Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 180 of 225 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Toxumdayam, torpaqdayam, şumdayam”

Post Views: 54 Ey şairi saraylara qısqanan,Daxmadayam, saraydayam, damdayam.Yağışımla, işığımla, odumla,Toxumdayam, torpaqdayam, şumdayam. Bahar vaxtı ana çölün havası,Hər qadanı başımızdan sovası.Bir saraydı hər qarışqa yuvası,Əkindəyəm, səpindəyəm, şumdayam. Şair olan neylər evi-eşiyi,Başı üstə Tanrı çəkər keşiyi.Mən özüməm Məcnunların beşiyi,Zərrədəyəm, səhradayam, qumdayam. Yağan yağış günahları yuyurmuş,Şükür haqqa, Tanrı məni duyurmuş.Allah özü mənə belə buyurmuş,Bişmişdəyəm, yanmışdayam, xamdayam. Həm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Qoy yatım, yuxudan qaldırma məni”

Post Views: 52 Qışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!Bilim hansı gündü gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah. Qoy yatım, yuxudan qaldırma məni,Əcəlin cəngindən saldırma məni,Zarıya-zarıya öldürmə məni,Öldürə bilirsən, saz öldür, Allah! Acı gülüşlərin ürəyimdə xal,Dodağım qıfıllı, baxışlarım lal.Alırsan canımı birdəfəlik al,Bu qədər ağrıyla az öldür, Allah! 2004, 29 sentyabrCenevrə

"Yeni nəşrlər"

“Ozan dünyası” jurnalının 2021-ci ildə ilk sayı işıq üzü görüb

Post Views: 34  Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanının Baş redaktoru Musa Nəbioğludur Haqqında Jurnalın təsisçisi Azərbaycan Aşıqlar Birliyidir. Baş redaktoru Musa Nəbioğlu, məsləhətçilər isə Xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. Jurnalın redaksiya heyəti Zəlimxan Yaqub, Məmməd Aslan, Həsən Mirzə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Qənirə Paşayeva, Qara Namazov, Bəhlul Abdulla, Sədnik Paşayev, Elxan Məmmədli, İlyas Tapdıq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Seyfəddin Altaylı (Türkiyə), Nizaməddin Onk (Almaniya), Çingiz Mehdioğlu (İran), İrfan Nəsrəddinoğlu (Türkiyə), Osman Əhmədoğlu (Gürcüstan) Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2736. …

Publisistika

Türkiyə CÜMHURİYYƏTİ

Post Views: 85 Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə.[7] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[8] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi …

Publisistika

Pakistan İslam Respublikası

Post Views: 66 Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 …

Publisistika

Əfqanıstan İslam Respublikası

Post Views: 60 Əfqanıstan (puştu افغانستان, dari افغانستان) və ya rəsmi adı ilə Əfqanıstan İslam Respublikası (puştu د افغانستان اسلامي جمهوریت, dari جمهوری اسلامی افغانستان) — Cənubi Asiyada dövlət. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 652,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə …

Ana səhifə

Ukrayna Respublikası

Post Views: 49 Ukrayna (ukr. Україна) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa,Macarıstan, Slovakiya, Moldova və Rumıniya, şərqdən Rusiyala həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. Əhali[redaktə | əsas redaktə]  Əsas məqalə: Ukrayna əhalisiUkrayna əhalisinin milli tərkibi-2001 sa.Əhali sıxlığı 2010-cu il oktyabrın 1-ə Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi …

Publisistika

Latviya RESPUBLİKASI

Post Views: 70 Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) ya da rəsmi adıyla Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, …

Publisistika

İsrail RESPUBLİKASI

Post Views: 36 Əhali[redaktə | əsas redaktə]  Əsas məqalə: Ukrayna əhalisiUkrayna əhalisinin milli tərkibi-2001 sa.Əhali sıxlığı 2010-cu il oktyabrın 1-ə Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata …

Publisistika

Bosniya və Herseqovina

Post Views: 47 Bosniya və Herseqovina (bosn. və xorv. Bosna i Hercegovina, BiH, serb. Босна и Херцеговина, БиХ) — Balkan yarımadasına yerləşən konfederativ dövlət. Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət nəzərdə tutulmadan bütün Bosniya-Hersoqovina xalqına Bosniyalı deyilir. Ancaq türkcədə tarixdən gələn yaxınlıqdan ötəri Bosniyalı deyildiyi anda Boşnaklar yəni Bosniyalı Müsəlmanlar termini nəzərdə tutular. Ayrıca ölkədə Bosniyalı və ya Hersoqovinalı …

Publisistika

İraq İslam RESPBULİKASI

Post Views: 45 İraq — Yaxın Şərqdə dövlət. İraq dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Hal-hazırda İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.Ən böyük şəhəri paytaxt Bağdad olsa da , digər məşhur şəhərləri Mosul,Kərbala və …

"Usare" dergisi Türkiyə ədəbiyyatı

Harika UFUK.”Su”

Post Views: 57 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Su olmazsa hayat olmaz,Her bir şeyin başıdır su.İnsan susuz şifa bulmaz,Susayanın aşıdır su. Karıncanın, kelebeğin,Beşikte yatan bebeğin,Bin bir renkli her çiçeğin,Hayaliyle düşüdür su. Nehirler çağlayıp akar,Sudan elektrik çıkar,Kuşlar hep havaya bakar,Onların bakışıdır su. Yemyeşil bahçeler, bağlar,Sümbül dolu yüce dağlar,Dünyama güzellik sağlar,Toprağın nakışıdır su. Yaşamanın direğidir,Temizliğin …

"Usare" dergisi Türkiyə ədəbiyyatı

Harika UFUK.”Susuz yaşanmaz”

Post Views: 34 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Doğarken, yaşarken hatta ölürken,Her zaman gerektir; susuz yaşanmaz.Çevre temizliği şarttır bilirken,Her zaman gerektir; susuz yaşanmaz. Bazen kükreyerek gelir dağlardan,Bereket saçarak geçer bağlardan,Ölüye rahmettir, dua sağlardan…Her zaman gerektir; susuz yaşanmaz. Abdest için gerek, günde beş vakit,Temiz olmayandan eksik olmaz bit,Şifa bulmak için kaplıcaya git.Her zaman gerektir; …

"Usare" dergisi Türkiyə ədəbiyyatı

Ülkü OLCAY.”SÖYLEYİN ONA”

Post Views: 62 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Hayat hikayesi şiirlere romanlara sığmayan insan, kıymetli abim SÖYLEYİN ONA Kanadım kolumdu tutunduğum dalAl sümbül çiçeğim peteklerde balGayrı gitmez bende şu düştüğüm halBağrıma taş bastım söyleyin ona Adını sordular söyleyemedimBir kuru ekmeği onsuz yemedimKalbini kalbime koy diyemedimBağrıma taş bastım söyleyin ona Gençliğim yüreğim bir ona …

"Usare" dergisi Türkiyə ədəbiyyatı

Ülkü OLCAY.Yeni şiirler

Post Views: 55 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Derken titredi zaman hakikati görünceBir rüyaydı uyandım paramparçaydı gece Hayallerim pürhüzün âtide bir tükenmeSavruldukça kayboldum dalgası sert denizde Bir yağmur damlasına mutlu oldum gönlümceMevsimler geldi geçti aklımda o düşünce Rastlaşsaydık bir yerde sorabilseydim keşkeBüyüdüğüm için mi sen küçüldün öylece ? UYANIŞ Dışarda ilkten bahar içim …

"Usare" dergisi Türkiyə ədəbiyyatı

Ülkü OLCAY.Bahar kokulu yeni şiirler

Post Views: 79 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Nasıl tarifEdebilirim kiBu güzelliğiTenime hiçDeğmeseydiBakir koyunIlık meltemi Mavi masaGün batımıBeyaz boyalıBalıkçı evi DinlemeseydimRüzgardaDeniz kabuklarınınBüyülü sesini Ya yosun kokusuGenzimi yakan!Martıların dans edişi Nerde duysam tanırımAyak sesindenZARAFETİ Kimi yalan kimi ziyan kimi esrar muammaYalancı kâhin kalbim sevmeyi bilemediKırk parçaya bölündü ayna misali ammaSûrete kandı durdu asl’a yol …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Daşlarda iziniz varmı?”

Post Views: 31 Avey dağın kəklikləri,Görüşmədik çoxdan bəri.Bu ətirli yaz səhəri,Mənə bir sözünüz varmı? Səsiniz düşübdür kəndə,O kəndin qızıyam mən də.Axtarıram hər gələndə,Daşlarda iziniz varmı? Uşaqlığım sizə bağlı,Saçlarım qaralı, ağlı,Ayrılıqdan köksü dağlıUzaqda qızınız varmı? 1970 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Aranım, dağım”

Post Views: 29 Qonşu mənə baxıb, gileylənirdi:-Nə vaxtıdır şəhərdən heç çıxmayırsan?Qış çətin deyil, lakin yaylarıBurada yaşamaq deyildir asan. Qorxulu deyildir mənim üçün heç,İstidə, bürküdə yayda qalmağım.Güzəranım keçir aranlı, dağlı,Evim aranımdır, eyvan yaylağım. 1977 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Qızılquş”

Post Views: 29 Yadlar sağdan-soldan baxdı həsədlə,Atıla güllələr ona çatmadı.Ölsə də, qızılquş keçməz yad ələ,Daşına sığınmadı, yerə yatmadı. Ölçdülər, biçdilər kəsib hər yanı,Nəhayət, yorulub əldən düşdülər.O geniş açmışdı qol-qanadını,Vurmaq istəyənlər gecikmişdilər. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Özümdən narazıyam”

Post Views: 214 ÖZÜMDƏN NARAZIYAM Təbiətin könül açanMin rəngi, min səsi var.Hər könülün min arzusu,Min səsli nəğməsi var. Bu arzular, bu nəğmələr,Bu səslər bir saz kimiMənim solğun sözlərimdəHeç dil aça bildimi? Hissim dərin, sözüm solğun,Qəlbim geniş, sinəm dar.Məndən əvvəl doğulubdurSinəmdəki duyğular. Səhv atılan addımlarıSonradan anlayıram.Baxıb vicdan güzgüsünəÖzümü danlayıram. Six ey yanlış addımlarım,Məni dərdə saldınız.Mən sizinlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANDAN AYRILMAZ”

Post Views: 33 Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz. Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünkiSevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz. Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz… Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz. *Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidləri”

Post Views: 31 Aprel döyüşünün nər igidləriƏbədi ürəkdə, baxışlardasız.Bu zirvəyə qalxan, bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Şığıyıb Qartal tək mavi səmada,Vətən deyə-deyə şəhid oldunuz.Haqqın sədasnda, haqqın səsində,Yandırdı düşməni vətən odunuz. Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu şəhid canınız. Yaradan veribdi ən yüksək adı,Şəhidin ləqəbi qürur, ləyaqət!“Aprel şəhidləri” bu hünəriylə,Şəhid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Azadlıģa çıxan məhbus “Qarabağım”!”

Post Views: 25 Azadlıģa çıxan məhbus“Qarabağım”! Zümrüdqaşlı bulaqlarınzümzüməsinə,Xarıbülbülün aşiqi,bülbüllərin eşq nəğməsinə,Cıdır düzündə, qonur libaslıköhlənlərin kişnəməsinəhəsrət qaldığımız Qarabağım…Məhbusu olduğun zülmətinçiliklənməsini,yağmalanmış arzularının,qırılmış ümidlərimizdənyandırdığımız ocaqlarınhənirinə qısılıb,dan yerinin sökülməsinisəbrsizliklə gözləyirik.Arabir mirvari yağmur damcılarıgah içimizi göynədən yaralarımızı,gah da günəş şəfəqlərini gözləyənutancaq bənövşələrinləçəklərinə qonan şeh kimi,çatlamış dodaqlarımı isladır.Vətənin sinəsinə tuşlanangüllə səslərindən yağan damcılarözüylə həm kədəri, həm sevinci ovlayır.Torpağın hər qarışındaşəhid olur …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”İntizar nəğməsi”

Post Views: 34 Qəmdən zər-zibalı yazılan bəxtim.Rüzgarı telimə hey sığal oldu.Uşaqkən yıxıldı atalı təxtim,Bu nisgil qəlbimə qara xal oldu. Duyduqca kövrəldim ata nəğməsin,Həsrətin sazağı göynətdi məni.Dindi xatirəmdə dərd için-için,Biçib qəm köynəyin inlətdi məni. Zamanın ovcunda sıxılıb qaldım,Xəzana büründü ömür çiçəyim.Üzdüm əllərimi haqsız dünyadan,Töküldü ömrümün küsən ləçəyi. Sevgi ümmanında uçan duyğular,Dalğalar qoynunda çırpıldı daşa.Hicran şərbətini süzdü …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ötən günlərim…”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bilmirəm haraya uçub getdiniz,Yanımdan gizlicə keçib getdiniz,Bir uzaq mənzilə köçüb grtdiniz,Hərdən harayıma yetən günlərim,Ay ötən günlərim, ötən günlərim. İndi qırov düşüb iziniz üstə,Kimsə qovrularmı közünüz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Baxıram həyata necə buz kimi,Qaldım xəyallarda yuxusuz kimi,Eşqi qərib düşən nakam qız kimi,Bu axşam bir şeir yazmağım gəlir. Könlümün səhrası düzəndi, düzdü,Boylandım gümanlar gözünü süzdü,Ürəyim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIX hissə)

Post Views: 1. 227 BAYQUŞUN…. Məskəni bilinməz bu qarışıqda,ulamaq-sevdiyi peşə-bayquşun,bütün canlıların yurdu işıqda,meşədə qaranlıq guşə-bayquşun. Elə bil dünyaya əbədi gələr,köçər dövranından neçə nəsillər,palıdlar quruyar,şamlar kəsilər,görməz ölməyini meşə-bayquşun Yer üzü yansa da-düşmədi oda!nəyin qüdrəti var bayquşluğunda?!nə olur,İlahim,bu gen dünyadamənə də bir işi düşə bayquşun! Kar olar könüllər yaxan fəryada,o, varkən-sərçələr yetməz murada!nəğməkar aşiqin səsi batsa da,batmasın bülbülə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVIII hissə)

Post Views: 64 VƏTƏNDAŞ SƏRÇƏLƏR… Olsa da hər zaman elnən iç-içəona dənli yerdə sədd hörübdülər,Vətəndir,neynəsin balaca sərçə?arpa kəpəyin də çox görübdülər. O qədər kövrəkdir doğma görkəmi;Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,o da mən gündədir–ölənə kimihara Vətəndirsə,ora bağlıdı! Sapandla vurular,ölər,qovrular-saraylar,məclislər yasaqlı yerdi!əsgər də,şəhid də sərçələr olar,yekəpər durnalar fərarilərdi! Sərçə taleyi də,özü də kiçik,vəfalı qəlbini duyan olmayıb,ədası-pırıltı,hədəsi-“Cik-cik”,odur ki,sərçəni sayan olmayıb! Payızda qayıdar,baharda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”OXUYA BİLMƏDİM AXIRA QƏDƏR”

Post Views: 50 Kim deyir, bu dünya kefdi-damaqdı,Kefi olanlar da kefdə deyilmiş.Yüz il bu dünyada yaşasan belə,Göz açıb görürsən həftə deyilmiş. Vəfası yalandı, dostluğu hədər,Ötərgi sevincdi, əbədi kədər.Oxuya bilmədim axıra qədər,Dünya kitab kimi rəfdə deyilmiş. Min ürək qırıla, min könül sına,Fələyin qılıncı çəkilməz qına.Verir verdiyini can bahasına,Tanrının heç nəyi müftə deyilmiş. 30 aprel 2004

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”QƏBRƏ APARDIĞIM SİRR”

Post Views: 29 Batmış haraydı, ündü,Ən ağlamalı gündü.İçimdə bir düyündüQəbrə apardığım sirr. Daşa dəymiş oxumdu,Haram olmuş yuxumdu,Cücərməz bir toxumdu,Qəbrə apardığım sirr. Dərdim şişər, fil olar,Ölümüm qəfil olar,Məzarda qıfıl olar,Qəbrə apardığım sirr. Göz yaşım bilməz nədir,Baş daşım bilməz nədir,Qardaşım bilməz nədir,Qəbrə apardığım sirr. Çörək olub yeyilməz,Paltar olub geyilməz.Allaha da deyilməzQəbrə apardığım sirr. 28 iyul 2004

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Qiymətini el veribdir əzəldən”

Post Views: 46 Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU Nizami Cəfərovdan yazır

Post Views: 56 İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan. Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VI hissə)

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ŞÜKÜR EYLƏ Günəşdən qamaşır həmişə üz-göz,Ürək işıq içir göz bəbəyindən,Xoş gündə Allahı unuduruq biz,Dar gündə tuturuq tez ətəyindən. Əslində borcu yox bizə Allahln,Əslində heç bizə ehtiyacı …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (V hissə)

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şam Işığında Gecələr bəyaz olsun,Həzinləşsin duyğular,Nəğmələr qanad açsın,Şirinləşsin nağıllar,Ürək yansın, alışsın,Gülüm, şam işığında. Həsrət, hicran ərisin,Həyat nəşəli olsun,Gözlər sevgi paylasın,Baxışlar nurla dolsun,Ömrümün mənasını ,Bilim, şam işığında. …

Azərbaycan ədəbiyyatı

Əli Rza XƏLƏFLİ.”BİR ŞEİRİN XOCALI TABLOSU”

Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Aida Adıgözəl adlı,bəxtinin qaralıgı gözəlbir şairəninxalı, gəbə timsallışeirini oxudum.Çeşnisinigözlərimin önünə çəkib,dərd hanasınıürəyimdə toxudum.Azərbaycan qan-qırmızıxalılar, gəbələr ölkəsidir,Bu da bir şairəninXocalı kölgəsidir.Şeir oxudumqan süzülürdü misralardan.Yaralı sözlərruhumun agrısına dönübvarlıgıma çökürdü.Dəhşətin üstünəörtük çəkmişdi qardan,Deyəsən,Tanrı gördüyündən xəcalət çəkirdi.Gecədən çıxmış səhərzorlanmış gəlin kimidünyaya gəlişinə …

Publisistika

Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”

Post Views: 31 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru ( Ustad şair İsmayıl İmanzadəyə məktub)Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir…Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Telli saz”

Post Views: 22 Azərbaycan Yazıçılar Birliyinin üzvü Sən, Dədə Qorqudun yadigarısanXalqımın kimliyi, etibarısan,Bütün Türk elinin iftixarısan,Harada səslənsən əhval olur saz,Necə də doğmasan bizə, telli saz. Yolların çətindir, daşlı – kəsəkli,Daima olmusan aydın məsləkli,Nəğmələr demisən təmiz diləkli,Qarda, sərt boranda gətirmisən yaz,Necə də doğmasan bizə, telli saz. Hər zaman kökdəsən, həyatcanlısan,Ələsgər, Azaflı, Tufarqanlısan,Koroğlu, Qurbani, Bozalqanlısan,Qoşaca qanaddır xoş …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Bahar gəlir”

Post Views: 29 Çəməndə çiçəklər işvə-naz ilə,Qayıdan durnalar xoş avaz ilə,Çağlayan bulaqlar telli saz ilə,Deyir yurdumuza ilk bahar gəlir. Oyanır təbiət, canlanır meşə,Boylanır qar altdan nərgiz, bənövşə,Üşüyən tellərə şeh düşə-düşə,Deyir yurdumuza ilk bahar gəlir. Azalır dağların dumanı,çəni,Yağış sanki yuyur üzlərdən qəmi,Günəşin istisi, torpağın nəmi,Deyir yurdumuza ilk bahar gəlir. Bağlarda ağaclar ilkçiçəyiylə,Qızılgül bəzənir tər ləçəyiylə,Xalidə yaz …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”

Post Views: 29 Haqdan yaranmısan nurdu əməlin,Tanrı dərgahından üzülməz əlin,Səninlə öyünür bütün türk elim,Yaradan göndərib bizə ərməğan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Zalıma, zülümə vermədin aman,Məzluma olmusan güvənli ünvan,Arzu-diləklərə sən oldun guman,Xalqa həqiqətin gözüylə baxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Dar gündə yetişdin Qarabağıma,Nur kimi səpildin qəm ocağıma,Doğma qardaş oldun yaman çağıma,Könlümüzə zəfər sevinci yaxan,Yenilməz sərkərdə Tayyip Ərdoğan. Sən …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidi”

Post Views: 26 Aprel döyüşündə gedən şəhidlər,Əbədi ürəkdə,baxışlardasız.Bu zirvəyə qalxan,bir daha enməz,Şəhidlik adıyla yaddaşlardasız. Yaralı qartal yək uçub səmada,Vətən deyə-deyə şəhid oldunuz.Oxşadı gözünüz yanar ulduzaYandırdı düşməni Vətən odunuz Dağlar əksinizi köksünə çəkdi,Torpağa qarışdı axan qanınız.Çiçəklər su içdi göz yaşınızdan,Cənnətə qovuşdu yanan canınız. Yaradan veribdii ən yüksək adı,Şəhidin ləqəbi qürur ,ləyaqət!Şəhid vətənimin “Aprel şəhidi”,Adıyla gətirdi Vətənə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Bu eşq şair xəyalıymış”

Post Views: 36 Nə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.Nə şadlıq, nə kədər gəldi,Deyəm ömrü cəfalıymış. Nə bildi, ağladım, güldüm,Nə bilsə, bildiyin bildim.Nə bildi qəm yeyib öldüm,Bu eşq şair xəyalıymış. 1993 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Mirvarid DİLBAZİ.”Mən ölmək istəmirəm”

Post Views: 35 Mən ölmək istəmirəmHələ beynim düşünür,Hələ qələmim yazır.Mən ölmək istəmirəm,Buna deyiləm hazır. Dost mənə yaşa deyir,İllər qəbrimi qazır.Qələm düşməz əlimdən,Günlərim, ötmə hədər,O son mənzilə qədər. Qoca köklər üstündəOlur meyvəli budaq.Mən ölmək istərəmGözlə, məkanım torpaq. 1984 *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiət”

Post Views: 44 Sirlər dünyasıdır bu dünya başdan,Tükənən deyildir onu deməklə…Təbiətdən güclü, qadir, möhtəşəm,Bir qüdrət, bir qüvvət bilmirəm hələ. Mən ona şadam ki, hələ canlıyam,Ayrılmaz üzvüyəm mən təbiətin.Kim bilir, bəlkə də, sirri bundadır,Təbiətə olan bu məhəbbətin! 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Təbiətin qanunu”

Post Views: 41 Təbiət! Sevirəm, demişəm müdam-Sənin hikmətinə alqış, min alqış!Yerə çiləyirsən çox səxavətləYayı bolca isti, qışı qar, yağış. Təbiət! Həm məftun, həm minnətdaramSənin dövlətinə, sənin varına.Bir də ona görə çox sevirəm ki,Sadiqsən öz möhkəm qanunlarına. 1976 *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Dözərdim”

Post Views: 39 Oğluma Əzəl ovçuluğa saldım meylimi,Tikanı tapdayıb, budağı əydim.Aşırıb boynumdan qoşalüləni,Meşələr qoynunda özünə bəydim. Dolu da başlayıb, külək də əsib,00Dovşan da atılıb, qurd da tələsib,Ağacda turacın üstünü kəsib,Qayada kəkliyin xətrinə dəydim. Azmı peşimanam öz əməlimdən,Əbəs ələnməyib saçlarıma dən?!Xəlvəti açılan bir gülləylə mənMəğrur dağ kəlinin qəddini əydim. Sevinci yarıda verməzdim bada,Ağrını, acını salmazdım yada,Alagöz …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Ölümə qurban olum”

Post Views: 48 Oğluma Həyat ətirli güldür,Gülümə qurban olum.Dağdı, dənizdi, göldü,Gölümə qurban olum. Coşub, çağlayan könül,Açıb, bağlayan könül,Gülüb, ağlayan könül,Könlümə qurban olum. Dağ sökülüb, -dedilər,Bel bükülüb, -dedilər,-ARİF ölüb, -dedilər,Ölümə qurban olum. *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Muğan” poemasından bir parça

Post Views: 490 De, yolun düşdümü Muğan düzünə?Piyada gəzdinmi çölləri sən də’?Söz qoşub ceyranın qara gözünə,Dincini aldınmı bir göy çəməndə? Yerdən ayağını quş kimi üzüb,Yay kimi dartınıb, ox kimi süzüb,Yenə öz sürünü nizamla düzüb,Baş alıb gedirsən hayana, ceyran? Əzəldən meylini salıb çöllərə,Bəxtini tapşırdın bizim ellərə,O qara gözlərin düşdü dillərə.Dişlərin oxşayır mərcana, ceyran! Bir məsəl qalmışdır …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ala gözlər”

Post Views: 40 Yenə qılıncını çəkdi üstümə,Qurbanı olduğum o ala gözlər.Yenə cəllad olub durdu qəsdimə,Qələm qaş altında piyala gözlər. Başımdan getmişdi sevdanın qəmi,Xəyalım gəzirdi bütün aləmi.Bu dustaq könlümü, deyin, yenəmiÇəkdiniz sorğuya, suala, gözlər? Sevda yolçusuyam əzəl yaşımdan,Könlüm ayrı gəzir can sirdaşımdan;Dağıdır huşumu alır başımdanSüzülüb gedəndə xəyala gözlər. Gərdənin minadır, boyun tamaşa,Ay da həsəd çəkir o …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yaddaşıma tövbə demişəm burda”

Post Views: 26 Yaddaşıma tövbə demişəm burda,Doğma gözlərini döndərib yada.Yuxuma girməyə qoymuram səniBu dar palatada, dəlixanada… Sını yalvarıram, əmr eyləyirəm,Səsin qulağıma burda dəyməsin.Sanitar Babanın ağır əlləriSəsinin üstündə məni döyməsin… Burda xatirəyə iynə vururlar,Odur bir an belə düşmə yadımda.Burda bilsələr ki, yaddaşım vardırAtamın adı da yetməz dadıma…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yol çəkir gözləri dəlilərin də”

Post Views: 36 Yol çəkir gözləri dəlilərin də,Tamam unutmayıb dünyanı onlar.Güzgüdə özünü tanımasa da,Dəlinin öz dəli xatirəsi var. Qəfəsə bənzəyən pəncərələrdən,Siz görən səmanı görür dəlilər.Heç olmasa ildə cəmi bir dəfə,Dəli gözlərinə görünür səhər. Gözləri dikilib yolsuz yollara,Dəli gözlərində yaşarmır kədər.Baş çəkin onlara, ancaq gələndəƏliboş gəlməyin, acdır dəlilər.

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim”

Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Bahar nəfəsli sinən güllələrə tuş gəldi,Ağu dedi bülbülün, qaranquşun nəğməsi.Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,Daraldı hər bir yerdə təbiətin nəfəsi.Şəhid ayım, aprelim! Qönçə-qönçə gül açan güllərin …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”ŞƏHADƏTİN MÜBARƏK!”

Post Views: 35 Şəhadətin mübarək!Şəhid olan oğullar!Gözlərin aydın olsun,Şəhid doğan analar! Şəhadətin mübarək!Vətən bölünməyəcək.Şəhid yatan torpaqda,Düşmən ta gəzməyəcək. Şəhadətin mübarək!Qurban oldun vətənə.Anan fərəhlə deyir:“Südüm halaldır sənə”! Al qoynuna ey torpaq!Şəhidi əziz saxla.Ana deyibdir sənə,Onu, bərk- bərk qucaqla! Gözün aydın ey vətən!Igid oğulların var.Vətən yaşasın deyə,Şəhid oldular onlar! Şəhadətin mübarək!Şəhid olan əsgərim.Canını sipər etdin,Sənə qurban ürəyim! …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”OĞULLAR TARİX YAZIR”

Post Views: 24 Şəhidim əfsanə, şəhidim dastan,Ey şəhid, alınmaz sən bir qalasan.Yeni Tarix yazdın, sən qalacaqsan,Vətən yaşadıqca, yaşıyacaqsan! Hər ovuc torpaqda, şəhid qanı var,Gələcək nəsillər, onu qoruyar.Vətəndə doğulan hər bir igidin,Adında yenidən bir şəhid yaşar! Səmanda üçrəng vətən bayrağı,Adınla boy atar vətən ovladı,Qanınla gül açar vətən torpağı,Ey şanlı vətənin, şanlı övladı! Şəhidim köç etdi, hamısı …

Azərbaycan ədəbiyyatı

Xalidə Hicran SEYİDOVA.”ZƏFƏR”

Post Views: 39 Qalibliyin məğrurdur,Zəfər, əbədi Zəfər!Qarabağda gün doğur,Bu gün, zəfərli səhər! Zəfər, zəfər deyərkən,Şəhidlər gələr gözə.Qarabağ yaşadıqca,Minnətdarıq biz sizə. Kimlər gözün çəkməsə,Müqəddəs vətənimdən.Gec- tez “dərsin” alacaq,Nər Igid əsgərimdən. Qarabağ bizə pirdi,Şəhid oldu oğullar.Daşında, torpağında,Şəhidin qan izi var. Ən müqəddəs məkandır,Qədim Qarabağ bizə,Şəhidlərimin qanı,Şuşada çıxıb dizə. Göz üstə saxlamalı,O, müqəddəs dəyəri.Qarabağ oldu bizə,Sözümüzün kəsəri! Dünya …

Azərbaycan ədəbiyyatı

Terane TURAN RAHİMLİ.”MERYEM” (hikâyə)

Post Views: 41 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Hava yeni kararmıştı. Avluda sessizlik vardı. Ninem kümese bakıp tavukları-civcivleri yokladı, hepsinin tünekte büzüşüp yattığını görünce kümesin kapısını kapattı. Parmaklıktan tutup her zamanki gibi yavaş adımlarla iki katlı …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLi.Yeni şeirlər

Post Views: 44 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Burdan qərib Bezansona –Hüqoya beş addım yoldu,Ruhum qalan PanteonaQatar yolu neçə əsr? Yenə fikrim uzaqlarda,Qraf Tolstoyda qaldıPayız… Yasnaya Polyana…O kədərli, köhnə qəsr. Ryazanda meşə yolu,Ağcaqayın sağda, solda.Bir şeirlə …