öldür, öldür! Öldür məni, tezcə öldür! Öldürməsən, gözlərimdən axan yaşı Bir dərəyə, Damla-damla toplayacam. Dünya… Səni su basacaq. Diri-diri yandırırsan, Yandır …
Günay HƏSƏNLİ.Yeni şeirlər
Post Views: 33 YAĞIŞ YAĞIR ÜSTÜMƏ Yağış yağır üstümə, Bu yağan yağışdımı? Bəlkə günahlarımdı Səmadan axıb gəlir. Bəlkə, bəlkə… Edəcəyim günahı Əvvəlcədən görüb o, Yumaq üçün tələsir. Bu yağan yağışdımı? Gözyaşımdı deyəsən. Bir zaman buxar olub Çəkilmişdi göylərə. Göz yaşı axıtdığım O dərdli günlərimi Xatırlatmağa gəlir. Damcısını döndərib, Kiçik köz parçasına Qığılcıma bənd olan Mənim …
Günay HƏSƏNLİ.Yeni şeirlər
Post Views: 30 AXTARIR Dənizə atılan daşa dönmüşəm, Bir ömür axtarsan tapa bilməzsən. Tapsan da sən məni neynəyəcəksən? Mən özüm-özümü tapa bilmirəm. Dilim qıfıl vurub lal hisslərimə Bir “açar” sözünü tapa bilmirəm. Tapsan da sən məni neynəyəcəksən? Dili lal, Gözü kor, Ağılı dəm-dəm. Söylə beləsini neynəyəcəksən? Dərddən manqurtlaşıb, Xəyalı hərdəm. Elə hey itirir, Axtarır hərdən. …
Aysel ABDULLAZADƏ.”Susmayın ümidlərim…”
Post Views: 31 Filoloq, Yazar, YeniBaxis.Az İnformasiya Agentliyinin Baş redaktoru, “Günəşin Düşmədiyi Odalar” kitabının müəllifi. Susmayın ağrılarım Dillənin e, dillənin Kəndir salın boynuma Yellənin e, yelənin. Şair Ramil Mərzilinin şeirindən etkilənərək… Susmayın ümidlərim Dillənin e, dillənin. Sevincək uşaq kimi Yellənin e, yellənin. Gizlədim göz yaşımı Silinsin yanağımda. Ağrılı baxışlarım, Gözlərimə zillənin. Yağış altında dua Tez …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 27 *** Qanadları sazaq vurmuş bir quşam, Kölgələrdə dolub durmuş bir tuşam. Ürəyimin kandarında durmuşam, Gəl,ən əziz qonağım ol,sən mənim! Çox ağırmış tənhalığın şələsi, Ayağımı tutub durmuş tələsi. Qan ağlayır,gülzarımın laləsi Gəl,ən əziz qonağım ol sən mənim! Baş ucunda yerin boşdur,süfrəmin Dilimdə duadır,İnşallah!Amin! Bərəsisən,kədər adlı dərd-qəmin, Gəl,ən əziz qonağım ol sən mənim.. Dünya… …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 27 *** Getdin,dönəcək dedim, Sozaldım bağlar kimi. Özgə bir dağ görmədim, Çəkdiyin dağlar kimi… Acın məndən əl üzdü, Toxun da çıxıb getdi… Vücuduma sarılan, Qoxun da çıxıb getdi… Elə ərimişəm ki, Qəfil dönsən,donaram! Qucağında büstümü, Varlığınla yonaram! Baxmaz,qara-sazağa, Tütər ahının dəmi. Ürəyimdən uzağa. Çəkər bu yollar səni.. * * * Hənir də yox …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 24 Dəyişər səni… Çağlayıb damarda qan, Ahından can alar,can. Haqlayıb zaman-zaman, İllər dəyişər,səni… Kölgəsində uçduğun, Yörəsində qaçdığın. Külək bilib qucduğun, Yellər dəyişər,səni… Gedərsən yaxınına, Telinə yaxar xına. Qatar öz axınına, Sellər dəyişər,səni… Gəlib ayrılıq dəmi, Vaxt da dilin hakimi, Qiymətli əşya kimi, Əllər dəyişər,səni. Gözdən-göz oxuyarsan, Üzdən-üz qoxuyarsan. Sözdən-söz toxuyarsan, Dillər dəyişər,səni… 09.04.16 …
Esmira RƏHİMLİ.”Azərbaycan”
Post Views: 26 Toy-büsatın qurulsun, Xonçaların tutulsun, Ocaqların çatılsın, Sönməsin Azərbaycan! Saç yolmasın analar, Dul qalmasın sonalar, Günahsız gül balalar Ölməsin Azərbaycan! Gül bitsin gül bağında, Tonqal yansın dağında. Düşmənlər torpağında Gəzməsin Azərbaycan! Köçməsin ağır ellər, Yas tutmasın könüllər. Getsin o qara günlər Gəlməsin Azərbaycan! Xoş gəlsin sabahların, Gur yansın çıraqların. Ucalan bayraqların Enməsin Azərbaycan!
“Gecikmisən qəlbimə” kitabı işıq üzü görüb
Post Views: 37 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “İnformasiya.Biz” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Günel Əliyevanın “Gecikmisən qəlbimə” adlı ilk şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 300 tirajla çap olunub.Kitabın redaktoru İqrar Məmmədli,ön söz yazan-Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Telman Haqverdiyevdir. Kitabda müəllifin sevgi lirikası fonunda …