Author: Delphi7

  • Elməddin RAHİBOĞLU.Yeni şeirlər

    er

    * * *

    (Qarabağ əlili Zaur Həsənovun xatirəsinə)

    Özünüzü yandırmayın, Yandırın Haqsızlığı,
    ya da ədaləti satın alan insanları yandırın.
    Yandırın,
    vicdanını pula satan insanları.
    Mənliyini, şərəfini, vəzifəyə satanları.
    Özünüzü yandırmayın.
    O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın.
    Uşağların gözlərindən, göz yaşları axmasın.
    Sürünməsin arxanızca, qoca ata, yaşlı ana.
    Yoldaşınız ömür boyu ağlamasın yana-yana.
    Özünüzü yandırmayın.
    Yandırın yoxsulluğu.
    O, gözlərə pərdə salan, villaları.
    sarayları, (daha&helliip;)

  • Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər

    re

    * * *

    Əvvəlki nömrəndi ya dəyişmisən?
    Qorxuram zəng edib yoxlamağa da.
    Əlim də gəlmirki silim adını,
    Yox ki, bir səbəbim saxlamağa da.

    Bir mesaj yazımmı, halın hecədi?
    Bəlkə oxuyarsan, cavab yazarsan.
    Bəlkə də yeni bir sevgilin olar,
    O görməsin deyə xəlvət pozarsan.
    (daha&helliip;)

  • Əli MUSA.Yeni şeirlər

    elimusa

    Dünya

    Zamanla baş-başa dərdli ürəklə
    Məni də qoymusan bu günə dünya
    Heyf ki barışdın dərdi qəmimlə
    Zəhərə dönübdü ömrüm a dünya

    Virana qalıbdı gecəm-gündüzüm
    Yaralı ürəklə mən necə dözüm
    Barışdım həyatda dərdimlə özüm
    Zəhərə dönübdü ömrüm a dünya (daha&helliip;)

  • Mədinə İLHAMQIZI.”İnsanlar”

    qiz

    Bu günün sabaha yoxdur etibarı
    Ïnsanlar itirib düzgünlüyü imanı
    Görünür şeytan çox sevdirib yalanları
    Vardır əlbət adamlar içində insan olanı

    Xeyir şəri , Şər böhtanı
    Sevir hərdən bir qız bir oğlanı
    Tanrı nəsib etsin hər kəsə qəlbində olanı
    Aldatmayın heç vaxt danışdığınız yalanlara inananları
    Yalan çox pis salar gözdən insanı
    (daha&helliip;)

  • “Bir neft nağılı olarsa gerçək…”

    Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox sevərdi…

    Hər yerdə özünə düşmən axtaran və pisi yaxşıdan ayırmağı bacarmayan toplum, yazar dostum Elmin dediyi kimi “sürü psixologiyası” ilə bildi-bilmədi, fikir yürütməyi, söz deməyi, qərar verməyi və seçim etməyi çox sevərdi… Quyuya su tökməklə, quyu dolmadığı kimi, özünə qazdığın quyudan quyunu lap dərin qazmaqla, quyudan çıxmağın mümkünsüz olduğunu bəlkə çoxları bilir… Bilir, amma əməl etmir… Bir çoxları xəstədir, bəzi öz xeyirlərini güdən, həris, tamahkar, yalançı insanlar bu xalqın çoxluğunun psixologiyasını bilib, ajiotaj yaradar, isteriya xarakterli insanları küçələrə salıb, iqtisadi tarazılığın pozulmasına və xalqın dövlətə qarşı qalxmasına çalışar, xalqın başı dövlətə, hakimiyyətdəkilərə qarışan zaman sui-istifadə edib, ciblərini doldurar, qarnını doydurar, gözü isə doymaz ki, doymaz… (daha&helliip;)

  • Günel ƏJDƏRQIZI.”Həyat eşqi” (Hekayə)

    gunelxanim

    Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq gözləri yaşardı. Öz-özünə düşündü: “Ya rəbb, bu iki körpənin taleyi necə olacaq? Onları ata-ana sevgisindən məhrum etmə. Məni onlardan ayırma.”
    Bu an həyat yoldaşı yorğun halda içəri girdi. İlham onun ikinci dəfə əməliyyat olunması üçün lazım olan pulu toplamaqdan ötrü maşınını Bakıya satmağa aparmışdı. Maşını satıb qayıtmışdı. Şəbnəm tez əl-ayağa düşdü.
    İlham oğlunu qucağına alıb ümid dolu səslə Şəbnəmə dedi: “Əzizim, hazırlaş, sabah Bakıya gedirik. Uşaqlara anam baxacaq. Atam, sənin valideynlərin sabah tezden yola düşürük. Allah özü imdadımıza çatsın”.
    Şəbnəm nə deyəcəyini bilmədi, astadan dilləndi: “Sən maşınını çox istəyirdin. Nahaq yerə satdın. Onsuz da ……”. İlham onun sözünü ağzında qoydu. “Mənə maşın deyil, sən lazımsan. Maşın sənin həyatından önəmlidirmi? Fikir eləmə, hər şey yaxşı olacaq”.
    Ertəsi gün Şəbnəm hamıdan tez oyanmışdı. Yola düşməzdən əvvəl son dəfə uşaqlarını öpüb, oxşamaq istəyirdi. O, süd iyi gələn balaca Arifin üzündən öpdü. Dodağlarını ondan ayırmadı. Elə bildi ki, cənnətdədir. Var- gücüylə ana üçün əvəzedilməz olan bu qoxunu içinə çəkdi. Sonra da Ayxanın əllərini ovcunun içinə alaraq oxşadı, yuxudan oyanmasın deyə əllərindən öpdü. Ürəyi elə şiddətlə döyünürdü ki, yaşamaq üçün kimdənsə kömək istəyirdi. Uşaqlarının nə vaxtsa ögey ana əlinə düşməsini, ana sevgisindən məhrum olmasını istəmirdi. Əllərini göyə qaldırdı: “Məni onlara bağışla, tanrım. Hər şey, hər möcüzə sənə məxsusdur. Canı verən də sənsən, alan da sən. Onları ana sevgisindən məhrum edib, boynu bükük böyütmə”.
    Xəstəxanaya çatanda baş həkim onu görüb vəziyyətini soruşdu. Onlar bir az gözləməli oldular. Şəbnəm özü də istəmədən baş həkimin İlhamla söhbətinə qulaq müsafiri oldu. Həkim ikinci dəfə onu ürək əməliyyatına salmağın əleyhinə idi.
    -İlham, mən keçən dəfə də sizə demişəm, indi də deyirəm. Həyat yoldaşınız bu əməliyyatdan çıxmayacaq. Onun vücudu zəif və arıqdır. Sağ çıxması yalnız allahın möcüzəsi ola bilər. O da ki, zənnimcə mümkün deyil. Ürəyində elə qüsur var ki, onun hələ birinci əməliyyatdan çıxması qəribə idi. Nə qədər ömrü var qoyun yaşasın. İkinci dəfə əməliyyata salmayın, yazıqdır. İlham doluxsunmuş halda son sözünü söylədi: “Şəbnəm bu əməliyyata gedəcək. İki körpə övladım var. Şəbnəmsiz biz nə edərik. Allahdan başqa heç kimə ümidim yoxdur. Yalnız allah bizə kömək edə bilər. Ümidimi üzə bilmərəm”.
    İlhamın Şəbnəmin bu sözləri eşitməsindən xəbəri yox idi. Artıq o ölümün bir addımlığında olduğunu bilirdi. Uşaq kimi ağlayıb onu ölməyə qoymamalarını istədi. Övladları üçün yaşamaq istəyirdi. Həyat eşqi coşub daşırdı. Amma yenə də özünü qürurlu apardı. Əməliyyat otağına gedəndə Şəbnəm axırıncı dəfə İlhama sarıldı və övladlarını ona əmanət etdi.
    Səkkiz saat davam edən ağır cərrahiyyə əməliyyatı İlham üçün səkkiz ilə bərabər oldu. Dilində allahın adı, gözləri qapıda əməliyyatın bitməsini gözlədi. Hər kəs matəm içində idi. Şəbnəmin əməliyyat xəbərini eşidib ora gələn qohum-əqrabaları ağlaşırdılar. Nəhayət əməliyyat başa çatdı.
    Baş həkimin yorğun və təəccüb dolu simasını görən İlham həkimin ona qara xəbəri necə verəcəyini düşündüyünü zənn edərək dizlərini yerə atıb hönkür-hönkür ağladı. “Ya rəbbim, məni öldür, onu yaşat”. Axı Ayxana nə deyəcəkdi. Anasının yoxluğunu necə öyrədəcəkdi.
    Həkim alnının tərini silərək gülümsədi: -İlham, siz deyən oldu. Allahın möcüzəsi baş verdi. Belə ürək qüsuru ilə heç kim əməliyyatdan sağ çıxmayıb. Tanrı Şəbnəmi qorudu və övladlarına bağışladı. Bu xəbər İlhamın həyatında ən gözəl xəbər idi. Ömrünün mənası, sevinci həmişəlik onunla olacaqdı. O, həkimin əllərini sıxdı və öz təşəkkürünü bildirdi. Tanrı övladlarının anasını qorumuş, ona yenidən həyat eşqi vermişdi. Uca yaradana şükürlər olsun….

  • Şəhanə CƏFƏROVA.”Bir sevgim var”

    SC

    Uzaqlarda qalmiş kimsəsiz.
    Xoşbəxt amma səssiz.
    İçimdə yaşatdiğim.
    Bir sevgim var.
    Gülür üzümdə
    Xoşbəxtəm özümdə.
    Tut əlimdən səndə.
    Ürəyimdə sənə qarşi
    Bir sevgim var.
    Hər danişdiğim söz.
    Həyatda deyir səbr et bir az döz.
    Necə səbr edim.Ürəyimdə axi bir sevgim var.
    Sonu tamamlanmamiş.
    Xoşbəxtliyim yarim qalmiş.
    Amma bütöv bir sevgim var.
    İndi gəl səndə anla məni.
    Sevirəm səni səndə sev məni.
    Bu ürəydə yalniz sənə qarşi bir sevgim var…!

    24 Ağu 2015 12:14

  • Fidan ABBASOVA.”Bir payız yağışı yağır eşikdə”

    fa

    Bir payız yağışı yağır eşikdə
    Ruhum xəyalına qoşulub gedir
    Üşüyən körpə tək soyuq beşikdə
    sevgin ürəyimdə sanki dövr edir…

    Darıxır gözlərim, titrəyir əlim
    susur səssizlikdə danışan dilim
    sanki dünyamdakı o boş mənzilim
    sənidə qapıdan qovlayıb gedir…

    İtmiş xəyalına qonaqdır yağış
    üzündəki gülüş mənədə tanış
    səndə ürəyinlə vicdanla danış
    soruşki mən onu o kimi sevir?

    Cavabı nə olsa qanedir dilək
    kaş sonsuz yollar tək sevib sevilək
    yazda qönçə olmuş payızda kövrək
    rurhum xəyalınla sanki rəqs edir…

    Dinləyib yağmurun həzin səsini
    qucub əlləriylə əziz kəsini
    sənin götürdüyün sənin bəsinmi?
    Bir düşün o anda kim necə sevir?..

    Fidan bu mənzərə kövrəltsə səni
    yanına çağırma mən adlı səni
    ovcunda sıxdığın kövrək qəlbini
    burax gör o hansı məkana gedir…

  • Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

    1425096966_ulkerxanim

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    saqif muellim

    ÇIYINLƏR

    Çiyinlər öyrəşib həmişə yükə,
    Baharı daşıyıb, qışı daşıyıb.
    Sevdası, qovğası özündən yekə
    Ağıllı, ağılsız başı daşıyıb.

    Çiyinlər öyrəşib həmişə yükə,
    Yorulmaz yollarda dəvələr kimi.
    Gedərik yol boyu tər tökə-tökə,
    Gedər çiynimizdə dünyanın qəmi.

    Gedərik dayanıb, dinşəyib bir az,–
    Torpağın qarğışı tutana kimi,
    Çiynimiz tabuta çatana kimi
    Boyumuz uzanar, ömür uzanmaz.

    Çiynimiz tabuta çatıb dayanar,
    Yox olar dünyanın nağılı birdən,
    Hardasa baxtımız yatıb dayanar,
    İtirrik ümidi, ağılı birdən.

    Yapışar yollara ayaqlarımız,–
    Torpaq ilğım kimi çəkər adamı.
    Çatlayar qəfilcə dodaqlarımız,
    Bir anlıq unudar adını hamı.

    Bir qorxu qıvrılıb yatar ürəkdə,
    Açıb ağartmarıq ancaq heç kimə.
    Sevinci hamıyla bölə bilsək də,
    Dərd var–bölünəsi deyilmiş demə.

    Yaxın olanmazmış heç vaxt özgəsi,
    Hər kəsin bir mərhəm kədəri varmış.
    Hərənin çiynində bir qəm heyvəsi,–
    Hərə öz dərdini tək aparırmış.

    QABAĞIMI KƏSƏN VAR

    Daha səni qaçırası deyiləm,
    Daha yoxdu yollarının qorxusu.
    Anan bilsə çəkməyəcək daha qəm,
    Qaçmayacaq innən belə yuxusu.
    Yuxularım çin olmadı, neyləyim?!
    Nədən oldu?
    Ya taledən, ya baxtdan,
    Sinəm dolu, üzüm gəlmir söyləyim,
    Köks ötürüb boylanıram uzaqdan.

    Arzularım, diləklərim, şüşəydi,
    Sındı qəfil, qəlpə-qəlpə töküldü.
    Səni tale, məni də ki vaxt əydi,
    Sınan qəlbi bacarırsan tik indi!

    Görən sənmi, görən mənmi günahkar,
    Ya ağlımla dil tapmayan ürəyim?!
    Göstər mənə günahsız bir Adam var,
    Tanrı deyim, ulu deyim, pir deyim.

    Daha səni qaçırası deyiləm,
    Daha məndən hər gün uman-küsən var.
    Daha səni ötürəsi deyiləm,
    Bilirsənmi, qabağımı kəsən var.

  • Qafqaz ƏVƏZOĞLU.Şeirlər

    Qafqaz Əvəzoğlu

    AĞLADI

    Gözlədim, gəlmədin, görüş yerimiz,
    Halıma mükəddər oldu, ağladı!
    Sənin görüşünə tələsən güllər,
    Əlimdə saralıb-soldu, ağladı!

    Bükdü qamətimi, əydi bu halət,
    Gəldiyin yollar da çəkdi xəcalət.
    Məhəbbət yanğılı bir dəli həsrət,
    Qolların boynuma saldı, ağladı!

    Nə bilim bu imiş yaxınlığımız,
    Bir eşqin oduna yaxındığımız.
    Bir vaxt qucağına sığındığımız,
    Söyüdlər saçını yoldu, ağladı!

    A Qafqaz, bu necə taledi, baxtdı?
    Ahım göyləri də yandırıb-yaxdı.
    Şimşəklər oynadı, ildırım çaxdı,
    Buludlar hönkürüb doldu, ağladı!

    2008.

    AZ

    Deyirsən, uzaq ol, amma bir zaman,
    Bitib yollarımda qalmırdınmı, az?!
    Dolanıb başıma pərvanə kimi,
    Qadamı-bəlamı almırdınmı, az?!

    Süzdürə-süzdürə o qaş-gözünü,
    Qurban eyləyərdin mənə özünü.
    Söykəyib üzümə hərdən üzünü,
    Şirin xəyallara dalmırdınmı, az?!

    Ayrıla bilmidin, zəliydin, zəli,
    Olmuşdun sərsəri, olmuşdun dəli.
    Mənə salam verən hər bir gözəli,
    Şahmar ilan kimi çalmırdınmı, az?!

    Niyə qurdaladın sən yaddaşımı,
    Qafqaz Əvəzoğlu yenə naşımı?!
    Bişirə-bişirə bu gic başımı,
    Gülüstan qoynuna salmırdınmı, az?!

    2008.

  • Firdovsi CƏFƏRXAN.Yeni şeirlər

    BİR ÖMÜR YETMƏZ

    Neçə qışı, neçə yazı keçmişəm,
    Əldə dəryaz neçə zəmi biçmişəm,
    Buz bulaqdan doyunca su içmişəm,
    Ölsəm belə bu sevda yenə bitməz,
    Səni sevməyimə bir ömür yetməz.

    Bu çöllərdə xəzan oldum, yel oldum,
    Dərələrdə coşub-daşan sel oldum,
    Yurd yerindən perik düşmüş el oldum,
    Düşündüm ki, ürək dözər, ya dözməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    Qismətimi aramaqda dirəndim,
    Sonu bitməz həsrətimə bələndim,
    Bulud olub, hər an dolub, ələndim,
    İllər məni dəli edər, ya etməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    O vaxt ki, həyatda tənhaydım, təkdim,
    Qəlbində bir kədər toxumu əkdim.
    Dərdin piyaləsin başıma çəkdim.
    Bu sevda başımdan gedər, ya getməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    Firdovsi, şeh düşüb çəmənə, çölə,
    Ahular qayıdır əvvəlki gölə.
    Tənha bir qu üzür, qorxuram ölə.
    Duman bu dağlardan ötər, ya ötməz?!
    Səni sevməyimə bir ömür yetməz.

    XANIMLAR XANIMI

    Boylanan üfüqdən, sökülən dandan,
    Bir şir ürəklidən, bir təmiz qandan,
    Eylədi seçimin Ulu Yaradan,
    Xanımlar xanımı Zərifə xanım.

    Gəlmədin heç zaman bir sözə, dilə,
    Bənzərdin bənzərsiz zərif bir gülə,
    Yetişdin sevdalı şeyda bülbülə,
    Xanımlar xanımı Zərifə xanım.

    Əsərdi küləklər aramsız, sərin,
    İdrakın, kamalın dərindən, dərin,
    Insanlığa layiq uğur, zəfərin,
    Xanımlar xanımı Zərifə xanım.

    Əvəzsiz yar idin, əvəzsiz ana,
    Aləm bir yanaydı, ailən bir yana,
    Heydər həyatıyla bağlıydı sana,
    Xanımlar xanımı Zərifə xanım.

    Sən bir arxa idin dədə Heydərə,
    Qoymazdın, şmrünü versin hədərə,
    Qaneydin verilən qismət-qədərə,
    Xanımlar xanımı Zərifə xanım.

    Döyünən ürəyin, yaşayan canın,
    Damarda çamlayan, kükrəyən qanın,
    Taleyin jlmuşdu Azərbaycanın,
    Xanımlar xanımı Zərifə xanım.

    Şmründən, günündən hey itirərdin,
    Əzilmiş qəlblərdə gül bitirərdin,
    Tutulmuş gözlərə nur gətirərdin,
    Xanımlar xanımı Zərifə xanım.

    Analar anası, borcluyuq sana,
    Övlad böyütdünüz layiq vətənə,
    Vətənin əbədi Prezidentinə,
    Xanımlar xanımı Zərifə xanım.

    Xalqın alqışıyla kükrədiz, coşduz,
    Nurlu sabahlara nəğmələr qoşduz,
    Haqqın dərgahında haqqa qovuşduz,
    Xanımlar xanımı Zərifə xanım.

  • Abdulla MƏMMƏD.”Qara saçlarında qar olacağam!”

    yt

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin.

    Qoşulub qəlbinin harayina mən,
    Gözündə bulud tək qaralacağam…
    Ömrünün şaxtalı qış dönəmində,
    Qara saçlarında qar olacağam!

  • Məmməd HACIZADƏ.”Həqiqət” (Hekayə)

    memmedhacizade

    20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər də basabas deyildi.Bir neçə daya-nacaqdan sonra mənimlə yanaşı dayanmış 40-45 yaş-larında bir kişi biləyimdən yapışaraq bağırdı:
    – Boyundan,buxunundan utan,cibə girirsən?.
    Bir andaca gözlərimə qaranlıq çökdü.Yerlərdən nalayiq sözlər eşidirdim.Bütün baxışlar mənə yönəlmişdi.Göz-lərim yaşla dolub dayanmışdı.Səslərin içindən qeyri-adi bir səs eşidirdim.“Dinmə!,Sus!” deyirdi kimsə.
    Dayanacaqda avtobusun qapıları açıldı.Başımı aşağı salıb avtobusdan düşdüm.Donub qalmışdım.Növbəti avtobusla evə gəldim.İştaham kəsildiyindən yemək yeyə bilmə-dim.Gecəni də yatmadım.Başqa bir adam olmuş-dum.Özümə gələ bilmirdim.Ağlamaq istəsəm də ağlaya bilmirdim.İş zamanı başımı masaya dayayıb mürgülməklə iş saatımı bitirdim.Başıma gələni kimləsə bolüşüb yüngülləşmək fikrindən vaz keçirdim.İşdən çıxarkən dayanacağa yaxınlaşmağa ürək etmirdim.Elə bilirdim məni görən “dünənki cibgirdi” deyir.
    İş sonu olduğundan avtobuslar adamla dolur,qapılar çətinliklə bağlanır və yola düşürdü.Nəhayət adam selinə qarışıb mən də avtobusların birinə minə bildim.Avtobus yola düşdükdən sonra salona sakitlik çökdü.Fikirdən halsız olmuşdum.Başımda da küt ağrılar vardı.Yazın gəlməsinə baxmayaraq havaların soyuq keçməsi,sübh tezdən evdən çıxanları gödəkcə geyməyə məcbur edirdi.Havasızlıqdan istiləndiyim üçün gödəkcəmin yaxasını açdım.Avtobus o qədər basdırıq idi ki,adam tərpənə bilmədiyindən hətta yanında dayanan adamın kim olduğunu da bilmirdi.Hami susub durmuşdu.Qəfildən başımın sol nahiyəsində bir zərbə hiss etdim.Əvvəlcə kiminsə əlinin tutacaqdan sürüşüb başıma dəydiyini zənn etdim.dönüb baxırdım ki,30-35 yaşlarında qarayanız oğlan gözləri qızarmış halda,təkrar-təkrar“Şofer saxla avtobusu”deyə bağırdı və yenidən başımın eyni hissəsinə eyni zərbə ilə şillə vuraraq acıqlı tərzdə,aram-aram “Düş! Düş!” dedi.Eyni anda yenə sanki bir qeybdən gələn o qeyri-adi səsi eşitdim.”Dinmə,düş”deyirdi.Avtobus saxladı və qapılar açıldı.Adamları yara-yara avtobusdan düşdüm.Elə bildim mənimlə dava etmək üçün o adam da arxamca düşür.Mən düşdüm,qapılar örtüldü və avtobus getdi.Var gücümlə qışqırmaq istəsəm də bacarma-dım.Hönkür-hönkür ağlayaraq irəliləyirdim.Gözlərimdən çıxan yaşların necə rahatlıq gətirəcəyini ağlıma belə gətirməzdim.Dincəlməliydim.Sabah direktorun qəbulun-da olmalıydım deyə özümdə güc saxlamalıydım.Nəqədər ki bu qalmaqallardan salamat çıxmışam,üz-gözümdə şillə,yumruq izləri yoxdur,deməli avara,yalançı damğasından uzaq düşmüşəm.Axı mən böyük fəlakətin qarşısını ala biləcək bir həqiqəti danışmalıyam..

    Bakı. 15.08.2015.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    ***

    Kölgəm, dünya savaşına ac adam…
    Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
    Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
    Allahım, neynim?!
    İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
    İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
    İndi… Sən sənsən. Mən mən deyiləm…
    Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
    Büküm bir parça ağ kağıza, atım,
    ayda bir kərə açılan poçt qutusuna?!
    …Ah nə ola, onun da ahı tuta,
    Mənə ürək açalar, qapı açmayalar.
    Hamının yadından çıxa,
    Qonşudakı kor qızın könül əvəzi
    barmağıma bağladğı sapı açmayalar…

    Sosial peyzaj

    Saxta təbəssümlər
    Eşidə bilmədiyin pıçıltılar kimidi;
    Adama hicran verir.
    …Ruhun fikri göydə, özü darda.
    Açığı, alındakı qırışların sayı qədərdi
    Sürüşkən xəyallar da…
    …Bir də görürsən, duaların
    dodaqlarının arasında güvə tutub.
    Məyusluq canını sarır,
    Əllərini Allahdan aralayırsan.
    Kölgənsə, varlı adamların keçmədiyi
    beton səkilərdə xatirə şəkli çəkdirir…
    Bir tikə çörək üstündə
    Bir-birlərinə dimdik atan
    alabəzək sərçə balaları ilə.
    Qəfildən dağınıq diqqətini
    göz qamaşdıran villalara mismarlayır
    ruhu ac, qarnı tox dilənçi uşaqlar.
    …Zaman çat salır.
    Bir əcnəbi də
    Kamerasının yaddaşına həkk edir
    İşıqlı küçələrdəki qara kölgələri…

  • Elnur RƏSULOĞLU.”Telefon söhbəti”

    et

    Roman oxuyurdum Əbülhəsəndən.
    “Sədaqət”. Beləydi romanın adı.
    Açıq-mavi rəngli telefon birdən,
    Fasilə vermədən hey dınqıldadı.
    Dəstəyi qaldırıb dönük həvəslə
    “Nə olub görəsən?” özümdən sordum.
    Sonra fikirləşib sönük həvəslə
    Deyindim:
    “Boş yerə özümü yordum”.
    Səsini eşitdim iki nəfərin.
    Qət etdim, bildim ki, yola girmişəm.
    Birisi çəkərək köksünü dərin
    Sözə başlamışdı:
    – Mən bilmirmişəm.
    Hə, Salman, nə oldu? Söylə ki, nədən
    Dəstəyi qoydun sən telefon üstə?
    – Vaqif, yol qarışdı. İncimə məndən.
    Sağalmamısan heç! Xəstəsən, xəstə!
    – Təzədən sənə zəng etməli oldum.
    Çünki söhbətimiz qaldı yarımçıq.
    Təzədən səni dəng etməli oldum.
    Bir gün görərsən ki, ölürsən artıq.
    – Təzədən başlama. Qurtar söhbəti.
    Mən onu sevmirəm. Mənim qəlbimi
    Heç kəs ala bilməz. Saxla hörməti.
    – Necə başlamayım? O cür gül kimi
    Qızı qaçırtdın sən əldən, ay məzlum!
    Hələ də qorxursan xəyanət edər?
    – Bəli, mən qorxuram. Güclüdür qorxum.
    Qorxuram sevərəm, o atıb gedər.
    – Daha sözüm yoxdur. Salman, mən axmaq
    Xəbərin olmadan, sənə demədən
    Sevgi məktubları yazdım. Sən axmaq
    Aləmi qatmısan mənə demədən.
    – Vaqif, sən qatmısan aləmi, mən yox!
    – Dostluq xatirinə tutdum bu işi.
    – Sən mənə köməklik çox etmisən, çox!
    – Dosta kömək etmək könlüm vərdişi.
    – Onu istəmirəm. Onu sevmirəm.
    – Sevmirsən, nə olar? Söhbət zamanı
    Ölərdin deyəndə “səni sevirəm”?
    – Dilə gətirəydim bu ağ yalanı?
    Bəziləri kimi bacarmaram mən.
    Sevməyə-sevməyə yalandan deyəm
    “Sevirəm”. Gərəkmi sevdirib həmən,
    Beynini, qəlbini yalanla yeyəm?
    Bunu etməyimə kim haqq veribdir?
    – Bəsdir danışdığın filosof kimi.
    Salman, olan olub, keçən keçibdir.
    – Düzünü deyirəm, kəsmə sözümü.
    Bir özün fikirləş.
    – …
    – Niyə susursan?
    Düz söz acı olub hər vaxt bilirəm.
    – Sən allah, bağışla! Yaxşı da, Salman,
    Gəl, bizə. Hələlik!
    – Oldu. Gəlirəm.
    Bu söhbət sarsıtdı bütün qəlbimi.
    Bir qədər səssizcə xəyala daldım.
    Sonra bu söhbəti olduğu kimi
    Qələmə almağı qərara aldım.


  • Elnur ABDİYEV.”Bir doğma Anatək”

    e

    Bir doğma Anatək qucaq aç mənə,
    Ya ölüm qoynunda,ya bas bağrına.
    Şuşa dərdlərini şüşətək qırıb,
    Vətən, qurban olum,sənin ağrına!

    Dönüb bir şimşəyə eşqimdən çaxam,
    Yurda sevgi-sevgi yağışlar yağam.
    Mən,bu Vətən daşı nə qədər sağam,
    Qıymaram,uf, deyə,Vətən ağrına.

    Aldı igidləri torpaqlar uddu,
    Vətən sevgisinə ellər yas tutdu.
    Ana haqqın namərd, oğul unutdu,
    Vətən öləmmədi,torpaq uğruna!

  • Nail DAĞLAROĞLU.”Səni unutmaram ölənə qədər”

    sekil

    Səni unutmaram ölənə qədər,
    Sən mənə hər şeydən əzizsən, gülüm.
    Bu ömrü mən sənsiz vermərəm hədər,
    Sənsiz yaşamağım zülümdü, zülüm.

    Aylarım, illərim keçməsin sənsiz,
    Sənsiz ey sevgilim, bir günüm ildi.
    De, xoşdurmu sənə yaşamaq mənsiz?,
    Sənsizlik sinəmə vurulan mildi.

    Sənsiz olsam susar, könül arzusu,
    Duyğulu ürəklər arzuyla yaşar.
    Sənsizlik könlümün böyük qorxusu,
    Səninlə qəlbimdə məhəbbət coşar.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    DUALARIM
    Allahım!

    Bu gözəl, müqəddəs gündə,
    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan- şöhrətinə.
    Şəhid qanı qarışmasın torpağa,
    Nisgil yetişməsin heç bir ocağa.
    Ürəklərdə qoy sızıltı gəzməsin,
    Taleləri kədər, sazaq əzməsin!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Yolun açıq eylə, yurd-yuvasızın.
    Çarə qıl halına el-obasızın!
    Zalıma yol vermə, qır tələsini,
    Yeməsin məzlumun son tikəsini!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə.
    Qoru qoca ata-anaları sən,
    Onlara sağlamlıq ver bu həyatda,
    Bəs onlar olmasa, Uca Allahım,
    Kim alar bizləri qanadı altda?!
    Cəmi xəstələrə eylə mərhəmət,
    Qoyma xəstəlikdən əsər-əlamət!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Cəmi dustaqların aç qapısını,
    Onların da günü bir imtahandır,
    Xeyrə qovuşsunlar, daha, amandır!
    Allahım!

    Əl açıram sənin O qüdrətinə,
    Elə bu gecənin şan-şöhrətinə,
    Əskik etmə bizdən suyu-çörəyi,
    Qayıtsın torpaqlar, ellər-obalar,
    Bağımızda bitir gülü-çiçəyi,
    Yetir ey Allahım, xoş gələcəyi!

    * * *

    …Gözlərini görəndən,
    Qəm kədəri atmışam,
    Sənə qovuşmaq üçün,
    Nələrə qatlaşmışam!!
    Haqsızlığa inciyib,
    Küsmüşəm, ağlamışam.
    Gəl keçək bu sədləri,
    Sən də mənimtək alış!
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış!!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    BƏNÖVŞƏ

    Tərdi dərdiyim bənövşə,
    Heyf…solacaq əlimdə.
    Xırda-xırda ləçəyini
    Fələk yolacaq əlimdə.

    Tərtəmizdi dünyam kimi,
    Ömrü qısa röya kimi.
    Çəkiləcək xülya kimi,
    «Günah» qalacaq əlimdə.

    Yandırdı əlimi közü,
    İtirdim gəldiyim izi.
    Çöllərin ismətli qızı
    İndi öləcək əlimdə.

    HARDASAN

    Yenə işıqlar söndü,
    Sükut…Hardasan?
    Ayrılığı yaxamdan
    Sök at…Hardasan?

    Qırmızı qar yağır,
    Ölüm!…Hardasan?
    Səni son nəfəsdə
    Görüm…hardasan?

    Həyat aldanışdı,
    Qayıt!hardasan?
    Bacarırsan məni
    Ovut…hardasan?

    İlk görüş gözəldi,
    Gəldim… hardasan?
    Sənin üçün öldüm…
    Öldüm…hardasan?

  • Zeynəb DƏRBƏNDLİ.”Dünyasındayıq”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Nankorlug; namerdlik bash alib gedir;
    Aralar qatanlar dunyasindayig.
    Hami bir birini ; icinden didir;
    Kimliyin satanlar dunyasindayig.

    Ogul ata saymir; qiz ana saymir;
    Qalmayib ne heya; ne namus; abir.
    Qardashlar qardashi yixir; alcaldir;
    Gunaha batanlar dunyasindayig.

    Qardash; bacisini qoyur qumara;
    Analar; atalar qalir avara.
    Insani korlayir ad; san; pul; para;
    Bizi aldatanlar dunyasindayig.

    Ay Zeyneb; sen bele alishib yanma;
    Senden uzagdakin; sen yaxin sanma.
    Yalan tebessume; daha inanma;
    Adami atanlar dunyasindayig.

  • Xəyalə SEVİL.”Səndən sonra”

    11017528_447704908733924_2122182663440572457_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səndən sonra yaman kövrək olmuşam,
    Ürəyim ,elə bil, əlsiz əlcəkdir.
    Gözlərimə qara bulud çökübdü,
    İndicə gözümdə hönkürəcəkdir.

    Səndən sonra yaman kövrək olmuşam,
    Daha ümidlərin ölən vaxtıdı.
    Başına-dizinə döyən arzumun,
    Yüyürüb üstümə gələn vaxtıdı.

    Səndən sonra yaman kövrək olmuşam,
    Ağlım ürəyimi başıma qaxıb.
    Gülümsəyən şəklin qalıb mənimlə,
    Ağlayıram gülən şəklinə baxıb.

    Səndən sonra yaman kövrək olmuşam,
    Şirin xəyallarım nə acı olub.
    Səsini-küyünü atıb başına ,
    İndi baxışlarım qaraçı olub.

  • Elnurə AĞAZADƏ.”Nə qədər gözlədəcəm”

    11430129_779405145491942_3170769514900840038_n

    Gizli gizli sevəcəm
    Sevib qəmin çəkəcəm
    Özün söylə mən bu eşqi
    Nə qədər gizlədəcəm

    Kitab dolu xatirəni
    Sirlə dolu hər cümləni
    Bu sirli eşqimizi
    Nə qədər gizlədəcəm

    Könül yazar hər nəğməni
    İntizarı yaxar məni
    Sənin olan sənsizliyi
    Nə qədər gizlədəcəm

    Uzun sürən kədəri
    Məni vuran həsrəti
    Elnurəyəm saf sevgimi
    Nə qədər gizlədəcəm

  • Aygün RƏHİMLİ.”Meylər əlində qaldıq…”

    ary

    Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə

    Məni də sənin kimi carəsiz dərdlər didir,
    İmkanlılar xaricə, imkansız kəndə gedir.
    Ağıllının pulu yox məcbur hamballıq edir.
    Pul ilə alim olan keylər əlində qaldıq.

    Abbasıya “hambal tək söyləyirik bayatı.
    “Rubla” şıllaq atdıq,bəyənmədik manatı
    Dollar geridə qoydu Bozat, Dürat,Qıratı.
    Hər gün qimətə minən “göylər” əlində qaldıq.

    Tanıdığım “mələklər” şeytan oldu get-gedə.
    Ədalətdən dəm vurduq ədalətsiz seçkidə
    Dua yerine dərdə çarə gəzdik içkidə
    Min günah çirkabında, meyler əlində qaldıq…

    İndi də o zaman da tək ümid dua idi..
    Kim “fərəsətli” şıxdı basdı el malın yedi.
    Biri muncuq topladı biri “Vahid” bank dedi.
    Varlanmaqcün hər çürə küylər əlində qaldıq.

    Damcıyla göl də, dolmur yalvarsan da, min il “dol”.
    Ya gərək dayın ola ya da ki pulların bol.
    “Xaric” ,”falset” ses imiş məhşurluğa gedən yol.
    Hər havaya tutulan züylər əlində qaldıq.

    Abırlı geyinənə “çuşka”,”kəndçi”deyirlər.
    Muğamat,saz gəlındə ağız burun əyirlər.
    Diskoteka üstündə bir-birini döyürlər .
    Hər gün “Avropa”-laşan toylar əlində qaldıq

    Rəhimli hər dərdimiz söz olub sazdan keçib.
    Bu bəxt bir də gül olmaz, payızdı yazdan keçib.
    Aqil pazdan danışma bizimki pazdan keçib.
    Pazımız da kiçilib çüylər əlində qaldıq..

    01/08/2015

  • Xatirə RƏHİMLİ.”QARABAĞA-AĞDAMA NÖVBƏTİ SƏFƏRİM…”

    10984486_435948936606464_4561682652313299686_n

    CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRİMDƏN ƏN KÖVRƏK ANLAR…

    Ötən ay iyulun 25-dən 28-nə kimi QARABAĞa-AĞDAMa səfər etdim. 4 günlük səfər çərçivəsində Mübariz ruhlu igid əsgərlərimizi ziyarət etməklə yanaşı, Qaçqın Qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, eləcə də torpaqlarımız uğrunda canını qurban vermiş şəhid oğullarımızın məzarını da ziyarət etdim.
    Belə ki, iyulun 28-də VƏTƏN uğrunda canını fəda etmiş 22 yaşlı şəhid Əhmədov Qaryağdı Eldar oğlunun məzarını ziyarət etdim və ruhuna dualar oxudum. ANA Vətənin fədakar, cəsur və qorxu bilməz oğlu Qaryağdı 1992-ci il iyulun 1-də, o qanlı- qadalı günlərdə Aağdamın Saybalı kəndində dünyaya gəlib. O, 1 yaş 3 günlük olanda onun doğulduğu Saybalı kəndi erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 4-də işğal edilib.
    Vətəncanlı oğul Qrayağdı Əhmədov iyulun 31-də saat 16:09-da məkrli düşmənin açdığı snayper gülləsindən şəhid olub. Tanrının yazısına, taleyin qismətinə baxın. Vətənin igid oğlu Qaryağdı iyulun 1-də dünyaya göz açıb, iyulun 31-də şəhidlik zirvəsinə yüksəlib. Vətənpərvər oğul Qaryağdı 2014-cü ildə ad günündən 30 gün sonra, dünyaya gəldiyi ayda-iyulun 31-də öz canı qədər sevdiyi VƏTƏNin uğrunda şəhidlik zirvəsinə ucalıb…
    2014 cü il avqustun 1-də isə çox sevdiyi ANA VƏTƏNin torpağında dəfn olunub Vətənin vüqarlı, dəyanətli və mərd ürəkli oğlu Qaryağdı…
    2015 ci il avqustun 1-də Qaryağdı Əhmədovun şəhid olduğu gündən 1 il ötdü…
    VƏTƏNin igid oğlu Qaryağdı! Şəhidliyin bir daha MÜBARƏK olsun!
    Rahat uyu, VƏTƏNin şəhid oğlu! Düşmən əsarətində qan ağlayan torpaqlarımız işğaldan tezliklə azad olunacaq! Zəfər GÜNü çox yaxındadı! O möhtəşəm ZƏFƏRə çox az qalıb. Çünki Azərbaycanın güclü və qüdrətli Milli Ordusu var!
    Uca Tanrının yazısı, qisməti beləymiş, Tanrının yazdığı yazını isə heç kim poza bilməz.
    Müstəqil Azərbaycanımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə çatan oğulların məzarı nurla dolsun, məkanı cənnət olsun!
    Vətənin məğrur oğlu Qaryağdı! Səni heç zaman unutmayacağıq. Ona görə ki, sənin adın əbədi olaraq ürəyimizə yazılıb! Şəhidlər heç zaman ölmür.
    Allah qəni-qəni rəhmət eləsin sənə ANA VƏTƏNimizin igid oğlu Qaryağdı!
    Belə bir fikir var… ŞƏHİDLƏR ÖLMƏZ! VƏTƏN BÖLÜNMƏZ!

    Xatirə RƏHİMLİ,
    Şair-jurnalist
    11 avqust 2015-ci il

  • Şafa KAMİLLİ.”Göz dağı…”

    images (2)

    Göz dağı…
    Bu qədər ,dərd ilə ,
    Bu qədər kədər ,
    Bəs deyilmi ey insafsiz ,
    Dah cox ağri ,agi ,dah cox əzab ,
    Nəyinə gərək ,
    Qisasmi ,
    Alirsan
    Yarali qəbdən ,
    Buna ehdiyac yoxdu ,
    Nələr cəkirəm ,
    Bir Allah bilir ,
    Öznü gəl hec yorma sən ,
    Bilirəm ,kimləsən ,
    Sən nə edirsən ,
    Nələr düşnürsən ,
    O kinli qəlbindən ,
    Nələr kecir ,
    Bəsdi ,öznü yorma ,
    Məni inçidmək məqsədin varsa,
    Rahat ol,
    İnçidin ,
    Gəlib ,gəlməmisən ,
    Nələr etmisən ,
    Ay zalmi ,bu qədər yetər ..
    Ağrilar ,açilar ,
    Tənhaliq ,sənsizlik ,
    Bəs deyilmi ..
    Daha başqa göz gağları verirsən ,
    Ağri ,ver ,aci ver ,
    Zülm ,əzab ver ,
    Mən səndən ,
    Onlardan başqa nə gördm ,
    Ölümlər ,zülmlər
    Birdə göz yaşi ..
    Ağrilar acilar ,
    Bird göz dağı …
    Bir də göz gağı…
    14.08.2015..

  • Vasif ZÖHRABOĞLU.”Mənə bel bağlama…”

    1601578_710347309084020_7077466699777794928_n

    Mənə bel bağlama, kəs əhdini, kəs,
    Qoyma gözlərində sevgini sıxam.
    Bir günlük məhəbbət həvəsdir, həvəs,
    Bir də görərsən ki, yanında yoxam.

    Ömründə dəvətsiz qonaq bil məni,
    Əəbədi yanında qala bilmərəm.
    Bu evdən, ocağdan uzaq bil məni,
    Qəlbinin sakini ola bilmərəm.

    Gedərəm həsrətlə sıxıb köksünü,
    Axar göz yaşların kiriyə bilməz.
    Gülüm, ayağından şikəst sevginin,
    Əəlindən tutsan da, yeriyə bilməz.

    Ömrünə yeni bir sevgi soraqla,
    Demə ki, bağlanıb bütün qapılar.
    Saxla, ürəyində məhəbbət saxla,
    Sənin də, üzünə gülən tapılar.

    Yandır bu tilsimi, qır bu tilsimi,
    Düşünmə əlində çıraq olacam.
    Bəlkə də, yanından ayrılan kimi,
    Kiminsə ömründə qonaq olacam.

    Mənə bel bağlama, kəs əhdini, kəs,
    Qoyma gözlərində sevgini sıxam.
    Bir günlük məhəbbət həvəsdir, həvəs,
    Bir də görərsən ki, yanında yoxam.

  • Əziz MUĞANİ.”Du birlər”

    1509680_782335231858445_8174014256845948200_n

    Arzum daşa dəyir, bu qəm- kədərdi
    Tərs düşür işlərim, bu dərdi sərdi
    Elə bil taleyim əlimdə zərdi
    Nədənsə çox düşür dubirlər mənə

    Ümidlə atıram qoşa deyərək
    Bəlkə də udaram! Risk eyləyərək
    Bəxtimi qumara qoymazdım gərək
    Nədənsə çox düşür dubirlər mənə

    İnsanın həyatı nərd tək oyuncaq
    Qismətmizlə biz oynadıq doyuncaq
    Fələyin atdığı qoşadır ancaq
    Nədənsə çox düşür dubirlər mənə

  • Debüt: Elməddi RAHİBOĞLU (Astara).Yeni şeir

    er

    Tənhalığımla mən

    İkimiz yaşaya bilərik sandım.
    Sən məndən natəmiz, mən səndən əfəl
    Hər səhər yuxudan sənsiz oyandım.
    Nə olar, könlümü yığışdırma gəl.

    Dağınıq istərəm, evi, həyatı.
    Səpilsin yerlərə kitab, sevgilər.
    Dərdimin dərmanı olan saatı
    Bu ömür payımdan mərhəmət dilər.

    Siqaret tüstüsü basıb otağı.
    Küllər səpələnib, stola , yerə.
    Yola sal qəlbimin günlük qonağın
    Yer yoxdur ömrümə enməmişlərə.

    Təkcə, yatağımdan yad əşyaları
    Yığıştır, görənlər xoşbəxt sanmasın.
    Onlar həyatımın ahəng çaları
    Badına gözəllik barı yanmasın.

    Gəl! Mənim başımın tacı tənhalıq!
    Sarılaq mehriban, uzanaq, yataq.
    Mükəmməl doğmayıq, biz əhli halıq
    Daxmada mehriban ortam yaradaq.

    Yol boyu danışaq problemləri
    Görənlər də məni dəli sansınlar
    Gəl düş qabağıma gəzək hər yeri.
    Fəsillər dəyişsin, gəlsin növbahar.

    Mərhəmət etsinlər ətrafım mənə
    Yığıb yığışdırsın səpdiklərini.
    Qapıdan çıxınca səpərik yenə.
    Dönəndə itirsin bildiklərini.

  • Tural ADIŞİRİN.Yeni şeirlər

    11054430_904648862929672_669598313026618584_n (1)

    Bahar

    Sevdiyim gözəlin hörükləri tək

    Söyüdün saçları ətir qoxuyur
    Qaranquş səsində,durna səsində
    Bülbül ləhçəsində bahar oxuyur

    Qərənfil al çəkib yanaqlarına
    Ətrindən məst olma oğulsan indi
    Yaşı bax xınalı ayaqlarına
    Kəkliklər elə bil təzə gəlindi

    Bahar hər çiçəyə təzə don tikib
    Nərgiz sarı geyib,lalə qırmızı
    Yenə köl dibində boynunu büküb
    Bənövşə-baharın küsəyən qızı

    Ötür min həsrətlə yollarda gözü
    Bülbül qızılgüldən görüş alıbdır
    Yaşıl yamacların qızarıb üzü
    Bahar icazəsiz öpüş alıbdır

    Bağçalar məst olub gül qoxusundan
    Barlı budaqların artıb neməti
    Ayılar ayılıb qış yuxusundan
    Bitib arıların “məzuniyyəti”

    İsti yuvalarda hey civildəşən
    Ətçəbalalar da lələkləyibdir
    Al-əlvan çiçəklər körpədir deyən
    Yaşıl çəmən boyu iməkləyibdir

    Gözəllik bağrına basıb dünyanı
    Təbiət özünə baxıb öyünür.
    Bumbuz bulaqların qaynayır qanı
    Torpağın nəbzində bahar döyünür.

    QADINLAR

    Soyuq ürəkdə də sevgi oyadar,
    Gücünü eşqində bilər,qadınlar.
    Evini sevincə,işığa tutar,
    Doğma ocağında gülər,qadınlar.

    Kövrək ülfətini,məhəbbətini,
    Verər balasına,verər ərinə.
    Qadın əllərinin hərarətini,
    Kişilər geyinər əyinlərinə.

    Gah işdə,gah evdə,mətbəxdə-ANA
    Çox zaman bilməz ki,əylənmək nədir
    Girsən hansı evə,baxsan hayana
    Analar,bacılar iş üstündədi

    Çatar göylərə məhəbbəti də
    Məhəbbətsiz həyat bir həyat deyil.
    Qadınla bölməsən səadətini,
    Hələ o səadət,səadət deyil.

    Dan düşər,gecənin başı ağarar,
    Qaranlıq çəkilər aydın səhərlə.
    Hər kişi qəlbində işıqlı nə var,
    Bağlıdır qadınlı xatirələrlə.

    Qadın gözlərinin çəkdiyi yolla,
    Kişilər evlərə yığılar axşam.
    Hər kişi qəlbinin qüssə-qəmini,
    Bir qadın sevinci dağıdar axşam .

    Kişilər,haqlıyıq görün harda biz,
    Qadını sevməmək mümkün deyildir.
    Günah axtarmayaq qadınlarda biz,
    Günahkar onların gözəlliyidir.

    Gözəllik hər qəlbdə sevgi oyadar
    Gücünü eşqində bilər,qadınlar
    Oğulla-uşaqla arzuya çatar
    Doğma ocağında gülər,qadınlar

  • Nemət HACIƏLİYEV.Yeni şeirlər

    11944703_995676973815966_1787362592_n

    * * *

    Gələr nalə,ah səsi,
    Çıxsa aşiqin səsi,
    Səni sevən bir kəsi,
    Ağlatmağa nə var ki?!

    Qəlbi sənə verəni,
    Təkcə səni görəni,
    Sevgiyə and içəni,
    Aldatmağa nə var ki?!

    Aşiq dərddə,azarda,
    Hər an giley,güzarda,
    Canan gələn bazarda,
    Gül satmağa nə var ki?!

    Allah verən vergini,
    Qəlbindəki sərgini,
    Qarşılıqlı sevgini,
    Yaşatmağa nə var ki?!

    Röyada şeir oxudan,
    Çiçəkləri qoxudan,
    Yarı şirin yuxudan,
    Oyatmağa nə var ki?!

    Allah versə fərmanı,
    Aşiq sevsə cananı,
    Gözəl cümlə cahanı,
    Boyatmağa nə var ki?!

    Hər sözü,hər söhbəti,
    Sevgisi,məhəbbəti,
    Sakit ruhlu Neməti,
    Tək atmağa nə var ki?!

    * * *

    Mən susaram ,gözləyərəm sakitləşəsən
    Mən donaram,bircə sən istiləşəsən
    Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
    Küsəndə nazınnan kim oynayardı?!
    Çıxsaydı gün axşam,ay səhər
    Bəlkə belə olmazdı…
    Axı,gecələr xəyalıma gəlirsən daha çox
    Yuxusuzluq ərşə çəkilir.
    Axı,dəniz səviyyəsində yüksəklərdə
    Ən hündür dağ
    Yer səviyyəsindən olan dağdan alçaqdı
    Amma ,bilmirlər…
    Axı,gözümüzdən pərdə asanlar
    Teatr göstərəcəklər bizə..
    Kim nə sərf edir onu danışır
    Mənə isə təkcə sən sərf edirsən
    Təkcə sən…
    Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
    Təkcə sənlə susuzluqdan çat verən torpağdan
    Çıxan zərif gülü görürdüm…
    Hisslər sığmaz hecalı bəndlərə
    Çərçivələrə
    Hisslər uçurumdan bir barmağla sallanan
    Xoşbəxt bir kəsin hekayəsidir…

    * * *

    Sənin üçün darıxdım,
    Bir çay olub mən axdım,
    Ürəyimdə karıxdım,
    Xəyallar içə endi.

    Sənsiz ürək dağladım,
    Tənəffüsdə ağladım,
    Kitabları bağladım,
    Qiymətlər üçə endi.

    Məktəbin son ilində,
    Üzük gördüm əlində,
    Yox oldum ürəyində,
    Arzular heçə endi…

    * * *

    Eşq içrə nələr çəkdi ürək bir onu bildim
    Şeytan da dönüb oldu mələk bir onu bildim

    Göydən yerə daş düşsədə mən inanmaz idim
    İllərdi mənə gəldi kələk bir onu bildim

    Mən sevgini bir dağ sanaraq qürrələnirdim
    Dağ çəkdi könül, əsdi külək bir onu bildim

    Həsrətlə yağış damlasını gözləyən zaman
    Min nalə ilə soldu çiçək bir onu bildim

    Gücnən döyünən qəlbimi yar yarıya böldü
    Sanki heçnədən əzdi böcək bir onu bildim

    Nemət yenədə gözəllərə aldanan oldu
    Vaxt keçdi zaman oldu ələk bir onu bildim

  • İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”

    tt

    Mən səni fikrimdən ata bilmirəm,
    Gecə də, gündüz də xəyalımdasan.
    Yediyim çörəkdə, içdiyim suda,
    Hara gedirəmsə, sən yanımdasan.

    Bu eşqin doyunca almadıq dadın,
    Duyduq ayrılığın o qəddar səsin.
    Dünyada iztirab, həsrət olan şey,
    Nə tez üstümüzə saldı kölgəsin?!

    Nömrəni yığıram min ümidlə mən,
    Açmırsan, salırsan canıma əzab.
    Mənə bu qədərmi nifrət edirsən?
    Telefonuma da vermirsən cavab.

    Ayrılıq elə bir ağır sözdü ki,
    Nöqtəsi, vergülü, nidası da yox.
    Həyatda məqsədim, amalım itib,
    Sənsiz yaşamağın mənası da yox.

    Mənə bu qısa vaxt il kimi gəldi,
    Başımı qoymuram balınca hələ.
    Ağlayıb gözümdən su da atmışam,
    Gedən sevgimizin dalınca hələ.

    İçimdə ağrılı hisslər dolaşır,
    Bəlkə bu qəlbimin üsyan səsidir?
    Burnumda qalıbdır telinin ətri,
    Bu – eşqin ən gözəl xatirəsidir.

    Gedişin qəlbimə min yara vurdu,
    Yaratdın ürəkdə həsrət dağını.
    Amma qoruyacam göz bəbəyimtək,
    Boynumdan asdığın boyunbağını.

    Görən sevgi dolu o dəqiqələr,
    Qayıdıb gələrmi bir daha geri?
    İnan ki ölüyəm, yaşamıram mən,
    Səndən ayrıldığım o gündən bəri…

  • Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”

    gxi

    Ölürəm gözlərim ölmür elə bil .
    Dənizdən püskürən vulkan kimiyəm.
    Özümdən özümə yol getmir daha.
    Səssizcə uzanan orman kimiyəm.

    İçimdən çölümə çıxmır alovum.
    Daş alıb əlimə gözümü ovum.
    Bilmirəm ormanmı, vulkanmı olum.
    Özümlə əlləşən tüğyan kimiyəm.

    Elə bil ölməkdən qayıtmayacam.
    Özümü yuxudan ayıltmayacam.
    Ruhumu göylərdə alçaltmayacam
    Son dəfə verilən fərman kimiyəm..

  • Afət VİLƏŞSOY.Yeni şeirlər

    Afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Sabah yağış yağacaq

    Yağış mənim göz yaşım,
    Səndən qopan son baxış,
    Gedişin çaparaqdı,
    Gəlişin qarış-qarış.

    Vayına oturdular-
    Baharım yox, yazım boş.
    Ya gəl daha qışıma,
    Ya taleyinlə barış. (daha&helliip;)

  • Harika UFUK.”Günaydın…”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    ŞEHİT AĞACI

    Ağaca asılmış asker künyesi,
    Kuru sedir anıt, yürekte acı,
    Dayanamaz buna insan bünyesi,
    Kuru sedir anıt, yürekte acı,
    Altı bin künyeli şehit ağacı.

    Gencecik yiğitler toprak mı oldu,
    Gözlerim ıslandı, yürek kan doldu,
    Taze gelinlerin renkleri soldu,
    Ağlar ana-baba, kardeş, eş, bacı.
    Altı bin künyeli şehit ağacı.

    Ayıramaz olduk, düşmanı dostu,
    Ayılar giymişler kurt-kuzu postu,
    Bizi bize düşman etmek mi kastı,
    Unutma, bütünüz, vatan baş tacı.
    Altı bin künyeli şehit ağacı.

    Türk’üz başımız dik, sanma eğildik,
    Köydük, kasabaydık, ilçeydik, ildik,
    Ne oldu acaba böyle değildik?
    Kim içirdi bize gaflet ilacı?
    Altı bin künyeli şehit ağacı.

    Sevgi duygusuyla girdik kol kola,
    Hadi yürüyelim, umutlu yola,
    Duamız birliktir, ebedi ola,
    Gönüller Kâbe’dir, dilekler hacı.
    Altı bin künyeli şehit ağacı.

    Harika’m perişan, bu olay elim,
    Kalemim yazmıyor, tutmuyor elim,
    Dik durmak zorlaştı, kırıldı belim,
    Milletim bölünmez, uyur birkaçı,
    Altı bin künyeli şehit ağacı.

    27 Ekim 2009.Adana

    NOT: Bu şiir 27 Ekim 2009 TV’de akşam haberleri izlenirken kaleme alınmıştır.
    “Heykeltıraş Derviş Özer, 1980’den beri terörle mücadelede şehit olan Mehmetçiklerin künyelerine yer verdiği ağaç anıtı Ankara’nın Kızılcahamam ilçesinde tamamladı.
    Vatan için canını verenleri ölümsüzleştirmek için Türkiye’nin ilk ağaçtan şehitler anıtını yapmaya karar verdiğini belirten Derviş Özer, “6 bin şehidimizin künyelerini bir yılda tamamladım. Künyeleri tek tek yazarken çok ağladım” dedi. Anıt için Şehit Fatih Duru Parkı’na kurumuş bir sedir ağacı dikildi. Şehitler Anıtı 29 Ekim’de düzenlenecek törenle açılacak.”
    İNTERNET VE TV HABERLERİ

  • Milyonlarla dollarlıq layihə: İslamofobiya…

    cao

    Xüsusilə 11 sentyabrdan sonra Avropada və ABŞ-da artan İslam əleyhdarlığı səbəbindən Qərb cəmiyyətində günlük həyatda müsəlmanlara qarşı ön mühakimənin və ayrı-seçkiliyin artdığı məlumdur. Bu ayrı-seçkilik və ön mühakiməyə görə Qərbdə yaşayan müsəlmanların istər ictimai, istərsə də iş həyatında bir çox çətinlik və problemlərlə üzləşdiyi də bir həqiqətdir.

    11 sentyabrdan irəli gəldiyi deyilsə də, əslində İslamın qlobal təhlükə olaraq önə sürülməsi və İslamofobiyanın siyasi və ideoloji əsasları 90-cı illərin əvvəllərinə gedib çıxır. Keçmiş ABŞ Müdafiə Nazirinin müşaviri Samuel Hantinqtonun «Foreign Affairs» adlı elmi jurnalının 1993-cü il yay sayında dərc etdiyi, sonradan da geniş kitab halına saldığı «Mədəniyyətlər qarşıdurması» məqaləsinə qədər…

    Mədəniyyətlər qarşıdurması fikri Soyuq müharibədən sonra artıq qərb-şərq qütbləşməsinin olmadığı və bundan sonra əsl münaqişənin mədəniyyətlər arasında, xüsusilə də Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında olacağını proqnozlaşdırırdı. Qəribədir ki, bugünkü vəziyyət eynilə Hantinqtonun proqnozlaşdırdığı kimi həyata keçdi və bu hələ də davam edir.
    «Mədəniyyətlər qarşıdurması» fikrinin ortaya atılmasından dərhal sonra «The New York Times» qəzetinin 1993-cü il sentyabr sayında yeni «düşmən» bu şəkildə elan edilirdi: «İslam fundamentalizmi sürətlə qlobal təhlükəsizlik və sülh üçün ən önəmli təhlükə halına gəlir. 1930-cü illərdəki nasizm və faşizm, 1950-ci illərdəki kommunizm təhlükəsi qədər böyük təhlükədir bu…»
    İslamı dinsiz və amansız ideologiyalardan daha təhlükəli görmək və göstərmək şübhəsiz çox acınacaqlı vəziyyətdir. ABŞ-ın ən məşhur kütləvi informasiya vasitələrinin birində dərc edilən və Hantinqtonun fikrini daha dəqiq və sərt şəkildə dilə gətirən bu ifadələr bu gün kilid olan bəzi sualları yaradır: Görəsən Hantinqton həqiqətən də gələcəyi çox yaxşı görmüşdü, yoxsa o tarixdən sonra İslamı dünya miqyasında bir nömrəli hədəf göstərəcək uzun müddətli, qlobal layihənin nəzəri və psixoloji dayağını hazırlayırdı?

    İslam əleyhdarlığı üçün xərclənən milyonlarla dollar

    Miqrantlar ölkəsi olan ABŞ-dakı İslamofobiyanın Avropaya nisbətlə daha aşağı səviyyədə olduğu məlum olsa da, son günlərdə dərc edilən önəmli bir hesabat pərdə arxasındakı İslam əleyhinə təşkilatlanmanın daha yuxarı səviyyələrə çatdığını göstərdi.
    «Center for American Progress» adlı düşüncə mərkəzinin dərc etdiyi “The Islamophobia Network’s Efforts to Manufacture Hate in America” (Amerikada nifrət yaratmaq üçün səy göstərən İslamofobiya şəbəkələri) başlıqlı hesabata görə, 2001-2012-ci illər arasında İslam əlehdarı kompaniyalar təşkil edən qurumlara edilən maliyyə yardımının həcmi 57 milyon dollara çatır. İllərdir İslam dini və müsəlmanlar əleyhində hər fürsətdə bütün imkanlarından istifadə edərək nifrət istehsal edən bu düşüncə mərkəzlərinin və bunlara maliyyə dəstəyi verən 8 əsas sponsor və verdikləri pulun miqdarı hesabatda yer alır.
    İslam əleyhinə xəbərlər, elanlar, reklamlar, karikaturalar, filmlər, sənədli filmlər kimi vasitələrlə həyata keçirilən İslamofobiya kampaniyası və propaqandalar Amerika cəmiyyətində sadə müsəlmanlar haqqında belə sanki zorakılıq tərəfdarı terror təşkilatı üzvləri imiş kimi bir imaj yaradır.
    Hesabata görə, media və bir sıra siyasətçilərin baş rolunu oynadığı bu kampaniyalarda ABŞ ictimaiyyətində «müsəlmanlar ABŞ-ın şəriətlə idarə edilməsini istəyir» kimi konspirasiya nəzəriyyələrinə əl atılır. 2016-cı il prezident seçkilərinə qədər sürətlə həyata keçirilən bu İslamofobiya propaqandası sayəsində ən çox «xilas edən» rolunu oynayacaq namizədin ABŞ xalqından ən çox səsi alması məqsədi güdülür. Müəyyən insanların siyasi fikirlərində və seçki propaqandalarında İslamofobiya ən vacib yeri tutur.
    UCLA professoru Travis Diksonun bir araşdırmasına görə, ABŞ mediasında müsəlmanlar Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarından daha çox terrorist kimi qələmə verilir. 2008-2012-ci illər arasında milli və kabel yayımı şəbəklərindən nümunə kimi seçilən 146 bölməlik xəbər proqramında yerli terrorist kimi göstərilənlərdən 81%-i müsəlman olaraq göstərilmişdi.
    Halbuki, bu tarixləri əhatə edən FTB hesabatlarında şübhəli şəxslərdən yalnız 6%-nin müsəlman olduğu göstərilirdi.
    Media quruluşları, internet saytları, düşüncə mərkəzləri və siyasi platformalar üzərindən qətiyyətlə davam etdirilən bu qərəzli nifrət kompaniyası İslama və müsəlmanlara qarşı çox dəqiq bir proqramın həyata keçirildiyinin açıq göstəricisidir.

    İslamofobiya əslində İslam deyil, radikalizm qorxusudur

    İslamofobiya seçki siyasətləri, qlobal mənfəətlər, İslam aləmindəki qətliamları leqallaşdırma, Yaxın Şərqdə nəzarəti əldə saxlama, İslam dünyasının təbii zənginlikləri üzərində hakimiyyət qurmaq və Yaxın Şərqi sonu gəlməyən alov və qan gölünə çevirmək planları kimi müxtəlif mənfəətlər istiqamətində qızışdırılsa da problemin digər və daha çox köklü bir tərəfi var: İslam dünyasını əhatə edən radikalizm!
    Təəssüf ki, bu gün müsəlmanların böyük əksəriyyəti savadsızlıqdan İslam adı altında radikalizm bataqlığına sürüklənmiş vəziyyətdədir. Radikalizm, digər deyişlə xurafatçı din anlayışı müasir həyata düşmən, müxtəlif fanatik, mühafizəkar qəbilə ənənələrinin xurafatlarla sintezlənməsindən meydana gəlmiş azğın düşüncə tərzidir. Quranda göstərilən əsl İslam əvəzinə bütövlükdə xurafat dinini mənimsəyən və bu səbəbdən müharibəni, fanatizmi, qadınlara, sənətə, elmə, estetika və keyfiyyətə qarşı qəzəbi yaşayış forması olaraq görən bir cəmiyyətin varlığı bütün dünyanı narahat edir. Bu insanlar İslam adına ortaya çıxır və insanlara Allah adına qorxu salır, gözəl olan hər şeyi qəzəb səbəbi olaraq görürlər. Əlbəttə ki, belə mənfi və ürküdücü bir model qarşısında İslamın əsli haqqında bilgisi olmayan Qərb insanının qorxu və narahatlıq keçirməsi çox təbii haldır.
    Qurandakı orijinal forması ilə İslam- sevgi, şəfqət, sülh, qardaşlıq, sənət, mədəniyyət, müasirlik, təmizlik, nəciblik kimi ən inkişaf etmiş və ən keyfiyyətli həyat səviyyəsini və ən üstün əxlaqi xüsusiyyətləri müdafiə edir. Qurandakı İslam xurafat dininin tam əksinə ən ön mühakiməli insanın belə bütün səmimiyyəti ilə müdafiə edib dəstəkləyəciyi və dünyanı əsl sülh şəraitinə aparacaq modeldir.

    57 milyon dolların təkcə bir neçə milyon dolları belə bütün insanlara İslamın əslini tanıtmaq, İslam və radikalizmin fərqini göstərmək və radikalizmin düşüncə tərzini əbədi olaraq yox edərək bundan irəli gələn terror bəlasının sonunu gətirmək üçün artıqlaması ilə kifayətdir. Ancaq bu ən köklü, təsirli və praktik üsulun hələ də bəzi çevrələrin mənfəəti ilə üst-üstə düşməməsi həll yolunun önündəki ən böyük əngəldir.

    1. http://www.ibtimes.com/british-link-muslims-terrorism-reject-syrian-refugees-poll-finds-1968995
    Adnan Oktarın «Morocco World News»də dərc olunan məqaləsi:
    http://www.moroccoworldnews.com/2015/08/165502/a-million-dollar-project-islamophobia-2/
    http://www.harunyahya.org/tr/Makaleler/207296/Milyonlarca-dolarlik-bir-proje-Islamofobi

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    İçməyən yerdə

    Dünyanın dərdləri, qovursa məni,
    Yandırıb odun da, qovursa məni,
    Küləyin mehi də, sovursa məni,
    Əkildim, insanlıq itməyən yerdə.

    Özünü yerdə yox, göydə bilənlər,
    Ağacı, budaq yox, gövdə bilənlər,
    Allaha imanı, tövbə bilənlər,
    Ümidlər susayar, bitməyən yerdə.
    (daha&helliip;)

  • Mais TƏMKİN.”Öldürər şairi”

    m

    Xalq Şairi Zəlimxan Yaqubun şeirinə nəzirə.

    Ey gül, sənsiz ərşə çıxıb yuxum, gəl,
    Məst eləyən müşk ətirli qoxum, gəl.
    Durub mənə gendən baxma, yaxın gəl,
    Oğrun baxan göz öldürər şairi.

    Qovuşmasam öz əhdimə bu yazda,
    Dərd ürəkdə aşıb-daşar bir az da.
    Əl çəkməsən, bu işvədən, bu nazdan,
    İşvə, qəmzə, naz öldürər şairi.

    Hərdən olur, tez özündən çıxırsan,
    Şımşək olub başım üstə çaxırsan.
    Gecə-gündüz yandırırsan, yaxırsan,
    Qorxmayırsan, köz öldürər şairi?

    Genişlik sənsiz mənə olub dar,
    Sıxır məni, boğur məni dörd divar.
    Ələndikcə ürəyimə soyuq qar,
    Şaxta vurub, buz öldürər şairi.

    Sevinc ilə fələk vurub aramı,
    Dərdi verib, gizlədibdi çaramı.
    Bir bu qədər gəl, göynətmə yaramı,
    Sızıldatma, duz öldürər şairi.

    İzn vermə, dərd sinəmdən asıla,
    Mais qəmdən künc-bucağa qısıla.
    Ver əlini, gəl qovuşaq vüsala,
    Çünki həsrət tez öldürər Şairi.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    eh

    VƏFALI İT HAQQINDA BALLADA

    Qıvrılıb yatıbdır qapı ağzında,
    Yiyəsiz bir evdə kənizdir bu it.
    Köpək baxışından nur yağır sanki,
    Belə nə göyçəkdir,təmizdir bu it.

    Yoxdur it könlünü oxşayan,alan,
    Şirin arzuları,istəyi talan.
    Köçən sahibindən əmanət qalan,-
    Köhnə xatirədir,bir izdir bu it. (daha&helliip;)

  • Nemət HACIƏLİYEV.”Mən susaram ,gözləyərəm”

    1958397_834515486598783_689128597984417661_n

    Mən susaram ,gözləyərəm sakitləşəsən
    Mən donaram,bircə sən istiləşəsən
    Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni,
    Küsəndə nazınnan kim oynayardı?!
    Çıxsaydı gün axşam,ay səhər
    Bəlkə belə olmazdı…
    Axı,gecələr xəyalıma gəlirsən daha çox
    Yuxusuzluq ərşə çəkilir.
    Axı,dəniz səviyyəsində yüksəklərdə
    Ən hündür dağ
    Yer səviyyəsindən olan dağdan alçaqdı
    Amma ,bilmirlər…
    Axı,gözümüzdən pərdə asanlar
    Teatr göstərəcəklər bizə..
    Kim nə sərf edir onu danışır
    Mənə isə təkcə sən sərf edirsən
    Təkcə sən…
    Təkcə sənlə çiynimə qonan kəpənəyi duyurdum,
    Təkcə sənlə susuzluqdan çat verən torpağdan
    Çıxan zərif gülü görürdüm…
    Hisslər sığmaz hecalı bəndlərə
    Çərçivələrə
    Hisslər uçurumdan bir barmağla sallanan
    Xoşbəxt bir kəsin hekayəsidir…

  • Şəhanə MÜŞFİQ.”Qismətimiz beləymiş” (Hekayə)

    10991500_412390748927178_5095940301571747132_o

    İki həftə öncə köçmüşdülər yeni evlərinə. İyirmi iki il yaşadığı məhləni, mühiti qoyub bambaşqa bir yerə gəlmişdilər. İki həftə keçməsinə baxmayaraq, nə təzə mənzilə, nə də mühitə öyrəşə bilirdi. Universitetdə oxuduğu üçün səhər tezdən dərsə gedir, bir də axşam qayıdırdı. Heç ən yaxın qonşularını belə tanımırdı. Anası elə bura gəldiklərinin ikinci günü qapıbir qonşularıyla tanış olmuşdu. Arabir evdə qonşunun söhbətini də edirdi. Hələ ki üzünü belə görməsə də anasının söhbətlərindən qonşu Zivər xala və onun ailəsi haqqında bəzi təsəvvürləri yaranmışdı artıq. Anasının dediyinə görə Zivər xalanın bir oğlu və bir qızı var idi. Oğlunun 26, qızın isə 20 yaşı var idi. Demək ki, oğlu ondan dörd yaş böyük, qızı isə iki yaş kiçik idi. Dərsləri, işləri o qədər çox idi ki, başqa heç nə ilə maraqlanmamış, anasının ara – sıra danışdıqlarını da çoxdan unutmuşdu. (daha&helliip;)

  • Sərvər KAMRANLI.”Daha varlığın da məni üşüdür”

    11061696_750120178447736_1009810851631736330_o

    Daha varlığın da məni üşüdür,
    Daha buz bağlayıb əlində əlim.
    Bir vaxt danışardı baxışlarımız,
    İndi o baxışlar laldı, gözəlim.

    Alma yanaqların niyə qızarmır,
    Hanı gözlərində gizli baxışlar?
    Deyəsən, yamanca peşman olmusan,
    Gözündən boylanır sözlü baxışlar.

    Yaman dəyişmisən yaman, a zalım,
    Beləcə tanıya bilmirəm səni.
    Nə ola, bu görüş sonuncu olsun
    Özüm də qınaya bilmirəm səni.

  • Gülnar SƏMA.”Ramil Əhməd və ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair”

    gs

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Çağdaş ədəbi gəncliyimizin ən məhsuldar gənclərindən biri Prezident təqaüdçüsü, Gənclər mükafatçısı Ramil Əhməddir. Onun işlək qələmi tələbəlik illərinin ən sadiq yol yoldaşı oldu. Ramil publisistik yazıları, dünya ədəbiyyatı və filmləri barəsində esseləri, şeirləri ilə diqqət çəkir. Onun orijinallığı ilə seçilən ilk kitabı – “Zaman tuneli” “AYBkitab” layihəsi çərçivəsindən işıq üzü gördü. “Zaman tuneli” texniki tərtibatından tutmuş şeirlərdəki məcazlara qədər özünəməxsusluğu ilə fərqlənir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. Burada keçmiş və gələcək iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. (daha&helliip;)

  • Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Ürəyisən göy Xəzərin,
    Eniş-yoxuş küçələrin,
    Tarixisən şəhərlərin,
    Hər ölkənin yolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Dağ tək hündür hasarların,
    Biz bəzəkdir qapıların.
    Qaynar gözlü bulaqların,
    Çeşmələri sulu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Narın qala görən gözün,
    Gəzir el dilində sözün.
    Bir tarixdir dağın, düzün.
    Meşəsi gül kolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Əlim sənlə fəxr eyləyir,
    Hər yer səni əzizləyir.
    Əllər sənə alqış deyir.
    Elin qanad, qolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    Sən bu Zeynəbin özüsən,
    Şirin söhbəti, sözüsən.
    Millətin görən gözüsən.
    Qonaqları dolu Dərbənd,
    Qədim, qoca, ulu Dərbənd.

    20.08.2015 15:50

  • “Xoşbəxtliyi Sumqayıtda, bu gözəl şəhərdə tapmışam”

    ro

    Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün res­publikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana gön­dərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi.
    (daha&helliip;)

  • Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov: “Sumqayt şəhərinin bütün məhəllə və mikrorayonları, bütün kimya müəssisələri mənim gözlərim önündə tikilib.”

    S

    Azərbaycan kimya sənayesinin tarixində ən mühüm hadisələrdən biri Sumqayıt kimya sənayesinin patriarxı sayılan Səthi aktiv maddələr zavodunun istismara verilməsi olmuşdur. Kimya sənayesinin inkişafında özünəməxsus rolu olan bu müəssisə uzun illəri əhatə edən fəaliyyəti ərzində 30-dan artıq müxtəlif çeşidli məhsullarını Sovetlər Birliyinin bütün res­publikalarına, 15-ə yaxın xarici ölkəyə, ümumilikdə isə 100-dən artıq ünvana gön­dərərək ölkə büdcəsinə külli miqdarda gəlir gətirmişdir. Ötən 70 il ərzində zavod minlərlə insana qucaq açmış, bu insanların hər birinin taleyində silinməz izlər buraxmışdır. Bunların arasından zəhmətkeşliyi, əzmkarlığı ilə fərqlənən, kimyaçı peşəsini bütün peçələrin alisi sayan və bu peşəni öz əməyii ilə şərəfləndirən yüzlərlə insan şöhrət zirvəsinə ucalmış, orden və medallara, yüksək fəxri adlara, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatlarına layiq görülmüşlər. Onların sırasında müəssisənin ilk və uzun müddət direktoru olmuş Azərbaycanın Əməkdar mühəndisi, Lenin ordenli Mehdi Mehdiyev, SSRİ-nin əlaçı kimyaçısı, «Qırmızı Əmək Bayrağı» ordenli Əliş Mustafayev, Sosialist Əməyi Qəhrəmanı, aparatçı Dadaş Dadaşov, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, hazırda Prezidentin fərdi təqaüdçüsü Zülfü Sadıqov, «Qırmızı Əmək Bayrağı» ordenli çilingər İnqilab Səfərov, Lenin ordenli aparatçı Əlisəfa Səfərov, həmçinin bir sıra mükafatlara layiq görülmüş tanınmış kimyaçılar Lazar Avlastimov, Camal Məmmədov, Qafar Ağayev, Qılıncxan Tağıyev, Arif Musayev, Əmir Abdullayev, Samir Manafov, Firudin Abdullayev, Xəlil Bağırov və onlarla digər əmək adamları var idi. (daha&helliip;)

  • Abdulla MƏMMƏD.”Təsadüf”

    187b19a53b61

    Bu nə təsadüfdür, bu nə təsadüf?
    Gör harda rastlaşdıq, üz-üzə gəldik.
    Ah, necə toy tutdu mənə təsaduf,
    Yerin altında da göz-gözə gəldik!

    Bu boyda gen dünya tutmadi bizi,
    Bu küylü şəhərdə səssiz ayrıldıq.
    Ayrıldıq, eşqimiz atmadı bizi,
    Ayıldıq-təəssüf çox gec ayıldıq.

    Olub keçənləri mən necə danım?
    Sənsiz adiləşib gündüzüm, gecəm.
    Kiməsə beləcə lazimmiş, canim,
    Ağrıya, acıya dözüm beləcə.

    Nələr arzuladıq-gör nələr oldu…
    Demə bu görüş də gerçək yuxudu.
    Dilimin qisməti qüssələr oldu,
    Sözüm misra-misra həsrət qoxudu.

    Bu metro, bu uşaq, bu sən, bu da mən,
    Bu da çisənləyən qəmli baxışın.
    “Gənclik”də düşmədin, söylə niyə sən,
    Gənclik xatirəmin qəmli naxışı?

    Zorla öyrəşmişdim sənsizliyinə,
    Sən demə özün tək qüssən də gözəl.
    Məni məndən edən bu görüş yenə
    Siğınıb sayqıli qüssəmə, gözəl.

    Artıq olan olub, hər şey ötüşüb,
    Sən əli uşaqli, mən əli qəmli,
    Dil də bıçaq kimi yaman küt düşüb,
    Dilim söz kəsməyir, ay dili qəmli!

    Azərbaycan-Quba.

    Qeyd:”Gənclik” Baki Metrostansiyasında dayanacaq(stansiya) adı.

  • Təranə Turan RƏHİMLİ.”Elçin İsgəndərzadə poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    XARIBÜLBÜL HƏSRƏTİYLƏ VƏTƏNLƏŞƏN ŞAİR

    “Əsil hörmət insanın mənəvi məziyyətinə edilən hörmətdir.” XVIII əsr rus yazıçısı Fonvizinin bu qənaətini real həyata, çevrəmizdəkilərə tətbiq edəndə çox az adama məhz insanlığın ali keyfiyyəti olan mənəviyyatına görə hörmət edildiyini görürük. Mənəvi aləminə, bu aləmin ifadəçisi olan istedadına, istedadın təhrikilə cəmiyyətə təqdim etdiyi sənətinə görə nüfuz qazananlar bu hörmətə əbədi sahiblənənlərdir. Haqqında söhbət açacağım Elçin İsgəndərzadə təmsil olunduğu cəmiyyətdə, yaşayıb-yaratdığı mühitdə milli-mənəvi dünyasını, əqidəsini, amalını sözbəsöz misralarına, sətirlərinə səpələdiyi yaradıcılığı ilə belə bir sarsılmaz nüfuzun, hörmətin sahibidir. Və bu nüfuz yalnız milli cəmiyyətimizlə məhdudlaşmayıb, çox geniş bir çevrəni əhatə edir. Ölkəmizin hüdudları daxilində onun milli vətənpərvər şair, jurnalist, tərcüməçi, naşir, azərbaycançı, türkçü ziyalı kimi Azərbaycan və Türkiyə ədəbi, elmi mühitində özünütəsdiqi ədəbi ictimaiyyətimizə yaxşı məlumdur. Lakin Elçin İsgəndərzadənin bu çevrəni ildən-ilə böyüdüb ümümtürk sferada, daha sonra bir sıra Qərb ölkələrində ədəbi təsdiqi onun Beynəlxalq miqyasda bədii, elmi, fəaliyyəti, təşkilatçılıq məharəti, tərcüməçilik və naşirlik bacarığı ilə bağlıdır. (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Bəxtiyar Vahabzadə poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    BƏXTİYAR VAHABZADƏ POEZİYASI
    MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR KONTEKSTİNDƏ

    Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə mayasını el ədəbiyyatından, ətrini vətən torpağından, gücünü xalq ruhundan alan möhtəşəm yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində müstəsna rol oynamışdır. Şairin çoxcəhətli yaradıcılığı millətimizin keçmişi, bu günü, gələcəyi ilə bağlı fikir və duyğular, həyata, sənətə fəlsəfi görüş və baxışlar məcmusu kimi diqqətəlayiqdir. Azərbaycan xalqının yüzilliklərin sınağından çıxmış, daim inkişafda olan milli mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənələrinə sədaqət hissi, azərbaycançılıq məfkurəsi, türkçülük təəssübkeşliyi bu poeziyanın dayaq sütunlarını təşkil edir.
    Ömrünün altmış ilini müqəddəs sənət qayəsinə xidmət üçün yorulmadan qələm çalan şair əsərləri ilə xalqımızı milli özünüdərkə səsləmiş, millətinin daim sevgi və ehtirama layiq olduğunu, bütün müqəddəs amalların fövqündə dayandığını nəzərə çatdırmışdır. Çingiz Aytmatov bu cəhətə diqqət yetirərək yazırdı: «Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır… İndiki halda sən azərbaycanlı şairi oxuyanda dünyanı duyursan.» (daha&helliip;)

  • Təranə Turan RƏHİMLİ.”Akif Səmədin poeziyası”

    ttrts

    TƏRANƏ TURAN RƏHİMLİ,
    şair-araşdırmaçı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    SƏSİ UZAQLARDAN GƏLƏN, UZAQLARA GEDƏN ŞAİR

    Akif Səməd 80-ci illər ədəbi nəslinə mənsub şairdir, daha obrazlı desək, milli ədəbiyyatımızda bəxti gətirməyən, “itirilmiş” daha bir ədəbi nəslin nümayəndəsidir. Cəmiyyətin, ictimai quruluşun fövqəladə natarazlığının, bu natarazlıqdan doğan laqeyd münasibətin onun ədəbi taleyindəki izləri də təkcə Akif Səmədin şair taleyinə aid deyil, bütövlükdə 80-cilərin “alın yazısı”dır. Və bu dəfə özünəqədərki və özündənsonrakı ədəbi nəsillərdən fərqli olaraq nədən “itirildiyini” bilməyən, buna hərhansı tutarlı bir səbəblə bəraət (bəlkə də bəhanə deyilməlidi) qazandırmaqda çətinlik çəkən, beyni suallarla dopdolu bu ədəbi nəsil – 80-cilər nə özündən xeyli əvvəlki 20-30-cu illər ədəbi nəsli kimi repressiya qədər ağır, faciəvi bir vəziyyət üzündən “itirilmişdi”, nə də özündən az sonrakı 90-cılar kimi Qarabağ müharibəsi, “keçid dövrü” girdabında əriyiub-itmişdi. 80-cilər sovet imperiyasının yenidənqurma fırtınasında başını itirmiş cəmiyyətin laqeydliyinin qurbanına çevrildi. Cəmiyyət bu ədəbi nəslə layiq olduqlarını verə bilmədiyi üçün uzun müddət onları “gənc” adlandırmağa belə məcbur oldu. 90-cı illərin sonlarında Akif Səmədin dilindən eşitdiyim “Qorxuram həştadımızda da bizə “gənc şair” deyələr” ironiyasının özündə də bu ədəbi nəslin daha “gənc” olmaqdan bezdiyini, bu “gənc” adı altında ədəbi prosesdəki yerinin, mövqeyinin dürüst dəyərləndirilmədiyini, “gənc şair” adlanmağın layiq olduqlarını cəmiyyətdən almaq yolunda bir maneəyə çevrildiyini görmək çətin deyildi. (daha&helliip;)

  • Hikmət MƏLİKZADƏ.”Ruhdan ruhi ucalığa”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Ruh ucalığı metahissi düşüncələrdə bir qədər əksçevrilmə ilə müşahidə olunur. Fikri-hissiyyatlara hopmuş metafizik anlayışlarda isə çevrilmə prosesi ruha təcəlladan qaynaq götürür. Zənnimizcə, insan ömrünün ruh ucalığına dəlalət edən ictimai hissi-əksfikirlilik də məhz elə bu ziddiyyətdən sıçrayır. Düşünürük ki, həyati çevrilmədə özünün insan yerini tapmağa müvəffəq olan qələm dostumuz Sahib Abdullayev ruhi ucalığa istiqamətlənən təfəkkürlə ruhdan sıçrayan həyat israrlı yanaşmalara fərqli-fərqli baxış sərgiləyir. Onun şair-publisist Əli Rza Xələflinin redaktorluğu ilə 2013-cü ildə «Təknur» nəşriyyatında işıq üzü görmüş «Çarmıxa çəkilmiş ruhların harayı» poemasında biz bu periodik yanaşmanı aydın müşahidə edə bilirik. Başlanğıc olaraq deyək ki, özündə ictimai-fəlsəfi həyat zərurətləri kəsb edən bu poemada Qarabağ savaşının cəngavərlərindən biri – şəhid Fuad Qərib oğlu Əsədovun qəhrəmanlıq yanğısı əks olunur. Və müəllif məhz Baş Obrazının ruhi ucalığından metafizik yanaşmalara keçid edərək ziddiyyət doğuran fikirlilikdən zərurət kimi görünən baxışlara uyğun cığır açır… Bəlkə də bu səbəbə metahissi səciyyədə ömür reallığını həyat qayəsi kimi təsvir edən Əli Rza Xələfli kitaba yazdığı «Ruhların çağırış səsi» başlıqlı ön sözdə Sahib Abdullayevin şairlik çevrəsinə modern yanaşması ilə diqqət çəkir, onun adıçəkilən əsərini həyəcan və təəssüratların məcmusu adlandırır. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.””Nə biləsən Sən…””

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Ayrıldıq…Səninçün canım sıxıldı,
    Elə bil zirvədən yuvam yıxıldı.
    Səninlə bir şərik malımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,

    Mənim çəkdiyimi nə biləsən sən…
    Ayrıldıq…Səmada bir şimşək kimi,
    Bənizim saraldı bir çiçək kimi,
    Ürək tənha qaldı boş pətək kimi,

    Güllər üstə qonan arımmı qaldı?
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən?!
    Yollar aramıza niyə sədd çəkib?!

    Vüsalın üstündən qoşa xətt çəkib,
    Kimlər mənim qədər belə dərd çəkib?!
    Bir daha sevməyə halımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən,
    Mənim çəkdiyimi nə biləsən sən…

  • Hikmət MƏLİKZADƏ.Şeirlər

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    ***

    Yenə hava soyuyub, buz bağlayıb yol-iriz,
    Yenə qayğı bürüyüb çat-çat olmuş üzləri.
    Külək elə ulayır, elə bil ki, ac qurddu,
    Duman az-az yox edir ot biçdiyim düzləri.

    Gözümü qamaşdırır yalın-yamacın əyni,
    Nə ovçu gözə dəymir, nə ov yoxdu bərədə.
    Bir qaraltı görünür ağ dumanın içində,
    Kimsə atın axtarır qarşıdakı dərədə.

    Üç gündür ki, yalqızam, baş qatmalı iş də yox,
    Anam şəhərə gedib bacısını yoxlasın.
    Xəyalımı dağıdır qapının tıqqıltısı,
    Qonşu qızdı, gəlib ki, ürəyimi oxlasın.

    Ağacların əynində yarpaq qoymub külək də,
    Ov eşqinə düşmüsən, canım, göllər düm ağdı.
    …Bənövşə ətri gəldi qarşımdakı gözəldən,
    Elə bildim yaz gəlib, baxdım, çöllər düm ağdı.

    6 yanvar 2000

    * * *

    Şirəsi adamı «udur»,
    Əcəlmi pətəyin? Götür!
    Kölgəni geri vermişəm,
    Al, bu da ətəyin, götür.

    Gecənin qaralığı çox,
    Dua ismarlamaq çətin.
    Bədənə əl sürtmək olur,
    Ruhu mismarlamaq çətin.

    Söz alıb dəhşət satırsan,
    De görüm, bazarın var, qız?
    Mənim olmadığım yerdə,
    Sənin nə azarın var, qız?

  • Какое значение имеет соблюдение морали Корана для семьи?

    sayanaxanim
    Аллах повелевает в Коране верующим почитать мать и отца

    Аллах повелевает в Коране верующим почитать мать и отца. Как гласит Коран:

    Мы заповедали человеку делать добро его родителям. Его мать носила его, испытывая изнеможение за изнеможением, и отняла его от груди в два года. Благодари Меня и своих родителей, ибо ко Мне предстоит прибытие. (Сура “Лукман”, 31:14)

    В доме, где соблюдают все повеления Корана, никогда не может возникнуть ссора или ругань, обиды или браная речь. Верующие ведут себя чрезвычайно уважительно и с любовью по отношению к матери, к отцу и другим членам семьи, в силу этого обстановка в семье всегда радостная и благополучная.

    Саяна Валиева

  • Dünyadakı bəlanın səbəbi: Sevgisizlik

    fh

    Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil

    Sevgi insanın ən çox zövq aldığı hissdir. Allahın verdiyi ən gözəl nemətlərdən biridir. İnsan yeməkdən, gəzməkdən, istirahətdən doyar, ancaq sevgidən doymaq mümkün deyil. Həm sevmək, həm də sevilmək insana zövq, hüzur və xoşbəxtlik verir. Lakin yaşadığımız dövrün ən mühüm problemlərindən biri məhz sevgisizlikdir….

    Əslində, dünyada baş verən savaşların ,qətliamların, qısaca desək, dünyadakı bəlanın ən başlıca səbəbi sevgisizlikdir. Sevgisizliyin təsirini insanların ünsiyyətində daha aydın şəkildə görmək mümkündür. Demək olar ki, dünyanın hər yerində insanlar bir-birinə güvənmir və hətta hər an zərər görməkdən ehtiyat etməklə qorxu içində yaşayır. Əlbəttə, qorxunun və güvənsizliyin olduğu yerdə sevginin olması mümkün deyil. Təsəvvür edin ki, ünsiyyət zamanı insanların bir-birinə salam belə verməməsi sevgisizliyə səbəb olur.

    Digər tərəfdən, insanlarda mərhəmətsizlik daha çoxdur. Bunun səbəbi yenə sevgisizlikdir. Adətən, gün ərzində bu cür xəbərlərə tez-tez rast gəlirik: xəstə ödəniş etmədiyi üçün ona baxılmır. Bir çox hallarda bu laqeyd və vicdansız yanaşma xəstənin ölümü ilə nəticələnir. Çox ağır xəstəliklərin müalicəsi üçün lazım olan məbləği hələ demirəm. İnsan xəstəliyindən qaynaqlanan ağrı-acıdan başqa bir də maddi durumunu düşünüb çökür. Acından insanlar həyatını itirir. Sevgisizliyin səbəb olduğu zalımlıq və mərhəmətsizliyin nəticəsində insanlar göz görə-görə ölümə məhkum edilir…

    Bir ovuc torpaq üçün milyonlarla insanın qətlə yetirilməsi, uşaqlara təcavüz edilməsi , qadınların gün keçdikcə daha çox təcavüzə məruz qalması, birinin ən yaxınını belə amansız qətlə yetirməsi, hətta cinayəti törətmək üçün pulla kirayəli qatillərin tutulması, insanların bir-birinə kin və nifrət gözü ilə baxması və s. sevgisizliyin səbəb olduğu ağır bəladır.

    Sevgisizlik və iqtisadi böhran. Bunların bir-biri ilə nə əlaqəsi var deyə düşünə bilərsiniz. Ancaq hal-hazırda dünyanın demək olar heç bir ölkəsindən yan keçməyən iqtisadi böhranın ən başlıca səbəbi sevgisizlikdir. Bir qarış torpaq üçün qardaşın qardaşa düşmən olduğu, insanların bir-birinə nifrət və kinlə yanaşdığı, gözəl üslub əvəzinə ancaq təhqir, lağ, ələ salmaq, iftira atmaq, yalan danışmaq kimi əxlaqsızlığın daha geniş yayıldığı bir dünyada yaşayırıq. Bir çoxları ancaq öz mənfəətlərini, öz gəlirlərini düşünərək malı hərisliklə qazanır, təkcə özü üçün xərcləmək niyyəti ilə yığıb saxlayır. Sahibkarlar ən ucuz və ən keyfiyyətsiz mal istehsal etməklə ən az məbləğ sərf edir. Beləliklə, insanların gözünü boyamaqla qarşılığında daha bol qazanc əldə edirlər. Ancaq insanın Allah sevgisi və Allah qorxusu onu digər insanlarla da yardımlaşmağa, ehtiyacından artığını xeyirlərdə xərcləməyə təşviq edir.

    İslam sözünün mənası sülh, güvən, sevgi, xoşbəxtlik deməkdir. Buna görə də müsəlmanlar həmişə barışdan yana olarlar, sevgini istəyən ruha sahib olarlar. Dolayısilə, İslamın hakim olduğu dünyaya sevgi də hakim olar. Sevgidən qaynaqlanan sülh, ədalət və maddi-mənəvi hüzur bütün dünyaya hakim olar. Allah dünyanı, insanı və bütün canlıları məhz sevgi üçün yaratmışdır. Zülm və vicdansızlıq insana çox sıxıntı verdiyi halda, sevgidən insan zövq alır, çox rahat və şövqlü olur. İnsan həqiqi sevgini Quran əxlaqına tabe olduğu və vicdan və ağlından Allah rizası üçün istifadə etdiyi zaman yaşaya bilər. Bu Allahın iman edənlərə verdiyi ən gözəl nemətdir. Bunu bilən müsəlmanlar bütün insanları və canlıları Allahın təzahürü kimi sevərlər. Allaha olan sevgisini Onun təcəllilərinə də göstərərlər. Allah Quranda sevginin əhəmiyyətini xüsusilə vurğulayır:

    İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi 96)

    Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 8)

    Firuzə Həsənzadə

  • Обонятельная система у животных

    vm

    Животные сотворены с наиболее пригодной к среде их обитания обонятельной системой

    Животные сотворены с наиболее пригодной к среде их обитания обонятельной системой. Обонятельная чувствительность собак, наделенных острым нюхом, превышает человеческую почти в миллион раз. Поэтому собаки легко улавливают в воздухе даже самые незначительные оттенки запахов. Они без особого труда совладают с задачами, непосильными для людей или сконструированных человеком приборов. Эти превосходные качества собак используются для поиска наркотических и взрывчатых веществ, контрабандных грузов или при поиске пропавших людей, потерпевших бедствие, поимке преступников.

    Или, к примеру, еще одно существо, в существовании которого чувство обоняния имеет жизненно важное значение, это лосось. Мальки этой рыбы рождаются на свет из икринок в речных водах в конце зимнего периода. Сразу после рождения или спустя несколько лет, проведенных ими в реках, лососи начинают мигрировать в океанские воды. Это путешествие продолжается и дальше. Лосось, достигший в морях и океанах половой зрелости, совершает еще одно поразительное для человека путешествие. На этот раз его путь – к месту его давно минувшего рождения, то есть месту появления из икринки, и цель его – оставить там свое будущее потомство.

    На протяжении этого длительного и утомительного путешествия лосось не пользуется навигационными или другими вспомогательными приборами. Но, несмотря на это, рыба легко находит устье своей реки даже будучи на тысячи километров от нее, и безошибочно находит путь к месту своего рождения среди многочисленных притоков реки. И это потому, что она наделена отличной обонятельной системой, служащей ей подобно самому совершенному навигационному прибору.

    Одним словом, на протяжении длительного путешествия в несколько тысяч километров чувство обоняния указывает путь лососю, словно опытный проводник.

    Еще одно существо, на которое Всевышний привлекает наше внимание в Коране, это комар. Для рождения своего потомства самка этого насекомого нуждается в крови.

    А источник крови, конечно же, определяется по запаху. Обоняние самки комара настолько чувствительно, что она может без труда распознать распространяемые человеком вещества и даже те источники запаха, которые находятся на расстоянии нескольких километров.

    В Коране Господь приводит притчу о комаре, в которой также есть назидание для уверовавших и подлинное чудо инженерного строения:

    Истинно, Господь не смущается дать в притчу и ничтожнейшего комара и то, что больше него. Но те, кто верует, – те знают: Сие есть (Истина) от их Владыки. А те, кто отвергает веру, говорят: “Что хочет выразить Аллах сей притчей?” Он ею многих вводит в заблужденье, а многих направляет праведным путем, сводя (с пути) лишь нечестивых . (Сура “Корова”, 2:26)

    Вафа Мамедова

  • İradə ƏLİLİ.”Dost bildiklərim”

    10489008_656731897746790_1282121067_n

    Axşamdır gecədən xeyli keçib. Artıq yollardan maşınların təkərlərinin səsi belə kəsilib, yavaş-yavaş sükunətin fərqinə varıram. Narahat anlarla düşüncələrimin girdabında boğula –boğula qalıram . Birdən birə hər bir şey bozlaşır, adiləşir.Yeknəsək olur. Nədən!? Niyə !? sualları dinclik vermir, yorur məni .Bəlkə, bəlkədə mən özüməm sualların cavabı deyə əllərimi sixılan ürəyimin başına qoyaraq gözlərimi yumub Tanrıma dua edə-edə “ Allahım haqqımızda hər bir işin , olacağın xeyirlisini et, məni heç kimsənin qəlbini qırmağa izn vermə, səbr əta elə” dedim .Və harda olduğumu , nə etdiyimi, nə düşündüyümü unutdum. Mürgülü halimla fikirlərimin məni hara götürdüyünü anlaya bilmədim. Bu səksəkəli halım ilə donub hərəkətsiz vəziyyətdə nə qədər qaldığımı hiss etmədim. Birdən yanaqlarımı qarsan bir alov məni bu sakitlikdən qopardı. Gözlərimdən axan sinəmə süzülən göz yaşlarımın istiliyi məni bu narahat xəyallardan ayırdı və bu axşamın ağırlığı sanki üzərimə çökdü. Mənə elə gəldi ki, ruhum artıq mənlə deyil, hər bir şeyin sonudur və mən bu sonluqda dünyamı duya bilmirəm.Özümü tənha hiss etdim.
    Beləcə sakitlik hökm sürməyə davam edir. Mətbəxdə balaca masanın üzərində qum saatına baxa-baxa düşüncələrə daldım. – Bax beləcə ömür –gün gedir , səninlə bərabər addımlayan illərin də , ayların da və etibarına güvəndiyin dostların da….. Çox həyacanlandım deyəsən özüm -özümə söylənirəm və oz səsimi özüm duyub diskinib ayılıram . Başımda küt ağrıların olduğunu, ürəyimin sürətlə döyündüyünü hiss edirəm .Daha bu mövzuya qayıtamaycağam deyə ürəyimdə çək-çevir edərək saatın hərəkət edən əqrəbinə diqqət edirəm . Saat dörd . Yuxum ərşə çəkilib.Sanki gecə olduğunu unutmuşdum . İnsan inamını itirən zaman o itkini qəbul etmək necə də ağır imiş İlahi…
    Şəhər gecə yuxusuna dalmşıdı. Mənə elə gəlirdi ki, bir tək mən oyağam gözümdə, könlümdə özü ilə yuva salmış axşamlayan kədərimlə, pərişanlığımla. Son gücümü toplayıb özüm-özümü danlamağa başladım- bu qədər üzmə özünü , ürəyini yemə bəsdir daha . Hər şey yolunda olacaq, anlayacaqlar sonda…Bəlkə sənin də özündə hiss edə bilmədiyin , görmədiyin səhvlərin , atdığın yalnış addımların olmuşdur. Bir az sakitləş!!!Hər bir şey yolunda olacağ. Bir az səbr et.
    Bu dəm nəfəsimin daraldığını hiss edib evin eyvanına çıxdım. Hər zamanki kimi ulduzları bərq vuran sayrışan səmanı seyr etməyə başladım. Amma hər zamankı kimi yox. Bu zaman tam fərqli, gözümdən ələnən fəryadımla , təəssüfümlə. Mənə elə gəldi ki onlarla söhbət edirəm , dərdləşirəm . İçimdə məni didib parçalayan acılı –ağrılı ürəyimin göynəyini onlarla bölüşürəm . Bəlkə , Bəlkə də mən.!!! ? Bəlkə yanlşliq məndə! ? Bəlkə də səhv mənəm ! ? Suallarım nə bitiridi , nə də tükənirdi. Özümdə özümü axtarırdım.!
    Yorulduğumu , halsızliğımı hiss edib eyvanda balaca kətilə əyləşdim. Baxşlarım özümdən ixtiyarsız qarşı tərəfdəki binanın işığı yanan evlərə tərərəf dikildi. Asta –asta saymağa başladım bir, iki, üç. Düşündüm yatmayıblar…Yəqin narahat düşüncələri onları da bu gecə vaxtında yuxusuz qoyub. Demək ki mən tək deyiləm, gecələr insanlarla dərd bölüşürlər…Bir xeyli müddət keçdi evlərdən birinin işiğı söndü , bir azacıq zaman da keçdi ikinci evin işığı söndü ürəyimdə sevindim yəqın hər bir şey qaydasına düşdü. Başımdakı məni sıxan fikirlərimi bir tərəfə qoyub həsrətlə üçüncü evin işığının sönməsini gözləyiridm. Üçüncü evin işığı sönmədi ki, sönmədi. Ah, yəqin o zavalılarda mənim kimi düşüncələrinin girdabında çabalayırlar deyə fikirləşdim. Bu dəm ürəyimdən nələr dolanıb , nələr keçdi. Göynəyən ürəyimin döyüntüsü qulaqlarımda əks səda verirdi .Gözlərim yol çəkdi .Özüm özümə astadan söylənməyə başladım və sanki pərişanlığımı , günahsizlığımı kiməsə anlatmağa çalışırdım – Axı, mən neyləmişəm, niyə belə! Niyə !Niyə dost bildiklərim , inandıqlarım, ürəyimin bir parçasında sonsuza qədər yeri olanlarım sonda nə dost, nə tanış, nə düşmən kimi qalır niyə! ? Bixtiyar niyə kəlməsini bağıraraq elə ucadan dedim ki, öz səsimə özüm ayıldım sankı yuxuda idim. Qərar tuta bilməyib otağa ordan da mətbəxə keçərkən gözüm radiyoya sataşdı .Bəlkə bir həzin musiqi dinləyim ruhum dinlənsin, sakitləşim deyə düşündüm. Elə də etdim.Amma həzin musiqi məni sıxan düşüncələrimin məngənəsindən qopara bilmədi.Düşüncələrim tüğyan edir məni sakit buraxmırdılar.Özümü ələ ala bilmridim musiqi məni yaman kövrəltmişdi. Bu dəfə ucadan ağlaya ağalaya “Axı, niyə dost dediklərim ehtibarsız oldu, niyə Allahım. Niyə dünya malını dost ürəyindən ucada tutdular, kiçik gördülər, Niyə ! ?
    Gözlərimin yaşı leysan kimi əllərimə tökülürdü ,o əllərə ki ehtibarısız dostların soyuq əllərini sıxıb dostum demişdir.O əllərə ki, tanrı dərgahına açılaraq dostuna dualar etmişdir.O əllərə ki, dostun göz yaşını silmişdir, o əllərə ki, dosta bağlı qapılar açmışdı.O əllərə….
    Özüm eşidəcəyim bir səslə astadan söyləndim- səhv özündədir, günah ürəyinindir ,ruhunundur, sənindir çünki dost dediyin bir insanın anacaq yaxşı tərəflərini görürsən və gördüyün bu mənzərədə səhvləri aydın seçə bilmirsən.Lakin, yenə də fikirləşdim qoy olsun. Axı,bu dünyanın elə bütün müdiklərinin dediyi kimi-dunya sınaq dünyasıdır .Və beləcə hər kəsin öz yolu, öz misiyası… kim bilir?
    Pəncərənin qarşısına keçib uzaqlara çox uzaqlara zilləndi baxışlarım . Düşüncələrim məni acılı şirinli xatirələrimə qaçırdı.Orada olanlar , nələr, daha nələr film kimi şüurumda canlandı bu dəm rəhmətlik anamın sözləri qulaqlarımda əks səda verdi – .”Qızım səhvi olanı bağışlamağı bacar, amma sənə ehtibarsız lıq edəni bir daha yaxınına buraxma ,yenidən zərbələr almamaq üçün”. Mənə elə gəldiki anam mənim yanımadadır.O iztirabımı görüb bu sözləri demək üçün özü gəlib mənə. Axı o mənim həyatımın, varlığımın ən böyük müdriki idi. Düşüncələrimdən ayrıldım .Sankı yuxuda idim. Dan yeri yava-yavaş açılırdı . Gözüm qarşıdakı binada işığı gələn evi axtardı. Elə həmin andaca o pəncərədə görünən işığ söndü…. Səhər açılır.Beləcə bütün zülmətlərə son qoyan böyük Nur-Günəş aləmi nura boyadı.Yaşamağa dəyər.

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının III hissəsi

    qaragoz

    Sevinin gözləri
    (roman)
    III hissə

    Fidanın dünyaya gəlməsi

    Ariflə Çiçəyin toyundan iki il keçmişdi, övladları olmurdu. Gənc ailə narahat olmağa başlamışdı. Müalicə olmaq məqsədi ilə həkimə getdiər. Həkimin verdiyi cavabdan sonra ikisinin də sevinclərinin həddi-hüdudu olmadı. İkisi də sağlam idi, övladları ola bilərdi. Yəni ümidsiz olmaq, bir-birilərinin üzünə gülüb, dal-dalıqda dərddən siqaret siqaret ardınca çəkməyin, gizlicə ağlamağın mənasız olduğunu anladılar.Ümidlə yaşamağa başladılar. İki aydan sonra Çiçəkdə ürək bulanması, halsızlıq özünü biruzə verməyə başladı. Uşağa qalmağından şübhələndi. Anası Ftmayla tanıdığı həkim Lətafətin yanına gəldilər. Hamiləliyin ikinci həftəsində olduğunu öyrəndilər. Çiçəyin sevinci yerə-göyə sığmırdı. Fatma yolda qızına məsləhətlər verirdi.: Tez-tez maşına minmə, çox iş görmə, ağır işləri mənə saxla gəlib özüm görərəm və.s.
    Hamilə qadınların keçirdiyi hissləri yaşamayan qadınlar bətnində uşaq gəzdirən qadına görə də, uşağa görə də həmişə narahat olurlar. Ən acısı, o qadınlar doğanda onların sevincinə şərik olursan, daxilən ana olmadığın üçün heyfslənirsən “ O qadınlar kimi qadınam , ana olmadım” deyirsən. Yenə də bir gün ana olacağına ümid edirsən, onacan isə, körpəsini qucağına götürən qadınların yerində özünü görürsən.
    Çiçək şam yeməyinə hazırlıq görürdü. Payızın son ayı da qış havasını gətirməyə tələsmişdi. Tək-tük parıltısı o qədərdə gözə çarpmayan ulduzlar görünürdü.
    Arif avtobusu qapının ağzında saxladı. Çiçək evdən çıxdı, qəfildən avtobusdan düşən Arifə yaxınlaşdı, salamlaşdılar. Yoldaşını qucaqladı. Arif şad olsada təəccüblənmişdi.
    Çiçək: – Necəsən ürəyim?
    Arif: – yaxşı, bugün planı doldurdum.
    Çiçək: – Lap yaxşı, soyuqdur, keçək içəri. Qonağımız var.
    – Qonaq? Kimdi?
    – Keçək içəri.
    Arif evə keçəndə heç kimi görmədi. Süfrənin xüsusi bəzədilməsi, əlavə boşqab qoyulması marağına səbəb oldu.
    – Kimdi qonağımız?
    – Gələcək, yoldadır.
    – Kimdi axı?
    – Tanıdığımız adamdı. Qarıxma, görəcəksən. Biz çörəyimizi yeyək.
    – Bıy, qonağı gözləməyək?
    – Gələcək, otur.
    Ariflə Çiçək qarşı-qarşıya oturdular. Çiçək Arifin boşqabımna bişirdiyi dolmadan qoyur.
    Arif bir yanındakı boşqaba, bir də Çiçəyə baxırdı.
    – Vallah, sənin kefin kökdü, mənimlə zarafat edirsən.
    – Əzizim, sənin ataların cərgəsinə qoşulmağın zarafatdırsa, bu mənim yox, sənin günahındır.
    Arif diqqətlə Çiçəyə baxdı, bir anlıq duruxdu. Qışqıranda Çiçək qorxdu. Çiçəyi qucağına alıb, yanaqlarından öpdü.
    Çiçək: – Arif dayan, mənə həyəcanlanmaq olmaz.( Çiçəyi gülə-gülə bu sözləri deyirdi.)
    Arif: – Səni xoşbəxt olasan. İndi dünyanın ən xoşbəxt adamıyam. Axır ki…
    Arif Çiçəyin alnından öpdü.

    Aylar keçir. Fidan hamiləliyin son günlərini yaşayırdı. Fatma doqquz ay müddətində demək olar qızının ev işlərini görürdü, yeməyini bişirirdi. İstəmirdi qızı hamilə vaxtı əziyyət çəksin. Arif də axşamlar evə tez gəlirdi. Son günlər istəmirdi Çiçəyi tək qoysun. Bugün Arif Çiçəyin ən sevdiyi gülü – zanbaq gülü almışdı. Çiçək yatmışdı. Arif zanbağı burnuna yaxınlaşdırdı, astaca;
    Zanbaqla sevgimi deyirəm sənə,
    Çünki onun ətri həmişə qalır.
    Ürəklə cavabı göndər ki, mənə,
    Sevən yar sakitcə xəyala dalır.

    Çiçək gözlərini açdı.
    – Nədi? Məhəbbət şairi olmaq eşqinə düşmüsən?
    – Yaxşısı budur, sevən ürəyim olsun.Məndən şair olmaz.
    – Elə məndən də.Sən heç olmasa, bir bənd düzüb-qoşdun. Mən heç onu da bacarmıram.
    Arif gülür.
    – Ramzilə görüşməliyəm. Bir saata qayıtmalıyam. Darıxmarsan?
    – Yox, niyə ki? Get, məndən salam deyərsən.
    Arif Çiçəyin dodaqlarından öpür.
    – Ürəyin nə istəyir, gələndə alım
    – Təkcə səni istəyir.
    Arif yenə Çiçəyin dodaqlarından öpür.
    – Bir az da burda qalsam, gedə bilməyəcəm. Sağ ol
    – Allaha əmanət.

    Arifin getməyindən 15 dəqiqə keçmişdi. Çiçəyin ağrıları başladı. Sancıdan qışqırdı. Bir-neçə dəfə Arifi səsləsə də, hay verən olmamışdı. Çətinliklə də olsa qapıya yaxınlaşdı, qapını açanda yıxıldı. Özündə güc tapıb yenidən qapını açdı.
    – Kömək edin, kömək edin.
    Qonşunun qapısına yaxınlaşdı, qapılarını döyə-döyə;
    – Yalvarıram, kömək edin.
    Fatmayla yaşıd olan Tavat qapını açdı.
    Çiçək: – Tavat xala, uşaq gəlir. Kömək elə
    Tavat ərini səslədi: – Kazım, ay Kazım
    Kazım qapının ağzına gəldi.
    Tavat: – Tez maşını gətir, vaxtıdır.
    Kazım heç nə demədi. Maşını bir-neçə saniyədə qapıya tərəf sürdü. Çiçəklə Tavat arxa oturacağa keçdilər.Çiçək sancının ağrısından ancaq qışqırırdı…

    ***
    Ariflə Fatma özlərini hövlank xəstəxanaya çatdırdılar. Çiçək hələ sancının ağrısını çəkirdi. Gah “ana”çığırırdı, gah da yanına gəlib-gedən tibb bacılarına yalvarırdı ki, ona kömək eləsinlər.
    Arif də xəstəxana qapısının ağzında gah o tərəfə, gah bu tərəfə gedirdi.
    Kök, qıvrımsaç, qarayanız ağ xalatlı bir qadın qapının ağzına gəldi:
    – Çiçəyin yoldaşı kimdi?
    Arif qadına yaxınlaşdı.
    – Mənəm. Nəysə olub?
    – Təbrik edirəm oğlum, şirin bir qızın oldu. Şirinliyimi verərsən.
    Ariflə Fatma sevincdən bir-birilərini qucaqladılar. Sonra Arif cibindən pul çıxartdı, tibb bacısına verdi.
    Arif: – Qızımı görə bilərəm?
    Tavat: – Nə tez?
    Hər kəs gülüşdü.
    Kazım Arifə : – Həyəcandan özünü itirmisən qonşu. Uşağı indi göstərmirlər.

    Arif utandığından qızardı.
    Tibb bacısı: – Bir azdan qadınlardan kim istəsə görə bilər.

    Arif Fatmanı evinə aparandan sonra Kazımgilnən evə gəldi. Qapıdan içəri girəndə gözləri doldu, Divardan asılmış güzgüdə özünə baxdı. Hönkürtüylə ağlamağa başladı.
    Başını göylərə qaldırdı.
    – Çox sağ ol. Hər şeyə görə çox sağ ol

    Arif qaranlıq yolnan gedirdi. Qarşısında iki işıq vardı. İşıqların bir tərəfində Çiçək qucağındakı qızıyla dayanmışdı. Digər işıqda isə yaşlı bir qadın vardı, Arifi səsləyirdi.
    – Gəl bura oğlum. Mən sənin nənənəm.
    Çiçək: – Yox Arif, ora getmə. Bizim yanımıza gəl.
    Arif yaşlı qadına: – Siz mənim nənəmsiniz? Sizi birinci dəfədir görürəm.
    Yaşlı qadın: – Oğlum mənə su ver. Sussuzdan ciyərim yanır. Mənə su ver.
    Çiçək: – getmə Arif, qızımız səni gözləyir.
    Arif: – Su verim gəlirəm. Narahat olma.

    Arif yaşlı qadına tərəf getdi. Əllərini qadına uzatdı, yaşlı qadın əllərindən tutdu. Çiçək isə var gücüylə qışqırdı. Qucağındakı körpə də çığırırdı.
    Arif yuxudan dik atıldı. Qan-tər içindəydi.

    Səhər tezdən Arif Fatmayla Çiçəyi görmək üçün xəstəxanaya gəldilər. Arifi yenə uşağı görmək üçün içəri buraxmadılar. Çiçək isə əziyyətlə qapının ağzına gəlməli oldu. Bağlı qapı arxasından bir-birilərini görüb gülümsədilər.
    Fatma şüşə arxasından nəvəsinə baxırdı. Diliylə uzaqdan da olsa əzizləyirdi.
    – Nənən qurban olsun sənə, çıxaq burdan gör nənən sənin üçün neynir. Ağrrn dəysin canıma. Şükür sənə, ay allah. Nənən ölsün, uşşş, baxışına bax bunun.

    İki gündən sonra Çiçək xəstəxanadan çıxdı. Ariflə Çiçək qızlarının ad qoyumunu Fatmaya həvalə elədilər. Fatmanın gözləri doldu.
    Fatma: – Nə deyim? Sevincdən özümü itirmişəm.
    Çiçək: – Ana, bir ad de. Sən qəşəng adlar tapırsan. İndi nəvənə bir ad tapa bilməyəcəksən?
    Çiçək: – Fidan
    Arif: Fidan?
    Çiçək: – Qəşəng addır.
    Fatma: – Mənası yıxılmayan deməkdir. Yəni hər zaman yaşayır. Təki, bəxti gözəl olsun, adını biz vermişik, bəxtini qızıldan allah versin.
    Üçü də “ Amin” dedilər.
    Arif qızını qucağına aldı, “Fidan” deyə-deyə astaca öpürdü.

    Fidan ailənin həyatını tamamilə dəyişmişdi, sevinclərinə sevinc qatmışdı.
    Havalar isti keçdiyindən uşaq tez-tez səpirdi. Çiçəkdən çox Arif narahat olurdu. Arifin dostları Mürvətlə, Ramiz gələndə uşağı valideyinlərinə vermək istəmirdilər. Arifin əlində olsa heç işə getməz, bütün günü qızıyla oynayardı. Fidan da atasını görəndə gülümsəyirdi.
    Altı ay gənc ailə səadətli bir həyat yaşayırdılar. Onlara elə gəlirdi ki, xoşbəxtlikləri daima olacaq. Nə etməli ki, yaşamaq şirin olduğu üçün , həm də acıdır, enişli-yoxuşludur. Çətin sınaqlardan üzüağ çıxmaq üçün gərək dözümlü və iradəli olasan.
    Gələcək illərdə Çiçəklə qızını da çətin illər gözləyirdi.

    Qış ayı idi. Arif avtobusla gecə evə qayıdırdı. Birdən avtobusun qabaq işıqlarından biri söndü.
    Arif; – Bu nədir belə, xeyir olsun – deyib, sürməyə davam elədi. Qəfildən qarşısında yaşlı bir qadın gördü. Qadını vurmamaq üçün qəflətən əyləci basır, sürəti bir az çox olduğundan maşın istiqamətini dəyişdi, aşanda Arif qışqırdı.
    Çiçəklə anası söhbət edirdilər, beşiyində yatan Fidan ağlamağa başladı. Fidan cəld uşağı qucağına aldı, sakitləşdirirdi ki, yatsın. Fatma körpənin yeməyini hazırlayıb butulkanı qızına uzatdı. Çiçək nə qədər çalışdısa qızı heç nə yemədi, dayanmadan ağlayırdı.
    Çiçək: – Uff, başım şişdi. Ayrı vaxtı belə olmurdu, indi nə oldu bu uşağa?
    Fatma: – Uşaqdı, kürlüyü tutub. Ver mənə sakitləşdirim. Görürəm hövsələn çatmır.

    Çiçək qızını anasına verdi: – Arif nə əcəb gəlmədi? Heç vaxt belə gecikməmişdi. Lap narahat qaldım.
    Fatma: – Bəlkə planı doldura bilməyib bugün? Ona görə gecikir. Nigaran qalma
    Çiçək: – Həmişə demişəm ki, evə telefon çəkdir. Çəkdirəcəm deyib ayı-aya satır.

    Fatma nəvəsini sakitləşdirdi.
    Çiçək: – Şükür, sakitləşdi.

    Səhərəcən Çiçək Arifi gözlədi. Narahat idi. Fatma da qızıyla bərabər gözlədi,təbii yaş öz işini görürdü. Sonunacan gözləyə bilmədi, özündən asılı olmayaraq gözlərinin dincini bir az aldı.
    Səhər tezdən qapının döyülməsindən Fatma dik atıldı. Çiçək qapını açanda Ramizi qarşısında gördü. Ramizin gözləri qızarmışdı. Çiçək hər şeyi hiss eləmişdi. Heç nə soruşmadı.” Arif” deyib qışqırdı, ürəyi getdi. Ramiz Çiçəyi tutdu, Fatma qapının ağzına qaçdı.
    Fatma: – Nə oldu? Qızım,qızım, nə oldu? Nə dedin belə oldu Ramiz?

    Ramizin göz yaşları yanaqlarından süzüldü.
    Fatma Çiçəyin üzünə yüngülcə bir-neçə dəfə şillə vurdu, ayıltmağa çalışırdı.
    – Çiçək, ay Çiçək, ayıl qızım. Qurban olum oyan. Kömək elə Ramiz, aparaq divana.
    Ramiz Çiçəyi qucağına aldı, divanın üstünə qoydu. Fatma qızının çılpaq ayaqlarını ədyalla örtdü.
    Fatma: – Arif hanı? Susma, nə olub?
    Ramiz: – Fatma ana, Arif … Arif gecə qəza keçirib. Çox pis qəza keçirib.
    Ramiz hönkür-hönkür ağladı, danışa bilmədi.
    Fatma hər şeyi başa düşmüşdü, gözləri doldu, dizləri sözünə baxmadı, büküldü, yerə çömbəldi.
    Dizlərinə döyə-döyə ağladı…

    Ardı var…

  • Dəhnəli MƏMMƏD.””Svetafor”un üçüncü işığı” (Hekayə)

    memmedhacizade

    Qayğıların yaratdığı yorğunluqlara müqavimət göstərərək,özümdə güc toplayıb tökülüb qalan işlərin heç olmasa bircəciyini görmək istəyirdim,telefonuma mesaj gəldi.Bakselin növbəti səviyyəsiz mesajlarından idi.Adətim üzrə oxumadan silmək istəyirdim ki,İnfo nömrəsi gözümə sataşdı.Dərhal zəng etdim.Cavab verən xanım idi.Mesajın onlar tərəfindən gəldiyi təsdiq edildi.Əsəbi halda soruşdum.–Xanım təsəvvür edin ki,əziz bir adamınız ölüb.Və bu dəm,mən sizə mesaj yazıram ki,bəs,”svetafor”un üçüncü işığı nə rəngdədir? De,mən sənə hədiyyə verim.Necə təsir bağışlayar bu hal sizə?

    Xanımın nitqi tutuldu və aram-aram –Bir daha bu nömrəyə mesaj gəlməyəcək — dedi.

    — Təşəkkür edirəm:deməklə içimdəki peşimançılıq hissini yatırmağa çalışırdim.

  • Dəhnəli MƏMMƏD.”Aclıq olar şairlər çoxalanda”

    memmedhacizade

    Dağ yolunun payına dərə düşər.
    Düz danışan böhtana,şərə düşər.
    Bu dünyanın kürkünə birə düşər.
    Aclıq olar şairlər çoxalanda.

    Arsız olan dərd nədi bilməz qağa..
    Qəlbi qara ürəkdən gülməz qağa..
    Ürəyi tox acından ölməz qağa..
    Aclıq olar şairlər çoxalanda.

    Çıxarmışıq kürsüyə qurumsağı,
    Dinləyirik çərənçi fırıldağı.
    Yağ götürməz deyiblər it qursağı.
    Aclıq olar şairlər çoxalanda.

    Tüstülənər hardasa məzar yanar,
    Qiymət qalxar od tutub bazar yanar.
    Yiyəsi yox,canından bezar yanar,
    Aclıq olar şairlər çoxalanda.